Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-99/2025 25.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycalı, orta təhsilli, subay, əvvəl məhkum edilmiş və məhkumluğu ödənilmiş, işsiz, Ağdam rayonu, H.Hüsiyev küçəsi, ev 10-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, 4-cü mikrorayon, bina 4 A, mənzil 56 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir, ondan ötrü ki, O istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunda göstərilən külli miqdarda yəni, ümumi təmiz çəkisi 2,390 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək şəffaf polietilen kəsiyi bükümündə əynində olan mavi rəngli idman şalvarınım sağ yan cibində daşıyaraq saxlamış, xx.xx.2023-cü ildə saat 21:10 radələrində Gəncə şəhəri, 4-cü mikrorayon 4A, nömrəli binanın yaxınlığında olarkən Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü X6 Binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli idman şalvarının sağ yan cibindən şəffaf poletilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 2,390 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəyə heç bir aidiyyəti yoxdur. Gəncə şəhəri, Abbas Səhhət adlanan ərazidə yaşayır. O, axşam bacısı ilə mağazaya gedib geri qayıdarkən ona 2 nəfər mülki geyimli şəxs polis əməkdaşı yaxınlaşmış, aparıldığını görüb, bacısına evə getməyi demişdir. O, Gəncə şəhər 4-cü Polis Bölməsinə aparılmış, orada qarşısına qara sellofan torbada bilmədiyi maddə və silah qoyulmuş, lakin onlarla razılaşmamışdır. Sonradan evinə qoyub çıxaracaqlarını dedikləri üçün məcbur qalaraq razılaşmış və verdikləri 2 qramdan bir qədər artıq olan narkotik vasitəni götürüb aparılmış çəkiliş vaxtı həmin narkotk vasitənin guya özünə məxsus olduğunu demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, onların yaxınlığında olan avtomobil yuma məntəqəsi üstündə çayxana olan obyekti işlədən şəxs polis avtomobilindən düşdüyü üçün narkotik vasitə alıcısı olan şəxslərə həmin adamdan narkotik vasitə almamağı dediyi üçün onu polis əməkdaşlarının onu şərləyib tutduğunu güman edir. Saxlanılarkən qolunda və qabırğanın eləcə də ayağının altında xəsarətlər olmuşdur. Həmin xəsarətlər də onun əvvəlcə verdiyi narkotik vasitəni götürmədiyi üçün polis əməkdaşları tərəfindən yetirilmişdir. Aparılmış videoçəkilişdən əvvəl polis əməkdaşları ona ancaq 48 saat ərzində saxlanılacağını demiş, lakin sonradan onların aldatdığını və “içəri” getdiyini görüb məhkəmədə narkotik vasitənin ona məxsus olmadığını demişdir. Sonradan da yazdığı şikayət əsasında Prokurorluqdan gəlib izahatını almışlar, lakin araşdırmanın nəticəsindən məlumatı yoxdur. Üzərinə narkotik vasitəni Kənan adlı polis əməkdaşı qoymuş, lakin onun adını şahid kimi yazmamışlar. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirəndirilən şəxs qismində verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs göstərmişdir ki,.....ailə üzvləri anası ilə birlikdə yaşayır əvvəl marixuana, son dövrlər isə kakos adı ilə tanıdığı heroin istifadə edir. Tutulmamışdan təxminən 2-3 gün əvvəl yaşadığı ünvanın yaxınlığında 1 ədəd büküm tapmış, içərisinə baxanda narkotik vasitə olan heroin olduğunu görüb özü də istifadəçi olduğu üçün götürüb üzərində saxlamışdır. xx.xx.2023-cü ildə axşam 9 radələrində evdən mağazaya getmək üçün çölə çıxanda ona yaxınlaşan mülki geyimli şəxslərə polis əməkdaşları olduğunu deyib 4-cü polis bölməsinə aparmış, orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı könüllü olaraq narkotik vasitəni çıxarıb təqdim etmişdir... . İstintaqın sonrakı mərhələsində CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldükdən sonra isə təqsirləndirilən şəxs Elton Hüeynov özünü təqsirli bilməmiş, satış məqsədi ilə əldə etmədiyini deyərək tərtib edilmiş prosessual sənədlərə imza etməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şamil oğlu göstərdi ki, Təqsirləndirilən şəxsla bir yerdə mebel sexində işləmiş, onun yanında köməkçi olmuşdur. Hadisə ilə bağlı onu Gəncə Şəhər Polis İdrəsindən müstəntiq dəvət edib onun Elşənə yazdığı mesajları olduğunu bildirmiş, o da müstəntiqə Eltonun bəzən icazə alıb getdiyini işlə bağlı tez-tez ona yazdığını demişdir. Eltonun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Özü də narkotik vasitədən hərbi xidmət dövründə başındakı şişlə bağlı istifadə etmiş, Eltona yazdığı mesajlar isə mebel quraşdırılması vaxtı müştərinin evində onu gözləməsi ilə bağlı olmuşdur. O onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün hadisələri tam olaraq xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, fərdi əməklə məşğuldur. O, Eltona və ailəsinə taksi kimi xidmət göstərmişdir. Sonrakı müddətdə isə özünə məxsus “Vaz 2104” markalı avtomobili Eltona satmış həmin avtomobilin pulundan sonuncuya verəcəyi qaldığı üçün həmin pulun qaytarılması ilə bağlı danışıqları olmuşdur. Eltonun narkotik vasitə istifadəçisi olması barədə dəqiq məlumatı yoxdur, ibtidai istintaq zamanı da bu barədə müstəntiqə heçnə deməmişdir. İfadəsinin dəqiq məzmununu və orada nə yazıldığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ona daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra sonuncu yaşadığı ünvanın yaxınlığından saxlanılaraq həmin dövrdə işlədiyi Gəncə şəhər 4-cü Polis Bölməsinə gətirilib təhqiqat bölməsinə təhvil verilmişdir. Aradan xeyli müddət keçdiyi üçün dəqiq çəkisini xatırlamasa da, şəxsin üzərindən bir büküm narkotik vasitə aşksr edilmiş və sonuncu həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olsa da, nə həmin istintaq dövründə, nə də hazırki mərhələyə qədər onun narkotik vasitə satdığı şəxsləri-alıcıları birgə istehlak etdiyi şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər 4-cü polis Bölməsinin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, Elton Hacıyevin barəsində olan raportun yoxlanması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirində iştirak etmiş, 2 yaxud 3 nəfər şəxslə axşamüstü hava qaraldıqdan sonra şəxsin saxlanılmasında iştirak etmişdir. 4-cü Polis Bölməsinə gətirildikdən sonra şəxsin üzərində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Çəkilişdə əvvəldən sona qədər iştirak etmiş və şəxsin özü narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin prosesdə şəxsin dəvət edilmiş vəkili də iştirak etmişdir. Gəncə şəhər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tez-tez inzibati xəta ilə əlaqədar proseslərdə iştirak etmişdir. Hadisədən uzun müddət keçdiyi üçün hadisələri tam dəqiqliyi ilə xatırlamasa da, şəxsə qarşı hansısa polis əməkdaşı tərəfindən heç bir zorakılıq halı olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Ağdam şəhəri, H.Hacıyev küçəsi ev 10-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, 4-cü mikrorayon bina 4 A, mənzil 56-da kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da Gəncə şəhər 4-cü mikorayonda yerləşən 4A ünvanı yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ 4-cü PB-ə gətirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın sağ cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdən kakos kimi tanıdığı narkotik vasitə olan heroinə bənzər kütləni, sol yan cibindən isə 1 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı evin yaxınlığından tapdığını, satmaq niyyəti olmadığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/710 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan büküm olan narkotik vasitə heroin” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,390 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 2,390 qr, tədqiqata cəmi sərf edildi – 0,05 qram, qalıq- 2,340 qram. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1231 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər psixo nevroloji dispanserdən verilən 4671 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji dispanserdən verilən xx.xx.2023-cü il tarixli, 466 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd Nokia markalı qara rəngli mobil telefonun zəng və mesaj bölmələrində iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmiş, həmin tarixli qəbzə əsasən mobil telefon anası- Yeganə Əsədovaya qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılmış DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində son dəfə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(043)108/2016 saylı hökmü ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125) 371 /2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhər prokurorluğunda aparılmış 444c-23 saylı material üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1151 saylı rəyindən görünür ki, məhkəmə tibbi ekspertizaya təqdim edilmiş tibbi vərəqədə Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi kartaya əsasən təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs hər iki said nahiyyəsində 1 ədəd şişkinlik sağ dizdə qərtmək bağlmmış 1 ədəd xırda yara ,sol gözdə çəhrayı rəngli qançır olduğu qeyd edilmişdir. Tibbi kartada xəsarət kimi qiymətləndirilən bu şişkinliyin, yaranın və qançırın morfoloji əlamətləri rəngli konsistensiyası forması və s. tibbi kartdada qeyd edilmədiyindən əmələ gəlmə və səbəblərini müəyyən etmək mümkün deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə ŞBPİ 4-cü Polis Bölməsindən verilən xx.xx.2023-cü il tarixli, 3-13-57-4/2-7674saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbə sonuncunun narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü ildə son dəfə xx.xx.2023-cü il tarixdə olmaqla müxtəlif nömrələrdən narkotik vasitə əldə edilməsi ilə bağlı üstüörtülü mesajlar 099-857-2021 və 055557-9132 saylı mobil nömrələrdən yazılan mesajlara cavab olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli, 3-13-57- 4/2-8826/2023 saylı cavab məktubundan görünür ki, mesajları yazmış, ***-***-**-** saylı mobil nömrənin sahibi X7 və ***-***-**-** saylı mobil nömrənin sahibi X2 olduqları yer müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,390 qram olan maddi sübut kimi tanınaraq, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd “DVD” disk, telefon məlumatlarına dair məlumat olan 1 ədəd CD disk cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyi ilə bağlı iş materiallarından CMnin 234.4.3-cü maddəsi ilə ********* № li cinayət işi ayrı icraata ayrılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər Prokurorluğunda toplanmış “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması barədə Təqsirləndirilən şəxs şikayəti əsasında toplanmış 444c-23 saylı material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilən məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, H.Hüsiyev küçəsi, ev 10-da qeydiyyatdadır və məcburi köçkündür. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə araşdırılan tibbi sənədlərdən görünür ki, anası X5 xx.xx.2023-cü ildə Yasamal Hospitalda “sağ diz oynağının total dəyişdirilməsi, xx.xx.2023-cü ildə isə “Funda” Hospitalda “sol diz oynağının total endoprotezləşməsi” cərrahi əməliyyatı keçirtmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi narkotik vasitənin ona məxsus olmaması, polis şöbəsinə gətirildikdən sonra fiziki və psixizor tətbiq edilərək götürməyə məcbur edilməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığından məhkəmə ifadələri həmin hissədə sübut kimi qəbul etmir və özünümüdaifə hüququndan istifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi (vəkillə) təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada ona izah olunmuş, prosessual istintaq hərəkətləri isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, aparılan istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçisi tərəfindən bir neçə dəfə soruşulsa da, narkotik vasitənin ona məxsus olub-olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulub-qoyulmamasına dair suallara isə inkar cavabı vermişdir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindsən zorakılığa məruz qaldığını göstərmişdir ki, bununla bağlı hakim tərəfindən aidiyyəti üzrə Gəncə şəhər prokurorluğuna məlumat verilmişdir. Məhkəmə baxışında ibtidai istintaq zamanı şəxsin təqsirliliyi ilə bağlı məsələyə təsir etməsə də, kobud prosessual pozuntulara yol verildiyindən və bununla bağlı məhkəmə öz mövqeyini məhkəmə baxışının nəticələrinə dair xüsusi qərarında göstərəcəyindən hökmdə həmin hallarının təsvri və tədqiqi ilə bağlı əlavə əsaslandırma aparılmasını zəruri və vacib hesab etmir. Lakin məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı da qəti şəkildə bildirdiyi, hətta buna görə prosessual sənədlərə imza etməkdən imtina etdiyi, ona narkotik vasitələrin satışı ilə bağlı verilmiş ittihamla razılaşmır və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamın satış məqsədi ilə bağlı yeganə təsdiqi şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin külli miqdarı az keçən hissədə, yəni 2 qramdan artıq olmasıdır. Ancaq məhkəmə qeyd edir ki, Ali Məhkəmənin bu sahədə verdiyi izahlara və formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən narkotik vasitənin külli miqdarı keçən çəkidə olması öz-özlüyündə şəxsin narkotik vasitə satıcısı kimi qiymətləndirilməsinə əsas vermir və bunun üçün məhkəmə baxışı ( eləcə də ibtidai araşdırma zamanı) birbaşa (əvvəlcədən çəkilib yığılmış xırda bağlamalar, narkotik vasitə satıldığı şəxslərin təsdiqi, satışa yönəlmiş açıq və qapalı mesajlaşma) və dolayı sübutlar (telefon danışıqlarının olması və sair) tələb olunur. Hazırki məhkəmə baxışında isə ittiham tərəfindən məhkəməyə ancaq xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək şəxsə yazılan qapalı narkotik vasitə əldə etməyə yönəlmiş mesajlar təqdim edilmişdir ki, mesajlarda satış deyil, qarşılıqlı narkotik vasitə əldə etmək üçün cəhdlər, narkotik vasitələrin əldə edilməsindəki “çətinlik”, nigaranlıq və narahatlıq ifadə olunur. Eyni zamanda nəzərdən qaçırılmamalıdır ki, həmin mesajlar birtərəfli qaydada (yəni Təqsirləndirilən şəxs) yazılmış mesajlar olmuşdur, açıq şəkildə narkotik vasitə istəyən şəxslər isə əməliyyat tapşırığına cavab olaraq verilmiş məktubdan görünür ki, nömrələrin məxsus olduğu şəxslərin yeri müəyyən edilmədiyi üçün tapılması mümkün olmamışdır. İttiham tərəfi (ibtidai araşdırma zamanı müstəntiq və prosessual rəhbərliyi həyata keçirən prokuror, məhkəmə baxışında isə dövlət ittihamçısı) həmin mesajları təqsirləndirilən şəxsin narkotik vasitələrin satışını təsdiq edən hal kimi təqdim etməyə cəhd etsələr də, məhkəmə göstərilənlərə əsasən həmin mesajları satışı birbaşa təsdiq etməsində sübut kimi qəbul etmir. Məhkəmə baxışında da tədqiq edilmiş və şəxsin davranışlarından da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə etməklə yaranmış narkomaniya xəstəliyindən əzab çəkmiş və o, daimi olaraq heroin istifadə etmişdir (həmin hal nə ibtidai araşdırma, nə də məhkəmə baxışı zamanı mübahisələndirilməmiş, ancaq Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəlki aylarda narkotik istifadəsini dayandırdığını göstərmişdir). Məhkəmə cinayət prosesi tərəflərinə (ittiham tərəfi - narkotik vasitələrin satışının təsdiqi ilə bağlı, müdafiə tərəfinə isə şəxsin və təqsirlilik və polis zorakılığına məruz qalması ilə əlaqədar) iddia və dəlillərini təqdim etməsi üçün kifayət qədər bərabər imkan, müddət və əlçatanlıq təmin etsə də, tərəflərin iş materiallarından başqa hər hansı sübutu təqdim etməməsi məhkəmənin işə verilən ittiham daxilində təqdim edilən sübutlar əsasında baxmasına mane olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, həmçinin ittiham tərəfi Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun külli miqdar narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamasını məhkəmə baxışında sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satışı ilə bağlı hər hansı hərəkət və bunu təsdiq edəcək hallar cinayət işi materiallarına əlavə edilməmiş, məhkəmə baxışında şahid qismində dindirilmiş iş üzrə şahidlər (polis əməkdaşları) da Təqsirləndirilən şəxs əvvəl kiməsə narkotik vasitə satması (verməsinə) dair məlumatları olmadığını, onun narkotik vasitə satdığı, yaxud bir yerdə istifadə etdiyi şəxsləri müəyyən edə bilmədiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası rəyinə əsasən də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair verilmiş istintaq tapşırığına cavab məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini haradan və kimdən, nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmə baxışında tədqiq edilən hallara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar heroini şəxsi istehlak məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. İbtidai istintaqdan fərqli olaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən külli miqdarda qeyrimüəyyən çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri ilə xx.xx.2023-cü ildə saat 21 radələrində yaşadığı Gəncə şəhəri, 4-cü mikrorayon 4A, nömrəli binanın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 4cü X6 Binasına gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli idman şalvarının sağ yan cibindən şəffaf poletilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 2,390 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal 59.2-ci maddəsinə əsasən Ağdam rayonundan məcburi köçkün olması və himayəsində xəstəlikdən əziyyət çəkən anasının olmasıdır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədd azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən ilk dəfə ağır cinayət törətməyə görə məhkum edilmş şəxlər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə ŞBPİ-də saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,390 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin olduğu 1 ədəd “DVD” disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 ( otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 2,390 qram olan narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkətinin olduğu 1 ədəd “DVD” disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 ( otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs oğluna verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-99/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-99/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver