Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-85/2021 29.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Daşkəsən rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Əhmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 152.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aralarında dörd il yaş fərqi olmaqla 01 iyun 2004-cü ildə anadan olmuş, aşkar surətdə on altı yaşına çatmayan Daşkəsən rayonu Əhmədli kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ilə 16 may 2019-cu il tarixdə qeyri-rəsmi ailə münasibətlərinə girərək, həmin tarixdən başlayaraq 03 iyun 2020-ci il tarixədək olan müddətdə, ayrı-ayrı vaxtlarda Daşkəsən rayonu Əhmədli kəndində mütəmadi olaraq onunla cinsi əlaqədə olmuş, nəticədə sonuncu 13 avqust 2020-ci il tarixdə X7 dünyaya gətirmişdir. Bundan başqa o, 03.06.2020-ci il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə Daşkəsən rayonu Əhmədli kəndində nənəsi X2 evinin həyətində bir neçə il əvvəl ərindən boşanmaqla bir azyaşlı uşağı ilə nənəsi Səmayə Abbasovanın evində sonuncu ilə birlikdə yaşayan, ailə üzvlərinin xəbəri və razılığı olmadan Şəmkir rayonu Könüllü kənd sakini Şahid4 ilə gizlin sevgi münasibətlərində olmaqla, son vaxtlar onunla birlikdə müxtəlif ünvanlarda yaşamaqla, həmçinin nənəsinin təsərrüfatında qeydə alınmış özünə məxsus hesab etdiyi üç baş iribuynuzlu heyvanı sataraq ailə üzvləri arasında əmlak mübahisəsi yaradan bacısı Abbasova Elgün Elşah qızı ilə təsadüfən rastlaştmış, onun mobil telefonla kiminləsə danışdığını görüb əxlaqa zidd hesab etdiyi hərəkətlərindən əsəbiləşərək ondan telefonunu tələb etmiş, sonuncu telefonu ona vermədiyi üçün zorla telefonu ondan almaq istədikdə Elgün Abbasova dırnağı ilə onun boyun və sağ said nahiyələrinə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sıyrıq xəsarətləri yetirdikdən sonra, onun əxlaqa zidd davranışları, yəni qısqanclıq və aralarında yaranmış əmlak mübahisəsi zəminində onu qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə hadisə yerindən götürdüyü diametri 330, uzunluğu 570 mm olan ağac parçası ilə onun baş və bədənin digər nahiyələrinə bir neçə zərbə endirmiş, zərbələrin təsirindən Elgün Abbasova yerə yıxılmış, həmin hərəkətləri ilə ona qapalı küt baş beyin zədələnməsi, başın sol alın, sol təpə-gicgah sümüklərinin yerini dəyişməyən sınıqları, baş beyinin yumşaq qişasına ocaqlı qansızma kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya, alt çənə sümüyünün açıq qəlpəli sınığı, qırtlaq qığırdaqlarının və dilaltı sümüyün sınığı, boyunun ön hissəsinin qançırı, boyun nahiyəsinin traxeyaətrafı yumşaq toxumalarına qansızma kimi ümumilikdə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya, sol qaşın bayır küncünün, boyunun sağ yarısının yaraları, sağ və sol gözətrafının, sağ çiyinin ön hissəsinin, sol çiyin qurşağının, göbək ətrafı nahiyənin, sol baldırın qançırları kimi ümumilikdə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən, həmçinin ölümünə səbəb olan mexaniki asfiksiya ilə nəticələnən xəsarətlər yetirməklə onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 120.1 və 152.1-ci maddələrilə nəzərdə tutulan ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, böyük bacısı Abbasova Elgün Elşah qızı 2012-ci ildə bibisi oğlu Elşənlə ailə qurmuş, bir müddət sonra əri Elşənlə Daşkəsən rayonu Əhmədli kəndində tənha yaşayan yaşlı nənəsi Səmayə Abbasovanın yaşadığı evə köçərək onunla birlikdə yaşamış, onların birgə nikahından 2013-cü il tarixdə Üzeyir adlı bir uşaqları doğulmuş, sonradan aralarında olan narazılıq səbəbindən ayrılmışlar. Bacısı Elgün azyaşlı övladı Üzeyirlə birlikdə nənəsi Səmayənin yanında sonuncuya məxsus evdə yaşamağa davam etmiş, aralarında gedişgəliş olmaqla münasibətləri normal olmuşdur. Lakin bəzi vaxtlarda Elgünün hərəkətlərindən xoşu gəlməmiş, Elgün heç kimi saymadan sərbəst hərəkət etmiş, heç kimə demədən istədiyi yerə gedib-gəlmiş, istifadəsində olan mobil telefon vasitəsilə daim kiminləsə danışmış, bu barədə bir neçə dəfə atası tərəfindən Elgünə irad bildirilmiş, nənəsi isə atasını danlayaraq Elgünə heçnə deməməsini tapşırmışdır. Bu səbəbdən onların Elgünlə münasibətləri pozulmuşdur. Elgün nənəsi Səmayə ilə birlikdə sonuncuya məxsus evdə yaşamaqla ona baxmış, həmçinin nənəsinin təsərrüfatında olan 3 baş iri buynuzlu mal-qaraları saxlamışdır. 2020-ci ilin may ayının ortalarında, xatırlamadığı gün kənd sakinləri arasında gəzən söz-söhbətlərdən nənəsinin təsərrüfatında olan 3 baş iri buynuzlu mal-qaraların satıldığını eşidərək atasına bu barədə demişdir. Həmin gün atası ona zəng edərək bacısı Elgünün tanımadığı başqa bir oğlanla nənəsinin evində yaşadığını, onların qaçıb getdiklərini və onları tutmaq üçün arxalarınca gedərək təqib etdiyini demiş, onu da çağıraraq onları tutmaqda köməklik etməsini bildirmişdir. O, Elgünün qaçdığı istiqamətə gedərək hündür bir yerə çıxıb onları müşahidə etmiş, hansı istiqamətdə qaçdıqlarını görüb bu barədə atasına demiş, atası isə Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi”nə zəng edərək şikayət etmişdir. Atasının şikayəti əsasında Daşkəsən RPŞ-nin adını bilmədiyi əməkdaşı Elgüngili Daşkəsən RPŞ-yə aparmış və orada araşdırma aparılmışdır. O, da RPŞ-yə getmiş, orada əvvəllər tanımadığı, adını sonradan bildiyi bacısı Elgünlə gizlin sevgi münasibətlərində olan Ravil adlı Şəmkir rayon sakinini görmüş, həmin gün bacısı Elgün Ravil adlı şəxslə birlikdə Gəncə şəhərinə getmiş, onların Gəncə şəhərində hansı ünvanda yaşamaları ilə maraqlanmamışdır. Bundan bir neçə gün sonra Ravil onun atası Elşahın mobil telefonuna zəng edərək Elgünün ondan onu döyməsi barədə Gəncə şəhəri Nizami rayon polis idarəsinə şikayət etdiyini demiş, Elşah isə ona onların aralarında olan məsələlərə qarışmadığını, anası Səmayəyə məxsus olan satdıqları heyvanların pullarını qaytarmalarını demişdir. O, 02 iyun 2020-ci il tarixdə bacısı Elgünün kəndə qayıtması xəbərini eşidib atasına məlumat vermiş, lakin onu həmin gün görməmişdir. 03.06.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə evdə olmuş, gündəlik ev işləri ilə məşğul olmuş, həmin gün axşam saatlarında bir qədər spirtli içki qəbul etmiş, axşam saat 21 radələrində isə örüş sahəsinə buraxdıqları iri buynuzlu mal-qaraları gətirməyə getmiş, nənəsi Səmayənin Daşkəsən rayonu Əhmədli kəndində yaşadığı evin yaxınlığından keçən zaman mal-qaraların nənəsinin yaşadığı həmin evin həyətində olduğunu görüb onları aparmaq üçün həyətə daxil olmuş, tövlənin qarşısında bacısı Elgünün dayandığını və mobil telefon vasitəsilə kiminləsə daşındığını görmüşdür. Ona yaxınlaşaraq kiminlə danışdığını ondan soruşmuş və mobil telefonu ona verməsini demiş, bacısı isə onun hər kimlə danışmasının heç kimə aidiyyəti olmadığını deyərək telefonu verməkdən imtina etmiş, onun əlindən telefonu zorla almaq istədikdə Elgün onun sağ qolunu dırnağı ilə cızıb, ona xəsarət yetirərək paltarından tutub onu geri itələmiş, ondan bir daha telefonu almaq istədikdə Elgün dırnaqları ilə onun boğazına xəsarət yetirmişdir. O, Elgünün hərəkətlərinə əsəbləşərək yaxınlıqdakı ağac parçasını götürüb telefonu onun əlindən salmaq üçün sağ əlinə vurmaq istədikdə sonuncu əlini aşağı saldığından ağac zərbəsi onun boğaz nahiyəsinə dəymiş, Elgün həmin an zərbənin təsirindən yerə yıxılmışdır. Elgünün ölübölmədiyini bilməmiş, həmin vaxt yaxınlıqda heç kim olmamış, nənəsi və Elgünün azyaşlı oğlu Üzeyir evdə olmuşlar. Bundan sonra Üzeyirin həyətə çıxan zaman anasını qan içərisində görüb qorxmasından ehtiyat edərək onu evlərinə aparmışdır. Atasına bacısı ilə dalaşdığını, onu vurduğunu demişdir. Atası dərhal hadisə yerinə getmiş, Elgünün öldüyünü biləndən sonra o da Elgünün öldüyünü bilmiş, sonra isə “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin ifadəsində bacısı Elgünü öldürmək niyyətinin olmadığını, ona ağac parçası ilə bir dəfə zərbə vurduğunu göstərmişdir. Bundan başqa ifadəsində həmçinin göstərmişdir ki, onlarla yaxın qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibətləri yaranmış və bir-birilərini sevmiş, lakin valideynləri onların ailə qurmalarına razı olmadığından onları elçiliyə göndərə bilməmişdir. Ona görə də heç kimə demədən Şahnazla ailə qurmaq qərarına gəlmiş, həmin ərəfələrdə Şahnazı atası Amil öz qardaşı oğluna nişanlamaq istəmiş, Şahnaz isə atasına onu sevdiyini demiş, sonuncu isə onların ailə qurmasına razılıq vermiş və Şahnazı ailə qurmaq məqsədilə 16 may 2019-cu il tarixdə Daşkəsən rayonu Əhmədli kəndindəki evlərinə aparmışdır. Həmin gün Daşkəsən rayonu Əhmədli kəndindəki evlərində Şahnazla ilk dəfə təbii yolla cinsi əlaqədə olaraq onun bakirəliyini pozmuş, həmin vaxtdan onlar bir ailə kimi yaşamış və onunla 03 iyun 2020-ci il tarixədək olan müddətdə mütəmadi olaraq, ayrı-ayrı vaxtlarda cinsi əlaqədə olmuşdur. O, ailə quran zaman Şahnazın 16 yaşının tamam olmadığını bilməsə də, ailə qurandan sonra onun 16 yaşına çatmadığını bilmişdir. Bundan başqa ifadəsində törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, ailə üzvləri həyat yoldaşı X18, oğlu Təqsirləndirilən şəxs, qızları X9 və Abbasova Elgün Elşah qızından ibarət olmuş, Elgün Abbasova böyük övladı olmuşdur. 2012-ci ildə Elgün baldızı oğlu Elşənlə ailə qurmuş, bir müddət sonra əri Elşənlə Daşkəsən rayonu Əhmədli kəndində tənha yaşayan qayınanası X3 yaşadığı evə köçmüş, onların birgə nikahlarından 18.09.2013-cü il tarixdə Üzeyir adlı bir oğlan uşağı doğulmuş və sonradan Elşənlə aralarında olan narazılıq səbəbindən ayrılmışlar. Ayrıldıqdan sonra da Elgün azyaşlı övladı Üzeyirlə birlikdə qayınanası Səmayənin yanında ona məxsus evdə yaşamağa davam etmiş, aralarında daim gediş-gəliş olmuş, onunla münasibətləri normal olmuş, eləcə də Elgünlə digər ailə üzvlərinin də münasibətləri yaxşı olmuşdur. Elgün onun yaşlı qayınanası Səmayə ilə qalmaqla ona baxmış, həmçinin qayınanasının təsərrüfatında olan 3 baş iri buynuzlu mal-qaraları saxlamışdır. Bəzi vaxtlarda Elgün heç kimi saymadan sərbəst hərəkət etmiş, heç kimə demədən istədiyi yerə gedib-gəlmiş, istifadə etdiyi mobil telefonu vasitəsilə daim kiminləsə danışmış, onun başqa rayonlara getdiyini, orada yüngül həyat tərzi keçirdiyini eşitmiş, onun əxlaqsızlığına görə kənd sakinləri arasına çıxmağa utanmış, bir neçə dəfə Elgünə bu barədə irad bildirdikdə onlardan küsərək uzaqlaşmış və onlara yaxın getməmiş, həyat yoldaşı Elşah da ona irad bildirmiş, qayınanası Səmayə isə Elgünə heç kimin heçnə deməməsini onlara tapşırmışdır. Oğlu Elvin sakit təbiətli olmuş, lakin Elgünün yüngül həyat tərzi keçirməsini götürə bilməmiş, onun hərəkətlərinə görə utandığından kənd sakinlərinin arasına çıxa bilmədiyini ona demişdir. Hətta bir dəfə Elvin Elgünə bu yoldan qayıtmasını, onun hərəkətlərinə görə sakinlər arasına çıxa bilmədiyini demiş, Elgün isə ona başqa evdə yaşadığını, onun yaşadığı evdə yaşamadığını, onun etdiyi hərəkətlərin heç kimə aid olmadığını kobud və nalayiq sözlərlə bildirmişdir. Bundan sonra 2020-ci ilin may ayında Elgün tanımadığı, heç vaxt görmədiyi, adını əri Elşahdan eşitdiyi Ravil adlı şəxslə birlikdə Əhmədli kəndinə gələrək qayınanasına məxsus 3 baş iri buynuzlu heyvanları satmış, həmin ərəfələrdə yoldaşı onların yaşadığı evə gedərək mal-qaranın nə üçün satıldığını öyrənmək istədikdə Elgün və onun yanında olan Ravil adlı şəxs qaçıb getmiş, Elşah Elvinlə birlikdə onları təqib etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi”nə zəng edərək məlumat vermiş, bundan sonra Daşkəsən RPŞ-nin polis əməkdaşları Elgünü və Ravili Daşkəsən RPŞ-yə aparmışlar. Orada mal-qaranın oğlurlanıb satılması ilə bağlı şikayətləri üzrə araşdırma aparılmışdır. 