Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-100/2025 30.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X13, X16, X1 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 16 avqust 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-də yaşamış, 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 may 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs kimi 29 aprel 2023-cü il tarixdə, naməlum vaxt və şəraitdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində məhəllə arasında yerəşən küçədə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq 1025,973 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 4,697 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 1005,295 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində olan qara rəngli əl çantasında saxlamış, həmin gün saat 15:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinın (bundan sonra: RPİ-nin, CAŞ-nin) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X24 küçəsi 1 ünvanında yerləşən Bakı şəhəri Binəqədi RPİ-nin inzibati binasına aparılmış və orada saat 16.35 dəqiqədə üzərinə aparılan şəxsi axtarış zamanı özünə məxsus qara rəngli əl çantasından bir ədəd bükümdə təmiz çəkisi 1005,2 qram olan külli miqdarda, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, on ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,857 qram, 0,877 qram, 1,739 qram, 0,849 qram, 2,627 qram, 0,316 qram, 0,086 qram, 5,972 qram, 0,238 qram və 7,212 qram olmaqla, ümumi təmiz çəkisi 20,773 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, habelə altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qram, 0,906 qram, 0,831 qram, 0,556 qram, 1,135 qram və 0,339 qram olmaqla, ümumi təmiz çəkisi 4,697 qram olan külli miqdarda, ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, həmçinin bir ədəd sellofan bağlamada təmiz çəkisi 1005 qram olmaqla külli miqdarda və bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,295 qram oldan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, eləcə də narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, üzərində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 4,697 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd sellofan bağlamada təmiz çəkisi 1005 qram olmaqla külli miqdarda və bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,295 qram oldan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, Rent a car, yəni avtomobillərin icarəsi işi ilə məşğul olmuşdur. O, əvvəl narkotik vasitədən istifadə etmiş, arada 1-2 tüstü ot çəkmişdir. Buna görə məhkum olunmuş, cəzasını çəmiş, sonra tərgitmişdir. 28 aprel 2023-cü il tarixdə axsam saat 10:00 (22:00) radələrində yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-ə evinə gəlmiş və həmin vaxt ona zəng gəlmişdir. Zəng vuran şəxs özünü yaşadığı binanın komendantı kimi təqdim edib onu aşağı, yəni binanın həyətinə çağırmışdır. Axrıncı zəng ona komendant kimi özünü təqdim edən şəxs tərəfindən olmuşdur. O, asağı düşən kimi polis əməkdaşları onun üstünə tökülmüş, dərhal onun üzərimə baxış keçrmiş, lakin heç nə tapmamışlar. Sonra polis əməkdaşları icazəsiz onun evinə girmiş, 10 nəfər polis əməkdaşı evimdə axtarış apardı lakin heçnə tapmadılar. Bundan sonra onu yaşadığı mənzilə qaldırmış, evi axtarmış, evdə də hər hansı narkotik tapa bilməmişlər. Evində seyfdə anasına və onun özünə məxsus 10.000 manat pul və 75 azn qiymətində oyuncaq tapanca olmuşdur ki, polislər həmin 10.000 manat pulu və oyuncaq tapançanı özbaşına, heç bir sənədləşmə aparmadan özləri ilə götürmüşlər. Həmin pul əsasən onun anasına, bir hissəsi ilə onun özünə məxsus maşının satışından olan pul olmuşdur ki, o, ipoteka yolu ilə ev almaq istəmişdir. Bundan başqa onun evindən onun özünə və arvadına məxsus iki ədəd “Samsung A3” modelli mobil telefon, evin giriş qapısının açarları götürülmüş, Kamil adlı əməkdaş evdən çıxarkən mənzilin qapısını arxadan bağlamış, mənzilin açarlarını cibinə qoyub özü ilə götürmüşdür. Evindən götürülən telefonlar 055 398-92-92 nömrəli olan onun özünə, 055 824-51-53 nömrəli olan isə həyat yoldaşına məxsus olmuş, telefonların hər ikisi işlək vəziyyətdə olmuşdur. O, aparılarkən binanın komendantı Fərman hər şeyi görmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, polislər mənzilin açarlarını özləri ilə götürüb apardıqlarından iki gün ailə-uşaq bağlı qapı arxasında evdə qalmış, yalnız onu aparandan iki gün sonra gətirib mənzilin açarını binanın komendatı Fərmana vermiş və onun aparılması ilə bağlı binanın kamera görünütülərini sildirmişlər. Komendant Fərman özü açarları aparıb onun arvadına vermişdir. Növbəti ayın 5-i o, Kürdəxanıda (burada: Bakı İstintaq Təcridxanası, BİT) qardaşı ilə telefon əlaqəsinə çıxanda ona gedib komendantdan kamera görünütülərini istəməsini tapşırmış, lakin sonrakı əlaqədə isə qardaşı komentdantın ona kamera görüntülərinin silindiyini bildirməsini demişdir. O, danışdıqlarının digərlərini isə sonradan arvadından öyrənib bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, O, evdən çıxarılıb aparılarkən aparıb bir saatdan sonra buraxacaqlarına söz vermişlər. Bundan sonra onu özləri ilə Bakı şəhəi istiqamətində aparmış, yolda ona “sən bizi görməmisən, biz səni görməmişik” demiş, onun anasıgilin ünvanını soruşmuş, o da anasıgilin Xalqlarda (burada: “Xalqlar dostluğu” metrostansiyası ətrafı nəzərdə tutulur) yaşadığını demişdir. Yolda ondan pul istənilmiş və bu mövzuda danışıqlarında etiraz olduğundan onu Polis Bölməsinə aparmışlar. Bölmədə üstünə narkotik vasitə götürüb həbsə getməsi tövsiyyə edilmiş, lakin o, qəbul etməmişdir. Polis Bölməsində onu elə həmin gün, yəni 28 aprel tarixdə onu Kamil, Hikmət, Sahil, Şəhriyar adlı polislər döymüş, turnikdən sallayıb, stola skoçlamış, lakin ona xəsarət yetirməmişlər. Buna baxmayaraq o, yenə də etiraz etdikdə onu ailə üzvlərini həbsə atacaları ilə hədələməyə başlamışlar. Artıq bundan sonra o, ailəsi üçün narahat olub, polislərin dedikləri ilə razılaşası olmuş, ailə üzvlərinin polis bölməsinə gətirilməsini istəməmişdir. 28 apreldən 29 aprelə keçən gecə Binəqədi RPİ-də qalmış, 29-u aprel günorta saat 3 (burada: 15:00) tamamda təhqiqatçının otağında onun üzərinə baxış keçirilməsi ilə bağlı video çəkiliş olmuşdur. Təhqiqatçı tərəfindən ona qarşı fiziki zor tətbiq olunmamışdır. Belə ki, o, hazırlanıb yuxarıya təhqiqatçının yanına çıxarılmışdır. Onun özünün və ailə üzvlərinin taleyi polislərin əlində olduğundan o, polislər barədə təhqiqatçıya narazılıq bildirə bilməmişdir. O, müstəntiqə ifadə verərkən də ehtiyyat etmişdir. Məhkəməyə həbs qətimkan tədbiri ilə bağlı aparılarkən də onu saxlayan polislər məhkəmədə olduğundan ailəsinin onların əlində olmasını fikirləşib rahat danışa bilməmişdir. Lakin onun ailə üzvləri müvəqqəti anasının yanına gedəndən sonra rahat olub her şeyi, yəni narkotikin ona aid olmadığını, qanunsuz saxlanıldığını, ona təzyiqlər göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, Qaraçuxurda və ya Biləcəridə olmamış, 28 aprel tarixdə gecədən o, polislərin əlində olmuş, polislər onu Sumqayıtdan götürüb “Xalqlar dostluğu” metrosu ərazisinədək aparmış və ordan da X11 aparmışlar. Onu pula görə saxlamış, ondan pul istəmişlər. O da pul vermədiyinə görə onu tutub bölməyə aparmışlar. Belə ki, o, bir-iki nəfər dostunun yanında ev almaq üçün pulunun olduğunu demişdir. O, rəsmən ifadə verməmiş, hazır yazılmış sənədlər ona təqdim olunmuş, yazılı sənədləri imzalamışdır. Ona sonradan gətirib bəzi sənədlərə qol çəkdirmişlər ki, guya onun özünün razılığı ilə evinə girmişlər. Lakin belə bir şey olmamışdır. Polis qanunsuz olaraq onun evinə girmiş, onun pulunu, əşyalarını aparmışlar. Baş verənlərə görə o, özünə xasarət yetirmiş, qəti etiraz etmişdir. İttiham aktında adları çəkilən hal şahidlərini o, tanımamış, onları görməmiş, onun yaşadığı mənzildə hər hansı videoçəkiliş aparılmamış, 28-29 aprel tarixdərdə o, Binəqədi RPİ-də olmuş, may ayını 1-i onu Kürdəxanıya Bakı İstintaq təcridxanasına aparmışlar. 28 aprel tarixdə polislər onu və pulu götürüb evdən çıxmış, sonra o, evə qaytarılmamış, 29 aprel tarixdə onun evində heç bir baxış keçirilməmiş və o, həmin baxışda iştirak etməmişdir. O, hal şahidi kimi qeyd olunmuş şəxsləri ümumiyyətlə görməmiş, pulların götürülməsi prosesində yalnız 6-7 nəfər polis əməkdaşı olmuş, hal şahidi kimi qeyd olunan şəxslər onun evində ümumiyyətlə olmamışlar. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, təzə tutulanda anası, həyat yoldaşı gedib Sumqayıt və Binəqədi rayon Prokurorluğuna şikayət etmiş və buna görə polislər iki dəfə onu MSY-nə aparmış, iki gün saxlamış, köhnə tarixə, yəni aprelin 29na ona sənədlərə qol çəkdirmək istəmişlər. Lakin o, oradan bir şrup tapıb özünə xəsarət yetirmiş və sənədlərə qol çəkməmişdir. İkinci dəfə məhkəmədə olarkən isə hər şeyi olduğu kimi danışmış, anasıgil 3-4 dəfə prokurorluqda qəbulda olmuş, götürülmüş pullarının qaytarılması ilə bağlı müraciət etmişdir. Lakin müraciətlərə baxmayaraq 10.000 manat pul onlara geri qaytarılmamış, məhkəməyə göndəriləcəyi ona deyilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 30 aprel və 01 may 2023-cü il tarixli, eyni məzmunlu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, «İnstagram» sosial şəbəkəsində tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim etmiş, lakin adını bilmədiyi bir şəxsdən pul müqabilində öz şəxsi istifadəsi üçün narkotik vasitələr və psixotrop maddə almaq qərarına gəlmişdir. O, həmin şəxslə «İnstagram» sosial şəbəkəsində ünsiyyət yaradıb istədiyini həmin şəxsə bildirdikdən sonra sonuncu onun alacağı narkotik vasitələr və psixotrop maddələr üçün pul istəmişdir. Odur ki, o, göndərilmiş hesaba 1200 (bir min iki yüz) manat pul göçürdükdən sonra həmin şəxs ona narkotik vasitələr və psixotrop maddələrin olduğu yerin şəklini çəkib göndərmişdir. Ona görə də, o deyilən yerə gedib onları götürmək istəmişdir. Bunun üçün o Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur kəndinə gedib özü üçün aldığı narkotik vasitə və psixotrop maddələri onların gizlədildiyi məhəllə arası yerdən götürüb özünə məxsus qara rəngli, üzərində «Adidas» sözü yazılmış əl çantasına yığaraq yaşadığı Sumqayıt şəhərinə getmək qərarına gəlmişdir. Elə həmin gün, yəni 29 aprel 2023-cü il tarixdə günorta vaxtı, saat təxminən 15:00 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi ilə piyada hərəktədə olarkən iki nəfər, əvvəllər tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim edib Bakı şəhəri Binəqədi RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşınmaqda şübhəli olduğunu ona demişlər. Sonra həmin şəxslər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı ona elan edərək onu Binəqədi RPİ-yə dəvət etmişlər. O polis əməkdaşlarının təklifi ilə razılaşaraq birlikdə Binəqədi RPİ-yə getmiş və burada ona hüquqlarının müdafiəsi ilə bağlı dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra onunla konfidensial görüş təşkil olunmuş və bundan sonra hüquqları izah olunaraq ona buna dair yazılı bildiriş də təqdim edilmişdir. Sonra da üzərinə videoçəkilişdən istifadə olunmaqla axtarış aparılacağı izah edilmişdir. O, polis əməkdaşlarına vəkilin iştirakı olmadan üzərində axtarış aparmaları barədə yazılı ərizə vermişdir. Bundan sonra polis əməkdaşları şəxsi axtarışın başlanıldığını ona elan etmişlər. Binəqədi RPİ-nin inzibati binasının xidməti otaqlarının birində ona üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi təklif olunduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd ona məxsus «Samsung» markalı mobil telefonları çıxararaq masanın üstünə qoymuş və ciblərində başqa əşyaların olmadığını bildirmişdir. Bundan sonra o, daşıdığı, yuxarıda qeyd etdiyi qara rəngli əl çantasını açaraq içərisində olan iki ədəd iri həcmli qara rəngli sellofan bükümləri, cəmisi 17 (on yeddi) ədəd kiçik həcmli müxtəlif bükümləri, narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən üç ədəd elektron tərəzini, eləcə də bir ədəd pnevmatik tapançanı çıxararaq stolun üstünə qoymuşdur. Həmin əşya və maddələrin kimdən, hansı məqsədlə, necə, nə vaxt və harada əldə etməsi barədə verilmiş şifahi suallara cavab olaraq çantadan çıxarıb təqdim etdiyi bağlama və bükümlərdə «marixuana», kokos» və «patı» kimi tanıdığı narkotik vasitə və psixotrop maddələrin olduğunu, onları həmin gün şəxsi istifadəsi üçün 29 aprel 2023-cü il tarixdə səhər saatlarında sosial şəbəkədə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim etmiş, lakin adını bilmədiyi şəxsdən pul müqabilində aldığını və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur kəndinə gedərək məhəllə arası yerdən götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış və axtarış zamanı hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra onun daşıdığı əl çantasından aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə, bir ədəd tapança, eləcə də üç ədəd elektron tərəzi kağız zərflərdə qablaşdırılmış və üzəri möhürlənmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilmiş və protokol ona, digər iştirakçılara uca səslə oxunmuş, şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır(iş vərəqə: cild İ, səh. 74-76, 93-95). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu 01 avqust 2023-cü il tarixli ifadəsi elan olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamla özünü təqsirli bilməmiş və məhkəmə baxışı zamanı verdiyi ifadəsinə uyğun ifadə verib göstərmişdir ki, o, 28 aprel 2023-cü il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhərində yaşadığı evdə olarkən istifadəsində olan mobil telefona tanımadığı və xatırlamadığı nömrədən zəng gəlmiş, telefona cavab verən zaman zəng edən şəxs binanın komendantı olduğunu bildirmiş, həyətə düşmək lazım olduğunu demişdir. O, razılaşmış və evdən çıxıb həyətə düşmüşdür. Blokdan çölə çıxan zaman təxminən 10 nəfərə yaxın şəxs onun üstünə hücum edıib onu tutmuş və onu qara rəngli, «KİA» markalı, dövlət qeydiyyat nömrəsinin sonu 343 olan avtomobilə əyləşdirmişlər. Avtomobildə özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, üzərini yoxlamış, lakin onun üzərində narkotik vasitə aşkar edilməmişdir. O, polis əməkdaşlarına üzərində və evində narkotik vasitə olmadığını bildirmişdir. Ondan sonra polis əməkdaşları onun cibindən mənzilin açarını götürüb onunla birlikdə yaşadığı mənzilə qalxmışlar. Qapıya çatanda ailə üzvlərinin evdə olduqlarını bildirmiş, qapını açarla açmağa ehtiyac olmadığını demişdir. Onlar qapını döymüş, həyat yoldaşı qapını açmış və bütün polis əməkdaşları onunla birlikdə evə daxil olmuşlar. Mənzildə axtarış aparıldıqdan sonra heç bir qanunsuz əşya və yaxud predmet aşkar edilməmişdir. Bundan sonra onlar mənzildə olan kassanı açmağı tələb etmiş və o da kassanı açmışdır. Kassada manat və ABŞ dolları şəklində ümumilikdə 10.000 manat pul olmuşdur. Polis əməkdaşları həmin pulun mənbəyi barədə soruşduqda o, pulun ailəsinə məxsus olduğunu demiş, qanunsuz yolla əldə edilmədiyini bildirmişdir. Bundan sonra, saat 00:30 radələrində polis əməkdaşları 10.000 manat pulun hamısını götürmüş və sonra qapını ailə üzvlərinin üzərinə kilidləyib, açarı özləri ilə götürməklə onu avtomobilə əyləşdirib Bakı şəhərinə aparmışlar. Evdən çıxan zaman ona, eləcə də həyat yoldaşına məxsus mobil telefonu da özləri ilə götürmüşlər. Onlar birlikdə “Xalqlar Dostluğu” metrostansiyasının yanına getmiş, orada avtomobillə hərəkət etdikdən sonra onu Binəqədi RPİ-nin inzibati binasına gətirib zirzəmiyə salmış və orada döymüşlər. Bir müddət sonra isə ona nəzarətçi qoyub çıxıb getmişlər. Ertəsi gün, yəni 29 aprel 2023-cü il tarixdə polis əməkdaşları ona bir çanta narkotik vasitənin onun özünə məxsus olduğunu videoçəkilişlə deməli olmasını bildirmiş, o, buna etiraz etdikdə polis əməkdaşları onun ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə onu hədələmişlər. Vəziyyətin belə olduğunu gördükdə o, məcbur olub razılaşmışdır. Bundan sonra ona vəkil təyin edilmiş, vəkil gəlib onunla tanış olduqdan və müəyyən sənədlərlə tanış olub getdikdən sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Ona bir idman çantası verilmiş və videoçəkiliş zamanı həmin idman çantasının özünə məxsus olduğunu, içində narkotik vasitələr olduğunu, həmin narkotik vasitələri Qaraçuxur qəsəbəsində aldığını bildirməsi tapşırılmış, yalnız bundan sonra onun ailəsi ilə işlərinin olmayacağına söz vermişlər. O da məcbur qalıb videoçəkiliş zamanı idman çantasını təqdim edərək içində olan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Videoçəkiliş başa çatdıqdan sonra isə onu MSY-yə yerləşdirmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin sonunda saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, məcbur qalıb həmin narkotik vasitələrin özünə məxsus oluğunu dediyini bir daha göstərmişdir (iş vərəqə: cild İ, səh. 200-202). Elan edilməklə tədqiq olunan ifadələrinə aydınlıq gətirən Təqsirləndirilən şəxs göstərdi ki, o, tədqiq olunan həmin ifadələri doğru deyildir, ailəsi polisin əlində olduğundan o, həmin ifadənsini hədə-qorxu ilə vermişdir. Üzərinə şəxsi axtarış keçirilməsi mərhələsində onun vəkildən imtina etməsi bir cəfəngiyyatdır. O, vəkildən imtina etməmişdir. Elan olunan ifadəni və bəzi sənədləri onların özləri yazmış və ona təsdiqlədmişlər. Daha sonra Təqsirləndirilən şəxs şahidlər - Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və NMB-nin əməliyyat müvəkkili Şahid2 Əhəd oğlunun məhkəmədə dindirilmələri ilə əlaqədar göstərdi ki, məhkəmədə şahid qismində ifadə verən Şahid1 və Şahid2 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, onlar yalnız üzərinə baxış keçirilərkən iştirak etmiş və videogörüntülərdə qeydə alınmışdır. Şahid1 və Şahid2 Sumqayıtda onun evində olmamışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 29 aprel 2023-cü il tarixdə «Bəhruz» adlı şəxsin barəsində şəxsən ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında Bəhruzun narkotik vasitələri üzərində saxlamaqla daşıması göstərilmişdir. Daxil olmuş məlumatda, həmçinin Bəhruzun zahiri görünüşü də qeyd olunmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə məruzə olunmuş və məlumat ətrafında əməliyyat tədbiri keçirilməsi üçün onun rəhbərliyi ilə Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün əməliyyat tədbirində Bəhruzun olduğu yer müəyyən olunmuş, onda hətta Bəhruzun şəkili də olmuşdur. Saxlanılanadək o, Bəhruzun familiyasını və ata adını bilməmişdir. Biləcəri qəsəbəsi, Füzuli küçəsində əvvəlcədən alınan məlumatda zahiri əlamətləri göstərilən Bəhruzun əlamətləri ilə uyğun gələn şəxs, yəni hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Yadında qaldığı qədər Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə günorta saatlarında saxlanılmışdır. Onlar saxlanılan həmin şəxsə özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. İlk olaraq o, yaxınlaşıb özünü təqdim etmişdir. Saxlanılan şəxs isə özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bəhruz saxlanılandan sonra onun Sumqayıtda yaşadığı məlum olmuşdur. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Binəqədi RPİ-yə dəvət etmiş, Bəhruz razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-yə getmişdir. Saxlanıldığı yerdə Bəhruzun üzərinə baxış keçirlməmişdir. RPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş, xidməti otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Yadında qaldığı qədər Təqsirləndirilən şəxs üzərində olan sumkadan heroin və marixuana narkotik vasitələri, 2 ədəd mobil telefon, elektron tərəzilər aşkarlanmış, Təqsirləndirilən şəxs aşkar olunan maddələri sosial şəbəkədə tanış olduğu, lakin adını bilmədiyi iranlı şəxsdən aldığını, həmin gün gedib Qaraçuxur qəsəbəsindən götürdüyünü bildirmişdir. Yekunda aşkar edilmiş bükümlərdəki narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, RPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra axşam saatlarında, lakin dəqiq yadında qalmadığı vaxtda onun evində də baxış keçirilmiş, o, əməliyyatçı Rəcəb və təhqiqatçı Bəhruzun evində keçirilmiş baxışda da iştirak etmişdir. Evə gedəndə Bəhruzun özünün də iştirakı təmin edilmişdir. Həmin gün Bəhruzgil yaşayan binanın qabağında komendant olub-olmaması onun yadında qalmamışdır. Evə baxış keçirərkən video çəkiliş aparılıb-aparılmaması, evə baxışda hal şahidlərinin iştirak edib-etməməsi və ev sakinlərindən kimlərin evdə olması onun yadında qalmamışdır. Lakin videoçəkiliş apara bilməsi üçün kriminalist iştirak etməmişdir. Bəhruzun həyat yoldaşının evdə olması təqribən onun yadında qalmışdır. Evə baxış keçirilməsində məqsəd narkotik vasitə axtarmaq olmuşdur. Bəhruzun evində milli və xarici valyutada pullar aşkar olunmuş, təhqiqatçı həmin pulu protokollaşdırıb götürmüşdür. Hazırda həmin pulların ümumi məbləği təqribən 8.000 manat olaraq onun yadında qalmışdır. Ümumi pul Bəhruzun evində sayılmış, protokol tərtib olunmuş və götürülmüşdür. Bəhruz pulların mənbəyi ilə bağlı onlara bir fikir bildirməmişdir. Təhqiqatçı pulların mənbəyi ilə bağlı Bəhruza suallar vermiş, o da tam cavab vermədiyi üçün narkotik vasitə satışından əldə olunan pullar olması ehtimal olunmuş və ona görə həmin pullar götürülmüşdür. Evə baxış keçirilən zaman evdən mobil telefonlar götürməmişlər. Amma Bəhruzun evindən narkotik vasitələr aşkar olunmamışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, lisoyun barəsində əməliyyat məlumatı daxil olsa da, onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Bəhruz pul məqsədilə saxlanılmamış, polis əməkdaşları tərəfindən ondan pul istəyən olmamış, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. Onun özünün istifadəsində 070 211 85 85 və 050 *** ** ** saylı mobil nömrələr olsa da o, sonuncu 050 *** ** ** nömrəsini daimi işlətməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahid əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o özü olmuşdur. Daha sonra 29 aprel 2023-ci il tarixdə, saat 15:00 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-yə dəvət etmişlər. Bəhruz razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-yə gəlmuşdir. RPİ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd «Samsung» markalı mobil telefonu və üzərində “Adidas” sözü yazılmış qara rəngli idman çantasını masanın üzərinə qoymuşdur. Çanta açıldıqda içərisində 02 ədəd iri ölçülü qara rəngli sellofana bükülmüş büküm, 17 ədəd kiçik ölçülü sellofana bükülümş bükümlər, 01 ədəd “Constant” markalı elektron tərəzi, 01 ədəd üzərində “Marlboro” yazısı olan elektron tərəzi, 01 ədəd “Uniweigh” markalı elektron tərəzi, 01 ədəd pnevmatik silah olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə, ciblərinə baxılmış, başqa əşya və ya predmet aşkar edilməmişdir. Bükümlər açıldıqda 02 ədəd iri ölçülü bükümün birinin içindən toz şəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə, digərinin içindən yaşıl rəngli bitki şəkilli narkotik vasitə marixuanaya oşar maddə aşkar edilmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, sorğu zamanı Təqsirləndirilən şəxs demişdir ki, həmin böyük bükümlərdəki maddələrdən biri narkotik vasitə qurudulmuş marixuana, digəri narkotik vasitə heroindir. 17 ədəd kiçik ölçülü bükümlərdən 1-dən marixuanaya, 10 ədəd bükümdən heroinə və 6 ədədindən isə metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilən 17 ədəd kiçik ölçülü bükümlərdən 1-də marixuana, 10 ədəd bükümdə heroin və 6 ədədindən isə metamfetamin olduğunu, qeyd olunan maddələri sosial şəbəkədə tanımadığı İİR vətəndaşından aldığını və 29 aprel 2023-cü il tarixdə səhər saatlarında Qaraçuxur qəsəbəsində əvvəlcədən qoyulmuş yerdən götürdüyünü və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər, silaha bənzəyən əşya və elektron tərəzi qablaşdırılaraq zərflər üçün nəzərdə tutulmuş 172 №-li möhürlə möhürlənmişdir. 02 ədəd «Samsung» markalı mobil telefonlar da götürülmüşdür. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, əməliyyat-axtarış tədbirinin davamı olaraq Bəhruzun Sumqayıt şəhərində yerləşən mənzilinə baxış keçirilmiş və oradan 3750 manat və 2501 ABŞ dolları nağd pul aşkar edilmişdir. Həmin pul vəsaiti götürülmüş və protokollaşdırılmışdır. Bəhruza qarşı heç bir zor tətbiq edilməmişdir (iş vərəqə: cild İ, səh. 162-164). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında məhkəməyədək icraat mərhələsində keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilərkən sərbəst ifadəsində qeyd etdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə Biləcəri qəsəbəsində saxlamalarını, onun Binəqədi RPİ-nin inzibati binasına təmin olunması, üzərinə aparılan şəxsi axtarış zamanı ondan narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə, həmçinin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələrin, əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhərindəki evinə baxış keçirilərkən evdən məbləğini unutduğu, ABŞ dolları və manatdan ibarət təqribən 8.000 manat pulun aşkar edilərək götürülməsi barədə təqsirləndirilən şəxsin üzünə qarşı bildirsə də, Təqsirləndirilən şəxs onun üzünə qarşı deyilənləri qəbul etməmiş, əməliyyat müvəkkili, Şahid1 onun saxlanılmasında ümumiyyətlə iştirak etmədiyini, onu ilk dəfə təhqiqatçının otağında üzərinə şəxs axtarış keçirilərkən gördüyünü, Şahid1 onun Sumqayıt şəhərindəki evinə getmədiyini bildirmişdir(iş vərəqə: cild İ, səh. 162-164). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs Biləcəridə saxlamış, onu qabaqcadan daxil olmuş məlumat əsasında tutmuşlar. Biləcəridə belə bir adam olduğunu, onun barəsində daxil olan əməliyyat məlumatında onun narkotik satışı ilə məşğul olmasının qeyd olunduğunu ona əməliyyat müvəkkili Şahid1 demiş, onun vizual görüntüləri və keçəcəyi yer barədə ona məlumat vermişdir. Xatırladığı qədər Bəhruzun fotoşəkli də Sahildə olmuşdur. Yadında qaldığı qədər aprel ayında, saat təqribən 16 radələrində vizual görüntülər əsasında onlar tək olaraq piyada hərəkətdə olan Bəhruza yaxınlaşmış, Bəhruz özü öz adını və soyadını deyərək özünü təqdim etmişdir. Bəhruzun qara rəngli “Adidas” sumkası olmuş, o, idarəyə gətirilmiş, təhqiqatçı tərəfindən baxış keçirilmiş və sumkanın içində narkotik vasitə aşkar olunmuşdur. Bəhruzun cibində bir xırda bükümdə də narkotik olmuşdur. Bəhruzun saxlanılmasında Sahil və o özü iştirak etmişdir. Kamil adlı şəxsin əməliyyatda iştirak etməsini, Bəhruzun tutulması zamanı onun iştirakını o, görməmişdir. Şahid əməliyyat müvəkkili Şahid2 ifadəsinin davamında Təqsirləndirilən şəxs saxladıqları dəqiq tarixi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs nə dediyini, Bəhruzun sumkasından başqa əşyaların, o cümlədən pnevmatik silahın çıxmasını, Sumqayıt şəhərinə getmələrini, Bəhruzun evində axtarış keçirib-keçirməmələrini, özünün Bəhruzun evinə getməsini xatırlamadığını göstərdi və həmçinin qeyd etdi ki, o, cəmi 8 ay Binəqədi RPİ-də əməliyyatçı işləmiş, xidmət etdiyi 8 ay ərzində özünün xidməti ərazisindən kənara çıxmamış, o cümlədən Sumqayıt şəhərinə getməmiş, orada əməliyyat tədbirində iştirak etməmişdir. Onun daimi üzərində mobil telefonu olmuş, telefonsuz gəzməmiş, Bəhruzun ətrafında keçirilən əməliyyat tədbiri zamanı da onun üstündə 070 211 01 17 saylı mobil nömrəsi olmuşdur. Lakin həmin nömrənin kimin adına olması onun yadında qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahid əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən edildi ki, Şahid2 tədqiq olunan həmin ifadəsində həmkarı, Şahid1 cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsinə uyğun ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 165-167). Elan edilməklə tədqiq olunan ifadəsi ətrafında suallara cavab verən Şahid2 bu dəfə göstərdi ki, əməliyyat qrupuna rəhbərliyi o özü etmiş, o, Sumqayıtda Bəhruzun evində baxış keçirilərkən iştirak entmiş, lakin evdən nə çıxdığı onun yadında qalmamışdır. Şahid2 suallara cavab olaraq Təqsirləndirilən şəxs ətrafında keçirilən tədbirdə əməliyyat qrupunun rəhbəri özünün olmasını göstərsə də, ardınca verilən suallara qrupun rəhbərinin kim olduğunu xatırlamadığı cavabını vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arvadı Şahid3 ifadəsində göstərdi ki, 28 aprel 2023-cü il tarixdə, əri Təqsirləndirilən şəxs bütün gün evdə olmuş, heç yerə getməmişdir. Həmin gün axsam, saat təxminən 21.00-21.30 radələrində Sumqayıt şəhərində kirayədə yaşadıqları evdə olarkən həyat yoldaşı Təqsirləndirilən şəxs evə çörək almaq üçün mağazaya düşməsini xahiş etmiş və Bəhruz da düşmüşdür. Bundan sonra Bəhruz yanında da başqa bir kişi ilə evə gəlmiş və Bəhruz ona “uşaqları sal içəri, qorxmasınlar” demişdir. Bəruzgilin ardınca 5-6 nəfər də gəlmiş, evi ələk-vələk etmiş, axtarış aparmışlar. Gizlində qaynanasına zəng vurmaq istəmiş, lakin polislər onun telefonunu əlindən alıb başqa otağa keçməyi tələb etmişlər. Bəhruz ona da içəri otağa keçməsini tapşırmış, o da içəri otağa keçmişdir. Sonra isə polislər onu mətbəxə keçirmiş, özləri otaqdan mənzildəki onlara məxsus kassanı gətirmişlər. Polislər ondan kassanı açmağı tələb etmiş, lakin o, açarın onda olmadığını bildirmişdir. Bundan sonra Bəhruz özü kassanın açarını gətirmiş, onlar kassanı açmışlar. Kassanın içində 50 manatlıqlardan ibarət iki ədəd 5 minlik bağlamalar olmaqla cəmi 10.000 manat Azərbaycan pulu olmuşdur ki, həmin pulu götürmüşlər. Həmin pulu onlara qaynanası ev almaq məqsədilə vermiş, onlar da əmanət kimi saxlamışlar. Seyfin içindən puldan başqa nəsə çıxmasını o, görməmiş, seyfin üstündə isə bir ədəd Quran kitabı olmuşdur. Bundan sonra polislər Bəhruzu və pulu özləri ilə aparmış və polislərdən biri “Bəhruzu 2 saat ərzində buraxacağıq, narahat olma, mənim də uşaqlarım var” demiş və çıxıb getmişlər. Bəhruzu aparmamaları üçün çox yalvarmış, amma buna əhəmiyyət verməmiş və hətta evin qapısını arxadan bağlayıb açarı da götürüb özləri ilə aparmışlar. Evdə olan proses 45 deqiqədən 1 saata yaxın bir müddətdə davam etmişdir. Növbəti gun qaynanası gəlib qapını döymüş, lakin o, aça bilməmiş, açar olmadığını bildirmişdir. Bəhruz buraxılmamış, iki gun sonra isə binanın komendantı gəlib qapını açaraq açarı ona vermiş, polislərin gətirib açarı ona verib getdiklərini bildirmişdir. Açarı ona verən komendantın adını bilməsə də, həmin komendant Bəhruz saxlanılan gün növbədə olmuş şəxs olmuşdur. Komendant qapını açanda evdə o, və 6 və 8 yaşlı iki uçağı olmuşdur. Yalnız iki gün sonra Bəhruzu Binəqədi RPİ-nin guya üstündə nəsə olması əsası ilə, guya onu Biləcəridə tutmalarını ona məlum olmuşdur. Halbuki, Bəhruz 28 aprel 2023-cü il tarixdə, axsam Sumqayıtda ailəsi ilə birlikdə olmuş, o, Sumqayıtda yaşadığı mənzildən aparılmışdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, 28 aprel tarixdə polis Bəhruzla birlikdə evə daxil olduqdan sonra o, sonuncu dəfə saat 21.45-də qaynanasına zəng vurmuş, lakin onun qırmızı rəngli, əri Bəhruzun adına qeydiyyatdan keçmiş 055 824 51 53 nömrə ilə işləyən telefonunu əlindən alınmış və polis həmin telefonu özü ilə aparmışdır. Həmin telefon ona sonradan müstəntiq Ramil Əliyev tərəfindən qaytarılmışdır. Evlərində hərtərəfli axtarış aparılmış, lakin heç bir videoçəkiliş olmamış və sənədləşmə aparılmamış, o cümlədən pulun götürülməsinə görə də heç bir sənəd tərtib olunmamışdır. Evdə axtarış aparanlar heç polis olduqlarını da bildirməmiş, qorxusundan səsini belə çıxarmamışdır. Qaynanasına isə iki gun sonra zəng edib Bəhruzun Biləcəridə tutulduğunu demişlər, halbu ki, Bəhruz iki gün əvvəl Sumqayıtdan tutulub Bakıya aparılmışdır. 28 apreldən, yəni Bəhruzun aparıldığı tarixindən sonra, o cümlədən 29 aprel 2023-cü il tarixdə onların evinə heç bir polis gəlməmiş və 2 gün ərzində o, iki uşaqla birlikdə bağlı qapı arxasında qalmış, telefonu aparıldığından heç kimə məlumat verə bilməmişdir. 29 aprel tarixdə polislər və ya hansısa hal şahidləri onun evində olmamış, hansısa tədbirdə iştirak etməmişdir. Hazırda onlar həmin evdən çıxmış və qaynanası ilə bir yerdə yaşamağa başlamışlar. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs komendant işlədiyi binada ailəsi ilə birlikdə kirayənişin yaşayan sakin kimi tanımışdır. O, özü də həmin binada yaşamışdır. Komendantı olduğu bina 180 mənzilli olmuş, binada 120 mənzildə yaşayış olmuş, 60 mənzil təmirdə olduğundan boş olmuşdur. Şahid Fərman Abdurrahmanov ifadəsində göstərdi ki, hadisə 28 aprel tarixdə baş vermişdir. Belə ki, həmin gün axşam, saat təxminən 9-10 (burada: 21-22) radələrində o, komendant otağında növbədə olarkən bir neçə mülki geyimdə olan kişi ona yaxınlaşıb Bəhruzun şəkilini ona göstərmiş və onun həmin binada qalıb-qalmaması ilə maraqlanmışlar. O, şəklə baxıb Bəhruzun onların binasının sakini olduğunu demişdir. Onlar Bəhruzun necə adam olması ilə maraqlanmış, o da yaxşı adam kimi tanıdığını bildirmişdir. Onlar Bəhruzun ünvanı ilə maraqlandıqlarında o, sonuncunun ünvanını onlara demişdir. Bəhruzgil 9-cu mərtəbədə A blokunda yaşamışlar. Sonra onlar ona başqa heç nə bildirməmişlər. O, onların yuxarı çıxdıqlarını görsə də, Bəhruzun onların yanında olmasını görməmişdir. Bir müddət sonra binaya daxil olan şəxslərin bir saat sonra çıxıb getmələrini mühafizəçidən eşitmiş, özü şəxsən görməmişdir. Sonradan eşitdiyinə görə isə həmin şəxslər Bəhruzu aparmışlar. İki gün sonra, yəni aprelin 30-da Bəhruzla maraqlanan adam gətirib ona Bəhruzgilin evinin açarını vermiş, açarı verərkən “evə gedersən, qapı bağlıdır” demişdir. O da öz növbəsində aparıb həmin şəxsin verdiyi açarı Bəhruzun həyat yoldaşına vermişdir. Açarı vermək istərkən qapını döymüş, amma onun yoldaşı çox qorxduğundan qapını açmaq istəməmişdir. Sonra komendant olduğunu dediyindən Bəhruzun yoldaşı qapını açmışdır. Qapının kim tərəfindən açılması dəqiq yadında qalmamışdır. Lakin qapının açarı onda olduğundan onun özü tərəfindən açıldığını təxmin etmişdir. Şahid Fərman Abdurrahmanov ifadəsinin davamında göstərdi ki, Bəhruzla maraqlanan şəxslər özlərini təqdim etməmiş, ona polis olduqlarını deməmiş, o da onlara özlərini təqdim etmələrini tələb etməmişdir. Binaya 2 yerdən giriş olmasına baxmayaraq o, həmin şəxslərin 28 aprel tarixdə sonradan təkrarən gəldiklərini və ya Bəhruzun qadınını içəridə qoyub getmələrini görməmişdir. Bəhruzun ailə üzvlərindən kiminsə yuxardan qışqırıb kömək istəməsini eşitməmiş və ya görməmişdir. O, aprelin 28-də Bəhruzun qolundan tutulub polislə evinə gəldiyini, sonra isə aparıldığını görməmişdir. Bəhruzun evində axatrış aparılmasını səhərisi günü sakinlərdən eşitmişdir. Aprel ayının 29-da isə binada Bəhruzla bağlı heç nə görməmişdir. Aprel ayının 28-dən 30-na qədər Bəhruzun ailəsindən heç kimi görməmişdir. O, Şahid4 adlı şəxsi tanımamışdır. Onların binasında domofon sistemi və kameralar olmuş, lakin kameralırn yaddaşının saxlama imkanı cəmi 7 gün olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “mənzilə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə saxlanılması ilə əlaqədar onun yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, 18A saylı hündürmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 45 №-li mənzilə baxış kesirilmişdir. Tədqiq olunan protokoldan görünür ki, mənzilə baxış Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X14 rəhbərliyi ilə aparılmış, baxışda Təqsirləndirilən şəxs özü, Binəqədi RPİ-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2 Əhəd oğlu, Binəqədi RPİ-nin Kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti X17, həmçinin hal şahidi qismində Şahid4 və Şahid5 iştirak etmişlər. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, mənzilə baxış nəticəsində mənzilin yataq otağında olan paltar dolabında bir ədəd dəmir seyf aşkar edilmiş, həmin seyf Təqsirləndirilən şəxs özü tərəfindən şifrə yığılmaqla açılmış, sonuncu seyfdə olan iki ədəd rezinlə bağlanmış pul bağlamalarını könüllü olaraq təqdim etmiş, təqdim etdiyi pul məbləğinin ümumilikdə 8.000 manat təşkil etdiyini bildirmiş, lakin pulun mənbəyi və saxlama səbəbləri barədə heç bir məlumat verməmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, protokolda qeyd olunan pul məbləği narkotik vasitələrin və psixotrop maddələrin satışı nəticəsində əldə olunma şübhəsi ilə götürülmüş, baxış keçirilməklə götürülən pulların müxtəlif əskinaslarda olmaqla ümumilikdə 2501 (iki min beş yüz bir) ABŞ dolları və müxtəlif əskinaslarda olmaqla ümumilikdə 3750 (üç min yeddi yüz əlli) manat olması müəyyən edilmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, mənzilə baxış zamanı foto çəkilişdən istifadə edilməklə kriminalist mütəxəssis tərəfindən 06 ədəd foto şəkil çəkilmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, baxış və götürmə zamanı hal şahidləri, həmçinin iştirakçılar tərəfindən hər hansı irad bildirilməmiş, təkliflər irəli sürülməmiş, hətta Təqsirləndirilən şəxs iştirakçılara oxunmuş protokolun doğru tərtib edildiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülən 2501 (iki min beş yüz bir) ABŞ dolları və 3750 (üç min yeddi yüz əlli) manat pulun narkotik vasitələrin və psixotrop maddələrin satışı nəticəsində əldə olunma şübhəsi ilə götürülməsinə etiraz etmiş və tərtib olunan protokolu imzalamaqdan imtina etmişdir (iş vərəqə: cild İ, səh.49-52). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən “mənzilə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokol üzrə olan istintaq hərəkətində hal şahidi qismində iştirak etməsi qeyd olunan Şahid5 ifadəsində göstərdi ki, o, Bakıda Biləcəridə yaşamış, ayın dəqiq gününü xatırlamasa da, aprel ayının əvvəldərində, axsam saat 8-dən sonra (burada: 20:00-dan sonra) bir iş yoldaşı ilə işlə bağlı görüşməsi üçün Sumqayıt şəhərinə 17-ci mikrorayona getmiş, lakin Sumqayıt ərazisini yaxşı tanımamışdır. O, iş üzrə təqsirləndiririlən şəxsi əvvəllər ümumiyyətlə tanımamış, onu yalnız bir dəfə Sumqayıtda, 17-ci mikrorayonda yerləşən evində görmüşdür. Belə ki, təqsirləndiririlən şəxsin evinin yaxınlığından keçən zaman onu bir nəfər polis işçisi saxlamış, bir nəfərin evinə baxış keçiriləcəyini bildirmiş və hal şahidi kimi onu evə dəvət etmişdir. O, onu çağıran şəxsin adını bilməmiş, cavan polis əməkdaşı olması onun yadında qalmışdır. Polis işçiləri baxış keçiriləcək evin 17-ci mikrorayonda olduğunu demişlər. O, etiraz etməyib evə könüllü getmişdir. Baxış keçiriləcək mənzil yuxarı mərtəbədə yerləşmişdir. Onun liftdən qorxusu olduğu üçün mənzilə piyada qalxmış, liftə minməmişdir. Yadında qaldığı qədər o, 11-ci və ya 12-ci mərtəbəyə çıxmışdır. Baxış keçiriləcək mənzilin qapısını polislər açmış, o, polis əməkdaşları ilə birlikdə mənzilin içinə daxil olmuşlar. Qapının açarla açılması və ya döyülərək açılması onun yadında dəqiq qalmamışdır. Evdə təqsirləndirilən şəxsdən başqa bir nəfər cavan qadın da olmuşdur ki, qapını açan həmin qadın olmuş, lakin o, qadının üzünə baxmadığından onun sifəti yadında qalmamışdır. Baxışda ondan başqa daha bir nəfər hal şahidi olmuşdur ki, o, həmin şəxsi əvvəl görməmiş və tanımamışdır. Baxışdan əvvəl onlara baxış nəticəsində nə çıxacaqsa ona görə protokola qol çəkəcəkləri tapşırılmışdır. Baxış nəticəsində evdə yataq otağından, şkafın içərisindəki seyfdən pullar çıxmışdır. Pullar iki ədəd ayrı-ayrı kağız bükümlərdə olmuş, bükümlərdən biri manat, digəri isə dollar olmuşdur. Şəxsin pulun nə pulu olması barədə dedikləri onun yadında qalmamış, o, ancaq pulun polis əməkdaşları tərəfindən götürüldüyünü görmüşdür. Yekunda baxış və götürmə protokolunu o, özü imzalamış, lakin təqsirləndirilən şəxsin protokolu imzalayıb-imzalamaması onun yadında qalmamışdır. Protokol komputerdə tərtib olunmuş, polislər protokolu elə orada doldurmuş, onlar da imza çəkmişlər. Həmin protokolun harada yazıldığını o, görməmiş və bilməmişdir. O, protokolu hazır görmüş, protokol onun yanında çap olunmamışdır. Polislər onun yanında oturub pulları bir-bir saymamış və protokola qeyd etməmişlər. O, təqsirləndirilən şəxsin evində kompyüter görməmiş, protokol orada yazılmamışdır. Ancaq protokol evdə oxunmuş və protokola evdə qol çəkilmişdir. Baxışdan sonra o, polislərlə birlikdə Sumqayıtdan Bakıya gəlməmişdir. Onun mobil nömrəsi götürülmüş və çağrılacaqları bildirilmişdir. Bir müddət sonra o, çağrılmış, müstəntiqin otağında yenə də ona izahlar edilmiş, yazdıqları blanklara baxmış, yenə də təqdim olunan sənədə qol çəkmişdir. Şahid5 ifadəsində, həmçinin göstərdi ki, təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən ondan başqa daha bir nəfər hal şahidi olmuş, lakin o, həmin şəxsi tanımamış, onu ilk dəfə görmüşdür. Baxış zamanı nə onun və nə də ikinci hal şahidinin familiyası, adı qeyd olunmamışdır. Sadəcə onların hal şahidi olmaları bildirilmişdir. O, Şahid1, Şahid2, X18, X23 adlı şəxslərin heç birini tanımamışdır. O, MTK işçisini tanımamış, onu polislərin yanında görməmişdir. O özü əvvələr məhkum olunmamış, başqa cinayət işində hal şahidi qismində iştirak etməmişdir. Təqsirləndirimlən şəxsin evinə baxış keçirilərkən özünə məxsus ***-***-**-** GSM nömrəli mobil telefonu üzərində olmuşdur. Qeyd olunan ***-***- **-** GSM nömrəsi onun öz adına qeydiyyatdan keçmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən “mənzilə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokol üzrə olan istintaq hərəkətində hal şahidi qismində iştirak etməsi qeyd olunan Şahid4 ifadəsində göstərdi ki, o, əvvəllər Sumqayıt şəhərində yaşasa da, sonralar Bakıda yaşamış, Sumqayıtı yaxşı tanımamışdır. Keçən il, yəni 2023-cü ilin yaz aylarında, daha doğrusu aprelin ayının 10-u və ya 15-i Sumqayıta getmiş, getməkdə məqsədi çayxanada dostu-tanışı olan uşaqlarla görüşmək olmuşdur. O, dostunun ad və soyadını bilməmişdir. Dostunun evi təqribən 17-ci məhəllədə olmuş, lakin evin ünvanını tanımamışdır. Dostugilin oradan köçdüyünü təqribi öyrənib bilmişdir. Gedib “Katej”dəki çayxanaya baxmış, dostunu tapa bilməmiş və geri qayıdarkən axşam saat 10-a (burada: 22 radələri) işləmiş Sumqayıt şəhərində «Katej” tərəfdə 17-ci məhəllədə olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış, ondan yuxarı çıxmağı istənilmiş və ona «hadisə var, orada onlara hal şahidi kimi lazımsan» demişlər. Həmin vaxt artıq axşam saat təxminən 9-dan sonra, 10-a işləmiş (burada: 21-22 radələri) olmuşdur. O da etiraz etməyib yuxarı 14-cü və ya 16-cı mərtəbəyə liftlə çıxmış, orada başqa polis əməkdaşlarını da görmüşdür. Polis əməkdaşlarının həmn evə baxış keçirmələrinin səbəbini o, bilməmiş, polis ona səbəbini izah etməmişdir. Qaranlıq olduğu üçün o, binanın neçə bloklu olduğunu görməmişdir. Yuxarı mərtəbə ondan başqa kənardan cəlb olunan başqa bir ağ saçlı hal şahidi də olmuşdur. Həmin hal şahidinin piyada və ya liftlə ora qalxdığını görməmişdir. Bir evə girib yataq otağına daxil olmuşlar. Yataq otağında ağ saçlı kişi də olmuşdur. Evdə bir nəfər qadın da olmuş, lakin o, qadının kimliyini bilməmişdir. Evdə uşaqlar olmasından xəbərsiz olmuşdur. Binanın səlahiyyətli şəxs kimi komendantı orada görməmişdir. Təqsirləndirilən şəxs özü də evdə olmuşdur. Sonra Təqsirləndirilən şəxs evindəki paltaryuyan maşının yanındakı şkafdan bir ədəd 60x80 sm ölçüdə seyf çıxartmışlar. Seyf açılmış, içərisində iki bağlamada pul götürülmüşdür. Bağlamalardan biri manat, biri isə dollar olmuşdur. Pulları bir konvertə qoyub özləri ilə götürmüşlər. Pulların götürülməsinin səbəblərini və məqsədini o, bilməmişdir. Həmin pullar tutulan şəxsə məxsus olmuş, pulların götürülməsinə etiraz etməmişdir. O, həmin pulun mənbəyi barədə heç nə bilməmiş, pulun mənbəyi barədə sahibinin nəsə bildirib-bildirməməsini o, bilməmişdir. Polislər təqsirləndirilən şəxsi özləri ilə aparmış, ona isə «sabah yaxınlaşarsan Binəqədi Rayon Polis idarəsinə, imza çəkərsən ki, hal şahidliyi etdim» demişlər. O da səhər saat 10-da sonra Binəqədi RPİ-yə getmiş və orada protokolu pul olan konvertin üzərini imzalamışdır. Protokol hazır olmuş, o, protokolu imzaladıqdan sonra çıxıb getmişdir. O həmin protokolu imzalayarkən tək olmuş, polis protokolu oxumuş, sonra qol çəkmişdir. O, təqsirləndirilən şəxsin protokola nə evində və nə də Binəqədi RPİ-də qol çəkdiyini görməmişdir. O, həmçinin digər hal şahidinin və ya polislərin qol çəkdiyini, videoçəkiliş aparıdığını görməmişdir. Protokolda onun hal şahidliyi ilə 2000-nə yaxın dollar və manat götürüldüyü qeyd olunmuşdur. Amma götürülən pullar nə evdə və nə də polisdə onun yanında sayılmamışdır. Paketin üzərini, protokolu başqalarının imzalamalarını, möhürlənməsini o, görməmişdir. Şahid qismində dindirilən Şahid4 ifadəsində daha sonra göstərdi ki, ibtidai istintaq zamanı o, dəvət olunmamış və ifadəsi alınmamışdır. Məhkəmədə ifadə verməsi ilə bağlı onu kimsə təhdid və ya xahiş etməmişdir. O, belə işlərdən həmişə çəkinmiş, məhkəməyə gəlmək və ifadə vermək istəməmişdir. Nə istintaq orqanı, nə polis əməkdaşları, nə də ki, təqsirləndirilən şəxsin özü və ya onun qohumları ona məhkəmədə ifadə verməsi ilə bağlı nəsə deməmişdir. Təqsirləndirilən şəxsin evində baxış keçirilən mərhələdə onun üzərində mobil telefon olmamışdır. Amma hazırda onun öz adına olan nömrə vardır ki, o, həmin nömrəni təzə götürmüşdür. Məhkəməyə çağırışlarla bağlı zəng olunan nömrə həmin nömrə olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “mənzilə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokol iş üzrə məhkəmə baxışında şahid qismində dindirilən Şahid5 və Şahid4 təqdim olundu və hər iki şahid tədqiq olunan protokolda adları qarşısında icra edilmiş imzaların onların özlərinə məxsusluğunu təsdiq etdilər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2023-cü il tarixli prokoldan görünür ki, protokol tərtib olunan gün, yəni 29 aprel 2023-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində saxlanılmaqla Binəqədi RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X14 rəhbərliyi, polis əməkdaşları Binəqədi RPİ-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2 Əhəd oğlunun, həmçinin Binəqədi RPİ-nin Kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti X8 iştirakları ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda, təqdim edilməsi təklif edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş, ardınca ayaqlarının yanında saxladığı, üzərində «Adidas» yazısı olan orta ölçülü, qara rəngli əl çantasını qaldıraraq masanın üzərinə qoymuş və içərisindən iki ədəd iri ölçülü, qara rəngli sellofan bükümləri, 17 ədəd kiçik ölçülü bükümlərlə olan sellofan bükümü, bir ədəd “Constant”, bir ədəd “Marlboro” və bir ədəd “Uniweigh” markalı – cəmi üç ədəd elektron tərəziləri, bir ədəd naməlum markalı olmaqla, özünün deməsinə görə pnevmatik silahı çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq əl çantasından çıxarıb masanın üstünə qoyduğu iki ədəd iri ölçülü sellofan bükümlərğdən birində “marixuana”, digərində isə “kokos” kimi tanıdığı narkotik vasitələrin, 17 ədəd kiçik ölçülü bükümlədən birində “marixuana”, on ədədinin içində “kokos” və altı ədədində isə “patı” kimi tanıdığı narkotik vasitənin olduğunu, çantanın içindəki predmet və maddələri sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikası vətəndaşından Qaraçuxur qəsəbəsi ərazisində qabaqcadan müəyyənləşdirilmiş yerdən götürdüyünü bildirmişdir. şəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində real olaraq şəxsi axtarış istintaq hərəkəti aparılmış və qanunsuz saxladığı hər hansı əşya olmadığı müəyyən edilmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesi inspektor-kriminalist X17 tərəfindən «Panasonic» markalı videokameradan istifadə olunmaqla videolentə alınmış və videogörüntüləri özündə əks etdirən bir ədəd CD-R formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.36-38). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin yükləndiyi bir ədəd CD-R formatlı diskdəki videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2023-cü il tarixli protokolun məzmunu ilə eynidir və ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.36-38). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəməkimyəvi ekspertizasının 30 aprel 2023-cü il tarixli, 6/2493 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Şübhəli şəxsin üstündən aşkar olunmuş...” sözləri olan 1 №-li bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1005,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,857 qram, 0,877 qram, 1,739 qram, 0,849 qram, 2,627 qram, 0,316 qram, 0,086 qram, 5,972 qram, 0,238 qram və 7,212 qram olmaqla, ümumi təmiz çəkisi 20,773 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qram, 0,906 qram, 0,831 qram, 0,556 qram, 1,135 qram və 0,339 qram, ümumi təmiz çəkisi 4,697 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiqata təqdim olunan 3 №-li zərfdəki 3 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər olmuşdur, iz mikrorhissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, 2 №-li zərfdəki və 1 №-li bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1025,973 qaramdır. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri siyahısı”na, (Siyahı İ), heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ) (iş vərəqə: cild İ, səh.53-59). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 30 aprel 2023-cü il tarixli, 7/622 nömrəli ekspert rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 1005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd sellofan bükülüdə tütün və təmiz çəkisi 0,295 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.60-64). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan «maddi sübut kimi tanınma” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümlərdə olan, təmiz çəkisi 4,697 qram təşkil edən psixotrop maddə metamfetamin, təmiz çəkisi 1025,973 qram təşkil edən narkotik vasitə heroin, təmiz çəkisi 1005,295 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, üç ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə istintaq hərəkətinin videogörüntülərinin qeydə alındığı 1 (bir) ədəd CD-R formatlı disk iş üzrə maddi sübut qismində tanınmış və iş üzrə keçirilən ekspert tədqiqatlarından sonra qalıq qalmış 4,597 qram psixotrop maddə metamfetamin, 1025,773 qram narkotik vasitə heroin, 1005,195 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin üç ədəd elektron tərəzi saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd CD- R formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh.158-161, 262). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 13 may 2023-cü il tarixli, 2891 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İ, səh.175-176). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2710 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri və ya belə xəstəlikdən əziyyət çəkməsi müəyyən edilməmiş, lakin onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həımin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur(iş vərəqə: cild İ, səh.192-195). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin əldə olunma mənbəyinin müəyyən edilməsi məqsədi ilə zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün istintaq orqanı tərəfindən 05 iyul 2023-cü il tarixli əməliyyat orqanına verilmiş əməliyyat tapşırığının 26 iyul 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni onun İran İslam Respublikasının vətəndaşından satış məqsədilə əldə etdiyi müəyyən edilsə də, qeyd olunan şəxsin, yəni İİR vətəndaşının şəxsiyyətini müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Tədqiq olunan əməliyyat tapşırığına cavabdan daha sonra görünür ki, qeyd olunan faktla bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdiriləcəyi və müsbət nəticələr əldə ediləcəyi təqdirdə məlumat veriləcəyi istintaq orqanının nəzərinə çatdırılmışdır (iş vərəqə: cild İ, səh.157, 168). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 02 may 2023-cü il tarixli protokoldan görünür ki, 29 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesində götürülmüş iki ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış nəticəsində telefonlardan birinin üzərində ***-***-**-** saylı GSM mobil nömrənin olması, digər telefonun üzərində mobil nömrənin olmadığı, telefonlarda istintaq marağı kəsb etməyən fotoşəkil, video və səs yazılarının olması müəyyən edilmişdir(iş vərəqə: cild İ, səh. 118). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, 235-245, 246-247, 248, 249). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının,, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə ilkin, bünövrə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə səlb olunmasına nail olunması məqsədilə onun müdafiə hüquqları kobud surətdə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin sübutlar toplanılarkən qanun pozuntusu ilə müşaiyət olunan, qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs qeyri-insani rəftara məruz qoyulmuş, törətmədiyi cinayt əməlini boynuna götürməyə, etirafedici izahat və ifadələr verməyə məcbur edilmiş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar müdafiə hüququnun pozulması və aldatma yolu ilə əldə edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 29 aprel 2023-cü il tarixdə naməlum vaxt və şəraitdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində satış məqsədi ilə qanunsuz olaraq 1025,973 qram çəkidə külli miqdarda narkotik vasitə heroini, 4,697 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 1005,295 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində olan qara rəngli əl çantasında saxlamış, həmin gün, saat 15:00-da Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində saxlanılaraq Binəqədi RPİ-nin inzibati binasına aparılmış və saat 16.35 dəqiqədə orada üzərinə aparılan şəxsi axtarış zamanı ona məxsus qara rəngli əl çantasından qeyd olunan narkotik vasitələr və psixotrop maddə, eləcə də narkotik vasitə və psixotrop maddələrin satışı prossesində istifadə edilən, üzərində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın təsdiqi üçün ittiham tərəfinin sübutları siyahısına ilk növbədə onun saxlanılmasına əsas vermiş Bakı şəhəri Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan «Bəhruz» adlı şəxsin barəsində əməliyyat məlumatının daxil olmasına dair 29 aprel 2023-cü il tarixli raportu, eyni şəxs, yəni baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Binəqədi RPİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərarı, yenə də baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” eyni tarixli protokolu, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Fizuli küçəsində saxlanılıb Binəqədi RPİ-yə gətirilməsi barədə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş eyni tarixli raportu daxil etmişdir (iş vərəqə: cild İ, səh.4, 5-6, 7, 8). Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan 29 aprel 2023-cü il tarixli raportun məzmunundan görünür ki, daxil olmuş əməliyyat məlumatı «Bəhruz» adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə olmuş və bu raportu tərtib etmiş baş əməliyyat müvəkkili təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Binəqədi RPİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, həmin qərar naməlum, şəxsiyyəti müəyyənləşdirilməmiş “Bəhruz” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar qəbul edilmiş, onun şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmiş, qərarda yalnız “Bəhruz” adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması, bu və ya sair formada əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, “Bəhruz” adlı şəxsin olduğu yerin müəyyən edilməsi, saxlanılıb polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış keçirilməsi, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerinə və s. nəzərdə tutulmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, sözü gedən əməliyyat qrupu Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin Pİ-nin NMB-nin əməliyyat müvəkkili, iş üzrə şahid qismində dindirilmiş Şahid2 iştirakı ilə tərtib olunmuşdur. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanılıb Binəqədi RPİ-yə gətirilməsi barədə 29 aprel 2023-cü il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs anket məlumatları ilk dəfə məhz həmin raportda, yəni Təqsirləndirilən şəxs saxlanılmasından sonra tərtib olunan sənəddə yer almışdır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Binəqədi RPİ-nin CAŞnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində əməliyyat tədbirinin keçirilməsi prosesində onda Bəhruzun şəkilinin olduğunu, Bəhruzun olduğu yerin müəyyən olunduğunu, əvvəlcədən alınan məlumatda Bəhruzun zahiri əlamətlərinin göstərilməsini, Bəhruzun Biləcəri qəsəbəsi, Füzuli küçəsində zahiri əlamətlərinə görə saxlanıldığını, Bəhruzun saxlanılmasınadək onun familiyasını və ata adını bilmədiyini göstərmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən digər əməliyyat müvəkkili Şahid2 isə Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı daxil olması, onun vizual (burada: zahiri) görüntüləri barədə məlumatları əməliyyat müvəkkili Şahid1 aldığını, Bəhruzu onun vizual görüntüləri əsasında saxladıqlarını göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlmişdir ki, hələ Təqsirləndirilən şəxs saxlanılmasınadək Azərbaycan Respublikası CPM-nin və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ciddi şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə və "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin İİİ hissəsinin 1 və 2-ci bəndlərində qeyd olunur ki, bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3-5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri mütləq öz əksini tapmalıdır. Məhkəmə baxışı zamanı tədqiq olunan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərarın məzmunundan, həmçinin görünür ki, həmin qərarın 2-ci bəndində “Bəhruz” adlı şəxsin tutulmasından sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilib üzərində şəxsi axtarış aparılması, əşyalarına, nəqliyyat vasitələrinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi kimi bir qərar qəbul edilmişdir ki, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin siyahısında şəxsin üstünün yoxlanılması, polis orqanına gətirilib üzərində şəxsi axtarış aparılması, əşyalarına, nəqliyyat vasitələrinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi kimi bir əməliyyat-axtarış tədbiri ümumiyyətlə nəzərdə tutulmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 29 aprel 2023cü il tarixli qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış, lakin Təqsirləndirilən şəxs ətrafında heç bir əməliyyat-axtarış tədbirinin keçirilməməsi və onun sadəcə saxlanılaraq polis idarəsinə gətirilməsi və üzərinə baxış keçirilməsi, yəni «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsinin tələblərinə cavab verməməsi əsası ilə “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Binəqədi RPİ-nin müraciəti geri qaytarılmışdır. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyataxtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyataxtarış tədbirləri, o cümlədən vətəndaşların sorğusu, soraqlaşma, telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, məhkumların məktublarının yoxlanılması, nəqliyyat vasitələrinə baxış keçirilməsi, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi, insanların güdülməsi, şəxsiyyətin eyniləşdirilməsi, nəzarət qaydasında mal alınması, əşya və sənədlərin tədqiqi, müqayisəli tədqiq üçü nümunələrin toplanılması, nəzarətli göndəriş, cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi, hüquqi şəxsin yaradılması və əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi kimi əməliyyat tədbirləri tətbiq edə bilərlər. Məhkəmə “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokola münasibət bildirib qeyd edir ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərarda əməliyyat qrupunun təşkil edilməsi nəzərdə tutulsa da, həmin qrupun hansı qaydada təşkil olunması, qrupun necə və ya kim tərəfindən təşkil olunmalı olması, əməliyyat qrupuna kimin rəhbərlik etməli olması göstərilməmiş və ya bu istiqamətdə Binəqədi RPİ-nin səlahiyyətli şəxsləri tərəfindən əmr, sərəncam və ya hər hansı göstəriş verilməmişdir. Əməliyyat qrupu adlanan Binəqədi RPİnin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin idarənin NMBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət bu cütlük belə bir qrup təşkil etmək səlahiyyətində olmayan CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən təşkil olunmuş, qrupa özünün xidmət etdiyi CAŞ-nin deyil, hətta xidməti tabeçiliyində olmayan, tamamilə fərqli xidmət sahəsinin – NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil etmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, əməliyyat qrupuna kimin rəhbərlik etməli olması müəyyən edilməmiş, lakin təəccüblü olsa da, qrup üzvlərinə onların şəraitdən asılı olaraq davranış qaydaları, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Qeyd olunan pozuntulara baxmayaraq, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş baş əməliyyat müvəkkili Şahid1 istər məhkəmə baxışı və ya istərsə də ibtidai istintaq mərhələsində verdiyi ifadələrində Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupunun rəhbərinin o özü olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 istər məhkəmə baxışı zamanı və ya istərsə də məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupuna rəhbərliyi özünün etdiyini göstərsə də, məhkəmədə sualları cavablandırarkən keçirilən tədbirdə əməliyyat qrupunun rəhbərinin kim olduğunu xatırlamadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, 10.000.000-dan artıq əhaliyə malik Azərbaycan Respublikasında heç bir anket məlumatları dəqiqləşdirilməmiş olan, "Bəhruz" adlı bir şəxsin, nəzərə alsaq ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Əlisoy X15 MR-nın Şərur rayonunun Yengicə kəndində qeydiyyatdadır və faktiki Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-də yaşamışdır, elə əməliyyat məlumatı daxil olan gün zahiri əlamətlərinə görə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində yaxalanması, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə həmin şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri arasındakı ziddiyyətlər, sənədlərin tərtib olunmasında yol verilən qanun pozuntuları, Təqsirləndirilən şəxs barədə daxil olan məlumatların alınma mənbəyinin qeyri-müəyyənliyi ibtidai istintaq orqanının əsas sübut növü kimi qəbul etdiyi və işin hallarına açıq-aşkar uyğun gəlməyən əməliyyat məlumatının daxil olması haqqında 29 aprel 2023-cü il tarixli raportun, "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" eyni tarixli qərarın və "əməliyyat qrupunun yaradılması hqqında" tərib olunan eyni tarixli protokolun və Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə, saat 15:00-da saxlanılıb Binəqədi RPİ-yə gətirilməsi barədə eyni tarixli raportun həqiqiliyini, mötəbərliyini və əldə edilməsi hallarını şübhə altına alır və mötəbərliyi şübhə doğuran həmin sənədlərin Təqsirləndirilən şəxs saxlanılmasınadək deyil, məhz onun saxlanılmasından sonra formal olaraq tərtib edilməsini deməyə əsas verir. Məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması özü şübhəlidir və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərar isə Təqsirləndirilən şəxs qanunsuz saxlanılmasına qanuni don geyindirmək məqsədi ilə formal olaraq qəbul edilmiş və yalnız sonuncunun saxlanılmasına xidmət etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülən ittihamın təsdiqi üçün ittiham tərəfinin sübutları siyahısına Təqsirləndirilən şəxs özünün ilkin olaraq verdiyi etirafedici ifadələrini, Binəqədi RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və həmin idarənin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadələrini, Şahid1lə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolunu, «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD-R formatlı disk və həmin diskə «baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokolu, «maddi sübut qismində tanınma haqqında» xx.xx.2023-cü il tarixli qərarı, iş üzrə keçirilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/24934 №-li, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/622 №-li, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2891 №-li, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2710 №-li rəylərini, 03 ədəd bağlamada olan ümumi təmiz çəkisi 1025,973 qram olmaqla külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 4,697 qram olmaqla külli miqdarda ağ rəngli kristalik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 1005,295 qram olmaqla külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 03 ədəd elektron tərəzini daxil edilmişdir. Məhkəmə ilk növbədə ittiham tərəfinin sübutları siyahısında yer almış şahidlər əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrinə hüquqi qiymət verib qeyd edir ki, hər iki şahid məhkəmə baxışı zamanı biri digərini inkar edən, təqsirləndirilən şəxsin özünün və iş üzrə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri, həmçinin məhkəmə araşdırmasının predmeti olan sübutlarla ziddiyyət təşkil edən ifadələr vermişlər. Belə ki, istər cinayət işinə məhkəmə baxışı zamanı və istərsə də cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilən Şahid1 və Şahid2 fərqli olaraq Təqsirləndirilən şəxs hər iki mərhələdə verdiyi ifadələrində, iş üzrə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A yaşayış binasında komendant işləmiş X5 və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arvadı Şahid3 ifadələrində Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsində deyil, 28 aprel 2023-cü il tarixdə, saat 22-23 radələrində Sumqayıt şəhərində yaşadığı 17-ci məhəllə, ev 18A-da saxlanılıb aparıldığını təsdiq etmişlər. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində, həmçinin şahidlər - Binəqədi RPİnin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 Əhəd oğlunun onun saxlanılmasında ümumiyyətlə iştirak etmədiklərini, Şahid1lə Şahid2, həmçinin yaşadığı mənzilə baxışla əlaqədar məhkəmə baxışı zamanı hal şahidi qismində dindirilmiş iki nəfərin Sumqayıtda onun yaşadığı mənzildə olmadığını, şahidlər Şahid1lə Şahid2 yalnız 29 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-də onun üzərinə baxış keçirilərkən iştirak etmələrini və videogörüntülərdə qeydə alınmalarını göstərmişdir. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili, Şahid1 onun saxlanılmasında ümumiyyətlə iştirak etmədiyini, onu ilk dəfə təhqiqatçının otağında üzərinə şəxsi axtarış keçirilərkən gördüyünü, Şahid1 onun Sumqayıt şəhərindəki evinə getmədiyini cinayət işinin məhkəməyədək icraat mərhələsində keçirilmiş üzləşmədə dindirmə prosesində sonuncunun üzünə qarşı bir daha bildirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs arvadı Şahid3 məhkəmədəki ifadəsində, həmçinin 28 aprel tarixdə Bəhruzu apararkən onlara məxsus 10.000 manat pulu da özləri ilə aparmalarını, 28 apreldə Bəhruz aparıldıqdan sonra, o cümlədən 29 aprel 2023-cü il tarixdə onların evinə heç bir polis əməkdaşının gəlmədiyini və mənzilin qapısını arxadan bağlayıb açarı özləri ilə apardıqlarından 2 gün ərzində o, iki uşaqla birlikdə bağlı qapı arxasında qaldığını, telefonu aparıldığından heç kimə məlumat verə bilmədiyini, 29 aprel tarixdə polislərin və ya hansısa hal şahidlərinin onların evində olmadıqlarını və hansısa tədbirdə iştirak etmədiklərini bildirmişdir. Şahid X5 məhkəmədəki ifadəsində, həmçinin göstərmişdir ki, 28 aprel tarixdə bir müddət sonra binaya daxil olan şəxslərin bir saat sonra çıxıb getmələrini mühafizəçidən eşitmiş, lakin özü şəxsən görməmişdir. Həmin şəxslərin Bəhruzu da özləri ilə aparmalarını sonradan eşitmişdir. İki gün sonra, yəni aprelin 30-da Bəhruzla əvvəlcə maraqlanan adam gətirib ona Bəhruzgilin evinin açarını vermiş və açarı verərkən “evə gedersən, qapı bağlıdır” demişdir. O da öz növbəsində aparıb həmin şəxsin verdiyi açarı Bəhruzun həyat yoldaşına vermişdir. Bəhruzun yoldaşı qorxduğundan qapını açmaq istəməsə də, sonra komendant olduğunu öyrənib qapını açmışdır. 29-30 tarixlərdə Bəhruzla bağlı heç nə eşitməmiş, iki gün müddətində onun ailə üzvlərini görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər - əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ümumən ifadələrinə Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında Biləcəri qəsəbəsində saxlayıb özləri ilə Binəqədi RPİ-yə aparmalarını və üzərinə keçirilən şəxsi axtarış nəticəsində ondan narkotik vasitələr aşkar edilib götürülməsini təsdiq etsələr də, məhkəmədə kifayət qədər ziddiyyətli ifadələr vermişlər ki, onların həmin ifadələri Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın təsdiqi üçün obyektiv və mötəbər sübutlar kimi qiymətləndirə bilməz. Belə ki, şahidlər Şahid1 və Şahid2 cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs saxlanılmasının əsasları, vaxtı və yeri, şəraiti və itirakçılar, götürülmüş qanuni və ya qanunsuz əşyalar barədə, həmçinin saxlanılan gün sonuncunun yaşadığı evə baxış keçirilməsi, baxışın vaxtı və yeri, baxış iştirakçıları, götürülmüş qanuni və ya qanunsuz əşyalar barədə detallı ifadələr versələr də, Şahid1 məhkəmədəki ifadəsində 29 aprel 2023-cü il tarixdə RPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra axşam saatlarında, lakin dəqiq yadında qalmadığı vaxtda Bəhruzun evində də baxış keçirilməsini, baxış zamanı videoçəkiliş apara bilməsi üçün kriminalistin iştirak etmədiyini, evə baxış keçirərkən video çəkiliş aparılıb-aparılmamasının, evə baxışda hal şahidlərinin iştirak edib-etməməsinin, Bəhruzun həyat yoldaşının evdə olmasını təqribi xatırladığını bildirmiş, evə baxış nəticəsində milli və xarici valyutada təqribən 8.000 manat pullar aşkar olunmasını, təhqiqatçının həmin pulları saymasını və protokol tərtib etməklə götürülməsini göstərmişdir. Şahid – əməliyyat müvəkkili Şahid2 isə məhkəmədəki ifadəsində Təqsirləndirilən şəxs saxladıqları dəqiq tarixi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs nə dediyini, Bəhruzun sumkasından başqa əşyaların, o cümlədən pnevmatik silahın çıxmasını, Sumqayıt şəhərinə getmələrini, Bəhruzun evində axtarış keçiribkeçirməmələrini, özünün Bəhruzun evinə getməsini xatırlamadığını göstərdi və hətta qeyd etdi ki, o, cəmi 8 ay Binəqədi RPİ-də əməliyyatçı işləmiş, xidmət etdiyi 8 ay ərzində özünün xidməti ərazisindən kənara çıxmamış, o cümlədən Sumqayıt şəhərinə getməmiş, orada əməliyyat tədbirində iştirak etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***- **-** və "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** mobil telefon nömrələrinin və Təqsirləndirilən şəxs arvadı Şahid3 istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** mobil telefon nömrəsinin 28 aprel 2023-cü il tarixdə, saat 20:00-dan saat 24.00-dək və 29 aprel 2023-cü il tarixdə, saat 00:00-dan saat 17:00-dək olan müddət ərzində əhatə (anten) dairələri barədə məlumatlar müvafiq olaraq "xxxx" və "xxxx" MMCdən götürülmüş və tədqiq edilmişdir. Tədqiq olunan məlumatlarla "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin baxılan iş üzrə Təqsirləndirilən şəxs, "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** saylı mobil telefon nömrələrinin isə X2 adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən tttihama əsasən sonuncu ondan aşkar edilib götürülən narkotik vasitə və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, naməlum vaxt və şəraitdə Bakı şəhər, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi ərazisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamış və özü ilə daşımışdır. Lakin məhkəmə baxışı mərhələsində əldə olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** və "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-**, həmçinin onun arvadı Şahid3 istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** mobil telefon nömrələrinin əhatə dairəsini müəyyənləşdirən anten məlumatları ilə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə abonentlərinin, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs 28 aprel və 29 aprel 2023-cü il tarixlərdə Bakı şəhər, Suraxanı rayonu ərazisində, o cümlədən Qaraçuxur qəsəbəsi ərazisində olması təsdiq edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs verilən tttihama əsasən sonuncu xx.xx.2023cü il tarixdə, saat 15:00-da Binəqədi RPİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində saxlanılaraq polis idarəsinə aparılmış, saat 16:35-dən başlayaraq üzərində şəxsi axtarış keçirilmiş və üzərindən külli miqdarda narkotik vasitələr və psixotrop maddə, həmçinin 3 ədəd elektron tərəzi və iki ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** və "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-**, həmçinin onun arvadı Şahid3 istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** mobil telefon nömrələrinin əhatə dairəsini müəyyənləşdirən anten məlumatlarından görünür ki, ***-***-**-** mobil telefon nömrəsi sorğu verilən xx.xx.2023-cü il tarixdə, saat 20:17-dən xx.xx.2023-cü il tarixə, saat 00:40:18-ədək Sumqayıt şəhəri ərazisində müxtəlif anten dairəsi əhatələrində olmaqla aktiv olmuş, saat 00:40:18-də söndürülməklə deaktiv edilmiş, xx.xx.2023-cü il tarixə saat 14:02:38-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində aktiv vəziyyətə gətirilərək təqribən bir dəqiqə sonra, saat 14:03:29-da, yəni Təqsirləndirilən şəxs saxlanılmasından təqribən bir saat əvvəl təkrarən söndürülməklə deaktiv edilmiş və həmin gün sorğu verilən anadək bir daha aktiv vəziyyətə gətirilməmişdir. Tədqiq olunan anten məlumatları ilə, həmçinin müəyyən edilmişdir ki, sorğu verilən ***-***-**-** saylı mobil telefon nömrəsi sorğu verilən xx.xx.2023-cü il tarixdə, saat 20:16:37-dən xx.xx.2023-cü il tarixə, saat 00:40:37-ədək Sumqayıt şəhəri ərazisində müxtəlif anten dairəsi əhatələrində olmaqla aktiv olmuş, saat 00:40:37-də söndürülməklə deaktiv edilmiş, xx.xx.2023-cü il tarixə saat 14:02:36-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində aktiv vəziyyətə gətirilərək Bakı şəhərinin Binəqədi və Nəsimi rayonları ərazisində olmuş, saat 15:37:11-də, təkrarən söndürülməklə deaktiv edilmiş və həmin gün sorğu verilən anadək bir daha aktiv vəziyyətə gətirilməmişdir. Tədqiq olunan anten məlumatları ilə daha sonra müəyyən edilmişdir ki, sorğu verilən Təqsirləndirilən şəxs arvadı Şahid3 istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2023-cü il tarixdə, saat 22:26:31-dən xx.xx.2023-cü il tarixə, saat 00:35:46-dək yalnız Sumqayıt şəhəri ərazisində müxtəlif anten dairəsi əhatələrində olmaqla aktiv olmuş, saat 00:35:46-da söndürülməklə deaktiv edilmiş və həmin gün sorğu verilən anadək bir daha aktiv vəziyyətə gətirilməmişdir. Tədqiq olunan anten məlumatları ilə müəyyən edilmişdir ki, əhatə dairəsi araşdırılan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı hər üç mobil telefon nömrələri xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə keçən gecə demək olar ki, eyni vaxtda, müvafiq olaraq saat 00:40:18-də, saat 00:40:37-də və saat 00:35:46-da söndürülməklə deaktiv edilmiş və Təqsirləndirilən şəxs arvadı Şahid3 istifadəsində olmuş "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** mobil telefon nömrəsi istisna olmaqla, digər iki ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələr xx.xx.2023-cü il tarixdə eyni vaxtda – müvafiq olaraq saat 14:02:36-da və 14:02:38-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində aktiv vəziyyətə gətirilmişdir ki, qeyd olunan mobil nömrələrin aktivləşdirildiyi mobil telefonların xx.xx.2023cü il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən götürülməsinə və onların sərəncamında olmasına əsaslı şübhələr yaratmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahidlər – Binəqədi RPİ-nin əməliyyat müvəkkilləri Şahid2 istifadəsində olmuş “Azerfon» MMC mobil operatoruna mənsub ***-***-**-** və Şahid1 istifadəsində olmuş yenə də “Azerfon» MMC mobil operatoruna mənsub ***-***-**-** mobil telefon nömrələrinin kimlərin adına qeydiyyatdan keçməsi və həmin mobil nömrələrin 28 aprel 2023-cü il tarixdə, saat 14:00-dan 30 aprel 2023-cü il tarixə, saat 00:00-dək olan müddət ərzində əhatə (anten) dairələri barədə məlumatlar müvafiq olaraq "xxxx" MMC-dən götürülmüş və tədqiq edilmişdir. Tədqiq olunan məlumatlarla "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** saylı mobil telefon nömrəsinin X9 (əməliyyat müvəkkili, Şahid2 atası), yenə də "xxxx" MMC mobil operatoruna mənsub ***-***-**-** saylı mobil telefon nömrəsinin isə X6 adlı şəxsin adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. "xxxx" MMC-dən götürülmüş və tədqiq edilmiş əməliyyat müvəkkilləri Şahid2 istifadəsində olmuş ***-***-**-** və Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələrinin əhatə dairəsini müəyyənləşdirən anten məlumatları ilə müəyyən edilmişdir ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2025-ci il tarixdə, saat 22:08:48-dən başlayaraq 23:37:05-ədək Sumqayıt şəhərinin əhatə dairəsində ərazisində olmuş, 29:04.2023-cü il tarixdə isə qeyd olunan ***-***-**-** saylı mobil telefon nömrəsinin yalnız 23:01-dən sonra Novxanı və Saray bağları əhatəsində olması müəyyən edilmişdir. Əməliyyat müvəkkilləri Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsini müəyyənləşdirən anten məlumatlarına gəldikdə isə "xxxx" MMC-dən götürülmüş məlumatlarla müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil abonent 28 və 29 aprel 2023-cü il tarixlərdə ümumiyyətlə Sumqayıt şəhərinin əhatə dairələrində olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan “mənzilə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-ə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saat 21:30-dan 22:05-ədək baxış keçirilmiş, həmin baxışda Binəqədi RPİ-nin təhqiqatçısı Araz Kazımlı, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Binəqədi RPİ-nin Kriminalist Tədqiqatlar qrupunun inspektor-kriminalisti X17, iki nəfər hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs özü iştirak etmiş və baxış nəticəsində 2501 ABŞ dolları və 3750 manat məbləğində pul qablaşdırılmaqla protokollaşdırılıb götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, mənzilə baxış prosesində videoçəkiliş aparılmamış, lakin inspektor-kriminalist tərəfindən foto çəkilişdən istifadə olunmaqla 06 ədəd foto şəkil çəkilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin materiallarına Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-ə baxış keçirilməsi ilə bağlı heç bir fotoşəkil əlavə edilməmişdir. Lakin məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmədəki ifadəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən videoçəkiliş apara bilməsi üçün kriminalistin iştirak etmədiyini göstərmişdir. Şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid2 isə məhkəmə baxışı zamanı verdiyi ifadəsində, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsindən fərqli olaraq, Binəqədi RPİ-də 8 aylıq xidməti dövründə xidmət ərazisindən kənara çıxmadığını, 29:04.2023-cü il tarixdə Sumqayıt şəhərində keçirilmiş əməliyyat tədbirində iştirak etmədiyini göstərmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-ə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə baxış keçirilməsi prosesində hal şahidi qismində iştirak etmiş Şahid4 və Şahid5 tam, hərtərəfli və obyektiv məhkəmə araşdırması məqsədilə əlavə şahid qismində məhkəməyə dəvət olunmuş, lakin şahidlərin məhkəməyə çağrılması ilə əlaqədar bütün prosessual üsullardan istifadə edilməsinə baxmayaraq 5-6 ay ərzində onların məhkəməyə gəlməsi və gətirilməsi təmin olunmamışdır. Məhkəmədə iştirakları və şahid qismində dindirilmələri təmin edilmiş Şahid4 və Şahid5 ifadələrində ümumi sözlərlə Sumqayıt şəhərində 17-ci mikrorayon ərazisində təqsirləndirilən şəxsin evində keçirilmiş baxışda iştiraklarını təsdiq etsələr də, keçirilmiş baxışın tarixi və dəqiq məkanı, baxış iştirakçıları, aşkar edilib götürülmüş pul vahidlərinin növləri və dəqiq miqdarı barədə məhkəməyə obyektiv məlumat verə birməmiş, hər iki şahid ifadələrində baxış keçirilən evdə götürülmüş pulların sayılmasını görmədiklərini, baxış keçirilən evdə protokol yazılmadığını, hazırlanmış protokolu sonradan Binəqədi RPİnin binasında imzalamalarını göstərmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında işdə olan məhkəməyədək icraat mərhələsində iş materiallarına əlavə edilmiş cild İ, səh. 24-25-də olan «Şübhəli şəxsin tutulması haqqında» 29 aprel 2023 cü il tarixli qərarda, cild İ, səh. 42-də olan “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında» 29 aprel 2023 cü il tarixlı protokolda, cild İ, səh. 47-48-də olan Təqsirləndirilən şəxs 29 aprel 2023 cü il tarixli izahatında, cild İ, səh. 80-də olan ittiham aktına sübut növü kimi daxil edilmiş «Diskə baxış keçirilməsi haqqında» 01 may 2023 cü il tarixlı protokolda Müdafiəçi və Təqsirləndirilən şəxs adları qarşısında edilmiş imzaların onların özləri və ya qeyriləri tərəfindən icra edilməsinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilməklə keçirilmiş və tədqiqatın nəticəsi üzrə verilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-xəttşünaslıq ekspertizasının 4/2024 saylı, 10 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunan həmin sənədlərdəki imzalar təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən icra olunmamış, təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən faktiki iştirak etməklə imzalanmalı olan sənədlərdəki imzalar Binəqədi RPİ-nin Təhiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X22 və Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X7 özləri və ya qeyriləri tərəfindən saxtalaşdırılmaqla imzalanmış, bununla da Azərbaycan Respublikası CPM-nin tələbləri, o cümlədən təqsirləndirilən şəxsin müdafiə huquqları və müdafiəçinin hüquq və vəzifələri məhdudlaşdırılmaqla pozulmuşdur. Belə ki, tədqiq olunan məhkəmə-xəttşünaslıq ekspertizasının 4/2024 saylı, 10 yanvar 2024-cü il tarixli həmin rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:
1. Ekspertizaya təqdim edilmiş, cild 1, səh. 47-48-də Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixli izahatının 1-ci vərəqəsində (i.v.47) "İmza" qrafasındakı imza və mətnin sonunda yerləşən imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, cild1, i.v.24-25-də "Şübhəli şəxsin tutulması haqqında" 29 aprel 2023-cü il tarixli qərarda "Şübhəli şəxs" qrafasında olan imza və "Əlisoy Bəhuz" yazıları, cild 1, səh. 42-də "Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında" 29 aprel 2023-cü il tarixli protokolda "Şübhəli şəxs" qrafasında olan imza və "Əlisoy Bəhuz" yazıları, cild 1, səh. 47-48-də Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixli izahatının 2-çi vərəqəsində (səh.48) "Şübhəli şəxs" qrafasında olan imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, cild1, i.v.24-25-də “Şübhəli şəxsin tutulması haqqında” 29 aprel 2023-cü il tarixli qərarda “Müdafiəçi” qrafasında olan imza “Hüseynov F F” yazıları, cild 1, səh. 42-də “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokolda “Müdafiəçi” qrafasında olan imza və “Hüseynov F F” yazıları, cild 1, səh. 47-48-də Təqsirləndirilən şəxs 29 aprel 2023cü il tarixli izahatının 2-ci vərəqəsində (səh.48) “Müdafiəçi” qrafasındakı olan imza, cild 1, səh. 80-də “Diskə baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokolda “Müdafiəçi” qrafasında olan imza – Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, tədqiqat üçün ekspertizaya təqdim edilmiş, cild 1, səh. 80-da “Diskə baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokolda “İştirak etdi” qrafasında Təqsirləndirilən şəxs adından olan imzanın – Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Belə ki, tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində aparılan qeydlərlə müəyyən edilmişdir ki, tədqiq olunan imza tədqiqat obyekti olan “Diskə baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokolda “İştirak etdi” qrafasında Təqsirləndirilən şəxs adından olan imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanı Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzanın hərfi tərkibinin olmaması, imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, həmçinin imzada həm uyğunlaşdırıcı və həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, müəyyən qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsinə əsasən tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, 90.7.5-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, 90.7.7-ci maddəsinə əsasən müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, 90.7.8-ci maddəsinə əsasən söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, 90.7.9-ci maddəsinə əsasən müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək şübhəli şəxsin həyata keçirdiyi hüquqlardandır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə, saat 15:00 radələrində əməliyyat məlumatı əsasında Binəqədi RPİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən Binəqədi rayonunun Biləcəri qəsəbəsində saxlanılması, göstərilən tarixdə və vaxtda onun üzərində şəxsi axtarış aparılmaqla ondan külli miqdarda narkotik vasitə və psixotrop maddələr, 03 ədəd tərəzi, iki ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilib götürülməsi, həmin gün saat 21:30dan 22:05-ədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-ə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən iki nəfər hal şahidinin iştirakları ilə baxış keçirilməsi, Təqsirləndirilən şəxs ailəsinə məxsus 2501 ABŞ dolları və 3750 manat məbləğində pulun 29 aprel 2023-cü il tarixdə götürülməsi və protokollaşdırılması əsaslı şübhələrlə əhatə olunduğundan Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın təsdiqi üçün ibtidai istintaq orqanı tərəfindən toplanılan sübutlar əsaslı və mötəbər sübutlar kimi qiymətləndirilə və Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, müvafiq məhkəmənin 01 may 2023-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 29 aprel 2023-cü il tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsində maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,597 qram psixotrop maddə metamfetamin, 1025,773 qram narkotik vasitə heroin, 1005,195 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin üç ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra təmiz çəkisi 4,697 qram təşkil edən psixotrop maddə metamfetamini, təmiz çəkisi 1025,973 qram təşkil edən narkotik vasitə heroini, təmiz çəkisi 1005,295 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı və üç ədəd elektron tərəzini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 30 aprel 2023-cü il tarixli, 6/2493 saylı məhkəmə-kimyəvi və 30 aprel 2023-cü il tarixli, 7/622 saylı məhkəmə-bioloji və 26 may 2023-cü il tarixli, HK-315 saylı məhkəmə-ballistik ekspertizalarının keçirilməsinə sərf olunan 234 (iki yüz otuz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-dən götürülmüş 2501 (ikei min beş yüz bir) ABŞ dolalrı və 3750 (üç min yeddi yüz əlli) manat pul Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023cü il tarixli, 000119 №-li “təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzi”i ilə Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsində depozitə qoyulmuşdur ki, cinayət işinə məhkəmə baxışı nəticəsində qeyd olunan məbləğdə pulun cinayət yolu ilə əldə olunması, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əldə olunması sübuta yetirilməmişdir (iş vərəqə: cild İ, səh.144). Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-dən götürülmüş Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabında saxlanılan 2501 (iki min beş yüz bir) ABŞ dolalrı və 3750 (üç min yeddi yüz əlli) manat pul Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsində maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 4,597 qram psixotrop maddə metamfetamin, 1025,773 qram narkotik vasitə heroin, 1005,195 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin üç ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra təmiz çəkisi 4,697 qram təşkil edən psixotrop maddə metamfetamini, təmiz çəkisi 1025,973 qram təşkil edən narkotik vasitə heroini, təmiz çəkisi 1005,295 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı və üç ədəd elektron tərəzini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 30 aprel 2023-cü il tarixli, 6/2493 saylı məhkəmə-kimyəvi və 30 aprel 2023-cü il tarixli, 7/622 saylı məhkəmə-bioloji və 26 may 2023-cü il tarixli, HK- 315 saylı məhkəmə-ballistik ekspertizalarının keçirilməsinə sərf olunan 234 (iki yüz otuz dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Bəraət almış Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 18A, mənzil 45-dən götürülmüş və Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin depozit hesabında saxlanılan 2501 (iki min beş yüz bir) ABŞ dolalrı və 3750 (üç min yeddi yüz əlli) manat pul Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.