Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-95/2022 12.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri. F.Məmmədov küçəsi, ev-11-də qeydiyyatda olmaqla Gəncə şəhəri, V.Tereşkova küçəsi, ev 51, mənzil 6-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 15.765 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12.04.2021-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yol kənarında saxlanılaraq Gəncə şəhəri N.Nərimanov prospekti 179 ünvanda yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən şəffaf rəngli 01 ədəd sellofan bükümdə olmaqla külli miqdarda, yəni təmiz çəkisi 15.765 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olsa da heç bir zaman, heç kimə narkotik vasitə satmamışdır. O, 12.04.2021-ci il tarixdə saat 17-18 radələrində Gəncə şəhəri, Şanxay adlanan ərazidən oğlunu gətirməyə getmişdir. Həmin vaxt ona avtomobil yaxınlaşmış və polis əməkdaşı Şahid1 həmin avtomobildən ona əlini uzadaraq salam vermişdir. O, əlini Samirə uzadan zaman sonuncu onun əlindən tutub avtomobilə salmağa çalışmışdır. Bu zaman o, Samirdən əlini çəkib qaçmışdır. Lakin sonra Samir və adını xatırlamadığı polis əməkdaşı onu tutaraq Kəpəz Rayon Polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirildikdən sonra onu növbətçı hissənin yanından keçirib ikinci mərtəbəyə qaldırmış və oradakı otaqların birinə salmışlar. Polis bölməsində onun narkotik vasitə istifadə etməkdə, üzərində narkotik vasitə saxlamaqda və alqı-satqısında şübhəli bilindiyi üçün saxladığını demişlər və onu şübhəli şəxs qismində tutaraq qərarla tanış etmişlər. Həmin otaqda onun üzərinə baxış keçirilmiş, üzərindən bank kartı və pul aşkar edilmiş, lakin narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra Samir və digər polis əməkdaşları onu döyərək onların ona təklif etdikləri narkotik vasitənin özünə məxsus olmasını boynuna almasını tələb etmişlər. Bundan sonra maddi imkanı olmadığından o, dövlət hesabına müdafiəçi X6 ilə təmin olunmuşdur. Videoçəkiliş başlamazdan əvvəl Rəşad adlı polis əməkdaşı onu otaqdan dəhlizə cıxarmış, ona narkotik vasitə verərək, həmin narkotik vasitənin özünə məxsus olmasını boynuna almasını tələb etmişdir. Sonra onlar otağa daxil olmuş, videoçəkiliş aparılmış və o, çəkiliş zamanı ona verilən narkotik vasitənin özünə məxsus olmasını boynuna almışdır. Ona təzyiqlər olduğuna görə narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12.04.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı almış, həmin məlumatın yoxlanılması üçün rəhbərliyə raportla məruzə etmiş və “əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edərək həmin qərarın icrası ilə əlaqədar o, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə, saat 21 radələrində onlar tərəfindən Gəncə şəhəri, Atatürk prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində saxlanılmışdır. Həmin vaxt onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək şübhənin mahiyyətini izah etmiş və onu özləri ilə birlikdə üzərinə axtarış keçirilməsi məqsədilə Gəncə şəhər Kəpəz RPB-nin inzibati binasına gətirmişlər. Gətirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Ceyhun Mustafayevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində vəkil Nadim Heydərov polis bölməsinə dəvət olunaraq sonuncuya təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncu hüquq və vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə vəkil Nadim Heydərova etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən sellofan büküm aşkar edilərək götürülmüşdür. Həmin sellofona bükülmüş büküm müdafiəçinin iştirakı ilə açılıb içərisinə baxış keçirilən zaman tünd çəhrayı rəngli ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanınan narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu, iki gün əvvəl küçədən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə olan heroin sellofona bükülmüş kütlə elektron tərəzidə çəkilmiş və 16 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar və onun tərəfindən imzalanaraq tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, həmçinin polis bölməsində olarkən ona heç bir zorakılıq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12.04.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Kəpəz RPB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən rəhbərliyə raportla məruzə edilmiş və “əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq bölmənin əməliyyat müvəkkilləri Şahid2 Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə, saat 21 radələrində əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılıb Gəncə şəhər Kəpəz RPB-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxsn üzərinə axtarış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ceyhun Mustafayevə tapşırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə vəkil Nadim Heydərov polis bölməsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın olduğunu və hüquqlarının müdafiə olunması məqsədilə Nadim Heydərov adlı vəkilə etirazı olmadığını bildirmişdir.Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən sellofan büküm aşkar edilərək götürülmüşdür.Həmin sellofona bükülmüş büküm müdafiəçinin iştirakı ilə açılıb içərisinə baxış keçirilən zaman tünd çəhrayı rəngli ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, özünə məxsus olduğunu, iki gün əvvəl adını xatırlamadığı küçədən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş heroin sellofona bükülmüş kütlə elektron tərəzidə çəkilmiş və 16 qram olmuşdur.Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Ramil polis bölməsinə gətirildikdən sonra onlar Ramili xidməti iş otağında gözlətmiş və mühafizəsini təmin etmişlər. Az sonra oraya müdafiəçi Nadim Heydərov gəlmiş və yalnız bundan sonra Ramilin üzərində axtarış aparılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 12.04.2021-ci il tarixdə saat 21-radələrində Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, daşıması və satışı ilə məşğul olmasında şübhəli olduğu üçün Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin əməliyyat müvəkkiləri Şahid1 və Şahid2 tərəfindən Kəpəz rayon polis bölməsinə gətirilmişdir. Daha sonra o və Şahid6 funksional vəzifələrini yerinə yetirərək Təqsirləndirilən şəxs adını “Gətirilmiş şəxslərin qeydiyyat jurnalında” qeyd etmişdir. O və Şahid6 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi,daşıması və satışı ilə məşğul olmasında şübhəli olduğu üçün onun üzərinə “Növbətçi hissədə” baxış keçirməmişlər, onu əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 müvafiq sənədləşmənin aparılması üçün ikinci mərtəbəyə aparmışlar. Dərhal sonra Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Kəpəz rayon polis bölməsinin rəisinə raportla müraciət etmiş və həmin raport bölmənin növbətçi hissəsində “Törədilmiş və Hazırlanan Cinayətlər Barədə Məlumatların Qeydiyyatı” kitabında qeydə alınmış və raportun icrası Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ceyhun Mustafayevə həvalə edilmişdir.Bir neçə dəqiqə sonra özünü müdafiəçi kimi təqdim edən Nadim Heydərov bölməyə gəlmiş və o da ikinci mərtəbəyə qalxmışdır. Təqsirləndirilən şəxs Kəpəz rayon polis bölməsinə 12.04.2021-ci il tarixədə saat 21-radələrində Kəpəz rayon polis bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən gətirilmişdir. Təqsirləndirilən şəxs bölmədə heç bir təsir və təzyiq olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 aprel 2021-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli 4(043)-61/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 13 aprel 2021-ci il tarixli 16/335 nömrəli rəyindən görünür ki, üzərində tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinə oxşar kütlə” sözlər və imzalar, kağız paketdəki, 1(bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 15,765 qram olan maddə,kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin TB-də təhqiqatçısı, polis kapitanı Ceyhun Mustafayev, Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid4, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan olan qara rəngli gödəkcənin sol yan iç cibindən 1 ədəd şəffaf rəngli sellofon bükülü aşkar edilmişdir. Həmin 1 ədəd şəffaf rəngli sellofon bükülünün içərisinə baxış keçirilmiş və baxış zamanı sellefon bükülünün içərisinə baxış keçirilmiş və ilk baxışdan kəskin spesifik qoxulu narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra həmin şəxsin üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitəyə bənzəyən kütləni haradan əldə etməsi barədə soruşulan zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəninin ona məxsus olmasını və Gəncə şəhərində adını xatırlamadığı küçədən iki gün əvvəl tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen sellofan bükülü içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin sellofanla bükülü ilə birgə ümumilikdə çəkisinin 16,45 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Bakcell” MMC-dən daxil olmuş 1 ədəd qırmızı rəngli, üzərində çap üsulu ilə "xxxx" yazısı, həmçinin qara rəngli qələmlə əl yazma üsulu ilə “BKC/LGL-7737- 21” yazıları olan CD diskə baxış keçirilmişdir. Həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan “**********” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, 26.03.2021-ci il tarixdə saat 22:47:14-də “**********” saylı mobil nömrəyə “Bu neynmekdi ey agrida ola ola soyoxda gozduyurdm” məzmununda, eyni qaydada 10.04.2021-ci il tarixdə saat 03:32:36-da “**********” saylı mobil nömrəyə “Oluruk aqridan mirze deyir duzelir”, məzmununda, eyni qaydada 10.04.2021-ci il tarrixdə saat 03:59:36 radələrində “ Temanı qetirdi pulu vermeliyem” məzmununda, 10.04.2021-ci il tarixdə saat 23:36:34 radələrində ********** saylı mobil nömrəyə “Qedirem eve aqıda çox saqol” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan “**********” saylı mobil nömrədən digər mobil nömrələrə də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan “**********” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, 26.03.2021-ci il tarixdə saat 22:01:51-də “**********” saylı mobil nömrədən “ X12 Terefe” məzmununda, 09.04.2021-ci il tarixdə saat 12:08:20-də “Senin fikrin nedi ay q,,,e” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan “**********” saylı mobil nömrəyə digər mobil nömrələrdən də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. “X2” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrlə digər mobil nömrələr arasında, o cümlədən Elmir Məmmədovun istifadəsində olan “***-***-**-**” saylı mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələr Gəncə şəhəri,Şəddadilər küçəsi, Gəncə şəhəri X14 prospektində müxtəlif anten dairələrində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 25.10.2000ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 334.1-ci maddəsi təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18.04.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Şəmkir Rayon Məhkəməsinin 17.05.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 3300 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Moskva şəhər Zyuzinsk Rayon Məhkəməsinin 13.11.2008-ci il tarixli hökmü ilə Rusiya Fedarasiyasının CM-nin 161-ci maddəsinin, 2-ci hissəsinin A,V,Q,D bəndləri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, X8 Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli hökmü ilə Rusiya Fedarasiyasının CM-nin 158-ci maddəsinin, 3-cü hissəsinin A bəndi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Bağı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən hökmlərin Azərbaycan Respublikası ərazisində tanınıbtanınmaması barədə rəsmi sorğu verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi sorğuya cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və material olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi cinayətin residivini yaratmaması nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 30 aprel 2021-ci il tarixli 529 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz RPİ-yə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirildikdən sonra üzərindən və yaşadığı evdən narkotik vasitə aşkar edilərək götürüldükdən sonra qanunvericiliyə uyğun olaraq bu barədə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə məlumat verilmiş və müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hakimi Rəşad Mustafayevin 14.04.2021-ci il tarixli 5(043)-81/2021 nömrəli qərarı ilə Gəncə şəhər Kəpəz RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 12 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azercell Telekom MMC-dən daxil olmuş 22 dekabr 2021-ci il tarixli 26649 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hal-hazırda Azercell Telekom MMC-də qeydiyyatda olan ********* saylı nömrədə 11.04.202114.04.2021-ci il tarixlərində mövcud olan SMS siyahısına( zənglər qeydə alınmamışdır) və əhatə dairəsinə dair məlumat göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMCyə 22.12.2021-ci il tarixində daxil olmuş, 1(***)*******1 saylı, 09.12.2021-ci tarixli sorğunuzla əlaqədar əldə olunmuş mümkün məlumatlar məktuba əlavə edilmiş qoşma şəklində Sizə təqdim edilmişdir. ********** saylı nömrə sorğulanan müddət ərzində aktiv balansda olub. X5 relvizitləri göstərilmədiyindən axtarış öbarmaq mümkün olmamış, Abunəçlərin adlarına rəsmləşdirilmiş mobil nömrələrin əldə edilməsinin operativliyini və dəqiqliyinin yüksəldilməsi üçün, Azərbaycan Respublikasının İnformasiya əldə etmək haqqında qanının təbblərinə əsasən sorğulanan şəxslərin rekvizitlərini (fərdiləşdirmə sisteminin seriya nömrasi, FİN kod, vətəndaşı qeydiyyatda olduğu ünvan, təvəllüd və s.) göndərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 aprel 2021ci il tarixli üzləşdirmə protokoldan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğuna görə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında videogörüntü vasitəsilə üzləşdirmə aparılmışdır.Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı onun üzərinə müdafiəçisi X4 iştirakı ilə baxış keçirilən zaman onun üzərindən 16 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilməsini demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 aprel 2021ci il tarixli üzləşdirmə protokoldan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğuna görə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında videogörüntü vasitəsilə üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 aprel 2021ci il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında videogörüntü vasitəsilə üzləşdirmə aparılmışdır.Üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı onun üzərinə müdafiəçisi X4 iştirakı ilə baxış keçirilən zaman onun üzərindən 16 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilməsini demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 aprel 2021ci il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında videogörüntü vasitəsilə üzləşdirmə aparılmışdır.Üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxsn üzünə qarşı onun üzərinə müdafiəçisi X4 iştirakı ilə baxış keçirilən zaman onun üzərindən 16 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilməsini demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 5(043)-81/2021 nömrəli qərarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenatı Şahid2 tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının qanuniliyinin yoxlanılmasıdan imtina edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda aşkar edilən narkotik vasitənin ona məxsus olmaması, polislər tərəfindən üzərinə qoyulması, heç kimə narkotik vasitə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 15.765 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12.04.2021-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Atatürk prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yol kənarında saxlanılaraq Gəncə şəhəri N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən şəffaf rəngli 1 ədəd sellofan bükümdə olmaqla külli miqdarda, yəni təmiz çəkisi 15.765 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması 16 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.10.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18.04.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Şəmkir Rayon Məhkəməsinin 17.05.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 3300 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Moskva şəhər Zyuzinsk Rayon Məhkəməsinin 13.11.2008-ci il tarixli hökmü ilə Rusiya Fedarasiyasının CM-nin 161-ci maddəsinin, 2-ci hissəsinin A,V,Q,D bəndləri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, X8 Rayon Məhkəməsinin 25.12.2012-ci il tarixli hökmü ilə Rusiya Fedarasiyasının CM-nin 158-ci maddəsinin, 3-cü hissəsinin A bəndi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması, eləcə də Rusiya Federasiyasında məhkum olunmasına dair hökmlər Azərbaycan Respublikasında tanınmadığından heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 12 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 15,565 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat (alımış dörd manat səksən qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 15,565 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 64,80 manat (alımış dörd manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 oğlu həyata keçirdiyindən 240 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-95/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-95/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver