Məhkəmə qərarları › İş №1(100)-88/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-88/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-88/2021 25.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1 və 12.1,279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs İran və Suriya dövlətləri ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə 07 dekabr 2013-cü il tarixdə «Astara» gömrük keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə keçərək orada olan Azərbaycan Respublikasının vətəndaşı X2 digər şəxslərlə birgə ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən onun rəhbərliyi və nəzarəti altında müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaratdığı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşları Şahid1 və qeyriləri, eləcə də iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşları X15, X6, X16 və qeyrilərindən ibarət «Hüseyniyun» adlandırılan qanunsuz silahlı birləşmənin tərkibinə daxil olmuş, onun tərkibində 2013-cu ilin dekabr ayından 2014-cü ilin mart ayının ortalarınadək olan müddət ərzində Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində qəsdən iştirak etmiş, həmin müddət ərzində qeyd olunan şəxslər və digərləri ilə birlikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almış, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərinə görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə iclasınada özünü təqsirli bilməyərək Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən başlayaraq dolanmaqla bağlı mütəmadi olaraq Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedib-gəlməyə başlamış, Sankt-Peterburq şəhərində olduğu müddətdə meyvə-tərəvəz, ərzaq məhsulları və dəmir metal alveri ilə məşğul olmuşdur. O, 2008-ci ildən ibadətlə məşğul olur, özü namaza gəlmiş, əhli-şiyədir. 17-26 noyabr 2013-cü il tarixlərində İran İslam Respublikasında səfərdə olmuşdur. Səfərinin səbəb və məqsədi mədə-bağırsağında yaranmış xəstəliklə bağlı olmuşdur. 2013cü ilin həmin ərəfəsində o, Sankt-Peterburq şəhərində müayinədən keçərkən mədəsində yazvanın olduğu aşkar edilmiş və ona təcili cərrahi əməliyyatın olunmasını söyləmişlər. Dost-tanışlardan həmin xəstəliyin daha məsləhətli harada müalicə etdirə biləcəyini soraqlaşmış və əksəriyyət İrana getməyini, İranda dərmanların daha keyfiyyətli olmasını bildirmişlər. O da, İrana getmək qərarına gəlmişdir. Həmçinin Məşhəd şəhərinə getməyi, həm ziyarətgahları ziyarət etməyi, həm də ki, həkim müayinəsindən keçməyi qərara almış və elə də etmişdir. 2013-cü ilin noyabr ayının 17-də «Astara» keçid məntəqəsindən keçməklə təkbaşına İranın Məşhəd şəhərinə gəlmiş, Məşhəd şəhərində adını xatırlamadığı oteldə qalmış, oteldə yerləşdikdən sonra o, Məşhəd şəhərində «İmam Rza»nın qəbrini ziyarət edən zaman Həsən və Məhəmməd adlı əslən azərbaycanlı olan və orada təhsil alan tələbələrlə tanış olmuşdur. Həsən və Məhəmmədlə tanış olduqdan sonra o, özü haqqında onlara məlumat vermiş, Rusiyadan gəldiyini, mədəsində ağrıların olması səbəbindən Sankt-Peterburq şəhərində müayinədən keçərkən mədəsində yazvanın olduğunu deyib onu cərrahi əməliyyat etmək istədiklərini, o səbəbdən də İranda yenidən müayinədən keçmək qərarına gələrək İrana gəldiyini həmin şəxslərə demişdir. Həsən və Məhəmmədin köməkliyi ilə o, Məşhəd şəhərindəki xəstəxanaların birinə gəlmiş və orada yenidən müayinə olunmuşdur. Həkim mədəsinə şlanq salmış və həqiqətən də yaranın olduğunu, lakin cərrahi müdaxilə olmadan müalicə edəcəyini vəd etmiş və dərmanlar yazmış və müalicə edəcəyini boynuna götürmüşdür. İrana ilk səfərindəcə onun İrandakı yaşayış tərzi, insanların əksəriyyətinin ibadətlə məşğul olmaları onu İranda qalıb həmin ölkədə yaşamaq və təhsil almaq fikrinə düşməyinə səbəb olmuşdur. O, özü də ibadət əhli olduğu üçün sadaladığı tərz onun xoşuma gəlmişdir. O. barədə də Həsən və Məhəmmədə bildirmişdir. 2013-cü ilin noyabr ayının 26-da İrandan Azərbaycana qayıtmış, qayıtmamışdan əvvəl Məhəmmədin iran telefon nömrəsini götürmüşdür. Təxminən 10 gündən sonra o, yenidən «Astara» sərhəd keçid məntəqəsindən keçməklə İrana keçmiş və tanımadığı bir taksi sürücüsü ilə Məşhəd şəhərinə gələrək yenə də oteldə yerləşmişdir. Həsən və Məhəmmədlə yenidən görüşmüş və onlara İranda dini təhsil almaq istəyini bildirmişdir. Sonuncular onu bir mədrəsəyə gətirmişlər. Orada o, imtahanda iştirak etmiş, bildiyi sualların əksəriyyətinin cavabını yazmış və orada bildirmişlər ki, o ay yarım orada gözləməlidir. O həmin mədrəsədə öz hesabına dərslərdə iştirak etmək qərarına gəlmiş və onun üçün təxminən 150 ABŞ dolları pul ödəmişdir. Təxminən 15 gün o əlavə dərslərə gedib-gəlmiş, həmin müddətdə o, mədrəsənin daxili qaydalarını pozduğu üçün oradan kənarlaşdırılmışdır. Səbəb isə mədrəsə ərazisində siqaret çəkməyi və milliyyətcə fars olan bir qızla mədrəsənin ərazisində tanış olmağı olmuşdur. İranda olduğu müddətdə o, Həsən və Məhəmmədə Suriya ərazisində «Xanım Zeynəb» və «Xanım Rüqəyyənin» ziyarətgahlarını ziyarət etmək istədiyini bildirmişdir. Məhəmməd də onun mümkün olduğunu söylədikdən sonra ondan pasportunu və 300 ABŞ dolları pul istəmişdir. O, pasportunu və 300 ABŞ dollarını Məhəmmədə vermiş, sonuncu yaxın bir həftə ərzində 8 nəfər tərkibdə Suriyaya gedəcəklərini və dəqiq vaxtını özünün ona deyəcəyini bildirmişdir. Təxminən bir həftədən sonra Məhəmməd ona zəng edərək Məşhəd şəhərində «İmam Rza»nın hərəminin yanına gəlməsini tapşırmış, o da deyilən yerə gəlmiş və bir qədər onları gözlədikdən sonra həmin yerə mikroavtobus gəlmişdir. 18 nəfərlik mikroavtobusda sürücü də daxil olmaqla 8 nəfər şəxs olmuş, onunla isə doqquz nəfər. O, onlarla görüşərək mikroavtobusa minmiş, mikroavtobusda o, Həsən, Məhəmməd və adlarını xatırlamadığı digər şəxslər olmuşdur. Hələ o, həmin şəxslərlə görüşməmişdən əvvəl Həsən və Məhəmməd ona tapşırmışlar ki, Suriyaya gedəcəkləri heyət üzvlərinin heç birindən nə adlarını soruşsun, nədə ki, öz adını onlara desin. Səbəbini isə elə izah etmişdir ki, qoy nə özü onları, nədə ki, onlar onu tanımasınlar. O da onunla razılaşmışdır. Yolda olarkən Məhəmmədə o da daxil olmaqla mikroavtobusda olan şəxslərin Suriya ərazisində yolxanılacağı təqdirdə təqdim etmək üçün sənədlərini vermiş, bütün şəxslərin sənədləri Məhəmməddə qalmış, həmin sənədlər vizit kart tipli olmuşdur. Təxminən bir gün yol qət etdikdən sonra gecə saatlarında oradakı bildirilmələrə görə sərhədyanı əraziyə çatmışlar və orada demişlər ki, oradan qaçaq yolla atların üstündə Suriyaya keçəcəklər. Mikroavtobusdan düşəndən sonra onları bir nəfər xarici əlamətlərini xatırlamıdığı ərəb dilində danışan şəxs qarşılamış, sonuncu atla gəlmiş və ondan başqa da iki nəfər şəxs də olmuşdur. Atla gələn şəxs mikroavtobusda olan şəxslərin sayına bilən oraya at gətirmişdi ki, onların hər birini qaçaq yolla atla keçirsin. Elə də etmişdir. Onlar atlara minmiş, qaçaq yolla Suriya ərazisinə keçmiş və bir qədər gedib onları gözləyən başqa bir mikroavtobus maşının yanına çatmışlar. Həmin maşında oturacaqların sayı kifayət qədər olmuşdur. Mikroavtobusda onları iki nəfər avtomat silahlı şəxs gözləyirmiş. Hər ikisi ərəb dilində danışırmışlar. O, Məhəmməddən haraya getmələrini soruşmuş, Məhəmməd isə «gedib çatanda biləcəyik hara gedirik» ifadələrini ona söyləmişdir. Mikroavtobusda olarkən maşının pəncərəsindən əraziləri müşahidə edərkən, getdikləri yol boyu çoxlu sayda kisələrlə barrikada şəklində düzəldilmiş postlar və postlarda əli silahlı şəxslərin olduğunu görmüşdür. Həmçinin görmüşdür ki, bir çox yaşayış və qeyri-yaşayış evləri atılmış mərmilər nəticəsində dağıdılmış, məhv edilmiş, bir sözlə əsl müharibə mənzərəsi. Dəməşq şəhərinə gəldikdə də isə paytaxtın o qədər müharibədən zərər gördüyünü təsəvvür edə bilməzmiş. Ağlında o imiş ki, müharibədən yalnız kəndlər zərər görə bilər, amma Dəməşqdə gördükləri fikirlərinin tam əksi olmuşdur. Təxminən gün yarım mikroavtobusla yol getdikdən sonra Dəməşq şəhərinə çatmış və oteldə yerləşmişlər. Otelin olduğu bina hündür mərtəbəli bina olmuşdur. Onunla Məhəmməd bir otaqda qalmış, əşyalarının olduğu çantaları otaqlarına gətirmişlər. Səhəri gün başqa bir mikroavtobusla onlar, yəni dediyi 8 nəfər şəxs Dəməşq şəhərində yerləşən «Xanım Zeynəb»in hərəmini ziyarət etmək üçün oraya getmişlər. Getməmişdən əvvəl oteldə onların hər birinə əsgəri paltarlar paylamışlar ki, onu geyinsinlər. Təxminən 1 saat yol getdikdən sonra hərəmə çatmışlar. Hərəmin dörd bir tərəfində əli silahlı şəxslər keşik çəkirmişlər. «Xanım Zeynəb»in hərəmində onlarla getmiş kök bədən quruluşuna malik azərbaycanlı hərəmin əhəmiyyətindən, onun tarixçəsindən söhbətlər etmişdir. Hətta «İŞİD» qüvvəllərinin açdıqları atəşlər nəticəsində hərəmin bir hissəsinə zərərin yetirildiyi yeri onlara göstərmişdir. Oranı ziyarət etdikdən sonra onlar yenidən otelə gəlmişlər. Təxminən iki-üç gündən sonra onlar eyni tərkibdə «Xanım Rüqəyya»nın hərəminə getmiş və oranı ziyarət etmişlər. Orada da kök bədən quruluşuna malik olan azərbaycanlı həmin ziyarətgahın əhəmiyytindən, tarixindən, onun qorumağın müqqəddəs borclardan birinin olduğunu onlara bildirmişdir. Daha sonra onlar «Yezidin sarayı» deyilən tarixi məkanın yanına getmişlər və oranı kənardan müşahidə edib otelə qayıtmışlar. Ziyarətgahları ziyarət edib qurtardıqdan sonra onlar eyni tərkibdə eyni marşrutla sərhədə gəlmiş, oradan atlarla İran ərazisinə keçmişlər. Bir qədər atla gedib onları gözləyən maşına çatmışlar və həmin mikroavtobus tipli maşına minib Məşhəd şəhərinə gəlmişlər. Bir neçə gündən sonra Məhəmməd onun pasportunu gətirib ona vermişdir. Məşhəd şəhərində təxminən 10 gün qaldıqdan sonra təyyarə ilə Belarus dövlətinin Minsk şəhərinə uçmuş, Minskdə təyyarədən düşdükdən sonra yol taksilərinin biri ilə Sankt-Peterburq şəhərinə gəlmişdir. Məşhəd-Minsk marşrutu ilə biletlər ucuz olduğu üçün oraya gəlmişdir. Bir sözlə Minskə təyyarə ilə, oradan isə Sankt-Peterburqa taksi ilə gəlmək ucuz başa gəlir və ona görə də o həmin marşrut üzrə gəlmişdir. 2015-ci ilin aprel ayının sonunda Gürcüstana gəlmiş, oradan da Azərbaycana keçmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq o, heç bir qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmədiyini, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almadığını, heç bir hərbi təlim keçmədiyini, Suriyada dediyi kimi yalnız ziyarətgahları ziyarət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, İran İslam Respublikasında təhsil almış, Allahın qoşunu «Hizbullah» üzvü olmuş, Suriyada hərbi təlimlərdə iştirak etmiş və bununla bağlı tutulmuşdur. Onların işi Peyğemberlərə aid ziyarət evlərini qorumaqdan ibarət olmuşdur. Tohid İbrahimli böyük tələbələrdən olmuş, onun yanında Gəncədən tələbə yoldaşları olmuşdur. Suriyada olan zaman onun ləqəbi Müslüm Azər olmuş, lakin digərlərinin ləqəbini bilməmişdir. O, hazırki Təqsirləndirilən şəxs ilk dəfədir görür və ümumiyyətlə tanımır. Şahid1 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “Tohid İbrahimbəyli demişdir ki, Valeh İsmayılov, Muxtar Əhmədov və bir nəfər Rusiya Federasiyasından Quma gələcək Hüseyn adlı şəxs də onlarla birlikdə hərbi təlimə gedəcəkdir və həmin mövzu ilə bağlı bir nəfər onlarla görüşmək istəyir. Bir az sonra Tohid İbrahimbəylinin yaşadığı evə bir nəfər şəxs gəlmiş, Tohid İbrahimbəyli həmin şəxsi İranın KQB-si sayılan «Sepah»ın əməkdaşı olduğunu, adının Mustafa olduğunu, əslən Ərdəbildən olduğunu, azərbaycanlılardan ibarət yaradılacaq ordunun qurulması məsələsini məhz həmin şəxs tərəfindən irəli aparıldığını bildirmişdir. Onlar Mustafanın əlində pasportlarının surətlərini görmüşlər. Görünür ki, Tohid İbrahimbəyli pasportlarının surətini Mustafaya veribmiş. Mustafa da onların ünvanına xoş sözlər deyərək onları Azərbaycanın gələcəkləri adlandırmış, hərbi təlim keçəcəklərini, təlimlərdə aktiv iştirak etməyi və öyrədilənləri yaxşı mənimsəmələrini arzulamış, hərbi təlimin harada keçiriləcəyini isə deməmişdir. Mustafa yaxın günlərdə Tohid İbrahimbəylinin o barədə onlara məlumat verəcəyini bildirmişdir. Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, 2013-cü ilin noyabr ayının sonunda o, Vüsal Əhmədovla birlikdə Tohid İbrahimbəylinin tapşırığına əsasən Məşhəd dəmiryolu vağzalına gəlmişlər. Bir qədər sonra Tohid İbrahimbəyli və Valeh İsmayılov da gəlmişdir. Az sonra isə Muxtar Əhmədov gəlmişdir. Tohid İbrahimbəyli dəmiryolu vağzalında onlara demişdir ki, Quma gedirlər, oradan isə onları hərbi təlim keçirilən yerə aparacaqlar. Lakin hara və necə heç nə deməmişdir. Qatarla təxminən 12-13 saat yol qət etdikdən sonra Qum şəhərinə çatmışlar. Şəhərə çatana yaxın Tohid İbrahimbəyli bir nəfərə zəng edərək yaxın dəqiqələrdə Qum dəmiryolu vağzalında olacaqlarını bildirmişdir. Qatardan düşdükdən sonra onları bir nəfər mülki geyimdə olan iranlı qarşılamış, həmin iranlını sonrakı vaxtlarda heç görməmişdir. Hamısı ilə görüşüb onları iki mərtəbəli bir həyət evinə gətirmişdir. Tohid İbrahimbəyli orada onlara demişdir ki, bir nəfər də hərbi təlimlərdə iştirak etmək üçün Rusiya Federasiyasından gəlir, sonuncu da onlarla birlikdə hərbi təlimlərə gedəcəkdir. Həmin şəxs də onların gəldikləri evə gəlmişdir. Gələn həmin şəxsin adı Hüseyn olmuşdur. Ləqəbinin və yaxud adının Hüseyn olduğunu isə bilməmişdir. Təxminən 3 gün həmin evdə qalmışlar, həmin müddət ərzində «Fatimeyi Məsumə»nin ziyarətinə getmişlər. Təxminən 3 gündən sonra Tohid İbrahimbəyli elan etmişdir ki, hamısı hazırlaşsınlar və arxalarınca maşın göndərirlər, hamı birlikdə Tehran şəhərinə gedəcək və orada hərbi təlim keçəcəklər. Onda hamısı bilmişdir ki, hərbi təlimi Tehranda keçəcəklər. Arxalarınca 6-8 oturacağı olan dövlət nömrə nişanını xatırlamıdığı taksi gəlmiş, hamısı içərisində pal-paltarları olan yekə sumkalarını həmin avtomaşına yerləşdirmiş və Tehran şəhərinə yola düşmüşlər. Tehran şəhərində «Cənub avtovağzalı» deyilən ərazidə körpünün altında gəldikləri maşından düşüb «Hyundai» markalı dövlət nömrə nişanını xatırlamadığı sərnişin mikroavtobusuna minmişlər. Tohid İbrahimbəyli maşının dəyişməsini onunla izah etmişdir ki, hərbi təlim keçəcəkləri yerdən deyiblər ki, təlim mərkəzinə ancaq onların maşını ilə getməlidirlər, ona görə də taksi ilə deyil, özlərinin göndərdikləri avtobusla getməli imişlər ki, getmişlər. Yolda ikən həmin « Hyundai » markalı mikroavtobus xarab olmuşdur. X4 zəng etmiş, sonuncu başqa bir şəxslə idarə etdikləri «Pejo 405» markalı kül və göy rəngli maşınlarla olduqları yerə gəlmişlər. Hər iki maşında yerləşib Tehran şəhərində «Sepah»ın İmam Xomeyni adına hərbi hissə və ya hərbi poliqon deyilən əraziyə gəlmişlər. Hərbi hissənin qarşısında maşınlardan düşüb içəriyə daxil olmuşlar. Mustafa əlini cibinə ataraq xidməti vəsiqəsini çıxardıb giriş qapısında dayanan hərbiçiyə təqdim edərək fars dilində nəsə danışmış, həmin hərbçi isə gözəyarı onların sumkalarını yoxlamışdır. Təxminən 15 dəqiqə həmin yerdə olduqdan sonra hərbi hissənin ərazisinə keçmişlər. Orada «Toyota Pikap» markalı maşın artıq onları gözləyirmiş, hamısı maşına əyləşmiş və hərbi hissənin içərisinə doğru irəliləyərək birmərtəbəli bir binanın qarşısına gəlmişlər. Mustafa həmin binanı göstərərək orada qalacaqlarını, hərbi təlimi orada keçəcəklərini, binanın qarşısındakı plasdan da istifadə edəcəklərini onlara bildirmişdir. Hamısı maşından düşüb veşlərini yerləşdirmişlər. Binanın arxa, sağ və sol hissəsinin ətrafında təpələr varmış, eyni zamanda binanın arxa tərəfindən hündür bir vışkada əli silahlı əsgər keşik çəkirmiş. Hərbi hissə olduğu tam aydın imiş. Səhəri gündən hərbi təlimlər başlamışdır. Təlimlər səhər saat 08-dən günorta namazınadək keçirilirmiş, daha sonra fasilə elan olunurmuş. Fasiləyə yemək, istirahət və ibadət etmək daxil imiş. Təxminən saat 15-dən sonra isə həmin gün keçdikləri dərsin praktik tərəfi olurmuş. Məsələn, günün birinci yarısı «Kalaşnikov» avtomatından və yaxud digər odlu silahlardan dərs keçilirmişsə, günün ikinci yarısı binanın arxa tərəfindəki təpənin yaxınlığındakı poliqona gedirmişlər və orada real olaraq avtomatdan və yaxud digər, məsələn qumbara atan silahdan atəşlər açırmışlar. Bütün təlimlər elə bir qaydada keçirilirmiş. Dediyi kimi, hərbi təlimləri keçdikləri 23-25 gün ərzində onlara kəşfiyyat işlərinin aparılması, döyüşün aparılması, odlu silahlardan istifadə qaydalarını, ulduzlar, eləcə də ağaclar, qarışqa yuvalarının yerlşədikləri yerlər üzrə çoğrafi kordinatların müəyyən edilməsi qaydalarını öyrətmişlər. Kəşfiyyat dərsini iranlı Əli adlı kifayət qədər yaşı olan bir şəxs aparırmış. Döyüşün aparılma və odlu silahlardan istifadə qaydalarını isə Abuzər adlı başqa bir iranlı hərbiçi deyirmiş. Digər iki-üç müəllimin adını xatırlamır. Əlidən başqa digərləri hərbi geyimdə olurmuşlar. Sonradan eşitmişlər ki, X21 şəhərində gedən döyüşlər zamanı şəhid olub. Hərbi təlimlər keçdikləri vaxt onlara hərbi geyimlər vermişlər, hamısı hərbi formalarda olurmuşlar. Poliqona gedəndə isə hərə öz silahını götürürmüş və ondan istifadə edirmişlər. Hərbi hissəyə qayıtdıqdan sonra isə silahları yerinə qoyurmuşlar. X22 özünə hərbi forma tiktirmişdir, çünki onun razmerində forma olmurmuş. Hərbi təlimlərdə olduqları gündən təxminən bir həftə sonra «Sepah»ın X3 rəisi Hacı Yunus mülki geyimdə onlarla görüşə gəlmişdir. Görüş zamanı Hacı Yunus onlarla salamlaşdıqdan sonra hərbi təlimlərin necə keçməsi, yaxşı öyrədib-öyrətməmələrini soruşmuşdur. Onlar isə təlimlərin yaxşı keçdiyini və müəllimlər tərəfindən yaxşı öyrətdiklərini ona demişlər. Daha sonra Hacı Yunus onlara «Siz Azərbaycanın gələcək Hizbullahısınız, nə kömək lazımdırsa onu da edəcəyik, Sizlərin arxanızdayıq» ifadələrini demiş, hərbi təlimlərdən sonra Suriyaya gedəcəklərini və orada onun əsgərləri olacaqlarını onlara bildirmişdir. Hacı Yunus özünün Suriyadan gəldiyini, bir-iki günə yenidən Suriyaya qayıdacağını, görüşün sonunda isə Suriyada görüşmək ümudi ilə deyib çıxıb getmişdir. Hacı Yunis çıxıb getdikdən sonra Tohid İbrahimbəyli onun dediklərini təsdiqləmiş və açıq şəkildə bəyan etmişdir ki, hərbi təlimlərdən sonra Suriyaya gedəcəklər və Allah yolunda xidmətlərini orada aparacaqlar. Hərbi təlimlər onlara fars dilində keçirilirmiş, tərcümə edən isə Tohid İbrahimbəyli olmuşdur. X30 gələndə də fars dilindəki danışıqlarını Tohid onlara tərcümə edirmiş. Hərbi təlimlərin sonuncu günü onlara topoqrafik xəritədən istifadə qaydalarını da öyrətmişlər. Hətta onları şəhərin mərkəzinə aparmaqla xəritədən istifadə etməklə sual olunan obyektin yerinin müəyyən olunmasını tapşırmışlar. Onlar da xəritədən istifadə etməklə həmin obyektin yanına piyada getməklə tapdıqlarını nümayiş etdirirmişlər. Şahid1 ifadələrini davam etdirərək daha sonra göstərmişdir ki, hərbi təlimlər bitdikdən sonra onlar Qum şəhərinə qayıtmış və təxminən 3-4 gün sonra 2013-cü ilin dekabr ayının 25-də o, Tohid İbrahimbəyli, Muxtar Əhmədov, Vüsal Əhmədov, Valeh İsmayılov və Hüseyn Tehran hava limanına gələrək oradan İranın «Mahan AİR» şirkətinə məxsus sərnişin təyyarəsi ilə Suriyanın Dəməşq şəhərinə gəlmişlər. «Sepah»ın əməkdaşı Mustafa onları hava limanına gətirərək xarici əlamətləri yadında qalmayan, sonrakı vaxtlar ümumiyyətlə görmədiyi başqa bir əməkdaşa təhvil vermişdir. Mustafa həmin əməkdaşa onları təhvil verərkən sonradan hər birinin adına düzəldilmiş sənədləri də ona vermişdir. Dəməşqdə onları iki maşın qarşılamış və onlar adını xatırlamadığı «iranlıların oteli» kimi tanınan bir otelə gələrək orada bir həftə qalmışlar. Oteldə qaldıqları müddətdə onlara hərbi forma vermişlər. Daha sonra təyyarə ilə Suriyanın Həma şəhərinə gəlmişlər. Orada onları «Sepah»ın Suriyanın Həma şəhərindəki məlumat mərkəzinin rəisi Həmid adlı əməkdaşı qarşılamış və onlar bir mərtəbəli bir evə gəlmişlər. Həmid orada onlara imza etdirməklə hər birinə «Kalaşnikov» markalı avtomat silahı vermişdir, patronlarla bağlı isə imza etdirmirmiş. Hərəsinə təxminən 4-5 maqazin patron götürmüşlər. Həmid yanına gəlmiş şəxsi onlara təqdim edərək «Sepah»ın əməkdaşı Əbuəmin olduğunu onlara demişdir. Əbuəmin dediyi şəxs onlarla çox mehriban danışmış, zarafatlaşmış və onlara Suriyadakı döyüş xidmətlərində uğurlar arzulamış və Hamiddən xahiş etmişdir ki, onların komandiri özü olsun. Hamid də etiraz etməmiş və təxminən iki gündən sonra Əbuəmin maşınla onları Suriyanın Əsiriyyə döyüş bölgəsinə aparmışdır. Onlar hərbi geyim və silah-sursatla təzhiz olunmuş qaydada Suriyalı əsgərlərə nəzarət etməklə döyüş xidməti aparmışlar. Eyni zamanda Əbuəmin onlara gecələr sahələrə çıxmaqla, «İŞİD» qüvvələrinə yaxın ərazilərə getməklə kəşfiyyat işlərinin aparılması qaydasını öyrədirmiş. Suriyada olduqları müddət 25 dekabr 2013-cü ildən 2014-cü ilin mart ayının 25-nə kimi olan müddət olmuşdur. Vüsal Əhmədovdan başqa hamısı İrana qayıtmış, təxminən 10 gün sonra isə X19 birlikdə İrana qayıtmışdır. X5 və Valeh İsmayılov yaxınlıq edirmiş, günün əksər vaxtlarında bir yerdə olurmuşlar, təklikdə söhbətlər edərmişlər və sair. İrana qayıtdıqdan bir neçə gün sonra «Sepah»ın əməkdaşı Mustafa Suriyaya gedən hər bir şəxsin bank hesabına 1 milyon 500 min iran tüməni məbləğində pul vəsaitinin köçürüldüyünü bildirmişdir. Adətən dini mədrəsədə təhsil alan tələbələrin bank hesabı olmalıdır ki, tələbə maaşını həmin karta köçürsünlər. O da öz bank hesabından 1 milyon 500 min iran tüməninin köçürüldüyünün şahidi olmuş və həmin pulu bank hesabından çıxardaraq şəxsi ehtiyaclarına xərcləmişdir. 2014-cü ilin dediyi kimi mart ayının 25-də İrana qayıtmış və yenə də öz dərslərinə davam etmişdir. Həmin ilin iyun ayında valideynlərinin yanına Azərbaycana öz doğma rayonlarına getmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, 2016ci ilin əvvələrindən 2017-ci ilin ortalarına kimi İran İslam Respublikasında olmuş, orada dini təhsil almışdır. Tohid İbrahimbəyli əmisi oğlu, Valeh İsmayılov qohumudur. O, Şahid3lə Məşhəddə dərs oxumuş, Elmiri tanıyır, lakin Müsəllimi, Muxtarı və hazirki Təqsirləndirilən şəxs tanımır. O, Suriyaya ilk gedənlərdən olmuş, nə ondan əvvəl, nə də ki, onun dövründə orada Hüseyn ləqəbli biri olmamışdır. O, ilk dəfədir Təqsirləndirilən şəxs görür. Şahid2 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “İran İslam Respublikasında dini təhsil alan Muxtar Əhmədov adlı şəxsi tanıyır, sonuncu əvvəllər «Camiətül-Mustafa»nın Təmhidiyyə mədrəsəsində təhsil almış, sonradan Məşhəd şəhərindəki «Əhli-beyt» mədrəsəsində təhsil almışdır. Muxtarla münasibəti yaxşı olmuşdur. X25 İbrahimbəylinin rəhbərliyi ilə Suriya ərazisində hərbi təlimlərdə iştirak etmişdir. Suriyadan əvvəl isə Muxtar Əhmədov, Tohid İbrahimbəyli, Valeh İsmayılov, Şahid1, Vüsal Əhmədov və Hüseyn adlı Gəncə ləhcəsi ilə danışan şəxs İran İslam Respublikasının Tehran şəhəri ərazisində yerləşən «Sepah»ın «İmam Xomeyni» adına olan hərbi hissəsində yüksək rütbəli və peşəkar zabitlərdən ibarət təşkil olunan hərbi təlimlərdə iştirak etmişlər. Həmin təlimlərdən sonra onlar Suriya ərazisinə keçib yenidən təlimlərdə iştirak etmiş, daha sonra Suriyanın Həma şəhərindəki döyüş postlarında xidmət aparmışlar. Adlarını çəkdiyi şəxslərin Suriyaya keçəcəklərini bilmiş və özü də getmək istəmişdir. X14 o vaxtı ona icazə verməmişdir. Sonradan da bilmişdir ki, həmin şəxslər artıq Suriyaya gedib-qayıdıblar. Valeh İsmayılovdan eşitmişdir ki, Hüseyn Azərbaycanda məhkumluq həyatı yaşayıb, hansı maddə ilə bilmir. Hüseyn özündən çox razı, davakür bir şəxs olmuşdur. Xarakterinə görə hesab edir ki, dava-dalaşa görə məhkum olunub. Hüseyn həmin şəxsin ləqəbi olmuşdur. Muxtar Əhmədovun ləqəbi isə Məhəmməd olmuşdur. Muxtar Əhmədov həmin ləqəbi özü seçmiş və Suriyada həmin ləqəblə təlimlərdə iştirak etmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, İran İslam Respublikasında dini təhsil almış, Suriyada döyüşlərdə iştirak etmişdir. O gedən vaxtlarda “Hizbullah” qruplaşması olmamış, belə ki, təşkilatın adı olmamışdır. Tohid İbrahimbəyli böyük tələbələrdən olmuş, muxtarı tələbə kimi tanımışdır. O, Təqsirləndirilən şəxs ümumiyyətlə tanımır və ilk dəfədir görür. Şahid3 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, X25 İbrahimbəyli, Şahid1, Valeh İsmayılov, Vüsal Əhmədov və Hüseyn adlı bir nəfər şəxs İranın Tehran şəhərində hərbi hissələrin birində hərbi təlim keçdikdən sonra Suriyaya hərbi təlimlərdə iştirak etmişlər və döyüş postlarında xidmət aparmışlar. X23 İbrahimbəyli, Vüsal Əhmədov, Valeh İsmayılov və qeyriləri ilə birlikdə Hüseyniyun» adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq həmin birləşmənin tərkibində İran və Suriya ərazilərində hərbi təlimlərdə iştirak etdiklərini İranda olduğu vaxt həmin şəxslərin özlərindən eşitmişdir. Hüseyndən başqa digər şəxsləri hamısını tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, İran İslam Respublikasında dini təhsil almışdır. O, Valeh İsmayılov, Vüsal Əhmədov, Şahid1, Tohid İbrahimbəyli, Muxtar adlı şəxsləri tanıyır, lakin Şahid1 tanımır. Tohid İbrahimbəyli rəhbərləri olmuş, Valeh İsmayılov isə bacanağıdır. O, orada «Hüseyniyun» təşkilatı adı altında İŞİD-ə qarşı döyüşmüşdür. Orada olan zaman onun ləqəbi Heydər olmuşdur. Lakin hazırkı Təqsirləndirilən şəxs Qali oğlunu tanımır, onu ilk dəfədir görür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 sentyabr 2020-ci il tarixli Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid1 üzləşdirmə zamanı «Hüseyn» ləqəbli Faliq adlı şəxslə bağlı istintaqa ifadələr verdiyini və həmin ifadələrini bir daha təsdiq edərək iş üzrə Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, sonuncu ilə birlikdə 2013-cü ilin noyabr ayının sonunda İranın Tehran şəhərində «İmam Xomeyni» adına hərbi hissədə 23-25 gün ərzində kəşfiyyat işlərinin aparılması, döyüşün aparılması, odlu silahlardan istifadə qaydalarını, ulduzlar, eləcə də ağaclar, qarışqa yuvalarının yerlşədikləri yerlər üzrə çoğrafi koordinatların müəyyən edilməsi qaydalarını öyrənilməsi ilə bağlı hərbi təlimlərdə iştirak etmişlər. Onlarla birlikdə olan Tohid İbrahimbəyli, «Müctəba» ləqəbli Valeh İsmayılov, Muxtar Əhmədov və «Əhməd» ləqəbli Vüsal Əhmədov olmuşdur. İran ərazisində hərbi təlimlər bitdikdən sonra hamısı Qum şəhərinə qayıtmış və təxminən 3-4 gün sonra 2013cü ilin dekabr ayının 25-də o, Tohid İbrahimbəyli, Muxtar Əhmədov, Vüsal Əhmədov, Valeh İsmayılov və «Hüseyn» ləqəbli Faliq Tehran hava limanına gələrək oradan İranın «Mahan AİR» şirkətinə məxsus sərnişin təyyarəsi ilə Suriyanın Dəməşq şəhərinə gəlmişlər. Dəməşqdə onları iki maşın qarşılayaraq adını xatırlamadığı «iranlıların oteli» kimi tanınan bir otelə gətirmişlər və orada bir həftə qalmışlar. Oteldə qaldıqları müddətdə onlara hərbi forma vermişlər. Sonra təyyarə ilə Suriyanın Həma şəhərinə gəlmişlər. Orada onları «Sepah»ın Həmid adlı əməkdaşı qarşılamış və onlar bir mərtəbəli bir evə gəlmişlər. Həmid orada onlara imza etdirməklə hər birinə «Kalaşnikov» markalı avtomat silahı vermişdir. Patronlarla bağlı isə imza etdirmirmiş. Hərəsinə təxminən 4-5 maqazin patron götürmüşlər. Daha sonra onları maşınla Suriyanın Əsiriyyə döyüş bölgəsinə aparmışlar. Hərbi geyim və silah-sursatla təchiz olunmuş qaydada onlar Suriyalı əsgərlərə nəzarət etməklə döyüş xidmətini aparmışlar. Eyni zamanda Əbuəmin onlara gecələr sahələrələ çıxmaqla, «İŞİD» qüvvələrinə yaxın ərazilərə getməklə kəşfiyyat işlərinin aparılması qaydasını öyrədirmiş. Suriyada olduqlar müddət 25 dekabr 2013-cü ildən 2014-cü ilin mart ayının 25-nə kimi olan müddət olmuşdur. Vüsal Əhmədovdan başqa hamısı İrana qayıtmış, onlardan təxminən 10 gün sonra isə X19 birlikdə İrana qayıtmışdır. İrana qayıtdıqdan bir neçə gün sonra «Sepah»ın əməkdaşı Mustafa Suriyaya gedən hər bir şəxsin bank hesabına 1 milyon 500 min iran tüməni məbləğində pulun köçürüldüyünü bildirmişdir. O da öz bank hesabından 1 milyon 500 min iran tüməninin köçürüldüyünün şahidi olmuş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində Şahid1 tanımadığını, tanımadığı şəxsin dediklərinin yalan olduğunu və təsdiq etmədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11 mart 2019-cu il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, tanınma zamanı Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, barəsində ifadəsində göstərdiyi həmin şəxsin əslən Gəncə şəhərindən olan, səhf etmirsə Rusiya Federasiyasında yaşayan Hüseyn ləqəbli şəxs olduğunu bildirmişdir. Sonuncu ilə ifadəsində dediyi kimi 2013-cü ilin dekabr ayının 25-dən 2014-cü ilin mart ayının 25-dək olan müddət ərzində Suriya ərazisində hərbi təlimlərdə iştirak etmişlər, təlimlərdən sonra isə döyüş postlarında xidmət aparmışlar. Suriyadan əvvəl isə İranın Tehran şəhərində «Sepah»ın «İmam Xomeyni» adına hərbi hissəsində hərbi təlim keçmişlər. «Hüseyn» ləqəbli şəxs barəsində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 dekabr 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokoldan görünür ki, tanınma zamanı Şahid2 ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə görə dərhal tanıyaraq, həmin şəxsin barəsində ifadəsində göstərdiyi Hüseyn adlı şəxs olduğunu bildirmişdir. Hüseynin əsl adının, soyadının və atasının adını bilmir. Hüseyn barəsində istintaqa verdiyi ifadəsini təsdiq edərək bir daha göstərmişdir ki, fotoşəkildə tanıdığı həmin X12, Vüsal Əhmədov, Şahid1, Valeh İsmayılov və Muxtar Əhmədovla birlikdə İranın Tehran şəhərində «İmam Xomeyni» adını daşıyan hərbi təlim mərkəzində hərbi təlim keçib, daha sonra isə həmin tərkibdə Suriyanın Dəməşq şəhərinə gediərək orada hərbi təlimlərdə iştirak etmişlər, döyüş postlarına çıxmaqla xidmət aparmışlar. Fotocədvəldəki 1 sayı ilə qeyd olunmuş fotoşəkil Təqsirləndirilən şəxs fotoşəkilidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Əks-Kəşfiyyat Baş İdarəsinin 08 dekabr 2018-ci il tarixli, 2/5516 nömrəli məktubundan görünür ki, «Hüseyniyun» adlı qanunsuz silahlı birləşmənin üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilən əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirləri zamanı, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan «Hüseyn» ləqəbli Təqsirləndirilən şəxs İran İslam Respublikasında yaşayan radikal iranyönümlü dindar X2 təşkilatçılığı və İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «Sepah»ın nəzarəti altında yaradılan «Hüseyniyyun» adlı qanunsuz silahlı birləşmənin tərkibində hərbi təlimlərə cəlb edilməsi və Suriyada gedən silahlı münaqişələrdə iştirak etməsi məlum olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X29 tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli 1690 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu, anamnezində kəlləbeyin travması aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə dövrdən əsəbi şəxs olması, Rusiyada yaşadığı zaman döyülərək başından zədə alması, sonradan onda əsəbiliyin artması, qıcıqlara qarşı həssaslıq meydana gəlməsi, əsəbi gərginliklər zamanı kəsmələrlə özünə xəsarətlər yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Psixonevroloji Dispanserində müayinə edilərək onda «Oyanıq tipli şəxsiyyət pozğunluğu, tez-tez müşahidə olunan nevrotik reaksiyalar, özünükəsmələrlə» diaqnozunun müəyyən edilməsi, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbilik, emosional qeyri-sabitlik, əhvalının dəyişkənliyi və s.) sübut edir. Cinayət işi materiallarının və hazırkı psixitarik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 06 dekabr 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2013-cü il tarixdə saat 16:25 dəqiqədə «Astara» sərhədnəzarət keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına səfər etmiş, 26 noyabr 2013-cü il tarixdə saat 17:59 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən Azərbaycan Respublikasına qayıtmış, 07 dekabr 2013-cü il tarixdə saat 15:18 dəqiqədə «Astara» sərhəd-keçid məntəqəsindən keçməklə yenidən İran İslam Respublikasına getmiş, 26 aprel 2015-ci il tarixdə saat 19:38 dəqiqədə isə «Şıxlı» sərhəd-nəzarət keçid məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Tələbnamələrdən həmçinin görünür ki, Təqsirləndirilən şəxs soyadını Rzayev soyadına dəyişəndən sonra da İrana səfər etmişdir. Faliq Rzayev 18 aprel 2017-ci il tarixdə saat 10:54 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına səfər etmiş, 27 aprel 2017-ci il tarixdə saat 15:03 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 23 iyul 2018-ci il tarixli, X15 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 23 iyul 2018-ci il tarixli, X16 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 24 sentyabr 2018-ci il tarixli, Şahid1 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 23 iyul 2018-ci il tarixli və Azərbaycan Respublikasının vətəndaşı X7 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 08 avqust 2018-ci il tarixli tələbnamələrdən görünür ki, Valeh İsmayılov 25 sentyabr 2013-cü il tarixdə saat 14:10 dəqiqədə «Biləsuvar» sərhəd-nəzarət keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 25 iyun 2014-cü il tarixdə saat 19:35 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən Azərbaycan Respublikasına qayıtmış, Şahid1 01 oktyabr 2013-cü il tarixdə saat 14:44 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 02 iyun 2014-cü il tarixdə saat 14:35 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən Azərbaycan Respublikasına qayıtmış, Vüsal Əhmədov 16 avqust 2013-cü il tarixdə saat 16:30 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 15 may 2014-cü il tarixdə saat 19:45 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən Azərbaycan Respublikasına qayıtmış, Muxtar Əhmədov 02 dekabr 2013-cü il tarixdə saat 11:57 dəqiqədə «Astara» sərhədnəzarət keçid məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 10 iyun 2014cü il tarixdə saat 15:33 dəqiqədə «Astara» sərhəd-nəzarət keçid məntəqəsindən Azərbaycan Respublikasına qayıtmış, Tohid İbrahimbəyli 30 sentyabr 2011-ci il tarixdə saat 12:13 dəqiqədə Lənkəran hava limanından Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş və bir daha geri qayıtmamışdır. Beləliklə də “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamələrlə müəyyən edilir ki, Valeh İsmayılov 25.09.2013 - 25.06.2014, Şahid1 01.10.2013 - 02.06.2014, Vüsal Əhmədov 16.08.2013 - 15.05.2014, Muxtar Əhmədov 02.12.2013 - 10.06.2014-cü il tarixlərdə İran İslam Respublikası ərazisində olmuşlar. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 01 iyun 2019-cu il tarixli 021-6710-1219 №-li və 06 iyun 2019-cu il tarixli 021-6850-1219 №-li məktublarından görünür ki, 01 iyun 2019-cu il tarixdə saat 09:30 dəqiqədə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Kalininsk rayonunun ərazisində xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhərinin Kalininsk rayonunun 6-cı polis şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. 03 iyun 2019-cu il tarixdə isə Sankt-Peterburq şəhərinin Kalininsk rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 1(100)-220/2019 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,214- 3.1 və 283-1.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Lənkəran Ağır Cinayət Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 1(99)-194/2019 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-in 12.1,218.2, 12.3,214-3.1, 283-1.3, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Şahid4 Azərbaycan Respublikası CM-in 12.1,218.2, 12.3,214- 3.1, 283-1.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Şahid2 Azərbaycan Respublikası CM-in 12.1,218.2, 12.3,214-3.1 və 283-1.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatı tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, 1729 nömrəli arayışdan və 250 nömrəli xasiyyətnaməsindən və Gəncə şəhər 34 nömrəli evlər üçlüyünün 10 oktyabr 2020ci il tarixli xasiyyətnaməsindən görünür ki, Vəliyev X11 şəhər M.Əsədov ev 14, mənzil 04 ünvanında qeydiyyatda olmaqla ünvan 4mış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2018-ci tarixli tələbnamədən, hökmdən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04 sentaybr 2008-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, 3 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 2 il şərti sınaq müddəti verilmiş və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 30 oktyabr 2009-cu il tarixli qərarı ilə sınaq müddəti ləğv edilmilşdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə olan məhkumluqları ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barələrində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “dövlətlərarası axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2019-cu il tarixdə saat 11:25 radələrində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1 və 12.1,279.1-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyək heç bir qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməməsi, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almamasına dair ifadələrinə həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin təqsirləndirilən şəxsi tanımamalarına dair ifadələrinə tənqidi yanaşır. Belə ki, həmin ifadələr məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək (şahidlərə münasibətdə Təqsirləndirilən şəxs müdafiə etmək) məqsədi daşıyır və inandırıcı hesab olunmur. Belə ki, cinayət işi üzrə tədqiq edilmiş 11 mart 2019-cu il tarixli və 12 dekabr 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokollarından görünür ki, tanınma zamanı hazırki iş üzrə şahidlər Şahid1 və Şahid2 onlara təqdim olunmuş fotoşəkillərdən Təqsirləndirilən şəxs tanıyaraq sonuncunu Hüseyn kimi tanıdıqlarını, 2013-cü ilin dekabr ayının 25-dən 2014cü ilin mart ayının 25-dək olan müddət ərzində Suriya ərazisində hərbi təlimlərdə iştirak etdiyini, hətda onun dalaşqan olmaqla əvvəllər məhkum olunmasını, X9, Vüsal Əhmədov, Şahid1, Valeh İsmayılov və Muxtar Əhmədovla birlikdə İranın Tehran şəhərində «İmam Xomeyni» adını daşıyan hərbi təlim mərkəzində hərbi təlim keçdiyini bildirmişlər. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə sonuncu ilə birlikdə 2013-cü ilin noyabr ayının sonunda İranın Tehran şəhərində «İmam Xomeyni» adına hərbi hissədə 23-25 gün ərzində kəşfiyyat işlərinin aparılması, döyüşün aparılması, odlu silahlardan istifadə qaydalarını, ulduzlar, eləcə də ağaclar, qarışqa yuvalarının yerləşdikləri yerlər üzrə çoğrafi kordinatların müəyyən edilməsi qaydalarını öyrənilməsi ilə bağlı hərbi təlimlərdə iştirak etmələrini, onlarla birlikdə olan Tohid İbrahimbəyli, «Müctəba» ləqəbli Valeh İsmayılov, Muxtar Əhmədov və «Əhməd» ləqəbli Vüsal Əhmədovun olduğunu, İran ərazisində hərbi təlimlər bitdikdən sonra hamısının Qum şəhərinə qayıtdığını və təxminən 3-4 gün sonra 2013-cü ilin dekabr ayının 25-də o, Tohid İbrahimbəyli, Muxtar Əhmədov, Vüsal Əhmədov, Valeh İsmayılov və «Hüseyn» ləqəbli Faliqin Tehran hava limanına gələrək oradan İranın «Mahan AİR» şirkətinə məxsus sərnişin təyyarəsi ilə Suriyanın Dəməşq şəhərinə gəldiklərini, Dəməşqdə onları iki maşın qarşılayaraq adını xatırlamadığı «iranlıların oteli» kimi tanınan bir otelə gətirdiklərini və orada bir həftə qaldıqlarını, Oteldə qaldıqları müddətdə onlara hərbi forma verdiklərini, sonra təyyarə ilə Suriyanın Həma şəhərinə gəldiklərini, orada onları «Sepah»ın Həmid adlı əməkdaşının qarşıladığını və onların bir mərtəbəli bir evə gəldiklərini, Həmidin orada onlara imza etdirməklə hər birinə «Kalaşnikov» markalı avtomat silahı verdiyini, patronlarla bağlı isə imza etdirmədiyini, hərəsinə təxminən 4-5 maqazin patron götürdüklərini, daha sonra onları maşınla Suriyanın Əsiriyyə döyüş bölgəsinə apardıqlarını, hərbi geyim və silah-sursatla təchiz olunmuş qaydada onları Suriyalı əsgərlər nəzarət etməklə döyüş xidmətini apardıqlarını, eyni zamanda Əbuəminin onlara gecələr sahələrə çıxmaqla, «İŞİD» qüvvələrinə yaxın ərazilərə getməklə kəşfiyyat işlərinin aparılması qaydasını öyrətdiyini, 25 dekabr 2013-cü ildən 2014-cü ilin mart ayının 25-nə kimi olan müddətdə Suriyada olduqlarını, İrana qayıtdıqdan bir neçə gün sonra «Sepah»ın əməkdaşı Mustafanın Suriyaya gedən hər bir şəxsin bank hesabına 1 milyon 500 min iran tüməni məbləğində pulun köçürüldüyünü bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xüsusi ilə 07.12.2013-26.04.2015-ci il tarixlərdə Azərbaycan Respublikası ərazisində olmaması tarixləri onun İran və Suriya dövlətləri ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə 07 dekabr 2013-cü il tarixdə «Astara» gömrük keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə keçərək orada olan Azərbaycan Respublikasının vətəndaşı X2 digər şəxslərlə birgə ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən onun rəhbərliyi və nəzarəti altında müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaratdığı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşları Şahid1 və qeyriləri, eləcə də iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşları X15, X6, X16 və qeyrilərindən ibarət «Hüseyniyun» adlandırılan qanunsuz silahlı birləşmənin tərkibinə daxil olmasını, həmin qanunsuz silahlı birləşmənin tərkibində 2013-cu ilin dekabr ayından 2014cü ilin mart ayının ortalarınadək olan müddət ərzində Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində qəsdən iştirak etməsini, həmin müddət ərzində qeyd olunan şəxslər və digərləri ilə birlikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almasını təsdiq edən tarixlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 12.3, 214-3.1 və 12.1,279.1-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.3,214-3.1 və 12.1,279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasıları hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Məhkəmə qanunun həmin tələbini nəzərə alaraq hesab edir ki, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 01 iyun 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X13 prosessual hərəkətlərdə 140 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 33 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 12.3,214-3.1 və 12.1,279.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 12.3,214-3.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 12.1,279.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə 01 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X8 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 840 manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar