Məhkəmə qərarları › İş №1(100)-97/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-97/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-97/2022 31.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə rayonu Lək kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PenitensiarXidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,025 qram kustar üsulla hazırlanmış narkotik vasitəheroini və ümumi təmiz çəkisi 0,092 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini yaşadığı Bərdə rayonu, Lək kəndində yerləşən evinin yataq otağında saxlamış, 14 iyul 2021-ci il tarixdə, saat 13:20 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Bərdə rayonu Lək kəndində yerləşən fərdi yaşayış evində aparılmış baxış istintaq hərəkəti zamanı həmin evin yataq otağında olan çarpayının döşəyinin altından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 4 (dörd) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,574 qram, 0,443 qram, 1,560 qram, 2,448 qram olmaqla, ümumi təmiz çəkisi 5,025 qram külli miqdarda kustar üsulla hazırlanmış heroin və 1(bir) ədəd iç-içə olan gümüşü rəngli kağız bükümdə olan 1 (bir) ədəd sellofan bükümdəki digər 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,092 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayon Lək kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsin fərdi əməklə məşğul olaraq dolandırır. O, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 14.07.2021-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdə olarkən evin giriş darvazası döyülmüş, darvazanı açıb və həmin şəxslər Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və yaşadığı mənzildə narkotik vasitə olmasından şübhələndikləri üçün evə onun könüllü razılığı əsasında baxış keçirəcəklərini bildirdilər. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə yazılı şəkildə ərizə vermiş, daha sonra polis əməkdaşları yaşadığı ünvana daxil olmuşlar. İlkin olaraq hansı otaqda narkotik vasitə olub-olmadığını soruşmuşlar və o, yataq otağında olan çarpayının üzərində olan döşəyin altında narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları yataq otağına daxil olmuşlar və o könüllü olaraq çarpayıdakı döşəyin altında olan narkotik vasitələri götürərək masanın üzərinə qoymuşdur. Polis əməkdaşları onun iştirakı ilə həmin narkotik vasitələrə baxış keçirmişlər. Baxış zamanı 4 ədəd kağıza narkotik vasitə olan heroin, 1 ədəd kağıza isə şüşə ( metamfetamin) aşkar olunmuşdur. Həmin narkotik vasitələrə polis əməkdaşları onun iştirakı ilə baxış keçirmiş və 4 ədəd kağıza bükülmüş heroinin ümumi çəkisi, 8,85 qram, 1 ədəd kağıza bükülmüş metamfetaminin çəksi isə 0,86 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin narkotik vasitələr təhqiqatçı tərəfindən qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sonra evin digər otaqlarına da onun iştirakı ilə baxış keçirmişlər, lakin əlavə olaraq heç bir narkotik vasitə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, ucadan səslənmiş və o, baxış iştirakçıları protokola imza etmişlər. Sonra onu Bərdə rayon polis şöbəsinə aparmışlar və müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi təqdim edildikdən sonra videokamera vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir şübhəli əşya predmet aşkar edilməmişdir. Təhqiqatçı şəxsi axtarış ilə bağlı protokol yazmışdır. Protokol iştirakçılar tərəfindən imzalamışlar. Həmin narkotik vasitələri Bakı şəhəri Yasamal rayonunda yerləşən “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı, adını bilmədiyi İran vətəndaşından şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitədən heç kimə verməmiş və satmamış, özü istifadə etmək məqsədilə yaşadığı evdə saxlamışdır. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, belə bir niyyəti də olmamışdır. Evindən aşkar olunmuş1 ədəd kağıza isə şüşə ( metamfetamin) özünə məxsus olmuş, baxış zamanı 4 ədəd kağıza narkotik vasitə olan heroin isə ona məxsus olmamışdır. Həmin heroinin hansı şəraitdə və kim tərəfindən evinə qoyulmasını bilməmişdir. Hesab edir ki, axtarış zamanı polis əməkdaşları evə qoymuşlar. Həmin vaxt qorxduğu üçün bu barədə etiraz etməmiş və aşkar olunan narkotik vasitələrin hamsının özünə məxsus olmasını bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili işləyir, polis leytenantı rütbəsindədir. 14 iyul 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixatrop maddələrdən istifadə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi şəkildə üzərində narkotik vasitə gəzdirməsi barədə məlumatlar olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 14 iyul 2021-ci il tarixdə saat 13 radələrində adı çəkilən şəxsin yaşadığı Bərdə rayonu Lək kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirərək, bununla bağlı ərizə yazmış, videoçəkiliş vasitəsilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı fərdi yaşayış evinin yataq otağında narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Yataq otağının sağ hissəsində yerləşən çarpayının üzərində olan döşəyin altından ağ rəngli sellofana yığılmış 5 ədəd kağız bükümləri göstərərək, bükümlərin içərisində heroin və metamfetamin olduğunu qeyd etmişdir. Həmin bükümlərin 4 ədədində heroinə bənzər maddə olması aşkar edilmiş, elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 8,85 qram olması müəyyən edilmişdir. Digər 1 ədəd gümüşü rəngli bükümdə isə metamfetaminə bənzər maddə aşkar edilmiş və elektron tərəzidə çəkilərək 0,86 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri tanımadığı İran Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. İçərisində narkotik vasitə hesab edilən heroinə bənzər və metamfetaminə bənzər kütlə olan 5 ədəd büküm zərfə qoyularaq üzəri möhürləndi və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra mənzilin digər otaqlarına baxış keçirilmiş, lakin hər hansı şübhəli əşya və predmet aşkar edilməmişdir. Təhqiqatçı tərtib etdiyi protokolu ucadan səsləndirmiş, baxışda iştirak edən Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid3, ekspert kriminalist polis baş leytenantı Şahid2 protokola heç bir etiraz, irad və əlavələrinin olmadığını bildirmişlər və protokola imza atmışlar. Sonra Təqsirləndirilən şəxs ilə birlikdə Bərdə rayon polis şöbəsinə getmiş, polis şöbəsinin inzibati binasında ilk əvvəl növbədə olan müdafiəçi polis şöbəsinə dəvət olunmuş, müdafiəçi Təqsirləndirilən şəxs təqdim olunduqdan sonra ona hüquq və vəzifələri elan edilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narotik vasitə və psixotrop maddə olmadığını demişdir. O, Vahidin üzərini axtarmağa başlamış, lakin Vahidin üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir. Protokol təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra baxışda iştirak edən şəxslər protokola heç bir etiraz və əlavələrinin olmadığını bildirərək və protokola imza atmışlar. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halların həqiqəti əks etdirmədiyini, onun evinə polis əməkdaşları tərəfindən əlavə narkotik vasitə qoyulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Lək kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun atasıdır. Atası heç vaxt onun yanında narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 14 iyul 2021-ci il tarixdə saat 13 radələrində o, nahar fasiləsi üçün yaşadığı Bərdə rayonu Lək kəndində yerləşən fərdi yaşayış evinə getmiş, evin girəcəyində polis əməkdaşları ona atası Vahidin yatdığı yataq otağında olan çarpayının döşəyinin altından narkotik vasitə və psixotrop maddə aşkar edildiyini, atası Vahidin könüllü olaraq həmin narkotik vasitə və psixotrop maddəni təqdim etdiyini dediklərini bildirmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 14.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması ilə bağlı Təqsirləndirilən şəxs Bərdə rayonu Lək kəndində yerləşən evinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. 14.07.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Bərdə rayonu Lək kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirilməsi haqqında 05.10.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə yaşadığı Bərdə rayonu Lək kəndində yerləşən fərdi yaşayış evinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağında olan çarpayının üzərində olan döşəkin altında 5 ədəd kağız bükümlərində olan narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamini çıxarıb təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsi axtarış və götürmə haqqında 14.07.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir Bərdə rayon Polis Şöbəsinin 05 oktyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayonu Lək kəndində yaşamış və həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı tanımadığı İran Respublikası vətəndaşının şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının satışı ilə məşğul olmuşdur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2017-ci il tarixdən mobil telefon işlətmir, onun adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir Materialların məhkəmə ekspertizasının 15.07.2021-ci il tarixli 16/698 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kağız paketdəki 4(dörd) ədəd sellofan bükümdəki, nəm vəziyyətdə, iri kütlələr şəklində, qurudulduqdan sonra, ayrıayrılıqda təmiz çəkiləri 0,574 qram, 0,443 qram, 1,560 qram, 2,448 qram, ümumi təmiz çəkisi 5,025 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Digər 1 ədəd gümüşü rəngli kağız bükümdə olan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,092 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısıın İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir Ambulator məhkəmə-narkoloji ekspertizasının 14.10.2021-ci il tarixli 1263 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası tərəfindən verilmiş 29.11.2018-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sağ böyrəyi nefrektamiya əməliyatı ilə götürülmüşdür “Şübhəli şəxsin tutulması haqqında” 14.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 iyul 2021-ci ildən hesablanmışdır. Bərdə rayon mənzil təmir istismarı sahəsinin 17.10.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti 149/41 saylı məzildə qeydiyyyatdadır.Ailə üzvləri həyat yoldaşı X6, övladları X7, X8 və Şahid4 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış istintaq hərəkəti aparılarkən götürülmüş ümumi təmiz çəkisi 5,025 qram olan heroin, ümumi təmiz çəkisi 0,092 qram olan metamfetamin və baxış keçirilməsi haqqında istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 5.025 qram tədqiqatdan sonra 4,625 qram olan narkotik vasitə - heroin və ümumi təmiz çəkisi 0,092 qram təqdiqatdan sonra 0,042 qram olan psixotrop maddə - metamfetamin saxlama müddəti ərzində Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”nda saxlanılmasına verilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə satış məqsədi ilə saxlamadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sağ böyrəyinin nefrektamiya əməliyatı ilə götürülməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ümumi təmiz çəkisi 5.025 qram tədqiqatdan sonra 4,625 qram olan narkotik vasitə - heroin və ümumi təmiz çəkisi 0,092 qram təqdiqatdan sonra 0,042 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 14 iyul 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ümumi təmiz çəkisi 5.025 qram tədqiqatdan sonra 4,625 qram olan narkotik vasitə - heroin və ümumi təmiz çəkisi 0,092 qram təqdiqatdan sonra 0,042 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar