Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-94/2025 02.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, S.Vurğun küçəsi ev 155-də qeydiyyatda olmaqla, Şəmkir şəhəri, R.Rəhimov küçəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində xx.xx.2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə, məlum olmayan vaxtda Şəmkir şəhəri, Səməd Vurğun küçəsində məlum olmayan mənbədən, bir ədəd sellofan bükümündə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 2-ci bəndi ilə müəyyən edilən, külli miqdarda psixotrop maddə olan metafetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla yaşadığı evə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 21 iyun 2023-cü il tarixdə saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmış əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir şəhəri, 20 yanvar küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükünmdə kustar üsulla hazırlanmış külli miqdarda, yəni 7,470 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə iş yerimdə mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərinə baxış keçirilmədən axtariş aparılmadan onu şöbəyə aparmışlar. Şöbədə isə onun üzərinə narkotik vasitə qoyulmuş və müəyyən şeylərlə onu narkotik vasitəni götürməyə vardar etmişlər , o da razılaşmışdır. O narkotik aludəçisi və istifadəçisi olmamış və bunu bütün Şəmkir əhli bilimişdir. Həm ailə vəziyyəti, həm yaşayış tərzi, saxlanılıdığı təcridxanada davranışları nəzərə alınmaqla işin yekunlaşdırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək öz müdafiəsi üçün əsassız dəlillər gətirərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olmuşdur. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, lakin son bir ildə psixotrop maddə metanfetamindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yol kənarı ilə piyada gedərkən yolun kənarında yerdə 1(bir) ədəd sellofanın içərisində ağ rəngli parıltılı bir şey görmüş, yaxınlaşıb həmin sellofan bükümü yerdən götürüb açıb içərisinə baxan zaman həmin sellofanın içərisindəki maddənin psixotrop maddə olan metanfetmindən istifadə etdiyi üçün metanfetmin olduğunu görmüşdür. İçərisində metanfetamin olan şəffaf rəngli sellofanı üzərində saxlamış və gələcəkdə istifadə etmək məqsədilə cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şəmkir şəhəri, 20 yanvar küçəsində işlədiyi yerin yaxınlığında olarkən Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə saxlamasında şübhəli bilindiyi üçün onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. O, onlara heç bir etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Şəmkir rayon polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra video görünütü vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə yox, psixotrop maddə olduğunu deyərək əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Onun təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metanfetaminə baxış keçirildikdə həmin bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metanfetamin olması müəyyən olunmuşdur. Bundan sonra bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metanfetamin şəffaf rəngli sellofan bükümlə birlikdə çəkisi 7,65 qram müəyyən edilmiş,qeyd edilən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metanfetamin eksepertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq üzəri möhürlənmişdir. Təqdim etdiyi psixotrop maddə metanfetamindən başqa narkotik maddə və psixotrop maddələrin olub-olmaması ondan soruşulmuş, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metanfetamindən başqa üzərində qanunsuz əşya və ya predmet olmadığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparılmış,şəxsi axtarış zamanı onun üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir.Əynində olan göy rəngli cins şalvarın sağ və sol ciblərindən aşkar olunmuş bir ədəd kiçik ətir qabı, bir ədəd möhür, bir ədəd pul qabının içəsirində müxtəlif pul əskinaslarından ibarət cəmi 2901 manat pul, bir ədəd “Kapital bank”-a və bir ədəd “Unibank”-a aid bank kartları maddi sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Bundan başqa üzərindən aşkar olunmuş 1 ədəd “Samsung S22” və 1 ədəd “Nokia” markalı mobil telefonlar maddi sübut əhəmiyyəti kəsb etdiklərindən götürülmüş, sonra tərtib edilmiş protokola başqa iştirakçılar kimi oda imza etmiş və videoçəkiliş dayandırılmışdır. O, üzərindən aşkar olunmuş psixotrop maddə metanfetamini 20 iyun 2023-cü il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsində yerdən tapmış və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, psixotrop maddə və narkoik vasitələrin satışı ilə məşğul olmamış, lakin son 1(bir) ildə psixotrop maddə metanfetamindən istifadə etmiş, üzərində psixotrop maddə olması və istifadə etməsi bu barədə ailə üzvilərinin heç birinin məlumatı olmamışdır. O, digər narkotik vasitələrdən istifadə etməmiş, psixotrop maddə metanfetamindən istifadə etmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmiş, onun istifadəsində olan mobil nömrələr ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Təqsirləndirilən şəxs əlavə ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olmadığını, Şəmkir rayon polis şöbəsində üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin ийун ayında əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxslə bağlı narkotik vasitədən istifadə və gəzidirməsi barədə ямялиййяат məlumatы daxil olmuşdur. Dərhal rəhbərliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid2, sabiq polis əməkdaşı Şahid3 və Şahid4 daxil olmuşlar. Onlar 20 yanvar küçəsinə getmiş və Təqsirləndirilən şəxs orada gözləmişlər. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs orada saxlamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nə dəvət edərək şöbəyə gətirmişlər. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçıya təqdim edilmişdir. Şəxsi axtarışdan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən narkotik vasitə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanıмышдыр. Onlara şöbədən Sənaн Alıyevin üzərində narkotik vasitянин олмасы иля ялагядар əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, əmr verilmişdir. Onlar Təqsirləndirilən şəxs işlədiyi yerə getmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş, şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı сонунъунун üzərindən narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Onlar şəxsi axtarış və çəklişdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs o saxlamışdır. Şəxsi axtarışda polis nəfəri iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Dərhal rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. O, Vüqar müəllim, Orxan və Kənan ямялиййята birgə getmişlər. 20 yanvar küçəsində Sənanı gözləmişlər və Sənan ora gəlmişdir. Bundan sonra onlar Sənanı şöbəyə dəvət edərək təhqiqatçıya təhvil vermişlər. Məhkəmədə əlavə şahid qismində dinirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsи танымышдыр. О qıraqdan göz şahidi olmuşдур. О taksi fəaliyyəti ilə məşğul olмушдур. Sənan orada ətir satмыш онларын арасында təxminən 30-40 metr мясафя olmuşdur. Boz metallik rəngли «Mercedes Benz» markalı avtomobildən mülki geyimdə olan şəxslər düşmüş вя Сянаны tutуб aparмышлар. Məhkəmədə əlavə şahid qismində dinirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Sənanın yanında telefon mağazasında xadiməçi işləмиш,. təmizlик ишляри иля мяшьул олмушдур. Sənan həmin vaxt telefon düzəltmişdir. Həmin vaxt onlar söhbət etmiş və içəri 3 nəfər şəxs daxil olmuş вя Sənanı tutub aпарmışlar. Məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-131/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2023-cü il tarixli 16/649 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metanfetaminə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 7,470 qram maddə,kustar üsulla hazırlanmış psixotrop maddə -metanfetamindir. Məhkəmə-tibbi ekspertizasının 22 iyun 2023-cü il tarixli 700 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən onun bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmə ambulator məhkəmə psixiatrik ekspertizasının 20 iyul 2023-cü il tarixli 432 saylı rəyindən görünür ki, yoxanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir.Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictmai təhlükəliliyini dərk etmiş, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respulikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 1536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə metanfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması haqqında 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 21 iyun 2023cü il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsini göstərməklə üzərindən aşkar olunmuş narkotik vasitəni məhz həmin yerdən tapdığını bildirmiş və törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 10 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq 7,370 qram psixotrop maddə olan metanfetamin ,20 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə xx.xx.2023-cü il tarixdə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aprılması haqqında” potokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 313110/2-140462024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə Şəmkir rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuşdur. Müayinə zamanı üzərində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 24 may 2024-cü il tarixli 3-16-17/41/2-2723/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olmuşdur. Müayinə zamanı üzərində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək psixotrop maddə metafetaminin ona məxsus olmaması, üzrərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, istintaq zamanı onun özünün müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə təkzib edildiyindən və onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmadığından, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heronin əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heronin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs psixotrop maddə metafetaminin satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 7,370 qram psixotrop madə olan metanfetamin aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 7,370 qram psixotrop madə olan metanfetamin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində psixotrop maddə metafetaminin satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs 7,370 qram psixotrop madə olan metanfetamin satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heronini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız psixotrop maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metafetaminin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metafetaminin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin Məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri,istintaq hərəkəti protokolları, videoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 7,370 qram psixotrop madə olan metanfetamin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 7,370 qram psixotrop madə olan metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, psixotrop maddə metafetaminin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Hamçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülarini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 7,370 qram psixotrop madə olan metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-94/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-94/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver