Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-95/2023 18.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X10 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X11 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X6 və Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə saat 22 radələrində bacanağı Şahid1 ilə birlikdə qeyri-rəsmi birlikdə yaşadığı X1 Fətiquliyevanı evdən açıb qeyr-rəsmi birlikdə yaşadığı X3 yaşadığı Samux rayonunda yerləşən evdən gətirdiyinə görə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsində, “Babək Servisin” yaxınlığında üzərində olan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs zərbə endirərək sağ bazu arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan, homorragic şokla izlənilən sağ bazu nahiyyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, sağəlin İİ və İİİ barmaqlarının iç səthlərində 2 ədəd kəsilmiş yarlardan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə qeyri rəsmi münasibətdə olduğu Nəsibə və bacanağı Xəyalla birlikdə yaşdığı evdə yemək yeyən zaman Nəsibə qızını Ləmanın İsmayıl adlı oğlanla sonuncu evində qeyri rəsmi yaşadığını, qızının iki azyaşlı uşağını aparıb özünə təhvil vermək istədiyini demişdir. Bundan sonra o, Nəsibə və Xəyalla birlikdə Samux rayonu İnstut qəsəbəsinə getmiş, o, Xəyalla birlikdə avtomobildə gözləmiş, Nəsibə isə avtomobildən düşüb gedib Ləmanı gətirmişdir. Evə qayıtdıqdan sonra Ləmanın qeyri rəsmi birlikdə yaşadığı İsmayıl ona zəng edib İmamzadə deyilən yerdə görüşmək istədiyini demiş və onu təhqir etmişdir. O, həmin şəxslə Yeni Gəncədə görüşmək üçün razılaşmış və o, Xəyalla birlikdə həmin yerə getmişlər. Onlar dəyirmanın dairəsi adlanan yerdə olarkən 5 nəfər əlində bıçaqla avtomobildən düşüb onların üzərinə getmiş, həmin şəxslərdən biri Xəyalın önünə keçərək onu saxlamış, digəri isə onu bıçaqla vurmaq istəyərkən bir nəfər də onun önünə keçib mane olmaq istəmişdir. O, qaçarkən ayağı ilişib yıxılmış, sonra İsmayıl ona iki dəfə bıçaqla xəsarət yetirmişdir. Bundan başqa o, ifadəsində İsmayılla görüşə gedərkən üzərində bıçaq götürdüyünü, lakin dava zamanı bıçağı çıxara bilmədiyini, İsmayılı özünün yanında gələn şəxslərdən birinin vurduğunu, lakin kimin vurduğunu görmədiyini, eyni zamanda hadisə baş verən vaxt ətrafda heç kimin olmadığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə o evdə olmayanda tanımadığı şəxslərin evə gəlib qeyri rəsmi birlikdə yaşadığı Ləmanı zorla apardıqlarını bilmişdir. Adını sonradan bildiyi Tural Ləmanı aparmamışdan əvvəl ona zəng etdiyi üçün o, Turala zəng edərək görüşmək istədiyini demiş və onlar Yeni Gəncədə görüşmək üçün razılaşmışlar. Bundan sonra Tural onun telefon zənglərinə cavab vermədiyindən onunla görüşmək üçün onun yaşadığı əraziyə tərəf getmiş, yolda olarkən Şestoy Tural adlı tanışına zəng edib Şirek ləqəbli avtobus sürcüsü Tural adlı şəxs tanıyıb-tanımadığını soruşmuş, o da tanımadığını, lakin tapa biləcəyini bildirmişdir. Bir qədər sonra tanışı Tural adını sonradan bildiyi Nizami adlı şəxsin idarə etdiyi BMW markalı avtomobillə onun yanına gəlmiş və onlar birlikdə dəyirmanın dairəsi adlanan yerə tərəf getmişlər. Bir qədər getdikdən sonra yol kənarında Turalı görüb avtomobilin sürücüsündən avtomobili saxlamasını istəmiş, avtomobil dayanan kimi düşüb Turalın üzərinə getmiş, bu zaman Tural bıçaq çıxarmış, o Turala bıçağı yerinə qoymasını və söhbət edərək məsələni aydınlaşdırmaq istədiyini demişdir. Tural bıçağı yerinə qoyandan sonra ona yumruq zərbəsi vurmuş, sonra isə daş atmışdır. Daş atdıqdan sonra Tural yerə yıxılmış, bu zaman onun üzərinə gedərək onu yumruq zərbələri vurmuş, Tural üzərində olan bıçaqla ona xəsarət yetirmiş, o da üzərində olan bıçaqla Turala xəsarət yetirdikdən sonra Tural hadisə yerindən qaçmışdır. Bundan başqa o, ifadəsində dava zamanı ondan başqa heç kimin Turala yaxınlaşmadığını, orada onlardan başqa heç kimin olmadığını bildirmişdir. Zərəçəkmiş şəxs X7 məhkəmə istintaqı zamanı dindirilərkən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirsə də sonradan məhkəməyə ibtidai istintaq zamanı verdiyi notarial qaydada təsdiq olunmuş barışıq ərizəsindən imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Turalın yaşadığı evdə oturub yemək yeyən zaman Turalın qeyrirəsmi birlikdə yaşadığı Nəsibə qızı Ləmanın bir neçə gündür evdən qaçıb İsmayıl adlı şəxslə birlikdə Samux rayonunda yaşadığını, evə qayıtmadığını və onu evə gətirmək istədiyini demişdir. Sonra o, Tural, Nəsibə və Nəsibənin digər qızı Günay birlikdə taksi ilə İsmayılın yaşadığı evə gedib, Ləmanı götürüb birlikdə evə qayıtmışlar. Evə getdikdən sonra Turala ard-arda zənglər gəlmiş, Turalın telefonla danışığından ona zəng edən şəxsin İsmayıl olduğunu, mübahisə etdikdən sonra Yeni Gəncədə görüşmək üçün razılaşdıqlarını anlamışdır. Tural evdən çıxarkən mətbəxdən bıçaq götürmüş və birlikdə evdən çıxmışlar. Onlar piyada Dəyirmanın dairəsi deyilən yerə tərəf gedəndə, Babək Servisin yaxınlığında olarkən qara rəngli BMW markalı avtomobil Turalın yanında dayanmış və avtomobildən 3-4 nəfər düşmüş, həmin şəxslərdən biri, saqqalı oğlan onun qarşısını kəsərək qarışmamasını bildirmiş, digəri isə, yəni sonradan İsmayıl olduğunu bildiyi şəxs Turala tərəf qaçmışdır. Həmin vaxt kənardan daş da atmışlar. O, Turalın “vurma, girdi, girdi” dediyini eşitmişdir. Sonra iki nəfər İsmayılı yaralı halda gətirib BMW markalı avtomobilə mindirmiş və həmin yerdə olan iki ədəd bıçağı da avtomobilə atmışlar. Bundan sonra Turalı orada görməmiş, səhəri gün evlərinə gedəndə Nəsibə Turalın bıçaqlandığını demişdir. Hadisə baş verən vaxt ətrafda onlardan başqa heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən və ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə aralarında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, o, ibtidai istintaq zamanı Turalla birlikdə evdən çıxıb dəyirmanın dairəsi adlanan yerə gedərkən yolda Tural ona gedəcəkləri ünvanda uşaqları çağırıb onları aşağı-yuxarı qaçırdıb başlarına oyun açacağını dediyini, bir qədər sonra Turalın yanında BMW markalı avtomobilin dayandığını və avtomobildən 3 nəfərin düşdüyünü, İsmayılın Turala tərəf qaçdığını, onların bir-birilərinə yumruq zərbələri, daha sonra isə bıçaq zərbələri endirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə dostu Tural və Turalın yanında olan tanımadığı bir nəfər şəxs onları Dəyirmanın dairəsi deyilən yerə, “Bolmartın” yanına aparmasını istəmiş, biraz getdikdən sonra arxada əyləşən tanımadığı şəxs Dəyirmanın dairəsi adlanan yerin yaxınlığında, Türk Liseyinin yanında avtomobili saxlamasını istəmiş və avtomobil dayanan kimi düşüb qaçmışdır. Sonradan həmin şəxsin adının İsmayıl olduğunu bilmişdir. İsmayıldan sonra Tural da avtomobildən düşmüş, o da təxminən 1 dəqiqə orada gözlədikdən sonra yaşadığı evə tərəf getmişdir. Aura parkın yanına çatanda dostu Tural ona zəng edib geri qayıdıb kömək etməsini istəmişdir. Onların yanına getdikdə İsmayılın yerdə uzanıqlı vəziyyətdə olduğunu və qoluna batılı bir bıçaq, əlində də kiçik həcimli bir bıçaq olduğunu görmüşdür. Sonra İsmayılı avtomobilə mindirib Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmışlar. Bundan başqa o, ifadəsində onun idarə etdiyi BMW markalı avtomobildə özü, dostu Tural və İsmayıldan başqa heç kimin olmadığını, həmin dava zamanı kimin kimi vurmasını görmədiyini bildirişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə evdə Tural və dostu Xəyalla birlikdə yemək yeyən zaman Turala Ləmanın evdən qaçıb İsmayıl adlı şəxslə yaşadığını, uşaqlarını aparıb özünə təhvil vermək istədiyini demiş, sonra onlar birlikdə taksi ilə Samux rayonu, İnistut qəsəbəsinə, İsmayılın yaşadığı evə getmişlər. Ləmanı evə gətirdikdən sonra İsmayıl Turalın mobil telefonuna zəng edərək ona söyüş söymüş, onlar telefonda mübahisə etdikdən sonra Tural Xəyalla birlikdə evdən çıxıb getmişdir. Bundan başqa o, hadisənin şahidi olmadığını, həmin gün axşam Turalın evə yaralı gəldiyini, onun qolunda xəsarətlər olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilən baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsi, “Babək servis”-in yaxınlığında baş vermişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2090 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol said nahiyyəsinin yaraları – deşici-kəsici alətin (alətlərin), sağ əl pəncəsinin qançırı isə bərk küt əşyanın təsiri nətisəcində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən - sol said nahiyyəsinin yaraları ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilir, sağ əl pəncəsinin qançırı isə sağlamlığa zərə vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyən edilmir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2095 nömrəli rəyindən görünür ki, X15 oglunun bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ bazu arteriyasının və venasının zədələnməsi ilə müşayət olunan, hemorragik şokla izlənilən, sağ bazu nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarsı – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. X3 bədəni üzərində yuxarıda qeyd olunan xəsarətlərdən başqa, sağ əlin İİ-İİİ barmaqlarının iç səthlərində kəsici-alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş, (cəmi iki ədəd) kəsilmiş yaralar aşkar edildi. Qeyd olunan yaralar dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aid edilir. İ.F.Baxşəlizadənin bədəni üzərində olan müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 16/354/355 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı bıçaqdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş maykanın üzərində mexaniki zədə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 16/352/353 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah nhesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdi. Təqdim olunan uzunqol poluverin səthində olan 01 ədəd zədə və uzunqol gödəkçənin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşicixassəyə malik olan predmentin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədləridir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədələrdə zəd yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim eilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 496/163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixiemosianal vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilən maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 20 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye hlda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan özünə məxsus ola bilər. bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilər. Məhkəmədə tədqiq edilən maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 21 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ)) beta-dır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insan məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa, beta olduğundan X4 məxsus ola bilər. Məhkəmədə tədqiq edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqdim edilmiş 2 ədəd bıçaqlardan biri üzərində qanabənzər ləkələr olan boz rəngli tiyədən, sarı rəngli dəstəkdən ibarət olmaqla qatlanmayan, digəri isə üzərində qanabənzər ləklər olan boz rəngli tiyədən, boz və qara rəngli dəstəkdən ibarət olmaqla açılıb qatlanandır. Hər iki bıçaq baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən təqdim olunmuş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş üzərinə qanabənzər ləkələr olan bir ədəd ağ rəngli mayka, hadisə zamnaı X3 əynində olmuş üzərində qana bənzər ləkələr olan bir ədəd qara rəngli köynək və bir ədəd qara rəngli baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən əşyanın tanımaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 ona təqdim olunmuş dörd ədəd bıçaqdan 3 nömrəli bıçağı göstərərək Təqsirləndirilən şəxs İsmayıl Baxşəlizadəyə xəsarət yetirdiyi bıçaq olduğunu, demişdir. 2 nömrəli bıçağın isə X9 Əliyevə xəsarət yetirdiyi bıçaq olduğunu demişdir. Məhkəmədə tədqiq edilən əşyanın tanımaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş dörd ədəd bıçaqdan 1 nömrəli bıçağı göstərərək İsmayıl Baxşəlizadənin ona xəsarət yetirdiyi bıçaq olduğunu, 4 nömrəli bıçağın isə İsmayıl Baxşəlizadəyə xəsarət yetirdiyi bıçaq olduğunu demişdir. Məhkəmədə tədqiq edilən əşyanın tanımaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 ona təqdim olunmuş dörd ədəd bıçaqdan 3 nömrəli bıçağı göstərərək Təqsirləndirilən şəxs xəsarət yetirdiyi bıçaq olduğunu, 1 nömrəli bıçağın isə Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq olduğunu demişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək, hadisənin baş verdiyi Gəncə şəhəri, E.Allahverdiyev küçəsidə “Babək servis”-in yaxınlığında yerləşən binalarla yol arasındakı boş sahəni göstərmişdir. Məhkəmədə tədqiq edilən 16 mart 2022 tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və təqsirləndirilən Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı, onunla birlikdə evdən çıxıb dəyirmanın dairəsi adlanan yerə gedərkən yolda Təqsirləndirilən şəxs ona gedəcəkləri ünvanda uşaqları çağırıb onları aşağı-yuxarı qaçırdıb başlarına oyun açacağını, bir qədər sonra Turalın yanında BMW markalı avtomobilin dayandığını və avtomobildən 3 nəfərin düşdüyünü, İsmayılın Turala tərəf qaçdığını, onların bir-birilərinə yumruq zərbələri, daha sonra isə bıçaq zərbələri endirdiklərini deyərək ibtidai istintraq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Kəpəz RPİ-ə gəlib özünü təqdim etmiş və Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-69/2022 saylı qərarı ilə barəsində barəsində həb qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Əliyev X16-Qubadlı rayon Məhkəməsinin 13.8.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 333.1, 333.4-cü maddələri təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarına əsasən cəzası üşdə birə qədər azaldılaraq üzərində qəti olaraq 02 il 08 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış və xx.xx.2006-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq edilən zərərçəkmiş şəxs X3 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş barışıq ərizəsində imtina etmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin və Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə zamanı X3 əynində olmuş 1 ədəd polulver, 1 ədəd gödəkçə, Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd mayka, Şahid2 təqdim etdiyi iki dədəd bıçaq maddi sübut qismində tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc yerinə verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə, elan edilmiş ittihamla razılaşsa da, ona elan edilmiş CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini qiymətləndirərkən mötəbər, biribirini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə eyni zamanda işin faktiki hallarına qiymət verib hesab edir ki, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qeyri-rəsmi birlikdə yaşadığı X5 Fətiquliyevanı evdən qaçaraq qeyrirəsmi birlikdə yaşadığı X2 evindən gətirdikdən sonra İsmayıl Baxşəlizadə ona zəng edərək nalayiq ifadələr işlətmiş və görüşmək istədiyini demişdir. Bundan sonra həmin gün təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs bacanağı Şahid1 ilə birlikdə İsmayıl Baxşəlizadə ilə görüşmək üçün əvvəlcədən razılaşdıqları Yeni Gəncəyə tərəf gedərkən Dəyirmanın dairəsi adlanan yerdə olan zaman İsmayıl Baxşəlizadə onun qarşısını kəsər üzərinə getmiş və ona yumruq zərbəsi edirmişdir. Bundan sonra aralarında yaranmış mübahisə zamanı o, üzərində olan mətbəx bıçağı ilə İsmayıla, İsmayıl da üzərində olan cib bıçağı ilə ona zərbə edirmişdir. Hadisənin baş verdiyi ərazidə həmin vaxt İsmayılla birlikdə gələn iki nəfər və onunla birlikdə gələn Şahid1 başqa heç kim olmamışdır. Göründüyü kimi məhkəmə istintaqı zamanı tam sübut olundu ki, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlməmiş, onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən edilməmiş, hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermişdir. Əməlin xuliqanlıq olması üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə (əməldə cinayət tərkibi olmadıqda) təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən həmin maddə ilə verilmiş ittiham üzrə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, hadisə zamanı evdən çıxarkən üzərində götürdüyü bıçağı istifadə etmədiyini, İsmayıl Baxşəlizadəni onun deyil, özünün yanında gələn şəxslərdən birinin vurduğunu vurduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu həmin xüsusatlara tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etməklə ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsi və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Beləki, məhkəmə istintaqı zamanı dindirilmiş zərəçəkmiş şəxs İsmayıl Baxşəlizadə ifadəsində Turalın üzərinə gedən zaman onun bıçaq çıxardığını, Turala bıçağı yerinə qoymasını və söhbət edərək məsələni aydınlaşdırmaq istədiyini dediyini, Tural bıçağı yerinə qoyandan sonra ona yumruq zərbəsi vurduğunu, sonra isə daş atdığını, daş atdıqdan sonra Turalın yerə yıxıldığını, bu zaman üzərinə gedərək onu yumruqla vurduğunu, Turalın üzərində olan bıçaqla ona, o da üzərində olan bıçaqla Turala xəsarət yetirdiyini bildirmişdir. Bundan başqa məhkəmə, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, ekspert rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki halları ilə uyğun gəldiyindən sübut kimi qiymətləndirir. Yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə qeyrisəmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə saat 22 radələrində bacanağı Şahid1 ilə birlikdə qeyri-rəsmi birlikdə yaşadığı X1 Fətiquliyevanı evdən açıb qeyr-rəsmi birlikdə yaşadığı X3 yaşadığı Samux rayonunda yerləşən evdən gətirdiyinə görə sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsində, “Babək Servisin” yaxınlığında üzərində olan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağlamlığa ağır zərər vurmaya aid edilən bədə xəsarəti yetirdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü təslim olmuş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-69/2022 saylı qərarı ilə barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Gəncə şəhər BPİ-də saxlanılan hadisə zamanı X3 əynində 1 ədəd polulver, 1 ədəd gödəkçə onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd mayka onun yaxın qohumlarına qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, eyni zamanda iki dədəd bıçaq istifadəyə yarasız olduğundan məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə vəkil tərəfindən 10 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, həmin hesabla ibtidai istinatq zamanı təqsirləndirilən şəxsə göstərilmiş cəmi 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar qismində Gəncə şəhər BPİ-də saxlanılan hadisə zamanı X3 əynində 1 ədəd polulver, 1 ədəd gödəkçə onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd mayka onun yaxın qohumlarına qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, eyni zamanda iki dədəd bıçaq istifadəyə yarasız olduğundan məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-95/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-95/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver