Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-100/2021 13.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7 yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və sonuncunun nümayəndəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi mütəxəssis X2 tərcüməçilər X3 və X11 iştirakı ilə 1989-cu il martın 21-də Əfqanıstan İslam Respublikasında anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, himayə sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan RAHİMİ Mahdinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: RAHİMİ Mahdi aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq edib köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, RAHİMİ Mahdi cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu il iyunun 21-də saat 16 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında körpə uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünə məxsus yataq otağında olarkən körpə uşağını qucağına almaqdan ötrü həmin otağa daxil olan onun üçün aşkar surətdə on dörd yaşına çatmayan 2009-cu il 05 sentyabr təvəllüdlü tanışı Zərərçəkmiş şəxs, fiziki vəziyyətinə görə müqavimət göstərmək imkanından məhrum olduğundan, köməksiz vəziyyətindən istifadə edib əli ilə qolundan dartaraq zor tətbiq etməklə sonuncunu çarpayıya uzatmış, özü də üzərinə uzanıb Zərərçəkmiş şəxs dodağından öpərək sovurmaqla başını tutmuş və dilini ağız boşluğuna daxil edib seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən RAHİMİ Mahdi ona Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, etnik cəhətdən hazara xalqına mənsub olmaqla əslən əfqanıstanlıdır. 2018-ci ildən arvadı Bahadurı Amina ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi tərəfindən verilmiş himayə sənədi əsasında Bakı şəhərində yaşayır. Bir müddət ünvan 1 ünvanında Rahımı Qudratullah və sonuncunun arvadı Şahid8 ilə birlikdə kirayədə yaşamış, 2019-cu il iyunun 21-də qızının doğumunun 40-cı günü münasibəti ilə keçirilən qonaqlıqda iştirak etmək üçün Qanuni nümayəndə övladları Zərərçəkmiş şəxs və Rahimi Maisam ilə onların evinə qonaq gəlmiş, o, yeni doğulan övladı ilə otağında olarkən Tamana və daha üç nəfər kiçik qız gələndə o, çarpayıda oturub telefonla oynamış, Tamana uşağı qucağına almaq istədikdə körpənin yıxılacağından qorxduğundan Tamananın əlindən tutmuş, sonuncunu qucağına götürərək bir ata kimi üzündən öpmüşdür. O, Tamanaya qarşı hər hansı zor tətbiq etməmiş, dodağından öpməmiş və sovurmamış, dilini ağız boşluğuna daxil etməmişdir. İstintaq ərəfəsində diz çökməklə Tamanın anasından üzr istəyib barışıq əldə etmiş, hazırda anlamadığı səbəblərə görə sonuncu ona şər atır, bunu isə o, Qanuni nümayəndə borclu olduğu 140 manatı qaytarmaması bəhanəsi ilə izah edir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan 2009-cu il 05 sentyabr təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əslən əfqanıstanlı olaraq 2019-cu il iyunun 21-də RAHİMİ Mahdinin yeni doğulmuş qızının 40 gününün çıxması ilə bağlı keçirilən qonaqlıq zamanı sonuncu qızı ilə birgə öz otağında olmuş, o, otağa keçməklə uşağı qucağına almaq istəyəndə Mahdi icazə verməyib onu çarpayıya uzatmış, başını tutaraq dodağından öpmüş, dilini onun ağız boşluğuna daxil etsə də o, dişlərini bərk qıcamaqla müqavimət göstərmiş və qardaşını çağırmaq istədiyini deyib otaqdan çıxmışdır. Özünü pis hiss etdiyindən qorxusundan heç kimə heç nə bildirməyərək səhərisi gün Mahdinin ona qarşı etdiyi əxlaqsız hərəkətləri barədə anasına danışmışdır. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, etnik cəhətdən hazara xalqına mənsub olub əslən əfqanıstanlıdır. 2019-cu ilin yanvar ayında övladları Zərərçəkmiş şəxs və Rahimi Maisam ilə bərabər Azərbaycan gələrək bir müddət RAHİMİ Mahdinin evində qalmış, daha sonra onlar ünvan 2 ünvanında kirayə yaşamağa başlamışlar. 2019-cu il iyunun 21-də Mahdinin yeni doğulmuş qızının 40 gününün çıxması ilə bağlı keçirilən qonaqlıqda uşaqları ilə bərabər iştirak etmiş, saat 16 radələrində Mahdinin olduğu otaqdan rəngi solmuş halda çıxmasını görməklə nə olduğunu soruşmuş, lakin Tamana ona heç nə deməmiş, qızının dodaqlarının gömgöy olduğunu müşahidə etmişdir. Səhərisi gün Tamana ağlayıb ona Mahdinin əxlaqsız hərəkətləri barədə danışdıqda o, şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Mahdinin ona borclu olduğu 140 manatı qaytarmamasına görə şər atmır. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, RAHİMİ Mahdinin və arvadı Bahuduri Aminanın Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində qonşuluqda yaşamasını bilmiş, 2019-cu il iyunun 22-də Qanuni nümayəndə zəng edərək 2019-cu il iyunun 21-də Mahdinin yeni doğulmuş övladının qırxının çıxması münasibətilə keçirdikləri qonaqlıqda Zərərçəkmiş şəxs qolundan dartmaqla çarpayıya uzatdığını, üzərinə uzanıb dodağından öpərək sovurduğunu, dilini Tamanın ağız boşluğuna daxil etməklə əxlaqsız hərəkətlər etdiyini, həmçinin qızının dodaq nahiyəsində cüzi nöqtə formasında qaraltı olmasını bildirmişdir. O, işdən çıxıb BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisinin qadın və gənclər mərkəzində əfqan icma rəhbərlərindən bir neçə nəfərlə Zahranın evinə getmiş və orada Tamananın dodağına nəzər yetirdikdə həmin qaraltını görmüşdür. İş üzrə şahid qismində dindirilən Şahid7 arvadı olan Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, etnik cəhətdən sadat xalqına mənsub olaraq əslən əfqanıstanlıdır. Bir müddətdir bacısı Şahid3, qardaşları Qeys Haydary və Abbas Haydary, qardaşı oğlu Hamid Haydari ünvan 2 ünvanında Qanuni nümayəndə və uşaqları ilə birlikdə kirayə yaşayırlar. 2019-cu il iyunun 22-də səhər saatlarında Zahra ağlamaqla ona 2019-cu il iyunun 21-də Mahdinin yeni doğulmuş övladının qırxının çıxması münasibətilə keçirdikləri qonaqlıqda övladı Zərərçəkmiş şəxs qolundan dartıb çarpayıya uzadaraq üzərinə uzandığını, dodağından öpməklə sovurduğunu, dilini qızınınn ağız boşluğuna daxil edib əxlaqsız hərəkətlər etdiyini bildirməklə daha sonra polisə müraciət etmişdir. O, Tamananın üzünə və ya dodaq nahiyəsinə diqqət yetirməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid3 bacısı olan Şahid4 ilə analoji ifadə vermişdir. İş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, etnik cəhətdən hazara xalqına mənsub olub əslən əfqanıstanlıdır, 2007-ci ildən Bakı şəhərində yaşayır. 2019-cu ilin aprel-may aylarında RAHİMİ Mahdi Qanuni nümayəndə ilə onun yanına gələrək sonuncuların sualına Amerikaya və Avropaya gedən sığınacaq yolunun bağlı olduğunu izah etmişdir. 2019-cu il iyun ayının üçüncü ongünlüyündə, dəqiq xatırlamadığı tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Bakı ofisinin əməkdaşı Şahid2 ona zəng vurmaqla bir qadının qızına qarşı əfqanıstanlı şəxs tərəfindən seksual xarakterli hərəkətlər edildiyini demiş, sonradan göndərilən videogörüntüdə bir nəfər şəxsin azyaşlı qızın qarşısında dizüstə çöküb üzr istədiyini, sonuncunu uşağı kimi öpməsini və başqa hər hansı niyyətinin olmadığını bildirdiyini müşahidə etmişdir. Həmin tarixdə axşam saat 21 radələrində o, Mehribanın əri Şahid7 və bir neçə başqa əfqanıstanlı şəxslə birgə Zahranın evinə gedəndə sonuncu qızına qarşı əxlaqsız hərəkətlər edən şəxsin Mahdi olduğunu və polisə şikayət etdiyini söyləmiş, heç kimin işinə qarışmamasını istəmişdir. İş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, etnik cəhətdən hazara xalqına mənsub olaraq əslən əfqanıstanlıdır. 2018-ci ildən ailəsi ilə bərabər və daha sonra BMT-nin Bakı ofisində Azərbaycan dili kursunda tanış olduğu Bahadurı Amina ilə bərabər ünvan 1 ünvanında kirayədə yaşamışlar. 2019-cu ilin yanvar ayında Bakı şəhərinə gələn Qanuni nümayəndə uşaqları Zərərçəkmiş şəxs və Rahimi Maisam ilə bir həftə onlarla birlikdə qaldıqdan sonra ev tapmaqla getmişlər. 2019-cu il iyunun 21-də Amina və sonuncunun əri RAHİMİ Mahdi yeni doğulmuş Rahımı Asalın qırx günlüyü münasibətilə tədbir keçirmişlər, həmin gün saat 15:50 radələrində Zahraya iş yerindən zəng daxil olduğundan o, uşaqlarını da götürüb getmiş, 2019-cu il iyunun 22-də saat 09 radələrində Zahra qışqıraraq evə girməklə nalayiq sözlər demiş və Mahdinin 2019-cu il iyunun 21-də Tamanaya qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. O, hadisənin bilavasitə şahidi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş iş üzrə şahid X12 ifadəsində etnik cəhətdən hazara xalqına mənsub olaraq əslən əfqanıstanlı olduğunu, 2006-cı ildən Bakı şəhərində yaşadığını, Bakıda kirayə ev axtararkən RAHİMİ Mahdi və sonuncunun arvadı Bahuduri Aminanın bir neçə dəfə evlərində qonaq olduğunu, 2019-cu ilin yanvar ayında Mahdi ilə birgə Qanuni nümayəndə və iki uşağını Bakı hava limanında qarşıladıqlarını, 2019-cu il iyunun 22-də səhər saatlarında Zahranın ona zəng etməklə 2019-cu il iyunun 21-də Mahdinin yeni doğulmuş övladının qırxının çıxması münasibətilə keçirdikləri qonaqlıqda Zərərçəkmiş şəxs qolundan dartıb çarpayıya uzadaraq üzərinə uzandığını, dodağından öpüb sovurduğunu, dilini sonuncunun ağız boşluğuna daxil edərək əxlaqsız hərəkətlər etdiyini məsləhət gördüyünü, daha sonra Zahra onun evinə gəldikdə sonuncuya polisə gedib şikayət etməsini dediyini, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü X9 Zahranın önündə diz çökməklə üzr istədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 163-167). İş materiallarında olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin 2019-cu il 19 iyun tarixli himayə sənədinin kserosurətindən görünür ki, RAHİMİ Mahdiyə 2019-cu il oktyabrın 02-dək etibarlı olan himayə sənədi verilmişdir, sonuncu, RAHİMİ Mahdinin arvadı Bahadurı Amina və övladı Rahımı Asal komissarlığın Bakıdakı nümayəndəliyində qeydiyyatdadırlar, onların qaçqın statusuna dair müraciətlərinə hazırda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya müvafiq məhkəmə tərəfindən baxılır, nümayəndəlik RAHİMİ Mahdinin, Bahadurı Aminanın və Rahımı Asalın Azərbaycan Respublikasının ərazisində qalmalarına şərait yaradılmasını və məcburi geri qaytarılmalarının qarşısının alınmasını hökümət orqanlarından xahiş etmişdir (1-ci cild, iş vərəqi 6-7). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2019cu il 25 iyun tarixli 07/1669 nömrəli məktubunun kserosurətindən görünür ki, Azərbaycan Respublikasında qaçqın statusu əsasında yaşayan Əfqanıstan İslam Respublikasının vətəndaşı Qanuni nümayəndə azyaşlı qızı Zərərçəkmiş şəxs Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədinə əsasən ölkə ərazisində yaşayan RAHİMİ Mahdi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması barədə ərizəsi baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir (1-ci cild, iş vərəqi 17-18). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ünvan 1 ünvanında baş verən hadisəni təfsilatı ilə danışmış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 71-76). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 15 avqust tarixli protokoldan görünür ki, RAHİMİ Mahdi göstərilən tarixdə saat 18:05-də Azərbaycan Respublikasının CM-nin 153.2.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 92). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 16 avqust tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şübhəli şəxs RAHİMİ Mahdi arasında aparılan üzləşdirmə zamanı birincisi ifadəsini təsdiq etmiş, sonuncu deyilənlər ilə qismən razılaşaraq onu çarpayıya uzatmadığını, tam xatırlamasa da üzündən öpdüyünü bildirmiş, CD diski cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 103-104). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2019-cu il 17 avqust tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 153.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən RAHİMİ Mahdiyə həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 105-106). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 17 avqust tarixli qərarının surətindən görünür ki, RAHİMİ Mahdi barəsində əvvəli 2019-cu il avqustun 15-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 142- 143). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2019-cu il 01 oktyabr tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 153.2.-ci maddəsindən həmin Məcəllənin 150.3.3.-cü maddəsinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 189-190). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il oktyabrın 25-də tərtib etdiyi tələbnamədən görünür ki, RAHİMİ Mahdi əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 200-201). İş materiallarındakı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 05 noyabr tarixli protokoldan və CD diskinə keçirilən baxışdan görünür ki, Qanuni nümayəndə tərəfindən təqdim edilən CD diskinə baxış zamanı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində RAHİMİ Mahdinin diz çökərək Qanuni nümayəndə üzr istəməsi, «əgər mən həqiqətən də bir günah etmişəmsə, Tamanadan qızım kimi bir baladan üzr istəyirəm» bildirməsi müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 202). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 05 sentyabr tarixli 500 nömrəli ekspert rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır; qızlıq pərdəsinin anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir; Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər, sonuncunun bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 218-220). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 2019-cu il 03 sentyabr tarixli 1644 saylı ekspert rəyindən görünür ki, RAHİMİ Mahdidə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla ittiham edildiyi əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasından əziyyət çəkməmiş, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 221-222). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasına dair 2019-cu il 17 oktyabr tarixli 23275 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məmmədsadiq qızı yaşına, əqli və psixi inkişafına görə ona qarşı edilən hərəkətləri qavramış, lakin göstərilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır, fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik müşahidə olunmamaqla iş üçün əhəmiyyət kəsb edən hallar barədə ifadə vermək qabiliyyətinə malikdir, ekspertiza tədqiqatının dəyəri 95 manatdır (1-ci cild, iş vərəqi 224-227). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin 2019-cu il 07 dekabr tarixli və 2019-cu il 24 dekabr tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən RAHİMİ Mahdiyə həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 243-244 və 326-327). İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin sübutların qiymətləndirilməsi, müxtəlif xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 2019-cu il 25 dekabr tarixli qərarından görünür ki, RAHİMİ Mahdiyə Azərbaycan Respublikasının CMnin 150.3.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanmış, əməlində Azərbaycan Respublikasının CM-nin 149-cu və 151-ci maddələrinin tərkib əlamətləri müəyyən olunmadığından, Qanuni nümayəndə və Şahid6n bir-birlərinə xəsarət yetirməklə mübahisə etmələri ilə əlaqədar hərəkətlərində cinayət tərkibi müəyyən olunmadığından barələrində cinayət təqibi rədd edilmişdir (1-ci cild, iş vərəqi 349-380). Məhkəməyə təqdim olunan diskə keçirilmiş baxışdan görünür ki, iki qadının musiqi sədaları altında rəqs etməsi müəyyən olunmuşdur. Məhkəməyə təqdim olunan diskə keçirilmiş baxışdan görünür ki, RAHİMİ Mahdi ilə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilən üzləşdirmə vaxtı 2019-cu il iyunun 21-də saat 16 radələrində RAHİMİ Mahdinin kirayə yaşadığı ünvan 1 ünvanında sonuncunun körpə uşağının xeyir iş mərasimi ilə bağlı bütün qonaqların qonaq otağı və mətbəxdə olduğu zaman Zərərçəkmiş şəxs körpəni oynatmaq üçün yataq otağına keçdikdə RAHİMİ Mahdinin orada çarpayıda uzanmış vəziyyətdə olduğunu, sonuncunun yanındakı uşağı qucağına almaq istəyəndə RAHİMİ Mahdinin ona imkan verməyərək sol qolundan tutub üzərinə uzanmaqla dodaqlarından öpdüyünü, sovurmağa başladığını və dilini ağzına saldığını bildirmiş, RAHİMİ Mahdi isə deyilənlərin bir qismini təsdiq edərək Zərərçəkmiş şəxs çarpayıya uzatmadığını, tam xatırlamasa da üzündən öpdüyünü göstərmişdir. Məhkəməyə təqdim olunan audiodiskə keçirilmiş baxışdan görünür ki, Qanuni nümayəndə RAHİMİ Mahdiyə «140 manatdan bir manat az olsa gör başına nə bəla açıram, etməsəm üzümə tüpür, bir də sənə xəbərdarlıq edirəm, dediyim qədər verərsən, 140 manat ərizəmdə də yazmışam, bir manat az versən onda görərsən, o mənim haqqımdır» deməsi, sonuncunun isə Qanuni nümayəndə «sənin haqqın olanı verəcəyəm, haqqını danmıram. Sən də yalan danışma» bildirməsi müəyyən olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxs RAHİMİ Mahdinin Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs RAHİMİ Mahdinin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkət etməməsi, yeni doğulmuş övladını qucağına almaması üçün Zərərçəkmiş şəxs mane olmaqla üzündən öpməsi, Qanuni nümayəndə borclu olduğu 140 manatın qaytarılmamasına görə ona şər atılması barədə dediklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Beləliklə, təqsirləndirilən şəxs RAHİMİ Mahdinin ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan şahid ifadəsi, maddi sübutun mövcudluğu, ekspert rəyləri, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, CD diskindəki videogörüntü və audiodiskdəki səs yazısı, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs RAHİMİ Mahdinin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxs RAHİMİ Mahdiyə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında, təqsirləndirilən şəxs RAHİMİ Mahdinin himayəsində bir azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxs RAHİMİ Mahdinin əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs RAHİMİ Mahdinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs RAHİMİ Mahdi xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, RAHİMİ Mahdinin ailəsi ilə birlikdə Azərbaycan Respublikasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin 2019-cu il 19 iyun tarixli himayə sənədi əsasında yaşamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının CM-nin 52.1.-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma qismində əlavə cəza təyin olunması məqsədəuyğun deyildir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs RAHİMİ Mahdinin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə bir ədəd CD diskinin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs RAHİMİ Mahdi barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 95 manat təqsirləndirilən şəxs RAHİMİ Mahdidən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs RAHİMİ Mahdinin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili X8 tərəfindən 16 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmədə tərcümə xidməti X4 və X13 tərəfindən 288 iş saatı, mütəxəssis xidməti X5 tərəfindən 240 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində, tərcüməçi, mütəxəssis və ya ekspertlərə hər iş saatı üçün 0,35 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının, Azərbaycan Respublikasının CPM-nin 195.1.2.-ci və 195.2.-ci maddələrinə müvafiq olaraq, tərcüməçi və mütəxəssis tərəfindən görülən işin haqqının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da RAHİMİ Mahdiyə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 96 manat, tərcüməçilər qismində iştirak edən X3 («Kapital Bank» açıq səhmdar cəmiyyətindəki hesab nömrəsi: ********************) və X11 («Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətindəki hesab nömrəsi: AZ72İBAZ********************) hər birinin nəfinə 100,8 manat, mütəxəssis qismində iştirak edən X2 nəfinə («Bank Respublika» hesab nömrəsi: ******************) 84 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli RAHİMİ Mahdinin tutulduğu gündən, yəni 2019-cu il avqustun 15-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: RAHİMİ Mahdi Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. RAHİMİ Mahdi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2019-cu il avqustun 15-dən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 95 manat RAHİMİ Mahdidən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. RAHİMİ Mahdiyə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 96 manat, tərcüməçilər qismində iştirak edən X3 («Kapital Bank» açıq səhmdar cəmiyyətindəki hesab nömrəsi: ********************) və X11 («Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətindəki hesab nömrəsi: AZ72İBAZ********************) hər birinin nəfinə 100,8 manat, mütəxəssis qismində iştirak edən X2 nəfinə («Bank Respublika» hesab nömrəsi: ******************) 84 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. RAHİMİ Mahdi barəsində xüsusi müsadirə tətbiq edilməsin. RAHİMİ Mahdi barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (RAHİMİ Mahdiyə isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-100/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-100/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver