Məhkəmə qərarları › İş №1(100)-98/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-98/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-98/2024 09.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakimlər Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, X4 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, X6 və X5, X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8, təqsirləndirilən şəxslərin və müdafiəçiləri - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, işləməyən, Gəncə şəhəri, Tbilisi küçəsi, ev 48/26, mənzil 13-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü xx.xx.1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, G.Zeynalov küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, G.Zeynalov küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yerləşən kafedə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 yaxınlaşaraq onlardan yaşadığı evin damını düzgün təmir etməmələrini, buna görə də damını təmir etməli olduğunu dedikdə Zərərçəkmiş şəxs1 digər şəxslərin qonaq olduğunu, özünün sabah həmin məsələ ilə məşğul olacağını deməsini bəhanə edib bunu özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özünü başqalarının fövqündə tutan hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yerləşən kafenin həyətində Təqsirləndirilən şəxs2la əlbir olan bir qrup şəxs halında özünü başqalarından üstün olmasını nümayiş etdirərək Zərərçəkmiş şəxs1 əl və ayaq zərbələri endirmiş, həmin vaxt yaranmış səs-küyə kafenin həyətinə gələn Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərinə qoşulub bir qrup şəxs halında birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 əl və ayaq zərbələr endirərək Zərərçəkmiş şəxs1 hər iki göz nahiyəsində hematoma, sol qaş nahiyəsində sıyrıq xəsarətləri ilə müşayiət olunan sağlamığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına Yüngül zərər, Zərərçəkmiş şəxs4 isə sol qulaq seyvanının yarası xəsarəti ilə müşayiət olunan sağlamığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yerləşən kafenin önündəki parkda əvvəlki davaya görə hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs3 kafedə nə baş verməsini və niyə dava etmələrini soruşmasını bəhanə edib bunu özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən özünü başqalarının fövqündə tutan hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yerləşən kafenin önündəki təxminən 10 dəqiqə ərzində parkda ağaclıq sahədə ərazidə və yolun qarşı hissəsində olan şəxslərin istirahətinin pozulmasında, normal gediş gəlişinin dayanması və həyat ahənginin pozulmasına səbəb olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 üzərinə hücum edərək özü əlində olan kəsici deşici alət müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə əl və ayaq zərbələri ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zərbələr endirib Zərərçəkmiş şəxs3 qarın nahiyəsinin ön səthininin iki ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər, sağ qabırğaaltı nahiyəsində yerləşən qarın boşluğuna daxil olaraq qaraciyərin, öd kisəsinin və yoğun bağırsağın yaralanması ilə müşayiət olunan, həyat üçün təhlükəli olan qəsdən sağlamlığına Ağır zərər, Zərərçəkmiş şəxs1 isə döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsində, döş qəfəsinin arxa səthində sağda, sağ sağrı nahiyəsində kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər, döş qəfəsinin sağ yan səthində yerləşən, daxilə keçən, plevranın zədələnməsi yarası ilə müşayiət edilən müşayiət olunan, həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər, Zərərçəkmiş şəxs2 isə bel nahiyəsinin yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına Yüngül zərər vurmaqla təkrar zor tətbiq edib qərəzli xuliqanlıq etmişlər. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, gündəlik fəhləlik edərək dolanmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində tanışı Elnurla Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında görüşərək oradan “göbələk” kimi tanınan kafeyə gedib araq içib yemək yemişlər. Həmin vaxt yan masada onların binanın damını təmir ustalar oturmuşdur. Saat 23 radələrinədək yeyib içdikdən sonra həmin yan masada oturmuş ustalardan sarıyanız olan oğlan onu masalarına çağırıb qonaqları olduğunu, onlara nə hörmət edə biləcəyini soruşmuş, O isə imkan olmadığını deyərək hörmət edə bilməyəcəyini dedikdə Elnur da yanına gəlmişdir. Elnur gəldikdən sonra yenə ustalara “qonaqsız...amma imkanımız yoxdu..” demişdir. Bu zaman Elnur sarıyanız olana “nə cüyüldəyirsən...” deyə bildirmiş, mübahisə yaranmış, həmin şəxs Elnuru vurmağa çalışdığını görüb onu yumruqla vurmuşdur. Bu vaxt masada oturanlarla aralarında dava başlamışdır. Qısa müddət sonra Elnurun qardaşı Fuad da kənardan kafenin həyətinə girib onlarla kömək etmişdir. Əlbəyaxa olub qarşılıqlı bir- birlərini yumruq və təpiklə vurmuşlar. Dava gedişində qarşı tərəf stul götürdüyü üçün üzərində olan bıçağa əlini qoyub yaxın gəlməmələrini demiş, onları aralamışlar və kafenin çöl tərəfinə gedəndə Elnurun başından qan axdığı üçün nə baş verməsini soruşduqda Elnur pivə bokalı ilə onu vurduqlarını demişdir. Bu vaxt sarıyanız oğlan yenə onların üzərinə gəldikdə Elnurla yenidən onu vurub yerə yıxaraq təpiklə vurmuşlar. Bundan sonra yenidən aralanıb kafedən çölə çıxıb sol tərəfə parkın içinə getmişlər. Təxminən 5-10 dəqiqə sonra oraya “VAZ 2106” markalı avtomobil gəlib prospektdəki dayanacağın yanında dayanmış, avtomobilin içindən 5 nəfər düşüb parkın içərisinə keçmişlər. Onların içində bir nəfər uzunboy qaraşın oğlanı tanımış, həmin oğlan kafedə dalaşdığı şəxslərlə birlikdə onların binanının damını söküb materialı aparan şəxs olmuşdur. Həmin şəxs niyə dalaşdıqlarını soruşduqda o, dava etdiklərini deyərək, əsəbi olduğunu, səhərisi məsələni aydınlaşdıracağını demişdir. Onlar geri qayıtsalar da kafedə dalaşdıqları sarışın olan (Elşad) bir nəfərlə çıxıb adamlarla görüşüb nəsə demiş, bundan sonra avtomobillə gələn şəxslər gəldikləri maşından dəmir armatur və bıçaq götürüb üzərlərinə gəlmişlər. Onları sakitləşdirməyə çalışsa da həmin şəxslər əllərindəki dəmir armaturla onun kürəyinə, çiyinlərinə, başına zərbələr vurmuşlar. Canını qurtarmaq üçün üzərində olan bıçağı sol əlinə alıb onlara tərəf yelləyə-yelləyə aralarına girib oradan çıxaraq əvvəl dayandığı yerə qaçmış, qaçarkən uzunboy qaraşın oğlan arxası ilə qaçıb təpiklə onun sağ budundan vurub sağ əlindəki bıçaqla bıçaq olan sol əlinə atmışdır. Geri çəkilmək istəsə də bıçağın tiyəsi onun sol əlinin baş barmağının yanındakı ikinci barmağına oradan sağ qolunun bilək hissəsinə dəymişdir. Zərbədən sonra həmin şəxs yanından qaçaraq gəldiyi şəxslərin yanına getmişdir. O, geri çevrildikdə Elnur və Fuadın olmadığını görüb şəxslər tərəfə baxmış, çayxanada və kafedə olan, ətrafdan keçənlər oraya toplaşmışlar. Uzaqdan qarşı tərəfdə də dava getdiyini həmin şəxslərin Elnuru yerdə əllərində olan alət və təpiklə vurduqlarını görmüşdür. Ora qaçdıqda döyən şəxslər Elnurdan əl çəkərək yol tərəfə getmiş, O, Elnurun yanına yaxınlaşıb sol əli ilə Elnurun kürəyindən tutub yerdən qaldırmaq istədikdə sol əlində olan bıçağın tiyəsinin sındığını görmüşdür. Bıçağı yerə ataraq Elnuru qaldırıb oradan əvvəl dayandığı yerə qaçmış, bu vaxt Fuad yanlarına gəlmiş və Elnur Fuadın avtomobilə mindirib çıxıb getmiş, O isə oradan kafenin arxası ilə qaçaraq getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 göstərdi ki, mübahisə etdiyi şəxslərdən dava etdiyi sarışın olanı və uzunboy qaraşını tanıyır. Parkda olan davada bıçaqla heç kəsi vurmamışdır. Həmin şəxslər üzərinə hücum edəndə bıçağı onlara tərəf yelləsə də bıçaq heç kəsə dəyməmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədəni üzərində xəsarətlərin necə yaranmasını bilmir.hadisə zamanı istifadə etdiyi bıçağı dava olan yerdə atıb getmişdir. Buna görə harada olmasını bilmir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bıçaq olubolmamasını bilmir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəхs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü qismən, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixi xəstəlikdən əziyyət çəkir və dövri olaraq müalicə alır. Gəncə şəhər, Sovxoz Nizami dairəsi yaxınlığında yerləşən yerdə təkər təmiri ilə məşğuldur. xx.xx.2022-ci ildə axşamüstü işdən çıxıb yaşadığı evə getmiş, saat 19-20 radələrində yaşadığı evdən çıxıb marketə gedib “Go” enerji içkisi alıb içə-içə bir qədər gəzdikdən sonra “Dəmiryolu vağzalı”na getmişdir. Orada tanışı Yaşarla görüşüb yaxınlıqda yerləşən “göbələk” kimi adlanan kafeyə gedib orada araq içib yemək yemişlər. Arağın təsirindən sərxoş olmuşdur, mübahisəni və başına nəyinsə dəyməsi xatırlayır, sonra nə baş verməsini isə bilmir. Uzun müddət psixi xəstəlikdən əziyyət çəkdiyi üçün hadisə vaxtı baş vermiş hadisələri, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hansı şəraitdə bıçaq xəsarəti almalarını görməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərdi ki, iş üzrə qardaşı Fuadla birlikdə zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşmandır, xəstəliyi ilə bağlı ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini istəyir. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs3 оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü qismən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğuldur, avtomobil rəngsazı işləyərək ailəsini dolandırır. xx.xx.2023-cü ildə saat 20 radələrində işdən çıxıb yaşadığı evə getmiş, qardaşı Elnur evdə olmamışdır. Saat 23 radələrində yaşadığı evdən çıxıb “Dəmiryolu vağzalı” yaxınlığındakı çayxanaya getmiş, tanışlarına yaxınlaşaraq hal-əhval tutmuş, masada əyləşərək təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra çayxanın yanında yerləşən “göbələk” kimi tanıdığı kafedə hay-küy düşdüyünü, dava olduğunu görüb həmin yerə getmişdir. Kafenin həyətinə yaxınlaşmda qardaşı Elnurun adın sonradan Elşad olduğunu bildiyi şəxslə yerdə uzanıqlı vəziyyətdə tutaşdıqlarını hər ikisinin üzünün qan olduğunu görüb qaçaraq onlara yaxınlaşmış və Elnuru aralamaq və qorumaq üçün oradakı şəxslərə yumruq və təpiklə zərbələr endirmiş, Elnuru həyətdən çıxarıb yolun kənarındakı dayanacağın arxasına apararkən Elnurun tanışı Yaşarın da orada olduğunu görmüşdür. Bu vaxt bir ədəd “VAZ 2106” markalı avtomobil həmin yerə gəlmiş və avtomobildən 4-5 nəfər adam düşərək Elşadın yanına getmişlər. Avtomobildən düşən şəxslər Elşadın üzünün qan olduğunu görübş onların üzərinə hücum edib onları vurmağa başlamışlar, o isə qarşılıq verib müqavimət göstərərək yumruqla üzərinə gələn şəxsləri vuraraq, yanında olan qardaşı Elnuru qorumağa çalışmışdır. Həmin vaxt Yaşarın harada olduğunu görməmiş, bir qədər sonra mübahisə dayanmış və o qardaşı Elnurla götürüb yaşadığı evə aparmışdır. Sonradan isə onlarla dava edən şəxslərdən üç nəfərinin bıçaqlandığını eşitmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, özündə və qardaşında hadisə vaxtı bıçaq, yaxud digər kəsici alət olmamış, səs-küyə gəlib qardaşını yerdə uzanıqlı vəziyyətdə ətrafında bir nə şəxsin olduğunu görəndə qaçaraq davaya girmiş və qardaşının yanındakı şəxslərə yumruq və təpiklə zərbələr vurmuşdur. Dava vaxtı O daha çox xəsarət aldığı və psixi xəstə olan qardaşı Elnuru qorumağa səy göstərdiyindən Yaşarın üzərinə digər şəxslərin getməsini ona xəsarət yetirmələrini, davada kimin-kimə və necə xəsarət yetirməsini görməmiş, qardaşını götürüb yaşadıqları evə gəlmiş, sonradan isə polis əməkdaşları evlərinə gəlib onları polis şöbəsinə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirdi ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hansı şəraitdə xəsarət almalarını görməmiş, həmin vaxt özü qolundan, başından xəsarət almış, hadisə təxminən 10 dəqiqə davam etmiş, ətrafda xeyli adam olmuşdur. Hadisədən sonra qardaşı ilə birlikdə zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam olaraq ödəmişlər. Ailə vəziyyətini, əməlindən peşmanlığını nəzərə alıb özünə və qardaşına yüngül cəza verilməsini istəyir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Rəşad və Elşad qardaşları onun qonşuluqda yaşamış, birlikdə ev təmir edərək qazanc əldə etmişlər. 2022-ci ilin əvvəli Elşadın tanışı Elman Gəncə şəhəri “Dəmiryolu vağzalı”nda yerləşən binaların damının sökülməsi işini təklif etmiş, Elşad da həmin iş barədə bildirdikdən sonra onlar birlikdə Gəncə şəhəri Dəmiryolu vağzalında binaların damını yeniləmişlər. Rəşad da onlara köməklik etmişdir. Həmin yerdə binaların damını sökərkən sakinlərdən Yaşar adlı şəxslə tanış olmuşlar. xx.xx.2022-ci il tarixdə Rəşad, Xəyyam, Xıdır və o “2705-in dairəsi” kimi adlana yerin yaxınlığında olarkən təxminən saat 23 radələrində Elman Rəşada zəng edərək “Dəmiryolu vağzalı”nda olduqlarını, Elşadı döydüklərini demişdir. Rəşada məxsus “VAZ 2106” markalı avtomobildə O, Xəyyamla arxada oturmuş, Xıdır isə öndə oturub Dəmiryolu vağzalına gəlib “göbələk” kimi tanınan kafenin yanında yolun sağ tərəfində dayanmış, avtomobildən düşmüşlər. O parka keçəndə Elşadın üzünün qan olduğunu görmüşdür. Həmin vaxt Yaşar, Elnur və Fuad isə sağ tərəfdə dayanmışlar. Elşaddan nə baş verməsini soruşanda Elşad sonradan tanıdığı Elnuru işarə edərək davanı onun saldığını, Yaşarın da onu döydüyünü demişdir. Bu zaman o Yaşara yaxınlaşıb niyə dava etmələrini soruşduqda Yaşar ona “sən haranının küçüyüsən?” deyib şapalaqla üz nahiyəsindən vurmuş, Yaşar onu heçnədən vurduğu üçün qarşılığında Yaşarın çənəsinə əllə zərbə vurmuş, zərbənin təsirindən Yaşar yıxılmışdır. O Yaşarın üzərinə çıxdıqda Elnur başına təpiklə zərbə endirmiş, Elnurun ayağından çəkib onu yerə yıxmışdır. Həmin vaxt Yaşarın üzərinə getdikdə Yaşar əlindəki bıçaqla onun qarın nahiyəsinə 3 dəfə zərbə vurmuş, O qarnını tutaraq Elşad tərəfə dönüb onu vurduqlarını dedikdə Elşad və Rəşadın da yaralı olduqlarını bıçaqlandıqlarını bilmişdir. Dayanacağa tərəf gedərək qarnını tutmuş, onu Gəncə Beynəlxalq xəsətəxanasına, sonra isə Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, hadisəyə qədər Yaşar Elnur və Fuadla hər hansı bir ədavəti, düşmənçiliyi, mübahisəsi olmamışdır. Hadisə vaxtı Yaşar onu bıçaqla, Elnur isə təpiklə vurmuşdur. Elşad və Rəşadın isə kim tərəfindən bıçaqlandığını görməmişdir. Kafenin içərisində olmuş hadisəni isə bilmir. Parkda dava 10- 15 dəqiqə olmuşdur. Təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir, onlara yüngül cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, ev təmiri ustası işləyir. Gəncə şəhəri, Dəmiryolu vağzalı ərazisində yerləşən binaların damını təmir etmiş, əslən Balakən rayonundan olan Camal, İlqar Elman adlı şəxslər də onunla işləmiş, Gəncə şəhərində kirayədə yaşamışlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında birlikdə işləyərkən İlqar ona kirayə qaldıqları evdən çıxdıqlarını, hazırda qalmağa yerlərinin olmadığını demiş, O isə qalmağa yer tapmaqda köməklik edəcəyini demişdir. Həmin gün axşam saatlarında işdən çıxdıqdan sonra yaşadığı evə getmiş, oradan qardaşı Rəşadın yanına “2705-in dairəsi” kimi adlanan tanınan yerə gedərək onlarla oturmuşdur. Orada Rəşad, Xıdır, Xəyyam və Malik olmuşdur. Həmin gün axşam İlqar zəng edib “Dəmiryolu vağzalı” yaxınlığındakı kafedə olduqlarını dedikdə yanlarına gedəcəyini demiş, təxminən saat 21-22 radələrində Elmanla birlikdə onun idarə etdiyi “Volksvagen Passat” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində Dəmiryolu vağzalı yaxınlığında yerləşən “göbələk” kimi adlanan kafeyə getmişdir. O onlarla bir masada əyləşib söhbət edərək çay içmişdir. Təxminən saat 23 radələrində Dəmiryolu vağzalı sakini kimi tanıdığı Yaşar onların masasına gəlib, binasının damının təmirin yaxşı olunmadığını, gəlib yenidən təmir etməli olduqlarını demişdir. O Yaşara Balakənliləri göstərib onların qonaq olduğunu, sabah özünün həmin məsələ ilə məşğul olacağını demişdir. Bu vaxt Yaşarın yanına adının sonradan Elnur olduğunu bildiyi şəxs gəlmiş, bir qədər söhbət etdikdən sonra Elnur ona “evin damini imenni sən düzəldəcən...oranı düzəltmək sənin abizalofkandı...” demiş, Yaşar onun burnuna yumruqla zərbə vurmuşdur. Elnur da üzərinə hücum edərək əli və ayağı ilə zərbələr endirmişdir. Elnurgilə əlavə bir nəfər şəxs, adının sonradan Fuad olduğunu bildiyi şəxs də köməyə gəlmiş həmin şəxslər onu və Elmanı yumruq və təpiklə döymüş, kafenin sahibi və başqa şəxslər onları aralamış, onları kafedən çölə çıxarmışlar. O isə özünü pis hiss etdiyi üçün kafenin ayaqyolusuna gedərək orada əl-üzünü yumuş, qardaşı Rəşada zəng edib, gəlib onu aparmasını demişdir. Bir qədər sonra qardaşı Rəşadın gəldiyi deyiləndə kafedən çıxıb park tərəfə keçmiş, üzərinə 3 nəfər gəlmişdir. Fuad, Elnur və Yaşar onu əhatəyə alıb vurmağa başlamış, əlbəyaxa olanda həmin şəxslərdən biri arxadan bıçaqla qabırğasına və bədəninin müxtəlif yerinə zərbələr vurub qaçmışdır. Maliki də orada görmüşdür. Malik Yaşara yumruqla zərbə endirmiş, Yaşar yerə yıxılmışdır. Yaşar yerə yıxılanda Malik onun üzərinə çıxmış, Yaşar altdan yuxarı Malikə bıçaqla zərbələr endirib qaçıb getmişdir. Onlar getdikdən sonra Malikin yanına gedib ona köməklik etmiş, Elmanın maşını ilə X3 getmişlər, orada isə qardaşı Rəşadın da bıçaqlandığını öyrənmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, hadisəyə qədər Yaşar Elnur və Fuadla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, kafenin həyətində Yaşar, Elnur və Fuadla əlbəyaxa olmuş, onu təpik və yumruqla döymüşlər. Kafenin içərisində döyüləndə üzünə zərbələr vurulduğu üçün həmin nahiyələrindən xəsarət almışdır. Onu bıçaqla dəqiq olaraq kimin vurmasını bilmir. Kafenin içərisində isə bıçaqla ona zərbə vurulmamışdır. Parkın içərisində baş vermiş dava zamanı Malikə bıçaq xəsarətini Yaşar yetirmişdir. Hadisə yerində olan digər şəxsləri isə tanımır. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, ətrafa çoxlu sayda insanlar toplaşmışdır. Təqsirləndirilən şəxslər ondan üzrxahlıq etdiyi üçün onlarla barışmışdır, heç birindən şikayət və tələb yoxdur. Məhkəmədən yüngül cəza verilməsini, mümkünsə tutulmamalarını xahiş edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, usta kimi dam örtüyü vurmaqla məşğuldur. xx.xx.2022-ci il tarixində saat təxminən 21 radələrində o, Malik, Xəyyam, Xıdır, Elşad “2705-in dairəsi”nin yaxınlığında olmuş, təxminən saat 21-22 radələrində Elman idarə etdiyi “Passat” markalı avtomobillə həmin yerə gəlmiş, bir qədər oturduqdan sonra Elşadla birgə “Dəmiryolu vağzalı”na onlarla birlikdə işləyən adlarını bilmədiyi Balakən rayon sakinlərinin yanına getmişdir. Təxminən saat 23 radələrində Elman ona zəng edib Elşadı döydüklərini demiş, bundan sonra özünə məxsus “VAZ 2106” markalı avtomobillə Malik, Xəyyam və Xıdırla birlikdə “Dəmiryolu vağzalı” “Göbələk” kimi tanıdığı kafenin yanına getmişlər. O park tərəfdə çoxlu insan toplaşdığını görmüş, hamısı avtomobildən düşüb kafeyə yaxınlaşanda parkın içərisində Elşadın üzünün qan olduğunu görmüşdür. Malik Elşad tərəfə getmiş, bu zaman parkın içərisində olan şəxslərdən biri onu işarə edərək “bu da onlardandı...” deyib üzərinə hücum edib onu təpik və yumruqla vurmuşdur. Həmin şəxslərlə əlbəyaxa olub vuruşa-vuruşa öz avtomobilinə tərəf gedən zaman arxadan kimsə belindən iki dəfə bıçaqla zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. O yerə yıxılarkən Malik yerdə uzanmış bir nəfər şəxsin üzərində olmuş və həmin şəxs altdan yuxarı Maliki bıçaqlamışdır. Bundan sonra huşunu itirmiş və nə baş verməsini xatırlamır, oyananda xəstəxanada olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərdi ki, hadisəyə qədər Yaşar, Elnur və Fuadı tanımamış, onlarla ədavəti və düşmənçiliyi, olmamışdır. Hadisə vaxtı qəfil hücuma məruz qaldığı və özünü müdafiəyə çalışdığı üçün ona dəqiq olaraq kimin bıçaqla vurmasını bilmir. Hadisədən sonra təqsirləndirilən şəxslərlə barışmışdır. Onların heç birindən şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini istəyir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, 2022-ci ilin aprel ayının sonu ona Bakı şəhərində Gəncədəki binaların dam örtüklərinin dəyişdirilməsi işi təklif edilmiş, O da Gəncəyə gələrək “Dəmiryolu vağzalı” ətrafında yerləşən yaşayış binalarının dam örtüklərini təmir etmişdir. Həmin yerdə əvvəldən tanıdığı Elşad adlı şəxslə birlikdə işləmişlər. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 22-23 radələrində o Gəncə şəhərində “tekstilni” kimi tanınan yerdə olarkən Elşad ona zəng edərək “2705-in dairəsi” kimi tanıdığı yerə çağırmış, Elşadın yanına getmişdir. Orada Elşad, Elşadın qardaşı Rəşad, işçisi Malik, tanışları Xəyyam və digər tanımadığı 1 nəfər olmuşdur. Təxminən 10 dəqiqə oturub çay içdikdən sonra Elşadla birgə özünə məxsus “Volksvagen Passat” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, “Dəmiryolu vağzalı” yaxınlığında yerləşən “göbələk” kimi tanınan kafeyə getmişdir. Əynində ağ qolsuz köynək, qara şalvar, başında isə kepka papaq olmuşdur. Elşadla kafeyə girib tanışları 3 nəfər “balakənli” kimi tanıdığı şəxslərin masasında əyləşmiş, özü çay, Elşadla digərləri ilə pivə içmişdir. Bir qədər sonra masaya bir nəfər, adının sonradan Yaşar olduğunu bildiyi şəxs yaxınlaşıb salamlaşınb görüşərək Elşadla söhbət etmiş, digər bir şəxs də gələrək masanın ətrafında dayanmışdır. O telefonla məşğul olduğu üçün söhbətə diqqət etməmiş, Yaşarın evin damının yaxşı təmir olunmadığı üçün narazılıq etdiyini, Elşadın isə bu məsələ ilə məşğul olacağını dediyini eşitmişdir. Yaşardan sonra onların masasına gəlmiş əynində göy rəngli qolsuz köynək olan şəxs də, söhbətə qoşularaq Yaşarın evinin təmir olunmalı olmasını demiş, danışıqlarından sərxoş olmalarını hiss etmişdir. Aralarında mübahisə yaranmış, göy köynəkli gələn şəxs Elşadı vurmaq istəyəndə Yaşar Elşadın sifətindən yumruqla vumuşdur. Zərbənin təsirindən Elşad geri getdikdə Yaşarın yanındakı göy köynəkli şəxs də davaya qoşulmuşdur. Özü stulu götürərək Yaşara tərəf atmağa çalışmışdır ki, hücum etməsin. Həmin vaxt kafenin çölündən bir nəfər əynində ağ köynək, qara gödəkcə olan şəxs qaçaraq kafeyə girmiş, ona yaxınlaşıb itələyib sonradan göy köynəkli şəxsin köməkliyinə getmiş və Elşadı vurmuşdur. Sonra həmin şəxs onun üzərinə gələrək başının sağ tərəfinə yumruqla bir neçə zərbə endirmiş, bu zaman kafenin sahibi araya girib davanı sakitləşdirsə də, həmin göy köynəkli şəxslə Yaşar Elşadı yenidən yumruq və təpiklə vurmuşlar. Sonradan davaya qoşulmuş şəxs də, onların Elşadı döyməsinə köməklik etmişdir. Ətrafdakı şəxslər onları aralayıb kafedən çıxmışlar. Elşadı kafenin ayaqyolusuna aparıb orada üzünü yumuş, Elşadın qardaşı Rəşada zəng edərək gəlib onu aparmasını demişdir. Həmin vaxt qulağı qanadığı üçün o kafedə qulağını yumuş, Elşadgil isə kafedən çölə çıxmışlar. Bir qədər sonra çölə çıxdıqda parkda dava olduğunu görmüş, yola çıxdıqda Elşadın dayanacağın yanında əlini sinəsinə tutaraq yerdə oturduğunu, sinəsində qan olduğunu görmüş, Elşadın yanına gedəndə Malik də əlini qarnına tutub onların yanlarına gəlmiş qarnında qan olmuşdur. Rəşad isə özünə məxsus VAZ 2106 markalı avtomobilə yaralı şəkildə söykənib durmuş, hər ikisi bıçaqla vurulduğunu demiş, Malik və Elşadı özünəməxsus “Volksvagen Passat” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa oturacağına yerləşdirib X3 aparmış, həkimlər tibbi yardım etmişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs4 göstərdi ki, xx.xx.2022-ci ildə kafenin içində onu və Elşadı ifadəsində qeyd etdiyi şəxslər döymüş, hadisə zamanı qulaq nahiyəsindən xəsarət almış, həmin xəsarəti ona dava başlayan zaman kafedən çölə daxil olan əynində ağ köynək və gödəkcə olan şəxs yetirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ev ustası kimi işləyir, Elşad, Malik, Rəşad onun dostlarıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində o, Xıdır, Malik və Rəşad 2705-in darəisinin yaxınlığında olarkən Elman Rəşada zəng edərək Dəmiryolu vağzalına gəlməsini demiş, Rəşada məxsus “VAZ 2106” markalı avtomobillə o ön oturacaqda, arxa oturacaqda isə Xəyyam və Malik oturmuşlar və Dəmiryolu vağzalına “göbələk” kimi tanınan kafenin bərabərliyinə gedib yolun sağ tərəfində avtomobili saxlamış, O, Rəşad, Malik və Xəyyam avtomobildən düşərək parka keçmişlər. O uzaqdan Elşadın üzünün qan olduğunu görmüş, Malik və Rəşad Elşadın yanına getmişdir. Orada 3 nəfər adam görüb onlardan nə baş verməsini soruşmuş, həmin şəxslər çayxanada dava olduğunu demişlər. Xıdır onu çağıraraq Rəşadı vurduqlarını demiş, O çevrilib yol tərəfə, dayanacağın önünə baxdıqda Xıdırın dayanacağın yanında olduğunu görmüş, Rəşad isə öz avtomobilinin yanına gəlib əlini sol tərəf kapotun üzərinə qoyub yerə yıxılmışdır. O Rəşadın yanına getdikdə belinin qan olduğunu görmüş, Rəşadı ona məxsus VAZ 2106 markalı avtomobilə mindirib “Gəncə Beynəlxalq xəstəxanası”na aparmışdır. O xəstəxanın qarşısına çatdıqda Elmana məxsus “Passat “markalı avtomobil də orada dayanmış və Maliklə Elşad yaralı şəkildə avtomobildən düşmüş, üçünə də həkimlər tibbi yardım göstərmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Əliyev X2 Xəyyam İlham oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 göstərmişdir ki, Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yerləşən “Dəmiryolu vağzalı yaxınlığındakı “göbələk” kimi tanınan kafeni işlədir. Kafeyə hadisədən əvvəl son 15 gündə yemək yeməyə gələn Balakən sakini kimi tanıdığı, adlarını dəqiq bilmədiyi təxminən 30 yaşlarında 2 nəfər şəxs gəlib getmiş, xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində həmin şəxslər kafeyə gəlib yemək yemiş və pivə içmişlər. Saat 21 radələrində isə əvvəldən tanıdığı Elnurla Yaşar həmin kafeyə gəlib həyətdəki masada əyləşmiş, özləri ilə 1 litrlik araq gətirmiş və kabab sifariş etmişlər. Bir qədər sonra Elşadla digər bir nəfər keçəl şəxs də Balakənlilərin yanına gəlib əyləşmişdir. Elşadgil pivə və çay, Elnurgil isə araq içimişlər. Bir qədər sonra Elnur və Yaşargillə oturan iki nəfər çıxıb getmiş, təxminən saat 23 radələrində Yaşarla Elnur öz masalarından qalxıb Elşadgilin masasına yaxınlaşaraq ayaqüstə dayanmış, Yaşar Elşadgilə evlərinin damını səhv təmir etdiklərini, Elşad isə gəlib baxacaqlarını demişdir. O Yaşargilə yaxınlaşıb çıxıb getmələrini, sabah gəlib baxacaqlarını desə də Yaşar onun dediyinə məhəl qoymayıb Elşadla söhbət etməyə davam etmiş, bu zaman Yaşar yumruqla Elşadın üz nahiyəsinə zərbə endirmiş, Elşad əli ilə üzünü tutmuşdur. Elnur da həmin vaxt yumruqla Elşada zərbə vurmuşdur. Bu zaman araya girərək onları aralamağa çalışmış, həmin vaxt Elnurun qardaşı Fuad da kafeyə girmiş, davaya qoşularaq qarşılıqlı şəkildə bir birilərini vurmuşlar. O həmin vaxt özünü itirmiş, Elşadın yerə yıxıldığını görmüşdür. Elşad yerə yıxılanda Yaşarla Elnur onu yerdə təpiklə vurmağa başlamışdır. Yaşara sakitləşməyi deyəndən sonra kənara çəkilib yenidən Elşadın üzərinə hücum etmiş, ətrafdakı şəxslərin köməyi ilə onları sakitləşdirmiş, Elnur, Fuad və Yaşar kafenin həyətindən çıxmışlar. Elşad və digər şəxslər isə kafenin ayaqyoluna getmiş, üzlərini yuduqdan sonra onlar da kafedən çıxmışlar. Kafeni bağlayaraq getmiş, səhəri günü Elşadgilə Yaşargil arasında parkda dava olduğunu və bir neçə nəfərin bıçaqladığını eşitmişdir. Kafesinin müşahidə kamerası ilə həyətdə baş vermiş dava zamanı qeydə alınmış görüntüləri istintaqa vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, heç bir yerdə işləmir, günəmuzd fəhləlik edərək əldə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində çay içmək üçün “Dəmiryolu vağzalı”nın yaxınlığında gedib çay içmişdir. Bu zaman çayxanın yanında yerləşən kafedə səs-küy eşidib oraya yaxınlaşdıqda tanışı Elşadın masada əlavə 4 nəfərlə oturduğunu, Yaşarın da, onlarla birgə oturduğunu, Yaşarla Elşadın mübahisə etdiklərini, Yaşarın Elşada evinin damını təmir etməsini istədiyini, Elşad isə sabah gəlib düzəldəcəyini dediyini görmüşdür. Həmin məsələ ilə bağlı onlar razılığa gəlməmiş və mübahisəni davam etdirmişlər. O Yaşarın qolundan tutub kafenin həyətindən çıxış istiqamətinə getdikdə bu zaman arxasında səs eşitmiş, geri çevrildikdə Elnurla Elşadın yerdə ələbəyaxa olduqlarını, Elnurun başının qanadığını görmüşdür. O dərhal onlara yaxınlaşaraq aralamışdır. Elşadı ətrafdakı şəxlər kafeyə salmış, Elnurla Yaşarı isə kafenin həyətindən çölə çıxarmışlar. O əynindəki mayka ilə Elnurun başını sarımış, Yaşar isə əsəbi şəkildə qışqırmışdır. Bundan sonra o oradan uzaqlaşmış, təxminən 4-5 dəqiqə sonra o yolun kənarında avtomobil dayandığını görmüşdür. Bu zaman yenidən səs-küy yaranmış və tərəflər arasında dava olduğunu eşitmişdir. Həmin yer qaranlıq olduğuna görə o dəqiq olaraq kimin kimi bvə necə harasından vurmasını, xəssrət yetirməsini bilmir. yaranmış mübahisənin səbəbi Yaşarın evinin damının təmir edilməsi üçün Elşadla mübahisə etməsi olmuşdur. İş üzrə şahid qismində dindirilmiş İŞahid1 ifadəsində göstərmişdir ki, gündəlik qazancını Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçəsinin kəsişməsində yerləşən çayxananı işlədir. Onun çayxanasının sol tərəfində isə Elmana məxsus “göbələk” kimi tanınan kafe yerləşir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Fuad kimi tanıdığı şəxs çayxanaya gələrək “Vaqif müəllim” kimi müraciət etdiyi şəxslə oturub çay içmişdir. Bir qədər sonra təxminən 23 radələrində Elmanın kafesində dava başlamış, həmin yerə baxdıqda Yaşarın, Fuadın qardaşı “Maradona” ləqəbli Elnurun digər şəxslərlə əlbəyaxa dalaşdıqlarını görmüşdür. Bu zaman Fuad qaçaraq həmin kafeyə gedib Elnura kömək edib digər şəxslərlə əlbəyaxa olub dalaşmış, yumruq və təpiklə onları vurmuşdur. O da, onların yanına gedərək onları aralamağa çalışmış, Fuad, Elnur və Yaşar kafenin çölünə çıxmış, digərləri isə kafenin içərisində qalmışdır. Sonra həmin kafedən əynində qara köynək və şalvar olan şəxs əlində xəkəndazla çölə çıxaraq Elnuru vurmağa çalışdıqda bu dəfə onların arasında dava düşmüş, yenə də, onları birtəhər aralamışlar. Bu dəfə də, Fuad, Elnur və Yaşar kafenin çölünə çıxmış digərləri isə içəridə qalmışdır. Həmin vaxt Yaşarın əlində açılıb-qatlanan bıçaq görmüş, O Yaşardan bıçağı ona verməsini istədikdə “narahat olma...bıçağa dəyməyəcəm...” demişdir. Bundan sonra üçünü də, kafenin sol tərəfinə qaranlıq yerə aparıb getmişdir ki, növbəti dava olmasın. Kafedə qalan şəxslər kafenin çölə çıxmışlar. O işlətdiyi çayxanaya gedərək oranı kilidləyib evinə getmək istədikdı yolda bir ədəd “VAZ 2106” markalı, son nömrəsi 446 olan avtomobil dayanmış, həmin avtomobildən 4 nəfər düşərək Elnurgilin dalaşdıqları şəxsə yaxınlaşıb “burdadılar?...” deyə soruşmuş? Onlar isə burda olduqlarını dedikdə həmin 4 nəfər şəxs parka keçmişdir. Yaşar onlara “hə buradayıq...nə olub.!?” deyə cavab verdikdən sonra parkın qaranlıq yerində aralarında dava olmuş, bu barədə dərhal DİN-in “102 xidməti”nə məlumat vermiş, qaranlıq olduğu üçün kimin kimə zərbə vurmasını bilməmişdir. Öz sağlamlığından qorxduğu üçün dava olan yerə yaxınlaşmamış, bu vaxt bir nəfər şəxs qarnını tutaraq dayanacağın yanına gəlib oturmuş, onun yanında bayaq kafedə döyülmüş “sarışın şəxs”in də yaralı olduğunu görmüşdür. Digər bir nəfər isə yaralı birini “VAZ 2106” markalı avtomobilin yanına gətirmiş, həmin yaralı şəxs avtomobilin yanına yerə uzanmışdır. O dərhal yerdə olan yaralı şəxsi “VAZ 2106” markalı avtomobilin qarşısında dayanmış “Volksvagen markalı” avtombilin arxasına otuzdurmuş, həmin avtomobilə digər 2 nəfər də oturaraq dərhal xəstəxanaya getmişlər. Bu zaman “VAZ 2106” markalı avtomobilin yanında uzanmış şəxsi “VAZ 2106” markalı avtomobilə mindirmək istəyəndə qapını aça bilməmiş, pultunu axtarmış, digəri pultun yaralanın cibində olduğunu demiş, maşına minib sürüb getmişlər. Həmin davada olan şəxslərdən Yaşarı, Elnuru və Fuadı tanıyır. Qarşı tərəfdəki şəxsləri isə tanımır. Yaşargil tərəfdən 3-ü, yəni Yaşar, Elnur və Fuaddan başqa kimsə olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını dəmirçi işləyərək əldə edir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təxminən 10-15 ildir ki, tanıyır. Onlarla yaxın münasibəti var, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən çayxanada oturub çay içmiş, təxminən saat 23 radələrində Fuad da həmin çayxanaya gəlib onun oturduğu masanın yanındakı masada oturmuşdur. Fuadla hal-əhval tutan zaman o qardaşı Elnurun yandakı kafedə yemək yediyini, onlar yekunlaşanda qardaşını evə aparacağını demişdir. Bir qədər sonra yan kafedə səs-küy yaranmış və dava olmuşdur. X20 tanımadığı digər şəxslərlə əlbəyaxa olduqlarını görmüş, bu vaxt Fuad dərhal ayağa qalxaraq yandakı kafeyə getmiş, orada Fuad, Elnur və Yaşarla digər şəxslər arasında dava yaranmışdır. Ətrafdakı şəxslərin köməkliyi ilə onları aralamışlar. O qorxduğu üçün çayxanda qalmış və dava olan yerə getməmişdir. Fuad, Elnur və Yaşar kafedən çıxaraq park tərəfə getmiş, onlar park tərəfə getdikdən sonra başqa şəxslər də həmin yerə gəlmiş və yenidən parkda dava yaranmışdır. Davanın baş verdiyi yer qaranlıq olduğundan və özü ehtiyat etdiyim üçün həmin yerə getməmiş, bir qədər sonra isə dava sakitləşmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 tanımır və onlarla heç bir münasibəti olmamışdır. Hadisə zamanı hər hansı bir şəxsin əlində kəsici-deşici alət görməmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətməsi onların qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş müşahidə kameraları ilə qeydə alınmış görüntülər olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeydə aldığı görüntülər olan dən müyyən edilmişdir ki, xx.xx.2022ci ildə saat 23:20 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti ilə Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən kafedə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 və digər 3 nəfər şəxslə birlikdə bir masada oturub söhbət etmiş, digər masada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əyləşmiş, digər masalarda müştərilər olmuşdur. Saat 23:29 radələrində Təqsirləndirilən şəxs1 oturduğu masadan ayağa qalxıb Zərərçəkmiş şəxs1 masasına paralel ayaq üstə aralıda dayanıb onlara nəsə demiş, Zərərçəkmiş şəxs1 söhbət əsnasında başını sola çevirdikdə Təqsirləndirilən şəxs1 görüb nəsə demiş, Təqsirləndirilən şəxs1 onların masasına yaxınlaşıb ayaqüstə dayanaraq masa ətrafında əyləşmiş şəxslərlə görüşür. Təqsirləndirilən şəxs2 kafenin həyətindən çölə, park tərəfə çıxır. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 isə söhbət edir. Təqsirləndirilən şəxs1 ayaqüstə olduğu üçün öz oturduğu masaya yaxınlaşıb stul götürərək Zərərçəkmiş şəxs1 olduğu masaya yenidən yaxınlaşıb stulu Zərərçəkmiş şəxs1lə Elman Şaməmmədovun arasına qoyub oturur və söhbətlərinə davam edir. Saat 23:33 dəqiqədə Təqsirləndirilən şəxs1 oturduğu yerdən ayaq üstə qalxıb saat 23:35:10 radələrinədək ayaqüstə əl qolunu qaldıraraq masa ətrafında əyləşmiş şəxslərə nəsə izah edir. Zərərçəkmiş şəxs1 və yanındakı şəxslər masa ətrafında oturaraq onu dinləyirlər. Saat 23:35:50 radələrində Təqsirləndirilən şəxs2 kafenin çölündən həyətə daxil olaraq Zərərçəkmiş şəxs1gilin masasına yaxınlaşaraq sağ əlini Təqsirləndirilən şəxs1 çiyninə qoyub ayaqüstə dayanır. Təqsirləndirilən şəxs1 isə öz söhbətini davam etdirərək Elnur Əliyevə nəsə deyir və söhbət edir, gedişatda Təqsirləndirilən şəxs2 söhbətə qoşularaq əl qolunu hərəkət etdirə-etdirə Zərərçəkmiş şəxs1 nəsə deyir. Saat 23:38:50 radələrində Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 arasında söhbət qızışır və onlar bir-birilərini itələmək istədikdə kafenin sahibi Elman Həbibov da onlara yaxınlaşaraq sakitləşdirməyə çalışır və Təqsirləndirilən şəxs2 qolundan tutub geri çəkir. Bu zaman Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs1 ayağa qalxır. Təqsirləndirilən şəxs1 sol əli ilə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə zərbə endirir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs1 geri atılır və masada olan hərkəs ayağa qalxır Bu vaxt Təqsirləndirilən şəxs2 da Elman Həbibovdan qurtularaq Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək onun sifətinə yumruqla zərbə endirir. Saat 23:39:04 radələrində Təqsirləndirilən şəxs3 qaçaraq parkın içərisində kafenin həyətinə daxil olaraq dava edən Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 yanına çatıb Zərərçəkmiş şəxs1 yumruq və təpiklə zərbələr endirir. Təqsirləndirilən şəxs1 isə sağ əlini belinə atıb Elman Şaməmmədovla qarşı-qarşıya dayanır. Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 süpürləşərək Təqsirləndirilən şəxs1 yanına tərəf gedir. Təqsirləndirilən şəxs3 Elman Şaməmmədovun sol qulaq nahiyəsinə, sifətinə, sinəsinə yumruqla zərbə endirir. Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 süpürləşərək Təqsirləndirilən şəxs1 yanına çatdıqda Təqsirləndirilən şəxs1 da onlara qoşulur və hər üçü yerə yıxılır. Bu zaman Təqsirləndirilən şəxs3 Elman Şaməmmədovun yanından Zərərçəkmiş şəxs1 üzərinə qaçaraq hücum edir və ayağa qalxmaq istəyən Zərərçəkmiş şəxs1 sarı hoppanıb sinəsindən təpiklə zərbə endirir. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayağa qalxaraq Zərərçəkmiş şəxs1 yumruq və təpiklə zərbələr endirir, Təqsirləndirilən şəxs3 isə onların əhatəsində dayanaraq yaxınlaşmaq istəyən şəxslərə imkan vermir. Təqsirləndirilən şəxs2la və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yumruq və təpiklə vura-vura kafenin çölünə çıxarır, Təqsirləndirilən şəxs3 da onların arxası ilə çölə çıxır. Həmin vaxt kafenin çölünə və içərisinə kənar şəxslər toplaşır. Saat 23:39:59 radələrində Zərərçəkmiş şəxs1 kafenin çölündə zərbələr endirilir və o zərbənin təsirindən yuvarlanıb üzü üstə kafenin içərisinə yıxılır. Zərərçəkmiş şəxs1 ayağa qaldırılır və o səndələyə-səndələyə kafenin içərisinə keçir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ardı ilə isə Təqsirləndirilən şəxs2 yenidən kafenin həyətinə daxil olaraq Elman Şaməmmədovun üzərinə hücum edir, lakin ətrafdakı şəxslər onları aralayıb çölə çıxarır. Elman Şaməmmədov sol qulağını tuta-tuta kafenin içərisinə daxil olur. Nisbi sakitlik yarandığı üçün ofisiantlar kafenin həyətindəki masaları toplayır. Zərərçəkmiş şəxs1 əlində dəmir xəkəndazla çölə çıxmaq istədikdə çıxış tərəfdən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yenidən Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək onu yumruq və təpiklə vururlar və zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılır. Uzanlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 yumruq və təpiklə zərbələr endirir, ətrafdakı şəxslər isə onları birtəhər aralayır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 kafenin həyətindən çölə çıxarılır və kameranın görünüş dairəsindən itir. Zərərçəkmiş şəxs1 ayağa qalxır və ayaqda durmaqda çətinlik çəkdiyi üçün Elman Şaməmmədov onun qoluna girərək kafenin çölünə aparır. Bir qədər sonra hər ikisi parkın içində kameranın görünüş dairəsindən itir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Gəncə şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kamerası ilə qeydə alınmış görüntülər olan “DVD diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:59 radələrində Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən müşahidə kamerasında qeydə alınmışdır. Kamera sağa və sola Z.Hacıyev küçəsindən başlayaraq Dəmiryolu vağzalının qarşısı, H.Əliyev prospekti, sonra isə Z.Hacıyev küçəsi, H.Əliyev prospektinin kəsişməsində yerləşən park ərazisini qeydə alır. Kameranın qarşısını ağaclar kəsdiyindən hadisənin baş verdiyi kafe və qarşısındakı ağaclıq ərazi görünmür. Görüntülərdən müəyyən olunur ki, saat 23 radələrində VAZ 2106 markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil H.Əliyev prospektində dayanacağın yaxınlığında üzü Dəmiryolu vağzalı istiqamətində yolun sağ kənarında “Passat markalı” **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında dayanır. Avtomobil dayandıqda hər dörd qapıları açılaraq hərəsindən bir nəfər olmaqla dörd nəfər düşüb park tərəfə keçirlər. Həmin vaxt ətrafdan keçən və orada olan şəxslər dayanaraq parkın içərisinə baxırlar. Qısa müddət sonra kamera dayanacağın ön tərəfini qeydə aldıqda iki nəfər şəxs oturaraq qarını tutduğu, bir nəfər şəxsin isə “VAZ 2106” markalı avtomobilin yanında yerdə uzanılı vəziyyətdə, digər şəxslərin isə onların yanında olduğu, həmçinin kənardan bəzi şəxslərin həmin yerə baxdığı, bəzilərinin qaçaraq oraya getdiyi, yoldan keçən avtomobillərin hərəkəti azaltdığı, ətrafdakı şəxslərin köməkliyi ilə yaralıların “Passat” və “VAZ 2106” markalı avtomobilə mindirilib uzaqlaşdırıldığı görünür. Dayanacağın yanında qarın nahiyəsini tutanlardan birinin Zərərçəkmiş şəxs1, digərinin Zərərçəkmiş şəxs3 olduğunu, “VAZ 2106” markalı avtomobilin yanında yerə uzanan şəxsin Zərərçəkmiş şəxs2 olduğunu müəyyən edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 08 iyun 2022-ci il tarixli 932 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində 3 (üç) ədəd kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu yaralardan biri sağ qabırğaaltı nahiyədə yerləşir, qarın boşluğuna daxil olaraq qaraciyərin, öd kisəsinin və yoğun bağırsağın yaralanmasına səbəb olduğundan həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir, digər iki yara isə qarın nahiyəsinin ön səthində yerləşməklə daxilə nüfuz etmədikləri üçün ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 08 iyun 2022-ci il tarixli 924 №li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində kəsici-deşici alətin(lərin) təsiri nəticəsində əmələ gəlmiş dörd ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Bu yaralardan biri daxilə keçən yara olub, döş qəfəsinin sağ yan səthində yerləşmişdir, plevranın zədələnməsi ilə müşayiət olunur, dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. Digər yaralardan biri döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsində, ikinci yara döş qəfəsinin arxa səthində sağda, sonuncu yara isə sağ sağrı nahiyəsində yerləşmişdir, qeyd olunan yaralar yumşaq toxumaların zədələnməsi ilə müşayət olunur, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədəni üzərində kəsici-deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş yaralardan başqa, hər iki göz nahiyəsində hematoma, sol qaş nahiyəsində isə sıyrıq xəsarətləri aşkar edildi. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yıxılma nəticəsində əmələ gəlmələri, həmçinin özü tərəfindən yetirilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibb ekspertizasının 08 iyun 2022-ci il tarixli 931 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər nahiyəsinin yaraları- kəsici-deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əməl gəlmə müddətləri müayinə olunanın göstərdiyi tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər yurmaya aid edilir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibb ekspertizasının 23 yanvar 2023-cü il tarixli 100 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində sağ said nahiyəsində bir ədəd çapıq toxuması müəyyən edildi. Bu çapığın morfoloji əlamətlərinə əsasən çapıq kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, kəsilmiş yaranın izidir, əmələ gəlmə müddəti 1-2 aydır və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmətibb ekspertizasının 04 iyun 2022-ci il tarixli 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ said, sol dirsək və sağ diz oyanğı nahiyələrinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmətibbi ekspertizasının 04 iyun 2022-ci il tarixli 887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər başın təpə nahiyəsinin yaraları, alın nahiyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 10 iyun 2022-ci il tarixli 11 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 maye halda qan qrup göstəricisi ABO sistemi üzrə A (İİ) - beta, Təqsirləndirilən şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) – beta, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-beta, Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfa, Zərərçəkmiş şəxs3 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa - betadır. Təqdim olunmuş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd mayka və bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan özünə və Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunmuş kafenin həyəti, parkdan və dayanacağın qarşısından götürülmüş qanabənzər nümünələr (Ob №o 1,2,4) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Təqdim olunmuş dayanacağın sol tərəfindən götürülmüş qanabənzər nümunə (OB No-3) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim olunmuş hadisə yerindən götürülmüş mayka (ob №o-7) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus ola bilər. İş üzrə təyin edilmiş və iş materiallarında olan məhkəmədə tədqiq edilən əlavə məhkəmə-bioloji ekspertizası 23 yanvar 2023-cü il tarixli 05 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB(İV)-dür. Məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli, 11№li rəyindən görünür ki, maddi sübutlardan götürülmüş kəsiklərdə insan qanı olub, onların qanlarının qrup göstəriciləri O(1) alfa, beta və B(İİİ) alfa olmuşdur. Müqayisəli təhlil zamanı həmin qanın qruplarının kimlərə aid olduğu cədvəl və nəticədə verilmişdir. Təqsirləndirilən şəxs1 götürülmüş qanın qrup göstəricisi AB (İV) olduğundan göstərilmiş maddi subutlardakı qanlarla eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-trasoloji ekspertizanın 03 mart 2023-cü il tarixli 16/288 №li rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş qısaqol köynəyin üzərində olan 02 ədəd və maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir aletin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Hadisə yerindən götürülən mayka üzərində mexaniki zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 08.06.22-ci il tarixli 932 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş köynəyin və maykanın səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən "sağ qabırğaaltı nahiyyədə yerləşən, qarın boşluğuna daxil olan qaraciyərin, öd kisəsinin və yoğun bağırsağın yaralanmasına səbəb olan kəsilmiş-deşilmiş yarası" xəsarəti ilə köynəyin və maykanın üzərində olan zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yeni yuxarıda göstərilən zədə və xəsarət üstüstə düşür. Cinayət işi materiallarında olan və məhkəmədə araşdırılan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 426/147 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmədə araşdırılan stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 133 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ruhi xəstə olub, “Paranoid şizofreniya” xroniki psixi xəstəlikdən əziyyət çəkir. Qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs2 “paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs2 anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs2 anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilir.. Təqsirləndirilən şəxs2 halhazırkı müayinə zamanı “paranoid şizofreniya” xəstəliyinə xas əlamətlər aşkar olunur. Buna baxmayaraq həmin əlamətlər qabarıq şəkildə ifadə olunmadığından halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə cəlb olunmasına, onunla tibbi xarakterli hər hansı məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yaratmır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən əməliyyat tapşırığına cavab olaraq Gəncə ŞPBİ 2-ci Polis Şöbəsindən verilmiş 12.10.202-ci il tarixli, 122-87671- 1222 №li məktubdan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində xəsarət yetirən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin bıçaqdan istifadə etmiş, lakin onların cinayətin aləti kimi istifadə etdikləri bıçaqları müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisəni törədərkən başqa hər hansı bir şəxs onlara köməklik etməmiş, hadisədən əvvəl onların zərərçəkmmiş şəxslərlə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə vaxtı kafedə olan “Balakən sakinləri” olan şəxslərin şəxsiyyəti, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hadisə vaxtı ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik etmişlər. Belə ki, sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsi cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozmuş, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olmuşdur. Sözügedən cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 başqa hər hansı bir şəxsə fiziki, maddi və ya mənəvi ziyan dəyməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli, 3533 №li, Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş eyni tarixli, 2498 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin dispanserlərdə qeydiyyatda deyil. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli 3532 saylı və Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli, 2496 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserlərdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən DSMF Gəncə şəhər Kəpər rayon şöbəsi tərəfindən verilmiş 223178№li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup müddətsiz əlillik təyin edilmişdir və bununla bağlı sosial müavinət alır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər narkoloji dispnserdən verilmiş xx.xx.2022-ci il tarixli, 2497 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və Gəncə şəhər psixonevroloji dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli, 304 saylı sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Y.Zeynalov küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci ildən “şizofreniya paranoid sindrom-şəxsiyyət dəyişməsi ilə” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİdən verilmiş xx.xx.2022-ci il tarixli tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİdən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİdən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 105-ci (köhnə red.) maddəsilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin 2-ci hissəsi ilə (köhnə red.) təqsirli bilinərək 07 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə (köhnə red.) təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə isə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddəsi ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-in 221.3-cü maddəsi hökmdən xaric edilməklə üzərində 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına saxlanılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 08 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs3 hadisə vaxtı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, hadisə yerindən götürülmüş 1 ədəd mayka maddi sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, Gəncə şəhəri H.Əliyev prospekti ilə Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən kafenin müşahidə kamerasında hadisə zamanı qeyd alınmış görüntülər olan 1 ədəd DVD disk və Gəncə şəhəri H.Əliyev prospekti ilə Z.Hacıyev küçələrinin kəsişməsində yerləşən Gəncə şəhər BPİ-nin TŞX-nın müşahidə kameralarında hadisə anının qeyd alınmış görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk, Zərərçəkmiş şəxs1 istifadəsində olan ********** saylı və Zərərçəkmiş şəxs2 istifadəsində olan ********** saylı mobil nömrə ilə aparılan telefon danışıqları və məlumatları əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması” haqqında 02 iyun 2022-ci il tarixli qərar və protokoldan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-131/2022 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması” haqqında 02 iyun 2022-ci il tarixli qərar və protokoldan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-132/2022 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(104)-84/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-139/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 stasionar məhkəmə psixatriya ekspertizasından keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinə yerləşdirilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-192/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan “qətimkan tədbirinin seçilməsi haqqında qərardan”dan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması” haqqında 02 iyun 2022-ci il tarixli protokoldan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-132/2022 №li qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(104)-84/2022 №li qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materilallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti başa çatmış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında protokol” dan görünür ki, 21 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-41/2023 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Yaşar oğlu və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış notarial qaydada verilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 ilə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur, onlarla barışmış və dəymiş ziyanı tamamilə ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd mayka, zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək, 1 ədəd mayka Gəncə ŞBPİ-nə saxlanca verilmiş, hadisənin və hadisə yerinin görüntülərini əks etdirən 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Elnur oğlu və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə hər hansı kəsici-deşici alətlə xəsarət yetirilmədiyini göstərsələr də məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, onların əməlləri də Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə yalnız təqsirləndirilən şəxslərə verilmiş ittiham üzrə onların cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi göstərilsə də, işin məhkəmə baxışı zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bir qrup şəxs halında qeyd edilən cinayət əməlləri törədərək zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirməsi sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş digər sübutlara nisbətən daha mötəbər olan hadisə anının videogörüntülərindən görünür ki, Dəmiryol vağzalı yaxınlığında olan kafedə başlamış münaqişə zamanı Yaşar Əliyev və Təqsirləndirilən şəxs3 tərəfindən eləcə də Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə qarşı, eləcə də qarşı tərəfdən onlara qarşı zorakılıq əl-qol zərbələri yetirməsi, Təqsirləndirilən şəxs2 kafeyə daxil olaraq davaya qoşulması, zərərçəkmiş şəxslərə qarşı fiziki zorakılıq etməsi aşkar müəyyən olunsa da, Yaşar Əliyevin üzərində olan və bel hissəsində saxladığı bıçaq olması həmin vaxt qardaşların dava etdiyi şəxslərə yaxınlaşıb onlara zərbə(lər vurması) müşahidə edilməmişdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 kafedə çöldəki dava vaxtı qardaşı müdafiə edərək qoruduğunu, qarşı tərəfə - zərərçəkmiş şəxslərə ancaq kafedə başından xəsarət alan qardaşını qorumaq məqsədilə əl və ayaqla vuraraq xəsarət yetirdiyini, Yaşar Əliyev onların yanında təxminən 10-15 metr aralıda dava etsə də Yaşarda hər hansı kəsici-deşici alət olmasından məlumatsız olduğu və onun şəxslərə bıçaqla xəsarət yetirdiyini görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Yaşar Əliyev də məhkəmə baxışında verdiyi ifadəsində qardaşların ondan bir qədər aralıda olduğunu, əlini həm kafedə həm də çöldə bel nahiyyəsinə aparsa da üzərində hər hansı bıçaq, yaxud kəsidi deşici əşya olmadığını, zərərçəkmiş şəxslər kafedəki dava vaxtı üzərinə zibil yığmaq üçün dəmir xəkəndazla gəldikdən sonra bıçağı çıxarıb sağa-sola doğru hərəkət etdirsə də, bıçağın heç kimə dəymədiyini və kiməsə bədən xəsarəti yetirmədiyini, zərərçəkmiş şəxslərin hansı şəraitdə xəsarət aldığını bilmədiyi demişdir. İş üzrə dindirilmiş zərərçəkmiş şəxlər onlara bıçaqla xəsarət yetirən şəxsin kim olmasını bilmədiklərini və hadisə vaxtı dalaşdıqları şəxsləri tanımadıqlarını təqsirləndirilən şəxslərdə şikayətçi olmadıqlarını bildirsələr də, məhkəmə onların ibtidai istintaq zamanı verdikləri ifadələrini yəni onlara bıçaq xəsarətlərini məhz Yaşar Əliyevin yetirməsini, şahidlərin isə xəsarət almamışdan əvvəl zərərçəkmişlərin yaxınlığında Yaşar Əliyevin olduğunu bildirmişlər. Məhkəmə, Yaşar Əliyevin üzərində olan kəsici-deşici alətlə bağlı digər təqsirləndirilən şəxslər niyyəti ilə əhatə edilməsi ilə bağlı bildirir ki, tədqiq edilmiş videogörüntülərdə Yaşar Əliyevin tez-tez əlini belinə aparması müşahidə edilmiş, həmin vaxt yaxında olan Elnur və Təqsirləndirilən şəxs3ların onu çəkindirmə istiqmətində hərərkət etməsi müşahidə edilməmişdir. Məhkəmə tərkibi daxili inamı, formalaşmış məhkəmə praktikası və məntiqi əsas götürüb hesab edir ki, Ali Məhkəmə və Konstitutsiya Məhkəməsinin müvafiq qərarlarında formalaşdırdığını hüquqi mövqeyə əsasən təqsirləndirilən şəxslərin əməlinin 2 və daha artıq şəxs tərəfindən qəsdən saölamlığa xəsarət yetirmə və silah qismində istifadə edilən əşyalarla törədilən qərəzli xuliqanlıq hərəkətləri kimi qiymətləndirilməsi üçün heç də təqsirləndirilən şəxslərin hər birində kəsici-deşici alət olması tələb edilmir, onların biryerdə hərəkət etdikləri şəxsdə silah (odulu soyuq) yaxud silah qismində istifadə edilən əşya(lar)ın) olmasını bilməsi və çəkindirici hərəkət etməyib tətbiqinə razılıq verməsi (birbaşa yaxud dolayı qəsdlə) kifayətdir. Təqsirləndirilən şəxslərin hər üçü məhkəmə baxışında hadisə vaxtı (istər kafenin içərisində olan istərsə də sonradan çöldə baş vermiş xuliqanlıq hərəkətləri zamanı) özlərini qarşı tərəfin qanunazidd əməllərindən müdafiə etdiklərini, zərərşəkmiş şəxslərə bədən xəsarətlərini onların vurduqları zərbələrə qarşılıq olaraq özünümüdafiə məqsədilə yetirdiklərini bildirmişlər. Lakin məhkəmə nəzərə çatdırır ki, təqsirləndirilən şəxslərin kafenin içindəki münaqişədən sonra çöldə də xuliqanlıq hərəkətlərini davam etdirmiş, hadisələr bitəndən sonra onlar məhz hadisə yerindən çıxıb getmək üçün kifayət qədər vaxt və imkana malik olsalar da hadisə yerində qalaraq zərərçəkmiş şəxlərin və şahidlərin gəlməsini gözləmişlər. Zərərçəkmiş şəxslərin əlində müxtəlif silah qismində istifadə edilən əşyalar (təqsirləndirilən şəxs xüsusilə Yaşar Əliyevin ifadəsinə əsasən armatur hissələri və müxtəlif dəmir parçaları eləcə də bıçaqlar olması ilə bağlı) məhkəmə qeyd edir ki, hazırki iş üzrə Fuad və Təqsirləndirilən şəxs2ların bədən səthində bərk küt əşyalar nəticəsində yetirilməyə xarakterik xəsarətlər olmuş, Yaşar Əliyevin bədən səthindəki xəsarət (çapığın) isə yaranma mexanizmi barədə dəqiq fikir söylənilməsi mümkün olmamışdır. Məhkəmənin qənaətinə görə hadisə vaxtı Yaşar Əliyevin bıçaq xəsarətləri alması istisna edilməsə də məhz öz hərəkətləri (istintaqdan uzun müddət qaçıb yayınması) onun hadisə vaxtı aldığı bədən xəsarətinin yaranma mexanizmi və ağırlıq dərəcəsi barədə dəqiq rəy verilməsinə imkan verməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrinə, maddələrinə uyğundur, onların əməllərində həmin cinayətlərin tərkib əlamətləri var, və həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 22.2-ci maddəsinə anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 ruhi xəstə olub, “paranoid şizofreniya” xroniki psixi xəstəlikdən əziyyət çəkməsini, cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyini, cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmadığı yəni, anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs olsa da əlamətlər qabarıq şəkildə ifadə olunmadığından hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasına görə şəxsin cinayət məsuliyyətindən azad edilib barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə əsas vermədiyi qənətinə gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-cü maddələrinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini hər birinə münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı ödəmələrini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən yüngüllşədrici hallar kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslərdə Təqsirləndirilən şəxs1 İİ qrup əlil olmasını, Təqsirləndirilən şəxs2 isə psixi xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxslərin hər birinə münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs.......icraçı sayılır. Azərbaycan Respublikası CM-nin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edilən cinayət əməlinin törədilməsində təşəbbüskarın Təqsirləndirilən şəxs1 olmasını, münaqişənin məhz onun Elşad İsayevə yumruq zərbəsi vurandan sonra başlamasını, zərəçəkmiş şəxslərə kəsici-deşici bədən xəsarətlərin məhz onun tərəfindən yetirilməsi və sonrakı dövrdə davranışı (uzun müddət istintaqdan qaçıb gizlənməsi) nəzərə alıb ona digər təqsirləndirilən şəxslərə münasibətdə nisbətən yuxarı həddə cəza təyin edilməsini məqsədəmüvafiq, cinayət qanununun ədalət və humnanizm prinsiplərinə uyğun hesab edir. Cinayət işi üzrə xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar əsasən hazırki iş üzrə zərərçəkmiş şəxslər barəsində cinayət işinin başlanması rədd edilsə də, məhkəmə bununla razılaşmayaraq, təqsirləndirilən şəxslərin məhkəmə baxışında da göstərdiyi kimi hər üçünün bədən səthində olan kəsici xəsarətlər və iş materiallarına əlavə edilmiş hadisənin videogörünütülərinə əsasən hesab edir ki, qeyd edilən halda qarşılıqlı xuliqanlıq hərərkətlərinin törədilməsi istisna edilmədiyindən və həmin hissədə hadisənin videogörüntülərinin müvafiq araşdırma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsini məqsədmüvafiq hesab edir. Məhkəmə tərkibi həmçinin təqsirləndirilən şəxslərin barəsində olan yüngülləşdirici halları və ağırlaşdırcı halların olmamasını nəzərə alıb (zərərçəkmiş şəxslərlə barışıq əldə edib onlara dəymiş ziyanı ödəmə və digər yüngülləşdirici halları) nəzərə alaraq təqsirləndirilən şəxslərə təqsiri sübuta yetirilmiş maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın cəza təyi etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmağı mümkün hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş.....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizanın dəyəri olan 31,50 (otuz bir manat qırx qəpik) məbləğində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Nizami oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Nizami oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Nizami oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-ci maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 2(iki) il 6 (altı) ay müddətinə azadlıqdan məheyumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalaı qismən toplamaq qolu ilə Təqsirləndirilən şəxs1 Nizami oğlunun üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəl tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-ci maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 7 (yeddi il) azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 4 (dörd) ay müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 8 (ay ) müddətinə azadlıqdan məhrumretmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və O məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu, həbsdə və psixatriya xəstəxanasında saxlanıldığı müddət, ümumilikdə 5 (beş) ay müddət təyin edilmiş çıxılmaqla üzərində qəti olaraq 6 (altı )il 1 (bir ) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və O məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis idarəsində saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd mayka məhv edilsin, zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək, 1 ədəd mayka sahibi Zərərçəkmiş şəxs3 qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, hadisənin və hadisə yerinin görüntülərini əks etdirən 2 ədəd DVD və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Elnur oğlundan müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Elnur oğluna verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar