Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-99/2021 30.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 12,614 qram narkotik vasitə heroini və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən təmiz çəkisi 1,635 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 05:00-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Bərdə Rayon Polis Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda çəkiləri 7,024 qram və 5,590 qram olan ümumilikdə külli miqdarda 12,614 qram çəkidə narkotik vasitə heroin 02 ədəd bükümdə və 1,635 qram çəkidə psixotrop maddə metamfetamin 01 ədəd bükümdə olmaqla əynindəki idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, 27 avqust 2020-ci il tarixdə o, yatdığı zaman, gecə saat 05 radələrində anasının qışqırığını eşitmiş, həmin an yataq otağının qapısı zərbə ilə açılmış və 7-8 nəfər zirehli geyimli, üzü maskalı, avtomat silahları olan şəxslər onların otağına daxil olmuşlar. Onların dəbilqələrində projektor olmuş, silahlarını ona və həyat yoldaşına tuşlamışlar. Onların hər ikisi nə baş verdiyini anlamadan, donub qalmışlar. Onlardan biri uca səslə ondan çarpayıdan yerə düşməsini tələb etmişdir. Həmin vaxt evdəkilər qışqırıb ağlamağa başlamışlar. O, evə daxil olanların geyimlərindən polis olduqlarını anlamış, çarpayıdan enib, dizləri üstə yerdə dayanıb, əllərini yuxarı qaldırmış və onun əllərini qandallamışlar. Həmin vaxt onun əynində yalnız alt tumanı olmuş, polislər yataq otağından çıxarkən onun paltar geyinməsinə icazə verməmişlər. O, sonradan paltarlarını maşında geyinmişdir. Onu Bərdə şöbəsinə aparmışlar, orada otaqların birində cibinə narkotik vasitə qoyulmuş, onu anası və ailəsilə hədələyərək, “əgər boynuna almasan onların üstündən də çıxacaq”, onlarda həbs olunacaq deyə bildirmişlər. Məndə ailəm əziyyət çəkmisən deyə məcbur qalıb həmin narkotik vasitəsinin ona məxsus olmasını bildirmişdir. O, bir neçə dəfə narkotik vasitədən istifadə edib. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “o, əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. Təxminən 10-15 gün bundan öncə yaşadığı ünvanın yaxınlığında gəzərkən ağacın altında sellefon paketin olmasını və içərisində bağlama formasında hansısa əşyaların olmasını görmüşdür. Həmin an qeyd olunan paketin içərisində hansı əşyaların olması barədə onda maraq yaranmışdır. O, paketi götürüb içərisinə baxmış və içində 03 ədəd bükümün olmasını, bükümlərin ikisinin içərisində narkotik vasitə heroin, digər bükümün içərisində isə psixotrop maddə metamfetaminin olmasını görmüşdür. Həmin sellofanı götürüb cibinə qoymuşdur. Bundan sonra isə yaşadıqları ünvana getmişdir. O, həmin narkotik vasitə və psixotrop maddəni cibində istifadə etmək məqsədi ilə saxlamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin rəis müavini vəzifəsində işləyir və polis polkovnik leytenantı xüsusi rütbəsini daşıyır. 26 avqust 2020-ci il tarixdə Baş İdarəyə Bərdə şəhəri, Nüşabə küçəsi, ev 3, mənzil 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun digər üzvü əməliyyat müvəkkili polis kapitanı Şahid2 oğlunu təlimatlandırarkən Baş İdarəyə Bərdə şəhəri, Nüşabə küçəsi, ev 3, mənzil 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmasını, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra gecə vaxtı Bərdə şəhəri, Nüşabə küçəsi, ev 3 ünvanın qarşısına gəlib müşahidə aparmışlar. 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi, ev 3 ünvanının qarşısında müşahidə aparan zaman xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Qeyd olunan ünvanın qarşısında həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümü və 01 ədəd kağız bükümü, həmçinin şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin, 01 ədəd kağız bükümün içərisində isə psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin 02 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər, 01 ədəd kağız bükümdə isə kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddələri yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində əlavə dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellefon bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 dəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə götürülərək qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və onlar bir evdə yaşayırlar. 27 avqust 2020-ci il tarixində səhərə yaxın saat 5-ə işləmiş yataqda yatdıqları zaman evdən səs gəldiyini eşitmiş və anidən başının üstündə əlində avtomatlı, üzü maskalı adamlar dayandığını görmüşdür. O, əvvəl onların kim olduqlarını bilməmiş, biz az gözləmiş və sonra ondan “oğlun hanı” deyə soruşduqda polis əməkdaşları olduqlarını bilmişdir. O, əvvəl qorxmuş və oğlunun evdə olmadığını demişdir. Sonra evi axtarmağa başlamış, onlara isə evin işiğını yandırmağa qoymamışlar. Belə ki, onların üzərlərində xüsusi geyim forması olmuş, başlarında isə işiqları olmuşdur. Onlar qorxudan qışqıran zaman avtomatı başlarına dirəyib hədələyərək qışqırsalar onları da aparacaqlarını bildirmişlər. Hətta onu itələyərək, xəsarət almasına səbəb olmuşlar. Xəqanini azyaşlı uşaqlarının gözü qarşısında yerə yıxaraq əllərini qandallamış, paltarlarını belə geyməyə imkan verməmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10, X12 və X1 İradə Zabil qızının ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 avqust 2020ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 05:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki idman şalvarının sol yan cibindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə” 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 3, mənzil 9-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli 6/1688 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş.” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,635 qram ağ rəngli krsitallardan ibarət madddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 7,024 qram və 5,590 qram, ümumi təmiz çəkisi 12,614 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 02 noyabr 2020-ci il tarixli, 3061 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilər götürülmüş 12,614 qram narkotik vasitə olan heroin və 1,635 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 12,514 qram çəkidə narkotik vasitə olan heroin və 1,585 qram çəkidə psixotrop maddə olan metamfetamim saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 noyabr 2020ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 12,614 qram narkotik vasitə olan heroin və 1,635 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 12,514 qram çəkidə narkotik vasitə heroin və 1,585 qram çəkidə psixotrop maddə metamfetaminin DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasının 11 sentyabr 2020-ci tarixli, 1/1166 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin 21 sentyabr 2020-ci tarixli, 6333 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli 3760 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında ailə üzvləri, arvadı X5, qızı X6 və oğlu X10 ilə birlikdə yaşayır və narkomaniyaya meyillidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli olan şəxsin tutulması haqqında” 27 avqust 2020-ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 09 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması, əgər narkotik vasitəni boynuna almasa ailəsinin də həbs olunacağı, ailə üzvlərinin daha da əziyyət çəkməməsi üçün məcbur qalıb həmin narkotik vasitənin ona məxsus olmasını bildirməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və özünün ibidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirilməsi zamanı aparılmış videoçəkiliş və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından məhkəmə həmin ifadəni yalan ifadə kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ailə üzvləri və yaxın qohumları olduqlarından şahidlər X9, X10, X12 və X7 verdikləri ifadələrini təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirib işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla daşıması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 12,614 qram çəkidə narkotik maddə olan heroini və 1,635 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik vasitə və psixotrop maddənin növü və aşkar edilmiş heroinin çəkisinin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin və psixotrop maddənin növü və çəkisi onun satış məqsədi ilə əldə edilib üzərində saxlanılmaqla daşınması qənaətinə gəlinməyə əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satmaları barədə də heç bir sübut müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin nə vaxt əldə edilməsi, onun narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olub-olmaması, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni hansı məqsədlə (satmış və ya şəxsi istifadəsi üçün) əldə edilməsinə dair verilmiş əməliyyat tapşırığına cavab məktubundan da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşımasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşıması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onların narkotik vasitə və psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşınması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə deyil, qanunsuz olaraq özü qəbul etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımasını təsdiq etdiyi halda, əsassız olaraq onun narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşıması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 12,614 qram olan heroini və 1,635 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq, təmiz çəkisi 12,614 qram olan heroini və 1,635 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə himayəsində bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzanısını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirən halları, həmçinin törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 avqust 2020-ci il tarixdən hesablanmaqla bu günə yəni, 30 sentyabr 2021-ci il tarixə 1 il 1 ay 3 gündür həbsdədir. Məhkəmə, Təqsirləndirilən şəxs həbsdə olduğu 1 il 1 ay 3 gün müddətlə islah olunduğu qənaətinə gələrək hesab edir ki, həmin müddətlə kifayətlənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 12,514 qram çəkidə narkotik vasitə heroin və 1,585 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, məhvetmə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 354 (üç yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 42 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 42 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 252 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun 27 avqust 2020-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək 1 (bir) il 1 (bir) ay 3 (üç) gün müddətində həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 12,514 qram çəkidə narkotik vasitə heroin və 1,585 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, məhvetmə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 354 (üç yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirdiyindən 252 (iki yüz əlli iki) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-99/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-99/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver