Məhkəmə qərarları › İş №1(100)-94/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-94/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-94/2022 19.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlu, zərərçəkmiş şəxslərin hüquqi varisləri X17, X8, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1962-ci il tarixdə Tovuz rayonu, Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Tovuz rayonu, Dondar Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha artıq, yəni iki nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə, saat 07 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Mercedes Benz 190E” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun Sabirkənd kəndindən keçən 10-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etmək üçün diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, buna uyğun manevr hərəkətləri etməli, yolun şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli olduğu halda bunlara əməl etməmiş, idarə etdiyi avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirərək yolun sağ kənarına çıxmaqla orada olan dirəyə dəydikdən sonra sola doğru istiqamətlənərək yolun sol kənarında olan ağaca dəymiş, nəticədə ehtiyatsızlıqdan avtomobilində olan sərnişinlər X3 gicgah, sol qaş və sol gözaltı nahiyənin, üst dodağın əzilmiş yaraları, alın nahiyəsinin qançır və sıyrığı, sol yanağın, sol çənə oynağı nahiyəsinin sıyrıqları, sol gözətrafı yumşaq toxumalarının hematoması, burun sümüklərinin yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol çiyinüstü nahiyənin, döş qəfəsinin ön səthinin, sol baldırın ön-bayır səthinin qançırları, sol budun yuxarı üçdə birinin bayır səthinin və sağ diz oynağının ön səthinin yerini dəyişmiş sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ağır kəllə-beyin travması nəticəsində beyinin yumşaq qişasına qansızmlar və baş beyin toxumasının əzilməsi ilə səbəbli əlaqədə olan ölümünə, X6 onurğa beynin boyun şöbəsinin zədələnməsi, qansızması, kəskin ödemi və sıxılması, İV boyun fəqərəsinin çıxığı ilə müşayiət olunan boynun qapalıküt travması, sağ diz sıyrığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq onurğa beyninin boyun şöbəsinin küt travması ilə əlaqədar İV boyun fəqərəsinin fəsadlaşmış çıxığı, onurğa beyninin boyun şöbəsinin əzilməsi və sıxılması nəticəsində inkişaf edən onurğa beyninin, uzunsov beyinin və beyin kötüyünün kəskin ödemi ilə səbəbli əlaqədə olan ölümünə, Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Vİ boyun fəqərəsinin kompresion sınığı, qapalı küt travması, dalağın cırılmış yarası və daxili qanaxma xəsarətləri ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirilməsinə və Zərərçəkmiş şəxs2 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan alın nahiyəsinin sol yarsının əzilmiş yarası xəsarətləri ilə müşayiət olunan sağlamlığa yügül zərər vuran xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Dondar Quşçu kəndində yaşayır və heç bir yerdə işləmir, lakin Şəmkir rayonu, Çaparlı kəndində istixanalarda pomidor və xiyar qablamaqla məşğul olaraq ailəsini dolandırır. O, 2020-ci il oktyabr ayında Bakı şəhərində hazırda xatırlamadığı şəxsdən 5000 manat müqabilində “Mercedes Benz 190” markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobili almış, həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Onun sürücülük hüququ və sürücülük vəsiqəsi olmamış, lakin mütamadi olaraq avtomobili idarə etmişdir. O, Tovuz rayonu, Aşağı Quşçu kənd sakinləri X13, Zərərçəkmiş şəxs1 və X14 tanımışdır. O, arvadı Zərərçəkmiş şəxs2 və həmin şəxslərlə birlikdə Şəmkir rayonu, Çaparlı kəndinin ərazisinə gəlib orada yaşayan kənd sakinlərinə məxsus pomidor və xiyar əkilmiş istixanalarda həmin ərzaqları qablaşdırmaqla pul qazanmışdır. O, 02 iyul 2021-ci il tarixdə, saat 06 radələrində Şəmkir rayonu, Çaparlı kəndinə gəlmək üçün idarə etdiyi “Mercedes Benz 190” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə arvadı Zərərçəkmiş şəxs2 ön sərnişin oturacağında əyləşmiş, sonra Tovuz rayonu, Aşağı Quşçu kəndinin ərazisinə gəlmişlər və orada da həmin kənd sakinləri X13, Zərərçəkmiş şəxs1 və X21 da onun idarə etdiyi avtomobilə əyləşmişlər. Bundan sonra o, avtomobil ilə Şəmkir rayonunun ərazisindən keçən Zəyəm-Sabirkənd-Şəmkir avtomobil yolu ilə hərəkətinə davam etmişdir. O, avtomobil ilə yolun Sabirkənd kəndindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində təxminən 80-90 km/saat sürətlə hərəkət etdirərkən yolun döngəli hissəsində avtomobilin sağ tərəf təkərləri yol çiynində olan daşlı-çınqıllı əraziyə düşmüş, nəticədə avtomobil sürüşüb yolun kənarında olan yol işarəsinin dirəyinə dəymişdir. Zərbənin təsirindən o, avtomobilin idarəetməsini itirmiş və avtomobili saxlaya bilməyib yolun əks hərəkət hissəsinə doğru hərəkət etmişdir. Həmin vaxt avtomobilin sol orta hissəsi orada olan ağaca dəyib dayanmışdır. Bundan sonra o, avtomobildən düşmüşdür. O, həmin vaxt avtomobildə olan sərnişinlərin hamısının xəsarət aldığını görmüş, daha sonra isə yoldan keçən şəxslər köməklik edib avtomobildə olan sərnişinləri çölə çıxarmış, sonra da təcili yardım çağırmışlar. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə onları Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada ona ilk tibbi yardım göstərilmiş və sonra polis işçiləri onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində Kamal Sarıyevin aldığı xəsarətlərdən xəstəxanada öldüyünü bilmişdir. Bir neçə gündən sonra isə Nurlanın da aldığı xəsarətlərdən Bakı şəhərində müalicə aldığı xəsatəxanada öldüyünü bilmişdir. O, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı onun avtomobilində adlarını qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır. O, hadisə zamanı avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirmiş, hərəkət yolunda qarşısına hər hansı maneə çıxmamışdır. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Aşağı Quşçu kənd sakinləri mərhum X13 və X21 onun həmkəndliləri və iş yoldaşları olmuşlar. 02 iyul 2021-ci il tarixdə, saat 06:20 radələrində o, mərhum Kamal və Nurlan ilə birlikdə yaşadığı kəndin mərkəzində olarkən əvvəlcədən danışıldığı kimi Zakir yanlarına gəlib onları idarə etdiyi “Mercedes Benz 190” markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobilinə mindirmiş və avtomobili idarə edib Zəyəm-Sabirkənd-Şəmkir avtomobil yolu ilə hərəkətinə davam etmişdir. Həmin yolun Şəmkir rayonu, Sabirkənd kəndindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində təxminən 90 km/saat sürətlə hərəkət edərkən yolun döngəli hissəsində avtomobilin sağ tərəf təkərləri yol çiynində olan daşlı-çınqıllı əraziyə düşmüş, nəticədə avtomobil sürüşüb yolun kənarında olan yol işarəsinin dirəyinə dəymişdir. Zərbənin təsirindən Zakir avtomobili saxlaya bilməyib yolun əks hərəkət hissəsinə doğru hərəkət etdirmiş və avtomobilin sol orta hissəsi ağaca dəyib dayanmışdır. O, hadisə zamanı baş nahiyəsindən xəsarət alaraq huşunu itirmişdir. Daha sonra o, Şəmkir rayon Mərkəzi Xəstəxanasında ayılmış, orada ona ilk yardım göstərildəikdən sonra həmin günü X5 aparılmış və orada 15 gün müalicə olunduqdan sonra evə buraxılmışdır. Kamal Sarıyev aldığı xəsarətlərdən həmin xəstəxanada ölmüş, bir neçə gündən sonra isə Nurlan da aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuş, avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirmiş, hadisə zamanı hərəkət yolunda qarşılarına hər hansı maneə çıxmamışdır. O, hadisə zamanı baş və bədəninin müxtəlif nahiyələrindən çox saylı xəsarətlər almışdır. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbli yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, əri Təqsirləndirilən şəxs ilə birlikdə Şəmkir rayonu, Çaparlı kəndinə gedib istixanalarda işləyərək ailəsini dolandırmışdır. Əri Təqsirləndirilən şəxs 2020-ci il oktyabr ayında Bakı şəhər sakinindən 5.000 manat müqabilində “Mercedes Benz 190” markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobili almışdır. O, Tovuz rayonu, Aşağı Quşçu kənd sakinləri X13, Zərərçəkmiş şəxs1 və X14 tanımışdır. O, əri Təqsirləndirilən şəxs və həmin şəxslərlə birlikdə Şəmkir rayonu, Çaparlı kəndinin ərazisinə gəlib orada yaşayan kənd sakinlərinə məxsus pomidor və xiyar əkilmiş istixanalarda həmən tərəvəzləri toplayıb yeşiklərə qablaşdırmaqla pul qazanmışlar. 02 iyul 2021-ci il tarixdə saat 06 radələrində o, Zakir ilə birlikdə Şəmkir rayonu, Çaparlı kəndinə getmək üçün Zakirin idarə etdiyi “Mercedes Benz 190” markalı, ** BM *** dövlət nömrə nişanlı avtomobilə əyləşmiş və Zakiravtomobili idarə edib Tovuz rayonu, Aşağı Quşçu kəndinə gəlmişlər. Orada kənd sakinləri X13, Zərərçəkmiş şəxs1 və X21 da Zakirin avtomobilinə əyləşmişlər. Həmin vaxt o, ön sərnişin oturacaqda əyləşmiş, bundan sonra Zakir avtomobili idarə edib Zəyəm- Sabirkənd-Şəmkir avtomobil yolu ilə hərəkətinə davam etmişdir. Həmin yolun Sabirkənd kəndindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində təxminən 90 km/saat sürətlə hərəkət etdirərkən yolun döngəli hissəsində avtomobilin sağ tərəf təkərləri yol çiynində olan daşlı-çınqıllı əraziyə düşmüş, nəticədə avtomobil sürüşüb yolun kənarında olan yol işarəsinin dirəyinə dəymişdir. Zakir zərbənin təsirindən avtomobili saxlaya bilməyib yolun əks hərəkət hissəsinə doğru hərəkət etdirmiş və avtomobilin sol orta hissəsi ağaca dəyib dayanmışdır. Hadisə zamanı o, baş nahiyəsindən xəsarət almış və huşunu itirmişdir. Daha sonra o, Şəmkir rayon Mərkəzi Xəstəxanasında ayılmış, orada ona ilk tibbi yardım göstərilmiş və 3 gün orada müalicə olunduqdan sonra evə getmişdir. Kamal Saıryev aldığı xəsarətlərdən həmin xəstəxanada ölmüş, bir neçə gündən sonra isə Nurlan da aldığı xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuş, avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirmiş, hadisə zamanı hərəkət yolunda qarşılarına hər hansı maneə çıxmamışdır. O, hadisə zamanı baş və bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər almışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbli yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadəsi tədqiq edilmiş X17 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Aşağı Quşçu kəndində 2 az yaşlı övladları ilə birlikdə yaşayır, 2006-cı il də X13 ilə rəsmi ailə qurmuş, birgə nigahlarından X15 və X16 adlı övladları vardır. Mərhum əri Nurlan Qasımov rəsmi heç bir yerdə işləməmiş, lakin kənd təsərrüfatı ilə məşğul olmaqla, eləcə də iş olduqda pomidor-xiyar qablaşdırmaqla çörək pulu qazanmışdır. Nurlan Qasımov məlum hadisə olmamışdan bir neçə gün əvvəl mütamadi olaraq Şəmkir rayonu Çaparlı kəndinə gedib işləmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 02 iyul 2021-ci il tarixdə saat 06 radələrində Nurlan evdən Şəmkir rayonu, Çaparlı kəndinə işləmək adı ilə çıxmış, təxminən saat 08 radələrində Nurlanın mobil telefonundan zəng gəlmiş və telefona cavab verəndə sonuncu ona Şəmkir rayonu, Sabirkənd kəndinin ərazisində işə getdiyi avtomobilin sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və hazırda Şəmkir rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğunu bildirmişdir. Bundan sonra o, Şəmkir rayon Mərkəzi Xəstəxanasına gəlmiş və orada Nurlanı müayinə etdikdən sonra bildirmişdir ki, Nurlanın boyun fəqərələri sınmışdır. Həmçinin o, həmin xəstəxanada öyrənmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Çaparlı kəndinə gələrkən Sabirkənd kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmiş, aldığı xəsarətlərdən avtomobildə olan sərnişinlərdən biri olmüş, Nurlan da xəsarət almışdır. Nurlanı orada əməliyyat edilməsi mümkün olmadığından təcili yardım avtomobili ilə Nurlanı X5 aparmışlar və orada rentgen olunduqdan sonra Bakı şəhərində yerləşən Neyrocərrahiyə Xəstəxanasına aparmışlar. Nurlan həmin xəstəxanada bir neçə gün müalicə aldıqdan sonra 14.07.2021-ci il tarixdə həmin xəstəxanada aldığı xəsarətlərdən vəfat etmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbli yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Aşağı Quşçu kəndində 2 az yaşlı övladları ilə birlikdə yaşayır, 2010-cu ildə X21 ilə rəsmi ailə qurmuşdur. Mərhum əri Kamal Sarıyev rəsmi heç bir yerdə işləməmiş, kənd təsərrüfatı işlərində fəhləlik edib ailəsini dolandırmışdır. Şahid2 mövsümi olaraq tərəvəz istixanalarında pomidor-xiyar qablaşdırmaqla pul qazanmış, əri Kamal hadisə olmamışdan bir neçə gün əvvəl mütamadi olaraq Şəmkir rayonu, Çaparlı kəndinə işləməyə getmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ancaq mərhum ərim Kamal Zakiri tanımışdır. 02 iyul 2021-ci il tarixdə, saat 06:00 radələrində əri Şəmkir rayonu, Çaparlı kəndinə işləmək üçün getmişdir. Saat 08:00 radələrində qaynı Kamran ona mobil telefonla zəng edib, Kamalın Şəmkir rayonu, Sabirkənd kəndinin ərazisində işə getdiyi avtomobilin sürücüsünün törətdiyi yolnəqliyyat hadisəsi zamanı xəsarət aldığını və hazırda Şəmkir rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğunu bildirmişdir. Bundan sonra o, Şəmkir rayon Mərkəzi Xəstəxanasına getmiş və orada Kamalın aldığı xəsarətdən xəstəxanada vəfat etdiyini öyrənmişdir. O, həmin xəstəxanada Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Çaparlı kəndinə gedərkən Sabirkənd kəndi ərazisində yol nəqliyyat hadisəsi törətdiyini, Kamalın aldığı xəsarətlərdən xəstəxanada öldüyünü, Zakirin arvadı, həmçinin həmkəndliləri Mahir və Nurlan adlı şəxslərin də xəsarətlər aldıqlarını öyrənmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs X21 onun doğma qardaşı olmuşdur. Kamal Sarıyev rəsmi heç bir yerdə işləməmiş, kənd təsərrüfatı işlərində fəhləlik edib ailəsini dolandırmışdır. Belə ki, Kamal Sarıyev mövsümi olaraq tərəvəz istixanalarında pomidor-xiyar qablaşdırmaqla pul qazanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ancaq qardaşı Kamal Zakiri tanımışdır. 02 iyul 2021-ci il tarixdə, saat 06:00 radələrində Kamal yaşadığı evdən Şəmkir rayonu, Çaparlı kəndinə işləmək üçün getmiş, saat 08:00 radələrində ona adını xatırlamadığı şəxs mobil telefonla zəng edib, Kamalın Şəmkir rayonu, Sabirkənd kəndinin ərazisində işə getdiyi avtomobilin sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və hazırda Şəmkir rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğunu bildirmişdir. Bundan sonra o, Şəmkir rayon Mərkəzi Xəstəxanasına getmiş və orada Kamalın aldığı xəsarətdən xəstəxanada vəfat etdiyini öyrənmişdir. O, həmçinin xəstəxanada olarkən yol nəqliyyat hadisəsi nəticəsində Kamalın aldığı xəsarətlərdən xəstəxanada öldüyünü, Zakirin arvadı, həmçinin həmkəndliləri Mahir və Nurlan adlı şəxslərin isə xəsarətlər aldıqlarını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 02 iyul 2021-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi “Vaz 21010” markalı, 50CU357 dövlət qeydiyyat nişanlı avtomobili ilə Zəyəm-Sabirkənd-Şəmkir şəhəri avtomobil yolu ilə Zəyəm qəsəbəsindən Şəmkir rayon polis şöbəsinə sıra düzülüşündə iştirak etmək üçün gedərkən həmin yolun 10-cu kilometrliyində yolun sol kənarında qəzalı vəziyyətdə olan “Mercedes Benz 190E” markalı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin içərisində və ətrafında kənar şəxslər olmamışdır. O, dərhal bu barədə Şəmkir RPŞ-nin Zəyəm PB-nə zəng edib məlumat vermiş, bundan sonra hadisə yerinə əməliyyat qrupu və həmçinin Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları getmiş və hadisə yerini müayinə etmişlər. O isə Şəmkir RPŞ-nə gəlmişdir. Sonradan o, Tovuz rayonu, Dondar Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib yoldan çıxmaqla əvvəlcə dirəyə, daha sonra isə ağaca vurduğunu, nəticədə özünün, avtomobildə olan sərnişinlərin xəsarətlər aldıqlarını, həmin sərnişinlərdən birinin həmin günü, birinin isə bir neçə gündən sonra öldüyünü bilmişdir. O, hadisə zamanı orada olmadığından hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02.07.2021ci il tarixə "yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir-Sabirkənd-Zəyəm avtomobil yolunun Şəmkir rayonu, Sabirkənd kəndindən keçən 10-cu kilometrliyində Şəmkir şəhərinə istiqamətində avtomobillərin hərəkət hissəsində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla sürücülərin hərəkətləri üçün maneəsizdir. Baxış zamanı yol örtüyü quru vəziyyətdə olmuşdur. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş verən ərazi yaşayış məntəqəsinin kənarıdır. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, yol nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 7 metrdir. Yol nəqliyyat hadisəsi baş vermiş yerdə yolun kənarlarında istiqamətveridici nişanlarlar vardır. Yolun hadisə baş vermiş hissəsi işıqlandırılmır. Baxış zamanı avtomobil əvvəlcə Şəmkir şəhəri istiqamətində gəldikdə yolun sağ hərəkət hissəsindən sağda ehtiyyat hissədə yerləşən istiqamətverici dirəyə dəymiş, daha sonra isə həmin nöqtədən sol tərəfdə yolun sol hərəkət hissəsinin kənarındakı ağaca dəyməsi müəyyən edilmişdir. Avtomobilin birinci dəydiyi istiqamətverici dirək yolun sağ hərəkət hissəsindən 1,4 metr məsafədə, ikinci dəfə dəydiyi ağac iusə yolun sol hərəkət hissəsindən 2 metr məsafədə yerləşir. Hər iki nöqtələr arasənda məsafə 30 metrdir. Həmin nöqtələrdə nəqliyyat vasitəsinin sınmış şüşə qırıntıları aşkar olundu. Baxış zamanı hərəkət hissəsində şəmkir şəhəri istiqamətində mərkəzdən sola doğru 13 metr tormoz izi aşkar olundu. Nəqliyyat vasitəsi s yolun sağ kənarında istiqamətləndirici dirəyə, sol kənarında isə ağaca toxunmuşdur. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilmədi və götürülmədi. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin foto şəkilləri və hadisə yerinin sxem planı çəkilmişdir. “Mercedes Benz 190” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-nin duracağına yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 avqust 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinin və qəzaya uğramış avtomobilin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixdə “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11 Publik Hüquqi şəxsin Şəmkir rayon Şöbəsindən alınmış 02 iyul 2021-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 meyitnin bədənində aşkar edilmiş xəsarətlər- sol gicgah, sol qaş və sol gözaltı nahiyənin, üst dodağın əzilmiş yaraları, alın nahiyəsinin qançır və sıyrığı, sol yanağın, sol çənə oynağı nahiyəsinin sıyrıqları, sol gözətrafı yumşaq toxumalarının hematoması, burun sümüklərinin yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sol çiyinüstü nahiyənin, döş qəfəsinin ön səthinin, sol baldırın ön-bayır səthinin qançırları, sol budun yuxarı üçdə birinin bayır səthinin və sağ diz oynağının ön səthinin yerini dəyişmiş sınıqları-küt əşyaların təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən 02 iyul 2021-ci tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində beyinin yumşaq qişasına qansızmalar və baş beyi toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olar ki, X10 ölümü meyitin müayinəyə başlamasından 1-2 saat əvvəl baş vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11 Publik Hüquqi şəxsdən alınmış 14 iyul 2021-ci il tarixli 36/MEŞ nömrəli rəyindən görünür ki, X6 meyitində aşağıdakı xəsarət aşkar edilmişdir: onurğa beynin boyun şöbəsinin zədələnməsi, qansızması, kəskin ödemi və sıxılması, İV boyun fəqərəsinin çıxığı ilə müşayiət olunan boynun qapalıküt travması; sağ diz sıyrığı. Qeyd olunan xəsarətlər həyatı olub, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törəmə müddətləri qərarın təsviri hissəsində göstərilən 02.07.2021-cil tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişi olduğu avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X6 ölümünün bilavasitə səbəbi onurğa beyninin boyun şöbəsinin küt travması ilə əlaqədar İV boyun fəqərəsinin fəsadlaşmış çıxığı, onurğa beyninin boyun şöbəsinin əzilməsi və sıxılması nəticəsində inkişaf edən onurğa beyninin, uzunsov beyinin və beyin kötüyünün kəskin ödemi olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11 Publik Hüquqi şəxsin Şəmkir rayon Şöbəsindən alınmış 08 oktyabr 2021-ci il tarixli 1291 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- Vİ boyun fəqərəsinin kompresion sınığı, qapalı küt travması, dalağın cırılmış yarası və daxili qanaxma xəsarətləri küt əşyaların təsirindən törəmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 02 iyul 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11 Publik Hüquqi şəxsin Şəmkir rayon Şöbəsindən alınmış 16 iyul 2021-ci il tarixli 869 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- Vİ boyun fəqərəsinin kompresion sınığı, qapalı küt travması, dalağın cırılmış yarası və daxili qanaxma -xəsarətləri küt əşyaların təsirindən törəmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 02 iyul 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 13 sentyabr 2021-ci il tarixli 8/2133 nömrəli məhkəmə yol nəqliyyat hadisələrinin tədqiqi ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 190” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riəyət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 iyul 2021-ci il tarixli, 120 nömrəli “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilən zaman sərxoş vəziyyətdə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Tovuz X12 və X20 alınmış 08 sentyabr 2021-ci tarixli 940 nömrəli məktubunda göstərilmişdir ki, 1997-ci ildən hal-hazıra kimi Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. Onun adı sürücülük hüququndan məhrum olunanlarının siyahısında yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş 02.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.4-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını 59.1.12-ci maddəsinə əsasən və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki,, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-in 45.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza da təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, brəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 19 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut Şəmkir rayon polis şöbəsinin DYPB-nin duracağında saxlanılan Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi “Mercedes Benz 190E” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və ya yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 19 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut Şəmkir rayon polis şöbəsinin DYPB-nin duracağına saxlanılan “Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi “Mercedes Benz 190E” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs oğlunun müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirdiyindən 240 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirlən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar