Məhkəmə qərarları › İş №1(100)-9/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-9/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-9/2025 18.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X4 (məruzəçi hakim) və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X10 və X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Vera Nikolayevnanın təqsirləndirilən şəxslərin və müdafiəçiləri Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05 noyabr 2021-ci il tarixli amnistiya qərarı əsasında cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə, xx.xx.1970-ci ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 228.1 və 228.4-cü maddələri ilə, xx.xx.1984-cü ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə xeyli miqdarda özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə 28 aprel 2015-ci il tarixdə, saat 23 radələrində Şəmkir rayonu Mahmudlu kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evə pəncərə şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq evdə olan 5200 manat pulu Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 özü ilə götürdüyü silah qismində zavod üsulu ilə istehsal olunan 271 mm uzunluğunda döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən süngü-bıçağını tətbiq etməklə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 evində pul və qızıl-zinət əşyalarının olması və evdə tək olmasından istifadə edərək əmlakı quldurluq yolu ilə ələ keçirmək üçün 22 aprel 2016-cı il tarixdə, gecə saat 01 radələrində piyada Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gələrək, tanınmamaq üçün üzlərinə maskalar geyinərək Təqsirləndirilən şəxs3 hasardan qanunsuz daxil olaraq evin qapısını arxadan açıb evin həyətinə daxil olmaqla evin birinci mərtəbəsinin pəncərəsini sındırıb evin içərisinə qanunsuz girməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs1 əllərini və ağzını paltarla bağlayıb onu əl və ayaqları ilə vuraraq burunun uc hissəsinin, sol yanağın qançırları, hər iki bilək nahiyəsinin stranqulyasiya şırımlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə pul və qızıl tələb etmiş, Zərərçəkmiş şəxs1 evdə pulun və qızıl-zinət əşyalarının olmadığını bildirdikdən sonra evin içərisində pul və qızıl-zinət əşyaları əldə etmək məqsədilə onlar evi axtarmış, zərərçəkmiş Zərərçəkmiş şəxs1 pul qabından 1 ədəd 360 manat dəyərində 9 qram çəkidə 585 əyyarlı qızıldan üzüyü və 1 cüt 480 manat dəyərində 12 qram çəkidə 585 əyyarlı qızıldan sırğa olmaqla ümumilikdə 840 manat dəyərində qızıl zinət əşyalarını, 1 ədədi 1 manat 40 qəpik olan 2 ədəd “Viceroy” markalı siqareti və 130 manat pulu götürüb quldurluq cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə və yerdən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararsız 2 ədəd 7,62X39 mm kalibrli döyüş sursatı hesab edilməyən və atəş üçün yararlı 4 ədəd 5,45Х39 mm kalibrli döyüş sursatı hesab edilən ştat patronlarını və zavod üsulu ilə istehsal olunan 2 ədədi 271 mm, 1 ədədi 290 mm uzunluğunda döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən süngü-bıçaqlarını əldə edib Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə daşımış və evin həyətyanı sahəsində mavi rəngli sellofan torbada torpağa basdıraraq saxlamış, 29 aprel 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz axtarış tədbiri zamanı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararsız, döyüş sursatı hesab edilməyən 2 ədəd 7,62X39 mm kalibrli və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 4 ədəd 5,45Х39 mm kalibrli ştat patronları, zavod üsulu ilə istehsal olunan 2 ədədi 271 mm, 1 ədədi 290 mm uzunluğunda döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən süngü-bıçaqları Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evin həyətyanı sahəsində 1 ədəd mavi rəngli sellofan torbada torpağa basdırılmış vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məlum olmayan tarixdə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, 6 ədəd 7,62X39 mm və 11 ədəd 5,45Х39 mm kalibrli döyüş sursatı hesab edilən ştat patronlarını əldə edib Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə daşımış və evin ikinci mərtəbəsində əşyalar yığılan istifadəsiz otaqda 1 ədəd dəmir qutuda saxlamış, 17 aprel 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz axtarış zamanı zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, 6 ədəd 7,62X39 mm və 11 ədəd 5,45Х39 mm kalibrli döyüş sursatı hesab edilən ştat patronları Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində əşyalar yığılan istifadəsiz otağından 1 ədəd dəmir qutuda aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ittiham olunduğu cinayət hadisələri ilə hər hansı bağlılığı yoxdur. 2022-ci il aprel ayında dəqiq xatırlamadığı tarixdə evində olarkən Yasin və Orxan adlı polis əməkdaşları gəlib onu tezdən evdən aparmış, axşama qədər Şəmkir rayon Polis Şöbəsində saxlamışlar. İki nəfər Daxili İşlər Nazirliyindən işçi gəlmiş, açılmayan cinayət işləri üzərində işləyən şəxslər olduğunu, əllərində məlumatlar olduğunu, Vasib və Sabirlə biryerdə quldurluq etdiyini bildirmişlər. Heçnə eləmədiyini desə də onu çölə çıxartmış, saat 7-8 radələrində Elşən adlı polis əməkdaşının otağına aparmışlar. Həmin otaqda Elşən, Saleh, Yasin və X19 rəisi Ədalət və cinayət axtarış bölməsinin rəisi Vüqar Qarayev adlı polis əməkdaşları olmuşlar. Orda mənə yenə quldurluq hadisəsini törədib-törətmədiyini soruşmuş, heçnə eləmədiyini dedikdən sonra onu, işi təzə başlayanda məni həmin evə çəkiliş üçün apardılar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, onu quldurluq olan evə təkcə aparmış, Rasimlə üzləşməsi olmamış, Saleh adlı polis əməkdaşı Rasimin ağzından türmədə olarkən söz aldığını, həmin hadisəni də özlərinin etdiyini dediyini bildirmişdir, Rasimlə üzləşmə tələb etsə də buna imkan verməmişlər. İstintaq Təcridxanasına gətiriləndə bədəni üzərində xəsarətlər olmuşdur, onu müayinə edən həkim də həmin xəsarətləri görmüşdür. Otaqda təxminən 7-8 nəfər əməliyyatçı olmuş, onlar tərəfindən döyülmüşdür. Hadisəni törətmədiyini bildirdikdən sonra onu çölə çıxarıb təxminən 1 saat sonra otağa qaytarmış, Vasiblə Rasimin guya həmin işi bir yerdə görmələrini etiraf etdiklərini demişlər. Həmin şəxslərə dediyiniz kimdisə “gəlsinlər üzümə desinlər” dedikdən sonra onu yenə döyüb “xeyri yoxdu, boynuna alacaqsan” demiş, edilmiş zorakılıqlara dözə bilməyib razılaşmışdır. Sonra onu Rauf Sadıqov adlı müstəntiqin yanına aparmış, otaqda müstəntiqə “müəllim, baxın məni döyüblər” dedikdən sonra müstəntiq Rauf Sadıqov çölə çıxmış, 10 dəqiqə keçməmiş, onu yenidən digər otağa salıb döymüşlər. Döyəndən sonra sənədləri gətirib imza edəcəyini bildirmiş, yazılı surətdə hadisəni özlərinin etməsi barədə ifadə verməyi tələb etmişlər. Öz xətti ilə əlyazma ilə yazmağı tələb etmiş, Şəmkir RPŞ-nin İstintaq və Cinayət Axtarış bölmə rəisləri ona öz dəst xətti ilə hadisəni etiraf etməsini tələb etmişlər. Sonradan etap getmiş, Vasib və Rasimlə heç vaxt üzləşməmişdir. Oğurluq və quldurluq hadisəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqından fərqli olaraq ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək......göstərmişdir ki, Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. O, əvvəllər oğurluq cinayətinə görə Rusiya Federasiyasının Rostov şəhərində həbsdə olunmuş azadlığa buraxıldıqdan sonra Azərbaycan Respublikasına gəlmişdir. Sonuncu dəfə yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində “Makarov” markalı tapançanı 400 manata aldığına görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulmuş cəzaçəkmə müddətinin bitməsinə 6 ay qalmış 8 noyabr Zəfər Günü münasibəti ilə barəsində amnistiya aktı tətbiq edilərək azadlığa buraxılmış, yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndinə gəlmişdir. Şəmkir rayonu, Təzəkənd kəndində olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. Həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 Vasib və Rasimin həmkəndlisidir. 2016-ci ilin aprel ayının ortalarında o, Vasib və Rasim ilə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən çayxanada oturub söhbət edən zaman Vasib Rasim və ona həmkəndlisi Veranın evində pul, qızıl zinət əşyaları olduğunu, Veranın Rusiya Federasiyasında olan oğlunun hər ay Veraya pul göndərdiyini demiş, onlara Veranın evinə girib pul və qızıl zinət əşyalarını almağı təklif etmişdir. Onlar razılaşdıqdan sonra küləkli havada Veranın evinə üzlərinə maska taxıb girməyi planlamışlar. Çünki hava küləkli olanda kəndə işıqlar keçir və küləkli havada səs-küy eşidilmir. Söhbətindən elə 3-4 gün sonra saat 22 radələrində o, evdə olan vaxtı Vasib ona zəng edərək “gələ bilərsənmi, gedək işıqlar keçib” demişdir. O, Vasibə gəldiyini deyib piyada Təzəkənd kəndində getmiş və orada Vasib və Rasim ilə görüşmüşdür. Həmin günü külək əsmiş və işıqlar keçmişdir. Vasib və Rasim ilə görüşdükdən sonra piyada Veranın yaşadığı evin qarşısına getmiş, evin qarşısında dayanıb özləri ilə götürdükləri maskaları taxıb ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o, Veranın evinin hasarından evin həyətinə düşmüş və evin darvazasının qapısını arxadan açmışdır. Rasim və Vasib evin həyətinə qapıdan daxil olduqdan sonra evə tərəf getmişlər. Vasib özü ilə “Kalaşnikov” avtomatının bıçağı olan “ştiknoj” götürmüşdür. Evin birinci mərtəbəsinin pəncərəsini Vasib əlində olan bıçağın arxası ilə vurub sındırmış, pəncərə sındıqdan sonra birinci Vasib, sonra o, pəncərədən evə girmiş, qapını arxadan açmış və Rasim qapıdan evə daxil olmuşdur. İçəri girəndə evin baş tərəfində solda yerləşən Veranın yataq otağına getmişlər. Vasib əlində bıçaqla qabaqda Veranın otağına daxil olmuş, Rasim və o, sonra içəri keçmişlər. Vera yataqdan durub ayaq üstə dayanmışdır. Evdə ondan başqa heç kim olmamışdır. Vasib əlində olan bıçağı Veranın qarın nahiyəsinə dirəyib Rus dilində danışıb pul və qızıl nəyi varsa onlara verməsini tələb etmişdir. Birinci Vera pulu və qızılı olmadığını demişdir. Rasim və o, evdə qızıl və pul axtarmağa başlamışdır. Evdə divanın üzərində olan çantanın içərisində pul qabını çıxarıb baxmış və içərisində 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıla bənzər yaşıl daşlı brilyant qaşlara oxşar dəstin olduğunu görmüşdür. Həmin pul qabında olan 80- 90 manat da pulu o, götürüb cibinə qoymuş və evdə axtarış etməyə davam etmişdir. X12 olduğunu və verəcəyini bildirmişdir. Veranı Vasib aynabənd otağına gətirmiş və Vera çantasını qoyduğu yerdən götürüb qızılı onlara vermək istəyəndə qızılını kiminsə götürdüyünü demişdir. Vasib onlara qızılı və pulu kimin götürdüyünü soruşanda o, Vasibə qızılı götürdüyünü bildirmişdir. Cibimdən qabı çıxarmış və zinət əşyasının qızıla oxşamadığını demişdir. Rasim fənərin ışığını salmış, qızıllara baxmışlar. Həmin vaxtı Vera onlara qızıllarını oğlunun ona hədiyə aldığını və üzərində olan brilyantın 4 karat olduğunu bildirmişdir. Qızıl 1 ədəd üzük və 1 cüt sırğadan brilyantlı, ortasında yaşıl daşı olan dəst olmuşdur. Qızıl onda qalmış və bundan sonra onlar evdən çıxmışlar. Evdən çıxmazdan əvvəl Vasib Veraya sakit durmasını, əks halda onu öldürəcəyini demişdir. Onlar evdən çıxmış və hər kəs öz yaşadığı evə getmişlər. Səhəri saatlarında Vasib ona zəng edərək gəlməyini bildirmişdir. O, Vasibin yanına getmişdir. Vasib Rasim ilə birlikdə olmuşdur. Onlar kəndçiləri zərgər işləyən Ramini zəng edib yanına çağırmışlar. Ramin gəldikdən sonra onlar qızılları Raminə göstərib məsləhət edərək qiymətini öyrənmək istəmişlər. Ramin əvvəllər Gəncə şəhərində yerləşən Para bankda zərgər kimi qızıllara qiymət qoyduğuna görə onlara bildirmişdir ki, birlikdə Gəncə şəhərinə gedib orada işlədiyi Para bankda qızılı yoxlayıb onlara dəyərini desin. Ramin ilə razılaşdıqdan sonra Vasib, Ramin, Rasim və o, Rasimin idarə etdiyi Vaz 2106 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu, 3 yol adlanan yerə kimi getmiş, avtomobilin siğortası qurtardığına görə Rasim 3 yol adlanan yerdə saxlamış və yol avtobusu ilə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində dəmir yolu vağzalının yanında yerləşən Para banka getdikdə o, və Vasib gözləmiş, Rasim Ramin ilə birlikdə Para banka girmişdir. Ramin orada qızılı yoxlamış və qızıl dəstin qiymətini 1000 manat olduğunu bildirmişdir. Sonra onlar Gəncə şəhərində univermağa gəlmiş, Ramin tək univermağa girmiş və qızılı göstərib qayıtdıqdan sonra gəlib onlara qızıla 1200 manat pul verdiklərini demişdir. Rasim qızılın satılmasına razı olmamış və 1200 manatdan onun və Vasibin payına düşən pulu özündən verib qızılı özündə saxlayacağını bildirmişdir. Ramin qızılı Rasimə vermiş və onlar Şəmkir rayonu, Təzəkənd kəndinə gəlmişlər. Rasim ona 400 manat vermişdir. Belə ki, onun Rasimə əvvəldən 300 manat borcu olduğundan Rasim borcunu silib ona 100 manat vermişdir. Vasibə isə verəcəyi 400 manatın 200 manatı vermişdir. Onlar pulu böldükdən bir neçə gün sonra o, televizorda xəbərlərdə evinə girdiyi qadının polisə şikayət etməsini bilmişdir. Təxminən 15-20 gün sonra Gürcüstan Respublikasına getmiş və oradan Rusiya Federasiyasının Rostov şəhərinə keçmişdir. Orada qalmağının 3 ayı tamam olmamış Azərbaycan Respublikasına qayıtmış və yenidən Rusiya federasiyasına gedib orada 1 il qalmışdır. Sonuncu dəfə 2019-cu ildə Azərbaycana gəlmiş və həmin vaxtdan burda qalmışdır. O, gələndə Rasim və Vasib ilə görüşmüş, lakin Veranın evindən etdiyi hadisə ilə bağlı danışmamışlar. Zərərçəkmiş şəxs1 məxsus telefonu o, götürüb Vera zəng etməsin deyə kənara atmış, telefonu götürməmiş, telefon evdə qalmışdır. Veraya məxsus siqaretləri Rasim götürmüşdür. Veranın bədənində olan xəsarətləri onlar hadisəni törədən zaman yetirmişlər. Belə ki, Vasib ilə Rasim birlikdə Veranın əllərini bağlayanda yetiriblər. Veranı heç kim zorlamaq istəməmişdir. Ramin qızılların cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Veranın evinə girən vaxtı onun öz adına olan (050) ***-***-**-** mobil nömrəsi istifadəsində olmuşdur. Bundan başqa o, 2015-ci ilin aprel ayında kəndində yaşayan Rauf adlı şəxsin toy məclisindən əvvəl olan ciyər axşamına görə Raufun yaşadığı evin həyətində getmişdir. Orada olan xatırlamadığı şəxslər ilə birlikdə qumar oynayan zaman kimin isə Flora adlı həmkəndlisinə xoş gəlmisən dediyini eşitmişdir. O, da Floranın tək yaşadığını, ərinin Rusiya Federasiyasında olduğunu bildiyim üçün qumarda borcum olduğundan Floranın yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. O, oyununu dayandırıb ayağa qalxmış, məhlənin digər tərəfinə doğru getmiş, orada fəhlələrin istifadə etdiyi sarı əlcəyi götürüb cibimə qoymuş, məhlənin ayağından küçəyə çıxmış və oradan da piyada Floranın evinə getmişdir. O, Floranın yaşadığı evin arxa hissəsində yerləşən setkadan evin həyətinə daxil olmuş, evin həyətindən daş tapıb pəncərənin şüşəsini sındırmış, əlini şüşənin sınmış hissəsindən içəri salıb pəncərəni açaraq içəri daxil olmuşdur. O, evdə axtarışlar aparmağa, bütün otaqları dağıtmağa başlamış, bu zaman onun əl izi orada qalmasın deyə Raufun evinin həyətindən götürdüyü əlcəkləri içəri daxil olmamışdan əvvəl əlinə taxmışdır. O, evdə axtarışlar aparanda qonaq otağında yerləşən divan və kresloların altını da axtarmış, kreslonun altında 1 ədəd qadın pulqabının olduğunu görmüş, həmin pulqabını açanda içərisində 200 manata yaxın pul olduğunu aşkar etmişdir. Həmin pulu götürüb pulqabını oraya qoymuş, özü də oradan çıxıb yenə də sonradan hadisə ilə bağlı ondan şübhələnməsinlər deyə Raufun yaşadığı evə getmişdir. Təxminən 5-10 dəqiqə orada dayandıqdan sonra yaşadığı evə getmişdir. O, Floranın evində bütün otaqları axtarsa da orada 5000 manat pul olmamış, 5000 manat oğurlamamış, sadəcə olaraq 200 manata yaxın pul götürmüşdür. O, evə əşya deyil, pul və ya qızıl oğurlamaq üçün daxil olmuşdur. Orada isə diqqətini çəkən ilk daxil olduğu otaqda şkafın başında şüşənin içərisində olan suvenir silah olmuşdur. Hadisə zamanı o, tək olmuş, heç kim köməklik etməmişdir. Əlinə taxdığı əlcəkləri hara atdığını xatırlamır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək göstərmişdir ki, əvvəl CM-nin 237-ci maddə ilə məhkum olunmuşdur. Baxılan iş üzrə əvvəlcə Sabir tutulmuş, onu da həmin gün axşam gəlib aparmışlar. Onu quldurluq edilən evin çəkilişinə aparmış, heçnə yazmasa da ifadələri hazır vəziyyətdə olmuş, ancaq qol çəkməyi demişlər. Həmin ifadələrin içərisində nələr yazıldığından xəbəri olmamışdır. Həmin hadisə ilə bağlı tutulmamışdan xeyli əvvəl 2016-cı ildə polislər onu bir dəfə Kür qəsəbəsindən aparıb başına maska keçirib otağa salmış, rus dilində danışmağı tələb etmişlər. Arvadın səsini eşitsə də özünü görməmiş, polislər ondan rus dilində danışmağı tələb etmişlər. Həmin vaxt polislər Rasimi də gətirmişlər. Rasimin rus dilində danışa bilib-bilməməsindən məlumatı yoxdur. Onu da ilk əvvəl xx.xx.2022-ci ildə Şəmkir rayon X17 adlı müavinin yanına aparmış, otaqda özündən başqa 7-8 nəfər “adam döyən” olmuşdur. Heçnədən xəbəri olmadığını deyəndə onu döymüş, may ayının 1-nə kimi Şəmkir rayon Polis Şöbəsində saxlanılmış, təcridxanaya gələndə saxlanıldığı müddətdə xəsarətləri sağaldığı üçün bədənində xəsarət qalmamışdır. 29 aprel 2022-ci ildə yaşadığı evdə axtarış tədbirləri keçirilən vaxt evin həyətyanı sahə aşakr edilmiş 4 ədəd avtomat süngüsü, 2 ədəd qatlanan bıçaq və 5 ədəd avtomat patronlarını 1991-ci ildə başlanmış 1-ci Qarabağ müharibəsində iştirak edən vaxtlarda yaşadığı kəndə gələndə müharibədən yadigar kimi gətirmişdir. Valideynləri ona əşyaları atmağını, evdə saxlamamağı deyəndən sonra əşyaları atmayıb yaşadığı evin həyətyanı sahədə basdırmışdır. Həmin hissədə əməlindən peşmandır. Dediklərini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki,....ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 2021-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamına əsasən azadlığa buraxılmışdır. Şəmkir rayonu, Təzəkənd kəndində olan Təqsirləndirilən şəxs1 və Şəmkir rayonu, Mahmudlu kəndindən olan Təqsirləndirilən şəxs3 onun tanışlarıdır. Sabiri “Qoqu” ləqəbi ilə tanıyır. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. 2016-ci ilin aprel ayının ortalarında o, Rasim və Sabir ilə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən çayxanada oturub söhbət edəndə Rasim və Sabirə bir iş olduğunu bildirmiş, nə iş olduğunu soruşanda onlara həmkəndlisi Veranın evində pul, qızıl zinət əşyaları olduğunu, Veranın Rusiya Federasiyasında olan oğlunun hər ay Veraya pul göndərdiyini demiş və onlara Veranın evinə girib pul və qızıl zinət əşyalarını almağı təklif etmişdir. Onlar razılaşdıqdan sonra hava küləkli olanda kəndə işıqlar keçib səs-küy eşidilmədiyi üçün həmin vaxt Veranın evinə üzlərinə maska taxıb səsləri tanınmasın deyə gedəcəkləri barədə sövdələşmişlər. Söhbətlərindən 3-4 gün sonra hava küləkli olduğuna görə işıqlar keçmiş və o, istədikləri kimi şərait yarandığını görüb saat 22 radələrində mobil telefonu ilə Rasimə zəng edib işıqların keçdiyini deyib, gəlməsini bildirmiş və saxladığı 1 ədəd avtomat silahının süngüsünü özü ilə götürüb evdən çıxmışdır. Rasim ilə küçədə görüşdükdən sonra Sabirə zəng edib “gələ bilərsənmi, gedək işıqlar keçib” demiş, Sabir ona gəldiyini demiş və Rasim ilə Sabirin gəlməsini Təzəkənd kəndində gözləmişlər. Sabir gəldikdən sonra piyada Veranın yaşadığı evin qarşısına getmiş, evin qarşısında dayanıb özləri ilə götürdükləri maskaları taxmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Sabir Veranın evinin hasarından evin həyətinə düşmüş, evin darvazasının qapısını arxadan açmış, Rasim və o, evin həyətinə qapıdan daxil olmuşlar. Veranın evin iki mərtəbəlidir. Onlar evə yaxınlaşmış və pilləkənin alt hissəsində olan evin birinci mərtəbəsinin pəncərəsini o, özü ilə götürdüyü “Kalaşnikov” avtomatının bıçağı olan “ştiknoj”-un arxası ilə vurub sındırmış, pəncərə sındıqdan sonra birinci o, sonra isə Sabir pəncərədən evə girmişlər. Sabir qapını arxadan açmış və Rasim qapıdan evə girmişdir. Evin baş tərəfində solda yerləşən Veranın yataq otağına getmiş, O, əlində bıçaqla əvvəlcə otağa daxil olmuş, sonrs isə Rasim və Sabir sonra içəri keçmişlər. Vera yataqda durub ayaq üstə dayanmış O, əlində olan bıçağı Veranın qarın nahiyəsinə deyib rus dilində danışıb pul və qızıl nəyi varsa onlara verməsini tələb etmişdir. Əvvəlcə Vera pulu və qızılı olmadığını demiş, buna görə Rasim və Sabir evdə qızıl və pul axtarmağa başlamışlar. Vera pulu və qızılın olduğu yeri göstərəcəyini bildirmiş, O və Rasim Veranın əllərini və ağzını bağlayıb qızılın yerini göstərməsi üçün qonaq otağına gətirmişlər. Vera çantasını qoyduğu yerdən götürmüş, qızılı kiminsə götürdüyünü demişdir. O, Rasim və Sabirə qızılı və pulu kimin götürdüyünü soruşanda Sabir ona qızılı götürdüyünü bildirib cibindən qabı çıxarmışdır. Sabir götürdüyü zinət əşyasının qızıla oxşamadığını bildirmiş, Rasim fənərin ışığını salıb, qızıllara baxmış, Vera onlara zinət əşyalarının əsl qızıl olduğunu və oğlunun hədiyə aldığını, “qızılın üzərindəki brilyant 4 karatlıqdır” demişdir. Qızıl 1 ədəd üzük və 1 cüt sırğadan brilyantlı, ortasında yaşıl daşı olan dəst olmuşdur. Qızıl Sabirdə qalmış, onlar evdən çıxmışlar. Evdən çıxmazdan əvvəl o, Veraya sakit durmasını, əks halda onu öldürəcəyini demiş, hər kəs öz yaşadığı evə getmişdir. Səhər Sabirə zəng edərək gəlməyini bildirmiş, Rasim ilə küçədə görüşüb Sabirin gəlməsini gözləmişlər. Sabir gəlmiş və onlar həmkəndlisi zərgər işləyən Ramini zəng edib yanına çağırmış, Ramin gəldikdən sonra onlar qızılları Raminə göstərib qiymətini öyrənmək istəmiş, Ramin əvvəllər Gəncədə “Parabank”da zərgər kimi qızıllara qiymət qoyduğunu, Gəncə şəhərinə gedib işlədiyi qızılın dəyərini öyrənəcəyini demişdir. Onlar razılaşıb birlikdə Rasimin idarə etdiyi Vaz 2106 markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, 3 yol adlanan yerə kimi getmiş, avtomobilin sığortası qurtardığı üçün Rasim avtomobili saxlamış və avtobusla Gəncə şəhərinə getmişlər. Gəncə şəhəri dəmir yolu vağzalının yanında yerləşən “Para bank”a getmiş O və Sabirlə orada gözləmiş, Rasimlə Ramin birlikdə “Parabank”a girmiş, qızılı yoxlayanda 1000 (min) manat olduğunu demişlər. Oradan çıxıb Gəncə şəhərinə univermağa gəlmiş, Ramin univermaqdan geri qayıdıb qızıla 1200 manat pul verdiklərini demiş, Rasim qızılın satılmasına razı olmamış və 1200 manatdan Sabirin və onun payına düşəni verib qızılı özündə saxlayacağını demiş razııaşaraq qızılı Rasimə qaytarmışlar. Şəmkir rayonu, Təzəkənd kəndinə gəlmiş, Rasim Sabirə 400 manat, ona isə 200 manatını vermiş, qalan 200 manatı sonra verəcəyini demiş, Rasimə etiraz etməmişdir. Bundan bir müddət sonra o, narkotik vasitə olan marixuana əkib becərdiyinə görə tutulmuşdur. 29 aprel 2022-ci ildə yaşadığı evdə təxirə salınmaz axtarış keçirilən zaman evin həyətində basdırılmış 4 ədəd avtomat süngüsü, 2 ədəd qatlanan bıçaq və 5 ədəd avtomat patronları, 1991-ci ildə başlanmış 1-ci Qarabağ müharibəsində iştirak edən vaxtlarda yaşadığı kəndə gələndə müharibədən yadigar kimi gətirmiş, valideynləri ona həmin əşyaları atmağı desə də paketə qoyub basdırmışdır. Məqsədi müharibədən yadigar qalması olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 228.1-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, barəsində digər cinayət işi ilə bağlı saxlanıldığı 2022-ci il aprel ayında Şəmkir RPŞ MSY-ə etpa edilmiş orada fiziki zorakılığa məruz qalmış, və döyülərək etmədiyi cinayət əməlini yəni həmkəndlisi Veranın evindən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 il əquldurluq etməsini etiraf etmişdir. Hadisə vaxtı onu və digərləriniayrı ayrılıqda hadisə yeri olan Veranən evinə aparıb əvvəlcədən necə ifadə vermək lazım olduğunu izah etmiş, buna görə də keçirilmiş ifadənin yerində yoxlanılması zamanı polislərin dediyi kimi ifadə vermişdir. Sonradan onun fiziki zorakılığa məruz qalması ilə bağlı özü və müdafiəçi tərəfindən vəsatə verilsə də onun göstərdikləri araşdırılmamış, polis əməkdaşları etdiklərinə görə cəzasız qalmışlar. Evindən aşkar edilmiş döyüş patronları isə mərhum atasına məxsus olmuş, onların evdə olmasından məlumatı olmamışdır. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadəsində isə Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Vasib və zərərçəkmiş Vera həmkəndlisidir. Sabir isə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır, 2016-ci ilin aprel ayının ortalarında o, Vasib və Sabir ilə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən çayxanada oturub söhbət edəndə Vasib Sabirə və ona bir iş olduğunu demiş, Vasibdən nə iş olduğunu soruşanda həmkəndlisi Veranın evində pul, qızıl zinət əşyaları olduğunu, Veranın Rusiyada olan oğlunun hər ay Veraya pul göndərdiyini demiş, onlara Veranın evinə girib pul və qızıl zinət əşyalarını almağı təklif etmişdir. Onlar razılaşmış və havanın küləkli olduğunu vaxtda Veranın evinə girməyi planlamışlar.... 3-4 gün sonra saat 22 radələrində o, evdə olan vaxtı Vasib ona zəng edərək “gələ bilərsənmi, gedək işıqlar keçib” demişdir. O, Vasibə gəldiyini deyib küçəyə çıxmış və küçənin baş tərəfində Vasib ilə görüşmüşdür. Həmin günü külək əsmiş və işıqlar keçmişdir. Vasib ilə görüşdükdən sonra Sabirə zəng edib olduqları yerə çağırmışlar. Onlar Sabirin gəlməsini gözləmiş, Sabir gəldikdən sonra onlar piyada Veranın yaşadığı evin qarşısına getmiş, evin qarşısında dayanıb özləri ilə götürdükləri maskaları taxmışlar. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Sabir Veranın evinin hasarından evin həyətinə düşmüş, evin darvazasının qapısını arxadan açmış və onlar evin həyətinə qapıdan daxil olmuşlar. Vasib özü ilə “Kalaşnikov” avtomatının bıçağı olan “ştiknoj”u da götürmüşdür. Veranın evin iki mərtəbəlidir. Onlar evə yaxınlaşmış və pilləkənin alt hissəsində olan evin birinci mərtəbəsinin pəncərəsini Vasib əlində olan bıçağın arxası ilə vurub sındırmışdır. Pəncərə sındıqdan sonra birinci Vasib, sonra isə Sabir pəncərədən evə girmişlər. Sabir qapını arxadan açmış və o, qapıdan evə daxil olmuşdur. İçəri girəndə evin baş tərəfində solda yerləşən Veranın yataq otağına getmişlər. Vasib əlində bıçaqla Veranın otağına daxil olmuş, Sabir və o, sonra içəri keçmişlər. Vera yataqda durub ayaq üstə dayanmış, Vasib əlindəki bıçağı Veranın qarın nahiyəsinə dirəyib rus dilində danışıb pul, qızıl nəyi varsa verməsini tələb etmiş, Vera əvvəlcə pulu və qızılı olmadığını dediyi üçün O Sabirlə evdə qızıl və pul axtarmağa başlamış, X12 olduğunu verəcəyini bildirmişdir. Veranı Vasib aynabənd otağına gətirmiş, Vera çantasını qoyduğu yerdən götürüb qızılı onlara vermək istəyəndə qızılı kiminsə götürdüyünü demişdir. Həmin vaxtı Sabir Veranın qızılını tapdığını deyib cibindən çıxartmış, əşyanın qızıla oxşamadığını demişdir. Sabir cibindən qızılı çıxardıqdan sonra o, fənərin ışığını salaraq qızıllara baxmış, Vera qızılı oğlunun hədiyə aldığını və üzərində brilyantın 4 karat olduğunu demişdir. Qızıl 1 ədəd üzük və 1 cüt sırğadan ibarət ortasında yaşıl daşı olan dəst olmuşdur. Qızıl Sabirdə qalmış və bundan sonra onlar evdən çıxmışlar. Vasib Veraya sakit durmasını, əks halda öldürəcəyini demişdir. Onlar evdən çıxmış, hər kəs öz yaşadığı evə getmişdir. Bir gün sonra səhər O, Vasib ilə zəngləşib kənddə görüşmüş və Vasib Sabirə də gəlməsini demişdir. Sabir gələndən sonra Vasib həmkəndlisi zərgər işləyən Ramini çağırmış, Ramin gəldikdən sonra onlar qızılları Raminə göstərib qiymətini soruşmuşlar. Ramin Gəncədə daha dəqiq qiymət deyəcəyini bildirmiş, onlar maşınla Şəmkir rayonu, 3 yol adlanan yerə getmiş, sığorta qurtardığı üçün “3 yol”da maşını saxlayıb avtobusla Gəncəyə getmişlər..... O, Raminlə banka girmiş, Ramin orada qızılı yoxladıqdan sonra dəstin 1000 manat olduğunu demişdir. Sonra onlar univermağa gəlmiş, Ramin tək univermağa girmiş və qızılı göstərib yanlarına gələrək qızıla 1200 manat pul verdiklərini demişdir. O, qızılın pulundan Sabir ilə Vasibin düşən payı özündən qızılı özündə saxlmağı təklif etmiş, özlüyündə qızılın qiyməti qalxanda satmağı fikirləşmişdir. Ramin qızılı ona vermiş və onlar Şəmkir rayonu, Təzəkənd kəndinə gəlmişlər. Sabirə verməli olduğu puldan 300 manatı sonuncunun ona borcu olduğu üçün borcundan silmiş və 100 manat vermişdir. Vasibə isə 200 manatı verib, qalan 200 manatı sonra verəcəyimi demişdir. Hadisədən sonra Veranın evindən götürdüyü qızıl dəstini tanışı və həmkəndlisi Asifə 1500 manata satmışdır. Asif sələmə pul vermiş və qızıl alveri ilə məşğul olduğu üçün 2021-ci ildə öldüyü üçün qızılın harada və kimdə olduğunu bilmir. Arvadı Nilufərə verdiyi qızılı isə həmkəndlisi Arzunun arvadı Rufanədən bir neçə il əvvəl 700-800 manat arası qiymətə alıb Nilufərə vermişdir. Həmin dəstin üzərində olan daşlar da yaşıl rəngli olmuş, Nilufərin təqdim etdiyi qızıl həmin qızıldır. 17 aprel 2022-ci ildə yaşadığı evdə ikinci mərtəbədə dəmir qutuda aşkar edilmiş 17 ədəd avtomat və 3 ədəd ov tüfənginə məxsus güllələri o, 4 il əvvəl Şəmkir rayonu, Təzəkənd kəndində zibil atanda sellofan paketə bükülü olduğunu görüb götürmüş və evə gətirmişdir. O, sonradan güllələri atmaq istəsə də hər ehtimala evdə saxlamışdır...... Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 igöstərmişdir ki, Şəmkir rayonu, Mahmudlu kəndində fərdi yaşayış evində yaşayır. Əri Rusiya Federasiyası Minvod şəhərində ticarətlə məşğuldur, qızları isə ərdədir, evində tək yaşayır. Əri ildə 2-3 dəfə Minvoddan gəlib evinə baş çəkir. Dayısı nəvəsi Raufun Şəmkir rayonu böyük toy şənliyinin keçirilməsinə hazırlıq getdiyi üçün, bir gün qabaq, yəni 28 aprel 2015-ci il tarixdə evinin qapısını bağlayıb səhər 08 toy hazırlığına kömək etmək üçün onlara getmiş, bütün günü Raufgildə olmuş və axşam saat 20 radələrində təkcə piyada evinə gəlmişdir. Evdə heç bir narahatçılıq olmamış, evin həyətində çardağın altında olan işıqları yandırmışdır. Sonra çöl darvazanın daxili qıfılını da bağlamış və təkrar dayısı nəvəsinin evinə getmişdir. O, 29 aprel 2015-ci il tarixə keçən gecə saat 00:30 radələrində qardaşı oğlu Tural Məmmədov və qonşu Əlyar Muradovla birlikdə evinə qayıtmışdır. Onlar evə girməyib qayıdıb getmiş, özü çöl darvazanı açıb və həyətə girmişdir. O, mənzilin qapısını açıb içəri girəndə evinin yataq otaqlarının və zal olan otaqlarının çarpayılarının üzərindəki yorğan, döşəklərin yerə atıldığını, paltar və qab şkaflarının qapılarının taybatay açılmasını, geyim paltarlarının və ev əşyaların döşəməyə səpələndiyini görmüşdür. Qorxudan qışqırıb küçəyə çıxmış və Tural və Əlyarı çağırmışdır. Onlar geri qayıtmış zal otağa girəndə həyət tərəfdə olan plastik pəncərənin şüşəsinin sındırıldığını başa düşmüşdür. O, bir neçə gün əvvəl zal otağındakı kreslonun altında qoyduğu pul kisəsinin döşəməyə düşdüyü və içərisindəki 200 manat pulun götürülməsini görmüşdür. Qardaşı oğlu Tural oğurluq barədə dərhal mobil telefon vasitəsi ilə polisə məlumat vermişdir.Həmin müddətdə özü paltar şkafında asılqandan asdığı dəri qış gödəkcəsinin cibində saxladığı 5000 manat pulun yerində olubolmamasını da yoxladıqda həmin pulun da oğurlandığını görmüşdür. Tural təkrar DİN-nin “102 xidməti”nə zəng edib evdən 5000 manatın da oğurlanması barədə məlumat vermişdir. Qısa müddət sonra polislər və qonşuları onlara gəlmişdir. Paltar şkafında 5000 manat pul saxlamasından heç kimin xəbəri olmamış, evdəki əşya və paltarları yoxladıqda puldan başqa heç bir əşyanın oğurlanmadığı müəyyən edilmişdir. Evindən pul oğurlanmasında heç kimdən şübhələnmir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərmişdir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsləri tanımır, ibtidai istintaq müddətində onları görməmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə videokonfrans əlaqə rejimindən istifadə edilməklə dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, mərhum X24la ilə həyatı qurandan sonra Azərbaycana Şəmkir rayonu, Təzəkənd kəndinə köçərək burada yaşamışdır. X24 vəfat etmiş, iki oğlu Rusiya Federasiyasında, qızı Stella isə ailə həyatı qurmuş və Bakı şəhərinə yaşayır. O, təqaüdçü olsa da, Şəmkir rayonu 3 yol dairəsində yerləşən “Çinarlı” yanacaq doldurma məntəqəsində xadimə işləmişdir. 21 aprel 2016-cı il tarixdə də həmişə olduğu kimi saat 16 radələrində işdən çıxıb evə gəlmiş, axşam saat 22 radələrində o, evin işiqlarının sönmüş, axşam hava küləkli olduğu üçün işığın küləyə görə söndüyünü zənn edib yataq otağına gedib yatmışdır. Gecə təxminən 01 radələrində həyətdən səslər gəldiyini eşitmiş, küləkli olduğu üçün pişiyin gəzdiyini güman etmişdir. Bir qədər sonra aynabəndin pəncərə şüşəsinin sındığını eşitmiş, nə olduğunu dəqiqləşdirmək üçün yataqdan durub, qapısını açaraq aynabəndə girəndə iki nəfər sifətlərinə maska geyinmiş şəxslərin sobanın yanında dayandığını görmüşdür. Həyət qapısından aynabəndə daxil olan orta yaşlı dolu bədənli kişi onun üstünə hücum çəkmiş, onu itələyərək yataq otağına salmış, kişinin əlində iri bıçaq olmuş və onu çarpayıya uzadaraq bir əli ilə bıçağı tutub, digər əli ilə boğazını sıxaraq rusca ona “100 qramlıq tros sepini ver” demişdir. Digər cavan oğlan da onu əli və ayağı ilə sıxaraq qalxmağa qoymamış, arıq olan isə yataq otağındakı paltar şkaflarını dağıdaraq ətrafı axtarmışdır. Həmin şəxs çarpayının yanında ona məxsus “Nokia” markalı mobil telefonu götürmüş, həmin şəxslərə onda tros boyunbağı olmadığını, brilyant komplekti verəcəyini demişdir. Orta yaşlı kişi ona “neçə ədəd komplektin var, haradadır, yerini de” demişdir. O, kişiyə komplektin aynabənddə pəncərənin yanındakı çantanın içində olduğunu bildirmişdir. Həmin vaxt dolu bədənli kişi ona məxsus çəhrayı rəngli jaketlə əllərini arxadan ağ rəngli şərflə isə ağzını bağlayaraq onu aynabəndə gətirmiş, pəncərənin yanına qoyduğu qara rəngli çantanın yanına gedib, içərisində olan xarici pasportumun arasında saxladığı 130 manat pulu çıxartmış, çantada qara pul kisəsi olduğunu demişdir. Nisbətən cavan oğlanlardan çantada pul kisəsi görüb-görmədiklərini soruşmuş, onlardan biri “Habil, düz deyir, pul kisəsi var idi, məndədir” demiş və pul kisəsini şalvarının cibindən çıxartmışdır. Sonra həmin oğlan ona “xala bu qızıl deyil prostoydu” demiş, o isə prostoy zinət əşyası işlətmədiyini, qızılı oğlunun ona hədiyyə aldığını və qaşlarının brilyant olduğunu demişdir. Sonra həmin dolu bədənli kişi və digər iki nəfər oğlan kənara çəkilib verdiyi zinət əşyalarına fənərlə işıq salıb həqiqi brilyant qaşlı qızılolduğunu görmüş, hər üçün aynabənddən çölə çıxmışlar. Onlardan cavan oğlan “xala sağol, gəl səni öpəcəm” deyib kinayə ilə üstünə gəlmiş, o isə ondan kənara çəkilmişdir. Orta yaşlı, dolu bədənli kişi arxaları ilə gəlib qapını bağlamağı deyib qışqırmış, küçə qapısını açarla bağlayıb evə qayıtmış, bir qədər divanda oturub qorxu və həyəcandan huşunu itirmişdir. Səhər 08 radələrində özünə gəlib mətbəxdəki stolun üstündən 80 qəpik pul tapıb avtobusla işə getmiş və iş yoldaşlarına baş verənlər haqqında danışmış, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisədən bir neçə gün sonra evi təmizləyəndə özünə məxsus “Nokia” markalı telefonu sınmış, arxası açıq hissələrə ayrılmış vəziyyətdə döşəmənin üstündən olmuşdur. Evinə daxil olan şəxsləri tanımır, onlar sifətlərinə qara rəngli maska, əllərinə qara rəngli əlcək geyinmişlər. Ona görə də o, onların kim olduqlarını görə bilməmişdir. Üç nəfər şəxsdən ikisi gənc biri uca boy, digəri isə bir az alçaq arıq bədənli gənc oğlanlar, üçüncü şəxs isə təxminən 40 yaşlarında dolu bədənli şəxs olmuşdur. Həmin 3 nəfər naməlum şəxslər ondan qızıl zinət əşyaları, pul tələb etmiş, ona məxsus 3000 manat məbləğində brilyant qaşlı qızıl dəstini, 130 manat məbləğində pulu aparmışlar. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı notarial ərizə təqdim edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 tanımadığını onlardan hər hansı şikayət və tələbi olmadığını, ona dəymiş ziyanın hər hansı təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, işin ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə üzləşdirilmədiyini bildirdi, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Vera Nikolayevnanın nümayəndəsi olan oğlu X15 izahat verərək göstərmişdir ki, anasının yaşlı olması ilə əlaqədar məhkəmənin əvvəlki tərkibi tərəfindən işə baxılarkən nümayəndə kimi tanınması üçün müraciət etmişdir. Təqsirləndirilən şəxslərdən heç biri ilə aralarında ədavət yaxud düşmənçlik olmamışdır. Baş vermiş hadisə ilə bağlı onlardan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmənin hazırki tərkibi tərəfindən işə baxılarkən Rusiya Federasiyasında olduğu üçün anasının iştirakı ilə notarial qaydada təqsirləndirilən şəxslərdən şikayət və tələblərinin olmaması barədə ərizə yazmışlar. Həmin ərizədə yanlış olaraq dəymiş ziyanın ödənilməsi barədə də qeyd aparılmışdır. Onlara dəymiş ziyan hər hansı təqsirləndirilən şəxs yaxud ailə üzvləri tərəfindən ödənilməmişdir. Evlərindən quldurluq etmiş şəxslərin hazırki iş üzrə təqsirləndirilən şəxslər olubolmamasını dəqiq bilmir. İşin araşdırılaraq hazırki təqsirləndirilən şəxslər olmaması müəyyən ediləcəyi təqdirdə quldurluq hadisəsini törətmiş şəxslərin aşkar edilərək cəzalandırılmasını tələb edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, ailə üzvləri ilə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. 2011-ci ilə kimi Gəncə şəhərində, 2011-ci ildən 2015-ci ilə kimi Şəmkir şəhərində “Atabank” və “Əmrahbank”da zərgər işləmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləridir. Təqsirləndirilən şəxs3 isə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayır, onu “Qoqu” ləqəbi ilə tanıyır. Zərərçəkmiş şəxs1 da həmkəndlisidir oğlu Teymur isə dostudur. Xeyli müddət keçdiyi üçün Rasim və ya tanışlarının ona 2016-cı ildə hansısa qızıl zinət əşyaları göstərməsini xatırlamır. Onlarla birlikdə Gəncə şəhərinə, hansısa banka yaxud Mərkəzi Univermağa getməmişdir. Xatırladığı qədər Rasimgil tutulandan sonra polis əməkdaşları ona Veranın evindən edilmiş quldurluq hadisəsini Rasim Vasib və Sabirin törətdiyini demişlər. İbtidai istintaq zamanı hansı məzmunda ifadə alınmasını xatırlamır. Lakin dəqiq deyə bilər ki əvvəllər maddi vəziyyəti yaxşı olduğu üçün sonradan həm zahiri görkəmi həm də geyim əşyaları uyğun olmadığına görə nəinki Sabirgillə hər hansı digər şəxslə X7 köhnə iş yerinə getməmişdir. Şahid1 məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, 2016-ci ilin aprel ayının ikinci on günlüyündə yaşadığı evdə olarkən təxminən gündüz saat 11-12 radələrində Rasim, Vasib və Sabirlə birlikdə onun yaşadığı evə gələrək ona 1 ədəd üzük və 1 cüt sırğadan ibarət orta daşı yaşıl və ətrafı brilyant qaşları olan dəsti göstərib qiymətini soruşmuşlar. O, qızılı tərəzidə çəksə də çəkisini xatırlamır. Rasimə həmin qızılın dəyərinin təxmini 1000 manat olduğunu bildirmiş, daha dəqiq qiymət demək üçün Gəncəyə getməyi təklif etmişdir. Sabir, Vasib və Rasim ilə birlikdə Rasimin nömrəsini xatırlamadığı “Vaz 2106” markalı avtomobili ilə Şəmkir rayonu 3 yol adlanan yola kimi, oradan isə yol maşını ilə Gəncə şəhəri Dəmiryolu Vağzalı yaxınlığında olan köhnə iş yeri “Parabank”a getmişlər. Sonra isə Mərkəzi univermağa gəlmiş qızılı göstərmişdir. Orada qızıla 1200 manat qiymət qoyandan sonra Rasim qızılı satmağa razı olmamış, birlikdə Şəmkirə qayıtmışlar. Qızıl-zinət əşyalarının kimin olmasını bilməmiş, hadisədən xəbəri olmamışdır. Rasim sələm verməklə məşğul olduğu üçün qızılın kimə məxsus olmasını soruşmamışdır. Məhkəmə baxışında iş üzrə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, ailə üzvləri ilə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs1 əridir. 17 aprel 2022-ci il tarixdə saat 12 radələrində evdə olarkən polislər yaşadığı evə gəlmiş axtarış aparılması qərar olduğunu, əri barəsində olan cinayət işi üzrə sübut olan qızıl-zinət əşyalarının evdə olmasına ehtimal olunduğu üçün evdə axtarış aparacaqlarını demişlər. O, özünün qızıl-zinət əşyalarının atası Həsən Həsənovun yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində olduğunu bildirmiş, videoçəkilişlə polislər yaşadığı evin otaqlarında, zirzəmisində və dam hissəsində axtarış keçirilmişdir. Axtarış zamanı evin ikinci mərtəbəsində yaşayış olmayan otaqdakı dəmir siqaret qabında 17 ədəd avtomat və 3 ədəd ov tüfəngi güllələri aşkar edilmiş, polislər həmin güllələri götürmüşlər. Sonra polislərlə birgə atasın Həsən Həsənovun yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində getmiş, orada video çəkilişlə özünə məxsus olan qızıl-zinət əşyalarını polislərə təqdim etmişdir. Qızılları polislərə təqdim edərək bir-bir haradan aldığını bildirmişdir. 1 ədəd üzük və 1 cüt sırğadan ibarət üzərində brilyant qaşlı və qırmızı rəngli “Aleksandr” adlanan daşlı dəsti əri Rasim bir neçə il əvvəl ona gətirib kiminsə satdığını ona aldığını demiş, dəstin üzərindəki daş yaşıl rəngli olmuş, sonra rəngi xoşuna gəlmədiyi üçün bir müddət sonra Şəmkir rayon mərkəzi bazarında işləyən Kənan adlı zərgərə dəyişdirib “aleksandr” adlanan daşı qoydurmuşdur. Evin ikinci mərtəbəsindən tapılan güllələr isə O, həmin evə gəlin gələn vaxtdan qalmış, mərhum qayınatası X3 məxsus olmuşdur. Qaynatası sağlığında silahları polisə təhvil versə də, güllələri təhvil verməmiş, onun vəfatından sonra isə evdə qalmışdır. Ov tüfəngi güllələri isə əri Rasimin özünə məxsus olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs2 onun oğludur. 29 aprel 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan vaxtı polislər gələrək yaşadığı evdə axtarış aparılacağını demiş, evdə və həyətdə axtarış aparılmasına etiraz etməmiş ərizə yazmışdır. Videoçəkilişlə polislər digər şəxslərlə birlikdı yaşadığı evin otaqlarında, zirzəmi və həyətyanı sahədə axtarış keçirilmiş, həyətyanı sahədə arxa tərəfdə yerləşən hasara yaxın nar ağaclarının dibində torpağın altından basdırılmış 5 ədəd avtomat gülləsi, 2 ədəd qatlanan bıçaq və 4 ədəd avtomat süngüsü aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür, həmin güllələr oğlu Vasibə məxsus olmuş, İ Qarabağ müharibəsindən gələndə özü ilə avtomat bıçağı gətirmişdir. Xeyli müddət əvvəl bıçağı atmasını desələr də Vasibin bıçağı saxlamasından ancaq polislər aşkar edəndə xəbəri olmuş, Vasibin onları həyətdə basdırmasını bilməmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə araşdırılmış 29 aprel 2015-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evidir Evin otaqlarındakı əşyalar dağınıq vəziyyətdədir, otaqlardan birinin həyətə baxıan pəncərəsinin şüçəsi sındırılmış şüşə qırıntıları evin içərisinə səpələnmiş vəziyyətdədir. İş materiallarında əlavə edilmiş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2016-cı il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri X5 məxsus Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evidir. Baxış zamanı əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının 22 aprel 2015-ci il tarixli 361 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Nikolayevanın bədən səthində aşkar edilmiş xəsarətlər – burunun uc hissəsinin, sol yanağın qançırları, küt əşyaların təsirindən törənmişlər, hər iki bilək nahiyəsinin stranqulyasiya şırımları isə bilək nahiyəsinin iplə bağlanması nəticəsində törənmişlər, törənmə müddətləri 22 aprel 2016-cı il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə araşdırılan “axtarış keçirilməsi haqqında” 17 aprel 2022-ci il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə təxirəsalınmaz axtarış aparılmış və evin ikinci mərtəbəsi əşyalar yığılmış otaqdan dəmir qutuda 11 ədəd 5,45 mm-lik, 6 ədəd 7,62 mm-lik avtomat və 3 ədəd 16 kalibrli patron və Şahid3 məxsus qızıl-zinət əşyaları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan 29 aprel 2022-ci il tarixli “axtarış keçirilməsi haqqında” protokoldan və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 Səyad oğlunun yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evində təxirəsalınmaz qaydada axtarış aparılmış və evin həyətyanı sahəsində hasarın yanından yerə basdırılmış 1 ədəd mavi torbada 4 ədəd 5,45 mm-lik, 2 ədəd 7,62 mm-lik avtomat gülləsi, 2 ədəd qatlana bıçaq, 1 ədəd bıçaq və 3 ədəd avtomat süngüsü aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə ballistik ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 22/622R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 15 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45Х39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim olunmuş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır və döyüş sursatı hesab olunur. Yuxarıda göstərilən səbəbə görə həmin patronlar hal-hazırda döyüş sursatı hesab edilmir və atəş üçün yararsızdırlar. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdıırlan məhkəmə soyuq silah ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 16/1181 №-li rəyin nəticə hissəsindən məlum olur ki, Tədqiqata təqdim edilən 02 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdırlar və soyuq silah hesab edilirlər. -Tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilən 03 ədəd bıçaq və onların qını zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı (“Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaqdırlar və soyuq silah hesab edilirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 avqust 2022-ci il tarixli 9/4802 №-li rəydən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən əşyaların respublikası daxili orta bazar satış qiymətləri nəzərə alınmaqla 2016-cı ilin aprel ayına olan bazar qiyməti nəzəri qaydada hesablanma yolu ilə 860,40 manat olması müəyyən edilir. İş materiallarında olan və məhkəmə araşdırılan Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-cii l tarixli 5(076)-94/2022 saylı qərardan görünür ki. Şəmkir RPŞ İB-də qəbul edilmiş, “istintaq hərəkətlərinin təxirəsalınmaz qaydada keçirilməsi barədə qərar” Təqsirləndirilən şəxs2 Sayad oğlunun yaşadığı evə yardımçı tikililərə və həyətyanı sahədə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 5(076)-82/2022 saylı qərarından görünür ki, Şəmkir RPŞ İB-də qəbul edilmiş, “istintaq hərəkətlərinin təxirəsalınmaz qaydada keçirilməsi barədə qərar” Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinə yardımçı tikililərə və həyətyanı sahədə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə tədqiq edilən Təqsirləndirilən şəxs1 “təqsirləndirilən şəxs qismində dindirilmə haqqında” xx.xx.2022-ci il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf edərək hadisənin faktiki halları barədə etirafedici ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini hadisə yerinə əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə tədqiq edilən Təqsirləndirilən şəxs3 “təqsirləndirilən şəxs qismində dindirilmə haqqında” xx.xx.2022-ci il tarixli protokollar və əlavəsi olan 2 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi quldurluq və oğurluq cinayət əməllərini səmimi etiraf edərək hadisənin faktiki halları barədə etirafedici ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 istintaq verdiyi oğurluq hadisəsinin törədilməsi ilə bağlı ifadəsini hadisə yerinə əyani olaraq göstərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 istintaq verdiyi quldurluq hadisəsinin törədilməsi ilə bağlı ifadəsini hadisə yerinə əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə tədqiq edilən Təqsirləndirilən şəxs2 Sayad oğlunun “təqsirləndirilən şəxs qismində dindirilmə haqqında” xx.xx.2022-ci il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf edərək hadisənin faktiki halları barədə etirafedici ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq verdiyi ifadəsini hadisə yerinə əyani olaraq göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 25 aprel 2022-ci il tarixdə saat 19:10-da oğlu şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərarlardan görünür ki, 27 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə Şəmkir rayon Məhkəməsinin 4(076)- 69/2022 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 4(076)-145/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasından Şəmkir rayon məhkəməsin tərəfindən imtina edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, 20:05-də Təqsirləndirilən şəxs2 cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir rayon Məhkəməsinin 4 (076)-72/2022 saylı 03 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin tarixdə barəsində Şəmkir rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə baxışında verdiyi ifadəsində ümumiyyətlə oğurluq hadisəsinə heç bir aidiyyəti olmadığını, hadisədən 7 il sonra onu Şəmkir RPŞ-yə apararaq polislərin döyüb guya Floranın evindən oğurluq etdiyini, sonra da Sabir və Vasiblə Veranın evinə girib quldurluq etdiyi demiş, edilmiş işgəncəyə dözə bilməyərək guya Sabirgillə quldurluq etdiyini və əldə etdikləri qızılı bölüşdürdüklərini demişdir. Təqsirləndirilən şəxs1 isə 2022-ci il aprel ayında barəsində digər cinayət işi məhkəmə baxışında olduğu müddətdə Şəmkir RPŞ MSY-ə etap edilib orada polis əməkdaşları tərəfindən döyülərək işgəncə verilərək etmədiyi əməli yəni Veranın evindən 2016-cı ildə guya qulurluq edilməsi ilə bağlı əməli etiraf etdiyini, Veranın evinə polis əməkdaşları tərəfindən aparılıb orada dedikləri məzmunda ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Sayad oğlu da ona qarşı edilmiş fiziki zorakılıq nəticəsində guya Veranın evindən oğurluq etdiyini etiraf etdiyini, sonra da ifadəsi yerində yoxlanılarkən polislərin dediyi kimi evə girdiyi yer, zərərçəkmiş şəxsi guya sıxışdırdıqları yer qızılı götürdükləri və sonradan aparmaları barədə məlumat verdiyini demişdir. Lakin məhkəmə təqsirləndirilən şəxslərin ifadələrini həmin hissədə öz ifadələrindən başqa digər hər hansı sübutla təsdiq edilmədiyi, işin faktiki halları ilə təkzib edildiyi, ibtidai araşdırma zamanı toplanılmış və məhkəmə baxışında tədqiq edilmiş dindirmə, ifadəni yerində yoxlama istintaq hərəkəti protokolları və əlavəsi olan videoçəkilişlə digər sənəd və toplanmış digər mötəbər sübutlarla təkzib olunduğundan həqiqətəuyğun olmayan ifadə kimi qəbul edir və gəldyi nəticəni aşağıdakılarla əsaslandırır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş ibtidi istintaqın müxtəlif dövrlərində verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət işi üzrə ilkin olaraq istintaqa şahid qismində verdiyi ifadələrində gah hadisə baş verən gün bütün axşam yaşadığı evdə olduğunu, gah da kənddəki toy məclisində iştirak etdiyini bildirmişdir. Bundan başqa cinayət işi materiallarından da görünür ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı həmin vaxt kəndi ərazisində aktiv olmuş mobil telefon məlumatlarına dair məlumat istintaq orqanına daxil olsa da və cavab məktubunda əhəmiyyət kəsb edən mobil nömrələrin müəyyən edilib əlavə sorğu verilməsi tövsiyyə edilsə də, iş üzrə ibtidai araşdırma aparmış şəxslər (müstəntiqlər) və cinayət işinə prosessual rəhbərliyi həyata keçirmiş prokuror(lar) və müvafiq səlahiyyət verilmiş müavin(lər)i, eləcə də baş vermiş cinayət hadisəsi ilə əlaqədar müvafiq əməliyyat-axtarış fəaliyyətinin həyata keçirən təhqiqat orqanı (Şəmkir RPŞ) əməkdaşları (cinayət axtarış müvəkkiləri) həmin xüsusata diqqət yetirməmiş, qeyd edilən sahədə antenna dairəsi üzrə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil nömrəyə dair məlumatlar çıxarılmamış, bu da Təqsirləndirilən şəxs3 uzun müddət törətdiyi oğurluq cinayətinə görə ifşa olunmaması və məsuliyyətindən yayınmasına gətirib çıxartmışdır. Həmçinin məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, digər Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri üzrə verilmiş ittiham üzrə təqsirinin məhkəmə baxışı zamanı tam sübuta yetirildiyi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıda qeyd edilmiş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evə, baxış və axtarış keçirilməsi haqqında protokollardan görünür ki, 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Səyad oğlunun yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evinə və həytanı sahəsində baxış keçirilməsi haqqında protokollardan və əlavə edilmiş DVD disklərdən görünür ki, hökmün təsviri hissəsində qeyd edilən soyuq silah olan süngü bıçaqlar və döyüş sursatları olan patronlar aşkar edilərək götürülmüşdür. Vasib İskəndərov həmin patronları və süngü bıçaqları İ Qarabağ müharibəsi dövründə iştirak etdiyi döyüş əməliyyatlarından sonra xatirə olaraq (özü deməsinə görə yadigar kimi) yaşadığı evə gətirməsi, eləcə də aşkar edilmiş turist bıçağını sonradan xatırlamadığı dövrdə marağı olduğu üçün üzərində saxladığını bildirsə də məhkəmə qeyd edir ki, döyüş patronlarına münasibətdə onun əməlin ictimai təhlükəliliyi dərk etməməsi mümkün deyil və 7,62 mm kalibrə malik döyüş silahlarında və oxşar silahlarda tətbiqi mümkünlüyü nəzərə alınmaqla həmin əməli qəsdən törtəməsini təsdiq edir. Aşkar edilmiş süngü bıçaqlara münasibətdə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün həmin hissədə məhkəmə əlavə əsaslandırma aparılmasını zəruri və vacib hesab etmir və döyüş patronları ilə bağlı əsaslandırmanın həmin hissəyə şamil edildiyini qeyd edir. Məhkəmə tərkibi digər təqsirləndirilən şəxs Rasim Ələkbərovun və yaxın qohumu arvadı olan iş üzrə şahid Ulduz Süleymanovanın qeyd edilən döyüş sursatlarının mərhum qaynatasına (Rasim Ələkbərovun atasına) məxsus olması və sonuncunun ölümündən sonra təxminən 10-15 il ərzində eyni otaqda bağlı qabda saxlanılması, ərinin həmin döyüş sursatına aidiyyətinin olmaması barədə ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, qeyd edilən müddətdə yaşadıqları evdə cari təmir və bərpa işlərinin aparılmaması, əvvəllər də qanunsuz olaraq silah sursat saxlanamsı ilə bağlı məhkum olunmuş və bununla bağlı kifayət qədər “kriminal təcrübə”yə malik Təqsirləndirilən şəxs1 odlu döyüş sursatı patronların saxlanılmasının cinayət məsuliyyəti yaratmasından xəbərsiz olması inandırıcı və ağlabatan deyil. Buna görə məhkəmə tərkibi təqsirləndirilən şəxs və şahidin ifadələri həmin hissədə sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsə münasibətdə özünifşa etmədə sərbəstlik, şahidə münasibətdə isə yaxın qohumu olan təqsirləndirilən şəxsi ifşa etməməklə bağlı olduğu qənaətinə gəlir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş zərgərlik fəaliyyəti ilə məşğul olan Şahid1 ibtidai istintaqa nisbətən məhkəmə baxışında daha yumşaq məzmunlu ifadə verməsini, yəni təqsirləndirilən şəxslərlə Şəmkir rayonun görüşlərini dəqiq xatırlamasa da nəinki onlarla birlikdə 2016-cı ildə işdən çıxdıqdan sonra Gəncə şəhərinə getməməsini bildirməsini hadisədən xeyli müddət keçməsi ilə bağlı olduğu və təqirləndirilən şəxslərdən Rasimli həmkəndli qonşu olduqları üçün onun ifşa edilməsində əhəmiyyətli rol oyanamq istəməməsi ilə bağlı olduğu qənaətinə gəlmişdir. Müdafiə tərəfinin məhkəmədə verdiyi vəsatət əsasında elekton məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, təqsirləndirilən şəxslərin və şahidin Şəmkir rayonu “3 yol” adlanan ərziyə gəldiklərini göstərdikləri “Vaz 2106” markalı avtomobilin ümumiyyətlə şəxsin istifadəsində səlahiyətində və sərəncamında olmaması müəyyən edilmişdir. Lakin bu şəxsin təqsirsizliyinə dəlalət edən hal olaraq qiymətləndirilə bilmir və həmin nəqliyyat vasitəsinin hazırki iş üzrə vasitə kimi istifadə edilməməsi ifadələrdən də göründüyü kimi ancaq hadisənin səhəri günü Şəmkir şəhərinin girəcəyinə kimə istifadə edilməsi işdə xüsusilə mühüm əhəmiyyət kəsb edən sübut kimi qiymətləndirilmir və məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər və iş üzrə şahid olan zərgərin istənilən nəqliyyat vasitəsi ilə (müdəfiə tərəfinin qeyd etdiyi kimi Sabir Süleymanovun mərhum atasına məxsus “Vaz 2109” markalı, avtomobil, istənilən yol maşını və ya taksi ilə məşğul olan şəxslə gəlməsi istisna edilmir. Məhkəmə hər üç təqsirləndirilən şəxsə münasibətdə məhz onlar tərəfindən Zərərçəkmiş şəxs1 qarşı quldurluq hadisəsi törədilməsi hissəsində də əməllərinin tam olaraq sübuta yetirildiyi qənətinə gəlmişdir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Cinayət prosessual qanunvericliyin tələbinə əsasən təqsirləndirilən şəxs(lər)in etirafedici ifadəsi yalnız iş üzrə toplanmış digər sübut növləri ilə təsdiq olunduğu halda ittihamın əsası kimi qeyd oluna bilər. Məhkəmə istintaqı zamanı işə baxmış həm əvvəlki məhkəmə tərkibi, həm də hazırki məhkəmə tərkibi tərəfindən dindirilərkən, Təqsirləndirilən şəxs3 polis əmədaşları tərəfindən zorakılığa məruz qaldığı üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə quldurluq hadisəsi törətdiyini etiraf etmişdir. Lakin iş üzrə təqsirləndirilən şəxsin göstərdiyi dəlillərin yoxlanması ilə bağlı 2 saylı istintaq Təcridxanasına verilmiş sorğuya cavaba olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3- 16-17/39/2-3580 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 tibbi kitabçası, arxivə təhvil verilmiş, 2022-ci il aprel iyun aylarında bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən azadlıqda olan barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 qeyd edilən müddətdə fiziki zorakılığa məruz qaldığı üçün digər şəxsləri ifşa etməsi məzmunda ifadə verməsini istintaq dövründə və təxminən 2 (iki) il 6 (altı) ay müddətində davam edən məhkəmə baxışı zamanı səlahiyyətli orqana(prokurorluğa) müraciət etməməsi, məlumat verməməsi şəxsin özünümüdafiə hüququ olmaqla hazırki iş üzrə digər təqsirləndirilən şəxslər arasında onların ifşa edilməsindəki roluna görə keçirtidyi “mənəvi narahatlıq”la bağlıdır. Yəni digər təqsirləndirilən şəxslərə münasibətdə Təqsirləndirilən şəxs3 həmin ibtidai istintaq həm də məhkəmə baxışı dövründə öz müdafiəsi üçün kifayət qədər imkana malik olmasına baxmayaraq göstərdiyi dəlillərin təsdiqi ilə bağlı məhkəməyə hər hansı əsaslı vəsatət təqdim etməmişdir. Təqsirləndirilən şəxs1 isə məhkəmə baxışında verdiyi ifadəsində barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan digər işin məhkəmə baxışı zamanı xx.xx.2022-ci ildə Şəmkir RPŞ-dən MSY-yə etap olunduqdan sonra ona qarşı fiziki zorakılıq edilərək etmədiyi quldurluq hadisəsini boynuna götürməyə məcbur edildiyini, ona bədən xəsarətlərinin yetirildiyini, həmin qanunsuzluğa etiraz əlaməti olaraq özünə xəsarət yetirdiyini, xəsarətlərind İstintaq Təcridxanasına gəldikdən sonra qeydə alındığını göstərmişdir. İş materiallarına əlavə edilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022- ci ildə Şəmkir RPŞ MSY-dən etap edildikdən sonra bədən səthində hər iki qulaq seyvanında əzilmiş yaralar boynun sağ nahiyyəsi, hər iki bilək nahiyyəsində kəsilmiş yaralar, kürəyinin sağ nahiyyəsində, sol qabırğaaltında, hər iki ayağın üstündə qançır xəsarətləri aşkar edilmişdir Həmin halların araşdırılması məqsədilə məhkəmə tərəfindən verilmiş sorğuya əsasən götürülmüş tibbi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə 2 saylı istintaq təcridxanasına gətirildikdən sonra bədən səthi üzərində öz-özünə yetirilməyə xaraterik olan xəsarətlərdən başqa digər xəsarətlər də aşkar edilmiş və Rasim Ələkbərov həmin xəsarətləri Şəmkir RPŞ MSY-yə aparıldıqdan sonra ondan polis əməkdaşları tərəfindən etirafedici məzmunlu ifadə almaq üçün yetirildiyini göstərmişdir. Qeyd edilən xəsarətlər və eləcə də müdafiəçisi tərəfindən son məhkəmə iclasında ailə üzvləri ilə 2022-ci il aprel ayında görüş zamanı qeydə alınmış videogörüntülər işə baxan məhkəmə tərkibində Təqsirləndirilən şəxs1 ibtidai araşdırma dövründə verdiyi ifadələrinin mötəbərliyinə (şəxsin təqsirliliyinə təsir etməsə də) saxlanıldığı 2 saylı X2 RPŞyə 2022-ci il aprel ayında etap edildikdən sonra onun fiziki zorakılığa məruz qalmasına dair əsaslı şübhələr olduğundan, Təqsirləndirilən şəxs1 öz-özünə xəsarət yetirməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğuna qəbul edilmiş material üzrə qəbul edilmiş qərarı hazırki iş üzrə sübutların qiymətləndirilməsində preyudisial hesab etmir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə şübhəli (təqsirləndirilən şəxsin) polis sərəncamında olduğu müddətdə bədən səthində yaranmış xəsarətlərin yaranma şərait və mexanizmi ilə bağlı izah verilməsi tələb olunur. Məhkəmə hökmü haqqında Ali Məhkəməni xx.xx.2021-ci il tarixli plenum qərarının 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Belə ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş sənədlərdən və xx.xx.2021-ci il tarixli rədd qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəsarətləri özünə Şəmkir RPŞ MSY-də saxlanıldığı müddətdə aparılan ibtidai araşdırmaya etiraz olaraq yetirmişdir. Lakin qərardan da göründüyü kimi aparılmış ilkin yoxlama hərəkətləri zamanı araşdırmanı aparmış və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirtmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 özünə xəsarət yetirməsinin motivlərinin və bədən səthində özünə yetirilməyə xarakterik olmayan xəsarətlərin yaranma səbəbinin müəyyən edilməməsi şikayət üzrə obyektiv və hərtərəfli araşdırma aparılmasına əsas mane olmuşdur. Bundan başqa material üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli, 379 saylı məhkəmə tibbi ekspertiza rəyində Təqsirləndirilən şəxs1 kürəyinin sağ nahiyyəsində, sol qabırğaaltı nahiyyədəki xəsarətlər, ağırlıq dərəcələri və onların yaranma mexanizminin göstərilməməsi məhkəmədə həmin xəsarətlərin yerləşmə yerinə görə kənar şəxs(lər) tərəfindən yetirilməsi şübhəsinin əsassız olmadığına dair əsaslı fikir formalaşdırmışdır. Odur ki məhkəmə Təqsirləndirilən şəxs1 fiziki zorakılığa məruz qalması ilə materialın ayrılmasını və və həmin hala hüquqi qiymət verilməsini aparılacaq araşdırma predmeti olmasını nəzərə alaraq Baş prokurorluğa göndərilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 Sayad oğlunun məhkəmə baxışında göstərdikləri ilə bağlı məhkəmənin sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki, 2022-ci il may ayında Şəmkir RPŞ MSY-dən Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasına etap edildikdən sonra bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməməsi onun polis əməkdaşları tərəfindən etirafedici ifadə vermək üçün fiziki zorakılığa məruz qalmasını təkzib edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmə baxışında göstərdikləri Şəmkir RPŞ əməkdaşları tərəfindən 2022-ci il aprel ayında fiziki zorakılığa işgəncəyə qeyri-inasi rəftara məruz qalmasına dair iddialar doğru olacağı təqdirdə onların videoçəkilişlə keçirilmiş istintaq hərəkətləri yəni dindirmə, ifadəni yerində yoxlama zamanı psixi emosional hallarında əsaslı dəyişiklik (narahatlıq, nigaranlıq, məcburiyyət əlamətləriverilən suallara cavab verilməməsi cavablardan yayınma yaxud qısa konkret ifadələr verməsi, hadisələri və hrərkətləri lakonik və “quru” formada təqdim etməsi, həmçinin ifadələri arasında əhəmiyyətl ziddiyyət və uyğunsuzluq olması tələb olunurdu. Çünki polis tərəfindən öyrədilmə və məcburedilmə hallarında (əməliyyat müvəkkilləri və onların üzərində rəhbərliyi həyata keçrimiş şəxs, buna nəzarəti həyata keçirən prosessual rəhbər və onun səlahiyyət verdiyi şəxs tərəfindən) hər üç təqsirləndirilən şəxsə müansibətdə quldurluq hadisəsinin eyni faktiki hallarla təsvir edilməsi, xırdalıqlarına qədər söylənilməsi ağlabat inandırıcı və məntiqi olmamaqla yanaşı təqsdirləndirilən şəxslərin dedikləri kimi əvvəlcədən yazılmış ssenarini birə-bir eyni oynaması mümkün deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xüsusilə ifadələrin yerində yoxlanılması istintaq hərərkətinin qeydə alındığı videoçəkilişlərdən görünür k, hər üç təqsirləndirilən şəxs keçirilmiş istintaq hərəkətləri zamanı kifayət qədər “həvəsli”, “sərbəst” olmuş, hadisələri ən xırda detallarına qədər ətraflı təsvir etmiş, ayrı-ayrılıqda yoxlanılmasına baxmayaraq ifadələri arasında əhəmiyyətli ziddiyyət və şübhə doğuran hallar olmamışdır. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrini işin faktiki hallarına daha uyğun olduğu və məhkəmə baxışında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla təsdiqini tapdığını üçün sübut kimi qəbul edir, istintaqın sonrakı dpvründə və məhkəmə baxışında göstərdiklərini isə cəzadan və cinayət məsuliyyətindən azad olmaq cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və və məhkəmədə araşdırılmış tələbnamədən görünür ki, Əsədov X16 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05 noyabr 2021-ci il tarixli amnistiya qərarı əsasında cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu götürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmədə araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə olan cinayət işinin məhkəmə baxışı zamanı Gəncə Ağır Cinayətlər xx.xx.2021-ci il tarixli 1 (100)-9/2024 saylı hökmündən görünür ki, X11 qeyd edilən maddələrlə təqsirli bilinib 9 (doqquz )il müddətinə azadlıqdan məheumetmə cəzasına məhkum edilmiş cəzaçəkməsinin əvvəli həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Hər üç Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasının yüngülləşdirən hal CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, CM-nin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması və yaşayış yeri üzrə müsbət xarrakterizə edilməsidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 oğluna münasibətdə ittiham olunduğu 177.2.3 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 münasibətdə isə CM-nin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçsə də təqsirləndirilən şəxslər həmin maddələrlə özlərini təqsirli bilmədikləri və işin məhkəmə baxışı dövründə müdafiə tərəfindən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsinə dair hər hansı vəsatət, (yaxud razılıq) verilmədiyi üçün məhkəmə həmin maddələrlə onları təqsirli bilərək cəza təyin edilməməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da məhkəmə onların şəxsiyyəti nəzərə alınmaqla eləcə də uzun müddət saxlanılmış döyüş patronlarının hələ də istifadəyə yararlı olması və qeyd edilən əməlin predmeti olan döyüş patronlarının yüksək ictimai təhlükəliliyi və müxtəlif növ odlu döyüş silahlarında istifadə edilmə mümkünlüyü nəzərə alınmaqla onlara məhz azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. İbtidai araşdırma orqan tərəfindən ittiham aktında göstərilənlərin əksinə olaraq hər üç təqsirləndirilən şəxsin əməllərində cinayətlərin residivi müəyyən edilməsə də məhkəmə CM-nin 228.1-ci maddəsinə münasibətdə aşkar edilən döyüş sursatının sayı, eləcə də əvvəlki müxtəlif cinayətlərə görə məhkum olunmaları nəzərə alınmaqla onlara məhz sanksiyada nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini və təyin ediləcək digər maddə üzrə cəzaya qismən birləşdirilməsini həm cəzanın qanunda nəzərdə tutulan məqsədlərinəə həm də ədalət mühakiməsinin mənaəfeyinə uyğun hesab edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri quldurluq cinayətinə görə digər iştirakçı olan Təqsirləndirilən şəxs3 münasibətdə onların cinayətin törədilməsində iştiraklarının dərəcəsi və faktiki xarakteri nəzərə alınmaqla nisbətən yüksək cəza təyin edilməsini ədalətli və qanuni hesab edir (cinayətin törədilməsi barədə təklif, rollarının bölgüsünü aparılması, cinayətin törədilməsində xüsusilə fəal iştirak, zərərçəkmiş şəxsə tətbiq edilən fiziki qüvvə, hədə qorxu, hadisədən sonraqanunsuz əldə edilmiş əşya (qızıl-zinət əşyalarının realizə edilməsi) cəhdləri və sair. Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinə əsasən quldurluqqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə qanunsuz olaraq döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla)...əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir... Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesablanır. Odur ki, məhkəmə hər üç təqsirləndirilən şəxsin hazırki hökmdən əvvəl onlara təyin edilmiş və çəkilmiş cəza müddətləri hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla və tam çıxılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs3 hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və barəsində həbs qətimkan tədbiri seçildiyi 4 (dörd) aylıq müddət təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə ittiham olunduqları və təqsirləri sübuta yetirilmiş maddələrin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə cəzasının təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 ədəd 5,45x39 mm kalibrli, 4 ədəd 7,62x39 mm kalibrli güllələr, 2 ədəd 16x70 kalibrli ov patronları, 3 ədəd süngü-bıçaq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin Silah və Sursat Anbarına təhvil verilməli, 2 ədəd 7,62x54 mm kalibrli güllələr 2 ədəd ümumi təyinatlı ov bıçağı, 1 ədəd ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. İş üzrə istintaq hərərkətlərini qeydə alındığı 10 ədəd DVD disk və telefon məlumatlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 82 (səksən iki) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Ekseprtiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5 və 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə, CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-9/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 11 (on bir ) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-9/2024 saylı hökmlə təyin edilmiş cəzanın çəkildiyi 3 (üç) il 8 (səkkiz) ay 5 (beş) gün müddət çıxılmaqla üzərində qəti olaraq üzərində 7 (yeddi) il 3 (üç) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 228.4-cü maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.1 və maddələri ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanmaqla ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökm üzrə çəkilmiş 4 (dörd) il, 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası çıxılmaqla qəti olaraq üzərində 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 181.2.5, 177.2.3 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsili bilinsin və ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 181.2.5ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəyə əsasən Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəyə əsasən Şəmkir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilmiş cəzanın 1 (bir) il 6 (altı) hissəsi tam çıxılmaqla ona 7 (yeddi) il azdlıqdan məhrumetmə cəzası təyin edilsin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 4 (dörd) ay 2 (iki) gün müddət çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 ədəd 5,45x39 mm kalibrli, 4 ədəd 7,62x39 mm kalibrli güllələr, 2 ədəd 16x70 kalibrli ov patronları, 3 ədəd süngü-bıçaq dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin Silah və Sursat Anbarına təhvil verilməli, 2 ədəd 7,62x54 mm kalibrli güllələr 2 ədəd ümumi təyinatlı ov bıçağı, 1 ədəd ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. İş üzrə istintaq hərərkətlərini qeydə alındığı 10 ədəd DVD disk və telefon məlumatlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın və zərərçəkmiş şəxs Flora Qasımoyava mülki qaydada Təqsirləndirilən şəxs3 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökm elan olunduğu andan,( təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar