Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-93/2025 13.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, İclas katibi: X15, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X11, Zərərçəkmiş şəxsin hüquqi varisi X9 Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər və müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi7, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi6 və Müdafiəçi4 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyası Yaroslavl şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 3-cü döngə, ev 9 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələri, xx.xx.1998-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 221.2.1 və 228.4-cü maddələri, xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər şəhər sakini olmaqla, məcburi köçkün, Gəncə şəhəri, Natəvan qəsəbəsi, “Ruzi” kiçik müəssisəsində müvəqqəti məskunlaşmış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1 atası - Daşkəsən rayonunun Əmirvar kəndində müəllim işləyən X16 həmkarı olan Zərərçəkmiş şəxs almış olduğu pul borcuna görə sonuncular arasında yaranmış mübahisənin aydınlaşdırılması ilə əlaqədar 09 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı X7 ilə telefonla danışan zaman bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək təhqir etmələri ilə bağlı baş vermiş mübahisə ilə əlaqədar olaraq qabaqcadan razılaşmaqla tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birgə iştirakı ilə iki şəxsi, qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə 10 dekabr 2022-ci il saat 22 radələrində niyyətini həyata keçirmək üçün əvvəlcədən razılaşdığı qrup üzvü olan Təqsirləndirilən şəxs2la birlikdə Niyazi Bayramovun yaşadığı Göygöl rayonunun Üçtəpə kəndinə gedərək, orada Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** saylı mobil nömrədən Niyazi Bayramovun istifadəsində olan +994 70 ***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncu ilə əlaqə saxlayıb, niyyətlərini həyata keçirmək üçün onu görüşə çağırmalarına baxmayaraq, N.Bayramovun yaxın qohumlarının müdaxiləsi ilə sonuncunun onlarla görüşməkdən imtina etməsi nəticəsində cinayətkar niyyətlərini həyata keçirə bilməmiş, bundan sonra, 11 dekabr 2022-ci il tarixdə saat 19:42 dəqiqədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi **-DV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobil ilə Gəncə şəhəri, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb düşərək, X29, X7 və Zərərçəkmiş şəxs aralarında baş vermiş sözlü mübahisəyə müdaxilə edərək, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, şəxsi münasibətlər zəminində yaranmış mübahisəni avtomobil yolunu kəsərək nəqliyyatın hərəkətinə mane törətməklə ictimailəşdirib qeyd olunan tarixdə və saatda ictimai yer hesab edilən Gəncə şəhəri, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısında ətrafdakı insanları özünə cəlb etməklə həmin şəxslərə məhəl qoymayıb, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə müşayiət olunan hərəkətlər edib, Zərərçəkmiş şəxs və N.Bayramovu nalayiq söyüşlərlə söyməklə təhqir edib, eləcə də sonuncuların mənafeyinə toxunan hərəkətlər edərək, öz üstünlüyünü nümayiş etdirmək üçün ona və Təqsirləndirilən şəxs3 məxsus olmaqla üzərlərində olan məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə etdikləri bir tərəfi kəsici, ucu deşici kəsici deşçici alətləri (bıçaqlar)ı cinayətkar niyyətlərini həyata keçirmək üçün silah qismində istifadə edib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və N.Bayramovu zor tətbiq etməklə hədələmiş, bir qrup şəxs halında silah qismində istifadə edilən əşya(lar)ı nümayiş etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə qərəzli xuliqanlıq etmiş, cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, əvvəlcədən qərarlaşdırdıqları niyyətlərini Zərərçəkmiş şəxs və N.Bayramovu qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən öldürmək istəyini tam qətiləşdirərək, öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib arzu edərək, aralarındakı borc məsələsini sakit formada aydınlaşdırmaq əvəzinə, mübahisə yaradıb, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edərək, zərərçəkmiş şəxslərin üzərinə eyni vaxtda hücum edərək əvvəlcədən bir-birlərini tanıdıqlarına görə X27 Bayramovun yaxın qohumu olmaq etibarı ilə qardaşı olduğunu bilib, hər iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək, vahid niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs Niyazi Bayramovun qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edərək, arxa tərəfdən sonuncunun qollarından tutaraq müqavimətini qırmaqla, N.Bayramovun qəsdən həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib, bunu arzu etməklə, sonuncunun özünü müdafiə etmə imkanını aradan qaldırıb, eləcə də məhdudlaşdırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici bıçaqdan istifadə edib Niyazi Bayramova hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən alın nahiyəsinə bir ədəd, sol bazu nahiyəsinə üç ədəd, sol sağrı nahiyəsinə bir ədəd, hər iki bud nahiyəsinə bir ədəd yara, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən qarın nahiyəsinə iki ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri, eləcə də canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilməklə, dərəcəsi təyin edilməyən bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş sol diz nahiyəsinə sıyrıq xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs3 isə əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici bıçaqdan istifadə edib Niyazi Bayramova həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthinə bir ədəd xəsarət yetirib, bununla da, eyni anda bir neçə şəxs, yəni onun və digər qrup üzvülərinin iştirakı ilə X34.Zülfüqar Məmmədov adına Təcilli və X13 Xəstəxanasında ölümünə səbəb olan alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, hər iki bud nahiyələrinin çox saylı deşilmiş-kəsilmiş yaralar kompleksi ilə əmələ gələn kəskin və çoxlu qanitirmə ilə nəticələnən xəsarətlər yetirib, sonuncunu qəsdən həyatdan məhrum etməklə öldürmüş, həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, Niyazi Bayramovun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək, vahid niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edərək, sonuncunun arxadan bel nahiyyəsində tutub, müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırıb, eləcə də məhdudlaşdırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində götürdüyü bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun boyun nahiyəsinə iki ədəd, sol bazu nahiyəsinə iki ədəd, sol kürək nahiyəsinə iki ədəd xəsarət yetirmiş, Təqsirləndirilən şəxs3 isə əvvəlcədən üzərində götürdüyü həmin bıçaqdan silah qisməndə istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun döş qəfəsinin ön səthinə bir ədəd xəsarət yetirib, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi, eləcə də ətrafdakı insanların hadisəyə müdaxilə etmək üçün toplaşması, habelə, zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması ilə əlaqədar, yəni öz iradələrindən asılı olmayan səbəblərə görə bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş ictimai təhlükəli əməllərini özlərindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, beləliklə, o, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyanı nümayiş etməklə zor tətbiq etmə hədəsi ilə xuliqanlıq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmüş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 atası - Daşkəsən rayonunun Əmirvar kəndində müəllim işləyən X16 həmkarı olan Zərərçəkmiş şəxs almış olduğu pul borcuna görə sonuncular arasında yaranmış mübahisənin aydınlaşdırılması ilə əlaqədar Təqsirləndirilən şəxs1 09 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı X7 ilə ona məxsus telefonla danışan zaman bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək təhqir etmələri ilə bağlı baş vermiş mübahisə ilə əlaqədar olaraq qabaqcadan razılaşmaqla tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birgə iştirakı ilə iki şəxsi, yəni Zərərçəkmiş şəxs və Niyazi Bayramovu qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə 10 dekabr 2022-ci il saat 22 radələrində niyyətini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları qrup üzvü olan Təqsirləndirilən şəxs1la birlikdə Niyazi Bayramovun yaşadığı Göygöl rayonunun Üçtəpə kəndinə gedərək, orada öz istifadəsində olan +994 55 ***-**-** mobil nömrədən Niyazi Bayramovun istifadəsində olan +994 70 ***- **-** mobil nömrəyə zəng edərək sonuncu ilə əlaqə saxlayıb, niyyətlərini həyata keçirmək üçün onu görüşə dəvət etmələrinə baxmayaraq, N.Bayramovun yaxın qohumlarının müdaxiləsi ilə sonuncunun onlarla görüşməkdən imtina etməsi nəticəsində cinayətkar niyyətlərini həyata keçirə bilməmiş, bundan sonra, o, 11 dekabr 2022-ci il tarixdə saat 19:42 dəqiqədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özünün idarə etdiyi **-DV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobil ilə Gəncə şəhəri, X47 küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb düşərək, X29, X7 və Zərərçəkmiş şəxs aralarında baş vermiş sözlü mübahisəyə müdaxilə edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, şəxsi münasibətlər zəmnində yaranmış mübahisəni avtomobil yolunu kəsərək ictimai yer hesab edilən Gəncə şəhəri, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısında ətrafdakı insanları özünə cəlb etməklə həmin şəxslərə məhəl qoymayıb, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə müşayiət olunan hərəkətlər edib, Zərərçəkmiş şəxs və N.Bayramovu nalayiq söyüşlərlə söyməklə təhqir edib, eləcə də sonuncuların mənafeyinə toxunan hərəkətlər edərək, öz üstünlüyünü nümayiş etdirmək üçün bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məxsus olmaqla sonuncuların üzərlərində olan istintaqa məlum olmayan tarixdə və məlum olmayan tarixdə və mənbədən əldə etdikləri bir tərəfi kəsici, ucu deşici xassəli bıçaqları cinayətkar niyyətlərini həyata keçirmək üçün silah qismində istifadə edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və N.Bayramovu zor tətbiq etməklə hədələyib, əməli ilə bir qrup şəxs halında cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə xuliqanlıq etmiş, cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, əvvəlcədən qərarlaşdırdıqları niyyətlərini başa çatdırmaq, yəni Zərərçəkmiş şəxs və N.Bayramovu qəsdən öldürmək məqsədi ilə həmin gün saat 19:43 dəqiqədə Zərərçəkmiş şəxs və N.Bayramovu qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən öldürmək istəyini tam qətiləşdirərək, öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib arzu edərək, sonuncuları qəsdən öldürmək məqsədi ilə cinayət əməlini davam etdirib, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib həmin məsələni sakit formada aydınlaşdırmaq əvəzinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edərək, zərərçəkmiş şəxslərin üzərinə eyni vaxtda hücum edərək əvvəlcədən bir-birlərini tanıdıqlarına görə X27 Bayramovun yaxın qohumu olmaq etibarı ilə qardaşı olduğunu bilib, bir qrup şəxs halında iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək, vahid niyyətə uyğun olaraq, özü zərərçəkmiş şəxs Niyazi Bayramovun qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edərək, arxa tərəfdən sonuncunun qollarından tutaraq müqavimətini qırmaqla, N.Bayramovun qəsdən həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib, bunu arzu etməklə, sonuncunun özünü müdafiə etmə imkanını aradan qaldırmış, eləcə də məhdudlaşdırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici bıçaqdan istifadə edib Niyazi Bayramova hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən alın nahiyəsinə bir ədəd, sol bazu nahiyəsinə üç ədəd, sol sağrı nahiyəsinə bir ədəd, hər iki bud nahiyəsinə bir ədəd yara, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən qarın nahiyəsinə iki ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri, eləcə də canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilməklə, dərəcəsi təyin edilməyən bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş sol diz nahiyəsinə sıyrıq xəsarəti yetirmiş, eyni zamanda Təqsirləndirilən şəxs3 isə əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici bıçaqdan istifadə edib Niyazi Bayramova həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthinə bir ədəd xəsarət yetirərək X34.Zülfüqar Məmmədov adına Təcilli və X13 Xəstəxanasında ölümünə səbəb olan alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, hər iki bud nahiyələrinin çox saylı deşilmiş-kəsilmiş yaralar kompleksi ilə əmələ gələn kəskin və çoxlu qanitirmə ilə nəticələnən xəsarətlər yetirib, sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməklə öldürmüş, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, əvvəlcədən qərarlaşdırdıqları niyyətlərini tamamlamaq, yəni qardaşı Niyazi Bayramovun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edərək, özü sonuncunun arxadan bel nahiyyəsindən tutub, müqavimətini qırmaqla, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib, bunu arzu etməklə, sonuncunun özünü müdafiə etmə imkanını aradan qaldırmış, eləcə də məhdudlaşdırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində götürdüyü həmin bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun boyun nahiyəsinə iki ədəd, sol bazu nahiyəsinə iki ədəd, sol kürək nahiyəsinə iki ədəd xəsarət yetirmiş, eyni zamanda Təqsirləndirilən şəxs3 əvvəlcədən üzərində götürdüyü həmin bıçaqdan silah qisməndə istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun döş qəfəsinin ön səthinə bir ədəd xəsarət yetirib, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi, eləcə də ətrafdakı insanların hadisəyə müdaxilə etmək üçün toplaşması, habelə, zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması ilə əlaqədar, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş ictimai təhlükəli əməllərini özündən asılı olmayan səbəbdən başa çatdıra bilməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, beləliklə də, o, bir qrup şəxs halında zor tətbiq etmə hədəsi ilə xuliqanlıq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 atası - Daşkəsən rayonunun Əmirvar kəndində müəllim işləyən X16 həmkarı olan Zərərçəkmiş şəxs almış olduğu pul borcuna görə sonuncular arasında yaranmış mübahisənin aydınlaşdırılması ilə əlaqədar Təqsirləndirilən şəxs1 09 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı X7 ilə telefonla danışan zaman bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək təhqir etmələri ilə bağlı baş vermiş mübahisə ilə əlaqədar qabaqcadan razılaşmaqla tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə iştirakı ilə iki şəxsi, yəni Zərərçəkmiş şəxs və Niyazi Bayramovu qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə, o, 11 dekabr 2022-ci il tarixdə saat 19:42 dəqiqədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi **-DV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobil ilə Gəncə şəhəri, X47 küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb düşərək, X29, X7 və Zərərçəkmiş şəxs aralarında baş vermiş sözlü mübahisəyə müdaxilə edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, şəxsi münasibətlər zəmnində yaranmış mübahisəni avtomobil yolunu kəsərək nəqliyyatın hərəkətinə mane törətməklə ictimailəşdirib qeyd olunan tarixdə və saatda ictimai yer hesab edilən ticarət mərkəzinin qarşısında ətrafdakı insanları özünə cəlb etməklə həmin şəxslərə məhəl qoymayıb, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edib, Zərərçəkmiş şəxs və N.Bayramovu nalayiq söyüşlərlə söyməklə təhqir edib, eləcə də sonuncuların mənafeyinə toxunan hərəkətlər edərək, öz üstünlüyünü nümayiş etdirmək üçün ona və Təqsirləndirilən şəxs1 məxsus olmaqla üzərlərində olan məlum olmayan tarixdə və məlum olmayan mənbədən əldə etdikləri bir tərəfi kəsici, ucu deşici xassəli bıçaqları cinayətkar niyyətlərini həyata keçirmək üçün silah qismində istifadə edib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və N.Bayramovu zor tətbiq etməklə hədələmiş, əməli ilə bir qrup şəxs halında silah qismində istifadə edilən əşyanı nümayiş etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə xuliqanlıq etmiş, o, cinayət əməllərini davam etdirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, əvvəlcədən qərarlaşdırdıqları niyyətlərini başa çatdırmaq, yəni Zərərçəkmiş şəxs və N.Bayramovu qəsdən öldürmək məqsədi ilə öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib arzu edərək, sonuncuları qəsdən öldürmək məqsədi ilə cinayət əməlini davam etdirib, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib həmin məsələni sakit formada aydınlaşdırmaq əvəzinə, mübahisə yaradıb, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə çıxış edərək, zərərçəkmiş şəxslərin üzərinə eyni vaxtda hücum edərək əvvəlcədən bir-birlərini tanıdıqlarına görə X27 Bayramovun yaxın qohumu olmaq etibarı ilə qardaşı olduğunu bilib, bir qrup şəxs halında iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək, vahid niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs Niyazi Bayramovun qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edərək, arxa tərəfdən sonuncunun qollarından tutaraq müqavimətini qırmaqla, N.Bayramovun qəsdən həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib, bunu arzu etməklə, sonuncunun özünü müdafiə etmə imkanını aradan qaldırıb, eləcə də məhdudlaşdırıb, həmin vaxt Təqsirləndirilən şəxs1 əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici bıçaqdan istifadə edib Niyazi Bayramova hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən alın nahiyəsinə bir ədəd, sol bazu nahiyəsinə üç ədəd, sol sağrı nahiyəsinə bir ədəd, hər iki bud nahiyəsinə bir ədəd yara, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən qarın nahiyəsinə iki ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri, eləcə də canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilməklə, dərəcəsi təyin edilməyən bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş sol diz nahiyəsinə sıyrıq xəsarəti yetirib, eyni zamanda Təqsirləndirilən şəxs3 əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici bıçaqdan istifadə edib Niyazi Bayramova həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthinə bir ədəd xəsarət yetirib X34.Zülfüqar Məmmədov adına Təcilli və X13 Xəstəxanasında ölümünə səbəb olan alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, hər iki bud nahiyələrinin çox saylı deşilmiş-kəsilmiş yaralar kompleksi ilə əmələ gələn kəskin və çoxlu qanitirmə ilə nəticələnən xəsarətlər yetirib, sonuncunu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməklə öldürmüş, o, eyni zamanda, həmin ünvanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Niyazi Bayramovun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edərək, sonuncunun arxadan bel nahiyyəsində tutub, müqavimətini qırmaqla, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib, bunu arzu etməklə, sonuncunun özünü müdafiə etmə imkanını aradan qaldırıb, eləcə də məhdudlaşdırıb, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində götürdüyü həmin bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun boyun nahiyəsinə iki ədəd, sol bazu nahiyəsinə iki ədəd, sol kürək nahiyəsinə iki ədəd xəsarət yetirib, eyni zamanda Təqsirləndirilən şəxs3 əvvəlcədən üzərində götürdüyü həmin bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun döş qəfəsinin ön səthinə bir ədəd xəsarət yetirmiş, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi, eləcə də ətrafdakı insanların hadisəyə müdaxilə etmək üçün toplaşması, zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması ilə əlaqədar, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş ictimai təhlükəli əməllərini başa çatdıra bilməyib qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, beləliklə, o, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyanı nümayiş etməklə zor tətbiq etmə hədəsi ilə xuliqanlıq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan xüsusi amansızlıqla qəsdən adam öldürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə, saat 12:00-da Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” qərarın icrası ilə əlaqədar şübhəli şəxs kimi Gəncə şəhəri, N.Nərimanov küçəsi ilə, N.Gəncəvi küçəsinin kəsişməsində saxlanılan zaman Təqsirləndirilən şəxs3 üzərindən məlum olmayan tarixdə və məlum olmayan mənbədən əldə edib üzərində daşımaqla saxladığı və qanunsuz olaraq gəzdirdiyi tiyəsinin uzunluğu 145 mm, dəstəyinin uzunluğu 181 mm olmaqla ümumilikdə 326 mm olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 Elxan oğlu elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisə günü mən Muradla birlikdə “Avtozavod” qəsəbəsində kafelərin birində çay içmiş, həmin gün atası Əli ilə Kamalın görüçəcəyini bilməmişdir. Murad onu və yanlarında olan digər dostunu avtomobillə evə aparanda küçənin başında atasını Kamalgilin yanında görüb pul borcuna görə mübahisə olduğunu bildiyi üçün aralarında dava-dalaş ola biləcəyini düşünüb avtomobildən düşüb onlara tərəf getmiş, Murad və yanlarında olan tanışı Sabir atası ilə Kamal arasında olan pul mübahisəsini bilməmişdir. Avtomobildən düşəndə onlarla sağollaşıb getmələrini istəmiş, həmin vaxt heç birinin üzərində bıçaq olmamışdır. Ümumiyyətlə hadisə gününə qədər üzərində nə kəsici, nə də deşici silah olmamışdır. Atası ilə Kamalgilin yanına çatanda onların mübahisə etdiklərini görmüş, atası ona tərəf gəlib əli ilə məni itələyərək “Ayxan get burdan özüm həll edəcəm” demişdir. Bundan sonra daha çox narahat olmuş və nəsə ola biləcəyini fikriləşmişdir. Həmin vaxt Niyazi arxadan söyüş söymüş, bu vaxt atası paltosunun cibindən çıxardığı bıçaqla Niyazini vurmuşdur. Baş verənlərdən donub qalmış, nə baş verdiyini başa düşməmişdir. Atası Niyazini vurandan sonra Kamal avtomobildən silah çıxartmış, atası Kamala tərəf gedəndə Niyazi yaralı halda atama tərəf getmək istəmiş, bu zaman Niyaziyə yumruqla vurmuşdur ki, atasına xəsarət yetirə bilməsin. Niyaziyə başqa zərbə endirməmiş, birinci yumruqdan sonra Niyazi yerə yıxılmışdır. Həmin vaxt atası ilə Kamalın silahı dartışdırıb mübahisə etdiklərini görmüş, atası Kamala 1-2 bıçaq zərbəsi vurandan sonra Kamal silahdan atəş açmış, həmin güllə yerə dəyəndə atasın əlindən bıçaq yerə düşmüş, bıçağı götürüb silahı yerə qoysun deyə Kamala bıçaqla zərbələri endirmiş, lakin müqavimətinin qarşısını ala bilməmiş arada yumruqla da zərbələr vurmuşdur. Kamal ikinci dəfə atəş açanda isə güllə atasına dəymiş və yerə yıxılmışdır. Atasının başı üstündə duranda Kamal kürəyindən silahın qundağı ilə vurmuş, durub ona daha 1-2 dəfə də bıçaq zərbəsi vurmuşdur. X41 arxası ilə qaçmış, Murad da qorxmuşdur. Yenidən Kamalın arxasınca gedib ona bıçaq zərbələri endirmişdir. X42 avtomobilə minib getmiş, bir qədər sonra yenidən qayıtmış, atasını avtomobilə mindirib xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Murad və Sabir adlı şəxs hadisə yerində olsalar da, onlar Niyazi və Kamal qardaşlarına heçnə etməmişdir. Seymur isə ümumiyyətlə hadisə yerində olmamışdır. Niyaziyə o bıçaqla xəsarət yetirməmiş, bunu mərhum atası Əli etmişdir. Kamalı da əlində silah olduğuna görə özünü Muradı və atasını qorumaq üçün bıçaqla vurmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, hadisə günü təxminən saat 18 radələrində Ayxanla avtozavod qəsəbəsində yerləşən çayçıya çay içmək üçün getmiş, daha sonra isə atası ona zəng edərək evə gəlməli olduğunu demiş, Ayxana evdə gözlədiklərini deyəndə Ayxan onu da yol üstü yaşadığı ünvana aparmağı demiş, həmin vaxtı Ayxanın yanında bir nəfər dostu olmuş o da onu yaşadığı ünvana aparıb düşürməyi demişdir. Ayxangilin küçəsinin başına çatanda o, mənə maşını saxlamağı və atasıgilin orada olmasını demişdir. Ayxanın atasını tanımış, onlarla ailəvi dostluq münasibətləri olmuşdur. Birinci maşından Ayxan düşmüş, arxası ilə isə özü düşmüşdür. Yerə düşəndə əvvəllər tanımadığı bir nəfər şəxsin nalayiq ifadələr işlədərək əlində bıçaqla gəldiyini görmüşdür. Maşından düşmə səbəbi Ayxanın atası Əli ilə görüşmək olmuşdur. Arxaya dönəndə bir-birləri ilə dalaşdıqlarını görmüşdür. Bu zaman qaçaraq oradan uzaqlaşıb maşına tərəf getmiş və sakit hadisəni qıraqdan izləmişdir. Kamal “VAZ 21012” markalı avtomobilin arxa qapısını açaraq ov tüfəngi götürüb Ayxan və Əliyə tuşlamışdır. Bir dəfə atəş açmış, lakin Əli həmin silahdan tutaraq aşağı doğru çəkdiyindən atəş heç kimə dəyməmişdir. Kamal odlu silahdan yenidən atəş açmış, həmin atəş Əliyə dəymiş və sonuncu yerə yıxılmışdır. Kamal əlindəki odlu silahla Ayxanın belindən vurmuş, bundan sonra Kamal onun üzərinə gəlmiş, Ayxan həmin vaxt qaçıb onun yanına gələndə Ayxanın atası Əlinin meyitinin yanında dayanıb baxmışdır. Kamal ona da zərbə endirəndə Kamalı itələyərək qaçmış, oradan biraz uzaqlaşandan sonra maşınının hadisə yerində qaldığı yadıma düşdü və geri qayıtdım. Bu zaman artıq Ayxanın atası Əlinin rəhmətə getdiyini görmüş, Ayxanla birlikdə atası Əlini 3 nömrəli X43 xəstəxanasına aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ümumiyyətlə hadisə vaxtı heç kimə zərbə vurmamış, heç kimlə dalaşmamış, ancaq üstünə gələn Kamalı itələyib qaçmış, lakin sonuncu əlindəki tüfəngin qundağı ilə onu vurub qaçmışdır. Kamalın onu və qardaşı mərhum Niyazinin əllərindən, yaxud belindən tutaraq digərlərinə, yəni Ayxana və hazırki iş üzrə haqsız tutulan Seymura onu vurmaq üçün şərait yaratmasını deməsi isə ağ yalandır. Kamalın əlində tüfəng olmuşdur və ona görə də onun zərərçəkmişin əlindən tutması mümkün deyil. Niyaziyə isə ümumiyyətlə yaxın getməmişdir və mərhumun belindən tutması da mümkün deyil. Günahı olmadığı üçün məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 göstərdi ki, hadisədən bir gün əvvəl Ayxan və Muradla birlikdə çay içməyə getmiş, ordan çıxdıqdan sonra Murad məni yaşadığım ünvana aparmışdır. Daha sonra atası ilə “Mal bazarı” adlanan yerə getmiş, bazarlıqdan evə qayıtdıqdan sonra yatmış, yuxudan oyandıqdan sonra işi ilə əlaqədar Bakı şəhərinə gedəcəyi və pul lazım olduğu üçün Elşad adlı dostundan borca pul götürmək üçün “Avtozavod” adlanın əraziyə getmiş, orada Göygölün Hacıməlik adlı kəndinə gedən yolun üstündə Faiq adlı şəxsin çayxanasında əyləşib dostu Elşadın gəlməyini gözləmiş, bir qədər gözlədikdən sonra Elşadın istifadəsində olan mobil nömrə ilə əlaqə saxlasa da, o, zənglərinə cavab vermədiyi üçün Elşadın yaşadığı ünvana getsə də, Elşadgilin qapısını açan olmamışdır. Ona görə də sonradan Bakı şəhərinə çıxıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisə vaxtı ümumiyyətlə Ayxan və Muradın yanında olmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə onun sinəsinə bıçaq xəsarətini özünün yetirdiyini desə də, dedikləri yalandır. Üstündən aşkar edilən bıçağı isə marağı olduğu üçün alıb üstündə saxlamış, hadisədən xeyli müddət sonra polis əməkdaşları onu saxlayanda həmin bıçaq üzərində olmuşdur. Buna görə günahı varsa, cəzasını çəkməyə hazırdır, amma Kamalın qardaşı Niyazinin ölümünə, Kamalın özünün bıçaqlanmasına heç bir aidiyyəti yoxdur. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, “Kapital Bank”dan kredit götürən zaman Əli ona “1000 (min) manat da mənə ver, kreditimin vaxtı gələn aydan düzələcək bankdan kredit götürüb pulunu qaytarıb verəcəm” demiş, pulu götürüb Ə.Bayramova vermişdir. Münasibətləri yaxşı olmuş və Daşkəsən rayonu Əmirvar kənd Hafiz Qasımov adına tam orta məktəbdə birlikdə işləmiş, bir-birinə inamları olmuşdur. Özü həmin məktəbdə tarix müəllimi, Əli Bayramov isə ingilis dili müəllimi işləmişdir. Təxminən 3 il əvvəl pulu qaytarmadığı üçün “Əli müəllim, bəs nə oldu sənin bankdan pul götürməyin”” dedikdə “işim alınmadı, gələn aya qaldı...” demişdir. Üzərindən 2-3 ay keçdikdən sonra Əli Bayramovdan necə olmasını soruşduqda ona “mənim işim alınmır, sən ödənişini elə, axırıncı aylarını mən ödəyəcəm” demişdir. Əli Bayramovla razılaşmış hansı ayları kimin ödəyəcəyini öz aralarında bölüşmüşlər. Əli Bayramov 2022-ci il avqust ayında zəng edib “bu ayı mən ödəyəcəm kreditin vaxtı nə vaxtdı?” deyə soruşmuşdur. Əliyə avqust ayının 11-i kreditin vaxtı olduğunu demiş, aradan 2-3 gün sonra Əli yenə zəng edib ayın 16-sı ödəsəm olarmı deyə soruşmuşdur. Səbəb kimi isə oğlu Ayxanın dalaşdığını, xərclərinin çıxdığını bildirmişdir. Onunla razılaşmış, “5 (beş) gün gecikmə düşür adıma, amma olsun” demişdir. Avqust ayın 16-sı günü zəng eləyib “Əli müəllim, nə oldu? Krediti keçirdinmi?” deyə soruşanda Əli Bayramov “mənə pul göndərəcəklər, onunla bağlı 18-i keçirəcəm” demiş, 18-i günü zəng edəndə, ayın 22-nə qaldığını bildirdi və həmin ayın 22-si günü saat 17-ə kimi Əli Bayramov əlaqə saxlayıb pulu göndərdiklərini, banka ödəməyə getdiyini demiş, lakin həmin müddətdən sonra Əliyə zəng çatmamışdır. Evə gəldikdən sonra Əlinin arvadı ilə əlaqə saxlamış, bu zaman arvadı ona Əlinin evə gəlmədiyini bildirmiş, ərinin evə gəldiyindən əlaqə saxlamasını demişdir. Səhər tezdən yenidən Əlinin arvadı ilə əlaqə saxlayıb evə gəlib-gəlməməsini soruşduqda “yoxdur!” deyə cavab vermişdir. Əli krediti ödəmədiyi üçün heyvanların otunu satıb adına olan bank borcunu tam olaraq bağlamışdır. 2022-ci il oktyabr ayının əvvəli anası Ofelya Əlinin qaynanası və qaynatasına zəng edib “oğlum heyvanlarının otunu satıb krediti bağlayıb, ona deyin oğlumun pulunu qaytarsın” demişdir. Əlinin valideynləri isə pulu qaytaracaqlarını və cavabdeh olduqlarını bildirmişlər. Üzərindən bir müddət keçəndən sonra anası yenidən Əli Bayramovun qaynanasına zəng edən zaman o, qızının ərindən boşandığını və onları narahat etməməsini bildirmişdir. Ayxan yandan müdaxilə etmiş, telefonu nənəsinin əlindən alaraq anasına qarşı nalayiq ifadələr işlətmiş, qardaşı Niyazi də telefonu anasından götürərək Ayxana “bu nə danışıqdı danışırsan, qadınla sən!?” deyə cavab vermişdir. Ayxan qardaşı Niyaziyə də nalayiq ifadələr işlətmiş, qardaşı da öz növbəsində ona nalayiq ifadələr işlətmişdir. Qısa müddət sonra Niyazi ona zəng edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ondan əl çəkmədiklərini və ona tez-tez zəng etdiklərini deyəndə nömrələrini qara siyahıya atmasını demiş, Əli Bayramova zəng edib oğlunu sakitləşdirməsini və qardaşını narahat etməməsi üçün xəbərdarlıq etmişdir. Əli hadisə günü təxminən 14 radələrində ona zəng edərək pulun hazır olduğunu və görüşüb vermək istədiyi və bu söhbətin burada bağlanmasını demişdir. Ona yol pulu olmadığı nə ilə gələcəyini dedikdə “qardaşının maşını ilə gəl!” deyə cavab vermiş, Niyazi ilə birlikdə "xxxx"ın qarşısına gəlmiş, Əli Bayramovla əlaqə saxlayan zaman onlardan 50 metr arxada olduğunu bildirmişdir. Bir qədər sonra Əli yanlarına gəlmiş və qardaşı Niyaziyə “oğluma sənmi birinci söyüş söymüsən yoxsa o, söyübdür?” deyə sual vermişdir. Niyazi and içərək oğlu Ayxanın birinci ona nalayiq ifadələr işlətdiyini demişdir. Aralarındakı söhbəti aydınlaşdırdıqdan sonra Əliyə pulu qaytarmasını bildirəndə pulun özündə olmadığını kiminsə gətirdiyini və həmin adama zəng etdiyini dedi. Telefonu qulağına tutanda Əliyə onu aldatmamasını deyəndə and içərək pulun üzərində olmadığını demişdir. Pulu gətirən şəxsin 5-6 dəqiqəyə çatacağını bildirmiş, qısa müddət sonra yanlarında nəqiliyyat vasitəsi dayanmış, maşının içindən 3 nəfər şəxs düşmüşdür. Həmin şəxlər onlara tərəf gələndə onların Ayxan, Murad və Seymur olduqlarını görmüş, hər birinin əlində bıçaq olmuşdur . Əli Bayramov da onları görən zaman tez qabağa durub “neynəyirsiz siz!?” demiş özü də onlara bıçağı yığışdırmalarını aralarında olanları sözlə həll etməyi təklif etmişdir. Bu zaman Ayxan bıçaqla onları hədələyib “sizin varyoxuvuzu ....edəcəm demiş” həmin sözə cavab verəndə Seymur ürək-sinə nahiyyəsinə bıçaqla zərbə vurmuş, daha sonra Ayxanla Seymur ona və qardaşına bıçaqla zərbələr vurmuş Murad isə onu və qardaşını tutub saxlamışdır. Onların əlindən çıxıb özünü maşına çatdırmış, maşından silahı götürüb göyə atəş açıb qorxutmaq istəmişdir. Bir dəfə havaya silahın dolu olduğunu görmələri üçün atəş açmış, ikinci dəfə atəş açanda isə güllə Əli Bayramova dəymişdir. Daha sonra qardaşı Niyazini maşına qoyub xəstəxanaya aparmış, lakin yolda Niyazi huşunu itirmiş və maşın bardürə dəyib dayanmış, ətrafdakı şəxslər onları xəstənaya çatdırmış qardaşının ölməsini sonradan bilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, onlarla birlikdə hadisə yerinə maşında gələn və arxada əyləşən şəxsi tanımır. Kimliyini bilmir və həmin şəxsin bu hadisəyə heç bir aidiyyəti yoxdur. Onlar arasında davabaşlayanda həmin şəxs qaçıb getmişdir, sonradan onun necə olduğunu bilmir. Üçünün də əlində bıçaq olsa da, zərbələri Ayxanla Seymur vurmuş, Murad isə onu və qardaşını saxlamaqla onlara köməklik etmişdir. Seymurun adını sonradan bilmiş, zahiri əlamətlərinə görə tanımış, sinəsindən bıçaqla vuran Seymur olmuşdur. Onlara ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 göstərdi ki, X7 və Zərərçəkmiş şəxs onun övladlarıdır. Niyazi, sonuncunun ailəsi və o Göygöl rayonunun Üçtəpə kəndində ərinin bacısı Zöhrənin evində müvəqqəti qalmış, yayda yaşadıqları Daşkəsən rayonu, Əmirvar kəndində yaşamışlar. Zərərçəkmiş şəxs istifadəsində +994 70 ***-**-** mobil telefon nömrəsi, Niyazi Bayramovun istifadəsində isə +994 70 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Əli Bayramov onun əri İbrahimxəlil Bayramovun uzaq qohumudur. Əli Daşkəsən rayonu Əmirvar kəndində müəllim işləmiş münasibətləri ordan yaranmışdır. Bir neçə il əvvəl Əli oğlu Kamaldan borc qismində 1000 (min) manat pul istəyib almış, sonra isə həmin pulu verməkdən imtina etmişdir. 2022-ci il təxminən noyabr ayının əvvəli Əli qaynatası Elmar borcu qarşılığında bal arısı yeşikləri verəcəklərini demiş, borcu qaytarmadıqları üçün şərtləri qəbul etmişlər. Noyabr ayının əvvəli Göygöl rayonu, Üçtəpə kəndində olanda Əlinin qaynanası Nəzakətə zəng edib bal arılarını istəyəndə Nəzakət ona “ağlınız olardı, pulu verməzdiz. Ayxan dostları ilə adam bıçaqlayıb polisə düşmüşük, Əli burda yoxdu, vaxt verin, Əli ortaya çıxsın danışarıq” demiş, təxminən bir ay sonra dekabr ayının 9 ya 10-da saat 22 radələrində yenidən Nəzakətə zəng edib pulu nə vaxt verəcəklərini soruşanda sonuncunun nəvəsi, Ayxan telefonu nənəsindən alıb “bir də bu nömrəyə zəng etmə, silahım var, gəlib evdə sizi qıracam” demiş, Nəzakət telefonu götürüb “Sizi Əmirvardan da, yer üzündən də kökünüzü kəsəcəm” demişdir. Oğlu mərhum Niyazi onun yanında olmuş, Ayxan telefonda nalayiq ifadə işlədib oğlunun qeyrəti varsa, qabağıma çıxsın” deyəndə evin darvazasını bağlayaraq, geri qaytararaq O, geri qayıdan zaman oğlu Niyazinin mobil telefonda Ayxanla danışanda görmüşdür. O və bibisi Zöhrə Niyazinin əlindən telefonu almış, Niyazini evdən çıxmağa qoymamışlar. 11 dekabr 2022-ci ildə isə Ayxan və Murad yenidən Niyaziyə zəng edib görüşmək və dava etmək üçün çağırmışdır. Niyazi Kamala zəng edib Ayxanın ondan əl çəkmədiyini, dayanmadan zənglər etdiyini bildirmişdir. Kamal isə Əliyə zəng edərək Ayxanı başa salmasını, Niyazini qıcıqlandırmamasını bildirmişdir. X48 şəhərinə çağırmış, borcundan 200 (iki yüz) manat verməklə, eləcə də Ayxan ilə Niyazini barışdırmaqla bu məsələni yoluna qoymaq istədiyini bildirmişdir. Oğlanları getdikdən sonra hadisə barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onlara ən ağır cəza - ömürlük həbs verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 qızı bildirmişdir ki, xx.xx.2022-ci ildə Ofelya onun yanında Əlinin qaynanası Nəzakətə zəng edib Əli ilə Kamal arasındakı borc məsələsi barədə danışmış, Əlinin Kamala təxminən 1000 (min) manat borcu olmuş, Ofelya Nəzakətlə danışanda telefondakı şəxs uca səslə Ofelyanı və ailə üzvlərini təhqir edib nalayiq ifadələr işlətmişdir. Niyazi Ayxanın təhqirlərini eşidib telefonu almış və sonuncu ilə mübahisə etmişdir. X35 şəhəri, Bağmanlar küçəsinə söhbət etməyə çağırmışdır. Həmin ərəfədə o, telefonu götürərək Ayxana sakit olmasını demiş, lakin Ayxan sakitləşməyərək təkrar onu təhqir etmiş, bundan sonra telefonu söndürmüşdür. Niyazi Ayxanın çağırdığı yerə getmək istəmiş, lakin onlar Niyaziyə mane olmuşdurlar. Sonrakı gün, 11 dekabr 2022-ci ildə günorta saatlarında Niyazinin telefonuna tanımadığı nömrədən zəng gəlmiş, Niyazi çöldə olduğu və telefonu evdə qaldığı üçün O cavab vermişdir. Zəng edən şəxs Seymur olduğunu bildirmiş, həmin şəxsi tanımayaraq telefonu söndürmüşdür. Həmin gün axşam saatlarında Niyazi evə gəlmədiyi üçün ona zəng etmiş, sonuncu cavab verməmişdir. Niyazinin Əlinin yanında olduğunu ehtimal edərək sonuncuya zəng etmiş, Əli ona narahat olmamağı, Niyazi və Kamalın yanında olduğunu, söhbət etdiklərini demişdir. Təxminən 1 saat sonra Kamal və Niyazi yaralanması xəbərini eşidib Gəncə şəhər 3 №li xəstəxanaya aparmışdır. Hadisənin necə baş verməsini dəqiq bilməsə də, Ayxanla Kamal və Niyazi arasındakı münaqişəyə şahid olmuşdur. 11 dekabr 2022-ci il tarixdə Əli barışıq etmək üçün, eləcə də borcundan bir qədər vermək üçün Kamal və Niyazini çağırmışdır. Həmin gün 19:30 radələrində o Kamal və Niyaziyə zəng etmiş, lakin onlar telefonu götürməmiş, Əli isə Kamal və Niyazi ilə görüşdüklərini və aralarında olan məsələni danışdıqlarını demiş, o telefonla Niyazi ilə də danışanda O, Əli və Kamal ilə birlikdə söhbət etdiklərini bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, X7 onun əri olmuşdur. Kamal isə qaynı mərhum ərinin qardaşıdır. O, Niyazi ilə 2018-ci ildə evlənmiş, azyaşlı və xəstə övladları ilə qüsurlu olduğu və müalicəyə ehtiyacları olduğundan ilin müəyyən vaxtlarında Göygöl rayonunun Üçtəpə kəndində əri Niyazinin bibisi Zöhrənin evində müvəqqəti qalmışlar. Yay fəslində isə yaşadıqları Daşkəsən rayonu, Əmirvar kəndinə gedib orada yaşamışlar. Əli Bayramov onun əri Niyazinin uzaq qohumu olmuşdur. Ayxan isə Əlinin oğludur. Əli qaynı Kamaldan təxminən 1000 (min) manat pul almış, amma həmin pulu uzun müddət qaytarmamışdır. Buna görə aralarındakı münasibət pisləşməyə başlamışdır. 2022-ci ilin dekabr ayının 9-u evdə olarkən qaynanası Ofelya Əlinin anası Nəzakətə zəng edərək, pulu nə vaxt verəcəklərini soruşmuş, onlar danışan zaman, sonuncunun nəvəsi, Ayxan telefonda qaynanasına nalayiq ifadələr işlədib onları öldürəcəyini demişdir. Nəzakət də sonradan telefonu götürüb Ofelyaya onları yer üzündən siləcəyini demişdir. Əri Niyazi həmin vaxt yanlarında olmuş, telefonu götürüb Ayxanla bir-birinin ünvanına nalayiq ifadələr işlətmişdir. Ayxan həmin vaxt Niyazini dalaşmaq üçün yaşadığı Göygöl rayonu Üçtəpə kəndi yaxınlığına çağırmış, lakin onlar Niyazinin evdən çıxmasına imkan verməmişlər. 10 dekabr 2022-ci il saat 22 radələrində Ayxan yenidən Niyaziyə zəng edib “mən gəlmişəm Üçtəpədəyəm, sən hardasan?” deyə onu görüşə çağırsa da, yenə onlar Niyazinin evdən çıxmasına imkan verməmişlər. 11 dekabr 2022-ci il tarixdə günorta saatlarında Niyazinin telefonuna tanımadığı nömrədən 2 dəfə zəng gəlmiş, bu zaman Niyazi zəngi açmamış, təxminən 20 dəqiqə sonra Niyazi həyətdə olarkən yenidən Niyazinin telefonuna zəng gəlmiş, telefonu evlərində qaldığı Niyazinin bibisi Zöhrə açaraq qonşu Seymurdur desə də, Zöhrə həmin adlı qonşu olmadığını demiş, həmin şəxs Ayxanın dostu Seymur olduğunu demişdir. Niyazi həyətdən qayıdanda, zəng edən şəxsin kim olduğunu soruşmuş, “Murad adlı birinin telefonu ilə mənə zəng etmişdi Ayxan dalaşmağa çağırır” demişdir. Niyazi Kamala zəng edərək Ayxanın ondan əl çəkmədiyini, dayanmadan zənglər etdiyini deyəndə Kamal Əliyə zəng edərək Ayxanı başa salmasını, Niyazini qıcıqlandırmamasını demişdir. Əli isə Kamalı Gəncə şəhərinə çağırıb borcundan verəcəyini Ayxanla Niyazini barışdıracağını demişdir. 11 dekabr 2022-ci ildə axşamüstü Niyazi evdən çıxanda O Niyaziyə dalaşmamağı demiş, Niyazi isə ona narahat olmamağını və Ayxangil ilə görüşmək üçün getmədiyini bildirmişdir. Hadisədən sonra xəbəri olmuş, Niyazi və Kamalın bıçaqlandığını ərinin öldüyünü eşitmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, sonuncu ilə 2020-ci ildə ailə həyatı qurmuşdur. X16 Kamala təxminən 1000 (min) manat məbləğində borcu olmuşdur. O, Əli Bayramovu tanımadığına görə Kamalla münasibətləri barədə geniş məlumatı yoxdur. 10 dekabr 2022-ci il tarixdə axşam saatlarında Əli Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək sonrakı gün Gəncə şəhərində borcunun yarısını ödəcəyini bildirmişdir. 11 dekabr 2022-ci il tarixdə səhər saatlarında Kamal onunla birlikdə Daşkəsəndən Gəncəyə gəlmiş, onu Üçtəpə kəndinə qohumlarının qaldığı evə apararaq özü çıxıb getmişdir. Belə ki, Üçtəpə kəndində Kamalın bibisi Zöhrə, anası Ofelya, qardaşı Niyazi ailəsi ilə birlikdə yaşamışdır. Həmin gün axşam vaxtı Kamal ona zəng edərək Niyazini 3 nömrəli xəstəxanaya apardıqlarını bildirmişdir. O, həmin xəstəxanaya getdikdən sonra baş vermiş hadisə barədə məlumatı olmuşdur, hadisənin necə baş verməsi barədə ətraflı məlumatı yoxdur. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, sonuncu ilə 2020-ci ildə ailə həyatı qurmuşdur. X16 Kamala təxminən 1000 (min) manat məbləğində borcu olmuşdur. O, Əli Bayramovu tanımadığına görə Kamalla münasibətləri barədə geniş məlumatı yoxdur. 10 dekabr 2022-ci il tarixdə axşam saatlarında Əli Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək sonrakı gün Gəncə şəhərində borcunun yarısını ödəcəyini bildirmişdir. 11 dekabr 2022-ci il tarixdə səhər saatlarında Kamal onunla birlikdə Daşkəsəndən Gəncəyə gəlmiş, onu Üçtəpə kəndinə qohumlarının qaldığı evə apararaq özü çıxıb getmişdir. Belə ki, Üçtəpə kəndində Kamalın bibisi Zöhrə, anası Ofelya, qardaşı Niyazi ailəsi ilə birlikdə yaşamışdır. Hadisə barədə xəstəxaya getdikdən sonra məlumatı olmuşdur, hadisənin necə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmədə dindirlmiş Şahid4 göstərmişdir ki, X29 onun əri, Təqsirləndirilən şəxs1 isə övladıdır. Əli ilə Daşkəsən rayonunda yaşamışdır. 2007-ci il tarixdən Daşkəsən rayon, Əmirvar kənd tam orta məktəbində İngilis dili müəllimi işləmişdir. Həmin məktəbdə işləyən zaman Əmirvar kəndi sakinləri Kamal, Niyazi və onların atası İbrahimxəlil ilə münasibəti olmuşdur. Kamal və atası İbrahimxəlil müəllim işləmişdir, Əli təzə işə başlayanda İbrahimxəlilgilin evində qonaq kimi qalmışdır. Təxminən 2020-ci ildə Kamal bankdan kredit götürmüş, zamin isə əri Əli olmuşdur. Əli Kamala bankdan 1000 (min) manat pul götürmüş, banka ödənişin axırıncı aylarını ödəyəcəyini bildirmiş, aralarında olan razılığa əsasən Kamal bankdan götürdüyü puldan 1000 (min) manatı Əliyə vermişdir. Əli 2022-ci ilin təxminən avqust-sentyabr aylarından banka ödənişi həyata keçirməli olmuşdur. Lakin onların maddi imkanı yaxşı olmadığından həmin ödənişi ödəyə bilməmişdir. Ödənişi bilmədiyinə görə Kamalgilin ailəsi ilə artıq aralarında tez-tez mübahisələr baş vermişdir. Əli isə ilk fürsətdə borcu ödəyəcəyini bildirmişdir. Əli 21 oktyabr 2022-ci il tarixdən artıq ərizə yazaraq məktəbdəki işindən xaric olunmuşdur. Əlinin işdən çıxmasına səbəb Kamalın anası Ofelyanın onu hədələyərək, 1000 (min) manat pulu ödəmədiyinə görə məktəbdə onu biabır edəcəyini bildirməsi olmuşdur. X36 Kollecdə oxuduğundan Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 3-cü döngə, ev 9 ünvanında anası Nəzakət və atası Elbəyi ilə birlikdə yaşamışdır. O, Əli və övladları isə müəyyən aralıqlarla gah Daşkəsən, gah da Gəncə şəhərində qeyd etdiyi ünvanda yaşamışdır. 2022-ci ilin təxminən 9-10 dekabr ərəfələrində Kamalın anası Ofelya Nəzakətə zəng edib, Əlinin pulu nə vaxt verəcəyini soruşmuş, bu vaxt anası Əlinin hazırda işləmədiyini, işlədikdən sonra həmin pulu verəcəyini bildirmişdir. Ofelya anasına nalayiq sözlər deməklə təhqir etmiş, anası isə həmin sözlərin Ofelyanın nəvəsi, yəni Niyazinin övladlarının ünvanına getməsini bildirdikdə Niyazi telefonu götürərək Nəzakəti nalayiq ifadələrlə təhqir etmişdir. Ayxan da Nəzakətin yanında olmuş, Niyazinin nalayiq sözlərlə Nəzakəti təhqir etdiyini eşitdikdə telefonu götürərək eyni ifadələrlə cavab vermişdir. Əli və o Daşkəsən rayonunda olmuşdur. Xəbəri eşitdikdən sonra dərhal taksi tutaraq Gəncə şəhərinə gəlmişdirlər. 11 dekabr 2022ci il tarixdə tezdən saatlarında Əli evdən çıxaraq Niyazi ilə danışaraq barışıb məsələni həll edəcəyini bildirmişdir. Hava qaralanda Əli ona zəng edərək, Kamalın Ayxana zəng etdiyini və Gəncəyə gəlib söhbət edəcəyini demişdir. Əli ona Kamalın bibisi Mahirə ilə danışmış, Mahirənin ona Kamal və Niyazinin tüfəngli onları qırmağa getdiyini bildirmişdir. Mahirə həmin vaxt Ayxana da zəng edərək eyni sözü demişdir. Əli ilə danışdıqda ona Niyazi, Kamal və yanlarında olan digər şəxslə "xxxx" mağazası qarşısında söhbət etdiklərini, Ayxanı gözlədiklərini demişdir. Gəncə şəhəri, Avtozavod qəsəbəsi, "xxxx" mağazasının qarşısında baş vermiş münaqişə zamanı, Niyazi və Əli ölmüş, Kamal isə yaralanmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 qızı göstərmişdir ki, Əli Bayramov onun kürəkəni, Təqsirləndirilən şəxs1 isə onun nəvəsidir. Əli təxminən 2007-ci il tarixdən Daşkəsən rayon, Əmirvar kənd tam orta məktəbində İngilis dili müəllimi işləmişdir. Həmin məktəbdə işləyən zaman Əmirvar kənd sakinləri Kamal, Niyazi və onların atası İbrahimxəlil ilə münasibəti olmuşdur. Kamal və atası İbrahimxəlil də həmin məktəbdə müəllim işləmişdirlər. Əli təzə işə başlayan ərəfədə bir müddət İbrahimxəlilgilin evində qonaq kimi qalmışdır. Təxminən 2020-ci il tarixdə Kamal bankdan kredit götürmüş, zamin isə Əli olmuşdur. Həmin vaxt Əli Kamala bankdan 1000 (min) manat artıq pul götürməsini, banka ödənişin axırıncı aylarını ödəyəcəyini bildirmiş, aralarında olan razılığa əsasən Kamal bankdan götürdüyü puldan 1000 (min) manatı Əliyə vermişdir. Əli ərizə yazaraq məktəbdəki işdən çıxmış, buna səbəb Kamalın anası Ofelyanın 1000 (min) manat pulu ödəmədiyinə görə məktəbdə onu biabır edəcəyini bildirməsi olmuşdur. X36 Kollecdə oxuduğundan Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 3-cü döngə, ev 9 ünvanında o və əri Elbəyi ilə birlikdə yaşamışdır. 2022-ci ilin 9-10 dekabr ərəfələrində Kamalın anası Ofelya ona zəng edərək, Əlinin pulu nə vaxt verəcəyini soruşmuş, o, isə Əlinin işləmədiyini, işlədikdən sonra həmin pulu verəcəyini bildirmişdir. Ofelya ona nalayiq sözlər demiş, O isə həmin sözlərin Ofelyanın nəvəsi, yəni Niyazinin övladlarına getməsini bildirdikdə Niyazi telefonu götürərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu vaxt Ayxan da onun yanında olmuş, Niyazinin nalayiq sözlərlə təhqir etdiyini eşitdikdə telefonu götürərək eyni ifadələrlə sonuncuya cavab vermişdir. Bu vaxt Əli və qızı Ramilə Daşkəsən rayonunda olmuş, xəbəri eşitdikdən sonra dərhal taksi tutaraq Gəncə şəhərinə gəlmişlər. Əli Bayramov və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs və Niyazi Bayramovun arasında əvvəllər davadalaş və ya münaqişə baş verməmiş. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun övladıdır. Seymur onunla birlikdə Göygöl rayonu, Hacıməlik qəsəbəsində yaşamış. rəsmi olaraq heç bir yerdə işləməmiş, arada ona işlərində köməklik etmişdir. Seymurun istifadəsində 070 ***-**-** və 055 ***-**-** mobil nömrələr olmuşdur. O, həftənin hər bazar günü Gəncə şəhərinin Daşkəsən rayonu istiqamətində çıxışında, “mal bazarı”nda heyvan alqı-satqısı ilə məşğul olmuşdur. 11 dekabr 2022-ci il tarixdə gecə 03 radələrində oğlu Seymurla həmin bazara getmiş, günorta saat 14 radələrində yaşadıqları Göygöl rayonu, Hacıməlik qəsəbəsinə gəlib evdə yatmışlar. Təxminən 2 saat sonra evdən çıxanda Seymur evdə telefonla məşğul olmuş, həmin gün saat 22 radələrində o yaşadığı Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən evinə qayıtmış, Seymur evdə olmamışdır. Seymur bəzən dost-tanışının yanında, bəzən qohumlarının yanında gecələdiyindən Seymur evdə olmayanda ona adi gəlmişdir. Bir neçə gün sonra Seymur yaşadığı evə qayıtmışdır. Gəncə şəhəri, Cavadxan qəsəbəsi, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısında baş verən qətl hadisəsi barədə ümumiyyətlə məlumatı olmamışdır. Seymurun hadisə ilə əlaqəsinin yoxdur. Oğlu xeyli müddət sonra əsasız olaraq həbs edilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olan 055 ***-**-** mobil nömrə ilə onun istifadəsində olan 055 ***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan 055 ***-**-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 22:31 dəqiqədə, saat 22:36 dəqiqədə, 12 dekabr 2022-ci il tarixdə saat 00:05 dəqiqədə danışıqları sonuncunun harada olması ilə bağlı olmuşdur. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X19 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun dostudur. Seymuru 2-3 ildir ki, tanıyır. Seymur Göygöl rayonu, Hacıməlik qəsəbəsində yaşamışdır. O, Azərbaycan Respublikası FHN-nin X18 Mühafizə Hissəsinin yanğınsöndürəni vəzifəsində işləyir 11 dekabr 2022-ci il tarixdə saat 09:00 dan 12 dekabr 2022-ci il saat 09:30 dəqiqəyədək növbədə olmuş, Seymurla həmin gün bir neçə dəfə telefonla əlaqə saxlayıb hal-əhval tutmuşlar. Gəncə şəhəri, Cavadxan qəsəbəsi, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısında 11 dekabr 2022-ci il tarixdə baş verən hadisə Seymurun hadisə ilə əlaqəsi olub-olmaması barədə məlumatı yoxdur. İstifadəsində olan 070 ***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan 055 ***-**-** mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 20:09 dəqiqədə və ondan sonraki tarixlərdə danışıq olsa da O, Seymurla hal-əhval tutmuş, aralarında başqa məzmunda danışıq olmamışdır. Seymurun Gəncə şəhəri, Cavadxan qəsəbəsində onların evlərinə gedib getməməsi barədə məlumatı yoxdur, çünki həmin vaxt özü Daşkəsən rayounda növbədə mühafizə hissəsində olmuşdur. X38 və anası Lətafət Orucova onlara məxsus olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən mənzildə olmuşlar. ünvan 4 ünvanında yerləşən evin qapıları isı kilidli olmuşdur. 11 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 ümumiyyətlə görüşməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Cavadxan qəsəbəsi, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" tikinti materialları satılan bazarın əsas giriş qapısının qarşısıdır. Yaxınlıqda iaşə obyektləri var. X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində dairəvi hərəkət təşkil olunmuş yolayrıcında Təhlükəsizlik Şəhər Kamerası var. "xxxx" tikinti materialları bazarının qarşı tərəfində M.C.Paşayev küçəsinin mərkəzində içərisində ağaclar olan otluq sahə (qazon) vardır. Küçə 09 (doqquz) metr olmaqla asvalt örtükdən ibarətdir. Yolun hər iki tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki var. Qazonun başlanğıcından 9.11 metr məsafədə şərti “ 01 “ rəqəmi ilə işarələnmiş, ov tüfənginin taxta qundağının qırılmış hissəsi var, qəhvəyi rəngli olmaqla uzunluğu 27.5 sm, ən enli hissəsi isə 5.3 sm ölçüdədir. Taxta parçadan otluq sahənin ən yaxın hissəsinədək olan məsafə 99 sm-dir. Həmin taxta parça üzərində orta hissədə boz rəngli yapışdırıcı vardır. "xxxx" tikinti materialları bazarı ilə üzbəüz dayandıqda, həmin giriş qapısının sol küncündən Cumhuriyyət küçəsi istiqamətində hərəkət etdikdə asvalt örtük üzərində ov tüfənginin taxta qundağının qırılmış digər hissəsi var. Həmin taxta hissə şərti olaraq “02” rəqəmi ilə işarələnmişdir. Bazarın giriş qapısının sağ küncündən 6.85 metr aralıda, tikinti materialları satışı həyata keçirilən dükan vardır. Dükanın üzərində “FAB” sözü yazılmışdır. Həmin dükanın giriş qapısının sağ küncündən 4 metr məsafədə asvalt örtük üzərində üzəri çirkli vəziyyətdə olan yun materiallı qara qış papağı vardır. Həmin papaq şərti olaraq “ 03 “ rəqəmi ilə işarlənmişdir. Üzərində “FAB” sözü yazılmış dükan ilə otluq sahə (qazon) arasında asvalt örtük üzərində qanabənzər ləkələr vardır. Həmin ləkələr şərti “ 04 “ rəqəmi ilə işarələnmişdir. “ 01 “ rəqəmi ilə işarələnmiş taxta parçadan “ 04 “ rəqəmi ilə işarələnmiş qanabənzər ləkəyə qədər olan məsafə 5.95 metrdir. “ 04 “ rəqəmi ilə nömrələnmiş qanabənzər ləkədən “ 03 “ rəqəmi ilə işarələnmiş papağa qədər olan məsafə 6.82 metrdir. Üzərində “FAB” sözü yazılmış dükanın sağ küncündən 1.72 metr aralıda səki üzərində qanabənzər ləkələr müşahidə edildi. Həmin qanabənzər ləkələr şərti olaraq “ 05 “ rəqəmi ilə işarələnmişdir. Şərti “ 5 “ rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən, şərti ” 3 “ rəqəmi ilə işarələnmiş papağa qədər olan məsafə 2.28 metrdir. Həmin qanabənzər ləkənin fotoşəkilləri çəkilməklə nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerindən Cumhuriyyət küçəsi ilə Gəncə şəhərinin mərkəzi istiqamətində hərəkət etdikdə, hadisə yerindən 2 km 750 metr məsafədə həmin küçədə üzərində “Şərab evi” yazılmış mağazanın qarşısında, **-DL-*** dövlət qeydiyyat nişanlı “Vaz 21012” markalı gümüşü rəngli çirkli avtomobil müəyyən edildi. Cumhuriyyət küçəsi həmin hissədə 4 zolaqlı olmaqla, əsk tərəfli yollar arasında içərisində ağaclar və küçə işıqlandırılması üçün nəzərdə tutulmuş işıq dirəkləri olan otluq sahə (qazon) vardır. Həmin avtomobilin sürücü istiqamətində qabaq ön qapısı açıq, qabaq sol təkəri isə boş vəziyyətdədir. Avtomobilin sol qabaq qapısı ilə səki arasında asvalt örtük üzərində şərti “ 06 “ rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkədən səkiyə qədər olan məsafə 42 smdir. Avtomobilin içərisinə baxıldıqda bütün oturacaqları boz rəngli çexol örtüklüdür. Avtomobilin sol qabaq oturacağı üzərində qanabənzər ləkələr olan bağlı vəziyyətdə tutacağı qırmızı rəngli bıçaq şərti olaraq “ 07 “ rəqəmi ilə işarələnmişdir. Həmin bıçağın tiyəsi gümüşü, bir tərəfi küt, digər tərəfi isə kəsici xassəlidir. Dəstəyi qırmızı rəngli plastik materialdan üzlüklə əhatə olunmuş və 3 nöqtədən bıçağa bərkidilmişdir. Həmin bıçaq qatlanan, tiyənin bir üzündə “STAİNLESS” yazısı olan, ümumi uzunluğu 198 mm olmaqla, tiyəsinin orta xətdən uzunluğu 89 mm, orta hissədən eni 17 mm, maksimal qalınlığı 1.8 mm, dəstəyin uzunluğu 109 mm, orta hissədən eni 15 mm, orta hissədə qalınlığı 10 mmdir. Sol qabaq oturacağın orta hissəsində qanabənzər ləkələr müəyyən edilmişdir. Həmin qanabənzər ləkə şərti “ 08 “ rəqəmi ilə işarələnmişdir. Avtomobilin arxa oturacağının üzərində ov tüfənginə məxsus olan qəhvəyi rəngli patron kəməri vardır. Həmin kəmərin uzunluğu 990 mm, eni isə 80 mm-dir. Həmin patron kəmərinin üzərində 3 ədəd patron vardır. Patron kəməri və 03 ədəd patron şərti “ 9 ” rəqəmi ilə işarələnərək fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilin qabaq oturacaqlar arasında qoşa lüləli, 16 çaplı, N25626 nömrəli ov silahı var, silahının qundağı qırılmış vəziyyətdədır. Ov tüfənginin uzunluğu 1150 mm, lülənin uzunluğu 720 mm-dir. Həmin odlu silahın patronluqlarının hərəsində 01 ədəd olmaqla 2 ədəd giliz vardır. Ov silahının yanında 995 mm uzunluğunda 01 ədəd, 620 mm uzunluğunda 01 ədəd olmaqla 02 ədəd dəmir parçası, 01 ədəd isə çəkic vardır. Qundağı qırılmış vəziyyətdə olan 01 ədəd ov silahı, 02 ədəd dəmir parçası, 01 ədəd isə çəkic şərti “10“ rəqəmi ilə işarələnərək fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “meyitə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və əlavə olan fotocədvəldən görünür ki, Niyazi Bayramovun meyiti düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 168 sm-dir. Müayinə zamanı bədən səthində «Qarının ön səthində orta xətt üzrə epiqastral nahiyədən başlayıb göbəyi sol tərəfdən keçməklə göbəkdən bir qədər aşağıda qurtaran vertikal yerləşmiş düz xətt formalı 17 sm uzunluqda (13 tikiş) tikilmiş yara (laporotomiya) vardır. Qarının ön səthində ortada laporotomik yaradan sağ tərəfdə köndələn yerləşmiş bir ucu laporotomik yaraya bitişik üzərində 3 ədəd tikiş olan 3 sm uzunluqda yara vardır. Alın təpə nahiyəsində sağda 1.0 sm uzunluqda, sol qabırğaaltı nahiyədə 3 sm uzunluqda,döş qəfəsinin ön səthində solda döşyanı xəttlə İİİ-İV qabırğalar səviyyəsində 4 sm uzunluqda, sol çiyin nahiyəsinin arxa-yan səthində 3 sm uzunluqda (2 tikiş), sol bazu nahiyəsinin arxa səthinin yuxarı 1/3 hissəsində 3 sm uzunluqda (3 tikiş) və həmin bazunun aşağı 1/3 hissəsinin arxa səthində 2 sm uzunluqda (1 tikiş), sol sağrı nahiyəsində 3 sm uzunluqda, sağ bud nahiyəsinin yan səthinin yuxarı 1/3 hissəsində 2 sm uzunluqda, sol bud nahiyəsinin ön səthinin yuxarı 1/3 hissəsində 3 sm uzunluqda düz xətt formalı tikilmiş yaralar vardır. Sol qasıq nahiyəsində 1,0 x 0,5 sm ölçüdə kənarları hamar, oval formalı drenaj yarası, hər iki dirsək çuxurlarında isə inyeksiya yaraları qeyd edilir. Sol diz nahiyəsində 2 x 2 sm ölçüdə qırmızımtıl rəngli, qeyri-müəyyən formalı sıyrıq vardır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən 12 dekabr 2022ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd ağ rəngli gödəkçəyə, 01 ədəd idman şalvara, 01 cüt ağ rəngli idman ayaqqabısına baxış keçirilmiş baxış zamanı: - 01 ədəd gödəkçə – ağ rəngli, ön hissədən zəncirbəndli və düyməlidir. İki yan cibli olmaqla uzunqoldur. Gödəkçənin uzunluğu 730 mm, çiyin hissədən eni 470 mm-dir; - 01 ədəd idman şalvarı – tünd mavi rəngli, hər iki yan tərəfdə qırmızı və ağ zolaqları vardır. İki yan ciblidir. Sağ cibin yanında yuxarıdan aşağıya doğru “RUS” sözü yazılmışdır. Şalvarın uzunluğu 1010 mm, bel hissədən eni 310 mm-dir; - 01 cüt ayaqqabı – ağ rənglidir. Üzəri iplə bağlanılır. Uzunluğu 310 mm, eni 120 mm, hündürlüyü 120 mm olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən 18 dekabr 2022ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 könüllü şəkildə istintaqa təhvil verdiyi özünə məxsus 01 ədəd gödəkcə, 01 ədəd zəncirbəndli köynək, 01 ədəd köynək, 01 ədəd şalvara baxış zamanı: - 01 ədəd gödəkçə – boz rəngli, ön hissədən zəncirbəndli, iki yan cibli olmaqla qolsuzdur. Gödəkçənin uzunluğu 630 mm, çiyin hissədən eni 450 mm-dir; - 01 ədəd köynək – boz rəngli, ön hissədən zəncirbəndli uzunqoldur. Köynəyin uzunluğu 660 mm, çiyin hissədən eni 530 mm-dir; - 01 ədəd köynək – mavi rəngli, boğazlı olmaqla uzunqoldur. Uzunluğu uzunluğu- 620 mm, çiyin hissədən eni-420 mm-dir; - 01 ədəd şalvar – tünd boz rəngli, ön hissədən zəncirbəndli, iki yan, iki arxa cibə malikdir. Şalvarın uzunluğu uzunluğu 930 mm, bel hissədən eni 390 mm olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən 12 dekabr 2022ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarla baxış zamanı müəyyən edilmişdir:
01. ədəd gödəkçə – xaki rəngli parça materialdan hazırlanmış, ön hissəsi zəncirbəndli, iki yan cibli olmaqla uzunqoldur. Gödəkçənin uzunluğu 730 mm, çiyin hissədən eni 430 mm-dir. Sol qolunun üzərində qırımızı etiket üzərində qara hərflərlə “ULEASE TİEAİ” yazılmışdır. Gödəkcənin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Gödəkcəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: -Gödəkçənin ön hissəsinin sol tərəfində, ətəyin son kənarından 425 mm yuxarıda, sol yan tikişdən 180mm sağda bir ədəd 25 mm uzunluğunda zədə vardır; -Gödəkçənin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 180 mm yuxarıda, sol qolun dairə tikişindən 96 mm aşağıda bir-birindən 45 mm aralı-yerləşmiş iki ədəd 25 mm və 30 mm uzunluğunda zədə vardır; -Gödəkçənin arxa hissəsinin yuxarı tərəfində, ətəyin son kənarından 590 mm yuxarıda, sol qolun dairə tikişindən 140 mm sağda bir ədəd 26 mm uzunluğunda zədə vardır; -Gödəkçənin arxa hissəsinin yuxarı sağ tərəfində, ətəyin son kənarından 630 mm yuxarıda, sağ qolun dairə tikişindən 220 mm solda bir ədəd 30 mm uzunluğunda zədə vardır; -Gödəkçənin arxa hissəsinin yuxarı sağ tərəfində, ətəyin son kənarından 695 mm yuxarıda, sağ qolun dairə tikişindən 110 mm sağda bir ədəd 30 mm uzunluğunda zədə vardır; -Gödəkçənin sağ qol hissəsinin arxa tərəfində, qol ağızlığının son kənarından 480 mm yuxarıda, sağ qolun dairə tikişindən 125 mm aşağıda bir ədəd 14 mm uzunluğunda zədə vardır; -Gödəkçənin arxa hissəsinin sağ tərəfində, ətəyin son kənarından 420 mm yuxarıda, sol qolun dairə tikişindən 135 mm sağda bir ədəd 30 mm uzunluğunda zədə vardır.
02. 01 ədəd köynək – boz rəngli, ön tərəfdən boğazı üçbucaq şəkilli olmaqla uzunqoldur. köynəyinin uzunluğu 710 mm, çiyin hissədən eni 410 mm-dir. Köynəyin orta nahiyədən yuxarı hissəsində üzərində “öztaç” yazılan etiket vardır. Köynəyin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Köynəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: -Köynəyin ön hissəsində, ətəyin son kənarından 430 mm yuxarıda, sol yan tikişdən 170 mm sağda bir ədəd 24 mm uzunluğunda zədə vardır; -Köynəyin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 435 mm yuxarıda, sol qolun dairə tikişindən 73 mm aşağıda bir-birindən 50 mm aralı yerləşmiş iki ədəd 30 mm və 26 mm uzunluğunda zədə vardır; -Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 440 mm yuxarıda, sol yan tikişdən 90 mm sağda bir ədəd 28 mm uzunluğunda zədə vardır; -Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 550 mm yuxarıda, sol yan tikişdən 85 mm sağda bir ədəd 27 mm uzunluğunda zədə vardır; -Köynəyin arxa hissəsinin yuxarı tərəfində, ətəyin son kənarından 662 mm yuxarıda, sol qolun dairə tikişindən 180 mm sağda bir ədəd 24 mm uzunluğunda zədə vardır.
03. 01 ədəd köynək – qırmızı, bənövşəyi və ağ rənglərdən ibarət olmaqla zolaqlıdır. Ön hissədən düyməli olmaqla uzunqoldur. Köynəyin uzunluğu 730 mm, çiyin hissədən eni 440 mm-dir. Ön sol tərəfdən sinə hissədə 01 ədəd cibi vardır. Köynəyin orta nahiyədən yuxarı hissəsində üzərində “BROSSARD İNDİGO JEANS 42” yazılan etiket vardır. Köynəyin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Köynəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Köynəyin ön hissəsinin sol tərəfində, ətəyin son kənarından 420 mm yuxarıda, sol yan tikişdən 160 mm sağda bir ədəd 24 mm uzunluğunda zədə vardır; -Köynəyin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 450 mm yuxarıda, sol qolun dairə tikişindən 75 mm aşağıda bir-birindən 48 mm aralı yerləşmiş iki ədəd 29 mm və 30 mm uzunluğunda zədə vardır; -Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 470 mm yuxarıda, sol yan tikişdən 160 mm sağda bir ədəd 33 mm uzunluğunda zədə vardır; -Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 570 mm yuxarıda, sol qolun dairə tikişindən 160 mm sağda bir ədəd 30 mm uzunluğunda zədə vardır; -Köynəyin arxa hissəsinin yuxarı tərəfində, ətəyin son kənarından 700 mm yuxarı sol qolun dairə tikişindən 215 mm sağda bir ədəd 31 mm uzunluğunda zədə vardır.
04. 01 ədəd sviter – yuxarı hissədən qara, orta hissədən ağ-qara naxışlı, aşağı hissədən isə boz-qara rənglidir. Uzunqoldur. Sviterin uzunluğu 650 mm, çiyin hissədən eni 490 mm-dir. Sviterin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Sviterə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: -Sviterin ön hissəsində, ətəyin son kənarından 350 mm yuxarıda, sol yan tikişdən 150 mm sağda bir ədəd 28 mm uzunluğunda zədə vardır; -Sviterin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 490 mm yuxarıda, sol qolun dairə tikişindən 30 mm aşağıda bir-birindən 40 mm aralı yerləşmiş iki ədəd 30 mm və 20 mm uzunluğunda zədə vardır; -Sviterin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 370 mm yuxarıda, sol yan tikişdən 133mm sağda bir ədəd 32 mm uzunluğunda zədə vardır; -Sviterin arxa hissəsinin yuxarı sol tərəfində, ətəyin son kənarından 475 mm yuxarıda, sol yan tikişdən 185 mm sağda bir ədəd 27 mm uzunluğunda zədə vardır; -Sviterin arxa hissəsinin yuxarı tərəfində ətəyin son kənarından 570 mm yuxarıda, sol qolun dairə tikişindən 220 mm sağda bir ədəd 26 mm uzunluğunda zədə vardır.
05. 01 ədəd mayka – ağ rənglidir. Maykanın uzunluğu 720 mm, orta hissədən eni 450 mm-dir. Maykanın ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Maykaya baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: -Maykanın ön hissəsinin sol yuxarı tərəfində, ətəyin son kənarından 470 mm yuxarıda, 23 mm uzunluğunda zədə vardır; -Maykanın arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 460 mm yuxarıda, 27 mm uzunluğunda zədə vardır; -Maykanın arxa hissəsinin sol yuxarı tərəfində, ətəyin son kənarından 570 mm yuxarıda, 27mm uzunluğunda zədə vardır. -01 ədəd papaq – üst tərəfdən qara rənglidir, dairəvi formalıdır. İç tərəfdən qəhvəyi rəngli olmaqla naxışlıdır. Papağın diametri 220 mm, hündürlüyü isə 120 mm-dir. -01 ədəd bıçaq – Həmin bıçağın tiyəsi qara, bir tərəfi küt, digər tərəfi isə kəsici xassəlidir. Dəstəyi qara rəngli plastik materialdan üzlüklə əhatə olunmuş və 3 nöqtədən bıçağa bərkidilmişdir. Həmin bıçaq qatlanmayan, ümumi uzunluğu 258 mm olmaqla, tiyəsinin orta xətdən uzunluğu 140 mm, orta hissədən eni 30 mm, maksimal qalınlığı 1.2 mm, dəstəyin uzunluğu 118 mm, orta hissədən eni 28 mm, orta hissədə qalınlığı 10 mmdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən “12 dekabr 2022ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, X2 məxsus geyimlərə baxış zamanı
01. 01 ədəd gödəkçə – qara rəngli, ön hissədən zəncirbəndli, iki yan cibli olmaqla uzunqoldur. Gödəkçənin uzunluğu 680 mm, çiyin hissədən eni 450 mm-dir. Sol tərəfdən sinə hissəsində “SR” yazılmışdır. Gödəkcəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: -Gödəkçənin ön hissəsinin sağ yuxarı tərəfində, ətəyin son kənarından 435 mm yuxarıda, sol yan tikişdən 200 mm sağda bir ədəd 32 mm uzunluğunda zədə vardır; -Gödəkçənin ön hissəsinin sol aşağı tərəfində, ətəyin son kənarından 140 mm yuxarıda, sol yan tikişdən 210 mm sağda bir ədəd 32 mm uzunluğunda zədə vardır; -Gödəkçənin ön hissəsinin sol aşağı tərəfində, ətəyin son kənarından 105 mm yuxarıda, sol yan tikişdən 45 mm sağda bir ədəd 26 mm uzunluğunda zədə vardır; -Gödəkçənin sol qol hissəsində, qol ağızlığının son kənarından 350 mm yuxarıda sol qolun dairə tikişindən 280 mm aşağıda bir ədəd 5 mm uzunluğunda zədə vardır; -Gödəkçənin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 490mm yuxarıda, sol qolun dairə tikişindən 90 mm aşağıda bir-birindən 55 mm aralı yerləşmiş iki ədəd 25 mm və 27 mm uzunluğunda zədə vardır.
02. 01 ədəd köynək –göy rəngli, ön hissədən zəncirbəndli, iki yan cibli olmaqla uzunqoldur. Köynəyin uzunluğu 670 mm, çiyin hissədən eni 390 mm-dir. Köynəyin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Köynəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: -Köynəyin ön hissəsinin sol tərəfində, ətəyin son kənarından 170 mm yuxarıda, sol yan tikişdən 160 mm sağda bir ədəd 25 mm uzunluğunda zədə vardır; -Köynəyin ön hissəsinin sol yuxarı tərəfində, ətəyin son kənarından 410 mm yuxarıd,a sol yan tikişdən 140 mm sağda bir ədəd 29 mm uzunluğunda zədə vardır; -Köynəyin sol yan hissəsinin aşağı tərəfində, ətəyin son kənarından 153 mm yuxarıda, sol qolun dairə tikişindən 107 mm aşağıda bir ədəd 25 mm uzunluğunda zədə vardır; -Köynəyin sol qol hissəsində, qol ağızlığının son kənarından 107mm yuxarıda sol qolun dairə tikişindən 207 mm aşağıda bir ədəd 8mm uzunluğunda zədə vardır; -Köynəyin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 525 mm yuxarıda sol qolun dair tikişindən 105 mm aşağıda bir-birindən 60 mm aralı yerləşmiş iki ədəd 25 mm və 30 mm uzunluğunda zədə vardır.
03. 01 ədəd şalvar – qara rəngli, ön hissədən zəncirbəndli, iki yan, iki arxa cibə malik, belində qara rəngli kəmər vardır. Şalvarın uzunluğu 930 mm, bel hissədən eni 480 mm-dir. Şalvara baxış zamanı -Şalvarın ön hissəsinin sol yuxarı hissəsində, ətəyin son kənarından 780 mm yuxarıda, sol yan tikişdən 125 mm sağda bir ədəd 25 mm uzunluğunda zədə vardır; -Şalvarın arxa hissəsinin sol yuxarı hissəsində, ətəyin son kənarından 790 mm yuxarıda, sol yan tikişdən 165 mm sağda bir ədəd 55 mm uzunluğunda zədə vardır; -Şalvarın sol yan hissəsində, ətəyin son kənarından 805 mm yuxarıda, sağ yan 18 mm solda bir ədəd 25 mm uzunluğunda zədə vardır.
04. 01 ədəd tursik – boz rənglidir. Uzunluğu 320 mm, bel hissədən eni 360 mm-dir. Tursikin bel hissədən üzərinə “BOXERLAND” yazılmışdır. Tursikə baxış zamanı: -Tursikin ön hissəsində, bel manjetindən 90 mm aşağıda bir ədəd 35 mm uzunluğunda zədə vardır; -Tursikin arxa hissəsində, bel manjetindən 135 mm aşağıda bir ədəd 40 mm uzunluğunda zədə vardır; -Tursikin sağ yan hissəsində, bel manjetindən 75 mm aşağıda bir ədəd 35 mm uzunluğunda zədə vardır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən “telefona baxış keçirilməsi haqqında” 12 dekabr 2022-ci il tarixli protokolda və əlavəsi olan fotocədvəldən görünür ki, bir ədəd “NOKİA” markalı mobil telefon – qara rənglidir, ön ekranın örtüyü sınmışdır. Telefonun ön və arxa hissələrində “NOKİA” sözləri yazılmışdır. Telefon düyməli - ekranlıdır, sadə tiplidir. Telefonunun “Mesajlar” funksiyasına baxış keçirilən zaman “Eli m” adlı, +**********20 nömrəli kontakta aşağıdakı mesajların göndərildiyi müəyyən edildi: “Olunun.Goruna.Ozun.Dirixla.Ay.Şerefsiz.Alcaq.Meni.Borc.Usde.Camahat.Dara.Dar ti.Qapima.Tolulub.Gelir.Men.Nagayri.Ozumu.Oldurum.Yoxsa.Gelim.Senin.Varyoxunu.Sikim .Turmeye.Gedim.Men.Kende.Cixasi.Olmamisam.1400puldan.Oteri.Men.İstemedim.Bu.Der eceye.Dusek.Sen.İstedi.Mene.1400.Den.Artiq.Da.Ziyan.Vurdun.Ancaq.Men.Dedim.Cehen nem.İndi.Senin.Oglunun.Yeri.Senin.Yerin.Cehennem.Olacaq.Menim.Yerim.Turme.Sene.Xe berdarliq.Ay.Tulku.Alcaq” – xx.xx.2022-ci il, saat 18:19; “Menim.1400.Pulumu.Hardan.Alirsan.Al.3gune.Catdir.Catdirmasan.Varyoxunu.Sikib .Oglunun.Meydini.Senin.Disine.Vereceyem.Bunu.Sen.İstedin” – xx.xx.2022-ci il, saat 14:48; “Eli.Sen.Casdi.Adresi.Sef.Saldin.Men.İsdedim.Munasibetmizi.Hemiseki.Kimi.Saxlay aq.Ama.Bunu.Sen.İsdedin.Dedenin.Ananin.Goruna.And.İcmisdin.A.Alcaq.İndi.Senin.Dede nin.Anani.Goruna.Men.Mixlayib.Oglunu.O.Dedenin.Ananin.Yanina.Gondereceyem.Elemey en.Ogulun.Vayoxunu.Sikecem.” - xx.xx.2022-ci il, saat 14:19; “Yalan.Deyenin.Var.Yoxunu.Sikim.Emirvarri.Siksin.Pulu.Getirmesen.3gune.Gelib.Og lunun.Birini.Bicaq.Qoyma.Deyib.Meydini.Disine.Verib.Sonra.Men.Turmeye.Sen.Yasamaga. ” - xx.xx.2022-ci il, saat 23:21; “Eli.Menim.Pulum.3gune.Catmasa.Olacaqlari.Ozun.Bil.Adresi.Sef.Saldin.Nevaxdata n.Tulku.Kimi.Qacaq.Gezecen.Serefsiz.Alcaq” - xx.xx.2022-ci il, saat 23:09; “Ay.Vijdansiz.Menim.Basima.Ne.Oyun.Acdin.Men.Mecbur.Qalib.Malimin.Otunu.Satir am. Ay.Vijdansiz.” - xx.xx.2022-ci il, saat 23:21; “Eli.Muellim.Men.Sene.Pislekmi.Etdim.1400manati.Verdim.2ildi.Gozledim.Ozum.Ne. Cezalar.Cekdim.Ama.Senden.Pulu.İstemedim.Seni.Tentitmedim.Ama.Bu.GumElediyin.Her ekete.Bax.Eli.Muellim.Senden.Cox.Xais.Edirem.1400un.Hamsini.İndi.Ver.Mende.Pis.Veziy yetden.Cixem.Borc.Yeler.Meni.Ele.Tentidib.Ki.İsdeyirm.Bir.Kagiz.Yazam.Kimden.Ne.Qeder. Alacagim.Var.Kime.Ne.Qeder.Vereceyim.Var.Qoyamda.Ozumu.Oldurem.Sennen.Aramdaki .Pul.Hesabini.Mamam.Gil.Bildi.Uzume.Tupururler.” - xx.xx.2022-ci il, saat 21:54; “Eli.Muellim.Mene.Yaxsi.Edirsen.” - xx.xx.2022-ci il, saat 20:22; “Tecili.Mene.Zeng.Et” - xx.xx.2022-ci il, saat 19:22; “Bu.Ne.Hereketdi.Etdin.Ela.Pox.Poxa.Qarisdi” - xx.xx.2022-ci il, saat 18:50; “Salam.Tecili.Mene.Zeng.Et” - xx.xx.2022-ci il, saat 18:46. Telefonunun “Mesajlar” funksiyasına baxış keçirilən zaman “Ramazan.Et” adlı, +**********83 nömrəli kontakta aşağıdakı mesajların göndərildiyi müəyyən edildi: “Bu.Ne.Hereketdi.Edirseniz.” - xx.xx.2022-ci il, saat 14:17. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən Gəncə şəhər prokurorluğuna “AZF/LGL-6338/23” nömrəli məktubla daxil olmuş bir ədəd CD diskdə - “SMS_Tarixcesi__**********0113__708888957”; - “SMS_Tarixcesi__**********0116__708888957”; - “Zenglerin_Detallasmasi__**********4640___708888957”; - “Zenglerin_Mexsusluq_Tarixceleri__**********4713___708888957_NAR” faylları mövcuddur. “SMS_Tarixcesi__**********0113__708888957” adlı faylda 070 ***-**-** saylı mobil nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göndərilən SMS-lərin siyahısı vardır. Həmin siyahıda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 070 ***-**-** saylı mobil nömrəsindən +994 55 *** ** ** mobil nömrəsinə göndərilən SMS-lər müəyyən edildi. SMS-lərin məzmunu aşağıdakı kimidir: “Еli.Sеn.Cаsdi.Аdrеsi.Sеf.Sаldin.Mеn.İsdеdim.Munаsibеtmizi.Hеmisеki.Kimi.Sаxlаyаq.Аm а.Вunu.Sеn.İsdеdin.Dеdеnin.Аnаnin.Gorunа.Аnd.İcmisdin.А.Аlcаq.İndi.Sеnin.Dеdеnin.Аn аni.Gorunа.Mеn.Mixlаyib.Oglunu.O.Dеdеnin.Аnаnin.Yаninа.Gondеrеcem.Еlеmеyеn.Ogul un.Vаryoxunu.Sikеcеm.Mеnim.1400.Pulumu.Hаrdаn.Аlirsаn.Аl.3gunе.Cаtdir.Cаtdirmаsаn. Vаryoxunu.Sikib.Oglunun.Mеydini.Sеnin.Disinе.Vеrеcеm.Bunu.Sеn.İsdеdin.Olunun.Gorun а.Ozun.Dirixlа.Аy.Sеrеfsiz.Аlcаq.Mеni.Вorc.Usdе.Cаmаhаt.Dаrа.Dаrti.Qаpimа.Tolulub.Gеl ir.Mеn.Nаgаyri.Ozumu.Oldurum.Yoxsа.Gеlim.Sеnin.Vаryoxunu.Sikim.Turmеye.Gеdim.Mе n.Kеndе.Cixаsi.Olmаmisаm.1400puldаn.Oteri.Mеn.İsdеmеdim.Вu.Dеrеceyе.Dusеk.Sеn.İs dеdi.Mеne.1400.Dеn.Аrtiq.Dа.Ziyаn.Vurdun.Аncаq.Mеn.Dеdim.Cеhеnnеm.İndi.Sеnin.Ogl unun.Yеri.Senin.Yеrin.Cеhеnnеm.Olаcаq.Mеnim.Yеrim.Turmе.Sеnе.Xеberdаrliq.Аy.Tulku. Аlcaq” SMS_Tarixcesi__**********0116__708888957”,“Zenglerin_Detallasmasi__**********4640__ _708888957”,“Zenglerin_Mexsusluq_Tarixceleri__**********4713___708888957_NAR” adlı fayllara baxış zamanı isə cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən diskə baxış keçirilməsi haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən daxil olmuş diskdə -“SMS_Tarixcesi__**********4441__557971505”; -“SMS_Tarixcesi__**********4444__557971505”; -“SMS_Tarixcesi__**********4521__558528919”; -“Zenglerin_Detallasmasi__**********3121___558528919”; -“Zenglerin_Detallasmasi__**********3131___557971505”; -“Zenglerin_Mexsusluq_Tarixceleri__**********3107___558528919_BKC”; -“Zenglerin_Mexsusluq_Tarixceleri__**********3134___557971505_BKC”. Fayllar olması müəyyən edilmiş növbəli şəkildə baxış keçirilmiş, lakin fayllara baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində quraşdırılmış Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinə məxsus GTŞ-107 nömrəli kameradan xx.xx.2022-ci il tarixli video görüntülərlə bağlı xx.xx.2022-ci il tarixli 120-23149-1222 nömrəli məktubla şəhər prokurorluğuna təqdim olunmuş disklərə baxış keçirilmişdir. Disklər açılan zaman birinci diskdə GTŞ-107 1-2022-12-11_1, GTŞ-107 1-2022-12-11_2, GTŞ-107 1-2022-12-11_3 adlı, ikinci diskdə GTŞ-107 1-2022-12-11_4, GTŞ-107 1-2022-12-11_5, GTŞ-107 1-2022- 12-11_6 adlı, üçüncü diskdə GTŞ-107 2-2022-12-11_1, GTŞ-107 2-2022-12-11_2, GTŞ- 107 2-2022-12-11_3 adlı, dördüncü diskdə GTŞ-107 2-2022-12-11_4, GTŞ-107 2-2022- 12-11_5, GTŞ-107 2-2022-12-11_6 adlı, beşinci diskdə GTŞ-107 3-2022-12-11_ 1, GTŞ- 107 3-2022-12-11_ 2 və GTŞ-107 3-2022-12-11_3 adlı video görüntülərin olduğu müəyyən edilmişdir. İlk olaraq GTŞ-107 1-2022-12-11_2 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:14-də Zərərçəkmiş şəxs X7 və şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə “VAZ 21012” markalı avtomobillə "xxxx" ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşmüşdürlər. Saat 19:18-də X29 qeyd edilən yerə piyada gələrək şəxslərlə söhbət etməyə başlamışdır. GTŞ-107 1-2022-12-11_3 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, saat 19:43-də "xxxx" ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs, Niyazi Bayramov, Əli Bayramov, onun oğlu Təqsirləndirilən şəxs1 və digər 3 nəfər şəxs arasında əlbəyaxa mübahisə nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədilir. Yolun hərəkət hissəsində qarşı-qarşıya gümüşü rəngli, “VAZ 21012” və ağ rəngli, “VAZ 21015” markalı avtomobillər saxlanılmışdır. Saat 19:45-də Əli Bayramovun yerdə, Təqsirləndirilən şəxs1 onun yanında olması, digər mübahisə iştirakçılarının kənarlaşması, insanların ətrafa toplaşması görünür. GTŞ-107 1-2022-12- 11_4, GTŞ-107 1-2022-12-11_5, GTŞ-107 1-2022-12-11_6, GTŞ-107 2-2022-12-11_1, GTŞ-107 2-2022-12-11_2, GTŞ-107 2-2022-12-11_3, GTŞ-107 2-2022-12-11_4, GTŞ-107 2-2022-12-11_5, GTŞ-107 2-2022-12-11_6 adlı video görüntülərə baxış keçirilmiş, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. GTŞ-107 3-2022-12-11_ 1 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, saat 19:14:13-də Zərərçəkmiş şəxs X7 və şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə “VAZ 21012” markalı boz rəngli avtomobillə "xxxx" ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşür, saat 19:15:25-də təkrar avtomobilə əyləşərək gözləyirlər. Saat 19:18:35-də X29 qeyd edilən maşına yaxınlaşır, bundan sonra içəridə olan şəxslər maşından düşərək Əli Bayramovla söhbət edirlər. GTŞ-107 3-2022-12-11_ 2 adlı video görüntüdə isə həmin video görüntü saat 19:20dən saat 19:40-dək vaxt aralığında yuxarıda qeyd edilən şəxslərin söhbət etməsini özündə əks etdirir. GTŞ-107 3-2022-12-11_ 2 adlı video görüntüdə, Əli Zərərçəkmiş şəxs Bayramov, Niyazi Bayramov və yanındakı şəxslərlə söhbət etdiyi zaman, saat 19:42:55-də Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan digər 2 nəfər şəxslə birlikdə ağ rəngli, “VAZ 21015” markalı avtomobillə "xxxx" ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşür, söhbətə qoşulmaq istədiyi vaxt Əli Bayramov tərəfindən saxlanılır, daha sonra ondan ayrılaraq Zərərçəkmiş şəxs və Niyazi Bayramovun üzərinə doğru gedir, adıçəkilən şəxslər arasında əlbəyaxa dava və süpürləşmə baş verir. Saat 19:43:52-də Zərərçəkmiş şəxs “VAZ 21012” markalı avtomobilin arxa oturacağından ov silahını götürərək 19:44:18-də yolun orta hissəsində dayanmış Əli Bayramov istiqamətində atəş açır və sonuncu yerə yıxılmışdır. Həmin ərəfədə şəxsiyyəti məlum olmayan mübahisə iştirakçısı hadisə yerindən qaçıb uzaqlaşır. Saat 19:44:23-də Zərərçəkmiş şəxs silahın qundağı ilə Təqsirləndirilən şəxs1 bel nahiyəsinə zərbələr endirir. Saat 19:44:55-də Niyazi Bayramov maşının sükanında əyləşməklə Zərərçəkmiş şəxsla birlikdə “VAZ 21012” markalı avtomobillə hadisə yerini tərk edir. Saat 19:45-də Əli Bayramov yerdə, Təqsirləndirilən şəxs1 yanında olması, digər mübahisə iştirakçılarının kənarlaşması, insanların ətrafa toplaşması görünür. Saat 19:46:36-da Təqsirləndirilən şəxs1 ətrafdakıların köməyi ilə Əli Bayramovu “VAZ 21015” markalı avtomobilə yerləşdirərək hadisə yerini tərk edir. Cinayət işinə əlavə edilmiş videoyazıların məhkəmə ekspertizasının xx.xx.2023cü il tarixli 3-16-16/2-4/1114 nömrəli rəyindən görünür ki : 1,3. Ekspertizaya təqdim edilmiş 1 ədəd optik diskdə qeydə alınmış “GTŞ-107 3- 2022-12-11_3” adlı videoyazıdakı görüntülərin keyfiyyətini ekspertin avtomatlaşdırılmış iş yerinə daxil olan proqram təminatlarından istifadə etməklə kişi cinsinə məxsus xarici görünüşlü 7 nəfər şəxsin arasında baş verən davanın iştirakçılarının sifət cizgilərinə, bədən quruluşlarına, yerişlərinə və xarici görünüşlərinə görə eyniləşdirilməsi üçün yararlı olmaq dərəcəsinə qədər yaxşılaşdırmaq mümkün olmadı. Ona görə də videoyazıda qeydə alınmış vizual hadisənin iştirakçısı olan şəxslərdən hər hansı birinin sifət cizgilərinə, bədən quruluşlarına, yerişlərinə və xarici görünüşlərinə görə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X20 və ya digər şəxs olubolmamasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 1 ədəd optik diskdə qeydə alınmış “GTŞ-107 3-2022-12- 11_3” adlı videoyazıdakı görüntülərin keyfiyyətini ekspertin avtomatlaşdırılmış iş yerinə daxil olan proqram təminatlarından istifadə etməklə baş vermiş hadisənin iştirakçısı olan şəxslərin üzərində olan əşya və predmetlərin eyniləşdirilməsi üçün yararlı olmaq dərəcəsinə qədər yaxşılaşdırmaq mümkün olmadı.
1. Ekspertizaya təqdim edilmiş 1 ədəd optik diskdə qeydə alınmış “GTŞ-107 3-2022- 12-11_3” adlı videoyazıda qeydə alınmış tədqiqatı tələb olunan vizual hadisənin – 7 nəfər kişi cinsinə məxsus xarici görünüşlü şəxs arasında baş verən davanın mümkün olan xronoloji ardıcıllığı rəyin tədqiqi hissəsində verilmişdir. (Rəyin tədqiqi hissəsi: ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD-R diskdə qeydə alınmış “GTŞ- 107 3-2022-12-11_3” adlı videoyazıdakı görüntülərin vizual analizi tədqiq tələb olunan hadisənin şəkil 3-də solda görünən dayanmış avtomobilin yanında olan 4 nəfər kişi cinsinə məxsus xarici görünüşlü şəxslərlə hadisə yerinə sonradan gələn avtomobildən düşən 3 nəfər kişi cinsinə məxsus xarici görünüşlü şəxslər (bax: şəkil 3) arasında baş verən davadan ibarət olduğunu göstərmişdir. Belə ki, hadisə yerinə sonradan gələn avtomobilin sükanının arxasından düşən K1, avtomobilin qabaq sağ qapısından düşən K3 və arxa sağ qapıdan düşən K2 kimi işarə olunmuş şəxslər şəkil 3-də solda görünən dayanmış avtomobilin yanında olan K4, K5, K6 və K7 kimi işarə olunmuş şəxslərə yaxınlaşan zaman K4 onların qarşısına tərəf gəlir və onların K5, K6 və K7-yə tərəf irəliləməsinə mane olmaq istəyir, lakin buna nail ola bilmir, Nəticədə iştirakçılar bir-birinə qarışaraq itələşirlər (bax:şəkil 3-11). Hadisənin bu anından sonrakı davamında videogörüntülərə görə ancaq K2 kimi işarə olunmuş şəxsi fərdiləşdirmək mümkün olur (açıq rəngli yuxarı üst geyimində və açıq rəngli ayaqqabıda olduğuna görə). İştirakçılar bir-birinə nəzərən yerlərini dəyişdiyindən və K2 kimi işarə olunmuş şəxsdən başqa digərlərini fərdiləşdirmək mümkün olmadığından hadisənin sonrakı gedişində qismən K2-nin hərəkətlərini izləmək mümkün olur (bax:12-25). Videogörüntülərdə K2-nin bir neçə dəfə digər iştirakçılardan ayrılaraq yenidən hadisə iştirakçılarına yaxınlaşdığı, iştirakşılardan hansına isə əllə zərbələr endirdiyi və qarşılıqlı zərbələr aldığı görünür. Hadisələrin sonrakı inkişafında K2 və daha 3 nəfər birbirinə qarşılıqlı zərbələr endirərək yolun ortasına tərəf itələşirlər və bir qədər sonra iştirakçılardan biri yerə uzanıqlı halda olduğu vəziyyətdə K2 və digər iki iştirakçı bir-birindən ayrılırlar. İştirakçılardan biri əlində olan eyniləşdirilməsi mümkün olmayan, uzunluğu təxminən 1 m olan ağacabənzər əşya ilə K2-yə zərbələr endirir (şəkil 26). Bir neçə iştirakçı arasında davam edən bir qədər davadan sonra hadisə yerinə kənar şəxslər yaxınlaşırlar və dava sona çatır.
2. 4.5. Ekspertizaya təqdim edilmiş 1 ədəd optik diskdə qeydə alınmış “GTŞ-107 3- 2022-12-11_3” adlı videoyazıdakı görüntülərə görə hadisə iştirakçılarının ancaq birinin (K2yə zərbə endirən şəxsin) əlində eyniləşdirilməsi mümkün olmayan əşya - uzunluğu təxminən 1 m olan ağacabənzər əşya olduğu müəyyən olundu. Videoyazıdakı görüntülərə görə hadisə iştirakçılarından digər hər hansı birinin əlində bıçaq, silah və ya digər əşyanın olub-olmaması müəyyən etmək mümkün olmadı.
3. Videoyazıdakı görüntülərə görə iştirakçılardan 4 nəfərin arasında gedən dava zamanı onlardan biri yerə uzanıqlı vəziyyətdə qalır. Lakin, zədə alması ehtimal olunan və yerə uzanıqlı vəziyyətdə qalan şəxsin hansı formada, hansı səbəbdən və iştirakçılardan kim tərəfindən edilmiş əməl nəticəsində uzanıqlı qalmasını videoyazıdakı görüntülərə görə müəyyən etmək mümkün olmadı.
4. 6. Ekspertizaya təqdim edilmiş 1 ədəd optik diskdə qeydə alınmış “GTŞ-107 3- 2022-12-11_3” adlı videoyazıdakı görüntülər hadisə iştirakçılarının üzərində olan üst geyimlərinin xüsusiyyətlərini müəyyən etmək üçün yararsız olduğundan iştirakçıların üzərində olan üst geyimlərinin rəngindən başqa digər xüsusiyyətlərini müəyyən etmək mümkün olmadı.
5. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən “avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil **-DV-*** dövlət qeydiyyat nişanlı Vaz 21015 markalı, ağ rənglidir. Avtomobilin daxilinə və xaricinə, eləcə də arxa yük hissəsinə keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal, eləcə də iz aşkar edilməmişdir.
6. İşdə olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs – xx.xx.1998-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3, tanınma üçün digər şəxslərlə birkikdə soldan sağa doğru 2-ci yerdə Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs 11 dekabr 2022-ci il tarixdə saat 19:42 dəqiqədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisənin baş verdiyi Gəncə şəhəri, X47 küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısına gələn, ifadəsində qeyd etdiyi kimi ona və X24 xəsarət yetirən “Seymur” adlı şəxsin digər şəxslərin arasında olub-olmamasını bildirməsi, şəxsi tanıyırsa, hansı əlamətlərinə görə tanımasını bildirməsi təklif olunduqda “2” rəqəmi ilə nömrələnmiş şəxsi göstərərək 11 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri, X47 küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısına gələn, eləcə də ona və X24 xəsarət yetirən “Seymur” adlı şəxsin olduğunu Seymuru xarici əlamətlərinə sifət quruluşu, boyu və saçının qabaq tərəfinin nisbətən seyrək olmasından tanıdığını bildirmişdir.
7. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, ümumi uzunluğu 326 mm olmaqla, tiyəsinin uzunluğu 145 mm, qalınlığı 3,8 mm, eni 31 mm, dəstəyinin uzunluğu 181 mm, orta hissədən eni 25 mm, qalınlığı 15 mm olan bıçaq, ona oxşar olan üç ədəd bıçaq arasında Gəncə şəhər BPİ-nin MSY-də Təqsirləndirilən şəxs3 tanınmaya təqdim olunmuş, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olan bıçağın həmin bıçaqların arasında olub-olmamasını göstərməsi təklif edildikdə “3” nömrəsi ilə nömrələnmiş bıçağı göstərərək, həmin bıçağın ona məxsus olduğunu, xarici əlamətlərinə görə həmin bıçağı tanıdığını, saxlanılan zaman üzərində olduğunu, lakin həmin bıçaqdan hər hansı o cümlədən hazırki baxılan cinayət işi üzrə alət kimi istifadə etmədiyini bildirmişdir.
8. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyindən Gəncə şəhər prokurorluğuna daxil olmuş bir ədəd CD diskə keçirilmiş baxış zamanı:
9. “NÖMRƏ” adlı faylda
10. -“ANALİTİK TƏHLİL”;
11. -“23_2_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********25.xlsx”;
12. -“23_2_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********25.xlsx”;
13. -“23_2_SMS məzmun (qarşı abunə ilə)_**********25.xlsx”;
14. -“23_2_SMS məzmun (qarşı abunə ilə)_**********25.xlsx”;
15. -“23_2_SMS Statistika (qarşı abunə ilə)_**********25.xlsx”;
16. -“23_2_SMS Statistika (qarşı abunə ilə)_**********25.xlsx”;
17. -“23_2_Zəng statistika (qarşı abunə ilə)_**********25.xlsx”;
18. -“23_2_Zəng statistika (qarşı abunə ilə)_**********25.xlsx”.
19. “ANALİTİK TƏHLİL” alı faylın içərisində “**********25.html” və “Analitik təhlilin izahı.pdf” adlı fayllar vardır. “**********25.html” adlı fayla baxış keçirilən zaman hədəfin (Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 ***-**-** mobil nömrəsinin) analitik təhlilini özündə əks etdirdiyi müəyyən olundu. İlkin qrafaya nəzər yetirdikdə 5-ci sırada Təqsirləndirilən şəxs1 istifadəsində +994 55 ***-**-** mobil nömrənin olduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi zənglərin sayı 231 olmaqla giriş zənglərin sayı 114, çıxış zənglərin sayı isə 117, ümumi zənglərin müddəti 52 dəqiqə 08 saniyə olmuşdur. 19-cu sırada isə Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** mobil nömrənin olduğu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi zənglərin sayı 82 olmaqla giriş zənglərin sayı 36, çıxış zənglərin sayı isə 46 olmaqla, ümumi zənglərin müddəti 25 dəqiqə 09 saniyə olduğu müəyyən edilmişdir.
20. “Analitik təhlilin izahı.pdf” adlı faylda isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Statistik təhlil üzrə dokumentasiyasının öz əksini tapdığı müəyyən edilmişdir.
21. “23_2_B-S yer dəyişdirmə(Hamısı - abunə ilə) _**********25.xlsx” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 ***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində yer dəyişdirmələri özündə əks etdirdiyi müəyyən olundu. Həmin cədvələ əsasən Təqsirləndirilən şəxs3 11 dekabr 2022-ci il tarixdə saat 19:00:11 saniyədən - həmin gün saat 20:19:04 saniyəyədək Gəncə şəhər, Azərsənayetikinti SC-nin 3 sayli Müəssisəsi (koordinatları 40.6526 46.3827) ərazisində yerləşən baza stansiyası ətrafında olmuşdur. Həmin ərazinin koordinatlarına “Google earth” və “Google Maps” xəritəsi üzərində baxdıqda Gəncə şəhər, M.C.Paşayev küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsinin və həmin kəsişmədə yerləşən "xxxx" ticarət mərkəzinin Gəncə şəhər, Azərsənayetikinti SC-nin 3 sayli Müəssisəsi (koordinatları 40.6526 46.3827) ərazisində yerləşən baza stansiyasının əhatə etdiyi ərazinin daxilində olduğu müəyyən olunur.
22. Təqsirləndirilən şəxs3 11 dekabr 2022-ci il tarixdə saat 20:19:04 saniyədən həmin gün saat 21:54:18 saniyəyədək Gəncə şəhəri ərazisində müxtəlif ərazilərdə olmuş, daha sonra Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolu ilə aşağıda qeyd olunmuş tarix, vaxt və ərazi üzrə hərəkət ardıcıllığı ilə Bakı şəhəri istiqamətində irəliləmişdir:
23. -xx.xx.2022-ci il saat 22:17:17 saniyədə Goranboy rayonu, Dəliməmmədli kəndi;
24. -xx.xx.2022-ci il saat 23:03:35 saniyədə Ağdaş rayonu, Qaradeyin kəndi;
25. -xx.xx.2022-ci il saat 23:54:37 saniyədə Ucar rayonu, Müsüslü kəndi;
26. -xx.xx.2022-ci il saat 23:56:09 saniyədən – xx.xx.2022-ci il saat 00:30:08 saniyəyədək Kürdəmir rayonunun Qarabucaq bələdiyyəsi, Şilyan kəndi, Xırdapay kəndi, Atakişili kəndi, Çöhranlı kəndi və Karrar kəndi;
27. -xx.xx.2022-ci il saat 01:24:26 saniyədən – xx.xx.2022-ci il saat 01:40:46 saniyəyədək Hacıqabul şəhəri, İmadəddin Nəsimi küçəsi, X28 Mərkəzindan 700 metr şərqdə və Atbulaq kəndi;
28. -xx.xx.2022-ci il saat 01:48:57 saniyədə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Ələt-Qazax-GÜrcüstan yolu, Kotal massivi 102;
29. -xx.xx.2022-ci il saat 01:58:01 saniyədən – həmin gün saat 01:58:27 saniyəyədək Qaradağ rayonu, Qobustan qəsəbəsi,7-ci massiv küçəsi, Nicat kafenin yanı;
30. -xx.xx.2022-ci il saat 02:13:31 saniyədə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Astara (Qazax) avtomobil yolunun 41-ci km;
31. Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs3 bir neçə dəfə istifadəsində olan +994 55 ***-**-** mobil nömrəni söndürüb-yandırmış, son dəfə isə xx.xx.2022-ci il tarixdə saat 02:13:34-də söndürmüş, həmin tarixdən xx.xx.2022-ci il tarixədək həmin mobil nömrə ilə hər hansı əməliyyat qeydə alınmamışdır.
32. “23_2_SMS Statistika (qarşı abunə ilə)_**********25.xlsx” adlı fayla baxış keçirildi. Baxış zamanı həmin faylda Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 ***- **-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qarşı abunə ilə SMS statistika cədvəli əks olunmuşdur. Cədvələ baxış keçirilən zaman 2-ci sırada Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** mobil nömrənin, 47 və 48-ci sırada isə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994 55 ***-**- ** mobil nömrənin olduğu müəyyən edildi.
33. “23_2_Zəng statistika (qarşı abunə ilə)_**********25.xlsx” adlı fayla baxış zamanı isə həmin faylda Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 ***-**-** mobil nömrəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qarşı abunə ilə zəng statistika cədvəli əks olunmuşdur. Hadisə gününə, yəni xx.xx.2022-ci il tarixə münasibətdə baxış keçirilən zaman 146-cı sıradan 157-ci sırayadək xx.xx.2022-ci il saat 20:09:15 saniyədən həmin gün saat 20:11:30 saniyəyədək müxtəlif müddət aralıqlarla 12 dəfə, 166-cı sıradan 169-cu sırayadək xx.xx.2022-ci il tarixdə saat 17:01:18 saniyədən həmin gün saat 18:03:28 saniyəyədək müxtəlif müddət aralıqlarla 4 dəfə, 171-ci sırada xx.xx.2022-ci il tarixdə saat 16:53:22-cü saniyədə, 174-cü sırada xx.xx.2022-ci il tarixdə saat 16:22:15 saniyədə Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** mobil nömrəsi ilə aralarında danışıqlar olması müəyyən edilmişdir.
34. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən Gəncə şəhər prokurorluğuna “BKC/LGL-6714/23” nömrəli məktubla daxil olmuş, üzərində “6714/2023” yazılan bir ədəd CD diskinə keçirilmiş baxış zamanı +994 55 ***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.1973-cü il təvəllüdlü, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olan Şahid6 (AZE********) adıan qeydə alındığı iş materiallarına əsasən isə +994 55 ***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs3 istifadəsində olması Təqsirləndirilən şəxs3 11 dekabr 2022-ci il tarixdə saat 19:00:11 saniyədən – həmin gün saat 20:19:04 saniyəyədək Gəncə şəhər, Azərsənayetikinti SC-nin 3 sayli Müəssisəsi (koordinatları 40.6526 46.3827) ərazisində yerləşən baza stansiyası ətrafında olmuş, ərazinin koordinatları “Google earth” və “Google Maps” xəritəsi üzərində baxdıqda Gəncə şəhər, M.C.Paşayev küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsi və həmin kəsişmədə yerləşən "xxxx" ticarət mərkəzinin Gəncə şəhər, Azərsənayetikinti SC-nin 3 sayli Müəssisəsi (koordinatları 40.6526 46.3827) ərazisində yerləşən baza stansiyasının əhatə etdiyi ərazinin daxilində olduğu müəyyən olunur.
35. Cinayət işinə əlavə olunmuş və məhkəmədə araşdırılan “diskə baxış keçirilməsi haqqında” 27 avqust 2023-cü il tarixli protokol və çıxarılmış kağız daşıyıcıdan görünür ki, "xxxx" MMC-dən Gəncə şəhər prokurorluğuna “BKC/LGL- 2182/22” nömrəli məktubla daxil olmuş bir ədəd CD diskinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Gəncə şəhər prokurorluğuna daxil olmuş bir ədəd CD diskinə, eləcə də, "xxxx" MMC-dən Gəncə şəhər prokurorluğuna “BKC/LGL-6714/23” nömrəli məktubla daxil olmuş, üzərində “6714/2023” yazılan bir ədəd CD diskinə əlaqəli şəkildə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki,
36. Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 ***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** mobil nömrə ilə aparılan danışıqlar barədə məlumatlardan, eləcə də anten məlumatlarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:23 dəqiqədən həmin gün 18:53 dəqiqəyədək qeyd olunan mobil nömrə istifadəçiləri, yəni müvafiq olaraq Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin mobil nömrələr ilə bir-biri ilə əlaqə saxlamış, həmin gün saat 19:53 dəqiqədən – saat 21:46 dəqiqəyədək eyni anten dairəsində olmuşlar.
37. Təqsirləndirilən şəxs1 istifadəsində olan +994 55 ***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** mobil nömrə ilə aparılan danışıqlar barədə məlumatlardan, eləcə də anten məlumatlarından görünür ki, qeyd olunan mobil nömrə istifadəçiləri, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Niyazi Bayramovun ailəsi ilə birlikdə yaşadığı Göygöl rayonu, Üçtəpə kəndi ərazisində olmuş, orada olduqları müddətdə xx.xx.2022-ci il tarixdə saat 22:06 dəqiqədən 22:20 dəqiqəyədək müvafiq aralıqlarla 3 (üç) dəfə Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** mobil nömrə ilə Niyazi Bayramovun istifadəsində olan +994 70 ***-**-** mobil nömrəyə qarşılıqlı zənglər edilməklə müxtəlif müddətlərdə danışıq aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 22:44 dəqiqədə və xx.xx.2022-ci il tarixdə 14:47 dəqiqədə Təqsirləndirilən şəxs2 ilə Niyazi Bayramov arasında qeyd olunan mobil telefon nömrələri vasitəsi ilə danışıqlar aparılmışdır.
38. Təqsirləndirilən şəxs1 istifadəsində olan +994 55 852-89-19, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** və Təqsirləndirilən şəxs3 istifadəsində olan +994 55 ***-**-** mobil nömrələr xx.xx.2022-ci il saat 16:00-dan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, xx.xx.2022-ci il saat 18:03 dəqiqədən etibarən Təqsirləndirilən şəxs3 cinayət hadisəsi baş verdiyi vaxt daxil olmaqla eyni anten dairədə olmuşlar.
39. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs1 barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol əlin lll-lV və sağ əlin lV-V barmaqlarının üst səthlərinin sıyrıqları-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
40. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs2 barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ dirsək nahiyəsinin sıyrığı- bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.
41. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilən məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 101 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində - alın nahiyəsində bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində bir ədəd, qarın nahiyəsində iki ədəd, sol bazu nahiyəsində üç ədəd, sol sağrı nahiyəsində bir ədəd, hər iki bud nahiyəsində bir ədəd olmaqla cəmi on ədəd deşilmiş-kəsilmiş yara müəyyən edilmişdir. Bu xəsarətlər həyatidir, deşici-kəsici alətin(alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 11.12.22-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə: döş qəfəsində olan bir ədəd yara sol İİİ qabırğa qığırdağını zədələyərək sol döş boşluğuna keçdiyindən, qarın nahiyəsində olan iki "ədəd yara isə qarın boşluğuna nüfuz edərək nazik bağırsaq müsariqəsini və mədənin seroz qişasını zədələdiyindən bu xəsarətlərin hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir; digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma kimi qiymətləndirilir. • X1 bədənində müəyyən edilən kəsilmiş-deşilmiş yaradan başqa sol diz nahiyəsində sıyrıq kimi xəsarət də aşkar edildi. Bu xəsarət həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 11.12.22-ci il tarixə uyğun gəlir və belə xəsarət canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilir və dərəcəsi təyin edilmir. • X1 ölümünə səbəb alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, hər iki bud nahiyələrinin çoxsaylı deşilmiş-kəsilmiş yaralar kompleksi nəticəsində əmələ gələn kəskin və çoxlu qanitirmə olmuşdur. Ölümün müddəti stasionar xəstənin tibbi kartasında göstərilən tarixə, yəni 12.12.22-il tarixə, saat 07:00 uyğun gəlir. • Xəstəxanada tibbi yardım məqsədi ilə X2 dərman maddələri vurulduğundan, hadisədən qabaq onun spirtli içkilər qəbul edib - etməməsini müəyyən etmək mümkün deyil.
42. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - boyun nahiyəsində iki ədəd, sol bazu nahiyəsində iki ədəd, sol kürək nahiyəsində iki ədəd və döş qəfəsinin ön səthində bir ədəd olmaqla yeddi ədəd kəsilmiş-deşilmiş yaralar müəyyən edildi. Bu xəsarətlər deşici - kəsici alətlə(alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir.
43. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 883 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində xəsarət yoxdur.
44. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1323 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü vət. X3 adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 101 saylı rəy və X3 hadisə zamanı əynində olan paltarların trasoloji müayinəsi haqqında tərtib olunmuş 28 fevral 2023-cü il tarixli 3/62;63;64;65 saylı rəyə əsasən:
45. 1. X1 meyitinin bədənində-alın nahiyəsində bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində bir ədəd, qarın nahiyəsində iki ədəd, sol bazu nahiyəsində üç ədəd, sol sağrı nahiyəsində bir ədəd, hər iki bud nahiyəsində bir ədəd olmaqla, cəmi on ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi. Bu xəsarətlər - bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan alətin (alətlərin) təsiri nəticəsində yaranmağa xarakterikdir;
46. 2. X1 bədənində müəyyən edilmiş xəsarətlər eyni xüsusiyyətlərə malik bir neçə alətlə yetirilə bilər. N.Bayramovun bədənində olan yaraların morfoloji əlamətlərini, yara kanallarının istiqamətini, dərinliyini, paltarlarda olan zədələrin xarakterik xüsusiyyətlərini, xəsarətlərin yetirilmə ardıcıllığını nəzərə alaraq, belə hesab edilmişdir ki, həmin xəsarətlərin eyni zamanda bir şəxs tərəfindən yetirilməsi inandırıcı deyil.
47. 3. X2 xəsarət yetirilən zaman o müxtəlif vəziyyətlərdə (oturmuş, uzanılı, ayaqüstə və s.) ola bilərdi.
48. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan əlavə məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1322 nömrəli rəyindən görünür ki, 1986cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 07 saylı rəy və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarların trasoloji müayinəsi haqqında tərtib olunmuş 28 fevral 2023-cü il tarixli 3/62;63;64;65 saylı rəyə əsasən:
49. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində - boyun nahiyəsində iki ədəd, sol bazu nahiyəsində iki ədəd, sol kürək nahiyəsində iki ədəd və döş qəfəsinin ön səthində bir ədəd olmaqla yeddi ədəd kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu xəsarətlər - bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan alətin (alətlərin) təsiri nəticəsində yaranmağa xarakterikdir;
2. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər eyni xüsusiyyətlərə malik bir neçə alətlə yetirilə bilər. Zərərçəkmiş şəxs bədənində olan yaraların morfoloji əlamətlərini, yara kanallarının istiqamətini, dərinliyini, paltarlarda olan zədələrin xarakterik xüsusiyyətlərini, xəsarətlərin yetirilmə ardıcıllığını nəzərə alaraq, həmin xəsarətlərin eyni zamanda bir şəxs tərəfindən yetirilməsi inandırıcı deyil.
3. Vət. Zərərçəkmiş şəxs xəsarət yetirilən zaman o müxtəlif vəziyyətlərdə (oturmuş, uzanılı, ayaqüstəvə s.) ola bilərdi. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs barəsində təkrar məhkəmə-tibbi ekspertizasının T152/2023 nömrəli rəyindən görünür ki, tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: -Zərərçəkmiş şəxs boyun nahiyəsinin iki ədəd, sol bazu nahiyəsinin iki ədəd, sol kürək nahiyəsinin iki ədəd və döş qəfəsinin ön səthinin bir ədəd, ümumilikdə yeddi ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. -Xəsarətlərin xüsusiyyətləri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. -Xəsarət yetirilərkən həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən komisyon məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, KEŞ-86 saylı rəyindən görünür ki, 1994cü il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - X3 adına Gəncə şəhər X43 Xəstəxanasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuş və ona “Döş qəfəsinin qarının daxilinə keçən kəsilmiş- deşilmiş yaraları” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir; - Niyazi Bayramova təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Laparotomiya. Reviziya, sanasiyası və drenaj lanma” cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir; - Əməliyyatdan sonra qanitirmə ilə əlaqədar xəstənin vəziyyəti ağır olmuş və xx.xx.2022-ci ildə onda bioloji ölüm baş vermişdir; - Niyazi Bayramovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, sağ bud nahiyələrinin çoxsaylı deşilmiş-kəsilmiş yaralar kompleksi nəticəsində əmələ gələn kəskin və çoxlu qanitirmənin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır; - Niyazi Bayramova göstərilmiş ixtisaslı tibbi yardımlar səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun aparılmışdır. Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 12 saylı rəyindən görünür ki, ********* saylı cinayət işi əlaqədar olaraq təqdim olunmuş maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. 2.X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. 3.X8 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür. 4.Təqsirləndirilən şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür. 5.Təqsirləndirilən şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İl)-betadır. 6.Təqdim olunmuş bir ədəd açılıb-bağlanan bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan X2 və Zərərçəkmiş şəxs məxsus ola bilər. 7.Təqdim olunmuş hadisə yerindən götürülmüş №-4, №-5, №-6, №-8 nömrəli qan nümunələri üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan X2 və Zərərçəkmiş şəxs məxsus ola bilər.
8. Təqdim olunmuş X4 məxsus paltarlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhumun özünə və Zərərçəkmiş şəxs məxsus ola bilər. 9.Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan X2 və onun özünə məxsus ola bilər. 10.Təqdim olunmuş X21 məxsus paltarlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi AB (İY) olduğundan mərhumun özünə məxsus ola bilər. 11.Təqdim olunmuş meyidə baxış zamanı götürülmüş kartec və tıxac üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi AB (İV) olduğundan mərhumun özünə məxsus ola bilər. 12.Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd papaq, hadisə yerindən götürülmüş bir ədəd papaq, mərhum X21 məxsus bir ədəd şalvar (tuman), Təqsirləndirilən şəxs2 məxsus paltarlar, Təqsirləndirilən şəxs1 məxsus paltarlar, bir ədəd patrondaş, atılıb və atılmamış patronlar, bir ədəd boş patron, bir ədəd çəkic, bir ədəd armatur, bir ədəd ling, bir ədəd qoşa lüləli ov tüfəngi üzərində qan aşkar olunmadı. 13.Təqdim olunmuş bir ədəd kustar üsulla hazırlanmış bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 27 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaqdan götürülmüş yuyuntuların müayinəsi zamanı qan aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks məhkəməballistik, məhkəmə-kriminalistik, məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının 28 fevral 2023-cü il tarixli, 3/62; 63; 64; 65 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah - 1964-cü ildə, keçmiş SSRİ-də, silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “Б” modelli, 25626-64 №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, hissə və mexanizmləri eyni bir silaha aiddir, konstruksiyasında qoruyucu mexanizm nəzərdə tutulmamışdır, detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, qəlibinin tətikbəndi yerində yoxdur, həmin detalın olmaması ilə silahdan istifadə olunmasında əhəmiyyətli çətinlik, nasazlıq yaranmamışdır, qundağı sınıb qəlibdən ayrıldığı üçün o, halhazırda nasazdır, lakin atəş açarkən həmin nasazlığı asanlıqla aradan qaldırmaq mümkündür, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır və döyüş vəziyyətinə gətirib, tətiklərini çəkmədən, o cümlədən zərbə ilə yerə dəydikdə, zərbə ilə vurulduqda, əldən yerə düşdükdə, çaxmaqları çəkildikdə və s. hallarda ondan öz-özünə atəş açılmır. - Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron - 16 kalibrli olmaqla, həmin kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış gilizlərə malik, 02 ədədi (“1” və “2” nömrəli patronlar) yivsiz ov silahlarında istifadə olunan atəş komponentləri ilə zavod üsulu ilə doldurulmuş, 01 ədədi isə (“3” nömrəli patron) həmin növ atəş komponentlərinin bir hissəsi ilə kustar üsulla doldurulmuş patronlardırlar, “1” və “2” nömrəli patronlar hədəfə zədə yetirmə qabiliyyətinə malik olmaqla təyinatları üzrə istifadəyə (atəşə) tam yararlıdırlar, “3” nömrəli patronda isə yalnız barıt atımı olduğu üçün atəş açmaq mümkündür, lakin onun daxilində müvafiq mərmi (qırma və s.) olmadığına görə, həmin patron hədəfə zədə yetirmə qabiliyyətinə malik olmadığı üçün, təyinatı üzrə istifadəyə yararsızdır. Təyinatlarına və kalibrlərinə uyğun olaraq, həmin 03 ədəd patron həmçinin tədqiqata təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngində də istifadə oluna bilərlər. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin 2 (iki) ədəd gilizdən: “1” nömrəli giliz, təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-İi qoşalülə ov tüfənginin sağ lüləsindən, “2” nömrəli giliz isə həmin tüfəngin sol lüləsindən atılmışdır. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd karteç formalı metal predmet - müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - diametri təxminən 8 mm olan karteçdir. Təyinatına uyğun olaraq, həmin karteçin digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin karteçin üzərində atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun, atəşədək təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə, yaxud başqa hansısa konkret bir gilizə doldurulub-doldurulmadığını, eləcə də həmin gilizlərin hansındansa, yaxud başqa hansısa konkret bir gilizdən və təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 qoşalüləli ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tıxacabənzər plastmas predmet – 16 kalibrli, yivsiv odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir – polietilen “konteyner” tipli tıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə təqdim olunmuş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun, təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə, yaxud başqa hansısa konkret bir gilizə doldurulub-doldurulmadığını və eləcə də həmin gilizlərin hansındansa və təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kəmər formalı predmet - yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, müxtəlif kalibrli patronların və onların gilizlərinin qoyulması və gəzdirilməsi məqsədilə kustar üsulla hazırlanmış ləvazimatdır - kəmər formalı patrontaşdır, döyüş sursatı və ya odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab olunmur, təyinatına uyğun olaraq, həmçinin funksional əhəmiyyət daşımayan komplekt hissə kimi tədqiqata təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş 16 kalibrli patronların doldurulması üçün də istifadə oluna bilər. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd çəkic formalı predmet - kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı alətdir - çəkicdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd metal predmetdən: a)“1" rəqəmi ilə işarələnmiş metal predmet - kustar üsulla hazırlanmış, tikintidə, təsərrüfatda və eləcə də müxtəlif texniki məqsədlərlə istifadə olunan “armatur” tipli metal məmulatın bir parçasıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir; b)“2” rəqəmi ilə işarələnmiş metal predmet - kustar üsulla hazırlanmış, müxtəlif təsərrüfat sahələrində və eləcə də texniki məqsədlərlə istifadə olunan alətdir - lingdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bıçaqdan: a) “1” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir; b)Tədqiqata təqdim edilmiş, “2” rəqəmi ilə işarələnmiş bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir; -Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. - Tədqiqata təqdim edilmiş üzərində “Əli Bayramova” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd sviter və bir ədəd uzunqol alt köynəyinin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, geyim əşyalarının ön hissəsində olan zədə giriş, arxa hissəsində olan zədələr isə çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin - qırmaların təsirindən, silahın lülə ağzı gödəkçənin ön, sol, yuxarı hissəsinə dirənmiş vəziyyətdə, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində qırmaların təsirindən də yarana bilər. Geyim əşyaları üzərində olan zədələr yerləşmə sahələrinə görə Əli Bayramovun bədən xəsarətlərinə dair məhkəmə tibbi ekspertizasının rəyində qeyd edilən odlu silah xəsarətləri ilə üst-üstə düşür. -Tədqiqata təqdim edilmiş üzərində “Əli Bayramova” məxsus olduğu qeyd edilən digər geyim əşyaları, “Təqsirləndirilən şəxs1”, “Zərərçəkmiş şəxs”, “Niyazi Bayramov” və “Təqsirləndirilən şəxs2” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş üzərində “Əli Bayramova” məxsus olduğu qeyd edilən üzərində zədə olmayan digər geyim əşyaları, “Zərərçəkmiş şəxs” və “Niyazi Bayramova” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” və “Təqsirləndirilən şəxs2” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş üzərində “...Zərərçəkmiş şəxs əynində olmuş....” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd pulover, bir ədəd köynək, bir ədəd alt köynəyi, bir ədəd maykanın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Ümumi əlamətlərinə əsasən gödəkçənin, puloverin, köynəyin, alt köynəyi, maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. -Təqdim edilmiş gödəkçənin, puloverin, köynəyin, alt köynəyi, maykanın səthində olan zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin bir və bir neçə və ya hər hansı konkret bir bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş gödəkçənin, puloverin, köynəyin, alt köynəyi, maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəspn öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. -Tədqiqata təqdim edilmiş üzərində “...Zərərçəkmiş şəxs əynində olmuş...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd pulover, bir ədəd köynək, bir ədəd alt köynəyi, bir ədəd maykanın səthində olan səthində olari'vl yuxarıda təsvir edilmiş zədələr Zərərçəkmiş şəxs barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə üst-üstə düşürlər. -Tədqiqata təqdim edilmiş üzərində “...Niyazi Bayramovun əynində olmuş....” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd tumanın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Ümumi əlamətlərinə əsasən gödəkçənin, jaketin, şalvarın, tumanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. -Təqdim edilmiş gödəkçənin, jaketin, şalvarın, tumanın səthində olan zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin bir və bir neçə və ya hər hansı konkret bir bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. -Təqdim edilmiş gödəkçənin, jaketin, şalvarın, tumanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. -Təqdim edilmiş üzərində “...Niyazi Bayramovun əynində olmuş...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd tumanın səthində olan və yuxarıda təsvir edilmiş zədələr X7 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə üst-üstə düşürlər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/184 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X16, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs, X5 və X17 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır: -Zərərçəkmiş şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş tünd boz rəngli hamar- poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər, -Zərərçəkmiş şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş göy rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Əii Bayramovun köynəyinin tərkib liflərinə uyğun gəlirlər; -Təqsirləndirilən şəxs1 şalvarının üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Əli Bayramovun şalvarının tərkib liflərinə uyğun gəlirlər, -Təqsirləndirilən şəxs1 gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamarpolietster kimyəvi iiflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlir. - Təqsirləndirilən şəxs2 gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər, -Təqsirləndirilən şəxs2 şalvarının üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Əii Bayramovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. - Əli Bayramovun gödəkçəsinin üzərindən aşkar edilmiş bej rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər, -Əli Bayramovun şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 şalvarının tərkib liflərinə uyğun gəlirlər, -Əli Bayramovun gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. - Niyazi Bayramovun şalvarının üzərindən aşkar edimiş rəngli göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Əli Bayramovun şalvarının tərkib liflərinə uyğun gəlirlər; - Niyazi Bayramovun gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamar kimyəvi iiflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs2 gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 759/268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs1 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, psixiatriya stasionarında müalicə olunmaması, tibbi yardım üçün fərdi qaydada həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, ekspertiza zamam psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi əsas verir. Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri atasına qarşı törədilmiş qanunazidd əməl ola bilər. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 759/268 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs2 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayarq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs2 hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs2 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, psixiatriya stasionarında müalicə olunmaması, tibbi yardım üçün fərdi qaydada həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək hər hansı cinayət əməli törətmədiyini bildirməsi, hadisənin şahidi olduğunu söyləməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə. Öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli 357 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 175 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (müayinə zamanı onda qavrama, yaddaş, təfəkkür, emosiya və intellekt pozuntularının aşkar edilməməsi, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, aktiv surətdə müdafiə olunaraq hər hansı cinayət əməli törətmədiyini bildirməsi və baş vermiş hadisələrdə günahının olmadığını söyləməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs3 ona şamil edilən cinayət əməlini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkməmişdir. Onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs3 ona şamil edilən ictimai təhlükəli əməli törətdiyi zaman psixi xəstə olmamışdır. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onları idarə edə bilmişdir. Təqsirləndirilən şəxs3 ona şamil edilən cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir və hal-hazırda da psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməlləri idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs3 tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə suallara cavab: Təqsirləndirilən şəxs3 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs3 ona şamil edilən cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs3 ona şamil edilən cinayət əməlini törədərkən (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 159 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs barəsində təyin edilmiş sonuncu narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 158 nömrəli rəyindən görünür ki, sonuncu narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1929 nömrəli rəyindən görünür ki sonuncu narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1346 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, sonuncu narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2023-cü il tarixli 16/719 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 121-37044-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, qeyd olunan şəxslər arasında mübahisənin və ədavətin olmadığı, onların yaşadığı ərazidə müsbət xarakterizə olunduqları, 1-ci PŞ-də münaqişəli ailə kimi qeydiyyatda olmamaları müəyyən edilmişdir. Cinayət hadisəsində istifadə edilmiş qoşa lüləli, 16 çaplı N25626 nömrəli ov silahının və bıçaqların yaşadıqları evdən götürüldüyü və qoşa lüləli, 16 çaplı N25626 nömrəli ov silahının əvvəllər hər hansi bir cinayət zamanı istifadə edilməməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 121-37046-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, müvafiq tədbirlər görülsə də, Seymur və 3cü şəxsi hələlik müəyyən etmək mümkün olmamış, şəxslərin tapılması ilə bağlı tədbirlər davam etdirilir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daşkəsən rayon Polis şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-72/2-2144/2023 saylı məktub və əlavə edilmiş sənədlərdən görünür ki, 1964-cü il istehsalı olan, “TOЗБ” markalı, qoşa lüləli, 16 çaplı, N-25626 nömrəli, ov tüfəngi RF-nin Tula silah zavodunda istehsal olunmuşdur. Zərərçəkmiş şəxs N-25626 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Daşkəsən RPŞ tərəfindən 26 iyul 2019-cu il tarixdə 329 nömrəli şəhadətnamə verilmiş, 17 fevral 2021-ci il tarixdə isə 329 nömrəli şəhadətnamə verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Respublikası Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 954 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Əli Bayramov, Niyazi Bayramov, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 Respublikas Psixiatriya Xəstəxanasında müalicədə və qeydiyyatda olmamışdırlar. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 426, 427, 428, 429, 430 nömrəli məktublarından eləcə də xx.xx.2023-cü il tarixli 5170 nömrəli məktubundan görünür ki, görünür ki, Əli Bayramov, Niyazi Bayramov, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 30 nömrəli məktub, eləcə də xx.xx.2023-cü il tarixli 175 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədə və qeydiyyatda olmamışdırlar. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 1118, 1119, 1122, 1123 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-57/1-1457/2023 nömrəli məktubundan görünür ki, Əli Bayramov, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cinayət işi, təqsirləndirici material olmamış, ailələri münaqişəli ailə kimi qeydiyyata alınmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmi xx.xx.2023-cü il tarixli 1888 nömrəli və 1889 nömrəli yaşayış yeri və ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayş yeri üzrə müsbət xarakterizə edilməklə Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 3-cü döngə, ev 9 ünvanında yaşamışdır. Cinayət işinə əlavə olunmuş Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 562 №li və həmin tarixli 562/1 №li arayış və xasiyyətnamədən görünür ki, Nəcəfov X22 şəhər sakini məcburi köçkün olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə edilir və Gəncə şəhəri, Natəvan qəsəbəsi, “Ruzi” kiçik müəssisəsində müvəqqəti məskunlaşmışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmədə araşdırılmış Göygöl rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 446 nömrəli 445 nömrəli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Göygöl rayon Hacıməlik qəsəbəsində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı və ibtidai istintaqda göstərmişdir ki, Niyazi Bayramova bıçaqla, yaxud digər kəsici deşici alətlə hər hansı bir xəsarət yetirməmiş, sonuncuya xəsarətləri atası X29 yetirmiş, o, Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirmiş, həmin bıçaq isə, atası Əli Bayramova məxsus olmuş və həmin bıçağı da hadisə vaxtı Zərərçəkmiş şəxs sonuncuya atəş açdıqdan sonra əlindən düşdükdən sonra yerdən götürmüşdür. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hadisəyə heç bir aidiyyəti yoxdur. Seymur ümumiyyətlə orada olmamışdır, hadisə yerinə gedərkən maşında ümumiyyətlə digər şəxs tanıdığı adam olmuşdur və onun da bu məsələlərə aidiyyəti yoxdur. Murad onu hadisə yerinə öz maşını ilə onu təsadüfən aparmışdır. Hadisə vaxtı O özünü müdafiə etmək üçün atasının yerə düşmüş bıçağı ilə hazırki iş üzrə Zərərçəkmiş şəxs vurmuşdur. X24 xəsarətləri isə mərhum atası yetirmişdir. X32 vurduğu üçün o da Muradı qorumaq məqsədilə Kamala yenidən bıçaqla xəsarətlər vurmuş, hadisə vaxtı atası gözünün qabağında güllələndiyinə görə özündə olmamış və hərəkətlərini bilməmiş, affekt vəziyyətində özünü Təqsirləndirilən şəxs2 qorumaq üçün zərərçəkmişi bıçaqlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı və ibtidai istintaqda göstərmişdir ki, hadisə yerinə sürücü qismində getmiş, Ayxandan başqa sonuncunun tanışı olan şəxsi aparmışdır. Niyazi Bayramovun öldürülməsi və Zərərçəkmiş şəxs xəsarətlər yetirilməsinə aidiyyəti yoxdur. O əvvəlcə dalaşan tərəfləri yəni Ayxan və X25 və Niyazi Bayramovları aralamağa çalışmış, Kamal Əliyə atəş açdıqdan sonra qaçıb maşınına tərəf getmiş, sonra isə Kamal üzərinə gəlib onu tüfəngin qundağı ilə vurmağa başlamışdır. Ayxan ona köməyə gələndən sonra qaçıb uzaqlaşmış maşını orada qaldığı üçün təkrar hadisə yerinə qayıtmışdır. Nə Kamalın nə də Niyazi Bayramovu əllərini yaxud belindən tutub saxlamamış və sonunculara Ayxanın xəsarət yetirməsinə qəsdən şərait yaratmamışdır. Kamal onu qundaqla vuranda Ayxan gəlib mane olmuşdur. Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqında göstərmişdir ki, O ümumiyyətlə hadisə yerində olmamış əraziyə yaxın yerdə olan çayxanada olmuş və dostundan borca pul almaq üçün evlərinə getmişdir. Onun elan edilmiş ittihama heç bir aidiyyəti yoxdur. Onu uzun ümddət sonra əsassız olaraq həbs etmişlər. Saxlanılan zaman üzərində olan bıçağı isə küçədən alıb saxlamış lakin heç yerdə istifadə etməmişdir. Bakı şəhərinə çıxıb getməsi işləmək və digər şəxsi işləri olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin göstərdiyi əsaslar özlərinin ifadəsindən (və cinayətin icraçı ilə digər bir qrup şəxslərin ifadələrindən başqa) hər hansı sübutla təsdiq olunmadığı, əksinə onların cinayət hadisəsinə aidiyyətləri və törtdikləri əməllərdə təqsirləri iş üzrə toplanılmış və məhkəmə baxışında elan və tədqiq edilən çoxsaylı obyektiv sübut növləri ( şahid və zərərçəkmiş şəxs ifadələri, məhkəmə ekspertiza rəyləri, hadisə yeri və anının qeydə alındığı müşahidə kameralarının görüntüləri iş üzrə şəxslərin istifadəsində olan mobil telefonların anten dairələri və çoxsaylı digər sübutlarla) təsdiq olunduğundan həmin hissədə özünümüdafiə üçün gətirdikləri əsassız dəlillər kimi qiymətləndirilməklə, sübut kimi qəbul etmir və gəldiyi nəticəni hökmün əsaslandırıcı hissəsində qeyd edəcək sübutların müqayisəli təhlili və tədqiqi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, işin faktiki halları və hadisənin başvermə mexanizmi Təqsirləndirilən şəxs1 hadisə vaxtı özünümüdafiə məqsədi ilə hərəkət etməsini, eləcə də onun atasının ölümündən sonra güclü ruhi həyəcan affekt vəziyyətində hərərkət etməsini təkzib edir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilən hadisənin görüntüləri olan videoçəkilişə baxış zamanı, eləcə də hadisəyə qədərki davranışlardan görünür ki, baş vermiş xüsusilə ağır cinayət hadisəsinin təşəbbüskarı məhz o olmuşdur. Təqsirləndirilən şəxs1 hadisəni atasının gözü qarşısından ölümündən sonra baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) halında törətməsini bildirməsini münasibətdə isə qeyd edilməlidir ki, məhz sonuncu hadisə yerinə gəldiyi Təqsirləndirilən şəxs2 məxsus vaz 21015 markalı avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxslərin üzərinə gedərək həmin vaxta qədər sakit formada davam edən münaqişəni alovlandırmış və ilkin bıçaq zərbələri zərərçəkmiş şəxslərə məhz onun tərəfindən yetirilmiş və hadisələr yüksələn xətt üzrə davam edərək xüsusilə ağır cinayət hadisəsi ilə nəticələnmişdir. Yəni hadisədən əvvəlki günlərdə Kamal və Niyazi Bayramovlarla atası Əlinin borc məsələsini aydınlaşdırmaq adı ilə qadınlar arasında olan mübahisəyə daxil olaraq qardaşları münaqişəyə cəlb etmiş, hər iki qardaş atası Əli ilə aralarındakı borc məsələsini aydınlaşdırarkən hadisə yerinə gəlib avtomobildən düşəndən dərhal sonra onların olduğu istiqəmətdə gedib əl-qol atmış, mərhum atası tərəfindən uzaqlaşdırılmasına baxmayaraq telefonda Niyazi və Kamalla bir-birinin ünvanına nəlayiq ifadələr işlətdikləri üçün qisas almaq məqsədilə üzərində olan kəsici-deşici alətlə hər iki zərərçəkmiş şəxsə çoxsaylı bıçaq xəsarətləri yetirmişdir. Hadisənin təşəbbüskarının özü olması Təqsirləndirilən şəxs1 hadisə vaxtı özünümüdafiə məqsədilə hərəkət etməsini inkar edən başlıca amildir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə baxışında zərərçəkmiş şəxslərə xəsarət yetrdiyi bıçağın mərhum atasına məxsus olduğunu və sonuncu tərəfindən aralarında baş vermiş dava zamanı mərhum Niyazi Bayramova bıçaq xəsarətləri yetirdikdən sonra əlindən düşdüyünü və həmin bıçağı götürüb Zərərçəkmiş şəxs maşından silah çıxartdığı üçün ona zərbələr yetirməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bıçağın məhz hadisə yerinə gələrkən Təqsirləndirilən şəxs1 əlində olmasını iş üzrə dindirilmiş zərərçəkmiş şəxs qəti şəkildə bildirmişdir. Hadisənin Təqsirləndirilən şəxs1 təsvir etdiyi şəraitdə törədilməsi halında belə öz ifadəsindən də göründüyü kimi Zərərçəkmiş şəxs tüfəngi çıxartdıqdan sona mərhum Əli Bayramov silahın lüləsindən tutmuş, ilk atəş məhz yerə açılmış sonradan atəşin təpmə qüvvəsi nəticəsində mərhum Əli Bayramov əlini silahdan çəkdikdən sonra ikinci atəş Zərərçəkmiş şəxs tərəfindən öldürmək məqsədilə sonuncunun sinə nahiyyəsinə açılmışdır. İşin fakitiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 silahla bağlı real təhlükə yaranmamışdan əvvəl Kamal və qardaşı həmin vaxt artıq həyat üçün təhlükəli xəsarətlər almış Niyazi Bayramova kəsici-deşici alətlərlə bıçaq xəsarətləri yetirmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərdə hər hansı, o cümlədən kəsici-deşici alətin təsirindən yaranmaya xarakterik bədən xəsarəti olmadığı üçün kəsici deşici alətlərin məhz təqsirləndirilən şəxslərdə olması qənaətinə gətirmişdir. Digər Təqsirləndirilən şəxs2 hadisə yerinə Təqsirləndirilən şəxs1la getsə də, baş vermiş dava zamanı ancaq münaqişə edən tərəfləri ayırdığını kiməsə bıçaq xəsrəti yetirmədiyini bildirmişdir. İşin faktiki hallarından isə görünür ki, baş vermiş hadisələrlə əlaqəsi bir neçə gün əvvəldən yəni məhkəmə baxışında göstərdikləri kimi ona məxsus mobil nömrə ilə Zərərçəkmiş şəxs aralarındakı borc məsələsi və bununla bağlı olan münaqişə zamanı sonuncuların bir-birinin ünvanına nəlayiq ifadə işlətdiyi vaxtdan başlamış, özü və Təqsirləndirilən şəxs1 onun mobil telefonu ilə Ayxanın Kamala zəng etdiyini göstərsə də, zərərçəkmiş şəxsin ibtidai araşdırma və məhkəmə baxışında da göstərdiyi kimi məhz onun tərəfindən işlətdiyi ifadəyə görə Kamala real təhdidlərlə “peşman olacağını” bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 hadisəyə qədərki davranış və hərəkətləri ilə onun Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında hərəkət etməsini təsdiq edir. Təqsirləndirilən şəxs2 hadisə ilə bağlı zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirməsində hər hansı iştirakı olmadığını, ancaq onları aralamağa çalışdığını həm ibtidai araşdırma həm də məhkəmə baxışı zamanı zamanı göstərsə də, məhkəmə qeyd edir ki, onun verdiyi ifadə həmin hissədə özünümüdafiə xarakterlidir və təqsirləndirilən şəxsi “aralamaq” adı altında onun zərərçəkmiş şəxsləri tutub saxlaması gizlədilmişdir. Digər təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs3 özünə yaratdığı “süni alibi”yə gəldikdə isə məhkəmə nəzərə çatdırır ki, şəxsin istifadəsində olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlara münasibətdə daha obyektiv sübut növü ola anten dairələrinə dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs3 cinayət hadisəsinin baş verdiyi tarixdə və zamanda bilavasitə hadisə yerində olmuşdur. Bundan başqa iş materiallarında əlavə edilmiş və məhkəmə ekspertizası rəyindən və tədqiq edilmiş videogörüntülərdən də, göründüyü kimi hadisə yerində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında olan üçüncü şəxs məhz odur. Onun əlində olan kəsici-deşici və işığı əks etdirən təmiz polad səthə malik əşyanın (bıçağın) olması da onun cinayətin icraçılarından biri olmasını təsdiq edir. Həmçinin Zərərçəkmiş şəxs özü və qardaşına Təqsirləndirilən şəxs1 başqa ən çox bıçaq zərbələrini Təqsirləndirilən şəxs3 vurduğunu gösətrmişdir ki, tədqiq edilmiş sübutlar məhz ikisinin əlində kəsici deşici alətin olduğunu, Təqsirləndirilən şəxs2 isə hadisələr vaxtı hər iki zərərçəkmiş şəxsi tutub saxlamaqla (müxtəlif vəziyyətlərdə) sonunculara xəsarət yetirməsini asanlaşdırmaq və müqavimətini qırmaq məqsədi ilə hərərkət etdiyini göstərir. Hər iki zərərçəkmiş şəxsin doğma qardaş olması və onlara bıçaq xəsarətlərinin biri-digərinin gözü qarşısında çoxsaylı xəsarətlər yetirilməsi həm zərərçəkmiş şəxsin özü, həm də yanında olan qardaşına münasibətdə əməlin xüsusi amansızlıqla törədilməsini təsdiq edir. Beləliklə də hökmün təsviri əsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən məhkəmə xüsusi amansızlıqla bağlı əlavə əsaslandırma aparılmasını zəruri və vacib hesab etmir. Lakin məhkəmə hadisələrin xuliqanlıq niyyəti və qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının irəli sürdüyü və məhkəmədə müdafiə edilmiş ittihamla razılaşmır və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, işin faktiki hallarından və məhkəmədə tədqiq edilmiş sübutlardan da göründüyü kimi Zərərçəkmiş şəxs və mərhum Əli Bayramov arasında hazırki iş üzrə zərərçəkmiş şəxsin adına götürülmüş və sonradan ödənilməmiş borc məsələsi ilə bağlı narazılıq olmuş. bu narazılıq sonradan ailələrarası münaqişəyə çevrilmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxsin hüquqi vaisi olan şəxsin “təşəbbüsü ilə” münaqişə daha da alovlandırılmış. Sonda tərəflərin əvvəlcə mobil telefonla bir birinin şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsi və məsələni “qan” la həll etməklə nəticələnmişdir. Yəni Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs arasında telefonda başlayan münaqişə sonda Gəncə şəhəri Avtozavod (Cavadxan) qəsəbəsi adlan ərazidə hər iki tərəfdən insan itkisi ilə nəticələnin xüsusilə ağır cinayət əməlinə səbəb olmuşdur. Nə qədər cılız görünsə də 1000 (bir min) manat borc məsələsinə görə yaranmış mübahisə sonda tərəflər arasında yaranmış ciddi münaqişə ilə nəticələnmiş, və xüsusilə ağır cinayət hadisələrinin törədilməsi ilə nəticələnmişdir. Xuliqanlığa münasibətdə isə müdafiə tərəfinin göstərdikləri ilə əlaqədar qeyd edilməlidir ki, hazırki cinayət işi üzrə cinayətlərin real deyil ideal məcmusu mövcuddur, yəni bir hərəkətlə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd və qərəzli xuliqanlıq cinayətləri törədilmişdir. Belə ki, işə əlavə edilmiş videogörüntüdən də göründüyü kimi "xxxx" Tikinti Bazarının qarşısında piyada səkisində, yolda şəxslərin və avtomobillərin hərəkətdə olması, ətrafda dayanmış şəxslərin toplanması onların münaqişə edən tərəflərə yaxınlaşmaları hərəkətdə olan avtomobillərin dayanması beləliklə də ictimai qaydanın, nəqliyyatın və şəxslərin normal həyat ahənginin kobud şəkildə pozulması işin mübahisəsiz halıdır. Lakin məhkəmə müdafiə tərəfinin hazırki əməli “motivsiz” cinayət kimi, eləcə də cinayət əməllərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi kimi qiymətləndirilməsi qanuni və ədalətli deyil, buna görə də təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 120.2.2-ci maddələri ilə verilmiş hissələr ittihamdan xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Göygöl rayonuna getməsi halı şübhəsiz olsa da, onların hazırki cinayət işi üzrə hadisələr təsadüfi axarı zəminində yaranması və qəfil sürətlənərək intensivləşməsi fonunda onlar hadisənin əsas icraçısı olan Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə bıçaq xəsarətləri yetirməsindən sonra ona qoşularaq zərərçəkmiş şəxslərin müqavimətini qırması və sonunculara bədən xəsarətləri yetirərək cinayət hadisəsinin birgə icraçısına çevrilmişlər. Məhkəmə şəxslərin qabaqcadan əlbir olmalarına dair sübutlar olmaması ilə yanaşı adi məntiqdən çıxış edərək qeyd edir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərin hadisə yerində olmasını Təqsirləndirilən şəxs1 atası ilə telefon əlaqəsi yaratmasından sonra bilsələr də sonuncuların hazır şəkildə silahlanıb gəlmələrini yanlarında digər şəxsin olmalarını bilmələri qeyri-mümkün olmaqla əvvəlcədən kimin-kimə xəsarət yetirməsini palanlaşdırılması qeyri-realdır. Cinayət işinin məhkəmə baxışı zamanı həmçinin cinayəti doğuran səbəb və şərait də müəyyən edilmişdir ki, təəssüf doğursa da hadisənin bilavasitə azərbaycan xalqına məxsus dəyərlərin (güzəşt və baş vermiş hadisələrin ailələr arasında böyüklər arasında danışıq yolu ilə həll edilməsi, yaş və təcrübədə böyüklərə ehtiram göstərilməsi, xırda narazılıq və anlaşılmazlıqların hüquqi tənzimləməyə ehtiyac olmadan əsrlər boyu formalaşmış əxlaqi və adət normaları ilə tənzimlənməsinin) heçə sayılması nəticəsində törədilməsidir. Məhkəmə baxılan cinayət işi üzrə baş vermiş xüsusilə ağır cinayət hadisənin təşəbbüskarı və xüsusi “fəallığı” ilə fərqlənən fiquru, eləcə də məhkəmə baxışında “davranışı” ilə seçilən Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə daha ağır cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 münasibətdə onun heç bir zərərçəkmiş şəxsə yaxın getməməsi əksinə Zərərçəkmiş şəxs onu vuraraq xəsarət yetirməsinə münasibətdə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə lifli ekspertiza rəyinə əsasən onun əynində olan geyimlərlə mərhum zərərçəkmiş Niyazi Bayramov və zərərçəkmiş şəxs Kalam Bayramovun geyim əşyalarının tərkib liflərindən olması onun zərərçəkmiş şəxslərə yaxın təmasda olmasını ( təqsirləndirilən şəxs bəzi ifadələrində onları aralamağa çalışmasını göstərmişdir.) və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi onun və mərhum qardaşının müqavimətini qırmaqda digər təqsirləndirilən şəxslə kömək göstərməsini təsdiq edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs hər üç təqsirləndirilən şəxsin əlində bıçaq olmasını göstərsə də məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hər hansı zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi sübuta yetirilmədiyindən onun hazırki cinayət işində iştirakı ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq hər iki zərərçəkmiş şəxsin müqavimət göstərmək imkanının aradan qaldırılmasında özünü göstərən aktiv hərəkətlərdə ifadə olunmuşdur. Digər Təqsirləndirilən şəxs3 münasibətdə isə bilvasitə zərərçəkmiş şəxsin hadisədən sonra onu göstərməsi, sonradan onu digər şəxslər içərisində tanıması və ona yetirilmiş ağır xəsarətlərdən sinə nahiyyəsində xəsarətin məhz Təqsirləndirilən şəxs3 tərəfindən yetirilməsini göstərməsini məhkəmə işin hallarına uyğun olması ilə yanaşı zərərçəkmişin faktiki düşmən münasibətində olduğu Təqsirləndirilən şəxs1 deyil, əvəldən onu gösətərməsini obyektiv faktorlardan irəli gəldiyini sübut edir. Zərərçəkmiş şəxslərin hər ikisi həm mərhum Niyazi Bayramov həm də Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin müxtəlifliyi bir neçə alətlə yetirilməyə xarakterik olması da Təqsirləndirilən şəxs1 başqa Təqsirləndirilən şəxs3 də zərərçəkmiş şəxsləri həyatdan məhrumetmə prosesində aktiv hərəkətlər etməsini (zərbələr yetirməsini təsdiq edir). Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əmələri ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 29120.2.1, 29 120.2.4 və 29, 120.2.7, 120.2.1 120.2.4-cü maddələri ilə (xüsusi amansızlıqla bir qrup şəxs tərəfindən qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd əməllərinin törədilməsi ilə) düzgün tövsif edilmişdir və təqsirləndirilən şəxslər həmin maddə ilə, cinayət hadisəsinin törədilməsinin faktiki iştiraklarının dərəcəsi və xarakteri nəzərə alınmaqla təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 14 №li qərarının 5-ci bəndinə əsasən, Qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Qəsdən adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti ilə törədilməsi məsələsi həll edilərkən CM-in 34.2-ci maddəsi ilə yanaşı, bu əlamətin təfsirini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalı və “qabaqcadan əlbir olan bir qrup şəxs” dedikdə, “bir qrup şəxs” tərəfindən törədilən cinayətlərdə olduğu kimi şəxsin həyatdan məhrum edilməsinə bilavasitə yönələn hərəkətlərin yerinə yetirilməsində ən azı iki nəfər şəxsin (icraçının) iştirak etməsi, lakin cinayətin obyektiv cəhətini təşkil edən həmin hərəkətlərin icrasına başlanılanadək onlar arasında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə dair razılaşmanın əldə olunması başa düşülməlidir. Cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların – təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən CM-in müvafiq maddəsi ilə, o cümlədən cinayət bir neçə icraçı tərəfindən yerinə yetirildikdə və bu hal digər iştirakçı tərəfindən dərk olunduqda CM-in 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla CM-in 120.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətilə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Həmin qərarın 11-ci bəndinə əsasən təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun..... Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli CM-in 120.1 yaxud 120.2-ci və 29, 120.2.7-ci maddələri ilə tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, CM-in 17-ci maddəsinin mənasına görə əməlin iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə tövsif edilməsi, eyni zamanda hər bir əməlin ayrı-ayrılıqda, yəni cinayətlərin məcmusu kimi tövsif olunmasını və cəzalandırılmasını istisna edir, lakin hər bir əməli müşayiət edən müxtəlif tövsifedici əlamətlər olduqda, o cümlədən əməllərin hər biri müxtəlif niyyət və ya məqsədlə müşayiət olunduqda, CM-in 120.2-ci maddəsində onları nəzərdə tutan müvafiq əlamətlər təqsirkarın əməlinə şamil edilməlidir. Əgər iki və ya daha çox şəxsin qəsdən öldürülməsi məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində birləşmiş təqsirkarlardan hər biri razılaşmaya (rolların bölüşdürülməsinə) uyğun olaraq zərərçəkmiş şəxslərdən birini öldürdükdə, digərinin (digərlərinin) həyatdan məhrum edilməsində isə bilavasitə iştirak etmədikdə, bütün təqsirkarların əməlləri CM-in 120.2.1-ci maddəsi ilə yanaşı, iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə CM-in 120.2.7-ci maddəsi ilə tövsif olunmalıdır. Xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə) yetirilməsi hallarında mövcud olur. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərdən hər birinə münasibətdə onların yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, əvvəl cinayət törətməmələrini, Təqsirləndirilən şəxs2 münasibətdə isə onun məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirici hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən cəzanı yüngülləşdiriən hallar varsa və cəzanı ağırlaşdıran hallar yoxdursa təqsirləndirilən şəxslərə təyin edilən cəzanın müddəti maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü dörddə üçündən çox ola bilməz. Belə ki, Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Beləliklə ibtdai araşdırma nəticəsində təqsirləndirilən şəxslərə verilmiş itithamdan fərqli olaraq işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 atası - Daşkəsən rayonunun Əmirvar kəndində müəllim işləyən X16 həmkarı olan Zərərçəkmiş şəxs aldığı pul borcuna görə sonuncular arasında yaranmış və uzun müddətdir davam edən mübahisənin aydınlaşdırılması ilə əlaqədar 09 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı X7 ilə telefonla danışan zaman bir-birlərinə qarşı nəlayiq ifadələr işlədərək təhqir etmələri ilə bağlı baş vermiş mübahisə ilə əlaqədar olaraq 10 dekabr 2022-ci il saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə Niyazi Bayramovun yaşadığı Göygöl rayonunun Üçtəpə kəndinə gedərək, orada Təqsirləndirilən şəxs2 istifadəsində olan +994 55 ***-**-** saylı mobil nömrədən Niyazi Bayramovun istifadəsində olan +994 70 ***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncu ilə əlaqə saxlayıb, onu aralarındakı məsələni “həll etmək” üçün görüşə çağıra da Niyazi Bayramov yaxın qohumlarının müdaxiləsi ilə sonuncunun onlarla görüşməkdən imtina etmiş, 11 dekabr 2022-ci ildə atası Əli Bayramovun aralarındakı məsələni həll etmək üçün görüşdüyü Kamal və Niyazi Bayramovlarla bir yerdə yaşadığı ünvanın yaxınlığında olmasını bildikdən sonra tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi **-DV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobillə Gəncə şəhəri, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısına gəlmiş, avtomobili yolun hərəkət hissəsində saxlayıb düşərək, X29, X7 və Zərərçəkmiş şəxs aralarında olan və təxminən 40 dəqiqə müddətində davam edən sözlü mübahisəyə müdaxilə edərək yaranmış mübahisəni avtomobil yolunu kəsərək nəqliyyatın hərəkətinə mane törətməklə ictimailəşdirib ictimai yer hesab edilən Gəncə şəhəri, X47 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən "xxxx" Ticarət Mərkəzinin qarşısında nəqliyyat vasitələrinin və şəxslərin hərəkətdə olmasına fikir vermədən ətrafdakı şəxsləri özünə cəlb etməklə cəmiyyətdə - insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan bir qrup şəxs halında Zərərçəkmiş şəxs və Niyazi Bayramovu nalayiq söyüşlərlə söymüş, öz üstünlüklərini nümayiş etdirmək üçün ona və cinayətin digər icraçısı Təqsirləndirilən şəxs3 məxsus olmaqla üzərlərində olan naməlum tarixdə və mənbədən əldə edib üzərlərində saxladıqları bir tərəfi kəsici, ucu kəsici-deşici alətləri (bıçaqları) silah qismində istifadə etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və N.Bayramovu zor tətbiq etməklə hədələmiş, həmçinin bir qrup şəxs halında silah qismində istifadə edilən əşya(lar)ı nümayiş etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, Zərərçəkmiş şəxs və Niyazi Bayramovu öldürmək istəyini tam qətiləşdirərək, öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib arzu edərək, aralarındakı borc məsələsini sakit formada aydınlaşdırmaq əvəzinə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la zərərçəkmiş şəxslərin üzərinə hücum edərək əvvəlcədən bir-birlərini tanıdıqlarına görə X27 Bayramovun yaxın qohum-qardaşı olduqlarını bilib, hər iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, sonuncuya xüsusi əzab verdiyini dərk edərək, vahid niyyətə uyğun olaraq, Təqsirləndirilən şəxs2 Niyazi Bayramovun qəsdən həyatdan məhrum edilməsinə kömək etdiyini dərk edib arzu edib iştirak edərək, sonuncunun bel nahiyyəsindən tutaraq müqavimətini qırmaqla özünü müdafiə etmə imkanını aradan qaldırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici alətdən (bıçaqdan) istifadə etməklə Niyazi Bayramova hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən alın nahiyəsinə bir ədəd, sol bazu nahiyəsinə üç ədəd, sol sağrı nahiyəsinə bir ədəd, hər iki bud nahiyəsinə bir ədəd yara, hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən qarın nahiyəsinə iki ədəd kəsilmişdeşilmiş yara xəsarətləri, eləcə də canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilməklə, dərəcəsi təyin edilməyən bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş sol diz nahiyəsinə sıyrıq xəsarəti yetirmiş, Təqsirləndirilən şəxs3 isə əvvəlcədən üzərində götürdüyü silah qismində istifadə edilən bir tərəfi kəsici, ucu deşici alətdən (bıçaqdan) istifadə edib Niyazi Bayramova həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthinə bir ədəd xəsarət yetirərək X34.Zülfüqar Məmmədov adına Təcilli və X13 Xəstəxanasında ölümünə səbəb olan alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, hər iki bud nahiyələrinin çox saylı deşilmiş-kəsilmiş yaralar kompleksi ilə əmələ gələn kəskin və çoxlu qanitirmə ilə nəticələnən xəsarətlər yetirib, sonuncunu qəsdən həyatdan məhrum etməklə bir qrup şəxs halında öldürmüş, həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında vahid niyyətlə çıxış edib, mərhum Niyazi Bayramovun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, ona xüsusi əzab verdiyini dərk edərək, vahid niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 sonuncunun ələrindən tutub müqavimətini qırmaqla, həyatdan məhrum edilməsinə kömək etdiyini dərk və arzu edib iştirak edərək, sonuncunu tutub saxlamaqla özünü müdafiə etmə imkanını aradan qaldırıb məhdudlaşdırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində götürdüyü kəsici deşici alətdən (bıçaqdan) silah qismində istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun boyun nahiyəsinə iki ədəd, sol bazu nahiyəsinə iki ədəd, sol kürək nahiyəsinə iki ədəd xəsarət yetirmiş, Təqsirləndirilən şəxs3 isə əvvəlcədən üzərində götürdüyü kəsici deşkci alətdən (bıçaqdan) silah qismində istifadə edib Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən sonuncunun döş qəfəsinin ön səthinə bir ədəd xəsarət yetirmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə aktiv müqavimət göstərməsi, ətrafa hadisəyə müdaxilə etmək üçün toplaşmasından istifadə edən zərərçəkmiş şəxslərin hadisə yerinı gəldikləri avtomobilə minərək hadisə yerindən uzaqlaşmaları, sonradan avtomobili idarə edən Niyazi Bayramov qanitirmə nəticəsində özündən getsə də ətrafdakı şəxslərin Zərərçəkmiş şəxs xəstəxanaya vaxtında çatdıraraq ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas olunması ilə əlaqədar, yəni öz iradələrindən asılı olmayan səbəblərə görə bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş ictimai təhlükəli əməllərini başa çatdıra bilməyib bir qrup şəxs halında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, eyni zamanda bir qrup şəxs halında zor tətbiq edərək xuliqanlıq etmiş, həmçinin bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmüş, həmçinin bir qrup şəxs halında xüsusi amansızlıqla vahid niyyətlə iki şəxsi qəsdən öldürməyə cəhd etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs3 məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq soyuq silah əldə edib, üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” qərarın icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə, saat 12:00-da Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi Gəncə şəhəri, N.Nərimanov küçəsi ilə, N.Gəncəvi küçəsinin kəsişməsində saxlanılmış, üzərinə keçirilmiş şəxsi axtarış zamanı tiyəsinin uzunluğu 145 mm, dəstəyinin uzunluğu 181 mm olmaqla, ümumilikdə 326 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 12 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Gəncə şəhər məhkəməsinin 4(125)-256/2023 saylı 14 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər məhkəməsinin 4(125)-497/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 03 iyun 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş və Gəncə şəhər BPİ-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin 4(125)-293/2023 saylı xx.xx.2023-cü il tarixli qərrından görünür ki. Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsin sanksiyasına əsasən qeyd edilən cinayət əməli on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, bir günə bir gün.............. hesabı ilə hesablanır. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərin hər birinin cinayət hadisəsində faktiki iştirakının xarakteri və dərəcələri nəzərə alınmaqla təqsirləndirilən şəxslərə ədalətli cəza təyin edilməldir. Qeyd edilənlərə əsasən məhkəmə, cinayətdə iştiraklarının xarakteri və dərəcəsi eləcə də, barələrindəki yüngülləşdirici və şəxsiyyətlərini xarakterizəedici hallar nəzərə alınmaqla təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 29, 120.2, 120.2, 221-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın orta həddinin təyinini ədalətli qanuni və məqsədəmüvafiq sayır. Məhkəmə baxılan cinayət işi üzrə baş vermiş xüsusilə ağır cinayət hadisənin təşəbbüskarı və xüsusi “fəallığı” ilə fərqlənən fiquru, eləcə də məhkəmə baxışında “davranışı” ilə seçilən Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə daha ağır cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası 99-1.1-ci madəsinə əsasən 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəza növləri olsa da məhkəmə hesab edir ki, onun cinayətə meylliyi və törətdiyi xüsusilə ağır cinayət əməli barəsində daha yüngül cəza növünün təyinini istisna edən haldır. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin anbarında saxlanılan -Qoşa lüləli, 16 kalibrli, “Б” modelli, 25626-64 nömrəli ov silahının hissələri 01 ədəd patron kəməri, 03 ədəd patron, Təqsirləndirilən şəxs3 əldə etməklə üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaq müsadirə edilərək DİN-nin Silah və Sursat Anbarına təhvil verilməli, -02 ədəd patron gilizi olan hissələri, X16 odlu silah yarasının mənfəzindən xaric edilmiş 01 ədəd metal, 01 ədəd plastmas olmaqla 02 ədəd predmet məhv edilməli, İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan: - hadisə yerindən götürülmüş 4 №, 5 №, 6 №, 8 №-li qablaşdırılmış formada olmaqla 04 ədəd qan nümunəsi, hadisə yerindən götürülmüş 01 ədəd papaq, 02 ədəd bıçaq, 01 ədəd ling, 01 ədəd armatura tipli metal predmet, 01 ədəd çəkic məhv edilməli, - X4 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd gödəkcə, 01 ədəd tursik, X21 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək, 01 ədəd gödəkcə, 01 ədəd tursik, 01 cüt ayaqqabı hüquqi varislərinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, -Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd boz rəngli köynək, 01 ədəd zolaqları olan köynək, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd papaq onun ailə üzvlərinə yaxud qohumlarına qaytarılmalı qəbul etmədikdə məhv edilməli, - Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd gödəkcə, 01 ədəd idman şalvarı, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd köynək, 01 ədəd zəncirbəndli köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkcə Zərərçəkmiş şəxs məxsus “NOKİA” markalı mobil telefon müvafiq olaraq ailə üzvlərinə və qohumlrına qaytarılsın qəbul etmədikdə məhv edilməlidir. Hazırki iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan ümumilikdə 636.50 manat (altı yüz otuz altı manat, əlli qəpik manat) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və hazırki iş üzrə Zərərçəkmiş şəxs müştərək qaydada yəni hər birindən 159,13 (bir yüz əlli doqquz manat on üç qəpik) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Hökmetdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.7,120.2.1, 120.2.4, və 221.2.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 29, 120.2.1 və 29,120.2.4, 29, 120.2.7-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay, CM-nin 120.2.1, 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il, CMnin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 29, 120.2.4, 29 120.2.7, 120.2.1, 120.2.4, 221.2.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə 14 (on dörd) il, CM-nin 120.2.1, 120.2.4-cü maddələri ilə 16 (on altı) il, CM-nin 221.2.1-ci maddəsi ilə 1 (bir il), CM-nin 228.4-cü maddəsi ilə isə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1 və 29,120.2.4, 29,120.2.7, 120.2.1, 120.2.4, 221.2.1-ci maddələri ilə təqsirli bilinsin, ona CM-nin 29, 120.2.1 və 29, 120.2.4 29,120.2.7-cü maddələri ilə 14 (on dörd) il, CM-nin 120.2.1, 120.2.4-cü maddələri ilə 16 (on altı) il, CM-nin 221.2.1-ci maddəsi ilə isə 1 (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 18.12-xx.xx.2022-ci il tarxilərdəki 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 16 (on altı) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş üzərində 02 ədəd patron gilizi olan qoşa lüləli, 16 kalibrli, “Б” modelli, 25626-64 nömrəli ov silahının hissələri, 03 ədəd patron, 01 ədəd patron kəməri, Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş soyuq silah hesab edilən 1 ədəd bıçaq dövlət nəfinə müsadirə edirək DİN Silah və Sursat anbarına təhvil verilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd boz rəngli köynək, 01 ədəd zolaqları olan köynək, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd papaq, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd gödəkcə, 01 ədəd idman şalvarı, 01 cüt ayaqqabı, X4 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd gödəkcə, 01 ədəd tursik, X21 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək, 01 ədəd gödəkcə, 01 ədəd tursik, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd köynək, 01 ədəd zəncirbəndli köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkcə Zərərçəkmiş şəxs məxsus “NOKİA” markalı mobil telefon, şəxslərin yaxın qohumlarına, yaxud qohumlarına təhvil verilsin qəbul etmədikdə məhv edilsin. Gəncə şəhər BPİ-nin anbarında saxlanılması üçün təhvil verilmiş X16 odlu silah yarasının mənfəzindən xaric edilmiş 01 ədəd metal, 01 ədəd plastmas olmaqla 02 ədəd predmet maddi sübut kimi tanınaraq, hadisə yerindən götürülmüş 4 №, 5 №, 6 №, 8 №-li qablaşdırılmış formada olmaqla 04 ədəd qan nümunəsi, hadisə yerindən götürülmüş 01 ədəd papaq, 02 ədəd bıçaq, 01 ədəd ling, 01 ədəd armatura tipli metal predmet, 01 ədəd çəkic məhv edilsin. İş üzrə məhkəmə məsrəfi - ekspertiza tədqiqatının dəyəri olan 636.50 (altı yüz otuz altı manat, əlli qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs müştərək qaydada, yəni hər birindən 159,13 (bir yüz əlli doqquz manat on üç qəpik) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.