Məhkəmə qərarları › İş №1(100)-99/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-99/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-99/2023 31.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçilər X4 və X6, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 15 iyun 1964-cü Türkiyə Respublikasının Antakya şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, evli, sürücü işləmiş, məhkumluğu olmayan, Türkiyə Respublikası, Hatay şəhəri, Dəfnə kəndi, Döver küçəsi, ev 164 ünvanında qeydiyyatda olan və müvəqqəti olaraq ünvan 1 ünvanında yerləşən “Nur Əsma” oteldə qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xeyli miqdarda müxtəlif metal tərkibli malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə ümumilikdə 15 ədəd polietilen bağlamada qablaşdırılmış xeyli miqdarda – 176990 manat dəyərində müxtəlif metal tərkibli malları, yəni 1 ədədinin qiyməti 1000 manat olmaqla ümumi dəyəri 4000 manat, çəkisi 15,23 qram təşkil edən 4 ədəd qızıl sikkəni, 1 ədədinin qiyməti 200 manat olmaqla ümumi dəyəri 4000 manat təşkil edən 20 ədəd gümüş sikkəni, 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 540 manat təşkil edən, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 18 ədəd şamdan simvollu klonu, 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 22 ədəd xaç klonu, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 100 manat təşkil edən, mis, qurğuşun, sink əsaslı ərintilərdən hazırlanmış 5 ədəd cap şrift predmetini, 1 ədədinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 60 manat təşkil edən, mis, qurğuşun, sink, alüminium əsaslı ərintilərdən hazırlanmış 4 ədəd çoxbucaqlı cap predmetini, qiyməti 30 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd səkkizbucaqlı cap predmetini, 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 5600 manat təşkil edən, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 280 ədəd yastı dördbucaqlı cap predmetini, 1 ədədinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 162000 manat təşkil edən 10800 ədəd müxtəlif metallardan – mis, qurğuşun, qalay, sink əsaslı ərintilərdən hazırlanmış sikkələri Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Food City” adlanan bazara aparıb orada satmaq üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qeyd edilən bağlamalardan 05 ədədini idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasının ön alın hissəsində şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulmuş orta sandıqçanın içərisində, 2 ədədini sürücü oturacağının alt hissəsində, 4 ədədini qoşqusunun sağ yan tərəfindəki ərzaq saxlanılması üçün nəzərdə tutulmuş sandıqçanın içərisində, qalan 4 ədədini isə qoşqusunun sol yan tərəfindəki ehtiyat hissələrinin saxlanılması üçün nəzərdə tutulmuş sandıqçanın içərisində yerləşdirirək gizlətmiş, 26 may 2022-ci il tarixdə, saat 12:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə gömrük nəzarəti zamanı qeyd edilən 176990 manat dəyərində xeyli miqdarda mallar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin təxminən fevral ayından Türkiyə Respublikasında fəaliyyət göstərən və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “Hedef” firmasında yük nəqliyyat vasitəsi sürücüsü işləmişdir. Əsasən Avropa ölkələrinə göndərilən yükləri daşımışdır. Azərbaycan Respublikasına ikinci dəfədir gəlir. Əvvəllər bir dəfə Rusiya Federasiyasından Türkiyə Respublikasına gedərkən tranzit qaydada Azərbaycan Respublikasına səfər etmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində özünə məxsus köhnə evini təmir edərkən sökülmüş divarın içərisindən metal materialından olan xeyli sayda qədim sikkələr aşkar olunmuşdur. Sonra həmin əşyaları bazara aparıb satmaq istəmiş, lakin hamsına cəmi 800 dollar pul təklif etmişlər. Bu zaman qohumu Suriya Ərəb Respublikasının vətəndaşı Abu Abdo ilə rastlaşmış və söhbət əsasında həmin əşyaları satmaq üçün bazara apardığını, hamsına 800 dollar pul təklif etdiklərini demişdir. Abu Abdo əvvəllər Moskva şəhərində yerləşən “Food City” adlanan bazarda kafedə işlədiyi üçün bu bardə bilgisi olduğunu, ona həmin əşyaları Rusiya Federasiyasına yolu düşən zaman Moskva şəhərində yerləşən “Food City” adlanan bazara aparıb orada baha qiymətə təxminən, 3000 dollara sata biləcəyini məsləhət vermişdir. Bundan sonra həmin əşyaları qaytarıb evdə saxlamışdır. Bundan sonra həmin əşyaları 15 ədəd bağlamaların içərisinə yığmışdır. Qeyd edilən bağlamaların bir hissəsini idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda alın hissəsində olan sandığın içərisinə, bir qismini sürücü oturacağının alt hissəsinə, digər qisimlərini isə nəqliyyat vasitəsinin qoşqusunun sağ və sol tərəflərində olan ərzaq məhsullarının və ehtiyat hissələrinin saxlanılması üçün nəzərdə tutulmuş sandıqçaların içərisinə qoymuş və Adana şəhərinə getmiş və növbədə gözlədikdən sonra 20 may 2022ci il tarixdə Rusiya Federasiyasına aparacağı “meyvə şirəsi” yükü “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yüklənmişdir. Bundan sonra yükü təyinatı üzrə aparmaq üçün idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yola düşmüşdür. 24 may 2022-ci il tarixdə Gürcüstana daxil olmuş və Gürcüstanda idarə etdiyi nəqliyyat vasitəsinə səthi baxış keçirildiyi üçün mallar aşkar edilməmişdir. Bundan sonra Gürcüstanın ərazisini tərk edərək 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük postuna daxil olmuşdur. Gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamış və sənədlərini qeydiyyatdan keçirmək üçün gömrük xidməti əməkdaşına vermişdir. İdxal xəttində olduğu vaxt bir nəfər ona yaxınlaşaraq gömrük xidməti əməkdaşı olduğunu bildirmiş və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı bir predmet olub-olmadığını ondan soruşmuşdur. O, da qeyd edilən gömrük xidməti əməkdaşına idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet olmadığını demişdir. Bundan sonra həmin gömrük xidməti əməkdaşı bir neçə nəfərlə idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Əvvəlcə nəqliyyat vasitəsinin kabinasına baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin salonunun alın hissəsindəki sandığın içərisinə qoyduğu bağlama aşkar edilmişdir. Gömrük xidməti əməkdaşı həmin bağlamanı götürdükdə cingiltili səs gəlmiş və bundan sonra ondan bağlamada nə olduğunu soruşmuşdur. O, da həmin gömrük xidməti əməkdaşına bağlamada köhnə tədavüldə olmayan qəpik olduğunu demişdir. Həmin yerdən 5 (beş) ədəd bağlama aşkar edilmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı nəqliyyat vasitəsinin qoşqusunun yan tərəflərinə baxış keçirmiş və baxış zamanı yük avtomobilinin qoşqusunun sağ tərəfindəki yemək və ərzaq məhsullarının saxlanılması üçün nəzərdə tutulmuş sandıqçanın içərisindən 4 (dörd) ədəd və yük avtomobilinin qoşqusunun sol tərəfində avtoehtiyat hissələrinin saxlanılması üçün nəzərdə tutulmuş sandıçanın içərisindən 4 (dörd) ədəd bağlama aşkar etmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı nəqliyyat vasitəsini rentgen qurğusundan keçirilməsi üçün rentgen aparatının olduğu əraziyə sürməsini ona bildirmişdir. O, da gömrük xidməti əməkdaşının dediyi kimi etmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusundan keçdikdən sonra nəqliyyat vasitəsinin kabinasından-sürücü oturacağının alt hissəsindən 2 (iki) ədəd bağlama aşkar edilmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı aşkar olunan bağlamaları açıb içərisində olan qəpik və digər əşyaları saymağa başlamışdır. Aşkar edilmiş polietilen bağlamalar sayılmış və həmin bağlamaların ümumi sayının 15 ədəd olduğu məlum olmuşdur. Qeyd edilən ümumilikdə 15 (on beş) ədəd polietilen bağlamalara baxış zamanı isə 4 (dörd) ədəd üzərində müxtəlif simvol və heroqlif olan qızıla bənzər sikkələr, 20 (iyirmi) ədəd üzərində müxtəlif simvol və heroqlif olan gümüşə bənzər sikkələr, 18 (on səkkiz) ədəd üzərində şamdan simvolu olan klona bənzər predmetlər, 22 (iyirmi iki) ədəd xaç klona bənzər predmetlər, 5 (beş) ədəd üzərində simvol olan kub şəkilli predmetlər, 4 (dörd) ədəd üzərində simvol olan müxtəlif ölçülü çoxbucaqlı predmetlər, 1 (bir) ədəd səkkizbucaqlı üzərində simvol olan predmet, 280 (iki yüz səksən) ədəd üzərində müxtəlif simvollar olan yastı dördbucaqlı predmetlər, 10800 (on min səkkiz yüz) ədəd üzərində müxtəlif heroqlif və simvollar olan dairəvi şəkilli müxtəlif metallardan hazırlanmış predmetlər olduğu müəyyən edilmişdir. Həmin predmetlər götürülmüşdür. Bütün bunlarla bağlı protokol tərtib edilmişdir. O və baxışda iştirak edən digər şəxslər həmin protokolla tanış olub düzgün tərtib olunmasını öz imzaları ilə təsdiq etmişlər. İşlədiyi yükdaşıma şirkətinin hər hansı nümayəndəsinin, yük sahibinin və yükü təhvil alacaq şəxsin idarə etdiyi nəqliyyat vasitəsində “meyvə şirəsi” yükündən əlavə hər hansı digər yükün olması barədə qabqcadan hər hansı məlumatı olmamışdır. Həmin əşyaların qaçaq mal olmasını bilmədiyi üçün gömrükdən keçərkən bəyan etməyi lazım bilməmişdir. X12 bu işlə heç bir əlaqəsi olmamışdır.Bundan başqa istintaq zamanı ifadəsində həmin əşyaları ona qohumu Abu Abdo adlı şəxsin verməsini və əşyaları onun deyəcəyi şəxsə verməli olması və buna görə ona 3000 dollar pul verəcəyi barədə yazılanları təsdiq etmir. Belə ki, istintaq zamanı da məhkəmədə göstərdiyi kimi ifadə vermiş, orada yazılanları oxumamış nə, tərcüməçi nə də vəkili ona bu barədə bir söz deməmişdir. İttiham aktını alandan sonra onun ifadəsinin təhrif olunduğunu bilmişdir. Qeyd edilən malllar aşkar edildikdən sonra “Whatsapp” proqramı vasitəsi ilə qohumu Abu Abdo və digər qohumlarına bu barədə məlumat vermişdir. İşlədiyi yükdaşıma şirkətinin hər hansı nümayəndəsinin, yük sahibinin və yükü təhvil alacaq şəxsin idarə etdiyi nəqliyyat vasitəsində “meyvə şirəsi” yükündən əlavə hər hansı digər yükün olması barədə qabqcadan hər hansı məlumatı olmamışdır. Abu Abdo ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Daşıdığı “meyvə şirəsi” yükünü Moskva şəhərində Tuncay Rüzgar adlı şəxs təhvil alacaqmış. Gömrükdə mallara problem yarandığı üçün baş vermiş hadisə barəsində Tuncay Rüzgar adlı şəxsə məlumat vermişdir. 27 may 2022-ci il tarixdə “Whatsapp” proqramı vasitəsi ilə Tuncay Rüzgar və Abu Abdo ilə danışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinə son zamanlarda müxtəlif metallardan hazırlanmış tarixi əhəmiyyət kəsb etmə ehtimalı olan əşyaların nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gizlədilərək ölkə ərazisinə gətirilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan istiqamət üzrə müəyyən tədbirlər görülərək məlumatda qeyd olunan “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərindən nəzarətə götürülmüşdür. 26 may 2022-ci il tarixdə, saat 12:30 radələrində həmin nəqliyyat vasitəsi Gürcüstandan Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırımızı Körpü” gömrük postuna daxil olmuş və qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü həmin nəqliyyat vasitəsini idxal xəttinə sürmüşdür. Sonra həmin sürücü nəqliyyat vasitəsindən düşərək sənədlərini qeydiyyatdan keçirərərək nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmişdir. Bundan sonra “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən şəxsə, əvvəllər tanımadığı, adı və soyadı sonradan ona məlum olan, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və qeyd edilən şəxslə şifahi şəkildə sorğu-sual aparmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq şəkildə bəyan olunacaq və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs də ona idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq şəkildə bəyan olunacaq və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmişdir. Bununla əlaqədar tərəfindən iki nəfər hal şahidi dəvət edilmiş və həmin hal şahidlərinə hüquq və vəzifələri, keçiriləcək baxış hal şahidi qismində iştirak etmələri izah olunmuşdur. Sonra gömrük əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə iki nəfər hal şahidinin və Təqsirləndirilən şəxs iştirakları ilə “Qırmızı Körpü” gömrük postunda “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Əvvəlcə tərəflərindən nəqliyyat vasitəsinin kabinasına və salonuna baxış keçirilmişdir. Nəqliyyat vasitəsinin kabinasında və salonunda ilk baxışdan heç nə aşkar etməmişlər. Lakin məlumatda qeyd olunan əşyaların nəqliyyat vasitəsinin gizli saxlanc yerində gizlədilməsi ehtimalını nəzərə alaraq nəqliyyat vasitəsinin salonuna ətraflı baxış keçirmək qərarına gəlmişlər. Bu məqsədlə nəqliyyat vasitəsinin salonundakı alın hissədə olan sandığın içərisinə baxdıqda orada bağlamalar olduğunu müəyyən etmişlər. Həmin bağlamalardan birini götürdükdə Şahid2 Təqsirləndirilən şəxs bağlamanın içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də qeyd edilən bağlamanın içərisində qəpiklərin olduğunu demişdir. Həmin yerdən 5 (beş) ədəd polietilen bağlama aşkar etmişlər. Bundan sonra nəqliyyat vasitəsinin yan tərəflərinə baxış keçirmişlər. Həmin vaxt yük avtomobilinin qoşqusunun sağ tərəfindəki yemək və ya ərzaq saxlamaq üçün nəzərdə tutulmuş sandıqçanın içərisindən 4 (dörd) ədəd və yük avtomobilinin qoşqusunun sol tərəfində avtoehtiyat hissələrini saxlamaq üçün nəzərdə tutulmuş sandıqçanın içərisindən 4 (dörd) ədəd polietilen bağlama aşkar etmişlər. Sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini rentgen qurğusunda müayinədən keçirilməsi üçün rentgen aparatının olduğu əraziyə sürməsini bildirmişlər. Nəqliyyat vasitəsi rentgen qurğusunda müayinədən keçdikdə kabinadakı sürücü oturacağın alt hissəsində 2 (iki) ədəd bağlamanın olduğu müşahidə edilmiş və baxış zamanı həmin yerdə 2 (iki) ədəd polietilen bağlamanın olduğunu aşkar etmişlər. Bundan sonra aşkar olunan bağlamaları açıb içərisində olan qəpik və digər əşyaları saymağa başlamışlar. Nəticədə aşkar edilmiş polietilen bağlamaların ümumi sayının 15 (ədəd) olduğu və qeyd edilən 15 (on beş) ədəd bağlamada gömrük nəzarətindən gizlədilmiş 4 (dörd) ədəd üzərində müxtəlif simvol və heroqlif olan qızıla bənzər sikkələr, 20 (iyirmi) ədəd üzərində müxtəlif simvol və heroqlif olan gümüşə bənzər sikkələr, 18 (on səkkiz) ədəd üzərində şamdan simvolu olan klona bənzər predmetlər, 22 (iyirmi iki) ədəd xaç klona bənzər predmetlər, 5 (beş) ədəd üzərində simvol olan kub şəkilli predmetlər, 4 (dörd) ədəd üzərində simvol olan müxtəlif ölçülü çoxbucaqlı predmetlər, 1 (bir) ədəd səkkizbucaqlı üzərində simvol olan predmet, 280 (iki yüz səksən) ədəd üzərində müxtəlif simvollar olan yastı dördbucaqlı predmetlər, 10800 (on min səkkiz yüz) ədəd üzərində müxtəlif heroqlif və simvollar olan dairəvi şəkilli müxtəlif metallardan hazırlanmış predmetlər olduğu tərəflərindən müəyyən edilmişdir. Baxış zamanı nəqliyyat vasitəsindən bundan əlavə hər hansı predmet aşkar olunmamışdır. Aşkar edilmiş predmetlər qablaşdırılmaqla tərəflərindən götürülmüşdür. Bununla bağlı tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs və baxışda iştirak edən digər şəxslər də həmin protokolla tanış olub düzgün tərtib olunmasını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, daimi iş yeri olmadığı üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal xəttində yükləmə-boşaltma əməliyyatlarında günəmuzd fəhləlik etməklə qazanc əldə edir. Bu məqsədlə 26 may 2022-ci il tarixdə onun kimi “Qırmızı Körpü” gömrük postunun idxal xəttində yükləmə-boşaltma əməliyyatlarında günəmuzd fəhləlik edən Sahib adlı tanışı ilə birlikdə “Qırmızı Körpü” gömrük postunda olmuşlar. Həmin gün, saat 12:30 radələrində “Qırmızı Körpü” gömrük postunda olduqları vaxt gömrük xidməti əməkdaşı kimi tanıdığı Təvəkkül adlı şəxs onlara yaxınlaşaraq yük nəqliyyat vasitəsinə baxış keçiriləcəyini bildirmiş və həmin baxışda hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirərək yük nəqliyyat vasitəsinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra Təvəkkül adlı gömrük xidməti əməkdaşı ilə birlikdə “Qırmızı Körpü” gömrük postunun idxal xəttinə getmişlər. İdxal xəttində olan “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşarkən gömrük xidmətinin əməkdaşları kimi tanıdığı Murad və Xəqani adlı şəxslərin, əvvəllər tanımadığı, sonradan adını və soyadını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin qeyd edilən nəqliyyat vasitəsinin yanında dayanıb gözlədiklərini görmüşlər. İdxal xəttinə çatdıqda Təvəkkül adlı gömrük xidməti əməkdaşı nəqliyyat vasitəsini ona və digər hal şahidi Sahib adlı şəxsə təqdim edərək qeyd edilən nəqliyyat vasitəsinə baxış keçiriləcəyini və onların qeyd edilən baxışda hal şahid qismində iştirak edəcəklərini demişdir. Sonra Təvəkkül adlı gömrük xidməti əməkdaşı ona və digər hal şahidi Sahib adlı şəxsə hal şahidi qismində hüquq və vəzifələrini izahat etmiş, keçiriləcək gömrük baxışında diqqətli olmağı və ehtiyac olduğu təqdirdə aşkar ediləcək hallarla bağlı izahat verməli olacaqlarını onların nəzərlərinə çatdırmışdır. Hüquq və vəzifələri izah olunduqdandan sonra “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onun, digər hal şahidi Sahib adlı şəxsin və nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs adlı şəxsin iştirakı ilə gömrük xidməti əməkdaşları tərəfindən baxış keçirilməyə başlanmışdır. Əvvəlcə nəqliyyat vasitəsinin kabinasına və salonuna baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin salonundakı alın hissədə olan sandığın içərisində bağlamalar olduğu müəyyən edilmişdir. Həmin bağlamalardan birini götürdükdə Murad adlı gömrük xidməti əməkdaşı Təqsirləndirilən şəxs bağlamanın içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də qeyd edilən bağlamanın içərisində qəpiklərin olduğunu Murad adlı gömrük xidməti əməkdaşına demişdir. Həmin yerdən ümumilikdə 5 (beş) ədəd polietilen bağlama aşkar edilmişdir. Bundan sonra nəqliyyat vasitəsinin yan tərəflərinə baxış keçirilmişdir. Həmin vaxt yük avtomobilinin qoşqusunun sağ tərəfindəki yemək və ya ərzaq saxlamaq üçün nəzərdə tutulmuş sandıqçanın içərisindən 4 (dörd) ədəd və yük avtomobilinin qoşqusunun sol tərəfində avtoehtiyat hissələrini saxlamaq üçün nəzərdə tutulmuş sandıqçanın içərisindən 4 (dörd) ədəd polietilen bağlama aşkar edilmişdir. Daha sonra gömrük xidməti əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini rentgen qurğusunda müayinədən keçməsi üçün rentgen aparatının olduğu əraziyə sürməsi bildirilmişdir. Nəqliyyat vasitəsi rentgen qurğusunda müayinədən keçdikdə kabinadakı sürücü oturacağın alt hissəsində 2 (iki) ədəd bağlamanın olduğu müşahidə edilmiş və baxış zamanı həmin yerdə 2 (iki) ədəd polietilen bağlamanın olduğu aşkar edilmişdir. Bundan sonra gömrük xidməti əməkdaşları aşkar olunan bağlamaları açıb içərisində olan qəpik və digər əşyaları saymağa başlamışlar. Nəticədə aşkar edilmiş polietilen bağlamaların ümumi sayının 15 (ədəd) olduğu və qeyd edilən 15 (on beş) ədəd bağlamada 4 (dörd) ədəd üzərində müxtəlif simvol və heroqlif olan qızıla bənzər sikkələr, 20 (iyirmi) ədəd üzərində müxtəlif simvol və heroqlif olan gümüşə bənzər sikkələr, 18 (on səkkiz) ədəd üzərində şamdan simvolu olan klona bənzər predmetlər, 22 (iyirmi iki) ədəd xaç klona bənzər predmetlər, 5 (beş) ədəd üzərində simvol olan kub şəkilli predmetlər, 4 (dörd) ədəd üzərində simvol olan müxtəlif ölçülü çoxbucaqlı predmetlər, 1 (bir) ədəd səkkizbucaqlı üzərində simvol olan predmet, 280 (iki yüz səksən) ədəd üzərində müxtəlif simvollar olan yastı dördbucaqlı predmetlər, 10800 (on min səkkiz yüz) ədəd üzərində müxtəlif heroqlif və simvollar olan dairəvi şəkilli müxtəlif metallardan hazırlanmış predmetlər olduğu müəyyən edilmişdir. Baxış zamanı nəqliyyat vasitəsindən bundan əlavə aşkar olunmamışdır. Aşkar edilmiş predmetlər qablaşdırılmaqla gömrük xidməti əməkdaşları tərəfindən götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmişdir. O və baxışda iştirak edən digər şəxslər həmin protokolla tanış olub düzgün tərtib olunmasını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Baxış keçirilməsi və götürmə haqqında 26 may 2022-ci il tarixli protokoldan və ona əlav görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin ön alın hissəsində şəxsi əşyaları qoymaq üçün nəzərdə tutulmuş orta sandıqçanın içərisində 5 (beş) ədəd, yük avtomobilinin qoşqusunun sağ tərəfindəki yemək üçün nəzərdə tutulmuş sandıqçanın içərisində 4 (dörd) ədəd və yük avtomobilinin qoşqusunun sol tərəfində avtoehtiyat hissələrini qoymaq üçün nəzərdə tutulmuş sandıqçanın içərisində 4 (dörd) ədəd və rentgen qurğusu vasitəsilə keçirilmiş baxış nəticəsində sürücünün oturacağının alt hissəsində 2 (iki) ədəd olmaqla, ümumilikdə 15 (on beş) ədəd polietilen bağlamalar aşkar olunmuş və qeyd olunan bağlamalara baxış keçirilən zaman gömrük nəzarətindən gizlədilmiş, müxtəlif metallardan hazırlanmış tarixi əhəmiyyət kəsb etmə ehtimalı olan 4 (dörd) ədəd üzərində müxtəlif simvol və heroqlif olan qızıla bənzər sikkələr, 20 (iyirmi) ədəd üzərində müxtəlif simvol və heroqlif olan gümüşə bənzər sikkələr, 18 (on səkkiz) ədəd üzərində şamdan simvolu olan klona bənzər predmetlər, 22 (iyirmi iki) ədəd xaç klona bənzər predmetlər, 5 (beş) ədəd üzərində simvol olan kub şəkilli predmetlər, 4 (dörd) ədəd üzərində simvol olan müxtəlif ölçülü çoxbucaqlı predmetlər, 1 (bir) ədəd səkkizbucaqlı üzərində simvol olan predmet, 280 (iki yüz səksən) ədəd üzərində müxtəlif simvollar olan yastı dördbucaqlı predmetlər, 10800 (on min səkkiz yüz) ədəd üzərində müxtəlif heroqlif və simvollar olan dairəvi şəkilli müxtəlif metallardan hazırlanmış predmetlər aşkar edilmiş və aşkar edilmiş predmetlər qablaşdırılmaqla götürülmüşdür. ”Mobil telefona baxış keçirilməsi və mobil telefonun götürülməsi barədə” 31 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi “Samsung J7” markalı mobil telefonun “Whatsapp” sosial proqram təminatında aparılan danışıqların çox hissəsi ərəb dilində aparılmış, Təqsirləndirilən şəxs “Whatsapp” sosial proqram təminatındakı profili vasitəsi ilə +**********4 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Abu Abdo” kimi qeyd edilmiş “Whatsapp” profilinin istifadəçisi ərəb dilində danışıqlar aparılmışdır. Araşdırma zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi “Samsung J7” markalı mobil telefon götürülmüşdür. Diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki "xxxx" MMC tərəfidnən təqdim olunmuş diskə baxış zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və həmin mobil telefon nömrəsindən xaric olan hər hansı zəngin və mesajın olmadığı müəyyən edilmişdir. Baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə mobil operatoruna məxsus +**********73 saylı aşkar edilən malın sahibi olması ehtimal edilən şəxsiyyəti istintaqa “Abo Abdo” kimi məlum olan şəxsin istifadəsində olan olmuş +**********4, +**********20 və +********** saylı mobil telefon nömrələrindən mobil və şəhər telefon nömrələrinə zənglərin xaric olması və həmin mobil nömrələrinə mobil və şəhər telefon nömrələrindən zənglərin daxil olması müəyyən edilməmişdir. Baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, 15 iyun 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs (pasport: U********) 26 may 2022-ci il tarixdə, saat 12:30-da idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Gürcüstandan Azərbaycan Respublikasına gəlmişdir. Baxış keçirilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki,baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X2 Sisteminin (VAİS)Mərkəzi Bank alt bölməsində Azərbaycan Respublikası Mərkəzi Bankının 13 yanvar, 28 yanvar,14 fevral 2022-ci il tarixlərə xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dollarının 1.70 manat təşkil etdiyi, beləliklə qeyd edilən tarixlərə 4941.5 ABŞ dollarının 8400.55 manat təşkil etdiyi müəyyən edildi. Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 31 may 2022-ci il tarixli, 34/014/005069 nömrəli raportundan və həmin fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitə 26 may 2022-ci il tarixdə “Qırmızı Körpü” gömrük postunda rentgen qurğusunda keçirilən baxış zamanı nəqliyyat vasitəsinin kabinasında-sürücü oturacağının alt hissəsində 02 ədəd şübhəli təsvir müşahidə edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert komissiyasının 01 iyun 2022-ci il tarixli, 192 nömrəli ekspert rəyindən görünür ki, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsində başlanmış 11000-1611/22 saylı inzibati xəta haqqında iş üzrə müəyyən olunmuş, gömrük nəzarətindən gizlədilmiş və aşkar olunmuş müxtəlif metallardan hazırlanmış 4 (dörd) ədəd üzərində müxtəlif simvol və heroqlif olan sarı (qızılı) sikkə, 20 (iyirmi) ədəd gümüş sikkə, 18 (on səkkiz) ədəd şamdan formalı klon, 22 (iyirmi iki) ədəd xaç klon, 5 (beş) ədəd kub şəkilli olan predmet (bürünc), 280 (iki yüz səksən) ədəd dördbucaqlı predmet (bürünc), 10800 (on min səkkiz yüz) ədəd (mis) sikkəyə baxış keçirilərək bu qənaətə gəlinmişdir. Təqdim olunan predmetlər bizim eranın əvvəlləri və orta əsrlərə aid olub Roma imperiyası və Vizantiya imperiyası dövrünə aid olub tarixi, bədii, muzey, etnoqrafik, arxeoloji əhəmiyyət kəsb etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert komissiyasının 20 iyul 2022-ci il tarixli, 241 nömrəli ekspertizası rəyindən görünür ki, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsində başlanmış 11000-1611/22 saylı inzibati xəta haqqında iş üzrə maddi sübut olan predmetlərin qiymətləndirilmə cədvəli aşağıdakı kimidir:1) 4 (dörd) ədəd qızıl sikkə - 1 ədədi - 1000 manat, cəmi – 4000 manat; 2) 20 (iyirmi) ədəd gümüş sikkə - 1 ədədi - 200 manat, cəmi – 4000 manat; 3) 18 (on səkkiz) ədəd şamdan simvollu klon – 1 ədədi - 30 manat, cəmi – 540 manat; 4) 22 (iyirmi iki) ədəd xaç klon – 1 ədədi - 30 manat, cəmi – 660 manat; 5) 5 (beş) ədəd cap şrift predmeti – 1 ədədi - 20 manat, cəmi – 100 manat; 6) 4 (dörd) ədəd çoxbucaqlı cap predmeti – 1 ədədi - 15 manat, cəmi – 60 manat; 7) 1 (bir) ədəd səkkizbucaqlı cap predmeti – 1 ədədi - 30 manat, cəmi – 30 manat; 8) 280 (iki yüz səksən) ədəd yastı dördbucaqlı cap predmeti – 1 ədədi 20 manat, cəmi – 5600 manat; 9) 10800 (on min səkkiz yüz) müxtəlif metallardan hazırlanmış sikkə - 1 ədədi – 15 manat, cəmi 162000 manat.Ekspert komissiyasına təqdim olunan predmetlərə baxış keçirilərək daxili bazarın və muzey alqı komissiyalarının tələblərinə uyğun olaraq qiymətləndirmə aparılmış, təqdim olunan predmetlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının dövlət siyahısına daxil olmadığı müəyyən edilmişdir. Təqdim olunan predmetlə ayrı-ayrılıqda qiymətləndirilərək yekun məbləğ müəyyən edilmişdir. Təqdim edilən eradan əvvəl və orta əsrlərə aid olan kolleksiyanın ümumi dəyəri (minimal) 176990 (yüz yetmiş alt min doqquz yüz doxsan) manat məbləğində dəyərləndirilmişdi. Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Sizin xx.xx.2022 -ci il tarixli, 1000-154/1xx-xx/014110 saylı məktubunuzla daxil olmuş İstintaq və Təhqiqat İdarəsi, İstintaq Şöbəsinin böyük müstəntiqi Vidadi Firəliyevin 17 avqust 2022-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq bildiririk ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xeyli miqdarda-176990 manat dəyərində müxtəlif metal tərkibli malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi əməlində iştirakı olan digər şəxslərin, həmin şəxslərin əvvəllər Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə müxtəlif metal tərkibli malları gətirib-gətirməməsini və tranzit qaydada Azərbaycan Respublikasının ərazisindən keçirib-keçirməməsini, əvvəllər müxtəlif metal tərkibli mallar əldə edib-etməməsini, eləcə də Suriya Respublikasının vətəndaşı, təxminən 65-70 yaşlı, qarabəniz, arıq bədən quruluşlu, Suriya Respublikasında yaşayan, “**********4 saylı mobil telefon nömrəsindən istifadə edən, özünü Abu Abdo kimi təqdim edən şəxsin və 055555- 91-64 saylı mobil telefon nömrəsinin istifadəçisi, şəxsiyyəti istintaqa “Rauf” kimi bəlli olan şəxsin şəxsiyyətlərinin və olduqları yerin müəyyən edilməsi, həmçinin hazırkı cinayət işi üzrə xeyli miqdarda müxtəlif metal tərkibli malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi əməlində iştiraklarının olub-olmamalarının, əvvəllər Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə müxtəlif metal tərkibli malları gətirib-gətirməmələrinin və tranzit qaydada Azərbaycan Respublikasının ərazisindən keçirib-keçirməmələrinin, əvvəllər müxtəlif metal tərkibli mallar əldə edib-etməmələrinin, həmçinin iş üçün əhəmiyyətli ola biləcək digər xüsusatların müəyyən edilməsi istiqamətində aparılan araşdırma üzrə müsbət nəticə əldə olunmamışdır. Materialların məhkəmə ekspertizasının 05 iyul 2022-ci il tarixli, 6/3255 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş metal sikkə və predmetlərin hazırlandıqları metalların növü və ərintidə olan qiymətli metalların miqdarı aşağıdakı kimidir:1) P1 (üzərində “800 ədəd sikkə”) yazısı vardır) nömrəli paketdə 800 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır: Onlardan: -799 ədədi mis, qurğuşun, qalay, sink əsaslı, ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır); -1 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 94% təşkil edir. 2) P2 (üzərində “4 ədəd qızıla bənzər sikkə” yazısı vardır) nömrəli paketdə 4 ədəd dairə formalı, sarı rəngli metal sikkə vardır. Onlardan:-4 ədədi hər biri qızıl əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan qızılın miqdarı təxminən 95,5%, 97,3%, 98%, 98,8% təşkil edir. Ümumi kütlələri 15,23 qramdır.3) P3 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-1000 ədədi hər biri mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır)4) P4 (üzərində “1 ədəd səkkiz bucaqlı metal əşya” yazısı vardır) nömrəli paketdə 1 ədəd səkkizbucaqlı metal predmet vardır.- 1 ədəd metal predmet mis əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində qurğuşun və sink elementləri də vardır)5) P5 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-991 ədədi mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır);-9 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 95,6%, 90%, 56,6%, 73,4%, 87,4%, 82,7%, 82,4%, 80% və 63,1% təşkil edir.6) P6 (üzərində “5 ədəd kub şəkilli metal predmet” yazısı vardır) nömrəli paketdə 5 ədəd kub formalı metal predmet vardır. Onlardan:-5 ədədi hər biri mis, qurğuşun, sink əsaslı ərintidən hazırlanmışdır.7) P7 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-981 ədədi mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır);-19 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 65%, 57,8%, 64,1%, 62,9%, 94,1%, 89,7%, 74,5%, 97%, 71,1%, 59,8%, 47,4%, 94,8%, 76,9%, 96,2%, 95,3%, 68,7%, 71,6%, 65,6% və 77,5% təşkil edir.8) P8 (üzərində “18 ədəd şamdan simvolu olan klon” yazısı vardır) nömrəli paketdə 18 ədəd kulonabənzər metal predmet vardır. Onlardan:-18 ədədi hər biri mis, qalay, sink əsaslı ərintidən hazırlanmışdır.9) P9 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-999 ədədi mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır);-1 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 66,7% təşkil edir.10) P10 (üzərində “4 ədəd çoxbucaqlı müxtəlif ölçülü predmet” yazısı vardır) nömrəli paketdə 4 ədəd metal predmet vardır. Onlardan:-4 ədədi hər biri mis, qurğuşun, sink, alüminium əsaslı ərintidən hazırlanmışdır.11) P11 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-995 ədədi mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır);-5 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 73,3%, 64,9%, 80,5%, 76,1% və 72,5% təşkil edir.12) P12 (üzərində “20 ədəd gümüşə bənzər dairəvi sikkə” yazısı vardır) nömrəli paketdə 20 ədəd dairə formalı, gümüşü rəngli metal sikkə vardır. Onlardan:-20 ədədi hər biri gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 95- 99% intervalındadır.13) P13 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-1000 ədədi hər biri mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır)14) P14 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-991 ədədi mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır)-9 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 71,2%, 89,2%, 67,4%, 78,6%, 71,1%, 71,4%, 57,7%, 72,8% və 72,2% təşkil edir.15) P15 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-993 ədədi mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır);-7 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 97,9%, 93,1%, 63,5%, 93,8%, 61,2%, 56,5% və 72% təşkil edir.16) P16 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:-993 ədədi mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır);-7 ədədi gümüş əsaslı ərintidən hazırlanmışdır. Ərintidə olan gümüşün miqdarı təxminən 75,8%, 64,2%, 54,7%, 76,1%, 48,5%, 89,6% və 43,1% təşkil edir.17) P17 (üzərində “1000 ədəd sikkə” yazısı vardır) nömrəli paketdə 1000 ədəd müxtəlif ölçülü, dairə formalı metal sikkə vardır. Onlardan:- 1000 ədəd hər biri mis, qurğuşun, qalay, sink əsaslı ərintidən hazırlanmışdır (ərintinin tərkibində alüminium, dəmir və sairə elementlər də vardır).18) P18 (üzərində “280 ədəd yastı dördbucaqlı predmet” yazısı vardır) nömrəli paketdə 280 ədəd dördkün formalı metal predmet vardır. Onlardan:-280 ədədi hər biri mis, qalay, sink əsaslı ərintidən hazırlanmışdır.19) P19 (üzərində “22 ədəd xaç klon” yazısı vardır) nömrəli paketdə 22 ədəd xaçabənzər metal predmet vardır. Onlardan:-22 ədədi mis əsaslı ərintidən hazırlanmışdır. Ərintinin tərkibində gümüş, sink, alüminium və sairə elementlər də vardır (predmetlər 9 ədədinin tərkibində gümüşün miqdarı daha intensiv olmaqla təxminən 35%- 70% intervalındadır). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4202 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda sikkənin və predmetlərin qiyməti 176990 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı cədvəldə göstərilən kimidir: 1 ədədinin Ümumi Təqdim edilmiş sikkələrin və əşyaların Miqdarı № qiyməti qiymət göstəriciləri ədədlə manatla manatla 1 Qızıl sikkə 4 1000 4000 2 Gümüş sikkə 20 200 4000 3 Şamdan simvollu klon 18 30 540 4 Xaç klon 22 30 660 5 Cap şrift predmeti 5 20 100 6 Çoxbucaqlı cap predmeti 4 15 60 7 Səkkizbucaqlı cap predmeti 1 30 30 8 Yastı dördbucaqlı cap predmeti 280 20 560 9 Müxtəlif metallardan sikkə 10800 15 162000 CƏMİ: 176990 Baxış keçirilməsi haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung J7” modelli, boz rəngli mobil telefonun üzərində Türkiyə mobil operatoruna məxsus +**********73 saylı mobil nömrə olmuşdur. Qeyd edilən mobil telefonda +**********4, +**********20 və +********** saylı mobil telefon nömrələrinin istifadəçiləri “Abo Abdo” adlı şəxs, +**********6 saylı mobil telefon nömrəsinin istifadəçisi “X13” adlı şəxs, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi “Rauf” adlı şəxs kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung J7” markalı mobil telefonundan istifadəçi adı “Rauf” kimi qeyd edilmiş şəxsin istifadəsində olmuş “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 may 2022-ci il tarixdə, saat 15:47-də qəbul edilməmiş zəng xaric olmuşdur. Telefonun “Qalareya” bölməsinə baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə aid iş üzrə əhəmiyyət kəsb etməyən fotoşəkillərin və videogörüntülər olmuşdur.Telefonda olan “Whatsapp” sosial proqramına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə operatoruna məxsus +**********73 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Kilisli” kimi qeyd edilmiş profilin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə operatoruna məxsus +**********73 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Kilisli” kimi qeyd edilmiş “Whatsapp” profili ilə Rusiya mobil operatoruna məxsus +**********4 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Abu Abdo” kimi qeyd edilmiş “Whatsapp” profilinin arasında 17 fevral 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək olan müddət ərzində metal materialından müxtəlif predmetlərin qaçaqmalçılığı ilə bağlı ərəb dilində yazışmalar aparılmışdır.Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə operatoruna məxsus +**********73 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Kilisli” kimi qeyd edilmiş “Whatsapp” profilindən Rusiya mobil operatoruna məxsus +**********4 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Abu Abdo” kimi qeyd edilmiş “Whatsapp” profilinə 26 may 2022-ci il tarixdə, saat 12:39-da aşağıdakı məzmunda mesaj göndərilmişdir:-Hər şey çox çətindir. Evimiz yıxıldı. Problem var.- Rusiya mobil operatoruna məxsus +**********4 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Abu Abdo” kimi qeyd edilmiş “Whatsapp” profilindən Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə operatoruna məxsus +**********73 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Kilisli” kimi qeyd edilmiş “Whatsapp” profilinə 26 may 2022-ci il tarixdə, saat 12:59, 13:07 və 13:15-də aşağıdakı məzmunda mesaj göndərilmişdir:-Ay Allah, kömək ol-Mən sənə nömrə verirəm. Adı Raufdur, Azərbaycanda onunla əlaqə saxla. Mənə dəqiq denən. Sənin problemin Azərbaycandadır, yoxsa Gürcüstanda? Gürcüstandadırsa, orda gömrüyün rəisi tanışdır, çıxa bilərik biz. Gürcüstandakı gömrüyün rəisi mənim Moskvadakı dostuma yaxındır. -Qardaş, fürsət olanda mənimlə əlaqə saxla.Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə operatoruna məxsus +**********73 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Kilisli” kimi qeyd edilmiş “Whatsapp” profilindən Rusiya mobil operatoruna məxsus +**********6 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “X13” kimi qeyd edilmiş “Whatsapp” profilinə 27 may 2022-ci il tarixdə, saat 18:37-də aşağıdakı məzmunda mesaj göndərilmişdir:-Abu Abdo +**********4Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə operatoruna məxsus +**********73 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Kilisli” kimi qeyd edilmiş “Whatsapp” profilində “Söhbətlər” bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş Türkiyə operatoruna məxsus +**********73 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Kilisli” kimi qeyd edilmiş profili ilə Rusiya mobil operatoruna məxsus +**********4 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Abu Abdo” kimi qeyd edilmiş “Whatsapp” profili arasında 26 may 2022-ci il tarixdə, saat 12:58-də 3 və 25 saniyə müddətində danışıqların olduğu müəyyən edilmişdir. Bakcell MMC-dən daxil olan xx.xx.2022-ci tarixli məktubdan görünür ki,555559164 saylı mobil nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə edilməmişdir. Azercell Telekm MMC-dən daxil olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azercell Telekm MMC-yə məxsus olan ********* saylı nömrənin qərarda göstərilən müddət üzrə mövcud olan zənglər və SMS siyahısına,SMS mətnlərinə,əhatə dairəsinə və abunəçilərə dair məlumat sizə təqdim edilir.Azercell Telekm MMC-də qısa nömrələrdən,xidmət nömrələrindən göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. X7 xx.xx.2023-cü il tarixli məktubundan göürünür ki, Tükiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində Təqsirləndirilən şəxs ailəsi zərər görmüş, maşınına ziyan dəymiş və evi zəlzələdən yıxılmışdır. Ailəsi hal-hazırda çadır kəndində yaşayır.Zəlzələ nəticəsində Təqsirləndirilən şəxs qohumları həyatını itirmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar – çəkisi 15,23 qram təşkil edən 4 ədəd qızıl sikkə, 20 ədəd gümüş sikkə, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 18 ədəd şamdan simvollu klon, mis əsaslı ərintidən hazırlanmış 22 ədəd xaç klon, mis, qurğuşun, sink əsaslı ərintilərdən hazırlanmış 5 ədəd cap şrift predmeti, mis, qurğuşun, sink, alüminium əsaslı ərintilərdən hazırlanmış 4 ədəd çoxbucaqlı cap predmeti, dəyəri 30 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd səkkizbucaqlı cap predmeti, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 280 ədəd yastı dördbucaqlı cap predmeti, 10800 ədəd müxtəlif metallardan – mis, qurğuşun, qalay, sink əsaslı ərintilərdən hazırlanmış sikkələr Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung J7” modelli mobil telefon üzərində 01 ədəd sim kartı ilə birlikdə Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işininin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxse Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan etmişdir. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxse Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan imtina edərək bildirmişdir ki, istintaq orqanı Klilsi Mehmetə CM-in 206.3.2-ci maddəsi ilə ittiham elan edərkən ibtidai istintaq zamanı verdiyi ifadəsinə və istifadəsində olan mobil telefondan aşkar olunmuş «Abu Abdo» adlı şəxslə müxtəlif məzmunlu yazışmalara əsaslanmışdır. Lakin, cinayət işinin materiallarında Klisli Mehmetin qaçaqmalçılıq cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə ki, Klisli Mehmet məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “Hedef” firmasında yük nəqliyyat vasitəsi sürücüsü işləmişdir. Əsasən Avropa ölkələrinə göndərilən yükləri daşımışdır. Yaşadığı Antakya şəhərində babasından miras qalmış tarixi əşyalar satıb qazanc əldə etmək istəmiş, yerli bazarda həmin əşyaları 3000 ABŞ dolları dəyərində qiymətləndirmişlər. Qohumu olan Suriya Ərəb Respublikasının vətəndaşı Abu Abdo ilə danışan zaman sonuncu ona həmin əşyaları Rusiyada baha qiymətə sata biləcəyini bildirmiş, Moskva şəhərində “Food City” adlanan bazarda tanışının olduğunu həmin şəxsin əşyaları satmaqda ona köməklik edə bilcəyini bildirmişdir. Ona görə də, sürücü kimi Rusiya Fedarasiyasına yükdaşımalı olduğundan həmin tarixi əşyaları bağlamalara yığıb idarə etdiyi “Mercedes-Benz” markalı, 31AKA46/31AKC34 nömrə nişanlı yük nəqliyyat vasitəsinə yerləşdirmiş və 20 may 2022-ci il tarixdə Rusiya Federasiyasına aparacağı “meyvə şirəsi” yükü “Mercedes-Benz” markalı, nəqliyyat vasitəsinə yüklənmiş və yola düşmüşdür. 24 may 2022-ci il tarixdə Gürcüstana daxil olmuş və Gürcüstanda idarə etdiyi nəqliyyat vasitəsinə səthi baxış keçirildiyi üçün həmin əşyalar aşkar edilməmişdir. Bundan sonra Gürcüstanın ərazisini tərk edərək 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının gömrük postuna daxil olmuş və həmin vaxt əşyalar avatomaşından aşkar edilərək götürülmüşdür. Həmin vaxt Abu Abdo ilə Whatsapp vasitəsi ilə əlaqə saxlamış, gömrükdən saxlandığını bildirmiş, ondan köməklik göstərilməsini xahiş etmişdir. Həmin günü Abu Abdo ilə yazışmaları sonuncunun ona köməklik göstərilməsi ilə bağlı olmuşdur. Abdo ilə telefon danışıqları əsasən qohumluq münasibətləri ilə bağlı olmuş, qaçamaçılıqla bağlı hər hansı yazışmaları olmamışdır. Tarixi əşyaların qaçaqmalçılıqla keçirilməsi ilə bağlı onu gömrük sərhədinədək müşayiət edən, bununla bağlı ona hər hansı şərait yaradan, onu sərhəddə qarşılayacaq şəxs və ya şəxslər olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində düzgün qeyd edilməmiş, qaçamalçılıq cinayətinin törədilməsi ilə bağlı Abdo ilə hər hansı razılaşması olmamış və sonuncu ona hər hansı məbləğdə pul verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung J7” markalı mobil telefona baxış keçirilməsi haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********73 saylı mobil telefon nömrəsi ilə “Abu Abdo” kimi qeyd edilmiş “Whatsapp” profilinin arasında 17 fevral 2022-ci il tarixdən 26 may 2022-ci il tarixədək olan müddət ərzində yazışmalar aparılmışdır. 26 may 2022-ci il tarixdə, X14 Abdoya “Hər şey çox çətindir. Evimiz yıxıldı. Problem var” məzmununda mesajı yazmış, Abu Abdo isə ona “Ay Allah, kömək ol, -Mən sənə nömrə verirəm. Adı Raufdur, Azərbaycanda onunla əlaqə saxla. Mənə dəqiq denən. Sənin problemin Azərbaycandadır, yoxsa Gürcüstanda? Gürcüstandadırsa, orda gömrüyün rəisi tanışdır, çıxa bilərik biz. Gürcüstandakı gömrüyün rəisi mənim Moskvadakı dostuma yaxındır. -Qardaş, fürsət olanda mənimlə əlaqə saxla məzmununda mesajlar yazmış və qarşılqılı danışıqlar aparılmışdır. Göründüyü kimi, qeyd olunan yazışmalarda da qaçaqmalçılıq cinayətinin törədilməsində digər şəxslərin iştirakını təsdiq edən hər hansı bir xüsasat müəyyən edilmir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı, Klilsi Mehmetin tarixi əşyaları qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı digər şəxsin cinayətin törədilməsində birbaşa iştirakı və ya cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində hər hansı hərəkətlər etməsi müəyyən edilməmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10saylıqərarının 19-cu bəndində göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsaslanaraq təqsirləndirilən şəxs Klisli Mehmete CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edilməli, cinayət təqibi CMnin 206.1-ci maddəsi ilə davam etdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirişmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1., 314.2-ci maddəsində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarıında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarətdir ki, içtimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verilməsi ilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməmişdən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin tövsifinin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı. Bu zaman həmçinin məhkəmələrin statusunu və ədalət mühakiməsinin həyata keçirilməsinin prinsiplərini müəyyən edən konstitusiya normalarının (Konstitusiyanın 125 və 127-ci maddəliri), cinayət mühakimə icraatının bir sıra prinsiplərinin (CPM-in 8-12,21,28,32,36-cı maddələri), habelə CPM-in dövlət ittihamçısı qismində prokurorun qanuni və vicdanını rəhbər tutaraq sübütların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübütları qiymətləndirmək vəzifəsini müəyyən edən normasının (145.2-ci maddə) mənalarına görə, dövlət ittihamçısının ittihamdan imtina etməsi və ya əməlin tövsifinin yüngülləşdirilməsi əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu əməlin tövsifinin dəyişdirilməsi üzrə dövlət ittihamçısının səlahiyyətləri ilə bağlı həmçinin qeyd edir ki, CPM-in 32.2.3. və 343-cü maddələrində cinayət prosesinin tərəfi kimi ittiham tərəfinin əməlin tövsifi və məhkəmə qərarının lahiyəsinə diar məhz təkliflər vermək hüququ müəyyənləşdirilmişdir. Bununla belə, qanunverici məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edən prokurorun statusu, hüquq və vəzifələrini tənzimləyən (CPM-in 84-cü maddəsi) onun əməlin tövsifini yüngülləşdirmək təklifilə çıxış etmək hüququnu konkret olaraq nizamlamışdır. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanunun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki: -dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanunun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır; -məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, içtimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, Türkiyə Respublikasının Hatay şəhərində baş vermiş zəlzələ nəticəsində ailəsinin zərər görməsini, evinin zəlzələdən dağılmasını, ailəsinin hal-hazırda çadır kəndində yaşamasını, zəlzələ nəticəsində qohumlarının həyatını itirməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Türkiyə Respublikasının Hatay şəhərində baş vermiş zəlzələ nəticəsində ailəsinin zərər görməsini, evinin zəlzələdən dağılmasını, ailəsinin hal-hazırda çadır kəndində yaşamasını, zəlzələ nəticəsində qohumlarının həyatını itirməsini, əməlindən səmimi peşman olmasını, yaşını şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona cərimə cəzası cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə cəzasının aşağı həddində də az cərimə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış müxtəlif metal tərkibli mallar təqsirləndirilən şəxsin ərizəsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan – çəkisi 15,23 qram təşkil edən 4 ədəd qızıl sikkə, 20 ədəd gümüş sikkə, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 18 ədəd şamdan simvollu klon, mis əsaslı ərintidən hazırlanmış 22 ədəd xaç klon, mis, qurğuşun, sink əsaslı ərintilərdən hazırlanmış 5 ədəd cap şrift predmeti, mis, qurğuşun, sink, alüminium əsaslı ərintilərdən hazırlanmış 4 ədəd çoxbucaqlı cap predmeti, dəyəri 30 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd səkkizbucaqlı cap predmeti, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 280 ədəd yastı dördbucaqlı cap predmeti, 10800 ədəd müxtəlif metallardan – mis, qurğuşun, qalay, sink əsaslı ərintilərdən hazırlanmış sikkələr xüsusi müsadirə tətbiq edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung J7” modelli mobil telefon üzərində 01 ədəd sim kartı təqsirləndirilən şəxsin özünə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələblərinə əsaasən iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan – çəkisi 15,23 qram təşkil edən 4 ədəd qızıl sikkə, 20 ədəd gümüş sikkə, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 18 ədəd şamdan simvollu klon, mis əsaslı ərintidən hazırlanmış 22 ədəd xaç klon, mis, qurğuşun, sink əsaslı ərintilərdən hazırlanmış 5 ədəd cap şrift predmeti, mis, qurğuşun, sink, alüminium əsaslı ərintilərdən hazırlanmış 4 ədəd çoxbucaqlı cap predmeti, dəyəri 30 manat təşkil edən, mis əsaslı ərintidən hazırlanmış 1 ədəd səkkizbucaqlı cap predmeti, mis, qalay, sink əsaslı ərintilərdən hazırlanmış 280 ədəd yastı dördbucaqlı cap predmeti, 10800 ədəd müxtəlif metallardan – mis, qurğuşun, qalay, sink əsaslı ərintilərdən hazırlanmış sikkələr xüsusi müsadirə tətbiq edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Bundan başqa Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung J7” modelli mobil telefon üzərində 01 ədəd sim kartı təqsirləndirilən şəxsin özünə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar