Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-95/2025 18.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu, İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, X6 Prospekti ev 54, mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnnun Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan şəxs(lər)lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, naməlum şəxs(lər) tərəfindən dəqiq məlum olmayan vaxt və mənbədən əldə edilib gizlədilmiş naməlum çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında xx.xx.2023-cü ildə saat 15:40 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsədəbəsində yerləşən “Yeni Gəncə Sağlamlıq Mərkəzi” yaxınlığındakı yarımçıq tikilinin yanında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər PBİ-yə gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əlindəki çantadan 15 (on beş) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qr, 995 qr, 1045 qr, 1000 qr, 1040 qr, 975 qr, 1040 qr, 1005qr, 1000 qr, 1040 qr, 980 qr, 1015 qr, 1005 qr, 995 qr, 990 qr qram olmaqla ümumilikdə təmiz çəkisi 15 130 qram olan eyni tərkibə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, hadisədən əvvəlki günlərdə xatırlamadığı iki nəfər şəxslə tanış olub spirtli içki qəbul etmiş, onlara məxsus mobil telefonla adını xatırlamadığı şəxslə danışmış, həmin şəxs ona məxsus çantanı götürüb deyəcəyi yerə qoyacağı təqdirdə ona 300 (üç yüz) manat pul verəcəyini demiş, o da razılaşmışdır. Hadisə günü saxlanılmazdan əvvəl adını bilmədiyi həmin şəxslərlə taksi ilə həmin ünvana getmiş, oradan çantanı götürüb çıxarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb qolundan tutaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparmış, orada çantaya baxarkən içində külli miqdar narkotik vasitə olan heroin olduğunu görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, çantada dəqiq nə olduğunu bilməmiş, mobil telefonla danışdığı şəxsin kim olduğunu bilmir. Həmin şəxslə mobil telefon, yaxud sosial şəbəkə ilə danışdığını xatırlamır. Həmin yerə qəsdən aparıldığını və narkotik vasitəni də daşıması müqabilində pul verilməsini polisin öz qurması olduğunu güman edir. O narkotik vasitə istifadəçisi aludəçisi olsa da, heç kimə narkotik vasitə satmamış, bununla bağlı heçkimlə danışığı olmamışdır. Səhhətindəki problemlər epileptik tutmaları var, məhkəmədən ona yüngül cəza verilməsin xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Əyar oğlu bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəl tanımamış və onunla heç bir münasibəti olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü ildə Şahid2 və Şahid3la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Yeni Gəncə qəsəbəsində yarımtikili binanın yanında saxlanılmış çiynində isə, qara rəngli çanta olmuşdur. Onu Gəncə şəhər Baş Polis İdarəsinə gətirmiş üzərində keçirilmiş axtarış zamanı qara rəngli çanta içində isə, xeyli bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu-sual zamanı isə Xəyyam iştirakçılara hazırda adını xatırlmadığı şəxsl sosial şəbəkə vasitəsilə danışaraq bir yerdən başqa yerə aparacağı barədə razılaşıb 300 manat müqabilində Gəncə şəhəri, “Azərittifaq” adlanan yerə aparılmasını dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1lə eyniməzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində külli miqdar satış məqsədilə narkotik vasitə əldə etməsi gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs saat 15:40-da Gəncə şəhəri, “Yeni Gəncə Sağlamlıq Mərkəzi” yaxınlığında saxlanaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokol əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əl çantasından 15 ədəd üzəri yapışdırıcı lentlə sarınmış içərisində narkotik vasitə-heroinə bənzər qəhvəyi rəngli kütlələr olan bükümlər aşkar edilərək götürülmüş və çəkilərək qablaşdıırlmışdır. Şifahi sorğu sual zamanı həmin ketləni 2 gün əvvəl sosial şəbəkədə tanış olduğu özünü ona “Babək” kimi təqdim edən İran İslam Respublikası vətəndaşından sonuncunun bildirdiyi yerdən götürüb aparmaq müqabilində 300 (üç yüz) manat pul verəcəyinə görə aparacağını bildirmişdir. Keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilib götürülmüş, həmin mobil telefon “whatsApp” tətbiqində İran Bariqa adlı şəxslə səsli mesajların olması həmin danışıqlarda isə təqsirləndirilən şəxsin qarşı tərəfə özünün Gəncədə tanınan şəxs olduğunu. Ona 5-6 kilo narkotik vasitə olan heroin göndərmsini narahatlıq olmayacağını bildirərək narkotik vasitələrin dövriyyəsi ilə razılaşdırmaq məzmunlu danışıq aparması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 16/637№ li rəydən görünür ki, üzərində “ şübhəli şəxs :Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar olan katon qutudakı 15 (on beş) ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen torbalarda olan şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005, 995, 1045, 1000, 1040, 975, 1040, 1005, 1000, 1040, 980, 1015, 1005, 995, 990 qram olmaqla, ümumilikdə təmiz çəkisi 15 130 qram olan eyni tərkibə malik narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd karton qutuda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Qeyd: Heroinin təmiz çəkisi -15130 qram, tədqiqata sərf edildi 3 qram, qalıq 15127 qram İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü ildə “axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan DVD disk və fotocədvəldən görünür ki, telefona keçirilmiş baxış zamanı mobil telefonun “qalareya” bölməsində Gəncə şəhəri 28 may küçəsində işarələnmiş fotoşəkillərdə narkotik vasitənin qoyulduğu yerin görünütüləri, həmçinin “İran bariqa” adlı şəxslə narkotik vasitənin əldə edilməsi üçün danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan şəxsin istifadəsində olan mobil telefon danışıqlarına dair məlumatlara “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 939 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşakr edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1143 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrə ilə yazışmalar aparılmış +**********23 və +**********02 saylı mobil nömrələrə dair məlumatlarda nömrəyə zəng edilməsinə dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan ambulator məhkəmə - psixatrik psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 569 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə o istinad edilən cinayət əməlini törədilərkən və hal-hazırda hansısa hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət hadisəsi zamanı və hazırda öz hərəkətlərini qiymətləndirmək və idarə etmək imkanına malik olmuşdur. Onun hazırda məcburi müalicə tədbirlərinə ehityacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbnamə və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 1 (043)-153/20217-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli, 5241 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada dispanser qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan X3 verilmiş xx.xx.2023-cü il tarixli 5776 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildən həmin dispanserdə “kannabionidlərdən asılılıq sindromu” ilə qeydiyyatdadır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Xüsusi Rabitə və X2 xidmətindən verilən xx.xx.2024-cü il tarixli, 3-41/2-1160/2024 saylı məktubla təqdim edilmiş CD diskdən görünür ki, həmin nömrələrlə Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operatorlara məxsus mobil nömrələr arasında danışıq və mesaj olmamış, həmin nömrələrin Azərbaycan Respublikası ərazisində istifadə edilən mobil telefonlarda istifadəsinə dair məlumat aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələrin ona məxsus olmaması, onların dövriyyəsinə aidiyyəti olmaması çantada hansı miqdar narkotik vasitənin olmasından məlumatsız olması, həmin əməliyyatın polis tərəfindən qəsdən onu ilişdirmək üçün qurulması buna görə də hadisədən əvvəlki günlərdə onunla oturub içki məclisi düzəldərək sərxoş olmasına nail olmaları, sonradan isə sonunculara məxsus mobil telefonla guya İranlı “Bariqa” ilə onu danışdırmaları, onu çantanın qoyulduğu yerə polislərin özlərinin aparması sonradan da narkotik vasitə olan çantanı götürüb çıxdıqdan sonra özlərinin qurduğu oyuna əsasən saxlanılıb Gəncə şəhər BPİ-nə gətirilməsini öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə sübut növü kimi qəbul etmir, məhkəmə tərkibi həmin hala təqsirlədirilən şəxsin daha ağır cinayət məsuliyyəti və ciddi cəzadan yayınmaq cəhdləri kimi qiymətləndirir, özünümüdafiə xarakteri daşıdığıə işin faktiki halları ilə təkzib edildiyindən aşağıda göstərilən əsaslara görə həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilən şəxsin istifadəsində olan mobil telefondakı sosial şəbəkə “whatsApp” tətbiqində İran İslam Respublikası vətəndaşı olan şəxslə səs mesajlarından görünür ki, təqsirləndirilən şəxs özü qarşı tərəfi narkotik vasitələrin göndərilməsi üçün inandırmağa çalışmış, hətta göndərilməsini istədiyi miqdarı hazırki iş üzrə aşkar edilən miqdarın yarısını əldə etməyə çalışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin göstərdiyi onu polis əməkdaşı olması ehtimal etdiyi həmin şəxslərin təhqirk etməsinə münasibətdə qeyd edir ki, qeyd edilənlər ancaq mətn mesajları formasında olsa idi, onun telefonundan istənilən şəraitdə qeyrilərinin istifadə edib yazışmalar etməsi mümkünlüyü istisna edilmədiyindən bununla bağlı hansısa şübhələr ola bilərdi. İş materiallarından görünür ki, şəxs qarşı tərəflə narkotik vasitələrin dövriyyəsi ilə bağlı ünsiyyəti məhz səsli mesajları vasitəsilə əldə etməyə çalışmışdır. Həmin səs yazılarında isə təqsirləndirilən şəxsi kiminsə təhrik etməsi (başqa şəxs tərəfindən deyilən sözləri təkrar etməsi, yaxud kağız və elektron daşyıcıdan oxuması, sözlər və ifadələr arasında əhəmiyyətli fasilələr (pauzalar)) yaxud təzyiq altında deyilməsi (səslərdə qeyriadi, titrəyiş, qorxu və həyəcan) müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, şəxsin narkotik vasitə istifadəçisi olması və narkoloji kabinetdə qeydiyyatda olması işin mübahisəsiz yəni əvvəlki məhkəmə hökmü ilə müəyyən edilmiş halıdır. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə narkoloji rəyindən görünür ki, təqsirləndirilən şəxs metamfetamin və maruxiana istifadəçisi olmaqla məhz həmin növ narkotik vasitədən istifadə edir, yəni onun əvvəl heroin istifadə etməsini təsdiq edən sübut yoxdur. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə şəxsin cinayət əməlini törətməkdə iştirakı məhz kuryerlik yəni özünün də bütün məhkəmə baxışında qeyd etdiyi aşkar edilən narkotik vasitənin yerinin dəyişdirilməsi, olduğu yerdən götürülüb təyinat məntəqəsinə pul qarşılığı 300 (üç yüz) manat müqabilində aparılması formasında təzahür etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən çanta içində narkotik vasitə olmasından xəbərsiz məlumatsız olması isə yuxarıda qeyd edilən və ətraflı şərh və təhlil edən işin faktiki hallarına əsasən ağlabatan və məntiqi deyil, məhkəmənin mülahizəsinə görə şəxsin niyyəti hazırki iş üzrə narkotik vasitənin bir yerdən başqa yerə aparılmasına inam yaratmaq olmuşdur. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslərin həm işin ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə, istintaq hərəkəti protokollarına və əlavələri olan videoçəkilişlərə digər tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdar hesab edilən narkotik vasitə olan heroin əldə edərək üzərində daşımışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə, ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il 8 №-li qərarının 6-cı bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.8-ci maddəsində birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi .....qiymətləndirilməlidir. Həmin qərarın 19-cu bəndinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununa əsasən narkotik vasitə olan heroinin külli miqdarı 2 qramdan 800 qramadək olan miqdarıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində tərkibi vardır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən cinayət əməlinin ağır cinayət kateqoriyasına aid edilməsi, hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək dövriyyədən çıxarılmış narkotik vasitələrin nöpvü və miqdarı (realizə ediləcəyi təqdirdə nəinki qərb zonası, eləcə də ümumrespublika səviyyəsində narkotik vasitələrin dövriyyəsində mühüm yerə malik olması və külli miqdar qanunsuz qazanc əldə ediləcyi və şəxslərin narkotik vasitə istifadəsi və satışına cəlb edilməsi mümkünlüyü nəzərə alan məhkəmə tərkibi təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın yuxarı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Maddənin sanksiyasında nəzərdə tutulan 5-12 il aralığında cəza nəzərdə tutulsa da əməlin ictimai təhlükəliliyi və xarakteri, az cəza təyini cəzanın ümumxəbərdaredici funksiyası ilə tərs mütənasib olmaqla cəmiyyətdə yanlış fikirlər formalaşdıra, son dövrlər də xeyli artan pul müqabilində narkotik vasitələrin dövriyyəsində kuryerliklə məşğul olmaq istəyi olan şəxslərdə aşağı hədd cəza almaqla cinayət törətmək meylləri formalaşdıracağı və ədalət mühakiməsinin mənafeləri ilə ziddiyyət təşkil etdiyi üçün məhkəmə təqsirləndirilən şəxsə narkotik vasitənin npvümvə miqdarı nəzərə almaqla cəza təyini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında törətdiyi cinayətdə iştirakının faktiki xarakteri və dərəcəsi, cinayətin törədilməsində rolu nəzərə alınmaqla cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli, onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi ümumilikdı 15 127 qram olan heroin məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 4 ədəd CD disk cinayət işi materiallarına əlavə edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan ekspertiza xərci 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs Eyrzu oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinsin ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü ildən hesablansın. Cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan 1005, 995, 1045, 1000, 1040, 975, 1040, 1005, 1000, 1040, 980, 1015, 1005, 995, 990 qram olmaqla qalıq çəkisi 15127 qram olan heroin məhv edilsin, baxış keçirilməsi, videogörüntülər olan 1 (bir) ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 5 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hpkm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-95/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-95/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver