Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-91/2021 03.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 avqust 2020-ci il tarixdə, saat 21 radələrində əvvəllər qeyri rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxana tipli mənzilinə gələrək onun barəsində qonşular arasında həqiqətə uyğun olmayan məlumatlar yaymasını bildirdiyindən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs dəhlizə çıxaraq uca səslə üzünü binada yaşayan qonşulara tutaraq aralarındakı söhbəti kimə danışdığını aydınlaşdırmağa yönələn çağırışlar etdiyi vaxt Zərəfşandan içəri keçməsini istəsə də aralarındakı mübahisə daha da artmış, Zərəfşan onun ünvanına və daha sonra onun ölmüş oğlunun məzarına söyüşlər söymüş, nalayiq formada ifadə işlədərək onu evdən qovduğundan aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı onu öldürmək qərarına gəlib, həmin məqsədlə mənzildə olan küt alət qismində istifadə etdiyi “Ruskiy Razmer” adlı spirtli içki şüşəsi ilə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına və sağlamlığa yüngül zərər vurmaya aid edilən başının sağ təpə nahiyəsindən bir dəfə vuraraq ona qəsdən təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan xəsarət yetirmiş, bundan sonra cinayətkar əməllərini davam etdirərək mənzildə olan soyuq silah hesab olunmayan, məişət təyinatlı bıçağı götürüb mənzilin giriş qapısının qarşısındakı dəhlizdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməkdə ifadə olunan cinayət əməlini başa çatdırmaq üçün həmin bıçaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarın boşluğuna keçən-qaraciyəri, mədəni və köndələn-çənbər bağırsağın zədələnməsi ilə müşayiət edilən iki ədəd deşilmiş-kəsilmiş yara, eləcə də sağlamlığa yüngül zərərvurmaya aid edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bir ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaradan ibarət olmaqla ümumilikdə 3 ədəd xəsarət yetirmiş, lakin cinayətin aləti olan bıçağın tiyəsinin dəstəyindən sınmasına görə cinayətkar əməlini davam etdirə bilməməsi, habelə ətrafdakı insanların hadisəyə aktiv müdaxilə etmək üçün toplaşması və zərərçəkmiş şəxsin qısa müddət ərzində xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməsi ilə həyatının xilas olunması nəticəsində Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönələn cinayət əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 18 il Zərərçəkmiş şəxs ilə birlikdə qeyri rəsmi ər-arvad münasibətlərində yaşamış, son vaxtlar isə aralarında çoxsaylı mübahisələri olmuşdur. Mübahisələrin səbəbi isə Zərəfşanın yüngül həyat tərzi keçirməsi, demək olar ki hər gün onun ünvanına nalayiq söyüşlər söyməsi olmuşdur. 03 avqust 2020-ci il tarixdə o, evdə olmuş, Zərəfşan isə qızıgilə getmişdir. Saat 21 radələrində evdə olduğu vaxt Zərəfşan evə qayıdanda o, nəyə görə barəsində qonşuların yanında həqiqətə uyğun olmayan sözlər danışdığını Zərəfşandan soruşmuş, aralarında mübahisə yaranmışdır. Zərəfşan qonşulara guya onu 3 aylıq evə aldığını, daha sonra onu evdən çıxarmaq istəsə də onun evdən çıxmaq istəmədiyini və onu evində görmək istəmədiyini demişdir. Zərəfşan isə dəhlizə çıxaraq ona yaxşı etdiyini, kişiyə ehtiyacı olmadığını, pula ehtiyacı olduğunu və pula görə kiminlə istəsə cinsi əlaqədə olacağını demişdir. Həmin vaxt onunla Zərəfşan arasında mübahisə daha da artmış və sonuncu dəhlizdə qışqırmağa başlamış, onun ünvanına və daha sonra onun ölmüş oğlunun məzarına söyüşlər söymüş, nalayiq formada ifadə işlədərək onu evdən qovmuşdur. O, da oğlunun məzarına söyməsinə dözməyib eyvanda stolun üzərində olan «Ruski Razmer» markalı araq butulkasını və 1 ədəd dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış bıçağı əlinə götürmüşdür. Zərəfşan ona söyüş söyməyə davam etdiyi üçün o, sağ əlində olan araq butulkasını sonuncuya tərəf atmış və həmin butulka Zərəfşanın başına dəymiş, Zərəfşan yerə yıxılmış və başı yerə bərk çırpılmışdır. Daha sonra o, bıçağı sağ əlinə alaraq Zərəfşanın yanına gəlib sonuncuya bir neçə dəfə vurmuşdur. Həmin vaxt bıçağın dəstəyi qırılaraq otağın içərisinə düşdüyü üçün o, Zərəfşana zərbə vurmağı saxlamış və bıçağın tiyəsini dəhlizə tullamışdır. Həmin vaxt qonşuluqda yaşayan Mələk əlindəki çomaqla ona tərəf gəlmiş, bundan sonra o, binadan çıxıb üzü Kəpəz Rayon Polis İdarəsi istiqamətində getmişdir. O, Polis İdarəsinə girib Zərəfşanı bıçaqla vurduğunu könüllü olaraq etiraf etmiş və təslim olmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, onun Zərərçəkmiş şəxs vurmaqda məqsədi onu öldürmək yox, aralarında yaranmış mübahisə zamanı Zərəfşanın onun mərhum oğlunun ünvanına nalayiq formada söyüşlər söyməsinə görə ona xəsarət yetirmək olmuşdur. Bıçaqla Zərərçəkmiş şəxs üzərinə gedib onun ayaq nahiyəsinə zərbələr vurmaq istəyərkən sonuncu ayaqları ilə ona müqavimət göstərdiyindən bıçaq onun qarın nahiyəsinə dəymişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2006-cı ildə tanımış, bundan sonra ünvan 3 ünvanında Təqsirləndirilən şəxsla qeyri rəsmi ər-arvad kimi yaşamağa başlamışlar, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuşdur. Onların ara-sıra mübahisələri olsa da ümumilikdə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ona yalanlar danışdığına görə təxminən 4 il olar ki, ayrılmışlar. 03 avqust 2020-ci il tarixdə qızının yaşadığı “Sevinc” qəsəbəsindən öz evinə qayıdanda Təqsirləndirilən şəxs evdə olduğunu görmüşdür. İçəri keçib Təqsirləndirilən şəxs nə üçün evə gəldiyini soruşanda İlham “sən mənim sözümü danışmısan” deyə ona cavab vermişdir. O, isə kimə danışdığını İlhamdan soruşduqda sonuncu ona heç bir cavab verməmişdir. Bundan sonra o, evin qarşısına çıxıb üzünü qonşulara tutaraq “mən kimə nə demişəmsə gəlsin mənim üzümə desin” deyə səslənmişdir. O, bir az uca səslə danışdığı üçün İlham ona içəri keçməsini demişdir. Lakin o, içəri keçməyib dəhlizdə dayanmış, təkrarən nə üçün orada olduğunu İlhamdan soruşanda sonuncu yenə ona sakit danışmağını demiş və o, isə İlhama nalayiq formada evdən getməsini bildirmişdir. Nalayiq formada ona dediyi bu ifadədən sonra İlham evin eyvanına keçib spirtli içki şüşəsini əlinə götürüb ona tərəf gələrək dəhlizdə dayandığı yerdə onun başının sağ tərəfindən zərbə ilə vurmuş, zərbənin təsirindən o, yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra İlham içəri keçib evdən bıçağı götürüb onun üzərinə cumub əlindəki bıçaqla ona bir neçə dəfə zərbələr vurmuşdur. O, ayaqları ilə İlhama qarşı müqavimət göstərsə də lakin zərbələrin təsirindən bir anlıq huşunu itirmişdir. Təqsirləndirilən şəxs həmin bıçaqla onu vuran zaman bıçağın tiyəsi dəstəyindən qırılaraq yerə düşmüşdür. Sonra ayılanda qonşuların onlara tərəf gəldiyini, Məleykənin əlində nəsə əşya ilə gəlib İlhamı vurduğunu görmüşdür. Sonra digər qonşular da İlhama tərəf gəldikləri üçün sonuncu oradan qaçıb getmişdir. Bundan sonra onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə baş verən vaxt o, Təqsirləndirilən şəxs ölmüş oğluna qarşı təhqiramiz ifadə işlətməmiş, Təqsirləndirilən şəxs hərəkətləri onu birbaşa öldürməyə yönəlmiş, bıçağın dəstəyinin qırılmayacağı və qonşuların kənardan müdaxilə etməyəcəyi təqdirdə İlhamın onu öldürmüş olacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Kərpic zavod qəsəbəsi ev 4, mənzil 1-də qeydiyyatda olmaqla Gəncə şəhəri Atatürk prospekti 237, bina 3, mənzil 30-da yaşayır. Zərərçəkmiş şəxs onunla 15 illik qonşudur. Zərərçəkmiş şəxs uzun müddət Təqsirləndirilən şəxsla qeyri rəsmi ər-arvad münasibəti olmuş, lakin 3-4 ildir ki artıq birlikdə yaşamırlar. İlham və Zərəfşan ayrılmamışdan qabaq onun yaşadığı mənzilin qonşuluğunda eyni evdə yaşamışlar. 03 avqust 2020-ci il tarixdə, saat 21 radələrində İlham və Zərəfşan arasında öz evlərində mübahisə olduğunu eşitmiş, bundan sonra Zərəfşan evdən dəhlizə çıxaraq İlhama tərəf səslənib “gəl görüm mən sənin sözünü kimə demişəm” deyə bildirmiş, İlham da həmin vaxt “içəri gir, içəri gir deyə” səslənmişdir. Bundan sonra isə İlhamı nalayiq formada evindən qovmuşdur. İlham isə həmin vaxt əlində spirtli içki şüşəsi ilə Zərəfşanın arxası ilə gəlib dəhlizdə onun başının sağ tərəfindən zərbə vurmuş, zərbənin təsirindən Zərəfşan yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra İlham evin içərisinə anidən keçib bıçağı götürmüş və Zərəfşanı vurmağa başlamışdır. İlham təxminən 4 dəfə bıçaqla vurduqdan sonra Məleykə əlində uzun taxta parçasına oxşar çomaqla Zərəfşangil tərəfə gedib İlhamın kürəyindən çomaqla vuraraq ona “niyə vurmusan” demiş, İlham da digər qonşuları görüb qaçaraq oradan uzaqlaşmışdır. İlham hadisəni tğrətdiyi bıçağı yerə atıb qaçmış, həmin bıçaq ortadan qırılmış vəziyyətdə və dəstəyi izolentlə sarılmış halda olmuşdur. Bundan sonra onlar dərhal X5 zəng etmişlər, bir müddət keçdikdən sonra oraya təcili yardım maşını gəlmiş və Zərəfşanı xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, İlhamın Zərəfşana xəsarət yetirdiyi bıçağı görmüş, çünki İlham bıçağı yerə atıb qaçmışdır. Həmin bıçaq ortadan qırılmış vəziyyətdə və dəstəyi izolentlə sarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 16, mənzil 32-də qeydiyyatda olmaqla Gəncə şəhəri Atatürk prospekti 237, bina 3, mənzil 26-da yaşayır. Zərərçəkmiş şəxs onunla 15 illik qonşudur. Zərərçəkmiş şəxs uzun müddət Təqsirləndirilən şəxsla qeyri rəsmi ər-arvad münasibəti olmuş, lakin 3-4 ildir ki artıq birlikdə yaşamırlar. İlham və Zərəfşan ayrılmamışdan qabaq onun yaşadığı mənzilin qonşuluğunda eyni evdə yaşamışlar. 03 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Zərəfşan öz evinə qayıdaraq İlhamla evdə rastlaşdıqdan sonra onunla mübahisə etməyə başlamışdır. Onların mübahisəsi zamanı Təqsirləndirilən şəxs Zərəfşana “nəyə görə, sən mənim oğlumun goruna söyürsən” deməsini eşitmiş, lakin Zərəfşanın belə bir söyüş söyməsini eşitməmişdir. Təxminən 5 dəqiqə sonra Zərəfşan evdən dəhlizə çıxmış, nalayiq ifadə ilə İlhamı evdən qovmuş, İlham da həmin vaxtı əlində spirtli içki şüşəsi ilə Zərəfşanın arxası ilə gəlib dəhlizdə onun başının sağ tərəfindən zərbə vurmuş, zərbənin təsirindən Zərəfşan yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra İlham evin içərisinə anidən keçib bıçağı götürmüş və yerdə uzanan Zərəfşanın üzərinə şığıyıb əlindəki bıçaqla Zərəfşanın qarın nahiyəsinin sağ tərəfinə 2-3 dəfə zərbə vurmuşdur. O, İlhamın Zərəfşanı öldürmək istədiyini görüb əlindəki lambirin parçası ilə İlhamın üzərinə getmişdir ki, İlhamın Zərəfşanı öldürməsinə maneə olsun. Lakin həmin vaxt İlham içəri keçib qayıdıb çölə çıxdıqdan sonra İlhamın yenidən Zərəfşanı vurmasını düşünüb əlindəki lambirin parçası ilə İlhamın üzərinə gedib onu vurmuş, İlham isə artıq onu vurduğundan özü aralanıb getmişdir. Bundan sonra onlar dərhal X5 zəng etmişlər, bir müddət keçdikdən sonra oraya təcili yardım maşını gəlmiş və Zərəfşanı xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, İlhamın Zərəfşana xəsarət yetirdiyi bıçağı görmüş, çünki İlham bıçağı yerə atıb qaçmışdır. Həmin bıçaq ortadan qırılmış vəziyyətdə və dəstəyi izolentlə sarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu Çanaqçı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Atatürk prospekti 237, bina 3, mənzil 23-də yaşayır. Zərərçəkmiş şəxs ilə 15 ilə yaxındır ki, qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs uzun müddət Təqsirləndirilən şəxsla qeyri rəsmi ərarvad münasibəti olmuş, lakin 3-4 ildir ki, artıq ayrılmışlar. 03 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Zərəfşan öz yaşadığı evə gəlmiş və təxminən 5-10 dəqiqə keçdikdən sonra Zərəfşan evdən dəhlizə çıxaraq İlhama tərəf səslənib “gəl görüm mən sənin sözünü kimə demişəm” deyə bildirmişdir. İlham da həmin vaxt “içəri gir, içəri gir deyə” səslənmiş, Zərəfşan isə nalayiq ifadə ilə İlhamı evdən qovmuş, İlham da həmin vaxtı əlində spirtli içki şüşəsi ilə Zərəfşanın arxası ilə gəlib dəhlizdə onun başının sağ tərəfindən zərbə vurmuş, zərbənin təsirindən Zərəfşan yerə yıxılmışdır. O, bu hadisəni görüb içəri evə girmiş, daha sonra isə dəhlizə çıxanda Zərəfşanın yerdə uzanıqlı və üzərinin qan olduğunu görmüşdür. Bundan sonra onlar dərhal X5 zəng etmişlər, bir müddət keçdikdən sonra təcili yardım maşını gəlib Zərəfşanı xəstəxanaya aparmışdır. Bundan başqa göstərmişdir ki, İlhamın Zərəfşanı bıçaqlamasını görməmiş, otaqdan çıxanda artıq hərənin bir yandan Zərəfşana kömək etməyə çalışdığını, Məleykənin isə İlhamı “sən neynədin” deyə-deyə vurduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Atatürk prospekti 237, bina 3, mənzil 63-də yaşayır. Zərərçəkmiş şəxs 15 ildir ki, onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs uzun müddət Təqsirləndirilən şəxsla qeyri rəsmi ər-arvad münasibəti olmuş, son illər isə onlar ayrılmışlar. Ayrılmamışdan əvvəl X4 İbrahimova onun yaşadığı mənzilin qonşuluğunda yerləşən Zərəfşanın evində yaşamışlar. 03 avqust 2020-ci il tarixdə, saat 21 radələrində o, evdə olarkən Zərəfşan İlhamla mübahisə etmiş, bundan sonra Zərəfşan evdən dəhlizə çıxaraq İlhama tərəf səslənib “gəl görüm mən sənin sözünü kimə demişəm” deyə bildirmiş, İlham da həmin vaxt “içəri gir, içəri gir deyə” səslənmişdir. Bundan sonra isə İlhamı nalayiq formada evindən qovmuşdur. Həmin vaxt İlham əlində spirtli içki şüşəsi ilə Zərəfşanın arxası ilə gəlib dəhlizdə sonuncunun başının sağ tərəfindən zərbə vurmuş və zərbənin təsirindən Zərəfşan yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra İlham evin içərisinə keçib bıçağı götürmüş və yerdə uzanan Zərəfşanın üzərinə gələrək Zərəfşana bir neçə dəfə zərbə vurmuşdur. Məleykə əlində taxta parşasına oxşar çomaqla lhamgilə tərəf getmiş və İlhamı vurduqdan sonra sonuncu qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra onlar dərhal X5 zəng etmişlər, bir müddət keçdikdən sonra təcili yardım maşını gəlib Zərəfşanı xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” Publik hüquqi şəxsin Gəncə şəhər şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 13.10.2020-ci il tarixli 1548 №-li rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - qarın nahiyəsində kəsici-deşici alətlə (alətlərlə) yetirilmiş üç ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi: Bu yaralardan ikisi qarınboşluğuna keçərək, qaraciyəri, mədəni və köndələn-çənbər bağırsağı zədələdiyi üçün ağırlıq dərəcələrinə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; b) digər bir ədəd yara isə daxilə keçməyən yara olduğu üçün sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs bədənində yuxarıda göstərilən deşilmiş-kəsilmiş yaralardan başqa sağ təpə nahiyəsində bir ədəd əzilmiş yara da müəyyən edilmişdir. Bu xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hisəssində göstərilən tarixə, yəni 03.08.2020-ci il tarixə uyğun gəlir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin maddi sübut qismində ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsini müəyyən etmək üçün hadisə vaxtı vət. Zərərçəkmiş şəxs əynində olan paltarlar və hadisə vaxtı istifadə olunan kəsici-deşici alət xüsusi müayinə edilməlidir (trasoloji və ya xüsusi kriminalistik). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim olunmuş 05 noyabr 2020-ci il tarixli 16/725/726 saylı məhkəmə ballistik və trasoloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilən 2 (iki) ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının hissələridir, kəsici-deşici xassəyə malik olan bıçaq tiyəsi və dəstəkdir, soyuq silah hesab edilmir. Üzərilərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilən 1 (bir) ədəd predmet məişət təyinatlı içki şüşəsidir və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus tunikanın üzərində olan «a», «b» və «c» zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın tiyəsinin və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş tunikanın üzərində olan «a», «b» və «c» zədələrində zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus paltarların üzərində hər hansı bir trasoloji zədə yoxdur. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 13.10.2020-ci il tarixli, 1548 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tunikanın üzərində olan «a», «b» və «c» zədələri müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən «qarın nahiyəsində kəsici-deşici alətlə (alətlərlə) yetirilmiş üç ədəd deşilmiş-kəsilmiş yara» xəsarətləri ilə tunikanın üzərində olan «a», «b» və «c» zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim olunmuş 02 noyabr 2020-ci il tarixli 16/724 saylı materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir.Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd tunikanın üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış tünd-çəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd tunikanın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi” Publik hüquqi şəxsin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş maddi sübutların ekspertizasına dair 13.10.2020-ci il tarixli, 43 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Hadisə yerindən götürülmüş bir ədəd bıçaq tiyəsi üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd don üzərində insana məxsus qan aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş hadisə yerindən götürülmüş bir ədəd butulka və iki ədəd pambıq tamponlarda insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol kofta, bir ədəd idman şalvarı üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. Təqdim olunmuş bir ədəd bıçaq dəstəyi üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. İş materiallarına əlavə olunmuş « könüllü təqdim etmə barədə » 03.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra könüllü olaraq özünü Gəncə şəhər Kəpəz rayon polis idarəsinə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş 03.08.2020-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 4 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan, 03 avqust 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materialların əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 03.11.2020-ci il tarixli 3747 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materialların əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 03.11.2020-ci il tarixli 3277 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 11 noyabr 2020-ci il tarixli, 612/276 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami RİH Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.11.2020-ci il tarixli 2332 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami RİH Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.11.2020-ci il tarixli 2340 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 03 avqust 2020-ci il tarixdə, saat 21 radələrində əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu, arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxana tipli mənzilinə gələrək guya onun barəsində qonşular arasında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yaymasını bəhanə edib əsassız olaraq mübahisə yaradaraq, mübahisə zamanı Zərərçəkmiş şəxs uca səslə üzünü binada yaşayan qonşulara tutaraq aralarındakı söhbəti kimə danışdığını aydınlaşdırmağa yönələn çağırışlar etməyini bəhanə edərək zərərçəkmiş şəxsi öldürmək qərarına gəlib həmin məqsədlə heç bir əsaslı səbəb olmadan mənzildə olan küt alət qismində istifadə etdiyi “RuskiyRazmer” adlı spirtli içki şüşəsi ilə zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətdə pozulmasına və sağlamlığa yüngül zərər vurmaya aid edilən başının sağ təpə nahiyəsindən bir dəfə vuraraq ona qəsdən təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan xəsarət yetirmiş, bundan sonra cinayətkar əməllərini davam etdirərək mənzildə olan soyuq silah hesab olunmayan, məişət təyinatlı bıçağı götürüb mənzilin giriş qapısının qarşısındakı dəhlizdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməkdə ifadə olunan cinayət əməlini başa çatdırmaq üçün həmin bıçaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarın boşluğuna keçən-qaraciyəri, mədəni və köndələn-çənbər bağırsağı zədəsi ilə müşayət edilən iki ədəd deşilmiş-kəsilmiş yara, eləcə də sağlamlığa yüngül zərərvurmaya aid edilən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan bir ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaradan ibarət olmaqla ümumilikdə 3 ədəd xəsarət yetirmiş, lakin cinayətinaləti olan bıçağın tiyəsinin dəstəyindən sınmasına görə cinayətkar əməlini davam etdirə bilməməsi, habelə binada yaşayan Şahid2 əlindəki lambirin parçası ilə onu vuraraq cinayətkar əməlini davam etdirməkdən çəkindirməsi, ətrafdakı insanların hadisəyə aktiv müdaxilə etmək üçün toplaşması və zərərçəkmiş şəxsin qısa müddət ərzində xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməsi ilə həyatının xilas olunması nəticəsində Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönələn cinayət əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən müəyyən olunmuşdur ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə qeyrirəsmi ər-arvad münasibətlərində 18 ildən artıq müddət ərzində yaşamışlar və son dövrlərdə aralarında mütəmadı olaraq mübahisə və münaqişə olmuş, sonuncu dəfə isə onun barəsində qonşuların yanında həqiqətə uyğun olmayan sözlər danışdığını Zərəfşandan soruşduğu üçün aralarında mübahisə yaranmış, Zərəfşan dəhlizə çıxaraq ona yaxşı etdiyini, kişiyə ehtiyacı olmadığını, pula ehtiyacı olduğunu və pula görə kiminlə istəsə cinsi əlaqədə olacağını dedikdən sonra aralarında yaranmış mübahisə daha da artmış, bundan sonra Zərəfşan dəhlizdə qışqırmağa başlamışdır. Zərəfşan onun ünvanına və daha sonra onun ölmüş oğlunun məzarına söyüşlər söymüş və nalayiq ifadə işlətməklə onu evdən qovmuş, oğlunun məzarına söyməsinə dözməyib eyvanda stolun üzərində olan araq şüşəsini və 1 ədəd dəstəyi qara rəngli yapışqanlı lentlə sarılmış bıçağı əlinə götürmüş, Zərəfşan ona söyüş söyməyə davam etdiyi üçün o, sağ əlində olan araq şüşəsini sonuncuya tərəf atmış və həmin şüşə Zərəfşanın başına dəymiş, Zərəfşan yerə yıxılaraq başı yerə bərk çırpılmış, sonra isə bıçaqla Zərəfşanı bir neçə dəfə vurmuşdur. Həmin vaxt bıçağın dəstəyi qırılaraq otağın içərisinə düşdüyü üçün o, Zərəfşana zərbə vurmağı saxlamış və bıçağın tiyəsini dəhlizə tullamış, bundan sonra binadan çıxıb üzü Kəpəz Rayon Polis İdarəsinə gedərək Zərəfşanı bıçaqla vurduğunu etiraf etmiş və təslim olmuşdur. Həmçinin ifadəsində Zərərçəkmiş şəxs vurmaqda məqsədinin onu öldürmək yox, aralarında yaranmış mübahisə zamanı Zərəfşanın onun mərhum oğlunun ünvanına nalayiq formada söyüşlər söyməsinə görə ona xəsarət yetirmək olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən də müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsla aralarında sonuncunun “sən mənim sözümü danışmısan” deməsindən sonra mübahisə yaranmış, kimə danışdığını İlhamdan soruşsa da sonuncu ona heç bir cavab verməmiş, bundan sonra o, evin qarşısına çıxıb üzünü qonşulara tutaraq “mən kimə nə demişəmsə gəlsin mənim üzümə desin” deyə səslənmiş, İlham isə ona içəri keçməsini demiş, lakin o, içəri keçməyib dəhlizdə dayanmış, təkrarən nə üçün orada olduğunu İlhamdan soruşanda sonuncu yenə ona sakit danışmağını demiş və o, İlhama nalayiq formada evdən getməsini bildirmişdir. Nalayiq formada ona dediyi bu ifadədən sonra İlham evin eyvanına keçib spirtli içki şüşəsini əlinə götürüb ona tərəf gələrək dəhlizdə dayandığı yerdə onun başının sağ tərəfindən möhkəm zərbə ilə vurmuş, zərbənin təsirindən o, yerə yıxılmış, yerə yıxıldıqdan sonra İlham içəri keçib evdən bıçağı götürüb onun üzərinə cumub əlindəki bıçaqla ona bir neçə dəfə zərbələr vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrindən də müəyyən olunmuşdur ki, hadisədən əvvəl Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, Zərəfşan İlhamı nalayiq formada evdən qovmuş, bundan sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəlcə içki şüşəsi, sonra isə bıçaqla vuraraq ona xəsarətlər yetirmişdir. Həmçinin Şahid2 şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs Zərəfşana “nəyə görə, sən mənim oğlumun goruna söyürsən” deməsini göstərsə də lakin Zərəfşanın belə bir söyüş söyməsini eşitmədiyini bildirmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs əvvəlcə içki şüşəsi, bundan sonra isə bıçaqla vuraraq ona xəsarətlər yetirmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndində isə göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bundan başqa həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında əvvəllər də mübahisə və münaqişə olmuş, sonuncu dəfə isə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun mərhum oğlunun ünvanına nalayiq ifadələr işlətməklə onu münaqişəyə çəkmiş, buna görə də Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı onu öldürmək qərarına gəlib həmin məqsədlə mənzildə olan küt alət qismində istifadə etdiyi “RuskiyRazmer” adlı spirtli içki şüşəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə xəsarət yetirmiş, bundan sonra cinayətkar əməllərini davam etdirərək bıçaqla dəhlizdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməkdə ifadə olunan cinayət əməlini başa çatdırmaq üçün həmin bıçaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən iki ədəd deşilmiş-kəsilmiş yara, eləcə də sağlamlığa yüngül zərərvurmaya aid edilən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan bir ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaradan ibarət olmaqla ümumilikdə 3 ədəd xəsarət yetirmiş, lakin cinayətin aləti olan bıçağın tiyəsinin dəstəyindən sınmasına görə cinayətkar əməlini davam etdirə bilməməsi, habelə ətrafdakı insanların hadisəyə aktiv müdaxilə etmək üçün toplaşması və zərərçəkmiş şəxsin qısa müddət ərzində xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməsi ilə həyatının xilas olunması nəticəsində Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönələn cinayət əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə tərkibi həmçinin təqsirləndirilən şəxsin ifadəsində Zərərçəkmiş şəxs vurmaqda məqsədinin onu öldürmək yox, aralarında yaranmış mübahisə zamanı Zərəfşanın onun mərhum oğlunun ünvanına nalayiq formada söyüşlər söyməsinə görə ona xəsarət yetirmək olduğunu bildirməsini uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan ifadə kimi qəbul edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 63.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, CM-in 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini nəzərdə tutur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 60cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 03 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd bıçaq tiyəsi, bir ədəd bıçaq dəstəyi, bir ədəd 0,7 litrlik “Ruskiy Razmer” markalı araq şüşəsi, iki ədəd qan nümunələrinin götürüldüyü tamponlar məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd don zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol kofta və bir ədəd idman şalvarı onun yaxın qohumlarına verilməli, qəbul edilmədikdə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 127 manat 80 qəpik (yüz iyirmi yeddi manat səksən qəpik) məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 03 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş bir ədəd bıçaq tiyəsi, bir ədəd bıçaq dəstəyi, bir ədəd 0,7 litrlik “Ruskiy Razmer” markalı araq şüşəsi, iki ədəd qan nümunələrinin götürüldüyü tamponlar məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd don zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qısaqol kofta və bir ədəd idman şalvarı onun yaxın qohumlarına verilsin, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 127 manat 80 qəpik (yüz iyirmi yeddi manat səksən qəpik) məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-91/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-91/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver