Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-92/2022 31.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkərək yetişdirmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki o, 2021-ci ilin may ayında Bərdə rayonu Alaçadırlı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 144 (bir yüz qırx dörd) ədəd ümümi təmiz çəkisi 27450 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etmiş və həmin çətənə kollarını 2021-ci ilin iyul ayında satış məqsədi olmadan yığaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 200 (iki yüz) qram olan narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış, 17 iyul 2021ci il tarixdə saat 12:25 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 144 (bir yüz qırx dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 200 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyimə görə Rusiya Federasiyasında məhkum olunmuşdur. 2021-ci ilin may ayında o, Bərdə rayonu Alaçadırlı kənd yolunda kibrit qutusunda çətənə kollarının toxumlarını tapmışdır. O, narkotik vasitə olan marixuana istifadəçisi olduğundan, həmin bitkinin toxumları dərhal tanımış və yaşadığı evə gətirmişdir. Evə gəldikdən sonra toxumları yaşadığı evin həyətyanı torpaq sahəsində əkmişdir. Toxumlar cücərib inkişaf etdikdən sonra o, çətənə kollarının diblərini mütəmadi olaraq sulamağa başlamışdır. Həmin toxumlardan 144 ədədi inkişaf etməyə başlamışdır. Bitkilər inkişaf etdikcə o, bitkilərin diblərini yumuşaldaraq qulluq etmişdir. 17 iyul 2021-ci il tarixdə təxminən saat 12:15 radələrində o, yaşadığı evdə olan giriş darvazasının qapısının döyüldüyünü eşidib küçəyə çıxmışdır. O, giriş qapısını açan zaman bir neçə nəfər mülki geyimli şəxsləri yaşadığı evin giriş darvazasının qarşısında görmüşdür. Qapının qarşısında xidməti vəsiqələrini ona nümayiş etdirib, ona Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını və bir nəfər Şahid4 adlı şəxsin isə aqronom mütəxəssis olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onun razılığını aldıqdan sonra yaşadığı evin həyətində videoçəkiliş etməyə başlamışlar. Vidoçəkiliş zamanı polis əməkdaşı ona yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin əkib-becərməyini və kultivasiya etməyi barədə ona sual vermişlər. O, polis əməkdaşlarının əkdiyi çətənə bitkilərindən xəbərlərinin olduğunu düşünmüş və polis əməkdaşlarına bu barədə düzgün məlumat vermişdir. Sonra o, yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazımın olmaması barədə ərizə yazmışdır. Həyətə polis əməkdaşları və aqronom həyətə daxil olmuşdur. Sonra polis əməkdaşlarına əkdiyi narkotik tərkibli bitkilərin yerini göstərmişdir. Evin həyətində tikilmiş evin arxa yan hissəsində olan 10 ədəd ağacı təqdim etmişdir. Polis əməkdaşları həmin 10 ədəd ağacı köklərindən çıxardaraq həyətdə olan boş əraziyə sərib orada nömrələmişlər. Aqronom Vahid isə kollara qulluq olunmasını bildirmişdir. O, polis əməkdaşlarına evin həyətyanı sahəsində bostanda əkib-becərdiyi 20 ədəd ağacı göstərmişdir. Polis əməkdaşları həmin 20 ədəd ağacı köklərindən çıxardaraq həyətdə olan boş əraziyə sərib orada nömrələmişlər. Aqronom Vahid isə kollara qulluq olunmasını bildirmişdir. Ondan polis əməkdaşları yenidən harada çətənə kollarını əkdiyini soruşduqda o, evin sol arxa yan hissəsini göstərmişdir. Həmin yerdə 9 ədəd çətənə kolları aşkar edilmişdir. Polis əməkdaşları həmin 9 ədəd ağacı köklərindən çıxardaraq həyətdə olan boş əraziyə sərib orada nömrələmişlər. Aqronom Vahid isə kollara qulluq olunmasını bildirmişdir. Həmin ağacların dibindən qurumuş olan 4 ədəd kolda aşkar edilmişdir. O, evin həyətində əkdiyi digər çətənə kollarınıda təqdim etmək qərarına gəlmişdir. Könüllü olaraq polis əməkdaşlarına evin sağ yan hissəsində əkdiyi çətənə kolları olan yerini göstərmişdir. Polis əməkdaşları həmin ağacları bir-bir köklərindən çıxardıb həyətdə nömrələyərək saymağa başlamışlar. Ağaclar kökündən çıxdıqda diblərindən qurudulmuş kollarda aşkar edilmişdir. O, həmin kolları özü çəkərək istifadə etmişdir. Yaş kollar həyətdə sərildikdə saylarının 105 ədəd olması müəyyən edilmişdir. Ümumilikdə onun evinin həyətindən 144 ədəd çətənə kolu aşkar edilmişdir. Çətənə bitkilərinə baxış keçirildikdən sonra 04 ədəd sintetik kisələrdə çətənə kolları qablaşdırmışlar. Həmçinin şəxsi istifadəsi üçün budaqlarını qırıb yerə sərdiyi kolları aşkar edilib götürərək elektron tərəzidədə çəkilib çəkisinin 960 qram olması müəyyən edildikdən sonra kisəyə qablaşdırılmışdır. Kisələrin üzərlərinə yapışdırılacaq yazı, uca səslə oxunduqdan sonra tərəfindən imzalanmışdır. Qablaşdırılmış sintetik kisələrin üzərlərinə yazılmış kağızlar yapışdırılaraq möhürlənmişdir. O, baxış zamanı qurulmuş kolların onun olmamasını bildirsədə, həmin vaxt yalan danışmış, qurudulmuş kollar onun əkdiyi ağacların qurudulmuş vəziyyətləri olmuş, həmin kolların yarpaqlarını o, özü çəkərək istifadə etmişdir. Sonra polis əməkdaşları ona polis şöbəsinə getməyini təklif etmişlər. O isə bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu özləri ilə birlikdə polis şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirəsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilərməsini demişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X2 dəvət olunaraq ona təqdim edilmiş. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi aparmışlar. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilməmişdir. Sonra tərtib edilən protokol uca səslə oxunmuş və o, müdafiəçi ilə birlikə həmin protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ümumiyyətlə onun hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyəti olmamışdır. O, kolları gələcəkdə öz şəxsi istifadəsi üçün əkmişdir. Onun yaşadığı evin həyətində çətənə kollarını əkməyindən heç kimin xəbəri olmamışdır.O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Onun yaşadığı evin həyətindən aşkar edilmiş təmiz çəkisi 200 qram olan qurudulmuş marixuananı o, 2021-ci ilin iyul ayında əkdiyi çətənə kollarını quradaraq əldə etmişdir. Onun şəxsi istifadəsi üçün əkdiyi kolları qurudaraq çətənə kollarını əldə etməyindən heç kəsin məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyul 2021-ci il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 12:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən evin həyətyani sahəsinə onun, Bərdə RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid2, PPXB-nın polis nəfəri Şahid3 və alim aqranom Şahid4 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyani hissəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxa hissəsini göstərərək, həmin yerdə çətənə kollarını əkməsini bildirmiş, evin arxa hissəsinə baxış keçirilən zaman 10 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, çətənə bitkilərini narkotik vasitə olan marixuanadan istifadə etdikdən sonra qalan toxumlarını əkərək becərməsini bildirmişdir. Bundan sonra alim-aqronom Şahid4 bitkilərə baxmış və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirmişdir. Aşkar edilmiş bitikilər evin həyətində sərilmiş və nömrələnmişdir. Daha sonra Təqsirləndirilən şəxs evin bostanını göstərək həmin yerdə çətənə kollarının olmasını bildirmişdir. Evin həyətyani sahəsində olan bostanda 20 ədəd çətənə kolları aşkar edilərək evin həyətində sərilib nömrələnmişdir. Bundan sonra alim-aqronom Şahid4 bitkilərə baxmış və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yenidən başqa yerdə çətənə kollarının olmasını soruşduqda, Təqsirləndirilən şəxs evin arxa hissəsinə getməyi demişdir. Evin arxa hissəsində 9 ədəd çətənə kolu və qurudulmuş çətənə kolları aşkar edilmişdir. Aşkar edilmiş kolları evin həyətyani sahəsində sərilmiş və nömrələnmişdir. Bundan sonra alim-aqronom Şahid4 bitkilərə baxmış və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs evin digər yerlərində çətənə kollarını əkib-əkməməsini soruşduqda, Təqsirləndirilən şəxs evin sağ yanında çətənə kollarının olmasını bildirmişdir. Evin sağ arxa tərəfində 105 ədəd çətənə kolu və qurudulmuş halda çətənə kollarını aşkar edilmişdir. Aşkar edilmiş çətənə kolları evin həyətyani sahəsinə sərilmiş və nömrələnmişdir. Bundan sonra alim-aqronom Şahid4 bitkilərə baxmış və bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs evinin həyətində ümumilikdə 144 ədəd çətənə kolları aşkar edilmiş və çətənə bitkilərinin uzunluqları ölçülmüşdür. Çətənə kollarının dibindən aşkar edilmiş qurudulmuş çətənə kolların elektron tərəzidə çəkilmiş və çəkisinin 960 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş yaş halda olan çətənə kolları və qurudulmuş halda olan çətənə kolları qablaşdırılmış, baxış iştirakçıla tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nın CAB-ın əməliyyat müvəkkili Şahid2, PPXB-nın polis nəfəri Şahid3, X2 və ekspertkriminalist X10 iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X17 X3 sektorunun baş məsləhətçisi işləyir. 17 iyul 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu Bərdə rayonu Alaçadırlı kəndində yerləşən yaşayış evinə keçirələcək baxışa dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birgə Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə yollanmışdır. Bundan sonra həmin gün saat 12:25 radələrində adının sonradan Təqsirləndirilən şəxs olmasınını bildiyi şəxsin yaşadığı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən evin həyətyani sahəsinə onun, Bərdə RPŞ-nin CABın əməliyyat müvəkkilləri X6, Şahid1, PPXB-nın polis nəfəri Şahid3 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyani hissəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyani sahəsində evin arxa, sağ yan və bostanından ümumilikdə 144 ədəd əkilmiş çətənə bitkiləri və çətənə bitkilərinin dibindən qurudulmuş çətənə kolları aşkar edilmişdir. Həmin 144 ədəd ədəd kollara baxdıqda tərəfindən kolların çətənə kollarına olması, bitki kolları tünd-yaşıl rəngli, kəskin iyə malik olması müəyyən edilmişdir. Həmçinin həmin kollara aqro-texniki qaydada qulluq edilməsi görünmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istifadəçisi olmasını və həmin marixuananın toxumların həyətində aşkar edilmiş çətənə kollarının bitməsini demişdir. Aşkar edilmiş bitkilər 04 ədəd sintetik kisələrə qablaşdırılmış və elektron çəkidə çəkilmişdir. Həmçinin aşkar edilmiş ilk baxşdan qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılaraq elektron tərəzidə çəkilib götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadələrini yerində yoxlanması və fotocədəldən görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında Bərdə rayonu Alaçadırlı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 144 (bir yüz qırx dörd) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etmiş və həmin bitkilərdən 200 qram qurudulmuş marixuana əldə edərək saxlamışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyani sahəsini, 144 ədəd çətənə (kannabis) kolu əkdiyi yeri və 200 qram qurudulmuş marixuananı saxladığı yeri təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyul 2021ci il tarixli baxış protokolu və “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus evin həyatyanı sahəsindən əkilib-becərilmiş 144 ədəd çətənə kolları və həmin kolların dibindən 960 qram qurudulmuş marixuana aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyul 2021ci il tarixli alim-aqronom Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsində baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilmiş 144 ədəd çətənə kolu aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 18 iyul 2021-ci il tarixli 16/726 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər kollar” yazılar və imzalar olan 04 (dörd) ədəd kisə bağlamalardakı, ümumi sayı 144 (yüz qırx dörd) ədəd, ümumi təmiz çəkisi – 27450 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan edilmiş olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir.Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş qurudulmuş narkotik tərkibli çətənə kollarına bənzər kollar” sözləri və imzalar olan, bir ədəd kisə bağlamadakı təmiz çəkisi 200 qram olan, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Həmin kisə bağlamadakı 49(qırx doqquz) ədəd bitki hissələri çətənə (kannabis) bitkisinin hissələridir.Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri və marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 iyul 2021ci il tarixli Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı qeydə alınmış görüntülər olan “DVD” diskə baxış protokolundan görünür ki, Bərdə rayon polis şöbəsinin təhqiqatçısının, əməkdaşlarının və alim-aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs Bərdə rayonu Alaçadırlı kəndində yerləşən yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin arxa hissəsində olan həyətyanı torpaq sahəsində 10 ədəd çətənə bitkiləri, bostanından ayrı-ayrılıqda bitmiş 16 ədəd və 04 ədəd çətənə bitkiləri, evin sağ arxa hissəsində 9 ədəd çətənə bitkiləri və bitkilərin dibindən qurudulmuş çətənə kolları və yaşayış evinin sağ yan hissəsində həyətyanı torpaq sahəsində 105 ədəd çətənə bitkiləri və bitkilərin dibindən qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs bitkilərin tərkibində narkotik maddələrin olduğunu, ona qulluq etdiyini, həmin bitkiləri istifadə etdiyi marixunanın toxumlarından əkdiyini bildirmişdir. Baxışda iştirak edən alimaqronom bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirmişdir. Aşkar edilmiş bitkilər 04 ədəd sintetik kisələrə qablaşdırılmış və elektron çəkildi. Aşkar edilmiş qurudulmuş çətənə kolları qablaşdırıldı və elektron tərəzidə çəkilərək çəkisinin 0,960 kq olması müəyyən edilmişdir. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış, və kisələr istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 06 oktyabr 2021-ci il tarixli 1206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 iyul 2021ci il tarixli ********* nömrəli cinayət işi üzrə 138-22937-1220 nömrəli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tərəfimizdən əməliyyat tapşırığına uyğun olaraq əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilmədi, Təqsirləndirilən şəxs yaşadığı evlərdən aşkar etdilmiş çətənə kolları və narkotik vasitələri satış məqsədi olmadan əkib becərməsi və əkib becərdiyi çətənə kollarından əldə etməsi haqda əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi saxlaması digər şəxslərlə cinayətkər əlbirliyi olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində 144 ədəd çətənə kollarını tək əkib-becərmişdir. Həmin ağacları əkdiyi toxumları hardan əldə etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində əkdiyi çətənə kollarından əldə etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 26.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xabarov şəhəri İndustrial rayon məhkəməsinin 28.09.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30 maddəsinin 3 hissəsinin, 228.1-ci maddəsinin 3 hissəsinin “Q” bəndinin, 228-ci maddəsinin 2 hissəsinin, 69-cu maddəsinin 3-cü hissəsi ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kələntərli kənd İƏD-si üzrə nümayənəsi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli qərarla 17 iyul 2021-ci il tarixdə baxış protokolu ilə Təqsirləndirilən şəxs Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsindən aşkar olunmuş 144 ədəd ümumi təmiz çəkisi- 27450 qram, ekspertiza tədqiqatından sonra qalıq 27421,2 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkiləri və təmiz çəkisi 200 qram, ekspertiza tədqiqatından sonra qalıq 199,8 qram qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 19.07.2021-ci il tarixli 4(021)-70/2021 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və «həbs» etmənin əvvəli 17.07.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxs özünə məxsus evin həyətyanı səhəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən o, həmin maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan, 144 ədəd ümumi təmiz çəkisi- 27450 qram, ekspertiza tədqiqatından sonra qalıq 27421,2 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkiləri və təmiz çəkisi 200 qram, ekspertiza tədqiqatından sonra qalıq 199,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, narkotik vasitənin məhv edilməsi Bərdə rayon polis şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmaldır.. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 17 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis Şöbəsində saxlanılan 144 ədəd ümumi təmiz çəkisi- 27450 qram, ekspertiza tədqiqatından sonra qalıq 27421,2 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkiləri və təmiz çəkisi 200 qram, ekspertiza tədqiqatından sonra qalıq 199,8 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-92/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-92/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver