Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-98/2025 14.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, X2 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Elpərəst Hüseynov küçəsi ev 36-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına gör siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısında göstərilən narkotik vasitələr olan qurudulmuş marixuana və heroini satış məqsədilə naməlum çəkidə əldə edib üzərində və yaşadığı evdə saxlamış, xx.xx.2023-cü ildə maddi maraq qarşılığı - qanunsuz qazanc əldə etmək məqsədilə tanışı Şahid1 Şəmkir rayonu Morul adlanan ərazidə yerləşən ağacın altına kibrit qutusuna yerləşdirməklə 5 (beş) manat qarşılığında satmış, həmin gün daxil olmuş əməliyyat axtarış məlumatı əsasında Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Şahid1 Şəmkir şəhəri ərazisində saxlanılaraq Şəmkir RPŞ-də üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs satın aldığı 1 manatlıq əskinasa bükülü təmiz çəkisi 0,332 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, sonuncu həmin narkotik vasitəni “əxi” ləqəbli Təqsirləndirilən şəxs aldığını bildirdikdən sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ cibindən təmiz çəkisi 4, 039 qram olan küllli miqdar hesab edilən heroin və ayrı-ayrılıqda 2 (iki) bükümdə təmiz çəkiləri 1,95 qram və 0,305 qram olmaqla ümumi təmiz çəkisi, 2,26 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş axtarış zamaı isə evin yataq otağındakı divanın altından Şahid1 satdığı narkotik vasitə heroinlə eyni tərkibə malik 1 ədəd ağ rəngli polietilen torbada 2 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış gümüşü rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2100 və 3100 qram olmaqla ümumi təmiz çəkisi 5110 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu göstərdi ki, özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilir. Belə ki, saxlanılarkən üzərindən aşkar edilmiş və Turab Həsənoiva verdiyi narkotik vasitə özünə məxsus olsa da evindən aşkar edilmiş külli miqdar çəkidə kilolarla olan narkotik vasitə olan heroin ona məxsus olmamış, polis əməkdaşları onu saxlayıb Şəmkir Rayon Polis Şöbəsinə aparıldıqdan sonra elə polislərin özü tərəfindən qanunsuz olaraq yaşadığı evə qoyulmuş, ailə üzvləri ata-anası evdən kənarlaşdırılmış sonradan da ailə üzvlərinin incidilməməsi üçün həmin narkotik vasitənin guya özünə məxsus olmasını videoçəkilişlə keçirilmiş axtarış zamanı etiraf etmişdir. Turaba narotik vasitəni satmamış sadəcə münasibəti olduğu üçün pay kimi vermişdir. Özü narkotik vasitə istifadəçisidir. Heroini inyeksiya vasitəsi ilə qəbul edir. Marixuanadan da istifadə edir. Çəkilişdə qolları üzərindəki olan yaralar metamfetamin istifadəsi nəticəsində yaranmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib saxlasa da narkotik vasiətlərin satışına heç bir aidiyyəti yoxdur. Himayəsində 2 azyaşlı övladı var. Ailəsində özündən başqa evin dolanışını təmin edəcək şəxs yoxdur. Özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ona görə də, məhkəmədən ədalətli qərar qəbul edilməsini və ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq edilməsə də, ona məxsus olmayan “evinə qoyulmuş” narkotik vasitənin özünəməxsusluğunu deməsə polis əməkdaşları valideynlərini də cinayət məsuliyyətinə cəlb ediləcəyini demiş, hətta aparılmış axtarışdan əvvəl evə quraşdırılmış videomüşahidə kameralarını və yaddaş qurğusunu söküb aparmışlar. Buna görə də, dediklərinə öz danışığından başqa hər hansı sübutu yoxdur. Məhkəmədən bütün halların nəzərə alınıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaqın ilkin mərhələsində şəxsi axtarış və evdə axtarış keçirilərkən eləcə də, ibtidai istintaqda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlar üzrə tam təqsirli bilərək göstərmişdir ki,.....təxminən 2 il olar narkotik vasiətədən əsasən də “nəşə” kimi tanıdığı marixuana və “kakos” kimi tanıdığı heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri isə “instagram” sosial şəbəkəsində İran vətəndaşı kimi tanıdığı Adil adlı şəxsdən əldə etmişdir. Onun verdiyi bank kartına pulu göndərdikdən sonra narkotik vasitələri Bakı şəhərində qoyulmuş yerdən götürmüşdür. Əksər hissəsini özü istifadə etmiş az qismində isə satıb dolanışığını təmin etmişdir. Şəmkir rayon sakini Şahid1 narkotik vasitə istifadəçisi kimi tanımış, Şahid1 ondan bir neçə dəfə narkotk vasitə istəmişdir. Əvvəlcə o, Turaba narkotik vasitə vermək istəməsə də, sonradan yazığı gəldiyi üçün vermişdir..... Lakin sonradan Turabı saxlayan polis əməkdaşları onu da saxlayıb Şəmkir rayon Polis Şöbəsinə aparmış, həmin vaxt üzərində öz şəxsi istifadəsi üçün olan marixuana və heroin olmuşdur......Şəxsi axtarış zamanı evində də narkotik vasitə olan heroin olduğunu demiş, polis əməkdaşlarının iştirakı ilə keçirilmiş axtarışda isə özü heroin bükümləri çıxarıb təqdim etmişdir..... əməlindən peşmandır. İstintaqın sonrakı mərhələsində isə, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitənin heroinin özünə məxsus olmadığını, polis əməkdaşları tərəfindən qanunsuz olaraq yaşadığı evə qoyulmasını bildirərək tərtib edilən prosessual sənədləri imza etməkdən imtina etmiş, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ CAB-ın rəisi Şahid2 göstərdi ki, Şəmkir RPŞ-yə əvvəlcə Şahid1 qanunsuz narkotik vasitə əldə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, onu saxladıqdan sonra aparılmış şəxsi axtarış zamanı sonuncu narkotik vasitəni “Əxi” ləqəbi ilə tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkilləri ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, onu saxlayıb Şəmkir RPŞ-yə gətirmişlər. Şəxsi axtarış zamanı Mikayıl özü üzərində olan heroini və marixuananı təqdim etmiş, sonradan isə yaşadığı evdə keçirilmiş axtarış zamanı özü tərəfindən “İranlı” vətəndaşdan aldığını bildirdiyi 2 ədəd böyük bağlamada narkotik vasitə olan heroini təqdim etmişdir. Məhkəmədə suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs İrandan narkotik vasitə gətirib satışını həyata keçirtməsi barədə olmuş, lakin şəxs kifayət qədər “təcrübəli” olduğu özü “ən zəruri təbbi ehtiyacları” üçün belə evdən çölə çıxmayıb evdə primitiv üsulla qarşıladığından onun əvvəllər saxlanılıb cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmamışdır. Narkotik vasitə satdığı şəxslər daima Təqsirləndirilən şəxs uzun müddət qorumuş, əməliyyat müvəkkillərinə məxsus mülki avtonəqliyyat vasitələri də rayon ərazisində tanındığı üçün onların şəhər ərazisində hərəkətini görən narkomanlar Mikayıla məlumat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər əməliyyat müvəkkili X5 da Şahid2lə eyniməzmunlu ifadə verərək uzun müddət əməliyyat nəzarətində olsa da, Təqsirləndirilən şəxs barəsində real fakt olmadığı üçün uzun müddət sonuncunu ifşa edə bilmədiklərini, şəxsə qarşı saxlanılarkən, polis şöbəsində olduğu müddətdə hansısa təsir və təzyiq olmadığını bütün hərərkətlərin videoçəkilişlə həyata keçirildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin əməkdaşları və Şahid5 və Şahid4 eyniməzmunlu ifadə verib Şahid1 və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı iştirak etdiklərini və şəxslərə qarşı digər polis əməkdaşları və kənar şəxslər tərəfindən hansısı təzyiq və təsir edilməsini görmədiklərini demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, özünəməxsus “Mercedes” markalı **-DX-*** qeydiyyat nömrəli nişanlı avtomobillə Şəmkir-Bakı arasında taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddət əvvəl tanımışdır. Həmin dövrdə marixuana istifadə etmiş və bir dəfə dəqiq xatırlamadığı tarixdə Mikayıldan 10 manata bir büküm narkotik vasitə olan marixuana almışdır. Həmçinin bir dəfə dəqiq xatırlamadığı tarixdə Mikayıl tutulmamışdan əvvəl Bakı şəhərindən xatırlamdığı şəxsdən və yerdən 1 (bir) ədəd bağlama götürüb Təqsirləndirilən şəxs vermiş, lakin həmin bağlamanın içərisində nə olmasını bilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raport və həmin tarixli “əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki ,ünvan 4 ünvanda yaşayan əvvəllər məhklum olunmuş Şahid1 narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və qərardan görünür ki, Şahid1 narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə Şəmkir RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid1 xx.xx.2023-cü ildə saat 13:15-də Şəmkir şəhəri, S.Vurğun küçəsində saxlanılaraq 13:30-da Şəmkir RPŞ-yə gətirilmiş Şahid1 saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “şəxsi axtarış aparılması haqqında” protokol və əlavəsi olan DVD disk və həmin tarixli izahatdan görünür ki, videoçəkiliş vasitəsilə müdafiəçisinin iştirakı ilə Şahid1 üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncu tərəfindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə təqdim edilmiş, həmin kütləni “Əxi” ləqəbli şəxsdən aldığını göstərmişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında protokol və raportdan görünür ki, “Əxi” ləqəbli şəxsin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və O, xx.xx.2023-cü ildə saat 16:45-də yaşadığı evin yaxınlığında saxlanaraq saat 17:00-da Şəmkir RPŞ-yə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs saat 17:45-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindəki siqaret qutusundan bükümləri təqdim etmiş, həmin bükümlərin 2-sində narkotik vasitə olan marixuana, 1-də isə heroinə bənzər kütlələr olmasını müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı həmin narkotik vasitəni İran vətəndaşından şəxsi istifadəsi və satmaq üçün aldığını bildirmişdir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi və həyətyanı sahədə təxirəsalınmaz qaydada baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, həyata keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının altından 2 ədəd iri gümüşü bağlamada narkotik vasitə olan heroinəbənzər kütlələr aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2023-cü il tarixli 16/443 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “ Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd 1 manatlıq pul əskinası bükümündəki “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,332 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketin içərisindəki 1 ədəd “Rothmans” markalı siqaret qutusundakı: -2 ədəd “gümüşü” rəngli falqa bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,95 və 0,31 qram, ümumi təmiz çəkisi 2,26 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -1 ədəd gümüşü rəngli falqa bükümündə 4,039 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 ədəd rulon şəklində burulmuş içəris boş 1 manatlıq pul əskinası üzərində heroin izləri var, heroin iz şəklində olduğu üçün quru maddənin miqdarını hesablamaq mümükü olmadı. -tədiqqata təqdim edilən üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr..” sözləri və imzaları olan ağa rəngli polietilen torbada 2 ədəd üzəri yapışqan lentlə sarınmış, gümüşü rəngli falqa bükümlərindəki qara rəngli polietilen torbada ayrı- ayrılıqda təmiz çəkiləri 2100 qram, 3010 qram olmaqla ümumi çəkisi 5110 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -tədqiqata təqdim edilən 2 iki ədəd kağız və 1 ədəd ağ rəngli polietilen torbadakı heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. -tədqiqata təqdim edilən 1 ədəd kağız paketdəki marixuanalar kimyəvi tərkibinə görə eynidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(076)-98/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli 1211 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir RİHB Şəmkir şəhər inzbati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 1052 №li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, E.Hüseynov küçəsi 36-da qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış AA4360013 saylı və AA4360012 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-cii l təvəllüdlü Gülər Zamanova və xx.xx.2011-ci il təvəllüdlü Ömər Zamanov adlı övladları var. İş materiallarında olan və məhkəmədə araşdırılmış DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əvvəllər Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunsa da həmin məhkumluqları ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Respublika 1 saylı Psixatriya xəstəxanası tərəfindən verilmiş“səhhətin müayinə edilməsi haqqında” 70/2012 saylı aktdan görünür ki, “affektiv tipli şəxsiyyət pozuntusu özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Təqsirləndirilən şəxs istifadəsində olan “mobil nömrələrlə olan məlumatlara baxış keçirilməsi haqqında” protokol və əlavi olan CD diskdən görünür ki, şəxsin istifadəsinə olan mobil npmrə ilə müxtəlif mobil nömrələr arasında xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixdək olan yazışmalarda narkotik vasitənin alqı-satqısı dair: yəni şəxsin istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı nömrəyə “lirika isdiysemi”, ***-***-**-** saylı mobil nömrəyə “9 dan gözdürem sat 2 di savaxa kimi zeng eleyerüm agrıdayam cavab ver hele deysen pulu qaytarmıyajam telfonu ac”, ***-***-**-** saylı mobil nömrəyə “Menim 20 manatım var suse isdiyirmbaqa nolar”, ***-***-**-** saylı mobil nömrədən isə ***-***-**-** saylı mobil nomrəyə “elman mən səni birbelə gözlədim cvb vermədin susdum məni kanalımnan eledin susdum da susa bilmirem mənim 225 azn pulumu catdır ha” məzmunlu yazışmalar olduğunu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış, şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-72/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-1311001-14511/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə aldığı “Adil” adlı İran vətəndaşının şəxsiyyətini mümkün etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 və Şahid6 adlı şəxslərə narkotik vasitə satması müəyyən edilmiş, hər iki şəxs dindirilməsi üçün istintaqa təqdim edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0, 312 qram heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4, 019 qram olan heroin, qalıq çəkisi 2,22 qram olan marixuana, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evdən aşakr edilib götürülmüş və qalıq çəkisi ümumilikdə 5109,6 qram olan heroin saxlanılması üçün Şəmkir RPŞ-nin məsul saxlancına təhvil verilmiş, Şəxsi axtarış və dindirmə, evdə axtarış istintaq hərəkətlərinin olduğu 4 ədəd DVD, eləcə də mobil telefon nömrələrinə dair danışıqları və digər məlumatları özündə əks etdirən 3 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarında əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət işinin ayrılması və icraat götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, narkotik vasitənin mənbəsi ilə bağlı cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtdai istintaqın son mərhələsi və məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmaması, özü saxlanıb polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən qanunsuz olaraq ailə üzvləri çıxarıldıqdan, müşahidə kameraları və yaddaş qurğusu söküldükdən sonra yataq otağına qoyulması və sonradan da polis əməkdaşlarının ailə üzvlərini əsassız cinayət məsuliyyətinə cəlb etməməsi və inicidilməmələri üçün evdə olan narkotik vasitənin guya özünə məxsus olmasını bildirməsinə dair ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, şahid ifadələri “şəxsi axtarış və götürmə haqqında” eləcə də evdə axtarış keçirilməsi haqqında protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərlə istifadəsində olan mobil nömrə ilə aparılmış sms yazışmalarla, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmənin həmin qənaətə gəlməsinə əsaslardan biri şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitələrlə evindən aşkar edilmiş heroinin kimyəvi tərkibinə görə eyni olmasıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında üzərindən aşkar edilmiş narkotik vasitənin sonradan polis əməkdaşları tərəfindən dəyişdirilərək ekspertizaya təqdim edilməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunverciliyə əsasən sübut hesab edilən predmetlərin aşkar edildikdən, ətraflı təsvir edildikdən sonra qablaşdırılır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında videogörüntüdən də göründüyü kimi narkotik vasitələr qoyulmuş paket zərflər həmin istintaq hərərkətində iştirak edən şəxslər tərəfindən imzalanmış və möhürləndikdən sonra ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizanın tədqiqat hissəsində bütün ekspertiza rəylərinə “maddi sübutların göndərilmə şəkli” adı ilə ayrıca qeyd edilən qrafadan görünür ki, maddi sübutların təqdim edildiyi zərflərin (bağlamaların) tamlığının pozulması yəni iddia edildiyi kimi sonradan içərisindəki narkotik vasitənin dəyişdirilməsi halı qeyd edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, iş üzrə şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək dindirilmiş hər iki Şahid1 və Şahid6 narkotik vasitə olan marixuana və heroini təqsirləndirilən şəxsdən məhz pul qarşılığında satın aldıqlarını göstərmişlər. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir neçə bükümdə olan narkotik vasitə olan heroin və marixuanının özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirsə də, saxlanıldığı gün onun tək müştərisi Şahid1 olmamış, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı üçün satış niyyətini tam həyata keçirə bilməmişdir. Ümumiyyətlə şəxs ibtidai istintaqın ilkin mərhələsində həm narkotik vasitələri özü istifadə etdiyini. Həm də, dolanışıq üçün az miqdar satdığını etiraf etmişdir ki, məhkəmənin qənaətinə görə onun həmin ifadəsi daha səmimi olmaqla işin faktiki hallarına uyğundur. Bundan başqa təqsirləndirilən şəxsin məhkəmə baxışında evindən aşkar edilmiş narkotk vasitə olan heroinin ona məxsus olmamasına dair göstərdiyi digər əsas yaşadığı evə quraşdırılmış müşahidə kameraları və yaddaş qurğularının polis əməkdaşları tərəfindən qanunsuz olaraq sökülüb aparılması ilə bağlı olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, son 6 ay müddətində (məhkəmənin mülahizəsinə görə narkotik vasitə satdığı taksi sürücüsü məhkəmədə dindirildikdən sonra) təqsirləndirilən şəxs eyni məzmunlu - yəni evindən aşkar edilən narkotik vasitənin ona məxsus olmaması atasının həbs edilməməsi üçün göstərilmiş psixloloji təzyiq nəticəsində etmədiyi əməli etiraf etməsini bildirsə də, bir dəfə olsun kamera ilə bağlı hər hansı fikir bildirməmiş, bunu ancaq son məhkəmə baxışında irəli sürmüşdür. Məhkəmə nəzərə çatdırır ki, şəxsin iddia etdiyi hal (qanunsuzluqlarını gizlətmək üçün polis əməkdaşlarının yaşadığı evdə olan kameraları və yaddaş qurğusunu məhv etməsi) baş versəydi onun özü və ifadəsində və müraciətlərində də göstərdiyi kimi qorumağa çalışdığını atası bununla bağlı təhqiqat orqanın rəhbərliyi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və yuxarı prokurora, həm də məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxt və imkana malik olsa da bununla bağlı hər hansı müraciət olmaması həmin dəlilin də əsassız olmasına dair nətcəyə gətirib çıxarır. Məhkəmə istintaqı zamanı diqqət çəkən digər hal isə təqsirləndirilən şəxsin keçirtdiyi qapalı həyat şəraiti, şahid qismində dindirilmiş əməliyyat müvəkkillərinin də göstərdiyi kimi uzun müddət əməliyyat müşahidəsində olsa da üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması və gəzdirməsi ilə bağlıdır. Yəni, polis tərəfindən daimi müşahidə olduğunu bilən şəxsin bütün “təhlükəyə” baxmayaraq yenə də, narkotik vasitə əldə etmə saxlama və satış meyilləri şəxsiyyəti və törətdiyi əməlin ictimai təhlükəliliyini artıran hallardır. Qeyd edilməlidir ki, evindən aşkar edilmiş narkotik vasitənin şəxsə məxsusluğu təsdiq edilməsəydi belə şəxsin üzərindən 2 növ (heroin və marixuanın) aşkar edilməsi, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olmasının özünün də etiraf etməsi, ona verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını əsas verəcəkdi. Cinayət törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanunun İ siyahısında narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirləndirilən şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işinin məhkəmədə tədqiq edilmiş faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış aşkar edilmiş narkotik vasitələrin növlərinin - heroin və marixuananın külli miqdarda, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilərək dövriyyədən çıxarılmış marixuanının əvvəlcədən 5 ədəd ayrılmış və xüsusi olaraq qablaşdırılmış (250-550 qram) formada bükülülərdə olmasını, təqsirləndirilən şəxsin narkotik vasitəni göndərməsi ehtimal olunan şəxslə arasındakı danışıqlar və tədqiq edilmiş cinayət işinin digər materiallarını nəzərə alaraq təqsirləndirilən şəxsin narkotik vasitələri sırf satış məqsədi ilə əldə edib, daşıması qənaətinə gəlir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə, beş ildən on iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hər bir halda şəxsə qanunçuluq prinsipinə əsasən cinayət törədildiyi vaxt qüvvədə olan maddənin dispozsisiyasına uyğun sanksiya həddində cəza təyin etməsinə baxmayaraq aşkar edilmiş narkotik vasitənin çəkisinin (kifayət qədər ciddi çəki 5 kiloqramdan artıq və qara bazarda realizə ediləcəyi təqdirdə külli miqdar dəyərə malik olmasını) şəxsə təyin edilən cəzanın miqdarına təsirinin olacağını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və xəstəlikdən əziyyət çəkməsini isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri (ağır cinayətlərə aid olması, transmilli xarakter daşıması, təqsirəndirilən şəxsin cinayət hadisəsinə qədərki (narkotik vasitələrin əldə edilməsində marağını) və törədildiyi andakı davranışı ( bir dəfə narkotik vasitə satdığı taksi sürücüsü vasitəsilə qedy edilən narkotik vasitə bağlamalarının Bakı Şəhərindən Şəmkir rayonuna yaşadığı evə gətirilməsi ), ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitənin növü, hazırda qüvvədə olan qanunverciliyi əsasən 800 qramdan artıq çəkidə yəni xüsusilə külli miqdarda, ayrı-ayrı bağlamalarda satışa hazır formada olması, realizə ediləcəyi təqdirdə qeyri-müəyyən geniş kütləyə ünvanlanması, narkotik vasitələrin region üzrə dövriyyəsində əhəmiyyətli hal daşıması) nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın sanksiyası həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür və yuxarıda göstərilənlər təqsirləndirilən şəxsə maddənin sanksiyanın aşağı, yaxud ona yaxın həddə cəza təyinini istisna edir. Azəbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 15 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlancına təhvil verilmiş, Həsən Turabovun üzərindən aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0, 312 qram heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,019 qram olan heroin, qalıq çəkisi 2,22 qram olan marixuana, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş və qalıq çəkisi ümumilikdə 5109,6 qram olan heroin məhv edilməli, şəxsi axtarış və dindirmə, evdə axtarış istintaq hərəkətlərinin olduğu 4 ədəd DVD, eləcə də mobil telefon nömrələrinə dair danışıqları və digər məlumatları özündə əks etdirən 3 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 9 (doqquz il) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlancına təhvil verilmiş, Həsən Turabovun üzərindən aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,312 qram heroin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,019 qram olan heroin, qalıq çəkisi 2,22 qram olan marixuana, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş və qalıq çəkisi ümumilikdə 5109,6 qram olan heroin məhv edilməli, şəxsi axtarış və dindirmə, evdə axtarış istintaq hərəkətlərinin olduğu 4 ədəd DVD, eləcə də mobil telefon nömrələrinə dair danışıqları və digər məlumatları özündə əks etdirən 3 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-98/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-98/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver