Məhkəmə qərarları › İş №1(100)-98/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-98/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-98/2021 12.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə X2 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1981-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055-ci məhəllədə qeydiyyatda olmaqla ünvan 2, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 18,963 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 59,331 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üstündə saxlamaqla yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi, 3 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 05.00-da yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi, 3 saylı evin yaxınlığında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 10,879 qram və 8,084 qram olmaqla ümumilikdə 18,963 qram çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 59,331 qram çəkidə qəhvəyi rəngli, qətranabənzər xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olsa da faktiki olaraq ünvan 2dır. Tutulmamışdan təxminən bir il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Yaşadıqları ev fərdi evdir. 27 avqust 2020-ci il tarixdə saat 04 radələrində evində yatdığı zaman uşaqlar qışqırışmağa başlamışlar. Səsə yuxudan oyanmışdır. Sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi təxminən 6 nəfər maskalı şəxslər ona heç bir əməliyyat-axtarış barədə qərar təqdim etmədən zor tətbiq edərək evinə daxil olaraq onu yatdığı yerdən uşaqlarının, ailəsinin, atasının yanından Bərdə RPŞ-nə aparmışlar. Evdən aparıldığı vaxt paltarsız olmuş, koftasını əl atıb yerdən götürmüşlər, şortiki də hasarın üzərindən götürərək onu maşında geyindirmişlər. Həmin vaxta qədər üzərində heç nə olmamış, alt paltarında olmuşdur. Bölmədə ona işgəncə verib narkotik vasitə vermişlər ki, həmin narkotik vasitənin ona məxsus olduğunu desin. İfadəsinə əlavə olaraq istintaq zamanı ona işgəncə verib döydükləri üçün özünü təqsirli bilərək protokola qol çəkdiyini, əslində isə nə üzərində, nədəki yaşadığı evdə narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 26 avqust 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Bərdə şəhəri, Koroğlu küçəsi, ev 3 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbil edilmişdir. Qəbul edilmiş qərarın icrası ilə əlaqədar o 27 avqust 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 05:00-da Bərdə şəhəri, Koroğlu küçəsi, ev 3 ünvanının yaxınlığında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin və narkotik vasitə tiryək olduğunu bildirib, əynində olan idman şalvarının sol yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan bir ədəd mobil telefonlarda istifadə edilən qulaqçıqı, bir ədəd qanda qlyukozanın miqdarını ölçən aparatı və 4 manat 90 qəpik pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin və narkotik vasitə tiryək olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 02 ədəd bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bükümün içərisində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroini və 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan tiryəki 25 avqust 2020-ci il tarixdə Bərdə şəhərinin giriş hissəsində Yevlax yolu adlanan ərazidə adını dəqiq bilmədiyi “Əjdər” adlı şəxsdən 150 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəkə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş bir ədəd mobil telefonlarda istifadə edilən qulaqcıq, bir ədəd qanda qlyukozanın miqdarını ölçən aparat və 4 manat 90 qəpik pulu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxsin özünə qaytarılmışdır. Bundan sonra müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 27 avqust 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı polis mayoru Mirata Seyidov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə, 27 avqust 2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan bir ədəd mobil telefonlarda istifadə edilən qulaqcığı, bir ədəd qanda qlükozanın miqdarını ölçən aparatı və 4 manat 90 qəpik pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin və narkotik vasitə tiryək olduğunu bildirmiş, həmin şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 02 ədəd bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr və 01 ədəd bükümün içərisində isə qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə tiryəkə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan heroini və 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan tiryəki 25 avqust 2020-ci tarixdə Bərdə şəhərinin giriş hissəsində Yevlax yolu adlanan ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Əjdər” adlı şəxsdən 150 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirdi.Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroinə oxşar maddələr və 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəkə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış,eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qara mobil telefonlarda istifadə edilən qulaqcıq, bir ədəd qanda qilikozanın miqdarını ölçən aparat və 4 manat 90 qəpik pulişüçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli 6/1690 №li materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... ” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 10,879 qram və 8,084 qram, ümumi təmiz çəkisi 18,963 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 59,331 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə -tiryəkdir. İş materiallarına əlavə edilmiş 27 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 27 avqust 2020-ci il tarixdə saat 05:40-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 28 avqust 2020-ci il tarixli 5376 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Nakoloji Mərkəzi” publik hüquqi şəxsinin 29 avqust 2020-ci il tarixli 19/51-8006 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 03.12.2019-cu il tarixli, 850 saylı rəyinə əsasən həmin dispanserdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkuluğu yoxdur. İş materiallarına əlavə edilmiş «"xxxx" MMC-nin 10.09.2020-ci il tarixli müşayət məktubu ilə əldə edilmiş bir ədəd CD diskdəki telefon məlumatlarına baxış zamanı tərtib edilmiş 10 sentyabr 2020-ci il tarixli “telefon danışıq məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş, məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcra hakimiyyəti Başçısının Müavinin 04 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi inzibati binada qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi tərəfindən verilmiş 03 sentyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə ediliş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 oktyabr 2020-ci il tarixli 2832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək 27 avqust 2020-ci il tarixdə saat 04 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təxminən 6 nəfər maskalı əməkdaşının ona zor tətbiq edərək evində yatdığı yerdən apardıqlarını, bölmədə ona işgəncə verib, verdikləri narkotik vasitənin ona məxsus olduğunu deməsini tələb etdiklərini, buna görə də özünü təqsirli bilərək protokola qol çəkdiyini, əslində isə nə üzərində, nədəki yaşadığı evdə narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 31 avqust 2020ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi ilə bağlı keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusu aşkar edilməmişdir. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, yəni Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması kimi tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 18,963 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 59,331 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üstündə saxlamaqla yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi, 3 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 05.00-da yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi, 3 saylı evin yaxınlığında saxlanılaraq Bərdə şəhəri, ünvan 4 ünvanda yerləşən Bərdə Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 10,879 qram və 8,084 qram olmaqla ümumilikdə külli miqdarda 18,963 qram çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 59,331 qram çəkidə qəhvəyi rəngli, qətranabənzər xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən 2 ədəd bükümdə, ümumilikdə 18,963 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 59,331 qram çəkidə narkotik vasitə tiryəkin aşkar edilməsini onun həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Lakin iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində həmin narkotik vasitənin ona məxsus olmadığını bildirsə də məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona CM-in 234.4.3-cü maddəsilə verilmiş ittihamla özünü təqsirli bilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “... ünvan 1 ünvanda qeydiyyatda olsa da faktiki olaraq ünvan 6amışdır. Ailəlidir, himayəsində 5 azyaşlı uşağı olmuşdur. Təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. 25 avqust 2020-ci il tarixdə Bərdə şəhərinin giriş hissəsində Yevlax yolu adlanan ərazisində üzdən tanıdığı “Əjdər” adlı şəxsdən 150 manata öz istifadəsi üçün iki ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə narkotik vasitə tiryək almışdır. Həmin narkotik vasitələrin bir hissəsini istifadə edib qalanlarını öz üzərində daşımaqla saxlamışdır. 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsi, ev 3 saylı ünvanın yaxınlığında olduğu zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyisini xahiş etdikdə, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, bildirmişdir ki, üzərində narkotik vasitə heroin və narkotik vasitə tiryək olmuşdur. Bundan sonra polis əməkdaşları onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmiş, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulduqdan və ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan idman şalvarımın cibində narkotik vasitə heroin və narkotik vasitə tiryək olduğunu bildirib əynindəki idman şalvarının sol yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan bir ədəd mobil telefonlarda istifadə edilən qulaqçığı, bir ədəd qanda qlyukozanın miqdarını ölçən aparatı və 4 manat 90 qəpik pulu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin və bir ədəd sellofan bükümün içindən narkotik vasitə tiryək olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər açıldıqda iki ədəd bükümün içərisindən narkotik vasitə heroin və bir ədəd bükümün içərisindən narkotik vasitə tiryək aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini və bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəki 25 avqust 2020-ci il tarixdə Bərdə şəhərinin giriş hissəsində Yevlax yolu adlanan ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Əjdər” adlı şəxsdən 150 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmin narkotik vasitələri aldıqdan sonra isə az bir hissəsini qəbul etdiyini qeyd etmişdir. Şəxsi axtarış davam etdirilərkən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə olan narkotik vasitə tiryək polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa aşkar edilmiş bir ədəd mobil telefonlarda istifadə edilən qulaqçıq, bir ədəd qanda qlyukozanın miqdarını ölçən aparat və 4 manat 90 qəpik pul onun özünə qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədə həmin narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını bildirmiş, həmin vasitələri satmaq niyyətinin olması, olduğu təqdirdə kimə, nə vaxt və harada satacağı, habelə həmin narkotik vasitə və psixotrop maddəni digər şəxsi maraq məqsədi ilə yaymağı ilə bağlı hər hansı xüsusat göstərməmiş, istintaq orqanı tərəfindən də həmin hallar müəyyən edilməmişdir. Həmçinin cinayət işinin materialları ilə tanış edilməsinə dair 23 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 12 oktyabr 2020-ci il tarixli 2832 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olsa da onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən 2 ədəd bükümdə, ümumilikdə 18,963 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 59,331 qram çəkidə narkotik vasitə tiryəkin aşkar edilməsi, heç də onun tərəfindən həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə və saxlamasına dəlalət etmir. Belə ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitənin çəkilərək xırda bağlamalara bükülməməsi, onun üzərindən həmin vasitələrin satışında istifadə edilən digər predmetlərin (məs. tərəzi və s.) aşkar edilməməsi, narkomaniya xəstəliyindən əzab çəkməsə də narkotik vasitələrdən istifadə etməsi ilə bağlı halların olmasının aşkar edilməsi və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitənin satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimlicəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan iki ədəd bükümdə 18,863 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 59,231 qram çəkidə narkotik vasitə tiryək məhv edilməli, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 27 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan iki ədəd bükümdə 18,863 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 59,231 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar