Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-96/2025 23.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X17, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisləri X11 və X3, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun tərcüməçisi Sharif Radjabovun iştirakları ilə, xx.xx.1994-cü ildə Özbəkistan Respublikası, Kaşkadaria, şəhəri, Yəkkəbağ rayonu, Şamankirqiz kəndində anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda müvəqqəti olaraq qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu ,Yusif Səfərov küçəsində yaşayan, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda olan şəxs tərəfindən pozulması nəticəsində ehtiyyatsızlıqdan iki şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək BB 125 766 saylı, BC kateqoriyalı sürücülük hüququ verilmiş vəsiqə əsasında Bakı şəhər sakini X13 tərəfindən idarə edilməsi üçün verilmiş xx.xx.2022-ci il tarixli, 638205 saylı etibarnamə əsasında “Toyota Corolla” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Gəncə şəhərinə gəlməklə xx.xx.2023-cü il tarixdə tanışı X6 və X14 ilə birlikdə şam edən zaman spirtli içki qəbul edib, həmin gün saat 02:06 radələrində “X22” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə “Toyota Corolla” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, Atatürk prospekti ilə üzü mərkəz istiqamətində idarə edərək həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə idarə edərək həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini yuxarıda göstərilən tələblərin əksinə davam etdirməsi ilə müşayət edilən əməlinə görə idarə etməni itirərək avtomobili yolun kənarında olan işıq dirəyinə və ağaca çırpmış, nəticədə idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş X4 baş beyinin yumşaq qişasına və başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, beyin mədəciklərinə, beyinciyə, uzunsov beyinə qansızma, sağ ağciyərin, qaraciyərin, dalağın cırılması, hər iki ağciyərlərə ocaqlı qansızmalar, plevranın sol tərəfdə cırılması, İ-İİ boyun fəqərələrinin cisminin köndələn sınması, döş qəfəsinin sağ tərəfində İİ-Xİİİ qabırğaların döşyanı, onurğayanı və ön qotuqaltı xəttlərlə, döş qəfəsinin sol tərəfində isə İİ-Vİİİ qabırğaların isə ön qoltuqaltı xətti üzrə sınması, sağ kürək sümüyünün dimdiyəbənzər və çiyin çıxıntılarının sınması, sağ baldır sümüklərinin orta 1/3 hissədən qapalı sınıqları, bütün sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ kürək və sağ ayağın əzilmiş yaraları, döş qəfəsinin sağ yarısının ön səthinin qançırı, sağ yanaq, çənəaltı, sol baldır, hər iki kürək nahiyələrinin və döş qəfəsinin sağ yan səthinin sıyrıqları xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan AĞİR dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən qapalı küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin, beyinciyin, uzunsov beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma nəticəsində hadisə yerində ölməsinə, digər sərnişin X7 baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, başın yumşaq toxumlarına, sağ alın-təpə nahiyəsinə qansızma, döş qəfəsinin sağ tərəfində Vİİ-X qabırğaların, sol tərəfində İİ-İİİ qabırğaların sınığı, sol oma-qalça birləşməsinin qopması, sınıq ətrafı yumşaq toxumalara qansızma, qaraciyərin, nazik bağırsağın müsariqəsinin cırılması, sol böyrək ətrafı yumşaq toxumalara qansızma xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan AĞİR dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən qapalı küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma nəticəsində Gəncə şəhər 3 saylı Mərkəzi Xəstəxanasında aldığı xəsarətlərdən ölməsinə yəni yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda olan şəxs tərəfindən pozulması və ehtiyyatsızlıqdan iki şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 263-1.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən çox peşmandır. Onun dostu onu qonaq çağırmışdır. O ümumiyyətlə içki içən şəxs olmamışdır. Dostu ona oturmağı təklif etmiş o isə Gəncə şəhərinə təzə gəlməsini bildirmişdir. Həmçinin səhəri günü getməsini demişdir. Dostu ona “gecə yatarsan, səhəri günü çıxıb gedərsən” demişdir. Dostu ona mağazaya getməyi təklif etmiş o isə o halda olmamasını və avtomobili idarə edə bilməyəcəyini demişdir. O dostuna içkili olmasını həmçinin yolları tanımaması bildirmişdir. Dostu isə ona “narahat olma, yolu göstərəcəm gedəcəyik” demişdir. O Bakı şəhərindən yol gəlmiş və yuxusuz olmuşdur. Həmçinin həmin vaxt içkili olmuşdur. Onlar yola düzəlmiş və avtomobili idarə edərkən sükan arxasında yatmış və nəticədə hadisə baş vermişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, səhər saatlarında polis əməkdaşları onun yaşadığı ünvana gələrək qızının qəza keçirməsini bildirmişlər. O xəstəxanaya getmiş, onların heç bir şeydən xəbərləri olmamışdır. Onlara qızının qəza keçirilməsi bildirilmişdir. Hadisənin necə baş verməsindən onun xəbəri olmamışdır. Təqsirləndirlən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, baş vermiş avto qəza ilə bağlı o heç nə bilməmişdtir. İbtidai istintaq zamanı verdiyi ifadəmi təsdiq edir. Təqsirləndirlən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 avqust 2023-cü il tarixdə gecə saat 02:00 radələrində həmkarı Saib Orucov ilə birlikdə Gəncə şəhəri, Atatürk prospektində xidmətdə olan zaman onlara Gəncə şəhər BPİ-nin növbətçi hissəindən Gəncə şəhər, Atatürk prospektində ağır yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar dərhal hadisə yerinə getmiş və hadisə yerində avtomobilin içərisində bir xanımın və yanında azyaşlı uşağının həmçinin avtomobilin sürücüsünün olduğunu görmüşlər. Bundan sonra hadisə yerinə dərhal təcili tibbi yardım əməkdaşları çağırılmışdır. Daha sonra hadisə yerinə müstəntiq gəlmiş və sürücünü içkili müayinəsindən keçirərək xəstəxanaya göndərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlar xidməti ərazidə olan zaman Gəncə şəhər Məhkəməsinin qarşısında avtomobilin ağaca çırpıldığını görüb avtomobili saxlamışlır. Avtomobildən düşüb hadisə yerinə gedən zaman arxa oturacaqda azyaşlı uşağın olduğunu görüb öz avtomobilləri ilə uşağı xəstəxanaya aparmışlır. Daha sonra hadisə yerinə X24 əməkdaşları gəlmişlər. 05 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 05 avqust 2023-cü il tarixdən hesablanmışdır. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Atatürk prospektində, Gəncə şəhər Məhkəməsinin qarşısında baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu döşəmə örtükdən ibarət olmaqla, birtərəfli hərəkət üçün nəzərədə tutulmuş,yolun hər iki tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Avtomobil yolu bir hərəkət hissədən ibarətdir. Yolun ümumi eni 18 metr. Hadisə baş verən zaman hava buludlu və döşəmə örtüyün üzəri quru olduğu üçün döşəmə örtüyün üzərində avtomobilə məxsus heç bir tormoz izi müəyyən edilməmişdir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi, Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhər məhkəməsinin yaxınlığına quraşdırılmış təhlükəsiz şəhər kamerasına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, “Toyota Corolla” markalı avtomobil yüksək sürətlə Gəncə şəhəri, Atatürk prospekti ilə üzü mərkəz istiqamətində hərəkətdə olan zaman həmin küçədə yerləşən Gəncə şəhər Məhkəməsinin qarşısında anidən idarə etməni itirərək yolun sağında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çarpılır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 8/2372 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Toyota Corolla” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X22” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin edilməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X22” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 90- 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X22” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibb ekspertizasının 05 avqust 2023-cü il tarixli 62 nömrəli rəyindən görünür ki, mərhum X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin yumşaq qişasına və başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, beyin mədəciklərinə, beyinciyə, uzunsov beyinə qansızma, sağ ağciyərin, qaraciyərin, dalağın cırılması, hər iki ağciyərlərə ocaqlı qansızmalar, plevranın sol tərəfdə cırılması, İ-İİ boyun fəqərələrinin cisminin köndələn sınması, döş qəfəsinin sağ tərəfində İİ-Xİİİ qabırğaların döşyanı, onurğayanı və ön qotuqaltı xəttlərlə, döş qəfəsinin sol tərəfində isə İİ-Vİİİ qabırğaların isə ön qoltuqaltı xətti üzrə sınması, sağ kürək sümüyünün dimdiyəbənzər və çiyin çıxıntılarının sınması, sağ baldır sümüklərinin orta 1/3 hissədən qapalı sınıqları, bütün sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ kürək və sağ ayağın əzilmiş yaraları, döş qəfəsinin sağ yarısının ön səthinin qançırı, sağ yanaq, çənəaltı, sol baldır, hər iki kürək nahiyələrinin və döş qəfəsinin sağ yan səthinin sıyrıqları - qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X4 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Bundan başqa, rəydən görünür ki, mərhum X4 ölümünə səbəb qapalı küt kəlləbeyin travması nəticəsində əmələ gələn baş beyinin, beyinciyin, uzunsov beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma olmuş, mərhum X4 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı 0,5% (promilli) qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğundur. Məhkəmə-tibb ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 63 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, başın yumşaq toxumlarına, sağ alın-təpə nahiyəsinə qansızma, döş qəfəsinin sağ tərəfində Vİİ-X qabırğaların, sol tərəfində İİ-İİİ qabırğaların sınığı, sol oma-qalça birləşməsinin qopması, sınıq ətrafı yumşaq toxumalara qansızma, qaraciyərin, nazik bağırsağın müsariqəsinin cırılması, sol böyrək ətrafı yumşaq toxumalara qansızma - qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Sonuncunun ölümünə səbəb qapalı küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma olmuşdur. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2023-cü il tarixli 2879/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,9%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salsilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyyətinin tibbi müayinəsi barədə tərtib edilmiş protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-0415/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BB 125 766 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Toyota Corolla” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X13 tərəfindən xx.xx.2022-ci il tarixli, 638205 saylı etibarnamə əsasında sürülməsi üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varilərinin, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 263-1.4-ci maddəsi ilə tövsif edilməlidir və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanınyüu könüllü olaraq tamamilə ödənilməsini, CM-nin 59cü maddəsinə əsasən ilk dəfə cinayət törətməsi yüngülləşdirən hallar kimi nəzərə alır və ona cəza təyin edərkən CM nin 60-cı maddəsini onun barəsində tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikasının Cinayət 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təyin olunan cəzanın müddəti və ya həcmi bu qanunda nəzərdə tutulmuş cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 263-1.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulduğundan, ona Azərbaycan Respublikasının CM-in 45.1-ci maddəsinə əsasən müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə də cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Tukhtaev X5 Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onunn Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu andan yəni, 05 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və əlavə cəzanın başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılan “Toyota Corolla” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi X9 qaytarılmaldır. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin,ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Tukhtaev X5 Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin DYPŞ-nin cərimə meydançasında saxlanılan “Toyota Corolla” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi X9 qaytarılsın. Təqsirləndirilən şəxs 85 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirlən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-96/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-96/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver