Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-93/2022 31.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edib, idarə etdiyi “BMW” markalı EF 001 ON Gürcüstan dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin 10,252 qramını üzərində saxlamaqla daşıyarkən, onun X5 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da Bakı-Qazax magistral avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində idarə etdiyi avtomobilin yanında saxlanılmaqla BNMİ-nin X12 Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 02:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,252 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, eyni zamanda həmin tarixdə saat 02:45-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı EF-001- ON Gürcüstan dövlət nömrə nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd göy rəngli polietilen paketin içərisindən səkkiz ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1600 qram, 1450 qram, 1180 qram, 950 qram, 1015 qram, 1480 qram, 1010 qram və 1390 qram olmaqla ümumi təmiz çəkisi 10075 qram, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə etməmiş, əvvəllər məhkum olunmamışdır. “Meyvəli” və müxtəlif bazarlara rayonlardan gətirib göyərti satmaqla özünü dolandırır. “BMVV” markalı EF 001 ON dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. İran İslam Respublikasının vətəndaşı Qurban adlı şəxsi Gürcüstan Respublikasında yaşayan Samir adlı tanışının vasitəsilə tanımışdır. Qurban İrandan ona satmaq məqsədilə meyvə və tərəvəz göndərmişdir. Pandemiya ilə əlaqədar olaraq işləri zəif olduğundan Bakı-Gəncə şəhərləri arasında taksi sürücüsü işləmişdir. xx.xx.2021-ci il tarixdə 3 nəfər sərnişinlə birlikdə Bakı şəhərindən çıxıb Gəncə şəhərinə doğru yola çıxmışdır. Həmin sərnişinlərdən biri Naftalan şəhərində düşmüş, digər iki sərnişini isə Gəncə şəhərinə aparmışdır. Axşam saatlarında sərnişin olmadığından Bakı şəhərinə qayıtmağa qərar vermiş, Bakı şəhərinə qayıdıb meyvəni qəbul etməli olmuşdur. Bu məqsədlə üzərində 5000 ABŞ dolları pul götürmüşdür. Bakı-Gəncə avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, X23 postunu keçdikdən sonra Gəncəyə apardığı sərnişinlərdə biri zəng vuraraq Bakı şəhərinə qayıtmaq istədiyini demişdir. Belə olan halda Gəncə şəhərinə geri qayıtmışdır. Həmin şəxsi Gəncə şəhərinin girişində götürməli olmuşdur. Saat 23 radələrində Gəncə şəhərinin girişində olan vətəndaşların karantin qaydalarına riayət etməsinə nəzrət edilməsi məqsədilə yaradılmış postun qarşısında dayanıb. Bakıya gedəcək sərnişinləri orada gözləmişdir. Avtomobildən düşüb polis əməkdaşlarının olduğu yerə yaxınlaşmış, postun qarşısında olan zaman dövlət nömrə nişanını xatırlamadığı “Opel” markalı avtomobildən 4 nəfər mülki geyimli şəxs düşüb olduğu yerə yaxınlaşmışlar. Həmin şəxslərlə salamlaşdıqdan sonra onlar qolundan tutub öz maşınlarına əyləşdirib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Həmin şəxslər onu avtomobilə əyləşdirdikdən sonra gödəkçəsinin sağ içəri cibində olan 5000 ABŞ dollarını, şalvarının sol yan cibində olan 333 manat pulu götürmüşlər. Sonra pols əməkdaşları ona məxsus Gəncə şəhərində yerləşən evə gedəcəklərini gemişlər. Sonra onlarla birlikdə yaşadığı evə getmişlər. Evə gedən zaman ona məxsus avtomobili polis əməkdaşları idarə etmişlər. Həmin vaxt onunla birlikdə göyərti satışı ilə məşğul olan Elçin və Samir adlı şəxslər evdə olmuşlar. Onlar həmin günün səhəri ona məxsus “Ford” markalı avtomobil ilə mandarın almaq məqsədilə Astara şəhərinə getməli olmuşlar. Evin qapısını döydükdən sonra Elçin və Samır qapını açmışlar. Evə daxil olduqdan sonra polis əməkdaşları evi axtarmağa başlamışlar. Evdən hər hansı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bundan sonra Səttar adlı polis əməkdaşı evdə olan divanın üzərinə bir ədəd bağlamada narkotik vasitə heroin qoyaraq onlara pul verəcəyi təqdirdə onu tutmayacaqlarını demişdir. Səttara nə üçun ona pul verməli olduğunu soruşduqda onu döyməyə başlamışlar. Belə olan halda onlarla pul verəcəyinə dair razılaşıb yeznəsi Akifə zəng vuraraq yaşadığı evə gəlməsini demişdir. Biraz sonra Akif də, oraya gəlmiş, Akifdən pul verməsini istədikdə o, pulunun olmadığını demişdir. Bundan sonra Akif anasına zəng vurmuş, anası evdə xalçanın arasında xalasına məxsus 20000 ABŞ dolları olduğunu demişdir. Bundan sonra həmin pulu götürüb Səttara vermişdir. Səttar pulu götürdükdən sonra birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri ərazisində yerləşən regional şöbəsinə gedəcəklərini və onu oradan buraxacaqlarını demişdir. Orada olan zaman Səttar videoçəkiliş aparılacağını, çəkiliş zamanı bağlamada olan narkotik vasitə heroini Kürdəmir rayonu ərazisində, yolun kənarından götürməyi barədə məlumat verməyini demişdir. Həmçinin üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini və həmin vaxt üzərindən də, bir bükümdə narkotik vasitə heroin çıxacağını bildirmişdir. Polıs əməkdaşları çəkiliş zamanı üzərindən və avtomobilindən aşkar ediləcək maddələri tanışı İran İslam Respublikasının vətəndaşı Qurban adlı şəxsdən almağı barədə məlumat verməli olduğunu demişdər. Belə olan halda döyülməmək üçün onun dedikləri ilə razılaşmışdır. Bundan sonra oradakı xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədilə vəkil təqdim edilmiş və tutma haqqında qərar qəbul olunmuşdur. Sonra vıdeoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təklif edilmişdir ki, üzərində qanunsuz əşya, maddə varsa könüllü olaraq təqdim etsin. Belə olan halda üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindəki, adını xatırlamadığı olan şəxslərdən birinin ona verdiyi bir ədəd bukümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəmin sol yan cibindən 1(bir) ədəd qara rəngli, "Samsung” markalı mobil telefon, 1(bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, qara rəngli cins şalvarımın sol yan cibindən 57 (əlli yeddi) manat pul və 1(bir) ədəd avtomobilə məxsus açar aşkar olunmuşdur. Sonra üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi on iki qram olmuşdur. Həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyuldu və zərf möhürlənərək üzərində müvafiq qeydlər aparıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ona məxsus şəxsiyyət vəsiqəsi və “Samsung” markalı, qara rəngli, mobil telefon götürülsə də, ona məxsus avtomobilin açarı, alışqan və siqaret qutusu geri qaytarılmışdır. Polis əməkdaşları üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, məcburiyyət qarşında qalıb həmin maddəni İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonu ərazisindən götürdüyünü, əldə etdiyi maddələri Qurbanın deyəcəyi şəxsə çatdıracağını, əvəzində 2000 manat pul qazanacağını demişdir. Həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə heç kımın məlumatı olmadığını, narkotik vasitələrdən istifadə etmədiyini, idarə etdiyi “BMVV” markalı EF 001 ON dövlət qeydiyyat nişanlı avtomobildə Kürdəmir rayonu ərazısındən götürdüyü maddələri saxladığını, onları təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsinə dair etirazının olmaması barədə ərizə yazmışdır. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla ona “BMVV” markalı EF 001 ON dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük hissəsində polis əməkdaşları tərəfindən qoyulmuş bir ədəd göy rəngli polietilen paketi çıxarıb təqdim etmişdir. Həmin paketlərin içindən bir ədəd böyük bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra bükümlər ağ rəngli sellofan torbaya qoyulmuş, həmin torba möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmışdır. Sorğu zamanı avtomobilin yük hissəsindən çıxarıb təqdim etdiyi narkotik vasitə olan heroini “Qurban” adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Kürdəmir rayonu ərazisindən satmaq məqsədilə götürdüyünü bir daha qeyd etmişdir. Telefonunda aşkar olunmuş şəkil tərəvəzin xarab olmaması üçün istifadə olunan buz şəkli olmuşdur. Telefonunda aşkar olunmuş danışıqlar müxtəlif şəxslələ meyvə tərəvəz alveri ilə bağlı olmuşdur. Polis əməkdaşları evdə axtarış apararkən ailə üzvlərindən evdə heç kim olmamış, ailə üzvləri Bakı şəhərində olmuşlar. Hazırda bədəni üzərində heç bir xəsarətin izləri qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, Gəncə şəhəri, Kəpəz rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Həmin qərarın icrası ilə bağlı olaraq 06 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saat 01:00-da onu Bakı-Ələt-Qazax avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində “BMW” markalı EF-001-ON dövlət nömrə nişanlı avtomobilin yanında saxlamış, özərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmiş və barəsində qəbul edilmiş qərarla tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 şöbəsinə dəvət etmiş, o, da etiraz etmədən onlarla şöbəyə gəlmiş, şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmiş, şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1(bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1(bir) ədəd qara rəngli, ”Samsung” markalı mobil telefon, 1(bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 57(əlli yeddi) manat pul və 1(bir) ədəd açar aşkar olunmuş, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamış, sonra həmin 1(bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 12 qram (on iki qram) olmuş, həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və onların tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd, “Samsung” markalı, qara rəngli, mobil telefon, 1(bir) ədəd Təqsirləndirilən şəxs özünə məxsus olan şəxsiyyət vəsiqəsi sonuncuya bu barədə izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd avtomobil açarı və 57 (əlli yeddi) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən çıxarıb təqdim etdiyi heroinin, özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonu ərazisində qoyulan yerdən götürdüyünü, “Qurban” adlı şəxsi dostu Gürcüstan Respublikası vətəndaşı “Samir” adlı şəxsin vasitəsi ilə tanıdığını, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxsin deyəcəyi ünvana qoyacağını və əvəzində isə “Qurban” adlı şəxsin ona pul verəcəyini, idarə etdiyi EF-001-ON Gürcüstan Respublikası dövlət nömrə nişanlı, ağ rəngli “BMW” markalı avtomobildə narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bidirmiş, bundan sonra videoçəkiliş dayandıraraq protokol tərtib edilmiş, pörotokol uca səslə oxunduqdan sonra bütün iştirakçılar imza etmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı EF-001-ON dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsindən 1 (ədəd) göy rəngli sellofan paketin içərisindən açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin 1 (ədəd) göy rəngli sellofan paketin içərisində olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 10 kq (on kiloqram), 55 qram (əlli beş qram) olmuşdur. Sonra həmin narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmış, daha sonra avtomobilə baxış keçirilmiş, avtomobilin ön hissəsində olan sürətlər qutusunun yanından avtomobilin qeydiyyat şəhadətnaməsi və Təqsirləndirilən şəxs məxsus xarici pasport aşkar olunaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı, idarə etdiyi “EF-001-ON Gürcüstan Respublikası dövlət nömrə nişanlı, ağ rəngli “BMW” markalı avtomobildən götürüb təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxsin vasitəsi ilə Kürdəmir rayonu ərazisində qoyulan yerdən götürdüyünü, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxsin deyəcəyi ünvana qoyacağını və əvəzində isə “Qurban” adlı şəxsin ona pul verəcəyini, sözügedən avtomobili özündən başqa heç kimin idarə etmədiyini, ona verilən sualları tam başa düşdüyünü, doğru və düzgün cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tədbiq olunmadığını bildirmişdir. Avtomobilin digər hissələrinə baxış keçirilmiş və baxış zamanı qanunla qadağan edilmiş digər maddə və ya əşya aşkar edilməmiş, baxış keçirilib qurtardıqdan sonra bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən irad və təklif irəli sürülmədiyindən imzalarla təsdiq edildimişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqə uyğun olmadığını, ona heç bir fiziki və ya psixi təsir göstərilmədiyini, onun üzərinə və ya avtomobilinə narkotik vasitə qoyulmadığını bildirmişdir. Onun yaşadığı evdə heç bir axtarış aparılmamış və ona məxsus hər hansı pul vəsaiti polis əməkdaşları tərəfindən götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. İlqar tutulmazdan əvvəl meyvə və göyərti alqı-satqısı ilə məşğul olmaqla ailəsini dolandırmışdır. xx.xx.2021-ci il tarixdə saat 01 radələrində evdə olan zaman İlqar ona zəng vuraraq onlara məxsus evə getməyini bildirmişdir. Nə baş verdiyini soruşduqda İlqar yaşadığı evdə onu gözlədiyini və ona 20000 ABŞ dolları pul aparmağını dedmişdir. O, İlqarın dar vəziyyətdə olduğunu başa düşüb İlqara məxsus evə getmişdir. O, evin qapısından içəri daxil olan zaman İlqar və əvvəllər tanımadığı 7-8 nəfər şəxsin orada olduğunu görmüşdür. O, nə baş verdiyini soruşduqda polis əməkdaşı Səttar adlı şəxs İlqarın X5 dövriyyəsində şübhəli olduğunu demişdir. İlqar isə ona narahat olmamağı, hər hansı problem olmadığını bildirmişdir. Bundan sonra İlqarın yanında olan polis əməkdaşı ondan pulu gətirib-gətirmədiyini soruşmuşdur. O, yalandan pulu gətirdiyini və İlqarla söhbət etmək istədiyini bildirmişdir. İlqarla söhbət əsnasında İlqar ona polis əməkdaşlarına 25000 ABŞ dolları verəcəyi təqdirdə polis əməkdaşlarının onu buraxacaqlarını demişdir. Polis əməkdaşları onun pul gətirmədiyini başa düşdükdən sonra onu çölə çıxarmışlar. Sonra polislər maşının baqajından salafan torba gətirib içəri keçmişlər. Polislər evdə axtarış keçirmişlər. Sonradan eşitmişdir ki, evdə xalçanın arasından 20000 ABŞ dolları pulu götürmüşlər. Sonradan İlqarın həbs edilməsini öyrənmişdir. İlqarı narkotik vasitələrin alqı satqısı və istifadəsi ilə məşğul olmamışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Gəncə şəhəri Kəpəz rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə saat 01:00-da Bakı-Qazax avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində saxlanılaraq Baş İdarənin Qərb bölgəsində yerləşən regional şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman ondan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir.Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş onun əynində olan qara rəngli rəngli gödəkçənin sol yan cibindən 1(bir) ədəd qara rəngli, ”Samsung” markalı mobil telefon, 1(bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 57 (əlli yeddi) manat pul və 1(bir) ədəd açar aşkar olunmuşdur.Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır.Sonra həmin 1(bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 12 qram (on iki qram) olmuş, həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmişdir. 01 ədəd ”Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. 57 (əlli yeddi) manat pul və 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. “Avtomobilə baxış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BMW” markalı EF-001-ON dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən bir ədəd sellofan paketin içərisindən narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir.Həmin kütlə elektron tərəzidə çəkilmiş 10 kiloqram 55 qram təşkil etmişdir.Avtomobildən Təqsirləndirilən şəxs məxsus xarici pasport aşkar olunaraq götürülmüşdür. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus P4386219 nömrəli ümumvətəndaş pasportuna baxış keçirilmişidir.Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək keçən müddət ərzində Şıxlı keçid məntəqəsindən Gürcüstan Respublikası ərazisinə keçmiş və Azərbaycan Respublikasına həmin keçid məntəqəsindən geri qayıtmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2021-ci il tarixli 008-3049-1221 nömrəli tapşırığa cavab məktubundan görünür ki,Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələrini, İran İslam Respublikasının vətəndaşı «Qurban» adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı «Qurban» adlı şəxslə birgə əlaqəsinin olmasına, «Qurban» adlı şəxsin həmin narkotik vasitələri digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair əlavə məlumatlar əldə edilmiş, lakin «Qurban» adlı şəxsin və cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********91 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********91 saylı mobil telefon nömrəsindən zəng edən və zəng edilən nömrələrin apardıqları telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatlarına baxış zaman sonuncuya məxsus +**********91 saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2021-ci il saat 19:39-dan xx.xx.2021-ci il saat 03:23-dək müəyyən edilmişdir: “Mobil telefonlara baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs İqar Verdiyevin üzərinə şəxsi axtarış keçirilən zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İstintaq zamanı aşkar edilərək götürülmüş mobil telefonun yaddaşına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir.Mobil telefonun qalereyasındakı şəkillərə nəzər yetirdikdə elektron tərəzinin üzərində bağlamalar olan şəkil, üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkil nəzərə çarpır. Bundan əlavə mobil telefonun “Whatsapp Business” bölməsinə nəzər yetirdikdə orada adı “Qurvan” kimi qeyd edilmiş +98 903 761 50 56 saylı nömrə ilə aşağıdakı yazışmaların olması müşahidə edilir.xx.xx.2021-ci il tarixdə saat 13:04-də qeyd olunan nömrədən üzərində iran yazıları olan qırmızı, ağ və yaşıl rəngli olan bağlama şəkil göndərilməsi və şəklin ardınca “bu amanatı təhvil alacaqsan bax qaqa sən, başıva dönərəm sənin” deyə səsin göndərilməsi müəyyən edilir. Göndərilmiş şəkildə İlqar Vediyevə məxsus “BMW” markalı EF-001-ON dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş maddələrin içərisində olduğu bağlama təsvir edilmişdir.Bundan başqa adı “Sen Teze” kimi qeyd edilmiş +995 511 12 21 32 saylı nömrəyə üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkillin bir ədəd skoçlanmış sellofan bağlamanın elektron tərəzidə çəkilməsi ilə bağlı videonun göndərilməsi müşahidə edilir. Bundan əlavə adı “X19” kimi qeyd edilmiş +7 918 702 61 46 saylı nömrə ilə aralarında olan beton dirək şəkli göndərməsi və atılmış səs yazısında həmin dirəyin ətrafına “əmanət” qoyulduğu qeyd edilir. Bundan sonrakı qeyd olunan mobil nömrəyə “samir sənin qadan alım, onu ma heşkim eliyə bilməz, onun arvadını ...., prosto bu nədisə başa düşə bilmirəm, ola bilər ki, bu nədisə səhv gedib baxıb, ya da oyundu” səs yazısının göndərilməsi və həmin nömrədən “sən onun nömrəsini ma ver mən onları danışdıracam, ay ilqar balalarımın ölümünə tutduracaqlar onu, onun belini qırdıracaqlar orada, bax sa deyirəm oğlumun ölümünə tutduracaqlar onu, bu iranlı var qurban bax 5 dəqiqəyə tutduracaq onu” səs yazısının gəlməsi müşahidə edilir. Bundan başqa +7 918 702 61 46 saylı nömrə ilə aşağıdakı yazışmaların olması müəyyən edilir: - Qurban zenk vuruf der ilqar yazır -He salam yazdım cavab vermedi beyax -He dedi ma - Cox darixiram qardas bu veziyetde nese is gormey lazımdı -Yani men zenk vurmasam ona cavab veren doy qorxur o iranda satilar srazi ona gore qorxur. Gorey da neteri eliyey 5 dene var 6 dene var ne lazimdi başqa -Hecdat birce ordakini deyirem aparsaydix elimiz acilardi-Yani senin 8 denen eytiyac yoxdu nede seniniak adamina birce gurcuye atdad - Ora problem yoxdu ozunde gordunki bir gune hel eledim -Bildim gurcude yollarda masin olmamagi qirdi eybi yoxdu sabah hel ederiy -İnsAllah qardas yaxsi olar 8 niye deyirem indi mamentdi tulluyardix ortuya, bes uc manat pul olardı elde bu veziyetde -Prablem yoxdu atdadmaga intasi ordaki kimdi adini de normal adamdi sa atdirim bir iki gune -He qardas ordakina prablem yoxdu basimnan cavabdehem ona -İranda 100 neferden 99 satqindi -Bu parablemsiz adamdi bilirem iranda coxdusq soqanixden pisdi -Adini men qurvana demesem razilix vermir, bilirem ne prablem var adini de zenk vurum danisaq qurvannan he yox desin srazi -Qoy seher danisim bunan qardas razilix versin deyey gorum helem razidimi bunlarda birbirinden qorxullar. Həmçinin 7 918 702 61 46 saylı nömrə ilə müxtəlif vaxtlarda “Whatsapp Business” tətbiqetməsi ilə danışıqların aparılması müşahidə edilir. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 6/52 saylı rəyindən görünür tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,252 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş..” yazısı olan polietilen torbadakı 08 ədəd bağlamada bayrıayrılıqda təmiz çəkiləri 1600 qr, 1450 qr, 1180 qr, 950 qr, 1015 qr, 1480 qr, 1010 qr və 1390 qr, ümumi təmiz çəkisi 10075 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Təqsirləndirilən şəxs üzərindən və avtomobildəb götürülmüş heroinin ümumi təmiz çəkisi 10085,252 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X6 xx.xx.2021-ci il tarixli 798 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs arabir düşəndə bir neçə dəfə olub ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və narkotik vasitə olan tiryəkdən daxilə qəbuletmə yolu ilə istifadə etdiyini söyləyir. Halhazırda narkotik vasitələrdən sui-istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq yoxdur. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli X3 müraciət etməyib. Azərbaycan Respublikası Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Verdiyev X4 Xəstəxanasında müalicədə olmayıb. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.01 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında həyat yoldaşı Pərvanə Qəhrəmanova, övladları X9 və X10 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış üzrə müsbət xarakterizə edilir. AZ № 12024167 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2013cü il tarixdə anadan olmuşdur. AZ № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, şahidlər X13, Şahid2 və Şahid3 ilə Təqsirləndirilən şəxs ilə arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. “Cinayət işinin başlanmsının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması və pulunun götürülməsi barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmsı rədd edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı– 10084,912 qram heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 01 ədəd “Samsung” markalı telefon maddi sübut kimi tanınaraq saxlanması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Eləcə də şəxsi axtarış və götürmə, baxış aparılaması zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materialların əlavə edilmişdir. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda narkotik vasitə heroinin əldə edilmə mənbəsinin, eləcə də “Qurban” adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi) Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir içtimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıd göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla razılaşsa da, ona elan edilmiş CM-nin 32.5, 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş, ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Qurban” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirdikdən sonra Təqsirləndirilən şəxs Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edərək daşıyıb saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsi, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidai istintaq, həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 32.5, 206.3.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə ittiham elan edərkən ; 1) şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş; 2) bu məqsədlə “Qurban” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirdikdən sonra ; 3) Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda; qeyd edilən sütutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 7.0.20-ci maddəsinə əsasən “ittiham - bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən, “cinayətin törədildiyi yer, vaxt, törədiləmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Cinayət Məcəlləsinin qaçaqmalçılıq cinayətinin əsas tərkibini təsbit edən 206.1-ci maddəsində malların, digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən kənar və gömrük nəzarətindən gizli keçirilməsi qaçaqmalçılıq cinayətinin törədilməsinin alternativ və bu səbəbdən fərqli faktiki məzmuna malik olan üsulları kimi göstərilmişdir. Belə ki, malların (digər əşyaların) gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə ittiham, onun faktiki məzmununun malların (digər əşyaların) gömrük nəzarətinin təşkil olunduğu digər yerlərdən kənarda (sərhəd-gömrük məntəqələrinin olmadığı yerlərdən) və yaxud gömrük nəzarəti məntəqələrindən, lakin onların fəaliyyət göstərmədiyi vaxtda keçirilməsi kimi əməllərdən ibarət olmasını şərtləndirir. Malların (digər əşyaların) gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi barədə ittiham isə bunların gömrük məntəqələrindən, lakin gömrük nəzarətindən yayındırmaqla keçirilməsində ifadə olunan hərəkətləri ehtiva edir. Bu səbədən şəxsə qarşı irəli sürülmüş qaçaqmalçılıq cinayətini törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, cinayətin hansı üsulla törədilməsini və müvafiq üsulu təşkil edən hərəkətləri əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda isə qaçaqmalçılıq cinayətinin “gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli” törədildiyi qeyd olunmaqla CM-in 206.1-ci maddəsinin dispozisiyasına görə cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti olan cinayətin törədilmə üsulu konkretləşdirilməmiş, onun hansı sübutlarla narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsi dəqiqləşdirilməmiş, həmin əlamət və müvafiq olaraq bu və ya digər üsulu təşkil edən Təqsirləndirilən şəxs hərəkətlərinin konkret məzmunu müəyyən edilməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə ittiham elan edərkən yuxarıda qeyd edilən sübut kimi hesab etdiyi faktları onun ibtidai istintaq zamanı verdiyi ifadəsinə və istifadəsində olan mobil telefonda aşkar olunmuş «Qurban» adlı şəxsin adı keçən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş şəxslə müxtəlif məzmunlu danışqlara əsaslanmışdır. İbtidai istintaqın sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini o məhkəmə araşdırması zamanı təsdiq etməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış zamanı aşkar edilmiş «Qurban» adlı şəxsin adı keçən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş şəxslə danışqların məzmununda da onun “Qurban” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsini təsdiq edən heç bir möhtəbər sübuta rast gəlinmir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsiri etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbu edilə bilər. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən özünün etiraf edici ifadəsi və mobil telefonundan aşkar olunmuş müxtəlif məzmunlu danışıqlar isə iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmir. Ümumiyyətlə Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara və CPM-in 139.0-cı maddəsinə görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “”Qurban” adlı şəxs və ya digər şəxslər tərəfindən”, “gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli” və «satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş» kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Bu qədər "naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə - narkotik vasitənin gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, bu məqsədlə “Qurban” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirdikdən sonra Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda əldə etməsi barədə ittiham irəli sürməsi onu göslərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələr olduğu halda CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Təqsirləndirilən şəxs qarşı həmin maddələrlə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir (məsələn, məhkəmə kollegiyası üçün aydın deyil cinayət təqibi orqanı qaçaqmalçılıq cinayətinin törədilmə vaxtını bilmədiyi halda necə olub ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan (yəni cinayətin icra edilməyə başlandığı andan əvvəl) qaçaqmalçılıq cinayətinin törədilməsini öz aralarında razılaşdırmaları barədə nəticəyə gəlmişdir və yaxud necə olub ki, cinayət təqibi orqanına qaçaqmalçılığın tərkibinin obyektiv cəhətinə aid heç bir fakt məlum olmadığı vəziyyətdə Təqsirləndirilən şəxs həmin cinayətin obyektiv cəhətinin icra etməsinə qabaqcadan vəd verməklə köməklik etməsi barədə nəticə çıxarmışdır?). Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə tələbinə görə Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onların ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinəəsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmişəməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulurki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2 və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarınını tələblərinə rmayət edilməklə çıxarılmış olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş möhtəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən Bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhəkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır. 42.1.4 təqsirliliyi sübuta yetirilmədikdə; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə ; Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham isə ittihamdan xaric olunmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs, ona elan edilmiş CM-nin müvafiq maddələri üzrə özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsini, şahidlərin ifadələrini əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə, nəzərdə tutulmuş cinayət əməlini törətməsi, şahidlərin ifadələri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddənin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalımış 10084,912 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X15 Qrupu tərəfindən həyata keçirilməlidir. Şəxsi axtarış və götürmə, baxış aparılaması zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Eləcə də iş üzrə maddi sübut hesab edilərək, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 06 yanvar 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalımış 10084,912 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X15 Qrupu tərəfindən həyata keçirilsin. Şəxsi axtarış və götürmə, baxış aparılaması zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Eləcə də iş üzrə maddi sübut hesab edilərək, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-93/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-93/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver