Məhkəmə qərarları › İş №1(100)-89/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-89/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-89/2023 23.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Asan Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X7 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Ağcabədi rayonu, Şoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2008-ci il tarixdə, yerli vaxtla saat 23:30 radələrində Rusiya Federasiyası, Vladimir vilayəti, Aleksandrov rayonu, Karabanovo şəhərinin Mədəniyyət Evində yerləşən tualetin yanında dayanıb siqaret çəkən Zərərçəkmiş şəxs və sonuncunun dostu Vladimir Yolkinlə aralarında yaranmış mübahisə zamanı sonuncuları vurub yerə yıxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı qəzəbli olduğu üçün “onun cavabını vermək” məqsədilə öz mobil telefonundan atası X9 zəng edib özü ilə bita (ağac dəyənək) götürməsini deyərək “Tornado” klubunun yanına çağırmış, Zərərçəkmiş şəxs Andreyeviç içində taxta bita olan “Ford Siera” markalı avtomaşını ilə ora gəldikdə onlar birlikdə Mədəniyyət evinin yanına getmişlər və Zərərçəkmiş şəxs maşından əlində bita ilə düşərək sonuncu yerin əks tərəfində yerləşən “Tornado” klubunun giriş hissəsinə yaxınlaşan zaman, maşından çıxmayaraq oğlu Zərərçəkmiş şəxs taxta bita ilə Təqsirləndirilən şəxs vurub maşına geri qayıtmasını gözləyən Zərərçəkmiş şəxs Andreyeviç oğlunun başqa şəxs tərəfindən vurulub yerə yıxıldığını görüb Təqsirləndirilən şəxs yaxınlaşmış və Zərərçəkmiş şəxs Andreyeviçlə Təqsirləndirilən şəxs arasında qeyd olunan zəmində qarşılıqlı dalaşma baş vermişdir. Təqsirləndirilən şəxs güclü zərbə ilə Zərərçəkmiş şəxs Andreyeviçi vurub asfalt yola yıxmış, bundan sonra Təqsirləndirilən şəxs D.A.Melnikovun üz, boyun, sinə nahiyələrinə və sağ ayağının aşağı hissəsinə çoxsaylı (ən azı 25) zərbələr endirib müxtəlif dərəcəli xəsarətlər, o cümlədən insan həyatı üçün təhlükəli olan və zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran - qalxanabənzər vəzin qığırdağının sınığı, aşağı sümük sümüyünün sınığı, boyun və əzələlərin dərialtı toxumasına, farenksin selikli qişasına kütləvi qanaxma ilə müşayiət olunan qapalı küt boyun travması kimi zədələr yetirib qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs Andreyeviçin ölümünə səbəb olmuşdur. Zərərçəkmiş şəxs Andreyeviç aldığı zədələrdən hadisə yerində ölmüş, bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasının Karabanov şəhərinə getmiş və orada yaşamışdır. Yaşadığı ərazidə ruslar onu sevmirdilər və onu görəndə “qara millət” deyə səsləyərək hər dəfə onu təhqir edirmişlər. O, hadisə günü, yəni 25 oktyabr 2008-ci il tarixdə “Tornado” adlı klubun yanından keçib ayaqyoluna gedərkən orada bir neçə şəxs ona söz atmışlar. Həmin şəxslər ona söz atdıqlarına görə o da cavab qaytarmışdır. Həmin vaxt o, ona söz atan şəxsi itələmiş və həmin şəxs divara dəymişdir. Həmin şəxslər onu təhqir etdikdən sonra o, tualetə getmişdir, lakin oradan çıxdıqdan sonra həmin şəxslər yenə də onun üstünə gəlmişlər. Həmin şəxslər onu taxta dəyənəklə vurmuş, o, yerə yıxılmış, sonra onu yerdə təpiklə vurmuşlar. Bundan sonra kimsə onu taxta dəyənəklə vurmuş və o, huşunu itirmişdir. Sonradan nə baş verdiyi onun yadında deyil. O, ayıldıqdan sonra digər şəxslərin artıq həmin ərazidən getdiklərini və orada olmadıqlarını görmüşdür. O, Zərərçəkmiş şəxs Andreyeviçi döyməmiş və sonuncunu öldürməmişdir, Zərərçəkmiş şəxs Andreyeviçi kimin öldürməsi barədə də heç bir məlumatı yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokol elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30 avqust 2021-ci il tarixdə verdiyi və şəxsən özünün imzası ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Bərdə rayonu, Kətəlparaq kəndində təsərüfat fəaliyyəti ilə məğul olur. Evlidir, iki azyaşlı uşağı var. 2005-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Rusiyanın Karabanov şəhərində fəhləlik fəaliyyəti ilə məşğul olmuşdur. 2008-ci il tarixdə Karabanov şəhərində olarkən mağazaya getmək üçün evdən çıxmış, yolda gedərkən adını xatırlamadığı restoranın qarşısından keçərkən 2 nəfər Rusiya Federasiyasının vətəndaşı heç bir səbəb olmadan onu vurmağa başlamışlar, buna görə də reaksiya verərək o, sonunculardan birinə müqavimət göstərmişdir. Həmin vaxt müqavimət göstərməklə bərabər o da onlardan birinə zərbə endirmişdir. Lakin həmin zərbə həyat üçün əhəmiyyətli olmamışdır. Bundan sonra, o, hər iki Rusiya vətəndaşından aralaşmağa başlamışdır. Həmin vaxt onlar arasında dava-dalaş hələ də davam etmişdir. O, həmin şəxslərlə dava etmək, əlbəyaxa çıxmaq istəməmişdir. Rusiya vətəndaşları öz aralarında dalaşmışlar. O, istəmədən həmin davaya daxil olmuşdur. Baş verən hadisədən təxminən 4 gün sonra o, Azərbaycan Respublikasına qayıtmışdır. Həmin hadisədən 17 il keçmişdir. Bu müddət dövründə heç vaxt bilməzdi ki, həmin Rusiya vətəndaşı orada baş verən dava nəticəsində aldığı xəsarətlərdən ölsün. Baş vermiş davanın gedişində onu döydükləri üçün o, dava edən şəxslərdən birinə cəmi bir və ya iki dəfə zərbə endirmişdir. Həmin zərbələr isə vurduğu şəxsin həyatı üçün mühüm olan orqanlara nüfuz etməmişdir. O, sadəcə özünü qorumaq üçün bir və ya iki dəfə yumruq atmışdır. Onların öz aralarında dalaşdıqlarını görüb hadisə yerini təcili tərk etmişdir. Əlavə olaraq bildirmişdir ki, onu yaşadığı Rusiyanın Karabanov şəhərində həm Saşa adı ilə, həm də Şükür adı ilə çağırırdılar. Ləqəbi isə Tayson olmuşdur. Dmitriy onu milli mənsubiyyətinə görə təhqir etdiyi üçün o, sonuncunu itələmiş və bir dəfə şillə ilə vurmuşdur. Dmitriy ölən şəxsin oğlu idi və onunla həmyaşıd olmuşdur. Ancaq o, Şahid11 boğaz nahiyəsindən vurmamışdır. Ümumiyyətlə, Yelkinə onun əli dəyməmişdir. O, Dmitriyə şillə vurduqdan sonra təxminən bir saat klubda olmuşdur. Bir saatdan sonra klubdan çıxdıqda Dmitriyin atası, yəni Zərərçəkmiş şəxs Andreyeviç öz yaxınları ilə birlikdə onun üzərinə hücum çəkmişlər. Görmədiyi bir nəfər gözlənilmədən baş nahiyəsinə qalın taxta parçası ilə zərbə vurmuşdur. O, yerə yıxılmış, yerdə olarkən təpiklə üz nahiyəsinə zərbə endirdiklərindən burnundan qan axmağa başlamışdır. Həmin vaxt özünü müdafiə etmək üçün nizamsız olaraq bir neçə dəfə tanımadığı şəxslərə yumruqla zərbə endirmişdir. Tək olduğuna görə sonunculara gücü çatmadığı üçün oradan qaçmışdır (iş vərəqə: cild 7, səh. 40-43). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 oktyabr 2008-ci il tarixdə saat 21:30 radələrində dostu Yolkin Vladimir ilə Vladimir vilayətinin Aleksandrov rayonunun Karabanovo şəhərinin Mədəniyyət Evinə diskotekaya getmişlər. Saat 23 radələrində o, Yolkin Vladimir ilə Karabanovo şəhərinin Mədəniyyət Evinin tualetinin yanında durub siqaret çəkirmişlər. Həmin vaxt onlara Təqsirləndirilən şəxs yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxsla bir-birilərini tanımışlar, sonuncu ilə yaxşı münasibəti olmuşdur. Təqsirləndirilən şəxs şəhərdə ləqəbi “Tayson” olmuşdur, həmçinin sonuncunu şəhərdə hamı “Saşa” adlandırmışdır. Təqsirləndirilən şəxs şəhərdə çox adam tanımış, onu ya Saşa və ya Tayson adlandırmışlar. Baş vermiş hadisə barədə bildirir ki, hadisəyə qədər nə onun, nə də X22 Dadaşovla heç bir mübahisəsi olmamışdır. Onlar həmin gün diskotekada olarkən Təqsirləndirilən şəxs gözləmədikləri anda Vladimir Yolkinə yaxınlaşmış və başına möhkəm zərbə vurmuşdur. Zərbənin təsirindən Yolkin yıxılmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs Yolkindən aralamaq istəmişdir, çünki Təqsirləndirilən şəxs Yolkini yenə vurmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əli ilə onun başından vurmuşdur. Sonra onları aralaşdırmışlar. O, Vladimirlə getmişdir. O klubdan aralandıqdan sonra, tanışı Nemçenko Vyaçeslavla birlikdə “Tornado” klubu yerləşən yerə tərəf getmişdir. Yolda o, öz mobil telefonundan atası D.A.Melnikova zəng etmiş və ondan “Tornado” klubuna gəlməyi və özü ilə bitanı (dəyənəyi) götürməyi xahiş etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs qəzəbli olduğundan sonuncunu döymək istəmişdir. Bir az sonra onun atası “Tornado” klubuna öz “Ford Siera” markalı avtomobili ilə gəlmişdir. O, maşına oturmuş, həmin vaxt taxta bita (dəyənək) atasının maşınında olmuşdur. O bitanı götürmüş və atası ilə birlikdə diskotekaya, Karabanovo şəhərindəki Mədəniyyət Evinin yaxınlığına getmişdir. Atası ilə ora getdikdə əks tərəfdə duran Təqsirləndirilən şəxs görmüşlər. O, bitanı götürmüş, avtomobildən düşmüş və Təqsirləndirilən şəxs tərəf qaçmışdır. Atası D.A.Melnikov da maşından düşmüş və Təqsirləndirilən şəxs yanına tərəf gəlmişdir. Atasının əlində bita (dəyənək) olmamış, onların cəmi bir dənə bitası olmuş və bita onun əlində olmuşdur. Onun atası D.A.Melnikov Təqsirləndirilən şəxs yanına gəldikdən sonra atası ilə Təqsirləndirilən şəxs arasında dava başlamışdır. Təqsirləndirilən şəxs möhkəm zərbə ilə onun atasını vurmuş və zərbənin təsirindən atası yerə yıxılmışdır. Atası yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs atasının başına və bədəninə dayanmadan çoxsaylı zərbələr yetirməyə başlamış, atasının başının üstündə hoppanaraq möhkəm zərbələr yetirməyə davam etmişdir. Sonra o, atasının tərpənmədiyini görmüşdür. Atasının üzünün, paltarının qanlı olduğunu görmüşdür. Daha sonra təcili tibbi yardım maşını gəlmişdir, həmin vaxt atasının artıq öldüyünü demişlər. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş vəziyyətində olduğunu hiss eləmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı çox aqressiv idi. O, həmin hadisədən sonra Təqsirləndirilən şəxs bir daha şəhərdə görməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2008-ci il tarixdə axşam saatlarında, təxminən saat 22-23 radələrində rəfiqəsi Kseniya Salaqina ilə birlikdə Karabanovo şəhəri, “Torqovaya meydanı” küçəsində yerləşən şəhər klubuna diskotekaya getmişlər. Orada sinif yoldaşı Zərərçəkmiş şəxs görmüşdür. O, Zərərçəkmiş şəxsla salamlaşıb söhbət etmişdir. Təxminən saat 23:20 radələrində diskoteka bitdikdən sonra o, küçəyə çıxmışdır. O, küçəyə çıxarkən çoxlu adamların olduğunu görmüş, çox qışqırıq səsləri eşitmişdir. Daha sonra o, yolun əks tərəfində sinif yoldaşı Dmitriyin atasının maşınını görmüş və həmin maşının yanında adamların dayandığını görərək, oradan çoxlu səslər gəldiyini eşitdiyindən həmin yerə yaxınlaşdıqda maşının yanında bir kişinin yerdə uzanıqlı vəziyyətdə olduğunu və Saşa adlı, Tayson ləqəbli soyadını bilmədiyi bir nəfər cavan oğlanın yerdə uzanıqlı vəziyyətdə olan kişini döydüyünü görmüşdür. Tayson həmin yerdə uzanıqlı vəziyyətdə olan kişinin başının üstündə hoppanaraq dayanmadan zərbələr yetirirdi. Tayson həmin kişinin başına, bədəninin müxtəlif yerlərinə əli və ayaqları ilə zərbələr yetirməkdə davam edirdi. Həmin kişi qan içində idi. Orada olan şəxslər Taysonu aralamağa çalışsalar da, sonuncu zərbələrini davam etdirirdi. Daha sonra Dmitriy atasının yanına qaçmışdır. Dmitriy bir nəfər oğlanla atasını qaldırmağa çalışmışdır. O, yerdə uzanıqlı vəziyyətdə olan həmin adamın Zərərçəkmiş şəxs atası olduğunu başa düşmüşdür. Taysonun zərbələr vurduğu kişi artıq huşunu itirmişdir. Daha sonra təcili tibbi yardım əməkdaşları gəlmişlər və Dmitriyin atasına baxdıqda sonuncunun artıq öldüyünü demişlər. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2008-ci il tarixdə dostu Zərərçəkmiş şəxsla diskotekaya getmişdir. Diskotekadan çıxarkən küçədə Zərərçəkmiş şəxs görərkən sonuncunun üzündə zədələrin olduğunu görmüş və nə baş verdiyini soruşduqda Dmitriy Taysonun onu döydüyünü demişdir. Həmin vaxt orada olan şəxslərin Taysonun həmin gün çox aqressiv olduğu, Dmitriydən başqa, Taysonun başqa bir şəxsi də döyməsi barədə danışdıqlarını eşitmişdir. Sonra o, həmin vaxt yanında olan qızı yola salmağa getmişdir. O, yolda gedərkən bir neçə dəfə Dmitriyə hal-əhvalını soruşmaq üçün zəng etmişdir. Lakin Dmitriyin telefonu sönülü olmuşdur. Sonradan o, yenə də Dmitriyə zəng etməyə başlamış, dəstəyi bir qız götürmüş və Dmitriyin atasının öldürüldüyünü demişdir. O, dərhal kluba getmiş, orada maşının yanında Dmitriyin atasının yerdə uzanıqlı vəziyyətdə olduğunu və Dmitriyin sonuncunun yanında oturduğunu görmüşdür. Orada olan şəxslərdən Taysonun Dmitriyin atasını döydüyünü və nəticədə Dmitriyin atasının öldüyünü eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2008-ci il tarixdə rəfiqəsi Teryoxina Anastasiya ilə şəhər klubuna diskotekaya getmişdir. Təxminən saat 22:30 radələrində o, Anastasiya ilə pilləkəndə siqaret çəkərkən Taysonun kiminləsə dalaşdığını eşitmişdir. Sonra o, aşağı baxarkən X18 vurduğunu görmüşdür. Yolkin dərhal geri çəkilmiş, bundan sonra Tayson Zərərçəkmiş şəxs vurmuşdur. Sonradan nə baş verdiyini görməmişdir. Təxminən saat 22:15 radələrində o, küçəyə çıxarkən yolun digər tərəfində çoxlu adamların toplaşdığını görmüşdür. Həmin yerə gedərkən avtomobilin yanında yerdə bir nəfər uzanıqlı vəziyyətdə olan kişini görərkən həmin şəxsin Dmitriyin atası olduğunu görüb tanımışdır. Həmin vaxt sinif yoldaşı Zərərçəkmiş şəxs da orada idi. O, Dmitriyə yaxınlaşaraq özünü necə hiss etdiyini soruşduqda Dmitriy ona nəsə başa düşmədiyi cavab vermişdir. Daha sonra o, anasına zəng edərək təcili tibbi yardım maşını çağırmağını xahiş etmişdir. Bir az sonra təcili tibbi yardım maşını gəlmişdir, həmin vaxt Dmitriyin atasının artıq öldüyünü demişlər. Daha sonra polis əməkdaşları gəlmiş və onlar birlikdə polis şöbəsinə getmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2008-ci il tarixdə axşam saatlarında, təxminən saat 22 radələrində rəfiqələri Suçkova Anastasiya, Salaqina Oksana və Obiralkova Yekaterina ilə şəhər klubuna diskotekaya getmişlər. Təxminən saat 22:30 radələrində o, klubun binasından çıxmış və mağazaya getmişdir. O, binadan çıxdıqda həyətdə çoxlu adamların olduğunu görmüşdür, lakin orada nə baş verdiyini bilməmişdir. Təxminən yarım saat sonra o, kluba qayıdanda, açıq rəngli maşının yanında yerdə bir nəfər kişinin uzanıqlı vəziyyətdə olduğunu və həmin kişinin döyülmüş vəziyyətdə olduğunu görmüşdür. Sonra o, həmin şəxsin onun sinif yoldaşı Zərərçəkmiş şəxs atası olduğunu bilmişdir. Həmin vaxt sinif yoldaşı Zərərçəkmiş şəxs da orada idi. Daha sonra təcili tibbi yardım maşını gəlmişdir, həmin vaxt Dmitriyin atasının artıq öldüyünü demişlər. Sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bundan başqa, Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid7 tədqiq olunan həmin ifadəsində eyni məzmunlu ifadə verərək şahid X10 göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 233-237). Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının Karabanovo şəhərində yaşayır. Əvvəllər oğlu Təqsirləndirilən şəxs da onunla birlikdə yaşamışdır. 25 oktyabr 2008-ci il tarixdə axşam saatlarında o, evdə olarkən oğlu Təqsirləndirilən şəxs harasa getmişdir. Həmin gün təxminən saat 24 radələrində onun mobil telefonuna oğlu zəng etmiş və Mir küçəsində heykəlin yanında olduğunu, həmçinin bir oğlanla dalaşdığını demişdir. Bundan sonra oğlu telefonunu söndürmüşdür. O, Mir küçəsindəki heykəlin yanına getmişdir. O, oğlunun heykəlin yanında oturduğunu görmüş və oğlundan nə baş verdiyini soruşduqda oğlu diskotekada olarkən şəhər klubunun tualetində bir nəfər oğlanla aralarında dava düşdüyünü, davadan sonra həmin oğlanın atasına zəng etdiyini, sonra oğlanın atasının həmin klubun girişinə gəldiyini və onların arasında dava zamanı həmin oğlanın atasının bita (dəyənək) ilə oğlu Təqsirləndirilən şəxs başından zərbə vurduğunu demişdir. Oğlu Təqsirləndirilən şəxs demişdir ki, həmin oğlanın atası bita (dəyənək) ilə onun başından vurduqdan sonra zərbədən huşunu itirmişdir. Sonra o, telefonla polisə zəng vurmuş və oğlunu evə göndərmişdir. Polis əməkdaşları gələndə, o sonunculara dava baş verdiyini danışmış və bölməyə getmişdir. Bölmədə o, orada nə baş verdiyini soruşduqda ona şəhər klubundan bir qədər aralıda dava olduğunu, həmin davada onun oğlunun iştirak etdiyini bildirmişlər. Daha sonra o, evə getmişdir. O, evə gələndə oğlunun evdə olmadığını görmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Karabanovo ŞMİ Aleksandrov Rayon Dİİ-də səlahiyyətli əməliyyatçı vəzifəsində çalışmışdır. Xatırladığı qədər 25 oktyabr 2008-ci il tarixdə gecə saatlarında, təxminən saat 24 radələrində Karabanovo ŞMİ-nin növbətçisi mobil telefonuna zəng edərək “Torqovaya” meydanında Karabanovo klubunun yaxınlığında dava baş verdiyini, bir nəfər kişinin möhkəm döyüldüyü və ola bilər ki, ölməsi barədə məlumat vermişdir. O, dərhal hadisə yerinə gəlmiş, həmin yerə çatdıqda orada çoxlu adamların toplaşdığını görmüşdür. Həmin şəxslər klubun yanında dayanmış avtomobilə baxırdılar. Həmin avtomobilin yanında qanlı bir kişi yerdə uzanmış vəziyyətdə idi, yanında isə bir nəfər gənc oğlan da oturmuşdur. Həmin vaxt ora təcili tibbi yardım maşını gəlmişdir. Orada bir nəfər şəxs qan içində olan kişinin yanındakı cavan oğlanın atası olduğunu, həmin oğlanın adının Zərərçəkmiş şəxs olduğunu və davanın güya ona görə başladığını, uzanıqlı vəziyyətdə qan içində olan şəxsin isə X1 demişdir. Oraya gələn tibb işçiləri X8 artıq öldüyünü bildirmişlər. Daha sonra isə o, hadisə barədə Karabanovo Şəhər Polis İdarəsinin növbətçi şöbəsinə məlumat vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təxminən 2008-ci ilin oktyabr ayının 25-dən 26-na keçən gecə maşınla Karabanovo klubun yanından keçərkən klub binasının yanında çoxlu adamların toplaşdığını görmüşdür. O, maşından düşərək nə baş verdiyini soruşduqda bir nəfər ona Zərərçəkmiş şəxs “Tayson” deyə çağırdıqları Təqsirləndirilən şəxsla aralarında davalarının yarandığını, Zərərçəkmiş şəxs atasının Təqsirləndirilən şəxs yanına gəldiyini və aralarında dava zamanı Təqsirləndirilən şəxs Melnikovun atasını döyərək öldürdüyünü demişdir. O, Zərərçəkmiş şəxs Karabanovo sakini kimi tanımış, onunla yaxın münasibət saxlamışdır. Zərərçəkmiş şəxs atası Zərərçəkmiş şəxs Andreyeviçi da Karabanovo sakini kimi tanımış, həm də maşınını təmir etdirmək üçün həmişə sonuncuya vermişdir. O, “Tayson” deyə çağırdıqları Təqsirləndirilən şəxs da Karabanovo sakini kimi tanımış, məclislərdə salamlaşmışdır, amma yaxın münasibəti olmamışdır. Hadisə ilə bağlı həmçinin bildirir ki, həmin vaxt Zərərçəkmiş şəxs Andreyeviç maşının yanında yerdə uzanıqlı vəziyyətdə olmuş, yerindən tərpənməmişdir. İnsanlar sonuncunun öldüyünü demişlər. Zərərçəkmiş şəxs həmin vaxt çox əsəbi olmuş, lakin Təqsirləndirilən şəxs yaxınlaşmamışdır, atasının yanında olmuşdur. Sonra polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gələrkən Təqsirləndirilən şəxs orada yox idi, sonuncunun nə vaxt getdiyini bilməmişdir. Həmin hadisədən sonra o, Təqsirləndirilən şəxs ümumiyyətlə görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə iş üzrə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Karabanovo şəhər sakini kimi tanımışdır. Onun Təqsirləndirilən şəxsla yaxın münasibəti olmamışdır, sadəcə həm şəhər sakini kimi, həm də həmyerli kimi görüşəndə salamlaşmışlar. Təxminən 2008-ci ilin oktyabr ayında o, Karabanovo şəhər sakinlərindən Təqsirləndirilən şəxs tanımadığı şəxslə münaqişəsinin yarandığını və aralarında dava düşdüyünü eşitmişdir. Sonradan Təqsirləndirilən şəxs dalaşdığı həmin adamın öldüyünü eşitmişdir, lakin həmin şəxsin hansı səbəbdən öldüyünü bilməmişdir. O, həmin hadisəni eşitdikdən sonra isə Təqsirləndirilən şəxs ümumiyyətlə görməmişdir. Bundan başqa, şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, X6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə saat 22:00-da rəfiqələri Teryoxina, Salaqina, Obiralkova ilə birlikdə şəhər klubuna diskotekaya getmişdir. Təxminən saat 23.30-da o, küçəyə çıxmış, çünki diskoteka artıq bitmişdir. O, diskotekaya girişdən bir neçə metr aralıqda çoxlu adamların olduğunu görmüş və oradan bərk səslər gəldiyini eşitmişdir. Yolda onun sinif yoldaşı Zərərçəkmiş şəxs maşınının durduğu görmüş və oraya yaxınlaşanda maşının yanında bir kişinin yerə uzanıqlı vəziyyətdə olduğunu və “Tayson” ləqəbli bir nəfər cavan oğlanın yerdə uzanan kişini döydüyünü görmüşdür. O, həmin oğlanı tez-tez şəhərdə və həmçinin diskotekada görmüşdür. Yerdə uzanan kişinin üzü və başının qan içində olduğunu görmüşdür. Tayson kişini əli və ayağı ilə başından vururmuş, lakin neçə dəfə zərbə yetirdiyini dəqiq bilməmiş, ancaq zərbələrin çoxlu sayda olduğunu hesab etmişdir. Tayson həmin kişini təxminən 15-20 dəqiqə ərzində döymüşdür. Tayson kişinin başına və boğazına, həmçinin bədəninə hoppanmaqla döyməyə davam edirmiş. Sonra orada olan uşaqlar Taysonu aralamağa çalışmışlar. Bu an onun sinif yoldaşı Zərərçəkmiş şəxs Taysonu aralamağa çalışaraq, bərk qışqırmışdır. Dmitriy qışqıraraq demişdir ki, “Tayson onun atasını döyür”. Bu an o, Taysonun döydüyü adamın Zərərçəkmiş şəxs atası olduğunu başa düşmüşdür. Melnikovun maşını kənarda dayanmışdır. Zərərçəkmiş şəxs atası yerdə, asfaltın üstündə maşından 1 metr məsafədə uzanmışdır. Baş verəni izləyən qalan şaxslər yolda durmuşlar. Tayson həmin an çox aqressiv olmuş və çox güclü zərbələr yetirmişdir. Uşaqlardan kimsə qışqıraraq demişdir ki, “o, Dmitrinin atasının döyülməyini dayandırsın, o, artıq onu öldürüb”, bu sözlərin kim tərəfindən deyildiyini o, xatırlamır. Bundan sonra Tayson Dmitriyin atasına tərəf əyilmiş, əli ilə onun sifətindən vurmuş və getmişdir. Orada olanlardan kimsə təcili tibbi yardım çağırmışdır. Bu an Dmitriy öz atasını maşının arxa oturacağına çəkməyə başlamışdır. Sonra təcili tibbi yardım əməkdaşları gəlmiş və feldşer Dmitriyin atasının öldüyünü demişdir. Bundan sonra onlar hamısı polis şöbəsinə getmişlər. Zərərçəkmiş şəxs atasını ancaq Tayson döymüş, orada olan digər şəxslər Zərərçəkmiş şəxs döyməmişdir. Tayson Dmitriyin başına və boğazına yerdən hoppanmış, yəni o, yerdə durmuş və birinci dəfə onun boğazına hoppandığını, sonra isə Tayson Dmitriyin atasının üzərinə təxminən 3-5 dəfə hoppanmış, arada isə onu ayağı ilə döymüşdür. Hal-hazırda o, Tayson adlı oğlanı xatırladığını və onu həm şəkil üzrə, həm də şəxsən görsə tanıya biləcəyini bildirmişdir. Əvvəllər o, sonuncunu küçədə çox görmüş və görünüşünü xatırlamışdır. Sonuncunun sifəti yadda qalan olmuşdur. Hal-hazırda o, sonuncunu üzündən, üz cizgilərindən, gözlərin, qaşların forması və yerləşməsi üzrə, ağız və burun forması üzrə tanıdığını bildirmişdir. Şahid X6 bundan əlavə bildirmişdir ki, onların şəhərində hər kəs Təqsirləndirilən şəxs tanımış, onunla çox adam danışmış və onu Tayson və ya Saşa adlandırmışlar. Sonuncu özünü hər kəsə belə təqdim etmişdir. Sonuncunun əsl adını az adam bilmişdir (iş vərəqə: cild İ, səh. 166-167). Göstərilənlərdən başqa, Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid8 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə o, dostu Umayev Şamil ilə şəhər klubuna diskotekaya getmişdir. Onlar kluba saat 23 radələrində gəlmişlər. O, zalda 30 dəqiqəyə yaxın olmuş, sonra Şamil ilə küçəyə çıxmışlar. Şamil telefona pul vurmaq üçün “OVEN” mağazasına getmişdir. Klubdan küçəyə çıxanda o, Oleq adında tanışını görmüşdür. Onlar Oleq ilə durub söhbət etmişlər, təxminən 3 dəqiqədən sonra o, klubdan ona tanış olan, soyadını bilmədiyi, ancaq hamının “Tayson” adlandırdığı oğlanı görmüşdür. O, Taysonun sağ əlinin ovcu sarılmış vəziyyətdə olduğunu, həmçinin üzünün yaş olduğunu görmüşdür. O, Taysondan nə baş verdiyini soruşmuş, lakin sonuncu ona cavab verməmiş və yanından ötüb keçmişdir. Təxminən 2 dəqiqədən sonra Taysonun hansısa bir kişi ilə dalaşdığını görmüşdür. O, sonuncular tərəfə qaçmış və bu vaxt onların tərəfinə bir oğlan qaçdığını və o, həmin oğlanı ancaq üzdən tanıdığını, həmin oğlanın əlində bita olduğunu görmüşdür. O, sonuncunu tutmuş və əlindən bitanı götürməyə çalışmış, eyni zamanda bu vaxt o, həmin oğlanın qarnından vurmuşdur. O bitanı götürəndə Taysonla dalaşan kişinin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Taysonu bu vaxt Zub ləqəbli oğlan saxlamışdır. O, davanı görəndə Tayson kişinin üzündən və bədənindən vurmuş, kişi isə heç bir müqavimət göstərməmişdir. Həmin tərəfə qaçan oğlan bita ilə Taysona zərbə yetirməmişdir. O, Taysona həmin vaxt yaxınlaşmamışdır. Bundan sonra Zub və bir neçə adam kişini yerdən qaldırmışlar və yolun əks tərəfindəki maşına qoymuşlar. Bu zaman onun dostu Şamil qayıtmış və o, sonuncu ilə evə getmişdir (iş vərəqə: cild İ, səh. 238-245). Bundan başqa, Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid9 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il tarixində saat 23:45 radələrində dostu Sergey Bolşakovla birlikdə “Lastoçka” kafesinə tərəf getmiş, şəhər klubuna yaxınlaşarkən irəlidə çoxlu insanların toplaşdığını görmüş, daha sonra açıq rəngli xarici maşının yaxınlaşdığına fikir vermişdir. Maşından iki nəfər çıxıb həmin insanlar toplaşan tərəfə qaçmışlar. İrəlilədikcə davanın başladığına şahid olmuşdur. Daha da yaxınlaşdıqda həmin maşının yaxınlığında üzü qana bulaşmış bir kişinin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Qarşı tərəfdə adını bilmədiyi, üzü qanlı, çapıqları olan bir nəfər cavan oğlan oturmuşdur. Ona “toxunma, o, mənim atamdır" demişdir. O, kişiyə yaxınlaşmış, əyilərək sağ olubolmadığına baxmış və sonuncunu qarşı tərəfdəki maşına aparmağa kömək etmək üçün ətrafdakılara səslənmişdir. Bir neçə şəxs yaxınlaşaraq köməkliklə kişini yerdən qaldırmışlar və yolun qarşı tərəfindəki maşına tərəf aparmışlar. Kişini maşının arxa oturacağına otuzdurub alnında qan izlərinin olduğuna fikir vermiş və o, dostu ilə birlikdə kişiyə tərəf yaxınlaşanda əvvəllər tanıdığı, qeyri-rus millətindən olan, Tayson ləqəbli birinin dayandığını görmüşdür. Tayson bir neçə metr aralıda dayanmış və sonuncunu təxminən 4 nəfər saxlamışdır. Həmin 4 nəfər ondan sakitləşməsini tələb etmiş, bundan sonra onlar kişini maşına tərəf aparmışlar və o, açıq rəngli saçları olan, əvvəllər tanımadığı, indi isə oğlu olduğunu bildiyi cavan oğlandan kömək lazım olub-olmadığını soruşmuş, həmin oğlan daha heç nə istəmədiyini demişdir. Sonra onlar dostları ilə çıxıb getmişlər. Kişinin öldüyü barədə o 27 oktyabr 2008-ci il tarixdə öyrənmişdir (iş vərəqə: cild 2, səh. 1-3). Qeyd olunanlarla yanaşı, Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid11 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, xx.xx.2008-ci il axşam, saat neçədə olduğunu dəqiq xatırlamır, Karabanovo şəhərinin mədəniyyət mərkəzində diskotekaya getmişdir. Təxminən saat 22:30-da tanışı Zərərçəkmiş şəxsla tualetdə dayanıb siqaret çəkmişdir. Zərərçəkmiş şəxs ilə o zaman yaxşı yoldaşlıq münasibətləri olmuşdur. Hamının Saşa adlandırdığı, amma əsl adı Şükür, ləqəbi Tayson, azərbaycanlı olan gənc tualetə daxil olmuşdur. Saşanı niyə Tayson adlandırıblar, bilmir, bəlkə də güclü bədən quruluşuna malik olduğuna görə. Taysonu tanımış, görüşəndə salamlaşmışlar. O, məktəbdə oxuyanda sonuncu ilə qonşu evdə yaşamış, amma yaxın münasibətləri olmamışdır. Tualetdə Tayson yanına gəlmiş və heç nə demədən əli ilə boynunu qabağa itələmiş, onu incitməmiş, amma boğazına dəydiyi nəzərə alınarsa, nəfəs almağı çətinləşmiş, divarın yanında çömbəlmişdir. Onu itələməsinin səbəbini bilməmiş, aralarında heç bir münaqişə olmamışdır. Sonra Saşa- Tayson Zərərçəkmiş şəxs döyməyə başlamışdır. Dmitriyi döyməsinin səbəbini bilməmişdir. Taysonun Melnikovun bədəninin hansı hissələrinə vurduğunu görməmişdir, çünki o, həmin vaxt özünün boğazını tutmuşdur. Tayson Zərərçəkmiş şəxs vurandan sonra, Tayson da, Melnikov da harasa getmişlər, hara getdiklərini bilməmişdir. Sonra o, küçəyə çıxıb evə gedib yatmışdır. Ertəsi gün, gündüz Karabanovo ŞMİ işçilərindən xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinə keçən gecə Taysonun Zərərçəkmiş şəxs atası - Zərərçəkmiş şəxs Andreyeviçi döyərək öldürdüyünü öyrənmişdir. O, özü bu faktla bağlı heç nə deyə bilməmiş, çünki orada iştirak etməmişdir. xx.xx.2008-ci il tarixindən sonra Tayson son iki il ərzində Karabanovo şəhərində görünməmiş, onu bir daha görməmiş, indi harada olduğunu bilmir (iş vərəqə: cild 2, səh. 8-11). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 oktyabr 2008-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Karabanovo şəhərinin “Torqovaya meydanı” küçəsində hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin sahədən asfalt yol keçir. Həmin sahədə atılmış yeməkxana binası yerləşir. Yeməkxana binasından yolun əks tərəfində, 10 metr məsafədə gümüşü rəngli, K 756 OM 33 dövlət qeydiyyat nömrə nişanlı, “Ford Siyera” markalı maşın dayanıb. Avtomobilin yük yerinin qapağında sol tərəfdə damcı şəklində qana oxşar qonur rəngli ləkələr var. Həmin maddə kağız zərfdə qablaşdırılmış tənzif tampona götürülüb və zərfə qoyulub. Avtomobildən 1 metr məsafədə qarnı üstündə yerdə uzanmış orta yaşlı kişinin meyiti var. Meyitin üstündə aşağıdakı paltar var: açıq-qəhvəyi rəngli kurtka, boz- ağ rəngli damadama köynək, qara-ağ zolaqlı mayka, qara rəngli kəmər, qara corablar, qara rəngli qırmızı əlavələrlə krossovkalar. Meyitin sağ əli dirsəkdə bükülüb, barmaqları açılıb, əl başın üstündə yerləşir. Sol əli dirsəkdə bükülüb və döş qəfəsinə sıxılıb. Meyitin üzündə, burunda böyük qançırlar, sol gözü altında 10,5 x 1,5 sm.ölçüdə dəri çöküntüləri var. Üzdə burun arakəsmələrindən qulağa keçən yerlərdən və sağ qaşüstü qövsdən gicgaha gedən qançırlar var. Baxışda iştirak edən Zərərçəkmiş şəxs izah etmişdir ki, meyit onun atası D.A.Melnikovun meyitidir. Meyiti tədqiqat üçün və ölüm səbəbini müəyyən etmək üçün meyitxanaya göndərilmiş, avtomobil üzərindən yuyuntu götürülüb və pambıq tamponuna qablaşdırılıb. Avtomobilin ön panelindən yuyuntu götürülüb və pambıq tamponuna qablaşdırılıb (iş vərəqə: cild İ, səh. 85-91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 noyabr 2008-ci il tarixli “tanınma üçün təqdim etmə barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün digər şəxslərin şəkilləri ilə eyni zamanda Təqsirləndirilən şəxs şəkilləri təqdim edilmiş və tanıyan Zərərçəkmiş şəxs tanınma üçün təqdim edimiş şəkillərə baxmış və 2 nömrəli şəkildə olan şəxsi göstərərək 25 oktyabr 2008-ci il tarixdə Aleksandrov rayonunun, Karabanovo şəhəri, “Torqovaya meydanı küçəsində yerləşən şəhər klubunun bilavasitə yaxınlığında onun atası D.A.Melnikovun başına, bədəninə və əl-ayaqlarına zərbə yetirən şəxsi tanıdığını, o, Təqsirləndirilən şəxs üz formasından, burnuna, gözlərinə görə tanıdığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 139-144). Hadisə yerinə baxış keçirilməsi barədə 10 may 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə Vladimir vilayəti, Aleksandrov rayonu, Karabanovo şəhəri, “Torqovaya meydanı” küçəsi, ev 3 ünvanında yerləşən sahəyə baxış keçirilərkən baxışda iştirak edən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə dostları ilə həmin diskotekaya gəlmiş, orada avtomobil yolunu göstərərək bildirmişdir ki, məhz həmin yerdə xx.xx.2008-ci il tarixdə saat 23.30 radələrində Təqsirləndirilən şəxs onun atasını döymüş və başının üstündə hoppanaraq atasına çoxsaylı zərbələr yetirmiş, bu səbəbdən atası ölmüşdür. Sonra Zərərçəkmiş şəxs Karabanovo şəhərininin Mədəniyyət Evinin binasının girişindən 100 metr məsafədə yerləşən avtomobil yolunun sahəsində onun atasının maşınının dayandığını göstərmiş, o, atasını döyüləndən sonra ora gətirdiyini və orada atasının öldüyünü bildirmişdir (iş vərəqə: cild İ, səh. 128-134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 aprel 2020-ci il tarixli “tanınma üçün təqdim etmə haqqında” protokoldan görünür ki, şahid X3 iştirakı ilə cinayət işi üzrə tanınma üçün digər şəxslərin şəkilləri ilə eyni zamanda Təqsirləndirilən şəxs şəkili təqdim edilmiş, şəkillər fotocədvələ yapışdırılıb və onların sıra sayları var. Tanıyan X6 tanınma üçün təqdim edilmiş şəkillərə baxmış və bildirmişdir ki, 1 nömrəli şəkildə olan şəxsi o, tanımışdır, 2008-ci ildə Vladimir vilayətinin, Aleksandrov rayonunun, Karabanovo şəhərində yaşayan “Tayson” adlı oğlandı. 25 oktyabr 2008-ci il tarixdə saat 23:30 radələrində Aleksandrov rayonunun, Karabanovo şəhəri, “Torqovaya meydanı küçəsində yerləşən şəhər klubunun yanında asfaltda uzanmış D.A.Melnikovu məhz bu oğlan döymüşdür. Bu oğlanı yaxşı yadda saxlamış, onu Karabanovo şəhərində dəfələrlə görmüş və üzünü yaxşı tanımışdır. Cinayət işi üzrə ifadə verərkən, o məhz həmin şəxsi nəzərdə tutmuş və məhz onu “Tayson” adlandırmışdır. Tanınmanın nəticəsi: Təqsirləndirilən şəxs (iş vərəqə: cild İ, səh. 168-171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2020-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şahid X4 ifadəsinin yerində yoxlanılmasından əvvəl şahidə ifadələri yoxlandığı yeri göstərmək təklif olunmuş, Sadıkova qeyd etmişdir ki, onun ifadəsi Vladimir vilayəti, Aleksandrov rayonu, Karabanovo şəhəri, “Torqovaya meydanı” küçəsi, ev 3 ünvanında yerləşən Karabanovo şəhərinin Mədəniyyət Evinin yanında yoxlanılacaq. Şahid X6 Mədəniyyət Evinə girişdən sol tərəfdə 23 metr məsafədə yerləşən avtomobil yolunun sahəsinə keçmiş və xx.xx.2008-ci il tarixdə saat 23.30 radələrində Təqsirləndirilən şəxs D.A.Melnikovu döydüyü zaman D.A.Melnikovun məhz bu yerdə və bu vəziyyətdə uzandığını izah edərək, insan manikenini asfalt yoluna uzandırmışdır. Həmçinin şahid X6 izah etmişdir ki, Təqsirləndirilən şəxs özü zərbələri yetirdiyi anda bu an o durduğu yerdə durmuşdu (Foto 2). Sonra şahid X6 avtomobil yolunun səki tərəfinə keçmiş və xx.xx.2008-ci il tarixdə saat 23.30 radələrində özü dayandığı yeri və Dadaşov X16 zərbələr yetirdiyi yeri göstərmişdir (Foto 3). Sonra şahid X6 xx.xx.2008-ci il tarixdə saat 23.30 radələrində Təqsirləndirilən şəxs ayağında iman ayaqqabısı ilə D.A.Melnikova çoxsaylı zərbələr yetirdiyi yerə yaxınlaşmış və izah etmişdir ki, Dadaşov ayaqla çoxlu sayda güclü zərbələr endirirdi. Dadaşov əli və ayağı ilə D.A.Melnikovu vururdu. O, D.A.Melnikovu başından, bədənindən hər iki ayağı ilə növbə ilə vurmuşdur. Şahid X6 maniken üzərində Dadaşovun D.A.Melnikova yetirdiyi zərbələri nümayiş etdirmişdir (Foto 4). Sonra şahid X6 maniken üzərində Dadaşovun D.A.Melnikova yetirdiyi əl zərbələrini, sonra Melnikovu yuxarıdan aşağıya vurduğunu, əli ilə Melnikovun başına zərbələr vurduğunu (Foto 5), sonra Melnikovun başına və boğazına necə hoppandığını göstərmiş və izah etmişdir ki, Dadaşov hər iki ayağı ilə hoppanmış, o, Dadaşovun ayaqlarının Melnikovun başına və boğazına necə dəydiyini görmüşdür (Foto 6,7) (iş vərəqə: cild İ, səh. 175-183). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 may 2020-ci il tarixli “tanınma üçün təqdim etmə haqqında” protokoldan görünür ki, şahid X2 iştirakı Təqsirləndirilən şəxs şəkili təqdim edilmişdir. Tanıyan X5 tanınma üçün təqdim edilmiş şəkillərə baxmış və bildirmişdir ki, 3 nömrəli şəkildə olan şəxsi o tanımış: 2008-ci ildə Vladimir vilayətinin, Aleksandrov rayonunun, Karabanovo şəhərində yaşayan “Tayson” adlı oğlan olduğunu bildirmişdir. 25 oktyabr 2008-ci il tarixdə saat 23.30 radələrində Aleksandrov rayonunun, Karabanovo şəhəri, “Torqovaya meydanı” küçəsində yerləşən şəhər klubunun yanında asfaltda uzanmış D.A.Melnikovu məhz bu oğlan döymüşdür. Bu oğlanı yaxşı yadda saxlamış, onu Karabanovo şəhərində dəfələrlə görmüş və üzünü yaxşı tanımışdır. Cinayət işi üzrə ifadə verəndə, o, məhz onu nəzərdə tutmuş və məhz onu Tayson adlandırmışdır. Tanınmanın nəticəsi: Təqsirləndirilən şəxs olmuşdur (iş vərəqə: cild İ, səh. 195-198). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 may 2020-ci tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, şahid X5 Mədəniyyət Evinə girişdən sol tərəfdə 23 metr məsafədə yerləşən avtomobil yolunun sahəsinə keçmiş və xx.xx.2008-ci il tarixdə saat 23.30 radələrində Dadaşov Melnikovu döydüyü zaman D.A.Melnikovun məhz bu yerdə və bu vəziyyətdə uzandığını izah edərək, insan manikenini asfalt yoluna uzandırmışdır. Həmçinin şahid X5 izah etmişdir ki, Təqsirləndirilən şəxs özü zərbələri yetirdiyi anda bu zaman o, durduğu yerdə dayanmışdır (Foto 2). Sonra şahid X5 avtomobil yolunun səki tərəfinə keçmiş və xx.xx.2008-ci il tarixdə saat 23.30 radələrində özü dayandığı yeri və Təqsirləndirilən şəxs Melnikova zərbələr yetirdiyi yeri göstərmişdir (Foto 3). Sonra şahid X5 xx.xx.2008-ci il tarixdə saat 23.30 radələrində Təqsirləndirilən şəxs ayaqları ilə D.A.Melnikova çoxsaylı zərbələri yetirdiyi yerə yaxınlaşmış və izah etmişdir ki, Təqsirləndirilən şəxs ayaqla zərbələri çox möhkəm vurmuşdur. Təqsirləndirilən şəxs əli və ayağı ilə D.A.Melnikovu başından, bədənindən hər iki ayağı ilə növbə ilə vurmuşdur. Şahid X5 maniken üzərində Təqsirləndirilən şəxs D.A.Melnikova yetirdiyi zərbələri nümayiş etdirmişdir (Foto 4,5) (iş vərəqə: cild İ, səh. 199- 205). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 aprel 2020-ci il tarixli “müqayisəli tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan görünür ki, Şahid6 aşağıdakı nümunələr alınmışdır: Pambıq çubuğun üstündə bulal epiteliy nümənəsi, şprits kağız zərfə qablaşdırılmış, üzərində “RF Vladimir vilayəti üzrə İK İİ Aleksandrov şəhəri izrə İŞ paketlər üçün” möhür vurulmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan mərhum D.A.Melnikovun barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 24 noyabr 2008-ci il tarixli, 793 saylı rəyindən görünür ki, 1. D.A.Melnikovun meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş və üz nahiyəsində:Baş və üz bölgəsində: sağda alnında iki aşınma; solda alnında aşınma; sol gözün nahiyəsində iki yara; sol infraorbital bölgənin göyərmə və aşınması; sağ infraorbital nahiyədə göyərmə və 4 sıyrıq; burun arxa hissəsində iki sıyrıq; sağdakı alt dodağın keçid qatının bölgəsində yara; çənə nahiyəsində sıyrıqlar; submandibular bölgədə üç aşınma; başın yumşaq intequmentinin daxili səthinin tərəfdən frontal bölgədə iki qanaxma; daxili səth tərəfdən sağda oksipital bölgədə başın yumşaq intequmentində qanaxma; boyun nahiyəsində: dərialtı toxumada, boyun əzələlərində, qalxanabənzər vəzdə, faringeal selikli qişada geniş qanaxma; tiroid qığırdağının sınığı; solda yuxarı sümüyün böyük buynuzunun sınığı; sinə nahiyəsində: 4 qabırğanın sınıqları, yəni: 2,3,4,5; sağda iki qabırğanın qırıqları, yəni: 2 və 3; sağ alt ayağın nahiyəsində iki sıyrıq var.1.Bu xəsarətlər küt bərk cisimlərin təsirindən yaranmışdır. Zərərin xarakteri və xüsusiyyətlərində travmatik obyektlərin identifıkasiya parametrləri göstərilmir. 2. Ölüm səbəbi qalxanabənzər vəzin qığırdaqının sınığı, aşağı sümük sümüyünün sınığı, boyun və əzələlərin dərialtı toxumasına, farenksin selikli qişasına kütləvi qanaxma ilə müşayiət olunan qapalı küt boyun zədəsi olub. Həyati təhlükəsi olan və ölümlə nəticələndiyi üçün sağlamlığına ciddi ziyan vurub.3.Altı qabırğanın sınığı 3 həftədən çox müddətə davam edən sağlamlıq pozğunluğu əsasında orta ağırlıqda sağlamlığa zərər kimi təsnif edilir. 4.Aşağı dodağın keçid qatı nahiyəsində yara kiçik zərər verən və ya səbəb olmayan kimi təsnif edilir. 5.Üz, baş və sağ ayağın nahiyəsində sıyrıq və əzilmiş xəsarətlər şəklində olan qalan xəsarətlər ayrı-ayrılıqda və ya kombinasiyada sağlamlığa heç bir ziyan vurmamışdır. 6.Zərərin məbləğinə əsasən D.A.Melnikova baş, üz, boyun, sinə və sağ ayağın aşağı hissəsində böyük və əhəmiyyətli qüvvə ilə ən azı 25 zərbə endirilib. 7. Boyun zədəsindən əvvəl D.A.Melnikov sərbəst məqsədyönlü hərəkətlər edə bilər. 8.Yaralanma zamanı duruşun qurulması üçün heç bir məlumat yoxdur. 9. D.A.Melnikovun cəsədi üzərində xəsarətlərin çoxsaylı xarakteri və bədənin müxtəlif yerlərində yerləşməsi, dava və özünümüdafiə imkanlarını istisna etmir. 10.D.A.Melnikova meyitindən götürülən qanda etil spirti aşkar edilməmişdir. 11.Meyit hadisələrinin vəziyyətinə görə, D.A.Melnikovun meyiti açılana qədər təxminən 1,5 gün olmuşdur (iş vərəqə: cild 2, səh. 105-107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan mərhum D.A.Melnikovun barəsində təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 15 may 2020-ci il tarixli, 132 saylı rəyindən görünür ki, D.A.Melnikovun cəsədinin müayinəsi zamanı bədən xəsarətləri D.A.Sadıkovanın göstərdiyi şəraitdə yarana bilərdi, dindirilməsi zamanı və onun əlamətlərinin yerində yoxlanılması zamanı nümayiş etdirilib (iş vərəqə: cild 2, səh. 114- 115). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 07 noyabr 2008-ci il tarixli, 603 saylı rəyindən görünür ki, D.A.Melnikovun qanı OaP qrupuna aiddir. Tədqiqat üçün nəzərdə tutulmuş üç tamponda qrup mənsubiyyətini təyin edərkən insan qanının olması müəyyən edildi. Beləliklə, bir tamponda (təxminən 3) qan - Avar qrupu, mənşəyini Zərərçəkmiş şəxsA.-dan istisna etmir;antigenləri - iki tamponda qanda A, B, H aşkar edildi (təxminən 1,2) - A, B, H. belə nəticələr qan AB qan qrupu olan bir şəxsdən -H antigeni ilə birlikdə alındıqda əldə edilə bilər, lakin zərərçəkmiş D.A.Melnikovdan deyil (onun qanı ilə insanların qanını qruplarla qarışdırarkən) - AB, AA, Ba (iş vərəqə: cild 2, səh. 121-124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 03 dekabr 2008-ci il tarixli, 626 saylı rəyindən görünür ki, 07 noyabr 2008ci il tarixli, 603 nömrəli rəyə əsasən zərərçəkmiş D.A.Melnikovun qanı Oaf3 qrupuna aiddir. Bir köynəkdə / təxminən 1 - 14 /, bir gödəkçə / təxminən 15 - 33 / insanın qanı üçün nəzərdə tutulmuşdur. köynəkdə / təxminən 1, 4 - 7,9 - 12 /, gödəkçə / təxminən 18, 25, 29 - 33 / qurban D.A. Melnikovun qrupunun qanı.- Bir köynəkdə / təxminən -8 / qrupun qanında - İn, gödəkçədə / təxminən 15,16,19, 20,23, qrupun qanı - A03, beləliklə, bu obyektlərdə qan Zərərçəkmiş şəxsA. məxsusdur. Köynəkdə / təxminən 13 /, gödəkçədə / təxminən 17, 21 / antigenlər - A, B, H aşkar edildi, bu ləkələrdə qan izi bir qan qrupu ilə bir insandan gələ bilər, eyni zamanda antigen - H, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs deyil. A. qanını qrupları olan şəxslərin qanına qarışdırmaq - Ap, Ba və AB (iş vərəqə: cild 2, səh. 131-133). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əlavə məhkəmə-bioloji ekspertizasının 29 noyabr 2010-cu il tarixli, 658 saylı rəyindən görünür ki, şahid Zərərçəkmiş şəxs qanı Oa3 qrupuna aiddir. 07 noyabr 2008-ci il tarixli 603 saylı rəyə uyğun olaraq zərərçəkmiş D.A.Melnikovun qanı Oa(3 qrupuna aiddir. Tədqiqata təqdim edilmiş üç ədəd pambıq tamponda insan qanının olması müəyyən edilib, qrup mənsubiyyətinin müəyyən olunması zamanı aşağıdakı nəticələr əldə edilib: Tamponlardan birində (nümunə 3) qan Oap qrupuna qrupuna aiddir, bu da onun zərərçəkmiş D.A.Melnikova məxsus olmasını istisna etmir. Digər iki pambıq tamponda (nümunə 1, 2) A, B, H antigenləri aşkar edilib, belə nəticələr zərərçəkmiş D.A.Melnikovun deyil, yanakı H antigeni ilə olan AB qan qrupuna malik şəxsdən və yaxud AB, Ap, Ba qan qrupuna malik şəxslərin qanlarının qarışdırılması zamanı əldə edilə bilərdi. 03 dekabr 2008-ci il tarixli, 626 saylı rəyə uyğun olaraq tədqiqata təqdim edilmiş “Köynəkdə / nümunə 1/, gödəkçədə /nümunə 15-33/ insan qanı mövcuddur. Köynəkdə /nümunə 1, 4- 7, 9-12/, gödəkçədə /nümunə 18, 25, 29-33/ qan qrupu zərərçəkmiş D.A.Melnikovla eynidir. Köynəkdə / nümunə 8/ qan qrupu - Ba, gödəkçədə /nümunə 15, 16, 19, 20, 23, 24/ - qan qrupu Ap, beləliklə həmin obyektlərdəki qan zərərçəkmiş D.A.Melnikova məxsus ola bilməzdi. Köynəkdə /nümunə 13/, gödəkçədə /nümunə 17, 21/ A, B, H antigenləri müəyyən edilib, deməli, həmin ləkələr zərərçəkmiş D.A.Melnikovun deyil, yanakı H antigeni ilə olan AB qan qrupuna malik şəxsdən və yaxud Ap, Ba və ta AB qan qrupuna malik şəxslərin qanlarının qarışdırılması zamanı yarana bilərdi”. Yuxarıda deyilənləri nəzərə alaraq, belə bir qənaətə gəlinir ki, hər üç pambıq tamponda, köynəkdə /nümunə 1,4-7, 9-13/, gödəkçədə /nümunə 18, 17, 21, 25, 29-33/ qan ləkələrinin mənşəyinin həmin qan qrupuna malik şahid Zərərçəkmiş şəxs məxsus olub olmamasını müəyyən etmək mümkün deyil (iş vərəqə: cild 2, səh. 140-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan molekulyar-genetik məhkəmə ekspertizasının 22 may 2020-ci il tarixli, 145/91 saylı rəyindən görünür ki, D.A.Melnikovun köynəyi, gödəkçəsi, avtomaşından üç tampon yuyulmalarda olan bioloji izlərdən və Ş.A.Dadaşovun bukkal epitel nümunəsindən DNK preparatları əldə edilmişdir. Həmin preparatlar üçün real zaman kəsimində enzimatik DNK amplifıkasiyası kəmiyyət sistemindən istifadə etməklə matrisa fəallığının və polimeraz zəncirvari reaksiyanın təhlili və molekulyar-genetik fərdiləşdirmə metodlarının tətbiq edilməsi ilə ekspert eyniləşdirmə tədqiqatı aparılıb. Aparılan tədqiqat nəticəsində, ekspertin sərəncamında olan işin hallarının nəzərə alınması ilə aşağıdakı qənaətlər əldə edilib: D.A.Melnikovun köynəyində bioloji izlərdən alınan (nümunə 1-7, 9-12, 14), avtomobilin arxa oturacağının üzləməsindən tampon yuyulmalardan (nümunə 36) alınan DNK preparatları özlərinin genotip əlamətlərinin məcmusu üzrə Ş.A.Dadaşovun bukkal epitel nümunəsinin genotip allel kombinasiyaları ilə üst- üstə düşməyib. Aşkar edilən uyğunsuzluq həmin izlərinin Ş.A.Dadaşov və onun qohumuna (oğluna) məxsus olmasını istisna etməyə imkan verir. Bioloji izlər naməlum kişiyə məxsusdur № 1, onun da nümunələri tədqiqata təqdim edilməyib. D.A.Melnikovun köynəyində bioloji izlərdən alınan (nümunə 8), avtomobilin qabaq panelindən tampon yuyulmalardan (nümunə 34), a/m-in səthindən tampon yuyulmalardan (nümunə 35) alınan DNK preparatları özlərinin genotip əlamətlərinin məcmusu üzrə Ş.A.Dadaşovun bukkal epitel nümunəsinin genotip allel kombinasiyaları ilə üst-üstə düşməyib. Aşkar edilən uyğunsuzluq həmin izlərinin Ş.A.Dadaşov və onun qohumuna (oğluna) məxsus olmasını istisna etməyə imkan verir. Bioloji izlər naməlum kişiyə məxsusdur № 2, onun da nümunələri tədqiqata təqdim edilməyib. D.A.Melnikovun köynəyində bioloji izlərdən alınan (nümunə 13) DNK preparatları özlərinin genotip əlamətlərinin məcmusu üzrə Ş.A.Dadaşovun bukkal epitel nümunəsinin genotip allel kombinasiyaları ilə üst-üstə düşməyib. Aşkar edilən uyğunsuzluq həmin izlərinin Ş.A. Dadaşov və onun qohumuna (oğluna) məxsus olmasını istisna etməyə imkan verir. Bioloji izlər naməlum kişiyə məxsusdur № 3, onun da nümunələri tədqiqata təqdim edilməyib. Vərəsəlik qanunlarına uyğun olaraq uşağın genomunda yalnız elə allellər mövcuddur ki, onlar anada və bioloji atada aşkar edilirlər.3 saylı naməlum kişinin və Ş.A.Dadaşovun PDAF profillərinin müqayisəli analizi göstərdi ki, fərdiləşdirmə sisteminin molekulyargenetik tədqiqatının 21- dən 20-də şərti atanın allelləri 3 saylı naməlum kişinin genomunda ən azı bir allel üzrə aşkar edilir. Belə üst-üstə düşmələr 1 saylı kişinin genomunda onun həqiqi atasından əmələ gələn allellər kimi qəbul edilir. 21 tədqiqatdan birindəki lokus üçün bu şərt yerinə yetirilmir. Lakin bu SE33 geninin mutasiya dəyişikliklərinin baş verməsi səbəbindən mümkün ola bildiyi üçün bu üst-üstə düşməməni təsadüfi hesab etmək olar, belə ki, SE33 lokusunda ata mutasiyası ilə əlaqədar genotiplərdə aşkar edilən fərqlilik hesablamalara görə onların digər 20 lokus üzrə təsadüfi üst-üstə düşmə ehtimalından 1600 dəfədən çoxdur. Beləliklə, D.A.Melnikovun köynəyindəki bioloji izlər (nümunə 13) Ş.A.Dadaşovun bioloji qohumundan (oğlundan) əmələ gələ bilərdi. 3 saylı naməlum kişinin (nümunə 13) və Ş.A.Dadaşovun (nümunə 37) DNK xromosomlarının üst-üstə düşməsini qanunauyğun hesab etmək olar, yəni ata və oğulun qan qohumluğu, valideynlik əlaqələri ilə, azı 99,999834% ehtimalı ilə şərtlənir (iş vərəqə: cild 2, səh. 148-160). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli qərarla maddi sübut kimi tanınmış nəqliyyat vasitəsinin qabaq panelindən, arxa oturacaqdan və avtomobilin üzərindən qonur rəngli ləkələrin nümunəsi, Şahid6 bukkal epitelisnin nümunəsi maddi sübut kimi tanınmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “videokonfrans əlaqə sistemindən istifadə etməklə üzləşdirmə haqqında” 17 iyun 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs onlar klubdan çıxandan sonra aralarında münaqişə yarandığını, klubun daxilində, sonra o, klubdan çıxaraq Təqsirləndirilən şəxs incidiyi üçün bir neçə dəqiqədən sonra kluba atası ilə birlikdə geri qayıtdığını, Təqsirləndirilən şəxsla aralarında olan münaqişəni həll etmək istədiyini və onların arasında dava başladığını, Təqsirləndirilən şəxs onun atasını öldürdüyünü və şahid qismində verdiyi ifadəsini Təqsirləndirilən şəxs videokonfrans vasitəsi ilə üzünə qarşı deməklə onu ifşa etmişdir (iş vərəqə: cild 7, səh. 82-87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 iyun 2022-ci il tarixli “videokonfrans əlaqə sistemindən istifadə etməklə üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxsla şahid Anastasiya Sadıkova arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı şahid Anastasiya Sadıkova xx.xx.2088-ci il tarixdə saat 23:30-da o, Vladimir vilayəti, Aleksandrov rayonu, Karabanovo şəhəri, “Torqovaya meydanı” küçəsi, ev 3 ünvanında yerləşən Karabanovo şəhərinin Mədəniyyət Evinin yanıda olduğunu və həmin vaxt Tayson adı ilə tanıdığı Təqsirləndirilən şəxs D.A.Melnikovu döydüyünü gördüyünü, Təqsirləndirilən şəxs Melnikova yetirdiyi zərbələrin onu çox qorxutduğunu, ona görə yadında qaldığını, Dadaşovun həmin vaxt çox aqressiv olduğunu, hirslə D.A.Melnikova zərbələr vuduğunu, o, klubdan çıxarkən D.A.Melnikovun asfaltda uzandığını, sonuncunun Ş Ş. Dadaşov üçün heç bir təhlükə yaratmadğını, D.A.Melnikovun artıq müqavimət göstərə bilmədiyini və müdafiə oluna bilmədiyini, Dadaşovun D.A.Melnikova əli və ayağı ilə başından, bədənindən vurduğunu, bundan sonra əyilib növbə ilə hər iki əli ilə vurduğunu, bundan sonra Təqsirləndirilən şəxs yerdən bir neçə dəfə D.A.Melnikovun üstünə hoppandığını, Təqsirləndirilən şəxs hamının tanıdığını, sonuncunu “Tayson” və ya “Saşa” adlandırdıqlarını, şahid qismində verdiyi ifadəsini Təqsirləndirilən şəxs videokonfrans vasitəsi ilə üzünə qarşı deməklə onu ifşa etmişdir (iş vərəqə: cild 7, səh. 78-81, 87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən RF Vladimir vilayəti Aleksandrov şəhəri üzrə İK İİ İstintaq şöbəsinə daxil olan 29 aprel 2020-ci il tarixli, 9492 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının diplomatik nümayəndəliklərində və konsulluq müəssisələrində Rusiya Federasiyası vətəndaşlığını almış şəxslər içərisində yoxdur (iş vərəqə: cild 2, səh. 58-60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs aid Miqrant-1 XPT ******* nömrəli dosyesindən görünür ki, Dadaşov X20 D/Y avtomobillə xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyası, Vladimir vilayəti, Aleksandrov rayonuna xx.xx.2008-ci il tarixdə daxil olmuş və xx.xx.2008-ci il tarixdə Belidji D/Y avtomobillə ölkədən çıxmış, həmçinin xx.xx.2006-cı il tarixə RF müəyyən olunmuş ölkəyə daxil olma (yaşama) qaydalarının pozmuş (RF İXM 18.8-ci maddə, xx.xx.2006) və onun barəsində inzibati cəza təyin edilmişdir (iş vərəqə: cild 2, səh. 64). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Rusiya Federasiyası Vladimir vilayəti DİN Miqrasiya məsələləri idarəsindən Aleksandrov şəhərinin istintaq idarəsinə daxil olan 03 iyun 2020-ci il tarixli, 24/4-5964 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşlığını almamış və ya Rusiya Federasiyasının vətəndaşlığından çıxmaq üçün ərizə ilə Rusiya DİN-in Vladimir vilayəti üzrə Administrasiyasına müraciət etməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən xx.xx.2018-ci il tarixədək qüvvədə olan, Azərbaycan Respublikası vətəndaşının P N2 ******* seriyalı pasportu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vətəndaşıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası vətəndaşının pasportu haqqında sənədləşməyə dair məlumatlar X25 Nazirliyinin uçotunda saxlanılır (iş vərəqə: cild 2, səh. 64). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “axtarış aparılması haqqında” 03 dekabr 2008-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus əşyaları, paltarı və ayaqqabını axtarıb müsadirə etmək məqsədilə Karabanovo səhəri, Pobeda küçəsi, ev 8, mənzil 81 ünvanında axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl müstəntiq tərəfindən 29 oktyabr 2008-ci il tarixli axtarış haqqında qərar verilmişdir ki, bundan sonra da X12 Təqsirləndirilən şəxs paltarının və ayaqqabısının təhvil verilməsi təklif edilmişdir. Qeyd olunan əşyalar, sənədlər və dəyərli əşyalar yoxdur. Axtarış zamanı heç nə götürülməmişdir (iş vərəqə: cild İ, səh. 94-96). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Rusiya Federasiyası DİN Daxili İşlər İdarəsindən Aleksandrov şəhəri üzrə istintaq şöbəsinə daxil olmuş 20 mart 2009-cu il tarixli, №15/167-09 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası dövlət sərhədini keçməsi barədə məlumatlar yoxdur. Təqsirləndirilən şəxs sənədləri əldə etməsi barədə məlumatlar müəyyən edilməyibdir (iş vərəqə: cild 2, səh. 182). Cinayət işinin materiallarında olan Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin Vladimir vilayəti üzrə İstintaq İdarəsinin Aleksandrov şəhəri üzrə İstintaq şöbəsinə Aleksandrov rayonu üzrə DİŞ-dən daxil olmuş 20 mart 2009-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qohumlarından Aleksandrov rayonu, Karabanovo şəhəri ərazisində yalnız atası Şahid6 Əsgər oğlu yaşayır (iş vərəqə: cild 2, səh. 184). Cinayət işinin materiallarına əlavə edilmiş Aleksandrov rayonu üzrə Dİİ CAŞ ə/m tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikası, ünvan 2 ünvanında yaşayan vətəndaş Şahid6 Əsgər oğlunun yaşama ünvanı yoxlanılıb. Yoxlama zamanı 8 saylı mənzilin qapısını açan olmayıb, qonşularla söhbət aparılıb. Söhbət zamanı müəyyən edilib ki, vət. Şahid6 vətəninə Azərbaycan Respublikasına gedib və onun nə vaxt geri qayıdacağı məlum deyil (iş vərəqə: cild 2, səh. 190). Cinayət işinin materiallarına əlavə edilmiş Aleksandrov şəhəri istintaq idarəsinə Məhkəmə Tibb Ekspertizasının Aleksandrov rayon bölməsindən daxil olmuş 07 fevral 2011-ci il tarixli məktubundan görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs aid meyid, xx.xx.2008-ci il tarixindən etibarən, xx.xx.2011-ci il tarixə kimi Vladimirskiy rayon Məhkəmə Tibb Ekspertizasının Aleksandrov rayon bölməsinin morquna daxil olmayıb. Cinayət işinin materiallarına əlavə edilmiş Aleksandrov rayonu Aleksandr Mərkəzi Rayon Xəstəxanasından Aleksandrov Şəhər Prokurorluğu Aleksandrov Şəhəri üzrə İstintaq Komitəsinə daxil olmuş 14 fevral 2011-ci il tarixli, 127 saylı məktubdan görünür ki, Aleksandrov mərkəzi rayon xəstəxanası bildirir ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.2008-ci ildən xx.xx.2010-cu il tarixə qədər xəstəxanalarında müalicə almayıb (iş vərəqə: cild 2, səh. 207). Cinayət işinin materiallarına əlavə edilmiş Vladimir vilayəti üzrə Dİİ Məlumat mərkəzindən Aleksandrov Şəhər Prokurorluğu Aleksandrov Şəhəri üzrə İstintaq Komitəsinə daxil olan 02 noyabr 2010-cu il tarixli məlumatdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində 05 noyabr 2008-ci il tarixdə axtarış işi başlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Karabanovo şəhər idarəsinin polis idarəsindən Aleksandrov Şəhər Prokurorluğu Aleksandrov Şəhəri üzrə İstintaq Komitəsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur (iş vərəqə: cild 3, səh.20, 23). Cinayət işinin materiallarına əlavə edilmiş Vladimir vilayəti üzrə Rusiya VDİN Aleksandrov rayonu üzrə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi (Aleksandr rayonu üzrə Rusiya DİNŞ) Rusiya Federasiyasının İstintaq Komitəsinin Vladimir vilayəti üzrə İstintaq İdarəsinin Aleksandrov şəhəri üzrə İstintaq şöbəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1989 təvəllüdlü Təqsirləndirilən şəxs 2008-ci ildən hazırkı zamana kimi Rusiya Federasiyasinin hüdudlarını keçmək haqqında məlumatlar yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Vladimir vilayəti üzrə RF prokurorluğu yanında İstintaq komitəsinin İstintaq idarəsinin Aleksandrov rayonu üzrə İstintaq şöbəsinə daxil olmuş 19 noyabr 2010-cu il tarixli raportdan görünür ki, həmin cinayət işi üzrə nəqliyyatda Şimal Dİİ Aleksandrov st. XDİŞ-nə Təqsirləndirilən şəxs “Axtarış - Magistral” sistemi üzrə yoxlanılması barədə sorğu göndərilib. Yoxlama zamanı (arayışı Aleksandrov st. üzrə XDİŞ operativ növbətçisi, milis mayoru A.V.Ulyanovskiy tərtib edib) müəyyən edilib ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci ildən başlayaraq hazırkı dövrə qədər bilet almayıb.Yoxlama Azərbaycan Respublikası vətəndaşının P3224642 nömrəli pasportu, eləcə də soyad, ad, atasının adı üzrə aparılıb. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən Rusiya Federasiyası İstintaq Komitəsinin Vladimir vilayətinin istintaq idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır və o, axtarışdadır Cinayət işinin materialarına əlavə edilmiş 08 dekabr 2010-cu il tarixli sənədlərə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə cinayət hadisəsini törədəndən sonra istifadəsində olan ********** saylı nömrədən atası Ş.A.Dadaşovun istifadəsində olduğu ********** nömrəsinə saat 00:10 radələrində zəng etmiş və 66 saniyə müddətində danışmış, həmçinin M.M.Qurbanovun istifadəsində olan ********** nömrəsinə zəng edərək 00:12 radələrində 28 saniyə danışmış, A.V.Yerofeevanın istifadəsində olan ********** nömrəsi ilə 00:18 radələrində 47 saniyə müddətində danışmış, N.V.Boqomolovanın istifadəsində olmuş **********1 nömrəsinə 00:21 radələrində zəng etmiş və 104 saniyə müddətində danışmış, Şahid12 istidafəsində olan ********* nömrəsinə 00:25 dəqiqədə zəng etmiş və 52 saniyə danışmış, N.V.Boqomolovanın istifadəsində olan ********** nömrəsinə 00:30 dəqiqədə zəng etmiş və 46 saniyə müddətində danışmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs axtarışda olması ilə əlaqədar 28 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasında tutulmuş və 30 avqust 2021-ci il tarixdə isə o, azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 7, səh. 22, 44). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X26 Dispanserindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 523 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X26 Dispanserində dispanser müşahidəsində deyil (iş vərəqə: cild 7, səh. 135). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (iş vərəqə: cild 7, səh. 130). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər az yaşlı uşaqları var (cinayət işinin materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 7, səh.133, cild 3, səh 12). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması şahidlərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs Andreyeviçi döyməməsi və sonuncunu öldürməməsi barədə bildirdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirərək onun həmin ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli inkaredici ifadələrini verərkən, onun qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsini təsdiq edən şahidlərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və iş materiallarında olan digər mötəbər və təkzibedilməz sübutları təkzib edəcək heç bir dəlil dəqdim edə bilməmiş, həmin mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla və cinayət işinin obyektiv halları ilə onun göstərilən cinayət əməlini törətməkdə təqsirliliyi tamamilə sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyindən cinayət işi üzrə icraat 26 dekabr 2008-ci il tarixdən 26 fevral 2009-cu il tarixədək (cild 1, iş vərəqə:3-4, 7-8; cild 4, iş vərəqə 3-4; 7-9), 26 mart 2009-cu il tarixdən 19 may 2010-cu il tarixədək (cild 1, iş vərəqə:14-15, 18-20), 19 iyun 2010-cu il tarixdən 09 noyabr 2010-cu il tarixədək (cild 1, iş vərəqə:26-27, 30-32; cild 4, iş vərəqə 25-26; 29-31), 09 dekabr 2010-cu il tarixdən 09 mart 2017-ci il tarixədək (cild 1, iş vərəqə:44-45, 48-49; cild 4, iş vərəqə 45-46; 49-50), 13 mart 2017-ci il tarixdən 02 aprel 2020-ci il tarixədək (cild 1, iş vərəqə:52-53, 56-57; cild 4, iş vərəqə 53-54; 57-58), 06 may 2020-ci il tarixdən 07 may 2020-ci il tarixədək (cild 1, iş vərəqə:60-61, 64-65; cild 4, iş vərəqə 61-64; 67-68), 30 iyun 2020-ci il tarixdən 28 yanvar 2021-ci il tarixədək (cild 3, iş vərəqə:50, 61; cild 6, iş vərəqə 61-62; 77-78), 30 yanvar 2021-ci il tarixdən 11 may 2021-ci il tarixədək (cild 3, iş vərəqə:67, 73-74; cild 6, iş vərəqə 84-85;92-93) dayandırılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə cinayət təqibi üzrə icraat dayandırıla bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Odur ki, qeyd edilənlərə müvafiq olaraq, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 25 oktyabr 2008-ci il tarixdə hazırki cinayət işi üzrə törətdiyi ağır cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə bununla əlaqədar həmçinin qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2008-ci il tarixdə hazırki cinayət əməlini törətdikdən sonra 29 oktyabr 2008-ci il tarixində Rusiya Federasiyası Vladimir vilayəti üzrə prokuroluğu yanında İstintaq Komitəsinin İstintaq idarəsinin Aleksandrov şəhəri üzrə istintaq şöbəsinin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş (cild 2, iş vərəqə:35-36), o, cinayəti törətdikdən sonra hadisə yerindən qaçdığından onun barəsində 31 oktyabr 2008-cil tarixdə federal axtarış elan olunmuşdur (cild 2, iş vərəqə:47), həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsindən Rusiya Federasiyası Vladimir vilayəti DİN idarəsinə ünvanlanmış 20 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edildiyi, sonuncudan hadisə ilə bağlı izahat alındığı göstərilmiş, iş materiallarında olan 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinə verdiyi izahatından görünür ki, ona axtarışda olması barədə məlumat verilmişdir (cild 2, iş vərəqə:51-53). Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə də, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qanuna müvafiq qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini 25 oktyabr 2008-ci il tarixdə törətməsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin 20 iyun 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyadakı mətninin tətbiq edilməsinin qanunamüvafiq olduğunu hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın cinayət təqibinin həyata keçirilməsi bölməsinin 3-cü bəndində göstərilir ki, sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Yuxarıda qeyd edilən plenum qərarında formalaşan hüquqi mövqeyə görə təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı məhz onların vəziyyətini yaxşılaşdıran normaların tətbiq edilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində (20 iyun 2014cü il tarixədək qüvvədə olmuş redaksiyada) 7 (yeddi) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsində 15 (on beş) ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi, qeyd edilən cinayət əməlinə görə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddin təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran norma olmasını, həmçinin qeyd edilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddin, yəni 12 (ön iki) il azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran norma olmasını nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə münasibətdə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş sanksiya, yuxarı həddinə münasibətdə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməlidir. Məhkəmə həmin mövqeyini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqe baxımından düzgün hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 avqust 2021-ci il tarxidən 30 avqust 2021-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bərdə rayon Prokurorluğunda saxlanılan nəqliyyat vasitəsinin qabaq panelindən, arxa oturacaqdan və avtomobilin üzərindən götürülmüş qonur rəngli ləkələrin nümunəsi və Şahid6 bukkal epitelisinin nümunələri məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində (20 iyun 2014-cü il tarixədək qüvvədə olmuş redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 6 (altı) il 11( on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış Bərdə rayon Prokurorluğunda saxlanılan nəqliyyat vasitəsinin qabaq panelindən, arxa oturacaqdan və avtomobilin üzərindən götürülmüş qonur rəngli ləkələrin nümunəsi və Şahid6 bukkal epitelisinin nümunələri məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar