Məhkəmə qərarları › İş №1(100)-92/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-92/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-92/2025 11.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, X7, ədliyyə müşaviri X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçilər; Gəncə Regional Vəkil Bürosunun vəkilləri X9, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 126.1, 228.4, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.2005-ci il tarixdə Daşkəsən rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Bəhrəmbağ kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 32.5 177.1, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuş, qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmiş, eləcədə qabaqcadan əlbir olan bir qrup şəxs halında ,təkrar zərərçəkmiş şəxslərə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, 31 may 2023-cü il tarixdə saat 00:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Göygöl rayonu, Bəhrəmbağ kəndinin inzibati ərazisində yerləşən adsız çayxanada əvvəldən tanıdığı Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş sözlü mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra mübahisəni təklikdə aydınlaşdırmaq məqsədi ilə həmin gün saat 02 radələrində Göygöl rayonu, Bəhrəmbağ kəndinin inzibati ərazisində yerləşən kənd orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs1 ilə görüş təyin edib görüşmüş, həmin vaxt onlar arasında yenidən baş vermiş mübahisə zamanı o, qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına xəsarət yetirmək qərarına gələrək bu niyyətlə qəsdən yumruq və təpik zərbələri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə vuraraq ona sol göz nahiyəsinin qançırı və şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edələn xəsarət yetirdikdən sonra, üzərində saxladığı ümumi uzunluğu 256 mm, tiyəsinin uzunluğu 137 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə zərbə vuraraq sonuncuya qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın zədələnməsi kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bundan başqa o, məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qatlanan, tiyə və dəstək hissəsindən ibarət, açıq vəziyyətdə ümumi uzunluğu 326 mm, tiyənin uzunluğu 145 mm, maksimal eni 26 mm, qalınlığı 3,8 mm, dəstəyinin uzunluğu 181 mm, orta hissədən eni 25mm, qalınlığı 15 mm olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edərək 31 may 2023-cü il tarixədək üzərində gəzdirmiş, Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 31 may 2023-cü il tarixdə saat 11:55 dəqiqədə ünvan 1 ünvanında yerləşən Göygöl rayon polis şöbəsinin inzibati binasında Göygöl rayon polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi polis kapitanı X10 tərəfindən soyuq silah hesab edilən həmin bıçaq götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 03 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Göygöl rayonu, Bəhrəmbağ kəndində razılaşıb Daşkəsən rayon ərazisində yerləşən yay otlaq sahələrində otlayan nəzarətsiz qalan iri buynuzlu heyvanlar oğurlamaq qərarına gəlmiş, bu niyyətlə 06 iyul 2023-cü il tarixdə saat 13 radələrində Daşkəsən rayonu, Astaf kəndi ərazisində yerləşən “xərpərək” adlanan yay otlaq sahəsində nəzarətsiz qalan Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1 baş, 2 illik, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, dəyəri 1350 manat olan erkək dananı və Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 məxsus 1 baş, 2 il yarımlıq, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, dəyəri 1350 manat olan erkək dananı gizli yolla oğurlayıb, həmin gün saat 15 radələrində piyada dağ yolu ilə Gədəbəy rayonu ərazisində yerləşən “qoşa körpü” yay otlaq sahəsinə çatdıqda istifadə etdiyi mobil nömrəsi ilə Sakitin istifadəsində olan mobil nömrəyə zəng edərək etdiyi oğurluq barədə məlumat verib, oğurladığı 2 baş erkək dananı Gədəbəy rayonu, Dəyəqarabulaq kəndindən Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal satışı bazarı”na aparıb satmaqları üçün yük avtomobili gətirməsini tapşırmış, 07 iyul 2023-cü il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs2 Gədəbəy rayonu, Dəyəqarabulaq kəndinə apardığı yük avtomobili ilə 2 baş erkək dananı Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal satışı bazarı”na aparıb Təqsirləndirilən şəxs2la birlikdə satmaqla, zərəçəkmiş şəxslərə məxsus 2 baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 25 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Göygöl rayonu, Bəhrəmbağ kəndində razılaşıb Daşkəsən rayon ərazisində yerləşən yay otlaq sahələrində otlayan nəzarətsiz qalmış iri buynuzlu heyvanlar oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs2 ilə birlikdə 26 iyul 2023-cü il tarixdə Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisinə gəlib gecəni meşəlik ərazidə gecələdikdən sonra 27 iyul 2023-cü il tarixdə saat 13 radələrində Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisində yerləşən “Balıqlı dərə” adlanan yay otlaq sahəsində nəzarətsiz qalmış ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU 6 ətrafında yaşayan Zərərçəkmiş şəxs2 məxsus 2 baş 3 illik, diri çəkiləri təxminən 480, təmiz çəkiləri 240 kq, hər birinin dəyəri 3100 manat ümumilikdə dəyərləri 6200 manat olan erkək danaları, 4 baş, iki illik, diri çəkiləri təxminən 300 kq, təmiz çəkiləri 150 kq, hər birinin dəyəri 1950 manat, ümumilikdə isə dəyərləri 7800 manat olan erkək danaları, 1 baş, iki illik diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, dəyəri 1350 manat olan erkək dananı, 1 baş, iki illik, diri çəkisi təxminən 220 kq, təmiz çəkisi 110 kq, dəyəri 1485 manat olan erkək dananı, 1 baş damazlıq, 4 illik, diri çəkisi təxminən 380 kq, təmiz çəkisi 190 kq, dəyəri 2400 manat olan inəyi və 1 baş damazlıq, 4 illik , diri çəkisi təxminən 350 kq, təmiz çəkisi 175 kq, dəyəri 2250 manat olan inəyi, ümumilikdə 10 baş dəyəri təxminən 21485 manat olan iri buynuzlu heyvanları gizli yolla oğurlayıb, 28 iyul 2023-cü il tarixdə Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal satışı bazarı”na aparıb Təqsirləndirilən şəxs2la birlikdə satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs2 məxsus 10 baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakına xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə məxsus əmlakın oğurlanmasında köməklik edərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs1 ilə 03 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Göygöl rayonu, Bəhrəmbağ kəndində razılaşıb Daşkəsən rayon ərazisində yerləşən yay otlaq sahələrində otlayan nəzarətsiz qalmış iri buynuzlu heyvanlar oğurlamaq qərarına gəlmiş, 06 iyul 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Göygöl rayonu, Bəhrəmbağ kəndində yerləşən evində olan zaman Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrə ilə ona zəng edərək Daşkəsən rayonu, Astaf kəndi ərazisindən 2 baş erkək dana oğurladığı barədə məlumat verib, oğurladığı 2 baş erkək dananı Gədəbəy rayonu, Dəyəqarabulaq kəndindən Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal satışı bazarı”na aparıb satmaqları üçün yük avtomobili gətirməsini tapşırmış, 07 iyul 2023cü il tarixdə gecə saat 01 radələrində Gədəbəy rayonu, Dəyəqarabulaq kəndinə apardığı yük avtomobili ilə 1 baş, 2 illik, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, dəyəri 1350 manat olan erkək dananı və 1 baş, 2 il yarımlıq, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, dəyəri 1350 manat olan erkək dananı götürüb 07 iyul 2023-c il tarixdə Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal satışı bazarı”na aparıb Təqsirləndirilən şəxs1 köməklik edərək satmaqla, Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 və Daşkəsən rayonu, Astaf kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 2 baş iri buynuzlu heyvanları oğurlayan, yəni özgənin əmlakını gizli olaraq talayan Təqsirləndirilən şəxs1 köməklik etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qohumluq münasibəti olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə 25 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Göygöl rayonu, Bəhrəmbağ kəndində razılaşıb Daşkəsən rayon ərazisində yerləşən yay otlaq sahələrində otlayan nəzarətsiz qalmış iri buynuzlu heyvanlar oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Təqsirləndirilən şəxs1 ilə 26 iyul 2023-cü il tarixdə Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisinə gəlib gecəni meşəlik ərazidə gecələdikdən sonra 27 iyul 2023cü il tarixdə saat 13 radələrində Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisində yerləşən “Balıqlı dərə” adlanan yay otlaq sahəsində nəzarətsiz qalmış ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU 6 ətrafında yaşayan Zərərçəkmiş şəxs2 məxsus 2 baş 3 illik, diri çəkiləri təxminən 480, təmiz çəkiləri 240 kq, hər birinin dəyəri 3100 manat ümumilikdə dəyərləri 6200 manat olan erkək danaları, 4 baş, iki illik, diri çəkiləri təxminən 300 kq, təmiz çəkiləri 150 kq, hər birinin dəyəri 1950 manat, ümumilikdə isə dəyərləri 7800 manat olan erkək danaları, 1 baş, iki illik diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq, dəyəri 1350 manat olan erkək dananı, 1 baş, iki illik, diri çəkisi təxminən 220 kq, təmiz çəkisi 110 kq, dəyəri 1485 manat olan erkək dananı, 1 baş damazlıq, 4 illik, diri çəkisi təxminən 380 kq, təmiz çəkisi 190 kq, dəyəri 2400 manat olan inəyi və 1 baş damazlıq, 4 illik, diri çəkisi təxminən 350 kq, təmiz çəkisi 175 kq, dəyəri 2250 manat olan inəyi, ümumilikdə 10 baş dəyəri təxminən 21485 manat olan iri buynuzlu heyvanları gizli yolla oğurlayıb, 28 iyul 2023-cü il tarixdə Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal satışı bazarı”na aparıb Təqsirləndirilən şəxs1 ilə birlikdə satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs2 məxsus 10 baş iri buynuzlu heyvanları oğurlamış, yəni özgənin əmlakına xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talamışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 126.1, 228.4, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onun ifadəsi yadında deyildir. Onlar Göygöl rayonu, Bayrambəyli kəndində olan zaman Azər onlarn yanına gəlmişdir. Həmin vaxt Azər onunla zarafat etməyə başlamışdır. O isə Azərə iradını bildirərək zarafat etməməyini bildirmişdir. Bundan sonra onların arasında mübahisə yaranamışdır. Həmin vaxt Azər ona bir yumurq zərbəsi vurmuşdur. Həmin vaxt Azər artıq-əskik danışdığı üçün o da Azərə bıçaq xəsarəti yetirmişdir. Sonra Azər xəstəxanaya aparılmışdır. O da xəstəxanaya Azərin yanına getmişdir. O xəstəxanada olan zaman Göygöl rayon Polis şöbəsinin əməkdaşları onu şöbəyə aparmışlar. Oğruluq hadisəsi ilə bağlı bildirir ki, o, 02 () baş heyvanı Xəlpələk, Gədəbəy yolu, 10 baş heyvanı isə Qarışqaçaydan aparmışdır. Onlar həmin heyvanları satmış və pulları Sakitlə bölmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 32.5 177.1, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə Təqsirləndirilən şəxs1 danışdığı kimi olmuşdur. Onlar 02 (iki) baş heyvanı Astaf yolundan, 10 (on) baş heyvanı isə Qarışqaçaydan aparmışlar. O, Təqsirləndirilən şəxs1 kənddən tanımışdır. Təqsirləndirilən şəxs1lə o qoşuluqda yaşamışlar. Təqsirləndirilən şəxs1 ona zəng etmiş, o isə taksi ilə Təqsirləndirilən şəxs1 yanına gedərək 02 (iki) baş heyvanı aparmışlar. Təqsirləndirilən şəxs1 heyvanları Gədəbəy ərazisinə keçirmişdir. Bundan sonra onlar Qarışqaçaya gedərək 10 (on) baş heyvanı oradan aparmışlar. Həmin heyvanları onlar Bərdə bazarında satılmışlar və pulları öz aralarında bölmüşlər. Pullar bölündükdən sonra hər birinə 6000 (altı min) manat pul düşmüşdür. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Zahirlə arasında yüngül söz -söhbət olmuşdur. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxs1 onu bıçaqla vurmuşdur. O Zahirlə zarafat edən zaman bu hadisə baş vermişdir. Həmin vaxt onlar içkili olmuşlar. Hazırda təqsirləndirlən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona yaylaqdan zəng edilmiş və 10 (baş) heyvanın olmaması bildirilmişdir. Bundan sonra onlar heyvanları axtarmış, lakin həmin heyvanları tapa bilməmişlər. Daha sonra o polis şöbəsinə müraciət etmiş və nəticədə oğurluq edən şəxslər müəyyən olunmuşlar. Həmin şəxslər Zahir və Sakit olmuşlar. Heyvanlar Bərdə mal bazarında satılmışdır. İstintaq zamanı ona dəymiş zərər ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onların heyvanı itmişdir. Bundan sonra o polis şöbəsinə məlumat vermişdir. Sonra polis əməkdaşları onlara heyvanları Zahir və Sakitin aparmasını bildirmişlər. Ona dəymiş ziyan ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqribən 2 (iki) il bundan əvvəl onların heyvanı itmişdir. Bundan sonra onlar polis şöbəsinə məlumat verərək heyvanın itməsini bildirib, polisdən kömək istəmişlər. Bir müddət sonra Daşkəsən rayon Polis Şöbəsindən onlara zəng gəlmiş və heyvanın tapılması bildirilmişdir. Bundan sonra onlar Daşkəsən rayon Polis Şöbəsinə gəlmiş və orada onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o bıçaqlanma məsələsində orada olmuşdur. Həmin vaxt Zahir onların kafesində yemək yemişdir. Həmin vaxt Azər gəlmiş və Zahirlə zarafat etmişdir. Bundan sonra Azərlə Zahirin arasında mübahisə baş vermişdir. Həmin vaxt o hər iki şəxsi barışdırmış və evlərinə göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bıçaqlanma hadisəsəi olan zaman o aralıda olmuşdur. Həmin vaxt Azər Zahirlə zarafat etmiş və bu səbəbdən Azərlə Zahirin arasında mübahisə yaranmıdşır. Onlar qıraqda söhbət edən zaman Azərlə Zahid dalaşmışlar. X20 bıçaqla vurmuşdur. Onlar Azəri xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, həmin heyvanların 04 (dörd) ədədi ona satılmışdır. Həmin heyvanları ona Zahir satmışdır. O həmin heyvanları Bərdə bazarında almışdır. O heyvanların 04 (dörd) ədədinə 4400 (dörd min dörd yüz) manat pul vermişdir. Bundan sonra o, Zahirdən onun mobil telefon nömrəsini almışdır. Alqı-satqıdan 3-4 gün sonra o Zahirə zəng etmək istəsə belə Zahirə zəng çatmamışdır. Təqribən 2-3 gün sonra Zahir ona zəng edərək 20 (iyirmi) ədəd heyvanının olmasını bildirmişdir. Həmin vaxt Zahir ona “satıram, amma mənim deyildir, tanış adam vardır o satır, amma ki, mənədə hörmət elə” demişdir. Həmin vaxt onun vəsaiti yetərincə olmadığı üçün o Zahirə həmin heyvanları ala bilməcəyini demişdir. O Zahirdən aldığı heyvanları bazarda satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o evdə olan zaman uşaqlar ona zəng edərək “dayım alver edir, 10 ədəd heyvan gətirmişdir” demişlər. Bundan sonra o evə gəlmiş və Zahirin 10 ədəd heyvan gətirməsini görmüşdür. Sonra həmin heyvanlar avtomobilə mindirilmiş və aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, həmin vaxt Zahir onlara 02 ədəd heyvan gətirmiş və alver etməsini bildirmişdir. Sonra həmin yerə «Qazel» maraklı avtomobil gəlmiş və həmin heyvanlar avtomobilə mindirilərək oradan aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həmin vaxt o və Şahid2 yemək yemişlər. Digər masada isə Zahirlə bir şəxs olmuşdur. Həmin vaxt Zahir də yemək yemişdir. Bir müddət sonra həmin yerə Azər gəlmiş və Zahirlə zarafat etmişdir. Sonra zarafat üstündə onlar dalaşmışlar. Həmin vaxt o onları ayırmışdır. Daha sonra hər iki şəxs onların yanından getmişlər. Bir müddət keçdikdən sonra çöldən səs gəlməsini eşitmişlər. Onlar çölə çıxan zaman Azərin qarın nahiyyəsində qan olmasını görmüşlər. O, Azəri dərhal xəstəxanaya aparmışdır. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş və saxlandığı Daşkəsən rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Daşkəsən rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. 31 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Göygöl rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 may 2023-cü il tarixdə hesablanmışdır. Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 31 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Göygöl rayonu, Bəhrəmbağ kəndində yerləşən məktəbin yaxınlığında yerləşir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Astaf kəndində yerləşən “Gədə ölən” adlanan yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Astaf kəndində yerləşən “Gədə ölən” adlanan yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 28 iuyl 2023-cü il və 30 iyul 2023-cü il tarixli protokollardan görünür ki, hadisə yeri Daşkəsən rayonu, Təzəkənd kəndində yerləşən “Balıqlı dərə” adlanan yay otlaq sahəsidir. Baxış zamanı hadisə yerindən gələcəkdə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və predmet götürülməmişdir. Götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qəsdən bir dəfə Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə vuraraq sonuncunun sağlamlığına qəsdən ağır xəsarət yetirdiyi 01 ədəd qatlanmayan mətbəx bıçağı və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq üzərində gəzdirdiyi özünə məxsus olan 01 ədəd açılıb-qatlanan bıçaq götürülmüşdür. Götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli, üzərində ağ rəngli sızıqlar olan qolu qısa köynək və bir ədəd qara rəngli mayka götürülmüşdür. Könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, iş üzrə şahid X1 olaraq istintqa təqdim etdiyi 28 iyul 2023-cü il tarixdə Şahid6 idarə etdiyi göy rəngli “Qaz 33021” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə əldə etdikləri 10 baş iri buynuzlu heyvanlara məxsus 3 ədəd foto şəkillər götürülərək işə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, iş üzrə şahid X1 olaraq istintaqa təqdim etdiyi 3 ədəd foto şəkillər iş üzrə Zərərçəkmiş şəxs2 nümayiş etdirildikdə Zərərçəkmiş şəxs2 həmin 3 ədəd foto şəkillərə baxaraq atomobilin yük yerində olan 1 başı tünd qara rəngli, 1 başı tünd şabalıdı rəngli, 3 başı açıq sarı rəngli, 2 başı açıq şabaldı rəngli, 3 başı isə qara rəngli olan ümumilikdə 10 baş iri buynuzlu heyvanların ona məxsus olduğunu, həmin iri buynuzlu heyvanların 27 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisində yerləşən “balıqlı dərə” adlanan yay otlaq sahəsindən oğurlandığını göstərmişdir. Təqsirləndirilən şəxs2 01 sentyabr 2023-cü il tarixdə yetkinlik yaşına çatdığından həmin tarixdə təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin cinayət prosesində iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X18 Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 388 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarət- qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın zədələnməsi- deşici-kəsici alətin təsiri nəticəsində yranmışdır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində deşilmiş-kəsilmiş yaradan başqa, sol göz nahiyəsində -bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş qançır və şişkinlik aşkar edilmişdir, bu xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin məhkəmə ballistik ekspertizası və məhkəmə trasoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli 16/818/819 nömrəli rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülüb tədqiqata təqdim edilmiş bıçaqlardan 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı hər hansı əlavə və dəyişikliklər edilməmişdir. -Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatı dəyişdirən hər hansı əlavə və dəyişiklər edilməmişdir. -Tədqiqata təqdim olunan köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş mətbəx bıçağının və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynək və maykanın üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş mətbəx bıçağının təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 388 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin və maykanın səthində olan zədə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “Qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 avqust 2023-cü il tarixli 488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi müəyyən edilmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçübbiçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman anlaqli olmuşdur. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 625 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsini törədən zaman və hal-hazırda X12-Beyin Travmasının (Ensefalopatiya) X21 Əlamətləri XBT 10( Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.2 müəyyən edilir. Təqsirləndirilən şəxs Əhmədov X3 Qapalı Kəllə-Beyin Travmasının (Ensefalopatiya) X21 Əlamətləri XBT 10( Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqli olmuşdur. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6831 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş iki illik, diri çəkisi təxminən 200kq, təmiz çəkisi 100 kq olan erkək dananın dəyəri 1350 manat, 1 baş, iki il yarımlıq, diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq olan erkək dananın dəyəri 1350 manat, 2 baş 3 illik, diri çəkiləri təxminən 480, təmiz çəkiləri 240 kq olan erkək danaların hər birinin dəyəri 3100 manat ümumilikdə dəyərləri 6200 manat, 4 baş, iki illik, diri çəkiləri təxminən 300 kq, təmiz çəkiləri 150 kq olan erkək danaların hər birinin dəyəri 1950 manat, ümumilikdə isə dəyərləri 7800 manat, 1 baş, iki illik diri çəkisi təxminən 200 kq, təmiz çəkisi 100 kq olan erkək dananın dəyəri 1350 manat olan, 1 baş, iki illik, diri çəkisi təxminən 220 kq, təmiz çəkisi 110 kq olan erkək dananın dəyəri 1485 manat olan, 1 baş damazlıq, 4 illik, diri çəkisi təxminən 380 kq, təmiz çəkisi 190 kq olan inəyin dəyəri 2400 manat və 1 baş damazlıq, 4 illik , diri çəkisi təxminən 350 kq, təmiz çəkisi 175 kq olan inəyin, dəyəri 2250 manat ümumilikdə 12 baş iri buynuzlu heyvanların 2023-cü ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 24185,00 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli götürmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 qəsdən bir dəfə Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə vuraraq sonuncunun sağlamlığına qəsdən ağır xəsarət yetirdiyi 01 ədəd ümumi uzunluğu 256 mm, tiyəsinin uzunluğu 137 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq üzərində gəzdirdiyi özünə məxsus olan 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, qatlanan, tiyə və dəstək hissəsindən ibarət, açıq vəziyyətdə ümumi uzunluğu 326 mm, tiyənin uzunluğu 145 mm, maksimal eni 26 mm, qalınlığı 3,8 mm, dəstəyinin uzunluğu 181 mm, orta hissədən eni 25mm, qalınlığı 15 mm olan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı götürülərək maddi sübut hesab edilməsi nəzərə alınmış və 01 ədəd soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı və 01 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı saxlanılması üçün Daşkəsən RPŞ-nin saxlancına verilmişdir. xx.xx.2023-cü il tarixli götürmə protokolundan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli, üzərində ağ rəngli sızıqlar olan qolu qısa köynək və bir ədəd qara rəngli mayka və könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-ci il tarixli protokolla götürülmüş 28 iyul 2023-cü il tarixdə Şahid6 idarə etdiyi göy rəngli “Qaz 33021” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq yolu ilə əldə etdikləri 10 baş iri buynuzlu heyvanlara məxsus 3 ədəd foto şəkillər maddi subut hesab edilmiş, bir ədəd qara rəngli, üzərində ağ rəngli sızıqlar olan qolu qısa köynək və 1 ədəd qara rəngli mayka saxlanılması üçün Daşkəsən RPŞ-nin saxlancına verilmiş və 3 ədəd foto şəkillər cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-329/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 30 sentyabr 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək “həbsdə” saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(104)-91/2024 saylı qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)- 329/2023 saylı hökmü ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 31 may 2023-cü il tarixli 1268/2023 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsəd ilə aprılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün 1,586%, orta dərəcə alkoloq sərxoş vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara deymiş ziyan tam ödənilmişdir. onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 126.1, 228.4, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərədə tutulan cinayətlərin, Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikasının CM-nin 32.5 177.1, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurması, qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirməsi, eləcədə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, təkrar zərər çəkmiş şəxslərə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla oğurlaması, yəni özgənin əmlakını gizli olaraq talaması, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərə məxsus əmlakın oğurlanmasında köməklik edərək təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs şalında zərərçəkmiş şəxsə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla oğurlaması, yəni özgənin əmlakını gizli olaraq talaması məhəkəmə itintaqı zamanı öz təsdiqini tapdığından,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 126.1, 228.4, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində,Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-nin 32.5 177.1, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halların olmasını, hər iki şəxsə münasibətdə cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onlara cəza təyin olunmalıdır. Məhkəmə kollegiası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Zahir Əhmədova qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərədə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə təqsirləndirilən şəxslərin islah olunmasına və cəzanın məqsədlərinə nail olmaq olar Cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,177.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməli, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə cəzası 10 (on) ildən artıq olmayan müddətə təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2-ci maddəsi ilə təyin ediləcək cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.1-ci və 177.2-ci maddələri ilə təyin ediləcək cəza həmin maddələrin sanksiyasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından onun 05 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət onun üzərindən çıxılaraq ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 05 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin ediləcək müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə: yaşadığı Göygöl rayonu, Bəhrəmbəy kəndini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Göygöl rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasinin Cəzalarin İcrasi Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə tərkibi hesab edir ki, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı, 01 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli, üzərində ağ rəngli sızıqlar olan qolu qısa köynək, 01 ədəd qara rəngli mayka qanuni sahibə qaytarılmalı, imtina etdikdə məhv edilməldir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 63 manat (altmış üç) manat məhkəmə xərci, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 manat (əlli) manat pul təqsirləndirlən şəxslərdən bərabər qaydada alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona CM-nin 228.4-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 126.1-ci maddəsi 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə iki gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 32.5 177.1-ci maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona CM-nin 32.5 177.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Göygöl rayonu Bəhrəmbəy kəndini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 münasibətdə onun yaşayış yeri üzrə Göygöl Rayon İcra Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı, 01 ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qara rəngli, üzərində ağ rəngli sızıqlar olan qolu qısa köynək, 01 ədəd qara rəngli mayka qanuni sahibə qaytarısın, imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 63 manat (altmış üç) manat məhkəmə xərci, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 manat (əlli) manat pul təqsirləndirlən şəxslərdən bərabər qaydada alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən, elan olunduğu (təqsirləndirlən şəxslə isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar