Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-96/2023 06.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci ildə Şəmkir rayonu, Dəllər Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olan vəhəmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanada qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 14 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində Şəmkir rayon polis X9 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən orada yerləşən istixanada Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan külli miqdarda 17 (on yeddi) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuş və ailəlidir. Uzun illərdir ki, narkotik vasitə qəbul edir. Təxminən 1 il əvvəl Şəmkir rayonunda Kür çayının ətraf ərazilərində təsərrüfat işləri ilə məşğul olarkən orada yabanı halda bitmiş çətənə kollarının toxumlarından götürüb əkmək üçün yaşadığı evə gətirmiş, həmin çətənə toxumlarını 2022-ci ilin aprel ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanada pomidor şitillərinin arasında əkmişdir. Əkdiyi çətənə kollarına qulluq etmiş, diblərini yümşaldıb təmizləmiş və mütəmadi olaraq suvarıb becərmişdir. 14 iyul 2022-ci il tarixdə səhər saatlarında təsərrüfat işləri ilə məşğul olmaq üçün yaşadığı evdən çıxaraq Şəmkir rayon Kür qəsəbəsinə getmiş, həmin günü polis əməkdaşları tərəfindən arvadı Şahid6 iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini və istilikxanada əkdiyi 17 (on yeddi) ədəd çətənə kollarının aşkar edilib götürüldüyünü eşitmişdir. Əvvəl həyəcanlanıb qorxduğu üçün evinə getməmiş, ancaq saat 17:00 radələrində özü polis əməkdaşlarına yaxınlaşaraq Şəmkir rayon polis X9 bölməsinə getmişdir. Polis bölməsində ona müdafiəçi tutmaq hüquqları izah olunmuş, müdafiçi tutmaq imkanının omadığını bildirib dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmiş və dövlət hesabına müdafiəçi dəvət olunmuş, şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılmiş, lakin üzərindən qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Yaşadığı evin həyətində yerləşən istilikxanada aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkmiş, narkotik vasitə satmaq niyyəti olmamışdır. Toxumları əkən zaman hamısının çıxmayacağını fikirləşmiş, ancaq əkdiyi 17 (on yeddi) ədəd çətənə toxumlarının hamısı yetişmiş və çətənə kollarına quluq edib becərmişdir. Yaşadığı evin həyətində yerləşən istilikxanada çətənə kollarını tək əkib becərmiş, ailə üzvülərinin və ya başqa kiminsə bu barədə xəbəri olmamışdır. Heç vaxt X2 dövriyyəsi ilə məşğul olmamışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiki, 14 iyul 2022-ci il tarixdə Şəmkir rayonu Dəllər Cəyir kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat daxil olmuş, bununla bağlı həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanada çətənə kolları əkib becərməsi aşkar olunmuşdur. Həmin günü saat 11:30 radələrində Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, tərəfindən polis əməmkdaşlarının və müətxəssis qismində dəvət edilmiş aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığı üçün baxış keçirilməzdən əvvəl bu barədə onun həyat yoldaşı Şahid6 məlumat verilmiş, sonuncu yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizəsini təqdim etmişdir. Baxış zamanı həyətyanı sahədə yerləşən istilikxanada pomidor şitillərinin içərisində əkilmiş 17 (on yeddi) ədəd çətənə kolları aşkar edilmiş, həmin kolların diblərinin torpağı boşaldılmış, suvarılmış və alaq otlarından təmizlənmişdir. Baxış zamanı Şahid6 həyətlərində yerləşən istilikxanada həyat yoldaşı Təqsirləndirilən şəxs başqa heç kimin işləmədiyini, aşkar edilmiş çətənə bitkilərini Təqsirləndirilən şəxs əkib becərdiyini və bu barədə onların məlumatının olmadığını bildirmişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin suvarıldığını və alaq otlarından təmizləndiyini təsdiq etmişdir. Aşkar edilmiş 17 (on yeddi) ədəd çətənə kolları kökündən çıxarılıb qablaşdırılmış, möhürlənmiş və götürülmüşdur. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar Təqsirləndirilən şəxs həmin günü saat 18 radələrində Şəmkir rayon polis X9 bölməsinə gələrək yaşadığı evin həyətindəki istilikxanadan aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini özünun əkib becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 Elburus oğlu, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun hayat yoldaşıdır. Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində yerləşən istilikxanada pomidor yetişdirərək ailəsini dolandırmışdır. 14 iyul 2022ci il tarixdə saat 11:30 radələrində polis əməmkdaşları onların həyətinə gələrək həyat yoldaşı Təqsirləndirilən şəxs soruşmuşlar. Həmin vaxtı Mehman evdə olmamış, səhər vaxtı yaşadıqları evdən çıxaraq təsərrüfat işləri ilə bağlı Kür qəsəbəsinə gedəcəyini demişdir. Polis əməmkdaşları ona Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində narkotik tərkibli bitkilər əkdiyi barədə məlum daxil olduğunu, buna görə həyətə və yaşadıqları evə baxış keçirilməsini izah etmişlər. Yaşadıqları evin həyətinə və evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizəsini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun, tanımadığı aqronomun və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla yaşadıqları evin həyətinə və evə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə yerləşən istilikxanadan 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom çətənə bitkilərinin suvarıldığını və dibləri yumşaldılaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş çətənə bitkiləri torpaqdan çıxarılmış, sintetik torbalara yığılıb qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və özü də həmin protokolu imzalamışdır. İstilikxanada Mehmandan başqa heç kim işləməmiş, ondan başqa heç kim girib-çıxmamışdır. Bu barədə onun və digər ailə üzvlərinin xəbəri olmamış, onlar istilikxanada işləməmiş, əri Mehman onların istilikxanaya girməsinə icazə verməmişdir. “Əməliyyat-axtarıştədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardangörünür ki,Təqsirləndirilən şəxsn Şəmkir rayon Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin həyatyanı sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid6 qızı ərizə yazaraq yaşadığı Şəmkir rayon Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin həyatyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir rayon Dəllər-Cəyir kəndində yerləşən evin həyatyanı sahəsinə aqarnomun iştirakı ilə baxış keçirilərkən 17 ədəd çətənə kolları aşkar olundu. Aşkar edilmiş çətənə bitkiləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.Bundan başqa evə və Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, göy rəngli **-CX-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı evdən və avtomobildən hər hansı narkotik vasitə, dövriyyəsi qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli rəydən görünür ki, aqranom Şahid5 iştirakı ilə, Təqsirləndirilən şəxsn Şəmkir rayon Dəllər-Cəyir kəndində yerləşən evin həyatyanı sahəsində 17 ədəd çətənə kolları aşkar edilmişdir.Həyətyani sahəyə baxış keçirilən zaman müəyyən edildi ki, bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş və su verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(076)-167/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxsn Şəmkir rayon Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin həyatyanı sahəsinə baxış keçirilməsi barədə Şəmkir Rayon Polis X9 Bölməsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 18 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin ondan hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılamsı haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istilikxananı göstərərək 2022-ci ilin aprel ayının əvvəllərində həmin istilikxanada 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini, 14 iyul 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən həyətinə baxış keçirilən zaman çətənə bitkilərinin oradan aşkar edildiyini bildirərək istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/832 saylı rəyindən görünür ki,Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən evinin həyətyanı sahəsindəki istilikxanadan aşkar olunmuş narkotik tərkibli çətənə kollar” yazı və imzalar olan baş-başa keçirilmiş sintetik kisədə, sayı 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi 12650 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən evinin həyətyanı sahəsindəki istilikxanadan aşkar olunmuş narkotik tərkibli çətənə kollar” yazı və imzalar olan baş-başa keçirilmiş sintetik kisədə, sayı 10 (on) ədəd, ümumi təmiz çəkisi 19450 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəsis) Şahid5 14 iyul 2022-ci il tarixli rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 497 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 iyul 2022-ci ildən hesablanmışdır. Şəmkir rayon Konsultativ Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetində qeydiyyatda dayanmır. Şəmkir rayon Dəllər-Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Dəllər-Cəyir kəndində həyat yoldaşı Şahid6 Oqtay qızı, övladaları X7 və X5 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanadan aşkar olunaraq götürülmüş 17 (on yeddi) ədəd çətənə (kannabis) bitkiləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-nin maddi sübutların saxlanma otağınatəhvil verilmişdir. Eləcə də Təqsirləndirilən şəxsyaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİİ siyahısnda Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adı və miqdarı göstərilmişdir. Həmin qanunan əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər-çətənə növlü bitkilər- küllü miqdar 16 ədəd nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayı küllü miqdar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanadan aşkar olunaraq götürülmüş 17 (on yeddi) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X6 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 14 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istilikxanadan aşkar olunaraq götürülmüş 17 (on yeddi) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X6 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-96/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-96/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver