Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-91/2023 13.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Mehdiyeva Vəfa Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tovuz rayon Vəkil Bürosunun vəkili X3 və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1985-ci ildə Tovuz rayonu, Qovlar şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Qovlar şəhəri, Niyazi küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq cəmi 0,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq satış məqsədilə yaşadığı ünvan 4 nömrəli evin yardımçı tikilisinin talvarının altından asılmış polietilen torbanın içərisində saxlamış və həmin narkotik vasitədən 0,18 qram çəkidə olan hissəni 2022-ci ilin yanvar ayının əvvəli 20 manat nəğd pulun müqabilində Tovuz rayonu Qovlar şəhəri ünvan 1-də yaşayan, xx.xx.2004-cü ildə anadan olmaqla hadisə vaxtı yetkinlik yaşına çatmayan tanışı Şahid6 satmış, qalan 0,47 qram hissə isə 3 (üç) ədəd bükümdə 11 yanvar 2022-ci il tarixdə, saat 23:50-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı yaşadığı ünvan 4 nömrəli evin yardımçı tikilisinin talvarının altında asılmış polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 2018-ci ilin dəqiq məlum olmayan vaxtında məlum olmayan mənbədən qanunsuz olaraq 67 (altmış yeddi) ədəd 7,62x54 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş, “Mosin” və “SVD” konstruksiyalı tüfənglərdə, “PKM”, “PK” əl pulemyotlarında istifadə edilən döyüş sursatı hesab edilən patronları əldə edib üzərində daşıyaraq, ünvan 4 nömrəli evin yardımçı tikilisinin talvarının altından asılmış polietilen torbanın içərisində saxlamış, həmin patronlar 11 yanvar 2022-ci il, saat 23:50-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış zamanı onun yaşadığı ünvan 4 nömrəli evin yardımçı tikilisinin talvarının altından asılmış polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, 228.1-ci maddə ilə isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında Bakı şəhərində aparılan bina tikintilərinin birində fəhlə işləyən ərəfədə İzzətlə həmyerli kimi tanış olmuş, İzzət Bakı şəhərində dükanların birində satıcı işləmişdir. Atası vəfat etdiyi üçün işdən çıxıb Tovuz rayonuna qayıtmış, sonradan İzzət də işdən çıxıb Tovuz rayonuna gəlmişdir. İzzət istifadəsində olan ***-***-**-** nömrəsi ilə onun ***-***-**-** nömrəsinə zəng edib Qovlar şəhərində çay evlərinin birində görüşmüş, söhbət vaxtı ona evdə köhnə avtomat güllələrinin olduğunu, təxminən 5 il əvvəl heyvanları otararkən otlaq sahəsindən tapdığını demişdir. Həmin vaxt İzzət narkotik vasitədən istifadə etdiyi üçün ona narkotik vasitə də tapmağı demiş, həmin narkotik vasitəni tanışı Ədalətdən almağı düşünüb İzzətlə razılaşmış, İzzətin verdiyi 10 manat pulu götürüb Ədalətin yanına getmişdir. Ədalətə bir baş narkotik vasitə təşkil etməyi demiş və İzzətin verdiyi 10 manatı Ədalətə verib getmişdir. Təxminən 2-3 gün sonra Ədalət istifadə etdiyi ***-***-**-** nömrədən ona zəng etmiş, Tovuz rayonu Qovlar şəhərində yerləşən su idarəsinin həyətində onunla görüşmüş və bir baş narkotik vasitə vermişdir. Ədalətlə görüşə İzzətlə bir yerdə getsə də İzzət Qovlar dairəsində düşüb onu gözləmiş, qayıdandan sonra Ədalətdən götürdüyü bir baş narkotik vasitəni İzzətə vermişdir. 3-4 gün sonra İzzət yenə ona zəng edib aldığı narkotik vasitənin xoşuna gəldiyini deyib həmin narkotik vasitədən yenə təşkil etmə imkanı olub-olmadığını soruşmuşdur. Həmin vaxt imtina etsə də İzzət əl çəkməmiş, bir neçə gün sonra təkrar zəng edib, həmin narkotik vasitədən yenə təşkil etməyi xahiş etmişdir. İzzətlə razılaşıb onunla görüşmüş, ondan 10 manat pul götürüb Ədalətdən bir baş narkotik vasitə alıb İzzətə vermişdir. Sonra İzzət dəfələrlə yenə zəng edib ona narkotik vasitə təşkil etməyi xahiş etmiş, lakin onunla razılaşmamışdır. 11 yanvar 2022-ci ildə İzzət zəng edib dediyi güllələri satmaq istəyib-istəmədiyini, 10 ədəd güllə lazım olduğunu, dənəsini bir manatdan satmağı təklif etmişdir. İzzətə 10 ədəd güllə vermiş, bundan təxminən 10 dəqiqə sonra mülki geyimli polis əməkdaşları onu saxlayıb Tovuz rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ondan İzzət adlı şəxsi tanıyıb-tanımadığı, ona narkotik vasitə satıb-satmadığı soruşulmuş, o da İzzətə narkotik vasitə deyil, 2 ədəd güllə satdığını bildirmişdir. Polis şöbəsinə gətirildikdən sonra İzzətə verdiyi güllələr qatar şəklində polis əməkdaşlarında olmuşdur. O, polis əməkdaşları tərəfindən döyülmüş, həmin hədənin təsiri altında onlarla razılaşaraq İzzətə narkotik vasitə satdığını və evində güllələrlə birgə narkotik vasitənin də olduğunu etiraf etmişdir. Polis əməkdaşlarına fərdi yaşayış evinin həyətindəki yarımtikilidə olan torbanın içərisində avtomat güllələri olduğunu bildirmiş, bundan sonra müdafiəçisi öz avtomobili, özü isə polis əməkdaşları ilə birgə onların avtomobili ilə yaşadığı evə getmişdir. Avtomobildə olarkən Emin adlı polis əməkdaşı ona evindəki güllələrin içərisinə narkotik vasitə qoyulacağını deyib, narkotik vasitənin də özünə məxsus olduğunu bildirməyi tələb etmiş, 48 saat sonra buraxılacağını vəd etmişdir. Məcbur qalıb onların təklifi ilə razılaşmış, polis əməkdaşları yazılı ərizə əsasında razılığı aldıqdan sonra fərdi yaşayış evinin həyətində olan yarımtikiliyə baxış keçirmiş, videoçəkiliş aparılmışdır. Baxış zamanı yarımtikilidə jest hasar ilə taxta dirək arasında olan kirli ağ torbanı təqdim edib, güllələrin həmin torbanın içərisində olduğunu bildirmiş və torbanı polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları torbanı videogörüntüdən uzaqlaşdırıb gözü önündə gülləyə bükülmüş halda narkotik vasitəni torbaya atmışlar. Təhqiqatçı həmin torbanın içərisindən güllələri çıxarıb güllələri sayarkən polis əməkdaşları tərəfindən qoyulmuş bükülü yerə düşmüşdür. Polislər ona həmin bükülünü yerdən götürüb torbanın içərisinə atmağını demiş, buna görə bükülünü yerdən götürüb torbanın içərisinə atmışdır. Baxış zamanı təhqiqatçı həmin bükülünün içərisində nə olduğu soruşduqda, polis əməkdaşlarının dediyi kimi bükülünün içərisində narkotik vasitə olduğunu və Tovuz rayonu ərazisindən tapdığını demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, İzzətin təkidi ilə iki dəfə tanışı Ədalətdən narkotik vasitə marixuana alıb İzzətə vermiş, birinci dəfə ilə ikinci arasında 10-15 gün fərq olmuşdur. İlk dəfə 10 manat müqabilində Ədalətdən narkotik alıb İzzətə vermiş, İzzətin yaşını dəqiq bilməmiş, 21-22 yaşı olduğunu bilmiş, İzzətlə münasibəti olduğuna görə ona narkotik vasitə alıb vermişdir. Son dəfə narkotik vasitəni tutulmamışdan 20 gün əvvəl Ədalətdən almış, narkotik vasitəni verdikdən sonra İzzət ona 5 manat yol pulu vermiş, İzzətin verdiyi 5 manatdan 2 manatı taksiyə verib evə getmişdir. İzzət ona ikinci dəfə narkotik vasitə almağı təklif edəndə, polisdən qorxduğu üçün əvvəl almaqdan imtina etmiş, ilk dəfə aldığı narkotik vasitəni İzzətlə birlikdə çəkdikdən sonra özünü yaxşı hiss etməmiş, 2-ci dəfə aldığını isə İzzət aparmışdır. Əvvəllər söhbət əsnasında İzzətə özündə güllə olduğunu demiş, İzzətə pulsuz 2 güllə vermiş, lakin ona pul müqabilində güllə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisi olmasa da, arabir qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs ilə 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhərində tanış olmuş, onunla ədavət və ya düşmənçiliyi olmayıb. 2021-ci ilin payız aylarında Bakı şəhərində ərzaq dükanında satıcı işləyəndə iş yoldaşı vasitəsi ilə ora gəlib-gedən oradan bazarlıq edən Habillə tanış olmuşdur. Arabir narkotik vasitə istifadə etdiyi üçün söhbət zamanı narkotik vasitə tapa bilib-bilməyəcəyini soruşduqda Habilə lazım olsa tapa biləcəyini demişdir. Bir müddət sonra işdən çıxıb Tovuz rayonuna qayıtmış, 2021-ci ilin dekabr ayının ortaları Habilin istifadəsində olan ***-***-**-** nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə zəng edib, iki baş nəşə təşkil etməyi xahiş etmişdir. Habil telefonda ona Tovuz rayon Qovlar şəhərində görüşüb narkotik vasitənin pulunu verməyi demiş, Habilə 20 manat məbləğində pul vermişdir. Növbəti gün Qovlar şəhərində Habilin qardaşının işlədiyi maşın sexinin qarşısında onunla görüşüb ondan iki baş nəşə almış, həmin narkotik vasitələri ayrı-ayrı vaxtlarda özü istifadə etmişdir. 15-20 gün sonra təxminən 2022-ci ilin yanvar ayının əvvəli yenidən Habilə məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib, ona iki baş nəşə təşkil etməsini xahiş etmiş və Habil razılaşmışdır. İki gün sonra Habil zəng edib nəşənin onda olduğunu və götürmək üçün Qovlar şəhərinin mərkəzinə gəlməyi demişdir. Həmin gün saat təxminən 19 radələrində Habilin dediyi yerə gedib onunla görüşmüş (nəşəni) ondan 35 manat məbləğində pul verərək alıb yaşadığı evə qayıtmışdır. İki başdan birini istifadə etmiş, digərini isə saxlamışdır. Əvvəllər söhbət zamanı Habil ona yaşadığı evdə güllə saxladığını, istəyən olsa sata biləcəyini dediyi, həmçinin bir dəfə boyunbağı düzəldib taxmaq üçün bir ədəd güllə aldığını dediyi üçün Habilə zəng edib ondan 10 ədəd güllə istəmişdir. Habil 10 gülləni 10 manat pul müqabilində 11 yanvar 2022-ci ildə ona satmış, güllələri aparıb Qovlar şəhərində yerləşən yaşadığı evə qoymuşdur. Daha sonra Habildən aldığı bir baş nəşəni cibinə qoyub Bakı şəhərinə getmək üçün Qovlar şəhər dəmir yolu vağzalına getmiş, həmin gün saat təxminən 19 radələrində dəmiryolu dayanacağında olarkən polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu deyilərək saxlanılıb Tovuz rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə videoçəkilişlə axtarış keçirilmiş, həmin vaxt aşkar edilən narkotik vasitəni Habildən aldığını bildirmiş, həmçinin Habildən pulla 10 ədəd patron aldığını demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, 2021-ci il dekabr və 2022-ci il yanvar aylarında dəqiq xatırlamadığı tarixlərdə Habildən 2 dəfə hər dəfəsində 2 bükümdə olmaqla təxminən 10-15 gün ara ilə marixuana almış, ilk dəfə narkotik vasitəyə görə Habilə 30 manat və əlavə olaraq 5 manat, ikinci dəfə narkotik vasitəyə görə isə 25 manat, əlavə olaraq 15 manat pul vermişdir. Həmçinin 2-ci dəfə narkotiklə birlikdə Habildən boynuna asmaq üçün 1 ədəd güllə almış , gülləni pay versə də əvəzində Habilə 5 manat siqaret pulu vermişdir. Son dəfə marixuana aldığı vaxtdan bir neçə gün sonra Habildən biri 1 manat olmaqla ümumilikdə 10 ədəd güllə almış, sonra isə qorxduğu üçün güllələri Qovlar şəhərində olan zibil qutularından birinə atmışdır. Polislər onu saxlayıb şöbəyə gətirən zaman üzərində boynundan asdığı 1 ədəd boş güllə və 1 baş marixuana olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmaqla yanaşı, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuşdur. 11 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, Emin Cavadova, Tovuz rayon ərazisində Şahid6 narkotik vasitə hesab edilən qurudulmuş marixuana qəbul etməkdə və ya üzərində saxlamaqda şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuş, Emin Cavadov həmin məlumatı raportla məruzə etdikdən sonra dərhal bu barədə Tovuz RPŞ-nin rəhbərliyinə bildirmiş, rəhbərlik tərəfindən əməliyyat Emin Cavadova həvalə edilmiş, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2la əməliyyat tədbiri təşkil edilmişdir. Həmin gün Emin Cavadov əlaqə saxlayıb Şahid6 Tovuz rayon Qovlar şəhərində dəmir yolu vağzalının yanında müəyyən etmələri barədə məlumat vermiş, İzzəti Tovuz RPŞ-yə gətirməsi barədə göstəriş vermişdir. Şahid6 Tovuz RPŞ-nin inzibati binasına gətirilmişdir. Sonradan Şahid6 üzərində saxladığı 0,2 qram çəkidə olan kütləni təqdim etməsini, marixuana olduğunu, həmin narkotik vasitəni Qovlar şəhər sakini Habil adlı şəxsdən aldığını bildirdiyini öyrənmişdir. Həmin gün saat 21 radələrində Emin Cavadov yenidən onunla telefon əlaqəsi saxlayıb Habil adlı şəxsi Qovlar şəhər ərazisində saxladıqları barədə məlumat vermiş, Habilin də rayon polis şöbəsinə gətirilməsi barədə Eminə şifahi göstəriş vermişdir. Saat təxminən 21 radələrində CAB-nin əməkdaşları X11 Əlizadə, Habil adlı şəxsi TB-nin təhqiqatçısı Şahid5 təqdim etmiş, təhqiqatçı Şahid5 müdafiəçi ilə təmin etdikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Sonradan Təqsirləndirilən şəxs üzərində psixotrop maddə, narkotik vasitə qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmasa da şifahi sorğu zamanı Habil yaşadığı evdə yardımçı tikilidə polietilen torbanın içərisində odlu silaha aid olan patronlar və həmin patronların yanında, 2-3 büküm narkotik vasitə sayılan qurudulmuş marixuana olmasını bildirdiyini öyrənmişdir. Bu barədə Emin Cavadov ona məruzə etdikdən sonra rayon polis şöbəsinin rəhbərliyinin göstərişi ilə özü, CAB-ın əməliyyat müvəkkilləri və TB-nin təhqiqatçısı Şahid5, Qovlar şəhər sakini şübhəlli şəxs Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş, orada yaşadığı evə, razılıq ərizəsi əsasında videokamera vasitəsi ilə çəkilişlə baxış keçirtmişlər. Baxış zamanı, Təqsirləndirilən şəxs özü, yardımçı tikilinin içərisində hasar qismində vurulmuş parıltılı lövhə (dam örtüyü) ilə taxtadan olan dirəyin arasında asılmış vəziyyətdə olan 1 ədəd çirkli polietilen torbanı təqdim etmiş, həmin çirkli polietilen torbanın içərəsindən 67 ədəd güllə aşkar olunmuşdur. Təhqiqatçı Şahid5 həmin ağ rəngli torbaya baxış keçirtməyə başlamış, torbanın içərisinə salıb torbadan bir-birinə bitişik güllə “qatarı”-nı çixartmışdır. Həmin vaxt özü patronların arasında ağ kağızda bükülü görsə də təhqiqatçı Şahid5 həmin bükülüyə fikir verməmiş, yer darısqal, patronları saymaq üçün əlverişli olmadığı üçün güllələr geri torbaya salmış və torbanı əlində tutub işıqlı yerə keçmişdir. Həmin vaxt təhqiqatçıya Təqsirləndirilən şəxs deməsinə görə patronların yanında bükülü halda başqa nəsə yəni qurudulmuş marixuana olmalı olduğunu, torbaya diqqətlə baxmağı, ağ kağızda olan bükülünün diqqət çəkdiyini demiş, dedikləri yəni səsi aparılmış videoçəkilişə də düşmüşdür. Təhqiqatçı Şahid5 ikinci dəfə həmin torbanın ağzını açaraq yenidən güllələri torbadan çıxartmış, həmin an skoça bükülü halında olan kütlə yerə düşmüşdür. Bunun görən Təqsirləndirilən şəxs özü həmin bükülünü yerdən qaldırıb torbaya qoymuş, yerə düşən kütlənin qurudulmuş marixuana olacağını bildirmişdir. Təhqiqatçı Şahid5 Habildən həmin bükülünün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs qurudulmuş marixuana olduğunu demiş bundan sonra həmin kütlə açılaraq baxış keçirilmiş, yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “ot” olduğunu və şəxsi istifadə üçün saxladığını demişdir. Bükülülər elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda 0,6 qram, 0,3 qram və 0,2 qram olmaqla, ümumi 0,11 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 11 yanvar 2022-ci il saat 19:00 radələrində Tovuz RPŞ-də xidmətdə olan zaman İzzət adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması və Tovuz rayon Qovlar şəhərində dəmiryolu vağzalının yanında olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə sonradan adı məlum olan Şahid6 Qovlar şəhəri dəmir yolu vağzalının yaxınlığında saxlayıb Tovuz RPŞ-yə dəvət etmişlər. Sonuncu şübhəli şəxs qismində tutularaq dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə məcburi şəxsi axtarış aparılacağı bildirilmişdir. Şahid6 əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan bir ədəd kağız parçasına bükülmüş kütləni təqdim etmişdir. Həmin kütləyə baxış keçirilən zaman kütlənin yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmiş, sorğu zamanı Şahid6 üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə marixuananı Qovlar şəhər sakini Habil adlı şəxsdən aldığını, özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını və vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız parçası ilə birlikdə kütlənin ümumi çəkisi 0.2 qram olmuşdur. Daha sonra həmin kütlə tərkibi və miqdarı müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Şahid6 narkotik vasitə marixuananı satmaqda şübhəli bilinən, adı sonradan məlum olan, Qovlar şəhəri ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlanılıb Tovuz RPŞ-yə dəvət edlmiş, şübhəli şəxs qismində tutulduqdan sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi ilə təmin olunub üzərində şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu sual zamanı əməliyyatçılara yaşadığı evdə narkotika və güllə olduğunu demiş, bundan sonra müdafiəçinin iştirakı ilə Habilin öz yazılı razılığı əsasında yaşadığı Qovlar şəhəri, ünvan 3 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yarımtikiliyə daxil olaraq bir ədəd sintetik torbanı çıxarıb təqdim etmiş, təqdim edilmiş torbaya keçirilmiş,baxış zamanı 67 ədəd 7.62 mm-lik odlu silah gülləsi, 3 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 3 ədəd kağız bükümdə olan kütlənin narkotik vasitə olan marixuana olduğunu, Tovuz rayonu ərazisindən tapdığını, patronları isə bir neçə il əvvəl Tovuz rayonu ərazisindən tapdığını, bir qismini boş ərazidə partlatdığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətindəki yarımtikilidən aşkar edilmiş 3 ədəd kağız bükülüdə olan kütlə elektron tərəzidə çəkilmiş, 0.6, 0.3, və 0.2 qram olmaqla, çəkiləri ümumilikdə 0.11 qram olmuşdur. Həmin kütlələr tərkibi və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını bildirmişdir. Məhkəmə iclasında verilmiş sullara cavab olaraq Emin Cavadov göstərdi ki, onda Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə çoxsaylı əməliyyat məlumatları olmuş, İzzətin üzərində sursat olması barədə məlumat olmasa da, boynunda patrondan düzəldilmiş medalyon olmasını sonradan görmüşdür. İzzət sorğu-sual zamanı əlavə olaraq Habildən patron da aldığını, boyunbağı düzəltdiyini demişdir. İzzət şifahi sorğu-sual zamanı narkotik vasitəni iki dəfə pul müqabilində Habildən aldığını demiş, Habil də səmimi olaraq narkotik vasitəni İzzətə özünün verdiyini etiraf etmişdir. Habildən narkotik vasitəni niyə İzzətə satmasını soruşduqda Habil narkotik vasitəni bayram ərəfəsi və ehtiyacı olduğu üçün satdığını bildirmiş, şəxsi axtarışdan sonra onlara evində torbanın içərisində patronlar və narkotik vasitə olmasını, patronlardan 1 və ya 2-sini İzzətə verdiyini demişdir. İzzətə satdığı narkotik vasitəni isə əvvəlcə Tovuz rayon sakini Ədalət adlı şəxsdən aldığını desə də sonradan bu məlumatın yalan olduğunu bildirmiş, Ədalətin mobil nömrəsini onlara özü təqdim etmişdir. O və digər polis əməkdaşları tərəfindən Habilə heç bir təzyiq göstərilməmiş, Habil özü şifahi sorğu-sual zamanı yaşadığı evdə güllələr və 2-3 büküm qurudulmuş marixuana olmasını bildirmiş, İzzət isə sonradan Habildən pulla aldığı 10 ədəd patronu-güllələri qorxduğu üçün Tovuzda zibil qabına tulladığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ CAB-nin əməliyyat müvəkkili Şahid2 da şahid Emin Cavadovla eyniməzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, Şahid6 onlar tərəfindən saxlanılıb Tovuz RPŞ-yə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitəni könüllü təqdim etsə də üzərində patron(lar) olmamış, boynundakı patrona isə fikir verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Tovuz RPŞ-də təhqiqatçı vəzifəsində xidmət edir. Şahid6 əvvəllər tanımamışdır. 11 yanvar 2022ci il saat 19 radələrində Tovuz RPŞ-də inzibati binada olarkən Tovuz rayon polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Emin Cavadov və digər əməliyyat müvəkkili Qasımov X10 rayon Qəribli kənd sakini Şahid6 narkotik vasitə qəbul etməkdə və üzərində saxlamaqda şübhəli olduğu üçün Qovlar şəhər dəmiryolu vağzalında saxlayıb Tovuz RPŞ-yə gətirmələri barədə yazdığı raportla tanış olmuş və Şahid6 ona təqdim edilmişdir. Şahid6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra Tovuz rayon Vəkil Bürosunun vəkili X4 iştirakı təmin edilmişdir. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitənin olub-olmaması soruşulmuş, Şahid6 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız parçasına bükülmüş kütləni təqdim etmişdir. Həmin kütlə açılaraq baxış keçirilmiş, yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə sayılan qurudulmuş marixuanaya bənzədiyi müəyyən edilmişdir. Sorğu zamanı Şahid6 şifahi olaraq təqdim etdiyi kütlənin qurudulmuş marixuana olmasını və həmin narkotik vasitə onun özünə məxsus olduğunu, özü istifadə etmək üçün 20 manata Qovlar şəhər sakini Habil adlı şəxsdən aldığını bildirmişdir. Həmin bükülü kağız parçası ilə birgə elektron tərəzidə çəkilmiş, çəkisi 0,2 qram olmuşdur. Bundan sonra həmin kütlə kağız zərfə qabaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Şahid6 üzərində videogörüntü ilə apardığı şəxsi axtarışı başa çatdıqdan təxminən bir saat sonra 11 yanvar 2022-ci ildə saat təxminən 21 radələrində xidməti iş otağında olarkən Emin Cavadov və Şahid3 oğlu ad və soyadı orada məlum olan Tovuz rayon Qovlar şəhər sakini Təqsirləndirilən şəxs xidməti otağa gətirib təqdim etmişlər. Təqsirləndirilən şəxs da əvvəllər tanımamış, hər hansı münasibəti olmamışdır. Tovuz RPŞ CAB-in əməliyyat müvəkkilləri Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmaqla yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsi alqısatqısı ilə də məşğul olduğunu demiş, Təqsirləndirilən şəxs üzərində təqdim olunmuş müdafiəçi Rəşad Abdullayevin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə, narkotik vasitə və ya əldə edilməsi, saxlanması və ya daşınması qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yolda şifahi sorğu-sual zamanı əməliyyat müvəkkillərinə yaşadığı evdə yardımçı tikilidə polietilen torbanın içərisində odlu silaha aid olan avtomat güllələri və güllələrin yanında, 2-3 bükümdə narkotik vasitə sayılan qurudulmuş marixuana olduğunu bildirdiyi üçün polis şöbəsinin rəhbərliyinin göstərişi əsasında CAB-ın rəisi Şahid1 və CAB-ın qeyd edilən əməliyyat müvəkkilləri ilə birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Razılıq ərizəsi əsasında yaşadığı evə videoçəkilişlə baxış keçirilmiş, Təqsirləndirilən şəxs özü, yardımçı tikilinin içərisində hasar kimi vurulmuş parıltılı lövhə (dam örtüyü) ilə taxtadan olan dirək arasına asılmış vəziyyətdə olan 1 ədəd çirkli polietilen torbanı baxış üçün təqdim etmişdir. Baxış zamanı həmin çirkli polietilen torbanın içərisindən güllələr aşkar olunmuş, videoçəkişlə güllə “qatarı”-nı çıxartmış, həmin yer darısqal, güllələri saymaq üçün əlverişli olmadığı üçün güllələri geri torbaya qoymuş və torbanı əlində tutaraq işıqlı yerə keçmişdir. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs deməsinə görə güllələrin yanında bükülü halda qurudulmuş marixuana olmalı olduğunu, torbaya diqqətlə baxmağı, özünün həmin bükülüləri güllə qatarı arasında gördüyünü bildirmişdir. Güllələri sayarkən skoçla bağlanmış formada olan bükülü kütlə yerə düşsə də fikir verməmiş, Təqsirləndirilən şəxs özü həmin bükülünü yerdən qaldırıb torbaya qoymuşdur. Həmin vaxt Şahid1 məhz yerə düşən kütlənin qurudulmuş marixuana olacağını demiş, ancaq bundan sonra həmin bükülüyə fikir verib Habildən həmin bükülü olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə qurudulmuş marixuana olduğunu demişdir. Aparılmış videoçəkiliş zamanı ilk dəfə əlini torbaya salıb güllələri çıxaranda skoça bükülmüş bükülünü güllə “qatarı” ilə birlikdə çıxarsa da bükülüyə fikir vermədiyi, sonradan torbanı baxış üçün əlverişli yerə aparılmasından ötrü həmin çirkli polietilen torbaya qoyması, ikinci dəfə həmin torbanın ağzını açaraq yenidən güllələri torbadan çıxarıb gözəyarı saydığı, güllər təxminən 70 ədəd təşkil etsə də sonradan diqqətlə saydıqda sayının 67 olması və bu barədə protokolda qeyd aparması, güllələr sayılarkən skoçla bükülü olan kütlənin yerə düşməsi, bükülüyə fikir vermədiyini görən Təqsirləndirilən şəxs təkrar həmin bükülünü yerdən qaldırıb torbaya qoyması, Şahid1 da həmin vaxt məhz yerə düşən kütlənin qurudulmuş marixuana olacağını deməsi qeydə alınmışdır. Aparılmış şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “ot” olduğunu və şəxsi istifadəsi üçün saxladığını demişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş hər biri ayrı-ayrılıqda 0,6 qram, 0,3 qram və 0,2 qram olmaqla ümumillikdə çəkiləri 0,11 qram olmuşdur. Şahid5 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, şəxsi axtarış zamanı Habilin yaşadığı evdə döyüş sursatı ilə narkotik eyni yerdə, evində olan yarım tikilidə olmasını barədə yolda gələrkən məlumat verməsini CAB-ın əməliyyat müvəkkilləri Eminlə Vasif baxışdan bilavasitə əvvəl ona bildirsələr də, evə və həyətə keçirilmiş baxış zamanı ilkin olaraq narkotik vasitə aşkarlanmayanda həmin vaxt şübhəli şəxs olan Təqsirləndirilən şəxs dediyi narkotikin harada olmasına dair sual verməmiş, baxış zamanı aparılan videoçəkiliş dayandırılıb davam etdirilərkən zəruri olan çəkilişin dayandırıldığı və davam etdirildiyi yeri, tarixi və dəqiq zamanı isə təcrübəsiz olduğu üçün çəkilişdə bildirməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, Habilin qardaşı maşın ustası olduğuna görə Habili qardaşına maşın düzətdirərkən tanımış, Habilin özünün yox, qardaşının mobil nömrəsini bilmiş, Habillə heç bir əlaqəsi, telefon danışığı olmamış, yaxud Habil onlara gəlməmişdir. Habili həmkəndlisi olaraq tanımışdır. Özü əvvələr narkotik vasitədən istifadə etsə də Habilə heç vaxt narkotik vasitə verməmiş və satmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 12 yanvar 2022-ci il tarixli, 16/46 nömrəli rəyindən görünür ki, Şahid6 üzərindən götürülərək tədqiqata təqdim edilmiş, üzərində “vət. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan 0,04 qram qurudulmuş marixuana ekspertizaya sərf olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 12 yanvar 2022-ci il tarixli 16/45 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülərək tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə və 2 (iki) ədəd boz rəngli karton kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,19 qram, 0,12 qram, 0,16 qram, ümumi təmiz çəkisi 0,47 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan 0,06 qram qurudulmuş marixuana ekspertizaya sərf olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 22 fevral 2022-ci il tarixli 16/209 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı götürülərək tədqiqata təqdim edilmiş, 67 ədəd predmet 7,62x54 mm kalibrli olmaqla zavod üsulu ilə istehsal edilmiş, «МОСИН» «СВД» konstruksiyalı tüfənglərdə, «ПКМ», «ПК» əl pulemyotlarında istifadə edilən patrondurlar, döyüş sursatı hesab edilirlər və istifadə (atəş) üçün yararlıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 30 iyun 2022-ci il tarixli, 16/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazıları olan kağız paketdəki 3 ədəd bükümdə olan marixuanalar və üzərində vət. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş kütlə” yazıları olan kağız paketdəki 1 (bir) ədəd bükümdə olan marixuana orqanoleptik əlamətlərinə və tərkibinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İş üzrə məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli, 440 nömrəli rəyində görünür ki Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, hal-hazırda abstinensiya əlamətləri (narkotik vasitələrin aclığı) olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəməpsixiatrik ekspertizasının 08 aprel 2022-ci il tarixli 136 nömrəli rəyində məüyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmiş, öz hərəkətlərini ölçüb-biçmə və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2022-ci il saat 19:15-dəqiqədə şübhəli şəxs kimi tutulmudur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış aparılması haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 üzərində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız parçasına bükülmüş büküm aşkar edilərək götürülmüş, həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,2 qram olmuşdur. Sorğu zamanı Şahid6 həmin bükümdə olan kütlənin narkotik vasitə olan marixuana olduğunu və həmin marixuananı 20 manata Qovlar şəhərində yaşayan Habil adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə dövlət hesabına dəvət edilmiş müdafiəçi X3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı qanunsuz əşya, yaxud predmet aşkar edilməmiş, istintaq hərəkəti zamanı evdə, yaxud hər hansı digər yerdə narkotik vasitə, silah-sursat saxlaması barədə Təqsirləndirilən şəxs sual verilməmiş, həmçinin Təqsirləndirilən şəxs bu barədə aparılmış videoçəkiliş zamanı hər hansı məlumat verməmişdir. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli protokol və əlavəsi DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə onun yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmiş və baxış zamanı fərdi yaşayış evinin həyətində olan yarımtikiliyə videoçəkiliş vasitəsilə baxış keçirilmiş torbadan üç ədəd kağız bükümdə ümumi çəkisi 0,11 qram narkotik vasitəyə bənzər kütlə və 67 ədəd 7.62 mm-lik odlu silah gülləsi aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükümdə olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə marixuananı Tovuz rayonu ərazisindən tapdığını, bir qismini özü istifadə etdiyini qalan hissəsini isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin statusuna xitam verilməsi barədə” qərardan görünür ki, Şahid6 xx.xx.2022-ci ildə şübhəli şəxs statusuna xitam verilmiş, Tovuz RPŞ MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə saat 21:15-dəqiqədə şübhəli şəxs kimi tutulmuş, tutulmanın əvvəli faktiki saxlanıldığı xx.xx.2022-ci il saat 21:00-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.3-1-ci maddəsinə tövsif edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli Şahid6 ilə Təqsirləndirilən şəxs arasında müdafiəçinin iştirakı ilə keçirilmiş “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona ayrı-ayrı vaxtlarda iki dəfə iki baş nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana satdığını, ilk dəfə 2021-ci ilin dekabr ayında hər birinin dəyəri 20 manat olmaqla iki baş, ikinci dəfə isə 2022-ci ilin yanvar ayının əvvəlində 35 manata narkotik vasitə qurudulmuş marixuana aldığını demişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs tanışı Şahid6 narkotik vasitə olan qurudulmuş marixuana satması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə çoxsaylı əməliyyat məlumatları olmuşdur. Lakin Təqsirləndirilən şəxs Şahid6 satdığı qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş patronlardan bir neçə ədədini Tovuz rayonu İbrahimhacılı kəndində partlatdığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan Tovuz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(062)-10- 2022 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin həmin tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5 (062)-21/2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 228.1, 234.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Tovuz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(062)-21-2022 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 01.01-xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglər, nömrə sahiblərinin ünvanları, antenna dairələri göndərilən və daxil olan sms mətnlərin götürülməsi barədə qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmədə araşdırılmış Tovuz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(062)-79-2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, nömrə sahiblərinin ünvanları, antenna dairələri, göndərilən daxil olan sms mətnlərin götürülməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 məxsus ***-***-**-** saylı nömrə arasında xx.xx.2022-ci ildə saat 20:59-da, xx.xx.2022-ci il saat 12:29-da, xx.xx.2022-ci il saat 16:04-də,18:01-də, 19:08-də, xx.xx.2022-ci ilddə saat 17:43-də, 19:17-də, xx.xx.2022-ci il saat 12:32-də, 16:53-də, xx.xx.2022-ci il saat 10:17-də və 12:39-da zənglər və danışıq olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrdən, Tovuz RİHB-nin Qovlar şəhəri üzrə icra nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı övladları var. (2018-ci il təvəllüdlü Nazlı Məmmədova, 2010-cu il təvəllüdlü Nihat Məmmədov) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,14 qr və 0,41 qr marixuana və 67 ədəd 7,62x45 mm kalibrli patronlar maddi sübut qismində tanınaraq saxlanılması üçün Tovuz RPŞ-nin anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək Şahid6 narkotik vasitəni sonuncunun istəyi ilə 2 dəfə, onun verdiyi pulla Ədalət adlı şəxsdən alıb verdiyini, ilk dəfə narkotiki bir yerdə qəbul etdiklərini, söhbət vaxtı özündə patron olmasını bildirdikdə İzzətin ondan patron istədiyini, 1 ədədini pay verib, sonradan daha 10 ədəd patron verdiyini, lakin pulla satmadığını və xx.xx.2022-ci ildə yaşadığı evdən aşkar edilmiş patronların yanında olan narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən yaşadığı evə aparılarkən yolda maşında ona narkotik vasitə qoyacaqlarını, videoçəkiliş zamanı patronlarla birgə narkotik vasitənin də özünə məxsus olmasını bildirməsini dediklərini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz fiziki və psixi zorakılığın təsiri altında qalması nəticəsində evindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini bildirmiş, iddia etdiyi bu və digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Rəşad Abdullayev isə qeyd edilən xüsusatlarla bağlı məhkəməyədək icraat dövründə istintaq hərəkəti protokollarında qeydlər edərək onları imzalamaqdan imtina etmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən Tovuz rayon prokurorluğuna verilmiş sorğuya əsasən təqdim edilmiş və məhkəmədə araşdırılmış 17C-22 saylı materiala əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif instansiyalara ünvanladığı və bilavasitə müdafiəçisi Rəşad Abdullayev tərəfindən yazılmış ərizəsində Şahid6 verdiyi narkotik vasitəni ilkin olaraq şübhəli şəxs qismində dindirilərkən Tovuz RPŞ rəhbərliyinin təkidi və təzyiqi ilə Tovuz rayon sakini Ədalət adlı şəxsdən aldığını, sonradan da buna görə aralarında narazılıq olduğunu bildirmiş, həmçinin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün polis əməkdaşlarının ailə üzvlərindən müxtəlif miqdarda pul istədiklərini, həbsdən azad edildikdən sonra həmin pulun verilməsinə yol vermədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş şikayəti ilə bağlı aparılmış araşdırma zamanı təyin edilmiş xx.xx.2022-ci il tarixli, 107 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “MSY-də saxlanılan şəxslərin qeydiyyatı” və “tibbi müayinədən keçirilməsi barədə” kitablardan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 01:05-də MSY-ə təhvil verilmiş, həmin gün 11:15-də tibbi müayinədən keçirilmiş və bədən səthində xəsarət aşkar edilməmişdir. Həmin araşdırma nəticəsində qeyd edilən xüsusatlar təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs, yaxud müdafiəçisi tərəfindən həmin qərardan şikayət verilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilk mərhələsində etiraf etsə də sonrakı mərhələ və bütün məhkəmə baxışı zamanı Şahid6 narkotik vasitə satmamasına dair ifadəsinə tənqidi yanaşaraq əsassız olduğu və işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul etmir. Məhkəmə tərkibi həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xx.xx.2022-ci ildə evindən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasına dair gəldiyi nəticəni aşağıdakı sübutlara istinad etməklə əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmənin əvvəlki tərkibi tərəfindən də tədqiq edilmiş 11 yanvar 2022-ci il tarixli protokol və əlavəsi “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə onun yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış istintaq hərəkət zamanı aparılmış videoçəkiliş bir neçə dəfə dayandırılmış, istintaq hərəkəti iştirakçıları kadrdan kənara çıxmış və sonradan istintaq hərəkəti davam etdirilmişdir. Halbuki cinayət prosessual qanunverciliyin tələbinə əsasən keçirilən istintaq hərəkəti zamanı aparılan videoçəkiliş zamanı fasilə vermək zərurəti yarandıqda istintaq hərəkətini həyata keçirən şəxs bunun səbəblərini elan etməklə tarixi, vaxtı və yeri dəqiq bildirməli, istintaq hərəkəti fasilədən sonra davam etdirildikdə dəqiq tarix, vaxt və yer göstərilməlidir. Həmin videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə polis əməkdaşı Emin Cavadov tərəfindən mimika, jest hərəkətləri ilə, eləcə də verbal, yəni bir neçə dəfə özü tərəfindən bilavasitə Təqsirləndirilən şəxs yaxınlaşaraq qulağına asta səslə nəsə deməklə təsir göstərilir. Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilən çirkli torbaya əvvəlcə aşkar edildiyi yardımçı tikilidə istintaq hərəkətini aparan təhqiqatçı tərəfindən baxış keçirilərək torbada aşkar edilən qatar formasında olan döyüş patronları çıxarılır, qatarın 2 hissəyə bölünmüş, az olan hissəsində qatlanmış formada ağ polietilen bükülü olması müşahidə edilir. Patronlar torbaya qaytarılır. Təhqiqatçı kadrdan çıxır, videoçəkiliş dayandırılır və iştirakçılar həyətdəki digər yardımçı tikiliyə yönəlir. Bundan sonra çəkiliş davam etdirilir, təhqiqatçı tərəfindən güllələr torbadan qatar şəklində təkrar çıxırılır, həmin vaxt torbada əvvəl müşahidə edilmiş ağ rəngli şəffav polietilen torba yerə düşür. Patronların 70 ədəd olması qeyd olunur. Patronlar təkrar torbaya qoyulduqdan sonra Tovuz RPŞ CAB-ın rəisi Şahid1 “ orada başqa nəsə olmalı idi” deməsi çəkilişə qeydə düşür. Həmin an videogörüntü təkrar dayanır. Növbəti kadrda isə Təqsirləndirilən şəxs əyilib dəmir setka yatağın altına düşmüş sellofan içərisindəki bükülünü götürüb torbaya qoyur. Təhqiqatçı tərəfindən yenidən torbaya baxış keçirilir və bükülü çıxarılaraq içindəki 3 ədəd bükülü açılıb elektron tərəzidə çəkilir qablaşdırılıb götürülür. Qeyd edilənlər məhkəmə kollegiyasında təqsirləndirilən şəxsin məhkəmə baxışı və cinayət işinin ibtidai araşdırmasının başlandığı tarixdən başlayaraq bütün mərhələlərdə göstərdiyi - yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuananın ona aid olmaması, polis əməkdaşları tərəfindən sonradan torbaya qoyulması barədə əsaslı şübhələrin yaranmasına və həmin protokolun narkotik vasitəyə aid hissədə sübut kimi qəbul edilməməsinə əsas vermişdir. Təqsirləndirilən şəxs məxsus evin həyətində yardımçı tikilidən döyüş sursatı olan patronlarla yanaşı narkotik vasitə olan marixuana aşkar edilməsi təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin yoxlanılması barədə Gəncə Apellyasiya Məhkəməsində keçirilmiş icraat zamanı da cinayət kollegiyasında əsaslı şübhələr yaratmış, və məhkəmə bunu sübutları qiymətləndirəcək İ instansiya məhkəməsinin öhdəsinə buraxmışdır. Bundan başqa iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və “CD” diskdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə dövlət hesabına dəvət edilmiş müdafiəçi X3 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı evdə, yaxud hər hansı digər yerdə narkotik vasitə saxlaması barədə Təqsirləndirilən şəxs soruşulmamış, özü də bu barədə aparılmış videoçəkiliş zamanı hər hansı məlumat verməmişdir. Məhkəmə qeyd edilən xx.xx.2022-ci ildə videoçəkiliş zamanı yerə düşümüş bükülünün həmin vaxt şübhəli şəxs statusunda olan Təqsirləndirilən şəxs tərəfindən təkrar torbaya qoyulmasını və aparılmış əməliyyat axtarış və istintaq hərəkəti zamanı videoçəkilişin bir neçə dəfə dayandırılmasını narkotik vasitənin Təqsirləndirilən şəxs məxsusluğu ilə bağlı hissədə əsaslı şübhə yaradan və ittiham tərəfindən digər sübutlarla aradan qaldırıla bilməyən hal kimi qiymətləndirir və cinayət prosessual qanunvericiliyə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edir. İşin məhkəmə baxışı zamanı evdə keçirilmiş baxış zamanı qeyd edilənlərlə bağlı ibtidai araşdırma aparmış müstəntiq tərəfindən təhqiqatçı və əməliyyat müvəkkilləri şahid qismində dindirilsə də həmin xüsusatlara münasibət bildirilməmiş, yəni aparılmış əməliyyat axtarış və ilkin istintaq hərəkətləri zamanı qeydə alınmış pozuntular barədə müvafiq tədbir görülməmişdir. Həmçinin iş üzrə ibtidai istintaqı aparmış Tovuz RPŞ-nin müstəntiqi X6 tərəfindən xx.xx.2022-ci il tarixli sübutları qiymətləndirilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 296-cı maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlinib hüquqi qiymət verilməsi üçün Tovuz rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilsə də həmin qərar müvafiq araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilməmişdir. Bundan başqa iş üzrə ibtidai istintaqı aparan müstəntiq məhkəmə qərarına əsasən daxil olmuş telefon danışıqlarına dair “CD” diskə baxış keçirərkən iş üzrə mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq hazırki cinayət iş üzrə Şahid7 istifadəsində olan digər mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə arasında danışıqlar aparılmasına diqqət yetirilməmiş, həmin hal ibtidai araşdırma zaman araşdırılmamışdır. Halbuki şübhəli şəxs Təqsirləndirilən şəxs dindirilməsi barədə xx.xx.2021-ci il tarixli 26 № protokol və iş üzrə tərtib edilmiş ittiham aktında qeyd edilir “...Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında Bakı şəhərində aparılan bina tikintisinin birində fəhlə işləyən ərəfələrdə İzzətlə həmyerli kimi tanış olmuş, həmin vaxtdan onunla münasibəti yaranmışdır. İzzət Bakı şəhərində dükanların birində satıcı işləmiş, sonra işdən çıxaraq Tovuz rayonuna qayıtmışdır. 2021-ci il dekabr ayında o da işdən çıxaraq Tovuz rayonuna qayıtmışdır. İzzət istifadəsində olan ***-***-**-** nömrəsi ilə onun istifadəsində olan ***-***- **-** nörməsinə zəng edərək onunla Qovlar şəhərində çay evlərinin birində görüşmüş, söhbət əsnasında İzzət ona kasıb adam olduğunu, onunla narkotik vasitələrin alqısatqısını edərək pul qazanmağı təklif etmişdir. Sonuncu onun təklifi ilə razılaşmadıqda İzzət ona 10 manat pul vermiş, ona narkotik vasitə tapmağı təklif etmiş, narkotik vasitəni tanışı Ədalətdən almağı düşünmüş, ona görə də İzzətin verdiyi 10 manat məbləğində pulu götürüb Ədalətin yanına getmiş, Ədalətə bir baş narkotik vasitə təşkil etməyi təklif etmiş, ona qonağı olduğunu bildirmişdir. Ədalət əvvəlcə onun təklifi ilə razı olmamış, lakin o, 10 manat məbləğində pulu Ədalətə verib getmişdir. Təxminən 2-3 gün sonra Ədalət istifadə etdiyi ***-***-**-** nömrəsi ilə ona zəng edərək onunla Tovuz rayonu Qovlar şəhərində yerləşən su idarəsinin həyətində görüşmüş, Ədalət ona bir baş narkotik vasitə vermişdir. Sonra o İzzətlə zəngləşib görüşmüş və həmin bir baş narkotik vasitəni İzzətə vermişdir. Bundan 3-4 gün sonra İzzət yenidən ona zəng etmiş, onun satdığı narkotik vasitənin xoşuna gəldiyini demiş, həmin narkotik vasitədən yenə təşkil etmə imkanı olub-olmadığını soruşduqda imtina etmişdir. Lakin, İzzət bir neçə gündən sonra ona zəng edərək əl çəkməmiş, həmin narkotik vasitədən yenə yenə təşkil etməsini xahiş etmiş, özü onun hörmətindən çıxacağını demişdir. İzzətlə razılaşaraq onunla görüşmüş, ondan 10 manat məbləğində pul götürmüş, yenə Ədalətdən bir baş narkotik vasitə alıb İzzətə vermişdir. bundan sonra İzzət dəfələrlə ona zəng edərək ona narkotik vasitə təşkil etməyini xahiş etmiş, lakin onunla razılaşmamışdır. İzzətlə söhbət əsnasında evdə köhnə avtomat güllələrinin olduğunu ona demiş, təxminən 5 il bundan əvvəl heyvanları otararkən otlaq sahəsindən tapdığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə İzzət ona zəng edib onda olan əmanəti satmaq istəyib-istəmədiyini soruşmuş, hansı əmanət olduğunu dəqiqləşdirdikdə sonuncu avtomat güllələrini demişdir. İzzət ona 10 ədəd güllə lazım olduğunu, bir dənəsini bir manatdan satmasını təklif etmiş, pula ehtiyacı olduğu üçün İzzətə 10 ədəd güllə satmağa razılaşmış, sonra evə gedib 10 ədəd güllə götürüb Alakol kəndi ərazisində İzzətlə görüşmüş, güllələri ona vermiş və 10 manat məbləğində pul almışdır......” Məhkəmə istintaqı zamanı işə baxan əvvəlki kollegiya tərəfindən dindirilərkən Şahid6 ifadəsində xx.xx.2022-ci ildə Qovlar dəmiryol vağzalı ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilərkən üzərində Təqsirləndirilən şəxs aldığı narkotik vasitə marixuana ilə yanaşı güllələrin olmasını bildirmiş, lakin həmin güllələrin necə olmasını izah edə bilməmişdir. Məhkəmənin yeni tərkibi tərəfindən də şahid qismində dindirilərkən Şahid6 üstündən xeyli müddət keçdiyi üçün əvvəl ifadə verərkən həmin xüsusatı dəqiq göstərmədiyini bildirmiş, ibtidai istintaqda olduğu kimi hazırki məhkəmə baxışında da patronları Təqsirləndirilən şəxs aldıqdan sonra Qovlar şəhərində küçədə zibil qabına atmasını göstərmişdir. İşin məhkəmə baxışı zamanı keçirilmiş iclaslarda fərqli məzmunlu ifadələr verməsi ilə əlaqədar polis əməkdaşları ilə çarpaz dindirməyə dəvət edilmiş Şahid6 xx.xx.2023-cü ildə keçirilmiş məhkəmə baxışı zamanı göstərmişdir ki, cinayət işinə əvvəlki və hazırkı tərkibdə baxılarkən ona Təqsirləndirilən şəxs və müdafiəçisi Rəşad Abdullayev tərəfindən kənar təsirlər olmuş, son dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına təkbaşına gəlsə də iclasa qədər çöldə, məhkəmənin həyətində vəkili Rəşad və təqsirləndirilən Habillə görüşmüş, iclas başlayana qədər Rəşad Abdullayev ona “sən qoyma Habili tutulmağa, narkotikin qiymətində də endirim elə, Habil tutulsa, Sizin aranızda düşmənçilik olacaq, qardaşı səni öldürəcək” demişdir. Vəkil Rəşad Abdullayev ona həmçinin “əgər sən, dediyimiz məzmunda ifadə versən, heç bir cinayət məsuliyyəti daşımırsan. 10 ədəd patronun polisə aparılanda üzərində olduğunu desən nə sən, nə də Habil məsuliyyət daşımır” demişdir. Qeyd edilənlərlə əlaqədar xx.xx.2023-cü ildə keçirilən iclasda əvvəlki ifadələrindən fərqli ifadə vermiş, xx.xx.2023-cü ildə iclasdan sonra müdafiəçi Rəşad Abdullayev və Habillə Tovuz rayonuna qayıdarkən yolda vəkil Rəşada daha məhkəməyə gəlmək istəmədiyini bildirdikdə Rəşad Abdullayev ona öz ofisində dediyi məzmunda əlyazması ilə ərizə yazdırmış, getmək istəmirsə məhkəməyə bu barədə teleqram vurmağı demişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Şahid6 məhkəməyə verdiyi son ifadəsini əsas götürərək əvvəlki məhkəmə baxışları zamanı verdiyi polis tərəfindən saxlanılıb gətirilərkən üzərində Təqsirləndirilən şəxs satın aldığı narkotik vasitə ilə yanaşı, 10 ədəd patron olmasına barədə hissədə əsassız hesab edərək onun ibtidai istintaq zamanı və son məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qəbul edir ki, bu da işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına tamamilə uyğun gəlir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan telefon danışıqlarına dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxsla iş üzrə Şahid6 istifadəsində olan mobil nömrələr arasında xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə mütəmadi telefon əlaqəsi olmuşdur, mobil telefonun antena dairələri isə Tovuz rayonu İbrahimhacılı və Şəmkir rayonu Zəyəm Cırdaxan kəndlərini göstərir. “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan da görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan Şahid7 ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr arasında 12-xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə, həmçinin xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə daimi telefon əlaqəsi olmuşdur. Aparılmış telefon danışıqları zamanı isə mobil telefon nömrələrinin antena dairələri əksər vaxtlarda Tovuz rayon Qovlar şəhərində olmuşlar. Göründüyü kimi telefon nömrələrinin siyahısı, şəxslər haqqında məlumatlar və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan disklərin məhkəmə baxışı zamanı tədqiqi zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və şahidlər Şahid7 və Şahid6 arasında mütəmadi əlaqə və telefon danışığı olmuşdur. Beləliklə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsə verilmiş ittihamdan fərqli olaraq məhkəmə tərəfindən aparılmış məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən naməlum çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlayaraq həmin narkotik vasitədən bir bükümdə naməlum çəkidə olan hissəni 2022-ci ilin yanvar ayının əvvəli 25 manat nağd pulun müqabilində Tovuz rayonu Qovlar şəhəri ünvan 1-də yaşayan, xx.xx.2004-cü ildə anadan olmaqla hadisə vaxtı yetkinlik yaşına çatmayan şəxs olmaqla tanışı Şahid6 satmış, sonuncu xx.xx.2022-ci ildə Tovuz dəmiryol vağzalı ərazisində saxlanılıb Tovuz RPŞ-yə gətirilib üzərinə videoçəkilişlə keçirilmiş baxış zamanı sonuncudan könüllü olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs pulla alıb şəxsi istehlakdan sonra üzərində saxladığı 0,18 qram çəkidə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 67 (altmış yeddi) ədəd 7,62x54 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş, “Mosin” və “SVD” konstruksiyalı tüfənglərdə, “PKM”, “PK” əl pulemyotlarında istifadə edilən döyüş sursatı hesab edilən patronları əldə edib üzərində daşıyaraq, yaşadığı evin yardımçı tikilisində saxlamış, həmin patronlar 11 yanvar 2022-ci il tarixdə, saat 23:50-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 4 nömrəli evin yardımçı tikilisinin talvarının altından aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, ........cinayət əməli sayılır. Qeyd edilən maddədə nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhəti yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri satmada ifadə olunur. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan Şahid6 Rəham oğluna məxsus AA ********* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid6 doğum tarixi xx.xx.2004-cü il olmaqla cinayət hadisəsi baş verdiyi dövrdə, yəni 2021-ci il dekabr və 2022-ci il yanvar ayında 18 yaşı tamam olmamış, yəni yetkinlik yaşına çatmamış şəxs olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azırbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən marixuana narkotik vasitə sayılır. Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsininin dispoziyası “yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur ki, qanunverici yetkinlik yaşına çatmayan şəxsin yaşının təqsirkara məlum olub-olmamasını, həmin şəxs tərəfindən narkotik vasitə, psixotrop maddənin istehlak edilib-edilməməsini deyil, əməlin satıldığı andan başa çatmasını əsas götürmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndində göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Həmin qanunda “şəxsi maraq” dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almaqla Təqsirləndirilən şəxs istintaqın son dövrü və məhkəmə baxışı zamanı verdiyi ifadələrinin Şahid6 narkotik vasitə satmaması, yalnız narkotik vasitənin əldə edilməsində vasitəçilik etməsinə dair hissədə Təqsirləndirilən şəxs qeyri-səmimi olması, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq niyyəti kimi qiymətləndirir, işin faktiki halları yuxarıda qeyd edilən sübut növləri ilə inkar edildiyindən özünümüdafiə üçün gətirdiyi dəlil sayır. Məhkəmə tərkibi qeyd edir ki, Şahid6 yetkinlik yaşına çatmaması Təqsirləndirilən şəxs məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Şahid6lə ona narkotik vasitə tapmasından təxminən 4-5 ay əvvəl Bakı şəhərində həmyerlisi kimi tanış olduğunu, Şahid6 işlədiyi dükana gəlib-getdiyini, oradan alver etdiyini həmin ərəfələrdə aralarında tanışlıq münasibəti yarandığını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs və Şahid6 arasında uzun müddət - təxminən yarım il davam edən münasibət olmuş, sonuncular bir-biri haqqında kifayət qədər məlumata sahib olmuşlar. Təqsirləndirilən şəxs məhkəmə araşdırma zamanı Şahid6 ilk dəfə narkotik vasitə marixuana satdıqdan sonra sonuncu ondan yenə marixuana istədikdə tutulacağından qorxduğu üçün əvvəlcə İzzətə etiraz etdiyini, sonradan isə tapıb verdiyini göstərmişdir. Həmçinin işin ibtidai istintaqı və məhkəmə baxışı zamanı həm Təqsirləndirilən şəxs, həm də Şahid6 sonuncuya satılan narkotik vasitə marixuanaya görə müxtəlif (20-30) məbləğlərdə pul alınmasını (verilməsini) göstərmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Şahid6 satılan narkotik vasitəyə görə Təqsirləndirilən şəxs hansı məbləğdə gəlir əldə etməsi deyil, məhz əvəzli qaydada yəni satışa görə müəyyən məbləğ nağd pul əldə etməsi göstərilən maddənin dispozisiyasında nəzərdə tutulan cinayətin obyektiv halıdır. Təqsirləndirilən şəxs hər bir halda narkotik vasitələrin Şahid6 satışına görə sonuncudan müxtəlif məbləğlərdə pul vəsaiti almış və bunu dolayısı ilə öz ifadələrində təsdiq etmişdir. Bundan başqa məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində narkotik vasitə olan marixuananı məhz Habil Abdullayevdən nağd pulla aldığını bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadələrində narkotik vasitəni Şahid6 təkidi ilə aldığını göstərsə də Şahid6 verdiyi ifadələrində Habillə tanış olduqdan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxs olması barədə ümumi məlumatı olduğundan məhz ona marixuana əldə etmək üçün müraciət etdiyi, Habilin ifadələrində göstərdiyinin əksi olaraq pulla aldığı marixuananı bilavasitə təklikdə istehlak etdiyini demişdir. Beləliklə məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1 və 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində 2 azyaşlı övladının olması, 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərdən biri (228.1) üzrə sanksiyada alternativ cəza kimi azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulsa da, hazırki cinayət əməli üzrə həmin cəzanın təqsirləndirilən şəxsə tətbiqi cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə cavab vermir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı atəşə yararlı döyüş sursatının sayını (67 ədəd), təqsirləndirilən şəxsin həmin sursatı əvəzli, yaxud əvəzsiz qaydada realizə edərək özgəninkiləşdirmək meyllərini, patronların iş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının rəyində də göstərildiyi kimi müxtəlif tipli atıcı odlu yivli döyüş silahlarında istifadə edilməsi mümkünlüyü, dövlət və cəmiyyət üçün yüksək təhlükə mənbəyi olmasını nəzərə alıb hazırki əmələ görə Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyinini istisna edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət, həmçinin CPM-nin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci ildə Tovuz rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq oqranı tərəfindən 2 (iki) gün şübhəli şəxs kimi tutulmuş, məhkəmənin qərarı ilə qətimkan tədbiri olaraq 5 (beş) gün müddətində həbsdə saxlanılmış, xx.xx.2022-ci il tarixdən hazırki dövrə qədər isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, “həbsdə” saxlanıldığı 05 (beş) gün olmaqla ümumilikdə 7 (yeddi) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-cəzanın ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 13 iyun 2023-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və Habil Süleymanov dərhal məhkəmə iclası zalından həbs edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-bioloji və məhkəmə ballistik ekspertizaların dəyəri olan 122 (bir yüz iyirmi iki) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin anbarına təhvil verilmiş 67 (altmış yeddi) ədəd 7,62x54 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş patron Daxili İşlər Nazirliyinə təhvil verilməli, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 0,41 və Şahid6 üzərindən götürülmüş 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış” və “baxış” keçirilməsinə dair videoçəkilişlərin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk, "xxxx" MMC-dən alınmış 2 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 08 aprel 2022-ci il tarixli, 545 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkotik vasitə olan kannobionidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəksə də hal-hazırda narkotik vasitələrdən aclıq (abstinensiya) əlamətləri olmadığı üçün Təqsirləndirilən şəxs ərazi narkolоji kabinetdə profilaktiki qeydiyyаtа götürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə 05 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, “həbsdə” saxlanıldığı 05 (beş) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 122 (bir yüz iyirmi iki) manat 70 (yetmiş) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin anbarına təhvil verilmiş 67 (altmış yeddi) ədəd 7,62x54 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş patronlar Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış, Tovuz RPŞdə saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 0,41 və Şahid6 üzərindən götürülmüş 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş materiallarına əlavə edilmiş “şəxsi axtarış” və “baxış” keçirilməsinə dair videoçəkilişin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk, "xxxx" MMC-dən alınmış 2 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkolоji kabinetdə profilaktiki qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-91/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-91/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver