Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-100/2020 27.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Qələndarov Sahib Zöhrab oğlunun, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1967-ci ildə İmişli rayonu, Bəhramtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, həbs olunanadək fərdi əməklə məşğul olmuş, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa edilən binadan ev satacağına dair yalan vəd verib aldatmaqla 2014-cü ilin avqust ayının ikinci on günlüyündə ünvan 1 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs2 10000 (on min) manat məbləğində pul almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Bununla da, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 10000 (on min) manat məbləğində pulunu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanda yerləşən 27 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs1 məxsus «Maserati Quattroporte» markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb Zərərçəkmiş şəxs1 87000 (səksən yeddi min) ABŞ dolları məbləğində pul verəcəklərinə dair yalan vəd verib aldatmaqla, həmin dövrün məzənnəsi ilə 68242 (altmış səkkiz min iki yüz qırx iki) manat 80 (səksən) qəpik təşkil edən 87000 (səksən yeddi min) ABŞ dolları dəyərindəki “Maserati Quatroporte” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Təqsirləndirilən şəxs qeyd edilən avtomobilin satışından hasil olunmuş pulu Əzizalı Səmədovla birlikdə ələ keçirməklə vədinə əməl etməmiş və bununla da Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 68242 (altmış səkkiz min iki yüz qırx iki) manat 80 (səksən) qəpik məbləğində, yəni külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində tikilməkdə olan “Avrositi” Holdinqdə mağaza satacağına dair yalan vəd verib aldatmaqla bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 ümumilikdə 115710 (yüz on beş min yeddi yüz on) manat məbləğində pulu almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Bununla da Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 115710 (yüz on beş min yeddi yüz on) manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətinitörətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sair sübutlarla aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Qara Qarayev prospekti 82 ünvanında ticarət mərkəzi tikilirdi. Həmin ticarət mərkəzinin tikintisi üzrə podratçı Səmədov Əzizalı olmuşdur. O, ticarət mərkəzi tikilən vaxt Əzizalı Səmədovun yanında mühəndis işləmişdir. Onun əmək haqqısı Əzizalı Səmədov tərəfindən verilmişdir. Ticarət mərkəzinin tikintisi çoxlu xərc tələb etdiyindən Əzizalı Səmədova maddi cəhətdən bir nəfər kömək etmişdir. Həmin adamın soyadını dəqiq xatırlamasa da, onun adı Seymur olmuşdur. Seymur bəzən pul, bəzən də müxtəlif markalı maşınları gətirib Əzizalı Səmədova vermişdir. Əzizalı Səmədov da Seymurun verdiyi maşınları sataraq həmin maşınların satışından əldə edilən pulları ticarət mərkəzinin tikintisinə xərcləmişdir. X18 verdiyi pulların və maşınların əvəzində X22 tikilən ticarət mərkəzində obyektlər verməli imiş. Əzizalıya tikinti üçün verilən pulları Əzizalı gətirib ona verirmiş, o da Əzizalının verdiyi pulların hesabatını öz dəftərində aparırmış. X25 verilməli olan pulları almaq üçün o, öz avtomobili ilə gedərək həmin pulları götürmüşdür. Kamran və Şəfi “Maserati” markalı avtomobili onlara, yəni Əzizalı Səmədova və ona verməmişdir. Kamran həmin avtomobili Seymur adlı şəxsə vermişdir. Seymur da “Maserati” markalı avtomobili sənədləri ilə birgə Əzizalıya vermişdir. Seymur ilə Əzizalı arasında müqavilə olmuşdur. Seymur Əzizalıya tikinti materialları, pul və müxtəlif markalı maşınlar vermişdir. Seymur Əzizalıya “Maserati” markalı avtomobil ilə yanaşı, “İnfiniti” və digər markalı avtomobillər də vermişdir. Seymur həmin avtomobilləri Əzizalıya nisyə şəkildə vermişdir. Əzizalı Seymurun verdiyi avtomobilləri sataraq əldə edilən pulları podratçısı olduğu ticarət mərkəzinin tikintisinə xərcləmişdir. Ümumiyyətlə bir neçə şəxs tikinti materialları və müxtəlif markalı avtomobilləri nisyə şəkildə Əzizalı Səmədova vermişlər. Əzizalı Səmədov da nisyə verilmiş avtomobilləri sataraq pul əldə etmiş və həmin pulları ticarət mərkəzinin tikintisinə xərcləmişdir. Əzizalı Səmədov ticarət mərkəzinin tikintisi üçün ona verilmiş avtomobillərin, digər tikinti materiallarının və pulların əvəzində həmin ticarət mərkəzinin tikintisi başa çatdıqdan sonra verilmiş əşyaların və pulların dəyərində həmin şəxslərə ya obyekt verməli, ya da ticarət mərkəzindəki obyektlər satıldıqdan sonra satışından əldə edilən pulları verməli imiş. Ölkədə inflyasiya baş verənədək Əzizalı Səmədov vaxtı-vaxtında vəzifələrini yerinə yetirmişdir. Lakin inflyasiya zamanı pulların qaytarılmasında gecikmələr başlanmış və işlər dayandırılmışdır. Bundan sonra Əzizalı Səmədova pul, avtomobil və digər əşyalar verən şəxslər Əzizalı Səmədov barəsində şikayət etməyə başlamışlar. X13 verəcəyi pul 220000 (iki yüz iyirmi min) manat olmuşdur. Həmin məbləğə “Maserati” markalı avtomobilin dəyəri də daxil olmuşdur. “Maserati” markalı avtomobili X23 Rəsul adında şəxsə satmış və Əzizalı əldə edilmiş pulu Seymura qaytarmışdır. Əzizalı Seymura “Maserati” markalı avtomobilin dəyərini qaytardıqdan sonra həmin avtomobillə bağlı bütün problemlər həll olunmuşdur. “Maserati” markalı avtomobil satıldıqdan 3 (üç) il keçdikdən sonra o, Zərərçəkmiş şəxs1 tanımışdır. Səmədov Əzizalıya maddi cəhətdən kömək edən şəxslər verdikləri pulu ya materiallarla, ya ev, ya da obyektlə əvəzləşdirmişlər. Həmin şəxslər Seymurun tanışları olmuşlar və bütün pullar Seymurda cəmləşmişdir. Zərərçəkmiş şəxs3 yeganə şəxs olmuşdur ki, Seymurla əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs3 də etdiyi köməkliyə görə Əzizalı Səmədov tərəfindən obyekt təklif olunmuşdur. Zərərçəkmiş şəxs3 isə həmin obyekti istəməmiş və Əzizalıya demişdir ki, “Mənim pulumu sonra qaytararsınız”. İnflyasiya olduqda isə Zərərçəkmiş şəxs3 obyekti tələb etməyə başlamışdır. Ümumilikdə, Səmədov Əzizalının 220000 (iki yüz iyirmi min) manat borcu qalmışdır. Lakin Əzizalının borcu şişirdilərək 360000-400000 (üç yüz altmış min-dörd yüz min) manat olmuşdur. Bu tamamilə yalandır. Əzizalının ümumilikdə Seymura 220000 (iki yüz iyirmi min) manat borcu qalmış və onun Əzizalı Səmədovun borcuna aidiyyatı olmamışdır. Həmin borc Əzizalı Səmədovun öz borcu olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı hissədə ifadəsində göstərdi ki, onunla Zərərçəkmiş şəxs2 arasında pul söhbəti olmamışdır. Zərərçəkmiş şəxs2 Səmədov Əzizalının yanına gələrək podrat müqaviləsi bağlamış və demişdir ki, “Mərmər işini mən görəcəm”. Zərərçəkmiş şəxs2 görəcəyi mərmər işinin əvəzində Əzizalıya və ona demişdir ki, “Bakı şəhəri, Yasamal rayonunda olan tikintilərdən mənə ev verərsiz”. O və Əzizalı Səmədov da Zərərçəkmiş şəxs2 ilə razılaşmışdır. Lakin Zərərçəkmiş şəxs2 tərəfindən vurulan mərmər ticarət mərkəzinin sahibi tərəfindən bəyənilməmişdir. O və Əzizalı Səmədov da Zərərçəkmiş şəxs2 mərməri düzgün vurmadığına görə mərməri geri qaytarmalı olduğunu bildirmişdir. Bununla bağlı onların üçü arasında mübahisə yaranmışdır. Mübahisə yarandıqdan sonra Zərərçəkmiş şəxs2 ona və Əzizalı Səmədova şər atacağını, güya onlara 10000 (on min) manat məbləğində pul verdiyini və həmin pulu onlardan alacağını bildirmişdir. Podrat müqaviləsinin şərtlərinə görə Zərərçəkmiş şəxs2 pulu heç kimdən tələb etməyə haqqı olmamışdır. Çünki müqavilənin şərtlərində “Əgər gördüyünüz iş bəyənilməsə, bugünkü tələbata uyğun olmasa, o, qəbul olunmayacaq” deyə bir bənd olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs2 Səmədov Əzizalıdan 5000 (beş min) manat pulu geri almış, qalan 5000 (beş min) manat pulu da sonra verməsini Əzizalı Səmədova bildirmişdir. Lakin onun bu məsələdən xəbəri olmamışdır. Ümumiyyətlə onunla Zərərçəkmiş şəxs2 arasında heç vaxt pul haqq-hesabı olmamış və o, Zərərçəkmiş şəxs2 pul almamışdır. Zərərçəkmiş şəxs2 ancaq Əzizalı Səmədovla haqq-hesabı olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilənlərin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü və məhkəmə qərarı əsasında təqsirləndirilən şəxsin öz ifadəsində göstərdiklərinin yalan və həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 30 ildir ki, avtomobillərin satışı ilə məşğuldur və onun “100 Cars” adlı avtomobil salonu var. O, Təqsirləndirilən şəxs baş vermiş hadisəyə qədər tanımamışdır. 2014-cü ilin oktyabr ayında çoxdan tanıdığı və avtomobil satışı ilə məşğul olan Kamran adlı şəxs ona məxsus avtomobil salonuna gəlmiş və onun salonunda satışda olan “Maserati” markalı avtomobilə müştəri tapdığını bildirərək ondan həmin avtomobili istəmişdir. Həmin avtomobilin qiymətinin 100000 (yüz min) ABŞ dolları məbləğində olmasına baxmayaraq, Kamran həmin avtomobilin qiymətinin 87000 (səksən yeddi min) ABŞ dollarına endirilməsini ondan xahiş etmişdir. O da öz növbəsində Kamranla bu barədə razılaşmışdır. O, Kamrana güvəndiyindən həmin avtomobili evakuatora qoyduraraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən qaraja göndərmişdir. “Maserati” markalı avtomobil başqa şəxsin adına olsa da, ona məxsus olmuşdur. Çünki “Maserati” markalı avtomobilin əvvəlki sahibi ondan bahalı avtomobil almış və aldığı avtomobilin əvəzində “Maserati” markalı avtomobili ona vermişdir. “Maserati” markalı avtomobil ona məxsus olsa da, onun həmin avtomobilə dair etibarnaməsi olmamışdır. O, “Maserati” markalı avtomobili Kamrana göndərdikdən 2-3 gün keçdikdən sonra Kamrana zəng vurmuş və avtomobilin satışından əldə olunacaq pulu soruşmuşdur. Kamran avtomobili alan şəxslərin beh verdiklərini, 1-2 günə məsələni həll edəcəyini və avtomobilin pulunu ona qaytaracağını bildirmişdir. “Maserati” markalı avtomobilin rəngi göy olduğundan rənginə görə digər avtomobillərdən seçilirmiş. Bir neçə gün keçdikdən sonra o, yolda dayandığı vaxt dövlət nömrə nişanı 103 olan “Maserati” markalı avtomobilin yanından keçdiyini görmüşdür. O, həmin avtomobili rəngindən dərhal tanımışdır. Sonra o, Kamrana zəng vurmuş, “Maserati” markalı avtomobilin idarə olunduğunu Kamrana bildirmiş və niyə həmin avtomobilin idarə olunduğu halda onun pulunun ödənilmədiyini soruşmuşdur. Kamran ona demişdir ki, “Sənin nəyinə lazımdır? 3-4 günə pulunu veririk”. Lakin həmin vaxtdan bir neçə ay keçsə də, Kamrandan xəbər çıxmamışdır. Sonra Kamran ondan qaçıb gizlənmişdir. Çətinliklə olsa da sonradan o, Kamranı tapmışdır. Bundan sonra Kamran tərəfindən “Maserati” markalı avtomobilin Baş Dövlət X28 saxta sənədlər əsasında rəsmiləşdirilməsi və həmin avtomobilin Təqsirləndirilən şəxs verilməsi ona məlum olmuşdur. O, Kamrandan bu barədə soruşduqda və pulunu tələb etdikdə Kamran müxtəlif variantlarda pulun ona qaytarılacağını bildirmişdir. Onların arasında işgüzar münasibətlər olduğundan o, Kamrana inanmışdır. Bundan sonra 1 (bir) il ərzində Kamran ona 14 (on dörd) sot torpaq sahəsi göstərmişdir. Sonra Kamran ona demişdir ki, “Daş karxanası açmışdım, işlədə bilmədim. Onu satıb pulunu verəcəm”. 1 (bir) il keçdikdən sonra o, Kamranın ona pul vermədiyini görüb Kamran barəsində Binəqədi rayon Polis İdarəsinə şikayət etmişdir. Kamranı, onun dostu Təqsirləndirilən şəxs və X19 rayon Polis İdarəsinə gətirərək onunla görüşdürmüşlər. O, Təqsirləndirilən şəxs və Əzizalı Səmədovu həmin Polis İdarəsində tanımışdır. O, Altaya və Əzizalıya avtomobilin dəyərinin 100000 (yüz min) ABŞ dolları olduğunu demiş və heç olmasa avtomobilin dəyərinin yarısının, yəni 50000 (əlli min) ABŞ dollarının ona qaytarılmasını tələb etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, “Sənin pulunu şəxsən mən verəcəm”. Altay elə dediyinə görə o, Kamrandan əl çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 5-6 ay məsələni uzatmışdır. Sonra Altay özü də yoxa çıxmış və Altayın telefonuna zəng çatmamışdır. Altaydan xəbər çıxmadıqdan sonra Əzizalı Səmədov ona gah Zabrat qəsəbəsində ev, gah gölün qırağında bir torpaq sahəsi göstərmişdir. Lakin onların dəyəri avtomobilin dəyərindən aşağı olduğundan o, Əzizalı ilə razılaşmamışdır. X20 da xəbər çıxmamışdır. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərdi ki, o, “Maserati” markalı avtomobili Kamrana vermişdir. Lakin o, Kamrandan polisə şikayət etdikdən sonra Binəqədi rayon X26 adlı müstəntiq Kamranı, Altayı və Səmədov Əzizalını onunla görüşdürdükdə Altay ona demişdir ki, “Kamran maşını mənə verib. Sənin pulun məndədir. Sənin puluvu bundan sonra Kamran yox, biz, yəni mən və Əzizalı verəcəyik”. O da Altaya və Əzizalıya inanmış və gözləmişdir. Lakin bundan sonra Altay qaçmış və onun pulu ödənilməmişdir. İndiyə qədər onun 87000 (səksən yeddi min) ABŞ dolları məbləğində pulu qaytarılmamışdır. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Əzizalı Səmədovu 2015-ci ilin avqustsentyabr aylarında Qüdrət və İsmayıl adlı dostlarının vasitəsi ilə tanımış və bundan sonra onların arasında yaxşı münasibət yaranmışdır. Hətta o, Təqsirləndirilən şəxs və Əzizalı Səmədovla tanış olduqdan sonra Altay və Əzizalı onun adına ******* (iki milyon) məbləğində əmlak yazmışlar. Lakin iş alınmadığından o, həmin əmlakı Altaya və Əzizalıya qaytarmışdır. Altay və Əzizalı ondan ilk dəfə təqribən 26000 (iyirmi altı min) manat dəyərində beton almışlar. Altay və Əzizalı Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Qara Qarayev prospektində yerləşən “Avrositi” holdinqdə sahəsi 74 kv.m, dəyəri 280000 (iki yüz səksən min) manat olan dükanı ona satmalı imişlər. Həmin dükan Əbülfəz adlı şəxsə məxsus olmuşdur. Onun Əzizalı və Altayla razılaşmasına əsasən dükanın qiyməti 280000 (iki yüz səksən min) manat məbləğində müəyyən edilmişdir. Həmin dükanın müqabilində o, Altaya və Əzizalıya beton, avtomobil və pul verməli olmuşdur. Bunların müqabilində isə Altay və Əzizalı ona həmin dükanı verməli imişlər. O da, dükanın əvəzində Əzizalı və Altaya beton, ağ rəngli X33 markalı avtomobil vermişdir. X33 markalı avtomobili o, Altayın tələbinə əsasən Altayın tanışı İbrahim adlı şəxsə baş etibarnamə əsasında vermişdir. Bundan başqa, o, Altay və Əzizalıya 5000 (beş min) manat pul vermişdir. Müəyyən vaxtlarda onun tərəfindən Altaya və Əzizalıya kisələrdə sement də verilmşdir. Hətta bir dəfə o, dostundan kisələrdə sement alaraq Altay və Əzizalıya vermişdir. Bundan başqa, o, əlavə olaraq 500 (beş yüz) manat da Altaya və Əzizalıya vermişdir. Ona vəd edilən dükanın müqabilində ümumilikdə 125000 (yüz iyirmi beş min) manat məbləğində pul vəsaitini o, Altay və Əzizalıya vermişdir. Lakin bir gün Altayın və Əzizalının ona verməli olduqları dükanın sahibi Əbülfəz onun yanına gəlmiş və demişdir ki, “Əgər bunlar mənim pulumu verməsə, mən onlardan şikayət edəcəm və dükanla bağlı problem yaranacaq”. Əbülfəzin sözləri ona şübhəli gəlmiş və o, Əzizalı və Altayın Əbülfəzlə dükan barəsində problemlərinin yarandığını başa düşmüşdür. Ona görə də o, Əzizalı və Altayla alış-verişi dayandırmışdır. Bundan sonra Altay ona müxtəlif vaxtlarda müxtəlif yerlərdə olan dükanları, torpaq sahələrini göstərmişdir. Lakin Altayın ona göstərdikləri bütün obyektlərin müxtəlif problemləri olmuşdur. Sonra o, Altaydan verdiyi pulları tələb etmişdir. Altay isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Ona ümumilikdə 125000 (yüz iyirmi beş min) manat məbləğində ziyan dəymişdir. Zərərçəkmiş şəxs, həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinə məhkəmədə baxıldığı vaxt ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki,Əzizalı ilə Altayın ofisləri Bakı şəhərinin Nəsimi rayonunda yerləşmişdir. Altay və Əzizalı tikinti işləri ilə məşğul olmuşlar. O, Bakı şəhəri, 8-ci km, Qara Qarayev prospektində yerləşən obyektdəki dükanlarda pilləkən qoymalı və istilik sistemi quraşdırmalı imiş. Bu barədə onun Əzizalı və Altay ilə danışığı olmuşdur. Əzizalı və Altay onu həmin obyektə dəvət etmişlər və iş təklif etmişlər. Onun görəcəyi işin müqabilində Altay və Əzizalı ona pul verməli imişlər. Lakin bir neçə müddətdən sonra o, Əzizalının və Altayın düz adam olmadıqlarını və onu aldatdıqlarını başa düşmüşdür. O, aldanıldığını gördüyünə görə tez Altayla və Əzizalı ilə işi bitirmişdir. Bundan sonra Altay və Əzizalı ona təklif etmişlər ki, “Sənə mənzil verək. Həm işinin pulunu oradan götür, həm də sən bizə 10000 (on min) manat verməlisən ki, biz mənzili sənə verək”. O da Altayla və Əzizalı ilə razılaşmışdır. Bu məqsədlə o, Əzizalı və Altayın Nəsimi rayonunda yerləşən ofisinə getmişdir. O, ofisə daxil olanda Altayın və Əzizalının ofisdə olduğunu görmüşdür. O, Altaya və Əzizalıya 10000 (on min) manat pulu gətirdiyini bildirmişdir. Əzizalı Altaya pulu ondan götürməsini bildirmişdir. Sonra o, Altayla birlikdə Altayın otağına keçmişdir. Orada o, Altaya 10000 (on min) manat pul vermişdir. Altay pulu saymadan ondan almış və otaqdakı siyirməyə atmışdır. O, Altaydan pulun sayılmasını istəmişdir. Altay isə pulu saymağa ehtiyac olmadığını ona demişdir. Onun verdiyi 10000 (on min) manat puldan Əzizalının oğlu ona 5000 (beş min) manat qaytarmışdır. Lakin hazırda Altay və Əzizalı ona 5000 (beş min) manat pul qaytarmalı olsalar da, həmin pul ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs qeyd edilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2014-cü ilin noyabr ayında Fizuli Qasımov adlı dostu Zərərçəkmiş şəxs1 avtomobil salonunda tünd göy rəngli “Maserati” markalı avtomobilin satıldığını görmüşdür. Fizuli ona həmin “Maserati” markalı avtomobili almaq istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 zəng vuraraq Fizuli adlı dostunun “Maserati” markalı avtomobili almaq istədiyini bildirmiş və həmin avtomobili evakuator vasitəsilə Fizuli Qasımovun tanıdığı ustanın yanına göndərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 problem olmadığını ona bildirmiş və avtomobili ustanın yanına göndərmişdir. Şəfi avtomobilin qiymətinin 92000 (doxsan iki min) ABŞ dolları olduğunu bildirmişdir. X30 ilə telefonda danışaraq avtomobilin qiymətini 87000 (səksən yeddi min) ABŞ dollarına endirilməsi barədə razılığa gəlmişdir. Fizuli 87000 (səksən yeddi min) ABŞ dollarından 20000 (iyirmi min) ABŞ dollarını nağd ödəmək istəmiş, pulun qalan hissəsini isə 3 (üç) ay müddətinə ödəyəcəyini bildirmişdir. Fizuli avtomobili ustada yoxlatdırdıqdan sonra avtomobili sürüb aparmışdır. Fizuli Qasımov 3 (üç) ay müddətində pulun qalan hissəsini ödəyə bilməmişdir. Lakin Fizuli qalan pulu bir ay və ya ay yarım ərzində ödəyəcəyini bildirmişdir. Fizuli avtomobili ustada yoxlatdıranda avtomobilin buraxılış ilinin 2011-ci il yox, 2010-cu il olduğu müəyyən olunmuşdur. Fizuli bunu biləndə əvvəl narazılıq etmiş, lakin Şəfi Fizuliyə qalan pulu ödəmək üçün bir ay vaxt verdikdə razılaşmışdır. Bir müddət keçdikdən sonra Fizuli Qasımov ölmüşdür. Sonra “Maserati” markalı avtomobilin başqa şəxslərə satılması məlum olmuşdur. Bir dəfə X29 Yaqub adlı şəxs “Maserati” markalı avtomobili rəsmiləşdirmək üçün ona zəng etmişdir. O da Yaquba bildirmişdir ki, “Maşınla bağlı mənə deyil, Şəfiyə zəng vurmaq lazımdır”. Yaqub isə avtomobilin Şəfinin adına olmasına baxmayaraq, həmin avtomobili rəsmiləşdirmək üçün gələn şəxslər onun adını verdiyini ona demişdir. O isə avtomobilin Şəfiyə məxsus olduğunu və Şəfiyə zəng vurmalarını demişdir. Binəqədi rayon Polis İdarəsində olanda avtomobilin Altay tərəfindən satıldığı ona məlum olmuşdur. Bundan sonra Şəfinin ofisində Altay Şəfiyə demişdir ki, “Avtomobilin yerinə sənə ev verəcəm”. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, maşın alveri ilə məşğul olur. O, maşın bazarından və digər yerlərdən ucuz qiymətə maşın alaraq bir müddətdən sonra həmin maşınları biraz baha qiymətə satmışdır. Bir gün Bakı şəhərində fəaliyyət göstərən avtosalonlardan birində ucuz qiymətə “Maserati” markalı avomobilin satıldığını və avtomobilin qiymətinin 89000 (səksən doqquz min) ABŞ dolları olduğunu ona demişlər. O da adını xatırlamadığı avtosalon işçisinə həmin “Maserati” markalı avtomobili almaq istədiyini bildirmişdir. Bu məqsədlə o, Təqsirləndirilən şəxs və tanımadığı digər şəxslə Bakı şəhəri, Babək prospektində görüşmüşdür. Həmin görüşdə o, Təqsirləndirilən şəxsla “Maserati” markalı avtomobilin qiyməti barədə razılığa gəlmişdir. Onun Altayla əldə etdiyi razılığa əsasən “Maserati” markalı avtomobilin qiyməti 89000 (səksən doqquz min) ABŞ dollarından 84000 (səksən dörd min) ABŞ dollarına endirilmişdir. 84000 (səksən dörd min) ABŞ dolları məbləğində pulun 64000 (altmış dörd min) ABŞ dolları hissəsini o, nağd ödəməli, qalan 20000 (iyirmi min) ABŞ dolları məbləğinin əvəzində isə Altaya başqa avtomobil verməli olmuşdur. Bundan sonra “Maserati” markalı avtomobili Yasamal rayon Polis İdarəsinin qarşısında yerləşən avtosalondan çıxararaq ona vermişlər. Həmin vaxt avtomobil ona veriləndə o, avtomobilin dəyərini ödəməmişdir. Onun Təqsirləndirilən şəxsla əldə etdiyi razılığa əsasən avtomobil bahalı olduğuna görə o, avtomobilin dəyərini həmin avtomobili öz adına rəsmiləşdirdikdən sonra ödəməli olmuşdur. Ona görə də o, avtomobili götürəndə pul verməmişdir. O, avtomobili Baş Dövlət X34 sənədləşdirməyə aparanda həmin İdarədə əvvəl avtomobili onun adına sənədləşdirməmişlər. Sonra Altaygil kiminləsə danışmış və bundan sonra Altay məsələnin həll olunduğunu ona demişdir. Bundan sonra “Maserati” markalı avtomobil onun adına sənədləşdirilmişdir. Avtomobilin sənədləşdirilməsi başa çatdıqdan sonra o, Təqsirləndirilən şəxs 64000 (altmış dörd min) ABŞ dolları məbləğində pulu nağd şəkildə vermişdir. Qalan 20000 (iyirmi min) ABŞ dolları məbləği əvəzində isə o, Təqsirləndirilən şəxs “Toyota” markalı avtomobil vermişdir. O, Təqsirləndirilən şəxs “Toyota” markalı avtomobili verdikdən sonra onun Təqsirləndirilən şəxs borcu qalmamışdır. O, “Maserati” markalı avtomobili aldıqdan 7-8 ay keçdikdən sonra Zərərçəkmiş şəxs1 onun yanına gəlmiş və həmin avtomobilin özünə məxsus olduğunu bildirmişdir. O isə Şəfiyə həmin avtomobilin ona məxsus olduğunu, pulunu verərək avtomobili Altaydan aldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 də avtomobilin özündə olan əlavə açarını gətirib ona təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 2 (iki) il əvvəl Təqsirləndirilən şəxs və Altayın dostu X14 Sahibin ünvan 4 ünvanda yerləşən ofisinə gəlib-getmişdir. Təqsirləndirilən şəxs və Səmədov Əzizalı bina tikintisi ilə məşğul olduqlarından Altayın və Əzizalının pula ehtiyacları olmuşdur. Zərərçəkmiş şəxs3 isə pulu olmamış, lakin X33 markalı avtomobili olmuşdur. Həmin X33 markalı avtomobili Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs və Səmədov Əzizalıya vermişdir. Altay və Əzizalı isə avtomobilin əvəzində Sahibə mənzil verəcəklərini bildirmişdilər. Bununla bağlı onlara, yəni Sahibə və ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzil də göstərilmişdir. Lakin Təqsirləndirilən şəxs və X14 Sahibin X33 markalı avtomobilini alsalar da, avtomobilin əvəzində Zərərçəkmiş şəxs3 mənzil verməmişlər. Zərərçəkmiş şəxs3 və o, Təqsirləndirilən şəxs və Əzizalı Səmədovu çox axtarsalar da, tapa bilməmişlər. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki,Zərərçəkmiş şəxs3 onun yaxın qohumudur. Sahib fərdi sahibkarlıqla məşqul olurmuş. O da Zərərçəkmiş şəxs3 yanında müəyyən işlərdə köməklik edirmiş. Əzizalı və Altay Sahibin işlədiyi ofisə gəlib getdikləri üçün o, həmin şəxsləri tanıyırmış. Təxminən 2-3 il bundan əvvəl o, Əzizalı və Altayın Sahibə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində tikilən ticarət mərkəzindən mağaza satmaq istədiklərini, həmin mağazanın qiymətinin təxminən 270000 (iki yüz yetmiş min) manat olduğunu eşitmişdir. Onun bildiyinə görə Sahib Əzizalı və Altaya təxminən 120000 (yüz iyirmi min) manatdan çox pul vermişdir. Sahib 270000 (iki yüz yetmiş min) manat məbləğində pulun bir qismini sement, beton, özünə məxsus olan X31 markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobil hesabına vermişdir. Sahib X31 markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobili Əzizalının dediyi adamın adına keçirmişdir. Bundan sonra Sahib Əzizalı və Altay tərəfindən aldadıldığını bilmiş və pullarını geri istəməyə başlamışdır. Lakin Əzizalı və Altay müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmaqdan boyun qaçırmışlar. Sonradan isə Sahib onların heç birini ümumiyyətlə tapa bilməmişdir. Ona görə də Sahib polisə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan (cild 1, iş vərəqə 116-117) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-55/2018 saylı qərarından (cild 1, iş vərəqə 118) görünür ki,Təqsirləndirilən şəxs barəsində 1 ay 23 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan hesablanacağı qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işindən başqa bir cinayət işinin ayrılması və maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 1-25) görünür ki, X3 təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs axtarışda olduğundan onun barəsində ayrıca cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Zərərçəkmiş şəxs2 ərizəsinin surətindən (cild 2, iş vərəqə 116) görünür ki, Zərərçəkmiş şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadəyə müraciət edərək təqsirləndirilən şəxs X9 ilə barışdığını, Əzizalı Səmədov tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini və onun Əzizalı Səmədova qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Zərərçəkmiş şəxs1 ərizəsinin surətindən (cild 2, iş vərəqə 115) görünür ki, Zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadəyə müraciət edərək onun təqsirləndirilən şəxs X5 qarşı heç bir şikayət və pul tələbinin olmadığını, ona ziyan vuran şəxsin Şahid1 olmasını, eləcə də Əzizalı Səmədov barəsində olan cinayət işi üzrə onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin məktubundan (cild 1, iş vərəqə 169) görünür ki, xx xxxxxxx 2017-ci il tarixdən axtarışda olan Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 183- 185) görünür ki, xx xxx 2019-cu il tarixdə saat 11:30-da Abbasov X12 Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin cinayət əməli ilə bağlı ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 209-210) görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 480 (dörd yüz səksən) saat ictimai işlər növündə cəza təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(001)-178/2019 saylı hökmündən (cild 1, iş vərəqə 230-235) görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi müəyyən edilmiş, digər zərərçəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi zərərlə əlaqədar mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqları izah olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 236-248) görünür ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 2, iş vərəqə 149) görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi zərər tam ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli İmişli rayon İcra və Probasiya şöbəsinin cavab məktubundan (cild 2, iş vərəqə171) görünür ki, İmişli Rayon Məhkəməsinin 1(036)-2014 saylı, xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilmiş və ona təyin edilmiş cəza xx xxxxxx 2014-cü il tarixdə icra olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1143/2019 saylı qərarından (cild 2, iş vərəqə 202-204) görünür ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətinə endirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-5227 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən (cild 2, iş vərəqə 213-224) görünür ki, beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində xx xxxxxxx 2018-ci il tarixdə saat 12:45-də tutulmuş, X4 vilayətinin Poçep Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, hal-hazıradək İstintaq Təcridxanasında həbsdə saxlanılır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2014-cü il tarixli İmişli Rayon Məhkəməsinin 1(036)-06/2014 saylı hökmünün surətindən (cild 1, iş vərəqə 211-213) görünür ki, Abbasov X12 Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 480 (dörd yüz səksən) saat ictimai işlər növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. X27 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş və həmin sübutları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Altay X10baqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 xeyli miqdarda, Zərərçəkmiş şəxs1 və Qələndarov Sahib Zöhrab oğlunun külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı külli miqdarda təkrarən dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, həmçinin cinayət işinin materiallarında olan çoxsaylı sübutlar əsasında, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019cu il tarixli hökmündən və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, X1 Altay Əhliman oğlu ilə qabaqcadan əlbir bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı külli miqdarda təkrarən dələduzluq cinayətini törətdiyinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Altay X7baqcadan əlbir bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Qələndarov Sahib Zöhrab oğluna qarşı təkrarən dələduzluq cinayətinin törədilməsi ilə bağlı eyni ittiham irəli sürüldüyündən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X24 Abbasovla qabaqcadan əlbir bir qrup şəxs halında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Qələndarov Sahib Zöhrab oğluna qarşı təkrarən dələduzluq cinayətinin törətməsi öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olan sübutları təşkil edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs cinayət əməlinin tövsifində preyudisial əhəmiyyətə malikdirlər. Beləliklə, Təqsirləndirilən şəxs Əzizalı Səmədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 xeyli miqdarda, Zərərçəkmiş şəxs1 və Qələndarov Sahib Zöhrab oğlunun külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündə və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında öz təsdiqini tam şəkildə tapdığından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona istinad etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs əleyhinə olan yeganə sübut qismində çıxış etmirlər. Belə ki, Altay X6baqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 xeyli miqdarda, Zərərçəkmiş şəxs1 və Qələndarov Sahib Zöhrab oğlunun külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətməsi sözügedən məhkəmə qərarları ilə yanaşı, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının hazırki cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olması, həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarına da uyğundur. Belə ki, göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bundan başqa, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündə və həmin hökmlə bağlı olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında Əzizalı Səmədov tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi göstərilmişdir. Bu hissədə sözügedən məhkəmə qərarlarını və məhkəmə istintaqında müəyyən edilmiş bütün halları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Qələndarov Sahib Zöhrab oğluna vurulmuş ziyanın ödənilməsi öz təsdiqini tapsa da, digər Zərərçəkmiş şəxs1 vurulmuş ziyanla bağlı məsələ qeyri-müəyyən olaraq qalmışdır. Belə ki, Zərərçəkmiş şəxs3 hazırki cinayət işi üzrə məhkəmə istintaqında ərizə ilə müraciət edərək Əzizalı Səmədov tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsini bildirmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündə Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi müəyyən edilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 və Qələndarov Sahib Zöhrab oğluna dələduzluq cinayəti nəticəsində vurulmuş ziyanın ödənilməsi mübahisəsizdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə bir daha belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Qələndarov Sahib Zöhrab oğluna cinayət nəticəsində vurulmuş ziyan ödənilmişdir. Digər Zərərçəkmiş şəxs1 gəldikdə isə məhkəmə hesab edir ki, ona vurulmuş ziyanın ödənilməsi sözügedən məhkəmə qərarları ilə müəyyən edilmir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündə Zərərçəkmiş şəxs1 Əzizalı Səmədov tərəfindən ona vurulmuş ziyanın ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli ərizəsinə hüquqi qiymət verilmişdir. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 xx xxxx 2019-cu il tarixli ərizəsində göstərilən iradə ifadəsi səmimi ifadə kimi qəbul edilməmiş və həmin məhkəmə belə hesab etmişdir ki, Zərərçəkmiş şəxs1 həmin ərizəni təqsirləndirilən şəxs Əzizalı Səmədovun məsuliyyətini yüngülləşdirmək niyyəti ilə sonradan fikrini dəyişməklə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında Zərərçəkmiş şəxs1 xx xxxx 2019-cu il tarixli ərizəsinə hüquqi qiymət verilməmişdir. Sözügedən qərardan Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilib-ödənilməməsi də aydın olmur. Bundan başqa, Zərərçəkmiş şəxs1 hazırki cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında dəfələrlə Təqsirləndirilən şəxs ona vurulmuş ziyanın ödənilməsini tələb etmiş və Təqsirləndirilən şəxsla barışmadığını ifadə etmişdir. Qeyd edilən halları təhlil edərək məhkəmə belə hesab edir ki, Zərərçəkmiş şəxs1 dələduzluq cinayəti nəticəsində külli miqdarda vurulmuş ziyan ödənilməmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Abbasov X12 əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla barışdığını, qeyd edilən zərərçəkmiş şəxslərə ayrı-ayrılıqda vurulmuş maddi ziyanın ödənilməsini, qeyd edilən zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən müəyyən etmişdir ki, o, İmişli Rayon Məhkəməsinin 1(036)-2014 saylı, xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilmiş və ona məhkəmə tərəfindən təyin edilmiş cəza xx xxxxxx 2014-cü il tarixdə icra olunmuşdur. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza xx xxxxxx 2014-cü il tarixdə icra olunduğundan və həmin tarixdən Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törədilərkən onun məhkumluğu olmamışdır. Belə ki, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri və Zərərçəkmiş şəxs1 vurulmuş külli miqdarda ziyanın ödənilməməsini bir daha məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilindiyindən ona cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun Rusiya Federasiyası ərazisində tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Zərərçəkmiş şəxs1 87000 (səksən yeddi min) ABŞ dolları, həmin dövr üzrə məzənnəyə əsasən 68242 (altmış səkkiz min iki yüz qırx iki) manat 80 (səksən) qəpik məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, Zərərçəkmiş şəxs1 cinayət mühakimə icraatı qaydasında mülki iddia vermədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-100/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-100/2020
27.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver