Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-86/2023 01.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Sədi küçəsi, ev 36 b, mənzil 26da qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və həmin narkotik vasitə heroindən istintaq təcridxanasında saxlanılan şəxsə yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,861 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,867 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə heroindən 1,935 qramını 04 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Ədliyyə Nazirliyinin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında cəza çəkən dostu, onunla əvvəllər bir yerdə cəza çəkmiş “Makar” ləqəbli X11 çatması üçün narkotik vasitə olan heroini bir cüt təzə ayaqqabının daban hissəsində xüsusi qaydada gizlətdikdən sonra sonuncunun tanışı Şahid4 vasitəsi ilə Şahid8 işlətdiyi “Portofino” çay evinə göndərmiş, həmin çay evindən də X14 daban hissəsində narkotik vasitə yerləşdirilmiş heroin olan ayaqqabıları 2 saylı İstintaq Təcridxanasında cəza çəkən oğlu X2 əsasında həmin İstintaq Təcridxanasında ona vermək istəyən zaman gətirilmiş sovqata baxış keçirilərkən həmin 1,935 qram çəkidə narkotik vasitə olan heroin ayaqqabının daban hissəsindən aşkar edilərək götürülmüş, 07 dekabr 2021-ci il tarixdə saat 18:45 radələrində isə Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3-nin yaxınlığında saxlanılıb Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman təmiz çəkisi 01 ədəd sellofan bükümdə 0.926 qram narkotik vasitə olan heroin və 01 ədəd şəffaf polietilen sellofana bükülmüş təmiz çəkisi 0.867 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli paltosunun sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1 maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1 maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, o, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1 maddələri ilə özünü təqsirli bilmir. O, bir neçə ildir ki, narkotik vasitə istifadə edir. O, əvvəllər dəfələrlə məhkum edilmişdir. Oğurluq cinayətlərinə görə və narkotiklə bağlı cinayətlərə görə əvvəllər bir neçə dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırki cinayət işi üzrə ona elan edilmiş ittihamla bağlı bildirir ki, o, 07 dekabr 2021-ci il tarixdə saat 18 radələrində əvvəlcədən yerdən tapdığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əynində olan qara rəngli paltonun sağ yan cibinə qoyub binanın həyətinə düşmüşdür ki, münasib bir yer tapıb istifadə etsin. Binanın həyətində tanışı və qonşuluqda yaşayan Şahid7 görmüş və hal-əhval tutub söhbət etməyə başlamışlar. Bu zaman polis əməkdaşları ona və Zahidə yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə hər ikisini Gəncə şəhər Nizami rayon polis idarəsinə gətirmişlər. Gəncə şəhər Nizami rayon Polis İdarəsində ona və Zahidə hüquqlarının müdafiə edilməsi üçün vəkil seçməyə şərait yaratmışlar. Ona təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil X1 xahiş etmişdir ki, hüquqlarını dövlət hesabına həmin vəkil müdafiə etsin. Bundan sonra seçdiyi vəkil X8 dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilinin iştirakı və videoçəkiliş vasitəsi ilə onun və tanışı Zahidin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona şübhəli şəxs kimi hüquqları izah edildikdən sonra üzərində qanunsuz olaraq saxladığı hər hansı bir əşya varsa çıxarıb təqdim etməyi bildirilmişdir. O, əynində olan qara rəngli paltonun sağ yan cibində saxladığı, yerdən tapdığı 01 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb polislərə təqdim etmişdir. Daha sonra onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən qanunla saxlanılması qadağan olunan başqa hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı təqdim etdiyi sellofanda olan kütlələrin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu, həmin kütlələri yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş və zərfin üzəri imzalanaraq möhürlənmişdir. Şahid7 üzərində şəxsi axtarış keçirilərkən üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Onların üzərlərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilərək oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərinə Gəncə şəhər Nizami rayon Polis İdarəsində şəxsi axtarış keçirilərkən həqiqətən də üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Lakin üzərindən aşkar edilmiş narkotik vasitənin bir hissəsi də ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyi kimi, həmçinin Cinayət Məcəlləsinin 29,317-1.1 maddəsi ilə də özünü təqsirli bilmir. Belə ki, o, istintaq təcridxanasında saxlanılan heç kimə narkotik vasitə ötürməmiş və buna cəhd də etməmişdir. O, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, heç kimə narkotik vasitə satmamış və belə bir məqsədi də olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsində onun üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və video çəkilişlə keçirilmişdir. Onun üzərində şəxsi axtarış keçirilərkən, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı zorakılıq hərəkətlərinə və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən “ay qaqa deyəcəm 1 dənə, 2 dənə versin pul verməzsən, gəlim mənlə hesablaşarıq, pulunu gələndə özümə verərsən, deyərəm 2 dənə versin” kimi məzmunda digər nömrələrə yazdığı, həmçinin bu kimi onun həmin mobil nömrəsinə gəlmiş mesajlar barədə məhkəmə baxışı zamanı verilmiş suala cavab olaraq göstərmişdir ki, o, həqiqətən də dost-tanışlarının ehtiyacı olduğu təqdirdə onlara narkotik vasitə vermiş, həmçinin həmin dost-tanışları ilə birlikdə özü də narkotik vasitə qəbul etmişdir, lakin həmin şəxslərə narkotik vasitəni təmənnasız vermişdir. Göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsə ötürülməyə cəhd edilərkən aşkar edilmiş heroinin ekspertiza tədqiqatı zamanı xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olmasına dair verilmiş suala cavab verməmiş və bunun səbəbini izah edə bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 08 və 09 dekabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 03 dekabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında piyada gəzən zaman yerdə 02 ədəd sellofana bükülmüş bükülü tapmışdır, açıb içərisinə baxdıqda görmüşdür ki, bükümlərdən biri narkotik vasitə heroin, digəri isə psixotrop maddə metamfetamindir. Özü də əvvəldən həmin vasitələrdən istifadə etdiyi üçün götürüb üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə edər. Həmin gün onunla birlikdə cəza çəkmə müəssisəsində cəza çəkmiş, hazırda 2 saylı istintaq təcridxanasında olan dostu “Makar” ləqəbli Məhərrəm onunla telefon vasitəsi ilə əlaqə saxlayan zaman ona narkotik vasitə heroin lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, istintaq təcridxanasına Məhərrəm üçün narkotik vasitə heroin göndərsin. O, narkotik vasitə heroini təcridxanaya necə keçirəcəyini soruşduqda Məhərrəm ona Etibar adlı dostunun gəlib ondan narkotik vasitənini götürəcəyini və Məhərrəmə göndərəcəyini demişdir. Bundan sonra Etibar ona zəng edib narkotik vasitə olan heroini harada götürəcəyini soruşmuş, o, həmin şəxsə inanmadığına görə telefon danışığına konfrans zənglə Məhərrəmi də qoşmuşdur. Bundan sonra o, inanıb Etibara narkotik vasitə olan heroini evinin yanında verəcəyini bildirmişdir. Bir qədər sonra Etibar adlı şəxs onun yanına gəlmiş və o, bir büküm heroini Etibara vermişdir. Sonra Etibar adlı şəxs çıxıb getmişdir. Həmin narkotik vasitə heroini 2 saylı istintaq təcridxanasında saxlanılan Məhərrəmə pay olaraq göndərmişdir, çünki Məhərrəm onun dostudur, onunla əvvəllər bir yerdə cəza çəkmə müəssisəsində cəza çəkmişdir. Sonradan ona məlum olmuşdur ki, 04 dekabr 2021-ci il tarixdə Məhərrəmə göndərdiyi narkotik vasitə sovqat qəbulu məntəqəsində aşkar edilərək götürülmüşdür. 07 dekabr 2021-ci il tarixdə axşam saat 18 radələrində isə yerdən tapdığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əynində olan qara rəngli paltonun sağ yan сibinə qoyub binanın həyətinə düşmüşdür ki, münasib bir yer tapıb istifadə etsin. O, binanın həyətinə düşən zaman tanışı və qonşuluqda yaşayan Şahid7 görmüş və salamlaşıb söhbət etməyə başlamışdır. O, Zahidlə söhbət edən zaman mülki geyimdə polis əməkdaşları ona və Zahidə yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə hər ikisini Gəncə şəhər Nizami rayon polis idarəsinə gətirmişlər. Onların hüquqları izah edilib, müdafiəçi ilə təmin edildikdən sonra vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə onun və tanışı Zahidin üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt üzərində saxladığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş sellofanda olan kütlənin biri narkotik vasitə heroin, digəri isə psixotrop maddə metamfetamindir, həmin kütlələri yaşadığı evin yanından tapmışdır və həmin kütlələrdən bir qədərini əvvəllər cəza çəkmə müəssisəsində onunla birlikdə cəza çəkmiş Məhərrəm adlı şəxsə Etibar adlı şəxs vasitəsi ilə pay göndərmişdir. Qalan hissələrini isə gələcəkdə özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır (iş vərəqə: cild İ, səh.66-71, 168-172). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Makar” ləqəbli Məhərrəm Əliyevi uşaqlıqdan tanıyır. Məhərrəm Əliyev narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olduğuna görə həbs edilmişdir. xx.xx.2021-ci il tarixdə o, Hacıkənd qəsəbəsində dostu Talehlə çay içən zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Məhərrəm Əliyev gizli nömrədən zəng edərək ona “bir ayaqqabı var onu götürmək lazımdır” demişdir. O, Hacıkənd qəsəbəsində olduğunu bildirmişdir. Məhərrəm ona Gəncə şəhərinə gəldiyi zaman ayaqqabını götürməyini xahiş etmişdir. O da Məhərrəmə bir saatdan sonra Gəncə şəhərinə gedəcəyini bildirmişdir. Təxminən bir saatdan sonra o, Gəncə şəhərinə gəlib çatdıqda yenidən gizli nömrədən ona zəng gəlmişdir. Ona zəng edən şəxs Məhərrəm ondan ayaqqabını gedib götürməyini xahiş etmiş və telefonla danışan zaman konfrans zənglə ayaqqabını götürəcəyi adamla onu danışdırmışdır. Həmin şəxsin adı Elçin olmuşdur. Elçin konfrans zəngi zamanı ona Gəncə şəhərində yerləşən Köhnə Maşın bazarı adlanan yerə gəlməyini demişdir. O, həmin yerə gedib ayaqqabını Elçindən götürmüşdür. Ayaqqabını götürdükdən sonra ona Məhərrəm Əliyev yenidən zəng edərək Qalib adlı şəxsi konfrans zənginə qoşmuş və həmin vaxt Məhərrəm əlində olan ayaqqabını Qalibə verməli olduğunu bildirmişdir. O da Məhərrəmlə razılaşıb ayaqqabını aparıb Gəncə şəhəri “Portafino” çay evinin qarşısında adını Qalib kimi bildiyi adama vermişdir. Həmin ayaqqabının içərisində narkotik vasitə olmasından onun xəbəri olmamışdır. Telefonla danışdıqları zaman da Məhərrəm Əliyev və yaxud Təqsirləndirilən şəxs, həmçinin də Şahid8 ona ayaqqabının içərisində narkotik vasitə olan heroin olması haqqında heç bir söz deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində Dəyirman ərazisinin yaxınlığında yerləşən “Portafino” çay evində mühasibatçı işləyir. xx.xx.2021-ci il tarixdə saat təxminən 15:51-də özünə məxsus ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsindən zəng gəlmişdir. Zəng edən şəxs özünü ona “Makar” kimi təqdim edib və 2 saylı İstintaq Təcridxanasında olmasını bildirmişdir. O, “Makar” ləqəbli həmin şəxsi qiyabi tanıyırmış və adını bilmirmiş. “Makar” ləqəbli şəxs ondan həmin təcridxanada cəza çəkən Naibi tanıyıbtanımadığını soruşmuşdur. O, Naibi tanıdığını bildirmişdir. “Makar” ləqəbli həmin şəxs ona Naibin salamının olmasını bildirmiş və Naibin atasının gün ərzində ona 2 saylı İstintaq Təcridxanasına sovqat gətirəcəyini bildirmişdir. Ona xahiş edərək dostunun ona ayaqqabı aldığını və dostunun tələsdiyi üçün ayaqqabını Naibin atasına verə bilməyəcəyini, həmin ayaqqabını dostunun onun yanına qoymasını və Naibin atasının ayaqqabını onun işlədiyi “Portafino” çay evindən götürəcəyini bildirmişdir. O, heç bir problem olmadığını “Makar”a bildirmişdir. Bir qədər keçdikdən sonra “Makar” ləqəbli şəxs yenidən ona zəng edərək imkanı daxilində ona siqaret almağını bildirmişdir. O, iki qutu “Prima” markalı siqaret almışdır. Təxminən saat 16:28 radələrində yenidən “Makar” ona zəng edərək dostunun ayaqqabını “Portafino”nun həyətinə gətirdiyini bildirmişdir. O, çay evinin həyətinə çıxan zaman Etibar adlı şəxsi tanımışdır. Etibar çay evinin həyətində əlində gətirdiyi şəffaf rəngli sellofanı ona vermişdir. O, sellofana baxan zaman ayaqqabının təzə olmasını görmüş və aldığı 2 qutu siqareti də həmin sellofana qoymuşdur. Təxminən 15 dəqiqə sonra bir nəfər şəxs işlədiyi yerə gələrək “Makar”a çatası ayaqqabının olmasını bildirmişdir. O, həmin sellofan torbanı Naibin atasına vermişdir. Naibin atası da sellofan torbanı götürərək çıxıb getmişdir. Şahid8 ifadəsində həmçinin göstərmişdir ki, o, ayaqabını 2 saylı İstintaq Təcridxanasında cəza çəkən “Makar” ləqəbli şəxsə göndərmək üçün Naibin atasına vermiş və onun içərisində narkotik vasitənin olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2 saylı X4 Bölməsinin rəisi vəzifəsində xidmət edir. 04 dekabr 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində 2 saylı İstintaq Təcridxanasının 3-cü rejim korpusunun 63 saylı kamerasında saxlanılan məhkum X7 gətirən atası X9 gətirdiyi sovqata baxış keçirən zaman bir ədəd qara rəngli ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş bir ədəd sellofana bükülmüş toz şəklində qəhvəyi rəngdə narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilib götürülmüş bir ədəd sellofana bükülmüş toz şəklində qəhvəyi rəngdə narkotik maddə olan heroinə bənzər kütlə tərəflərindən xüsusi qaydada qablaşdırıldıqdan sonra möhürlənmiş və tərəflərindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 Şaiq oğlu eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Sayəddin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı barədə Şöbənin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən raportla rəhbərliyə məlumat verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Onunla yanaşı Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının yaxınlığında dayanmış Şahid7 ilə birlikdə müəyyən edib onları Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs və Şahid7 üzərlərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi qismində Yusif Hüseynov və X28 İdarəsinə dəvət olunaraq onlara təqdim edilmiş, hüquq vəzifələri onlara izah olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı onun əynindəki qara rəngli paltosunun sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə və həmin cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş kristal formalı ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofana bükülmüş tünd rəngli, toz şəkilli kütlənin narkotik vasitə olan heroin, sellofana bükülmüş kristal formalı maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütlələri yaşadığı binanın yaxınlığında tapdığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Şahid7 üzərində şəxsi axtarış aparılsa da, narkotik maddə və ya qanunsuz saxlanılan heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə aptek tərəzisində çəkilərək çəkisi 0,9 qram, sellofana bükülmüş kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə isə çəkilərək çəkisi 1 qram müəyyən olunmuşdur. Sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, şəxsi axtarış videoçəkilişdən istifadə etməklə keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərində şəxsi axtarış keçirilərkən hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, ona qarşı heç bir təsir, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 Sayəddin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, 10 yanvar 2021-ci il tarixdə oğurluq cinayətinə görə tutularaq Ədliyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Həmin təcridxanada olan zaman 63 saylı kamerada saxlanılmış, оnunla eyni kamerada tanışı olan “Makar” ləqəbli Məhərrəm Əliyev də saxlanılmışdır. O, 04 dekabr 2021-ci il tarixdə kamera yoldaşı X22 Baxşəliyevə zəng edib ondan narkotik vasitənin istintaq təcridxanasına göndərilməsini istəməsinin, Təqsirləndirilən şəxs Məhərrəm Əliyevə narkotik vasitə olan heroin göndərə biləcəyini deməsinin, Məhərrəmin narkotik vasitə olan heroini Etibar adlı tanışına verməsini deyib konfrans zəng vasitəsilə onlarla danışdırmasının şahidi olmamışdır. Məhkəmə baxışı zamanı 2 saylı İstintaq Təcridxanasında cəza çəkən hazırki cinayət işi üzrə şahid X17 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə hazırki cinayət işi üzrə məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan həmin protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid X25 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. 10 yanvar 2021-ci il tarixdə oğurluq cinayətinə görə tutularaq Ədliyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Həmin təcridxanada olan zaman 63 saylı kamerada saxlanılmış, оnunla eyni kamerada tanışı olan “Makar” ləqəbli Məhərrəm Əliyev də saxlanılmışdır. 04 dekabr 2021-ci il tarixdə kamera yoldaşı Məhərrəm Əliyev həbsxanaya qanunsuz yolla keçirdiyi mobil telefondan öz tanışı Təqsirləndirilən şəxs zəng edib sonuncudan narkotik vasitə olan heroini istintaq təcridxanasına göndərilməsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Məhərrəm Əliyevə polislərin onu axtarmasını deyib istintaq təcridxanasına heç bir şey gətirə bilməyəcəyini bildirmişdir. Elçinlə Məhərrəmin arasında əvvəlcədən yaxşı münasibət olduğundan Elçin Məhərrəmə narkotik vasitə olan heroini kiminsə vasitəsi ilə göndərə biləcəyini demiş, bundan sonra Məhərrəm narkotik vasitə olan heroini Etibar adlı tanışına verməsini deyib konfrans zəng vasitəsilə onlarla danışdırmışdır. Sonra onlar razılaşmışlar. Etibar gedib Elçindən narkotik vasitəni götürmüş, sonra Məhərrəm Etibara zəng edərək daban hissəsində narkotik vasitə olan heroin gizlədilmiş ayaqqabını onun uşaqlıq dostu olan Qalibin işlətdiyi “Portafino” çay evinə qoymasını demişdir. Həmin gün atası Namiq Əliyev evindən ona sovqat gətirəcəkmiş. Ona görə də o, Məhərrəmin xahişi ilə atasına zəng edib ona sovqat gətirən zaman dostunun onun üçün ayaqqabı almasını demiş və həmin ayaqqabını ona gətirməsini xahiş etmişdir. X29 də gedib Qalibin işlədiyi çayçıdan ayaqqabını götürmüşdür. Bundan sonra 2 saylı istintaq təcridxanasında sovqat qəbulu otağında ayaqqabının dabanında olan narkotik vasitə aşkar edilmişdir (iş vərəqə: cild 2, səh.72-75). Məhkəmə baxışı zamanı elan olunan ifadəsinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi şahid X20 təklif edilərkən ifadəsinin davamında bildirmişdir ki, o, törətdiyi oğurluq cinayətlərinə görə Ədliyyə Nazirliyinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında cəza çəkir, həmçinin Təqsirləndirilən şəxs də həmin təcridxanada saxlanılır. O, ziddiyyətli ifadələr verməsinin səbəbini isə izah edə bilməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə və polis əməkdaşları tərəfindən dəfələrlə gedilməsinə baxmayaraq, yaşadığı ünvanda müəyyən edilmədiyindən məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, əvvəllər müxtəlif yerlərdə işləsə də, hal-hazırda işsizdir. O, narkotik vasitə qəbul etmir, lakin həm qonşusu, həm də tanışı olan Elçinin narkotik maddə qəbul etməsini bilmişdir. xx.xx.2021-ci il tarixdə saat 18:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında dayanıb söhbət edən vaxt polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları Gəncə şəhər Nizami RPİ-nə dəvət etmişlər. O və Elçin polis əməkdaşlarının sözlərinə tabe olaraq bir yerdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə getmişlər. Polis İdarəsində onları təhqiqatçının xidməti otağına aparmışlar. Təhqiqatçının xidməti otağında hər ikisinə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Dəvət olunmuş müdafiəçilərin yanında onlara hüquq və vəzifələri izah olunmuş, bundan sonra dəvət edilmiş vəkillərin iştirakı ilə təhqiqatçının xidməti otağında Elçinin və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Elçinin əynində olan qara rəngli paltonun sağ yan cibindən şəffaf sellofana bükülmüş ümumi çəkisi 0,9 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlə və bir ədəd sellofana bükülmüş ümumi çəkisi 1.0 qram olan kristal formalı psixotrop maddə olan metamfetamin aşkar edilməklə bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını, yaşadığı evin yanından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlələr müdafiəçinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə qablaşdırılaraq möhürlənmişdir (iş vərəqə: cild 1, səh.214-216). Göstərilənlərdən başqa, cinayət işinin məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 02 mart 2021-ci il tarixdən 2 saylı İstintaq Təcridxanasında saxlanılır. O, Təqsirləndirilən şəxs əvvəllər onunla birlikdə cəzaçəkmə müəssisəsində olarkən tanımışdır. X21 2 saylı İstintaq Təcridxanasında saxlanılarkən tanımışdır. Şahid4 isə onun qonşusudur. Onların hər üçü ilə münasibətləri normal olmuş və heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Təqsirləndirilən şəxslə telefonla danışdığı hallar olub, Elçinlə telefonla danışarkən ondan qənd, çay, siqaret, yəni ehtiyacı olan əşyaları istəmişdir. Əvvəllər də ehtiyacı olan əşyaları Elçinə zəng edərək gətirməsini xahiş etmişdir. Şahid4 həm də onun uşaqlıq dostudur. O, həm Etibarla, həm də Elçinlə telefonla söhbət etmişdir, lakin narkotik vasitə ilə bağlı danışıqları olmamışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə göndərməsi ilə bağlı heç nə deməmişdir. Etibardan isə ancaq paltar və yemək istəmişdir. O, istintaq təcridxanasında Naib Əliyevlə eyni kamerada qalmışdır. Lakin istintaq təcridxanasına narkotik vasitənin keçirilməsinə dair hər hansı danışıq olmamışdır. Cinayət işinin məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, hazırda Gəncə şəhər 1-ci X19 Bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı barədə Şöbənin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən raportla rəhbərliyə məlumat verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid7 ilə birlikdə müəyyən edilib Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs və Şahid7 üzərlərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi qismində Yusif Hüseynov və X28 İdarəsinə dəvət olunaraq onlara təqdim edilmiş, hüquq vəzifələri onlara izah olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı onun əynindəki qara rəngli paltosunun sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə və həmin cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş kristal formalı ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofana bükülmüş tünd rəngli, toz şəkilli kütlənin narkotik vasitə olan heroin, sellofana bükülmüş kristal formalı maddənin isə psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütlələri yaşadığı binanın yaxınlığında tapdığını göstərmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Şahid7 üzərində şəxsi axtarış aparılsa da, narkotik maddə və ya qanunsuz saxlanılan heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə aptek tərəzisində çəkilərək çəkisi 0,9 qram, sellofana bükülmüş kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə isə çəkilərək çəkisi 1 qram müəyyən olunmuşdur. Sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Elçin Cahangirov ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid7 üzərində şəxsi axtarış videoçəkilişdən istifadə etməklə keçirilmişdir, həmin vaxtı onların müdafiəçiləri də iştirak etmişlər. Sonradan müəyyən edilmişdir ki, həmin videoçəkilişin əks olunduğu disk qismən yararsız vəziyyətə düşdüyündən həmin istintaq hərəkətinin əks olunmasının bir hissəsi diskdə qalmışdır. Cinayət işinin məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi vəzifəsində işləyir. Hazırki cinayət işi onun icraatına xx.xx.2022-ci il tarixdə götürülmüşdür. O, cinayət işi üzrə üzləşdirmə, diskə baxış keçirilməsinə dair və bəzi şahidlərin dindirilməsi kimi istintaq hərəkətlərini həyata keçirmiş, sonra Təqsirləndirilən şəxs kimi tərəfindən cəlb edilmiş və təqsirləndirilən şəxs kimi dindirilmiş, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olduqdan sonra tərəfindən ittiham aktı tərtib edilərək cinayət işi ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair diskə təkrar baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə texniki nasazlıq baş vermiş və istintaq hərəkətinin yalnız bir hissəsi qalmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 dekabr 2021-ci il tarixli “şəxsi axtarış haqqında protokol”dan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs ondan aşkar edilmiş sellofanda olan kütlənin birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin kütlələr elektron tərəzidə çəkilir və 01 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, ilkin baxışdan narkotik vasitə heroinə bənzər kütlənin ümumi çəkisi 0,1 qram və 01 ədəd şəffaf sellofana bükülmüş kristal formalı, ilkin baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 0,9 qram olur. Sonra həmin maddələr qablaşdırılaraq götürülür. Daha sonra şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilir və iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Şəxsi axtarış keçirilməsinə dair həmin protokoldan həmçinin görünür ki, şəxsi axtarış “Samsung” markalı aparatla videoya çəkilmişdir (iş vərəqə: cild İ, səh.39-40). Cinayət işinə maddi sübut kimi əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş video disklə də, müəyyən texniki natamamlıq olsa da, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə gətirilib üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsi təsdiq olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə gətirilib video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməklə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilməsi təqsirləndirilən şəxsin özünün, iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və cinayət işinin digər materialları ilə tam təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 16/1299 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketdəki: - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,926 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,867 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısına İİ bəndinə daxildir (iş vərəqə: cild İ, səh.57-58). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2021-ci il tarixli, 16/1285 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Vətəndaş Şahid9F.” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyindəki digər bir ədəd şəffaf polietilen kəsiyində təmiz çəkisi 1,935 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir (iş vərəqə: cild İ, səh. 139-140). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli, 16/731 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild 2, səh.112-113). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2021-ci il tarixli, 224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə və psixotrop maddədən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh.66). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 avqust 2022-ci il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və həmin istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək, Məhərrəm Əliyevin xahişi ilə Təqsirləndirilən şəxs həmin daban hissəsində narkotik vasitə olan ayaqqabını götürərək Gəncə şəhəri “Portafino” çay evinin qarşısında Şahid8 verdiyini, həmçinin həmin ayaqqabıda narkotik vasitə gizlədilməsindən məlumatının olmadığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (iş vərəqə: cild 2, səh.133-135). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı «Bakcell» nömrələrindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi ilə bağlı sorğulara cavab olaraq göndərilmiş diskə 15 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “ay qaqa deyəcəm 1 dənə, 2 dənə versin pul verməzsən, gəlim mənlə hesablaşarıq, bildin qaqa? pulunu gələndə özümə verərsən, deyərəm 2 dənə versin” məzmununda, bundan başqa X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəsindən “Kele, salam, menem Adil. Kele, əlin girirse mene bidene yari gotur verde zehmet olmasa, bir xeber de də” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Аdаş söyme hа, qаdаnаlim yenə hеminkindеn lаzimdi imkаn vаrsa qaqa” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Bayaq nə zulumlə tapdim, pişirəndə qazanın altı nətər qopdu töküldü torpağa hamısı, nə əziyyətlə tapdım bu da belə, sabaha kimi nə vəziyətdə olacam bilmirəm qadanalım, gələndə mənə zəng vurmağı yaddan çxarma” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qardaşım, bilirem seni bezdirirem, uzurlu bil, qadan alım ustune sağlıq, bərk ağrıyıram, ona görə yiğıram tez tez, qaqa senin qadanalim evdeyem saat nece olur-olsun, alınan kimi de gelim de brat, oyağam, hara desen gelerem, Ay Elçin brat qadanalim dunendən sene ümüd qalıb, gözdüyürəm nolar mənə bircə seferlik bidene bu gün komeklik ele, el tut, pul da naqddı ustumdedi, brat bildim işin var, yəni gozləyimmi, seni işin qurtaran da goruşek, yəni bircə kelme de də brat qadanalim pis veziyyətdəyəm, qaqa axşamin xeyir, netersen narahat eledim seni, yene men qardaşın burda sultan marketin yanındayam, dunenki kimi goruşe bilerik brat, pul ustumdedi” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Kele sabahin xeyir, ata menem Adil, ne olar xahiş ediren İlqar da yoxdu burda, dörd gündü bərk ağrıyıram 30 manat pulum var, nə olar xahiş edirem 1 dene yarı ver də mene, dalga marketin yanindayam, xahiş edirem xeber de də mene, Kele bir xeber de də, gozləyirəm burda, yoxsa düşüm kücələrə, zehmet olmasa bir xeber elə, Kele 50 manatdı imkan var qram verməyə? xahiş edirem xəbər de də” məzmununda mesajlar qeydə alınmışdır. Bundan başqa, diskə baxış keçirilməsinə dair həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Salam Elçin 15 manatim var, evdəyəm mənə zəng vurardin də qaqa, ay Elçin 15 manatim var ölürəm nəsə eləmək olarmı” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa bərk ağriyiram qadan alım mene bir xeber de qardaşimsan” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Elçin yarının pulunu indi düzəltsəm alinarmı? Mənə cavab deyərdin mamamdan alım, Elçin o birindən də yox idi? dedim olsaydı o birindən götürərdim, Elçin mən 30 manat düzətdim, sən canın düzəlsə xəbər eliyərsən, mənə indi olmasa da sabaha” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “055.482.78.72. qaqa qadan alim bunu hell ele ölürəm. ağrıdan” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa senin qadan alim, bir dene imkan var men dediyimi yoluna qoyaq, allah haqqı bərk ağrıyıram” məzmununda, ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qadan alim ay Elçin, mən cehennəmə, öyrenmiş balayam, amma bu uşaq ağlayır sabahdan sene qurban əlaqə saxla bizlə, çox vacibdi, Salam ay balam sənin qəbuluna ne vaxt düşək? dostum sənə çox ehtiyacim var, qurban sənə məni axtar” məzmununda, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “salam qadan alim Elçin, bərk ağrıyıram, bir dənə də cırıq 45 manat pulumu, bir də tərəzimi aparib gedib. qalmışam bunların əlində. Qardaşini bu vəziyyətdə qoyma, çix svyaza, ay mənim qardaşim indi sən məni belə lomkada qoyacaqsan? inana bilmərəm ki, sən məni bu vəziyyətdə qoyasan elçin məni düz başa düş çox pisdi vəziyyətim. Bərk ağriyiram mənə köməklik eliyə bilərsənmi, ay qaqa, bərk ağriyiram cavab ver telefona” məzmununda mesajlar qeydə alınmışdır. Diskə baxış keçirilməsinə dair həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə həmin və digər nömrələr arasında olan zənglərin vaxtı, müddəti və anten dairəsi qeyd olunmuşdur (iş vərəqə: cild 2, səh.137-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə ilə əlaqədar, bundan başqa X15 və X25, Şahid4, Şahid8, X9 əməllərinə hüquqi qiymət verilməsi üçün hazırkı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə cinayət işi ayrılmışdır (iş vərəqə: cild 2, səh.191-192). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2.661 qram olan narkotik vasitə heroin və 0.817 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınаraq saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə dair videogörüntü ilə bağlı bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh.155-173). Cinayət işinin materiallarına əlavə edilmiş Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 nömrəli Xidmət sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır (cinayət işinin materiallaır). Cinayət işinin materiallarında olan 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.18). Cinayət işinin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.182-187). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin hökmə əsasən Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilmişdir, bundan başqa o, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuş, daha sonra Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunmuş, bundan başqa o, Göygöl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonra isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi 01 ay müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır (iş vərəqə: cild İ, səh.212-213). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi “heroin” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən artıq miqdarda olmuş, “metamfetamin” psixotrop maddəsinin miqdarı isə şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, “Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır”. Həmin qərarın 15-ci bəndində göstərilmişdir ki, “.... Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun üzərindən həqiqətən də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilsə də, onun istintaq təcridxanasında saxlanılan heç kimə narkotik vasitə ötürməyə cəhd etməməsi, həmçinin həmin maddələri satış məqsədi olmadan əldə edib daşımasına dair, bundan başqa üzərindən aşkar edilmiş həmin maddələrin bir hissəsinin ona məxsus olmamasına dair də göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxs aşkar edilmiş ayrı-ayrı növlərdə olan həmin maddələri, yəni heroini və metamfetamini yalnız istifadə etmək üçün saxlayıb daşıması inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materialları və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələri, həmçinin cinayət işi üzrə toplanmış sübutlar qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə ilkin araşdırma başlandığı vaxtdan şübhəli şəxs kimi 08 dekabr 2021-ci il tarixdə dindirilərkən, daha sonra 09 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən ona elan edilmiş ittihamda göstərilən miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həqiqətən də əldə etdiyini bildirmiş, həmin maddələrin ona məxsus olduğunu göstərmiş, həmçinin 2 saylı İstintaq Təcridxanasında olan dostu Məhərrəm Əliyevə narkotik vasitə heroini Şahid4 vasitəsilə göndərdiyini etiraf etmiş, eyni zamanda Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən ona qarşı hər hansı təsir, təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin araşdırma zamanı heç bir təsir, təzyiq olmadan, müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri cinayət işinin hallarına uyğun olduğundan, həmin ifadələrində ittiham olunduğu cinayətləri hansı şəkildə törətməsinə dair bütün halları təfərrüatı ilə göstərməsi və həmin ifadəsində göstərdikləri iş üzrə digər şahidlərin də ifadələri və digər sübutlarla da təsdiq edildiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrini sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs həmin etirafedici ifadələrini, onun heroin narkotik vasitəsini 2 saylı İstintaq Təcridxanasında olan Məhərrəm Əliyevə göndərməsini Şahid4 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadəsində təfərrüatı ilə göstərərək təsdiq etmişdir. Təqsirləndirilən şəxs yalnız xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Məhərrəm Əliyevə narkotik vasitə göndərməsini inkar etsə də, həmin inkaredici hallar şahidlərin ifadələri, “üzləşdirmə istintaq hərəkəti haqqında”, “şəxsi axtarış haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilmişdir. Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında saxlanılan Məhərrəm Əliyevə narkotik vasitə olan heroin ötürməyə cəhd etmədiyinə dair verdiyi inkaredici ifadələri məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, həmçinin məhkəməkimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli, 16/731 nömrəli rəyi ilə də bir daha təkzib edilmişdir. Belə ki, həmin ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdəki heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olması Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə etdiyi heroinin bir hissəsini 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsə ötürməyə cəhd etdiyini bir daha təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə üzərində saxlayıb daşımamasına dair ifadəsində göstərdikləri yuxarıda göstərilmiş sübutlarla yanaşı, onun üzərindən aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə olması, eyni zamanda onun istifadəsində olan mobil nömrəsindən digər nömrələrə yazdığı və digər nömrələrdən onun mobil nömrəsinə gəlmiş mesaj mətnləri ilə, həmçinin dost-tanışlarının ehtiyacı olduğu təqdirdə onlara narkotik vasitə verməsinə dair qismən etirafedici ifadələri ilə, həmçinin cinayət işi üzrə tədqiq edilmiş yuxarıda göstərilən digər sübutlarla və cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş bütün materialları və obyektiv halları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə eyni zamanda şahidlər X17 və X10 həm ibtidai istintaqda, həm də məhkəmə baхışında vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahidlərdən Naib Əliyev ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş və Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən halları təfərrüatı ilə həmin ifadəsində təsdiq etmişdir. Lakin şahid Naib Əliyev məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında saxlanılan Məhərrəm Əliyevə narkotik vasitəni ötürməyə cəhd etməsi ilə bağlı məlumatının olmadığını və həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair bütün halları təfərrüatı ilə göstərdiyi ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini təsdiq etmədiyini göstərmiş, həmçinin məhkəmə baxışında ibtidai istintaqdakı ifadəsindən fərqli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə şahid Naib Əliyevin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi fərqli ifadələri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edərək onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin sübut kimi mötəbərliyini müəyyən etdiyindən həmin ifadəsini sübut növü kimi qəbul edir. Belə ki, nəzərə almaq lazımdır ki, şahid Naib Əliyev hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Onların eyni İstintaq Təcridxanasında saxlanılan şəxslər kimi münasibətlərinin olması və məhkəmə baxışı zamanı da hər ikisinin iştirak etdiyi məhkəmə iclasında Naib Əliyevin şahid kimi Təqsirləndirilən şəxs əleyhinə ifadələr verməməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən, həmçinin şahid Naib Əliyevin ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni istintaq təcridxanasında saxlanılan Məhərrəm Əliyevə ötürməsinə cəhd etməsini təsdiq edən bütün halları təfərrüatı ilə göstərməsi və həmin hallar digər şahidlərin ifadələri ilə və digər sübutlarla da təsdiq edildiyindən onun ibtidai istintaqda verdiyi həmin ifadəsinin həqiqətə uyğun və mötəbər olduğu müəyyən edilmişdir, odur ki, məhkəmə şahid X17 ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul edir. Bundan başqa, məhkəmə şahid X10 Təqsirləndirilən şəxs narkotik vasitəni istintaq təcridxanasına onun üçün (Məhərrəm Əliyev üçün) ötürülməsinə cəhd etməsinə dair məlumatının olmaması və bu barədə Təqsirləndirilən şəxslə danışmamasına dair ifadəsini sübut növü kimi qəbul etmir. Belə ki, aydın məsələdir ki, şahid Məhərrəm Əliyevin ona istintaq təcridxanasında saxlanıldığı halda narkotik vasitənin ötürülməsinə cəhd edilməsi və həmin bu halın onun tərəfindən də təsdiq edildiyi təqdirdə еyni zamanda özünə qarşı ifadə vermiş olardı. Göstərilənlərə əsasən məhkəmə X10 ifadəsini sübut növü kimi qəbul etmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş və mötəbərliyi mübahisə doğurmayan qeyd edilən həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biridigərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və həmin narkotik vasitə heroindən istintaq təcridxanasında saxlanılan şəxsə yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1 maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1 maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1 maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və həmin hökmə əsasən Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəzanın şərti tətbiq edilməsi, bundan başqa onun Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunması, daha sonra Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad olunması, bundan başqa onun Göygöl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunması, daha sonra Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, sonra isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi 01 ay müddətin xx.xx.2020-ci il tarixdə başa çatması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu, yəni Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı məhkumluğundan başqa, onun digər məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəlki məhkum olunduğu həmin cinayət əməlləri Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunduğundan və onun sonuncudan başqa digər məhkumluqları ilə bağlı cəzanı çəkib qurtardığı gündən iki ildən artıq müddət keçdiyindən sonuncudan başqa digər məhkumluqları ödənilmiş, sonuncu Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə olan məhkumluğu isə, həmin hökmlə təyin edilmiş cəzadan azad edildiyi xx.xx.2019-cu il tarixdən hazırki cinayət əməllərini törətdiyi tarixədək iki il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir”. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, törədilmiş cinayətlərin xarakterini, təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət əməllərini nəinki mülki əhali arasında, həmçinin həbs edilmiş şəxslərin saxlanması və cəza çəkən şəxslərin islah olunması üçün nəzərdə tutulmuş istintaq təcridxanasında da törətməyə cəhd etməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1-ci maddələrinin sanksiyası daxilində, residivə və cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 07 dekabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2021-ci il tarixli, 224 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkiləri 2.661 qram olan narkotik vasitə heroin və 0.817 qram psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə dair videogörüntü ilə bağlı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 97,20 (doxsan yeddi manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş qalıq çəkiləri 2.661 qram olan narkotik vasitə heroin və 0.817 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə dair videogörüntü ilə bağlı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 97,20 (doxsan yeddi manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-86/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-86/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver