Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-84/2021 20.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X17 və müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydiyyatda olan və həmin kənndə yaşayan, 08 avqust 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 avqust 2020-ci il tarixdə, saat 21:30 radələrində yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evinə qayıdarkən faktiki nikahda olduğu X10 ona xəyanət etməsindən şübhələnib bunu dəqiqləşdirmək məqsədilə yaşadığı evin həyətyanı sahəsinə arxa hissədən daxil olduqda Rəqsanə Məmmədovanın qonşuluqda yaşayan Şahid1 ilə evin həyətyanı sahəsində səmimi söhbət etdiklərini görüb bundan əsəbləşərək onlara doğru getmiş, Şahid1 yaranmış vəziyyətin xoşagəlməz hadisə ilə nəticələnəcəyindən ehtiyatlanıb qaçaraq oradan uzaqlaşmış, o, arvadı Rəqsanə Məmmədova ilə birlikdə yaşadığı evin dəhlizinə gedərək sonuncunun Şahid1lə arasında olan münasibətini aydınlaşdırarkən aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əvvəlcə Rəqsanə Məmmədovaya əlləri ilə vuraraq dərəcələri təyin olunmayan alın-təpə, sol təpə, sol təpə-gicgah, sol gicgah, sağ bazu oynağı, sağ bazu nahiyəsinin qançırları xəsarətlərini yetirmiş, sonra isə daha da hiddətlənərək dəhlizdə olan stolun üzərindən götürdüyü soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı ilə Rəqsanə Məmmədovanın bel nahiyyəsinə ardıcıl olaraq zərbələr endirməklə sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə yüngül, sol said nahiyəsinin səthi kəsilmiş yarası ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən, bel nahiyəsinin sol yarısının, sol böyrəyin zədələnməsi ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra etdiyi əməldən səmimi peşimançılıq hissi keçirərək Rəqsanə Məmmədovaya ixtisaslaşmış tibbi yardım lazım olduğunu görüb dərhal Səhiyyə Nazirliyinin 103 xidmət mərkəzinə zəng edib təcili tibbi yardım briqadası çağıraraq X18 Rayon Mərkəzi Xəstəxanasına çatdırılmasını təmin etmiş, Tovuz Rayon Mərkəzi Xəstəxanasında ixtisaslaşmış tibbi yardımlar göstərilməsinə baxmayaraq sonuncu 08 avqust 2020-ci il tarixdə saat 14:20 radələrində Tovuz RMX-da öldüyündən o, Rəqsanə Məmmədovanın həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2007-ci ildə Rəqsanə Məmmədova ilə ailə həyatı qurmuş, nikahları ilə bağlı qeydiyyat şöbəsinə müraciət etməmiş, buna görə də onların nikahlarının qeydiyyatı olmamışdır. Birgə evliliklərindən 2 övladları, 2008-ci il tarixdə Nərgiz və 2010-cu il tarixdə İslam doğulmuşlar. Evləndikdən sonra atası Şahid4 məxsus evdə yaşamışlar. Həmin vaxt ər-arvad münasibətləri normal olmuşdur. Təxminən 2009-cu il tarixdə hazırda Tovuz rayonu Aşağı Quşçu kəndində yaşadıqları, hadisənin baş verdiyi evə köçmüşlər. Bundan sonra o, ailəsini fəhləçilik edərək, istixanalarda işləyərək, əkin sahələrində muzdla işləyərək maddi cəhətdən təmin etmişdir. Bundan başqa mərhum Rəqsanə həyətdə düzəldiyi ərzaq mağazasında işləmişdir. Onlar birlikdə birgə təsərrüfat apararaq ailələrini dolandırmışlar. Övladları Tovuz rayonu Aşağı Quşçu kənd tam orta məktəbində oxumuşlar. Son vaxtlar Rəqsanə ilə ərarvad münasibətlərində soyuqluq yaranmışdır. Onunla bu barədə söhbətləşərək niyə ona soyuq davrandığını, soyuq davranma səbəbinin nə olduğunu öyrənmək istəmişdir. Rəqsanə ona onunla yaşamaq istəmədiyini, ayrılmaq istədiyini bildirmişdir. O, bunun səbəbini soruşduqda qonşuları Rasimi onun adına çıxartdığını, yəni onunla münasibəti olmasında günahlandırdığını bildirmişdir. Onlar dəfələrlə bu barədə mübahisə və münaqişə etmişlər. Təxminən 14 iyul 2020-cu il tarixdə axşam saat 20 radələrində aralarında ailə-məişət zəminində mübahisə yaranmış və o, Rəqsanə Məmmədovaya bir-iki sillə vurmuşdur. Rəqsanə buna görə 102 xidmətinə zəng etmişdir. Onlar birlikdə Tovuz RPŞ-nə gedərək hadisə ilə bağlı izahat vermişlər. Onlar bundan sonra onunla ayrılmaq qərarına gəlmişlər. O, dəfələrlə Rəqsanə ilə aliment əvəzinə evin onda qalması ilə bağlı razılaşmışdır. Onlar razılaşdıqları üçün ayrılmışlar. O, təxminən dörd gün atası Şahmara məxsus evdə qalmışdır. Atası ondan nə baş verdiyini soruşduqda o, atası Şahmara elə belə Rəqsanə ilə ayrıldığını bildirmişdir. Lakin bir müddət sonra, təxminən 18 iyul 2020-ci il tarixdə uşaqlara görə barışdığını demişdir. Bundan sonra münasibətləri düzəlmiş, bu müddət ərzində heç bir dava-dalaş soyuqluq olmamışdır. 07 avqust 2020-ci il tarixdə bütün gün evdə olmuşdur, öz işlərini görmüşdür. Həmin gün axşam saat 20:00 radələrində Rəqsanə ona pomidor turşusu düzəldəcəyini bildirmiş və ona atası Şahmara məxsus evində əkilmiş pomidordan 10 kq gətirməsini demişdir. O, yaşadıları evdən təxminən 10 km uzaq olan atası Şahmara məxsus evə getmişdir. Həmin yolu 5 dəqiqə marşurt vasitləsilə dayancağa qədər, qalan yolu isə piyada getmişdir. Atası Şahmarın evi dayanacaqdan təxminən 4 km uzaqda yerləşdiyi üçün piyada onlara getmişdir. Pomidoru sahədən təxminən 5-10 dəqiqəyə yığaraq evə qayıtmışdır. Rəqsanənin gecə vaxtı pomidor yığmağa göndərdiyi üçün Rəqsanənin onu evdən uzaqlaşdıraraq kiminləsə görüşəcəyindən şübhələnmişdir. Buna görə də piyada tez evə qayıtmışdır. Onun yaşadığ evə qayıtmağı təxminən 25-30 dəqiqə çəkmişdir və o, evə qayıdanda saat 22:30 radələri olmuşdur. O, şübhələndiyi üçün evin arxa tərəfindən həyətə keçmişdir. O, həyətində başqa adamın olub-olmadığını yoxlamaq istəmişdir. Bir qədər həyətin içərisinə irəlilədikdə dörd ayaq görmüşdür. Bir qədər irəli getdikdə qonşusu Rasimin Rəqsanə ilə mehriban söhbət etdiyini görmüşdür. O, onları gördükdən sonra Rasimin üstünə getmiş və yumruqla onu vurmaq istəmişdir. Lakin atdığı yumruq divara dəymişdir. Rasim həyətdən çölə qaçmışdır. O, Rəqsanədən nə baş verdiyini soruşmuşdur. Rasimin gecə vaxtı onunla nə etdiyini öyrənmək istəmişdir. Rəqsanə ona Rasimin onu divara qısnadığını, onun heç bir günahı olmadığını demişdir. O, buna görə Rəqsanəni Rasimin evinə aparmışdır. Lakin Rasim həmin vaxt evdə olmamışdır. Bundan sonra o, Rəqsanəni evə gətirmiş və Rasimlə gecə vaxtı mehribancasına söhbət etməsinin səbəbini soruşmuşdur. Həmin vaxt o, heç bir söz deməmiş və sabah bu məsələyə aydınlıq gətirərik demişdir. O, da yenidən Rasimlə nə işi olduğunu, aralarında sevgi münasibəti olub-olmadığını soruşmuşdur. O, əsəbi olduğu üçün Rəqsanənin üz nahiyəsinə iki sillə vurmuşdur. Sonra Rəqsanə onun qabağından keçəndə o, stolun üzərində olan qara qulplu mətbəx bıçağı ilə onun kürək nahiyəsindən iki bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Rəqsanə səndələmişdir. Ona çönərək “məni bıçaqla vurdun?” demişdir. O, bıçaqla Rəqsanəni vurduqda uşaqlar digər otaqda televizora baxırmışlar. Həmin vaxt uşaqlar onun Rəqsanəni bıçaqla vurmasını görməmişlər. O, Rəqsanəni bıçaqla xəsarət yetirdikdən sonra onu qapı qonşusu Vidadinin evinə aparmışdır. Orada təcili tibbi yardıma, yəni 103 xidmətinə zəng etmişdir. Təcili tibbi yardımın nə qədər vaxta gəldiyini xatırlamamışdır. Təxminən bir müddət sonra təcili tibbi yardım briqadası gələrək Rəqsanəni xəstəxanaya aparmışdır. O, da Rəqsanə ilə birlikdə xəstəxanaya getmişdir. Bir qədər sonra Rəqsanənin bıçaqlanması ilə bağlı polis əməkdaşlarına məlumat daxil olduğundan onun izahatını almaq üçün gəlmişlər. O, orada polis əməkdaşlarına hadisəni onun törətdiyini bildirmişdir. Onun Rəqsanəyə bıçaqla xəsarət yetirməkdə məqsədi onu öldürmək olmamışdır. Belə ki, o, Rəqsanəni öldürmək istəsəydi buna kifayət qədər imkanı olmuşdur. Onun qarşısını kəsən heç kəs olmamışdır. Sadəcə Rəqsanənin ona xəyanət etməsi ona çox pis təsir etmiş və o, Rəqsanədən qisas almaq istəmişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, qızı X9 Malik Şahmar oğlu ilə 2007-ci ildə ailə həyatı qurmuş, faktiki nikaha daxil olmuşlar, lakin rəsmi nikahları olmamışdır. Malik və Rəqsanə birbirlərini sevib qoşulub qaçıblar. Birgə nikahlarından 2008-ci il təvəllüdlü Nərgiz və 2010-cu il təvəllüdlü İslam doğulmuşlar. Evləndikdən sonra onlar təxminən iki ay Malikin atası Şahmara məxsus evdə yaşamışlar. Sonra isə Malik və Rəqsanə birlikdə Şəmkir şəhərində istixanada fəhlə işləyib birgə təsərrüfat aparmışlar. Bundan sonra təxminən 2007-ci il tarixdən Aşağı Quşçu kəndində Çiçək adlı qadının evində kirayədə yaşamışlar. Təxminən həmin evdə 3 ay kirayədə yaşadıqdan sonra qızı Rəqsanə Malikdən ayrılaraq öz evlərinə qayıdıb gəlmiş, anası Şahid3 ilə birlikdə yaşamışdır. 2008-ci ildə Malik və Rəqsanə yenidən barışmışlar. Belə ki, arvadı Rəfiqə Malik və Rəqsanənin hazırda qaldıqları evin torpaq sahəsini almış və orada bir balaca otaq tikmişdir. Bundan sonra Malik və Rəqsanə həmin yerdə yaşamışlar. Malik fəhləliklə məşğul olmuş və ailəsini maddi cəhətdən təmin etmişdir. Malik və Rəqsanə birlikdə yaşadıqları müddət ərzində aralarında mübahisələr olmuşdur. Bu mübahisələrin əsas səbəbi torpaq olmuşdur. Belə ki, Malik onları yaşaması üçün aldıqları torpağı Rəqsanədən onun adına sənədləşməsini tələb etmişlər. Rəqsanədə bunu qəbul etməmiş və bildirmişdir ki, torpağı atası, anası aldığı, Malikin ailə üzvlərinin heç bir maddi köməklik göstərmədikləri halda nə üçün Malikin adına keçirilməli olduğunu bildirmiş, torpağın Malikin adına keçirilməsindən imtina etmişdir. Son vaxtlar Malik Rəqsanəyə evi satması və onun ailə üzvlərinin yaşadığı binada satılmaqda olan ev tapdığını bildirmiş və Rəqsanədən həmin evi alaraq oraya köçməsini tələb etmişdir. Hadisə baş verməmişdən iki həftə əvvəl onlar arasında bu evlə bağlı mübahisə olmuşdur. Aralarında mübahisə olan gün qızı Rəqsanə onu çağırmışdır, o, oraya çatdıqdan sonra Rəqsanə onun telefonu vasitəsilə 102 xidmətinə zəng vurmuş və Malikin onu ölümlə hədələdiyini və döydüyünü bildirmişdir. Rəqsanənin şikayətinə əsasən polis əməkdaşları gələrək yoxlama aparmışlar. Bundan sonra Malik Rəqsanə ilə barışmışdır. 05 avqust 2020-ci il tarixdə Rəqsanənin istifadəsində olan 050 *** ** ** nömrəsi ilə onun telefonuna zəng edərək yemək bişirdiyini bildirmiş və onu evə çağırmışdır. O, da Rəqsanəgilə getmişdir və yemək yeyərək onlarda qonaq qalmışdır. Həmin vaxt Malikdə evdə olmuşdur. Onlar arasında münasibət normal olmuşdur. 06 avqust 2020-ci il tarixdə də Rəqsanəgildə yemək yemiş və onlarda qalmışdır. 07 avqust 2020-ci il tarixdə o, günorta saatlarında öz evində olan zaman qızı onu evə çağırmış və nahara dəvət etmişdir. Nahar etdikdən sonra o, axşam saatlarına qədər onlarda qalmışdır. Sonra öz yaşadığı evə qayıtmışdır. Evlərinin arası təxminən 3 km-dir. O, evdən çıxdıqda Malik ona “məndə atamgilin evinə gedirəm” demiş. Onlar birlikdə həmin kənddə yerləşən gölün yanına kimi gəlmişlər. Gölün yanında ona başqa yol ilə gedəcəyini bildirmişdir. Bundan sonra onlar ayrılmış və o, evə getmişdir. Təxminən 22:30 radələrində oğlu İlkin ona zəng edərək Malikin Rəqsanəni bıçaqla vurduğunu bildirmişdir. O, oğlu İlkin və arvadı Rəfiqə ilə birlikdə xəstəxanaya gəlmişdir. Onlar xəstəxanaya çatdıqda artıq Rəqsanə əməliyyat olunması üçün cərrahiyəyə şöbəsinə aparılmışdır. Malik də xəstəxana da olmuş və dəhlizdə hərəkət etmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və Maliki aparmışlar. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, arvadı Süzən mərhum Rəqsanənin bibisinin qızıdır. Aralarında ailə münasibətlər yaxşı olmuşdur. Qohum olduqlarından ailəvi gediş-gəlişləri olmuşdur. Hər hansı düşmənçilikləri və ya ədavətləri olmamışdır. O, Maliki uzun müddətdir tanıyır, bəzi yerlərdə Maliklə birlikdə fəhlə işləmişlər. X26 dayısıqızı olduğundan yəni, qohumluq münasibəti olduğundan Rəqsanə ilə qohum kimi münasibəti olmuşdur. Aralarında sevgi münasibəti olmamışdır. Bir-birlərinə qarşı istəkləri olmuşdur. Rəqsanə evində giriş qapısından sağ tərəfdə bir dükan düzəltmişdir. Orada siqaret, ərzaq və s satmışdır. 07 avqust 2020-ci il tarixdə təxminən saat 21:00 radələrində Rəqsanə ona zəng edərək onu evlərinə çağırmışdır. O, Rəqsanəgilin evinə getmiş, o, qapıya qarşı tərəfdən daxil olmuş, həmin vaxt qapı açıq olmuşdur, Maliki çağırmış lakin Rəqsanə cavab vermişdir. O, Rəqsanədən siqaret olubolmadığını soruşmuş. Rəqsanə ona hansı siqaret istədiyini soruşmuş, o, “viceroy” adlı siqareti istədikdə o, həmin siqaretdən qalmadığını bildirmişdir. O, Malikin harada olduğunu soruşduqda Rəqsanə Malikin gələcəyini bildirmişdir. Həmin vaxt Rəqsanə cücələr üçün yem bişirmişdir. Rəqsanə onunla söhbət edə-edə arxa tərəfə, evin arxa tərəfində olan həyətyanı sahəyə keçmişlər. Həmin vaxt böyük qızı Nərgiz onların yanında olmuşdur. O, cücələrə yem verdiyi müddətdə onlar da bir qədər söhbət etmişlər. Onlar söhbətləri 5-10 dəqiqə çəkmişdir. Rəqsanə ona arvadı Süzənin onun haqqında danışdığını bildirmişdir. Nərgiz onların yanından evə getmişdir. Onlar bir qədər yaxınlaşmış, aralarında birbirilərinə qarşı olan istəkdən danışmışlar. Nərgiz getdikdən sonra Malik arxa tərəfdə olan setka cəpərdən keçərək onlara tərəf gəlmişdir. O, Malikin gəlməsini hiss etməmişdir. Çatdıqda ona yumruq atmışdır. O, Malikin yumruq atdığını hiss edib bir qədər kənara çəkilmiş və Malikin yumruğu divara dəymişdir. O, Malikin həmin vaxt onunla Rəqsanəni söhbət etdiklərini görüb onları səhv başa düşdüyünü, qısqandığını, əlində bıçaq, küt əşya və s ola biləcəyini fikirləşib, bir hadisə baş verməməsi üçün oradan uzaqlaşmışdır. Malik onun arxasınca gəlmiş lakin ona çata bilməmiş və geri qayıtmışdır. O, növbəti gün Malikin Rəqsanəni bıçaqladığını və daha sonra Rəqsanənin öldüyünü eşitmişdir. Onunla Rəqsanə arasında qohumluq münasibəti olmuşdur. Sevgi münasibəti olmamışdır. Malik həmişə Rəqsanəni qısqanmış, onun kiminləsə münasibətinin olduğunu fikirləşmişdir. Bundan başqa baş vermiş hadisə ilə bağlı hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum Rəqsanə Məmmədova qonşusu olmuşdur, aralarında bir ev vardır. Onun və ailəsinin Malik və Rəqsanə ilə münasibəti yaxşı olmuşdur. Aralarında düşmənçilik və ya ədavət olmamışdır. Maliklə qonşu kimi yaxşı münasibəti olmuşdur. O, da fəhləliklə məşğul olmuşdur. Onların ailə daxili münasibətləri barədə hər hansı məlumatı yoxdur. 07 avqust 2020-ci il tarixdə saat 22:00 radələrində evdə olmuş, bu zaman çöldən Malikin, Rəqsanənin və uşaqlarının qışqırıq səsləri gəlmişdir. O, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmaq istəmişdir. Bu vaxt qapı döyülmüşdür. O, qapıya yaxınlaşmış və açdıqda Rəqsanə, Malik və uşaqlarının qapıda olduqlarını görmüşdür. Rəqsanə ona Malikin bıçaqla onu vurduğunu bildirmişdir. O, onları evə dəvət etmişdir. Malik bu vaxt təcili tibbi yardım xidmətinə zəng etmişdir. Bu vaxt artıq o, Rəqsanəni kömək edib evə aparmışdır. O, Rəqsanənin sol tərəfindən və bel nahiyəsindən qan axdığını görmüş və bir daha ondan nə baş verdiyini soruşmuşdur. Rəqsanə Malikin bıçaqla ona iki xəsarət yetirdiyini bildirmişdir. Rəqsanəni evdə yataq otağına aparmış və ona kömək edərək çarpayıya uzatmışdır. Rəqsanə ondan qan axan hissəyə qoymaq üçün adyal istəmişdir. O, adyalı qan axan nahiyəyə qoymuşdur. Həmin vaxt Malik Rəqsanənin yanında dayanmışdır. Təxminən 15- 20 dəqiqə sonra Rəqsanənin qardaşı İlkin və anası Rəfiqə gəlmişlər. Rəqsanənin anası Rəfiqə və qardaşı İlkin gəldikdən sonra o, siqaret çəkmək üçün çölə çıxmışdır. Malik də təcili tibbi yardım xidmətinə evin yerləşdiyi yeri başa salmışdır. Sonra təcili tibbi yardım briqadası gəlmişdir. Onlar Rəqsanəni müayinə etdikdən sonra xəstəxanaya getməli olduqlarını bildirmişlər və Rəqsanəni təcili tibbi yardım avtomobili ilə Tovuz RMX-na aparmışlar. Növbəti gün Rəqsanənin öldüyünü eşitmişdir. Rəqsanə Məmmədovanın kiminləsə münasibəti olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mərhum Rəqsanə Məmmədova onun qızı olmuşdur. Rəqsanə Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş, faktiki nikaha daxil olmuşlar, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahlarından 2008-ci il təvəllüdlü Nərgiz və 2010-cu il təvəllüdlü İslam doğulmuşlar. Evləndikdən sonra onlar təxminən iki ay Malikin atası Şahmara məxsus evdə yaşamışlar. Malik və Rəqsanə birlikdə fəhlə işləyib birgə təsərrüfat aparmışlar. Bundan sonra təxminən 2007-ci il tarixdə Aşağı Quşçu kəndində Çiçək adlı qadının evində kirayədə yaşamışlar. Həmin evdə təxminən 3 ay kirayədə yaşadıqdan sonra qızı Rəqsanə Malikdən ayrılaraq ata evinə qayıdıb gəlmiş, onun ilə birlikdə yaşamışlar. 2008-ci ildə Malik və Rəqsanə yenidən barışmışlar. Belə ki, o, Malik və Rəqsanənin hazırda qaldıqları evin torpaq sahəsini almışlar və orada bir balaca otaq tikmişdir. Bundan sonra Malik və Rəqsanə həmin evdə yaşamışlar. Malik və Rəqsanə həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Hazırda hadisə baş verən ev onun və oğlu İlkinin maddi köməkliyi ilə tikilmişdir. Malik fəhləliklə məşğul olmuş və ailəsini maddi cəhətdən təmin etmişdir. Malik və Rəqsanə birlikdə yaşadıqları müddət ərzində aralarında mübahisələr olmuşdur. Bu mübahisələrin əsas səbəbi torpaq və ev olmuşdur. Belə ki, Malik onları yaşaması üçün aldıqları torpağı Rəqsanədən onun adına sənədləşməsini tələb etmişdir. Rəqsanədə bunu qəbul etməmiş və bildirmişdir ki, torpağı atam, anam aldığı, Malikin ailə üzvlərinin heç bir maddi köməklik göstərmədikləri halda nə üçün Malikin adına keçirilməli olduğunu bildirmiş, torpağın Malikin adına keçirilməsindən imtina etmişdir. Son vaxtlar Malik Rəqsanəyə evi satması və onun ailə üzvlərinin yaşadığı binada satılmaqda olan ev tapdığını bildirmiş və Rəqsanədən həmin evi alaraq oraya köçməsini tələb etmişdir. Hadisə baş verməmişdən iki həftə əvvəl onlar arasında bu evlə bağlı mübahisə olmuşdur. O, və Asim birlikdə nə baş verdiyini öyrənmək üçün onlara getmişlər, getdikdə Malikin Rəqsanəni döydüyünü görmüşlər, səbəbini soruşduqda evi onun adına keçirməsini tələb etdiyini bildirmişdir. O, Rəqsanə ilə danışan zaman o, Malikin hər şeyə görə onunla dalaşdığını və onu döydüyünü bildirmişdir. Rəqsanə Maliki evdən qovmuşdur, ona barışmayacağını demişdir. O, Malikə “Malik sən Rəqsanə ilə yola getmirsən, sən də uzaqlaş Rəqsanədən, çıx get aranızda mübahisə çox olur” demişdir. Malikdə çıxıb getmişdir. Malik evdən kənarlaşsa da, həyətdə yatmışdır, həmin ərazidə gəzmişdir. Bir neçə gün sonra yenidən Malik Rəqsanə ilə barışmışdır. Rəqsanənin ölümündən bir neçə gün əvvəl yenidən onlar arasında mübahisə olmuşdur. Yenə ev və torpaq səbəbindən Rəqsanə ilə mübahisə etmiş və Rəqsanə bununla bağlı polis şöbəsinə şikayət etmişdir. X31 ilə barışmış və yenə birlikdə yaşamaqlarına davam etmişlər. 07 avqust 2020-ci il tarixdə axşam saatlarında o, qonşuları Familəgildə olazn zaman oğlu İlkin mobil telefonuna zəng edərək onu evə çağırmışdır. O, evə çatdıqda Malik ona Malikin Rəqsanəni döydüyünü, onlara getməli olduqlarını bildirmişdir. O, və İlkin birlikdə Rəqsanəgilin evi istiqamətində yola düşmüşlər. Yolun yarısında Malik İlkinə yenidən zəng edərək hər şeyin qaydasında olduğunu, heç bir hadisə baş vermədiyini, gəlmələrinə ehtiyac olmadığını bildirmişdir. O, və oğlu İlkin də narahat olduqlarından qayıtmamış və Rəqsanəgilə getmişlər. Onlara çatdıqda işıqların söndüyünü, uşaqların onlara baxaraq ağladıqlarını görmüşdür. Uşaqları narahat etməmək üçün nə baş verdiyini soruşmamışlar, ata və analarının harada olduqlarını soruşmuşlar. Onlar qapı qonşu olan Vidadigildə olduqlarını bildirmişlər. Onlar Vidadigilə getmişlər. İçəri daxil olduqda Rəqsanənin çarpayıda uzanıqlı vəziyyətdə uzandığını görmüşlər. Yaxınlaşdıqda qan olduğunu görmüşlər. İlkin Malikin üstünə getmək istədikdə Rəqsanə Malikin günahı olmadığını bildirmişdir. Onların da əsəbləri soyumuşdur. X15 əlindən tutması onları inandırmışdır. İlkin dərhal təcili tibbi yardım çağırmaq istəmiş və onlardan təcili tibbi yardım çağırıb-çağırmadıqlarını soruşduqda, Vidadi təcili tibbi yardım çağırıldığını demiş və yenidən 103 xidmətinə yığmışlar. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası gələrək Rəqsanəni müayinə etmiş və onu xəstəxayana aparmaq üçün maşına mindirmişlər. Malikdə onunla birlikdə təcili tibbi yardım avtomobilinə minmişdir. İlkin hadisə ilə bağlı atası Asimə zəng etmişdir. Asimlə küçədə görüşərək birlikdə xəstəxanaya getmişlər. Onlar oraya çatdıqda Rəqsanə əməliyyat olunması üçün cərrahiyəyə şöbəsinə aparılmışdır. Malik də xəstəxanada olmuş və dəhlizdə hərəkət etmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və Maliki aparmışlar. Rəqsanənin heç kəslə münasibti olmamışdır. Bu hadisənin baş verməsinə səbəb Malikin Rəqsanədən evi sataraq atası Şahmarın evinə yaxın binada satılan evi almaq istəməsi, Rəqsanənin isə bundan imtina etməsi olmuşdur. Buna görə Rəqsanə ilə Malik arasında uzun müddət mübahisələr olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, oğlu X27 ilə 2007-ci ildə ailə həyatı qurmuş, faktiki nikaha daxil olmuşdurlar, lakin rəsmi nikahları olmamışdır. Birgə nikahlarından 2008-ci il təvəllüdlü Nərgiz və 2010-cu il təvəllüdlü İslam doğulmuşlar. Evləndikdən sonra təxminən iki ay Malik və Rəqsanə ona məxsus evdə yaşamışlar. Malik və Rəqsanə birlikdə fəhlə işləyib birgə təsərrüfat aparmışlar. Bir müddət Qaradaş adlı yerdə dəmir konstruksiyandan hazırlanmış otaqda yaşamışlar. Bir müddət yaşadıqdan sonra Rəqsanə Malikdən ayrılaraq öz evlərinə qayıtmışdır. 2008-ci ildə Malik və Rəqsanə yenidən barışmışlar. Belə ki, Rəqsanənin anası Rəfiqə Malik və Rəqsanənin hazırda qaldıqları evin torpaq sahəsini almış və onlar orada bir balaca otaq tikmişlər. Bundan sonra Malik və Rəqsanə həmin evdə yaşamışlar. Hazırda hadisə baş verən ev Rəfiqənin və onun maddi köməkliyi ilə Malik tərəfindən tikilmişdr. Malik fəhləliklə məşğul olmuş və ailəsini maddi cəhətdən təmin etmişdir. Lakin Malik və Rəqsanə birlikdə yaşadıqları müddət ərzində aralarında mübahisələr olmuşdur. Bu mübahisələrin əsas səbəbi qısqanclıq olmuşdur. Belə ki, Malik Rəqsanəni çox sevdiyi üçün Rəqsanəni çox qısqanmışdır. Hadisə baş verməmişdən iki həftə əvvəl onlar arasında qısqanclıqla bağlı mübahisə olmuşdur. O, və Rəqsanənin ailə üzvləri ilə birlikdə nə baş verdiyini öyrənmək üçün onlara getmişlər. Onlar orada Malikin Rəqsanə ilə mübahisə etməsinin səbəbini soruşduqda Rəqsanə Malikdən ayrılmaq istədiyini bildirmişdir. Ayrılmaq istəməsinin səbəbini soruşduqda xasiyyətlərinin tutmadığını, ailə kimi yola getmədiklərini bildirmişdir. Malikin onunla danışan zaman hər şeyə görə onunla dalaşdığını və onu qısqandığını bildirmişdir. Rəqsanə Maliki evdən qovub, ona barışmayacağını demişdir. Hər iki ailə onların ayrılmağının tərəfdarı olmuşdur. Hər iki ailə də onlara bu mübahisələrin sonunun yaxşı olmayacağını bildirmişdir. Rəfiqə də Malik sən Rəqsanə ilə yola getmirsən, sən də uzaqlaş Rəqsanədən, çıx get aranızda mübahisə çox olur demişdir. Bundan sonra Malik onun yanında qalmışdır. Lakin onların arasında çox mübahisə olsa da, onlar biribirilərini çox sevirmişlər. Ayrıldıqdan sonra Rəqsanə Malikə, Malik Rəqsanəyə zəng edib, onunu üçün darıxdığını, barışmasını xahiş etmişdir. Bununla da onlar barışmışlar. Belə hallar çox olmuşdur. Rəqsanənin ölümündən bir neçə gün əvvəl yenidən onlar arasında mübahisə olmuşdur. Yenə qısqanclıq səbəbindən Rəqsanə ilə mübahisə etmişdir və Rəqsanə bununla bağlı polis şöbəsinə şikayət etmişdir. X31 ilə barışmış və yenə birlikdə yaşamalarına davam etmişlər. 07 avqust 2020-ci il tarixdə axşam saatlarında evdə olan zaman Bakı şəhərində yaşayan qızı Elnarə anası Şəfiqəyə zəng edərək Malikin Rəqsanəni bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra onlar xəstəxanaya getmişlər. Onlar oraya çatdıqda Rəqsanə palatada olmuş və həkimlər vəziyyətinin yaxşı olduğunu bildirmişlər. Rəqsanə sağalım birlikdə burdan çıxarıq demiş. Malikdən də heç bir şikayətinin olmadığını bildirmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 08.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz rayonu Aşağı Quşçu kəndində Təqsirləndirilən şəxs məxsus evdir.Baxış zamanı iki ədəd bıçaq, iki pambıq topası, bir ədəd tünd göy rəngli politilen örtüyün kəsik hissəsi iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» 08.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum X10 bədən səthində aşağıdakı xəsarətlr aşkar edildi:alın təpə nahiyyəsinin mərkəzində saçın tüklü hissəsində 3,5x2.5 sm, sol təpə nahiyyəsində 3x2,5 sm, sol təpə gicgah nahiyyəsində 6,5x4sm, sol gicgah nahiyyəsində 4x3,5 sm, sağ bazu oynağı nahiyyəsinin yuxarı ön səthində 4x3,5 sm, sağ bazunun yuxarı 1/3-ni ön səthində üç ədəd 2,5x2 sm, 2x1,5 sm, 1,5x1 sm ölçülərdə, qeyri müəyyən formalı, qırmızımtıl rəngli qançırlar vardır.Sol saidin aşağı 1/3-nin arxa səthində 1,5x0,3 sm ölçüdə kənarları hamar səthi yara vardır.Döş qəfəsinin sol yarısında Vİİ-Vİİİ qabırğa arası sahədə, ön qoltuq xətti ilə orta qoltuq xətti arasında köndələn istiqamətli 7 sm uzunluğunda cərrahi tikişlər olan yara vardır.Bel nahiyyəsinin sol yarısında boylama istiqamətli 6 sm uzunluğunda, üzərində cərrahi tikişlər olan yara vardır.Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi. X1 məxsus qırmızı rəngli qısaqol köynək və qırmızı rəng idman şalvarı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Əşyaların könüllü təqdim ediməsi əsasında götürülməsi və baxış keçirilməsi haqqında» 08.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxtı əynində olmuş bir ədəd tünd boz rəngli cins şalvar, bir ədəd tünd göy rəngli mayka və bir ədəd çəkələt könüllü olaraq təqdim etmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin əşylar qablaşdırılaraq götürülmüşdür 08.08.2020-ci il tarixli 456 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 09.082020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əvvəlcə X13 döydüyünü, daha sonra isə bıçaqla X13 vuraraq xəsarət yetirdiyi yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 21.08.2020-ci il tarixli 590 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər sağ əl nahiyəsinin İİİ və İV barmaqlarının səthi yaraları müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən 07 avqust 2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmədiyindən dərəcələri təyin edilmir. X5 bədən səthində aşkar olunmuş xəsarətlər xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni M.Ş.Məmmədəliyevin yumruğunun divara dəyməsi nəticəsində əmələ gəlməsi istisna olunmur. Məhkəmə-tibbi ekspertizasının 05.09.2020-ci il tarixli 22 saylı rəyindən görünür ki, X10 ölümünə səbəb döş qəfəsinin və bel nahiyəsinin sol böyrəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaralarının törətdiyi çoxlu qanitirmə olmuşdur. X10 meyitində aşağıdakı xəsarətlər aşkar edildi: -bel nahiyəsinin sol yarısının sol böyrəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası, sol said nahiyəsinin səthi kəsilmiş yarası, alın-təpə, sol təpə, sol təpə-gicgah, sol gicgah, sağ bazu oynağı, sağ bazu nahiyəsinin qançırları. Qeyd edilən xəsarətlər həyatidir, deşilmiş-kəsilmiş yaralar və səthi kəsilmiş yara olub iti ucu, kəsəri və küt tərəfi olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin), ola bilsin ki, ekspertizaya təqdim edilmiş uzunluğu 23.9sm olan bıçağın deşici-kəsici və kəsici hissəsinin təsirindən, qançırlar isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən bel nahiyəsinin sol yarısının sol böyrəyin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vurmanın əlamətlərinə malikdir, digər xəsarətlər, yəni sol said nahiyəsinin səthi kəsilmiş yarası, alıntəpə, sol təpə, sol təpə-gicgah, sol gicgah, sağ bazu oynağı, sağ bazu nahiyəslərnin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X10 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir. Maddi sübutların ekspertizasının 12.10.2020-ci il tarixli 501-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və X1 məxsus bir ədəd köynəyin arxa səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. X1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş 1 nömrəli bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən törənməsi istisna olunmur. X1 məxsus köynək üzərində aşkar olunmuş deşilmiş kəsilmiş zədənin tədqiqata təqdim edilmiş 2 nömrəli bıçağın tiyəsinin təsirindən törənməsi istisna olunur. Tədqiqata təqdim olunmuş və X12 məxsus bir ədəd şalvar üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş iki ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır. Və soyuq silah hesab olunmur. Maddi sübutların ekspertizasının 13.10.2020-ci il tarixli 779/2020-MTBŞ saylı rəyindən görünür ki, X10 ABO sistemi üzrə qan qrup göstəricisi A(İİ)Ekspertizaya təsdiq edilmiş təqdim olunmuş 01 ədəd qara dəstəkli bıçaq, hadisə yerindən 02 ədəd pambıq tampona hopdurulmuş ləkələrdə, R.A.Məmmədovaya məxsus idman şalvarı, qısaqol mayka, M.Ş.Məmmədəliyevə məxsus şalvar, qısaqol mayka və sağ tay rezin yay başmağı üzərində insian qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antingent və aqqlyutininlərə görə qrup göstəricisi AB0 sistemi üzrə təyin olunduqda “A” antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta İİ qruplu şəxsə, o cümlədən X12 məxsus ola bilər. Təqdim olunan 01 ədəd narıncı dəstəkli bıçaq üzərində qan, R.A.Məmmədovaya məxsus rezin yay başmağının sol tayı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 03.11.2021-ci il tarixli 602 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi müalicə tələblərinə tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək cə ya onları idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə X3 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Tovuz RMX PHŞ tərəfindən verilmiş 09.10.2020-ci il tarixli 745 saylı arayış, X4 verilmiş 13.10.2020-ci il tarixli 1043 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş,emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. “Şübhəli şəxsin tutulması haqqında” 08.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tovuz Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 avqust 2020-ci ildən hesablanmışdır. Tovuz Rayon Mərkəzi Xəstəxanasının 09.10.2020-ci il tarixli 745 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmıır. Tovuz Rayon Mərkəzi Xəstəxanasının 13.10.2020-ci il tarixli 764 saylı arayışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kənd sakini X10 xəsarəti barədə 07.08.2020-ci il tarixdə həyat yoldaşı 103 xidmətinə müraciət etmişdir.Saat 22.00-dan növbətçi həkim Tağıyeva Təranə, feldşer Məstanova Arzu və sürücü Mahmudov Elnur çağırış yerinə getmiş, həkim “ Döş qəfəsinin bıçaq yarası” diaqnozu ilə xəstəyə yardım edərək Tovuz rayon mərkəzi xəstəxansına yerləşdirmişlər. Tovuz Rayon Polis Şöbəsinin 21.09.20020-ci il tarixli saylı məktubundan görünür ki, X10 03 iyul 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə aralarında yaranmış mübahisə zəmnində həyat yoldaşı Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsi ilə bağlı ərizəsi daxil olmuşdur. X6 13.10.2020-ci il tarixli 1043 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs X7 qeydiyyatda yoxdur. Tovuz rayon Aşağı Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.08.2020-ci il tarixli 1887 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Aşağı Quşçu kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X8 16.01.2010-cu il tarixdə Tovuz rayonunda anadan olmuşdur.Atası Təqsirləndirilən şəxs anası X14r. Tovuz rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X11 19.07.2012-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur.Atası Təqsirləndirilən şəxs, anası X14r. Tovuz Rayon İcra Hakimiyyəti başçısının 22.10.2020-ci il tarixli 86 saylı sərəncamından görünür ki, X8 və X11 nənələri Şahid3 qəyyumluğuna (himayəsinə) verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi barədə» 07.11.2020-ci il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs əməlində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 228.4, 126.2.3 və 126.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məxsus paltarlar 1 ədəd tünd boz rəngli şalvar, 1 ədəd qısaqol köynək, 1 cüt yay başmağı, X12 məxsus 1 ədəd albalı rəng şalvar, 1 ədəd qısaqol köynək, cinayətin törədilmə aləti olan 1 ədəd bıçaq, 2 ədəd pambıq topası cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Tovuz rayon prokurorluğunun maddi sübütlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Tovuz rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd boz rəngli şalvar, 1 ədəd qısaqol köynək, 1 cüt yay başmağı, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə zamanı mərhum X10 əynində olmuş 1 ədəd albalı rəng şalvar, 1 ədəd qısaqol köynək, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, eləcə də 2 ədəd pambıq topası və 1 ədəd bıçaq, isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs himayəsində olan 16.01.2010-cu il təvəllüdlü X8 və 19.07.2012-ci il təvəllüdlü X11, anaları X10 öldürülməsi, ataları Təqsirləndirilən şəxs isə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuşlar. Tovuz Rayon İcra Hakimiyyəti başçısının 22.10.2020-ci il tarixli 86 saylı sərəncamı ilə X8 və X11 nənələri Şahid3 qəyyumluğuna (himayəsinə) verilmişdir. Odur ki, Tovuz Rayon İcra Hakimiyyəti başçısının 22.10.2020-ci il tarixli 86 saylı sərəncamı ilə X8 və X11 nənələri Şahid3 qəyyumluğuna (himayəsinə) verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 08 avqust 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Tovuz rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd boz rəngli şalvar, 1 ədəd qısaqol köynək, 1 cüt yay başmağı,təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın qəbul edilmədikdə məhv edilsin, hadisə zamanı mərhum X10 əynində olmuş 1 ədəd albalı rəng şalvar, 1 ədəd qısaqol köynək, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın qəbul edilmədikdə məhv edilsin, eləcə də 2 ədəd pambıq topası və 1 ədəd bıçaq, isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Tovuz Rayon İcra Hakimiyyəti başçısının 22.10.2020-ci il tarixli 86 saylı sərəncamı ilə X8 və X11 nənələri Şahid3 qəyyumluğuna (himayəsinə) verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-84/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-84/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver