Məhkəmə qərarları › İş №1(100)-91/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-91/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-91/2024 09.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X12 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X31, zərərçəkmiş şəxsin hüquqi varisi X18, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Union” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hazırda subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayəti törətmişdir. Belə ki, o, arvadı X13 ona xəyanət etməsini zənn edib sonuncunu qısqanclıq zəminində öldürmək qərarına gəlmiş, 06 dekabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadıqları Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində yerləşən evin həyətindəki mal tövləsinin giriş qapısının sol tərəfində olan zavod üsulu ilə hazırlanmış ümumi və təsərrüfat məişət təyinatlı soyuq silah hesab edilməyən baltanı götürərək tövləyə daxil olub kürəyində azyaşlı oğlu xx.xx.2019-cu il təvəllüdlü Osman Abdullayevin şal ilə bağlı vəziyyətdə təmizlik işləri ilə məşğul olan arvadı Könül Abdullayevaya yaxınlaşaraq həmin vaxt orada olan azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü Şahid6 və xx.xx.2017-ci il təvəllüdlü Ayişə Abdullayevanın gözləri qarşısında xüsusi amansızlıqla, yəni rəhmsizlik nümayiş etdirib onlara xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq ayaq üstə olan Könül Abdullayevanın həyat və sağlamlığı üçün təhlükəli olan baş nahiyəsinə əlindəki balta ilə bir dəfə zərbə endirməklə ona başın-sol gicgah nahiyyəsinin dəri altı hematoması və sol saidin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, zərbənin təsirindən Könül Abdullayeva yerə yıxıldıqdan sonra o, əlindəki balta ilə sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan baş nahiyəsinə yenidən bir dəfə zərbə endirməklə ona ənsənin sağ yarısının əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan, ənsə sümüyünün sağ yarsının qəlpəli sınığı ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, habelə bilavasitə ölümünə səbəb olan açıq kəllə beyin travması və baş beyin maddəsinin əzilməsi ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək qısqanclıq zəminində xüsusi amansızlıqla Könül Abdullayevanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də arvadı X19 balta ilə vuraraq sonuncunu öldürmüşdür. Lakin o, arvadı Könül Abdullayevanı xüsusi amansızlıqla öldürməmişdir. O, Könül Abdullayevanı öldürərkən uşaqları Səkinə və Ayişə hadisənin baş verməsini görməmişlər. Lakin həmin vaxt arvadı Könül Abdullayevanın belinə şal ilə bağlı olan azyaşlı uşağı Osman hadisəni, yəni X44nı öldürməsini görmüşdür. O, xəstədir, qərar qəbul edilərkən xəstəliyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı daha ətraflı və təfərrüatlı ifadə vermiş, onun həmin ifadəsi məhkəmə araşdırması zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, o, məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, xx xxxxxx 1990cı il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəndində anadan olmuşdur. Ailəsi atası Şahid1 İsmayıl oğlu, anası Şahid3, qardaşı Şahid4, bacıları Mirvari və Qaratel Abdullayevadan ibarət olmuşdur. Orta təhsilini Gədəbəy rayonu, Şəkərbəy kənd tam orta məktəbində alaraq həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2012-ci ilin xatırlamadığı günündə Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini X25 ilə qeyri-rəsmi ailə qurmuşdur. Həmin nikahdan övladları olmadığı üçün 1 il müddətində evli qalaraq 2013-cü ildə Pərvanədən ayrılmışdır. 2015-ci ildə həmkəndlisi X24 ilə rəsmi olaraq ailə qurmuşdur. Həmin evlilikdən 2016-cı il təvəllüdlü Səkinə, 2017-ci il təvəllüdlü Ayişə və 2019-cu il təvəllüdlü Osman adlı övladları vardır. Ailə üzvləri ilə birlikdə atası Şahid1 məxsus Şəkərbəy kəndində yerləşən evdə yaşayaraq təsərrüfatla məşğul olmuş, rəsmi olaraq heç yerdə işləməmişdir. 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanmış, həmin ilin ya iyun, ya da iyul ayında psixoloji problemləri ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur. Tərxis olunduqdan sonra Bakı şəhərində yerləşən mərkəzi hərbi hosbitalda təxminən 2 aya yaxın müddətdə stasionar müalicə almışdır. Bundan sonra evə buraxılmış və Şəkərbəy kəndində yaşamışdır. 2021-ci ildə yenidən səhhətində psixoloji problemlər yaranmış, bununla bağlı həmin ilin yanvar ayında atası Şahid1lə birlikdə Bakı şəhərinə gedərək Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında təxminən 20 gün stasionar müalicə almışdır. Müalicə aldıqdan sonra özünü normal hiss etmiş, hal-hazırda da özünü yaxşı hiss edir, səhhətində hər hansı problem yoxdur. 2016-2021-ci illər ərzində səhhətindəki psixoloji problemlərlə əlaqədar ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, bununla bağlı o, aylıq 130 manat müavinət almış, 2021-ci ildə əlillik dərəcəsi ləğv olunmuşdur. 06 dekabr 2022ci il tarixdə, səhər saat 08 radələrində yuxudan oyanaraq atası Mayorla birlikdə səhər yeməyi yemiş, daha sonra təxminən saat 10 radələrində arvadı Könül Abdullayevanın anası, yəni qayınanası Şahid2 zəng etmişdir. Qayınanası Məhluqəyə zəng etməkdə məqsədi arvadı Könüllə aralarında yaranmış mübahisəni həll etmək və arvadını yaşadığı evdən göndərmək olmuşdur. Əvvəllər arvadı Könül Abdullayeva ilə heç bir mübahisələri olmamış, normal ər-arvad münasibətləri olmuşdur. 2022-ci ilin noyabr ayının ortalarında yaşadıqları evin divarlarına suvaq vurdurmuşlar. Həmin suvaq işlərini soyadını bilmədiyi həmkəndlisi, eyni zamanda atası Mayorun dayısı nəvəsi soyadını bilmədiyi Elman İbrahim oğlu görmüşdür. Qış aylarında təsərrüfatlarında olan xırdabuynuzlu heyvanları Şəkərbəy kəndi ərazisində atla getdikdə 2 saatlıq məsafədə yerləşən “Göl” adlanan ərazidə saxlamışlar. 2022-ci ilin noyabr ayında da həmin heyvanlar “Göl” adlanan ərazidə olmuşdur. Həmin ərəfədə yaşadıqları evin divarlarında suvaq vurma işləri görülmüş, evdə arvadı və uşaqları yaşamış, atası, anası və özü isə “Göl” adlı qışlaqda olmuşlar. Noyabr ayının xatırlamadığı günündə “Göl” adlanan ərazidən Şəkərbəy kəndində yerləşən yaşadığı evə gəldikdə pəncərədən baxıb suvaq vuran Elman adlı şəxslə arvadı Könül Abdullayevanın evin içərisində olduqlarını görmüşdür. Həmin vaxt evə daxil olmamış, həmin şəxslərin cinsi əlaqədə olub-olmadıqlarını görməmişdir. Həmin vaxtdan sonra arvadının ona xəyanət etdiyini düşünmüş, lakin bu hadisəni gördükdə evə girməmiş, çıxıb “Göl” adlanan əraziyə getmişdir. Həmin gündən sonra dekabr ayının xatırlamadığı günündə cinayət hadisəsini törətməmişdən təxminən 3 gün qabaq Könül Abdullayevadan ona xəyanət edib-etmədiyini soruşmuşdur. Lakin Könül and içərək ona xəyanət etmədiyini bildirib “Mənim səndən başqa heç kəslə əlaqəm yoxdur” demişdir. Buna baxmayaraq, arvadının ona xəyanəti ilə bağlı beynində şübhələr yaranmağa başlamışdır. Beləliklə də, 06 dekabr 2022-ci il tarixdə qayınanası Şahid2 zəng edərək sonuncunu yaşadığı evə çağırmışdır. Qayınanasını çağırarkən ona Könülü aparması üçün çağırdığını demiş və evə dəvət etmişdir. Məhluqə 06 dekabr 2022-ci il tarixdə saat 11 radələrində onların yaşadığı evə gəlmiş, evə daxil olanda Məhluqəyə Könülü aparmasını, Könüllə dolanmaq yollarının olmadığını bildirmişdir. Məhluqə evə daxil olmuş və evdə atası Mayor, arvadı Könül və onunla birlikdə süfrədə oturub çay içmişlər. O, atası X40 aparması üçün çağırdığını demişdir. Bundan sonra Könülə bir də paltarlarını yığıb anası Məhluqə ilə getməsini bildirmiş, Könül isə onunla razılaşmamışdır. Həmin gün saat 12 radələrində qayınanası Məhluqə çıxıb getmiş, gedərkən də Könülü aparmasını desə də, Könül yenə buna razı olmamışdır. Belə olduqda Könül onun sözünə baxmadığı və özbaşına qərar verdiyi üçün Könülü öldürmək qərarına gəlmişdir. 06 dekabr 2022-ci il tarixdə yaşadıqları evin həyətində yerləşən mal tövləsində atası və arvadı Könül təsərrüfat işləri görməyə davam etmiş, o isə evin həyətində gəzişmişdir. Həmin gün anası Əntiqə və qardaşı Məhəmməd isə kəndlərinin ərazisində yerləşən “Göl” adlanan sahədə, heyvanların yanında olmuşlar. Atası araba ilə peyin daşımış, arvadı isə tövləni təmizləmişdir. Könül tövlənin girişində çardaq hissədə olarkən yenidən Könülə yaxınlaşıb “Nətər olacaq, mən sənin xəyanətini özümə sığışdıra bilmirəm, sən də çıxıb getmədin” demiş, Könül cavabında ona “Yeri get işinlə ol” demişdir. Bundan sonra daha da əsəbləşmiş və Könülü öldürmək planları qurmuşdur. Belə ki, atasının tövlədən kənara getməsini gözləmişdir. Atasının istifadə etdiyi arabanın keçdiyi yola taxta gətirib qoyduqdan sonra atası Mayor araba ilə peyinləri daşımağa davam etmişdir. Atası peyin dolu arabanı tövlədən aralı apararkən, arvadı Könül tövlədə olmuşdur. Fürsətdən istifadə edib Könülü öldürməyin tam vaxtı olduğunu düşünmüş və tövlənin ön tərəfində ağ rəngli hamam vannasının yanından, giriş qapısının sol tərəfində divara söykənmiş taxta saplı baltanı əlinə alaraq tövlənin içərisinə daxil olmuşdur. Həmin vaxt uşaqları Səkinə və Ayişə tövlənin içərisində girişdən sağ tərəfdə oynamış, arvadı Könül isə tövlənin içərisində sol tərəfdə yerləşən at bağladıqları arakəsmədə olmuşdur. Könülün kürəyində şəllək, yəni şal vasitəsilə oğlu Osman bağlı olmuşdur. O, arakəsməyə yaxınlaşıb taxta qapını açaraq içəri daxil olmuş, arvadı Könülün arxası ona tərəf divara sarı əyilib dayanaraq ot yığdığını görmüşdür. Könülü arxadan vurmaq istəməyib üzünü ona tərəf dönməsini gözləmiş, lakin Könülə heç nə deməmiş, Könül isə onun arakəsməyə daxil olduğunu görməmişdir. Könül dikələrək üzünü arxaya, yəni ona tərəf döndərən anda, onu öldürmək məqsədilə saat 13 radələrində hər iki əli ilə tutduğu baltanın küpü ilə Könülün başının sol tərəfinə zərblə vurmuşdur. Könül onu vurduğunu gördüyü an qolunu qaldırıb başını tutmuş, balta ilk olaraq Könülün sol qoluna dəyib sonra başına dəymişdir. Könül “Ay mama” deyərək səndələyib arxası üstə yerə yıxılmışdır. Oğlu Osman da Könülün kürəyində olmuş, lakin o, Könülü vurarkən oğlunu öldürmək məqsədi olmamışdır. Oğlunu öldürmək məqsədi olmadığı üçün məhz Könülün üzünü ona tərəf döndərməsini gözləmişdir. Könül yerdə hərəkətsiz halda olarkən o, ikinci dəfə Könülün başının səhv etmirsə sağ tərəfinə əlindəki baltanın küpü ilə zərblə bir dəfə də vurmuşdur. Bundan sonra geri dönüb arakəsmədən çıxmışdır. Arakəsmədən çıxanda tövlədə oynayan uşaqları Səkinə və Ayişənin qışqırıq səslərini eşitmişdir. Tövlənin içərisində çıxışa doğru irəliləyərkən uşaqları Səkinə və Ayişənin tövlədə olduqlarını, tövlənin çıxışına doğru bir addım atdıqda isə atasının tövləyə daxil olduğunu görmüşdür. Atası Şahid1lə tövlənin giriş qapısına yaxın rastlaşmış, atası əlində balta olduğunu görüb ondan baltanı istəmiş, o, baltanı atasına verib tövlədən çölə çıxmışdır. Heç bir dəqiqə keçməmiş istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib arvadı Könülü balta ilə vuraraq öldürdüyünü bildirmişdir. Atası isə tövlədə qışqıraraq “Könülü niyə vurdun, evimizi yıxdın, ay ölmüş” demişdir. Həmçinin böyük qızı Səkinənin “Anam öldü” deməsini eşitmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, hadisəni törətdikdən sonra həyətdə gözləyərkən atası da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib məlumat vermişdir. Könülü vurmamışdan qabaq gərək uşaqlarını çölə çıxardardı, uşaqlarını çölə çıxarmamış, səhv etmiş və Könülü uşaqları Səkinə və Ayişə tövlədə olarkən vurmuşdur. Həmçinin verilmiş suallara cavab olaraq göstərmişdir ki, uşaqları Ayişə və Səkinənin X44nı öldürərkən görüb-görmədiklərini bilmir. Lakin düşünür ki, arvadı Könülü vurarkən uşaqları Ayişə və Səkinə onun səsini eşitmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilərkən verilmiş suallara cavab olaraq göstərmişdir ki, uşaqları Səkinə və Ayişənin onun Könülü balta ilə vurmağını görmədiklərini düşünür. Törətdiyi cinayət əməlindən peşmandır. Arvadı Könülün ona xəyanət etdiyini hələ də düşünür. Gərək səbirli olub arvadının özünün ondan ayrılmağını gözləyərdi (iş vərəqə: cild 1, səh. 122-126, cild 3, səh.67-71, 177-180). Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, qızı Könül Allahverdiyeva 2015-ci ildə həmkəndlisi Şahid1 oğlu Təqsirləndirilən şəxslə ailə qurmuşdur. Həmin nikahdan onların üç övladları dünyaya gəlmişdir. Könül və Elməddin Şahid1 məxsus Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən evdə birlikdə yaşamışlar. Şahid1 təsərrüfatı olmuş, həmin təsərrüfatında olan heyvanları Şəkərbəy kəndi ərazisində yerləşən “Göl” adlı ərazidə saxlamışdır. Könül və əri Elməddinin arasında əvvəllər heç vaxt dava və mübahisə olmamışdır. Lakin qızının qayınatası Şahid1 və qayınanası Şahid3 onların ailədaxili münasibətlərinə qarışmışlar. Qızı Könülün ayrı evə köçərək yaşamaq istəməsinə baxmayaraq, Şahid1 oğlu və gəlinini öz yaşadığı evdən kənara buraxmaq istəməmişdir. 06 dekabr 2022-ci il tarixdə səhər saat 09 radələrində arvadı Məhluqə ilə birlikdə yaşadığı Şəkərbəy kəndində yerləşən evdə olarkən kürəkəni Təqsirləndirilən şəxs Məhluqənin istifadəsində olan mobil telefona zəng edərək söhbət etmək üçün sonuncunu yaşadığı evə dəvət etmişdir. Məhluqə həmin gün saat 10 radələrində evdən çıxaraq kürəkəni Elməddinin yaşadığı evə getmişdir. Arvadı Məhluqə yaşadıqları evə saat 12 radələrində qayıdaraq Təqsirləndirilən şəxs, qızı Könül Abdulayeva və qudası Şahid1lə ümumi mövzularda söhbət etdiyini və çay içdiklərini demişdir. Məhluqədən Könülgildə hər hansı mübahisə olub-olmadığını soruşduqda heç bir mübahisənin olmadığını demişdir. Həmçinin arvadı həmin vaxt Şahid1 ona oğlu Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə xəstəxanaya aparmaq istədiyini bildirmişdir. 06 dekabr 2022-ci il tarixdə arvadı Məhluqə yaşadığı evə gəldikdən sonra təxminən saat 14 radələrində Şahid1 qonşusu Bakir onun istifadəsində olan nömrəyə zəng edərək, onu və arvadı Məhluqəni tələsik Şahid1 yaşadığı evə çağırmışdır. Mayorun evinə gəldikdə qızı Könülün əri Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü öyrənmişdir. X33 heç kimlə mübahisəsi olmamış, kiminləsə mübahisəsinin olması barədə məlumatı olmamışdır. X22 Təqsirləndirilən şəxslə ailə qurub köçdükdən sonra öz ailəsi ilə bağlı onlara heç bir məlumat deməmiş, ailə daxilində münasibətlərinin yaxşı olduğunu demişdir. Elməddinin Könülü öldürəcəyinə inanmamış, bununla bağlı əvvəlcədən heç bir məlumatı olmamışdır. X35 sonuncu dəfə ölümündən təxminən 15 gün əvvəl görmüş, həmin vaxt Könül ata evinə gəlmişdir. Söhbət zamanı Könül kiminsə onu öldürəcəyi, öldürməklə hədələməsi, xəsarət yetirəcəyi və hər hansı təzyiq göstərməsi barədə heç nə deməmişdir. Könül Abdullayevanın hansı şəraitdə öldürülməsini birbaşa olaraq görməsə də, kənd sakinlərinin, o cümlədən yasda iştirak edən şəxslərin deməsindən başa düşmüşdür ki, kürəkəni Təqsirləndirilən şəxs Könül Abdullayevanı tövlədə balta ilə vuraraq öldürmüş, bundan sonra çölə çıxaraq Bakı şəhərində yaşayan bacısına zəng etmişdir. Həmin vaxt hadisə baş verən evin həyətində Şahid1 də olmuşdur. Qızı Könül kürəkəni tərəfindən öldürülərkən kürəyinə şal vəsitəsilə bağlanmış oğlu Osman olmuşdur. Şahid1 hadisəni gördükdə nəvəsi Osmanı Könülün kürəyindən açaraq aparıb evdə üzünü-başını yuyub təmizləmişdir. Könül Abdullayeva ailəsinə bağlı biri olmuş, əri və ailə üzvləri ilə münasibətləri həmişə yaxşı olmuşdur. Könülün kiminləsə əri Elməddinə xəyanət etməsi barədə məlumatı yoxdur. O, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 İsmayıl oğlu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atasıdır. Oğlu Təqsirləndirilən şəxs hərbi xidmətdə olarkən qorxaraq travma aldığı üçün Bakı şəhərində yerləşən müalicə müəssisəsində müalicə almış və hərbi xidmətini başa vurmadan tərxis olunmuşdur. Təqsirləndirilən şəxs 2015-ci ildə həmkəndliləri X24 ilə ailə həyatı qurmuşdur. Elməddinin üç ovladı vardır. Oğlu Elməddin ailəsi ilə birlikdə ona məxsus evdə yaşamaqla, onunla birlikdə təsərrüfatla məşğul olmuşdur. Elməddin hərbi xidmətdən tərxis olunduqdan sonra onun müalicəsi davam etdirilmiş, lakin səhhətində ruhi-əsəb pozğunluqları yaranmışdır. 2021-ci ildə Elməddini Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya xəstəxanasına aparmış, 21 gün ərzində Elməddin həmin xəstəxanada qalaraq müalicə almış və evə buraxılmışdır. Elməddin evə qayıtdıqdan sonra təyin olunmuş dərman preparatlarını qəbul etmiş və səhhəti nisbətən yaxşılaşmışdır. Lakin son dövrlər ərzində dərmanların təsiri azalmışdır. Son dövrlər ərzində Elməddin tez-tez sayıqlayaraq özündən hansısa hadisələr uydurub kiminsə onun başına pul qoyub öldürtdürəcəyini demişdir. Dərmanlarını qəbul etdikdən sonra bu kimi ifadələri niyə işlətdiyi onu təəccübləndirmişdir. Buna baxmayaraq, Elməddin kənd və rayon ərazisində müstəqil hərəkət etmiş, heç kimlə işi olmamışdır. Onlar kənd ərazisindəki pay torpağında heyvanlarını saxlamaqla məşğul olmuşlar. 06 dekabr 2022-ci il tarixdə yaşadıqları evdə o, oğlu Elməddin, sonuncunun arvadı Könül, onların azyaşlı uşaqları Səkinə, Ayişə və Osman olmuş, arvadı Əntiqə və digər oğlu Məhəmməd isə heyvanları saxladıqları sahədə olmuşlar. Həmin gün səhər saatlarında Elməddin yuxudan oyanaraq xəstəliyi ilə bağlı hazırda adını xatırlamadığı iki ədəd həb şəklində dərman preparatını qəbul etmişdir. Daha sonra Elməddin gün ərzində evdə olaraq həyətdə gəzmiş və kənd ərazisinə çıxmamışdır. Həmin gün oğlu Elməddin Könülün anası Məhluqəyə zəng edərək yaşadıqları evə dəvət etmişdir. X26 dəvət etməyindən və ümumiyyətlə bunu nə səbəbə etməsindən onun məlumatı olmamışdır. Məhluqə gəldikdən sonra birlikdə bir qədər söhbət etmiş, Könül Məhluqəyə və ona çay gətirmiş, birlikdə çay içmişlər. Elməddindən nə üçün Məhluqəni çağırdığını soruşduqda sonuncu ona heç nə deməmişdir. Bundan başqa Məhluqədən də Elməddinin onu nə üçün çağırdığını soruşmuş, Məhluqə Elməddinin onu nə üçün çağırdığını Elməddinin ona demədiyini bildirmişdir. Daha sonra o, süfrədən qalxaraq tövlədəki işlərinə davam etmişdir. Könül və Məhluqə isə evin digər otağına keçib söhbət etmişlər. Elməddin də həyətdə gəzişmişdir. Günorta saatlarında Məhluqə heyvanlarını sulamağa getdiyini deyib yaşadıqları evdən çıxıb getmişdir. Həmin gün Elməddin çox sakit və dinc halda olmuşdur. Saat 12-13 radələrində o, evin həyətində yerləşən tövləyə girərək heyvanlara ot verməklə məşğul olmuşdur. Bu vaxt gəlini Könül də ona kömək edərək tövlədə olmuşdur. Nəvələri Səkinə və Ayişə tövlənin qarşısında bir-biriləri ilə oynamış, digər nəvəsi Osman isə Könülün kürəyində şal vasitəsilə bağlı olmuşdur. Elməddin də tövlənin qabağında gəzişmişdir. O, işlərini görərək tövlədən tullantıları arabaya yığıb həyətyanı sahələrinə daşımağa başlamışdır. Könülün təklifi ilə Elməddin onun sürdüyü arabanın keçdiyi yerə taxta qoymuşdur ki, araba daha rahat keçsin. O, peyinlə dolu arabanı peyin tökdükləri yerə aparmışdır. O, qayıdanda azyaşlı nəvəsi Səkinənin tövlənin içərisindən çıxıb qaçaraq ona tərəf gəlib “ay baba, atam mamamı vurdu” dediyini eşitmişdir. O, Səkinəyə tərəf gedib “harada vurdu?” dedikdə Səkinə tövlənin içərisinə qaçaraq “Ay baba, Ayişə dedi ki, burada vurdu” demişdir. O, dərhal tövləyə tərəf getdikdə Elməddinin əlindəki balta ilə içəridən tövlənin giriş qapısına doğru gəldiyini görmüşdür. Tövlənin giriş qapısının qarşısında, tövlədən çöldə Elməddinlə qarşılaşarkən tez baltanı Elməddinin əlindən almışdır. O, dərhal tövlənin yuxarı hissəsində, sol tərəfdə yerləşən arakəsməyə daxil olduqda Könülün yerdə uzandığını, azyaşlı nəvəsi Osmanın isə şal ilə Könülün belinə bağlı olduğunu görüb tez uşağı açıb götürmüşdür. Könülə baxdıqda başının qana bulaşdığını və hərəkət etmədiyini görmüşdür. Osmanla birlikdə həyətə çıxaraq nəvəsi Səkinəyə Osmanı və Ayişəni götürüb evə getməsini tapşırmışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə, həmçinin təcili tibbi yardım xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X2 anasıdır. X43 öz ailəsi ilə birlikdə Gədəbəy rayonu, Şəkərbəy kəndində əri Təqsirləndirilən şəxs valideynlərinə məxsus evdə yaşamışdır. Qızı Könül 2015-ci ildə Təqsirləndirilən şəxslə evlənmiş və onların Səkinə, Ayişə və Osman adlı üç övladı dünyaya gəlmişdir. Elməddin atasına məxsus iri və xırdabuynuzlu heyvanları otarmaqla məşğul olmuşdur. 06 dekabr 2022-ci il tarixdə saat 10 radələrində istifadəsində olan mobil telefona Elməddin zəng etmiş və onu evlərinə çağırmışdır. O, yaşadığı evdən çıxaraq qızı Könülün yaşadığı evə getmişdir. Evə gəldikdə Elməddinin atası Mayorla stol arxasında oturaraq söhbət etmiş, daha sonra Könüllə söhbət edərək nə baş verdiyini soruşmuş, Könül heç nə olmadığını demişdir. Sonra o, evlərinə çıxıb getmişdir. Həmin gün günorta saatlarında o, yaşadığı evə gəldikdə əri Eyvazın təsərrüfatlarındakı heyvanları suladığını görmüş və kömək etdikdən sonra əri ilə birlikdə yaşadıqları evə gedib hər ikisinə çay süzmüşdür. Eyvaz nə baş verdiyini dedikdə heç nə olmadığını demişdir. Bu zaman həmkəndliləri Bakir Eyvaza zəng edərək harada olduğunu və tez aşağı gəlməsini demişdir. O da narahat olaraq əri Eyvazla birlikdə evlərinin aşağı hissəsindən keçən yola düşdükdə polis əməkdaşlarının Mayorgilə tərəf getdiyini görmüş və yenidən Mayorgilin evinin həyətinə gəldikdə polis əməkdaşlarının həyətdə olduğunu görmüşdür. Bu zaman polis əməkdaşlarından Elməddinin Könülü balta ilə iki dəfə vuraraq öldürdüyünü öyrənmişdir. Orada Könülün meyitinə baxmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər. Daha sonra həmin gün axşam saatlarında Gədəbəy şəhərində yerləşən xəstəxanaya gələrək qızının meyitini təhvil alıb yaşadığı evə apararaq, növbəti gün yas mərasimi təşkil edib dəfn etmişlər. Eyni zamanda onu da bildirir ki, o, qızı Könülün əri Elməddinə xəyanət etməsinə inanmır. Hadisənin hansı səbəbdən baş verməsini bilmir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs anasıdır. Oğlu Təqsirləndirilən şəxs hərbi xidmətdə olarkən qorxaraq psixoloji travma keçirdiyi üçün Bakı şəhərində yerləşən müalicə müəssisəsində müalicə almış və hərbi xidmətini başa vurmadan tərxis olunmuşdur. Oğlu Elməddin 2015-ci ildə həmkəndliləri X24 ilə ailə həyatı qurmuş və daha sonra hərbi xidmətə yollanmışdır. Elməddinin həmin nikahdan üç övladı olmuşdur. Elməddin hərbi xidmətdən tərxis olunduqdan sonra müalicələri davam etdirilmiş, lakin səhətində psixoloji pozğunluqları yaranmışdır. 2021-ci ildə Elməddin Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya xəstəxanasında müalicə almış, daha sonra həkimlərin məsləhəti ilə evə buraxılmışdır. Elməddin evə qayıtdıqdan sonra təyin olunmuş dərman preparatlarını qəbul etmiş və səhhəti nisbətən yaxşılaşmışdır. Lakin son dövrlər ərzində dərmanların təsiri azalmışdır. Son dövrlər ərzində Elməddin tez-tez sayıqlayaraq özündən hansısa hadisələr uydurub kiminsə onun başına pul qoyub öldürtdürəcəyini demişdir. Buna baxmayaraq, Elməddin kənd və rayon ərazisində müstəqil hərəkət etmiş, heç kimlə işi olmamışdır. 06 dekabr 2022-ci il tarixdə gün ərzində digər oğlu Məhəmmədlə birlikdə yaylaq sahəsində olaraq heyvanlara nəzarət edib məişət işləri ilə məşğul olmuşdur. O, evə gəldikdə polis əməkdaşlarının evlərinin həyətində olduğunu görüb həyətdə olan əri Şahid1 nə baş verdiyini soruşduqda, oğlu Elməddinin arvadı Könülü evlərinin həyətində olan tövlənin daxilində balta ilə başına vuraraq öldürdüyünü öyrənmişdir. O, Elməddinin səhətində olan psixi problemləri ilə əlaqədar arvadı Könülə xəsarət yetirərək öldürdüyünü düşünür. O, gəlini Könüldən həmişə razı olmuş, Könül ailə üzvlərinin hamısı ilə yaxşı yola getmişdir. Oğlu Elməddin heç vaxt ona arvadı Könülü öldürəcəyi barədə nəsə deməmiş, bu barədə heç vaxt aralarında danışıq olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən atası Şahid1 məxsus evdə onunla birlikdə yaşamışdır. Elməddin hərbi xidmətdə olarkən psixoloji problemləri ilə əlaqədar olaraq həkim komissiyasının rəyi ilə həqiqi hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. Elməddin 2015-ci ildə həmkəndlisi X24 ilə ailə həyatı qurmuşdur. Elməddinin həmin nikahdan üç övladı olmuşdur. Elməddin hərbi xidmətdən təxris olunduqdan sonra müalicələri davam etdirilmiş, lakin səhətində psixoloji pozğunluqları yaranmışdır. Bununla bağlı Elməddin dərmanlar qabul etmişdir. 2022-ci ildə Elməddin Bakı şəhərində yerləşən Respublika Psixiatriya xəstəxanasında müalicə almış, daha sonra həkimlərin məsləhəti ilə evə buraxılmışdır. Elməddin evə qayıtdıqdan sonra təyin olunmuş dərman preparatlarını qəbul etmiş və səhhəti nisbətən yaxşılaşmışdır. Lakin son dövrlər ərzində dərmanların təsiri azalmışdır. Lakin Elməddin kənd və rayon ərazisində müstəqil hərəkət etmiş, təsərrüfatda onlara kömək etmiş, heç kimlə işi olmamışdır. 06 dekabr 2022-ci il tarixdə gün ərzində o, anası Əntiqə ilə birlikdə yaylaq sahəsində olaraq heyvanlara nəzarət edib təsərrüfat işləri ilə məşğul olmuşlar. Həmin gün saat 15 radələrində mobil telefonuna zəng gəlmişdir. Atası həmin vaxt onun telefonuna dəfələrlə zəng etsə də, telefon ondan aralıda olduğu üçün zəngləri açmamışdır. Telefona baxmağa getdikdə bacısı Mirvaridən zəng gəldiyini görüb narahat olaraq zəngi açmış, danışıq zamanı bacısı Mirvari ona atası X34 balta ilə vuraraq öldürdüyünü dediyini bildirmişdir. Lakin anası Əntiqəyə hadisə barədə dəqiq məlumat verməmişdir ki, sonuncu narahat olmasın. Bundan sonra anası Əntiqə ilə birlikdə dərhal Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən yaşadıqları evə gəlmişlər. Evə gəldikdə polis əməkdaşlarının evin həyətində olduğunu görmüşlər, həyətdə atası Şahid1 nə baş verdiyini soruşduqda qardaşı Elməddinin arvadı Könülü tövlədə balta ilə başına vuraraq öldürdüyünü öyrənmişdir. Şahid4 ifadəsində daha sonra göstərmişdir ki, Elməddinlə Könülün münasibətləri həmişə yaxşı olmuş, onların nə vaxtsa mübahisə və münaqişə etmələrinin şahidi olmamışdır. Düşünür ki, Elməddin psixoloji sarsıntılar keçirib arvadı Könülə xəsarət yetirərək öldürmüşdür. Elməddinin Könül barəsində bildirdikləri yalandır. Könül çox əxlaqlı və tərbiyəli qadın olmuşdur. O, Könülün Elməddinə xəyanət etməsinə heç vaxt inana bilməz. O, 2022-ci ilin noyabr ayında yaşadığı evin divarlarına suvaq vurarkən Şahid5 da suvaq işlərini onunla birgə görmüşdür. Bütün işlər görülən zaman o, Elmanla birlikdə olmuşdur. Könül Elmanla evdə tək qalmamışdır. Hesab edir ki, Elməddin səhhətində olan psixi problemləri ilə əlaqədar arvadı Könülə xəsarət yetirib öldürmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, yaşadığı Gədəbəy rayonu, Şəkərbəy kəndində, o cümlədən Gədəbəy rayonunun digər kəndlərində sakinlərin tikinti işlərində işləməklə ustalıq edir. Şahid1 onun atasının bibisi oğludur. X27 ilə də onun arvadı Nüşabə Novruzova uzaq qohumdurlar. O, usta olduğu üçün Şahid1 2022-ci ilin noyabr ayının ortalarında ondan yaşadığı evin həyətindəki divarları suvarmasını xahiş etmiş və bunun müqabilində pul verəcəyini demişdir. Şahid1lə razılaşmış və 2022-ci ilin noyabr ayının 20-dən sonra dəqiq xatırlamadığı tarixdə tikinti ləvazimatlarını Mayorun yaşadığı evə apararaq suvaq işlərinə başlamışdır. Orada təxminən 4 və ya 5 gün ərzində suvaq vurmuşdur. Həmin işləri səhər saat 10-dan axşam saat 17-yə qədər görmüş, işləri gördüyü müddətdə evdə Şahid1 oğlu Şahid4 olmuş və sonuncu ona palçıq qarışdırmaqda kömək etmişdir. Bundan başqa, evdə Mayorun ailə üzvlərindən Elməddin, Əntiqə və Mayor özü də olmuşlar. O, həmin evdə hər zaman Şahid4lə işləmiş, evdə tək olmamışlar. Suvaq işlərini görüb işi təhvil verərək 2022ci ilin noyabr ayının sonlarında, xatırlamadığı tarixdə Mayorgildən ayrılmışdır. Bundan sonra qış mövsümü olduğu üçün iş tapa bilməmiş və yaşadığı evdə təsərrüfatla məşğul olmuşdur. 2022-ci ilin dekabr ayının əvvəlində, hazırda xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs arvadı Könül Abdullayevanı balta ilə vuraraq öldürdüyünü öyrənmişdir. Şahid1 və ailə üzvlərinin yaşadığı evdə suvaq işləri görərkən Könül Abdullayeva ilə hər hansı şəxsin, Şahid1, habelə Təqsirləndirilən şəxs mübahisə və münaqişə etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs Könül Abdullayevanı öldürəcəyi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Könül Abdullayevanın necə və hansı şəraitdə öldürülməsi barədə məlumatı yoxdur. Baş vermiş hadisəni kənd mərkəzində olarkən kənd sakinlərindən eşitmişdir. X44 ilə heç bir münasibəti olmamışdır. Könül onun qızı və ya gəlini yaşındadır. O, Təqsirləndirilən şəxs ailə üzvlərinin yaşadıqları evdə suvaq işlərini görərkən heç vaxt Məhəmməd olmadan orada iş görməmişdir. Həmin evdə heç vaxt Könül Abdullayeva ilə tək olmamışdır. X44 ilə də qohumluğu olmuş və Könül onun öz gəlini, öz qızı yaşında olmuşdur. Könül Abdullayeva ilə hər hansı münasibətinin olması mümkün deyil, Könül Abdullayeva və ailəsi əxlaqlı insanlar olmuşlar. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid6 ifadəsində göstərmişdir ki, onun hal-hazırda yeddi yaşı var. O, atası Elməddin, anası Könül, bacısı Ayişə, qardaşı Osman, babası Mayor və nənəsi Əntiqə ilə birlikdə yaşamışdır. Atasını və anasını çox istəyir. Qış vaxtı olmuş, qar yağmışdır. Həmin vaxt atası Elməddin, babası Mayor və anası Könül evlərinin həyətində olmuşlar. Bacısı Ayişə və o, tövlənin qarşısında qaçdı-tutdu oynayırmışlar. Qardaşı Osman balaca olduğu üçün anasının kürəyində olmuşdur. Onlar oynayarkən atasının tövləyə girdiyini görmüşdür. Bacısı və o, atasının dalınca tövləyə girəndə bacısı Ayişə ona atası Elməddinin anası Könülü balta ilə başından vurduğunu demişdir. Amma o, atası Elməddinin anası Könülü necə vurmasını xatırlamır. O, qorxaraq çölə çıxmış, babasının əlində araba ilə tövləyə tərəf gəldiyini görüb qışqıraraq atasının anasını balta ilə vurduğunu babasına demişdir. Onlar tövlənin içərisinə qayıtdıqda atasının çölə çıxdığını, tövlənin içərisinə keçdikdə anası Könülün yerdə uzandığını, başının qanadığını və qardaşı Osmanın anasının kürəyində olduğunu görmüşlər. Sonra babası qardaşı Osmanı anasının kürəyindən çıxarıb ona vermiş, o, qardaşı və bacısı ilə birlikdə evə getmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X14 ifadəsində göstərmişdir ki, onun hal-hazırda 6 yaşı var. O, atası Elməddin, anası Könül, bacısı Ayişə, qardaşı Osman, babası Mayor və nənəsi Əntiqə ilə birlikdə yaşamışdır. O, atasını və anasını çox istəyir. Qış vaxtı idi, həmin vaxt qar yağmışdır. Atası Elməddin, babası Mayor və anası Könül evlərinin həyətində olmuşlar. Bacısı Səkinə və o, tövlənin qarşısında qaçdı-tutdu oynamışlar. Həmin vaxt babası Mayor araba ilə tövlədən peyin daşımış, anası isə tövlənin içərisində at bağlanan yerdə işləyirmiş. Qardaşı Osman balaca olduğu üçün anasının kürəyində olmuşdur. Bacısı ilə tövlənin qarşısında oynayarkən o, atasının əlində balta tutaraq tövlənin içərisinə anasının olduğu yerə getdiyini görmüşdür. Atasının dalınca tövləyə girəndə görmüşdür ki, atası anasının olduğu yerə tərəf getmiş və heç nə demədən anasını əlindəki balta ilə başından vurmuş, anası yerə yıxılmışdır. Sonra o, bacısı Səkinəyə atasının balta ilə anasını vurduğunu demişdir. Bacısı qaçaraq tövlədən çıxıb babasına qışqıraraq atasının anasını balta ilə vurduğunu demişdir. Babası ilə birlikdə tövlənin içərisinə getdikdə anasının yerdə uzandığını, başının qanadığını və qardaşı Osmanın kürəyində olduğunu görmüşlər. Daha sonra babası qardaşı Osmanı anasının kürəyindən çıxarıb bacısına vermiş və onları evə yola salmışdır. Pəncərədən baxanda həyətdə polislərin olduğunu görmüşdür. O, atasının anasını balta ilə başından vurmasını gözləri ilə görmüşdür, həmçinin atası da baltanı qaldırıb anasını vurarkən onun orada olmasını görmüşdür. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gədəbəy Rayon Polis Şöbəsinin məsul növbətçisinin 06 dekabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə saat 13:12-də Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edərək arvadı X19 balta ilə öldürməsi barədə məlumat vermişdir (iş vərəqə: cild 1, səh. 194). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 dekabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət hadisəsinin baş verdiyi Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən hadisə yerinə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən tövlənin giriş qapısının kandarında yer səthindən qanabənzər ləkələr olan ot və torpaq qırıntıları, meyitin aşkar olunduğu arakəsmənin, giriş istiqamətində sağ divarı ilə həmin divardan 30 sm məsafədə, döşəməyə dik vəziyyətdə qoyulmuş taxta içərisindən küp hissəsində qanabənzər ləkələr olan sapı ağac materialdan olan 01 ədəd balta, meyitin başının sol tərəfində torpaq üzərindəki qan gölməçəsindən pambıq tampona hopdurulmaqla 01 ədəd nümunə, meyitin sağ tərəfindəki divara paralel divar boyu uzadılmış taxta üzərindəki qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla 01 ədəd nümunə, meyitin başının altından meyit yatağından pambıq tampona hopdurulmaqla 01 ədəd nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (iş vərəqə: cild 1, səh. 5-18). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqıda protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs arvadı X19 öldürməsi ilə bağlı ifadəsində göstərdiyi halları əyani şəkildə göstərmişdir (iş vərəqə: cild 1, səh. 179-187). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 dekabr 2022-ci il tarixli, 641 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 195). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 dekabr 2022-ci il tarixli, 19 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 meytinin bədənində aşkar edilmiş xəsarətlər - açıq kəllə beyin travması, ənsənin sağ yarısının əzilmiş-cırılmış yarası, ənsə sümüyünün sağ yarısının qəlpəli sınığı, baş beyin maddəsinin əzilməsi, başın-sol gicgah nahiyyəsinin dəri altı hematoması, sol saidin sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 dekabr 2022-ci ilə uyğun gəlir, qeyd olunan xəsarətlər həyati olmaqla mərhumun ölümündən az əvvəl törənmişlər. Qeyd olunan xəsarətlərdən açıq kəllə beyin travması, ənsə sümüyünün sağ yarısının qəlpəli sınığı, baş beyin maddəsinin əzilməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X2 meytinin bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyələrinə əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. X2 ölümünə səbəb açıq kəllə-beyin travması, baş beyin maddəsinin əzilməsi olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən (meyitxanada) 3-4 saat əvvəl müddətə baş vermişdir. Mərhumun ölümü aldığı xəsarətlərdən qısa bir müddət keçdikdən sonra baş vermişdir. X2 meyitinin bədəni üzərində olan xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, xəsarətlərdən–sol gicgah nahiyyəsinin hematoması və sol saidin sıyrığının ona ayaqüstə olma zamanı, ənsənin sağ yarısının əzilmiş-cırılmış yarası, ənsə sümüyünün sağ yarısının qəlpəli sınığının mərhumun yerdə uzanıqlı vəziyyətdə yetirilməsi ən cox ehtimal olunan vəziyyətdir. Mərhumun başında aşkar edilmiş xəsarətlərin - ənsə nahiyyəsində olan xəsarətlərin xarakterinə, ənsə sümüyünün sınıq fraqmentlərinin yerləşməsinə əsasən demək olar ki, mərhuma zərbə sağdan sola, qismən arxadan önə doğru olmaqla yetirilmişdir. Mərhuma yetirilən zərbə güclü olmaqla, insan zərbəsi nəticəsində yarana bilməsi inkar edilmir. X2 almış olduğu xəsarətlərin xarakterinə əsasən demək olar ki, mərhum xəsarətlər aldıqdan sonra qısa müddətli hərəkət etməsi mümkün olsa da aktiv hərəkət etmək iqtidarında olmamışdır. X2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlərin qarşılıqlı dava zamanı vurulmuş zərbələr nəticəsində yetirilə bilməsi inkar edilmir. Mərhuma xəsarətlər ekspertizaya təqdim edilmiş baltanın küpü ilə vurulma nəticəsində yetirilə bilərdi. Hadisə yerində olan qan ləkələrinin görünüşü X2 meyitinin vəziyyəti qismən dəyişdirilməsinə dəlalət edir. X3 hamiləlik aşkar edilməmişdir (iş vərəqə: cild 2, səh. 19-24). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X29” X45 məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 705 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 162-163). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X29” X45 məhkəmə-tibbi bioloji ekspertizasının 15 fevral 2023-cü il tarixli, 821/2022-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş X13 ABO sistemi üzrə qan qrupu-Oalfa, beta(İ). Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-AB(İV). Ekspertizaya təqdim olunan 01 ədəd balta, 04 ədəd çubuqlu pambıq tampon, qurumuş bitki qalıqları və bərkimiş torpaq hissələri, Könül Abdullayevaya məxsus tünd göy rəngli şalvar, büstqalter, alt mayka, jilet, kofta və vodolazka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, bəzi ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta/1/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X21 məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus mavi rəngli sviter, idman şalvarı, cins şalvar, papaq və jilet üzərindəki ləkələrdən hazırlanmış məhlullarda qan, qısaqol kofta, alt köynək, tünd göy rəngli sviter, 01 cüt ayaqqabı üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Təqdim olunmuş maddi sübutlar üzərində digər ifrazatların olması müvafiq müayinə metodları ilə inkar olunmuşdur (iş vərəqə: cild 2, səh. 127-134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X29” X45 məhkəmə-tibbi kriminalistik ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 648/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X21 məxsus vodolazkanın arxa-boyun nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma sviterin müvafiq nahiyəsinin hər hansı bir iti uclu əşyaya ilişib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş X21 məxsus jiletin ön-sağ nahiyəsində bir ədəd və jiletin ön-sol nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, sviterin müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. X13 meyitinin bədənində aşkar edilmiş xəsarətlərdən açıq kəllə beyin travması, ənsənin sağ yarısının əzilmişcırılmış yarası, ənsə sümüyünün sağ yarısının qəlpəli sınığı, baş beyin maddəsinin əzilməsi ekspertizaya təqdim edilmiş vodolazkanın arxa-boyun nahiyəsində aşkar edilmiş bir ədəd məhdud cırılma ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. X13 meyitinin bədənində aşkar edilmiş xəsarətlər başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol saidin sıyrığı ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş X21 məxsus mayka, gecə köynəyi, busqalter, bir cüt ayaqqabı, bir cüt corab, şalvar və gecə şalvarı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus mavi rəngli sviterin ön hissəsinin sol-orta nahiyəsində bir ədəd və mavi rəngli sviterin sağ qolunun arxa-yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, sviterin müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişibdartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus papaq, jilet, göy rəngli sviter, alt köynəyi, qısaqol köynək, idman şalvarı, şalvar və bir cüt ayaqqabı üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı təsərrüfat məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir (iş vərəqə: cild 2, səh. 137-142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 16/1411 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Şahid1 İsmayıl oğluna və X21 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 01 №-li cədvəlində göstərilmişdir. X21 məxsus 01 ədəd ağ, boz rəngli şalvarın üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə X16 məxsus 01 ədəd qara rəngli idman şalvarın tərkib liflərinə uyğun gəlirlər. X21 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli jiletin üzərindən tapılmış tünd yaşıl rəngli elastan liflər cinsi əlamətlərinə görə X21 məxsus 01 ədəd tünd yaşıl rəngli puloverin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının üzərində X21 məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur (iş vərəqə: cild 1, səh. 245-251). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X45 19 yanvar 2023-cü il tarixli, 35 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmaş müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlir ki, diaqnozun dəqiqləşdirilməsi və qoyulmuş suallara cavab almaq məqsədilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir (iş vərəqə: cild 2, səh. 34-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X45 stasionar məhkəmə psixiatrik ekspertizasının 10 mart 2023-cü il tarixli, 30 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edilən cinayət əməlini törədən zaman “Üzvi mənşəli şəxsiyyət pozuntusu”ndan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı da “Üzvi mənşəli şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də X23 anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı müayinə zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində kompensasiya vəziyyətinin olduğu müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyrisəhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəktləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tədbiqinə zərurət yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs “üzvi mənşəli şəxsiyət pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkməsi, anamnezində suisidal cəhdlə təzahür edən depressiv sindiromun olması (özünün deməsinə və bunu təsdiqləyən müvafiq tibbi sənədlərə görə) neqativ təbiətli qeyri-əlverişli amillərin uzun müddətli təsirin şəraitində suisidal fikirlərin yenidən yarana, həmçinin əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda müşahidə olunan kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə biləcəyinin istisna edilməməsi nəzərə alınaraq həmin şəxsin zərurət yarandığı təqdirdə həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur (iş vərəqə: cild 2, səh. 149-154). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X45 məhkəmə psixoloji ekspertizasının 13 aprel 2023-cü il tarixli, 10 saylı rəyindən görünür ki, azyaşlı Şahid6 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Azyaşlı Şahid6 06 dekabr 2022-ci il tarixdə hadisə baş verərkən qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. Azyaşlı Şahid6 sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, yəni 06 dekabr 2022-ci il tarixdə Şahid6 ifadəsində göstərdiyi hadisənin hansı şəraitdə və necə baş verməsini xatırlaması ehtimalı vardır. Azyaşlı Şahid6 06 dekabr 2022-ci il tarixdə hadisə baş verərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Azyaşlı Şahid6 fərdixüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavramaqla düzgün ifadə verə bilər (iş vərəqə: cild 3, səh. 39- 41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X45 məhkəmə psixoloji ekspertizasının 13 aprel 2023-cü il tarixli, 11 saylı rəyindən görünür ki, azyaşlı şahid X17 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Azyaşlı şahid X17 06 dekabr 2022-ci il tarixdə hadisə baş verərkən qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. Azyaşlı şahid X1-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli hallan düzgün qavraya bilərdi. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, yəni 06 dekabr 2022-ci il tarixdə X6 ifadəsində göstərdiyi hadisənin hansı şəraitdə və necə baş verməsini xatırlaması ehtimalı vardır. Azyaşlı şahid X17 06 dekabr 2022-ci il tarixdə hadisə baş verərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Azyaşlı şahid X17 fərdi-xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavramaqla düzgün ifadə verə bilər (iş vərəqə: cild 3, səh. 43- 46). Cinayət işinin materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən mal tövləsində X13 meyitinin başının sol tərəfində torpaq üzərində olan qan gölməçəsindən pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, meyitin sağ tərəfindəki divara paralel divar boyu uzadılmış taxta üzərindən pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, meyitin başının altından, yəni meyit yatağından pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, sapı ağac materialdan olan 01 ədəd balta, həmin baltanın üzərindən pambıq tampona hopturulmaqla götürülmüş 01 ədəd nümunə, mal tövləsinin giriş qapısının kandarında yer səthindən götürülmüş üzərində qan ləkələri olan ot və torpaq qırıntıları, X13 meyitinə baxış keçirilərkən götürülmüş sonuncunun hadisə zamanı əynində olmuş göy rəngli 01 ədəd şalvar, çəhrayı rəngli 01 ədəd büsqalter, çəhrayı rəngli 01 ədəd mayka, yaşıl rəngli 01 ədəd jilet, tünd yaşıl rəngli 01 ədəd uzunqol köynək, üzərində “Bonjour” sözü yazılmış göy rəngli yaxası düyməli uzunqol 01 ədəd köynək, 01 cüt qara rəngli corab, 01 cüt tünd göy rəngli parça materialdan ayaqqabı, boz rəngli üzərində bulud formalı naxışlar olan 01 ədəd şalvar, Təqsirləndirilən şəxs götürülmüş və hadisə zamanı əynində olmuş boz rəngli 01 ədəd cins şalvar, qara rəngli 01 ədəd idman şalvarı, boz rəngli 01 ədəd gecə köynəyi, ağ rəngli qısaqol 01 ədəd köynək, 01 ədəd qara rəngli papaq, qara rəngli 01 ədəd jilet, tünd göy rəngli boğaz mahiyəsi, ağ-qara 01 ədəd sviter, mavi rəngli 01 ədəd sviter, 01 cüt qara rəngli tufli maddi sübut kimi tanınmış və saxlanılması üçün Gədəbəy Rayon Prokurorluğuna təhvil verilmişdir (iş vərəqə: cild 3, səh.131-169). Cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 66-67). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 138-139). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (iş vərəqə: cild 1, səh. 190). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs üç nəfər az yaşlı uşağı var (iş vərəqə: cild 1, səh.21,23,24). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 15 fevral 2023-cü il tarixli, 23 nömrəli sərəncamından görünür ki, yetkinlik yaçına çatmayan Şahid6, X4 və X8 anası öldüyünə və atası həbs edildiyinə görə saxlanılıb tərbiyə edilməsi üçün babası X11 qəyyumluğuna verilmişdir (iş vərəqə: cild 2, səh. 209). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X46 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli, 594 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji qeydiyyatda durmur (iş vərəqə: cild 1, səh. 206). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh 209). Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarı əsasında təyin edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X45 təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2023-cü il tarixli, 189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verərkən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi psixi patologiyadan əziyyət çəkmişdir. Bu psixi patologiya Təqsirləndirilən şəxs hal-hazırda da davam edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də X9 anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsin barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həqiqətən də arvadı X19 balta ilə vuraraq öldürməsini etiraf etsə də, lakin arvadı Könül Abdullayevanı xüsusi amansızlıqla öldürmədiyini, Könül Abdullayevanı öldürərkən uşaqlarından həm Səkinənin, həm də Ayişənin hadisənin baş verməsini görməmələrini bildirsə də, onun həmin ifadələri məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs arvadı Könül Abdullayevanı həyatdan məhrum edilməsi prosesində həmin cinayət əməlini uşağı Ayişə Abdullayevanın yanında törətməsinə, uşağının həmin cinayət hadisəsini gördüyünü, yəni anasının balta ilə öldürüldüyünü və uşağın gözləri qarşısında onun anasına qarşı törədilmiş qeyd edilən cinayətin faciəvi mənzərəsini görərək uşağa xüsusi əzab və iztirab verdiyinə şüurlu surətdə yol verərək və özünün də uşağa xüsusi əzab verdiyini dərk edərək digər şəxsi qəsdən öldürməsi cinayət işinin materialları ilə təsdiq edilmişdir. Belə ki, cinayət hadisəsinin şahidi olmuş yetkinlik yaşına çatmamış X14 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı cinayət hadisəsinin onun gözləri qarşısında baş verməsi barədə ifadə vermiş və hadisənin hansı şəkildə baş verməsini təfərrüatı ilə danışmışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı arvadı Könül Abdullayevanı öldürərkən arvadının belinə şal ilə bağlı olan azyaşlı uşağı Osmanın da hadisəni, yəni X44nı öldürməsini gördüyünü etiraf etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər”. Odur ki, qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayət əməlini törətməsi məhkəmə araşdırması zamanı dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri və cinayət işinin faktiki halları ilə tamamilə sübuta yetirildiyindən məhkəmə Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini xüsusi amansızlıqla törətməməsinə dair ifadəsində göstərdiklərini onun cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və daha ağır cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir və onun həmin göstərdiklərini məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək ifadəsinin həmin hissəsini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon Polis Şöbəsinin məsul növbətçisinin 06 dekabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə saat 13:12-də Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edərək arvadı X19 balta ilə öldürməsi barədə məlumat vermişdir (iş vərəqə: cild 1, səh. 194). Odur ki, qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 15 fevral 2023-cü il tarixli, 23 nömrəli sərəncamından görünür ki, yetkinlik yaşına çatmayan Şahid6, X4 və X8 anası öldüyünə və atası həbs edildiyinə görə saxlanılıb tərbiyə edilməsi üçün babası X11 qəyyumluğuna verilmişdir (iş vərəqə: cild 2, səh. 209). Ona görə də, Təqsirləndirilən şəxs üç nəfər azyaşlı uşaqlarının olmasına baxmayaraq, həmin uşaqlar onun himayəsində olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin üç nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gədəbəy Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 06 dekabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gədəbəy rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən mal tövləsində X13 meyitinin başının sol tərəfində torpaq üzərində olan qan gölməçəsindən pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, meyitin sağ tərəfindəki divara paralel divar boyu uzadılmış taxta üzərindən pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, meyitin başının altından, yəni meyit yatağından pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, sapı ağac materialdan olan 01 ədəd balta, həmin baltanın üzərindən pambıq tampona hopturulmaqla götürülmüş 01 ədəd nümunə, mal tövləsinin giriş qapısının kandarında yer səthindən götürülmüş üzərində qan ləkələri olan ot və torpaq qırıntıları məhv edilməli, X13 meyitinə baxış keçirilərkən götürülmüş sonuncunun hadisə zamanı əynində olmuş göy rəngli 01 ədəd şalvar, çəhrayı rəngli 01 ədəd büsqalter, çəhrayı rəngli 01 ədəd mayka, yaşıl rəngli 01 ədəd jilet, tünd yaşıl rəngli 01 ədəd uzunqol köynək, üzərində “Bonjour” sözü yazılmış göy rəngli yaxası düyməli uzunqol 01 ədəd köynək, 01 cüt qara rəngli corab, 01 cüt tünd göy rəngli parça materialdan ayaqqabı, boz rəngli üzərində bulud formalı naxışlar olan 01 ədəd şalvar hüquqi varisi X10 qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş və hadisə zamanı əynində olmuş boz rəngli 01 ədəd cins şalvar, qara rəngli 01 ədəd idman şalvarı, boz rəngli 01 ədəd gecə köynəyi, ağ rəngli qısaqol 01 ədəd köynək, 01 ədəd qara rəngli papaq, qara rəngli 01 ədəd jilet, tünd göy rəngli boğaz mahiyəsi, ağ-qara 01 ədəd sviter, mavi rəngli 01 ədəd sviter, 01 cüt qara rəngli tufli Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 210,80 (iki yüz on manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış və Gədəbəy Rayon Prokurorluğunda saxlanca verilmiş hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən mal tövləsində X13 meyitinin başının sol tərəfində torpaq üzərində olan qan gölməçəsindən pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, meyitin sağ tərəfindəki divara paralel divar boyu uzadılmış taxta üzərindən pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, meyitin başının altından, yəni meyit yatağından pambıq tampona hopdurulmaqla götürülmüş 01 ədəd nümunə, sapı ağac materialdan olan 01 ədəd balta, həmin baltanın üzərindən pambıq tampona hopturulmaqla götürülmüş 01 ədəd nümunə, mal tövləsinin giriş qapısının kandarında yer səthindən götürülmüş üzərində qan ləkələri olan ot və torpaq qırıntıları məhv edilsin, bundan başqa X13 meyitinə baxış keçirilərkən götürülmüş sonuncunun hadisə zamanı əynində olmuş göy rəngli 01 ədəd şalvar, çəhrayı rəngli 01 ədəd büsqalter, çəhrayı rəngli 01 ədəd mayka, yaşıl rəngli 01 ədəd jilet, tünd yaşıl rəngli 01 ədəd uzunqol köynək, üzərində “Bonjour” sözü yazılmış göy rəngli yaxası düyməli uzunqol 01 ədəd köynək, 01 cüt qara rəngli corab, 01 cüt tünd göy rəngli parça materialdan ayaqqabı, boz rəngli üzərində bulud formalı naxışlar olan 01 ədəd şalvar hüquqi varisi X10 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs götürülmüş və hadisə zamanı əynində olmuş boz rəngli 01 ədəd cins şalvar, qara rəngli 01 ədəd idman şalvarı, boz rəngli 01 ədəd gecə köynəyi, ağ rəngli qısaqol 01 ədəd köynək, 01 ədəd qara rəngli papaq, qara rəngli 01 ədəd jilet, tünd göy rəngli boğaz mahiyəsi, ağ-qara 01 ədəd sviter, mavi rəngli 01 ədəd sviter, 01 cüt qara rəngli tufli Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 210,80 (iki yüz on manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar