Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-97/2025 21.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 19 may 2023cü il tarixdə, saat 13:55 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir şəhəri, İ.Məmmədov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd şəffaf polietilendə, kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,924 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İİ siyahısının 2-ci bəndi ilə müəyyən edilən, külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 23 iyun 2023-cü il tarixdə, saat 16:20 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir şəhəri, R.Rəhimov küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilendə, kustar üsulla hazırlanmış, təmiz çəkisi 2,223 qram, külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o evdən çıxdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə narkotik vasitə qoyulmuşdur. O saxlanılma tarixini xatırlamır, lakin saat təxminən 11-12 radələri olmuşdur. O 3 polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə onun üzərinə qoyulmuş və o, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. O narkotik vasitənin ona aid olduğunu qəbul etməmiş, lakin polis əməkdaşları ona “qəbul etməsən evindən 2 kq narkotik çıxardacayıq” demişlər. O ilk dəfə tutulan zaman prokuror onu buraxmışdır. Təxminən 10-20 gündən sonra o müstəntiqin yanına getmişdir.O evlərinin döngəsində polis əməkdaşları tərəfindən yenidən saxlanılmış və narkotik vasitə polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. O onu saxlayan polis əməkdaşlarının adlarını bilməmişdir. Həmin vaxt videoçəklişdən isrifadə olunmuşdur. O tutulan zaman 3 dəfə müdafiəçilər dəyişdirilmişdir. İmza etmə zamanı o imza etməkdən imtina etmiş və bundan sonra onu döymüşlər. Sonda ona evindən 2 kq narkotik vasitə çıxacağı barədə məlumat vermişlər. İlk dəfə o çayçıda saxlanılmışdır. O çayçıda olan zaman polis əməkdaşlarından biri gəlmiş və onu qucaqlamış, digər polis əməkdaşı gəlmiş və onu yuxarı qaldırmış, həmin vaxtı onun cibinə narkotik vasitə qoymuşlar. Prokuror onu azad etdikdən 15-20 gün sonra müstəntiq onu saat 10-da şöbəyə çağırmışdır. O, saat 10 da şöbəyə getmiş, lakin müstəntiq ona get saat 4 də yenidən gələrsən demişdir. O saat 4 radələrində evdən çıxıb gedən zaman polis əməkdaşları qoluna girmiş və cibinə narkotik vasitəni qoymuşlar. O saxlanılan zaman hər iki epizod üzrə onun üzərində narkotik vasitə olmamışdır. O narkotik istifadəçisi olmuşdur. Saxlanılan vaxt onun üzərində narkotik vasitə olmamışdır. O şöbədə polis əməkdaşları tərəfindən döyülmüşdür. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, « Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixi xəstəliklər keçirməmiş, psixi cəhətdən sağlamdır. Rəsimi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O,əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir.19 may 2023-cü il tarixdə saat səhər 10 radələrində Şəmkir şəhəri, SMU 28 adlanan yerdə küçədə piyada gedən zaman yolun kənarında kiçik sellofan büküm tapmış, həmin bükümün içərisində narkotik vasitə olan heroin olmuşdur. Bükülünü cibininə qoyaraq öz istifadəsi üçün saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Şəmkir şəhəri, İ.Məmmədov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Şəmkir RPŞ-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nin inzibati binasına gəldikdə onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğu bildirilmiş, müdafiəçi tutmaq hüququ izah edilmiş və müdafiəçilərinin siyahısı ona təqdim edilmişdir. O, müdafiəçi tutmaq imkanın olmadığını dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Dövlət hesabına dəvət olunmuş müdafiəçi X3 ona təqdim olunduqda müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Müdafiəçi Akif İsmayılovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin, o əynində olan tünd göy rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, təqdim etdiyi bir ədəd büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilərkən 1,13 qram olmuş, bundan başqa üzərində olan 01 ədəd alışqan, 01 qutu siqaret və özünə məxsus “Samsung” marklı mobil telefon da təhqiqatçıya təqdim etmişdir. Alışqan və siqaret qutusu özünə qaytarılmış, mobil telefon isə götürülmüşdür. Üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan heroin zərfə qoyularaq götürülmüş və şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o həmin protokola imza çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 19 may 2023-cü il tarixdə saat 10 raələrində Şəmkir şəhəri, SMU 28 adlanan yerdə küçədən tapmışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. O, heç kimə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərində narkotik vasitə saxlamağını heç bilməmişdir». Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, polis əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, yaradılan əməliyyat qrupunun tərkibində Şahid3, o və Şahid1 olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin küçəsinin aşağı hissəsində saxlanılmış və Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən şöbəyə gətirilmiş və təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxsin üzərinə keçirilən baxışda o iştirak etməmişdir. Təqsirləndirilən şəxs Narkotik vasitələrin istifadəçisi və üzərində gəzdirdiyi üçün saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsi hadisə ilə bağlı tanımışdır. Şöbəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon 5-ci küçənin aşağı hissəsində saxlanılmış və Şəmkir rayon polis şöbəsinə gətirilmişdir.Onun sonradan aldığı məlumata əsasən, təqsirləndirilən şəxsin üzərindən ağ kütləyə bənzər “metamfetamin” aşkar olunmuşdur. Həmin vaxt o, Nicat və Bəhruz birlikdə olmuşlar. Həmin vaxt Şəmkir rayon Polis Şöbəsinə yeni təyinat aldığından küçələri dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin çəkisi ilə bağlı onun məlumatı olmamışdır. Hadisə gündüz vaxtdı olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə baxış keçtrilən zaman o iştirak etməmişdir.Məlumat üçün bildirir ki,onlar tərəfindən heç kimin üzərinə narkotik vasitə qoyulmur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023cü ilin may ayında Şəmkir rayon polis şöbəsində xidməti otağında olarkən əməliyyat müvəkkili İnar Adıgözəlova əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatında rayon sakini Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz olaraq üzərində daşıması və istifadəsi göstərilmişdir. O rəhbərliyə məruzə etmiş, aidiyyəti üzrə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, İnar Adıgözəlov və Şahid1 olmuşdur. X10 küçəsində Vasifi görmüş, dərhal yaxınlaşmış, özlərini təqdim etdikdən sonra Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə aparıldıqdan sonra təhqiqatçıya təhvil verilmişdir.Vasifin üzərində şəxsi axtarış zamanı narkotik vasitə heroin aşkar olunmuşdur. O, Vasifin üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. Vasif onlara narkotik vasitəni tapdığını və istifadəçisi olduğunu demişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixoloji təsir olmamışdır.Onlara daxil məlumatda Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və üzərində daşınması göstərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, yay ayında ona məlumat daxil olmuşdur. Daxil olan məlumatda Vasifin üzərində narkotik vasitə gəzdirməsi və onun İsrafil Məmmədov küçəsinin aşağı hissəsində olması qeyd edilmişdir. Onlar rəhbərliyə məruza etmiş, əməliyyat qrupu yaradılmış və həmin qrupun üzvləri o, Şahid1 və Şahid4 olmuşlar. X13 Məmmədov küçəsində saxlamış və Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Təhqiqatçı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı Vasifin üzərindən “kakos” aşkar olunmuşdur. Məlumatın məzmunu Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin daşınması və istifadəsi olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman orada təqsirləndirilən şəxsin özü, vəkili, kriminalist ekspert, polis nəfəri və təhqiqatçı iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, vətəndaşin üzərinə baxış keçirilmiş, o baxışda iştirak etmiş və vətəndaşın üzərindən narkotik vasitə aşkar olunmuşdur. O təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin çəkisini xatırlamır. Səhv etmirsə, o çəkilişdə axıra qədər iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin onun özünə aid olmadığını demişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış onun tərəfindən keçirilmişdir. Təqsirləndirilən şəxsin cibindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərində heç bir xəsarət olmamışdır. Məhkəmədə tədqiq edilmiş 23 iyun 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 25 iyun 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 20 may 2023-cü il tarixli 16/526 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,924 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadanğan edilən narkotik vasitlərin”-in 1-ci siyahısının İ bəndində daxildir. Məhkəmədə tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 24 iyun 2023-cü il tarixli 16/670 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” yazıları və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,223 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madələrin”-in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmədə tədqiq olunmuş 22 may 2023-cü il tarixli, 550 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023cü il tarixli, 1628 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabnetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 619 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəailiyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O hal-hazırda heç bir xroniki xəstəlik, psixi xəstəlik fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəmkir MRX konsultativ poliklinikasından verilmiş xx.xx.2023-cü il tarixli 320 nömrəli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcqğa nisbətən gücülü cavab reaksiyası verməsi, kəskin psixoprodoktiv simptomatik (hallüsinasiy və sayıqlama ideyalar) aşkar edilməməsi, onda qavrama, yaddaş təfəkkür və intellekt pozuntuları müəyyənm olunmamas, aktiv surətdə müdafiə olunaaraq saxlanılarkən üzxərində narkotik vasitə olmadığını bildirməsi, bununla yanaşı narkotik vasitə istifaadəsiçi olduğunu və narkotik vasitədən istifadə etdiyi üçün peşnçılığını söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmədiyindən, o, hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqdiradında olmuşdur, yəni cinayət hadisəsini törrədən zaman ANLAQlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş 19 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundangörünür ki, Təqsirləndirilən şəxs üzərindən 0,924 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmədə tədqiq olunmuş 14 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, 19 may 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,874 qram narkotik vasitə olan heroin, 23 iyun 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2,123 qram psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilmiş, saxlanılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmiş, şəxsi axtarış video görüntüsünün yazıldığı 2 ədəd DVD disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli "xxxx" MMC nömrəsindən 01 yanvar 2020-ci il tarixdən 23 iyun 2023-cü il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq "xxxx"MMC-dən daxil olmuş 1 ədəd «CD» diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, 1 ədəd CD diskin içərisində 18370xx.xx.2023.zip adlı fayl vardır. Həmin faylın içərisində 06 ədəd fayl vardır. Birinci fayl yəni «2020.xlsx» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng edən şəxslərin mobil nömrəsi, tarixi, müddəti və anten dairəsi qeyd edilmişdir. İkinci fayl yəni «2021.xlsx» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng edən şəxslərin mobil nömrəsi, tarixi, müddəti və anten dairəsi qeyd edilmişdir.. Üçüncü fayl yəni «2022.xlsx» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng edən şəxslərin mobil nömrəsi, tarixi, müddəti və anten dairəsi qeyd edilmişdir. Dördüncü fayl yəni «508574064_SMS.txt» adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**mobil nömrə ilə müxtəlif mobil nömrələr arasında sübut əhəmiyyət kəsb etməyən mesajlar qeyd edilmişdir. Beşinci fayl yəni « **********064.txt» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrənin izahlı qaimə hesabatı qeyd edilmişdir. Altınçı fayl yəni « abunəcilər» adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəyə zəng edən şəxslərin anket məlumatları qeyd edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin kimdən və ya harada əldə etməsini, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmamasını müəyyənləşdirmək məqsədilə də Şəmkir rayon polis şöbəsinə əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddəni hər hnası bir şəxsdən alması, onun həmin narkotik vasitədən və psixotrop maddən hər hansı bir şəxsə satmasının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə barəsində Rusiya Fedrasiyasının CM-nin 162 M. 2 H maddəsi RF Sankt-Peterburq Ş.Viborq Federal Rayon Məhkəməsi tərəfindən 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq olunmuş Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış xarici dövlətin hökmünün Azərbaycan Respublikası ərazisində tanınması haqqında Gəncə Apelliyasiya Məhkəməsində işi baxılmamışdır. Məhkəmədə tədqiq edilmiş Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin 15 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin məlumatı üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə polis əməkdaşlarının işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis Şöbəsinin 29 oktyabr 2024-cü il tarixli 313110/2-29400/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis X1 Yerinə təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 22 oktyabr 2025-ci il tarixli 3-16-17/41/2- 6265/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə təqsirəlndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 15 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,874 qram narkotik vasitə olan heroin və 2,123 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.1-1 maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,874 qram narkotik vasitə olan heroin və 2,123 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gəzdirməsi, iş üzrə sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi qsmən etirafedici ifadəsi, şahidlərin dindirmə protokolları, məhkəmə kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, məhkəmə tibbi ekspertizanın rəyi, məhkəmə psixiatrik ekspertizasının rəyi, maddi sübutlar, şəxsi axtarış keçirilməsi haqqında protokol, digər istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanılmış digər sübutlarla kifayət qədər sübuta yetirildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsininin və Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hər hansı hal müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Rusiya Fedrasiyasının CM-nin 162 M. 2 H maddəsi RF Sankt-Peterburq Ş.Viborq Federal Rayon Məhkəməsi tərəfindən 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış xarici dövlətin hökmü Azərbaycan Respublikasının ərazisində tanınmadığıdan heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 29 may 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,874 qram narkotik vasitə olan heroin, 23 iyun 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2,123 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmadır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğuna qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,874 qram narkotik vasitə heroin, 2,123 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-97/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-97/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver