Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-89/2025 05.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X11 və Kərimova Samirə Səbuhi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda müvəqqəti yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü xx.xx.1994-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bərdə rayonu, Təbriz küçəsində qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə ilə qanunsuz olaraq külli miqdar narkotik vasitələri əldə edib daşıyaraq qazanc əldə etmək barədə razılığa gəldikdən sonra aralarındakı razılaşmaya əsasən Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “1941-1945” abidəsinin yaxınlığına qoyulmuş, “Whatsapp” mesajlaşma və zəng proqramı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrindən saat 23:30-dək olan müddətdə “+98 930 353 71 71” saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə narkotik vasitənin qoyulduğu məkan barədə verilən məlumat əsasında həmin gün Bakı şəhərindən Gəncə şəhərinə gəlib, tanışı X8 ilə Gəncə şəhəri, Yeni Kəlbəcər qəsəbəsində görüşüb gəlişlərinin məqsədi barədə sonuncuya məlumat verdikdən sonra narkotik vasitənin qoyulduğu yerə onları aparmağa köməklik göstərməsini xahiş etmiş, Bəxtiyar Qasımov razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “2244” taksi xidməti vasitəsilə sifariş verdiyi “Kia Ceed” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobillə saat 23:30 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “1941-1945” abidəsinin yaxınlığına aparmış, Gəncə şəhər Baş Polis İdarəsinin X5 xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 avtomobildən düşdükdən sonra aralarındakı razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan şəxsin tapşırığına əsasən üzəri ağ və qara rəngli 1 ədəd çantasında olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “1941-1945” abidəsinin yaxınlığından əldə edib daşıyarkən, Təqsirləndirilən şəxs1 isə həmin yerdə saxlanılmış, ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-də saat 00:55-də onun, Təqsirləndirilən şəxs1 və Bəxtiyar Qasımovun üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı 12 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 955 qram, 980 qram, 1020 qram, 960 qram, 1000 qram, 950 qram, 1020 qram, 950 qram, 1000 qram, 1005 qram, 975 qram və 970 qram, ümumi təmiz çəkisi 11785 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1la Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş, çayxanada oturub çay içmişlər. “İnstagram” sosial şəbəkəsində tanış olduğu İranlı şəxslə instagramda yazaraq şəxsi istifadəsi üçün 5 qram narkotik vasitə istəmişdir. Narkotik vasitənin olduğu adresi atıb götürməyi demişdir. Narkotik vasitə isə, Gəncə şəhərində “Əminə market”in yaxınlığında olmuş, narkotik vasitəni götürməyə getmiş, lakin oradakı bağlama böyük və içində də qum olduğu üçün iranlı ilə əlaqə saxlamış, sonuncu ona zəng edərək o bağlamanın başqa şəxsə aid olduğunu demiş, yeni ünvan ataraq ordan narkotik vasitəni götürməyimi demişdir. Həmin ünvana yollanıb narkotik vasitəni götürmək istədikdə isə polis əməkdaşları onu saxlamış, Gəncə şəhər Baş Polis idarəsinə aparmışlar. Polis əməkdaşları onunla birlikdə Anar, taksi sürücüsünü və Bəxtiyarı da saxlamış, Anarla Bəxtiyara ona görə fiziki zorakılıq etmiş, polis əməkdaşlarına günahları olmadığını sadəcə yanında getdiklərini demişdir. Polis əməkdaşları qarşısına çanta qoyaraq ona qadın paltarı geyindirəcəklərini və şəklini çəkib yayacaqlarını demişlər. Çantanın içərisində qadına aid iç geyimləri olmuşdur. Paltarları geyindirib şəkli çəkməklə hədələmişlər. O da məcburiyyət qarşısında onlarla razılaşmışdır. Polis əməkdaşları ilə razılaşdıqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmiş, sonra isə onu istintaq təcridxanasına göndərmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, digər narkotik vasitə istifadəçisi olmamış, ancaq nəşə (marixuana) çəkmişdir. Gəncəyə gəlməsinin məqsədi isə dostu ilə görüşmək olmuşdur. Gəncəyə gəldikdən sonra İranlı şəxsə yazmışdır. Həmin şəxslə Bakı şəhərində olduğu müddətdə “İnstagram” sosial şəbəkəsində tanış olub yazışmış, sonra isə, “WhatsApp”da yazışmışlar. İranlı ona nəşəni Gəncə şəhərində verə biləcəyini demiş, Gəncə şəhərində olduğu üçün nəşə istəmişdir. Bəxtiyar onun qohumudur. Bəxtiyar narkotik vasitə istifadəçisi deyil. Ondan kiminlə görüşdüyünü, soruşduqda onlara tanımadıqlarını dostu ilə görüşəcəyini demişdir. Narkotik vasitəni qoyduğu ərazinin adresini isə ona iranlı göndərmişdir. Taksini isə Bəxtiyar çağırmış, bunu ondan özü xahiş etmişdir. Bəxtiyarla Anar yanında olduğu üçün narkotik vasitəni götürməyə onlarla birlikdə getmişdir. Bəxtiyarla Anar taksidən düşməmiş, oturub onu gözləmişlər. Narkotik vasitə əvvəlcə “Əminə Market” tərəfdə köhnə binanın həyətində ağacın dibində olmuşdur. Əlinə götürdükdən sonra çantanın çəkisinin artıq və içində qum görüb yenidən yerinə qoymuş, İranlıya da çəkinin artıq olduğunu və həmin göndərilənlərin ona aid olmadığı demişdir. Növbəti dəfə isə ona narkotik vasitənin dediyi çəkidə olduğunu demiş, buna görə narkotikin dalıyca getmişdir. İkinci dəfə narkotik vasitəni öz istifadəsi üçün götürməyə getmiş lakin bu dəfə narkotik vasitənin dəqiq çəkisini İranlı ona deməmiş, ancaq istədiyi qədər olduğunu bildirmişdir. İranlı şəxsə istədiyi miqdar narkotik vasitənin çəkisini demişdir. Taksidən düşüb 10-15 metr uzaqlaşdıqdan sonra polis əməkdaşları onu saxlamışlar. O təxminən 5 qram nəşə (marixuana) arxası ilə getmiş, orada çanta olduğunu və götürəcəyini bilməmişdir. İlk dəfə əvvəlcə Əminə marketin yaxınlığına getmiş, daha sonra isə Ramada Plaza yaxınlığındakı abidənin yaxınlığına getmişdir. Onu “Chevrolet Cruze” markalı ağ rəngli avtomobillə saxlayıb aparmışlar. Həmin avotmobili isə əvvəl Əminə market tərəfdə görmüşdür. Polis əməkdaşları Gəncə şəhər BPİ-də Əli adlı iranlı şəxslə onu görüntülü danışdırmışlar. Əli adlı İranlı ilə tutulmamışdan əvvəl görüntülü danışmışdır. Gəncə şəhər BPİ-də ona fiziki zorakılıq tətbiq edilmiş, buna görə videoçəkiliş vaxtı narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Polis əməkdaşları narkotik vasitənin ona aid olduğunu desə də, Anarla Bəxtiyarı buraxacaqlarına söz vermişlər. Anarla Tacəddin eləcə də ona qarşı fiziki zorakılıq edərək hədələdikləri üçün narkotik vasitənin ona aid olduğunu bildirmişlər. Videoçəkilii ən azı 10 dəfə təkrarlanmışdır. Səbəb isə, onların dediklərini deməməsi olmuşdur. İttihamda göstərilən telefon yazışmaları isə, əvvəlki dövrə aid olmuş, lakin polislər sonradan həmin şəxsə əlavə mesajlar yazmışlar. Özü tərəfindən şəxsi istifadəsi üçün yazdığı mesajların heç biri silinməmişdir. İlk dəfə taksi ilə gedəndə bağlamanın içində qum-torpaq olduğunu görmüş, Əliyə zəng etsə də sonuncunun ona nə dediyini içkili olduğu üçün xatırlamır. Bədənində olan xəsarətlərlə bağlı isə heç yerə şikayəti olmamışdır. Hazırki iş qurma olduğu, heçbir günahı olmadığı, Gəncəyə ancaq özü çəkmək üçün “nəşə” dalıyca gəldiyi üçün azad edilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olsa da, təxminən 7-8 ildir Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış. “Bolt” şirkətində kuryer işləmişdir. Təqsirləndirilən şəxs1 təxminən 5-6 ildir tanıyır, Anar onunla birlikdə Bakı şəhərində eyni evdə kirayədə yaşamış və fəhlə işləmişdir. Atasının xəstəliyi ilə əlaqədar müalicəsinə görə borca girmiş ümumiyyətlə maddi vəziyyətləri olduqca aşağıdır. Təxminən 3-4 ay əvvəl “instagram” sosial şəbəkəsində Əli adlı İran-İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin şəxsin +98 930 353 71 71 saylı mobil nömrəsini istifadəsində olan “Samsung J 5” markalı mobil telefonunda “Qaqam” adı ilə qeyd edib həmin şəxslə “whatsapp” la danışmışdır. Həmin şəxs ona özünün İranlı kimi təqdim etmiş, əvvəl dost kimi danışmış, təxminən 15-20 gün əvvəl isə Əli ona Bakı və Gəncə şəhərində özünün adamları olduğunu müəyyən yerə narkotik vasitə qoyduracağını, həmin narkotik vasitəni götürüb dediyi yerə aparsa pul göndərəcəyini demişdir. Əvvəl Əli ilə razılaşmasa da sonra maddi vəziyyəti ilə əlaqədar, Əliyə dediyi işi edə biləcəyini demişdir. Əli ona Gəncəyə gedib deyəcəyi yerdən torbada “kakos” kimi tanınan narkotik vasitəni götürüb Bakı şəhərinə gətirməyi onun kartına 1800 manat pul göndərəcəyini demişdir. O, Əli ilə razılaşmış, dostu Anara da bu barədə demişdir. Anar da pula ehtiyacı olduğu üçün Gəncə şəhərinə gəlib narkotik vasitəni götürməyə razılaşmışlar. xx.xx.2022-ci ildə günortadan sonra Bakı Avtovağzalından tanımadığı avtomobillə Gəncə şəhərinə gəlmiş, qohumu Bəxtiyara ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edib Gəncədə olduğunu demişdir. Bəxtiyar ondan gəlişinin səbəbini soruşmamışdır. Gəncəni tanımadığı üçün Bəxtiyarın ona bələdçilik etməsini demiş, Gəncəyə çatanda Bəxtiyar yaşadığı Kəlbəcər şəhərciyinin yaxınlığındakı “Bazarstore” mağazasının yaxınlığında Bəxtiyarla görüşüb çayxanada çay içmişlər. Bəxtiyara əvvəlcə Gəncəyə işləməyə gəldiklərini demiş, bir qədər sonra Əli ona zəng edib narkotik vasitəni Gəncə şəhərində “Ramada Plaza” adlanan otelin yaxınlığına qoydurduğunu deyəndə ona “whatsapp”da həmin yerin şəklini göndərmişdir. Həmin yerdə abidə şəkli olmuş, Əli narkotik vasitəni abidənin arxa tərəfində torbaya qoyduğunu demiş, bundan sonra o Bəxtiyara Bakıdan Gəncəyə narkotik vasitə götürməyə görə gəldiyini, bunun müqabilində Əli adlı iranlı bir şəxs dostu Anar və ona 1800 manat pul göndərəcəyini demişdir. Bəxtiyar onu fikrindən daşındırmağa çalışmış, lakin pula ehtiyacı olduğu üçün fikrindən dönməyəcəyini görüb bələdçilik etməyə razılaşmışdır. Bəxtiyar öz telefonu ilə “*2244” nömrəsini yığıb olduqları yerdən Əlinin bildirdiyi yerə, yəni “Ramada Plaza” otelin yanına taksi sifarişi vermiş, bir neçə dəqiqə sonra qızılı rəngli, Kia markalı, dövlət qeydiyyat nişanına diqqət etmədiyi avtomobil gəlmiş və hər üçü avotmobilə əyləşib həmin yerə getmişlər. Taksidə olarkən Əli ona zəng edib kiminlə birlikdə olduğunu soruşanda o dostu Anarla birlikdə olduğunu demişdir. Həmin vaxt Əli ondan Anarın mobil nömrəsini istəmişdir. Əlinin mobil nömrəsini Anara vermiş və Anar həmin şəxsin “whatsapp” mobil nömrəsinə səs göndərib Tacəddinlə birlikdə olduğunu demişdir. Bir qədər sonra onlar “Ramada Plaza” adlanan otelin qarşısına çatmış və getdikləri istiqamətdə taksi avtomobilini yolun sağ kənarında, Əlinin şəklini göndərdiyi abidənin qarşısında dayandırmışlar. O avtomobildən düşüb həmin yerə getmiş, Bəxtiyar və Anar isə avtomobildə qalmışlar. O, abidənin arxa tərəfinə keçdikdə orada bir ədəd ağ və qara rəngli çanta görmüş, torbanı əlinə götürdükdə ağır olduğunu hiss etmiş lakin açıb baxmamışdır. Torbanı götürüb Əliyə narkotik vasitəni götürdüyünü demiş, avtomobilə tərəf qayıdanda mülki geyimli polislər onu, eləcə də Anar və Bəxtiyarı saxlamışlar. Onu əlindəki torba ilə birlikdə həmin taksi avtomobili ilə, Anar və Bəxtiyarı isə digər polis avtomobili ilə polis idarəsinə aparmışlar. Orada onları tutmuş, üzərlərində axtarış aparılacağını demişlər. Həmin torbanı təqdim edib olanları danışmış, bazar torbasını açdıqda içərisindən ayrı-ayrı bükümlərdə kütlələr aşkar olunmuşdur. O həmin kütlələrin Əlinin dediyi “kakos” yəni heroin olduğunu bilirmiş, həmin bağlamalar bir-bir açıldıqda içərilərindəki kütlənin tünd rəngli “kakos”, yəni heroin olması məlum olmuşdur. Əli adlı iranlı şəxs “whatsapp” proqramı vasitəsi ilə ona göndərdiyi səsləri, şəkilləri sonradan silmiş, bunu şəxsi axtarış vaxtı mobil telefonuna baxış keçirilərkən bilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitə istifadəçisi olmamışdır, özü futbolçudur. Özü ilə Bakı şəhərinə iki nəfər tələbə aparmış, şəhəri yaxşı tanımadığı üçün Tacəddindən kömək istəmişdir. Onunla birlikdə tələbələri Qarabağ və Neftçi futbol akademiyasına aparmış, təxminən 10-15 gün Tacəddinlə birlikdə qalmış, 15 gün sonra uşaqları ataları ilə yola salmışlar. Uşaqları yola saldıqdan sonra Tacəddinə Bərdəyə getmək istədiyini demiş, Tacəddin isə Gəncə şəhərinə gedəcəyini və birlikdə getməyi təklif etmişdir. Özü Bərdədə düşməli olsa da Tacəddin onu Gəncəyə qonaq dəvət etmiş, sonra Bərdəyə yola salacağını demişdir. X9 adlı qohumunun atasının çay evi olmuş, Tacəddinlə birlikdə həmin çay evinə gedib orda çay içmişlər. Bir müddət sonra Tacəddinə zəng gəlmiş, ona və Bəxtiyara onunla getməyi demişdir. Bəxtiyar taksi çağırmış, birlikdə Bağman adlanan yerə getmişlər. Tacəddin taksidən düşüb tanışı ilə görüşüb gələcəyini demiş, getdikdən 5 dəqiqə sonra səs eşitmiş, gedib baxanda sonradan polis əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslərin Tacəddini mühasirəyə aldıqlarını görmüş, onlara yaxınlaşıb nə olduğunu soruşanda isə onu da saxlamışlar. Onu Cəlil adlı polis əməkdaşı özü maşınla aparmışdır. Maşında polis əməkdaşları ondan həmin yerə niyə getdiyini soruşmuş, O isə heçnədən xəbəri olmadığını, Tacəddinlə birlikdə gəldiyini demişdir. Polis əməkdaşı ona çantada nə olduğunu soruşanda bilmədiyini demiş, sonra onları Gəncə şəhər BPİ-nə aparıb Rəşad adlı şəxsin otağına salıb orada fiziki zorakılıq etmişlər. Tacəddinlə onu ayrı otağa salmış, sonra isə onu Tacəddin olan otağa aparmışlar. Orada fiziki təsir göstərərək, guya həmin ünvana narkotik vasitə arxası ilə getməyini boynuna qoymağa çalışsalar da qəbul etməmişdir. Sonra onları məhkəməyə çıxartmış, orda da özünü təqsirli bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, narkotik vasitə istifadəçisi deyil, Tacəddinin narkotik vasitə istifadə edib etmədiyini isə bilmir. Tacəddinlə Gəncə şəhərinə gəldikdə orada “Kəlbəcərlilərin qəsəbəsi” adlanan yerdə çay evinə getmişlər. Bəxtiyar Tacəddinin qohumu olmuş, 5-10 dəqiqə Tacəddinlə birlikdə oturub çay içmiş, sonra Tacəddinə zəng gəlmiş, Tacəddin onunla birlikdə getməyi demişdir. Bəxtiyar da onlarla birlikdə getmiş, taksini Bəxtiyar çağırmış, gedib qayıtmaları 15-20 dəqiqə çəkmişdir. Tacəddinlə birlikdə onun əsgər yoldaşı ilə görüşə gedəndə Tacəddin düşüb getmiş, özü Bəxtiyarla maşında Tacəddini gözləmişlər. Taksi sürücüsü maşını parkın qarşısında saxlamışdır. Sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər “Ramada”nın qarşısından yolu keçmişlər. Səs-küy gəldiyini eşidib maşından düşmüş, 10-15 metr qabağa gedəndə polislərin Tacəddini mühasirəyə aldıqlarını görmüşdür. İbtidai istintaqda etirafedici ifadə verməmişdir. Tacəddinə zəng gəldikdən sonra onunla birlikdə getməyi təklif edəndə hara gedəcəyini soruşmuşdur. Tacəddin isə, əsgər yoldaşı ilə görüşəcəyini demişdir. Tacəddindən ona zəng edənin kim olduğunu soruşmuş, Tacəddin zəng edənin əsgər yoldaşı olduğunu demişdir. Tacəddinlə içkili olduğu üçün Tacəddin mənə Əsgər yoldaşı ilə görüşəcəyini, hətta onda narkotik vasitə olarsa alıb istifadə edəcəyini demişdir. Geri qayıdanda isə Tacəddinə yenidən zəng gəlmiş, yenidən Tacəddinlə birlikdə getmişlər. Tacəddinlə birlikdə Ramadanın yanına getmişlər. Tacəddinin əlində torba olduğunu görməmiş, Bakı şəhərində kirayədə Tacəddinlə birlikdə yaşamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Çünki onu müstəntiq istədiyi kimi yazmışdır. Fiziki zorakılığa məruz qalması ilə bağlı prokurorluğa və ya başqa yerə şikayət etməmişdir. Tacəddin öz telefonunun enerjisi bitdiyi üçün onun mobil nömrəsi ilə İranlı şəxlə danışmış, o da ancaq bir dəfə səs mesajı göndərib Tacəddin xalası oğlu olduğunu demiş, qalan mesajları isə Tacəddin yazmışdır. Onun narkotikə heç bir aidiyyəti yoxdur. Məhkəmədən təqsiri olmadığı narkotikdən məlumatsız olduğu üçün ona bəraət verilməsini istəyir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs1 göstərmişdir ki, .... Bərdə şəhəri, Təbriz küçəsi, ev 15-də qeydiyyatda olsa da təxminən 15-20 gündür ki, Bakı şəhərində tanışı Tacəddin ilə birlikdə kirayədə yaşamış və tikintidə fəhləlik etmişdir. Təqsirləndirilən şəxs2 təxminən 5-6 ildir tanıyır. xx.xx.2022-ci ildə, axşam Tacəddin ona “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin Gəncədə narkotik vasitəsi olduğunu Gəncədən götürüb Bakıya aparmaq lazım olduğunu, bunun müqabilində 1800 manat verəcəyini, biryerdə Gəncə şəhərinə getməyi təklif etmişdir. O iş və ev yoldaşı kimi, həm də pula ehtiyacı olduğu üçün Tacəddinlə razılaşmışdır. xx.xx.2022-ci ildə, günortadan sonra Bakıda avtovağzaldan tanımadığı taksi ilə Gəncə şəhərinə yola düşmüş, Kürdəmir rayonunda Tacəddin Gəncə şəhərində yaşayan qohumu Bəxtiyara zəng edib Gəncə şəhərinə gəldiklərini demişdir. Tacəddinin Bəxtiyara zəng edib Gəncəni tanımadığını bələdçilik etməsini demişdir. Bəxtiyarın yaşadığı Kəlbəcər şəhərciyinin yaxınlığında “Bazarstore” adlanan mağazanın qarşısında avtomobildən düşüb görüşmüş, yaxınlıqdakı çayxanaya gedib çay içmişlər. Söhbət vaxtı Tacəddin, Bəxtiyara gəlişlərin səbəbini guya işləmək olduğunu demişdir. Bir qədər sonra Tacəddinə zəng gəlmiş, Gəncə şəhərində “Ramada Plaza” adlanan otelin yaxınlığına qoydurduğunu bildirmiş, Tacəddinə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin yerin şəklini göndərmiş, həmin şəkildə olan yer abidə şəkli imiş və Əli narkotik vasitənin həmin abidənin arxa tərəfində torbada olmasını demişdir. Bundan sonra Tacəddin, Bəxtiyara açıb həqiqəti demiş, Gəncə şəhərinə narkotik vasitə götürməyə görə gəldiyini, iranlı şəxsin ona və Tacəddinə 1800 manat pul göndərəcəyini demişdir. Bəxtiyar onları fikirlərindən daşındırmağa çalışsa da, pula ehtiyacı olduğu üçün fikrilərindən dönməyəcəklərini görüb Əlinin dediyi yerə getməkdə onlara bələdçilik etməyə razılaşmışdır. Bəxtiyar öz nömrəsi ilə *2244-ə zəng edib olduqları yerdən Əlinin bildirdiyi yerə “Ramada Plaza” otelin yanına taksi sifarişi vermiş, bir neçə dəqiqə sonra qızılı rəngli, “Kia” markalı avtomobil taksi kimi gəlmiş hər üçü həmin yerə getmişlər. Taksidə İranlı şəxs kiminlə birlikdə olduğunu soruşanda Tacəddin dostu Anarla, birlikdə olduğunu demiş, Əli adlı şəxs onun da nömrəsini istəmiş, Tacəddin onun mobil nömrəsini də “whatsapp”la göndərmiş, O özü Tacəddinlə birlikdə olduğunu demiş, həmin şəxsin adı telefonunda “Qaqam” olaraq qeyd olunmuşdur. Əli adlı həmin şəxs də ona səs göndərib “möhkəm olun, ayıq-sayıq olun, çörək verirəm, sənə də iş verəcəm, işləyərsən, narahat olma”demiş, o isə cavabında “çox sağ ol, var ol” deyib razılıq etmişdir. Onlar “Ramada Plaza” adlanan otelin qarşısına çatmış və getdikləri istiqamətdə taksi avtomobilini yolun sağ kənarında, Əlinin şəklini göndərdiyi abidənin qarşısında dayandırmışdır. Tacəddin avtomobildən düşüb həmin yerə getmiş, o və Bəxtiyar isə avtomobildə qalmış, bir qədər keçmiş Tacəddin əlində torba onlara tərəf gələndə mülki geyimli polis əməkdaşları həm Tacəddini, həm də onları saxlamışlar. Tacəddini əlindəki torba ilə həmin taksi avtomobili ilə, o və Bəxtiyarı isə digər polis avtomobili ilə polis idarəsinə gətirmişlər. Tacəddinin təqdim etdiyi torbada ayrı-ayrı bükümlər olmuş, Tacəddin həmin kütlələrin Əlinin dediyi “kakos” yəni olduğunu bildirmiş, kütlələr bir-bir elektron tərəzidə çəkilmiş, onların ayrıayrı çəkiləri yadında qalmasa da bilmişdir ki, ümumi çəkisi 12 kiloqramdan çox gəlmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni ünvan 5 ünvanda yaşayır. Gəncə şəhərində özünə məxsus olan “Kia Ceed” markalı **- XP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi işləyib ailəsini dolandırır. xx.xx.2022-ci il ildə Gəncə şəhərində “Əlillərin dairəsi” adlanan yerdə olanda “2244” taksi şirkətindən Bakı- Gəncə yolunda yerləşən “Bazarstore” mağazasından Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ramada Plaza” otelinin yaxınlığı istiqamətində sifariş qəbul etmişdir. Həmin şəxsləri “Ramada Plaza” otelinin qarşısına apararaq geriyə “Bazarstore” mağazasının qarşısına gətirməli imiş. Bakı-Gəncə yolunda yerləşən “Bazarstore” mağazasının yanında tanımadığı üç nəfər sərnişin avtomobilə əyləşmiş və o həmin şəxsləri Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ramada Plaza” otelinin qarşısına aparmışdır. Həmin şəxslərdən iki nəfər “1941-1945” abidəsinin yanına getmiş, qırmızı rəngli koftada olan avtomobildən düşərək siqaret çəkmiş, səs-küy gəlmiş, iki nəfər şəxsi polislərin saxladığını görmüşdür. Yanında olan qırmızı koftalı şəxs həmin şəxslərin tutulduqlarını görüb sanki donaraq qalmış, bu zaman polis əməkdaşları gəlib onu da saxlamışlar. Polis əməkdaşları onu da Gəncə şəhər BPİ-yə aparmış, həmin vaxt orada məlum olmuşdur ki, həmin şəxslər narkotik vasitə götürmək üçün gəlmişlər. Həmin şəxslərdən əynində qırmızı kofta olanın X1 tanımış, belə ki, Bəxtiyar Qasımov avtomoiblidə olan zaman özü ona tanışlıq vermiş sonradan adını bildiyi Tacəddin və Anarı isə tanımamışdır. Həmin şəxslər onun yanında heçnə danışmamış, arxada oturanlardan biri telefonda yazışmış, ünvana çatanda Bəxtiyar arxaya dönüb əyləşən şəxslərə “hardan götürəssiz” demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci ildə bölməyə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin əldə edib üzərində saxlamasında, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci ildə təxminən saat 23:30 radələrində Təqsirləndirilən şəxs2 Əliyyədin oğlu və Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ramada Plaza” otelinin yaxınlığında olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsləri 1941-1945 abidəsi adlanan yerdə saxlayıb Gəncə şəhər Baş Polis İdarəsinə gəldikləri avtomobillə və xidməti avtomobillə aparmışlar. İdarədə müdafiəçi ilə təmin edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Keçirilmiş video çəkiliş vaxtı Təqsirləndirilən şəxs2 ağ və qara rəngli zolaqlar olan əl çantasını təqdim etmiş, içində heroin olduğunu bildirmiş, çantanın içindən müxtəlif bükümlərdə 10 kiloqramdan çox narkotik vasitə olan heroin aşkar edilmişdir. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs2 həmin bağlamaları “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin tapşırığı ilə Gəncə şəhəri “Ramada Plaza” otelin yanından götürərək Bakı şəhərinə aparacağını bunun müqabilində 1800 manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 üzərində olan mobil telefondan “whatsapp” sosial şəbəkəsi vasitəsilə danışdığı yazışmaları iranlının sildiyini bildirmiş, daha sonra Tacəddin mobil telefonunda olan vatsap yazışmalarına və səsli mesajlara baxış keçirilmişdir. Bundan sonra həmin bükümlər qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilərək doğruluğu iştirakçılar və polis əməkdaşları tərəflərindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 göstərdi ki, 2022-ci ilin təxminən 8 ya 9cu ayı Gəncə şəhərinin Baş Polis İdarəsinin Narkotiklə mübarizə idarəsinə iki nəfər şəxsin üzərlərində narkotik vasitə daşımaları ilə bağlı əməliyyat məlumatı daxil olmuş, özü də həmin vaxt əməliyyatçılarla birlikdə olmuş, birgə tədbirə getmişlər. Əvvəl şəxslərin olduqları ərazini müəyyənləşdirilmiş, şəxslər “Ramada Plaza”nın yaxınlığında olmuşlar. Təxminən 23 radələrində Ramada Plazanın yaxınlığına getmişlər. 2 nəfər şəxsin ağ maşında olduğunu görmüş, digər şəxsin isə əlində çanta maşına tərəf yaxınlaşdığını görmüşdür. Əlində çanta olan şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, orda olanları Gəncə şəhər BPİ-yə aparıb təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı videoçəkilişlə şəxslərin üzərinə baxış keçirmiş, çantanın içərisindən qara sellofanlarda təxminən 10-12 büküm aşkar edilmişdir. Məhkəmədə dindirilmiş Şahid2 göstərdi ki, hadisə uzun müddət bundan əvvəl olduğundan tam dəqiqliyi ilə yadında qalmayıb. Şəxslərlə bağlı əməliyyat məlumatı daxil oldu, şəxslərin olduqları əraziyə yollanıb onları saxlayıb BPİ-ə gətirmişlər. Şəxsləri Ramada plazanın yaxınlığında saxlamış, daha sonra BPİ-nə gətirb təhqiqatçının otağında üzərlərinə və əllərində olan çantaya baxış keçirilmiş, baxış nəticəsində əllərində olan çantadan ayrı-ayrı bükümlərdə narkotik vasitələr aşkar olunmuşdur. Məhkəmədə verilən suallar cavab olaraq göstərdi ki, şəxsləri “Ramada Plaza”nın qarşısındakı ərazidə binanın yanında saxlamışlar. Şəxslər hadisə yerinə taksi ilə getmişlər. Şəxslərin çantanı necə götürmələri yadında deyil. Çantanın içərisindən təxminən 13-14 büküm heroin aşkar olunmuşdur. Şəxslər aşkar olunmuş narkotik vasitəni kiminsə qoyduğunu onlar isə götürdüklərini bildirmişlər. Özləri tərəfindən şəxslərə qarşı fiziki zorakılıq tətbiq edilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir. Əməliyyat məlumatı yanlış xatırlamırsa Xəlil adlı şəxsə daxil olmuşdur. Saxlanılan şəxslər 3 nəfər olsa da narkotik vasitəni neçə nəfərin götürdüyü yadında deyil. Məhkəmədə dindirilmiş Şahid3 da eyniməzmunlu ifadə verərə göstərdi ki, şəxslərin saxlanılması 2022-ci ildə olduğundan hadisə tam olaraq yadında qalmayıb. Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili olan Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Məlumatının məzmunu şəxslərin narkotik vasitənin üzərində gəzdirməsi saxlanması və satışı ilə məşğul olması ilə bağlı olmuş, əməliyyat axtarışı tədbiri həyata keçirilmiş, əməliyyat axtarış tədbirində özü, Şahid2, Elmir Əsədovla birlikdə iştirak etmişlər. Şəxslərin “Ramada Plaza”nın yaxınlığında müəyyən edib yaxınlaşmış, özlərini təqdim edib Gəncə şəhər BPİ-yə aparmışlar. Şəxslərdən başqa sürücü də olmuş, onu da aparmışlar. Şəxslərin üzəri və əllərindəki çantaya baxış keçirilmiş çantanın içərisindən ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin heroini Tacəddin “instagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş, sonradan “whatsapp” vasitəsi ilə əlaqə saxladığını, həmin narkotik vasitəni burdan götürüb Bakı şəhərinə təhvil verməyinə 1800 manat pul müqabilində razılaşdıqlarını demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Bərdə rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhəri ərazisində mütəmadi olaraq külli miqdar narkotik vasitə əldə etməsi, gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında qərardan görünür ki, daxil olmuş əməliyyat məlumatının yoxlanması, şəxslərin ifşa edilməsi üçün təxirsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, X8 ilə birlikdə xx.xx.2022-ci ildə saat 23:30-da Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Ramada Plaza” oteli yaxınlığında saxlanaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 00:15-də tutulmuş, tutulmasının əvvəli saxlanıldığı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli xx.xx.2022-ci il saat 23:30-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(125)-117/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(125)-118/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokol və əlavəsi 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X4 üzərinə keçirilmiş şəxsi axtarışdan əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, üzərində hər hansı bir qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim edilməsi təklifdən sonra Təqsirləndirilən şəxs2 ağ və qara rəngli zolaqlar olan əl çantasını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 çantanın içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, çantanın içinə baxış keçirilən zaman içərisindən 12 ədəd bağlama aşkar edilmiş, Təqsirləndirilən şəxs2 həmin bağlamaların içərisində narkotik vasitə heroin olduğunu, “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin tapşırığı ilə Gəncə şəhərində “Ramada Plaza” otelin yanından götürüb Bakı şəhərinə aparmağı əvəzində ona 1800 manat pul verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs2 sağ yan cibindən “Samsung Galaxy J5 Prime” markalı mobil telefonu təqdim etmiş, Təqsirləndirilən şəxs2 iran vətəndaşı ilə “whatsapp” sosial şəbəkəsi vasitəilə danışdığı yazışmaların iran vətəndaşının sildiyini bildirmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin yerini iran vətəndaşının “whatsapp” vasitəsilə ona şəklinin göndərdiyini bildirir. Təqsirləndirilən şəxs1 üzərində olan “Samsung Galaxy S4” markalı mobil telefonda “Qaqam” adı ilə qeyd etdiyini bildirir. Daha sonra həmin yazışmalara olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi ağ-qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 12 ədəd bükümlər ayrı-ayrılıqda aptek tərəzidə çəkilərək qablaşdırılmışdır. İstintaq hərəkəti zamanı iştirak edən vəkillər (müdafiəçilər) Nadim Heydərov müvafiq olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Bəxtiyar Qasımovdan polis şöbəsinə gətirilən zaman ona polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsirin olub-olmadığını soruşduqda hər üçü cavab olaraq polis əməkdaşları tərəfindən heç bir psixi və fiziki təsirə məruz qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2022-ci il tarixli 16/1096 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2..” sözlər və imzalar olan karton qutudakı, 12 (on iki) ədəd üzərində ağ kağız parçalarına müxtəlif çəkilər yazılmış və yapışqanlı lentə sarınmış polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 955 qram, 980 qram, 1020 qram, 960 qram, 1000 qram, 950 qram,1020 qram, 950 qram, 1000 qram, 1005 qram, 975 qram, 970 qram, ümumi təmiz çəkisi 11785 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd karton qutudakı heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi-11785 qr, tədqiqata cəmi sərf edildi – 2,4 qr, (hər ob. 0,2 qr) qalıq – 11782,6 qr. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini əyani göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ilkin ifadəsində göstərdiklərini əyani göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2022-ci il tarixli, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilən xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli 120-38524- 122 saylı əməliyyat tapşırığına cavab olaraq verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Əliyədddin oğlu və Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini haradan necə əldə etməsi, narkotik vasitə satılan şəxslərin dairəsi, digər cinayətlərdə iştirakını müəyyən etmək mümkün olmamışdır. Əli adlı şəxsin şəxsiyyətini və qeyd edilən +**********71 saylı mobil nömrə ilə ölkə ərazisində əlaqə saxlanılmış nömrələr kimlərə məxsus olması və danışıqların məzmununu müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy S4” markalı mobil telefonda “Whatsapp” sosial şəbəkəsində “Qaqam” adlı şəxslə aşağıdakı məzmunlu səsli mesajlar olmuşdur: - A (Anar): salam alekum qaqa, hər vaxtın xeyir qaqa mən Tacının əmisi oğluyam, qadanalım - B(iran vətəndaşı): neynək qadanalım, Tacı sən o yeri tanımadın, onun konumu biraz ağır gəldi, istiyirlər gedələr o konum açmadı, o yerin üstünə gedələr ayrıca oradan konum atalar, ata bilmədilər, sən o yeri tanımadın, sənki ora uşağısan, tanıyarsan də - A (Anar): Qaqa tanıdım, qadanalım narahat olma, tapacıyıq, bilirəm haradı - B (iran vətəndaşı): Hə ürəyim, ehtiyatlı olun, gedin götürün, götürdüz mənə bir xəbər verin, bir-birinizdən muğayat olunda qadasın alım, mən sizə çörək verirəm, problem yoxdu sənə də iş verərəm işdiyərsən - A (Anar): Yaxşı qadanalım çataq xəbər edəcəm - B (iran vətəndaşı): Konum atdım, konum atdım, konum atdıme ürəyimə, baxın gedin götürün, böyürlərinizə baxın gedin götürün, götürəndə mənə birdənə xəbər verin. - A (Anar): Yaxşı qaqa, narahat olma - B (iran vətəndaşı): Qaqa gör nə deyirəm, o elçin yanında olsa polislərə denən gəl mən sənə mal verim, böyük anbar verim üstündə bu dəqiqə 10 kilo malı var, onu boşduyunda boşda qoy getsin, onun təzə uşağı olubdu, boşduyun çıxıb getsin, denən mən 10 kilo, 15 kilo anbar verim, genə mənə zəng edin danışaq, söhbət edək, mən zəng edirəm götürmürsüz. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy J5 Prime” markalı mobil telefona baxış zamanı “qalereya” bölməsində Təqsirləndirilən şəxs1 ilə birlikdə fotoşəkillər, “Whatsapp” sosial şəbəkəsində isə “qaqam” adı ilə qeyd etdiyi şəxs arasında aşağıdakı iş üzrə əhəmiyyət kəsb edən səsli mesajlar vardır: - A (Tacəddin): Bildim qadanalım, yaxşı narahat olma tanıdım oranı gedirəm - A (Tacəddin): Götürdüm Əli, götürdüm - A (Tacəddin): Yaxşı qadanalım, yaxşı - A (Tacəddin): Yaxşı qadanalım, zaryatkam azdı, mən sənə birazdan xəbər edəcəm danışarıq. - A (Tacəddin): Setə gəl görüm Əli, bidənə setə gəl, tez - A (Tacəddin): Yaxşı qadanalım, yaxşı - A (Tacəddin): Mənə bi dənə də konum at əli qadanalım, konum at mənə bi dənə tez - A (Tacəddin): Yaxşı qadanalım, yaxşı - A (Tacəddin): 10 dəqiqəyə allahın köməkliyi ilə qadanalımn 10 dəqiqə uzaq başı -A (Tacəddin): Əli, mən o sumkanı tapammıram qadanalım,onu nətər eliyək o adamnan məni calaşdırasan, ya onun nömrəsini verəsən mənə, ya elə bir yer desin onu ordan götürüm dana mən, burda yoxdu, mənə dediyin yerdə yoxdu - A (Tacəddin): Mən burda qalmışame Əli, bidənə onun tez yerini desinlər, ya nəbilim denən gəlsinlər versinlər, mən götürüm çıxım dana bura biraz problemlidi tutulub eliyərik. - B(iran vətəndaşı): Sənə mən zəng atdım, telefonu götürmədin, biraz səbrli ol sənə deyim - B(iran vətəndaşı): Elçin gör nə deyirəm yanındakı polis var haa. Onnan istəyirəm danışam, onu mənnən qoş istəyirəm danışam onnan -B(iran vətəndaşı): Səni satanın uşağını ...... sənin işin olmasın səni satanın düz uşağını ...... sən o polisi mənnən qoş - A (Tacəddin): Əli mənə nəsə kömək edə bilərsənsə indi eləginən - B(iran vətəndaşı): Elçin mənə açıqca zəngi vur danışaq, nə köməklik istəyirlər onu mənə denən, nə mənə istiyirlər, köməklik var, köməklik vardı, anbar istəyirlər anbar verək, pul istəyirlər düz qoş edək yol üstünə qoyaq, sənə mənə real danışaq görək nağara bilirik, deyirəm yol üstünə qoyaq da sən də deyirəm getmə, onlara da mən xeyir verim, onlara da mən anbar verim, yoxsa bu iki kiloynan olmuyacaq, mən gəlim onlara 20 kilo anbar verim, onlara həftədə bir dəfə anbar verim, üstündə 10 kilo malları olur, gələn yollar vardı onları deyim, bəs sənin nə işin var, iş vardı məndə onlara düz qoş edim, sən mənnən bir danış, onları mənnən bir danışdır, ver onlarnan danışaq. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəməd araşdırılan diskə baxış keçirilməsi haqqında məlumatlardan görnür ki, Təqsirləndirilən şəxs2 məxsus bank kartında xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə hər hansı əməliyyat aparılmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 07 yanvar 2023-cü il tarixli 27 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş və araşdırılan məhkəmə-kompüter-texniki ekspertizasının 30 noyabr 2022-ci il tarixli 5/1337 nömrəli rəyində göstərilmişdir ki, 1. təqdim edilmiş bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təzhiz olunmuş “İphone 7” markalı “A1778” modelli “**********19408” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Təqdim edilmiş “İphone 7” markalı “A1778” modelli mobil smartfonun yaddaşından əldə olunması mümkün olan hal-hazırda mövcud olan (kontaktlar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadilələri və.s) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən(Report-Hesabat) hesabat “Ekspertiza 5-1337” adlı iş çantasında bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. İş üzrə təyin edilmiş və məhkəmədə araşdırılan məhkəmə-kompüter-texniki ekspertizasının 22 sentyabr 2023-cü il tarixli 5/1201 nömrəli rəyindən görünür ki,
1. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 8.0.0” əməliyyat sistemi ilə təzhiz olunmuş “Samsung Galaxy J5 Prime” markalı “SM-G570F” modelli “**********71786” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Təqdim edilmiş “Samsung Galaxy J5 Prime” markalı “SM-G570F” modelli mobil smartfonun yaddaşından əldə edilmiş mövcud olan və pozulmuş ( foto, video, audio fayllar, kontaktlar, zəng qeydləri) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1201” adlı qovluqda iki ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “disklərə baxış keçirilməsi haqqında” protokol və əlavələri olan 2 ədəd DVD disklərdən görünür ki, baxış zamanı məlumatlarda Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış zamanı qeydə alınanlarla eyniməzmunlu danışıqlar müəyyən edildi. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il baxış keçirilməsi protokoldan görünür ki, X7 məxsus mobil telefonda silinmiş məlumatlarda xx.xx.2022-ci il tarixdə saat 14:02-də Təqsirləndirilən şəxs2 tərəfindən “Kürdəmirdəyik qaqa, Kürəmdirdə qadanalım”, xx.xx.2022-ci il tarixdə saat 14:45-də “Balaca maşınnan gəlləm qadanalım, dörd gözdü, gəlləmdana qaqa biraz səbrli ol, qadanalım yoldayam Bəxtiyar”, bundan başqa X8 tərəfindən sonucnuya xx.xx.2022-ci il saat 13:56-də “Qaqa noldu hansı tərəfdəsən, səs-sorağın gəlmədi“, xx.xx.2022-ci il saat 15:30-da “Hə qaqa, mən burda “Bazarstore”-nin qabağında gözləyirəm” məzmunlu mesajlar göndərilməsi aşkar edilmişdir İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 120-38524-1222 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 Əliyyədin oğlunun və Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə narkotik vasitə olan külli miqdarda təmiz çəkisi 11785 qram heroini qanunsuz satışı ilə bağlı şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsi, İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin şəxsiyyətinin müəyyən etmək mümkün olmamışdır. Qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 X2 etmiş, onların qanunsuz yolla əldə etdiyi narkotik vasitədən əlavə olaraq yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onların rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Bundan əlavə şəxsiyyəti istintaqa Əli adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşının istifadəsində olmuş “+**********71” saylı saylı mobil nömrələrlə ölkə ərazisində əlaqə saxlamış mobil nömrələrin kimə məxsus olması və hansı məzmunda danışıqların həyata keçirilməsi müəyyən etmək mümkün olmamışdır. İş materialarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli, 4117№li arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildən “kannobionidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır, Təqsirləndirilən şəxs2 isə həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş 4155 №li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 eyni tarixli 4156 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından verilən xx.xx.2023-cü il tarixli, eləcə də xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 səhhəti ilə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 11782,6 qram heroin, 1 ədəd “Samsung Galaxy J5 Prime” markalı, 1 ədəd “Samsung Galaxy S4” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd "xxxx" disk, Azərfon MMCdən daxil olmuş 1 ədəd CD disk və ekspertiza mərkəzindən daxil olmuş 3 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 aşkar edilən narkotik vaitəni götürə bilməməsi, Ramada Plaza otelinin yaxınlığında 1941-1945 xatirə abidəsinin yanına qoyulmuş çantadakı narkotik vasitəninin növündən və miqdarından xəbərsiz olması, ümumiyyətlə həmin çantanı əldə edə bilməməsi, çantanı götürməmişdən əvvəl polis əməkdaşları tərəfindən saxlanılması, sonradan da Gəncə ŞBPİ-də çantanın ona verilərək götürülməsini tələb etmələri, əks təqdirdə qadın geyimləri geyindirilib şəklini çəkərək yayacaqları ilə hədələmələri, onunla biryerdə getmiş Təqsirləndirilən şəxs1 və Bəxtiyar Qasımovun narkotik vasiətlərdən məlumatsız olduğunu, onların cinayət məsuliyyətə cəlb edilməməsi üçün narkotik vasitəni üzərinə götürməsini, digər Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə Tacəddinin Gəncəyə narkotik arxası ilə gəlməsindən məlumatsız olması, bunu ancaq sonuncunun istifadəsində olan mobil telefonun enerjisi bitdiyi üçün öz istifadəsində ola telefonu sonuncuya verməsi və Əli adlı şəxsiyyəti məlum olmayan şəxslə danışıq üçün sonuncuya verərək ancaq tək mesaj yazıb Tacəddinin əmisi oğlu olmasını deməsinə dair ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin hər ikisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaqın ilkin mərhələsində tam etirafedici məhkəmə istintaqı zamanı isə qismən etirafedici ifadələri, “şəxsi axtarış və götürmə” aparılması haqqında” protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş, ifadənin yerində yoxlanılması haqqında protokol və əlavəsi olan fotocədvəl, telefonlara baxış keçirilməsi haqqında protokol, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin göstərdikləri digər sübutlarla təsdiqini tapmadığından, məhkəmə həmin halları təqsirləndirilən şəxslərin özlərini müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzanı yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmənin qənaətinə görə özünümüdafiə təbii instinkt olmaqla yanaşı situasiyadan asılı olaraq müxtəlif formalarda təzühür etdiyindən, hər dəfə yaranmış yeni hallara görə şəxs(lər)in əvvəl bildirdiklərini qəsdən və ya məcburiyyət üzündən inkar etməyə əvvəl verdiyi ifadələri və bildirdikləri ilə bilmədən əks məzmunlu ifadələr verməyə sövq edir. İşin məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə Bakı şəhərindən Gəncə şəhərinə hansısa qohumu yaxud tanışı ilə görüşə və qonaq deyil, Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun əvvəlcədən razılığı ilə məhz narkotik vasitə əldə etməyə gəlmişdir ki, bu onunla cinayətin digər iştirakçısı arasında olan Bəxtiyar Qasımovun telefonunda olan yazışmadan da aşkar görünür. Yəni tərəflər arasında olan yazışma zamanı Bəxtiyar Qasımovun bir neçə dəfə yazdığı narahatlıqla müşahidə edilən səsli mesajlar (Bakıdan çıxıb-çıxmaması, Gəncəyə nə ilə gəlməsi, yolda harada olması) Təqsirləndirilən şəxs2 Gəncə şəhərinə məhz külli miqdar narkotik vasitə arxası ilə gəlməsini təsdiq edən mötəbər sübutların ən başlıcasıdır. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında təqsirsizliyinə dəlil olaraq göstərdiyi digər əsas isə onun Əli adlı iran vətəndaşı olduğunu güman etdyi sonrakı müddətdə isə azərbaycanlı olmasına dair şübhələrinin olduğu narkotik vasitənin sahibi tərəfindən Gəncə şəhərində əvvəlcə “Əminə market”, sonra isə “Ramada Plaza” yaxınlığına istiqamətləndirilməsi və İranlı olduğunu güman etdiyi şəxsin təhriki və təkidi ilə getməsini bildirməsidir. Həmin halla bağlı qeyd edilməlidir ki, xüsusilə külli miqdar olan narkotik vasitənin əldə edilməsi ilə bağlı cinayətin əsas təşkilatçısı və icraçısı olan Əli adlı şəxsin hazırkı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la bərabər digər şəxsləri də müəyyən maraq (şəxsi istifadə üçün narkotik vasitə verəcəyi, kuryerlik faəliyyətinə görə pulla mükafatlandırcağı və sair vədlər) müqabilində əməkdaşlığa cəlb etməsi istisna edilmir və sonuncu tərəfindən digər şəxslər vasitəsilə “Əminə market” yaxud sair yerə digər narkotik vasiətlər qoyması ehtimalı mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi “Əminə market” yaxınlığına qoyulmuş bağlamada narkotik vasitə deyil, öz deməsinə görə qum-torpaq olması həmin vaxt sonuncuda müəyyən şübhələr yaratmalı və tanımadığı ərazi və məkan kifayətə qədər təhlükələr olduğu üçün onu göndərilməsi bildirilən az miqdar narkotik vasitə qurudulmuş marixuana arxası ilə getməkdən çəkindirməli, cinayətdən könüllü imtinaya sövq etməli idi. Nəzərdən qaçırılmamalıdır ki, həmin miqdar narkotik vasitələri göndərən (müxtəlif vasitələrlə yerləşdirən) şəxsin sonradan ona qarşı edilən yaxud edilməsi ehtimal edilən aldatma sui istifadə ilə bağlı bilavasitə yaxud dolayısı ilə hüquq mühafizə orqanı ilə əməkdaşlıq etməsi də “digər kuryerlərə dərs olması üçün” özünə məxsus müəyyən miqdar narkotik vasitə və şəxsləri qurban verməsi” mümkündür. Həmin hal hazırki iş üzrə ifşa edilən təqsirləndirilənlərə yazılmış, “məni onlarla danışdır, istəyirlərsə başqa anbar verə bilərəm 10 kilo” və sair oxşar məzmunlu mesajlarla təsdiq olunur. Polis şöbəsində edilən psixoloji təzyiq nəticəsində (qadın paltarı geyindirilməsi, onunla saxlanılan yoldaşları (tanışlarının) cinayət məsuliyyətinə cəlb edilməməsi üçün ) narkotik vasitə olan çantanı üzərinə götürməsi ilə bağlı isə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi bu “fədakarlıq” sonradan heç bir şəxs tərəfindən nəzərə alınmamışdır. Yəni Təqsirləndirilən şəxs1 və Bəxtiyar Qasımov istintaqın sonrakı mərhələsində bir dəfə belə Təqsirləndirilən şəxs2 onların əsassız cinayət məsuliyyətə cəlb edilməmələr üçün narkotik vasitələrin özünə məxsus olmasını keçirilmiş ilkin istintaq hərəkətləri zamanı deməsini bildirməmişlər. Digər Təqsirləndirilən şəxs1 avtomobildən düşməməsi sonradan Tacədddinin saxlanması və gələn səs-küyə görə Bəxtiyar Qasımovla maşından düşüb həmin şəxslərə yaxınlaşması sonradan da polis əməkdaşları tərəfindən saxlanılmasına gəldikdə isə onun hadisə vaxtı avtomobildən düşməməsi inkar edilməsə də bu narkotik vasitənin əldə edilməsi üçün Təqsirləndirilən şəxs2lə qabaqcdan əlbir olmasını inkar edən hal kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs1 Əli adlı şəxsə öz mobil telefonun “watsapp”ında ancaq bir səsli mesaj göndərməsini göstərsə də məhkəmə qeyd edir ki, onun qarşı tərəfi İran vətəndaşı olması ehtimal edilən Əli adlı şəxsi inandırmaq üçün məhz “Tacəddinin əmisi oğluyam” deməsinin özü onun narkotik vasitə əldə edilməsində birgə iştirakçılığını təsdiq edir. Həmin səsli mesajdan sonra yazılan bütün mesajlarda isə qarşı tərəfin Təqsirləndirilən şəxs1 da sonuncu ilə “işləməyə dəvət etməsi”, ona da “mal göndərəcəyi, çörək verəcəyi”ni bildirməsi məhkəmə baxışında sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir. Məntiqə əsasən Təqsirləndirilən şəxs1 həmin vaxt qarşı tərəfə Təqsirləndirilən şəxs2 tanışı olduğunu deməsi və faktiki halı telefonunun enerjisi bitməsinə (yaxud qısa müddətdə bitəcəyinə görə) özünə məxsus telefonla əlaqə saxlamaq istəməsini bildirməsi və ya Təqsirləndirilən şəxs2 özünün həmin telefonla birbaşa qarşı tərəfə səs, yaxud yazılı mesaj göndərməsi tələb olunurdu. Təqsirləndirilən şəxs1 ibtidai istintaqın son mərhələsində və məhkəmə baxışında göstərdiyi Təqsirləndirilən şəxs2 narkotik vasitə arxası ilə gəlməsini ancaq Gəncə şəhərində çayxanada Bəxtiyarla görüşəndən sonra bilməsi halı həqiqət kimi qəbul edilsə belə onun sonrakı hərəkətləri, artıq ərazini tanıyan “bələdçi” Bəxtiyar olmasına baxmayaraq onlarla birlikdə narkotik vasitə əldə etmək üçün müxtəlif ünvanlara (demələrinə görə əvvəlcə “Əminə market” sonra isə “Ramada Plaza” yaxınlığına getməsinin özü müəyyən maraq (xəstə ailə üzvünü müalicə etmək üçün veriləcək pul qarşılığında) narkotik vasitələrin yerini dəyişməyə yönələn hərəkət etməsini göstərir. Təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı nə təsdiq, nə də inkar edilməsə də məhkəmə qeyd edir ki, hazırki iş üzrə ibtidai istintaqın ilkin mərhələsində göstərdikləri kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qazanc əldə etmək üçün narkotik vasitələrin dövriyyəsində “daşıyıcı” - kuryer fəaliyyəti göstərmələri işin mübahisəsiz haldır. Buna görə məhkəmə, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilk mərhələsində verdiyi ifadələri sübut kimi qəbul edib sonrakı ibtidai araşdırma və məhkəmə baxışında göstərdiklərinin əksər hissəsini qeyd edilənlərə əsasən özünümüdafiə kimi qəbul edib rədd edir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışında verdiyi ifadələrini iş üzrə digər obyektiv sübutlar, xüsusilə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişlərlə müqayisə etdikdə hesab edir ki, həmin sübut digərlərinə (tərəflərin ifadələrinə) münasibətdə daha üstün və kənar müşahidəçinin nəzərində daha obyektiv və aşkardır. Cinayət törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin külli miqdarının aşağı həddi 2 qram göstərilmişdir. Cinayət işi məhkəmə baxışında olduğu müddətdə həmin qanuna edilmiş dəyişikliyə əsasən isə 800 qram heroin artıq xüsusilə külli miqdar kimi qiymətləndirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış aşkar edilmiş narkotik vasitələrin növlərinin - heroin külli miqdarda, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilərək dövriyyədən çıxarılmış heroinin əvvəlcədən ayrılmış və xüsusi olaraq qablaşdırılmış 12 ədəd bükümdə olması və cinayət işinin digər materialları nəzərə alaraq təqsirləndirilən şəxslərin narkotik vasitələri satış (kuryerlik edərək qazanc əldə etmək) məqsədilə əldə edib daşımaları qənaətinə gəlir. Bundan başqa məhkəmə tərkibi iş üzrə tərtib edilmiş yekun ittiham aktında və bəzi sənədlərdə hadisənin baş vermə vaxtının “xx.xx.2023”-cü il kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirərək həmin tarixin “xx.xx.2022-ci il” kimi oxunmalı olduğu qənaətinə gəlir ki, həmin hal da cinayət işi materiallarındakı təkzibedilməz sübutlar, məlum faktlarla təsdiq edilmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin əməlində cinayət tərkibi vardır, onların əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə, beş ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hər bir halda təqsirləndiirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunçuluq prinsipinə əsasən cinayət törədildiyi vaxt qüvvədə olan maddənin dispozsisiyasına uyğun sanksiya həddində cəza təyin etməsinə baxmayaraq aşkar edilmiş narkotik vasitələrin külli miqdar (hazırkı qanunvericiliyə əsasən xüsusilə kümlli miqdardan da dəfələrlə artıq) çəkidə və satışa hazır formada ayrı-ayrı bağlamalarda olması (kifayət qədər ciddi çəki və külli miqdar dəyərə malik olmasını) şəxslərə təyin edilən cəzanın miqdarına təsirinin olacağını qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 xəstəliyi ilə bağlı daimi müalicə almasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəl məhkum olunmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəl məhkum edilməməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, hər iki təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri ((ağır) hazırki qanunveciliyə əsasən isə xüsusilə ağır)) cinayətlərə aid olması, transmilli xarakter daşıması, təqsirəndirilən şəxslərin cinayət hadisəsinə qədərki və hadisə vaxtı (narkotik vasitələrin əldə edilməsinə marağı və təkidi) davranışları,əməlin ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitənin növü, hazırda qüvvədə olan qanunverciliyə əsasən heroinə görə 800 qramdan artıq çəkidə, yəni xüsusilə külli miqdarda, ayrı-ayrı bağlamalarda satışa hazır formada olması, realizə ediləcəyi təqdirdə qeyri-müəyyən geniş kütləyə ünvanlanması, narkotik vasitələrin region və Respublika üzrə dövriyyəsində “əhəmiyyətli paya” malik olması) nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür və yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə maddənin sanksiyanın aşağı, yaxud orta həddə cəza təyinini istisna edir. Azəbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onların saxlanıldığı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə narkoloki ekspertiza rəylərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 həm də Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs1 isə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11782,6 qram olan heroin məhv edilməli, şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd "xxxx" disk, bank kartına dair məlumatlar olan 1 ədəd CD disk, Azərfon MMCdən daxil olmuş 1 ədəd CD disk və Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 3 ədəd DVD disk olmaqla ümumilikdə 6 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, 1 ədəd “Samsung Galaxy J5 Prime” markalı mobil telefon Təqsirləndirilən şəxs1, 1 ədəd “Samsung Galaxy S4” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 ailə üzvlərinə yaxın qohumlarına yaxud qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri ekspertiza tədqiqatının dəyəri olan 282 manat 40 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Hökm etdi:
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11782,6 qram olan heroin məhv edilsin, şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd "xxxx" disk, bank kartına dair məlumatlar olan 1 ədəd CD disk, Azərfon MMCdən daxil olmuş 1 ədəd CD disk və Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 3 ədəd DVD disk olmaqla, ümumilikdə 6 ədəd disk cinayət işi materiallarında saxlanılsın, 1 ədəd “Samsung Galaxy J5 Prime” markalı mobil telefon Təqsirləndirilən şəxs1, 1 ədəd “Samsung Galaxy S4” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 ailə üzvlərinə, yaxın qohumlarına, yaxud qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 282 manat 40 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.