Məhkəmə qərarları › İş №1(100)-9/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-9/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-9/2024 11.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X7 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X22, X14, X17, X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X9, X6, X10, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1989-cı ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonunun Könüllü kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə, xx.xx.1984-cı ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonunun Mahmudlu kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə xx.xx.1963-cü ildə Şəmkir rayonu, Sarətəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonunun Sarıtəpə kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 06 avqust 2021-ci il tarixdə günorta saatlarında tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışları X5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib arvadı X3 Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yaşayan babası, xx.xx.1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs evində torpaq sahəsi almaq üçün təxminən on-on beş min manat pul olması və onun yaşlı olmaqla köməksiz vəziyyətdə müqavimət göstərmək imkanında olmaması, eləcə də evdə tək olması barədə məlumatı əsasında xeyli miqdarda əmlakı quldurluq yolu ilə ələ keçirmək üçün 07 avqust 2021-ci il tarixdə, gecə saat 01 radələrində Salman Mustafayevin idarə etdiyi «VAZ 2107» markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək, Salman Mustafayev evdən təxminən 300 metr məsafədə avtomobili saxlamaqla və Təqsirləndirilən şəxs1 isə evin yaxınlığındakı yolda dayanaraq kənar şəxslərin gələcəyi barədə qrupun üzvlərini məlumatlandırmaq üçün gözləmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə tanınmamaq üçün üzlərinə maskalar geyinərək evin açıq vəziyyətdə olan giriş qapısından yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb onu əl və ayaqları ilə vuraraq sol gözaltı nahiyyəsinin, alt çənənin sağ yarısının, sağ qabırğaaltı nahiyyəsinin qançırları və hər iki bilək nahiyyəsinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə pul tələb etmiş, Zərərçəkmiş şəxs evdə pulun olmadığını bildirdikdən sonra evin içəsində pul əldə etmək məqsədilə onlar evi axtarmış, lakin pul, qiymətli əşya və ya qızıl-zinyət əşyaları tapa bilmədiklərindən zərərçəkmiş Zərərçəkmiş şəxs şalvarının cibində olan 6 manat pulu götürüb quldurluq cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 06 avqust 2021-ci il tarixdə günorta saatlarında tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışları X5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun arvadı X3 Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yaşayan babası, xx.xx.1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs evində torpaq sahəsi almaq üçün təxminən on- on beş min manat pul olması və onun yaşlı olmaqla köməksiz vəziyyətdə müqavimət göstərmək imkanında olmaması, eləcə də evdə tək olması barədə məlumatı əsasında xeyli miqdarda əmlakı quldurluq yolu ilə ələ keçirmək üçün 07 avqust 2021-ci il tarixdə, gecə saat 01 radələrində Salman Mustafayevin idarə etdiyi VAZ 2107 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək, Salman Mustafayev evdən təxminən 300 metr məsafədə avtomobili saxlamaqla və Təqsirləndirilən şəxs1 isə evin yaxınlığındakı yolda dayanaraq kənar şəxslərin gələcəyi barədə qrupun üzvlərini məlumatlandırmaq üçün gözləmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə tanınmamaq üçün üzlərinə maskalar geyinərək evin açıq vəziyyətdə olan giriş qapısından yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb onu əl və ayaqları ilə vuraraq sol gözaltı nahiyyəsinin, alt çənənin sağ yarısının və sağ qabırğaaltı nahiyyəsinin qançırları və hər iki bilək nahiyyəsinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə pul tələb etmiş, Zərərçəkmiş şəxs evdə pulun olmadığını bildirdikdən sonra evin içəsində pul əldə etmək məqsədilə onlar evi axtarmış, lakin pul, qiymətli əşya və ya qızıl-zinyət əşyaları tapa bilmədiklərindən zərərçəkmiş Zərərçəkmiş şəxs şalvarının cibində olan 6 manat pulu götürüb quldurluq cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 06 avqust 2021-ci il tarixdə günorta saatlarında tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışları X5, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun arvadı X3 Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yaşayan babası, xx.xx.1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs evində torpaq sahəsi almaq üçün təxminən on- on beş min manat pul olması və onun yaşlı olmaqla köməksiz vəziyyətdə müqavimət göstərmək imkanında olmaması, eləcə də evdə tək olması barədə məlumatı əsasında xeyli miqdarda əmlakı quldurluq yolu ilə ələ keçirmək üçün 07 avqust 2021-ci il tarixdə, gecə saat 01 radələrində Salman Mustafayevin idarə etdiyi VAZ 2107 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gələrək, Salman Mustafayev evdən təxminən 300 metr məsafədə avtomobili saxlamaqla və Təqsirləndirilən şəxs1 isə evin yaxınlığındakı yolda dayanaraq kənar şəxslərin gələcəyi barədə qrupun üzvlərini məlumatlandırmaq üçün gözləmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə tanınmamaq üçün üzlərinə maskalar geyinərək evin açıq vəziyyətdə olan giriş qapısından yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb onu əl və ayaqları ilə vuraraq sol gözaltı nahiyyəsinin, alt çənənin sağ yarısının, sağ qabırğaaltı nahiyyəsinin qançırları və hər iki bilək nahiyyəsinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə pul tələb etmiş, Zərərçəkmiş şəxs evdə pulun olmadığını bildirdikdən sonra evin içəsində pul əldə etmək məqsədilə onlar evi axtarmış, lakin pul, qiymətli əşya və ya qızıl-zinyət əşyaları tapa bilmədiklərindən zərərçəkmiş Zərərçəkmiş şəxs şalvarının cibində olan 6 manat pulu götürüb quldurluq cinayət əməlini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə əmisindən 1500 (min beş yüz) manat pul almış, həmin vaxt əmisinin imkanlı vaxtı olmuş, 1500 (min beş yüz) manatı götürüb gedəndən sonra pula ehtiyac olmamışdır. O da pulu əmisinə demədən sonra Moskvaya getmiş, pulu xərcləmişdir. Tutulmamışdan 2 gün əvvəl əmisi ona zəng vurmuş və qardaşoğlu filan vaxt sənə pul vermişəm demişdir. O isə əmisinə “əmi gələrsən söhbət edərik” demişdir. Həmin gün gecə saat 11-də əmisi içkili vəziyyətdə onun yaşadığı evə getmiş, “ get o adamdan pulu al” demişdir. O əmisinə “əmi sən içkilisən, səhər açılanda həll edərik” demiş, əmisi isə “yox mənim borcum var” demişdir. Bununla əlaqədar onlar birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş və Təqsirləndirilən şəxs2la razılaşmışlar. Sonra isə əmisi təkid edərək borcunu geri istəmiş, onun yalan danışdığını demişdir. Onlar birlikdə qaynatası Təqsirləndirilən şəxs3 yaşadığı evə getmiş, orada onun əmisi Nizami kişini vurmuş, söyüşlər söymüşdür. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, həmçinin də onun orada heç bir günahı olmamış, oraya söz soruşmağa getmiş, boynuna almışdır ki 1500 manat pulu alıb xərcləmişdir. O ev onun qaynatasının evi olmuş, oğurluğa getsəydi özü tək gedər, digər şəxsləri özü ilə aparıb işə salmazdır.. Bundan əlavə bildirmişdir ki, o, Nizami kişinin evinə daxil olmamış, zərərçəkmişin əmisi tərəfindən darvazanın çölündə vurulduğunu, zərərçəkənin başından travma aldığını və başında çatışmazlıq olduğunu, əmisinin də o evə getdiyini, əmisinin keçmişdə kənd soveti vəzifəsində işləməsini, imkanlı olmasını, sonra iflas olmasını bildirmişdir. Məhkəmədən işinə düzgün baxılmasını, ailə başçısı olduğunu, himayəsində 2 azyaşlı qız uşağının olmasını və özünün təqsirli bilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, « Salman Mustafayev onun əmisidir. Salman əvvəllər müxtəlif idarələrdə vəzifələrdə işləmişdir. Hal-hazırda isə təqaüdçüdür. Əmisi işdən çıxdıqdan sonra qumar oynadığından müxtəlif şəxslərə borcu yaranmışdır. Həmişə əmisi onu görəndə arvadı tərəf adamlardan özünə borca pul götürmək üçün adam olub olmamasını soruşmuşdur. O, bir neçə dəfə əmisi Salmana olmadığını bildirmişdir. Lakin əmisi ondan əl çəkməmişdir. O, bir dəfə əmisinə arvadının xalası Elnurənin pulu olduğunu, işlədiyi pulları heç bir yerə xərcləmədiyini demişdir. Əmisi ona Elnurədən borc pul almağı demişdir. O da əmisi ilə razılaşaraq Elnurədən borc pul istəmişdir. Elnurə də ona pulu olmadığını bildirmişdir. O da əmisinə Elnurənin pulu olsa da ona pul vermədiyini bildirmişdir. Bundan sonra bir neçə dəfə əmisi ondan Elnurənin pulunun durub durmamasını soruşmuş, o isə məlumatlı olmadığını bildirmişdir. Əmisi də ona Elnurə qalan evi göstərməyi demişdir. Təxminən 10 gün əvvəl əmisi xatırlamadığı avtomobillə gəlib onu evdən götürmüş və Elnurə qalan evi ona göstərməsini demişdir. O da Elnurənin qaldığı qaynanasının atası evini Salmana uzaqdan göstərmişdir. O, Salmandan nəyə görə evin yerini öyrəndiyini soruşduqda əmisi özü gedib istəyəcəyini bildirmişdir. 06 avqust 2021-ci il tarixdə saat 22 radələrində əmisi Salman ona zəng edərək harada olmasını soruşmuş, o isə yolda evin qarşısında oturduğunu bildirmişdir. Salman gələcəyini bildirmişdir. Bir qədər sonra əmisi bibisi oğlu Məhəmmədin avtomobili ilə gəlmiş, o, avtombilə əyləşdiyi zaman Salman ondan Elnurənin pulunun olub-olmamasını soruşmuşdur. O isə pulun durduğunu bildirmişdir, lakin Elnurənin onlara borc verməyəcəyini bildirmişdir. Salman isə ona pulu özü gedib götürəcəyini bildirmişdir. O, isə belə işin qorxulu olduğunu və özü getmək istəmədiyini bildirmişdir. Salman isə tanışları olduğunu, həmin şəxslərin evə girib pulu götürəcəklərini, onun yalnız evi göstərəcəyini demişdir. Bundan başqa ondan həmin gün evdə kimlərin olub olmamasını soruşmuşdur. O, qaynanasının həmin gün onlarda olduğunu, evdə çörək yeyən zaman arvadının nənəsini soruşduqda qaynananın anasının oğlunun evinə getdiyini və atasının tək olmasını dediyini eşitdiyini bildirmişdir. Arvadının babasının həmin gün evdə tək olmasına əmin olmuşdur. Salman ona da götürülən puldan verəcəyini bildirmişdir. O da Türkiyə Respublikasına işləmək üçün getmək istədiyindən Salmanla razılaşmışdır. Onlar birinci Gəncə şəhərinin girişində “priyezdin” yaxınlığına getmiş, orada əvvəllər gördüyü və “Nizi” kimi tanıdığı Nizami adlı şəxs avtomobilə oturmuş, o da arxada oturmuşdur. Bundan sonra dördüncü adam avtomobilə minməli olduğundan, onlar Şəmkir səbətin yanına gəlmişlər. Onlar həmin yerə yaxınlaşanda həmin şəxs qara rəngli dövlət nömrə nişanını və markasını xatırlamadığı avtomobillə gəlmişdir. Nizami avtomobildən düşərək həmin şəxsə orada kənar şəxslərin onlardan şübhələnəcəyini bildirib arxalarınca sürməsini demişdir. Onlar avtomobili Şəmkir səbətin dayanacağına sürmüş və adının sonradan Rasim olduğunu bildiyi şəxs avtomobili saxladıqdan sonra onların avtomobilində arxa oturacaqda onun yanında əyləşmişdir. Rasimin əlində kiçik sellofan torba olmuşdur. Yol gedə-gedə Rasim torbanın içərisindən bir cüt rezin, bir cüt fəhlə əlcəyi çıxarmışdır. Bundan başqa torbada yapışqanlı lent və başa keçirmək üçün qadın corabının olmasını görmüşdür. Bundan sonra Salman avtomobili Yuxarı Seyfəli kəndinə arvadının babası evinə doğru sürdüyü zaman Nizami onlarda telefon olub olmamasını soruşmuşdur. O və əmisi Salman ikisindədə telefon olduğunu bildirmişlər. Nizami isə onunla əmisinin telefonlarını götürüb söndürmüş, telefonlarla elə yerə getməyin təhlükəli olduğunu, üzərində telefon olarsa gələcəkdə onları tapa biləcəklərini demişdir. Əmisi də avtomobili saxlayaraq telefonu yol kənarında otluğun içərisinə qoymuşdur. Rasimlə Nizami özləri telefon götürmədiklərini bildirmişlər. Bundan sonra arvadının babası evinin yaxınlığına çatdıqda Nizami, Rasim və o avtomobildən düşərək piyada evə yaxınlaşmışlar. O, evə getmək isdəmədiyini, evin yerini göstərib qayıdacağını demişdir. Rasim ilə Nizami isə ona imkan verməmişlər. Onlar avtomobildən düşməzdən əvvəl Nizami ilə Rasim əlcəklərini taxmış, Nizami qadın corabını maska kimi istifadə edərək başına taxmışdır. Rasim isə ağzına tibbi maska taxmışdır. Onlar evin yaxınlığına çatdıqda o, yolda dayanmış, Nizami və Rasim isə açıq vəziyyətdə olan yol qapısından keçərək evə doğru getmişlər. Həmin vaxtı saat təxminən 01 radələri olmuşdur. Getməzdən əvvəl o, Rasim ilə Nizamiyə kişini vurmamalarını xahiş etmişdir. Rasim ilə Nizami getdikdən təxminən yarım saat sonra geri qayıtmışlar. Hər ikisi tənginəfəs vəziyyətdə olmuşlar. O, nə olmasını soruşduqda Nizami ilə Rasim evdə pul olmadığını, evi nə qədər axtarsalar da pul tapa bilmədiklərini demişlər. Onların əvvəlcədən razılaşmalarına görə Salman avtomobillə həmin yerdən bir qədər aralıda dayanmalı imişlər. Onlar yola çıxdığı zaman Nizami ilə Rasim bir qədər qaçmışlar. O, həmin vaxtı arxada səs küy eşitmişdir. Bilmişdir ki, artıq qonşuların bu barədə məlumatı olmuşdur. Ona görə o da qaçıb Nizamiyə çatmışdır. Həmin vaxtı o, Salmanın dediyi yerdə olmadığını görmüşdür. Nizami ona geri qayıdıb ara yola baxmağı demişdir. O geri qayıtmş, lakin həmin yerdə də əmisini görməmişdir. Həmin yer arvadının babası evinə yaxın olduğundan o, oradan səs küy gəlməsini eşitmişdir. Bilmişdir ki, artıq qonşularda məsələni bilmişlər. Ona görə də Nizamigilin yanına çatıb oradan qaçmalı olduqlarını demişdir. Nizami isə tənginəfəs olduğunu və qaça bilmədiyini demişdir. O isə Nizamigildən irəli qaçaraq Salmanın harada olmasına baxacağını demişdir. O, xeyli irəli getsə də Salmanı görə bilməmişdir. Bir qədər sonra arxadan avtomobil səsi eşitmişdir. Salman avtomobilin qapısını açaraq tez avtomobilə minməsini demişdir. O, avtomobilə mindikdən sonra Salman birinci onu gətirib evin yaxınlığında düşürmüşdür. Bundan sonra Rasimlə Nizamini düşürmək üçün getmişdir. Səhər saat təxminən 08 radələrində arvadının dayısı arvadı Nuranə ona zəng edərək arvadı Yeganəni soruşmuş, o isə Yeganənin telefonunun səssizdə olduğunu bildirmişdir. Nuranə də ona axşam qaynatasının evinə oğru girdiyini və qaynanasına tez evə gəlməyi demişdir. Qaynanası Ruhiyyə tez atası evinə getmişdir. Arvadı da anası ilə birlikdə getmişdir. Həmin gün axşam tərəfi polis əməkdaşları gələrək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, polis əməkdaşlarının hadisə barədə məlumatlı olmasını bilmiş və ona görə də hadisəni olduğu kimi danışmışdır.O, arvadının xalası Elnurənin pulunun olmasını görməmişdir, sadəcə onun on minlik torpaq sahəsi almasını eşitdiyindən onların evində on min manat pul olmasını guman etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 5000 manat Salman ondan on günlük borc alınmış və özünə məxsus mağazası olmuşdur. Salman gecə saat 10-11 radələrində Eynura sərxoş vəziyyətdə zəng etmiş və “Səbət” bazarına gəlmişdir. O nə qapı döyməmiş, nə kişiyə pul verməmişdir. Salman pulu qardaşı oğlu Eynura verdiyini demişdir. O evə daxil olmamış, çöldə dayanmışdır. Bununla yanaşı o bildirmişdir ki, onu oraya getmək üçün Salman 07 avqust tarixində, axşamüstü, təxminən saat 17:00 radələrində dəvət etmiş və Salmanın 10000 manat alacağının olduğunu demiş, oraya getdikdə isə Eynur Salmana borcunun olmadığını demiş, digər söhbətləri eşitməmişdir. Nizami ilə Salmanın dost olmuş, onu oraya inandırmaq üçün aparmışlar. Orada Eynurun əmisi Eynuru sillə ilə vurmuş, o bu hadisəni görmüş, Eynur yıxılmamış, onu aldatdığı üçün pulunu istəmiş, bundan sonra Salman başqa alacaqları üçün oradan getmiş və oradan əliboş qayıtmışdır. Salman Qasım adlı şəxsdən də pul almaq üçün gedərkən o getməmiş, onların heç birirnin üzündə maska olmamışdır. 6 manatı müstəntiq qoymuşdur.Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İstintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, « əvvəllər bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə isə ona mebel satan Natiq adlı şəxslə dalaşdığından barəsində cinayət işi başlanaraq Şəmkir rayon məhkəməsinə göndərilmiş, hazırda işə Şəmkir rayon məhkəməsində baxılır. “Aktiv” ləqəbi ilə tanınan Şəmkir rayonu Könüllü kənd sakini Salman Mustafayevi bir müddət əvvəl tanımışdır. Salmanı o tanışı Nizamiyə görə tanımışdır. Nizamini o, uzun müddətdir ki, qumar oynayan şəxs kimi tanımışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. O, Nizaminin yanında olduğu zama Salmanı görüb tanımışdır. Həmin vaxtı Salman 2007-ci ildə vəfat edən atası ilə yaxın münasibəti olduğunu bildirmişdir. Ata ilə münasibəti olduğunu bildikdən sonra o da Salmanla münasibət yaratmışdır. 2021-ci ilin iyul ayının sonlarında Salman ondan beş min manat borc pul istəmiş, bir həftə ərzində 5500 manat qaytaracağını bildirmişdir. O da Salmanın əvvəllər uzun müddət icra nümayəndəsi işlədiyini eşitdiyindən normal adam olduğunu hesab etmişdir. O, Salmana tam inandığından həmin pulu Nizaminin yanında Şəmkir rayonu Səbət Marketin yanında Salmana vermişdir. Sonradan o, Salmanın çoxlu şəxslərə borcu olduğunu eşitmişdir. O, Salmandan pulunu istədikdə bir neçə gün ona müxtəlif bəhanələr gətirmişdir. Bir neçə gün sonra isə Salman Nizami ilə birlikdə Salmanın yanında olduğu zaman Salman özünə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində yaşayan bir nəfər şəxsin pul borcu olduğunu, lakin vermədiyini, həmin şəxsin evindən zorla pulu götürməyi demişdir. O, Salmana belə işin qorxulu olduğunu bildirmişdir. Salman isə ona evdə tək yaşlı kişinin qaldığını, evin qapısını bağlanmadığını, eyni zamanda evdə təxminən 10-15 min manat pul olduğunu bildirirmişdir. O, əvvəl Salmana belə işin alınmayacağını bildirmişdir. O, hər gün Salmandan pulunu istədikdə Salman həmin yerə getməyi təklif etmişdir. Axırda o, 2021-ci ilin avqust ayının 6-da Salmanla razılaşmış, həmin vaxtı Nizami də onların yanında olmuşdur. Onlar həmin vaxt axşam görüşərək Salmanın dediyi evə gedərək həmin evdən zorla pulu götürməyi məsləhətləşmişlər. Salman eyni zamanda qardaşı oğlunun onlara həmin evi göstərəcəyini bildirmişdir. Bundan başqa onlar hərəsi özünə əlcək, maska və papaq götürməyi razılaşmışlar. Eyni zamanda o, Salmana axşam özünə məxsus avtomobillə Şəmkir rayonunda üç yol kimi tanınan ərazidə dayanacağını və onları gözləyəcəyini, mobil telefonun üzərində olmayacağını bildirmişdir. Axşam saat təxminən 24 radələrində o, dediyi yerə gedərək orada Salmangili gözləməyə başlamışldır. Bir qədər sonra Salman tanımadığı «VAZ 2107» markalı avtomobillə onun avtomobilinin yanında saxlamışdır. Onun dayandığı yerdə kamera olduğundan onlar ona avtomobili bir az aralıda saxlamağı demişlər. O, avtomobilini “Üçyolun” yaxınlığında saxlayaraq Salmanın idarə etdiyi avtomobilinə minmişdir. O, avtomobilə mindiyi zaman avtomobili Salman özü idarə etmiş, ön oturacaqda Nizami oturmuşdur. Arxa oturacaqda isə Salmanın qardaşı oğlu olduğunu bildiyi şəxs oturmuşdur. O, həmin şəxsin adını bilməmişdir. X26 kəndinə getdiyi zaman Nizami Salmana telefonunun olub olmamasını soruşmuşdur. Salman isə telefonun üzərində olduğunu bildirmişdir. Nizami də Salmana telefonları söndürüb bir kənara qoymağı, telefonla getməyin təhlükəli olduğunu bildirmişdir. Bundan sonra onlar Seyfəli kəndinə gedən yolda şəhidlərin şəkli olan plakatın yanında dayanmış, Salman ilə qardaşı oğlu telefonlarını söndürərək orada otun içərisinə qoymuşlar. Bundan sonra onlar yoluna davam etmişlər. Yuxarı Seyfəli kəndində tanımadığı yerdə dayanmışlar. Onlar avtomobilin içərisində əllərinə əlcək taxmış, o, özü ilə götürdüyü tibbi maskanı ağzına taxmışdır. Nizami isə başına kəsilmiş qadın corabını keçirmiş,əlinə isə sadə rezin əlcək taxmışdır. Salmanın qardaşı oğlu evdə onu tanıdıqlarını, ona görə də evə girə bilməyəcəyini demişdir. Salmanın qardaşı oğlunun göstərməsi ilə onlar avtomobildən düşdükdən sonra evə doğru getmişlər. Onlar həmin evə yaxınlaşanda Salmanın qardaşı oğlu evdə yaşlı adam olduğunu və onu incitməməyi onlara demişdir. Onlar da ona evdən pulu götürüb çıxacaqlarını bildirmişlər. Oğlan onlara yol qapısını göstərmiş, yol qapısı açıq vəziyyətdə olmuşdur. Onlar oradan həyətə daxil olmuş, həmin vaxt gecə 02 radələri olduğundan qonşulardan səs gəlməmişdir. Evə yaxınlaşdıqda evin içərisində işıq yanmadığını, lakin evin içərisində televizorun işlədiyini görmüşlər. İkisidə evin açıq vəziyyətdə olan qapısından içəri daxil olmuşlar. Televizorun yaxınlığında olan çarpayıda yaşlı arıq kişi uzandığını görmüşlər. Onlar içəri gizən kimi kişi çarpayıda oturmuş və onlara nə üçün gəlmələrini soruşmuşdur. Nizami kişiyə yaxınlaşaraq ona sakit dayanmasını demiş və pulun harada olmasını soruşmuşdur. Kişi isə evdə pul olmadığını bildirmişdir. Nizami həmin şəxsə çarpayıya uzanmasını demişdir. Kişi çarpayıya uzandıqdan sonra o, digər otağın qapısının qıfıllı olduğunu görmüşdür. Əli ilə həmin qapını itələyən kimi qapı açılmışdır. O, içəri daxil olaraq alışqan işığı ilə həmin otağın hər yerini axtarmış, lakin pul tapa bilməmişdir. O, həmin otağa geri qayıtmış və Nizamiyə pulu tapa bilmədiyini demişdir. Onlar yenidən kişidən pulun harada olmasını soruşmuşlar. Lakin kişi onlara pulunun olmadığını bildirmişdir. Bu zaman Nizami özü gedib otağı axtaracağını demiş və yenidən həmin otağa getmişdir. O da kişinin yanında tərpənməməsi və səsini çıxartmaması üçün dayanmışdır. Bir qədər sonra Nizami gələrək pulu tapa bilmədiyini demişdir. Onlar görmüşlər ki, evdə pul yoxdur. Ona görə də evdən getməyi qərara almışlar. Evdən çıxdığı zaman televizorun yanında yapışqanlı lent olmasını görmüş və onlar çıxdıqdan sonra kişi qışqırmasın deyə ayaqarını o tutmuş, Nizami isə ayaqlarını yapışqanlı lentlə bağlamışdır. Daha sonra isə əllərini də bağlamışlar. Ağzına isə bir az yapışqanlı lent bağladıqdan sonra kişiyə sakit olmasını deyərək evdən çıxıb getmişlər. Birinci Salmanın qardaşı oğlunun yanına həyətdə dayandığı yerə gəlmiş, ona heç nə demədən həyətdən çıxaraq Salmana gözləməyi dediyi yerə getmişlər. Onlar həyəcanlı olduğundan bir qədər qaçmış, lakin orada Salmanın olmadığını görmüşlər. Üzərində telefon olmadığından Salmanla əlaqə saxlaya bilməmişlər. Ona görə də yolun kənarı ilə tez tez yeriyərək getmişlər. Yolda onlar Salmanın qardaşı oğluna evdə pul olmadığını bildirmiş, oğlan da onlara evdə pulun olmalı olduğunu bildirmişdir. Bundan sonra Salmanın qardaşı oğlu Salmanı tapmaq üçün irəlidə qaçmışdır. Bir qədər sonra Salman gəlib yanlarında avtomobili saxlamış, Nizami ilə o avtomobilə əyləşmişlər. Salmana evdə pul çıxmadığını bildirmiş, Salman da evdə pulun olmalı olduğunu demişdir. Bir qədər irəlidə Salmanın qardaşı oğlunu da avtomobilə mindirib getmiş, birinci telefonları götürmüş, sonra Salmanın qardaşı oğlunu yaşadıqları kənddə düşürmüşdür. Bundan sonra onu gətirib öz avtomobilinin yanında düşürmüş və Nizami ilə getmişdir. O, öz avtomobilinə əyləşərək yaşadığı evə getmişdir. Sabahı gün o, Salmandan borcumu istəmək üçün zəng etmiş, lakin Salman telefonu açmamışdır. O da Salmanın oğlunun nömrəsini Nizamidən alaraq zəng etmiş, Salmanın oğlu ona Salmanın polis şöbəsində olduğunu bildirmişdir. O, bilmişdir ki, artıq polis söhbəti bilir, ona görə də tutulmağından qorxduğu üçün gizlənmişdir. 13 avqust saat 05 radələrində yaşadığı evdə yatdığı zaman polis əməkdaşlarının gəldiyini bilmiş və qaçmaq çün evin ikinci mərtəbəsindən tullanıb qaçan zaman yıxılmış və polis əməkdaşları onu tutaraq polis şöbəsinə gətirmişlər. Onlar evə daxil olduğu zaman əlində hər hansı bir alət olmamış, o ev sahibini vurmamışd, evdən çıxdıqdan sonra qaçdıqları zaman əllərində olan əlcəkləri yolda cıraraq atmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki ,o Salmanı əvvələr tanımış, pul istəyən zaman pul almamışdır. Lakin, buna baxmayaraq Rasim ondan xəbərsiz Salmana pul vermiş, olanları ona danışdıqdan sonra isə Salmana pul verməməsi barədə əvvəlcədən xəbərdarlıq etdiyini demişdir. Sonra Rasim ona Salmandan pulunu alacağını, verməyəcəyi təqdirdə gedib evindən alacağını demiş, sonra isə pulunu qaytarması üçün vaxt qoymuşdur. Salman baş verənlərdən qorxmuş, ona zəng etmiş, o isə Salmana vaxtında pul almaması ilə bağlı xəbərdarlıq etmiş, Salman isə alacağının olduğunu, həm də Moskvadan adam gəldiyini və həmin adamdan pul alıb verəcəyini demişdir. Bundan sonra o, “Səbət” bazarında olarkən Salman oraya gəlmiş, qardaşı oğlunun qayınatasında olan pulunu alıb Salmanın pulunu qaytaracağını, Salmana olan qalan borcunu Moskvadan gələn adamdan alıb qaytaracağını demişdir. O, Salmanın evinə getmək istəməmiş, Rasimdən pulunu şirin dillə almasını istəmiş, Rasim isə pulunu ala bilməyəcəyi təqdirdə Salmanı döyəcəyini demişdir. Bundan sonra digərlərinin təkidi ilə o da Salmanın yaşadığı evə getmiş, yolda olan zaman “əgər sən vaxtında mənə desəydinki, o pul məndədir, qaynatanın xəbəri yoxdur, mən Salmanı yolun yarısından geri qaytarardım” demişdir.Yolda onlara heç kim heç nə deməmiş, gəlib oraya çatanda o maşında oturmuş, onlar orada ev sahibini gördükdən sonra o “sən Allah o pulu ona keç” demişdir.Həmin kişinin Eynurun qaynatası olduğunu bilməmişdir. Orada Eynur əmisinə yalan danışdığını demiş, o isə Eynura həqiqəti gec dediyinə görə əsəbləşmişdir. O Nizamini oğlunun goruna and vermiş, həmin pulu ona keçməsini xahiş etmişdir. Sonra isə Nizami kişi onlarla yola çıxmış, Qasım adlı şəxsin evinə getmək istəyərkən, maşın xarab olmuş, həmin yerdə olan evlərdən birinin darvazası açıq olmuş, gedib darvazadan içəri girmiş, həmin evin sahibi maşını itələmək üçün ona kömək etmişdir. Həmin vaxt Salman içkili olmuş, Eynur isə əmisini aldatdığını ağlayaraq orada demişdir.O, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində istintaqa ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edərək və öz müdafiəsi üçün heç bir dəlil gətirməyərək ifadəsində göstərmişdir ki, «rəsmi olaraq heç bir yerdə işləmir, ürək əməliyyatı olduğundan təqaüd alır. Uzun illərdi ki, müxtəlif şəxslərlə qumar oynamışdır. “Aktiv” ləqəbi ilə tanınan Salman Mustafayevi təxminən 30 il olar ki, tanımışdır. Son iki ildə aralarında dostluq münasibətləri yaranmışdır. Salmanı da qumar oynayan şəxs kimi tanımışdır. Əvvəllər Salman icra nümayəndəsi işləmişdir. Son vaxtlar isə o, Salmanın çoxlu şəxslərə borcu olduğunu eşitmişmişdir. Lakin borcunun nəyə görə yaranmasını bilməmişdir. Əvvəllər bir neçə dəfə Salman ona pullu şəxslərin birinin evinə girərək pul oğurlamağı təklif etmişdir. Bundan başqa kimdəsə çoxlu pul görəndə həmin şəxsi qorxuzub pulunu almağı ona təklif etmişdir. O da Salmana yaşlı adam olduğunu, kiminsə pulunu ala bilməyəcəyini dedikdə Salman üzərində gəzdirdiyi tapançanı göstərərk tapança ilə qorxuzub pulu götürməyi təklif etmişdir. O da Salmanı başa salaraq belə bir hərəkətə görə tutulacağını bildirmişdir. 2021-ci ilin təxminən iyul ayının 25-26 aralığında Salman ona Yuxarı Seyfəli kəndində bir nəfər şəxsin olduğunu, həmin evdə 10-15min manat pul və qızıl zinət əşyalarının olduğunu bildirmiş və həmin evə girərək pulu və qızılları götürməyi təklif ettmişdir. Həmin vaxtdan xeyli əvvəldə Salman onun dostu olan Rasim ilə görüşdükdə Salman Rasimin atasını tanıdığını və atası ilə əvvəllər yaxşı münasibəti olduğunu bildirmişdir. Həmin ərəfədə də Rasim ona Salmana 5000 manat borc pul verdiyini bildirmişdir. Salman həmin ev barədə danışdıqda onlar həmin evə girməyi planlaşdırmışlar. 2021-ci ilin iyul ayının axırlarına yaxın Salman həmin evə getməyi dedikdə onlar Rasim ilə birlikdə Salmanın gəldiyi avtomobillə Yuxarı Seyfəli kəndində getmişlər. Saat təxminən 24 radələrində X26 kəndinə çatmışlar. Salman onları evin yaxınlığında düşürmüş və evin yerini nişan vermişdir. O, Rasim ilə birlikdə Salmanın dedyi istiqamətlə getsələr də həyətə giriş tapa bilməyərək geri qayıtmışlar. 06 avqust 2021-ci il tarixdə Rasim, o və Salman görüşdüyü zaman Salman onlara axşam evə girməyi təklif etmişdir. Həmin günü kişinin evdə tək olmasını, evin yerini işarə verən şəxsin də onlarla birlikdə gələcəyini və evin girişini onlara göstərəcəyini bildirmişdir. O, həmin gün axşam onu Gəncə şəhərindən götürməyi Salmana demiş, Rasim isə hara gələcəyini soruşduqda Salman ona Könüllü kəndinin girişinə yanacaqdoldurma məntəqəsinə gəlməyi demişdir. Həmin gün saat təxminən 23 radələrində Salman evdən çıxaraq onu götürmək üçün gəldiyini bildirmişdir. O da özünə məxsus “Volsfagen” markalı avtomobillə Gəncə şəhərinin girişində olan “priyezdin” yaxınlığına gələrək avtomobili həmin yerdə saxlamışdır. Saat təxminən 24 radələrində Salman gəlib həmin yerdən onu götürmüşdür. Həmin vaxtı avtomobildə cavan oğlan olmuşdur. O, həmin şəxsin kim olmasını soruşmuş, Salman da həmin şəxsin qardaşı oğlu olmasını bildirmişdir və onunla birlikdə ona evə girməyi təklif etmişdir. O da Salmana tanımadığı şəxslə heç bir yerə girə bilməyəcəyini demişdir. Onda Salman ona qardaşı oğlunun evin yerini göstərəcəyini demişdir. Bundan sonra onlar Könüllü kəndinə gəldikdə Rasimin kəndin ərazisində olan radar aparatının altında dayandığını görmüş və arxasınca sürməyi demişlər. Rasim onların arxasınca gəlmiş, Şəmkir rayonu Üç yol adlanan ərazidə avtomobilini saxlamış və onların avtomobilinə əyləşmişdir. Həmin vaxtı Rasimin əlində bir sellofan torba olmuşdur. Həmin sellofanda Rasimin götürdüyü əlcəklər, maska və yapışqanlı lent olmuşdur. Rasimlə onun üzərində mobil telefon olmamışdır. Həmin vaxtı Salman onlardan telefonlarının olub-olmamasını soruşmuş, onlar telefon olmadığını bildirmişlər. Seyfəli kəndinin girişində Salman avtomobili saxlayaraq özünün və qardaşı oğlunun telefonlarını orada gizlətmişdir. Bundan sonra onlar yoluna davam etmişlər. Yuxarı Seyfəli kəndində tanımadığı yerdə dayanmışlar. Onlar avtomobilin içərisində əllərinə əlcək taxmış, Rasim götürdüyü tibbi maskanı ağzına taxmışdır. O, başına kəsilmiş qadın corabını keçirmişdir. Əlinə isə sadə rezin əlcək taxmışdır. Salmanın qardaşı oğlu evdə onu tanıdıqlarını, ona görə də evə girə bilməyəcəyini demişdir. Salmanın qardaşı oğlunun göstərməsi ilə onlar avtomobildən düşdükdən sonra dediyi evə doğru getmişlər. Onlar həmin evə yaxınlaşanda Salmanın qardaşı oğlu çöldə dayanmışdır. Onlar evdən pulu götürüb çıxacaqlarını bildirmişlər. Yol qapısı açıq vəziyyətdə olmuşdur. Onlar oradan həyətə daxil olmuş, həmin vaxt gecə 02 radələri olduğundan qonşulardan səs gəlməmişdir. Evə yaxınlaşdıqda evin içərisində işıq yanmadığını, lakin televizorun işlədiyini görmüşlər. Birinci o, qalxaraq qapıının birini itələmiş, ancaq açılmamışdır, aşağı düşərək Salmanın qardaşı oğluna qapının açıq olmadığını demişdir. Salmanın qardaşı oğlu isə ona qapının üzərində pərdə olan yerdə olduğunu, onun açmaq istədiyi qapının isə mətbəxin qapısı olduğunu demişdir. Rasim həmin qapını itələdikdə qapı açılmışdır. İkisidə evin açıq vəziyyətdə olan qapısından içəri daxil olmuşlar. Televizorun yaxınlığında olan çarpayıda yaşlı arıq kişi uzanmışdır. Onlar içəri gizən kimi kişi çarpayıda oturmuş Rasim kişiyə yaxınlaşaraq sakit olmasını demiş və pulun harada olmasını soruşmuşdur. Kişi isə evdə pul olmadığını bildirmişdir. Rasim kişidən bir də pulun harda olmasını soruşduqda kişi pulu arvadının apardığını demişdir. Rasim kişiyə çarpayıya uzanmasını demişdir. Həmin vaxtı kişi qışqırmaq istədikdə o, kişinin ağzından tutaraq onunla işi olmadığını bildirmişdir. Bu zaman Rasim gələrək əlinin arxası ilə kişinin çənəsəindən vurmuşdur. Bundan sonra Rasim kişinin əllərini və ayaqlarını yapışqanlı lentlə bağlamışdır. Kişi sakit durduqda Rasim digər otağın qapısına baxaraq geri qayıtmış və qapının bağlı olmasını bildirmışdır. O, Rasimə evdən çıxıb getməyi demişdir. Rasim yenidən gedərək bağlı otağın qapısına çiynini vurmuş və qapını açmışdır. O da kişinin yanında tərpənməməsi və səsini çıxartmaması üçün dayanmışdır. Bir qədər sonra Rasim gələrək pulu tapa bilmədiyini demişdir. Onlar evdə pul olmadığını görmüşlər. Ona görə də evdən getməyi qərara almışlar. Bundan sonra kişiyə sakit olmasını deyərək evdən çıxıb getmişlər. Birinci həyətdə dayanan Salmanın qardaşı oğlunun yanına gəlmişlər. Onlar heç nə demədən həyətdən çıxaraq Salmana gözləməyi dediyi yerə getmişlər. Onlar həyəcanlı olduğundan bir qədər qaçmış, lakin orada Salmanın olmadığını görmüşlər. Üzərində telefon olmadığından Salmanla əlaqə saxlaya bilməmişlər. Ona görə də yolun kənarı ilə tez tez yeriyərək getmişlər. Yolda onlar Salmanın qardaşı oğluna evdə pul olmadığını bildirmiş, Salmanın qardaşı oğlu da onlara evdə pulun olmalı olduğunu bildirmişdir. Salmanın qardaşı oğlu isə Salmanı tapmaq üçün irəlidə qaçmışdır. Bir qədər sonra Salman gəlib avtomobili saxlamış, Rasim ilə o avtomobilə əyləşmişlər. Salmana evdən pul çıxmadığını bildirmiş, Salman da evdə pulun olmalı olduğunu bildirmişdir. Bir qədər irəlidə Salmanın qardaşı oğlunu da avtomobilə mindirib getmişlər. Birinci telefonları götürmüş, sonra Salmanın qardaşı oğlunu yaşadıqları kənddə düşürmüş, daha sonra Rasimi və onu gətirib Rasimin avtomobilinin yanında düşürmüşdür. Rasim öz avtomobili ilə onu avtomobilinin yanında düşürmüşdür. O, öz avtomobilinə əyləşərək yaşadığı evə getmiş və yorğun olduğundan yataraq istirahət etmişdir. Sabahı gün günorta saatlarında o, Salmana zəng edərək harda olmasını soruşmuş, Salman ona Seyfəli kəndində olduğunu, bir qədər əvvəl axşam özündə olan avtomobilin sahibi olan bacısı oğlunu polis əməkdaşlarının polis şöbəsinə aparıldığını bildirmişdir. O, bundan sonra bilmişdir, ki artıq polis əməkdaşları onların izinə düşmüşdür. Bu zaman Gədəbəy rayonundan olan tanışları ona zəng vuraraq keçi kəsdiklrini bildirib onu da çağırmışlar. O, Gədəbəy rayonuna getdiyi zaman Rasim ona zəng edərək harada olduğunu soruşmuş, o, Rasimə Şəmkir rayonuna gəldiyini bildirmişdir. Şəmkir rayonunda onlar görüşmüş və o, Rasimə Salmanın qardaşı oğlunu polis şöbəsinə aparıldığını və az vaxta onları da tutacaqlarını bildirmişdir. Bundan sonra o, Rasimlə birlikdə Gədəbəy rayonuna getmişdir. Axşam gəldikdə onlar polis əməkdaşlarının onları axtardığını eşitmiş və polisin onların barəsində hər şeyi bildiyini başa düşmüşlər. Ona görə də ikisi də qaçıb gizlənmişlər. 13 avqust 2021-ci il tarixdə bilmişdir ki, onsuzda onu axtarıb tapacaqlar, ona görə də özü saat 20 radələrində polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin göstərmişdir ki, onlar evə daxil olduğu zaman əlində hər hansı bir alət olmamışdır, onun özü ev sahibinə vurmamışdır, evə sahibindən hər hansı məbləğdə pul götürməmişlər, evdən çıxdıqdan sonra qaçdıqları zaman əllərində olan əlcəkləri yolda cıraraq atmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Onun Şəmkir rayonu Yyxarı Seyfəli kəndi ərazisindı iki fərdi yaşayış evi vardır. Həmin evlərin biri kəndin aşağı tərəfində Şəmkir çayın sahilində, ikincisi isə kəndin yuxarı tərəfində dağın ətəyində yerləşir. Kəndin yuxarı tərəfində yerləşən ev kürsülü, iki otaq və mətbəxtdən ibarətdir. O, ailə üzvləri ilə birlikdə hərdən kəndin aşağısında yerləşən evdə, hərdən isə kəndin yuxarısında yerləşən evdə qalmışdır. Onlar ailə üzvləri ilə birlikdə qazandığı pulun bir hissəsini və qızıl zinət əşyalarını evin yataq otağında dəmir zəncirbəndlə bağlanan balışın içərisinə qoymuşlar. 06 avqust 2021-ci il tarixdə saat təxminən 17 radələrində o, tək kəndin yuxarısında yerləşən evə getmiş, bir qədər istirahət etdikdən sonra yaşadığı evin qarşısında yerləşən evdə yaşayan qardaşı Firdovsi xəstə olduğundan baş çəkmək üçün onlara getmişdir. Bir qədər qardaşıgildə oturduqdan sonra saat təxminən 23 radələrində evə gəlmiş, çörək yeyərək qonaq otağında olan yatağa uzanaraq televizora baxmışdır. O, həmin vaxt həmişəki kimi evin giriş qapısını bağlamamışdır. Saat təxminən 02 radələrində evin giriş qapısını açan iki nəfər şəxs evin içərisinə daxil olmuşdur. O, həmin şəxslərə kim olmalarını, ondan nə istəmələrini soruşmuşdur. Həmin şəxslər ona heç bir cavab vermədən birinci əllərini, daha sonra isə ağzını yapışqanlı lentlə bağlamışlar. Onu yatağa uzadaraq üzünü ədyalla örtmüşlər. Həmin şəxslər orta boylu, dolu bədən quruluşlu qıvraq şəxslər olmuşdur. Həmin şəxslər ondan evdə olan pulun yerini soruşmuşlar. O isə həmin şəxslərə evdə olan pulun yerini bilmədiyini deyəndə həmin şəxslərdən biri əlini tutaraq onun yanında dayanmışdır. Digəri isə əlində olan dəmir parçası ilə evin digər otağının qıfılını qırmışdır. Bundan sonra o, həmin şəxsi görməmişdir. Həmin şəxs digər otağa keçmişdir. Təxminən 15-20 dəqiqə sonra digər otaqda olan şəxs onu tutub saxlayanın yanına gəlmiş və onun qulağına sakit səslə pul tapmadığını bildirmişdir. Onu tutan şəxs onun sifətinə, böyrünə vuraraq pulun yerini soruşmuşdur. O, həmin şəxsin onu nəylə vurduğunu bilməmiş, ona pulun yerini deməsini demişdir. O isə evdə pul olmadığını, pulu arvadının saxladığını bildirmişdir. O, həmin şəxslərə and içərək evdə pul olmadığını bildirmişdir. Həmin şəxslərə o, sadəcə şalvarının cibində 6 manat pul olduğunu bildirmişdir. Onlar kənarda olan şalvarının cibini yoxlayaraq onun 6 manat pulunu götürmüşlər. Bundan sonra həmin şəxslər ondan əl çəkmişlər. Onun əllərində olan yapışqanlı lenti bərk bağlamışlar, daha sonra ayaqlarınıda yapışqanlı lentlə bağlamışlar. Bundan sonra evdən çıxan zaman həmin şəxslərdən biri ona bu barədə heç bir kəsə deməməyini, deyəcəyi halda isə onu öldürəcəklərini demişlər. Həmin şəxslər evdən getdikdən bir qədər sonra o, birinci bağlı əlləri ilə ağzını açmış, daha sonra bir təhər ayağa qalxaraq yavaş -yavaş masaya yaxınlaşaraq masanın üzərindən bıçağı götürərək birinci qolunda olan yapışqanlı lenti kəsmişdir. Daha sonra isə ayağını da açaraq qardaşı evinə gedərək qardaşını çağırmışdır. Ona cavab verən olmamışdır. O, yola çıxdığı zaman səsə qonşusu Seymur gəlmişdir. Seymur yanına çatanda qardaşı oğlanları da yola çıxmışlar. O, baş verənləri danışandan sonra Seymur mobil telefon vasitəsi ilə polis şöbəsinə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək müvafiq araşdırma aparmışlar. Həmin vaxtı kəndin aşağı hissəsində yerləşən evdə olan ailə üzvləri də gəlmişlər.Evə daxil olan şəxslərin birinin başında maska, digərdində isə tibbi maska olmuşdur.O, həmin şəxsdən əvvəllər heç vaxt borc pul istəmmiş, əksinə Eynurun anası vəfat edən zaman Salman Mustafayev onları avtomobillə evlərinə gətirərkən ondan özü borc pul istəmişdir. Təqsirləndirlən şəxslərə barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. .06 avqust 2021-ci il tarixdə o, gəlini Nurənənin yanına getmişdir. Qızı Ruhiyyə isə həmin gün səhər nəvəsi Yeganənin yanına getmişdir. Əri Nizami isə həmin gün evdə qalmışdır. Həmin axşamı onlar səhər tezdən bazara getməli olduğundan tez yatmışlar. Gecə saat təxminən 02 radələrində onlarla üzbəüz yaşayan Niyaməddin onun mobil telefonuma zəng edərək evinə oğruların girdiyini, Nizamini döydüklərini bildirmişdir. Bundan sonra onlar qonşuluqda yaşayan Seymurdan onları evə aparmağı xahiş etmişlər. Seymur özünə məxsus avtomobillə gəlini ilə onu kəndin yuxarısında yerləşən evilərinə aparmışdır. Onlar evə çatdıqdan sonra müəyyən olmuşdur ki, evə daxil olan şəxslər Nizaminin əl qolunu yapışqanlı lentlə bağlayaraq Nizamidən pul tələb etmişlər, Nizami pul olmadığını bildrdikdə Nizamini döyərək evi axtarmışlar və evin hər yerini dağıtmışlar. Lakin evdən pul tapa bilməmişlər. Nizaminin cibində olan 6 manat pulunu götürərək evdən çıxıb getmişlər. Evə daxil olan şəxslər getdikdən sonra Nizami bir təhər ayağa duraraq yapışqanlı lenti açmış və üzbəüz yaşayan qardaşıgilə gedərək baş vermiş hadisə barədə məlumat vermişdir. Onlar evə gələndən sonra polisə məlumat vermək istəmiş, lakin onlarda heç bir nömrə olmadığından Seymur özündə olan sahə inspektorunun mobil telefonuna zəng edərək məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmışlar. Sonradan məlum olmuşdur ki, evə daxil olan şəxslər Gəncə şəhərindən olan Nizami və Şəmkir rayonu, Təzəkənd kəndində olan Rasim adlı şəxslər olmuşlar. Həmin şəxsləri evə gətirən qızı Ruhiyyənin kürəkəni Eynur və Eynurun əmisi Salman olmuşdur. Eynurla Salman çöldə dayanmış, digərləri isə evin içərisinə girərək quldurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid3 ilə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsindən ayrıldığından atası evində özünə kiçik ev tikərək orada yaşamışdır. Təqsirləndirilən şəxs1 onun qızı Yeganənin əridir. Eynur ilə Yeganə 7 ildir ki, ailə qurmuşlar və birgə nigahlarından iki azyaşlı övladları dünyaya gəlmişdir. Eynur özü fəhləlik edərək ailəsini dolandırmışdır. 06 avqust 2021-ci il tarixdə o, qızı Yeganəgilə qonaq getmişdir. O, qızıgildə olduğu zaman Eynur özlərinə su çəkmişdir.. Axşam isə söhbət etdiyi zaman Eynur tez-tez ürəyinin sıxılmasından şikayətlənmişdir. Axşam saat təxminən 22 radələrində dostunu Bakıya yola salacağını bildirdib evdən çıxıb getmişdir. Səhər tezdən onlar yuxudan qalxdıqda Yeganənin mobil telefonuna qardaşı arvadı Nüranə zəng vuraraq həmin gecə atası Nizaminin evinə oğruların girdiyini, atasını döydüklərini bildirmişdir. O, həmin vaxtı tez Eynura taksi çağırmasını demişdir. Eynur isə müxtəlif bəhanələrlə taksi çağırmamışdır. O, Eynura taksi nömrəsi dedikdə Eynurun əllərinin titrədiyini və çətinliklə nömrəni yığdığını görmüşdür. Lakin atasına görə narahat olduğundan Eynurdan heç nə soruşmamışdır. Taksi gəldikdən sonra qızı Yeganə ilə birlikdə atasının yanına getmiş və orada görmüşlər ki, evə girən şəxslər atasının əl qolunu bağlayaraq pul tələb etmişlər, evi axtarmışlar, lakin pulu tapmayaraq evdən çıxıb getmişlər. Həmin günü onlar atasını döyən şəxslərin Könüllü kəndindən olmasını eşitmiş, o, polis şöbəsinin qarşısında olduğu zaman polis əməkdaşlarının Eynurun da polisə gətirdiyini görmüş, Eynurdan nə səbəbə gətirildiyini soruşduqda bilmədiyini demiş və mobil telefonunu ona vermişdir. Həmin gün gecə onlar atasıgilə girən şəxslərlə Eynurla əmisi “Aktiv” ləqəbi ilə tanınan Salmanın əlaqəsi olduğunu və hər ikisinin həbs olunmasını eşitmişlər. Sonradan bilmişlər ki, atasının evinə girən şəxslər Gəncə şəhərindən olan Nizami və Şəmkir rayonundan Rasim adlı şəxslər olmuşdur. Hər ikisinə isə evə girməkdə Eynurla əmisi Salmanın köməklik etməsini bilmişlər. Hadisədən təxminən bir həftə sonra digər iki nəfərin də həbs olunmasını eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, mövsimi olaraq Rusiya Federasiyasına işlmək üçün gedib-gəlmişdir. Sonuncu dəfə o, 04 avqust 2021-ci il tarixdə Rusiya Federasiyasında yaşadığı evə gəlmişdir. 06 avqust saat 21 radələrində onlarla üzbəüz yaşayan əmisi Nizami onlara gəlmişdir. Onlar saat 24 radələrinə kimi oturmuş və bundan sonra əmisi Nizami xəbərlərə baxacağını bildirib getmişdir. Əmisi getdikdən sonra onlar da yatmışlar. Nə qədər yatdığını xatırlamamış, atasının qışqırıb onları çağırma səsinə yuxudan oyanmış və nə olmasını soruşduqda atası əmisini kimlərinsə vurduğunu bildirmişdir. O, çölə çıxmış və əmisi Nizaminin onların evin həyətində olduğunu və qorxudan əsdiyini görmüşdür. O, əmisi Nizamidən nə baş verdiyini soruşmuş, əmisi evə iki nəfərin daxil olduğunu, əl və ayaqlarını yapışqanlı lentlə bağladıqlarını və döyərək pul istədiklərini bildirmişdir. O, əmisindən həmin şəxsləri tanıyıb tanımadığını soruşmuş, əmisi həmin şəxslərin birinin üzündə maska olduğunu, digər şəxsin isə tibbi maska taxdığından tanıya bilmədiyini demişdir. Bundan sonra o, fanarla əmisigilin həyətinə keçib hər tərəfə baxmış, lakin kimsənin olmasını görməmişdir. Geri qayıdaraq əmisinin kəndin aşağı tərəfində yerləşən evində olan əmisi avvadına, qızına zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra əmisinin ailəsi də evə gəlmişdir. Bundan sonra onlar polisə zəng edərək hadisə barədə məlumat vermişlər. Daha sonra polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmışlar. Onda onlar evin içərisinin dağılmış vəziyyətdə olmasını görmüşlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin 09 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin 14 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay 24 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin 14 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay 24 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 07 avqust 2021-ci il tarixli 986 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyyənin, alt çənənin sağ yarısının, sağ qabıraltı nahiyyənin qançırları və hər iki bilək nahiyyəsinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 07 avqust 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 avqust 2021-ci il tarixli 1027 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – sol alın gicgah nahiyyəsinin, sol qabırğaaltı nahiyənin və sol ayağın 1-ci barmağının distal falanqasının əzilmiş yaraları küt əşyaların təsirindən törənmişlər, hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 13 avqust 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş məhkəmə - psixiatrik ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 632 saylı görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə- psixiatrik ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 633 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 634 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməballistik ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 21/608R saylı rəyindən görünür ki, 1.Tədqiqata təqdim edilmiş 01 ədəd BM-4288 №-li silah keçmiş SSRİ dövlətində Tula silah zavodundan 1952-ci ildə istehsal olunmuş 7.62 mm kalibrli Tokayev(TT) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə və dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal edilmiş, Tokayev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. 3. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7.62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokayev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança plemyotların ştat patronudur, döyüş sursatıdırlar və atəşə yararlıdırlar. 4. Ekspermental atışlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “gülləgiliz” kartokekasında olan açılmamış cinayətlər üzrə hadisə yerində götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsindən daxil olmuş 011-10441-1221 nömrəli məktubundan görünür ki, 01 ədəd 7.62 mm kalibrli BM-4288 №-li Tokayev (TT) konstruksiyalı tapançadan ekspermental qaydada atılmış güllə-giliz nümunıləri idarənin “güllə-giliz” kartokekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 mart 2022ci il tarixli “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, hadisə zamanı götürülmüş yapışqanlı lent hissəcikləri iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və məhkəməyədək saxlanılması üçün Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X2 yaşadığı evdə təxirəsalınmaz axtarış aparılan zaman aşkar olunaraq götürülmüş 01 ədəd 7.62 mm kalibrli BM-4288 №-li Tokayev (TT) konstruksiyalı tapança iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və məhkəməyədək saxlanılması üçün Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 mart 2022ci il tarixdə Bakcell MMC-dən götürülmüş BKC/LGL-4360/22 nömrəli, xx.xx.2022-ci il tarixli tarixli məktubla Şəmkir RPŞ-yə göndərilmiş bir ədəd diskə baxış keçirilmiş və həmin DVD- R disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 avqust 2021-ci il tarixdə təqsirləndirlən şəxs X2 videoçəkiliş vasitəsi ilə dindirmə istintaq hərəkəti keçirilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD- R diskə köçürülmüş və həmin DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 avqust 2021-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1un videoçəkiliş vasitəsi ilə dindirmə istintaq hərəkəti keçirilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş və həmin DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 avqust 2021-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 videoçəkiliş vasitəsi ilə dindirmə istintaq hərəkəti keçirilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş və həmin DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 avqust 2021-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3un videoçəkiliş vasitəsi ilə dindirmə istintaq hərəkəti keçirilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş və həmin DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2un videoçəkiliş vasitəsi ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş və həmin DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 videoçəkiliş vasitəsi ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş və həmin DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 ifadələri arasında mühüm ziddiyyətlər olduğundan onların arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs3 hər ikisinin onu vuraraq xəsarət yetirdiklərini, əl qolunu, eləcədə ağzını yapışqanlı lentlə bağlayaraq cibindən 6 manat pulu götürdüklərini üzünə qarşı bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 avqust 2021-cu il tarixdə “X2 ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Salman Mustafayev cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq edərək digər təqsirləndirilən şəxsləri avtomobildən düşürdüyü yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş, 09 avqust 2021ci il tarixli protokolla ifadənin yerində yoxlanması istintaq hərəkəti rəsmiləşdirilərək, onun şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 avqust 2021-cu il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq edərək digər təqsirləndirilən şəxslərlə birgə avtomobildən düşürdüyü yeri, Zərərçəkmiş şəxs evinə doğru getdiyi istiqaməti, daha sonra digər təqsirləndirlən şəxsləri yolda gözlədiyi yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş, 09 avqust 2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanması istintaq hərəkəti rəsmiləşdirilərək, onun şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2021-cu il tarixdə Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq edərək Zərərçəkmiş şəxs həyətinə, evinə daxil olduğu yeri, zərərçəkmiş şəxsin əl qolunu bağladıqları, xəsarət yetirmiş olduqları yeri, eləcə də evdən çıxdıqdan sonra getdikləri və əllərində olan əlcəkləri atdıqları yerləri istintaq hərəkətinin iştirakçılarına göstərmiş, 15 avqust 2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2021-cu il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq edərək Zərərçəkmiş şəxs həyətinə, evinə daxil olduğu yeri, zərərçəkmiş şəxsin əl qolunu bağladıqları, xəsarət yetirmiş olduqları, daha sonra evin digər otağıda pul axtardığı yeri, eləcə də evdən çıxdıqdan sonra getdikləri və əllərində olan əlcəkləri atdıqları yerləri istintaq hərəkətinin iştirakçılarına göstərmiş, 15 avqust 2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 mart 2022ci il tarixdə Bakcell MMC-dən götürülmüş BKC/LGL-4360/22 nömrəli, xx.xx.2022-ci il tarixli tarixli məktubla Şəmkir RPŞ-yə göndərilmiş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** danışıqların olması müəyyən olunmuş, sms yazışmalarında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat aşkar edilməmişdir. Anten dairələri barədə məlumatlara baxdıqda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 06 avqust 2021-ci il tarixdə Şəmkir ratonu Təzəkənd kəndində, 07 avqust 2021-ci il tarixdə saat 00:37-də Şəmkir rayonu Könüllü kəndində anten dairələrində olmuşdur. Eyni zamanda X4 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Rasim Ələkbərovun istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil nömrələri, eləcədə X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq, hadisənin baş verdiyi gün isə daha çox danışıqların olması müəyyən edilmişdir. Sms yazışmalarında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı xüsusat aşkar edilməmişdir. Anten dairələri barədə məlumatlara baxdıqda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 hadisə baş verməzdən əvvəl sonuncu dəfə Salman İbrahimovla dəfələrlə danışmış və həmin vaxşı Gəncə şəhəri Quşqara anten dairəsində olmuşdur. Mobil nömrələr arasında hər hansı “sms” yazışması müəyyən edilməmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edəcək yazışmalar müəyyən olunmamışdır. Həmin diskdən iş üçün əhəmiyyət kəsb edən cədvəllər çıxarılaraq protokola əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxslərə barışmış, onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özlərini təqsirli biləməyərk Zərərçəkmiş şəxs qarşı heç bir zorakılıq hərəkətləri etməməmələri, zərərçəkmiş şəxsin Salman Mustafayevə olan borcunu istəməyə getdiklərini göstərmələri iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən təqsirləndirilən şəxslərin ilkin etirafedici ifadələri, zərərçəkmiş şəxs X11 ifadəsi, iş üzrə dindirilmiş şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolları, həmin protokollara əlavə olunmuş video görüntülər, Təqsirləndirilən şəxs3 ilə üzləşdirmə protokolu, Azərbaycan Respublikası Bakcell MMC-dən daxil olmuş mobil telefon məlumatları barədə disk, məhkəmə tibbi ekspertizasının rəyləri və digər istintaq materialları ilə təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşaraq özünü müdafiə xarakterli, məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilən ifadə kimi qiymətləndirir. Məhəkəmə kollegiyası hesab edir ki,təqsirlənjirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərədə tutulan quldurluq cinayət əməlini törətmələri məhəkəmədə öz təsdiqini tapmışdır. Məhəkəmə bu nəticəyə gələrəkəniş üzrə araşdırılımış sübutlarla yanaşı “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarında olan müddəfları da nəzərə alır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onlar tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdılar. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61.1.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hallar cinayətin qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 181.2.1-ci maddə mövcud olduğundan təkrarən onu ağırlaşdırıçı hal kimi nəzərər alınmasına ehtiyac yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etmələri və zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəmələri, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, Azərbaycan Respublikasının CM-nin 61.1.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hallar cinayətin qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı şəxsə qarşı törətmələri ağırlaşdırıcı hal olduğundan onlara təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddəsi ilə cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tədbiq edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 07 avqust 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarının başlanğıcı onların tutulduğu andan, yəni 13 avqust 2021-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Şəmkir rayon Polis Şöbəsində saxlanılan yapışqanlı lent hissəcikləri yararsız olduğundan məhv edilməldir. DVD-R disklərə cinayət işinin materiallarına əlavə edilməldir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 13 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 13 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Şəmkir rayon Polis Şöbəsində saxlanılan yapışqanlı lent hissəcikləri yararsız olduğundan məhv edilsin. DVD-R disklərə cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar