Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-97/2020 19.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X17 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X8 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-cı il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində anadan olmuş və hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, orta təhsilli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X17 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “X10” yerləşən çayxanada həmkəndlisi Zərərçəkmiş şəxs üzünə baxıb gülməsindən xoşlanmayıb şəxsiyyətinin aşağılanması kimi qəbul etmiş və ona görə yaxınlıqdakı mağazaya gedib oradan aldığı istintaqa məlum olmayan kəsicideşici alətlə çayxananın qarşısına gəlib sonuncunu orada 10-15 dəqiqə qalxmasını gözlədikdən sonra ona yaxınlaşıb heç bir əsaslı səbəb olmadan həmin kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qəsdən iki dəfə vuraraq ona qarının ön divarının 2 ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları, qara ciyərin zədələnməsi, daxili qan axma və 2-ci dərəcəli hemoragik şokla müşayiət edilən xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla onunla əvvəllər münasibətləri yaxşı olmuş, ona qarşı düşmənçiliyi, ədavəti olmamış, hətda Zərərçəkmiş şəxsla həm də uzaq qohumluq əlaqələri var. O, 2018-ci ilin avqust ayında kənddə yerləşən icra nümayəndəliyinə arayış almaq üçün gedərkən həmkəndlisi İlqar qabağını kəsmiş və bir dəfə sillə ilə onu vurmuşdur. İlqardan onu vurmasının səbəbini soruşduqda İlqar ona “Vüqar deyib ki səni sillə ilə vursam 50 manat pul verəcək” demişdir. Bununla bağlı o, Gədəbəy rayon polis şöbəsinə müraciət edib şikayət ərizəsi yazmışdır. Həmin ərəfələrdə polisdə araşdırma aparılmış və araşdırma zamanı Vüqar onu sillə ilə vurması üçün həmkəndlisi İlqara 50 manat pul verdiyini etiraf etmişdir. O, polisə şikayət etdiyi üçün və polis idarəsindən çağırılıb izah alındığı üçün Vüqar hər dəfə onu görəndə üzünə baxıb gülmüş və onun qüruruna toxunacaq sözlər demişdir. Lakin o, hər dəfə görməzlikdən gəlib Vüqara heç nə deməmiş və Vüqarın bu hərəkətləri ilə bağlı hətta bir neçə dəfə polisə təkrar müraciətlər edib Vüqara xəbərdarlıq etmələrini tələb etmişdir. Lakin polisə müraciətlərinin heç bir faydası olmamışdır. Vüqar hər dəfə onu uzaqdan-uzağa görəndə üzünə baxıb gülmüş və olanlar haqqında bütün tanışlarına, kənd camatına rişxəndlə danışıb onu el içində rüsvay etmişdir. O, zob xəstəliyindən əziyyət çəkdiyi üçün Vüqara hər dəfəsində əhəmiyyət verməmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında rayonun Düzyurd kəndində olan evindən çıxıb yol maşınlarından birinə əyləşib Gədəbəy şəhərində olan mərkəzi xəstəxanaya gəlib həkim müayinəsindən keçmişdir. Həkim müayinəsindən keçdikdən sonra evinə qayıtmaq üçün Gədəbəy şəhərinin mərkəzində yerləşən hamının “kruq” kimi tanıdığı əraziyə gəlmişdir. Həmin əraziyə gəldikdən sonra boğazı quruduğuna görə çay içmək üçün “kruqun” yaxınlığında olan “X18”-ndə olan çayxanaya gəlmişdir. O, çayxanaya gəldikdən sonra çayxananın çölündə yəni küçə tərəfdə Vüqarın 3-4 nəfər ilə birlikdə oturub çay içdiyini görmüşdür. O, çayxanaya gələn zaman Vüqar onu təqribən 8-9 metr məsafədə görüb üzünə baxıb gülməyə və yanındakılara nəsə deməyə başlamışdır. O, Vüqara əhəmiyyət verməmiş və çayxananın bayırında olan boş masalardan birinə əyləşib çay sifariş etmişdir. Onun oturub çay içdiyi masa ilə Vüqar əyləşdiyi masa arasında 3 masa qədər məsafə olmuşdur. O, arada bir Vüqarın əyləşdiyi masaya baxan zaman onun üzünə baxaraq bir neçə dəfə güldüyünü görmüşdür. Həmin vaxt Vüqarın onu lağa qoymaq məqsədi ilə əvvəllər etdiyi hərəkətləri, onu hamının yanında lağa qoyması yadına düşmüş və onun bu barədə polisə etdiyi şikayətnin heç bir fayda verməyəcəyini və Vüqarın bundan sonra da ona belə davranacağını düşünərək, özündən asılı olmayaraq əsəbləşməyə başlamışdır. O, zərərçəkmiş şəxsin bu hərəkətindən artıq bezmiş, çayın pulunu vermiş və masadan qalxıb yaxınlıqda məişət əşyaları satılan mağazaya getmişdir. O, mağazadan bir manata bir ədəd mətbəx bıçağı almış, sonra həmin bıçağı pençəyinin sağ qolunun bilək hissəsində gizləmiş və Vüqarın əyləşdiyi çayxanaya qayıtmışdır. Sonra bir kənarda dayanıb Vüqarı təqribən 10-15 dəqiqə gözləmiş, sonra Vüqarın masadan qalxıb avtomobil yoluna tərəf getməyə başladığını görmüşdür. O, iti adımlar ilə Vüqara arxa tərəfdən yaxınlaşmış və biləyində gizlədiyi bıçağı çıxararaq onun kürək nahiyəsindən bir dəfə vurmuşdur. O, Vüqarın kürək nahiyəsindən bıçaqla bir dəfə vurduqdan sonra Vüqar ona tərəf çevrilmiş və həmin vaxt o, əlində tutduğu bıçaqla təkrar bir dəfə də Vüqarın qarın nahiyəsinə vurmuşdur. Vüqar üzünə baxıb “məni niyə vurdun” dedikdə, ona “haqq etdim” demişdir. Sonra Vüqar ondan kənarlaşmışdır. Vüqarı iki dəfə bıçaqla vurub xəsarət yetirdikdən sonra mərkəzi dairəyə tərəf gəlmiş və yol taksilərindən birinə əyləşib Düzyurd kəndinə yaşadığı evinə gəlmişdir. Evinə gəldikdən sonra polis əməkdaşları qapısına gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəlmiş və törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməkdə məqsədi onu yaralamaq olmuşdur. Vüqarı bıçaqla vursa birdə onun üzünə baxıb gülməyəcəyini və ifadəsində qeyd etdiyi məsələni hər yerdə danışıb onu daha rüsvay etməyəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, hazırda zərərçəkmiş şəxslə barışmış və ona vurulan ziyanı ödəmişdir. Ümumi xəstəlikdən əziyyət çəkməklə bağlı 2-ci qrup əlildir və astma-bronxit və zob xəstəsidir. Həmçinin himayəsində psixi xəstə olan oğlu var. Ailəyə ondan başqa gəlir gətirən yoxdur. Odur ki, yaşını və digər qeyd edilənləri nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Düzyurd kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yanaşı həm də uzaq qohumudur. Təqsirləndirilən şəxs ilə əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxx 2019-cu il tarixdə saat 11-12 radələrində yaşadığı kənddən Gədəbəy şəhərinə aptekdən dərman almağa gəlmişdir. Həmin günü mərkəzi dairəinin yaxınlığında yerləşən “X16”-də olan çayxanada həmkəndliləri Şahid3, aşıq Fərhad və X14 ilə əyləşib çay içmişlər. Bir neçə dəqiqədən sonra həmkəndlisi X1 zəng vurub onunda çay içməyə çağırmışdır. Həmin günü aşıq Fərhad ilə qaynı oğlunun toy məclisində iştirak edəcək musiqiçilər ilə maraqlanmışdır. O, bir saata yaxın çayxanada olduqdan sonra Qəməndər ondan birlikdə bazara getməyi xahiş etmişdir. Masadan qalxıb Qəməndərin arxası ilə biraz getdikdən sonra kiminsə arxadan sağ qarın nahiyəsinə bıçaqla vurduğunu hiss etmişdir. Geriyə çevrilib baxan zaman həmkəndlisi Arzunu əlində bıçaqla görmüşdür. Arzunu görən zaman təkrar ikinci dəfə bıçaqla onun döş qəfəsinin sağ yan hissəsinə vurub ona xəsarət yetirmişdir. Sonra ünvanına var-yox söyüşü söyərək iti adamlarla ondan uzaqlaşıb getmişdir. O isə Arzuya “məndən əl çəkməyəcəksənmi ay köpəy oğlu” demişdir. Arzunun kənd dayanacağına tərəf çıxıb getdiyini görmüşdür. Sonra Qəməndər və İmanı köməyə çağırmışdır. Daha sonra onlar yanına gəlib onu Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmışlar. Oradanda müayinə və müalicə üçün Şəmkir rayon mərkəzi xəstəxanasına gətirmişlər. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan vurub xəsarət yetirmişdir. İlqar həmkəndlisidir. İlqar spirtli içki alüdəçisi olduğunu üçün bomj həyati yaşayır və heç kimlə işi yoxdur. Əksinə keçən il Arzunun İlqarın göz nahiyəsinə yumruqla vurub xəsarət yetirdiyini görmüşdür. O, İlqara Arzunu döyməsi üçün 50 manat pul verməmişdir. Həmin günü Arzunu çayxanada 3-4 masa aralıda görmüşdür. Lakin, Arzunun üzünə baxıb gülməmişdir. Çayxanada həmkəndliləri İman, Ənvər, aşıq Fərhad və Qəməndər ilə əyləşib çay içib söhbət etmiş və deyib gülmüşlər. xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onu “X16”-də olan çayxanadan 15-20 metr aralıda qəfildən bıçaqla iki dəfə vurub xəsarət yetirmişdir. Hadisə çayxananın qarşısında olmuş və orada çoxlu adamlar olmuşdur. Lakin, Arzunun onu bıçaqlamasını kimlərin görməsini bilməmişdir. Arzunun onu bıçaqlaması 1-2 dəqiqə ərzində olmuşdur”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs rayon sakini kimi üzdən tanıyır, lakin Təqsirləndirilən şəxs tanımır. xx.xx.2019-cu il tarixdə günorta saatlarında çayxanada işləri ilə məşğul olan zaman çayxanaya polis əməkdaşları gəlmiş və sonra ona izah etmişlər ki, bir neçə dəqiqə əvvəl çayxananın qarşısında küçədə bıçaqlanma hadisəsi olmuşdur. O, həmin günü çayxananın içərisində olduğuna görə küçədə baş verən hadisəni görməmişdir. O, sonradan həmin günü çayxananın qarşısında Arzu adlı şəxsin həmkəndlisi Vüqarı bıçaqla vurub xəsarət yetirdiyini eşitmişdir. Hadisə çox qısa bir zamanda baş vermişdir. O, çayxanın içərisində olmasına baxmayaraq küçədə baş vermiş həmin hadisədən heç bir məlumatı olmamış və həmin hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atasının xalası oğludur. Təqsirləndirilən şəxs isə tanımır. xx xxxx 2019cu il tarixdə günorta saatlarında Vüqara ona zəng vurub borca verdiyi 100 manat pulunu istəmişdir. Telefon əlaqəsi zamanı Vüqar ona Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “X22” kafesində oturub çay içdiyini və oraya gəlməsini demişdir. O, bir neçə dəqiqədən sonra oraya getmişdir. Həmin günü Vüqarın çayxananın qarşısında çöldə qaynı Ənvər və aşıq Fərhad ilə bir masada əyləşib çay içmələrini görmüşdür. Həmin vaxt stolda yer olmadığına görə yaxınlıqdakı masalardan birində əyləşmişdir. Bir neçə dəqiqədən sonra Ənvərin onların masasından qalxıb getdiyini görmüşdür. Ənvər qalxıb getdikdən sonra Vüqar onu əyləşdiyi masaya dəvət etmişdir. Onlar ilə birlikdə oturub bir stəkan çay içmiş və 100 manat borca verdiyi pulu almışdır. Bir neçə dəqiqədən sonra Vüqarın həmkəndlisi Qəməndər adlı şəxs gəlmiş və onlarla birlikdə masada əyləşmişdir. Daha sonra Vüqar və Qəməndər masadan qalxıb hamının “kuruq” kimi tanıdığı mərkəzi dairəyə tərəf getmişlər. O, da masadan qalxıb bir neçə metr irəllədikdən sonra ətrafda olan şəxslərdən kiminsə “bıçaqladı, bıçaqladı” deməsini eşitmişdir. O, çevirilib arxaya baxmış və çayxana ilə yan-yana yerləşən mağazanın qarşısına baxanda Vüqarın köynəyində qan ləkələri olduğunu görmüşdür. O, dərhal Vüqarın yanına gəlmiş və nə baş verdiyini soruşmuşdur. Vüqar ona “kəndçim Arzu məni bıçaqla vurdu” demişdir. Həmin vaxt Vüqarın həmkəndlisi Qəməndəri onun yanında görmüşdür. O, Qəməndər ilə birlikdə Vüqarı Qəməndərin avtomobilinə əyləşdirib Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmışdır. O, xəstəxanada olan zaman həmin günü Vüqara iki dəfə bıçaq zərbəsi vurulduğunu bilmişdir. Vüqarın aldığı xəsarətlər ağır olduğunu görə təcili yardım avtomobili ilə Şəmkir rayon xəstəxanasına çatdırılmışdır. O, Arzunun Vüqarı bıçaqla vurmasını görməmişdir. Həmin günü Arzunun nəyə görə Vüqarı bıçaqla vurub xəsarət yetirməsinin səbəbini bilməmişdir. Bu barədə heç bir məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid2 həmçinin bildirdi ki, onlar Vüqarla birlikdə çay içdikləri vaxt Vüqar onlara Arzu barədə və ya onunla aralarında olan münasibətləri barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir. Bundan başqa Zərərçəkmiş şəxs ilə qohumluq əlaqələri vardır. xx xxxx 2019-cu il tarixdə yaşadığı Düzyurd kəndindən Gədəbəy şəhərinə gəlmiş, həmin günü İcra Hakimiyyətinə getmiş və orada işlərini görüb hamının “kuruq” kimi tanıyıb bildiyi mərkəzi dairəyə gəlmişdir. O, mərkəzi dairəyə gəldikdən sonra təqribən günorta saatlarında yaxınlıqda olan “X16”-də yerləşən çayxananın qarşısında yəni küçədə yeznəsi Vüqarın tanışları İman, Qəməndər və aşıq Fərhad ilə birlikdə oturub çay içdiklərini görmüşdür. Onların əyləşdiyi masaya yaxınlaşmış və onlarla görüşüb oturub çay içmişdir. Onlarla olan müddət ərzində həmkəndlisi Arzunun çayxananın ətrafında gəzdiyini görmüşdür. Amma, Arzuya əhəmiyyət verməmişdir. O, çayxanada adlarını qeyd etdiyi şəxlərlə birlikdə çay içdikdən sonra qalxmış və işlərini görməyə getmişdir. Həmin günü işlərini görüb evinə gəldikdən 10-15 dəqiqə sonra yeznəsi Vüqar mobil telefonuna zəng vurub həmkəndlisi Arzunun onu bıçaqla vurub xəsarət yetirdiyini ona bildirmişdir. O, evdən çıxıb xəstəxanaya gəlmişdir. Xəstəxanada olan zaman həmin günü Vüqarın iki nahiyəsindən xəsarət aldığını bilmişdir. Onlar Vüqarla çayxanada olan müddət ərzində Vüqarın Arzuya baxıb gülməsi və ya başqa hər hansı bir hərəkət etməsini görməmiş, ümumiyyətlə çayxanada olduqları müddət ərzidə masada Arzu barədə heç bir söz danışmamışlar. Arzu ilə Vüqar arasında baş vermiş mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, “Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla həm də uzaq qohumudur. Bundan başqa Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla həm də uzaq qohumudur. Hər ikisi ilə münasibətləri yaxşı olmuşdur. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında Vüqar ona zəng vurub Gədəbəy şəhərinin mərkəzində yerləşən “X16”də yerləşən “X22” kafesinə dəvət etmişdir. Bir neçə dəqiqədən sonra o çayxanaya gəlmişdir. O çayxanaya gəlmiş və çayxanın qarşısında küçədə həmkəndlisi Vüqarın aşıq Fərhad, İman və bir nəfər tanımadığı şəxslə əyləşib çay içdiklərini görmüşdür. Vüqar onu dəvət etdiyinə görə onlarla birlikdə masada əyləşmişdir. O, masada yenicə əyləşəndə onların qalxmağa hazırlaşdığını görmüşdür. Onların artıq masadan qalxıb getməsini bildiyinə görə Vüqardan onunla birlikdə işi ilə bağlı təzə bazara getməsini xahiş etmişdir. Vüqar onunla razılaşmışdır. Onlar çayxanadan biraz aralaşıb Vüqar ilə birlikdə avtomobilinə tərəf getməyə başlamışlar. O, təqribən 5-6 metr getdikdən sonra arxası ilə gələn Vüqarın ucadan “niyə vurdun” deməsini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün geriyə çevrilmiş və Vüqarın köynəyində qan ləkələri görmüşdür. Eyni zamanda həmin vaxt Arzunun əlində bıçaqla Vüqardan aralaşıb çıxıb getməsini görmüşdür. Həmin vaxt yaxınlıqda olan İmanda oraya gəlmişdir. O, İmanla ilə birlikdə Vüqarı VAZ 2107 markalı ** BE *** dövlət nişanlı avtomobilinə əyləşdirib Gədəbəy rayon mərkəzi xəstəxanasına gətirmişlər. Onlar xəstəxanada olan zaman Vüqara bıçaqla iki yerdən ağır xəsarət yetirildiyi məlum olmuşdur. Daha sonra Vüqarı təcili yardım avtomobilinə əyləşdirib Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin günü konkret olaraq Arzunun Vüqarı bıçaqla vurmasını görməmişdir. Onlar arasında baş vermiş 2-3 dəqiqə davam etmişdir. Vüqar ilə Arzu arasında heç bir söz-söhbətin şahidi olmamışdır. Həmin günü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməsinin səbəbini bilməmişdir”. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli “hadisə yerinə baxışının keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Gədəbəy şəhəri mərkəzi dairəsində yerləşən “X11” qarşısında baş vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 222 nömrəli protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2019-cu il tarixli, 305 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2019-cu il tarixli 329 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilmiş xəsarətlər - qarının ön divarının 2 ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları, qara ciyərin zədələnməsi, daxili qanaxma və hemoragik şok 2-ci dərəcə deşici-Kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2019-cu il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 587/2019-MTBŞ nömrəli, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus köynək, pencək və şalvar üzərində qana şübhəli hər hansı ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 400/2019-MTKŞ nömrəli, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə törənməsi inkar olunur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd və köynəyin və maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin qarının ön divarında olan iki ədəd eyni xarakterli xəsarətlərlə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Psixonevroloji Dispanserinin xx xxxxxxx 2019-cu il tarixli, 532/222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının Düzyürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli 119 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X5 və oğlu X9 ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndəində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X3 xəstəxananın xx xxxxxx 2020-ci il tarixli arayışından və xəstənin tibb kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Gəncə şəhər Endokrinokoloji xəstəxanada strumektomiyadan sonrakı vəziyyət hipoterioz, hipoparatireoz diaqnozu ilə stasionar müalicə almış və Təqsirləndirilən şəxs diffuz toksiki ur, əməliyyatdan sonrakı vəziyyət, astekol-nevrotik vəziyyət, ikincili hipoterioz, hipoparatireoz dioqnozu qoyulmuşdur. Xəstə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicəyə buraxılmış və hazırda xəstəliyi davam edir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon X20-Əsəb Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli, 1440/08 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X6 debillik dərəcəsində olan oliqofreniya, nitqində qüsur, psixopatabənzər davranışlar dərəcəsi müəyyən edilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyinin tabeliyində DSMF-un Gədəbəy rayon filialının xx xxxxxx 2020-ci il tarixli, arayışlarından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil kimi 233.20 manat və birlikdə yaşadığı oğlu X9 İİ qrup əlil kimi 130 manat pensiya alırlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Gədəbəy rayon Mərkəzi xəstəxanası” tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 434 və 652 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon poliklinikasının narkoloji kabinetində və ruhi xəstəliklə kabinetində qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ---xx xxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Rusiya Federasiyası ərazisində yaşadığından məhkəmə icasında iştirak edə bilmir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “sübutların qiymətləndrilməsi” qərarından görünür ki, hadisə yerinə baxış keçirilərkən götürülmüş 1 ədəd pencək, 2 ədəd köynək, 1 ədəd cins şalvar, 1 ədəd alt köynəyi və 1 ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübutlar kimi tanınmış və saxlanılması Gədəbəy RPŞ-nin xüsusi saxlacına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş--- Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Gədəbəy rayon Polis idarəsinin xx xxxxxx 2020-ci il tarixli, 198-13109-1220 nömrəli məktubuna əlavə edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla bağlı xx xxxxxx 2018-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, ərizə Gədəbəy RPŞ-də araşdırılmış və xx xxxxxxxx 2018-ci il tarixli, 14400 nömrəli cavab məktubunda Təqsirləndirilən şəxs müraciətində qeyd etdiyi məsələnin öz təsdiqini tapması ilə yanaşı, həmin vaxt ictimai qaydanın pozulmadığı və heç bir cinayət hadisəsinin baş vermədiyi bildirilərək, ona dəymiş mənəvi və maddi zərərin xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx xxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli “şübhəli şəxs qismində tanınma haqqında” və “qətimkan tədbiri seçilməsinə dair” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tanınmış və barəsində “polisin nəzarəti altına “ vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsinə səbəbi kimi göstərmişdir ki, 2018-ci ilin avqust ayında kənddə yerləşən icra nümayəndəliyinə arayış almaq üçün gedərkən həmkəndlisi İlqar onun qabağını kəsərək bir dəfə sillə ilə onu vurmuş, o, İlqardan onu nə üçün vurmasını soruşduqda İlqar ona “Vüqar deyib ki səni sillə ilə vursam 50 manat pul verəcək” demiş və o həmin xüsusatla bağlı polisə dəfələrlə müraciət etmiş, lakin polis bu barədə heç bir əsaslı tədbir görməmişdir. Bu hadisədən sonra zərərçəkmiş Vuqar Cəfərov hər dəfə onu görən zaman ona baxaraq gülmüş və sonuncu dəfə hadisə baş verdiyi gün yenidən ona baxıb güldüyündən onun həmin hadisə yenidən xatirinə gəlmiş və Vuqarın gülməsini şəxsiyyətinin aşağılanması kimi qəbul edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlarla bağlı Təqsirləndirilən şəxs şikayəti əsasında Gədəbəy RPŞ-də araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq Gədəbəy rayon Polis şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli, 14400 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs müraciətində qeyd etdiyi məsələnin öz təsdiqini tapması ilə yanaşı, həmin vaxt ictimai qaydanın pozulmadığı və heç bir cinayət hadisəsinin baş vermədiyi bildirilərək, ona dəymiş mənəvi və maddi zərərin xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmçinin təqsirləndirilən şəxs ifadəsində dəfələrlə polisə şikayət ərizəsi ilə müraciət etməsini göstərsə həmin xüsusatlarla bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Gədəbəy RPŞ-dən daxil olmuş cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs yalnız bir dəfə xx xxxxxx 2018-ci il tarixdə şikayət ərizəsi ilə Gədəbəy RPŞ-nə müraciət etməsi müəyyən edilir. Bundan əlavə hazırki iş üzrə şahid qismində dindirilmiş, hadisə günü Vuqar Cəfərovla çayxanada eyni masada əyləşmiş şəxslər məhkəmədə verdikləri ifadələrində Vuqarla Arzu arasında əvvəllər hər hansı mübahisənin baş verməsi barədə məlumatsız olduqlarını, ümumiyyətlə masada əyləşən zaman Vuqarın Arzu barədə onlara hər hansı söz demədiyini bildirdilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs bıçaqla vuraraq ağır xəsarət yetirməsinin səbəbi kimi aralarında 2 il əvvəl yaşanmış hadisəyə istinad etməsi əsaslı səbəb hesab edilə bilməz və məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs daha ağır məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü madəsinə əsasəncinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən İİ qrup əlil olmasını, diffuz toksiki ur, əməliyyatdan sonrakı vəziyyət, astekolnervotik vəziyyət, ikincili hipoterioz, hipoparatireoz diaqnozu ilə hal-hazırda xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin onunla birlikdə yaşayan oğlu X7 debillik dərəcəsində olan oliqofreniya, nitqində qüsur, psixopatabənzər davranışlar dərəcəsi diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsini, İİ qrup əlil olmasını, ailəyə yeganə qazanc gətirən olmasını, ilk məhkumluğunun olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini nəzərdə tutulmuş halları – Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə tənqidi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi və yenidən tərbiyə olunacağı qənaətinə gəldiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gədəbəy rayon Polis İdarəsində saxlanılan 1 ədəd bıçaq, 1 ədəd pencək, 2 ədəd köynək, 1 ədəd cins şalvar, 1 ədəd alt köynəyi məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Gədəbəy rayon Polis İdarəsində saxlanılan 1 ədəd bıçaq, 1 ədəd pencək, 2 ədəd köynək, 1 ədəd cins şalvar, 1 ədəd alt köynəyi məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X17 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-97/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-97/2020
19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver