Məhkəmə qərarları › İş №1(100)-88/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-88/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-88/2023 28.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X11 iştirakı ilə, xx xxxxx 1982-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə Şəmkir rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonunda yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndinin ərazisində yerləşən arxın kənarından yabanı halda bitmiş çətənə (kannabis) kollarının tinglərini torpaqdan çıxarıb əldə edərək onları yaşadığı evə daşımış, orada qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin tinglərini 17 (on yeddi) ədəd dibçəkdə əkməklə onlara aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 12 may 2022-ci il tarixdə saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı yaşadığı ev və həyətyanı sahəsinə baxış keçirilərkən evin yataq otağında olan sandıqçanın içərisindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin» İİİ siyahısı ilə müəyyən edilmiş 15 (on beş) ədəd, ümumi təmiz çəkisi 1,10 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 2 (iki ədəd) ümumi təmiz çəkisi 0.06 qram olan narkotik təbiətli çətənə bitkisinin şitilləri olmaqla ümumilikdə 1,16 qram çəkisi olan 17 (on yeddi) ədəd, külli miqdarda əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham olunduğu maddə ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır, təxminən 4 ildir ki, narkotik vasitə qəbul edir. 2022-ci ilin aprel ayının sonlarında yaşadığı kənddə heç kəsə məxsus olmayan ərazidəki arxın kənarında yabanı halda bitmiş çətənə bitkisinin tinglərindən 17 ədədini gətirib yaşadığı evdə plastik dibçəklərdə əkmiş, heç kəs görməsin deyə yaşadığı evdə olan taxta sandıqcanın içərisinə, qoymuşdur. Sandıqçaya çətənə kollarının inkişafı üçün elektrik enerjisi ilə işləyən işıq və hava sistemi quraşdırmış, çətənə bitkilərinə xüsusi qulluq edib, diblərini yumşaltmış, su vermişdir. 12 may 2022-ci il tarixdə saat 12 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndində yaşadığı olanda polislərin gəlməsini görmüş, polislər ona narkotiklə və qanunsuz olaraq odlu silah saxlamağı ilə əlaqədar yaşadığı evə baxış keçirəcəyini bildirmişlər. O, razılaşmış və polislər ondan yaşadığı evdə və həyətində narkotik vasitə əkib-əkmədiyini soruşduqda yaşadığı evin yataq otağında çətənə kolları əkməyini deyib, otaqdakı taxta sandıqcanı açaraq, plastik qabalarda əkdiyi çətənə kollarını təqdim etmişdir. Həmin çətənə kollarına aqronomun iştirakı ilə baxış keçirilmiş, kollar torpaqdan çıxarılmış və boyları ölçülmüş, 4 santimetrdən 23 santimetrədək olan 17 ədəd kol olmuşdur. Aşkar edilmiş çətənə kolları zərfə qoyularaq qablaşdırılmış o, da imza etmişdir. Sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuş, o da başqa hər hansı narkotik vasitə, odlu silahı olmadığını bildirmişdir. Yaşadığı evin digər hissələri, evin zirzəmisi, həyətdə olan köməkçi tikili və həyətyanı sahəyə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə və prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, o, da protokola imza etmişdir. O, narkotik vasitə istifadəçisidir, şəxsi istifadəsi üçün çətənə kollarını əkmiş, heç kimə narkotik vasitə satmamış və verməmiş, həmin kolları sandıqcanın içərisində gizlətdiyi üçün ailə üzvləri və başqa hər hansı şəxsin bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq, hazırda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, o, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində çalışır. 12 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan bitkilərin, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə poliş şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Vüqar Qarayev tərəfindən RPŞ-nin rəisinə raportla müraciət edilmiş, razılıq veriləndən sonra tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əmrə əsasən qrupa rəhbərlik Vüqar Qarayevə həvalə edilmişdir. Qrupunun üzvləri o, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkiləri X24, X25 və narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili X6 ibarət olmuşdur. Əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Qaracəmirli kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs özü açmış, ona özlərini təqdim edərək yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilərin yetişdirilməsi və odlu silah saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında evinə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə verdikdən sonra yaşadığı evin otaqlarına, həyətyanı sahəsinə baş təhqiqatçı Ariz Cəfərovun və əməliyyat qrupunun üzləri ev sahibi Təqsirləndirilən şəxs və aqronom-alimin iştirakı ilə baxış keçirmişlər. Evin yataq otağında olan taxta sandıqçanın içərisində plastik qablarda əkilmiş çətənə kollarına oxşar bitki kolları aşkar olunmuş, kollarının suvarılması üçün diblərinin torpağı boşaldılmış, suvarılmış və təmizlənmişdir. Bundan başqa bitkilərin inkişaf etməsini üçün taxta sandıqçanın içərisinə elektrik lampası və havalandırıcı pər quraşdırılmışdır. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs həmin çətənə tərkibli bitki kollarını özünün əkdiyini, becərdiyini və qulluq etməsini və kolların ona məxsus olmasını etiraf etmişdir. Mütəxəssis qismində dəvət edilmiş aqronom alim X26 aşkar olunan çətənə kollarının narkotik tərkibli bitkilər olduğunu və diblərinə su verilməklə, yumşaldılmaqla, ətrafları təmizlənməklə aqrotexniki qulluq olunduğunu bildirmiş və bu barədə rəyini təqdim etmişdir. Çətənə kolları torpaqdan çıxarılaraq boyları ölçülmüş, 4 sm-dən 23 sm-dək 17 ədəd çətənə bikisi olması müəyyən edilmişdir. Çətənə kollarına bənzər kütlələr bir ədəd zərfə qoyulub qablaşdırılmış, möhürlənərək ekspertiza üçün götürülmüşdür. Sonra evin digər otaqlarına, aynabəndə, zirzəmiyə, həyətdə olan yaşayış üçün nəzərdə tutulmuş digər iki otaqlı tikiliyə və həyətyanı sahəyə baxış keçirilmiş, hər hansı narkotik vasitə və dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. X17 məhkəmə iclasında verilən suallara cavab olaraq, X13 əməliyyat qrupunun rəhbəri kimi həmin əməliyyatda iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X25 şahid X7 verdiyi ifadəsinə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində bildirdi ki, Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Şəmkir rayonu, Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 12 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan bitkilərin, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün özü tərəfindən RPŞ-nin rəisinə raportla müraciət edilmiş, razılıq veriləndən sonra tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əmrə əsasən qrupa rəhbərlik ona həvalə edilmişdir. Qrupunun üzvləri o, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X17, X25 və narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili X6 ibarət olmuşdur. Əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Qaracəmirli kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs özü açmış, ona özlərini təqdim edərək yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilərin yetişdirilməsi və odlu silah saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında evinə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə verdikdən sonra yaşadığı evin otaqlarına, həyətyanı sahəsinə baş təhqiqatçı Ariz Cəfərovun və əməliyyat qrupunun üzvləri ev sahibi Təqsirləndirilən şəxs və aqronom-alimin iştirakı ilə baxış keçirmişlər. Evin yataq otağında olan taxta sandıqçanın içərisində plastik qablarda əkilmiş 17 ədəd çətənə kollarına oxşar bitki kolları aşkar olunmuş, qablaşdırılaraq götürülmüşdür. X27 məhkəmə iclasında verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat tədbirində iştirak etsə də, o, həmin tədbirin keçirilməsi ilə bağlı əməliyyat qrupunun rəhbəri kimi digər məsələlərin, yəni təşkilati və mühafizə tədbirlərinin təşkilini həyata keçirmiş, bu səbəbdən və bilavasitə çətənə kolların aşkar edilməsində iştirak etmədiyindən protokolda onun adı qeyd edilməmişdir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən yazılmış ifadəsini tam oxumadan imza etmişdir. Ona görə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış əvvəlki məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan bitkilərin, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında o, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və evə baxış keçirilən zaman taxta sandıqcanın içərisində plastik qablarda əkilmiş 17 ədəd çətənə kollarına oxşar bitki kolları aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, Vüqar Qarayev həmin tədbirin keçirilməsi ilə bağlı əməliyyat qrupunun rəhbəri kimi təşkilati və mühafizə tədbirlərini həyata keçirtdiyindən və bilavasitə kolların aşkar edilməsində iştirak etmədiyindən protokolda onun adı qeyd edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış əvvəlki məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, cinayət işinin ibtidai istintaqını o aparmışdır. Vüqar Qarayev əməliyyyat qrupunun rəhbəri kimi təbirin təşkil olunmasında iştirak etsə də, bilavasitə çətənə kolların aşkar edilməsində iştirak etmədiyindən aparılmış videoçəkiliş və fotogörüntülərdə görünməmişdir. Vüqar Qarayevin ifadəsinin onun tərəfindən yazılmış, həmin dövrdə icraatında olan cinayət işlərinin çoxluğu ilə əlaqədar sonuncunun ifadəsini alarkən göstəriilən xüsusatlara diqqət yetirməmiş, ümumi olaraq ifadəni yazmış, Vüqar Qarayev isə ifadəni tələsik oxuyub imzalamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 12 may 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr saxlaması, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya eyməsi, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 12 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, fotoşəkillərdən və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 17 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Cinayət iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Şəmkir rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarından görünür ki, Şəmkir rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi X13 12 may 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 12 may 2022-ci il tarixli alim aqronom X14 verdiyi rəydən görünür ki, aşkar edilmiş çətənə kollarının boyları 4-23 sm-ə qədər olmaqla ümumi sayı 17 ədəd olmuş, həmin çətənə kollarına aqro texniki qulluq işləri aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X32 bölməsinin 13 may 2022-ci il tarixli, 16/554 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş”sözləri olan yazı və imzalar olan Azərbaycan Respublikası DİN-nin 118 №li möhür əksi ilə möhürlənmiş (bir) ədəd kağız paketdə sayı 15 (on beş) ədəd, ümumi təmiz çəkisi 1,10 qram bitki nümunələri əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin kağız paketdəki ümumi sayı 2 (iki) ədəd ümumi təmiz çəkisi 0,06 qram olan bitki şitilləri narkotik təbiətli çətənə bitkisinin şitilləridir. Aqronom rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 11 avqust 2022-ci il tarixli, 1168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 7 iyun 2022-ci il tarixli 367 nömrəli rəyindən görünür ki, X18 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X8 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. X9 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ərazi X5 Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X44” X2 17 may 2022-ci il tarixli 160 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir RMX-nin Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Teymun oğlunun evinə baxış keçirilən vaxt videoçəkilişin yazıldığı 1 ədəd və təqsirləndirilən şəxs qismində ifadəsinin videoçəkilişi yazılmış 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, yaşadığı evdən aşkar edilmiş 17 ədəd çətənə kolların isə saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Qaracəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 may 2022-ci il tarixli 8 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X3, oğulları X29 (xx.xx.2013) və X20 (xx.xx.2015) övladları ilə birlikdə Şəmkir rayonu Qaracəmirli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2012-ci il təvəllüdlü X21 atası olması faktı müəyyən edilmiş və sonuncunun yetkinlik yaşa çatana qədər saxlanılması üçün Təqsirləndirilən şəxs sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 adlı (xx.xx.2012) qızı Təqsirləndirilən şəxs övladıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 12 may 2022-ci il tarixli «cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan və Şəmkir rayon Məhkəməsinin 14 may və 19 avqust 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 12 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həmin məhkəmə tərəfindən 14 may 2022-ci il tarixdə “həbs”, 19 avqust 2022-ci il tarixdə isə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 27 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı tam etirafedici ifadələri, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını və onlara əlavələri, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİİ siyahısında Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı 16 ədəd göstərilmişdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon polis şöbəsinin 12 may 2022-ci il tarixli Ə137-190-22 nömrəli əmrindən görünür ki, daxil olmuş məlumatın yoxlanılması üçün Şəmkir RPŞ-nin CAB-ın rəisi X13 rəhbərliyi, CAB-ın əməliyyat müvəkkilləri X15, X7, X16, NMQ-nin əməliyyat müvəkkili X12 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. İbtidai araşdırma zamanı Vüqar Qarayevin aparılmış təxirəsalınmaz əməliyyataxtarış tədbirində iştirak etsə də bu barədə tərtib edilmiş protokolda onun iştirakı ilə bağlı qeyd aparılmaması və həmin tədbirin videoçəkilişi zamanı olmaması ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, qeyd edilən xüsusatlar məhkəmə baxışı zamanı ətraflı araşdırılmış, Vüqar Qarayevin həqiqətən həmin tədbirdə əməliyyat qrupunun rəhbəri kimi iştirak etməsi şahid ifadələri təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən xüsusat şəxsin təqsirli olub-olmaması ilə bağlı məsələdə əhəmiyyət kəsb etmədiyindən, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi heç bir halda qiymətləndirilə bilməz, həmçinin, həmin hal təxirəsalınmaz qaydada keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri ilə bağlı məhkəmə nəzarəti funksiyasını həyata keçirən müvafiq birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edildiyindən və cinayət prosessual qanunvericliyin tələblərinə əməl edildiyindən, sübut növlərindən biri olan protokolun mötəbərlik və mümkünlüyünü şübhə altına ala bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməklə onun islah olunmasının mümkün olacağı qənaətinə gəlmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 may 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Şəmkir rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 12 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir.. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən edilmiş 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilməli, 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X22 15 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir RPŞdə saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən edilmiş 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin, 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X22 həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar