Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-83/2025 06.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlunun və kiçik ədliyyə müşaviri Rəhimov Müşfiq Rəhim oğlunun, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili İskəndərov Fuad İnqlab oğlunun və təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 29.04.1999-cu il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Şirinov Dadaş Mübariz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Şirinov Dadaş Mübariz oğlu istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 10,576 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Dadaş Şirinov 21 iyun 2023-cü il tarixdə saat 21:05-də Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodunun qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 22:40-da üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 10,576 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Şirinov Dadaş Mübariz oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodunda “Howo” markalı yük avtomobili sürərək, həmin zavodda sürücü işləmişdir. Narkotik vasitə ilə heç vaxt əlaqəsi olmayıb. Onun əsl həbs olunma səbəbi Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodundan çirkab sularının əraziyə axıdılması hadisəsi ilə bağlı “Tiktok” sosial şəbəkəsində qarşısına çıxan videonu, öz “Tiktok” sosial şəbəkə hesabının vasitəsi ilə paylaşması olub. Həmin videonu paylaşmağın qadağan olunduğunu bilmədən, səhvlik edib həmin videonu paylaşmışdır. Sözügedən hadisədən sonra 21 iyun 2023-cü il tarixdə “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qarşısında “Mitsubishi L200” markalı avtomobil, arxada isə “Chevrolet Niva” markalı avtomobillər saxlayaraq hərəkətini məhdudlaşdırmışlar. Bundan sonra qarşıda dayanan “Mitsubishi L200” markalı avtomobildən mülki geyimdə olan sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər, heç biri özünü təqdim etmədən ona yaxınlaşaraq maşını saxlayıb yerə düşməsini tələb etmişlər. O, yük avtomobilindən aşağı enən zaman qolunu qandallayaraq Gədəbəy RPŞ-yə aparmışlar. Gədəbəy RPŞ-də polis əməkdaşları “Tiktok” sosial şəbəkəsində paylaşdığı videoya iradlarını bildirib, qeyd olunan videonu nə üçün paylaşdığını ondan soruşmuşlar, o da sözügedən videonu bilmədən, ehtiyatsızlıqdan paylaşdığını bildirmişdir. Bundan sonra Gədəbəy RPŞ-də polis əməkdaşları ona növünü və çəkisini bilmədiyi narkotik vasitə verərək, sözügedən narkotik vasitəni götürməli olduğunu və videoçəkilişlə üzərinə baxış keçirilən zaman həmin narkotik vasitəni şalvarın cibindən çıxararaq təqdim etməyini ondan tələb etmişlər. O, buna etiraz edərək, onların dediyini etməyəcəyini bildirdikdə sözügedən hadisəyə şahidlik etmələri üçün hal şahidləri çağırmışlar. Hal şahidləri gəldikdən sonra narkotik vasitəni stolun üzərinə qoyaraq kənardan narkotik vasitə ilə birlikdə onun şəklini çəkmişlər. Gədəbəy RPŞ-də ona sənədlər təqdim edərək həmin sənədləri imza etməsini tələb etsələr də, o, sözügedən sənədləri imza etməkdən imtina etmişdir. Bundan sonra onu DİN-in BMCMİ-yə aparıb psixoloji təzyiqlər göstərdikdən sonra təqdim etdikləri sənədləri imza etmişdir. Şirinov Dadaş Mübariz oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadə etməyib. Onu narkoloji ekspertizadan keçirtmişlər, lakin narkotik vasitə istifadə etməyi ilə bağlı rəy verilməmişdir. O, əvvəl heç bir dövlət orqanına şikayət etməmişdir. O, etiraz etdiyi üçün üzərinə şəxsi axtarış videoçəkiliş vasitəsi ilə keçirilməmişdir. Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodunda işləmiş və saxlanılan zaman sözügedən zavodda işdə olmuşdur. Hər dəfə işə gedən vaxt işçilər tam ciddi yoxlanıldıqdan sonra kart vasitəsi ilə içəri keçid etmişlər. Həmin gün işə daxil olarkən üst-başı yoxlanılmış və üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. O, polis əməkdaşları tərəfindən təqdim olunan sənədlərə imza etməmiş, şəxsiyyətinin alçaldılacağı ilə təhdid olunduqdan sonra imza etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlu ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, o, əvvəllər narkotik vasitənin və psixotrop maddənin bir neçə növündən istifadə etmişdir. Hazırda isə heç bir növündən istifadə etmir. Buna görə də narkotik vasitənin və psixotrop maddənin növlərini tanıyır. 17 iyun 2023-cü il tarixdə Gədəbəy rayonunda gəzərkən yerdə bir ədəd sellofan bükümdə olan şəffaf rəngli maddənin olması onu özünə çəkmişdir. Buna görə də həmin bir ədəd sellofan bükümü əlinə götürmüşdür. Görmüşdür ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır. Həmin bir ədəd bükümdə olan metamfetamini cibinə qoymuşdur ki, narkotik çəkənlərdən kimsə istəsə ona satar. Çünki bilir ki, metamfetamin narkotik vasitə istifadə edənlərə daha çox lazım olur. Satış məqsədi ilə metamfetamini üzərinə götürmüşdür. Həmin psixotrop maddə metamfetamini də tapmağı və üzərində saxlamağı barədə heç kimə heçnə deməmişdir. 21 iyun 2023-cü il tarixdə saat 21:05-də Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodunun qarşısında piyada hərəkət edən zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim edərək Şirinov Dadaş Mübariz oğlu olduğunu bildirmişdir. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Bundan sonra polis əməkdaşları onu Gədəbəy Rayon Polis Şöbəsinə dəvət etmişdir. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Gədəbəy Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilən zaman ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Redmi” və “İphone” markalı mobil telefonlarını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman həmin bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəhrəmanov Şahin Mehman oğlu ifadəsində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə Şirinov Dadaş Mübariz oğlunun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla şöbənin rəisinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra Gədəbəy rayonu ərazisində keçirilmiş tədbir nəticəsində Şirinov Dadaş Mübariz oğlu saxlanılaraq Gədəbəy RPŞ-yə gətirilmişdir. Gədəbəy RPŞ-də hal şahidlərinin iştirakları ilə Dadaş Şirinovun üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Şahid Qəhrəmanov Şahin Mehman oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, Dadaş Şirinovun üzərindən aşkar olunan psixotrop maddənin çəkisi təxmini 11 qram olmuş və Dadaş Şirinov ondan aşkar olunan həmin maddəni yerdən tapdığını bildirmişdir. Dadaş Şirinovun barəsində olan əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat qrupunun tərkibinə o, Abdullayev Rəhman Cəbrayıl oğlu və Gədəbəy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Əliyev Seymur Binyamin oğlu daxil edilmişlər. Dadaş Şirinovu Gədəbəy rayonu Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl Zavodunun qarşısında tək olan zaman saxlamışlar. Eyni zamanda Dadaş Şirinovun üzərindən aşkar olunan psixotrop maddənin satışı ilə məşğul olması barədə fakt təsdiqini tapmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsin barəsində olan əməliyyat məlumatının məzmunu onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin dövriyyəsi və satması ilə məşğul olması barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasına etiraz etdiyi üçün şəxsi axtarış hal şahidlərinin iştirakları ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Abdullayev Rəhman Cəbrayıl oğlunun və Əliyev Seymur Binyamin oğlunun ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Abdullayev Rəhman Cəbrayıl oğlu və Əliyev Seymur Binyamin oğlu ibtidai istintaq orqanına verdikləri ifadələrində, şahid qismində dindirilmiş Qəhrəmanov Şahin Mehman oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabanov Ceyhun Əlövsət oğlu ifadəsində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə Gədəbəy RPŞ-nin yaxınlığında piyada hərəkət edən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq polis şöbəsində aparılacaq şəxsi axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O, buna etiraz etməyərək polis əməkdaşı ilə birlikdə Gədəbəy RPŞ-yə getmişdir. Gədəbəy RPŞ-yə çatdıqdan sonra tanımadığı başqa bir nəfər də onun kimi hal şahidi qismində dəvət edilmişdir. Daha sonra onlara Şirinov Dadaş Mübariz oğlunu təqdim etdikdən sonra Dadaş Şirinovun üzərində şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış zamanı Dadaş Şirinovun əynində olan şalvarın cibindən ağ rəngdə sellofan bükümdə olan narkotik vasitə aşkar olunmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisəni tam ətraflı xatırlamamışdır. Şahid Şabanov Ceyhun Əlövsət oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, Dadaş Şirinov üzərindən aşkar olunan bükümün içərisində narkotik vasitə olduğunu göstərmişdir. Ona qarşı hal şahidi qismində iştirak etmək üçün hər hansı təzyiq olmamış, özü könüllü olaraq iştirak etmişdir. Ona polis geyimində olan şəxs yaxınlaşaraq hal şahidi kimi dəvət etmişdir. Dadaş Şirinovun üzərinə şəxsi axtarış keçirilməsində iştirak edən digər hal şahidini tanımamışdır. O, kiril əlifbası ilə oxuma yazma bilmir və ona hal şahidi kimi iştirak etdikdən sonra pul verilməmişdir. Əlava olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid İmaniyev Rəsul Musa oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, İmaniyev Rəsul Musa oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində, şahid qismində dindirilmiş Şabanov Ceyhun Əlövsət oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.06.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şirinov Dadaş Mübariz oğlu 21.06.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.06.2023-cü il tarixli 4(005)-955/2023 saylı qərarından görünür ki, Şirinov Dadaş Mübariz oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 21.06.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Şirinov Dadaş Mübariz oğlu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 21 iyun 2023-cü il tarixdə, saat 21:05-də Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodunun qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Gədəbəy RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli, 16/654 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Dadaş Şirinovun üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,576 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 10,576 qram, tədqiqata sərf edildi – 0,4 qr, qalıq – 10,176 qr. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 3997 nömrəli rəyindən görünür ki, Şirinov Dadaş Mübariz oğlunda Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 23.06.2023-cü il tarixli, 252/MEŞ saylı rəyindən görünür ki, Şirinov Dadaş Mübariz oğlunun məhkəmə-tibb müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 12.07.2023-cü il tarixli, 2275/K saylı rəyindən görünür ki, Şirinov Dadaş Mübariz oğlundan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (həmçinin çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 15 avqust 2023-cü il tarixli, 3-13-7-2/2-1465/2023 saylı cavab məktubundan görünür ki, Şirinov Dadaş Mübariz oğlunun üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Dadaş Şirinovun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 09 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Şirinov Dadaş Mübariz oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.09.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut hesab edilərək DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Şirinov Dadaş Mübariz oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,176 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxs Dadaş Şirinovun, məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki-psixi təzyiqlərə məruz qalması, ondan aşkar olunan psixotrop maddənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Dadaş Şirinovun özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, hal şahidlərinin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlu ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, o, əvvəllər narkotik vasitənin və psixotrop maddənin bir neçə növündən istifadə etmişdir. Hazırda isə heç bir növündən istifadə etmir. Buna görə də narkotik vasitənin və psixotrop maddənin növlərini tanıyır. 17 iyun 2023-cü il tarixdə Gədəbəy rayonunun özündə gəzərkən yerdə bir ədəd sellofan bükümdə olan şəffaf rəngli maddənin olması onu özünə çəkmişdir. Buna görə də həmin bir ədəd sellofan bükümü əlinə götürmüşdür. Görmüşdür ki, həmin bükümün içərisində psixotrop maddə metamfetamin vardır. Həmin bir ədəd bükümdə olan metamfetamini cibinə qoymuşdur ki, narkotik çəkənlərdən kimsə istəsə ona satar. Çünki bilir ki, metamfetamin narkotik vasitə istifadə edənlərə daha çox lazım olur. Satış məqsədi ilə metamfetamini üzərinə götürmüşdür. Həmin psixotrop maddə metamfetamini də tapmağı və üzərində saxlamağı barədə heç kimə heçnə deməmişdir. 21 iyun 2023-cü il tarixdə saat 21:05-də Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodunun qarşısında piyada hərəkət edən zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim edərək Şirinov Dadaş Mübariz oğlu olduğunu bildirmişdir. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdir. Bundan sonra polis əməkdaşları onu Gədəbəy Rayon Polis Şöbəsinə dəvət etmişdir. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Gədəbəy Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuş. Daha sonra üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilən zaman ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, sağ yan cibindən “Redmi” və “İphone” markalı mobil telefonlarını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman həmin bükümün içərisindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək bir ədəd kağız zərfə qoyulub qablaşdırılıb möhür ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmə-tibb ekspertizasının 23.06.2023-cü il tarixli, 252/MEŞ saylı rəyindən görünür ki, Şirinov Dadaş Mübariz oğlunun məhkəmə-tibb müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Qəhrəmanov Şahin Mehman oğlu və Şabanov Ceyhun Əlövsət oğlu ifadələrində Dadaş Şirinovun məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən Dadaş Şirinova qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 3997 nömrəli rəyindən görünür ki, Şirinov Dadaş Mübariz oğlunda Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Bundan başqa 21 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Şirinov Dadaş Mübariz oğlu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməiyyat-axtarış tədbiri nəticəsində 21 iyun 2023-cü il tarixdə, saat 21:05-də Gədəbəy rayonunda yerləşən Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Qızıl zavodunun qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Gədəbəy RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Şirinov Dadaş Mübariz oğlunun məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatının işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Şirinov Dadaş Mübariz oğlunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Şirinov Dadaş Mübariz oğlunun qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 10,576 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Şirinov Dadaş Mübariz oğlunun yuxarıda qeyd olunan metamfetamini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşının ifadəsində narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Dadaş Şirinovun psixotrop maddənin satışı ilə məşğul olması və ya psixotrop maddəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişdir. Eyni zamanda verilmiş əməliyyat tapşırığına 15 avqust 2023-cü il tarixli, 3-13-7-2/2- 1465/2023 saylı cavab məktubundan görünür ki, Şirinov Dadaş Mübariz oğlunun üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Dadaş Şirinovun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Şirinov Dadaş Mübariz oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Dadaş Şirinovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 20124-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dadaş Şirinovun metamfetamini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin və ya psixotrop maddənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Şirinov Dadaş Mübariz oğlunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş psixotrop maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, təqsirləndirilən şəxs Dadaş Şirinov külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Dadaş Şirinovun sözügedən psixotrop maddəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlunun əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlunun cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 2 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 2 saylı Siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, həmçinin həmin qanuna əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şirinov Dadaş Mübariz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Şirinov Dadaş Mübariz oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şirinov Dadaş Mübariz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Şirinov Dadaş Mübariz oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Şirinov Dadaş Mübariz oğluna törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Şirinov Dadaş Mübariz oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Şirinov Dadaş Mübariz oğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Şirinov Dadaş Mübariz oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şirinov Dadaş Mübariz oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 3997 nömrəli rəyindən görünür ki, Şirinov Dadaş Mübariz oğlunda Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.06.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şirinov Dadaş Mübariz oğlu 21.06.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.06.2023-cü il tarixli 4(005)-955/2023 saylı qərarından görünür ki, Şirinov Dadaş Mübariz oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 21.06.2023-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Şirinov Dadaş Mübariz oğlunun həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 21.06.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Şirinov Dadaş Mübariz oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,176 qram olan psixotrop maddə metamfetamin DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Şirinov Dadaş Mübariz oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,176 qram olan psixotrop maddə metamfetamin məhv olunmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğlunun hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili İskəndərov Fuad İnqlab oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğluna göstərilmiş 66 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi İskəndərov Fuad İnqlab oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 396 manat məbləğində pul köçürülməldir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Şirinov Dadaş Mübariz oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Şirinov Dadaş Mübariz oğlu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Şirinov Dadaş Mübariz oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Şirinov Dadaş Mübariz oğluna göstərilmiş 66 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən İskəndərov Fuad İnqlab oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 396 manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Şirinov Dadaş Mübariz oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,176 qram olan psixotrop maddə metamfetamin məhv olunsun. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Şirinov Dadaş Mübariz oğlundan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-83/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-83/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver