Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-85/2022 15.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2, X13 və Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və ölmüş Təqsirləndirilən şəxs2 hüquqi varisi X16 iştirakları ilə xx.xx.1976-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, olrta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonunun Keştək kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi xx xxxxxx 1985-ci ildə Kəlbəcər rayonu Armudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Kəlbəcər rayonunun Yellicə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi, “ADAU-6” ünvanında yaşamış, 05 iyul 2021-ci il tarixdə ölmüş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2020-ci ilin təxminən payız aylarında Samux rayonu ərazisində, Kür çayının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını toplayaraq, əldə edib özündə saxlamış, 2021-ci ilin may ayının təxminən sonlarında Kəlbəcər rayonu, Yellicə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, “ADAU-6” ətrafında yaşayan, uzaq qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək əkilibbecərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə həmin toxumları qəsdən Daşkəsən rayon, Zəylik kənd bələdiyyə fonduna aid ərazidə, yəni Daşkəsən rayonunun Zəylik kəndi ilə Quytul kəndinin ərazisinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan meşəlik ərazidə içərisi peyinlə (kübrə ilə) qarışdırılmış torpaqla doldurulmuş 13 (on üç) ədəd dəmir tutacaqlı plastik vedrələrdə (dibçəklərdə) qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq edərək, əkilib-becərilməsi qadağan olunmuş 13 (on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini xeyli miqdarda yetişdirməklə kultivasiya etmiş, 05 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölçüləri 40-80 sm olan, 13 (on üç) ədəd, ümumi təmiz çəkisi 1250 qram olan həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkildiyi plastik vedrələrlə (dibçəklərlə) birlikdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 uzaq qohumluq münasibətlərində olduğu Kəlbəcər rayonu, Keştək kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, “ADAU-6” ətrafında yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisini xeyli miqdarda kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə sonuncunun 2020-ci ilin təxminən payız aylarında Samux rayonu ərazisində, Kür çayının kənarında toplayaraq, əldə edib özündə saxladığı yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2021-ci ilin may ayının təxminən sonlarında qəsdən Daşkəsən rayon, Zəylik kənd bələdiyyə fonduna aid ərazidə, yəni Daşkəsən rayonunun Zəylik kəndi ilə Quytul kəndinin ərazisinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan meşəlik ərazidə içərisi peyinlə (kübrə ilə) qarışdırılmış torpaqla doldurulmuş 13 (on üç) ədəd dəmir tutacaqlı plastik vedrələrdə (dibçəklərdə) qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq edərək, əkilib-becərilməsi qadağan olunmuş 13 (on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini xeyli miqdarda yetişdirməklə kultivasiya etmiş, 05 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölçüləri 40-80 sm olan, 13 (on üç) ədəd, ümumi təmiz çəkisi 1250 qram olan həmin narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkildiyi plastik vedrələrlə (dibçəklərlə) birlikdə aşkar edilərək götürülmüşdür.Bundan başqa o, qanunsuz olaraq soyuq silah əldə etmək qərarına gəlmiş, bu niyyətlə istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qatlanmayan, ümumi uzunluğu 300 mm, tiyə və dəstək hissəsindən ibarət, tiyənin uzunluğu 184 mm, maksimal eni 30 mm, qalınlığı 3,5 mm, dəstəyinin uzunluğu 116 mm, eni 32 mm, qalınlığı 21 mm olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edərək 05 iyul 2021-ci il tarixədək üzərində gəzdirmiş, 05 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Daşkəsən rayonunun Zəylik kəndi ilə Quytul kəndi ərazisinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan meşəlik ərazidə uzaq qohumluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərkən, orada əməliyyat-axtarış tədbirini həyata keçirən polis əməkdaşlarını görüb qaçaraq məsuliyyətdən yayınmağa çalışarkən hündür qayalıqdan ehtiyyatsızlıqdan yıxılaraq öldüyü yerdə, onun meyitinin yanında soyuq silah hesab edilən həmin bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, atasının əmisi nəvəsidir, onunla münasibəti yaxşı olmuşdur. O, 2020-ci ilin təxminən payız aylarında Samux rayonu ərazisindən keçən Kür çayının kənarında balıq tutan zaman ətrafda yabanı halda bitmiş 3 ədəd çətənə kollarının olduğunu görmüş, əvvəllər də narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin kolları görən zaman onun narkotik vasitə olan çətənə kolları olduğunu tanımışdır. Təxminən 10 gündən sonra həmin yerə balıq tutmaq üçün getdikdə narkotik vasitə olan çətənə bitkisinin toxumlarını görmüş, gələcəkdə şəxsi istifadəsi məqsədilə həmin toxumları oradan toplayaraq əldə etmiş və gələcəkdə narkotik tərkibli çətənə bitkisini əkibbecərmək qərarına gəlmişdir. Bundan sonra təxminən 2021-ci ilin may ayının təxminən sonlarında saxladığı çətənə bitkisinin toxumlarını əkmək qərarına gəlmiş və bu məqsədlə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “1001“ inşaat tikinti materiallarının satışı mağazasından 13 (on üç) ədəd plastik materialında olan qara rəngli, dəmir dəstəkli vedrə (dibçək) alıb minik avtomobilinin yük yerinə yerləşdirirərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan uzaq qohumluq münasibətlərində olduğu (atasının əmisi nəvəsi) Təqsirləndirilən şəxs2lə görüşüb onunla bir qədər söhbət edən zaman ona yeyib-içmək üçün Daşkəsən rayonunun Zəylik kəndinin ərazisi ilə rayonun Quytul kəndi arasında yerləşən meşəlik əraziyə getməyini təklif etmişdir. Həmin vaxt Elnur onunla razılaşmış və o, Elnurla birlikdə idarə etdiyi “Vaz 21214” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Daşkəsən rayonu istiqamətində hərəkətə başlamışlar. Həmçinin o, 7 il bundan öncə təsərrüfatında olan arı yeşiklərini həmin ərazidə saxladığı üçün, həmin əraziyə yaxşı bələd olduğundan orada narkotik tərkibli çətənə bitkisini əkib-becərməyin daha əlverişli olduğunu düşünmüşdür. Çünki həmin ərazi çətin yol şəraitinə görə insanların gələ bilmədiyi yer olmuşdur. O, Təqsirləndirilən şəxs2lə birlikdə həmin yerə gəlib çataraq, orada nahar edib spirtli içki olan araq qəbul etdikdən sonra o, Elnura minik avtomobilində çətənə bitkisinin toxumlarının olduğunu, həmin toxumları əkib-beçərmək istədiyini demişdir. O, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkisini satmaq üçün deyil, səhhətində olan problemlərlə əlaqədar şəxsi istifadəsi üçün əkmək istədiyini söylədikdə Təqsirləndirilən şəxs2 onunla birlikdə narkotik tərkibli çətənə bitkisini əkib-becərməyə razı olmuşdur. Onlar birlikdə çətənə bitkisinin toxumlarını avtomobilin yük yerində gətirdiyi vedrələrdə əkmək qərarına gəldikdən sonra, bu məqsədlə kübrə əldə etmək üçün olduqları yerin yaxınlığında yerləşən, əvvəllər iri və xırda buynuzlu ev heyvanlarının saxlanıldığı çəpərlənmiş heyvan arxacına gedib, orada olan qoyun qığlarını (peyinini) özləri ilə gətirdikləri ağ rəngli kisəyə yığıb, minik avtomobili ilə təkrar çətənə bitkisini əkməyi nəzərdə tutduqları əraziyə qayıtmışlar. Bundan sonra onlar narkotik tərkibli çətənə bitkisinin toxumlarını özləri ilə gətirdikləri, orada içərisinə peyinlə qarışdırılmış torpaq kütləsi doldurulmuş 13 ədəd vedrədə (dibçəkdə) əkdikdən və özləri ilə 20 litirlik plastik qablarında gətirdikləri su ilə suladıqdan sonra, həmin vedrələri orada sıldırım dağlıq, qayalıq və meşəlik sahədə yerdə iki cərgə düzmüşlər. Qalan qoyun peyinini yığdıqları ağ rəngli kisədə kənara qoyub Gəncə şəhərinə qayıtmışlar. Həmin gündən təxminən 3 gün sonra o, Elnurla birlikdə çətənə kollarını əkdikləri əraziyə gələrək, əkdikləri narkotik tərkibli çətənə bitkisini sulayıb təkrar Gəncə şəhərinə qayıtmışlar. O, Təqsirləndirilən şəxs2lə birlikdə müxtəlif vaxtlarda, dəqiq tarixi xatırlamır, 2021-ci ilin may-iyul aylarında təxminən 7 dəfə əkdikləri narkotik tərkibli çətənə bitkilərinə qulluq etmək üçün həmin yerə, yəni Daşkəsən rayonunun Zəylik kəndinin ərazisi ilə rayonun Quytul kəndi arasında yerləşən meşəlik əraziyə idarə etdiyi “Vaz 21214” minik markalı, **-ZT-*** dövlət nömrə nişanlı avtomobillə gələrək, həmin bitkilərə Təqsirləndirilən şəxs2lə birlikdə aqrotexniki qaydada qulluq etmiş, onları sulamışdır. Onlar hər dəfə 13 ədəd çətənə bitkisini əkdikləri vedrələrin hər birinə iki litr su tökdükdə çətənə bitkilərinin günü-gündən böyüdüyünü görmüşlər. Xülasə, sonuncu dəfə 05 iyul 2021-ci il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs2lə Gəncə şəhəri, Gülüstan qəsəbəsində görüşüb idarə etdiyi minik avtomobili ilə çətənə bitkilərini sulamaq üçün Daşkəsən rayonu istiqamətində hərəkətə başalamışlar. Onlar çətənə bitkilərini əkdikləri yerə, yəni Daşkəsən rayonunun Zəylik kəndinin ərazisi ilə rayonun Quytul kəndi arasında yerləşən meşəlik əraziyə çatdıqdan sonra, əkdikləri çətənə bitkilərinin kollarının yaxınlığında su ilə dolu vəziyyətdə saxladıqları ağ rəngli plastik su qablarının birini özü, digərini isə Təqsirləndirilən şəxs2 götürüb həmin çətənə bitkilərinin kollarını sulamaq üçün onlara yaxınlaşmışlar. Su qablarını çətənə kollarının yanında yerə qoyduqdan sonra Təqsirləndirilən şəxs2 bir qədər kənara çəkilib ətrafa boylandan sonra orada kənar şəxsi gördüyü üçün qəflətən üzərində gəzdirdiyi bir ədəd ov bıçağını çıxarıb əlində tutaraq, oradan meşəlik və sıldırım qayalıq istiqamətində qaçmağa başlamışdır. Həmin bıçağı o, Təqsirləndirilən şəxs2lə həmin əraziyə gələrkən dəfələrlə onda görmüş, lakin həmin bıçağın qanunsuz saxlanıldığını, yəni soyuq silah olduğunu bilməmişdir. Həmin vaxt Elnurun arxası ilə meşəlik ərazidən əvvəl tanımadığı, sonradan tanıdığı polis əməkdaşları çıxaraq Elnura uca səslə “qaçma dayan” demişlər. Lakin Elnur həmin şəxslərə heç bir məhəl qoymayaraq qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra həmin mülki geyimdə olan şəxslərin polis əməkdaşları olduğunu anlamış və onun yanına bir neçə polis əməkdaşı yaxınlaşmışdır. Digər polis əməkdaşları isə Elnurun arxası ilə getmişlər. Bir qədər keçdikdən sonra Elnurun arxası ilə gedən polis əməkdaşları qışqıraraq Elnurun sıldırım qayalıqdan yıxıldığını söyləmiş, orada olan polis əməkdaşları dərhal olduqları əraziyə təcili tibbi yardım işçilərini və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti əməkdaşlarını çağırmışlar və o, bir müddət sonra Elnurun qaçaraq qayalıq ərazidən yıxılması nəticəsində aldığı xəsarətlər zamanı orada vəfat etdiyini öyrənmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə, yəni onun və Təqsirləndirilən şəxs2 13 (on üç) ədəd vedrəyə əkdikləri narkotik tərkibli çətənə kollarına onun iştirakı ilə baxış keçirmiş, həmin çətənə kollarını, su qablarını və peyin doldurulmuş kisəni götürmüşlər. O, həmin vaxtı Təqsirləndirilən şəxs2lə birlikdə həmin 13 ədəd narkotik tərkibli çətənə bitkisinin kollarını dibçəklərdə əkib-becərdiklərini, suladıqlarını etiraf etmişdir. Həmin vaxt yolun kənarında saxladığı ona məxsus ağ rəngli “Vaz 21214” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini də gətirərək rayon polis şöbəsinin duracağına yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daşkəsən rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Gəncə şəhəri, Nizami rayon, Gülüstan qəsəbəsi “ADAU-6” ətrafında yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Daşkəsən rayonu, Zəylik kəndi ilə Quytul kəndinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan meşəlik-dağlıq ərazidə narkotik tərkibli çətənə bitkisini əkib kultivasiya etmələri ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında həmin sahəyə “baxış keçirmə” əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə 05.07.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra həmin tarixdə, təxminən saat 17 radələrində o, və yaradılmış əməliyyat qrupunun üzvləri, şöbənin Cinayət-Axtarış bölməsinin rəisi Şahid3, CAB-nin əməliyyatmüvəkkilləri Fuad Adıgözəlov və Şahid4, həmçinin PPXT-nın əməkdaşları Şahid5, Şahid8, Şahid6, Əli Rüstəmov, şöbənin İTB-nin sahə polis nəfəri Şahid10 və şöbənin Uçot-qeydiyyat üzrə inspektoru Şahid7la birlikdə Daşkəsən rayonu, Quytul kəndi ilə Zəylik kəndinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan dağlıq ərazidə meşəlik sahəyə yollanmışlar. Həmin əraziyə, qeyd olunan tarixdə saat 18:40-da çatıb baxış keçirərkən, orada 13 ədəd qara rəngli dəmir tutacaqlı plastik vedərədə əkilmiş narkotik tərkibli çətənə bitkisinin 13 ədəd kolunu, həmin kolların yaxınlığında 2 ədəd 20 litirlik ağ rəngli, içərisi maye ilə dolu vəziyyətdə olan su qablarını və bir ədəd içərisində heyvan peyini olan ağ rəngli kisəni aşkar etmişlər. Həmin əraziyə baxış keçirərkən video və foto çəkilişlərdən istifadə etmişlər. Təxminən həmin sahəyə baxış keçirməyə başladıqdan 15-20 dəqiqə sonra, əraziyə baxış keçirməkdə davam edərkən, yəni həmin çətənə bitkilərinin kollarının ətrafında da eyni bitki kollarının olubolmaması üçün əməliyyat qrupunun üzvü olan polis əməkdaşları meşəlik və dağlıq əraziyə yayılaraq baxış keçirərkən təxminən saat 19 radələrində radələrində aşkar etdikləri həmin çətənə kollarına tərəf iki nəfər kişi cinsli şəxsin hər birinin əlində bir ədəd, bir qədər əvvəl aşkar etdikləri ağ rəngli plastik su qabları ilə hərəkət etdiklərini, çətənə kollarına çatdıqdan sonra həmin su qablarını həmin çətənə kollarının yanında yerə qoyduqlarını görmüşlər. Həmin vaxtı onlar polis əməkdaşlarını görmürdülər. Çünki onlar yəni, polis əməkdaşları meşəlik-kolluq ərazidə olmuşlar. Bundan sonra həmin şəxslərdən, sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs2 həmin çətənə kollarından bir qədər kənara addımlayaraq ətrafa boylandıqda, ətrafda polis əməkdaşlarını görərək üzərində olan ov bıçağını əlinə aldı və dərhal qaçaraq meşəlik və qayalıq əraziyə tərəf qaçmağa başlamışdır. Onlar dərhal çətənə bitkilərinin yanında dayanan, adını sonradan bildikləri Təqsirləndirilən şəxs1 yaxınlaşıb onu saxlamışlar. O, qaçmağa cəhd etməmişdir. Bir neçə polis əməkdaşı Təqsirləndirilən şəxs2 arxasınca getmişdir. Amma əvvəlcə Təqsirləndirilən şəxs2 orada tapmamışlar. Bir qədər keçmiş Təqsirləndirilən şəxs2 arxası ilə gedən polis baş serjantı Şahid5 onları çağıraraq Təqsirləndirilən şəxs2 hündür qayalıqdan yıxıldığını və ağır xəsarətlər aldığını bildirmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs2 yanına getmiş və əraziyə ilkin tibbi yardım dəvət edərək, digər aidiyyəti qurumlara da hadisə barədə məlumat vermişlər. Bir qədər sonra, təxminən 10-15 dəqiqə sonra tibbi yardım gələnədək Təqsirləndirilən şəxs2 hündür qayalıqdan yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən orada vəfat etmişdir. Hadisə yerində saxlanılan Təqsirləndirilən şəxs1 orada 13 ədəd qara rəngli plastik vedərələrdə (dibçəklərdə) əkilmiş çətənə bitkisinin kollarını şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs2lə birlikdə əkdiklərini və həmin vaxtı əkdikləri çətənə bitkilərinin kollarını becərmək, o cümlədən sulamaq məqsədilə həmin yerə gəldiklərini, oradakı iki ədəd ağ rəngli plastik su qablarının və ağ rəngli kisədə olan peyinin də onlar tərəfindən həmin yerə narkotik tərkibli çətənə kollarını becərmək məqsədilə gətirdiklərini etiraf etmişdir. Həmin vaxtı əraziyə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış davam etdirilmiş və aşkar edilmiş 13 (on üç) ədəd qara rəngli plastik vedrələrdə əkilmiş çətənə kolları əkildikləri vedrələrlə birlikdə, 2 (iki) ədəd ağ rəngli qırmızı qapaqlı hər birinin içərisində 20 litr su olan 20 litr tutumlu palstik su qabları və içərisində torpaqla qarışdırılmış peyninin olduğu bir ədəd ağ rəngli kisə götürülərək protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və hadisə ilə əlaqədar toplanmış materiallar Daşkəsən RPŞ-nin TQ-na təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşkəsən rayon polis şöbəsinin əməkdaşları X17, Şahid4, Şahid5, Şahid10, Şahid6 və Şahid8 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayından Daşkəsən rayon polis şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Gəncə şəhəri, Nizami rayon, Gülüstan qəsəbəsi “ADAU-6” ətrafında yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Daşkəsən rayonu, Zəylik kəndi ilə Quytul kəndinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan meşəlik-dağlıq ərazidə narkotik tərkibli çətənə bitkisini əkib kultivasiya etmələri ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında həmin sahəyə “baxış keçirmə” əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə 05.07.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra həmin tarixdə, təxminən saat 17 radələrində o, və yaradılmış əməliyyat qrupunun üzvləri, şöbənin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat-müvəkkilləri Fuad Adıgözəlov və Şahid4, həmçinin PPXT-nın əməkdaşları Şahid5, Şahid8, Şahid6, Əli Rüstəmov, şöbənin İTB-nin sahə polis nəfəri Şahid10 və şöbənin Uçot-qeydiyyat üzrə inspektoru Şahid7la birlikdə Daşkəsən rayonu, Quytul kəndi ilə Zəylik kəndinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan dağlıq ərazidə meşəlik sahəyə yollanmışlar. Həmin əraziyə, qeyd olunan tarixdə saat 18:40-da çatıb baxış keçirərkən, orada 13 ədəd qara rəngli dəmir tutacaqlı plastik vedərədə əkilmiş narkotik tərkibli çətənə bitkisinin 13 ədəd kolunu, həmin kolların yaxınlığında 2 ədəd 20 litirlik ağ rəngli, içərisi maye ilə dolu vəziyyətdə olan su qablarını və bir ədəd içərisində heyvan peyini olan ağ rəngli kisəni aşkar etmişlər. Həmin əraziyə baxış keçirərkən video və foto çəkilişlərdən istifadə etmişlər. Təxminən həmin sahəyə baxış keçirməyə başladıqdan 15-20 dəqiqə sonra, əraziyə baxış keçirməkdə davam edərkən, yəni həmin çətənə bitkilərinin kollarının ətrafında da eyni bitki kollarının olub-olmaması üçün əməliyyat qrupunun üzvü olan polis əməkdaşları meşəlik və dağlıq əraziyə yayılaraq baxış keçirərkən təxminən saat 19 radələrində radələrində aşkar etdikləri həmin çətənə kollarına tərəf iki nəfər kişi cinsli şəxsin hər birinin əlində bir ədəd, bir qədər əvvəl aşkar etdikləri ağ rəngli plastik su qabları ilə hərəkət etdiklərini, çətənə kollarına çatdıqdan sonra həmin su qablarını həmin çətənə kollarının yanında yerə qoyduqlarını görmüşlər. Həmin vaxtı onlar polis əməkdaşlarını görmürdülər. Çünki onlar yəni, polis əməkdaşları meşəlik-kolluq ərazidə olmuşlar. Bundan sonra həmin şəxslərdən, sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs2 həmin çətənə kollarından bir qədər kənara addımlayaraq ətrafa boylandıqda, ətrafda polis əməkdaşlarını görərək üzərində olan ov bıçağını əlinə aldı və dərhal qaçaraq meşəlik və qayalıq əraziyə tərəf qaçmağa başlamışdır. Onlar dərhal çətənə bitkilərinin yanında dayanan, adını sonradan bildikləri Təqsirləndirilən şəxs1 yaxınlaşıb onu saxlamışlar. O, qaçmağa cəhd etməmişdir. Bir neçə polis əməkdaşı Təqsirləndirilən şəxs2 arxasınca getmişdir. Amma əvvəlcə Təqsirləndirilən şəxs2 orada tapmamışlar. Bir qədər keçmiş Təqsirləndirilən şəxs2 arxası ilə gedən polis baş serjantı Şahid5 onları çağıraraq Təqsirləndirilən şəxs2 hündür qayalıqdan yıxıldığını və ağır xəsarətlər aldığını bildirmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs2 yanına getmiş və əraziyə ilkin tibbi yardım dəvət edərək, digər aidiyyəti qurumlara da hadisə barədə məlumat vermişlər. Bir qədər sonra, təxminən 10-15 dəqiqə sonra tibbi yardım gələnədək Təqsirləndirilən şəxs2 hündür qayalıqdan yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən orada vəfat etmişdir. Hadisə yerində saxlanılan Təqsirləndirilən şəxs1 orada 13 ədəd qara rəngli plastik vedərələrdə (dibçəklərdə) əkilmiş çətənə bitkisinin kollarını şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs2lə birlikdə əkdiklərini və həmin vaxtı əkdikləri çətənə bitkilərinin kollarını becərmək, o cümlədən sulamaq məqsədilə həmin yerə gəldiklərini, oradakı iki ədəd ağ rəngli plastik su qablarının və ağ rəngli kisədə olan peyinin də onlar tərəfindən həmin yerə narkotik tərkibli çətənə kollarını becərmək məqsədilə gətirdiklərini etiraf etmişdir. Həmin vaxtı əraziyə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış davam etdirilmiş və aşkar edilmiş 13 (on üç) ədəd qara rəngli plastik vedrələrdə əkilmiş çətənə kolları əkildikləri vedrələrlə birlikdə, 2 (iki) ədəd ağ rəngli qırmızı qapaqlı hər birinin içərisində 20 litr su olan 20 litr tutumlu palstik su qabları və içərisində torpaqla qarışdırılmış peyninin olduğu bir ədəd ağ rəngli kisə götürülərək protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və hadisə ilə əlaqədar toplanmış materiallar Daşkəsən RPŞ-nin TQ-na təqdim edilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid7, X14 və Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid7, X22 və Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.07.2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması barədə” qərardan görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlayaraq, 2021-ci ilin may ayının təxminən sonlarında həmin toxumları qəsdən Daşkəsən rayonunun Zəylik kəndi ilə Quytul kəndinin ərazisinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan meşəlik ərazidə içərisi torpaqla doldurulmuş 13 (on üç) ədəd dəmir tutacaqlı plastik dibçəklərdə qanunsuz olaraq əkib 13 (on üç) ədəd çətənə (kannabis) bitkisini xeyli miqdarda yetişdirməklə kultivasiya etməsi faktına görə 06 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, torpaq sahəsinə baxış keçirilməsi haqqında 05 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Daşkəsən rayon, Zəylik kəndi ilə Quytul kəndinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan dağlıq, meşəlik ərazidə yerləşir. Baxış zamanı hadisə yerindən 13 (on üç) ədəd qara rəngli dəmir tutacaqlı plastik vedrələrdə (dibçəklərdə) olan 13 (on üç) ədəd çətənə (kannabis) bitkiləri vedrələrlə (dibçəklərlə) birlikdə, iki ədəd 20 litr həcmli, hər birinin içərisində 20 litr maye (su) olan ağ rəngli plastik qablar, 1 ədəd içərisində torpaqla qarışdırılmış qoyun peyini olan ağ rəngli kisə və baxış zamanı video kamera vasitəsi ilə lentə alınmış video görüntünün köçürüldüyü DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək müvafiq qaydada qablaşdırılıb protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.07.2021-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06.07.2021-ci il tarixdə saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “baxış keçirilməsi haqqında” 06 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Daşkəsən rayon, Zəylik kəndi ilə Quytul kəndinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan dağlıq ərazidən, yəni hadisə yerindən götürülmüş 13 (on üç) ədəd qara rəngli dəmir tutacaqlı plastik vedrələrdə (dibçəklərdə) əkilən 13 (on üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.07.2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və 07.07.2021-ci il tarixli DVD diskə baxış protokolundan görünür ki, 05.07.2021-ci il tarixdə saat 19:01 dəqiqədə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 çətənə bitkilərinin əkildiyi Daşkəsən rayon, Zəylik kəndi ilə Quytul kəndi ərazisinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan dağlıqmeşəlik əraziyə gələrək orada 13 (on üç) ədəd qara rəngli dəmir dəstəkli plastik vedrələrdə (dibçəklərdə) əkilmiş narkotik tərkibli çətənə kollarını, həmin kolların yanına əllərində gətirdikləri, hər birinin əlində olan bir ədəd, cəmi iki ədəd ağ rəngli plastik su qablarında olan su ilə sulamaq istəmişlər. Görüntünün 19:01 dəqiqəsində Təqsirləndirilən şəxs2 ətrafda polis əməkdaşlarının olduğunu görüb əvvəlcə əlində olan ov bıçağını çıxartmış, ətrafa baxmış, daha sonra geriyə dönərək meşəlik və qayalıq əraziyə tərəf sürətlə qaçmışdır. Görüntünün növbəti dəqiqələrində isə Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kollarının yanında dayanaraq, qaçmağa cəhd etməmiş və təslim olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperiza X20 Bölməsinin məhkəməbioloji ekpertizasının 06.07.2021-ci il tarixli, 16/645 saylı rəyində göstərilmişdir ki, hadisə yerindən götürülməklə tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 götürülmüş 13 ədəd çətənə bitkisinə bənzər bitkilər” sözləri və imzalar olan 1 (bir) ədəd kisə bağlamadakı, ümumi sayı 13 (on üç) ədəd, ümumi təmiz çəkisi 1250 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş 1250 qram çəkidə olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin cəmi 2,6 qramı tədqiqata istifadə olunmuş (hər ob 02 qr), 1247,4 qram qalmışdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən ölçüləri 40-80 sm olan bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli 4(030)-08/2021 saylı qərarından görünür ki, X7 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 06.07.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kəlbəcər RİHB Keştək kənd İƏD üzrə nümayənədliyinin 08.07.2021-ci il tarixli arayışdan görünür ki, X2 rayonu Keştək kəndində qeydiyyatda olmaqla, məcburi köçkündür, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6 ətrafında məskunlaşmışdır, arvadı X8 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kəlbəcər RİHB Keştək kənd İƏD üzrə nümayənədliyinin xasiyyətnaməsindən görünür ki, X2 rayonu Keştək kəndində qeydiyyatda olmaqla, məcburi köçkündür, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6 ətrafında məskunlaşmışdır, müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 09.07.2021-ci il tarixli 2455 saylı arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X5 şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin 10.07.2021-ci il tarixli 2715 saylı arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X5 şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 14.07.2021-ci il tarixli tələbnamədən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 21.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarından görünür ki, X7 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Narkoloji dispanserinin 15 iyul 2021-ci il tarixli, 829 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31.07.2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı da eyni məzmunlu ifadə verərək, ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs2lə birlikdə narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əkdiyi, həmin bitkiləri becərib yetişdirdiyi yeri göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, iş üzrə 09 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavaba əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan video görüntüdə Daşkəsən rayon, Zəylik kəndi ilə Quytul kəndi ərazisinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan dağlıq-meşəlik ərazidə Təqsirləndirilən şəxs1 saxlanılan zaman polis əməkdaşlarına özünün və özü ilə birlikdə gələn Təqsirləndirilən şəxs2 şəxsiyyətləri barədə məlumat verərək, orada əkdikləri həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərini becərmək məqsədilə Təqsirləndirilən şəxs2lə birlikdə bir neçə dəfə həmin yerə gəldiklərini, Təqsirləndirilən şəxs2lə həmin yerə, həmin vaxtı birlikdə gəlməkdə məqsədlərinin göstərilən narkotik tərkibli çətənə kollarını sulamaq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməfonoskopik ekspertizasının 20 avqust 2021-ci il tarixli 4/1152 nömrəli rəyindən görünür ki, torpaq sahəsinə baxış keçirilməsi zamanı çəkilərək ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə və 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan videofonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.08.2021-ci il tarixli və 02.09.2021-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarlardan görünür ki, cinayət işi üzrə əməl 25 avqust 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsindən həmin Məcəllənin 237.2.1-ci maddəsinə, 02 sentyabr 2021-ci il tarixli qərarla isə Cinayət Məcəlləsinin 237.2.1-ci və 228.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.08.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 27 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.08.2021-ci il tarixli və 04.09.2021-ci il tarixli qərarlardan görünür ki, iş üzrə ölmüş Təqsirləndirilən şəxs2 27 avqust 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində tanınmış, Təqsirləndirilən şəxs2 05.07.2021-ci il tarixdə hadisə yerindən qaçıb məsuliyyətdən yayınmağa çalışarkən hündür qayalıqdan ehtiyyatsızlıqdan yıxılaraq öldüyünə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X23 onun müdafiəçisi qismində, yaxın qohumu olan atası X27 isə onun hüquqi varisi qismində tanınaraq hər ikisi ittihamla tanış edilmiş, lakin X27 cinayət işinin icraatına ölmüş oğlu Təqsirləndirilən şəxs2 barəsində bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olmamışdır. İş üzrə mərhum Təqsirləndirilən şəxs2 04 sentyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 237.2.1 və 228.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində tanınmış, onun hüquqi varisi X27 və müdafiəçisi X23 ittihamla tanış edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X20 Bölməsinin məhkəməballistik ekspertizasının 17 avqust 2021-ci il tarixli, 16/772/773 nömrəli rəyindən görünür ki, hadisə yerindən, yəni Təqsirləndirilən şəxs2 meyitinin yanından götürülərək tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet (ov bıçağı) zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab olunur. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X9 45c-21 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 avqust 2021-ci il tarixli qərarından görünür ki, Ağayev X15 rayonunun Zəylik kəndi ilə Quytul kəndi ərazisinin kəsişməsində yerləşən “Kilsə dərəsi” adlanan meşəlik ərazidə Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdikləri narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edərkən, orada əməliyyat-axtarış tədbirini həyata keçirən polis əməkdaşlarını görüb qaçaraq məsuliyyətdən yayınmağa çalışarkən ehtiyyatsızlıqdan hündür qayalıqdan yıxılaraq ölmüşdür. Təqsirləndirilən şəxs2 ehtiyyatsızlıqdan hündür qayalıqdan yıxılaraq ölməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyi üçün həmin qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.09.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə 05.07.2021-ci il tarixli torpaq sahəsinə baxış keçirilməsi haqqında protokolla götürülmüş 13 (on üç) ədəd ümumi təmiz çəkisi 1250 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin 2,6 qramı məhkəmə-bioloji eksperizası zamanı tədqiqata sərf edildiyi üçün qalıq 1247,4 qram çətənə (kannabis) bitkisi, həmin çətənə bitkilərinin əkildiyi 13 (on üç) ədəd dəmir tutacaqlı qara rəngli plastik vedərələr (dibçəklər), 2 (iki) ədəd iyirmi litr həcimli, hər birinin içərisində iyirmi litr maye (su) olan ağ rəngli plastik su qabları və içərisində torpaqla qarışdırılmış qoyun peyini olan 1 (bir) ədəd ağ rəngli kisə, torpaq sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntülərin yazıldığı 1 (bir) ədəd ağ rəngli DVD disk, 1 (bir) ədəd “Verbatim” markalı DVD disk və hadisə yerindən götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.10.2021-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 11.10.2021-ci il təvəllüdlü Məxmər Abdullayeva və X1r. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 237.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxslər X18 və X4 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə, X6 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı çəkməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya şərti məhkum edilməsinə əsaslar yoxdur. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda v məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 06.07.2021-ci il tarixdən 15.04.2022-ci il tarixədək bu iş üzrə cəmi 9 ay 18 gün həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Narkoloji dispanserinin 15 iyul 2021-ci il tarixli, 829 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutlar - 13 (on üç) ədəd ümuni çəkisi 1247,4 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, həmin çətənə bitkilərinin əkildiyi 13 (on üç) ədəd dəmir tutacaqlı qara rəngli plastik vedərələr (dibçəklər), 2 (iki) ədəd iyirmi litr həcimli, hər birinin içərisində iyirmi litr maye (su) olan ağ rəngli plastik su qabları, içərisində torpaqla qarışdırılmış qoyun peyini olan 1 (bir) ədəd ağ rəngli kisə və hadisə yerindən götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı saxlanılması üçün Daşkəsən RPŞnin saxlancına verilmiş, torpaq sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntülərin yazıldığı 1 (bir) ədəd ağ rəngli DVD disk və 1 (bir) ədəd “Verbatim” markalı DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Daşkəsən RPŞ-nin saxlancına verilmiş 13 (on üç) ədəd ümuni çəkisi 1247,4 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, həmin çətənə bitkilərinin əkildiyi 13 (on üç) ədəd dəmir tutacaqlı qara rəngli plastik vedərələr (dibçəklər), 2 (iki) ədəd iyirmi litr həcimli, hər birinin içərisində iyirmi litr maye (su) olan ağ rəngli plastik su qabları, içərisində torpaqla qarışdırılmış qoyun peyini olan 1 (bir) ədəd ağ rəngli kisə məhv edilməli, hadisə yerindən götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməli, torpaq sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntülərin yazıldığı 1 (bir) ədəd ağ rəngli DVD disk və 1 (bir) ədəd “Verbatim” markalı DVD disk cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 424 manat 90 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs1 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 06.07.2021-ci il tarixdən 15.04.2022-ci il tarixədək bu iş üzrə cəmi həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 1 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6 ünvandakı evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-in 44.2.1.1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 237.2.1 və 228.4-cü maddələri ilə cəza təyin edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Daşkəsən RPŞ-nin saxlancına verilmiş 13 (on üç) ədəd ümuni çəkisi 1247,4 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, həmin çətənə bitkilərinin əkildiyi 13 (on üç) ədəd dəmir tutacaqlı qara rəngli plastik vedərələr (dibçəklər), 2 (iki) ədəd iyirmi litr həcimli, hər birinin içərisində iyirmi litr maye (su) olan ağ rəngli plastik su qabları, içərisində torpaqla qarışdırılmış qoyun peyini olan 1 (bir) ədəd ağ rəngli kisə məhv edilsin, hadisə yerindən götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin, torpaq sahəsinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntülərin yazıldığı 1 (bir) ədəd ağ rəngli DVD disk və 1 (bir) ədəd “Verbatim” markalı DVD disk cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 424 manat 90 qəpik Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.