03 iyun 2020-ci il tarixdə Elgünün kəndə gəlməsindən xəbəri olmamış, bunu yalnız əri Elşah bilmiş, Elgün başqa yerdə kirayə mənzil tutaraq qayınanası Səmayəni ora aparmış, qayınanasının evinin açarını da Elşaha vermiş, daha sonra qayınanası orada qala bilməyəcəyini dediyindən onu 03 iyun 2020-ci il tarixdə kəndə qaytarmış, orada yoldaşı Elşaha zəng edərək açarı istəmiş, ona görə də Elşah onun həmin tarixdə kəndə gəlməsini bilmişdir. 03 iyun 2020-ci il tarixdə Elşah və Elvin evdə olmuş, onlar gündəlik məişət işləri ilə məşğul olmuş, günorta nahar vaxtı evdə yemək yeyərək bir qədər pivə içmişlər. Həmin gün axşam saat 21 radələrində Elvin atla otlaq sahəsinə sahibsiz buraxdıqları mal-qaraları gətirmək üçün getmiş, bir qədər sonra Elvin Üzeyirlə birlikdə mal-qaraları gətirib gəlmiş, ona Üzeyiri haradan götürdüyünü bildirdikdə Elvin Elgünün kəndə qayıtdığını, qayınanası Səmayənin evində olduğunu demişdir. Həmin vaxt onunla birlikdə əri Elşah və qızı Şəhanə də evdə olmuş, Elvin mal-qaraların Səmayənin həyətinə girdiyini, onları gətirmək üçün həyətə daxil olduqda Elgünün yenə kiminləsə mobil telefonla danışdığını gördüyünü, ondan bu hərəkətlərini yerə qoymasını və mobil telefonunu ona verməsini tələb etdiyini, sonuncu isə mobil telefondan nömrəni çıxardaraq qırıb atdığını, bundan sonra orada, yəni nənəsi Səmayənin evinin həyətində ağac parçası ilə onun baş nahiyəsinə zərbə ilə vurduğunu bildirmişdir. Elvinin Elgünü öldürdüyünü deməsini eşidən kimi Elşah dərhal istifadəsində olan avtomobillə hadisə yerinə getmiş, onlar isə onun ardınca piyada həmin yerə getmiş, hadisə yerində Elgünün meyitinin tövlənin qarşısında arxası üstə olduğunu, onun çənə və boğaz nahiyəsinin qan içində olduğunu görmüşdür. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdir. İfadəsinə əlavə olaraq təqsirləndirilən şəxs olan oğlu Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, oğlu Elvin yaxın qonşuluqda yaşayan qonşu Amilin qızı Zərərçəkmiş şəxs istəmiş, onunla ailə qurmaq fikrində olduğunu eşitmiş, Elvin ona bu barədə dedikdə ona razı olmadığını demiş, sonra həyat yoldaşı Elşaha da bu barədə məlumat verdikdə sonuncu ona Amildən xoşu gəlmədiyini və Elvinin onun qızını almaq fikrinin olmasına narazılığını bildirmişdir. Lakin Elvin onların sözünü dinləməmiş, 16 may 2019-cu ildə Şahnazı götürüb gətirmiş, əvvəl onun hərəkətlərinə əsəbləşsələrdə sonradan artıq ailə qurmaq istədiklərini və bir-birilərini sevdiklərini görüb razılaşmışlar. Lakin onlara heç bir toy şənliyi və ya hər hansı formada yığıncaq keçirməmiş, onlar həmin vaxtdan bir ailə kimi birlikdə Daşkəsən rayonu Əhmədli kəndində yaşamış və Şahnaz həmin evlilikdən hamilə qalmışdır. 13.08.2020-ci il tarixdə Şahnazın uşağı dünyaya gəlmiş, uşağın adını İlqar qoymuş, həmin uşaq oğlu Elvinlə Şahnazın qeyri-rəsmi ailə münasibətlərindən doğulmuşdur. O, əvvəl Şahnazın 18 yaşı tamam olduğunu guman etmiş, lakin sonradan onun ailə quran zaman 16 yaşının tamam olmadığını öyrənib bilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01.06.2004-cü ildə Daşkəsən rayonu Əhmədli kəndində doğulmuş, Təqsirləndirilən şəxs əvvəllər kənd sakini kimi tanımış, onlarla uzaq qohumluq əlaqələri olmuşdur. Onunla Elvin arasında sevgi münasibətləri yaranmış, bir-birilərini sevmişlər. 2019-cu ilin yaz aylarında atası onu qardaşı oğluna nişanlamaq istəmiş, lakin atasına onun qardaşı oğluna ərə getməyəcəyini, zorla verəcəyi halda özünü öldürəcəyini və qonşuluqda yaşayan Elvini sevdiyini demişdir. Bundan sonra valideynləri onun Elvinlə ailə qurmaq fikrinə narazılıq etməmiş, lakin Elvinin valideynləri onların ailə qurmasına razı olmamışlar. 16 may 2019-cu il tarixdə Elvin onu öz istəyi və könüllü razılığı ilə götürüb ailə qurmaq məqsədilə Daşkəsən rayonu Əhmədli kəndindəki evlərinə aparmış, Elvinin valideynləri onların ailə qurmasına əvvəl narazılıq etsələr də, Elvin onlara artıq onu ailə qurmaq məqsədilə gətirdiyini və onunla evlənəcəyini dediyindən onlar da razılaşmış və Elvin onunla 16 may 2019-cu il tarixdə Əhmədli kəndindəki evlərində təbii yolla cinsi əlaqədə olaraq bakirəliyini pozmuşdur. Onlar həmin vaxtdan bir ailə kimi birlikdə yaşamış və 03 iyun 2020-ci il tarixədək olan müddətdə mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. O hamilə qalmış, 9 ay hamiləlikdən sonra 13.08.2020-ci il tarixdə oğlu dünyaya gəlmişdir. Onun övladının atası Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, qızı Elgün Abbasova böyük övladı olmuş, 2012-ci ildə bacısı oğlu Elşənlə ailə qurmuş, bir müddət sonra anası Səmayə Abbasovanın yaşadığı evə köçmüş, onların birgə nikahlarından 18.09.2013-cü il tarixdə Üzeyir adlı bir oğlan uşağı doğulmuş, sonradan aralarında olan narazılıq səbəbindən ayrılmışlar. Ayrıldıqdan sonra da qızı Elgün azyaşlı övladı Üzeyirlə birlikdə anası Səmayənin yanında ona məxsus evdə yaşamağa davam etmiş, aralarında daim gediş-gəlişləri olmuşdur. Bəzi vaxtlarda Elgünün hərəkətlərindən xoşu gəlməmiş, Elgün heç kimi saymadan sərbəst hərəkət etmiş, heç kimə demədən istədiyi yerə gedib-gəlmiş, istifadə etdiyi mobil telefonu vasitəsilə daim kiminləsə danışmış, ona bu hərəkətlərinə görə irad bildirmiş, lakin anası Səmayə Elgünü müdafiə edərək heç kimin ona heç nə deməməsini bildirmişdir. Elgün onun yaşlı anası Səmayə ilə qalmaqla ona baxmış, onun pensiya pulu ilə evə bazarlıq etmiş, həmçinin anasının təsərrüfatında olan 3 baş iri buynuzlu mal-qaraya baxmışdır. 2020-ci ilin may ayında oğlu Elvin anası Səmayənin təsərrüfatında olan 3 baş iri buynuzlu mal-qaranın satılması barədə kənddə söz-söhbət gəzdiyini və onun bu haqda məlumatının olub-olmadığını soruşmuş, ona bu haqda heç bir məlumatı olmadığını deyərək bunu dəqiqləşdirmək məqsədilə anasıgilə getmiş, anasının və qızının evdə olduğunu görmüşdür. O, anasından təsərrüfatında olan 3 baş iri buynuzlu mal-qaranı satıb-satmamasını soruşmuş, anası ona heyvanları satmadığını demiş, sonra tövləyə baxaraq heyvanların tövlədə olmadığını görüb Elgündən heyvanların harada olduğunu soruşmuş, Elgün ona heyvanları satdıqlarını demişdir. Ondan hansı səbəbə heyvanları satdığını soruşduqda ona “yaxşı etmişəm” sözlərini demiş, həmin vaxt evin arxa otağından əvvəllər tanımadığı, adını sonradan bildiyi Ravil adlı Şəmkir rayon sakini qarşı otağa onların yanına gəlmiş, həmin oğlanın kim olduğunu soruşduqda ona qızı Elgünlə 1 ilə yaxındır tanış olduqlarını, onunla yaxın münasibətlərinin olduğunu və Elgünü ailə kimi saxlamaq fikrində olduğunu demişdir. Söhbət zamanı heyvanları Elgünün həmin oğlanla birlikdə satdığını öyrənmiş, ona görə də aralarında mübahisə yaranmış, həmin vaxt qızı Elgün uşağını da götürüb Ravil adlı şəxslə birlikdə qaçıb uzaqlaşmış, onların arxalarınca gedərək təqib etmiş, oğlu Elvinə də zəng edərək məlumat vermiş, o da onları təqib etmiş, həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi” nə zəng edərək şikayət etmişdir. Həmin məlumat əsasında Daşkəsən RPŞ-də araşdırma aparılmış, həmin gün Ravil və Elgün Gəncə şəhərinə getmiş, lakin onların hara getdiklərini və hansı ünvanda yaşadıqlarını bilməmişdir. Bundan bir neçə gün sonra onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda Ravil olduğunu bilmiş, Ravil ona Elgünün ondan Gəncə şəhəri Nizami rayon polis idarəsinə onu döyməsi barədə şikayət etdiyini demiş, ona öz işləri olduğunu, anasının heyvanlarının pullarını qaytarmalarını demişdir. Bir gün Elvin ona Elgünün etdiyi hərəkətlərə görə, eləcə də başqa şəxslə gəzərək onun adına ləkə gətirdiyinə görə onu döyməklə cəzalandıracağını demiş, ona hələ uşaq olduğunu, böyüklər olan yerdə belə şeylər etməməsini tapşırmışdır. 03 iyun 2020-ci il tarixdə günorta saatlarda ailə üzvləri ilə birlikdə nahar etmiş, oğlu Elvinlə bir qədər pivə içmişdir. Həmin gün saat 21 radələrində Elvin təsərrüfatlarında olan iri buynuzlu mal-qaraları gətirmək üçün getmiş, bir neçə dəqiqədən sonra Üzeyiri evə gətirmiş, həmin vaxt yoldaşı X8 və qızı X9 da evdə olmuşlar. Elvin onlara mal-qaraların Səmayənin həyətinə girdiyini, onları gətirmək üçün həyətə daxil olduqda Elgünün yenə kiminləsə mobil telefonda danışdığını gördüyünü, ondan mobil telefonunu ona verməsini tələb etdiyini, sonuncu isə mobil telefondan nömrəni çıxardaraq qırıb atdığını, bundan sonra orada, yəni nənəsi Səmayənin evinin həyətində ağac parçası ilə onun baş nahiyəsinə zərbə ilə vurduğunu demişdir. Bu xəbəri eşidən kimi əvvəl inanmamış, dərhal həmin yerə getmiş, orada həqiqətən Elgünün mal tövləsinin qarşısında arxası üstə düşüb qaldığını, çənə nahiyəsinin isə qan içində olduğunu, onun öldüyünü görmüş, anasının evində olan göy rəngli prostini gətirərək meyitin üstünə sərmişdir. Bundan başqa X18 ifadəsində göstərmişdir ki, oğlu Elvin yaxın qonşuluqda yaşayan qonşu Amilin qızı Zərərçəkmiş şəxs istəmiş, onunla ailə qurmaq fikrində olduğunu eşitmiş, ona bu barədə məlumatı həyat yoldaşı Xatirə vermiş, ona Amildən xoşu gəlmədiyini və Elvinin onun qızını almasına razılıq vermədiyini demişdir. Lakin Elvin onların sözünü dinləməmiş, 16 may 2019-cu ildə Şahnazı götürüb Daşkəsən rayonu Əhmədli kəndindəki evlərinə gətirmiş, əvvəl onun hərəkətlərinə əsəbləşsələrdə sonradan artıq ailə qurmaq istədiklərini və bir-birilərini sevdiklərini görüb razılaşmışlar. Lakin onlara heç bir toy şənliyi və ya hər hansı formada yığıncaq keçirməmiş, onlar həmin vaxtdan bir ailə kimi birlikdə yaşamış və Şahnaz həmin evlilikdən hamilə qalmışdır. 13.08.2020-ci il tarixdə Şahnazın uşağı dünyaya gəlmiş, uşağın adını İlqar qoymuş, həmin uşaq oğlu Elvinlə Şahnazın evliliyindən doğulmuşdur. O, əvvəl Şahnazın 18 yaşı tamam olduğunu güman etmiş, lakin sonradan onun 16 yaşının tamam olmadığını öyrənib bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Elşah qızı şahid X12 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, anası Elgünlə anasının nənəsi Səmayəyə məxsus evdə yaşamış, babası Elşahgilə gedib-gəlmiş, babasıgil onlara qarşı mehriban olmuşdur. Kənddə anasının yanına başqa kişilərin gəlib-getdiyini görməmiş, yalnız Ravili görmüş, Ravil onlara gəlmiş, onlarla birlikdə yaşamış, sonra anası Elgünlə Səmayənin mal-qarasını tanımadığı şəxslərə satmışlar. Malqaranın pulunu anası Elgün almış, həmin pulla tanımadığı şəxslərdən nəşə alıb çəkmiş, həm də spirtli içkilər qəbul etmişlər. Ravil ilə anası onun gözü qarşısında nəşə çəkib cinsi əlaqədə olmuşdur. Babası Elşah onlara gəlmiş, anasından nə üçün heyvanları satdığını soruşduqda anası onu götürərək Ravil ilə birlikdə qaçmış, onları yolda polis əməkdaşları saxlayıb polis şöbəsinə aparmış, orada nə baş verdiyini anlamamış, həmin gün anası ilə Ravil Daşkəsən şəhərində kirayə mənzil tutaraq orada qalmış, orada anasının yanına çoxlu tanımadığı kişilər gəlib getmişdir. Sonra onlar Gəncə şəhəri Sevinc qəsəbəsinə köçmüş, kirayə mənzil tutmuş, orada da anasının yanına tanımadığı kişilər gəlib getmişdir. Orada anası ilə Ravil dalaşmış, anası polis çağırmış, daha sonra onlar yenidən Daşkəsən şəhərinə qayıtmış, oradakı əvvəlki kirayədə yaşamış, anası kəndə gedib nənəsi Səmayəni də ora gətirmiş, lakin Səmayə orada yaşamaq istəmədiyindən kəndə qayıtmışlar. Anası axşam qaranlıq düşəndə onu evdə qoyub harasa getmiş, həmin vaxt Səmayə ilə birlikdə evdə olmuş, bir qədər sonra dayısı Elvin gəlmiş, onu atla babasıgilə aparmışdır. O, babasıgildə olanda anasının öldüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 03 iyun 2020-ci il tarixdə axşam saat 19 radələrində Elvinin atla mal-qaralarını gətirmək üçün onun yaşadığı evin arxasından keçən avtomobil yolu ilə Əhmədli kəndinin mərkəzinə, yəni nənəsi Səmayənin evi istiqamətində getdiyini görmüş, lakin sonra evdə olduğu üçün onun qayıdıb-qayıtmağını görməmiş, bir qədər sonra kəndə polis xidməti avtomobillərinin gəldiyini görüb nə baş verdiyini öyrənmiş və Elvinin nənəsinə məxsus evdə yaşayan bacısı Elgünü öldürdüyünü eşitmişdir. Elgünün yüngül həyat tərzi keçirməsini əvvəldən bilmiş, bu barədə kənd sakinlərinin hamısının xəbəri olmuş, hətta onun keçirdiyi həyat tərzinə görə, eləcə də gecə saatlarında onun yanına kənar şəxslərin avtomobillərlə kəndə gəlib-getməsinə görə kənd sakinləri onun atasına narazılıqlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Daşkəsən rayonunun Əhmədli kəndində Səmayə ilə qonşuluqda yaşamış, yaşadıqları evlər arasında təxminən 60-70 metr məsafə olmuşdur. Elvin hər gün səhər mal-qaralarını örüş otlaq sahəsinə ötürdüyünü və axşam saatlarında isə gedib gətirdiyini görmüş, bəzi hallarda isə mal-qaralar Səmayənin həyətinə daxil olduğundan Elvin gəlib aparmışdır. 03 iyun 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evə gedən zaman Səmayənin həyətindən səs-küy gəldiyini eşitmiş, evin həyətində Elvinlə bacısı Elgünün mübahisə etdiklərini görmüş, lakin onların aralarında adi məişət söz-söhbəti olmasını ehtimal edərək yoluna davam etmişdir. Bundan bir neçə dəqiqədən sonra kəndə polis xidməti avtomobilləri gəldiyini görüb nə baş verdiyini öyrənmiş və Elvinin nənəsi Səmayəyə məxsus həmin evin həyətində bacısı Elgünü öldürdüyünü eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, əmisi oğlu Elşahın övladları Elvin və Elgünü tanıyır, Elgünü uşaqlıqdan əmisi arvadı Səmayə saxlamış, Elgün əvvəllər ailə qurmuş, lakin sonradan boşanaraq yüngül həyat tərzi keçirmişdir. Daşkəsən rayonu Əhmədli kəndində Səmayənin yaşadığı evlə onun yaşadığı ev arasında təxminən 70 metr məsafə olmuş, onun həyətindən baxanda Səmayənin evi və həyəti görünmüşdür. Elvinin adətən mal-qaraları kəndin örüş otlaq sahəsinə ötürdüyünü, axşam saatlarında isə gedib gətirdiyini, bəzi hallarda isə malqaraların örüş otlaq sahəsindən qayıdaraq Səmayənin həyətinə girdiklərini və Elvinin onları oradan apardığını görmüşdür. 03 iyun 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evin həyətində olmuş, həmin ərəfələrdə hava qaranlıqlaşmaq üzrə olmuş, Elvinin malqaralarının Səmayənin həyətinə daxil olduğunu və Elvinin atla ora getdiyini, eyni zamanda həyətdə dayanan bacısı Elgünlə mübahisə etdiklərini görmüş, lakin onların hansı səbəbdən mübahisə etdiklərini bilməmişdir. Təxminən 30 dəqiqə sonra əmisi oğlu Elşah onlara gələrək Elvinin Elgünü öldürdüyünü demişdir. Elvinin bacısı Elgünü onun yüngül həyat tərzi keçirməsi səbəbindən öldürdüyünü düşünmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya birliyinin Daşkəsən rayon şöbəsinin rəisi vəzifəsində işləyir. Həqiqətən də ölmüş zərəçəkmiş şəxs Abbasova Elgün Elşah qızının meyitini müayinə etmiş və 01.07.2020-ci il tarixli meyitin ekpertizasına dair 3 saylı rəyi vermişdir. Xatırladığı qədərilə meyitdə alt çənə sümüyünün, qırtlaq qığırdağının və dilaltı sümüyün sınıqları, həmçinin zərərçəkmiş şəxsin çiyin nahiyəsində qançırlar olmuşdur. Zərərçəkmişdə olan xəsarətlər küt əşyanın təsirindən törənmişdilər. İfadəsinə əlavə olaraq zərərçəkmişdə olan xəsarətlərin bir neçə zərbənin nəticəsində yaranmasının istisna edilmədiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Daşkəsən rayon Əhmədli kənd sakini Abbasova Elgün Elşah qızını sosial şəbəkə vasitəsilə tanımış, onunla bir neçə müddət mobil telefon vasitəsilə danışmış və görüşmək qərarına gəlmiş, həmin vaxt işlədiyi “N” saylı hərbi hissədən işdən çıxaraq N may 2020-ci il tarixdə Daşkəsən rayonu Əhmədli kəndinə getmişdir. Elgünü ilk dəfə orada görmüş, onun nənəsi ilə birlikdə yaşadığını və valideynlərinin də həmin kənddə, lakin başqa ünvanda yaşadığını öyrənmişdir. Onun əvvəl Elgünlə evlənmək fikri olmuş, bu məqsədilə işdən çıxaraq onun yanına getmiş, lakin sonradan onun yüngül həyat tərzi keçirməyə meyilli olduğunu, başqa şəxslərlə də münasibətlərinin olduğunu müşahidə edərək fikrindən daşınmışdır. O, kənddə cəmi 3 gün qalmış, orada qaldığı müddətdə valideynlərinin Elgünə qarşı soyuq münasibətdə olduğunu hiss etmiş, aralarında gediş-gəlişlərinin olmadığını görmüş, onunla danışanda da Elgün valideynlərinin onu incitməsindən şikayətlənmişdir. Həmin ərəfələrdə Elgün onun xəbəri olmadan təsərrüfatında olan 3 baş iribuynuzlu mal-qaranı tanımadığı şəxsə satmış, onun heyvanları hansı məqsədlə satdığını bilməmiş və onunla birlikdə heyvanları satmamışdır. Bundan sonra Elşah heyvanların satılması xəbərini eşidərək ora gəlmiş, onu ilk dəfə orada görmüş, Elşah ondan kim olduğunu və oraya nə üçün gəldiyini soruşmuş, ona qızı Elgünlə ailə qurmaq məqsədilə ora gəldiyini demişdir. Həmin vaxt Elgün atası ilə mübahisə edərək onların ailə quracağını demiş və ondan bu məsələyə qarışmamasını tələb etmiş, lakin Elşah heyvanları satmasına görə qızı ilə mübahisə etmiş, həmin an artıq orada qala bilməyəcəyini və çıxıb getmək istədiyini bildirdiyindən Elgünlə birlikdə evdən çıxaraq getmişdir. Lakin Elşah onların arxasınca gələrək təqib etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi” nə zəng edərək onlardan şikayət etmiş, ona görə də onlar Daşkəsən RPŞ-yə dəvət olunaraq orada araşdırma aparılmış, araşdırma zamanı heyvanların Elgünə məxsus olduğu müəyyən olunmuşdur. Bundan sonra Elgünlə Daşkəsən şəhərində yaşamaq üçün kirayə mənzil tutmuş, təxminən 5-6 gün orada birlikdə yaşamış, sonradan aralarında mübahisə yarandığından ayrılmış, Elgün isə Gəncə şəhərinə gedərək orada mənzil kirayələmiş, ona da zəng edərək ora çağırmışdır. O, cəmi bir gün Gəncə şəhərində Elgünlə birlikdə qalmış, növbəti gün Elgünün başqa tanımadığı kişilərlə telefon əlaqəsinin olduğunu gördüyündən aralarında yenə mübahisə yaranmış, həmin vaxt Elgün ondan şikayət etmiş, onun şikayəti əsasında Gəncə şəhəri Kəpəz rayon polis idarəsində araşdırma aparılmış, o, bu barədə Elşahın mobil telefonuna zəng edərək ona da məlumat vermiş və həmin vaxtdan Elgündən tamamilə uzaqlaşmışdır. Sonradan Elgün bir-iki dəfə ona zəng edərək çağırmış, lakin onun çağırışlarına getməmiş, 03 iyun 2020-ci il tarixdə günorta saatlarında onunla yenə danışmış, Elgün ona Türkiyə Respublikasına gedəcəyini demiş və aralarında başqa söhbət olmamışdır. Daşkəsən rayon prokurorluğuna çağırıldıqdan sonra Elgünün qardaşı tərəfindən öldürüldüyünü bilmiş, onun qardaşı Elvinlə aralarında olan münasibətlər barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 03.06.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonunun Əhmədli kəndində, X5 məxsus fərdi yaşayış evinin həyətidir. Belə ki, həmin evin həyətində yerləşən tövlənin qarşısında, pəncərəyə perpendikulyar vəziyyətdə X22 Elşah qızının arxası üstə uzanılı vəziyyətdə meyiti aşkar edilmişdir. Meyit aşkar edilərkən başı sol çiyininə tərəf istiqamətlənmiş, sol qolu 45 dərəcə bükülmüş vəziyyətdə sinəsinin üstündə, sağ əli isə bədəninə papalel yarımbükülü vəziyyətdə olmuşdur. Meyitin sağ ayağı yarım bükülü, sol ayağı isə düz, hər iki ayağı bir birindən aralı olmuşdur. Meyitini əynində göy rəngli cins materialdan olan şalvar, bir-birinə paralel qara rəngli zolaqları olan ümumən ağ rəngli qısaqol köynək olmuş, həmin köynəyin üzərində, meyitin boğaz və sifət nahiyələrində qanabənzər ləkələr aşkar olunmuşdur. Meyitin sağ yan hissəsində, meyitin bədənindən 27 sm məsafədə otluq sahədə 38x34 sm ölçüdə qanabənzər ləkələr və meyitin baş nahiyəsindən 155 sm məsafədə fərdi yaşayış evi istiqamətində bir ədəd üzərində qanabənzər ləkələr olan ağac parçası (oduncaq) aşkar olunmuş, həmin qanabənzər ləkələr və bir ədəd ağac parçası götürülərək qablaşdırılmış və protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Daşkəsən rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 04.06.2020-ci il tarixli 109 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlərboyunun və sağ saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 03.06.2020-ci il tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarşılıqlı dava zamanı və digər şəraitdə əmələ gəlmələri mümkündür. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Daşkəsən rayon Şöbəsi tərəfindən təqdim edilmiş 04.06.2020-ci il tarixli 03 №-li meyitin ekspertizasına dair rəyindən görünür ki, X22 Elşah qızının məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edildi: qapalı küt baş beyin zədələnməsi, başın yumşaq toxumaları altına sol alın-təpə nahiyəsinə qansızma, baş beyinin yumşaq qişasına ocaqlı qansızma. Başın sol alın, sol təpə-gicgah sümüklərinin yerini dəyişməyən sınıqları. Alt çənə sümüyünün yerini dəyişmiş açıq qəlpəli sınığı. Qırtlaq qığırdağının və dilaltı sümüyün sınığı, boyun nahiyəsinin traxeyaətrafı yumşaq toxumalarına qansızma. Gözlərin birləşdirici toxumasına və ürək səthinə nöqtəvari qansızmalar. Sol qaşın bayır küncünün, boyunun sağ yarısının yaraları. Sağ və sol gözətrafının, boyunun ön hissəsinin, sağ çiyinin ön hissəsinin, sol çiyin qurşağının, göbək ətrafı nahiyənin, sol baldırın qançırları. Xarici qanaxma. X22 Elşah qızının bədəni üzərində aşkar edilmiş yuxarıda göstərilən xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər və ekspertizaya təqdim olunmuş üzərində qanabənzər ləkələri olan eni 150 mm, uzunluğu 570 mm olan ağac parçası ilə yetirilməsi istisna olunmur. Qapalı küt baş beyin zədələnməsi, başın sol alın, sol təpə-gicgah sümüklərinin yerini dəyişməyən sınıqları, baş beyinin yumşaq qişasına ocaqlı qansızma dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Alt çənə sümüyünün açıq qəlpəli sınığı, qırtlaq qığırdaqlarının və dilaltı sümüyün sınığı, boyunun ön hissəsinin qançırı, boyun nahiyəsinin traxeyaətrafı yumşaq toxumalarına qansızma ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Sol qaşın bayır küncünün, boyunun sağ yarısının yaraları, sağ və sol gözətrafının, sağ çiyinin ön hissəsinin, sol çiyin qurşağının, göbək ətrafı nahiyənin, sol baldırın qançırları ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. X22 Elşah qızının ölümünə səbəb küt əşya təsirindən baş vermiş mexaniki asfiksiya olmuşdur. Bunu meyitin boyun nahiyəsində böyük ölçülü qançırın olması, qırtlaq qığırdaqlarının və dilaltı sümüyün sınması, boyun nahiyəsinin traxeyaətrafı yumşaq toxumalarına qansızmanın olması, gözlərin birləşdirici toxumasına və ürək səthinə nöqtəvari qansızmanın olması və ümumi asfiktik əlamətlərin olması təsdiq edir. Ölüm müayinədən 3-4 saat əvvəl baş vermişdir. Meyitin müayinəsi 04.06.2020-ci il tarixdə saat 00:20-də aparılmışdır. X22 Elşah qızının bədəni üzərində aşkar edilmiş yuxarıda göstərilmiş xəsarətlər bir neçə zərbənin təsiri nəticəsində yaranması mümkündür. X22 Elşah qızının cinsi əlaqədə olma əlamətləri müəyyən edilmədi. X22 Elşah qızında hamiləlik aşkar edilmədi. X22 Elşah qızının ağız boşluğunda hər hansı bir yad məhlul aşkar edilmədi. X22 Elşah qızının meyitindən götürülmüş qanda etil spirti, narkotik və zəhərləyici maddələr aşkar edilməmişdir. X22 Elşah qızının cinsi əlaqədə olma və bədəni üzərində cinsi zorakılığa xarakterik xəsarət və ya xəsarət izi aşkar edilməyib. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların məhkəmə ekspertizasına dair 14 avqust 2020-ci il tarixli 474/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Abbasova Elgün Elşah qızının ABO sistemi üzrə qrup göstəricisi O (İ) (şəxsiyyət vəsiqəsinə əsasən). Ekspertizaya təqdim olunmuş bir ədəd ağac hissəsi, Təqsirləndirilən şəxsya məxsus lifcik, qadın trusiki, qısaqol köynək, dırnaq nümunələri, cins şalvar, X14 məxsus uzunqol sviter, cins şalvar, 02 ədəd çubuqlu pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Abbasova Elgün Elşah qızına məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol kofta, cins şalvar, dırnaq nümunələri, X14 məxsus dırnaq nümunələri və bir cüt qaloş üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs və X12 dırnaq nümunələrində heç bir dırnaqaltı möhtəviyyatda qana və dəri toxumasına (epidermisə) şübhəli hissəciklər aşkar olunmadı. Təqsirləndirilən şəxsya məxsus dırnaq nümunələrində heç bir dırnaqaltı möhtəviyyatda dəri toxumasına şübhəli hissəciklər aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11.08.2020-ci il tarixli, 437/193 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəbi bacısı ilə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22.07.2020-ci il tarixli 6/1181 №-li materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Abbasova Elgün Elşah qızının, Təqsirləndirilən şəxs və X12 geyim paltarlarının üzərlərində və Abbasova Elgün Elşah qızının dırnaq nümunələrində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında Elgün Abbasovanın şalvarının üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Elgün Abbasovanın şalvarının tərkib liflərinə uyğun gəlirlər; Elgün Abbasovanın sağ və sol əllərindən götürülmüş dırnaq nümunələrindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; Elgün Abbasovanın əllərin içərisinin silinmiş tənzif parçalarının üzərində Təqsirləndirilən şəxs və Elşah Abbasovun geyim paltarlarının tərkib liflərindən yoxdur. Elgün Abbasovanın geyim paltarlarının üzərlərində və dırnaq nümunələrində Elşah Abbasovun geyim paltarlarının tərkib liflərindən yoxdur, eləcə də Elşah Abbasovun geyim paltarlarının üzərində və dırnaq nümunalərində Elgün Abbasovanın geyim paltarlarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs dırnaq nümunələrində Elgün Abbasovanın geyim paltarlarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21.07.2020-ci il tarixli 3/685 №-li məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş jaketin üzərində olan zədə fiziki qüvvənin təsirindən və hər hansı bərk predmetə ilişərək dartınması nəticəsində yarana bilən cırılma zədəsidir. Lakin bu cür zədələrin yaranma xarakteri nəzərə almaqla onların yaranma mexanizmi kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş digər predmetlərin üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. İş materiallarına əlavə olunmuş 04.06.2020-ci il tarixli “ şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 120.1-ci maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Daşkəsən rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli “təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 04 iyun 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB Daşkəsən rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 08.06.2020-ci il tarixli 115 saylı məktubdan görünür ki, Abbasov X10 RMX-da heç bir xəstəliklə, o cümlədən ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarına əlavə edilmiş 04.06.2020-ci il tarixli 69 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 10.06.2020-ci il tarixli 2058 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Daşkəsən rayon polis şöbəsi tərəfindən verilmiş 08.07.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Abbasova X11 rayonu Əhmədli kəndində nənəsi Səmayə Abbasova ilə birgə yaşamışdır. Təqsirləndirilən şəxsnın Şəmkir rayon Könüllü kənd sakini Şahid4 ilə qeyrirəsmi olaraq Gəncə şəhəri və Daşkəsən rayonunda birgə yaşayaraq hər ikisinin yüngül həyat tərzi sürmələri məlum olmuşdur. Bununla yanaşı, Elgün Abbasova özünə məxsus 3 baş iribuynuzlu heyvanını satdığı üçün atası Elşah Abbasov və Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, həmin narazılıqla əlaqədar olaraq, Elşah Abbasovun şikayət ərizəsi əsasında Daşkəsən RPŞ-də araşdırma aparılmış və toplanmış materialda cinayət və ya inzibati hüquq pozuntusu aşkar edilməmişdir. Təqsirləndirilən şəxs atası Elşah Abbasovun DİN-nin “102” zənd xidməti mərkəzinə zəng edərək qızı Elgün Abbasovanı öldürməsi barədə məlumat verməkdə məqsədi oğlunun etdiyi əməli öz boynuna götürərək oğlu Təqsirləndirilən şəxs məsuliyyətdən azad etmək istəməsi olmuşdur. Təqsirləndirilən şəxs və Elgün Abbasovanın qonşuları ilə münasibətləri normal olmuş, Elgün Abbasova ilə qardaşı Təqsirləndirilən şəxs arasında qısqanclıq və əmlak mübahisəsi səbəbindən mübahisə yaranmış və nəticədə Təqsirləndirilən şəxs bacısı Elgün Abbasovanı qətlə yetirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Daşkəsn rayon İcra Hakimiyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Abbasov X10 rayonu, Əhmədli kəndində atası X18, anası X8 və bacısı X9 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunmuş Daşkəsn rayon İcra Hakimiyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş Daşkəsən rayon İcra Hakimiyəti başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Abbasova Elgün Elşah qızı yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Zərərçəkmiş şəxs 13.08.2020ci il tarixdə X6 diri oğlan uşağı doğub. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək bacısı Elgünü öldürmək niyyətinin olmadığını, əlindən telefonu salmaq üçün ağac parçası ilə Elgünün sağ əlinə vurmaq istədiyi vaxt zərbənin boğaz nahiyəsinə dəydiyini, ona cəmi bir dəfə zərbə vurduğunu göstərmişdir. Həmçinin ailə quran zaman Şahnazın 16 yaşının tamam olmadığını bilmədiyini, yalnız ailə qurandan sonra onun 16 yaşına çatmadığını bildiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə onun təqsirinin məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair rəyindən müəyyən olunmuşdur ki, X22 Elşah qızının bədəni üzərində qapalı küt baş beyin zədələnməsi, başın sol alın, sol təpə-gicgah sümüklərinin yerini dəyişməyən sınıqları, baş beyinin yumşaq qişasına ocaqlı qansızma dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Alt çənə sümüyünün açıq qəlpəli sınığı, qırtlaq qığırdaqlarının və dilaltı sümüyün sınığı, boyunun ön hissəsinin qançırı, boyun nahiyəsinin traxeyaətrafı yumşaq toxumalarına qansızma ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Sol qaşın bayır küncünün, boyunun sağ yarısının yaraları, sağ və sol gözətrafının, sağ çiyinin ön hissəsinin, sol çiyin qurşağının, göbək ətrafı nahiyənin, sol baldırın qançırları ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. X22 Elşah qızının ölümünə səbəb küt əşya təsirindən baş vermiş mexaniki asfiksiya olmuşdur. X22 Elşah qızının bədəni üzərində aşkar edilmiş yuxarıda göstərilmiş xəsarətlər bir neçə zərbənin təsiri nəticəsində yaranması mümkündür. Göründüyü kimi mərhum Elgün Abbasovanın bədəni üzərində qapalı küt baş beyin zədələnməsi, başın sol alın, sol təpə-gicgah sümüklərinin yerini dəyişməyən sınıqları, baş beyinin yumşaq qişasına ocaqlı qansızma və alt çənə sümüyünün açıq qəlpəli sınığı, qırtlaq qığırdaqlarının və dilaltı sümüyün sınığı, boyunun ön hissəsinin qançırı, boyun nahiyəsinin traxeyaətrafı yumşaq toxumalarına qansızma kimi xəsarətlər dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Bundan başqa onun bədən səthində sağlamlığa zərər vurmayan xəsarətlərin mövcud olması rəydə öz əksini tapmışdır. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş məhkəmə tibb eksperti X19 da ifadəsində zərərçəkmişdə olan xəsarətlərin bir neçə zərbənin nəticəsində yaranmasının istisna edilmədiyini göstərmişdir. Həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs "... O, Elgünün hərəkətlərinə əsəbləşərək yaxınlıqdakı ağac parçasını götürüb sağ əlinə vurmaq istədikdə sonuncu əlini aşağı saldığından ağac zərbəsi onun boğaz və çənə nahiyələrinə dəymiş, Elgün həmin an zərbənin təsirindən yerə yıxılmış və ölmüşdür..." Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən ağac parçası ilə bir dəfə zərbə vurmaqla qeyd olunan xəsarətlərin zərərçəkmişə yetirilməsini inandırıcı hesab etməməklə həmin ifadəni həqiqi və işin faktiki hallarına uyğun ifadə kimi qəbul etmir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 152.1 və 120.1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi CM-in 120.1-ci maddəsilə olan əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Daşkəsən rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan-hadisə yerindən götürülmüş eni 150 mm, diametri 330 mm, uzunluğu 570 mm olan bir ədəd ağac parçası, 02 ədəd pambıq tamponlar olan kosmetik çubuqlar, X22 Elşah qızının sağ və sol əllərindən götürülərək iki bağlamada qablaşdırılmış dırnaq nümunələri məhv edilməli, X22 Elşah qızına məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd döşlük, bir ədəd trusik yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins materiallı şalvar və bir ədəd qəhvəyi rəngli uzunqol kofta yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351, 353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 152.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanaraq qəti olaraq ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 04 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Daşkəsən rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan-hadisə yerindən götürülmüş eni 150 mm, diametri 330 mm, uzunluğu 570 mm olan bir ədəd ağac parçası, 02 ədəd pambıq tamponlar olan kosmetik çubuqlar, X22 Elşah qızının sağ və sol əllərindən götürülərək iki bağlamada qablaşdırılmış dırnaq nümunələri məhv edilsin, X22 Elşah qızına məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək, bir ədəd döşlük, bir ədəd trusik yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins materiallı şalvar və bir ədəd qəhvəyi rəngli uzunqol kofta yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-85/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-85/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver