Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-98/2023 15.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxxx 1966-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,957 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini 1 ədəd sellofan bükümün içərisində qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında saxlamış, 27 iyun 2022-ci il tarixdə saat 08:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı həmin evin qonaq otağından Təqsirləndirilən şəxs məxsus 1 ədəd sellofan bükümün içərisində külli miqdarda, təmiz çəkisi 2,957 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 27 iyun 2022-ci il tarixdə səhər saatlarında Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən evində olan yatan zaman polis əməkdaşları həsardan evinə daxil olub yatdığı otağa girmiş və o səs-küyə yuxudan oyanmışdır. Onlardan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin istifadəsi, saxlanılması və dövriyyəsi ilə məşğul olması barədə əsaslı şübhələrin olduğunu bildirib evin həyətinə və evə baxış keçirəcəklərini söyləmişlər. Ğu zaman görmüşdür ki, ailə üzvlərini başqa otağa salıb qapısını bağlamışlar. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və bildirmişdir ki, evin həyətində 1 ədəd narkotik tərkibli çətənə kolu var, bundan başqa onda hec bir navrkotik vasitə yoxdur. Sonra polis əməkdaşlarının, həmçinin onlarla birlikdə gələn aqronomun iştirakı ilə evin həyətinə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Baxış zamanı evin həyətindəki güllükdən 1 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Həmin çətənə kolunun toxunumu təxminən 1 ay əvvəl özü əkmişdir, lakin toxumu haradan almasını xatırlamır. Çətənə bitkisini böyütmək üçün dibini belləmiş, gündəlik sulamış və peyin tökmüşdür. Polis əməkdaşları çətənə bitkisini qablaşdıran zaman ondan evində narkotik vasitə olub-olmamasını soruşmuş, o, polis əməkdaşlarına narkotik vasitə olmadığını demişdir. Sonra evə baxış keçirilən zaman stolun üzərində narkotik vasitə olduğunu görmüşdür. Polis əməkdaşları ona təsir göstərərək həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini bildirmiş, o da məcbur olub həmin narkotik vasitənin ona məxsus olmasını demişdir. Bundan sonra 1 ədəd sellofan bükümdə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin o, ifadəsində narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmadığını, yalnız özünün istifadəsi məqsədilə 1 ədəd çətənə kolu əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili işləyir. 27 iyun 2022-ci il tarixdə saat 09:00 radələrində Bərdə rayon polis şöbəsinə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yaşayan 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra polis şöbəsinin təhqiqatçısı Natiq Şirinov, İctimai təhlükəsizlik bölməsinin sahə nəfəri Şahid3 və o birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Əvvəlcədən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğuna görə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmək üçün aqronom Şahid1 da dəvət olunmuşdur. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına çağırılmış və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması və satışı ilə məşğul olması ilə bağlı məlumat əldə edildiyi, buna görə də evin həyətinə və evə baxış keçirilməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulduqda, bu barədə tərtib edilmiş ərizəni imzamaqla heç bir etirazı olmadığını demişdir. Bundan sonra evin həyətinə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı evin həyətindəki güllükdən 1 ədəd çətənə kolu aşkar edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına kolun özünə məxsus olduğunu, təxminən 1 ay əvvəl əkdiyini və dibini belləyərək hər gün su verməklə yetişdirdiyini demişdir. Sonra aqronom həmin kola baxış keçirib aqrotexniki qaydada qulluq edildiyini və becərildiyini bildirmişdir. Aşkar edilmiş kol kökündən çıxarılmış və tərəzidə çəkilib kütləsi müəyyənləşdirildikdən sonra təhqiqatçı tərəfindən götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulduqda, heç bir qanunsuz kütlə gizlətmədiyini, baxış keçirilə biləcəyini söyləmişdir. Bundan sonra tərəflərindən evə baxış keçirilmiş və qonaq otağından 1 ədəd sellofan bükümdə heroin aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənib ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Bununla da evin həyətyanı sahəsinə və evə baxış keçirilməsi başa çatmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o da baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Həmin gün Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa vəkil də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək masaya yaxınlaşıb əynindəki paltarların ciblərindən siqaret qutuları, alışqan, kağız və dəmir xırda pul əskinasları çıxarıb təqdim etmişdir. Şübhəli şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə iclasında dediklərinin həqiqətə uyğun olmadığını, onun evinə narkotk vasitə olan heroin qoyulmadığını və həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsinə görə ona zor tətbiq olunmadığınbildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kolunu təxminən 1 ay əvvəl haradan tapmasını xatırlamadığı toxumu əkməklə yetişdirdiyini, narkotik vasitəni isə konkret nə vaxt və haradan əldə etməsini xatırlamadığını özü qəbul etmək üçün saxladığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, ibtidai istintaq zamanı ifadələrində və daxil olmuş əməliyyat məlumatında narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, bu iş üzrə də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində verilən əməliyyat tavpşırığından və ona cavab məktubundan məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X8 Mərkəzində aparıcı aqronom işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 27 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün saat 09:00 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən ünvana yollanmışlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmışdır. Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda həmin şəxsə yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat əldə edildiyi, buna görə də evin həyətinə və evə baxış keçirilməli olduğu bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitki əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olmuşdur. Baxış zamanı evin həyətyanı sahəsindəki güllükdən 1 ədəd çətənə kolu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına kolun özünə məxsus olduğunu, təxminən 1 ay əvvəl əkdiyini və dibini belləyərək hər gün su verməklə yetişdirdiyini demişdir. Ardınca o, həmin kola baxış keçirib aqrotexniki qaydada qulluq edildiyini və becərildiyini bildirmişdir. Sonra həmin kol kökündən çıxarılmış və tərəzidə çəkilib kütləsi müəyyənləşdirilərək qablaşdırılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs heç bir qanunsuz kütlə gizlətmədiyini, evə baxış keçirilə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları evə baxış keçirmiş və qonaq otağından 1 ədəd sellofan bükümdə heroin aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra ekspertiza tədqiqatına göndəriləcəyi bildirilərək zərfdə qablaşdırılmışdır. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs təsir göstərməsi və evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etməsinə məcbur olunmasını görməmişdir. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət başında yaxalanması, üzərində narkotik vasitə saxlamasın akifayət qədər əsaslar olmasl ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evinə və həyatyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. «Baxış və götürmə keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 68 ünvanına 27 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin evin həyətyanı sahəsində əkib-becərdiyi 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolunu və evin qonaq otağından aşkar edilmiş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,957 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini təqdim etmiş, həmin kol və büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən 2 ədəd Davidoff markalı siqaret qutusu, bir ədəd alışqan, 11 ədəd bir manatlıq pul əskinasları, 1 ədəd 10 qəpik və 1 ədəd 20 qəpik aşkar edilmişdir.Yuxarıda adları qeyd edilən əşayalar şəxsin özünə qaytarılmışdır. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 22 dəqiqə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 68 ünvanına 27 iyun 2022-ci il tarixdə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən onun evin həyətyanı sahəsindəki güllükdə əkib-becərdiyi 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kolunu və evin qonaq otağından 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,957 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etməsi və qeyd olunanların müvafiq qaydada qablaşdırılıb götürülməsi öz əksini tapmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(021)-127/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Daxili İşlər Nazirliyinin Bərdə rayon polis şöbəsinin NMQ-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağından aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədilə özünün yaşadığı evin qonaq otağında saxlamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/719 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.......Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 2,957 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, üzərində “........Təqsirləndirilən şəxs məxsus həyətyanı məhlədə aşkar edilmiş......” yazısı və imzalar olan kisədəki 1 (bir) ədəd təmiz çəkisi 100 qram olan bitki nümunəsi əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkiyə aqrotexniki qaydada qulluq olunmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1357 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 iyun 2022-ci ildən hesablanmışdır. Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 68 ünvanında yaşayır, narkotikaya meyillidir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektraon İnformasiya sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və 80 manat prezident təqaüdü alır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,877 qram olan heroin Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 27 iyun 2022-ci il tarixdə saat 09:00 radələrində Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən evində olan zaman darvazanın döyüldüyünü eşidib çölə çıxmışdır. Darvazanı açan zaman polis əməkdaşlarının gəldiyini görmüş və onlardan nə baş verdiyini soruşmuşdur. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin istifadəsi, saxlanılması və dövriyyəsi ilə məşğul olması barədə əsaslı şübhələrin olduğunu bildirib evin həyətinə və evə baxış keçirəcəklərini söyləmiş və bu barədə qərarı təqdim etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşlarının, həmçinin onlarla birlikdə gələn Sahib adlı aqronomun iştirakı ilə evin həyətinə videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Baxış zamanı evin həyətindəki güllükdən 1 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Həmin çətənə kolunun toxunumu təxminən 1 ay əvvəl özü əkmişdir, lakin toxumu haradan almasını xatırlamır. Çətənə bitkisini böyütmək üçün dibini belləmiş, gündəlik sulamış və peyin tökmüşdür. Polis əməkdaşları çətənə bitkisini qablaşdıran zaman ondan evində narkotik vasitə olub-olmamasını soruşmuş, o, polis əməkdaşlarına şəxsi istifadəsi üçün evdə narkotik vasitə saxladığını, əgər istəsələr, təqdim edə biləcəyini demişdir. Evə baxış keçirilən zaman ona məxsus olan 1 ədəd sellofan bükümdə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin o, ifadəsində narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmadığını, yalnız özünün istifadəsi məqsədilə saxladığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş və saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən iki nəfər polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri «Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.», ifadəsinə, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubda göstərilən «Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağından aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədilə özünün yaşadığı evin qonaq otağında saxlamışdır.» sözlərə əsaslanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, ibtidai istintaq zamanı ifadələrində və daxil olmuş əməliyyat məlumatında narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, bu iş üzrə də keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını, istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində verilən əməliyyat tapşırığından və ona cavab məktubundan məlumatı olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və 33 gün sonra müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Həmin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu özü də həqiqiliyi barədə şübhə doğurur. Belə ki, cinayət işinin materiallarında olan Bərdə rayon polis şöbəsinin ünvanı, telefon və faks nömrələri yazılmış başqa məktublala, xx.xx.2022-ci il tarixli Bərdə RPŞ-nin CAV-nin rəisi tərəfindən İstintaq Bölməsinin müstəntiqinə ünvanlanan əməliyyat tapşırığına cavab məktub arasında qeyd edilən yəni, polis şöbəsinin ünvanı, telefon və faks nömrələrinin yazılışında, strukturunda və şiriftlərində bir sıra fərqlər mövcuddur. Bundan başqa xx.xx.2022 -ci il tarixli əməliyyat tapşırığına cavab məktubun üzərində də digər məktubdan fərqli olaraq İstintaq Bölməsinə daxil olma barədə ştamp da yoxdur. Bu faktlar da bir daha həmin məktubun həqiqəti əks etdirmədiyini göstərir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik vasitəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadəsinə o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X4 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitədən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən üzünün müharibə veteranı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,877 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 27 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,877 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-98/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-98/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver