Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1000/2020 01.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlunun və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X2 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Həmin cinayət işinin məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai istintaq orqanı tərəfindən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3, 206.2 və 240.3-cü maddələri ilə elan olunmuş ittihama əsasən, o, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri, habelə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini tamah niyyəti və satış məqsədi ilə külli miqdarda qanunsuz əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycan Respublikasında satışını həyata keçirmək üçün saxlamaq məqsədi ilə idarə etdiyi «Lada 219020 Lada Granta» markalı O173TO05 dövlət qeydiyyat nişanlı avtomobillə x xxxx 2020-ci ildə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin «Samur» gömrük postundan keçməklə Rusiya Federasiyasına getmiş, həmin tarixdə Dağıstan Respublikasının Maxaçqala şəhərində istintaqa məlum olmayan mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, tərkibindəki drostanalon güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 14 qramolan 14 flakonda bir flakonunun dəyəri 42,40 manat olmaqla ümumilikdə 593,60 manat dəyərində «Drostanolone (propionate) inj. 100 mg/ml», tərkibindəki stanozolol güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 6,5 qramolan 13 flakonda bir flakonunun dəyəri 35,30 manat olmaqla ümumilikdə 458,90 manat dəyərində «Stanozolol 50 mg/ml», tərkibindəki testosteron güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 25 qramolan 10 flakonda bir flakonunun dəyəri 4,50 manat olmaqla ümumilikdə 45 manat dəyərində «Testosterone (enathare) 250 mg/ml», tərkibindəki testosteron güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 32,5 qramolan 13 flakonda bir flakonunun dəyəri 40 manat olmaqla ümumilikdə 520 manat dəyərində «Testosterone (sust-mix) 250 mg/ml», tərkibindəki testosteron güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 29 qramolan 29 flakonda bir flakonunun dəyəri 22,65 manat olmaqla ümumilikdə 656,85 manat dəyərində «Testosterone (propuonate) 100 mg/ml», tərkibindəki boldenon güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 54 qramolan 18 flakonda bir flakonunun dəyəri 5,90 manat olmaqla ümumilikdə 106,20 manat dəyərində «Boldenone (undecylenate) inj. 300 mg/ml», tərkibindəki oksimetalon güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 22,5 qramolan 9 qutuda 45 konvalyutda 450 həb bir qutunun dəyəri 46,65 manat olmaqla ümumilikdə 419,85 manat dəyərində «Oxymetholone 50 mg 50 tab», tərkibindəki metandienon güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 19 qramolan 19 qutuda 95 konvalyutda 950 həb bir qutunun dəyəri 22,65 manat olmaqla ümumilikdə 430,35 manat dəyərində «Methandienone 20 mg 50 tab» və tərkibindəki stanozolol güclü təsir edən maddəsinin təsir edici miqdarı külli miqdarda - 7,5 qramolan üzərində heç bir markalanma göstəricisi olmayan 5 ədəd 30 ml-lik flakonda stanozolol suspenziyası olan güclü təsir edən maddələrdən ibarət ümumilikdə cəmi külli miqdarda - 3230,75 manat dəyərində bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini qanunsuz əldə edib Azərbaycan Respublikasında satışını təşkil etmək məqsədi ilə saxlanılması üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi «Lada 219020 Lada Granta» markalı O173TO05 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədib saxlayaraq, x xxxx 2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 10 radələrində Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən «Samur» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə hazırlıq iclasında müdafiə tərəfi vəsatət verərək, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulduğunu, yəni cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulmasını və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsini bildirib cina-yət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, iş materiallarını araşdırıb hesab edirki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işiüzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, cinayət işinin materiallarından məlum olur ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulmuş, həmçinin ona bildiyi dilə tərcümə olunmuş ittiham aktının surəti verilməmişdir. Məhkəmə hazırlıq iclasında Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs ona verilən sadə sualları belə anlamamış, yarı rus, yarı azərbaycan, hətta ləzgi dillərində cavablar vermiş, azərbaycan dilini tam başa düşmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşıdır və milliyətcə ləzgidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin məcəllənin 303.2-ci maddəsinə əsasən, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması. 303.3.7. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.4-cü maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.11-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, həmin məcəllənin 91.5.12-ci maddəsinə əsasən isə tərcüməçinin köməyindən pulsuz istifadə etmək kimi nəzərdə tutulmuş hallarda və qaydada hüquqları həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinə əsasən, cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Göründüyü kimi məhkəməyədək icraat zamanı cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə hüququ pozulmuş və ana dilinə tərcümə olunmuş ittiham aktının surəti verilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki,cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 306.1 madəsinə əsasən məhkəmə hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6 cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxartmaqla yanaşı, həmçinin məcəllənin 306.1.3-cü maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə məsələyə baxılmalıdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs barəsində ibtadi araşdırma zamanı «polis nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Buna görədə məhkəmə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 306.1.3-cü maddəsini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299- 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.3, 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cina-yət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin müstəntiqi, gömrük xidməti mayoru X3 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 03 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev
2. Əhməd Quliyev
3. İradə Həsənzadə