Məhkəmə qərarları › İş №1(100)-97/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-97/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-97/2021 08.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 avqust 2020-ci il tarixdə saat 20 radələrində analığı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Ağstafa rayonunun Dağkəsəmən kəndində yerləşən evdə sonuncunun evdə tək olmasından istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs güc tətbiq edib çarpayıya uzadaraq donunun ətəyini yuxarı qaldırıb, tursikini isə aşağı çəkərək əynindən çıxartmış, özünün əynində olan qısaqol köynəyini çıxardaraq şalvarını və tursikini bir qədər aşağı çəkib Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaması barədə yalvarışlarına və müqavimət göstərməsinə məhəl qoymayaraq əlləri ilə sonuncunun ayaqlarını aralayıb müqavimətini qıraraq ehtirasdan gərilmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə ona sol budun aşağı 1/3-nin iç səthində sıyrıq və sol bazunun orta 1/3-nün iç səthində qançır xəsarətləri yetirib zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, doğma anası Yaqut o azyaşlı olanda rəhmətə getmiş, atası Ağstafa rayonu Dağkəsəmən kəndində Reyhan adlı qadınla ailə qurmuşdur. Atası çoban olmuş, işi ilə əlaqədar olaraq müxtəlif yerlərdə qalmışlar. 1999-cu ildən etibarən isə Ağstafa rayonunun Dağkəsəmən kəndində Reyhanın evində qalmışlar. X1 xərçəng xəstəsi olmuş, 16.08.2020-ci ildə səhər saat 8 radələrində rəhmətə getmişdir. Vüsal və Şəadət adlı şəxsin heyvanlarına çobanlıq etdiyi üçün həmin gün o, səhər tezdən saat 06-da evdən çıxıb getmiş saat 08 radələrində qonşuları Qulu adı şəxs zəng edib atasının rəhmətə getdiyini demişdir. O, heyvanları evlərinin yaxınlığındakı yatağa gətirmiş, evə gəldikdə atasının həqiqətən də rəhmətə getdiyini görüb, pis olmuşdur. Həmin gün analığı Zərərçəkmiş şəxs ilə atasının dəfn olunması məsələsi ilə bağlı mübahisələri olmuşdur. Belə ki, atası həmin gün səhər saatlarında rəhmətə getsə də, günortaya yaxın olmasına baxmayaraq qəbir hələ qazılmamış, Reyhandan nə üçün onu təşkil etmədiyini soruşmuş və bunun üstündə mübahisələri olmuş, lakin sonradan sakitləşmişdir. Aralarında mübahisə olarkən Sofu adlı şəxs onu aralayıb sakitləşdirmiş, həmin gün atasını dəfn etmişlər. O, günortadan sonra Qazax rayon mərkəzi bazarına gedib dəfn mərasimi üçün atasının şəklini çıxartdırmışdır. Bazarda olarkən orada orta yaşlı qadın görmüş və bundan sonra onda cinsi istək baş qaldırmışdır. Elə həmin vaxt evə gedib analığı Reyhanla cinsi əlaqədə olmağı qərara almışdır. Axşam hava qaralana yaxın evə gəlmiş, Zərərçəkmiş şəxs evdə tək olmuşdur. Evə gələndən sonra Reyhanın üstünə cumub onu içəridəki yatağın üzərinə uzatmışdır. Alt paltarını əynindən sürüşdürüb çıxartmış, özü də köynəyini çıxartmışdır. Lakin şalvarı ilə tursikini tam çıxartmadan aşağı çəkmişdir. Reyhan ayaqlarını birləşdirsə də, əlləri ilə ayaqlarını aralayıb arasına keçmiş, özünün gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Reyhanın cinsi orqanına daxil etmiş, bir-iki dəfə daxil etdikdən sonra Reyhan özünün təbii ehtiyacının olduğunu, çölə çıxıb təbii ehtiyacını ödədikdən sonra yenidən qayıdacağını demiş, o da inanıb buna icazə vermişdir. Reyhan çölə çıxdıqdan sonra qaçıb həyətdəki dama girmiş, o Reyhanın qaçdığını görüb arxasınca getmiş, Reyhanın girdiyi damın qapısını açmaq istəsə də, Reyhan qapını arxadan sıxıb saxladığı üçün aça bilməmiş, evə qayıtmışdır. Bir müddət sonra yenidən qayıdıb damın qapısını döymüş və artıq hərəkətinə görə peşman olmuşdur, həmin vaxtı üzr istəmiş və çıxıb evə qayıtmışdır. Evə gələndən sonra yuxusu gəldiyi üçün yatmış, bir neçə saat sonra polislər gəlib onu aparmışlar. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 ilə 1999-cu ildə may ayının 31-də ailə həyatı qurmuş, bundan sonra onlar bir müddət Çaylı kəndində yaşamışlar. Rəsmi olaraq heç yerdə işləməsələr də, çobanlıq edərək güzəranlarını təmin etmişlər. Hümbətdən əvvəl o, bir dəfə 5 aylıq ailəli olmuşdur. Hümbətin də ondan əvvəlki ailəsindən 2 uşağı olmuşdur. Böyük uşağı Ramiyə 2019-cu il avqust ayının 29-da rəhmətə getmişdir. Hümbətin 2-ci uşağı 1994-cü il təvəllüdlü Fərhan onlarla birlikdə yaşamış, həmin ailəyə gəlin gələndən Fərhana ana kimi qayğı göstərmiş, qulluq etmişdir. Ramiyə rəhmətə getdikdən sonra yoldaşı Hümbətin bədənində xərçəng xəstəliyi yaranmağa başlamış, Gəncə şəhərində onkoloji xəstəliyi ilə bağlı müalicə olunmuş, son vaxtlarda yaddaşını da itirmişdir. Hümbət həmin xəstəlikdən dolayı 16.08.2020-ci il tarixdə səhər saat 08 radələrində rəhmətə getmişdir. Həmin gün Fərhan onunla mübahisə edərək nə üçün qəbir çuxuru qazdırmadığını demiş, onu vurmaq istədikdə qonşuları Sofu adlı şəxs onun qabağına keçərək mane olmuşdur. Həmin gün qohumlarla köməkləşib Hümbəti dəfn etmişlər. Günortadan sonra qonaqlar dağılışmışlar. Fərhan bazara atasının yas mərasimi üçün şəkil çıxartdırmağa getmişdir. Bu məqsədlə Fərhana 21 manat pul vermişdir. Həmin gün axşam saat 20 radələrində Fərhan evə qayıtmışdır. Həmin vaxt o evdə tək olmuşdur. Fərhan evə gəldikdən Hümbətin meyitinin yuyulduğu yerdə adətə görə şam yandırmışdır. Daha sonra o, divanda yarımuzanıqlı vəziyyətdə divanın söykənəcəyinə yastılanıb durmuşdur. Fərhan evə daxil olduqdan sonra ona yaxınlaşmış və başını ovxalamaq istədiyini demişdir. Əli ilə başını sığalladıqdan sonra onun belindən tutub divandan ayağa qaldırmış, ayaqüstə belindən tutub sürükləyərək həmin otaqda qarşı tərəfdə olan yatağın üstünə arxası üstə uzatmışdır. Fərhan atasının öldüyünü, onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. O, yaşlı qadın olduğunu, belə hərəkətin ona yaraşmadığını demişdir. Fərhan onun donunun ətəyini yuxarı qaldırmış və tursikini əynindən dartaraq çıxartmışdır. Özü də köynəyini çıxardaraq şalvarını və tursikini aşağı etmişdir. Fərhan cinsi orqanını onun cinsi orqanına daxil etmək istəyəndə əli ilə Fərhana müqavimət göstərmək istəsə də, gücü çatmamışdır. Onların evinin yaxın ətrafında qalan olmadığı üçün qışqırmağın da faydası olmayacağını bilib Fərhanı daha da qıcıqlandırmamaq üçün qışqırmamışdır. Zorlanan vaxt Fərhanın cinsi orqanını gərilmiş vəziyyətdə bədəninin üst səthində və uşaqlıq yoluna daxil olarkən hiss etmişdir. Fərhan öz cinsiyyət orqanını onun cinsiyyət orqanına bir və ya iki dəfə daxil etmişdir. Fərhanı aldadıb əlindən qurtulmaq üçün yalandan təbii ehtiyacının olduğunu, çölə çıxıb təbii ehtiyacını ödədikdən sonra yenidən qayıdacağını demişdir. Fərhanın altından çıxıb birbaşa çölə çıxmış, evlə təxminən 20-30 metr məsafədə yerləşən dama girmişdir. Damın qapısı dəmir materialdan olmuş və içəriyə doğru açılmışdır. O, tez içəriyə keçib, Fərhan arxasıyca içəriyə girə bilməsin deyə qapını arxadan sıxıb saxlamışdır. Fərhan gəlib qapını itələyib açmaq istəsə də, o, sıxıb saxladığı üçün qapını aça bilməmişdir. Daha sonra Fərhan qapını bir müddət təpikləyib getmişdir. Lakin o, qorxusundan qapının arxasından kənara çəkilə bilməmişdir. Cibində qalmış əl telefonunu götürüb 102-ə zəng edib hadisə barəsində məlumat vermiş, polislər gələnə qədər damda qalmışdır. Polislər gələnə qədər Fərhan yenidən gəlmiş, qapını açmağı demiş, qapının arxasından atasının artıq öldüyünü, onunla yaşamağı demişdir. Sonra isə onu aldadıb çölə çıxarmaq üçün üzrxahlıq etmişdir. O, Fərhanın sözünə aldanmayıb qapını boşlamamış, Fərhan yenidən çıxıb getmişdir. O, yalnız polislər gəldikdən sonra oradan çıxmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Fərhan onunla zorla cinsi əlaqədə olarkən bədənində xəsarət yaranmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşayır. Ağstafa rayon Dağkəsəmən kənd sakini Hümbət Babayevi həmkəndli kimi tanımışdır. Hümbət əvvəllər onların heyvanlarına çobanlıq etmiş, tanışlıqları da oradan olmuşdur. 16 avqust 2020-ci il tarixdə bazarda olarkən Hümbətin rəhmətə getdiyini öyrənmişdir. Hümbətin onkoloji xəstə olduğunu qabaqcadan bilmişdir. Səhər saat 10 radələrində o, birbaşa Hümbətgilə getmiş, orada ondan başqa qardaşı Şahid6, həmkəndlisi Sofu adında şəxs, Şəadət Tanrıverdiyev, Məmməd Ərəbov olmuşlar. Onlar orada olarkən Hümbətin oğlu Fərhan evdə olmamış, sonradan səs-küylə evə gəlib ögey anası Hümbətin arvadı Reyhanın üzərinə hücum etmək istəmişdir. Belə ki, qəbiristanlığa gedərək məzarın hələ hazır olmadığını, qəbirqazanların gəlmədiyini deyərək Reyhanı günahlandırmışdır. Orada olan şəxslər onların mübahisəsinin genişlənməsinə imkan verməmişlər. Günorta Hümbəti kənd qəbiristanlğında dəfn edərək getmişlər. Hümbətin üç mərasimində onlara gedəndə arvadı Reyhan Fərhanın ona qarşı etdiyi əmələ görə həbs olunduğunu bildirmiş, bundan sonra ona məlum olmuşdur ki, Fərhan Reyhanla zorla cinsi əlaqədə olduğuna görə həbs edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və ailəsini həmkəndli, qonşu kimi sonradan tanımışdır. Fərhanın atası Hümbət çoban işləmişdir. Hümbət orada oğlu Fərhan, arvadı Reyhanla birlikdə yaşamış, özü də onkoloji xəstə olmuşdur. Reyhan Fərhanın ögey anası olmuşdur. 16 avqust 2020-ci il tarixdə səhər saatlarında onkoloji xəstəlikdən əziyyət çəkən Hümbət öz evlərində rəhmətə getmiş, qonşu kimi o, Məmməd Ərəbov, Şahid6, Möhsün Ayralov, Sofu və başqa şəxslər həmin gün yas mərasimində iştirak etmişlər. Həmin gün o, yas mərasimində iştirak edəndə atası rəhmətə getdikdən sonra Fərhanın analığı ilə dalaşıb, aralarında mübahisəsi olmasını Sofudan öyrənmişdir. Sofu onların arasına keçib mübahisənin genişlənməsinə imkan verməmişdir. Həmin gün rəhmətə getmiş Hümbəti Dağkəsəmən kənd qəbiristanlığında dəfn etdikdən sonra o, çıxıb öz yatağına qayıtmışdır. Həmin gecə Fərhanın ögey anası Zərərçəkmiş şəxs öz evlərində zorladığını sonradan eşitmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Ağstafa rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 17.08.2020-ci il tarixli, 425 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol budun aşağı 1/3-nin iç səthində sıyrıq və sol bazunun orta 1/3-nin iç səthində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16.08.2020-ci il tarixdə zorlama nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Ağstafa rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 17.08.2020-ci il tarixli, 426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmağa maneçilik törədən heç bir əlamətlər müşahidə olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş maddi sübutların ekspertizasına dair 12.10.2020-ci il tarixli, 637/2020 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi Balfa (H)/İİİ/. Zərərçəkmiş şəxs məxsus trusik üzərində uşaqlıq yolu ifrazatı aşkar olundu. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alındı. Belə olan halda aşkar olunan uşaqlıq yolu ifrazatı Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus trusik üzərində olan ləkələrdə sperma aşkar olundu. Bu ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri aşkar olundu. Belə olan halda bu sperma ləkələri Balfa /H/ /İİİ/ qruplu bir şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim edilmiş bir ədəd adeyal, Zərərçəkmiş şəxs məxsus uşaqlıq yolu möhtəviyyatından götürülmüş tamponda, ona məxsus qara rəngli jaket, don, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində spermatozoidlər aşkar olunmadı. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və bir ədəd şərf üzərində spermaya şübhəli ləkələr aşkar olunmadı. Təqdim edilmiş Təqsirləndirilən şəxs götürülmüş tampon, ona məxsus köynək, şalvar,trusik, həmçinin Zərərçəkmiş şəxs məxsus qara rəngli jaket, don, şərf və bir ədəd adeyal üzərində olan ləkələrdə uşaqlıq yolu ifrazatı aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 21.09.2020-ci il tarixli 6/1660 saylı materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və növü rəyin 1 nömrəli cədvəlində göstərildi. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarlardan xallı donun üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Zərərçəkmiş şəxs məxsus paltarların tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan dırnaq nümunələri üzərində lif mikrohissəcikləri yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən təqdim olunmuş 13.11.2020-ci il tarixli 16/757 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim olunan Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının və hadisə yerinə baxış zamanı götürülmüş adyalın üzərində mexaniki zədə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş 24.09.2020-ci il tarixli, 539/242 nömrəli ambulator məhkəmə psixiatrik və psixioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə olunan xarakterioloji xüsusiyyətlərə (pedoqoji baxımsız şəxsdə tək-tək psixopatik cizgilər) baxmayaraq o, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, hadisə baş verərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 17.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbirinin seçilməsi barədə” Ağstafa Rayon Məhkəməsinin 18.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17.08.2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB Ağstafa rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən göndərilmiş məktubdan görünür ki, Babayev X4 RMX PHŞ konsultativ poliklinikasının ruhi-əsəb, narkoloji, onkoloji və vərəm kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs şikayətçidir. İş materiallarına əlavə edilmiş Ağstafa RİHB-nin Dağ Kəsəmən İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 18.08.20209-cu il tarixli 858/g nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş Ağstafa RİHB-nin Dağ Kəsəmən İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd adyal, Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz ağ naxışları olan uzun don, bir ədəd qolsuz qara jaket, bir ədəd əlvan naxışları olan uzun şərf, bir ədəd bənövşəyi rəngli tursik sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş hadisə zamanı üzərində olan bir ədəd tursik, bir ədəd göy cins şalvar və bir ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs əl dırnaq kəsintiləri, quru qan nümunəsi olan tənzif, uşaqlıq yolundan götürülmüş möhtəviyyat olan tampon, Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri, cinsi orqanından yuyuntu yolu ilə götürülmüş nümunə olan tənzif, quru qan nümunəsi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 139 (bir yüz otuz doqquz) manat 96 (doxsan altı) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 17 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd adyal, Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz ağ naxışları olan uzun don, bir ədəd qolsuz qara jaket, bir ədəd əlvan naxışları olan uzun şərf, bir ədəd bənövşəyi rəngli tursik sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş hadisə zamanı üzərində olan bir ədəd tursik, bir ədəd göy cins şalvar və bir ədəd qısaqol köynək, Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs əl dırnaq kəsintiləri, quru qan nümunəsi olan tənzif, uşaqlıq yolundan götürülmüş möhtəviyyat olan tampon, Təqsirləndirilən şəxs əl dırnaq kəsintiləri, cinsi orqanından yuyuntu yolu ilə götürülmüş nümunə olan tənzif, quru qan nümunəsi məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 139 (bir yüz otuz doqquz) manat 96 (doxsan altı) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar