Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-100/2023 24.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçilər X5, X7 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Suraxanı RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş orada xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən iki ədəd bükümdə təmiz çəkisi 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Suraxanı rayonu 79 saylı məktəbə getmiş, 7-ci sinfə qədər oxumuş, sonra məktəbi atmışdır. Savadsızdır, oxuyub yaza bilmir. Atası və qardaşı ilə eyni həyətdə, lakin fərqli evlərdə yaşayırlar. Tutulanadək fərdi evlərdə elektrik işləmişdir. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş, hadisədən bir il qabaq tərgitmişdir. Qardaşlarından biri Vüqar Nəcəfov narkotik vasitələrdən istifadə etdiyinə görə 2021-ci ilin payızında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda cəza çəkir. İlk dəfə 2020-ci ilin mart ayında Suraxanı rayonu 31-ci Polis bölməsinin rəis müavini qardaşına görə onu bölməyə aparıb döydüyü üçün polis əməkdaşlarından Ombudsmana şikayət etmişdir. Həmin döyülmə faktı ilə bağlı bölmənin rəis müavininə töhmət verilmişdir. Bu səbəbdən də polislər ona qərəzli yanaşmış, onun yaşadığı məhəlləyə gəlib onu soruşmuş, onu tutmaq üçün bəhanə axtarmışlar. Odur ki, məcbur olub bir il Sabirabadda yaşamış, pandemiya bitəndən sonra Bakıya qayıtmışdır. 28 oktyabr 2021-ci il tarixdə ailəsi ilə birlikdə yaşadığı evdə olmuşdur. Atası və digər qardaşı Tural Nəcəfov da onun yaşadığı evdə olmuşdur. Axşam saat 7-8 radələrində 10-15 nəfər polis əməkdaşı yaşadığı evə girib əvvəlcə evdə, daha sonra isə onun üzərində axtarış aparmışlar. Evdən və üzərindən heç nə aşkar edilməmişdir. Əməliyyatçılardan biri ona, «rəis səni görmək istəyir»-deyə bildirmiş və onu bölməyə aparmışlar. Yolda olarkən əməliyyatçılar təhqiqatçıya zəng edib, onun adını və soyadını deyib, sənədlərdə iki büküm qeyd etməsini bildirmişlər. Bölmədə iki nəfər əməliyyatçı olmuş, müdafiəçi iştirak etməmişdir. Orada qabağına kağızlar qoyub, imzalamağını tələb etmişlər. O isə oxuyub-yaza bilmədiyini, nə olduğunu bilmədən heç bir sənədə imza etmək istəmədiyini demişdir. Əməliyyatçılar onu gecə saatlarına qədər döymüş, onu asıb toka vermiş, başına kaska keçirib işgəncələr vermişlər. Özləri iki ədəd balaca büküm düzəldib bu narkotikləri boynuna götürsə CM-in 234.1-ci maddəsi ilə tutulacağını və 48 saatdan sonra Suraxanı Rayon Məhkəməsində buraxılacağını bildirmişlər. O, yenə razı olmamışdır. Bundan sonra polislər onu ailəsi ilə şantaj etmiş, bildirmişlər ki, «qol çəkməsən evinə narkotik vasitə qoyacağıq, evindəkilər də şahid olacaqlar». Bu sözlərdən sonra məcbur olub sənədlərə imza etmişdir. Sənədlər ona oxunmamış, özü də savadsız olduğundan imzaladığı sənədlərin məzmunundan xəbərsiz olmuşdur. Üzərində şəxsi axtarış zamanı telefonla videoçəkiliş aparılmışdır. Ona əvvəlcədən verilən bükümləri cibinə qoymuş, çəkilişdə bükümləri çıxarıb tanımadığı şəxsdən 10 manata aldığını deməyə məcbur edilmişdir. Bundan sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Səhəri gün müstəntiq yanına gəlib, sənədlər gətirmiş, imza etməli olduğunu, tutulduğunu bildirmişdir. Səbəbini soruşanda, müstəntiq ona 6 qram narkotik maddəyə görə ittiham olunduğunu bildirmişdir. Həmin narkotikin ona aid olmadığını, ona zorla verdiklərini demişdir. Daha sonra Suraxanı Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən hakimə həqiqətləri danışmış, sonuncu işin Bakı Ağır Cinayətlər Məhkəməsinə veriləcəyini, orada işə baxan hakimlərə hər şeyi danışmağını bildirmişdir. Daha sonra onu Suraxanı rayon prokurorluğuna aparmışlar, orada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verildiyini öyrənmişdir. Prokurora etiraz edib, həqiqətləri ona danışmışdır. Təcridxanada olarkən müstəntiq və müdafiəçi təcridxanaya gəlməmiş və müstəntiq ondan ifadə almamışdır. 4 ay həbsdə olduqdan sonra onu polis idarəsinin MSY-yə gətirib, oradan da Suraxanı rayon Məhkəməsinə aparmışlar. Məhkəmədə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış və ona işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyi bildirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yenidən ifadə verərək göstərdi ki, 2020-ci ilin yaz aylarında Suraxanı Rayonu 31-ci polis bölməsinin rəis müavini Əli müəllim yanında 2-3 nəfər polis əməkdaşı ilə yaşadığı evə gəlib, ona bildirmişdir ki, 31-ci Polis bölməsinə gedib izahat verməlidir, daha sonra sərbəst olacaq. Bundan sonra polis əməkdaşları onu bölməyə aparıb üzərinə baxış keçirtmişlər. Üzərində olan siqaret qutusunu götürüb içərisinə nəsə qoymuşlar. O, siqaret qutusuna nə qoyulduğunu soruşduqda, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıldığını, bəzi sənədlərə imza etməli olduğu bildirilmişdir. O, etiraz etsə də, polislər təkid edib imza etməsini tələb etmişlər. Razı olmadığını görüb, onu günorta saat 12-dən axşam saat 22-ə kimi döymüşlər. Sonunda deyilən sənədlərə imza etmişdir. Bundan sonra onu MSY-yə aparmışlar, lakin aldığı çoxsaylı ağır xəsarətlərə görə onu MSY-yə qəbul etməmişlər. Daha sonra ekspert çağırılmış və qabırğasının, ayaq və əl barmaqlarının sınması müəyyən edilmişdir. Gecəni bölmədə qaldıqdan sonra səhəri gün onu Suraxanı rayon prokurorluğuna aparmışlar. O, prokurorun qəbulunda olub baş verənləri danışmışdır. Prokurorun göstərişi ilə aldığı xəsarətlərin müəyyən edilməsi üçün ekspert çağırılmışdır. Ekspertizadan sonra bədənində olan bütün sınıq və çatlar müəyyən edilərək qeydiyyata alınmış və o, evə göndərilmişdir. Aldığı xəsarətlərə görə müalicə almamışdır. Döyülməyi ilə əlaqədar Ombudsmana şikayət etmişdir. Səhəri gün Ombudsman Aparatından adını xatırlamadığı bir əməkdaş evinə gəlib, ondan polislər tərəfindən döyülməyi ilə bağlı izahat alıb, suallar vermişdir. Onu hansı polis əməkdaşlarının döydüyünü soruşduqda həmin şəxslərin adını bilmədiyini, bununla belə onlar haqqında məlumat versə yenidən fiziki zorakılığa məruz qalacağından ehtiyat etdiyini demişdir. Həmin əməkdaş ona toxunulmazlıq statusu verəcəklərini deyib, narahat olmamasını bildirmişdir. Polis əməkdaşlarının adını bilmədiyini demiş, ona təxminən 150 polis əməkdaşının şəkilləri göstərilmişdir. Onu döyən 3 polis əməkdaşlarını şəklindən tanıyıb həmin şəxsə bildirmişdir. Sonuncu polislərin ad və soyadlarını qeyd edib, ona bir ərizə yazdırıb, lazımi tədbirlərin görüləcəyini bildirərək getmişdir. 3 gündən sonra başqa polis əməkdaşları onun şikayət etdiyi polis əməkdaşlarının xidmətdən xaric edildiyini və töhmət verildiyini bildirib, onu təhdid etmişlər. Bundan sonra Sabirabad rayonunun Azadkənd kəndinə gedib, bir ildən çox orada yaşamışdır. 2021-ci ilin sentyabr ayında Bakıya qayıtmışdır. Gəldikdən 3 gün sonra yenidən qaldığı evə polis əməkdaşları gəlmiş, üzərini və evi axtardıqdan sonra onu bölməyə aparmışlar. Bölmədə qarşısına iki büküm narkotik vasitə qoyub, özünə məxsus olduğunu etiraf etməsini tələb etmişlər. O, razılaşmadıqda onu döyməyə başlamış, lakin yenə də qəbul etməmişdir. Sonra polis əməkdaşları ona bildirmişlər ki, bu bükümləri özünə məxsus olduğunu etiraf edib, sənədlərə imza etməsə yaşadığı evə daha çox narkotik vasitə qoyulacaq və ailə üzvləri də şahid kimi məhkəmədə iştirak edəcəklər. Bundan sonra məcbur olub, ona verilən sənədlərə imza etmişdir. Polislər ona həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi barədə prokurora və hakimə bildirməsini tapşırmışlar. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən polislərin cibinə qoyduqları iki büküm narkotik vasitəni təqdim edib, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona sərbəst buraxılacağı bildirilsə də, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı ona təqdim edilən cinayət işinin 1-ci cildinin 15, 20, 21, 25, 27, 28, 29, 30, 31, 33, 37, 40, 43, 52, 65, 66, 67, 68, 69, 70, 77, 78, 79, 91-ci vərəqlərindəki sənədlərə imza etməmiş, həmin sənədlər polis əməkdaşları tərəfindən imzalanmışdır. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 28 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və bölmənin digər əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar tərəfindən həmin gün saat 23:00-da Nəcəfov X6 qəsəbəsi, M.Bəydəmirov küçəsi, ev 64-ün qarşısında saxlanılmışdır. Sonuncuya narkotik maddələrin istifadəsi, üzərində saxlanılması və satışında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılmasından ötrü idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə idarəyə getmişdir. Orada xidməti otaqların birində sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, bükümlərin içərisində heroin olduğunu və hər bükümünü 10 manata tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Sonda şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə deyil, evinin qarşısında tutulmuş və ona heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Sonuncu Bülbülə qəsəbəsi ərazisində «İnnaşı» ləqəbi ilə tanınmış və narkotik vasitələrin dövriyyəsində şübhəli bilinmişdir. İdarədə Təqsirləndirilən şəxs barəsində əvvəlcədən də əməliyyat məlumatı olmuş, lakin sonuncu uzun müddət rayonda gizləndiyindən onu ifşa etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 1-ci cildinin 33-34-cü vərəqlərindəki 28 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarının sağ cibindən iki ədəd gümüşü bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, onları tanımadığı şəxsdən bir bükümünü 10 manata özü istifadə etməsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş iki ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. İşin 1-ci cildinin 41-ci vərəqindəki 28 oktyabr 2021-ci il tarixli mənzildə baxış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləən fərdi yaşayış evinə baxış keçirilmiş, üzərində şəxsi axtarış keçirilmiş, mənzilə baxış zamanı əldə edilməsi, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunan hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. İşin 1-ci cildinin 70-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi iki ədəd bükümün içərisində nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, sonuncu həmin bükümlərin içərisində narkotik maddə heroin olduğunu, onları 28 oktyabr 2021-ci il tarixdə saat təxminən 15 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən bir bükümünü 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin iki ədəd bükümün qablaşdırılaraq üzəri imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İşin 1-ci cildinin 46-51-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/4799 saylı 29 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd büküm» yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına (Siyahı İ) daxildir. İşin 1-ci cildinin 120-123-cü vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 6/691 saylı 18 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 59» dairəvi möhür əksləri olan, «6/4799...29 oktyabr 2021 -ci il...» sözləri qeyd edilmiş bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış üzərində «vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 2 ədəd bükümdə təmiz çəkisi 5,622 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. İşin 1-ci cildinin 114-115-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin ambulator məhkəmə-narkoloji ekspertizasının 361 saylı 27 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 116-119-cu vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik X4 hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 5 fevral 2022-ci il tarixli 284 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixi müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvələr psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq təmizləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna gödə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs oğlunun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman fizioloji affekt vəziyyətində olmamışdır. İşin 1-ci cildinin 124-129-cu vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş iki ədəd bükümdə təmiz çəkiləri 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 (tədqiqatlardan sonra qalıq 5,522) qram narkotik vasitə heroin və onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk maddi sübut qismində tanınmış, iki ədəd bükümdə narkotik vasitələr saxlanılması üçün Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 106-107-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 21-22-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 92-96-cı vərəqlərindəki Suraxanı rayon məhkəməsinin 30 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 134-cü vərəqindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 7 mart 2016-cı il təvəllüdlü Əsma Nəcəfli adlı bir azyaşlı uşağı vardır. X9 MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına mobil telefon nömrəsi qeydə alınmamışdır. İşdəki Bakcell MMC-dən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs adına aktiv nömrə qeydə alınmamışdır. İşdəki Azerfon LLC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına aktiv nömrə qeydə alınmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyərək 2020-ci ildə polis əməkdaşları tərəfindən döyüldüyünə görə Ombudsmana şikayət etdiyini, buna görə bölmənin rəis müavininə töhmət verildiyini, bundan sonra polislər onu tutmağa çalışdığından bir il Sabirabadda yaşadığını, Bakıya qayıtdıqdan sonra 28 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılıb bölməyə aparıldığını, fiziki təzyiqlərə və işgəncələrə məruz qalaraq videoçəkilişlə üzərində keçirilmiş baxış zamanı üzərinə qoyulmuş iki bükümün özünə məxsus olduğunu deməyə və iş üzrə onun adından tərtib edilmiş sənədlərə imza etməyə məcbur edildiyini bildirərək, ona bəraət verilməsini xahiş etmişdir. Qeyd edilən xüsusatlar məhkəmə baxışı zamanı araşdırılmış, Təqsirləndirilən şəxs arvadı X1, atası X3 və qardaşı X8 məhkəmə iclasında şahid qismində dindirilmiş, onun saxlanıldığı Bakı İstintaq Təcridxanasına, bundan başqa Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına, Suraxanı rayon prokurorluğuna, Suraxanı RPİ-yə müvafiq sorğular verilərək cavablar alınmış və iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilərək rəy alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 28 oktyabr 2021-ci il tarixdə, axşam saat 10da ailəvi evlərində olmuşlar. Qaynatası və qaynı Tural Nəcəfov da onlarda olmuşdur. Qaynatasıgillə həyətləri eyni olsa da, evləri ayrıdır. Evlərin çıxışı eyni həyətədir. Qəfildən qapı açılmış və 5-6 nəfər qara rəngli mülki geyimli kişi özlərini qaz idarəsinin əməkdaşları kimi təqdim edib, evə daxil olmuşlar. Yoldaşının qolundan tutub, yerə yıxıb üzərini axtarmağa başlamışlar. Bütün paltarlarını çıxartmışlar. Polislər bir-birlərinə «heç nə yoxdur»-deyə bildirmişlər. Buna baxmayaraq İlqarı rəisin yanına aparmalı olduqlarını demişlər. İlqarı apardıqdan sonra digər polis əməkdaşları evin hər tərəfini axtarsalar da, heç nə aşkar olunmamışdır. Polislər saat 11-ə qədər onların evlərində olmuş, lakin evdə polis əməkdaşları tərəfindən heç bir sənədləşmə aparılmamışdır. Növbəti gün qaynatası və qaynı ilə birlikdə polis idarəsinə getmişlər. Orada İlqarın üzərindən narkotik vasitə aşkar olunduğu bildirilmişdir. İlqarın narkotik vasitələrdən istifadə edib-etməməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 28 oktyabr 2021-ci ildə digər oğlu Turalla birlikdə İlqarın evində olmuşdur. Axşam saat 10-11 radələrində qəfildən qapı açılmış və 5-6 nəfər qara geyimli polis əməkdaşları icazəsiz evlərinə daxil olmuş, İlqarın qolundan tutub, yerə yıxıb üzərini axtarmağa başlamışlar. Bütün paltarlarını çıxartmışlar. Polislər bir-birlərinə «heç nə yoxdur»-deyə bildirmişlər. Onların kim olduqlarını soruşsa da, cavab verməmişlər. İlqarın cibindən 10-15 manat pul və siqaret qutusu çıxmışdır. Polislər, əgər İlqarın cibindən heç nə çıxmasa onu rəisin yanına aparmalı olduqlarını demişlər. İlqarı apardıqdan sonra polis əməkdaşlarının bəziləri evdə qalıb axtarış aparsalar da, heç nə aşkar olunmamışdır. Evdə axtarış aparılmasına dair heç bir sənədləşmə aparılmamışdır. Səhəri gün bölmədə İlqarın cibindən narkotik vasitə çıxdığı bildirilmişdir. İlqarın narkotik vasitələri istifadə etməsi və ya satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Sonuncu ilə bir həyətdə, ayrı evlərdə yaşayırlar. Həyətin darvazası əksər vaxtlarda açıq olur. 28 oktyabr 2021-ci ildə atası ilə birlikdə qardaşının evində olmuşdur. Qəfildən qapı açılmış və 5-6 nəfər qara geyimli polis əməkdaşları evlərinə daxil olmuş, İlqarın qolundan tutub yerə yıxaraq üzərini axtarmağa başlamışlar. İlqarın əynində göy idman şalvarı olmuş, həmin şəxslər onun bütün paltarlarını çıxardıb, bir-birlərinə «heç nə yoxdur»-deyə bildirmişlər. Həmin şəxslərdən kim olduqlarını soruşanda Azəriqazın əməkdaşları olduqlarını bildirmişlər. İlqarın cibindən 10- 15 manat pul və siqaret qutusu çıxmışdır. Həmin şəxslər öz aralarında söhbət edib, İlqarın üzərindən heç nə çıxmasa da onu rəisin yanına aparmalı olduqlarını bildirmişlər. Sonuncunu apardıqdan sonra evin hər tərəfini axtarmışlar, lakin heç nə aşkar olunmamışdır. Evdə axtarış aparılmasına dair heç bir sənədləşmə aparılmamışdır. Həmin vaxtadək qardaşı İlqarın narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının 31 may 2023-cü il tarixli 4/799 №-li rəyindən görünür ki, 1.1 Ekspertizaya təqdim edilmiş, 1(101 )-100/2023 nömrəli cinayət işinin 1-ci cildinin 40-cı vərəqində olan xx.xx.2021-ci il tarixli ərizədə «İmza: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 65-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 66-cı vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli, Təqsirləndirilən şəxsin «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında» bildirişdə «Şübhəli, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 67-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «/Hüquq və vəzifələri əks olunmuş yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarın təqdim olunması haqqında/» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 68-69-cu vərəqlərində olan xx.xx.2021-ci il tarixli «Təqsirləndirilən şəxsin dindirilməsi haqqında» protokolun 1-ci vərəqindəki imzalar və 2-ci vərəqində «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 70-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokolda «İştirak etdilər» hissəsində «1. Təqsirləndirilən şəxs» qrafasındakı imza, 77-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 78-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 79-cu vərəqində olan xx.xx.2021-ci il tarixli «Ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 91-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza - eyni bir şəxs, Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, 1(101)-100/2023 nömrəli cinayət işinin 1-ci cildinin 15-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 20-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 21-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsin tutulması haqqında» qərarda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 24-25-ci vərəqlərində olan «Şübhəli şəxs qismində tutulmuş şəxsi hüquq və vəzifələri haqqında» bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 26-27-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında» protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 28-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Etiraz edilə bilən şəxslərbarədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 29-cu vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 31-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» qərarda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 33-cü vərəqində olan xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun 1-ci vərəqində «Təqsirləndirilən şəxs» qrafasındakı imza və həmin qrafanın aşağı sağ hissəsindəki imza, 37-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 43-cü vərəqində olan xx.xx.2021- ci il tarixli «Mənzildə axtarış keçirilməsi haqqında» protokolda «İmza: Təqsirləndirilən şəxs» qrafasındakı imza və «İştirak etdilər» hissəsində «1. Təqsirləndirilən şəxs» qrafasındakı imza, 52-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübbhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza - Eyni bir şəxs tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, 1(101)-100/2023 nömrəli cinayət işinin 1-ci cildinin 15- ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 20-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 21-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsəin tutulması haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 24-25-ci vərəqlərində olan «Şübhəli şəxs qismində tutulmuş şəxsi hüquq və vəzifələri haqqında» bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 26-27-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında» protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 28-cu vərəqində olan xx.xx.2021-ci il tarixli «Etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imzanın, 29-cu vərəqində olan xx.xx.2021-ci «Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında» protokolda «Şübhəl Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 31-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» qərarda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 33-cü vərəqində olan xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun 1-ci vərəqində «Təqsirləndirilən şəxs» qrafasındakı imzanın və həmin qrafanın aşağı sağ hissəsindəki imzanın, 37-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 43-cü vərəqində olan xx.xx.2021-ci il tarixli «Mənzildə axtarış keçirilməsi haqqında» protokolda «İmza: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın və «İştirak etdilər» hissəsində «1. Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 52-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübbhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın - Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
3. Ekspertizaya təqdim edilmiş, 1(101)-100/2023 nömrəli cinayət işinin 1-ci cildinin 40-cı vərəqində olan xx.xx.2021-ci il tarixli ərizədə «İmza: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 65-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 66-cı vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli, Təqsirləndirilən şəxsin «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında» bildirişdə «Şübhəli, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 67-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «/Hüquq və vəzifələri əks olunmuş yazılı bildirişin və təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarın təqdim olunmasıhaqqında/» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 68-69-cu vərəqlərində olan xx.xx.2021-ci il tarixli «Təqsirləndirilən şəxsin dindirilməsi haqqında» protokolun 1-ci vərəqindəki imzalar və 2-ci vərəqində «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 70-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «/diskə baxış keçirilməsi haqqında» protokolda «İştirak etdilər» hissəsində «1. Təqsirləndirilən şəxs» qrafasındakı imza, 77-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 78-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 79-cu vərəqində olan xx.xx.2021-ci il tarixli «Ekspertiza təyin edilməsi haqqında qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza, 91-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olması barədə» protokolda «Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imza ilə 1(101 )- 100/2023 nömrəli cinayət işinin 1-ci cildinin 15- ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 20-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 21-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsəin tutulması haqqında» qərarda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 24-25-ci vərəqlərində olan «Şübhəli şəxs qismində tutulmuş şəxsi hüquq və vəzifələri haqqında» bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imzanın və 2-ci vərəqində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 26-27-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi tiaqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında» protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imzanın və 2-ci vərəqində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs qrafasındakı imzanın, 28-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Etiraz edilə şexslərbarədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında» protokolda «Şübhəli Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 29-cu vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 31-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» qərarda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 33-cü vərəqində olan xx.xx.2021-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun 1-ci vərəqində «Təqsirləndirilən şəxs» qrafasındakı imzanın və həmin qrafanın aşağı sağ hissəsindəki imzanın, 37-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 43-cü vərəqində olan xx.xx.2021-ci il tarixli «Mənzildə axtarış keçirilməsi haqqında» protokolda «İmza: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın və «İştirak etdilər» hissəsində «1. Təqsirləndirilən şəxs» qrafasındakı imzanın, 52-ci vərəqində olan xx.xx.2021-ci il tarixli «Şübbhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında» protokolda «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» qrafasındakı imzanın - eyni bir şəxs tərəfindən və ya müxtəlif şəxslər tərəfindən icra olunub- olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə istintaq təcridxanasına qəbul edilərkən tibbi müayinədən keçirilmiş, o, həbs olunmamışdan əvvəl zədələr və bədən xəsarətləri almadığını bildirmiş və baxış zamanı onun dəri səthində çapıqlar və zədələrin təsviri aşkar olunmamışdır. İşdəki Suraxanı rayon prokurorluğundan alınmış Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 106 C-20 nömrəli materialdan görünür ki, sonuncunun Suraxanı RPİnin 31-ci PB-nin Şahin adlı əməkdaşı tərəfindən 14 fevral 2020-ci il tarixdə döyülməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından 1 may 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşdəki Suraxanı RPİ-dən daxil olmuş 14 aprel və 08 iyun 2023-cü il tarixli məktublardan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci PB-də döyülməsi və bu səbəbdən 3 polis əməkdaşının xidmətdən xaric edilməsi faktı aşkar edilməmişdir. İşdəki Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından daxil olmuş 3 may 2023-cü il tarixli məktubdan görünür ki, 2020-ci il ərzində Təqsirləndirilən şəxs ilə bağlı Aparata müraciət daxil olmamış, habelə özü və ailə üzvləri ilə də hər hansı bir görüş keçirilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ildə polis əməkdaşları tərəfindən döyülərkən sınıq xəsarətləri aldığını bildirmiş, Suraxanı rayon prokurorluğundan alınmış Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 106 C-20 nömrəli materialla qeyd edilən xüsusat təkzib edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində Ombudsman Aparatından bir nəfər əməkdaşın onun evinə gəldiyini, həmin şəxsə onu döyən polis əməkdaşlarının şəkillərini göstərdiyini, bundan sonra polis əməkdaşına töhmət verildiyini bildirsə də, qeyd edilən xüsusat Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı, Suraxanı rayon prokurorluğu və Suraxanı RPİ-dən alınmış sorğulara cavablarla təkzib edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində 28 oktyabr 2021-ci il tarixdə saat 7-8 radələrində 10- 15 nəfər polis əməkdaşı yaşadığı evə daxil olduğunu bildirmiş, onun arvadı, atası və qardaşı isə məhkəmədə ifadə verərkən həmin gün saat 10-11 radələrində evə 5-6 polis əməkdaşının daxil olduğunu bildirmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusat hətta onun ailə üzvləri tərəfindən belə eyniliklə təsdiq olunmamış, o və ailə üzvləri fəqli məzmunda ifadə vermişlər. Təqsirləndirilən şəxs ifadəsində 28 oktyabr 2021-ci il tarixdə polis bölməsində gecə saatlarına qədər döyüldüyünü və işgəncələrə məruz qaldığını bildirsə də, Bakı İstintaq Təcridxanasından alınmış Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi məhkumun tibbi kitabçasında Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl zədələr və bədən xəsarətləri almadığını bildirdiyi və baxış zamanı onun dəri səthində çapıqlar və zədələrin təsvirinin aşkar olunmadığı qeyd edilmiş, şəxsi axtarış zamanı aparılmış videoçəkilişə məhkəmədə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərində hansısa bədən xəsarətlərinin olması müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ilk dəfə ifadə verərkən ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlərdən sonra tərtib olunmuş sənədlərə zorla imza etdirildiyini, sonrakı ifadəsində isə bəzi sənədlərə özünün bəzilərinə isə polis əməkdaşlarının imza etdiyini bildirmişdir. Qeyd edilən xüsusat məhkəmə tibbi-ekspertizasının 31 may 2023-cü il tarixli 4/799 nömrəli rəyi ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri və şahidlər X1, X3 və X2 ifadələri iş üzrə toplanmış sübutlar; Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, diskə baxış keçirilməsi haqqında protokol, ekspertiza rəyləri, maddi sübutlar, Bakı İstintaq Təcridxanası, Suraxanı rayon prokurorluğu, Suraxanı RPİ, Ombudsmanın Aparatından daxil olmuş şənədlər və işin faktiki halları ilə təkzib edildiyindən, məhkəmə onların bu ifadələrinə tənqidi yanaşır, təqsirləndirilən şəxsi məsuliyyətdən və cəzadan azad etmək məqsədi daşıyan ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan digər sübutları isə mötəbər hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Suraxanı RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən iki ədəd bükümdə təmiz çəkisi 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə təmiz çəkiləri 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən bir dənə də olsun belə sübut təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, narkotik vasitəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən narkotik vasitəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsi qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd bükümdə təmiz çəkiləri 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində Suraxanı RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş orada xidməti otaqların birində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən iki ədəd bükümdə təmiz çəkisi 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Ona görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməlidir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi 26 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edildiyindən və sanksiyasında daha ağır cəza nəzərdə tutduğuna görə şəxsin vəziyyətini ağırlaşdırdığından Həmin Məcəllənin 10-cu maddəsinə əsasən geriyə qüvvəsi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi 7 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm ümumi təmiz çəkisi 2,630 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalmış 2,530 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk isə iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 291 (iki yüz doxsan bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 900 (doqquz yüz) manat onun işlədiyi «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 oktyabr 2021-ci il tarixdən 24 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə təmiz çəkiləri 3,290 qram və 2,532 qram, ümumi təmiz çəkisi 5,822 (tədqiqatlardan sonra qalıq 5,522) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 291 (iki yüz doxsan bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına 900 (doqquz yüz) manat onun işlədiyi «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.