Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-93/2023 20.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1998-ci ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 34,067 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək təmiz çəkisi 27,085 qram təşkil edən hissəsini 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə qablaşdırıb 1 ədəd göy rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq, ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,385 qram, 0,392 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0,391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram qram təşkil edən hissəsini 17 ədəd şəffaf rəngli və 1 ədəd göy rəngli polietilen kəsiyi bükümündə qablaşdıraraq 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq 1 ədəd sarı rəngli polietilen kəsiyinə büküb əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış, 19 may 2022-ci il tarixdə saat 23:00-da Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və 19 may 2022-ci il saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən yuxarıda göstərilən çəkidə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamın məzmununda göstərilənlər uydurma və yalandır. O, satış məqsədilə heç bir miqdarda və ya hər hansı növdən olan narkotik vasitə əldə etməmiş, saxlamamış, daşımamışdır, həmçinin heç kimə narkotik vasitə satmamışdır. O, son vaxtlar narkotik vasitə heroin istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 19 may 2022-ci il tarixdə polis əməkdaşları onu tutan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. 19 may 2022-ci il tarixdə saat 22-23 radələrində Qazax rayonu, Orta Salahlı kəndində yaşayan nənəsi gilə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan Vaqif adlı şəxsin idarə etdiyi “VAZ 21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşmişdir. Vaqif adlı şəxs ona demişdir ki, aldığı ərzaqları evə verməsi üçün yaşadığı Qazax şəhəri, Bakı küçəsində yerləşən “Göy bina” adlanan çoxmənzilli yaşayış binasının qarşısına getməlidir, bundan sonra isə onu Orta Salahlı kəndinə apara bilər. O, Vaqiflə razılaşmışdır. Vaqif avtomobilini idarə edərək Qazax şəhəri, Bakı küçəsində yerləşən “Göy bina” adlanan çoxmənzilli yaşayış binasının qarşısına getmişdir. Vaqif avtomobildən düşüb evə getmiş, o isə avtomobildən düşüb siqaret çəkməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları onun üstünə gələrək onu tutub binanın üçüncü mərtəbəsinə aparıb onun üzərini yoxladıqdan sonra üzərində heç nə olmadığını görmüşlər. Cavid adlı polis əməkdaşı əlində bir ədəd sellofan bükümü onun şalvarının sol cibinə qoyaraq həmin bükümün ona məxsus olduğunu demişdir. O isə həmin bükümün ona məxsus olmadığını deyərək, cibindən çıxarıb yerə atmışdır. Cavid isə həmin bükümü yerdən götürərək onu başa salacağını demişdir. Polis əməkdaşları ona qanunsuz təsir göstərərək onu həyətdə olan “VAZ 21074” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxa oturacağında əyləşdirmişlər. Onun sağında və solunda isə polis əməkdaşları oturmuş, digər polis əməkdaşı isə avtomobili idarə etmişdir. Həmin avtomobil hərəkət etdikdən sonra avtomobildə Cavid adlı polis əməkdaşı əlləri ilə onun başına, sifətinə, bədəninə vurmağa başlamışdır. Onu Polis şöbəsinə aparıb ikinci mərtəbəyə qaldırmışlar. Həmin mərtəbədə otaqların birində polis əməkdaşları dəyənəklə onun ayağına, başına, sifətinə vurmağa başlamışlar. Polis əməkdaşları sarı rəngli bükümü göstərərək bükümün içərisində narkotik vasitə olan heroin olmasını demişlər və həmin narkotik vasitənin onun üzərindən çıxdığını boynuna almasını tələb etmişlər. Həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etmədiyi təqdirdə, onun ailə üzvlərinin yaşadığı evdən çıxaracaqlarını demişlər. Polis əməkdaşları onun şalvarını, köynəyini əynindən çıxarıb götürmüşlər, ona qarşı dözülməz təzyiqlərlə və qeyri-insani, ləyaqətini alçaldan zorakı hərəkətlərlə həmin narkotik vasitələrin onun üzərindən çıxdığını etiraf etməsinə məcbur etmişlər. Nəticədə o, polis əməkdaşları tərəfindən tətbiq edilən fiziki və psixi zorakılıqlara dözməyərək həmin narkotik vasitənin onun üzərindən çıxdığını etiraf etməli olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, fiziki və psixi zorakılıqlara dözə bilməyib polis əməkdaşları ilə razılaşdıqdan sonra onu birinci mərtəbədə yerləşən otaqlardan birinə aparmışlar. Həmin otaqda polis əməkdaşları sarı rəngli sellofan bükümü onun şalvarının sol yan cibinə qoyduqdan sonra, müdafiəçi dəvət edilmiş və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, həmin bükülünü cibindən çıxarıb təqdim etmişdir. Cavid adlı polis əməkdaşı əvvəlcədən ona demişdir ki, həmin narkotiki haradan aldığı soruşulduqda Bakı şəhərindən İran vətəndaşından aldığını desin. Ona görə də təhqiqatçı həmin kütlələrin nə olduğunu soruşduqda narkotik vasitə olan heroin olmasını və İran vətəndaşından aldığını demişdir. Həmin bükümlər bir-bir açılmış, elektron tərəzidə çəkilmişdir. Bükümlərin sayı çox olduğundan dəqiq çəkisini xatırlamır. Daha sonra onu Qazax rayon Polis X12 Yerinə gətirmişlər. X18 daxil olarkən tibbi müayinədən keçirilmiş və müayinə zamanı polis əməkdaşlarının ona yetirdiyi müxtəlif xəsarətlər aşkar olunduğundan bununla bağlı akt tərtib olunmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul edildikdən sonra isə onu Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına aparmışlar. Təcridxanaya daxil olarkən növbəti dəfə tibbi müayinədən keçirilmiş və yenə də bədənində polis əməkdaşlarının ona yetirdiyi xəsarətlərin olduğu bir daha təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun istifadə etdiyi nömrəyə göndərilmiş “Falqa yadından cixmasin.” mesajının dəqiq nə üçün yazıldığını bilmir, o, narkotik vasitə qəbul etdiyindən ola bilər ki, həmin mesaj narkotik qəbulu zamanı istifadə etdiyi falqa ilə əlaqədar olmuşdur. **********41 saylı nömrə Əli adlı şəxsə məxsusdur. O, Əli adlı şəxsdən 2022-ci ilin fevral ayının əvvəllərində borc pul almışdır. xxxx-2022-ci ildə saat 23:25:19-da Əli adlı şəxsin istifadəsində olan **********41 saylı nömrəyə yazdığı “Qaqa vallah aparat işləmirdi, indi vururam sebrli ol qurban olum” mesajını Əliyə borcunu qaytaracağını bildirmək üçün yazmışdır. **********39 saylı nömrəni Qazax şəhər sakini Ruslan Alırzayevin işlətdiyini bilmişdir. Ruslan adlı şəxsin nömrəsindən istifadəsində olan nömrəyə “Qaqam men yaman agrıyıram” mesajını kimin yazdığını bilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraatda ilkin araşdırma zamanı vermiş olduğu izahat və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun 20 may 2022-ci il tarixli izahatı, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 20 və 21 may 2022-ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 may 2022-ci il tarixdə verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi 20 və 21 may 2022-ci il tarixli ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində adında “Kazımi” sözü olan səhifəni işlədən şəxslə yazışaraq həmin gün saat 23 radələrində Ağstafa rayonu, Dağkəsəmən kəndi ərazisindən həmin şəxsin ona dediyi kart hesabına 300 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə saat 20-21 radələrində həmin şəxs “İnstaqram” sosial şəbəkəsində ona narkotik vasitənin qoyulduğu yerin xəritəsini göndərdikdən sonra o, Bakı şəhəri ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən tanımadığı yerə gedərək yolun kənarında olan gül kolunun dibində olan sarı rəngli sellofanı götürmüşdür. Bükümü açan zaman içərisində 19 ədəd sellofan bükümdə heroin olduğunu görmüşdür. O, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamış, satmaq məqsədi olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Qazax şəhəri, Bakı küçəsində yerləşən “Göy bina” adlanan binanın həyətində Qazax rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən sarı rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 28, 51-53, 62-64). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qazax Rayon Polis Şöbəsində fiziki və psixi zorakılıqlara məruz qalmış, ona dözülməz təzyiqlər, qeyri-insani, ləyaqətini alçaldan zorakı hərəkətlər tətbiq edilərək ona xəsarətlər yetirilmişdir. Ona edilən fiziki zorakılıq və təzyiqlər nəticəsində məcburiyyət qarşısında etirafedici ifadələr vermişdir. Lakin o, həm X18, həm də 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən tibbi müayinədən keçərkən polis əməkdaşlarının ona yetirdiyi xəsarətlər aşkar edilmiş, X4 xəsarətlər aşkar edilərkən bu barədə akt tərtib edilmiş, 2 saylı İstintaq Təcridxanasında isə onda aşkar edilmiş xəsarətlərlə bağlı İstintaq Təcridxanasının rəisinə yazılı şəkildə izahat vermiş və həmin izahatında da Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən həmin polis əməkdaşlarının ona yetirdiyi xəsarətlər barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında həmçinin göstərmişdir ki, o, artıq ibtidai istintaqın sonrakı mərhələsində müstəntiqə əlavə ifadə verərkən Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən və Polis şöbəsində üzərində şəxsi axtarış keçirilməmişdən qabaq ona qarşı edilmiş fiziki zorakılıq və təzyiqlər barədə bildirmiş və ilkin araşdırma zamanı etirafedici ifadələrini polis əməkdaşlarının zorakılıq və təzyiqləri nəticəsində verdiyini də bildirmişdir, buna baxmayaraq o, külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlama cinayətinə görə məsuliyyətə cəlb olunduğundan ona yenidən ittiham elan edildikdə, həmçinin cinayət işinin materialları ilə tanış olduqda o, polis əməkdaşları tərəfindən fiziki zorakılıq və təzyiqlərə məruz qaldığını, ilkin araşdırma zamanı etirafedici ifadələrini polis əməkdaşlarının zorakılıq və təzyiqləri nəticəsində verdiyini protokolda qeyd edərək həmin sənədlərə imza etməkdən imtina etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə etmiş, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Qazax rayon Polis X6 təhqiqatçısı Cabbar İmamquliyev, Kriminalistik tədqiqatlar qrupunun inspektorkriminalisti Rahil Hüseynov, post-patrul xidməti bölüyünün komandir müavini Şahid2, əməliyyat-rabitə qrupunun kiçik inspektoru Şahid3, post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 daxil edilmişlər. Daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında olduğunu müəyyən edib xx.xx.2022-ci il tarixdə saat 23:00-da Şahid2, Şahid3 və Şahid4la birlikdə Təqsirləndirilən şəxs həmin yerdə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, satışı və istehlakı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs Şahid4 məxsus olan “VAZ 21074” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşdirmişlər. Şahid3 Pərvizin sağ yanında, Şahid2 sol yanında əyləşmiş, o isə qabaq sərnişin oturacağında əyləşmişdir. Şahid4 avtomobili idarə etmişdir. X24 rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. O, bu barədə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Cabbar İmamquliyev tərəfindən şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmişdir. Həmin gün saat 23 radələrində Polis Şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqlardan birində onun, Şahid3, Şahid4, Təqsirləndirilən şəxs, müdafiəçisi Rüfət Mahmudovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Rahil Hüseynov tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs şalvarının cibindən 1 ədəd sarı rəngli sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində sayı dəqiq yadında deyil (təxminən 14-16 büküm olardı), kiçik sellofan bükümlərdə narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdir. Sonra aşkar edilmiş bütün bükümlər bir-bir açılmış, elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişdir, ümumi çəkisi yadında qaldığına görə 36,95 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhərində tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş həmin maddələr qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis serjantı Şahid3 Təqsirləndirilən şəxs paltarlarını və bədən səthini yoxlamış, lakin onun üzərindən digər narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış qurtardıqdan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nə də Polis şöbəsində olarkən ona heç bir fiziki və psixi zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilərkən onda hər hansı xəsarətlərin olmasını görməmişdir. Təqsirləndirilən şəxs Qazax rayon Polis X12 Yerinə, sonra isə 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən onda aşkar edilmiş xəsarətlər barədə hər hansı məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər, həmçinin bildirmişlər ki, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmiş, sonuncuya qarşı heç bir təzyiqlər göstərilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən və Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilərkən onda hər hansı xəsarətlərin olmasını görməmişlər, Təqsirləndirilən şəxs Qazax rayon Polis X12 Yerinə, sonra isə 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən onda aşkar edilmiş xəsarətlər barədə hər hansı məlumatları yoxdur. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “VAZ 21011” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə boş vaxtlarımda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Qazax şəhər sakini kimi tanıyır. O, bir neçə dəfə Pərvizi özünə məxsus olan avtomobili ilə taksi kimi dediyi yerə aparmışdır. 19 may 2022-ci il tarixdə saat 22 radələrində o, Qazax şəhərində, “Yeddi qaya” adlanan ərzaq mağazasının arxa tərəfində yerləşən çoxmənzilli binanın arxa tərəfində özünə məxsus olan “VAZ 21011” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gözləyən zaman Pərviz ona yaxınlaşaraq onu Qazax rayonu, Orta Salahlı kəndinə aparmağını xahiş etmişdir. O, Pərvizi apara biləcəyini demiş və Pərviz onun avtomobilinin qabaq sərnişin oturacağında əyləşmişdir. O, evinə mağazadan ərzaqlar aldığından Pərvizdən xahiş etmişdir ki, həmin ərzaqları evinə verdikən sonra onu dediyi ünvana aparsın. Pərviz də razılaşmışdır. O, avtomobilini idarə edərək yaşadığı Qazax şəhəri, Bakı küçəsində yerləşən ev 1A nömrəli çoxmənzilli binanın qarşısına getmişdir. Avtomobili yaşadığı evin yerləşdiyi blokun qarşısında saxlamışdır. O, ərzaqları götürüb evinə qalxmış, Pərviz isə avtomobildən düşüb siqaret çəkməyə başlamışdır. O, evə getdikdən sonra binanın həyətində səs-küy eşitmiş və tez binanın həyətinə düşmüşdür. Həmin vaxt görmüşdür ki, mülki geyimdə olan dörd nəfər şəxs Pərvizin hər iki qolundan tutub saxlayıblar. Onlar Pərvizi ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin arxa oturacağına əyləşdirmiş, iki nəfər şəxs onun yanında əyləşmiş, bir nəfər qabaq sərnişin oturacağında əyləşmiş, bir nəfər şəxs isə avtomobili idarə etmişdir. Bundan sonra həmin avtomobil binanın həyətindən uzaqlaşmışdır. Şahid5 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Pərvizi saxlayan həmin şəxslərin Pərvizi döymələrinin və ya ona xəsarətlər yetirmələrinin, həmçinin həmin şəxslərin Pərvizi onun yaşadığı binanın hansısa mərtəbəsinə aparmalarının və ya onun evinə gətirmələrinin şahidi olmamışdır. O, həmin vaxt orada olmadığından, evində olduğundan orada ümumiyyətlə nə baş verdiyini bilməmişdir. Eyni zamanda onu da bildirir ki, o, Təqsirləndirilən şəxs öz avtomobilində apararkən və avtomobildən düşüb evinə gedərkən Pərvizin üz nahiyyəsində və üzərində hər hansı xəsarətlərin olduğunu görməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış 19 may 2022-ci il tarixli raportdan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur (iş vərəqə: cild İ, səh.4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 may 2022-ci il tarixli həmin əməliyyat müvəkkili tərəfindən yazılmış raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 23:00-da Qazax şəhəri, H.Əliyev prospektində yaşadığı evin qarşısında saxlanılmış və Qazax Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.3). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan həmin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 17 may 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin aludəçisi olduğundan, eləcə də narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olduğundan əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir (iş vərəqə: cild İ, səh.5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Polis X6 təhqiqatçısı X7 tərəfindən tərtib olunmuş “Şəxsi axtarış və götürmə haqqında” 20 may 2022-ci il tarixli protokoldan, həmçinin 26 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, həmin protokol iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması məqsədilə polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs iştirakları ilə Qazax Rayon Polis Şöbəsinin inzibati binasında 19 may 2022-ci il saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddətdə tərtib olunmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd sarı rəngli sellofan bükümün içində ayrı-ayrı bükümlərdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlələrin olması müəyyən edilmiş, həmin bükümlər çəkilmiş, götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan daha sonra görünür ki, Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan “kokos” olduğunu, Bakı şəhərində tanımadığı İran vətəndaşından aldığını bildirmişdir (iş vərəqə: cild İ, səh.25-27, 80-81). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli, 16/597 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyinə bükülmüş 19 (on doqquz) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 27,085 qram, 0,374 qram, 0,385 qram, 0,382 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0, 391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram ümumi təmiz çəkisi 34,067 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlindən götürülmüş dırnaq qaşıntısı...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sağ rəngli pambıq kəsiyi üzərində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sol əlindən götürülmüş dırnaq qaşıntısı...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sağ rəngli pambıq kəsiyi üzərində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvar...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli şalvarın sağ yan cibində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Təqdim olunmuş qara rəngli şalvarın digər ciblərində isə narkotik vasitələrə məxsus izlər aşkar edilmədi. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.41-43). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 1143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 iyul 2022-ci il tarixli, 447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir (iş vərəqə: cild İ, səh.137-138). Cinayət işinin materiallarına əlavə edilmiş 15 avqust 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində "xxxx" MMC-dən əldə olunmuş 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan **********17 saylı nömrə ilə digər nömrələr arasında qısa mesaj mətnlərinin olması aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.159-160). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 sentyabr 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxsla Qazax Rayon Polis Şöbəsinin polis əməkdaşları arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs həmin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını, ona xəsarətlər yetirilməsini və həmin narkotik vasitələrin ona məxsus olmamasını, həmin polis əməkdaşlarının onu döymələri, fiziki və psixi təzyiqləri nəticəsində etirafedici ifadələr verdiyini hər dəfə həmin polis əməkdaşlarının üzünə qarşı demişdir (iş vərəqə: cild İ, səh.239-248, cild 2, səh.1-17). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qazax Rayon Polis Şöbəsindən daxil olmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 17 may 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasından imtina edilmişdir (iş vərəqə: cild İ, səh.90). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 may 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə protokol”dan və 21 may 2022-ci il tarixli Qazax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 may 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.12, 70-72). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.167). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 34,067 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlama cinayətini törətməkdə təqsirliliyi, həmçinin onun üzərindən ümumiyyətlə narkotik vasitənin aşkar edilməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi qənaətinə gəlməsinə səbəb olan təqsirliliyinin sübuta yetirilməməsinə dair müəyyən etdiyi əsasları, həmçinin məhkəməyədək icraat zamanı yol verilmiş kobud qanun pozuntularını və hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması üçün müəyyən etdiyi əsasları şərh etməmişdən öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o, hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq-hüquqi aktlarda (xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən CPM-də daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən qanunlarda və beynalxalq-hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğun hazırki cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutları işin faktiki hallarına uyğun qiymətləndirərək, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları pozulmuş, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuşdur. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmasının əsası kimi, ümumi təmiz çəkisi 34,067 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək təmiz çəkisi 27,085 qram təşkil edən hissəsini 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə qablaşdırıb 1 ədəd göy rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq, ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,385 qram, 0,392 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0,391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram qram təşkil edən hissəsini 17 ədəd şəffaf rəngli və 1 ədəd göy rəngli polietilen kəsiyi bükümündə qablaşdıraraq 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq 1 ədəd sarı rəngli polietilen kəsiyinə büküb əynində olan qara rəngli şalvarın sol yan cibində saxlaması, 19 may 2022-ci il tarixdə saat 23:00da Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək və 19 may 2022-ci il saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən yuxarıda göstərilən çəkidə narkotik vasitə aşkar olunaraq götürülməsi göstərilmişdir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, belə nəticəyə gəlir ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu və digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi, yəni onun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlama cinayət əməlini törətməsi, həmçinin onun üzərindən ümumiyyətlə narkotik vasitənin aşkar edilməsi hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktında onun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edib saxlama cinayətini törətməsi ilə bağlı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi, onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatının olmasına, şəxsi axtarış və götürmə aparılması haqqında tərtib еdilmiş prоtоkоla, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın əvvəlində şübhəli və daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən qismən özünü təqsirli bilməsi barədə verdiyi ifadələrinə, habelə şahidlər – Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, post-patrul xidməti bölüyünün komandir müavini Şahid2, əməliyyat-rabitə qrupunun kiçik inspektoru Şahid3, post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ifadələrinə, “diskə baxış keçirilməsi haqqında” protokola, həmçinin ekspertiza rəylərinə istinad edilmişdir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qazax Rayon Polis Şöbəsində 20 may 2022-ci il tariхdə şəxsi axtarış və götürmə aparılarkən videogörüntü altında izahat vermiş, sonra həmin tarixdə şübhəli şəхs qismində dindirilmiş, həmçinin Qazax Rayon Polis X12 Yerinin istintaq otağında 21 may 2022-ci il tariхdə təqsirləndirilən şəxs qismində dindirilmiş və qeyd edilən hallarda Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona aid olmasını bildirmişdir, daha sonra 23 avqust 2022-ci il tarixdə o, təkrarən təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs Qazax Rayon Polis Şöbəsinin onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıqlara məruz qaldığını, həmin təzyiqlərə dözməyərək ilkin araşdırma zamanı etirafedici ifadələr verməsini göstərmiş və aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmamasını bildirmişdir, bundan sonra Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak edən Qazax Rayon Polis Şöbəsinin həmin polis əməkdaşları ilə üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı Təqsirləndirilən şəxs həmin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasını, ona xəsarətlər yetirilməsini və həmin narkotik vasitələrin ona məxsus olmamasını, həmin polis əməkdaşlarının onu döymələri, fiziki və psixi təzyiqləri nəticəsində etirafedici ifadələr verdiyini hər dəfə həmin polis əməkdaşlarının üzünə qarşı demiş, eləcə də 03 sentyabr 2022-ci il tarixdə də Təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin ifadəsində də həmin polis əməkdaşları tərəfindən döyüldüyünü, qeyri-insani rəftara məruz qaldığını, aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmamasına dair verdiyi ifadələrini bir daha təsdiq etmiş, həmin protokolu, həmçinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda da qeyd etdiyi məruz qaldığı zorakılıq hallarını qeyd etməklə həmin sənədləri imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da həmin ifadələrini təsdiq edərək Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qazax Rayon Polis Şöbəsində fiziki zorakılığa məruz qaldığını, ona xəsarətlər yetirildiyini, ona edilən fiziki zorakılıq və təzyiqlər nəticəsində ilkin araşdırma zamanı məcburiyyət qarşısında etirafedici ifadələr verdiyini bildirmiş, sonra isə o, həm Qazax rayon Polis X12 Yerinə, həm də Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunaraq tibbi müayinədən keçərkən həmin polis əməkdaşlarının ona yetirdiyi xəsarətlərin aşkar edildiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərini cinayət işinin materialları ilə müqayisəli şəkildə tədqiq edərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Qazax rayon Polis Şöbəsində aparılan ibtidai araşdırma zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi barədə ifadəsinin dəlilləri, habelə onun polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qarşı tətbiq edilmiş təzyiqlər barədə ifadəsində göstərdikləri, aparılmış əməliyyat-axtarış tədbirləri və təhqiqat zamanı kobud qanun pozuntularına yol verilməsi halları cinayət işinin ibtidai istintaqını aparan orqan tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi və onun həmin cinayətin törədilməsində təqsirliliyinin olmasına dair gəldiyi qənaəti əsassız olmuşdur. Məhkəmə, sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edərək, məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə gətirdiyi dəlilləri, əməliyyataxtarış tədbirlərinin keçirilməsi zamanı və ibtidai istintaqın aparılmasında yol verilmiş kobud qanun pozuntularını, şahid ifadələrinin başqa sübutlarla təsdiq olunubolunmamasını araşdıraraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmaması qənaətinə gəlmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 may 2022ci il tarixdə Qazax şəhəri, Bakı küçəsində yerləşən “Göy bina” adlanan çoxmənzilli yaşayış binasının qarşısında Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, avtomobilə əyləşdirilərək həmin polis əməkdaşları tərəfindən döyülüb, qeyri-insani rəftara məruz qalmış, sonra Qazax rayon Polis Şöbəsində kobud prosessual pozuntulara yol verilməklə X25 Əhmədovun üstünə videogörüntü ilə güya şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs döyülüb xəsarətlər yetirilməklə ona qarşı fiziki təzyiqlər göstərilmiş, o, polis əməkdaşları tərəfindən fiziki, psixi təzyiqlərə və qeyri-insani rəftara məruz qalmış, daha sonra isə onun əynində olan qara rəngli şalvarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,385 qram, 0,392 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0,391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram təşkil edən, ümumi təmiz çəkisi 34,067 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, cinayət işinin materiallarına əsasən Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı əsasında saxlayaraq polis şöbəsinə gətirmişlər. Cinayət işinin məhkəmə istintaqı zamanı Qazax Rayon Polis Şöbəsinə qeyd edilən əməliyyat-axtarış tədbirləri ilə bağlı əməliyyat-qeydiyyat işinin araşdırılmasından ötrü məhkəməyə göndərilməsinə dair sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq Qazax Rayon Polis Şöbəsinin 19 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş həmin əməliyyat məlumatının yoxlanması üçün sonuncunun saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilməsi və üzərində şəxsi axtarış aparılması kimi adi təhqiqat üsulu kifayət etdiyindən onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır (cinayət işinin materialları). Məhkəmə kollegiyası göstərilən xüsusatla bağlı qeyd edir ki, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin Qanunun 15-ci maddəsinin İİİ və İV hissələrində göstərilmişdir ki, əməliyyataxtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır. Həmin Qanunun 16-ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin maddənin Vİİ hissəsinə əsasən hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Hazırkı iş üzrə isə əməliyyat-qeydiyyat işinin və Təqsirləndirilən şəxs barəsində polisə hər hansı əməliyyat məlumatının daxil olması barədə məlumatın istintaq orqanı tərəfindən işə baxan məhkəməyə təqdim edilə bilməməsi, ümumiyyətlə belə məlumatların mövcud olmamasına dəlalət edir. Qeyd olunmalıdır ki, məhkəmə təqsirləndirilən şəхsin təqsirinin sübut olunmasında əməliyyat-aхtarış tədbirləri nəticəsində əldə еdilmiş materiallardan istifadə еdə bilər. Ancaq Azərbaycan Rеspublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilir ki, əməliyyat-aхtarış fəaliyyəti nəticəsində əldə еdilmiş matеriallar “Əməliyyat-aхtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim еdildikdə və yoхlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul еdilə bilər. Hazırkı cinayət işində əməliyyat-aхtarış tədbirləri nəticəsində əldə еdilmiş məlumatın mənbəyi müəyyən edilmədiyindən və Cinayət-Prosessual Məcəllənin tələblərinə cavab vеrmədiyi üçün sübut kimi qəbul oluna bilməz. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılmasına, sonra isə barəsində 19 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmasına dair qərar qəbul olunaraq həmin tarixdə tutulmasına əsas onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olması haqqında daxil olmuş əməliyyat məlumatı olmuşdur. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs barəsində qeyd edilən məzmunda daxil olmuş “əməliyyat məlumatı”nın yalnız cinayət işinin materiallarında olan Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 raportunda formal olaraq göstəriləndən başqa, heç bir əsası olmayan, heç bir qeydiyyatı aparılmayan, hər hansı mənbəyi olmayan, yalnız bir nəfər əməliyyat müvəkkilinin haradan hansı şəkildə əldə edilməsi bilinməyən fərziyyəsindən ibarət olması və heç bir təsdiqini tapmayan, uydurma məlumat əsasında şəxsin saxlanılması Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulması ilə və şəxsin ən təbii hüququ olan azadlıq hüququnun pozularaq təqsirləndirilən şəxsin əsassız olaraq tutulub həbs edilməsi ilə nəticələnmişdir. Məhkəmənin mövqeyinə görə, istintaq orqanı tərəfindən ittihamın təsdiq olunması üçün açıqladığı, lakin müdafiə tərəfi üçün məxfi olması səbəbindən açıqlanmasının mümkün olmaması və yaxud “əməliyyat məlumatı”nın (əgər belə məlumat mövcuddursa) və onun nəticələrinin əks olunmalı olduğu əməliyyat-qeydiyyat işinin məhkəməyə təqdim olunmasının mümkün olmaması barədə göstərilənlər, həmin məlumatların mövcudluğunu şübhə altına alır və həmin məlumatların mötəbər sübut kimi qəbul edilməsi tərəflər arasında mövcud olan çəkişmə prinsipinə ziddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə, hər bir tərəf məhkəmədə təmsil olunur, hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir və sair. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X1 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin d hissəsinə əsasən isə cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Rou və Devis Krallığa qarşı” məhkəmə işi üzrə 16 fevral 2000-ci il tarixli qərarında xatırlatmışdır ki, işə aid sübutların araşdırılması hüququ mütləq hüquq deyil və bunun əleyhinə dəlalət edən maraqlar, məsələn, şahidlərin müdafiəsi və cinayətin istintaqında polisin tətbiq etdiyi metodların məxfi saxlanması kimi məqamlar mövcud ola bilər. Lakin müdafiə tərəfinin hüquqlarının məhdudlaşdırılmasına 6-cı maddə əsasında yol verilən yeganə tədbirlər ciddi zərurətdən irəli gələn tədbirlərdir. Məhkəmə qərara almışdır ki, ittiham tərəfinin məxfi saxlanılan informasiyanı mühüm informasiya kimi qiymətləndirməsi tərəflərin bərabərliyi və məhkəmə araşdırmasının tərəflərinin çəkişmə prinsipinə uyğun deyil. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib 20 may 2022-ci il tariхdə şəxsi axtarış və götürmə aparılarkən izahat, həmçinin 20 may 2022ci il tarixdə şübhəli şəхs qismində, 21 may 2022-ci il tariхdə təqsirləndirilən şəхs qismində dindirilərkən təzyiq altında özünə qarşı ifadələr vermiş, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı həkim və tibbi ekspert tərəfindən müayinə edilərək, aldığı xəsarətlər qeyd edilmiş, Qazax Rayon Prokurorluğunda bununla bağlı araşdırma aparılsa da, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs ona ibtidai araşdırma zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi barədə həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrində göstərilənləri yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs barəsində olan 756 saylı şəxsi işi və 3091/2022 saylı Tibb kitabçası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından tələb edilərək götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 756 saylı şəxsi işin materiallarında olan xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya gətirilib qəbul olunarkən sağ gözün altında, sağ çiyində, bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançır aşkar edilmişdir. Həmin xəsarəti həbs zamanı almışdır. 756 saylı şəxsi işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xüsusi məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2 saylı İstintaq Təcridxanasına təhvil verilən Təqsirləndirilən şəxs təcridxananın həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman onun sağ gözünün altında, sağ çiynində, sağ bazu nahiyədə, sağ böyrəyin üst nahiyəsində, sağ sağrıda qançır izləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri xx.xx.2022-ci il tarixdə Qazax rayonunda Qazax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını bildirmişdir. 756 saylı şəxsi işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Asif Quliyev tərəfindən 2762 saylı, xx.xx.2022-ci il tarixli Qazax rayon prokuroruna ünvanlanmış məlumatından və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2 saylı İstintaq Təcridxanasına təhvil verilən Təqsirləndirilən şəxs təcridxananın həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman onun sağ gözünün altında, sağ çiynində, sağ bazu nahiyədə, sağ böyrəyin üst nahiyəsində, sağ sağrıda qançır izləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri xx.xx.2022-ci il tarixdə Qazax rayonunda Qazax Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını bildirmişdir. 756 saylı şəxsi işin materiallarında olan Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Asif Quliyevə verdiyi izahatından görünür ki, o, 23 may 2022-ci il tarixdə Qazax Rayon Polis X12 Yerinin əməkdaşları tərəfindən 2 saylı İstintaq Təcridxanasına gətirilmiş, təcridxananın həkimi tərəfindən tibbi müayinədən keçirilən zaman üzərində xəsarətlər aşkar olunmuşdur. O, həmin xəsarətləri Qazax Rayon Polis Şöbəsinin polis əməkdaşları onu saxlayan zaman almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 17/39202 saylı Tibb kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri”ni əks etdirən 13-cü qrafasında “sağ gözün altında, sağ çiyində, bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda çəhrayı qançır aşkar edilmişdir. Deməsinə görə həmin xəsarətləri xx.xx.2022-ci il tarixdə Qazax Rayon Polis Şöbəsində almışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Asif Quliyevin xx/xx- 2762 saylı, xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Təqsirləndirilən şəxs barəsində Qazax Rayon Prokurorluğunda toplanmış 32-C-22 nömrəli araşdırma materialı Gəncə Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında əldə edilib məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, həmin material üzrə Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X11 tərəfindən araşdırma aparılaraq 28 iyun 2022-ci il tarixdə toplanmış həmin müraciət əsasında “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin araşdırma materialından görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə axşam saat 11 radələrində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayonu, Bakı küçəsində, “Göy bina” deyilən yaşayış binasının qarşısında tanımadığı üç nəfər polis əməkdaşı onu tutaraq Qazax Rayon Polis Şöbəsinə gətirmişlər. Daha sonra onu ikinci mərtəbədəki otağa qaldırmışlar. Otaqda təxminən 10 nəfərə yaxın polis əməkdaşı olmuşdur. Onlar Təqsirləndirilən şəxs 1 ədəd sarı rəngli sellofan bükümü göstərərək onun üzərindən çıxdığına dair etirafedici izahat verməyini tələb etmişlər. O, həmin bükümün ona məxsus olmadığını və onun üzərində saxlanılan zaman buna oxşar heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra tanımadığım üç nəfər polis əməkdaşı dəyənəklə ilə onu döyməyə başlamışlar. Onlar demək olar ki, bədəninin bütün nahiyələrinə zərbələr endirərək həmin sarı rəngli bükümün onun üzərindən çıxdığını boynuna almağını tələb etmişlər. Bundan sonra polis əməkdaşları ona əgər həmin bükümün onun üzərindən çıxdığını boynuna almadığı təqdirdə hal şahidlərinin iştirakı ilə evinə gələrək çəkiliş aparacaqlarını və oradan narkotik maddə çıxardacaqlarını deyərək şantaj etməyə başlamışlar. O, tətbiq edilən psixi və fiziki zorakılıqlara dözməyərək həmin bükümün onun üzərindən çıxdığını etiraf etməli olmuşdur. Onların dedikərini boynuna aldıqdan sonra onu Qazax Rayon Polis X12 Yerinə gətirmişlər. X18 daxil olarkən o, tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı Qazax Rayon Polis Şöbəsində polis əməkdaşlarının ona yetirdikləri müxtəlif bədən xəsarətləri aşkar olunduğundan həmin vaxt bununla bağlı akt tərtib olunmuşdur. Bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Qazax Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Növbəti gün isə polis əməkdaşları onu Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına aparmışlar. Təcridxanaya daxil olarkən növbəti dəfə tibbi müayinədən keçirilmiş və bədənində həmin xəsarətlərin olduğu bir daha təsdiq olunmuşdur. 32-C-22 nömrəli araşdırma materialında olan Qazax Rayon Polis Şöbəsinin rəisinin Qazax rayon prokuroruna ünvanladığı Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı tərtib edilmiş 20 may 2022-ci il tarixli aktdan görünür ki, Qazax Rayon Polis X12 Yerinin rəisi vəzifəsini müvəqqəti icra edən X14, X17 növbətçi polis nəfəri X8, X17 postaçı polis nəfərləri X5 və X2 iştirakı ilə tərtib edilmiş aktda göstərilmişdir ki, Əhmədov X13 Saxlama Yerinə qəbul olunan zaman bədənində qançırlar aşkar edilmişdir. 32-C-22 nömrəli araşdırma materialında olan və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmasından 15 gün sonra keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X29 03 iyun 2022-ci il tarixli, 160 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olan məlumatları nəzərə alaraq ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir gözlə görünən xəsarət və xəsarət izləri aşkar edilmədi. Azərbaycan Respublikası Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olarkən həkim tərəfindən müayinəsi zamanı sağ gözünün altında, sağ çiynində, sağ bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən müddətə uyğun gəlir (yəni, 19 may 2022-ci il tarixə) və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bununla yanaşı, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında saxlanılan 756 saylı şəxsi işinə baxış keçirilərkən, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 28 iyun 2022-ci il tarixli qərarın Təqsirləndirilən şəxs ümumiyyətlə göndərilmədiyi müəyyən edilmişdir. Belə ki, 32-C-22 nömrəli araşdırma materialına Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X11 tərəfindən 28 iyun 2022-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına göndərilməsi barədə həmin tarixli məktub əlavə edilsə də, materialda qəbul edilmiş qərarın Təqsirləndirilən şəxs təqdim edilməsi barədə hər hansı sübut yoxdur. Məhkəmə kollegiyası tərəfindən 756 saylı şəxsi işin materiallarına baxış keçirilərkən Qazax rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X11 tərəfindən 28 iyun 2022-ci il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olması və ona təqdim edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surəti Təqsirləndirilən şəxs təqdim edilməmiş, bununla da qəbul edilmiş qərardan Təqsirləndirilən şəxs məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ pozularaq, həmin qərarı əldə etmədiyindən şikayət verməsi də mümkün olmamışdır. Məhkəmə yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən və Qazax Rayon Polis Şöbəsinə aparılarkən tam sağlam olmuş, sonradan 19 may 2022-ci il tarixdə Qazax Rayon Polis X12 Yerinə gətirilərkən bədənində aşkar edilmiş qançırlar, 23 may 2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən onda aşkar edilmiş sağ gözünün altında, sağ çiynində, sağ bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırlardan ibarət xəsarətləri, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X29 03 iyun 2022-ci il tarixli, 160 saylı canlı şəxsin ekspert rəyində qeyd olunmuş həmin xəsarətləri 19 may 2022-ci il tarixdə Qazax Rayon Polis Şöbəsində alması tam təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin xəsarətlərin məhz Qazax Rayon X27 Əhmədovun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən törədilməsi təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı və ibtidai istintaqın sonrakı mərhələsində verdiyi və cinayət işinin materialları ilə də təsdiqini tapdığı ifadələri ilə, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxsla onun saxlanılmasında iştirak edən polis əməkdaşları arasında keçirilmiş “üzləşdirmə istintaq hərəkəti barədə” protokollarda təqsirləndirilən şəxsin verdiyi və iş materialları ilə təsdiqini tapdığı ifadələri ilə, əlavə şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs sonuncu dəfə öz avtomobilində apararkən və avtomobildən düşüb evinə gedərkən Pərvizin üz nahiyyəsində və üzərində hər hansı xəsarətlərin olmadığını təsdiq etməsinə dair verdiyi ifadəsi ilə, Qazax rayon X27 Əhmədovun saxlanılmasında iştirak edən polis əməkdaşlarının özlərinin də Təqsirləndirilən şəxs saxladıqları vaxt onda heç bir xəsarətlərin olmamasına dair ifadələri ilə, bundan başqa Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs bədəni üzərində 2 saylı İstintaq Təcridxanasına daxil olarkən həkim tərəfindən müayinəsi zamanı aşkar edilmiş sağ gözünün altında, sağ çiynində, sağ bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırlar kimi xəsarətlərin törənmə müddətlərinin 19 may 2022-ci il tarixə, yəni Təqsirləndirilən şəxs tutulduğu tarixə uyğun gəlməsinə dair rəyi ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş bütün materialları ilə sübuta yetirilir. Qeyd edilən hallar isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Qazax Rayon Polis Şöbəsində 20 may 2022-ci il tariхdə videogörüntü altında şəxsi axtarış və götürmə aparılarkən və izahat verərkən, həmin tarixdə şübhəli şəхs qismində dindirilərkən, həmçinin 21 may 2022-ci il tariхdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində özünü ittiham üzrə qismən təqsirli bilib aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsi, öz istifadəsi üçün əldə etdiyi, onların satışı ilə məşğul olmadığını bildirməsi zamanı, Təqsirləndirilən şəxs özünə qarşı alınmış ifadələrinin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs həmin ifadələri, 20 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, 26 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokol Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud əyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Qeyd olunmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Həmçinin qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Qeyd edilən Qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi X1 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X9 Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, “şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür”. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il), “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Həmçinin Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” iş üzrə qərarında (11 iyul 2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Məhkəmə kollеgiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində özünə qarşı vеrdiyi еtirafеdici ifadələrinə bir daha münasibət bildirərək qеyd еdir ki, Cinayət- Prosеssual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 avqust 2022-ci il tarixdə təkrarən təqsirləndirilən şəxs qismində dindirilərkən və 03 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş ittihama dair inkaredici ifadələri, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun ifadələr olduğuna görə inandırıcı və mötəbər sübutlar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tariхli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur (bеlə bir mövqе “Con Mürrеyin işi” üzrə qərarda da əks olunub). Məhkəmə hеsab еdir ki, təqsirləndirilən şəхsin ibtidai araşdırmanın ilkin mərhələsində еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı aparılmış məhkəmə istintaqı zamanı işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Qazax Rayon Polis Şöbəsinə 19 may 2022-ci il tarixdə gətirilərək ona polis əməkdaşları tərəfindən zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi yolu ilə özünə qarşı ifadələrinin alınması ilə bağlı hadisənin məhz yuxarıda təsvir olunan qaydada cərəyan etməsi kifayət qədər şübhəli “sübutlar”dan ibarət olan cinayət işinin materialları ilə, o cümlədən aşağıdakı sübutlarla da tam təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar 17 may 2022-ci il tarixdə qəbul olunmuşdur, lakin cinayət işinin materiallarına əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması barədə və onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün yazılmış raport, həmçinin Təqsirləndirilən şəxs saxlanılmasına dair raport isə 19 may 2022-ci il tarixdə yazılmışdır. Qeyd edilən bu hal, yəni Təqsirləndirilən şəxs barəsində həmin “əməliyyat məlumatı”nın 19 may 2022-ci il tarixdə daxil olduğu halda, artıq öncədən 17 may 2022-ci il tarixdə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qəbul edilməsi bir daha onu təsdiq edir ki, təqsirləndirilən şəxsin barəsində hər hansı əməliyyat məlumatının olubolmamasından asılı olmayaraq, qanunvericiliyin tələbləri nəzərə alınmadan kobud şəkildə pozularaq artıq əvvəlcədən onun barəsində əməliyyat tədbirinin keçiriləcəyinin və digər prosessual hərəkətlərin aparılacağının qanunsuz olaraq planlaşdırıldığını təsdiq edir. Göstərilənlərlə yanaşı, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı yol verilmiş qeyd edilən kobud pozuntular və qanuniliyinin kifayət qədər şübhəli olmasına dəlalət edən hallar sırasında qeyd edilməlidir ki, Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 19 may 2022-ci il tarixli raportunda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Qazax şəhəri, H.Əliyev prospektində yaşadığı evin qarşısında saxlanıldığı göstərilsə də, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanıldığı müəyyən edilmişdir. Qeyd edilən həmin pozuntular da, yəni cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrlə bağlı hər hansı əməliyyat məlumatı daxil olmamışdan əvvəl “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarın qəbul edilməsi, daha sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirilərək saxlanıldıqdan sonra yazılmış raportda onun saxlanıldığı yerlə bağlı cinayət işinin materiallarına uyğun olmayan yerin göstərilməsi, Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri ilə bağlı cinayət işinin materiallarında həmin proseslərin keçirilməsi ardıcıllığının bir-birini tamamlamayan tarixlərinin olması, həmin tədbirlərdən sonra isə tərtib edilmiş raportda Təqsirləndirilən şəxs tamamilə fərqli yerdə saxlanıldığının göstərilməsi və qeyd edilən pozuntuların və ziddiyyətlərin məhkəmədə araşdırılmasından ötrü əməliyyat məlumatlarına dair əməliyyat-qeydiyyat işinin məhkəməyə təqdim edilməsinin mümkün olmaması Təqsirləndirilən şəxs barəsində belə məlumatların ümumiyyətlə mövcud olmadığını bir daha təsdiq etməklə, onun qanunvericiliyin tələblərinin kobud şəkildə pozularaq heç bir əsas olmadan tutulduğunu və azadlığının məhdudlaşdırılaraq onun ən təbii və ayrılmaz hüquqlarından məhrum edildiyini təsdiq edir. Məhkəmə eyni zamanda polis əməkdaşlarının həm ibtidai istintaqda, həm də məhkəmə baхışında vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Bеlə ki, qeyd olunduğu kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsinə dair ittiham elan edərkən onun polis şöbəsinə gətirilməsində və üzərinə şəxsi axtarış kеçirilməsində iştirak еtmiş polis əməkdaşları, şahidlər - Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, post-patrul xidməti bölüyünün komandir müavini Şahid2, əməliyyat-rabitə qrupunun kiçik inspektoru Şahid3, post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ifadələrinə əsaslanmışdır. Qеyd еdilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007ci il tariхli, X3rşı 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Aydın məsələdir ki, baхılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi, üzərində şəxsi axtarış kеçirilməsi və digər istintaq hərəkətlərinin aparılmasına dair şahid kimi ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs vеrilmiş ittihamın əsasını, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı, məhkəmə hеsab еdir ki, adları çəkilən polis əməkdaşları təhqiqat və istintaq aparan orqanda müхtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baхımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Həmçinin 34,067 qram narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs məxsus olması təsdiq edilmədiyindən həmin maddələrlə bağlı iş üzrə keçirilmiş ekspertiza rəylərinin də Təqsirləndirilən şəxs elan edilmiş ittihamın təsdiq edilməsində heç bir əhəmiyyəti qalmadığından həmin ekspertiza rəyləri də təbii ki, iş üzrə sübut növü kimi qəbul edilmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi ilə digər nömrələr arasında olan qısa mesaj mətnləri ilə əlaqədar qeyd edir ki, həmin məlumatların təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama, o cümələdən ittiham üzrə təqsirləndirilən şəxsdə göstərilən miqdarda narkotik vasitənin aşkar edilməsinə hər hansı aidiyyətinin olması təsdiq edilmədiyindən həmin məlumatlar da ittihamın əsasını təşkil edən sübut növü kimi qəbul edilmir. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İbtidai istintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamış və məhkəmə baxışı zamanı da bu cür sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitələrin ona məxsus olmaması barədə həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə də, aydın olur ki, cinayət işində Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlaması və bununla da Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (CPM-in 21.1-ci maddəsi). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (CPM-in 21.2-ci maddəsi). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21.3-cü madəsi). Məzmununa görə, yəni Cinayət-Prosessual Məcəlləsinin bəzi digər normaları, o cümlədən 138.2, 139.04, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı iş” üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı iş”ində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı iş”ində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplanmaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha hərtərəfli tədqiq edib həm onlara, həm də yuxarıda sadalanan qanun normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56- 59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 32,40 (otuz iki manat qırx qəpik) manat dövlət büdcəsinə aid edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, bundan başqa hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Qazax rayon polis Şöbəsində saxlanca verilmiş ümumilikdə 2 (iki) ədəd pambıq kəsiyi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli şalvar sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-ci maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs izah edilməlidir ki, barəsində bəraət hökmü çıxarıldığından onun pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qənaətinə gəldiyindən, yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq, 19 may 2022-ci il tarixdə saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Qazax rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd kağız zərfdə qablaşdırılmış 19 ədəd polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 26,985 qram, 0,354 qram, 0,365 qram, 0,372 qram, 0,378 qram, 0,338 qram, 0,370 qram, 0,355 qram, 0,330 qram, 0,366 qram, 0,38 qram, 0,383 qram, 0,371 qram, 0,360 qram, 0,375 qram, 0,348 qram, 0,395 qram, 0,381 qram, 0,401 qram, ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonra 33,607 qram təşkil edən narkotik vasitə olan heroinin kimə məxsus olması, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qazax rayon prokuroruna göndərilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 62.1, 346, 347, 348.3, 350, 352, 353, 356, 357.0.1, 358ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 32,40 (otuz iki manat qırx qəpik) manat dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, bundan başqa hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Qazax rayon polis Şöbəsində saxlanca verilmiş ümumilikdə 2 (iki) ədəd pambıq kəsiyi məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli şalvar sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq 19 may 2022-ci il tarixdə saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Qazax rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd kağız zərfdə qablaşdırılmış 19 ədəd polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 26,985 qram, 0,354 qram, 0,365 qram, 0,372 qram, 0,378 qram, 0,338 qram, 0,370 qram, 0,355 qram, 0,330 qram, 0,366 qram, 0,38 qram, 0,383 qram, 0,371 qram, 0,360 qram, 0,375 qram, 0,348 qram, 0,395 qram, 0,381 qram, 0,401 qram, ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonra 33,607 qram təşkil edən narkotik vasitə olan heroinin kimə məxsus olması, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qazax rayon prokuroruna göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə
Məhkəmə qərarları › İş №1(100)-93/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-93/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver