Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-86/2025 04.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), hakimlər Müslümov Bəhruz Firizman oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X4 məhəkəmə iclas katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1991-cı il tarixdə Bərdə rayonu, Mollaisalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Mollaisalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azarbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 02 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı Bərdə rayonu, Mollaisalar kənd pay torpaqlarından kəndə gələn torpaq yolun kənarında həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs ilə rastlaşan zaman əvvəllər aralarında yaranmış münaqişə zəmnində qisas almaq məqsədi ilə əlində olan müəyyən edilməsi mümkün olmayan əl ağacı ilə Zərərçəkmiş şəxs başının ənsə nahiyəsinə, büzdüm nahiyəsinə, sol əlinin 3-cü barmağına, qarın nahiyəsinə, sağ dirsək oynağına, sol sarğı nahiyəsinə, sağ said və sol dirsək oynağı nahiyəsinə, döş qəfəsinə, qarın və bel nahiyələrinə, sol bud nahiyəsinə, yumruqla isə alt dodaq nahiyəsinə qəsdən vurub yerə yıxmaqla dişi ilə Zərərçəkmiş şəxs sol qulaq seyvanını qəsdən dişləyib qopartmaqla sonuncunun sağlamlığına-başın ənsə nahiyəsinin, alt dodağın selikli qişasının, sol əlin İİİ barmağının əzilmiş-cırılmış yaraları, qarın nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin və sağ saidin, sol dirsək oynağı nahiyəsinin, sol sarğı nahiyəsinin, büzdüm nahiyəsinin səthi əzilmiş-cırılmış yaraları, başın ənsə nahiyəsinin, doş qəfəsinin, qarın və bel nahiyələrinin, sol budun iri ölçülü hematomaları ilə müşayət edilən dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vumaya aid bədən xəsarətləri yetirməklə və sol qulaq seyvanının hissəvi amputasiyası qismində kəskin nəzərə çarpan asimmetriya törədən və vaxt keçdikcə bərpa olunmayan, geridönməz və kosmetik əməliyyata ehtiyac olan sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-ci maddəsi ilə elən olunmuş ittihamda özünü təqsirli bilməyərək, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə yolda qarşılaşmışdır. O zərərçəkmiş şəxsi gözünü açandan tanımış, onunla həm qonşu həmdə qohum olmuşdur. 2018-ci ildə onun valideyinləri ilə zərərçəkmiş şəxsin arasında çəpərə görə mübahisə olmuşdur. Bundan sonra zərərçəkmiş şəxs onun valideyinlərindən şikayət edərək onları şərləmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs onun bütün qohumlarını şərləmiş və hər dəfə də onun qohumları polis şöbəsinə dəvət edilmişlər. Əvvəllər onu döyməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 127-ci maddəsi üzrə cinayət işinə baxılmışdır. 2022-ci il tarixdə o evə gəlmiş və zərərçəkmiş şəxsin onun qardaşı uşaqlarına əxlaqsız söyüşlər söyməsi ona məlum olmuşdur. O onun valideyinləri ilə zərərçəkmiş şəxsin mübahisəsi olduğunu düşünmüş və buna görə də hər dəfə o öz valideyinlərini sakitləşdirmişdir. O zərərçəkmiş şəxsin bacısı Tünzalə, zərərçəkmiş şəxsin oğlu və zərərçəkmiş şəxsin özünə dəfələrlə zəng edərək onların qohum olmalarını və hər hansı bir artıq hərəkətlərin olmamasını bildirmişdir. Onun anası tövlədən mal-qaranı çıxaran zaman, Zərərçəkmiş şəxs guya mal heyvana söyüş edirmiş kimi onun anasının ünvanına ,ağzına üzünə, söyüş söymüşdür. Bundan sonra o zərərçəkmiş şəxsi sahədə tutmuş və döymüşdür. Onun ilkin niyyəti zərərçəkmiş şəxsin qulağını kəsmək olmuşdur. O zərərçəkmiş şəxsi görəndə sonuncunun əlində bıçaq olmuşdur. O zərərçəkmişi ilk dəfə vurduqdan sonra zərəçəkmiş şəxs yerə yıxılmış, ardınca ayağa qalxaraq hadisə yerindən uzaqlaşmaq istəmiş,o sonuncunu tutaraq saxlamışdır. Həmin vaxt zərərçəkmiş şəxsi döyərkən ona "üzr istə, səni buraxım" demiş, lakin zərərçəkmiş şəxs hər hansı cavab verməmişdir. Daha sonra o zərəçəkmiş şəxsin qulağını dişləyib qoparmış, ardınca qol və baş nahiyəsini dişləmişdir.O zərərçəkmiş şəxsi ağac parçası ilə də vurmuşdur. O zərərçəkmiş şəxsi soyundurmamış, sonuncu ərazidən uzaqlaşarkən şalvarı üzərində olmuşdur. Məqsədi zərərçəkmiş şəxsin bədəninə ağac yeritmək olsaydı, bunu elə zərərçəkmiş şəxsin əlində olan şumal ağacla həyata keçirərdi. Zərərçəkmiş şəxs onun adından və ya vasitəsilə digər şəxslərdən pul almamış, o telefonla çəkiliş etməmiş və görüntü yaymamışdır. Azərbaycan Respublikasında olduğu müddətdə ümumiyyətlə onun telefonu olmamışdır. Əməlindən peşmandır, məhəkəmədən həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış ,onların aralarında torpaq mübahisəsi olmuş və həmin torpaq mübahisəsi ilə bağlı onu bir neçə dəfə hədələmişlər. Bundan sonra o Daxili İşlər Nazirliyinin 102 xidmətinə hədələnməsi bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs ona qarşı plan qurmuş, gələndə qəfildən onun qarşısına çıxmış və ona sürpriz” demişdir. Həmin vaxt o qaçmaq istəyərəkən, təqsirləndirilən şəxs onu arxadan baş nahiyyəsindən vurmuş və o yerə yıxılmışdır. Bundan sonra onun əynində olan paltarları çıraraq çıxarmışdır. Təqsirləndirilən şəxs əlində olan ağac parçası ilə onu bir neçə dəfə vurmuş və o həmin vaxt müqavimət göstərmişdir. O əlində olan ağac parçasını onun arxa hissəsinə yeritmək istəmişdir. Onun əlində çantası olmuşdur. O həmin çantanı yerə ataraq qaçmaq istəmişdir.O sol qulağından xəsarət almışdır. Təqsirləndirilən şəxs dəfələrə onu döyməyə vurmağa cəhd etmişdir. O həmişə təqsirləndirilən şəxsdən qaçmış,Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, lakin hər hansı bir tədbir görülməmişdir. Təqsirləndirilən şəxs ağacın arxasında gizlənmişdir. O mal qaranın arxasında olduğundan təqsirləndirilən şəxsi görməmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında təqribən 2-3 metr məsafə olmuşdur. O ağacın arxasından çıxaraq “surpriz indi hara qaçacaqsan demişdir”. Təqsirləndirilən şəxs onu arxadan ağac parçası ilə vurduqdan sonra o yıxılmışdır. Hadisənin baş verməsini xatırlayır, sadəcə olaraq həmin vaxtdı taqəti olmadığığından o müqavimət göstərə bilməmişdir. Təqsirləndirilən şəxs əlinin arxası ilə onun ağız nahiyyəsindən vurduqdan sonra onun dodaqı partlamış,bundan sonra Təqsirləndirilən şəxs onun əynində olan paltarlarını çıxarmış və ağac parçasını onun arxa nahiyyəsinə salmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonu çıxarıb çəklişlər aparmışdır. Həmin vaxt təqsirləndirilən şəxsin əlində bıçaq olmuş,onun cinsiyyət orqanını kəsəcəyini demişdir. Daha sonra o yerdə qalmışdır. Həmin vaxt Səməndər adlı şəxs Elmiri həmin ərazidən uzaqlaşdırmış onu isə bacısı aparmışdır.Təqsirləndirlən şəxslə barışmışdır,ona qarşı heç bir şikayəti tələbəi yoxdur . Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun qardaşıdır. Həmin gün saat 5 və y 5-in yarısı olardı.Həmin vaxt Elmir və onun qardaşının getdiyini görmüşdür. Lakin o onaların sahəyə getdiklərini düşünməmişdir. Sahə ilə kəndin arasındakı məsafə 3 km olmuşdur. 8-10 dəqiqə sonra onun mobil telefonuna zəng gəlmiş və həmin vaxt “Sədi əminin vəziyyəti pisdir ona paltar al gətir” deyilmişdir. O isə Sədinin vəziyyətinin niyə pis olması barədə telefonun əks tərəfində olan şəxsə sual vermişdir. O elə bilmişdir ki, Sədinin ürəyi tutmuşdur. Lakin ona Sədini Elmirin vurması bildirilmişdir. O həmin vaxt paltar götürüb gedən zaman Elmirin atası ilə rastlaşmışdır. Həmin vaxt təhqir nəlayiq sözlər olmuşdur. Həmin vaxt o əhəmiyyət verməmişdir. O həmin əraziyə piyada gedərkən məktəb deyilən yerdə ağ rəngli bir avtomobil gəlmişdir. O həmin vaxt həmin avtomobili saxlatmış və qardaşının vəziyyətinin pis olmasını bildirmişdir. Həmin avtomobil onu qardaşının yanın aparmışdır. O qardaşını görən zaman onun qardaşı çılpaq vəziyyətdə və hüşsüz olmuşdur. Həmin vaxt o qardaşına alt paltarı geyindirmiş və qardaşını Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada qardaşına baxmadıqlarından, onlar Sədini Mingəçevir rayon Xəstəxanasına aparmışlar. Qardaşı ona bunları Təqsirləndirilən şəxs etməsini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qardaşıdır. Zərərçəkmiş şəxs isə qohumudur. O həmin günü hadisə yerində olmamışdır. Ona qardaşının dalaşması ilə bağlı telefon vasitəsi ilə məlumat verilmişdir. O həmin əraziyə gedən zaman onun qardaşı onun qabağına çıxmışdır. Həmin vaxt onun qardaşının üzərində qan ləkələri olmuşdur. Bundan sonra o, köməklik etmək üçün Sədrdəddin kişinin arxası ilə getmişdir. Lakin həmin vaxt Sədrəddin hadisə yerində olmamışdır. Bundan sonra onlar evə gəlmişlər. Daha sonra polis əməkdaşları evə gələrək qardaşı Elmiri polis şöbəsinə aparmışlar. Tərəflər arasında torpaq məsələsi ilə bağlı əvvəllər mübahisə olmuş və həmin mübahisəyə rayon məhkəməsində, apellyasiya instansiyasında, eləcə də Ali Məhkəmədə baxılmışdır. Məhkəmədə tədqiq edilmiş 04 may 2023-cü il tarixli X2 «ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» X17 məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 457/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sol qulaq seyvanının yuxarı yarısının travmatik amputasiyası ilə nəticələnən dişlənmiş yarası, başın ənsə nahiyəsinin, alt dodağın selikli qişasının, sol əlin İİİ barmağının əzilmiş-cırılmış yaraları, qarın nahiyəsinin, sağ dirsək oynağı, nahiyəsinin və sağ saidin, sol dirsək oynağı nahiyəsinin, sol sağrı nahiyəsinin, büzdüm nahiyəsinin səthi əzilmiş-cırılmış yaraları, başın ənsə nahiyəsinin, döş qəfəsinin, qarın və bel nahiyələrinin, sol budun iri ölçülü hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs sol qulaq seyvanının hissəvi amputasiyası kəskin nəzərə çarpan asimmetriya törədir və vaxt keçdikcə bərpa olunmur, geridönməzdir və kosmetik əməliyyat zəruridir, bu səbəbdən silinməz xəsarət hasab edilir.Zərərçəkmiş şəxs badənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkən şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilmələri mümkündür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 X9 şəbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 520 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsinafatı 10-cu baxış) F60.3 xəstəliyi keçirir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 9878 saylı arayış, 13332/22 saylı stasionar xəstənin tibbi kartasının surəti, 3738/22 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı, Bərdə RMX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli arayışlar), anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, onda əsəbliyə və konfliktə meyillilik müşahidə edilməsi, xırda qıcığa affektiv reaksiyalarla cavab verməsi, əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallusinasiya və sayıqlama ideyaları) müəyyən olunması və s.) sübut edir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsinafatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz hərəkətlərini dərk etmək və ya idarə etmək iqtidarında olmuş və hal-hazırda da iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndliyindən verilmiş 22 dekabr 2022-ci il tarixli, 692 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mollaisalar kəndində atası X5, anası X1 və həyat yoldaşı X10 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 1 (bir) azyaşlı xx.xx.2023-cü il təvəllüdlü X8 vardır. Məhkəmədə tədqiq edilmiş «Bərdə rayon Mərkəzi Xəstəxanası» X17n daxil olmuş xx.xx.2023-cü il tarixli, nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX» phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Bərdə rayonu, Mollaisalar kəndində yaşayan Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında 02 oktyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində yaşadıqları Bərdə rayonu, Mollaisalar kəndi ərazisində dava-dalaş zamanı Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ağac parçası ilə bədənin müxtəlif nahiyələrinə vuraraq və dişi ilə sol qulağını dişləyib qopararaq xəsarət yetirmiş, eyni zamanda hadisə zamanı Zərərçəkmiş şəxs əlində olan ağac parçası ilə Təqsirləndirilən şəxs xəsarət yetirmiş, lakin həmin ağacların və Zərərçəkmiş şəxs məxsus paltarın, iş üçün əhəmiyyət kəsb edən əşyaların tapılması istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də ağacların və ya hər hansı bir geyim əşyasının yerini müəyyən etmək mümkün olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində mobil telefonun və bıçağın olub-olmaması barədə keçirilən axtarış tədbirləri zamanı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Hadisə zamanı Mollaisalar kənd sakini Şahid2 hadisə yerinə gələrək həmin şəxsləri kənarlaşdırmışdır. Həmçinin hadisəni görmüş digər şahidlərin dairəsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)-143/2022 saylı xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilənərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş hesab edilmişdir. Bərdə Rayon Məhkəməsinin 1(021)-143/2022 saylı xx.xx.2023-cü il tarixli hökmünün müəyyən etdi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Mollaisalar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısından keçən kəndarası yolda hadisədən təxminən 1 ay əvvəl qardaşı Şahid3 az yaşlı övladlarına Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bel ilə onu vurmaq istəməsinə əsəbləşib qisas almaq niyyəti ilə əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya burun nahiyəsinin şişkinliyi, qançırı, sıyrığı, burun tənəffüsünün çətinləşməsi ilə burun çəpərinin sol yerdəyişməsi, burun sümüyünün yerdəyişən sınığı, alın, sağ mil-bilək oynağı, sol kürəküstü, sol kürək nahiyələrinin sıyrıqları, ənsə nahiyəsinin qançırı ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə Sağlamlığın ilə müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 04 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-99/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «Həbs» qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş 06 may 2023-cü il tarixli qərararından görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə qətimkan» tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-86/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “elektron informasiya sistemindən çıxarılmış” məktubdan görünür ki, xx.xx.2023 təvəllüdlü X8 və xx.xx.2025 təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünürür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla belə məhkəmə kollegiyası tövsiflə razılaşmayaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsinin tərkibi olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İstintaq orqanı Təqsirləndirilən şəxs hadisəni xuliqanlıq niyyəti ilə törətməsinə dair heç bir sübut toplamamış, eləcə də təqsirləndirlən şəxslə zərəçəkmiş şəxsin arasında uzun müddət münaqişə olmasını nəzərə almayaraq, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsindən əsassız və yalnış olaraq həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif etmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi əsaslandırılmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki hallarından görünür ki, tərəflərin arasında torpaq mübahisəsi ilə bağlı uzun müddət münaqişə yaranmış, bunla bağlı qarşılıqlı təhqilrlə ifadə olunan harəkətlər nəticəsində 05 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qisas məqsədi ilə zərərçəkmiş şəxsı sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş və bu əməlinə görə məhkum edilmişdir. Qeyd olunan hadisədən sonra da tərəflər arasında münasibətlər gərgin olaraq qalmış, mütəmadi olaraq qarşılıqlı mübahisələr davam etmiş, məhz tərəflər qarşılarşarkən qeyd edilən münaqişədən qaynanqlanan aqresiyadan irəli gələn qisas almaq niyyəti ilə təqsirləndirlən şəxs zərərçəkmiş şəxsə qarşı məlum cinayət hadisəsini törətmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən xuliqanlıq niyyətinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək hesab edir ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumi qəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsindən nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmiş, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun ifadə kimi qiymətləndirərək sübut kimi qəbul edir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərəf vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstəfmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv, əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Əməlin xuliqanlıq niyyəti ilə törədilməsi üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət prosessual Qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-nin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsində qeyd edilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilənərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 46/09 saylı məktubundan görünü ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 09 ay 25 gününü çəkmiş və 02 ay 05 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxili hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 02 (iki) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 04 dekabr 2024-cü il tarixdən 04 iyun 2025-ci il tarixədək həbsdə saxlandığı 06 (altı) ay, ümumilkdə 06 ay 02 gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-nin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək, 04 dekabr 2024-cü il tarixdən 04 iyun 2025-ci il tarixdədək həbsdə və ev dustaqlığında saxlandığı müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarxili hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 02 (iki) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) ay 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 03 (üç) il 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu gündən hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-86/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-86/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver