Məhkəmə qərarları › İş №1(100)-85/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-85/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-85/2024 27.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X2 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X6, X3 və Bəylərov Elşad Heydər oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Babək küçəsi ev 26-da qeydiyyatda olmaqla, Bərdə şəhəri Cavanşir küçəsi ev 81-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətnin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən tamah və satış məqsədi ilə qanunsuz olaraq külli miqdar narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 22 yanvar 2023cü il tarixdə saat 19:30 radələrində o, Göygöl rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhəri A.Hacıyev küçəsində saxlanılaraq Göygöl RPŞ-yə gətirilmiş, polis şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdar hesab edilən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 19,654 qram küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynində olan açıq-qara rəngli cins şalvarın sağ yan xırda cibindən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdar hesab edilən 4 (dörd) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,685 qram, 0,793 qram, 0,595 qram, 0,686 qram olmaqla ümumi təmiz çəkisi 2,759 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, yaşadığı Bərdə rayonundan Gəncə şəhərinə işləmək məqsədilə gəlmiş, buna görə də adını demək istəmədiyi şəxsdən əldə edib saxladığı, təxminən 1 qrama yaxın çəkisi olan narkotik vasitə olan heroini üzərində daşımışdır. Gəncə şəhərində Dəyirman dairəsi adlanan yerdə təsadüfən keçmiş hərbçi əsgər yoldaşı olan Natiq adlı şəxslə görüşmüş, sonuncuya iş olmadığı üçün Gəncəyə gəldiyini və işləməyə yer axtardığını demişdir. Natiq isə ona Göygöl rayonunda yaşadığını, istəyirsə həmin gün axşamüstü “Məkan” adlı çay evinin yanına gəlməyi demişdir. xx.xx.2023-cü ildə təxminən 19:30 radələrində Göygöl şəhərinə gəlmiş, xəstəxananın yaxınlığında olan “Məkan” adlı kafenin qarşısında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu Göygöl RPŞ-yə aparmışlar. Orada olarkən isə üzərində axtarış aparılmış və saxladığı 1 ədəd heroin bükümü aşkar edilmişdir. Polis əməkdaşlarına həmin bükümü şəxsi istifadəsi üçün gətirdiyini desə də onlar razılaşmamış, ondan aşkar olunan bükülünü götürüb əvəzinə 4-5 ədəd narkotik vasitələr olan bükümləri vermişlər. Polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qaldığı üçün həmin bükülüləri götürməyə razılıq vermişdir. Bundan sonra vəkil çağırılmış və vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, özü könüllü olaraq polislərin ona verdiyi narkotik vasiətələr olan bükümləri təqdim etmiş və özünə məxsus olmasını demişdir. Məhkəməyə qədərki dövrdə ona qarşı edilmiş qanunsuzluqlarla bağlı heç yerə müraciət etməmişdir. Özünü yalnız narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilir, üzərində 1 ədəd təxminən 1 qrama yaxın narkotik vasitə olan heroin olmuşdur, buna görə də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bərdə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, daşıması, istifadə etməsi və Göygöl rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 22 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində narkotik vasitə satışı və daşımada şübhəli olan Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində olması barədə məlumat əsasında Göygöl şəhəri Aydın Hacıyev küçəsində saxlanılmış narkotik vasitənin satışı və üzərində narkotik vasitə daşımaqda şübhəli olduğu üçün Göygöl rayon Polis Şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi dəvət edilmiş və eyni zamanda həmin şəxsi axtarışın videoçəkilişin həyata keçirilməsi üçün şöbənin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti çağırılmışdır. Vəkil gəldikdən sonra hüquq və vəzifələri müdafiəçinin iştirakı ilə izah edilmiş üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən bir ədəd sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuş, daha sonra isə əynindəki şalvarın sağ cibindən bir ədəd sellofan paketi çıxardaraq masanın üzərinə qoymuşdur. Bükümlərdən bir ədəd iri psixotrop maddəyə bənzər kütlə və dörd ədəd xırda sellofan bükümlərdə isə kakos adlandırdığı narkotik vasitə olan heroin olmuşdur. Şüşə adlandırdığı narkotik vasitə olmasını, özünün istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni də Bərdə rayonunda çay kənarından tapdığını bildirmişdir. Təqdim edilmiş kütlələr xüsusi tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin dövriyyəsi satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da onun üzərindən aşkar edilmiş narkotik vasitələri kimə satmaq istəməsi barədə məlumat əldə edə bilmədiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göygöl rayon Polis şöbəsinin KTQ-nun baş inspektor-kriminalisti Şahid4 da eyniməzmunlu ifadə verərək, təqsirləndirilən şəxsin üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etdiyini və şəxsin üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildikdən sonra şəxsin həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Oqtay oğlu göstərmişdir ki, Göygöl RPŞ-də təhqiqatçı işləyir. 22 yanvar 2023-cü ildə Göygöl RPŞ-nin əməliyyat-istintaq qrupunda olmuşdur. CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək, Bərdə şəhəri, Babək küçəsi ev 26da qeydiyyatda olmaqla Bərdə şəhəri, H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində külli miqdarda narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Göygöl RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis kiçik leytenantı, Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Göygöl şəhəri, A.Hacıyev küçəsində saxlanılaraq Göygöl RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və seçimi ilə vəkil dəvət edərək müdafiəçi təyin etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş, üzərinə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə videoçəklişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri çıxarıb təqdim etməsini təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən bir ədəd sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuş, əynində olan açıq qara rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan paketi çıxardaraq masanın üzərinə qoymuşdur. Birinin içərisində psixotrop maddəyə bənzər ağ rəngli kütlə, digər bükümdə isə içində qəhvəyi rəngli kütlə olan 4 ədəd sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə kakos adlandırdığı narkotik vasitə olan heroin, iri bükümdə isə “şüşə” adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu, Bərdə rayonunda çay qırağından tapdığını demişdir. Həmin kütlələr çəkilmiş və zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Müdafiəçinin iştirakı ilə tərəfindən Təqsirləndirilən şəxs izahatını almış məhkəmə-kimyəvi ekspertiza təyin edilib keçirilmiş, ekspert rəyindən sonra toplanmış material hüquqi qiymət verilməsi üçün Göygöl RPŞ-nin İstintaq bölməsinə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportlar və qərardan görünür ki, Bərdə şəhər sakini Elçin adlı şəxsin Göygöl rayonundə külli-miqdar narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs Göygöl rayonunda müəyyən edilərək saxlanılması və üzərinə təxirəsalınmaz baxış keçirilməsi barədə “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 19:30 Göygöl şəhəri A.Hacıyev küçəsində saxlanılıb Göygöl RPŞ-yə gətirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 yanvar 2023-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş və istintaq hərərkəti zamanı Elçin Sadıov könüllü olaraq üzərində saxladığı 4 ədəd bükülüdə ümumi çəkisi 3 qram narkotik vasitə olan heroinə bənzər kütlələri və 1 ədəd bükülüdə isə ümumi çəkisi 19,9 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmiş və aparılmış şifahi sorğu-sual zamanı həmin maddələrin “kakos” və “şüşə” olduğunu bildirmiş, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, aşkar edilmiş həmin kütlələr elektron tərəzidə çəkilb qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının 23 yanvar 2023-cü il tarixli, 16/114 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr” sözləri və imzalar olan kağız paketdəki, 4 (dörd) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,685 qram, 0,793 qram, 0,595 qram, 0,686 qram, ümumi təmiz çəkisi 2,759 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 19,654 qram olan maddə isə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(066)-05/2023 saylı qərarından görünür ki, Göygöl RPŞ tərəfindən xx.xx.1996-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam-orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Bərdə şəhəri, Babək küçəsi, ev 26-da qeydiyyatda olmaq Bərdə şəhəri, H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs Göygöl rayonu ərazisində narkotik vasitələrin külli miqdar dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müəyyən edilərək saxlanılması barədə qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 3-13-77/1- 0013 nömrəli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etsə də onun həmin narkotik vasitələri konkret olaraq haradan və kimdən alması, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış telefon danışıqlarına Göygöl rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 5(066)-36/2023 nömrəli qərarı və xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə dair məlumatların Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsi və müvafiq mobil operatordan götürülməsi qərar alınmış və həmin məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(066)-6/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 535 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixonevroloji dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli, 3044 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 2240 saylı arayış və xasiyyıətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Təbriz küçəsində 26 №li arvadı X4 və övladları Fatimə Sadıqova və Yusif Sadıqovla birlikdə yaşamışdır. Barəsində icra nümayəndəliyinə hər hansı şikayət daxil olmasa da narkotik vasitələrə meylli şəxs kimi xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Gəncə şəhər Polis İdarəsində məsul saxlanca verilmişdir. Elektron məhkəmə informasiya sisteminə inteqrasiya edilmiş idarələrarası avtomatlaşdırılmış məlumat bazasından əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2019cu il təvəllüdlü X5 adlı azyaşlı övladları var. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırki iş materiallarından narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetmaninin əldə edildiyi mənbə ilə bağlı ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli və xx.xx.2023cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki təxminən 2023-cü ilin yanvar ayının 19-da Bərdə rayonunda Tərtər çayının kənarından ”Çaylaq” adlanan ərazidə yerdən qara rəngli sellofan bükümü yerdə görüb götürmüşdür. İçərisinə baxdıqda beş ədəd büküm görmüşdür. Bükümlərdən bir ədədinin, yəni şəffaf sellofan bükümün içərisində şüşə adlandırdığı narkotik vasitə olmasını, digər dörd ədəd bükümün içərisində isə kakos adlandırdığı narkotik vasitə olmasını görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kütlələrin narkotik vasitələr olmasını bilərək götürüb, istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Gəncə şəhərinə iş axtarmaq məqsədi ilə gəlmiş, Gəncədə “Dəyirmanın dairəsi” adlanan yerdə təsadüfən əsgər yoldaşı Natiqlə qarşılaşmış, ondan iş tapmağa köməklik etməsini xahiş etmişdir. Natiq isə ona bildirmişdir ki, Göygöl rayonunda olacaq, axşam təxminən saat 19 radələrində Göygöl şəhərində yerləşən “Məkan” adlı kafein qabağına gəlsin, ona Göygöl rayonunda iş tapacaqdır. O, mobil telefonu olmadığı üçün Natiqin mobil nömrəsini götürə bilməmiş, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Göygöl şəhərinə gəlmişdir. Göygöl şəhərində yerləşən “Məkan” adlı kafenin qarşısında həmin bükümlər üzərində olduğu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Göygöl RPŞ-yə gətirmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə üstünə baxış keçirilmiş və təklif olunmuşdur ki, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşyası varsa təqdim etsin, o da baxış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibində olan bir ədəd şəffaf sellofan bükümü, əynində olan açıq qara rəngli şalvarın sağ kiçik cibində olan dörd ədəd sellofan bükümləri təqdim etmişdir. Bundan sonra həmin maddələr bükümlərlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmuşdür. O da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin qanunsuz və külli miqdar olması yuxarıda göstərilən sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs ilkin istintaq hərəkətləri zamanı (videoçəkilişlə keçirilmiş şəxsi axtarış, ilkin izahat şübhəli və təqsirləndirilən şəxs qimsində ifadələrini) daha mötəbər sübut qismində qəbul etməklə məhkəmə baxışında verdiyi ifadələrində aşkar edilmiş heroin bükümləri və metamfetaminin ona məxsus olmaması, üzərində yalnız 1(bir) bükümdə narkotik vasitə olan heroin olmasına dair hissədə sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə baxışında ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, Bərdə rayonundan Gəncə şəhərinə oradan da əsgər yoldaşı olan şəxslə görüşmək üçün Göygöl rayonuna gələrkən üzərində 1 qrama yaxın narkotik vasitə olan heroin olması həmin heroini də adını demək istəmədiyi şəxsdən alıb şəxsi istifadəsi üçün özü ilə gətirməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən də üzərində yalnız həmin miqdar heroin olması, lakin üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin heroinin götürülüb üzərinə polis əməkdaşları tərəfindən videoçəkilişdə təqdim etdiyi bir neçə xırda büküm heroin və iri büküm şüşə adlandırıdığı psixotrop maddə olan metamfetmain qoyulması barədə ifadələrini həqiqətəuyğun olmayan daha ağır cinayət məsuliyyəti və cəzadan yayınmaq məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.0.2021-ci il tarixli 15 saylı qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia öz-özlüyündə zorakılığın tətbiq olunduğuna əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsi qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Bərdə şəhərində yaşamasına baxmayaraq təxminən 100 km məsafədə yerləşən Gəncə şəhəri və Göygöl rayonuna iş axtarmaq məqsədi ilə gələrkən üzərində qeyd edilən miqdar narkotik vasitə və psixotrop maddə olan metmafetamini şəxsi istehlakı məqsədi ilə üzərində gəzdirməsi üzərindən metamfetamin deyil və yalnız 1 qrama yaxın heroin aşkar edilməsi və sonradan isə polis əməkdaşları tərəfindən həmin aşakr edilmiş ona məxsus bükümün dəyişdirilərək daha artıq heroin bükümləri və əlavə olaraq 1 ədəd iri bükümdə olan metamfetaminlə əvəz edilməsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən ağlabatan, inandırıcı və məntiqi deyil. Belə ki, məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və əlavəsi olan videoçəkilişdən görünür ki, istintaq hərəkəti müdafiəçinin iştirakı ilə fasiləsiz audio-video çəkilişdən istifadə edilməklə aparılmış, baxış zamanı Elçin Sadıov təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri Bərdə rayonundan “çaylaq” adlandırdığı çay kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gətirdiyini bildirmişdir. Həmin videoçəkiliş zamanı Təqsirləndirilən şəxs qeyri adi psixo-emosional halda olmasını göstərən hal, eləcə də polis əməkdaşları tərəfindən onun hər hansı psixoloji təsirə, şifahi və verbal təzyiqə jest (əl qol hərəkətləri) və mimkaya (üstürtülü qaş göz hərərkətlərinə) məruz qalmasına şübhə yaradan hər hansı hal(lar) aşkar edilməmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə baxıında göstərdiyi “Natiq” adlı şəxslə-əsgər yoldaşı ilə təsadüfən rastlaşması və sonuncunun təklifi ilə iş axtasrmaq üçün Göygöl şəhərinə getməsi də ağlabatan və inandırıcı deyil, həmin hallara da hazırki baxılan cinayət işindən ayrılmış ********* saylı cinayət işinin istintaqı zamanı araşdırılacağını nəzərə alır. Bundan başqa məhkəə qeyd edir ki, hazırki işin ibtidai istintaq aparıldığı 4 (dörd) ay müddətində Təqsirləndirilən şəxs hər hansı orqana polis əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə psixoloji təzyiqə və digər qanunsuzluqlara məruz qalması barədə müraciəti olmamış, barəsində “həbs” qətimkan tədbiri seçilərkən məhkəmə iclasında da üzərində aşkar edilmiş narkotik vasitə və pxisotrop maddənin ona məxsus olmasını və əməlindən peşman olmasını göstərmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının məhkəmədə tədqiq edilmiş rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroin və metamfetamin istifadəçisi olmuş, onlardan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkmişdir ki, bunu da məhkəmə tərkibi, təqsirləndirilən şəxsin həm narkotik vasitə, həm də psixotrop maddə istifadəçisi olduğunu göstərən mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hazırki baxılan iş üzrə külli miqdar narkotik vasitə və psixotrop maddələrin satış məqsədini isə heroinin ayrılmış və xüsusi olaraq qablaşdırılmış ayrı-ayrı bükümlərdə olması (4 (dörd) ədəd və 0,5 qramdan 0,7 qramadək), metamfetminin isə külli miqdar hesab edilən həddən (2 qramdan) təxminən 10 dəfə artıq çəkidə (19 qramdan çox) olması təsdiq edir. Göstərilənlər şəxsin narkotik vasitə və psixotrop maddəsni şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını istisna edən, satış məqsədinə göstərən hallardır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb Göygöl rayon polis şöbəsinə aparıldıqdan sonra üzərində olan 1 qrama yaxın heroindən əlavə 9 qram narkotik vasitə olan heroin qoyulması, yaşadığı evin həyətindəki heroinin götrülü sonradan polis əməkdaşları tərəfindən əlavə bükülülərdə heroin və psixotrop maddə olan metamfetim qoyulmasını barədə ifadələrini öz ifadəsindən başqa digər hansısa sübutla təsdiq edilmədiyi üçün, sübut növü kimi qəbul etmir və təqsirləndirilən şəxsin daha ağır cəzadan azad olmaq, məsuliyyətdən yayınmaq üçün uğursuz cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.4-cü, törətdiyi əməldən səmimi peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə tibbi xarakterli məcburiyyət tədbiri təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməldir. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-in xüsusi saxlanc yerinə saxlanca verilmiş ekspertiza tədqiqindən sonra qalıq qalmış 2,559 qram narkotik vasitə olan heroin və 19,554 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk və baxış və götürmə istintaq hərəkətinin qeydə alındığı 1 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Göygöl RPŞ-in xüsusi saxlanc yerində saxlanılan ekspertiza tədqiqindən sonra qalıq qalmış 2,559 qram narkotik vasitə olan heroin və 19,554 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD-R disk və telefon danışıqlarına dair məlumatları əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar