Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-94/2021 09.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X5 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixiloqu Qanuni nümayəndə3, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarındakı şəxsi münasibətlər zəminində üzərində olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik və soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs sol qolunun yuxarı hissəsinə qəsdən bir dəfə vurub Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, ardınca Zərərçəkmiş şəxs onun çənə nahiyəsinə yumruq zərbəsi vurduğuna görə həmin bıçaq ilə Zərərçəkmiş şəxs qarnının ön hissəsinə qəsdən bir dəfə vurub qarnının ön divarının kəsilmiş-deşilmiş yarası və qarın boşluğuna nüfuz edərək piyliyin zədələnməsi ilə müşayiət olunmaqla həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində anası Qanuni nümayəndə1 ilə birlikdə yaşayır və Gəncə şəhər 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıyır, Kənanla münasibətləri normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçililik münasibətləri olmamışdır. O, Kənanla bir küçədə, qonşuluqda yaşayır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı Cavadxan qəsəbəsində olan evlərindən bir qədər aralıda yerləşən çayxanaya başqa tanışları ilə getmişdir. O, çayxanaya gedərkən, təxminən 4 gün əvvəl yaşadığı Cavadxan qəsəbəsində yerləşən binanın sağ tərəfindən, otluqdan tapdığı bir ədəd dəstəyi və ucluq hissəsi qara rəngdə olan, düymə ilə açılıb-bağlanan bıçaq da üzərində, yəni əynində olan şalvarın arxa sağ cibində olmuşdur. O, çayxanada tanışları ilə birlikdə oturub çay içməklə vaxtını keçirmiş və həmin gün saat 21 radələrində çayxanadan çıxıb yaşadığı evə getmişdir. Yaşadığı küçəyə çatan vaxt qonşusu Kənanı görmüş və Kənanla görüşüb salamlaşmışdır. Həmin vaxt Kənan ona öz yaşadığı evə gedib yemək yeməyi təklif etmişdir. O da Kənanla razılaşaraq birlikdə Kənanın yaşadığı evə gedib yemək yemişlər. Bundan sonra Kənanla birlikdə küçəyə çıxıdıqda Kənanın xalası oğlu Ruzigar işdən çıxıb Kənangilə gəlmiş və onlarla salamlaşaraq evə daxil olmuşdur. O və Kənan isə qonşu küçədə yaşayan tanışları Fəridin yanına getmişlər. Onlar orada olan mağazaya gedib özlərinə içmək üçün su almış və küçədə oturub birlikdə içmişlər. Saat 22 radələrində Kənanın xalası oğlu Ruzigar Kənana zəng edib mağazadan “Bizon” enerji içkisi almasını xahiş etmiş, ona görə də o, Kənan ilə birlikdə sonuncunun yaşadığı evə gedib Ruzigardan pul götürmüş və mağazaya getmişlər. Həmin vaxt tanışları Fəridlər də onlarla gəlmişlər. Tanışları Fərid adlı iki şəxs öz evlərinə gedirmişlər. Kənan mağazadan Ruzigara “Bizon” enerji içkisi almış və aparıb Ruzigara vermişdir. O, isə dostu Altunla rastlaşıb sonuncu ilə küçədə söhbət etməyə başlamışdır. Kənan “bizon” enerji içkisini Ruzigara verdikdən sonra onların yanına gəlmiş və onlar həmin vaxt Kənanın yaşadığı evin qarşısında dayanıb telefonla internetlə məşğul olmuşlar. Həmin vaxt Kənan onunla zarafat etməyə başlamış, belə ki, o və Kənan birbirilərinə zarafatla nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin vaxt Kənan onun yanından aralanıb Fəridgilin arxasınca getmək istədikdə o, üzərində olan cib bıçağını açıb bəlkə qorxub onunla zarafat etməməsi üçün zarafatla arxa tərəfdən Kənanın sağ yan hissəsinə bir dəfə vurmuşdur. Həmin bıçağı zarafatla vurduğu üçün bıçaq Kənana xəsarət yetirməmişdir. Zərbədən sonra Kənan geri çevrilib ona acıqlanmış və zarafat etməməsini istəmişdir. O, isə gülərək yenə zarafatyana həmin bıçaqla Kənanın sol qol hissəsinə bir dəfə vurmuşdur. Həmin vaxt Kənan əsəbləşib onun çənə nahiyəsinə möhkəm yumruq zərbəsi vurmuş, o, həmin zərbədən möhkəm ağrı hiss edib yerə əyilmiş və bir neçə saniyə ağrının keçməsini gözləyib əsəbi halda ayağa qalxaraq əlində olan həmin cib bıçağı ilə Kənanın üzərinə hücum edib Kənanın qarın tərəfinə zərbə vurmuşdur. Kənan isə əli ilə həmin yeri tutub ağrı hiss etdiyini bildirmişdir. Bu vaxt Altun, Kənana yaxınlaşıb əynində olan köynəyini qaldırdıqda onlar həmin bıçağın Kənanın qarın tərəfinə girdiyini və həmin yerin qanadığını aşkar etmişlər. Bundan sonra Kənan öz evinə getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 08 radələində o, qonşusu Altunla birlikdə şəhərin “Pasyolka” adlanan hissəsinə gedərkən üzərində olan bıçağı yolun kənarına tullamışdır. O, Altunla bir yerdə olan vaxt isə dayısı oğlu Alim Həsənov ona zəng edib polis əməkdaşlarının onların yaşadığı evə gəldiyini və onu axtardıqlarını bildirmiş, o da polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, ünvan 3 ünvanında nənəsi Şahid1 ilə birgə yaşayır. 13 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs uşaqlıq vaxtından tanıyır, münasibətləri normal olmuş, heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində o, küçədə olarkən Ruslan da oraya gəlmiş, həmin vaxt o, Ruslana evə gedib onunla birlikdə yemək yeməyi təklif etmiş, Ruslan da razılaşıb onunla birlikdə yaşadıqları evə gedib yemək yemişdir. Bundan sonra o, Ruslanla birlikdə küçəyə çıxdıqda orada müvəqqəti yaşayan xalası oğlu Ruzigar gəlib onlarla salamlaşaraq evə daxil olmuşdur. Bir qədər keçdikdən sonra xalası oğlu Ruzigar onu çağırıb pul verərək bizon içkisi almasını istədiyi üçün o, Ruslanla birlikdə mağazaya gedib bizon içkisi almış və gətirib xalası oğlu Ruzigara vermişdir. Daha sonra Ruslan, qonşu küçədə yaşayan Fərid və o, birlikdə digər tanışları Fəridin yanına getmişlər. Orada bir qədər vaxt keçirdikdən sonra birlikdə yaşadıqları küçəyə qayıdarkən tanışları Altun onların yanına gəlmiş və salamlaşmışdır. Həmin vaxt Fəridlər oradan uzaqlaşıb getməyə başlamışlar. O da Ruslangilin yanından aralaşıb Fəridgilin arxasınca getmək istədikdə Ruslan onun sağ ayaq nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt saat 23 radələri olmuşdur. Belə ki, Ruslan bıçağın tiyə hissəsindən tutub uc hissəsi ilə onun ayağından vurmuş, həmin vaxt o, Ruslandan bıçaqla zarafat etməməsini tələb etmiş, lakin Ruslan buna məhəl qoymayıb gülərək zarafatla əlindəki bıçaqla həmin qaydada onun sol qolundan da vurmuşdur. O, sol qolunda ağrı hiss etdiyi üçün əsəbləşib Ruslanın çənə nahiyəsinə möhkəm yumruq zərbəsi vurmuşdur ki, ondan əl çəksin. Həmin vaxt Ruslan yerə əyilib bir neçə saniyə əli ilə ağız nahiyəsini tutmuş və ayağa qalxıb əsəbi halda əlindəki bıçaqla üzərinə gəlib bədəninin qarın hissəsinə bıçaqla bir dəfə zərbə vurmuşdur. Bir qədər keçmiş qarın tərəfində ağrılar hiss edərək Ruslana qarın tərəfinin ağrıdığını bildirmişdir. O, həmin vaxt paltarını qaldırdıqda qarnının sol tərəfindən qan gəldiyini görmüş, buna görə də evə getmişdir. Evdə isə Ruslanla zarafat edərkən yerə yıxıldığını, elə yaralandığını bildirmişdir. Evdə ailə üzvləri onun yarasına bal qoyub sarımış, bundan sonra isə o, yatmışdır. Ertəsi günü özünü piss hiss etdiyindən nənəsi İradə TTY avtomobili çağırmış və həkimlər gəlib onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərəçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınaraq şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində bildirdi ki, o, Goranboy rayonu, Erkəc kəndində yaşasa da, 2006-cı il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində nənəsi Şahid1 ilə birlikdə yaşayır. Oğlu Zərərçəkmiş şəxs Gəncə şəhər 13 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. xx.xx.2020-ci il tarixdə o, Goranboy rayonunda olarkən anası Şahid1 ona zəng edərək Kənanın yıxıldığını və yan hissəsinin deşildiyini bildirmiş, özünü çatdırmasını istəmişdir. O və həyat yoldaşı Tafdıq Məmmədov dərhal Gəncə şəhərinə gəlmişlər. Onlar Gəncə şəhərinə gəldikdən sonra xəstəxanada onlara məlum olmuşdur ki, Kənanın dostu və qonşusu Ruslan bıçaqla Kənana xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun nəvəsidir və onunla birlikdə yaşayır. Nəvəsi Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamış və Gəncə şəhər 13 saylı tam orta məktəbin şagirdidir. xx.xx.2020-ci il tarixdə, axşam saatlarında nəvəsi Kənan və dostu Ruslan birlikdə onun evinə gəlib yemək yemiş və bundan sonra evdən çıxıb küçəyə getmişlər. O, nəvəsinin küçədə oynadığını düşünmüş, özü isə yaşadığı evdə ev işləri ilə məşğul olmuşdur. Ruslan da nəvəsi Kənanla yaşıddır və qonşuluqda yaşayır. Həmin gün gecə saatlarında nəvəsi Kənan evə gələn vaxt Kənanın əynindəki paltarlar qana bulaşmış, Kənanın özü isə qorxu və həyəcan içində olmuşdur. O, Kənandan nə olduğunu soruşduqda Kənan dostu Ruslanla birlikdə zarafat edərkən yıxılıb xəsarət aldığını demişdir. Həmin vaxt Kənanın qarın nahiyəsində, sol qol nahiyəsində yaralar olmuş və həmin yaralar qanamışdır. O, TTY avtomobili çağırmaq istədikdə Kənan buna razı olmamış və keçib gedəcəyini bildirmişdir. Bundan sonra o, Kənanın anası Sahiləyə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra isə Kənanın yaralarına bal qoyub sarımış, Kənanın paltarlarını isə çıxarıb yumuş və istintaqa təqdim etmişdir. Ertəsi gün səhər saatlarında Kənanın halı pisləşdiyi üçün o, TTY avtomobili çağırmış və Kənanı xəstəxanaya aparmışlar. Orada isə Kənanın dostu Ruslan tərəfindən bıçaqlandığını bilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həm qonşu, həm də dost kimi tanıyır, aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. Onlar uşaqlıqdan bir böyümüşlər. xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində küçələrində olarkən Ruslan və Kənanın küçənin ayaq tərəfindən bir-biriləri ilə zarafat edərək Kənangilin evlərinə tərəf getdiklərini görmüşdür. Həmin vaxt onlardan təxminən 50 metr irəlidə qonşuluqda yaşayan və hər ikisinin adı Fərid olan tanışları da birlikdə qeyd edilən istiqamətdə gedirmişlər. O, Ruslan və Kənanın yanına yaxınlaşmış, həmin vaxt Kənan zarafatla Ruslanın nənəsinin ünvanına nalayiq söyüşlər söymüş, onlar Kənangilinin evlərinin yanında olarkən Kənan zarafatla Ruslanın nənəsinin ünvanına söyüş söydükdə Ruslan cibindən qara rəngli, düymə ilə açılıb bağlanan bıçaq çıxarıb Kənanın sağrı nahiyəsindən bir dəfə həmin bıçaqla vurmuşdur. Həmin vaxt Kənan qışqırıb Ruslanın sifət nahiyəsinə yumruq zərbəsi vurmaq istədikdə Ruslan geri çəkildiyi üçün həmin zərbə Ruslana dəyməmişdir. Bundan sonra Ruslan bıçaqla Kənanın qol nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Ruslan zarafat edərək gümüşdür. Ardınca Kənan yumruq zərbəsi ilə Ruslanın çənə nahiyəsinə möhkəm zərbə vurmuş, həmin zərbə zamanı Ruslanın damağı qanamışdır. Ardınca Ruslan, Kənanın ünvanına söyüş söyüb həmin bıçaqla Kənanın qarın nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Həmin zərbə zamanı Kənanın qarın nahiyəsindən qan gəlmiş və Kənan bıçağın qarın boşluğuna keçməsini bildirmişdir. O və Ruslan tez Kənana köməklik göstərməyə, sakitləşdirməyə başlamışlar. Həmin vaxt Kənan evə getmək istədiyini bildirib xəstəxanaya getməkdən imtina etmiş və yaşadığı evdə ailə üzvlərinə Ruslanla zarafatlaşarkən yıxıldığını, həmin yerə şüşə girdiyini bildirəcəyini deyərək evə getmişdir. Ertəsi gün isə onlar Kənanın xəstəxanaya getdiyini öyrənmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin xx xxxxxxxx 2020-ci il tarixli 1355 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxxxxx 2020-ci il tarixli 576 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin xx xxxxxxx 2020-ci il tarixli 1641 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində iki ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmiş, həmin yaralardan biri qarının ön divarında yerləşməklə qarın boşluğuna nüfuz edərək piyliyi zədələmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Digər ikinci yara isə sol bazu nahiyəsində yerləşir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş və əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, 16/748/749 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsuli ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan köynəyin üzərində olan 01 ədəd zədə və maykanın üzərində olan 03 ədəd zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir.Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 1641 saylı ekspert rəyində göstərilmiş xəsarətlər ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edilərək müəyyən edilmişdir ki, ekspert rəyində göstərilən sol bazu nahiyəsində yerləşən xəsarət və köynəyin üzərində olan 01 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir. Ekspert rəyində göstərilən qarının ön divarında yerləşən xəsarət ilə maykada olan zədələr isə sayına görə uyğunluq təşkil etmir, yəni üst-üstə düşmür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx xxxxxxx 2020-ci il tarixli 3826 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası narkoloji dispanserində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx xxxxxxx 2020ci il tarixli 3287 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər 36 saylı tam orta məktəbin direktoru tərəfindən verilimiş xx xxxxxxx 2020-ci il xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir və oxuduğu müddət ərzində məktəbdə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli “şübhəli şəxsi tutma” protokoldan və xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx xxxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli qısaqol yay köynəyi və 01 ədəd ağ rəngli mayka, həmçinin 01 ədəd bıçaq maddi sübut kimi tanınmışlar və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanca verilmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurduğuna görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi cinayət törədərkən 14 yaşı tamam olmuş lakin 18 yaşına çatmayan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü X2 Baş Məclisinin xx xxxxxx 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X10»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin X2 xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual-Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və xx xxxxxxxx 2020-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli qısaqol yay köynəyi və 01 ədəd ağ rəngli mayka, həmçinin 01 ədəd bıçaq məhv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs valideynləri tərəfindən onun davranışına zəruri nəzarət həyata keçirilməmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli qısaqol yay köynəyi və 01 ədəd ağ rəngli mayka, həmçinin 01 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X13 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-94/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-94/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver