Məhkəmə qərarları › İş №1(100)-87/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-87/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-87/2021 03.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərər çəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1978-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1967-ci ildə Samux Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs1 03 avqust 2001-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Şəmkir rayonunun Çaparlı kəndi olan "xxxx" MMC-nin (VÖEN **********) Müşahidə Şurasının sədrinin 10 sentyabr 2009-cu il tarixli 12 nömrəli əmri ilə İdarə heyətinin sədri vəzifəsinə təyin edilməklə, 10 sentyabr 2009-cu il tarixdən həmin vəzifədə işləyərkən MMC-nin 14 iyun 2001-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin işinə aid əmrlər və digər sərəncamlar vermək, müvafiq qanuna əsasən cəmiyyətin nümayəndəsi kimi çıxış etmək, cəmiyyətin mülkiyyət və fondlarını idarə etmək, ümumi yığıncaq tərəfindən verilən hər hansı tapşırığı yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində, habelə, 10 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti (Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il 413 nömrəli Fərmanı ilə yaradılmış Aqrar Kredit və İnkişaf Agentliyi) ilə imzalanmış “Xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.05.2007-ci il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadə qaydaları”na əsasən, xidmətin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının 05.03.2015-ci il tarixli 1 nömrəli protokolu əsasında vəsaitin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə müvəkkil kredit təşkilatı qismində seçilmiş "xxxx" MMC-nin rəhbəri kimi müvafiq müqavilənin 5-ci maddəsinə əsasən, xidmətin vəsaiti hesabına kredit almaq məqsədi ilə müraciət etmiş müvafiq subyektlərin qeydiyyatını aparmalı, onların investisiya tələbatını müəyyən etməli və bu barədə Xidmətə hesabat verməli, layihələrin gözlənilən ünvanda təyinatı və sair məsələlər üzrə ilkin ekspertizası və nəzərdə tutulan digər tələbləri 15 gün ərzində icra etməli, kreditləşdirilməsinə dair qərar qəbul edilmiş müvafiq subyektlər haqqında məlumat və vəsait ayrılması barədə sifarişi Xidmətə təqdim etməli, kreditləşdirilməsi məqsədəuyğun hesab edilməyən layihələri isə yazılı olaraq izah edilməklə geri qaytarmalı, Xidmət tərəfindən köçürülmüş vəsaiti bir iş günü ərzində borcalanla müvafiq müqavilə bağlamaqla onun bankdakı hesabına köçürməli, onlara vəsaitlərdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim etməli və bu barədə Xidmətə məlumat verməli, mütəmadi olaraq borcalanların monitorinqini aparmalı və Xidmətə rüblük hesabat təqdim etməli, monitorinq zamanı qaydalarda nəzərdə tutulmuş şərtlərin pozulması halları aşkar edildikdə borcalanlara kreditlərin və faiz borclarının vaxtından əvvəl geri qaytarılması barədə müvafiq göstəriş verməli olduğu halda tanışı olmaqla "xxxx" MMC-nin Kredit komissiyasının üzvü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, onlara etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talamağa dair aralarındakı cinayətkar niyyətə uyğun olaraq, 2018-ci ilin avqust ayında cəmiyyətin ofisinin yerləşdiyi ünvan 6 ünvanında guya birgə sahibkarlıq fəaliyyəti – fermer təsərrüfatı ilə məşğul olmaq adı ilə Təqsirləndirilən şəxs2 qardaşı olmaqla cinayətdən xəbərsiz olan Şahid1 adına "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətindən 200.000 (iki yüz min) manat məbləğində güzəştli dövlət krediti götürüb hər hansı təsərrüfatla məşğul olmamaqla həmin məbləği öz aralarında bölüşdürmək barədə Təqsirləndirilən şəxs2la razılığa gəlib, həmçinin, bunun üçün Şahid1 cinayətkar niyyətdən xəbərdar olmamaqla sonuncunun zəruri sənədlərə imza etməsini Təqsirləndirilən şəxs2 özünün təmin edəcəyini öhdəsinə götürdükdən sonra rəhbəri olduğu Cəmiyyət ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti arasında bağlanmış 10.09.2018-ci il tarixli müqaviləyə əsasən həmin Xidmətin cəmiyyətə etibar edəcəyi pul vəsaiti hesabına fermer təsərrüfatının yaradılması məqsədilə 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin illik 7% dərəcə ilə, 24 aylıq güzəştlə 5 illik müddətə götürülməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə müraciət edib, bununla əlaqədar, həmçinin, "xxxx" MMC-nin Kredit Komissiyasının 30.08.2018-ci il tarixli 08 saylı protokolunu imzalamaqla möhürləyib, kredit məbləğinin ayrılmasının təmin edilməsi üçün guya Şahid1 istifadəsində müvafiq təsərrüfat obyektlərinin olması görüntüsü yaratmaq məqsədilə sonuncunun Samux rayon sakinləri - X18, X24 və X12 etibarnamələri əsasında X2 Samux rayonu Qarayeri qəsəbəsində 0,58 01 ha torpaq sahəsinin icarayə götürülməsi haqqında 14.09.2018-ci il tarixli, Samux rayon sakini X5 Samux rayonu Qarayeri qəsəbəsində 0,89 ha torpaq sahəsinin icrayə götürülməsi haqqında 15.09.2018ci il tarixli müqavilələrin Təqsirləndirilən şəxs2 tərəfindən özünə təqdim edilməsi əsasında Şahid1 heyvandarlığın inkişafı yönümlü investisiya layihəsinin rəsmi sənəd sayılan və günü qeyd edilməməklə sentyabr 2020-ci il tarixli nömrəsiz qısa xülasəyə 2018-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə cəmiyyətin həmin ünvanda yerləşən ofisində Şahid1 icarəyə götürdüyü müvafiq torpaq sahələrindəki təsərrüfatının istifadəsində guya 950 kv.metrlik mal-qara saxlamaq üçün bina, 1 ədəd artezian quyusu, 5 ədəd su çəni, 4 ədəd vaqon, 25 ədəd yem qablarının olduğu, təsərrüfatın elektrik və su xətləri ilə təchiz olunduğu, təsərrüfatda 1 nəfər zobaytar və 8 nəfər işçinin işlədiyi, yeni layihə ilə 10 iş yerinin açılmasının gözlənildiyi barədə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək imzalayıb "xxxx" MMC-nin möhürü ilə təsdiqləyərək Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı yolu ilə hazırladıqları rəsmi sənədi, habelə, "xxxx" MMC-nin Kredit Komissiyasının 30.08.2018-ci il tarixli 08 saylı protokolunu, 14.09.2018 və 15.09.2018-ci il tarixli həmin icarə müqavilələrini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə göndərdikdən sonra həmin Xidmət tərəfindən kredit vəsatinin ayrılması məqsədəmüvafiq hesab edilib 17.09.2018-ci il tarixli 04/114 nömrəli təhriri məruzə ilə kredit ayrılaraq "xxxx" MMC-nin "xxxx" ASC-nin Gəncə filialında olan AZ48İBAZ******************** nömrəli bank hesabına 18.09.2018-ci il tarixdə ödəniş tapşırığı əsasında 200.000 (iki yüz min) manat köçürüldükdən sonra həmin gün köçürülmüş 200.000 (iki yüz min) manat pul vəsaitini qeyd edilən filialda olan "xxxx" MMC-nin AZ48İBAZ******************** nömrəli bank hesabından Şahid1 həmin filialda olan AZ57İBAZ******************** nömrəli hesabına 18.09.2018-ci il tarixli 18/73 nömrəli ödəniş tapşırığı əsasında köçürüb cinayətdən xəbərsiz Şahid1 Gəncə şəhəri, H.Əliyev prospekti 696 ünvanda yerləşən "xxxx" ASC-nin Gəncə filialında qardaşı Təqsirləndirilən şəxs2 sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaxın qohumu olduğundan heç bir əmlak və sair məsuliyyət daşımayan zamin qismində zəruri sənədləri imzalamasına ehtiyac olduğunu bildirərək sonuncu ilə birlikdə həmin filiala gedib, Şahid1 hesabdan 18.09.2018-ci il tarixdə 15000 manat, 19.09.2018-ci il tarixdə 54543 manat, 20.09.2018-ci il tarixdə 35100 manat, 24.09.2018-ci il tarixdə 23637 manat, 01.10.2018-ci il tarixdə 15000 manat, 02.10.2018-ci il tarixdə 29090 manat, 05.10.2018-ci il tarixdə 17460 manat, 08.10.2018-ci il tarixdə 10170 manat olmaqla, ümumilikdə 200.000 (iki yüz min) manatın məxaric edilməsi barədə məxaric sənədlərini imzalayıb filialın xəzinəsindən 200.000 (iki yüz min) manatı götürməsindən sonra həmin pul vəsaitini qeyd edilən ofisində Təqsirləndirilən şəxs2la öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyib qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə (hazırkı adı ilə Aqrar Kredit və İnkişaf Agentliyinə) məxsus olmaqla ona etibar edilmiş 200.000 (iki yüz min) manat məbləğində özgə əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəməklə talayıb, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 10.01.2019-cu il tarixdən 13.01.2020ci il tarixədək olan müddətdə cəmiyyətin ofisində cinayət əməllərinin üstünün açılmaması kimi tamah və vahid şəxsi niyyətlə Şahid1 götürdüyü kredit üzrə təsərrüfat fəaliyyəti barədə rəsmi sənədlər hesab olunan cəmi 5 ədəd monitorinq aktlarına bilə-bilə yalan məlumatlar daxil etməklə, o cümlədən, 10.01.2019-cu il tarixli 19/06 nömrəli monitorinq aktında 2018-ci ilin 4-cü rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 03.04.2019-cu il tarixli 19/21 nömrəli monitorinq aktında 2019-cu ilin 1-ci rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.07.2019-cu il tarixli 19/41 nömrəli monitorinq aktında 2019-cu ilin 2-ci rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.10.2019-cu il tarixli 19/63 nömrəli monitorinq aktında 2019-cu ilin 3-cü rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 13.01.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktında 2019-cu ilin 4-cü rübü üzrə - guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu barədə bilə-bilə yalan məlumatları qeyd edib müvafiq aktları imzalayıb möhürləməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı yolu ilə hazırladıqları həmin rəsmi sənədləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə (Aqrar Kredit və İnkişaf Agentliyinə) göndərib, uzun müddət ərzində cinayət əməllərinin gizlədilməsinə nail olub, həmin hərəkətləri, habelə götürdüyü 200.000 (iki yüz min) manat kredit məbləğindən rəhbəri olduğu "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə (Aqrar Kredit və İnkişaf Agentliyinə) heç bir məbləğ ödəməməsi və həmin ödəmənin həyata keçirilməsi üçün sahibkarlıq fəaliyyəti üzrə heç bir tədbir görməməsi nəticəsində Xidmətin (Agentliyin) normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətmələri şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" MMC-nin İdarə heyətinin sədri vəzifəsində 2009-cu ildən işləmiş, "xxxx" MMC 1999-cu ildə təsis edilmiş, 2002-ci ildən fəaliyyətə başlamışdır. 16.09.2018-ci il tarixdə KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi X20 ilə onun arasında “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə imzalanmış, müqavilənin şərtlərinə əsasən KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadə qaydalarına əsasən Xidmətin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının 05.03.2015-ci il tarixli qərarı ilə vəsaitin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Həmçinin müqavilə şərtlərinə əsasən müqavilənin predmeti aqrar sahənin inkişafı üçün Xidmətdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən qaydalara uyğun olaraq, məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsi olmuşdur. Uzaq qohumu Təqsirləndirilən şəxs2 2006-2007-ci ildən "xxxx" MMC-nin üzvü olmuş, həmçinin o xatırlamadığı tarixdən İttifaqda Kredit komissiyasının üzvü olmuşdur. 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2 ona "xxxx" MMC-nin ünvan 6 ünvanda yerləşən ofisində müraciət edərək ortaq şəkildə Samux rayonunda icarəyə götürmək istədiyi torpaq sahələrində guya fermer təsərrüfatı ilə məşğul olmaq adı ilə müvafiq təyinatla "xxxx" MMC-dən 200.000 manat kredit götürə biləcəklərini, kredit alınmasına dair sənədlərdə ilkin olaraq guya fermer təsərrüfatının aparılması üçün tövlə və digər zəruri tikililərin görülüb yem tədarükünün görülməsi, daha sonra da təsərrüfat üçün heyvan almaq istədiklərini göstərə biləcəklərini, götürəcəkləri 200.000 manatı bərabər hissələrlə aralarında bölə biləcəklərini və məbləği şəxsi ehtiyaclarına sərf edə biləcəklərini bildirmişdir. O, göstərilən zaman Akifin təklifi ilə razılaşsa da krediti digər etibarlı şəxsin adına götürməklərinin zəruri olduğunu, çünki onun adına ödənilməmiş kredit öhdəliyinin olduğunu bildirmişdir. Akif də həmin zaman qardaşı Şahid1 adına kredit götürə biləcəklərini bildirmişdir. Sonra Akif qardaşı Asiflə danışmış, guya onunla ortaq şəkildə fermer təsərrüfatı işləri görmək istədiklərini, bunun üçün götürmək istədikləri 200.000 manat krediti onun adına götürmək istədiklərini, bütün fəaliyyəti onun və Akifin görəcəyini, gələcəkdə guya onun da həmin fəaliyyətin müəyyən hissəsini gördüyü təqdirdə ona da ortaq fəaliyyət nəticəsində əldə edilmiş gəlirdən hissə veriləcəyini bildirmişdir. Asif də göstərilən şəkildə adına 200.000 manat kredit götürülməsinə razılıq vermişdir. Bundan sonra 2018-ci ilin avqust ayında xatırlamadığı gündə "xxxx" MMC-nin ünvan 6 ünvanda yerləşən ofisində o, Akif və Asif görüşmüş, görüş zamanı o Asifə fermer təsərrüfatı üçün 200.000 manat krediti 5 illik müddətinə götürdüyünü, birinci il üçün əkin işləri görüb alınacaq heyvanlar üçün yem tədarükünün görülməsini, daha sonra isə heyvanlar alıb fermer təsərrüfatını həyata keçirməyi planlaşdırdığını bir də izah etmişdir. Əslində isə o Akiflə Asifin adına götürəcəyi krediti Akiflə arasında bölməyi və şəxsi ehtiyaclarına sərf etməyi, krediti də gələcəkdə qaytarmağı planlaşdırmışdır. Asifin Akiflə olan həqiqi məqsədlərini bildiyi təqdirdə adına kreditin rəsmiləşdirilməsinə razılıq verməyəcəyini düşündükləri üçün Asifə real məqsədləri barədə məlumat verməmiş, krediti 5 ilin sonuna qədər qaytaracaqlarını güman etdiklərindən Asif üçün də nəticədə problem olmayacağını düşünmüşdür. Asif də onun təklifinə razılığını bildirmişdir. Sonra kredit üçün Asifin bibisi nəvəsi və onun həyat yoldaşı Günay Babayevanın adına olan ünvan 10 ünvanda yerləşən mənzil "xxxx" MMC-yə girov qoyulmuşdur. Həmçinin göstərilən ərəfələrdə Samux rayonu Qarayeri qəsəbəsində guya fermer təsərrüfatının həyata keçirilməsinin planlaşdırıldığı 0,89 ha torpaq sahəsi Rəşad Məmmədovdan, 0,58 01 ha torpaq sahəsi isə İsa Qurbanovdan icarəyə götürülmüşdür. 18.09.2018-ci il tarixdə 200000 manat pul "xxxx" MMC-nin Gəncə filialındakı olan hesabından Şahid1 həmin bankdakı hesabına köçürülmüş və həmin pulu Asiflə birlikdə 2018-ci ilin sentyabr-oktyabr aylarında banka gedərək məxaric etmişdir. Sonra da qeyd etdiyi 200.000 manatı Akiflə aralarında bölmüş, 100.000 manatı Akif, qalan hissəni isə o götürmüşdür. Şahid1 tərəfindən həyata keçiriləcək heyvandarlığın inkişafı yönümlü investisiya layihəsinin qısa xülasəsində onun və ittifaqın kredit mütəxəssisi X6 imzası olmuşdur. Ruhlan onun tapşırığı əsasında həmin sənədi imzalamış, onun sənədin mahiyyətindən xəbəri olmamış, sənədi o və Akif birlikdə tərtib etmişdir. Həmin xülasə forması KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xatırlamadığı əməkdaşı tərəfindən onlara təqdim edilmiş, Təqsirləndirilən şəxs2 məlumatları əsasında qeyd edilmiş xülasə doldurulmuş və KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim edilmişdir. Asif Samux rayonu, Qarayeri qəsəbəsində müxtəlif torpaq sahələrində uzun müddətdir ki, əkin işləri ilə məşğul olmuşdur. Akif yaxud o Samux rayonu Qarayeri qəsəbəsində fermer təsərrüfatının həyata keçirilməsinin planlaşdırıldığı 0,89 ha və 0,58 ha torpaq sahəsində hansısa təsərrüfat işi ilə məşğul olmamış, orada 950 kv.metrlik mal-qara saxlamaq üçün bina, 1 ədəd artezian quyusu, 5 ədəd su çəni, 4 ədəd vaqon, 25 ədəd yem qabları olmamış, torpaq sahələrinin elektrik xəti olmamış, su təchizatı isə suvarma arxlarından ibarət olmuşdur. Təsərrüfatda 1 nəfər baytar, 8 nəfər işçi olmamış, yeni layihə ilə nə qədər iş yerinin açılmasının planlaşdırıldığını isə xatırlamamışdır. Akiflə etdikləri əməllərin ortaya çıxmaması üçün həqiqətə uyğun olmayan məlumatların olduğu xülasəni Akiflə birlikdə hazırlayıb o imzalamışdır. Şahid1 Samux rayonu Qarayeri qəsəbəsində icarəyə götürdüyü 0,89 ha və 0,58 ha torpaq sahəsində fermer təsərrüfatının həyata keçirilməsinin mövcud vəziyyəti ilə bağlı "xxxx" MMC-nin hansısa əməkdaşı tərəfindən yoxlama tədbirləri keçirilməmişdir. Ancaq KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları tərəfindən 2019-cu ilin avqust ayında yoxlama keçirilmiş, həmin zaman Akifə ancaq tövlənin tikilməsi ilə bağlı irad bildirilmişdir. Şahid1 fəaliyyəti üzrə 10.01.2019-cu il tarixli 19/06 nömrəli monitorinq aktında 2018-ci ilin 4-cü rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 03.04.2019-cu il tarixli 19/21 nömrəli monitorinq aktında 2019-cu ilin 1-ci rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.07.2019-cu il tarixli 19/41 nömrəli monitorinq aktında 2019-cu ilin 2-ci rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.10.2019-cu il tarixli 19/63 nömrəli monitorinq aktında 2019-cu ilin 3-cü rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 13.01.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktında 2019-cu ilin 4-cü rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar yazıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə göndərmişdir. Bunun səbəbi də Akiflə birgə etdiyi əməllərin ortaya çıxmamasını istəməsi olmuşdur. Sonradan götürdükləri 200.000 manat pulu tam olaraq ödəmişlər. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2000-ci ildən Samux rayonunda ailə üzvlərinə məxsus torpaq sahələrində və icarəyə götürdüyü müxtəlif torpaq sahələrində əkin işləri aparmışdır. 2003-cü ildən "xxxx" MMC-nin üzvü olmuş, həmin kredit ittifaqından bir neçə dəfə kredit götürüb qaytarmışdır. Həmçinin göstərilən kredit ittifaqında xatırlamadığı vaxtdan kredit komissiyasının sədri vəzifəsində də işləmişdir. "xxxx" MMCdən sonuncu dəfə 2015-2016-cı illərdə əkin işlərinin görülməsi üçün 15.000 manat kredit götürmüş, həmin kreditdən hazırki dövrə qədər 5.000 manat öhdəliyi qalmışdır. "xxxx" MMC-nin İdarə heyətinin sədri vəzifəsində 2009-cu ildən işləmişdir. 2018-ci ilin avqust ayında xatırlamadığı gündə o, "xxxx" MMC-nin sədri, uzaq qohumu Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanda yerləşən ofisində müraciət edərək ortaq şəkildə Samux rayonunda icarəyə götürmək istədiyi torpaq sahələrində guya fermer təsərrüfatı ilə məşğul olmaq adı ilə müvafiq təyinatla "xxxx" MMC-dən 200.000 manat kredit götürə biləcəklərini, kredit alınmasına dair sənədlərdə ilkin olaraq guya fermer təsərrüfatının aparılması üçün tövlə və digər zəruri tikililərin eləcə də, yem tədarükünün görülməsi, daha sonra da təsərrüfat üçün heyvan almaq istədiklərini göstərə biləcəklərini, götürəcəkləri 200.000 manatı bərabər hissələrlə aralarında bölə biləcəklərini və məbləği şəxsi ehtiyaclarına sərf edə biləcəklərini bildirmişdir. Anar göstərilən zaman onun təklifi ilə razılaşsa da krediti digər etibarlı şəxsin adına götürməklərinin zəruri olduğunu, çünki onun adına ödənilməmiş kredit öhdəliyinin olduğunu bildirmişdir. O da həmin vaxt qardaşı Şahid1 adına kredit götürə biləcəklərini bildirmişdir. Sonra Asiflə danışmış, ona guya Anarla ortaq şəkildə fermer təsərrüfatı işləri görmək istədiklərini, bunun üçün götürmək istədikləri 200.000 manat krediti onun adına götürmək istədiklərini, bütün fəaliyyəti onun və Anarın görəcəyini, gələcəkdə guya onun da həmin fəaliyyətin müəyyən hissəsini gördüyü təqdirdə ona da ortaq fəaliyyət nəticəsində əldə edilmiş gəlirdən hissə veriləcəyini bildirmişdir. Asif də göstərilən şəkildə adına 200.000 manat kredit götürülməsinə razılıq vermişdir. Bundan sonra 2018-ci ilin avqust ayında xatırlamadığı gündə "xxxx" MMC-nin ünvan 6 ünvanda yerləşən ofisində Anar, o və Asif görüşmüş, görüş zamanı Anar Asifə fermer təsərrüfatı üçün 200.000 manat krediti 5 illik müddətinə götürdüyünü, birinci il üçün əkin işləri görüb alınacaq heyvanlar üçün yem tədarükünün görülməsini, daha sonra isə heyvanlar alıb fermer təsərrüfatını həyata keçirməyi planlaşdırdığını bir də izah etmişdir. Əslində isə Asifin adına götürəcəkləri krediti Anarla aralarında bölməyi və şəxsi ehtiyaclarına sərf etməyi, krediti də gələcəkdə qaytarmağı planlaşdırmışdır. Onunla Anarın birgə olan həqiqi məqsədlərini Asifin bildiyi təqdirdə sonuncunun kreditin rəsmiləşdirilməsinə razılıq verməyəcəyini düşündükləri üçün Asifə real məqsədi barədə məlumat verməmiş, krediti 5 ilin sonuna qədər qaytaracaqlarını güman etdiklərindən Asif üçün də nəticədə problem olmayacağını düşünmüşdür. Asif də Anarın təklifinə razılığını bildirmişdir. Sonra kredit üçün bibisi nəvəsi və Anarın həyat yoldaşı Günay Babayevanın adına olan ünvan 10 ünvanda yerləşən mənzil "xxxx" MMCyə girov qoyulmuşdur. Həmçinin göstərilən ərəfələrdə Samux rayonu Qarayeri qəsəbəsində guya fermer təsərrüfatının həyata keçirilməsinin planlaşdırıldığı 0,89 ha torpaq sahəsi Rəşad Məmmədovdan, 0,58 01 ha torpaq sahəsi isə İsa Qurbanovdan icarəyə götürülmüşdür. 18.09.2018-ci il tarixdə 200.000 manat pul "xxxx" MMC-nin Gəncə filialındakı olan hesabından Şahid1 həmin bankdakı hesabına köçürülmüş və həmin pulu Anar Asiflə birlikdə 2018-ci ilin sentyabr-oktyabr aylarında banka gedərək məxaric etmişdir. Sonra da qeyd etdiyi 200.000 manatı Anarla aralarında bölmüş, 100.000 manatı Anar, qalan hissəni isə o götürmüşdür. Şahid1 tərəfindən həyata keçiriləcək heyvandarlığın inkişafı yönümlü investisiya layihəsinin qısa xülasəsini o və Anar birlikdə tərtib etmişdir. Həmin xülasə forması KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xatırlamadığı əməkdaşı tərəfindən onlara təqdim edilmiş, onun məlumatları əsasında qeyd edilmiş xülasə doldurulmuş və KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinə təqdim edilmişdir. Asif Samux rayonu Qarayeri qəsəbəsində müxtəlif torpaq sahələrində uzun müddətdir ki, əkin işləri ilə məşğul olmuşdur. Anar yaxud o Samux rayonu Qarayeri qəsəbəsində fermer təsərrüfatının həyata keçirilməsinin guya planlaşdırıldığı 0,89 ha və 0,58 01 ha torpaq sahəsində hansısa təsərrüfat işi ilə məşğul olmamış, orada 950 kv.metrlik mal-qara saxlamaq üçün bina, 1 ədəd artezian quyusu, 5 ədəd su çəni, 4 ədəd vaqon, 25 ədəd yem qabları olmamış, torpaq sahələrinin elektrik xətti olmamış, su təchizatı isə suvarma arxlarından ibarət olmuşdur. Təsərrüfatda 1 nəfər baytar, 8 nəfər işçi olmamış, yeni layihə ilə nə qədər iş yerinin açılmasının planlaşdırıldığını isə xatırlamamışdır. Anarla etdikləri əməllərin ortaya çıxmaması üçün həqiqətə uyğun olmayan məlumatların olduğu xülasəni Anarla birlikdə hazırlayıb sonuncu imzalamışdır. Şahid1 Samux rayonu Qarayeri qəsəbəsində icarəyə götürdüyü 0,89 ha və 0,58 01 ha torpaq sahəsində fermer təsərrüfatının həyata keçirilməsinin mövcud vəziyyəti ilə bağlı "xxxx" MMC-nin hansısa əməkdaşı tərəfindən yoxlama tədbirləri keçirilməmişdir. Ancaq KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları tərəfindən 2019-cu ilin avqust ayında yoxlama keçirilmiş, həmin zaman ancaq tövlənin tikilməsi ilə bağlı irad bildirilmişdir. Şahid1 fəaliyyəti üzrə 10.01.2019-cu il tarixli 19/06 nömrəli monitorinq aktında 2018-ci ilin 4-cü rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 03.04.2019-cu il tarixli 19/21 nömrəli monitorinq aktında 2019-cu ilin 1-ci rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.07.2019-cu il tarixli 19/41 nömrəli monitorinq aktında 2019-cu ilin 2-ci rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.10.2019-cu il tarixli 19/63 nömrəli monitorinq aktında 2019-cu ilin 3-cü rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 13.01.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktında 2019-cu ilin 4-cü rübü üzrə guya 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu barədə həqiqətə uyğun olmayan məlumatları Anarla birgə yazıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə göndərmişdir. Bunun səbəbi də Anarla birgə etdikləri əməllərin ortaya çıxmamasını istədikləri olmuşdur. Sonradan götürdükləri 200.000 manat pulu tam olaraq ödəmişlər. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə güzəştli kreditlərin verilməsini həyata keçirmək üçün təsis edilmişdir. Həmin Agentliyin vəzifələrindən biri də aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək olmuşdur. Həmin Agentliyin vəzifələrindən biri də aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək olmuşdur. Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC 2018-ci ildə Agentliyə müraciət edərək müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərmək istəyini bildirmişdir. Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC 2018-ci ildə Agentliyə müraciət edərək müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərmək istəyini bildirmişdir. Nazirlər Kabinetinin 14.05.2007-ci il tarixli, 75 nömrəli qərarı ilə təsdiq “Azərbaycan Respublikasının Kənd Təsərrüfati Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”na müvafiq olaraq 10.09.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Xidmətin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədi ilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Həmin müqavilənin 1.3-cü bəndində Xidmətin vəsaitlərinin müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına yerləşdirilməsi, 3.1-ci bəndində müvəkkil kredit təşkilatı üçün 200.000 manat həcmini aşmamaq şərti ilə kredit xəttinin müəyyən edilməsi, 5.7-ci bəndində isə müvəkkil kredit təşkilatının mütəmadi olaraq borcalanların monitorinqini aparması və Xidmətə rüblük hesabat təqdim etməsi göstərilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, Samux rayonu, Qarayeri qəsəbə sakini Şahid1 "xxxx" MMC-yə müraciət edərək, investisiya layihəsinin maliyyələşdirilməsi üçün kredit ayrılmasını istəmiş və MMC-nin müvafiq qərarına əsasən, kreditin ayrılması üçün müsbət rəy verilmişdir. "xxxx" MMC-yə 200.000 manat kredit verilmişdir. Sonra kredit üçün Asifin bibisi nəvəsi və Təqsirləndirilən şəxs1 həyat yoldaşı Günay Babayevanın adına olan ünvan 10 ünvanda yerləşən mənzil "xxxx" MMC-yə girov qoyulmuşdur."xxxx" MMC mütəmadi olaraq, aqrar sahədə kredit götürmüş Şahid1 fəaliyyəti ilə bağlı monitorinqlər keçirməli və Agentliyə rüblük monitorinq hesabatı təqdim etməli olmuş, ötən müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından həmin MMC Şahid1 fəaliyyəti və ayrılmış krediti təyinatı üzrə istifadə etməsinin monitorinqi barədə hesabatları Agentliyə təqdim etmişdir. Lakin 2019-cu ilin avqust ayının 22-də Agentlik tərəfindən keçirilmiş monitorinq zamanı həmin hesabatlardakı məlumatların təhrif edilmiş məlumatlar olduğu müəyyən olunmuşdur. Belə ki, Agentliyin müvafiq planına əsasən, Agentliyin nümayəndəsi qismində o və Orxan Cabbarov, eləcə də Kredit İttifaqının idarə heyətinin sədri Təqsirləndirilən şəxs1 və sahibkar Şahid1 iştirakı ilə Samux rayonu, Qarayeri qəsəbəsində Şahid1 tərəfindən müraciətində heyvandarlıqla məşğul olacağı yer kimi göstərdiyi torpaq sahəsinə, yəni layihənin keçirildiyi yerə baxış keçirilərək monitorinq aparılmışdır. Müəyyən edilmişdir ki, vətəndaş heyvandarlıqla məşğul olmur və kredit vəsaiti təyinatı üzrə istifadə edilmir. Yekun olaraq monitorinq aparılan zaman Şahid1 "xxxx" MMC vasitəsilə götürmüş olduğu 200.000 manat krediti təyinatı üzrə istifadə etmədiyi, investisiya layihəsində göstərilmiş avadanlıq və vasitələrin mövcud olmadığı müəyyən edilmiş və 22.08.2019-cu il tarixli Akt tərtib edilmişdir. "xxxx" MMC tərəfindən Şahid1 tərəfindən həyata keçiriləcək investisiya layihəsinin qısa xülasəsinə əsasən, 200.000 manat kredit vəsaiti hesabına 215 baş iribuynuzlu heyvanların alınması, 35.570 ton arpa, 13.145 ton çiyid, 30.030 ton kəpək, 5.105 ton quru yonca, 335 ədəd dərman preparatlarının alınması, eləcə də 305 dezinfeksiya işlərinin aparılması və 1 ədəd yeni tövlənin tikintisi və texniki avadanlıqla təmin edilməsi nəzərdə tutulmuşdur. Lakin 22.08.2019-cu il tarixdə təsərrüfatda monitorinq keçirilən zaman qeyd olunmuşların heç birinin olmadığı aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs2 təxminən 2014-2015-ci illərdə "xxxx" MMC-dən bir neçə dəfə kənd təsərrüfatı işlərini görmək üçün kredit götürmüş və qaytarmışdır. Akif həmin kredit ittifaqının üzvü olmuşdur. 2018-ci ilin avqust ayında xatırlamadığı gündə Akif ona müraciət edərək "xxxx" MMC-nin icraçı direktoru Təqsirləndirilən şəxs1 ilə ortaq şəkildə fermer təsərrüfatı işləri görmək istədiyini, bunun üçün götürmək istədikləri 200.000 manat krediti onun adına götürmək istədiyini, bütün fəaliyyəti onların görəcəyini, gələcəkdə onun da həmin fəaliyyətin müəyyən hissəsini gördüyü təqdirdə ona da ortaq fəaliyyət nəticəsində əldə edilmiş gəlirdən hissə veriləcəyini bildirmişdir. O həmin zaman Akifə mövcud işi ilə bağlı gündəlik olaraq təsərrüfatla məşğul ola bilməyəcəyini, ancaq gələcəkdə məşğul olduğu təqdirdə onun da müəyyən gəlir hissə götürəcəyini bildirmiş və adına 200.000 manat kredit götürülməsinə razılıq vermişdir. Bundan sonra, 2018-ci ilin avqust ayında xatırlamadığı gündə Təqsirləndirilən şəxs1lə də "xxxx" MMC-nin Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində yerləşən ofisində o və Akif görüşmüş, görüş zamanı Anar ona demişdir ki, fermer təsərrüfatı üçün 200.000 manat krediti 5 illik müddətinə götürür, birinci il üçün əkin işləri görüb alınacaq heyvanlar üçün yem tədarükünün görülməsini planlaşdırır, daha sonra isə heyvanlar alıb fermer təsərrüfatını həyata keçirməyi planlaşdırır. O da razılığını bildirmişdir. Sonra bibisi nəvəsi və Təqsirləndirilən şəxs1 həyat yoldaşı Günay Babayevanın adına olan ünvan 10 ünvanda yerləşən mənzil girov qoyulmuşdur. Həmçinin göstərilən ərəfələrdə Samux rayonu, Qarayeri qəsəbəsində fermer təsərrüfatının həyata keçirilməsinin planlaşdırıldığı 0,89 ha və 0,58 01 ha torpaq sahəsini o, xatırlamadığı şəxslərdən icarəyə götürmüşdür. 18.09.2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan xatırlamadığı telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** nömrəli telefon nömrəsinə zəng etmiş və 200.000 manatı götürmək üçün onu "xxxx" MMC-nin Gəncə şəhərində Bağmanlar qəsəbəsində yerləşən ofisinə dəvət etmişdir. O həmin ofisə tək getmiş və Anarın yanında hansısa sənədləri imzalamış, bundan sonra isə bir neçə dəfə Beynəlxalq Bank ASC-nin Gəncə filialına gedərək hansısa sənədləri imzaladığını xatırlamışdır. Həmin vaxtlarda hissə-hissə təxminən 200.000 manat pulun bankda kassadan məxaric olunduğunu görmüş, ancaq pulun hamısını Anar götürmüşdür. Samux rayonu Qarayeri qəsəbəsində fermer təsərrüfatının həyata keçirilməsinin planlaşdırıldığı 0,89 ha və 0,5801 ha torpaq sahəsində hansısa təsərrüfat işi ilə məşğul olmamışdır. Samux rayonu Qarayeri qəsəbəsində fermer təsərrüfatının həyata keçirilməsinin planlaşdırıldığı 0,89 ha torpaq sahəsinin Rəşad Məmmədova, 0,5801 ha torpaq sahəsinin isə İsa Qurbanova məxsus olduğunu xatırlamış, həmin torpaq sahələrinin sahiblərini göstərilən torpaq sahələri ilə bağlı su təchizatı işlərini gördüyünə, yəni Samux rayonu Qarayeri qəsəbəsi X14 icraçı direktoru vəzifəsində işləməyi ilə bağlı tanımış, ancaq həmin torpaq sahələrində fermer təsərrüfatı ilə bağlı olmamışdır. 2012-ci ildən 12 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olmuş, ancaq hansısa faktiki sahibkarlıq fəaliyyəti olmamışdır. Samux rayonu, Qarayeri qəsəbəsində ona və ailə üzvlərinə məxsus 1,75 ha torpaq sahəsində və icarəyə götürdüyü torpaq sahələrində 1995-1996-cı illərdən taxıl, yonca, sarımsaq, qarğıdalı əkini ilə məşğul olmuşdur. Bundan başqa onun sahibkarlıq fəaliyyəti olmamışdır. Samux rayonu, Qarayeri qəsəbəsində fermer təsərrüfatının həyata keçirilməsinin planlaşdırıldığı 0,89 ha və 0,5801 ha torpaq sahəsində hansısa təsərrüfat işi ilə məşğul olmamış, orada 950 kv.metrlik mal-qara saxlamaq üçün bina, 1 ədəd artezian quyusu, 5 ədəd su çəni, 4 ədəd vaqon, 25 ədəd yem qabları olmamış, torpaq sahələrinin elektrik xətti olmamış, su təchizatı isə suvarma arxlarından ibarət olmuş, təsərrüfatda 1 nəfər baytar, 8 nəfər işçi olmamış, yeni layihə ilə nə qədər iş yerinin açılmasının planlaşdırıldığını isə bilməmişdir. "xxxx" MMC-nin hansısa işçisini tanımamış, ancaq rəhbər kimi Təqsirləndirilən şəxs1 tanımışdır. Samux rayonu Qarayeri qəsəbəsində icarəyə götürdüyü 0,89 ha və 0,5801 ha torpaq sahəsində fermer təsərrüfatının həyata keçirilməsinin mövcud vəziyyəti ilə bağlı "xxxx" MMC-nin yaxud hansısa dövlət orqanının əməkdaşı tərəfindən yoxlama tədbirləri keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2018ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyində işləmiş, əvvəlcə həmin Agentliyin Maliyyə və uçot şöbəsinin Daxili nəzarət və monitorinq sektorunda baş məsləhətçi vəzifəsində, 2020-ci ilin may ayından etibarən isə Kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmişdir. Vəzifəsi müvəkkil kredit təşkilatlarından daxil olan müraciətləri cavablandırmaqdan ibarət olmuş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə güzəştli kreditlərin verilməsini həyata keçirmək üçün təsis edilmişdir. Həmin Agentliyin vəzifələrindən biri də aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək olmuşdur. Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC 2018-ci ildə Agentliyə müraciət edərək müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərmək istəyini bildirmişdir. Nazirlər Kabinetinin 14.05.2007-ci il tarixli, 75 nömrəli qərarı ilə təsdiq “Azərbaycan Respublikasının Kənd Təsərrüfati Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadəsi Qaydaları”na müvafiq olaraq 10.09.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Xidmətin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədi ilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmişdir. Həmin müqavilənin 1.3-cü bəndində Xidmətin vəsaitlərinin müvəkkil kredit təşkilatının öz adından və öz riski hesabına yerləşdirilməsi, 3.1-ci bəndində müvəkkil kredit təşkilatı üçün 200.000 manat həcmini aşmamaq şərti ilə kredit xəttinin müəyyən edilməsi, 5.7-ci bəndində isə müvəkkil kredit təşkilatının mütəmadi olaraq borcalanların monitorinqini aparması və Xidmətə rüblük hesabat təqdim etməsi göstərilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, Samux rayonu, Qarayeri qəsəbə sakini Şahid1 "xxxx" MMC-yə müraciət edərək, investisiya layihəsinin maliyyələşdirilməsi üçün kredit ayrılmasını istəmiş və MMC-nin müvafiq qərarına əsasən, kreditin ayrılması üçün müsbət rəy verilmişdir. Belə ki, Şahid1 Qarayeri qəsəbəsində 0,58 və 0,89 ha torpaq sahəsində heyvandarlıqla məşğul olmağı planlaşdırmışdır. "xxxx" MMC-dən daxil olmuş müraciət və sənədlər (biznes planının qısa xülasəsi və sair) Agentliyin Kredit şöbəsi tərəfindən təhlil edildikdən sonra, bu sahədə müraciətlərə baxılması üzrə Komissiyanın sədri Mütalib Şirinova 17.09.2018-ci il tarixli Arayış təqdim edilmiş, Komissiya tərəfindən Agentliyin (keçmiş adı Xidmətin) rəisi Mirzə Əliyevə həmin tarixli, 04/114 nömrəli Təhriri məruzə ilə aqrar sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə 200.000 manat həcmində kreditin verilməsinin məqsədə uyğun olması bildirilmişdir. Bundan sonra Agentliyin rəhbəri tərəfindən "xxxx" MMC-yə 200.000 manat vəsaitin ayrılması barədə göstəriş verilmiş, həmin kredit vəsaiti MMC tərəfindən vətəndaşın - Şahid1 hesabına köçürülmüşdür. Qaydalara və Müqavilənin 5.7-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatı, yəni "xxxx" MMC mütəmadi olaraq, aqrar sahədə kredit götürmüş Şahid1 fəaliyyəti ilə bağlı monitorinqlər keçirməli və Agentliyə rüblük monitorinq hesabatı təqdim etməli olmuş, ötən müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından həmin MMC Şahid1 fəaliyyəti və ayrılmış krediti təyinatı üzrə istifadə etməsinin monitorinqi barədə hesabatları Agentliyə təqdim etmişdir. Lakin 2019-cu ilin avqust ayının 22-də Agentlik tərəfindən keçirilmiş monitorinq zamanı həmin hesabatlardakı məlumatların təhrif edilmiş məlumatlar olduğu müəyyən olunmuşdur. Belə ki, Agentliyin müvafiq planına əsasən, Agentliyin nümayəndəsi qismində o və Orxan Cabbarov, eləcə də Kredit İttifaqının idarə heyətinin sədri Təqsirləndirilən şəxs1 və sahibkar Şahid1 iştirakı ilə Samux rayonu, Qarayeri qəsəbəsində Şahid1 tərəfindən müraciətində heyvandarlıqla məşğul olacağı yer kimi göstərdiyi torpaq sahəsinə, yəni layihənin keçirildiyi yerə baxış keçirilərək monitorinq aparılmışdır. Müəyyən edilmişdir ki, vətəndaş heyvandarlıqla məşğul olmur və kredit vəsaiti təyinatı üzrə istifadə edilmir. Belə ki, həmin ərazidə təxminən 2-3 ədəd xırda dam olmuş, həmin damlar köhnə taxta materiallar, çör-çöp və palçıqdan tikilmişdir. Həmçinin ərazidə 20-25 baş qoyun olduğunu monitorinq zamanı müşahidə olunmuş, Şahid1 həmin heyvanların ona məxsus olduğunu bildirmişdir. Bundan başqa, monitorinq zamanı 10-15 baş inək heyvanını gördükdə həmin heyvanları müşayiət edən tanımadığı şəxsdən heyvanların kimə məxsus olduğunu soruşduqda həmin şəxs heyvanların ona məxsus olduğunu bildirmiş, ancaq sonradan göstərilən şəxsin Şahid1la söhbətindən sonra həmin şəxs heyvanların Asifə məxsus olduğunu demişdir. Yekun olaraq monitorinq aparılan zaman Şahid1 "xxxx" MMC vasitəsilə götürmüş olduğu 200.000 manat krediti təyinatı üzrə istifadə etmədiyi, investisiya layihəsində göstərilmiş avadanlıq və vasitələrin mövcud olmadığı müəyyən edilmiş və 22.08.2019-cu il tarixli Akt tərtib edilmişdir. "xxxx" MMC tərəfindən Şahid1 tərəfindən həyata keçiriləcək investisiya layihəsinin qısa xülasəsinə əsasən, 200.000 manat kredit vəsaiti hesabına 215 baş iribuynuzlu heyvanların alınması, 35.570 ton arpa, 13.145 ton çiyid, 30.030 ton kəpək, 5.105 ton quru yonca, 335 ədəd dərman preparatlarının alınması, eləcə də 305 dezinfeksiya işlərinin aparılması və 1 ədəd yeni tövlənin tikintisi və texniki avadanlıqla təmin edilməsi nəzərdə tutulmuşdur. Lakin 22.08.2019-cu il tarixdə təsərrüfatda monitorinq keçirilən zaman göstərilənlərin heç birinin olmadığı aşkar edilmişdir. Aqrar sahənin inkişafı üçün KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti tərəfindən vəsaitlərin borcalanlara verilməsi üçün "xxxx" MMC 2015-ci ildə müvəkkil kredit təşkilatı qismində seçilmişdir. Hər bir kredit xətti üçün təşəbbüskar həmişə kredit ittifaqları olmuş və onların rəsmi müraciətlərindən sonra onlara kredit xəttinin verilməsi barədə müqavilələr bağlanılmışdır. Göstərilən halda da "xxxx" MMC-nin kredit xəttinin ayrılması ilə bağlı rəsmi müraciətinə əsasən müvafiq kredit xətti həmin ittifaqa ayrılmışdır. 10.09.2018-ci il tarixdə KTN yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında müvafiq müqavilə bağlanarkən ayrılacaq kredit vəsaitindən kimin faydalanacağı barədə işlədiyi qurumda məlumat olmamış, borcalanların seçilməsi kredit ittifaqının işi olmuş və işlədiyi qurum tərəfindən borcalanların seçilməsinə hansısa müdaxiləsi olmamış, sonradan "xxxx" MMC tərtib etdiyi monitorinq hesabatlarını işlədiyi quruma təqdim etdiyi zaman müvafiq 200.000 manatın Şahid1 ayrıldığı barədə məlumat alınmışdır. İşlədiyi idarənin planına uyğun olaraq rəsmi əmr formasında Şahid1 fəaliyyəti üzrə yoxlamanın aparılması ona tapşırılmış və o da müvafiq yoxlamanı həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2017ci ilin aprel ayından 2020-ci ilin may ayına qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (əvvəlki adı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti) kredit şöbəsində əvvəl məsləhətçi sonra isə baş məsləhətçi vəzifəsində işləmişdir. Məsləhətçi və baş məsləhətçi kimi vəzifəsi aqrar sahədə müvəkkil kredit təşkilatları vasitəsilə hüquqi və fiziki şəxslərə kənd təsərrüfatı təyinatlı güzəştli kreditlərin və kənd təsərrüfatı istehsal vasitələrinin maliyyələşdirilməsi ilə bağlı işlərin görülməsindən - yəni kredit verilməsinə əsas olmuş sənədlərin təhlili, müvəkkil kredit təşkilatlarının ödənişlərinə nəzarətdən və s. ibarət olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə güzəştli kreditlərin verilməsini həyata keçirmək üçün təsis edilmişdir. Həmin Agentliyin vəzifələrindən biri də aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etməkdən ibarət olmuşdur. 2015-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC işlədiyi Agentliyə müraciət müraciət etmiş və Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Müsabiqə komissiyası tərəfindən müvəkkil kredit təşkilatı qismində seçilmişdir. 2015-2016-cı illər ərzində Agentlik tərəfindən "xxxx" MMC-yə ayrılmış limit çərçivəsində ümumilikdə 5 nəfər sahibkara kredit verilməsi məqsədilə həmin ittifaqa vəsait ayrılmışdır. 2018-ci ildə isə müvafiq müqaviləyə əsasən, 200000 manatlıq limit ayrılmışdır ki, həmin limit çərçivəsində konkret olaraq 1 nəfər sahibkara kredit verilməsi üçün həmin məbləğdə vəsait ayrılmışdır. Həmin vaxtdan "xxxx" MMC-yə limit ayrılmamışdır. Buna səbəb həmin təşkilatın müraciətinin olmaması olmuşdur. Müvəkkil kredit təşkilatlarına rüblük limitlərin ayrılması məsələsinə baxılması üçün qeyd etdiyi Komissiyaya müraciət edilmiş və həmin təşkilata müəyyən məbləğlərdə limit ayrılmışdır. "xxxx" da Samux rayon sakini Şahid1 kredit ayrılması üçün Agentliyə müraciət ünvanlamış və müvafiq sənədləri təqdim etmişdir. Belə ki, həmin sənədlər içərisində layihənin həyata keçiriləcəyi ərazinin mülkiyyət sənədləri, investisiya layihəsinin qısa xülasəsi, girov qismində təqdim edilən əmlakın sənədi və s. olmuşdur. Göstərilən sənədlər "xxxx" MMC adından həmin təşkilatın direktoru Təqsirləndirilən şəxs1 tərəfindən müraciətlə birlikdə rəsmi şəkildə 17.09.2018-ci il tarixdə işlədiyi Agentliyə daxil olmuşdur. Həmin sənədlər kredit şöbəsində məsləhətçi kimi onun tərəfindən təhlil edilmiş və kreditin ayrılması məqsədəmüvafiq hesab edildiyindən bu barədə arayışla Komissiyaya müraciət edilmişdir, həmin arayış onun və Şahid4 tərəfindən imzalarla təsdiq edilərək Kredit təşkilatlarına vəsaitlərin ayrılması üçün müraciətlərə baxılması üzrə Komissiyanın rəhbəri Mütalib Şirinova təqdim edilmişdir. Bundan sonra Komissiyanın sədri tərəfindən Agentliyin rəhbərliyinə təhriri məruzə edilərək, Komissiyanın rəyinə əsasən, vəsaitin ayrılması ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Bununla da, "xxxx" MMC-yə sahibkar Şahid1 aqrar sahədə 200.000 manat kredit verilməsi üçün vəsait ayrılmışdır. Kredit vəsaiti bank hesabı vasitəsilə kredit ittifaqına ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 18.09.2018-ci il tarixli bildirişə əsasən, vətəndaş Şahid1 həmin 200.000 manat pulu bütöv şəkildə bir dəfəyə bank hesabı vasitəsilə qəbul etmişdir. "xxxx" MMC ilə Agentlik arasında bağlanmış 10.09.2018-ci il tarixli Müqavilənin 5.7-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatı, yəni "xxxx" MMC mütəmadi olaraq, aqrar sahədə kredit götürmüş Şahid1 fəaliyyəti ilə bağlı monitorinqlər keçirməli və Agentliyə rüblük monitorinq hesabatı təqdim etməli olmuşdur. Həmin hesabatlar Maliyyə və uçot şöbəsinə təqdim edilmişdir. Agentliyin Monitorinq sektoru tərəfindən 2019-cu ilin avqust ayında həmin yerdə monitorinq keçirilmiş və alınmış kreditin sahibkar tərəfindən təyinatı üzrə istifadə edilməməsi müəyyən edilmişdir, bununla bağlı akt tərtib edilərək prokurorluq orqanına rəsmi müraciət edilmişdir. "xxxx" MMC vermiş olduğu kreditlər üzrə sahibkarların mütəmadi monitorinqini aparmalı və bununla bağlı Agentliyə hesabat verməli olmuşdur. Kredit verilməmişdən əvvəl müvəkkil kredit təşkilatı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlar yerində baxış keçirilməklə yoxlanılmamış, sırf təqdim edilmiş sənədlərə əsasən təhlil aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2009cu ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (əvvəlki adı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti) işləmiş, 2020-ci ilin yanvar ayından etibarən həmin Agentliyin Kredit şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. Vəzifəsi aqrar sahədə müvəkkil kredit təşkilatları vasitəsilə hüquqi və fiziki şəxslərə kənd təsərrüfatı təyinatlı güzəştli kreditlərin və kənd təsərrüfatı istehsal vasitələrinin maliyyələşdirilməsi ilə bağlı işlərin görülməsindən - yəni kredit verilməsinə əsas olmuş sənədlərin təhlili, müvəkkil kredit təşkilatlarının ödənişlərinə nəzarətdən və s. ibarət olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə güzəştli kreditlərin verilməsini həyata keçirmək üçün təsis edilmişdir. Həmin Agentliyin vəzifələrindən biri də aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etməkdən ibarət olmuşdur. 2015-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMC işlədiyi Agentliyə müraciət müraciət etmiş və Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Müsabiqə komissiyası tərəfindən müvəkkil kredit təşkilatı qismində seçilmişdir. 2015-2016-cı illər ərzində Agentlik tərəfindən "xxxx" MMC-yə ayrılmış limit çərçivəsində ümumilikdə 5 nəfər sahibkara kredit verilməsi məqsədilə həmin ittifaqa vəsait ayrılmışdır. 2018-ci ildə isə müvafiq müqaviləyə əsasən, 200.000 manatlıq limit ayrılmışdır ki, həmin limit çərçivəsində konkret olaraq 1 nəfər sahibkara kredit verilməsi üçün həmin məbləğdə vəsait ayrılmışdır. Həmin vaxtdan "xxxx" MMC-yə limit ayrılmamışdır. Buna səbəb həmin təşkilatın müraciətinin olmamasıdır. Müvəkkil kredit təşkilatlarına rüblük limitlərin ayrılması məsələsinə baxılması üçün qeyd etdiyi Komissiyaya müraciət edilmiş və həmin təşkilata müəyyən məbləğlərdə limit ayrılmışdır. "xxxx" da Samux rayon sakini Şahid1 kredit ayrılması üçün Agentliyə müraciət ünvanlamış və müvafiq sənədləri təqdim etmişdir. Belə ki, həmin sənədlər içərisində layihənin həyata keçiriləcəyi ərazinin mülkiyyət sənədləri, investisiya layihəsinin qısa xülasəsi, girov qismində təqdim edilən əmlakın sənədi və s. olmuşdur. Göstərilən sənədlər "xxxx" MMC adından həmin təşkilatın direktoru Təqsirləndirilən şəxs1 tərəfindən müraciətlə birlikdə rəsmi şəkildə 17.09.2018-ci il tarixdə işlədiyi Agentliyə daxil olmuşdur. Həmin sənədlər kredit şöbəsində məsləhətçi Şahid3 tərəfindən təhlil edilmiş və kreditin ayrılması məqsədəmüvafiq hesab edildiyindən bu barədə arayışla Komissiyaya müraciət edilmişdir, həmin arayış Şahid3 tərəfindən tərtib edilməklə, onun tərəfindən təsdiq edilərək Kredit təşkilatlarına vəsaitlərin ayrılması üçün müraciətlərə baxılması üzrə Komissiyanın rəhbəri Mütalib Şirinova təqdim edilmişdir. Bundan sonra Komissiyanın sədri tərəfindən Agentliyin rəhbərliyinə təqriri məruzə edilərək, Komissiyanın rəyinə əsasən, vəsaitin ayrılması ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Bununla da, "xxxx" MMC-yə sahibkar Şahid1 aqrar sahədə 200.000 manat kredit verilməsi üçün vəsait ayrılmışdır. Kredit vəsaiti bank hesabı vasitəsilə kredit ittifaqına ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 18.09.2018-ci il tarixli bildirişə əsasən, vətəndaş Şahid1 həmin 200.000 manat pulu bütöv şəkildə bir dəfəyə bank hesabı vasitəsilə qəbul etmişdir. "xxxx" MMC ilə Agentlik arasında bağlanmış 10.09.2018-ci il tarixli Müqavilənin 5.7-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatı, yəni "xxxx" MMC mütəmadi olaraq, aqrar sahədə kredit götürmüş Şahid1 fəaliyyəti ilə bağlı monitorinqlər keçirməli və Agentliyə rüblük monitorinq hesabatı təqdim etməli olmuşdur. Həmin hesabatlar Maliyyə və uçot şöbəsinə təqdim edilmişdir. Agentliyin Monitorinq sektoru tərəfindən 2019-cu ilin avqust ayında həmin yerdə monitorinq keçirilmiş və alınmış kreditin sahibkar tərəfindən təyinatı üzrə istifadə edilməməsi müəyyən edilmişdir, bununla bağlı akt tərtib edilərək prokurorluq orqanına rəsmi müraciət edilmişdir. "xxxx" MMC vermiş olduğu kreditlər üzrə sahibkarların mütəmadi monitorinqini aparmalı və bununla bağlı Agentliyə hesabat verməli olmuşdur. Kredit verilməmişdən əvvəl müvəkkil kredit təşkilatı tərəfindən təqdim edilən sənədlərdə qeyd edilən məlumatlar yerində baxış keçirilməklə yoxlanılmamış, sırf təqdim edilmiş sənədlərə əsasən təhlil aparılmışdır. “Baxış keçirilməsi haqqında” 28.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 təsərrüfat fəaliyyətini həyata keçirdiyi Samux rayonu Qarayeri qəsəbəsində 0,89 ha və 0,58 ha torpaq sahələrinə baxış keçirilmiş, baxış zamanı sonuncunun hər hansı fəaliyyətlə məşğul olmadığı müəyyən edilmişdir. 10.09.2018-ci il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında imzalanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaitlərinin istifadə qaydalarına əsasən Xidmətin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının 05.03.2015-ci il tarixli qərarı ilə vəsaitin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə "xxxx" MMC müvəkkil kredit təşkilatı seçilmiş, müqavilə şərtlərinə əsasən müqavilənin predmeti aqrar sahənin inkişafı üçün Xidmətdən ayrılan vəsaitlərin müvəkkil kredit təşkilatı tərəfindən qaydalara uyğun olaraq, məqsədyönlü, səmərəli istifadəsinin və qaytarılmasının həyata keçirilməsi olmuş, müqavilə əsasında "xxxx" MMCyə 200.000 manat həcmini aşmamaq şərtilə kredit xətti müəyyən edilmiş, müvəkkil kredit təşkilatı qismində "xxxx" MMC Xidmətin vəsaiti hesabına kredit almaq məqsədi ilə müraciət etmiş müvafiq subyektlərin qeydiyyatını aparmalı, onların investisiya tələbatını müəyyən etməli və bu barədə Xidmətə hesabat verməli, layihələrin gözlənilən ünvanda təyinatı və s. məsələlər üzrə ilkin ekspertizası və nəzərdə tutulan digər tələbləri 15 gün ərzində icra etməli, kreditləşdirilməsinə dair qərar qəbul edilmiş müvafiq subyektlər haqqında məlumat və vəsait ayrılması barədə sifarişi Xidmətə təqdim etməli, kreditləşdirilməsi məqsədəuyğun hesab edilməyən layihələri isə yazılı olaraq izah edilməklə geri qaytarmalı, Xidmət tərəfindən köçürülmüş vəsaiti bir iş günü ərzində borcalanla müvafiq müqavilə bağlamaqla onun bankdakı hesabına köçürməli, onlara vəsaitlərdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim etməli və bu barədə Xidmətə məlumat verməli, mütəmadi olaraq borcalanların monitorinqini aparmalı və Xidmətə rüblük hesabat təqdim etməli, monitorinq zamanı qaydalarda nəzərdə tutulmuş şərtlərin pozulması halları aşkar edildikdə borcalanlara kreditlərin və faiz borclarının vaxtından əvvəl geri qaytarılması barədə müvafiq göstəriş verməli olmuşdur. Qeyd edilmiş müqavilə Xidmət rəisi X20 və "xxxx" MMC-nin İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Şahid1 hevandarlığın inkişafı yönümlü investisiya layihəsinin qısa xülasəsindən görünür ki, müvafiq layihənin müddətinin 5 il, layihənin həyata keçirilməsi üçün tələb olunan məbləğin 260.000 manat, xüsusi vəsaitin 60.000 manat, kredit vəsaitinin 200.000 manat, kredit müddətinin 60 ay, əsas vəsaitin qaytarılma müddətinin 48 ay, kreditin güzəşt müddətinin 12 ay olduğu, sonuncunun icarəyə götürdüyü müvafiq torpaq sahələrində təsərrüfatının istifadəsində 950 kv.metrlik mal-qara saxlamaq üçün bina, 1 ədəd artezian quyusu, 5 ədəd su çəni, 4 ədəd vaqon, 25 ədəd yem qablarının olduğu, təsərrüfatın elektrik və su xətləri ilə təchiz olunduğu, təsərrüfatda 1 nəfər zobaytar və 8 nəfər işçinin işlədiyi, yeni layihə ilə 10 iş yerinin açılmasının gözlənildiyi, layihə üzrə illik məhsulun həcminin 31.390 kq ət, kredit dövrü ərzində proqnozlaşdırılan ümumi gəlirin həcminin 376.680 manat olduğu, layihənin başlanma tarixinin sentyabr 2018-ci il, layihənin tamamlanma tarixinin isə sentyabr 2023-cü il olduğu göstərilmişdir. "xxxx" MMC-nin İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevə ünvanladığı 10.09.2018-ci il tarixli 18/84 nömrəli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin 28.08.2018-ci il tarixli 08 saylı protokoluna əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına sahibkarlıq subyekti Şahid1 investisiya layihəsinin maliyyələşdirilməsi üçün müsbət qərar verilmiş, layihənin maliyyələşməsi məqsədilə 200.000 manat vəsaitin kredit ittifaqının hesabına köçürülməsi xahiş olunmuşdur. "xxxx" MMC-nin Kredit Komissiyasının 30.08.2018-ci il tarixli 08 saylı protokolunun surətindən görünür ki, müvafiq protokol ilə Şahid1 ətlik heyvandarlığın inkişafı üçün 200.000 manat məbləğində kredit verilməsi, kreditin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə müraciət olunması, ayrılacaq kredit vəsaitinin təminatı kimi bazar dəyəri 640.000 manat, likvid dəyəri isə 570.000 manat olan X7 xüsusi mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 19 nömrəli fərdi yaşayış evi və 0,341 ha torpaq sahəsinin girov kimi rəsmiləşdirildiyi barədə qərar verilmişdir. "xxxx" MMC-nin İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 fəaliyyəti barədə tərtib edilmiş monitorinq hesabatlarından görünür ki, 10.01.2019-cu il tarixli 19/06 nömrəli monitorinq aktından 2018-ci ilin 4-cü rübü üzrə - 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 03.04.2019-cu il tarixli 19/21 nömrəli monitorinq aktında 2019-cu ilin 1-ci rübü üzrə - 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.07.2019-cu il tarixli 19/41 nömrəli monitorinq aktında 2019-cu ilin 2-ci rübü üzrə - 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpa olunduğu və xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 05.10.2019-cu il tarixli 19/63 nömrəli monitorinq aktında 2019-cu ilin 3-cü rübü üzrə - 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu, 13.01.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktında 2019-cu ilin 4-cü rübü üzrə - 228 baş mal-qara alınmasının kreditin təsnifatı olduğu, yem alındığı, tövlənin bərpası tam həyata keçirilib və əlavə xammal alındığı, 10 yeni iş yerinin olduğu, kredit öhdəliyi üzrə vəziyyətin qənaətbəxş olduğu göstərilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 17.09.2018-ci il tarixli 04/114 nömrəli təhriri məruzəsinin surətindən görünür ki, "xxxx" MMC-yə 200.000 manat kreditin ayrılması məqsədəmüvafiq hesab edilmişdir 22.08.2019-cu il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin baş məsləhətçisi Cabbarov Orxan Şahid oğlu, böyük məsləhətçisi Şahid2, "xxxx" MMC-nin İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs1 və Şahid1 iştirakı ilə sonuncunun həyata keçirdiyi təsərrüfat fəaliyyətinin monitorinqi aparılmış və Şahid1 ayrılmış 200.000 manat güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Şahid1 30.07.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. 14.09.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X18, X21 və X4 rayonu Qarayeri qəsəbəsində yerləşən 0,5801 hektar torpaq sahəsini Şahid1 icarəyə vermişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16.01.2015-ci il tarixli çıxarışdan görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,5801 ha kənd təsərüfat təyinatalı torpaq sahəsi ümumi birgə pay əsasında X18, X21 və X15 məxsusdur. 15.09.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, X3 rayonu Qarayeri qəsəbəsində yerləşən 0,89 ha torpaq sahəsini Şahid1 icarəyə vermişdir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 13.12.2016-cı il tarixli çıxarışdan görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 0,89 hektar ha kənd təsərüfat təyinatalı torpaq sahəsi tam pay əsasında X11 məxsusdur. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 16.11.2016-cı il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 19-da yerləşən fərdi yaşayış evi tam pay əsasında X8 məxsusdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 120 №-li reyestr kitabının 24 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 19-da yerləşən fərdi yaşayış evi "xxxx" MMC xeyrinə ipoteka ilə yüklü edilmişdir. “X29” MMC tərəfindən verilmiş 13.12.2016-cı il tarixli ekspert rəyindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi 19-da yerləşən fərdi yaşayış evin bazar dəyəri 640000 manat, likvid dəyəri 570000 manatdır 18.09.2018-ci il tarixli 18/73 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 200.000 manat "xxxx" MMC-nin "xxxx" ASC-nin Gəncə filialında olan AZ48İBAZ******************** nömrəli bank hesabından Şahid1 həmin filialda olan AZ57İBAZ******************** nömrəli hesabına köçürülmüşdür. 23.10.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Şahid1 "xxxx" ASC-nin Gəncə filialında olan AZ57İBAZ******************** nömrəli hesabından çıxarışdan sonuncunun hesabından 18.09.2018-ci il tarixdə 15.000 manat, 19.09.2018-ci il tarixdə 54.543 manat, 20.09.2018-ci il tarixdə 35.100 manat, 24.09.2018-ci il tarixdə 23.637 manat, 01.10.2018-ci il tarixdə 15.000 manat, 02.10.2018-ci il tarixdə 29.090 manat, 05.10.2018-ci il tarixdə 17.460 manat, 08.10.2018-ci il tarixdə 10.170 manat olmaqla, ümumilikdə 200.000 (iki yüz min) manatın məxaric edildiyi görünür. 19.09.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs2 60 ay müddətinə, illik 07 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. "xxxx" MMC-nin Müşahidə Şurasının sədrinin 10 sentyabr 2009-cu il tarixli 12 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin cəmiyyətin İdarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin 16.10.2020-ci il tarixli 20/34 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 01.01.2014-cü ildən cəmiyyətin Kredit Komissiyasının üzvü vəzifəsində işləmişdir. "xxxx" MMC-nin 14 iyun 2001-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin surətindən görünür ki, həmin Cəmiyyətin 3 avqust 2001-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Şəmkir bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alındığı, hüquqi ünvanının ünvan 13ə siyahısı qanunveriliciklə müəyyənləşdirilən xüsusi razılıq tələb olunan ayrı-ayrı zəruri olan fəaliyyət növləri məşğul olmaq üçün müəyyən edilmiş qaydada dövlət orqanından xüsusi icazə aldıqdan sonra fəaliyyət göstərən kommersiya hüquqi şəxsidir. Göstərilən nizamnamənin 6.14-cü bəndinə əsasən cəmiyyətin İdarə Heyətinin sədri cəmiyyətin işinə aid əmrlər və digər sərəncamlar verir, müvafiq qanuna əsasən cəmiyyətin nümayəndəsi kimi çıxış edir, cəmiyyətin mülkiyyət və fondlarını idarə edir, ümumi yığıncaq tərəfindən verilən hər hansı tapşırığı yerinə yetirir və digər funksiyaları həyata keçirir. 28.10.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mülki iddiaçı qismində tanınmışdır. 27.10.2020-ci il tarixli 20/86 saylı ödəniş tapşırığından görünür ki, cinayət işi üzrə dəymiş ziyanın ödənişi kimi "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında olan AZ481AZ******************** nömrəli hesabından Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 70.000 manat, pul köçürülmüşdür. 11.11.2020-ci il tarixli 20/88 saylı ödəniş tapşırığından görünür ki, cinayət işi üzrə dəymiş ziyanın ödənişi kimi "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında olan AZ481AZ******************** nömrəli hesabından Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 5.000 manat, pul köçürülmüşdür. 12.11.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 5.000 manat vurulmuş ziyanın ödənişi kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi haqqında 26.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi haqqında 26.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər evlər üçlüyü tərəfindən verilmiş 16.10.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 həyat yoldaşı X13, övladları X19, X25 və X26 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ № 072573 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X13 arasında 20.02.2004-cü il tarixdə nikah bağlanmışdır. AZE № 10665754 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 19.08.2012-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X9r. AZE № 10665753 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 07.07.2006-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X9r. AA2446738 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 18.09.2004-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası X9r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” 24.10.2020-ci il tarixli qərardan görünür ki, 10.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında imzalanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə, günü qeyd edilməmiş sentyabr 2020-ci il tarixli nömrəsiz Şahid1 hevandarlığın inkişafı yönümlü investisiya layihəsinin qısa xülasə, "xxxx" MMC-nin Kredit Komissiyasının 30.08.2018-ci il tarixli 08 saylı protokolunun,"xxxx" MMC-nin İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevə ünvanladığı 10.09.2018-ci il tarixli 18/84 nömrəli məktub, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 17.09.2018-ci il tarixli 04/114 nömrəli təhriri məruzəsi, 18.09.2018-ci il tarixli 18/73 nömrəli ödəniş tapşırığı, Şahid1 "xxxx" ASCnin Gəncə filialında olan AZ57İBAZ******************** nömrəli hesabından çıxarış, 0.01.2019-cu il tarixli 19/06 nömrəli, 03.04.2019-cu il tarixli 19/21 nömrəli, 05.07.2019-cu il tarixli 19/41 nömrəli, 05.10.2019-cu il tarixli 19/63 nömrəli, 13.01.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktları, 22.08.2019-cu il tarixli aktın surətləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 14.10.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Agentliyin hesabına 125.000 (yüz iyirmi beş min) manat ödəniş edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş ittihamlar üzrə özlərini qismən təqsirli bildiklərini göstərsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə münasibətdə cinayəti təkrar törətməsi CM-nin 61.1.1-ci maddəsinə, CM-nin 308 və 313-cü maddələrinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi isə CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal kimi göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci və 61.1.3-cü maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamışlar, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişlər və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində göstərilmişdir ki, ”... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinin xarakterini, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəmələrini, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, nəzərə alaraq, onlara ittiham olunduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onları cəmiyyətdən təcrid etmədən islah olunmalarını mümkün sayaraq, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Onlara təyin edilən cəza şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirli bilindikləri Azərbaycan Respublikası CM- nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Aparılmış məһkəmə baxışının nəticəsi olaraq məhkəmə hesab edir ki, cinayət işinə baxılması zamanı iddiaçı tərəfindən mülki iddianın əsasları və məbləği tam müəyyən edilmədiyindən mülki iddia Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinin tələblərinə müvafiq olaraq baxılmamış saxlanılmalı və iddiaçıya һəmin iddianı sonradan mülki-müһakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izaһ edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 10.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında imzalanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə, günü qeyd edilməmiş sentyabr 2020-ci il tarixli nömrəsiz Şahid1 hevandarlığın inkişafı yönümlü investisiya layihəsinin qısa xülasə, "xxxx" MMC-nin Kredit Komissiyasının 30.08.2018-ci il tarixli 08 saylı protokolunun,"xxxx" MMC-nin İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevə ünvanladığı 10.09.2018-ci il tarixli 18/84 nömrəli məktub, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 17.09.2018-ci il tarixli 04/114 nömrəli təhriri məruzəsi, 18.09.2018-ci il tarixli 18/73 nömrəli ödəniş tapşırığı, Şahid1 "xxxx" ASC-nin Gəncə filialında olan AZ57İBAZ******************** nömrəli hesabından çıxarış, 0.01.2019-cu il tarixli 19/06 nömrəli, 03.04.2019-cu il tarixli 19/21 nömrəli, 05.07.2019-cu il tarixli 19/41 nömrəli, 05.10.2019-cu il tarixli 19/63 nömrəli, 13.01.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktları, 22.08.2019-cu il tarixli aktın surətləri cinayət işinin istintaq materillarında saxlanılmalıdır. Bundan başqa 27.10.2020-ci il tarixli 20/86 və 11.11.2020-ci il tarixli 20/88 saylı ödəniş tapşırıqları ilə cinayət işi üzrə dəymiş ziyanın ödənişi kimi "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında olan AZ481AZ******************** nömrəli hesabından Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 70.000 manat və 5.000 manat, pul vəsaiti dəymiş ziyanın ödənilməsi məqsədi ilə dövlət büdcəsinə köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin və əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 10.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında imzalanmış “xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında” müqavilə, günü qeyd edilməmiş sentyabr 2020-ci il tarixli nömrəsiz Şahid1 hevandarlığın inkişafı yönümlü investisiya layihəsinin qısa xülasə, "xxxx" MMC-nin Kredit Komissiyasının 30.08.2018-ci il tarixli 08 saylı protokolunun,"xxxx" MMCnin İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevə ünvanladığı 10.09.2018-ci il tarixli 18/84 nömrəli məktub, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 17.09.2018-ci il tarixli 04/114 nömrəli təhriri məruzəsi, 18.09.2018-ci il tarixli 18/73 nömrəli ödəniş tapşırığı, Şahid1 "xxxx" ASCnin Gəncə filialında olan AZ57İBAZ******************** nömrəli hesabından çıxarış, 0.01.2019-cu il tarixli 19/06 nömrəli, 03.04.2019-cu il tarixli 19/21 nömrəli, 05.07.2019-cu il tarixli 19/41 nömrəli, 05.10.2019-cu il tarixli 19/63 nömrəli, 13.01.2020-ci il tarixli 03/20 nömrəli monitorinq aktları, 22.08.2019-cu il tarixli aktın surətləri cinayət işinin istintaq materillarında saxlanılsın. 27.10.2020-ci il tarixli 20/86 və 11.11.2020-ci il tarixli 20/88 saylı ödəniş tapşırıqları ilə cinayət işi üzrə dəymiş ziyanın ödənişi kimi "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" ASC-nin Gəncə filialında olan AZ481AZ******************** nömrəli hesabından Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 70.000 manat və 5.000 manat, pul vəsaiti dəymiş ziyanın ödənilməsi məqsədi ilə dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia baxılmamış saxlanılsın və iddiaçıya һəmin iddianı sonradan mülki-müһakimə icraatı qaydasında verə biləcəyinə dair hüququnun olması izaһ edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar