Məhkəmə qərarları › İş №1(100)-9/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-9/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-9/2022 31.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X1, X2 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1994-cü il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 may 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd qara rəngli polietilen kəsiyində ayrı-ayrı qara qəngli polietilen kəsiklərinə bükülmüş təmiz çəkiləri 109,630 qram, 42,846 qram, 22,191 qram, 18,473 qram, 17,602 və 14,671 qram, ümumi təmiz çəkisi 225,413 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini 3000 manat pul müqabilində nisyə almaqla qanunsuz olaraq əldə edib, üzərində qanunsuz olaraq daşıyaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində işlədiyi “Avtoyuma” məntəqəsinə aparıb, orada gizlədərək qanunsuz olaraq satış məqsədilə saxlamış, 24 may 2020-ci ildə Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Rent A Car" dan icarəyə götürdüyü “Kia Cerato” markalı avtomobillə Yevlax rayonu Aran qəsəbəsinədək avtomobilin arxa yük yerində, oradan isə taksi avtomaşını ilə Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən “Nübar” restoranınadək əynindəki qara rəngli gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxlamaqla daşımış, 25 may 2020-ci il tarixdə saat 01 radələrində DİN-in BNMİ-nin X10 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən 336-cı kilometrliyində, Gürcüstan Respublikası istiqamətində yolun sol çiynində yerləşən “Nübar” restoranının otaqlarından birində saxlanılarkən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı və saxladığı bir ədəd qara rəngli polietilen kəsiyində ayrı-ayrı qara rəngli polietilen kəsiklərinə bükülmüş təmiz çəkiləri 109,630 qram, 42,846 qram, 22,191 qram, 18,473 qram, 17,602 və 14,671 qram, ümumi təmiz çəkisi 225,413 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin əynindəki qara rəngli gödəkçənin sağ yan cibində aşkar edilib götürülmüşdür. Məhkəmə istintqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 may 2020-ci il tarixdə Bakı şəhərindən Ucar şəhərinə gəlmiş, Ucardan Şahid1 götürüb Hacıkənd qəsəbəsinə gedərkən yolda idarə etdiyi avtomobil xarab olmuşdur. Şahid2 zəng edərək oradan keçəcəyini, ona borc verdiyi 200 manat pulu götürmək istədiyini bildirmişdir. Ləmanla danışdıqda ona Dəliməmmədli şəhərindəki “Nübar” adlı kafeyə gəlməsini, orada ona həmin pulu verəcəyini bildirmişdir. Kafedə olan vaxt 7-8 nəfər polis əməkdaşı gələrək onun və Xəyalənin üzərinə baxış keçirmişlər. Həmin vaxt polislərə “məni tutmusunuz, mənim üzərimdən çıxan budu” deyərək üzərində olan 1,5 qram narkotik vasitəni təqdim etmişdir. Həmin vaxt çəkiliş aparılmışdır. Həmçinin həmin vaxt üzərində olan bir ədəd bıçağı da təqdim etmişdir. Bundan sonra onları Gəncə şəhərinə, regional şöbəyə aparlmışlar. Orada onu döyüb sənədlərə qol çəkməyini istəmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Ləmana narkotik vasitə gətirib gələcəyi ilə bağlı zəng etməmiş, ona verdiyi pula görə zəng etmiş, narkotik vasitə istifadəçisi olduğundan həmin 200 manatı da Bakıda Ləmana narkotik vasitə alıb gətirməsi üçün vermişdir. Həmçinin ifadəsində göstərmişdir ki, Xırdalandan narkotik əldə etməmiş, kafedə saxlanıldıqları vaxt polis əməkdaşları narkotik vasitəni həm onun, həm də Xəyalənin üzərinə qoymuşlar. Onun üzərində 1,5 qram narkotik vasitə olmuş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin Ləman üzərindən narkotik vasitəni çıxarıb polis əməkdaşlarına vermiş, polislər də narkotik vasitəyə torpaq qatıb tərəzidə çəkmişlər, ona görə də narkotik vasitənin çəkisi 225 qram olmuşdur. Əlavə etmişdir ki, saxlanılarkən üzərində tərəzi də olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 24 may 2020-ci il tarixdə Ucar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN BNMİ-nin QBRŞ-nə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 25 may 2020-ci il tarixdə saat 01 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Gürcüstan istiqamətində yolun sol çiynində yerləşən “Nübar” restoranında saxlanılmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış edilmiş, bundan sonra isə üzərində narkotik vasitə və ya qanunla istifadəsi və daşınması qadağan olunmuş əşyalar olub-olmadığı ondan soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi olduğunu bildirmiş və videoçəkiliş ilə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisinə qoyulmuş qara rəngli sellofana bükülmüş kütləni və əynində olan qara rəngli cins şalvarın arxa bel nahiyəsindən, kəmərin altından bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisinə baxış keçirilmiş və baxış zamanı sellofan paketin içərisində 6 ədəd ayrı-ayrı sellofana bükülmüş kütlələr olduğunu və həmin kütlələrin qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə oxşar kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərək elektron tərəzi ilə birlikdə ayrı-ayrı paketlərdə qablaşdırılmışdır. Şifahi sorğu zamanı üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirdiklərindən onların üzərlərində şəxsi axtarış aparılması üçün Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinə dəvət edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və Şahid1 üzərlərindən narkotik vasitə və ya gəzdirilməsi, daşınması qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid5Şahid4ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin X10 Şöbəsində dəftərxana müdiri vəzifəsində xidmət edir. 25 may 2020-ci il tarixdə saat 01 radələrində Ucar rayon sakinləri Təqsirləndirilən şəxsvə XəyaləƏhmədova narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün DİN-in BNMİ-nin X10 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Dəliməmmədli şəhərində “Nübar” restoranında saxlanılaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinə gətirilmişlər. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X8 Əhmədovanın üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşyalar olub-olmamasını müəyyən etmək üçün onun üzərində şəxsi axtarış aparılması məqsədi ilə müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş ilə tərəfindən şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Şahid1 üzərindən narkotik vasitə və ya qanunla gəzdirilməsi, daşınması qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqının əvvəlində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə hadisədən təxminən 3 ay əvvəl Bakı şəhərində tanış olmuşdur. Onun narkotik vasitə istifadəçisi olduğunu, həmçinin narkotik vasitəni az miqdarda dost-tanışına satdığını görmüşdür. Maliklə tanış olandan sonra ona 200 manat məbləğində borcu olduğundan Malik ona bir neçə dəfə zəng edib pulunu istəmişdir. Hadisədən bir gün qabaq yenə də Malik ona bir neçə dəfə zəng etmiş, lakin onun telefonuna cavab verməmişdir. Bundan sonra Malik ona “səni pula görə narahat etmirəm, mənimlə əlaqə saxla” deyə səs göndərdiyindən telefonu açmış, telefonda ona dünəndən zəng etdiyini, Yevlaxda olduğunu demişdir. Həmçinin bildirmişdir ki, “ “mal” gətirəcəm, mənə satmağa kömək elə, sənin borcunu da siləcəm, həm də sən pul da qazanacaqsan, ya qalxmalıyam, ya da düşməliyəm, mənə köməklik elə, oradan adamlar tap”. Bundan sonra Malikə “yaxşı Malik, gələrsən danışarıq” demiş, Malik də onunla razılaşaraq gələcəyini bildirmişdir. Malik ona 0,5 kq narkotik vasitə gətirəcəyini vəd etmişdi. Sonra bunun düzgün olmadığını düşünüb, polis əməkdaşı olan Turala bu barədə məlumat vermiş, Tural da ona şöbəyə gələrək ərizə yazmasını bildirdiyindən şöbəyə gedərək bununla bağlı ərizə yazmışdır. Məhkəmə istintaqının gedişində verdiyi ifadəsində isə göstərmişdir ki, barəsində AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi vardır. İbtidai istintaq zamanı və əvvəlki məhkəmə iclasında verdiyi ifadələr doğru deyildir. Polislərin təzyiqi ilə Malikin əleyhinə həmin ifadələri vermişdir. Maliklə üzun müddətdir ki, dost olmuşdur. Narkotikin satışı ilə məşğul olduğu üçün Malikə zəng edib 1-2 qram narkotiki yoxlamaq məqsədilə deyəcəyi yerdən götürüb ona gətirməsini ondan xahiş etmişdir. Malik sadəcə həmin narkotik vasitəni Xırdalandan götürüb ona gətirməli idi. O, Malikin yol puluna qədər hər bir xərcini ödəmişdi. Malikin gətirdiyi narkotik vasitə təxminən 1,5 qram heroin olmuşdur. Həmin narkotik vasitəni gətirməyini polis əməkdaşı olan Tural ondan istəmişdi. Sonradan Tural həmin narkotik vasitəni istifadə etməsi üçün ona vermişdi. Əvvəlcə Turalın polis əməkdaşı olduğunu bilməmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu düşünmüşdür. Həmin gün Maliklə Nübar kafesində görüşmüş, həmin vaxt Malikin yanında bir nəfər xanım da gəlmişdi. Malikə yoxlamaq üçün gətirdiyi narkotiki onlara verməsini, bəyənsələr Bakıdan özü gedib gətirəcəyini bildirmişdi. Həmin vaxt Tural maşından nəsə götürəcəyini bildirib çölə çıxmış, daha sonra isə Tural və başqa şəxslər içəri daxil olaraq onları saxlamışlar, həmin vaxt Turalın və yanında olan şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Malikin narkotikin satışı ilə məşğul olması barədə məlumatı olmamış, aşkar edilmiş narkotik vasitəyə torpaq qatılmasının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 4 ildir qeyri-rəsmi olaraq yaşamışdır. 24 may 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs onlara gələrək, ona “Ramazan” bayramını Göygöl rayonu Hacıkənd qəsəbəsində keçirməyi təklif etmiş, onunla razılaşdığından Malikin idarə etdiyi “Kia” markalı avtomobillə Göygöl rayonu Hacıkənd qəsəbəsinə getmək üçün yola çıxmışlar. Yevlax rayonu Aran qəsəbəsi ərazisində avtomobilin mühərrikində nazaslıq yarandığı üçün Təqsirləndirilən şəxs avtomobili Ucar rayonu ərazisində yerləşən avtomobil təmiri məntəqəsinə göndərmiş, tanımadıqları taksiyə əyləşərək Göygöl rayonu istiqamətində hərəkət edərkən saat 23 radələrində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində yerləşən “Nübar” adlı kafedə Təqsirləndirilən şəxs təklifi əsasında avtomobildən düşüb birlikdə yemək yemişlər. 25 may 2020-ci il tarixdə saat 01 radələrində dörd nəfər mülki geyimli şəxs onların yemək yediyi kafenin otağına daxil olub, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini onlara göstərmişlər. Sonra polis əməkdaşları videoçəkiliş ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirdikləri üçün o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən sellofana bükülmüş və əynində olan şalvarın arxa bel nahiyyəsindən, kəmərinin altından bir ədəd kağıza bükülmüş olan elektron tərəzini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı tərəfindən onun təqdim etdiyi kütləyə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş, sonra kütlə və elektron tərəzi kağız paketlərdə qablaşdırılıb götürülmüşdür. Sonra o, Təqsirləndirilən şəxsla polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə getmişlər. Orada müdafiəçi ilə təmin olunmuş, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş digər əşya və maddələr aşkar edilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və elektron tərəzinin olması barədə əvvəlcədən məlumatı olmamış, Malik saxlanılan vaxt videoçəkiliş aparılmış, Malik özü narkotik vasitəni çıxarıb təqdim etmiş, üzərindən çıxanların ona məxsus olduğunu bildirmiş, əlavə olaraq Malik saxlanılarkən “Nübar” kafesində digər kupeyə keçərkən Şahid2 da orada yemək yeyərkən gördüyünü göstərmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən tərtib edilmiş Şahid2 24 may 2020-ci il tarixli “şifahi ərizə” protokolundan görünür ki, Ucar şəhər sakini, Malik Qadir oğlu adlı şəxs narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olur. Onun narkotik vasitə satan şəxslərə dərin nifrətindən irəli gələrək polis orqanına bu barədə məlumatı bildirmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin rəisi Elvin Abbasova ünvanlanmış 24 may 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə əməliyyat axtarış qrupunun yaradılmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 24 may 2020-ci il tarixli “təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.1994-cü il tarixdə Ucar şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə, lazım gələrsə olduğu nəqliyyat vasitəsinə təxirə salınmadan baxış keçirilməsi ilə əlaqədar qərar qəbul edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə QBRŞ-nin rəis müavini, polis mayoru X3, QBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 və QBRŞ-nin sürücü nəfəri, polis baş serjantı Şahid6 Azad oğlundan ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş 25 may 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindən həmin şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və sürücü nəfəri, polis baş serjantı Şahid6 Azad oğlunun, Təqsirləndirilən şəxs və Şahid1 iştirakları ilə tərtib edilmiş protokoldan görünür ki, 24 may 2020-ci il tarixdə Ağcabədi rayonu Biloğlan kənd sakini Şahid2 DİN-in BNMİ-nin X10 şöbəsinə şifahi ərizə protokolu ilə müraciət edərək, Ucar şəhər sakini Malik Qadir oğlu adlı şəxsin narkotik vasitə-heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmiş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Malik Qadir oğlu adlı şəxsin, xx.xx.1994-cü il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,işsiz, əvvəllər məhkum olunmuş, Ucar şəhəri A.Səhhət küçəsi döngə 1 ev 3-də pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 25 may 2020-ci il tarixdə saat 01 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1994-cü il tarixdə Təqsirləndirilən şəxs, 25.10.1984cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, himayəsində dörd azyaşlı övadı olan, Ucar şəhəri Azərbaycan küçəsi ev 10-da pasport qeydiyyatında olmaqla yaşayan Şahid1 ilə birlikdə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən 336-cı kilometrliyində, Gürcüstan istiqamətində yolun sol çiynində yerləşən Nübar adlanan restoranın otağında saxlanılmışlar. Əməliyyat-axtarış tədbiri videoçəkiliş aparılmaqla keçirildiyinə görə hal şahidləri dəvət olunmamış, iştirakçıların hər biri ayrı-ayrılıqda özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisinə qoyulmuş qara rəngli sellofana bükülmüş kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa bel nahiyəsindən, kəmərin altından bir ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra həmin sellofan torbaların içərisində olan bükümlərə baxış keçirilmiş,baxış zamanı 6 (altı) ədəd büküm aşkar edilmişdir. Bükümlərin iki ədədinin içərisinə baxış keçirilən zaman tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuş, təqdim edilmiş kütlə elektron tərəzinin üzərinə qoyulmuş və sellofanlarla birlikdə ümumi çəkisinin 233,59 qram olması müəyyən edilmişdir. Tədbirdə iştirak edən əməkdaşların iştirakı ilə götürülərək qəhvəyi rəngli kağız zərfə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs, Şahid1 tərəfindən imzalanmışdır. Bundan başqa aşkar edilən bir ədəd elektron tərəzi də, tədbirdə iştirak edən əməkdaşların iştirakı ilə götürülərək ağ rəngli kağız zərfə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, DİN-in 7(2) möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs, Şahid1 tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin İran vətəndaşı tərəfindən Xırdalan şəhərində yola atıldığını, kütləni verdikdən sonra növbəti kütləni eyni üsulla İran vətəndaşından qəbul edəcəyini, heroini özü istifadə etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Şahid1 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsindən xəbərinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 25 may 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 25 may 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in təhqiqatçısı, polis kapitanı Yunis Quliyev tərəfindəntərtib edilmiş protokoldan görünür ki,həmin şöbənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və sürücü nəfəri, polis baş serjantı Şahid6 Azad oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakları ilə Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-in xidməti otaqlarından birində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənəd aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 25 may 2020-ci il tarixli 16/365 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Ucar şəhər sakini Təqsirləndirilən şəxs 25.05.2020-ci il tarixdə götürülmüş narkotik vasitə heroinə bənzər kütlə” sözləri və imzalar olan qəhvəyi rəngli kağız paketdəki, 6 (altı) ədəd qara rəngli polietilen kəsiklərinə bükülmüş olan digər şəffaf rəngli polietilen kəsiklərində ayrı-ayrılıqda təmiz çəkiləri 109,630 qram, 42,846 qram, 22,191 qram, 18,473 qram, 17,602 və 14,671 qram, ümumi təmiz çəkisi 225,413 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Ucar şəhər sakini Təqsirləndirilən şəxs 25.05.2020-ci il tarixdə götürülmüş elektron tərəzi” sözləri yazılmış qəhvəyi rəngli kağız paketdəki, bir ədəd qara rəngli elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2020-ci il tarixli 6/1286 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Ucar şəhər sakini Təqsirləndirilən şəxs 25.05.2020-ci il tarixdə götürülmüş narkotik vasitə heroinə bənzər kütlə...”və s. yazılar, imzalar olan zərfdəki 06 ədəd bükümdə ümumi qalıq çəkisi 225,113 qram eyni əlamətli qəhvəyi rəngli maddələrin CG MS (qaz-xromotoqrafiya/kütləspektrometriya) üsulu ilə müvafiq cihaz tətbiq etməklə alınmış nəticəyə görə əsas tərkib hissəsi heroin-diasetilmorfindən, cüzi hissəsi 6-monoasetilmorfin və kofein komponentlərindən ibarətdir. 6-monoasetilmorfin və kofein komponentləri tiryəkdən birbaşa kustar üsulla asetilləşdirici maddələr vasitəsilə heroinin alınması prosesində əmələ gəlirlər və bu qarışıqları heroindən (diasetilmorfindən) kimyəvi üsulla ayırmaq mümkün olmadığından hər üç komponent (diasetilmorfin-heroin,6-monoasetilmorfin və kofein) birlikdə təmiz çəkiyə aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş X5-tibbi yoxlamanın 12.06.2020-ci il tarixli 470 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 26 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 may 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilnərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Ucar Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən göndərilmiş 04.06.2020-ci il tarixli 657 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ucar Rayon Mərkəzi Xəstəxanası” X17 poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Ucar rayonu İcra hakimiyyəti Başçısının Ucar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında atası X11 və anası X7 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Ucar rayonu İcra hakimiyyəti Başçısının Ucar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Ucar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 16.06.2020-ci il tarixli, 358 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 3000 manat cərimə cəzasına məhkum olunmuşdur. Ucar rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalan 2800 manat hissəsi aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs islah işləri növündə cəzasının icrası 01 aprel 2019-cu il tarixdən başlanılmaqla hesablanmış, 01 iyun 2020-ci il tarixədək cəzanın 14 ayını çəkmişdir. Halhazırda məhkəmənin qərarı tam icra edilməmişdir. İş materiallarına əlavə edilmiş Ucar Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilnərək 3000 (üç min) manat cərimə cəzasına məhkumedilmiş Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının ödənilməmiş qalan 2800 manat hissəsi aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində tutulmaqla 1(bir) il 6 (altı) ay müddətə islah işləri cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qərarından görünür ki, AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin Təqsirləndirilən şəxs ətrafında “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 24 may 2020-ci il tarixli qərarı və əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Ucar rayon İcra və Probasiya şöbəsinin “Amnistiya aktının tətbiq edilməsi barədə” 28 dekabr 2021-ci il tarixli Qərarından görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs 01 il 06 ay müddətə təyin edilmiş islah işləri cəzasının çəkliməmiş 4 ay hissəsindən azad edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü təqsirli bilməyərək ifadəsində Xırdalandan narkotik əldə etmədiyini, kafedə saxlanıldıqları vaxt polis əməkdaşlarının narkotik vasitəni həm onun, həm də Xəyalənin üzərinə qoyduqlarını, onun üzərində cəmi 1,5 qram narkotik vasitə olduğunu, lakin Ləman üzərindən narkotik vasitəni çıxarıb polis əməkdaşlarına verdiyini, polislərin də narkotik vasitəyə torpaq qatıb tərəzidə çəkdiklərini, ona görə də narkotik vasitənin çəkisinin 225 qram olduğunu, həmçinin saxlanılarkən üzərində tərəzinin də olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni uydurma, işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edərək, onun təqsirinin məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsilə, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə təsdiq olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, “...2018-ci il tarixdən Bakı şəhəri Nərimanov rayonu ərazisində avtoyuma məntəqəsində yuyucu işləmiş, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, son zamanlar bir neçə dəfə də narkotik vasitə olan heroin istifadə etdiyi üçün heroin ona daha yaxşı təsir etdiyinə görə mütəmadi olaraq heroin istifadə etməyi qərarlaşdırmışdır. O, bir ildən artıq müddətdir ki, Bakı şəhəri Nizami rayonu “Razin” qəsəbə sakini Elşən adlı şəxslə tanış olmuş və Elşənin vasitəsilə də Abşeron rayonu Xırdalan şəhər sakini Vüqar adlı şəxsi tanımışdır. O, Vüqarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildikdən sonra ondan özü istifadə etmək məqsədi ilə narkotik vasitə almaq istədiyi üçün 20 may 2020-ci il tarixdə günorta saatlarında istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Vüqarın dəqiq xatırlamadığı mobil telefon nömrəsinə zəng edib ondan öz istifadəsi üçün narkotik vasitəheroin almaq istədiyini ona bildirmişdir. Vüqar onunla razılaşaraq bu barədə danışmaq üçün onu 20 may 2020-ci il tarixdən 21 may 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “Grand” marketin qarşısına çağırmış, o, 21 may 2020-ci il tarixdə saat 03 radələrində taksi ilə Vüqarın əvvəlcədən dediyi ünvana getmişdir. O, taksidən düşüb taksi gedikdən bir müddət Vüqarı gözlədikdən sonra Vüqar “İnfiniti” markalı, qeydiyyat nişanını bilmədiyi avtomobili ilə onun yanına gələrək, onunla söhbət etdib sonra ona öz istifadəsi üçün 3000 (üç min) manat dəyərində 200 (iki yüz) qramdan artıq narkotik vasitə heroin satacağını bildirmişdir. O, narkotik vasitəni nisyə alacağını və ona 3000 manat pulu bir neçə dəfəyə verəcəyini bildirmiş və onlar razılaşmışlar. Vüqar ona həmin yerdə onu gözləməyini və avtomobil ilə gedib əvvəlcədən razılaşdıqları narkotik vasitə olan heroini gətirəcəyini bildirib, oradan uzaqlaşmış, təxminən 30 dəqiqədən sonra yenidən onun yanına gəlib ona narkotik vasitə olan heroini gətirdiyini, həmin narkotik vasitəni bir neçə metr qarşıda yerə tullayacağını deyib və gətirdiyi sellofan paketdə olan narkotik vasitəni ondan təxminən 10-15 metr aralıda avtomobilin pəncərəsindən yerə tullayıb getmişdir. O, bir qədər piyada irəliyə gedib yerdən sellofan bükümü götürmüş, sonra qaranlıq yerə gedib götürdüyü bükümün içərisini açıb baxarkən bükümün içərisində olan narkotik vasitəni iyləmiş, onun kəskin qoxusundan və rəngindən heroin olduğunu bilmişdir. Sonra o, markasınа və qeydiyyat nişanınа diqqət yetirmədiyi, sürücüsünü də tanımadığı taksi ilə işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqəsinə getmiş və həmin gecəni orada olan yardımçı tikilidə qaldıqdan sonra Vüqar adlı şəxsdən aldığı narkotik vasitəni 3 gün orada saxlamış, 24 may 2020-ci il tarixdə saat 14 radələrində “Ramazan” bayramı ilə əlaqədar yaşadığı Ucar rayonuna getmək üçün Bakı şəhəri Nərimanov rayonu ərazisində “Şəki” restoranının arxasında yerləşən “Rent a car"dan Niyaməddin adlı şəxsdən “Kia Cerato” markalı qeydiyyat nişanı yadında qalmayan avtomobil icarəyə götürüb həmin avtomobili idarə edərək Ucar şəhərinə getmişdir. 21 may 2020-ci il tarixdə Vüqar adlı şəxsdən aldığı sellofana bükülmüş narkotik vasitə olan heroini və bir ədəd elektron tərəzini idarə etdiyi avtomobilin yük yerinə yerləşdirib orada gizlətmişdir. 24 may 2020-ci il tarixdə saat 21 radələrində qeyri rəsmi ər-arvad münasibətində olduğu Ucar şəhər sakini Şahid1 yaşadığı evdə olduğu zaman Şahid1 “Ramazan” bayramını Göygöl rayonu Hacıkənd qəsəbəsində keçirməklərini təklif edərək, onunla birlikdə icarəyə götürdüyü avtomobil ilə Göygöl rayonu Hacıkənd qəsəbəsinə getmək üçün yola çıxmışlar. O, Bakı-Ələt-Qazax- Gürcüstan sərhədi yolunun Yevlax rayonu Aran qəsəbəsi ərazisindən keçən hissəsi ilə hərəkətdə olduğu zaman avtomobilin mühərrik hissəsində nasazlıq yarandığı üçün avtomobili yolun sağ çiynində saxlamış, 21 may 2020-ci il tarixdə Vüqar adlı şəxsdən alıb idarə etdiyi avtomobilin yük yerinə yerləşdirdiyi sellofana bükülmüş narkotik vasitə olan heroini və bir ədəd elektron tərəzini Şahid1 gizlin avtomobildən götürüb, narkotik vasitəni geyindiyi qara rəngli gödəkçənin sağ yan cibinə, elektron tərəzini isə geyindiyi şalvarın arxa hissəsində kəmər yerinə yerləşdirmiş, sonra mobil telefonla evakuator xidməti çağırıb mühərrikində nasazlıq yaranmış icarəyə götürdüyü avtomobili Ucar rayonu ərazisində yerləşən avtomobil təmiri məntəqəsinə göndərmişdir. Sonra o, Şahid1 ilə birlikdə tanımadığı taksiyə əyləşib Göygöl rayonu istiqamətinə getməyə başlamış, 24 may 2020-ci il tarixdə saat 23 radələrində yemək yemək məqsədi ilə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində taksidən düşərək “Nübar” adlanan restorana getmişlər. 25 may 2020-ci il tarixdə saat 01 radələrində onlar yemək yeyib çay içərkən həmin olduqları otağa dörd nəfər mülki geyimli şəxs daxil olub, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək videoçəkiliş ilə ona qanunsuz olaraq narotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, hər şeyin polis əməkdaşlarına məlum olduğunu düşünüb əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən sellofana bükülmüş əvvəlcədən özü istifadə etmək üçün aldığı narkotik vasitə olan heroini və əynində olan şalvarın arxa hissəsində kəmərin altından isə bir ədəd kağıza bükülmüş vəziyyətdə elektron tərəzini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi kütləyə və tərəziyə baxış keçirilərək həmin təqdim olunmuş kütlə elektron tərəzidə çəkilib ayrı-ayrılıqda kağız paketlərdə qablaşdırılmışdır. Sonra o, Şahid1yla polis əməkdaşları ilə birlikdə Gəncə şəhərinə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə getmişlər. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsində hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, o, təqdim olunmuş vəkillərin siyahısından X4 hüquqlarının dövlət vəsaiti hesabına müdafiə olunmasını bildirdiyi üçün həmin müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən əlavə narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş digər əşya və predmetlər aşkar edilməmişdir. O, 25 may 2020-ci il tarixdə Şahid1 ilə birlikdə Goranboy rayon polis şöbəsinə təhvil verildiklərini bildirmişdir. Həmçinin, о ifadəsində narkotik vasitələrin satışı, hazırlanması və əkilibyetişdirilməsi ilə məşğul olmadığını, üzərindən 25 may 2020-ci il tarixdə aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini aldığı Vüqar adlı şəxsin dəqiq anket məlumatlarını, ünvanını bilmədiyini, həmin şəxsin 25-30 yaşlı orta boylu olduğunu, eyni zamanda da Elşən adlı şəxsin dəqiq anket məlumatlarını, ünvanını bilmədiyini, həmin şəxslərin mobil telefon nömrələrini istifadəsində olan mobil telefonun adlar siyahısına qeyd etmədiyini və həmin şəxslərlə arasında olan telefon zənglərini mobil telefonundan sildiyi üçün onların mobil telefon nömrələrini xatırlamadığını, Şahid1 25 may 2020-ci il tarixdə onunla birlikdə olan zaman onun üzərində narkotik vasitə və elektron tərəzi olması barədə məlumatının olmadığını göstərmişdir.” Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən müəyyən olunmuşdur ki, onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və elektron tərəzinin olmasından məlumatı olmamış, Malik saxlanılan vaxt videoçəkiliş aparılmış, Malik özü narkotik vasitəni və tərəzini çıxarıb təqdim etmiş, üzərindən çıxanların ona məxsus olduğunu bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən müəyyən olunmuşdur ki, Malik onunla telefon danışığında ona 0,5 kq narkotik vasitə gətirəcəyini, həmin narkotik vasitəni satmağa kömək etməsini, bunun müqabilində onun da qazanc əldə edəcəyini vəd etmiş, Maliklə razılaşdıqdan sonra isə bunun düzgün olmadığını düşünüb, polis əməkdaşına məlumat verərək bununla bağlı ərizə yazmışdır. Məhkəmə istintaqı zamanı verdiyi sonrakı ifadəsində isə polislərin təzyiqi ilə Malikin əleyhinə həmin ifadələri verdiyini, narkotikin satışı ilə məşğul olduğu üçün Malikə zəng edib 1-2 qram narkotiki yoxlamaq məqsədilə deyəcəyi yerdən götürüb ona gətirməsini ondan xahiş etdiyindən Malik narkotik vasitəni Xırdalandan götürüb ona gətirmiş, Malikin gətirdiyi narkotik vasitə təxminən 1,5 qram heroin olmuş, həmin narkotik vasitəni gətirməyini polis əməkdaşı olan Tural ondan istəmiş, Malikin narkotikin satışı ilə məşğul olması barədə məlumatı olmamış, aşkar edilmiş narkotik vasitəyə torpaq qatılmasının şahidi olmamışdır. Göründüyü kimi Şahid2 barəsində AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin istintaqı dövründə, məhkəmə istintaqı zamanı verdiyi sonrakı ifadəsində Təqsirləndirilən şəxs müdafiəsi yönündə ifadə versə də, həmin ifadəsində Malikin narkotik vasitəni Xırdalan şəhərindən əldə edərək gətirdiyini, narkotik vasitələr aşkar edilərək baxış keçirilərkən həmin narkotikə torpaq qatılmasının şahidi olmadığını göstərmişdir. Məhkəmə Şahid2 məhkəmə istintaqının gedişində verdiyi ifadəsində göstərdiyi digər halları obyektiv və inandırıcı hesab etməyərək, həmin ifadəni özünün də cinayət məsuliyyətinə cəlb edildiyindən qərəzli, Təqsirləndirilən şəxs müdafiəsinə hesablanmış ifadə kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin həcmini, həmçinin ondan narkotik vasitə ilə bərabər elektron tərəzinin də aşkar edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamasını inandırıcı hesab etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-də məxsul saxlancda saxlanılan 1 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 224,993 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 142 (bir yüz qırx iki) manat 30 (otuz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 25 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-də məxsul saxlancda saxlanılan 1 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 224,993 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 142 (bir yüz qırx iki) manat 30 (otuz) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar