Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-92/2023 01.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki o, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda yəni 5.226 qram narkotik vasitə olan heroini istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamış 17 may 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanın qarşısında olarkən Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qazax şəhəri, H.Əliyev prospekti 165A ünvanında yerləşən polis şöbəsinə gətirilərək, həmin tarixdə saat 22:35-dən 22:55-dək üzərinə şəxsi axtarış keçirlərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız paketdə ağ rəngli politilen kəsiyi bükümdə həmin çəkidə narkotik vasitə olan heroin üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 16 may 2022-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı ünvan 4-un qarşsında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demiş və polis şöbəsinə gətirmişlər. Bundan sonra şöbədə onu döymüş və zorla narkotiki boynuna qoymuşlar. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, bir müddətdir ki, narkotik vasitə istifadəçisi olsa da üzərindən aşkar edilən narkotik vasitə ona məxsus olmamış, kiməsə narkotik vasitə satmamış və verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 may 2022-ci il tarixdə saat 22 radələrində Qazax şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Məlumatın yoxlanması üçün raport yazmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Özü əməliyyat qrupuna daxil olan digər iş yoldaşları ilə birlikdə, bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə başlamışlar. Əməliyyat qrupuna özü, Anar Hüseynov, Şahid1 və Rahil Hüseynov olmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısında olarkən ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və satmaqda şübhəli oluğunu deyib birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və biz birlikdə Qazax şəhəri, H.Əliyev porspekti 165A ünvanda yerləşən polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçi ilə təmin olunaraq 2 nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Üzərində narkotik vasitə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində heçnə olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirildi və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş büküm aşkar olunaraq götürülmüşdür. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olmuş, kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 6 qrama yaxın olmuşdur. Bundan sonra kütlə bir ədəd zərfdə qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs qarşı özü yaxud digər polis əməkdaşları tərəfindən zorakılıq edilməmiş, məhkəmə baxışından dediklərinin əksinə olaraq, 17 may 2022-ci ildə yaşadığı evin yaxınlığında saxlanılıb Qazax rayon polis şöbəsinə gətirilmişdiri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid olan hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Qazax şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında olarkən polis əməkdaşları yaxınlaşıb bir nəfər şübhəli şəxsin narkotik vasitə daşıması və satması barədə şübhəli olduğunu baxış keçirilən zaman hal şahidi kimi iştirak etməyi demişdir. Qazax rayon polis şöbəsində polis əməkdaşları ilə birlikdə sonradan ad soyadının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin üzərində axtarış aparılmasında iştirak etmiş, Təqsirləndirilən şəxs hər hansı qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heçnə olmadığını bildirmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarın sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş bükülü aşkar olunaraq götürülmüş, içərisində qəhvəyi rəngli maddə olmuş, kütlələr elektron tərəzidə çəkilmişdir. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis şöbəsində olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı hansısa zorakılıq olduğunu görməmiş, baxış keçirilən vaxt Təqsirləndirilən şəxs sakit olmuş, polis əməkdaşlarına yaxud üzərindən aşkar edilmiş narkotikə dair etiraz etməmiş, bədəni üzərində görünən xəsarət izi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs əvvələr tanımamış onunla ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il saat 22 radələrində Qazax şəhəri, H.Əliyev porspetində yerləşən mərkəzi bazarın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şəxsin narkotik vasitə daşıması və satması barədə şübhəli olduğunu və üzərinə baxış keçirilən zaman hal şahidi kimi iştirak etməyi təklif etmişlər. Razılaşıb, onlarla birlikdə Qazax rayon polis şöbəsinə gəlmiş, orada digər hal şahidi və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuş, üzərində heçnə olmadığını bildirdikdən sonra polis əməkdaşı tərəfindən Zeynalın üzərində şəxsi axtarış aparılmış və narkotik vasitəyə oxşar tozşəkilli maddə aşkar edilib götürülmüşdür. Axtarış keçirilərkən təqsirləndirilən şəxs ayaqüstə dayanmaqda çətinlik çəkmiş, sanki ağrıdan qıvrılan formada olmuş, lakin həmin vaxt səbəbini anlaya bilməmişdir. İstintaq orqanı tərəfindən aparılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş X8 göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər göyərçin saxladığı üçün tanımış və onunla münasibəti olmuşdur, İstifadəsində olan ***-***-**-** mobil nömrəsi qonşusuna məxsus olsa da özü tərəfindən sitifadə edilmişdir. xx.xx.2022-ci ildə Zeynalın ona yazdığı sms bir müddət əvvəl maşınən təmirə ehtiyacı olduğu üçün aldığı 100 manat pulu geri qaytarmamasına görə olmuşdur, Zeyna Zeynalovun narkotik vasitə istifadəçisi olması və satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamış, bu barədə özü, yaxud digər şəxs tərəfindən ona nəsə deyilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutuma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 22:25-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli olduğuna görə tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 17 may 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə” haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 1 ədəd bükülüdə, təmiz çəkisi 6.04 qram olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirlənsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci ildə isə ona elan edilmiş ittihama dəyişiklik edilərək həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qazax rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(023)-37/2022 saylı qərarından görünür ki Qazax rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdə Qazax rayon məhkəməsinin 4(023)-58/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi-bioloji ekspertizasının 18 may 2022-ci il tarixli 16/580 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “X4 üzərindən aşakr edilmiş büküm” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd ağ rəngli kağız bükümdəki təmiz çəkisi 5,226 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq çəkisi 5,126 qram olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Qazax rayon Psixatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 565 nömrəli məktubdan görünür ki, ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs narkoloji və psixoloji qeydiyyatda deyil. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 08 avqust 2022-ci il tarixli, 1149 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən epizodik istifadə etmişdir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilən xx.xx.2022-ci il tarixli, 1072 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-da qeydiyyatda olmaqla arvadı və azyaşlı övladları ilə birlikdə həmin ünvanda yaşayır və müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış AZİİİ№ 397665 saylı və AZİİİ№ 889275 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Nazim Zeynalov (xx.xx.2012) və Özgür Zeynallı (xx.xx.2014) adlı övladları var. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Bakcell MMC”dən daxil olmuş 1 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən X5 istifadəsində olan ***-***-**-** mobil nömərsinə (gerek vermezdim lomkada qalardin sence birde men sene yaxsiliq ederem. Men sene ammma bele elesem sen qoymazdin yatmaqa) məzmunda sms yazmış, həmçinin onların arasında müxtəlif vaxtlarda və tarixlərdə 144 dəfə intensiv telefon danışığı olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı işə baxan əvvəlki və sonrakı məhkəmə tərkibinə xx.xx.2022-ci ildə Qazax rayon polis şöbəsində aparılıb orada 1 (bir) gün saxlanılıb döyüldüyü və polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığı üçün razılaşıb polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmasını keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş heroinin ona məxsus olmaması ilə bağlı ifadələrinə isə tənqidi yanaşaraq, məhkəmə baxışında xüsusatlar yoxlanaraq təsdiqini tapmadığından həmin hissədə həqiqətəuyğun olmadığı üçün sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Tutulmamışdan təxminən 10 gün əvvəl Qazax şəhərində dəqiq xatırlamadığı küçədə gəzərkən yerdə 01 ədəd ağ kağız büküm görmüş və həmin kağız bükümü götürüb açıb içərisinə baxdıqda içərisində sellofana bükülmüş heroin narkotik vasitə olduğunu görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün bükülüdəkinin narkotik vasitə olduğunu anlamış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il, saat 22 radələrində yaşadığı ünvan 1 qarşısında olarkən mülki geyimli şəxlər ona yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib polis şöbəsinə getməli olduğunu demişlər. Etiraz etməmiş və onlarla birlikdə Qazax rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin edilmiş, 2 nəfər hal şahidi və polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində narkotik vasitə və ya cinayət yolu ilə əldə edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, heçnə olmadığını demiş, polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülü büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda şəfaff sellofan içində bükülü qəhvəyi rəngli kütlə müəyyən edilmişdir. Kütlənin nə olması soruşdulduqda o, narkotik vasitə olan heroin olduğunu və 10 gün əvvəl Qazax rayonunda piyada gəzərkən yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün öz üzərində saxladığını demişdir. Kütlə bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 6.04 qram olmuşdur. Daha sonra isə həmin kütlə onun, vəkilin və hal şahidlarinin iştirakı ilə bir ədəd ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı yapışdırılmış, möhürlənmiş və imzalandıqdan sonra polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Belə ki, işin məhkəmə baxışı zamanı göstərdiyi xüsusatlarla bağlı verilmiş sorğularla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Qazax RPŞ-yə gətirilmiş, Qazax RPŞ MSY-də olduğu müddətdə həkim müayinəsindən keçirilmiş və baxış zamanı bədən səthi üzərində heç bir xəsarət müəyyən edilməmişdir. Həmçinin məhkəmə tərkibi tərəfindən işin hallarının müəyyən edilməsi, məqsədilə 2 saylı İstintaq Təcridxanasına verilmiş sorğuya cavab olaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə 2 saylı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı onun bədən səthinə baxış keçirilmiş və hər hansı xəsarət aşkar olunmamışdır. Bundan başqa iş üzrə təqsirləndirilən şəxsin göstərdiyi Qazax RPŞ-yə 1 gün əvvəl, yəni xx.xx.2022-ci ildə aparılması barədə xüsusatlar da yoxlanılmış, bununla bağlı istifadəsində olan mobil nömrələrlə aparılmış danışıqlar və anten dairələrində dair mobil operatordan məlumatlar tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi polis əməkdaşlarının saxlanılarkən istifadə etdikləri mobil nömrələrin anten dairəsinin məhkəmə baxışında tədqiqi zamanı həm Təqsirləndirilən şəxs iddia etdiyi xx.xx.2022-ci il, həm də iş materiallarında saxlanıldığı göstərilən xx.xx.2022-ci il tarixlərdə eyni anten dairələrində olması müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinin xx.xx.2022-ci ildə saxlanılaraq polis şöbəsinə gətirilməsi 1 gün orada saxlanılıb zorakılığa məruz qaldıqdan sonra üzərinə qanunsuz narkotik vasitə qoyulması ilə bağlı hissəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığı və özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, məhkəmə baxışı zamanı toplanmış və tədqiq edilmiş sənədlərlə və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hissədə həqiqətə uyğun olmayan kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası əməliyyat-axtarış fəaliyyətinin gedişini və nəticələrini əks etdirən protokol və fotocədvəli, narkoloji ekspertiza rəyini, şahid ifadələrini və telefon anten dairəsinə dair məlumatları Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini qəti şəkildə təkzib edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən yanlış olaraq narkotik vasitənin satış məqsədi ilə əldə edib, saxlaması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işi materiallarının məhkəmə baxışında tədqiqi zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamasına dair ittiham tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən aşağıdakı sübutlara əsaslanır: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilib daşınması, saxlanması istehlakı və satışı ilə bağlı əməliyyat məlumatı daxil olsa da təxminən 1 (bir) ay müddətində aparılmış əməliyyat axtarış tədbirləri ilə onun narkotik vasitə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı məhkəmənin həm əvvəlki həm də hazırki tərkibi tərəfindən dəfələrlə şahid qismində dindirilmiş əməliyyat-axtarış müvəkkilləri də öz ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair onlarda hər hansı məlumat olmadığını bildirmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiqedici hal kimi yalnız həmkəndlisi olan şəxslə arasında telefon əlaqəsi olan 1 (bir) sms mətnin məzmunu əsas götürülmüşdür ki, göstərilən hal da ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş sms-in göndərildiyi X5 ifadəsi ilə tam təkzib edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin küllli miqdar hesab edilən çəkidən 2 (iki) dəfə artıq olması hər bir halda həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə əsas verən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından da görünür ki, həmin narkotik vasitə 1 (bir) ədəd kağız bükümdə olmuş, hissələrə ayrılmamış, məxsusi olaraq satış məqsədilə hansısa formada qablaşdırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə məntiqi proses olmaqla nəinki sübutların əldə edilməsini, eyni zamanda əldə edilmiş sübutların bir-biri ilə müqayisə edilərək şərti olaraq cinayət prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsində “3 M” prinsipi adlandırılan mötəbərlik, mümkünlük və mənsubiyyəti əsasında qiymətləndirilməsini nəzərdə tutur. Məhkəmə baxışı zamanı verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib saxlanılması ittiham tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası şəxsin əməlinin cinayət törədildiyi vaxt qüvvədə olan Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli və qanuni sayır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram göstərilmişdir. Cinayət əməli törədildiyi dövrdə CM-nin 234.1.-1-ci maddəsi cinayət qanunverciliyinə əlavə edilmədiyindən və həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğundan məhkəmə kollegiyası qanunçuluq və ədalət prinsipini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 (cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər) və 5.1. (əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir) maddələrinin müddəalarını əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə)maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı tam etirafedici ifadəsi, məhkəmə baxışında isə iclasında tədqiq edilmiş istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, və hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən digər mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində əsasən isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halı, həmçinin törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Göstərilən maddənin sanksyasında azadlıqdan məhrumetməyə münasibətdə daha yüngül cəza növləri olsa da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, əməlin ictimai təhlükəliliyi və hazırki dövrdə ümumilli bəlaya çevrilmiş narkomaniya xəstəliyinin və narkotik vasitələrə artan meylliliyin qarşısının alınması, cəzanın ictimaiyyətdə ümumi xəbərdaredici funskiyasının və törədilmiş cinayətə görə cəzanın labüdlüyü məqsədinin təmin edilməsi üçün məhkəmə kollegiyası hesab edir ki, yanlız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 17 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan ümumi təmiz çəkisi 5,126 qram olan heroin məhv edilməli, telefon məlumatlara dair 2 ədəd “CD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 240 (iki yüz qırx) manat dövlət büdcəsinin hesabına tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qazax RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan, ümumi təmiz çəkisi 5.126 qram olan narkotik vasitə olan heroin məhv edilsin, 2 ədəd “CD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə müdafiəsini Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirtdiyindən 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs oğlu isə hökmün surəti ona verildiyi andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-92/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-92/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver