Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1000/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, tərcüməçilər X6 və X2 iştirakları ilə, 04 avqust 1983-cü ildə Qusar rayonunun Aşağı Ləgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, orta təhsilli, fərdi əməklə məşğul olan, Qusar rayonunun Aşağı Ləgər kəndində qeydiyyatda olan və yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxxxxx 1974-cü ildə Qazaxıstan Respublikasının Manqışlaq vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan bir uşaqları olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Qusar rayonunun Köhnə Xudat kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etdiyi çətənə toxumlarını 2020-ci ilin aprel ayında yaşadığı evin bağ sahəsində qanunsuz olaraq kultivasiya etmiş, 2020-ci ilin sentyabr ayının ortalarında yetişmiş çətənə bitkilərindən əldə etdiyi çətənə toxumlarını yaşadığı evin yataq otağında dibçəkdə yenidən əkmiş, eyni zamanda bitkiləri toplayıb qurudaraq qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı şüşə qabda qablaşdıraraq satış məqsədi ilə yaşadığı evin dəhlizindəki divarda yerləşən rəfdə qanunsuz olaraq saxlamış, həmin narkotik vasitəni satmaq məqsədi ilə qaynanası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmin məqsədlə 30 dekabr 2020-ci il tarixdə özünə bir kibrit qutusuna görə 20 manat çatacağı şərti ilə Təqsirləndirilən şəxs2 02 ədəd kibrit qutusunda qurudulmuş marixuana vermiş, sonuncu həmin narkotik vasitədən iki bükümünü 07 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində yaşadığı evin qarşısında küçədə Quba rayonunun Bağbanlı kəndində yaşayan Şahid6 qanunsuz olaraq 25 manata satmış, daha sonra polis əməkdaşları tərəfindən Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitədən 01 bükümdə çəkisi 0,580 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 saxlanılaraq Qusar Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əl çantasının içərisindən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq verdiyi, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq ondan əldə etdiyi, saxladığı və gəzdirdiyi cəmi çəkisi 6,626 qram olan 03 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə yaşadığı ünvana baxış keçirilən zaman isə yataq otağından 02 ədəd polietilen və kağız bükümlərdə cəmi çəkisi 2,786 qram olan narkotik vasitə qurudulmuş marixuanalar, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçirilən zaman şüşə qabda qablaşdıraraq satış məqsədi ilə yaşadığı evin dəhlizindəki divarda yerləşən rəfdə qalıq qalmış və qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi və saxladığı cəmi çəkisi 20,335 qram olan 04 ədəd kibrit qutusunda qurudulmuş marixuana, yataq otağında isə dibçəkdə 01 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Qusar rayonu Aşağı Ləgər kəndində yaşayan kürəkəni Təqsirləndirilən şəxs1 yaşadığı evdə dibçəklərdə narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq kultivasiya etdiyini və onları qurudub qanunsuz olaraq satmaqla dolandığını bilib, Təqsirləndirilən şəxs1lə həmin narkotik vasitəni satmaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmin məqsədlə 30 dekabr 2020-ci il tarixdə kürəkəni Təqsirləndirilən şəxs1 bir kibrit qutusuna görə 20 manat çatacağı şərti ilə sonuncudan 02 ədəd kibrit qutusunda qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən 2 bükümünü 07 yanvar 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evin qarşısında küçədə Quba rayonunun Bağbanlı kəndində yaşayan Şahid6 qanunsuz olaraq 25 manata satmış, daha sonra polis əməkdaşları tərəfindən Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitədən 01 bükümdə təmiz çəkisi 0,580 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 saxlanılaraq Qusar Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əl çantasının içərisindən kürəkəni Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq verdiyi, onun qanunsuz olaraq ondan əldə etdiyi, saxladığı və gəzdirdiyi cəmi çəkisi 6,626 qram olan 03 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə yaşadığı ünvana baxış keçirilən zaman yataq otağından 02 ədəd polietilen və kağız bükümlərdə cəmi çəkisi 2,786 qram olan narkotik vasitə qurudulmuş marixuanalar, daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçirilən zaman şüşə qabda qablaşdıraraq satış məqsədi ilə yaşadığı evin dəhlizindəki divarda yerləşən rəfdə qalıq qalmış və qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi və saxladığı cəmi çəkisi 20,335 qram olan 04 ədəd kibrit qutusunda qurudulmuş marixuana, yataq otağında isə dibçəkdə narkotik tərkibli 01 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Qusar rayonunun Aşağı Ləgər kəndində ailəsi ilə birlikdə yaşayır. Son 10 il ərzində mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə tutulandan təxminən 10 gün əvvəl, yəni 2020-ci ilin dekabr ayının sonlarında narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O, istifadə etdiyi marixuana ilə əlaqədar bildirir ki, 2010-cu ildə Rusiya Federasiyasının Dağıstan Respublikası Mahaçqala şəhərində fəhlə işlədiyi zaman onunla birlikdə işləyən və adı dəqiq yadında olmayan şəxs yaxınlıqda çətənə bitkiləri olduğunu ona bildirmiş və o, həmin şəxslə birlikdə qeyd edilən yerə getmiş, həmin çətənə bitkilərindən təxminən 04 ədəd toxumu Azərbaycan Respublikası ərazisinə qayıtdıqda yaşadığı evin bağ sahəsində əkmək üçün götürmüşdür. O, həmin çətənə toxumlarını saxlayaraq 2020-ci ilin aprel ayında yaşadığı evin bağ sahəsində əkmiş və aqrotexniki qaydada qulluq göstərərək həmin ilin avqust ayında yetişdirdikdən sonra 2020-ci ilin sentyabr ayının sonlarında doğrayıb, qurudub özü üçün istifadə etmək məqsədi ilə evdə yataq otağının pəncərəsində şüşə bankaya qoymuşdur. Sonuncu dəfə də həmin 01 ədəd çətənə kolundan qalan qurudulmuş marixuananı çəkmişdir. Bundan başqa o, həmin bağ sahəsində qulluq göstərdiyi çətənə bitkisindən 5-6 ədəd toxum əldə etmiş və həmin toxumları 2020-ci ilin oktyabr ayında öz yataq otağıda güllər olan dibçəkdə əkmiş, həmin toxumlardan da 01 ədəd çətənə bitkisi bitmişdir. Onun narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini arvadı Renata və qaynanası Leyla bilmişlər. 2020-ci ilin sentyabr ayında qaynanası Leyla onlara qonaq gəlmişdir. Həmin vaxt qeyd etdiyi həyətdə əkdiyi çətənə bitkisindən qurudub saxladığı marixuana onda olmuşdur. Leyla ondan özü üçün 02 ədəd kibrit qutusunda marixuana verməyini xahiş etmişdir, o da 02 ədəd kibrit qutusuna marixuananı saxladığı şüşə qabdan doldurub Leylaya vermiş, Leylanın narkotik istəməsindən o, sonuncunun narkotiki satmaq üçün istədiyini düşünmüşdür. Lakin bu barədə Leyladan heç nə soruşmamışdır. Bundan başqa o, Leylaya narkotik verməmişdir. Daha sonra 08 yanvar 2021-ci il tarixdə günorta radələrində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları onu şöbəyə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Burada ona məlum olmuşdur ki, narkotik vasitə satdığı üçün saxlanılan qaynanası Leyla həmin narkotiki ondan alıb-satdığını bildirmişdir. Bundan sonra həmin tarixdə onun yaşadığı ünvana müdafiəçi, hal şahidləri və videoçəkilişlə baxış keçirilmiş, həmin vaxt evin dəhlizində divarda olan rəfdə şüşə qabın içərisində 04 ədəd kibrit qutusunda marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa yuxarıda qeyd etdiyi 01 ədəd dibçəkdə əkdiyi çətənə bitkisi də polis əməkdaşları tərəfindən aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. O, qaynanası Təqsirləndirilən şəxs2 2 paçka marixuana vermişdir. O, bunun qarşılığında qaynanası Təqsirləndirilən şəxs2 20 manat pul almışdır. Qaynanası Təqsirləndirilən şəxs2 narkotik vasitələri ilə nə edəcəyini bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Qusar rayonunun Köhnə Xudat kəndində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin yay aylarında o, kürəkəni, Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evə qonaq getmiş və evdə olarkən yataq otağında polietilen bükümdə yaşıl kütlələri görmüş və bunun qurudulmuş marixuana olmasından şübhələnmişdir. Belə ki, bundan bir ay qabaq qızı Renata Ağamətova onunla telefonla danışanda Laçının nəşə əkib satdığını və evdə olan nəşəni ayaq yoluna tulladığı üçün onunla mübahisə etdiyini demişdir. Bundan sonra Laçının çətənə bitkisini həyətində əkib-becərdiyi və marixuana əldə etdiyi ona məlum olmuşdur. O, 30 dekabr 2020-ci il tarixdə Laçıngilin yaşadığı evə qonaq getmiş, həmin vaxt o, satıb pul qazanıb ailəsini dolandırmaq üçün sonuncudan marixuanadan ona da verməyi xahiş etmişdir. Laçın razı olmuş və həmin gün ona hər kibrit qutusunu 20 manat olmaqla cəmi 40 manata iki kibrit qutusunda marixuananı satmış, lakin o, həmin pulu narkotik vasitəni satdıqdan sonra verəcəyini bildirmiş və onlar razılaşmışlar. O, həmin iki qutu qurudulmuş marixuanadan bir qutunu satmaq məqsədi ilə üç ayrı-ayrı kibrit qutularına, digər kibrit qutusunu da altı ayrı-ayrı bükümlərə bölüb evdə saxlamışdır. Bundan sonra 06 yanvar 2021-ci il tarixdə ona Emin adlı tanışı zəng edərək öz tanışı Mətləb adlı şəxsə pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana lazım olduğunu demişdir. Emin adlı şəxslə o, telefon vasitəsi ilə 2020-ci ilin yay aylarında tanış olmuş və tanışlıq müddəti ərzində Emin ona bir neçə dəfə narkotik vasitə satan olsa almaq niyyəti barədə demişdir. Bundan bir müddət sonra Laçından marixuananı götürəndən sonra o, Eminə “nəşə lazım olsa, məndə var, sata bilərəm” demiş, 06 yanvar 2021-ci il tarixdə, saat 14 radələrində Emin ona zəng etmiş və dostu Mətləb adlı şəxsə marixuana lazım olduğunu bildirmiş, danışığa əsasən həmin gün saat 17 radələrində Emin özünə məxsus qara rəngli “VAZ 2106” markalı avtomobillə onu xadimə işlədiyi Qusar şəhərində yerləşən “Sevimli” marketdən götürmüş və yaşadığı Qusar rayonunun Köhnə Xudat kəndinə evinə aparmışdır. Eminlə birlikdə tanışı Mətləb də gəlmiş və yolda sonuncu ona pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiyini demişdir. O da iki büküm marixuananı 25 manata sata biləcəyini bildirmiş, Mətləb narkotik vasitəni ondan həmin qiymətə almağa razı olmuş və ona avtomobildə 25 manat pul vermişdir. O, Emindən onu yaşadığı evin yaxınlığında düşürtməyi xahiş etmiş, marixuana üçün saat 21 radələrində hava qaralandan sonra yaşadığı evin qarşısına gəlmələri barədə razılaşmışlar. Həmin gün saat 21 radələrində Emin və Mətləb onun yaşadığı evin qarşısına gəlmiş və o, Mətləbə iki büküm marixuana vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. Bundan bir gün sonra, yəni 07 yanvar 2021-ci il tarixdə səhər saatlarında Mətləb ona özü zəng etmiş və iki büküm marixuana istədiyini bildirmişdir. Razılaşdıqları kimi, həmin gün saat 21 radələrində Mətləb Eminə məxsus avtomobillə onun yaşadığı evin qarşısına gəlmiş və o, evindən özü ilə götürdüyü iki kağız bükümdə olan marixuananı 25 manata Mətləbə satmış və evə qayıtmışdır. 08 yanvar 2021-ci il tarixdə saat 09 radələrində o, xadimə işlədiyi Qusar şəhərindəki “Sevimli” marketə işə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Qusar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Mətləb adlı şəxsə narkotik vasitənin satılıb-satılmaması barədə sual verildikdə o, səmimi olaraq əməllərini etiraf etmişdir. Bundan sonra üzərinə vəkilin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış, daha sonra onun razılığı ilə yaşadığı Qusar rayonunun Köhnə Xudat kəndindəki evinə baxış keçirilmiş və o, yataq otağında olan dolabın içindəki 2 ədəd, politilen və kağız bükümlərdə olan, kürəkəni Təqsirləndirilən şəxs1 götürdüyü marixuanadan qalan hissəni təqdim etmişdir. Əməlindən peşmandır. Məhkmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o 2013cü ildən Qusar rayonu İcra Hakimiyyəti başçısının Aşağı Ləgər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 08 yanvar 2021-ci il tarixdə günorta radələrində Qusar Rayon Polis Şöbəsinin əməkdaşları işlədiyi inzibati binaya gələrək həmkəndlisi Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. O, digər hal şahidi Qusar rayonu İcra Hakimiyyəti başçısının Aşağı Ləgər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahid5, müdafiəçinin, polis əməkdaşlarının iştirakları ilə və videoçəkilişlə ilkin olaraq Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə baxış keçirilmiş və sonuncu evin bağ sahəsində çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin dəhlizində divarda olan rəfdə şüşə qabın içərisində 04 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 yataq otağında 01 ədəd dibçəkdə əkdiyi narkotik təbiətli bitki olan çətənə bitkisinə oxşar bitki də polis əməkdaşları tərəfindən aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Qablaşma zamanı onlar imzaları ilə qablaşmanın üzərində imza etmişlər. Daha sonra baxış davam etmiş, lakin qeyd etdiklərindən başqa həmin ünvanda qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər hal şahidi Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, bir neçə aydır ki, narkotik vasitələrdən istifadə edir. 06 yanvar 2021-ci il tarixində o, narkotik vasitə tapmağa çətinlik çəkdiyi üçün birlikdə istifadə etmək məqsədi ilə Qusar rayonunda yaşayan dostu Emindən narkotik vasitə tapmağını xahiş etmişdir. Həmin tarixdə saat 17 radələrində o, Qusar şəhərində Eminlə görüşmüş və ona məxsus qara rəngli “VAZ 2107” markalı avtomobillə Leyla adlı qadını xadimə işlədiyi Qusar şəhərində yerləşən “Sevimli” marketdən götürüb, yaşadığı Qusar rayonu, Köhnə Xudat kəndindəki evinə aparmışlar. Yolda onlar Leylaya pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana almaq istədiklərini demişlər. Leyla da onlara iki büküm marixuananı 25 manata sata biləcəyini demişdir. Onlar narkotik vasitəni Leyladan həmin qiymətə almağa razı olmuşlar və o, Leylaya maşında 25 manat pul vermişdir. Leyla Emindən özünü yaşadığı evin yaxınlığında düşürtməyi xahiş etmiş və avtomobildən düşəndən sonra Leyla onlara marixuana üçün 4 saatdan sonra, yəni saat 21 radələrində hava qaralandan sonra yaşadığı evin qarşısına gəlməyi demişdir. Həmin gün saat 21 radələrində, hava qaralandan sonra o, Eminlə birlikdə Leylanın yaşadığı evin qarşısına getmiş və Leyla ona iki büküm marixuana vermişdir. Bundan sonra onlar oradan uzaqlaşaraq avtomobildə iki büküm marixuananı siqaretə dolduraraq istifadə etmişlər. Bundan bir gün sonra, yəni 07 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, Leylaya özü zəng etmiş və iki büküm marixuana istədiyini bildirmişdir. Leyla da ona həmin gün saat 21 radələrində yaşadığı evin qarşısına gəlməyi demiş, həmin gün o, Eminə məxsus avtomobillə Leylanın yaşadığı evin qarşısına getmiş və Leyla iki kağız bükümdə olan marixuananı 25 manata ona satdıqdan sonra o, Qusar şəhər avtovağzalına Eminin yanına gəlmiş, onlar avtomobildə həmin iki bükümdən birini istifadə etmişlər, digər bükümü isə o, sonra istifadə etmək üçün özündə saxlamışdır. 08 yanvar 2021-ci il tarixdə, saat 08 radələrində Qusar şəhəri, Avtovağzal dairəsində piyada gəzən zaman polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək ona yaxınlaşmış və ondan narkotik vasitədən istifadə edib-etməməyini soruşmuşlar. O isə üzərində 1 (bir) büküm narkotik vasitə olan qurudulmuş marixuana olduğundan çəkinərək öz əməlini səmimi olaraq etiraf etmiş və polis əməkdaşları onu araşdırma aparılması üçün Qusar Rayon Polis Şöbəsinə gətirmişlər. RPŞ-də üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilən zaman o, könüllü olaraq əynində olan şalvarın sol yan cibində saxladığı 1 (bir) ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı polislərə təqdim etmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilən ifadəsində Şahid6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir (cild 2, iş vərəqi 81-83). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qusar Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili vəzifəsində çalışır. 08 yanvar 2021-ci il tarixdə saat 08 radələrində əməliyyat yolu ilə Quba rayonu, Bağbanlı kəndində yaşayan Şahid6 narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılmasından ötrü o, Qusar RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Sabir Mahmudov və Qusar RPŞ-nin Narkotiklə Mübarizə qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1la birlikdə Qusar şəhər avtovağzalında Şahid6 saxlamışlar, Mətləbi RPŞ-yə gətirib üzərinə şəxsi axtarış keçirilmişlər. Mətləbin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Mətləb həmin kütlənin qurudulmuş marixuana olduğunu və iki bükümünü 25 manata Qusar rayonu, Köhnə Xudat kəndində yaşayan Leyla adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Mətləbin üzərindən aşkar olunaraq götürülmüş kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Bundan sonra Qusar rayonu, Köhnə Xudat kəndində yaşayan Təqsirləndirilən şəxs2 onlar tərəfindən Qusar RPŞ-yə gətirilmiş və Leylanın da üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Leylanın üzərində gəzdirdiyi əl çantasından 3 ədəd kibrit qutularında spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş və ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Leyla həmçinin yaşadığı ünvanda da qurudulmuş marixuana saxladığını, eləcə də həmin narkotik vasitələri Qusar rayonu, Aşağı Ləgər kəndində yaşayan kürəkəni Təqsirləndirilən şəxs1 alıb, sonuncuya da pul verməsi üçün ona satdığını bildirmişdir. Bundan sonra Leylanın yaşadığı Qusar rayonu Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı sonuncunun yataq otağındakı dolabın içərisində 2 ədəd polietilen və kağız bükümlərdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək qablaşdırılmaqla ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Daha sonra Qusar rayonu, Aşağı Ləgər kəndində yaşayan Təqsirləndirilən şəxs1 onlar tərəfindən Qusar RPŞ-yə gətirilmiş və Laçının üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra Laçının razılığı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı Laçın yaşadığı evin bağ sahəsində narkotik təbiətli bitki olan çətənə bitkilərini əkibbecərdiyi yeri təqdim etmişdir. Bundan sonra Laçının yaşadığı ünvana onlar tərəfindən baxış keçirilmiş, baxış zamanı evin dəhlizində olan rəfdəki şüşə qabın içərisindən 4 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar olunmuş və qablaşdırılıb götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, sorğu zamanı Təqsirləndirilən şəxs1 özü narkotik vasitələrdən istifadə etdiyini və başqa şəxslərə satdığını bildirmiş, çətənə bitkisini əkdiyi yeri göstərmişdir. Polis əməkdaşı - Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini tam təsdiq etmişdir (cild 2, iş vərəqi 54-56). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Qusar Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 yanvar 2021-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəsində, saxlanmasında və satışında şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar olaraq Təqsirləndirilən şəxs1 Qusar RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və onun üzərinə müdafiəçi, polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmiş, bundan sonra isə Laçının razılığı ilə yaşadığı ünvana müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə baxış keçirilmişdir. Həmin baxışda o da iştirak etmiş, baxış zamanı Laçın yaşadığı evin bağ sahəsində narkotik təbiətli bitki olan çətənə bitkilərini əkib-becərdiyi yeri təqdim etmişdir. Bundan sonra Laçının yaşadığı ünvana onlar tərəfindən baxış keçirilmiş, baxış zamanı evin dəhlizində olan rəfdəki şüşə qabın içərisindən 4 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş və qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı Laçının yataq otağında pəncərədə olan dibçəkdə əkilib becərilmiş 1 ədəd narkotik təbiətli bitki olan çətənə bitkisi də aşkar olunaraq qablaşdırılmaqla ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid X4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Qusar rayonu Aşağı Ləgər kənd sakini Təqsirləndirilən şəxs1 ilə ailə qurmuş, lakin aralarında rəsmi nikah olmamış, dini nikah bağlamış, həmin nikahdan 4 və 5 yaşında iki oğulları vardır. Hal-hazırda Qusar rayonu Aşağı Ləgər kəndində yaşayırlar. Əri Laçın artıq üç ildir ki, narkotik tərkibli bitkiləri əkməklə və satmaqla məşğul olmuş, Laçın narkotik tərkibli bitkiləri yaşadıqları evin həyətində əkmiş, yetişmiş çətənə kollarını yığdıqdan sonra evdə ipdən asıb qurutmuş və pəncərəyə parça asmışdır ki, qonşular həçmin çətənə bitkilərini görməsin. Belə ki, yaşadıqları ünvana tanımadığı şəxslər gəlmiş və əri Laçından narkotik almışlar. Dəfələrlə Laçına öz cinayətkar əməllərindən əl çəkməsi barədə xəbərdarlıq etmişdir. Hətta bir dəfə Laçının bağda əkdiyi çətənə kollarını bağdan yığıb tualetə atmışdır. Laçın kolların yerində olmadığını görüb ondan soruşmuş, o, isə bundan xəbərsiz olduğunu demişdir. Bundan başqa Laçına bu işlərdən əl çəkməsini dedikdə Laçın onu sillə ilə vurmuş özünün işlərinə qarışmamasını demişdir. 30 dekabr 2020-ci il tarixdə əri Laçın içərisində marixuana olan iki kibrit qutusunu anası Təqsirləndirilən şəxs2 verərək, hər baş hissəsini 10 manata satıb ona verməsini bildirmişdir. Hər dəfə yaşadıqları ünvana kimsə gəldiyi zaman Laçın kibrit qutusunda və ya kağız bükümündə qurudulmuş narkotiki həmin şəxslərə vermiş və əvəzində pul almışdır. Amma Laçının nə qədər pul aldığını dəqiq bilməmişdir. 07 yanvar 2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evin qarşısına qara maşında tanımadığı iki nəfər gəlmiş və Laçınla bir qədər danışdıqdan sonra sonuncu evə qayıtmış, evin dəhlizində servantda qoyulmuş vazanın içərisində saxladığı kağız bükümdə olan nəyisə götürüb həmin şəxslərə vermişdir. Yenə də, Laçından iki körpə uşağı olduğunu, belə işləri görməməsini xahiş etmişdir. Laçın isə “bu mənim işimdir, sən mənim işimə qarışma” demişdir. 08 yanvar 2021-ci il tarixdə Laçını polis əməkdaşları saxladıqdan sonra müdafiəçinin, hal şahidlərinin iştirakı və videoçəkiliş vasitəsi ilə yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Laçın evin bağ sahəsində çətənə bitkilərini əkib-becərdiyi yeri göstərmiş, daha sonra evin dəhlizində olan rəfdən 04 ədəd kibrit qutusunda kütlə və yataq otağında dibçəkdə Laçının əkdiyi bir ədəd çətənə bitkisi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 219-223). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Şahid6 üzərində şəxsi axtarış zamanı o, əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd "Samsung" markalı mobil telefon, 1 ədəd qulaqcıq, 1 ədəd alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Şahid6 aşkar edilmiş kütlənin qurudulmuş marixuana olduğunu və onu 07 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Qusar rayonu Köhnə Xudat kəndindən Leyla adlı şəxsdən özü istifadə etmək üçün 25 manata aldığını bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırılaraq iştirakçılar tərəfindən zərfi imzalandıqdan sonra götürülmüşdür (cild 1, iş vərəqi 27-29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Leyla İsamutdinovnanın üzərində şəxsi axtarış zamanı ona məxsus əl çantasından 1 ədəd “Samsung” markalı mobil telefon, 03 ədəd kibrit qutusunda olan spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. 03 ədəd kibrit qutusu qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 55-58). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 08.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı iki mərtəbədən ibarət evə onun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağındakı dolabdan 01 ədəd polietilen və 01 ədəd kağız bükümlərdə olan spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 60-64). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 08.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Qusar rayonunun Aşağı Ləgər kəndindəki fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı evin dəhlizində divarda yerləşən rəfdən şüşə qabın içərisində 04 ədəd kibrit qutusunda spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evin yataq otağının pəncərəsində olan dibçəyin içərisində 01 ədəd narkotik tərkibli bitki olan çətənə bitkisinə oxşar 01 ədəd bitki aşkar olunaraq qablaşdırılaraq götürülmüşdür. Evin bağ sahəsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 orada 2020-ci ilin aprel ayında əkdiyi və qulluq göstərdikdən sonra qurudaraq şəxsi istifadəsi üçün götürdüyü 01 ədəd çətənə bitkisini əkdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs1 dibçəkdə olan çətənə bitkisini 2020ci ilin oktyabr ayında özü əkdiyini və ona məxsus olduğunu qeyd etmişdir. Lakin evdən aşkar edilmiş 04 ədəd kibrit qutusunda olan kütlələrin ona məxsus olmadığını bildirmişdir (cild 1, iş vərəqi 88-94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 09.01.2021-ci il tarixli, 7/35 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş üzərində “...Vət. Şahid6 üzərindən aşkar edilmiş bir kağız bükümdə olan yaşıl kütlə” yazılar və imzalar olan 1 nömrəli zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,580 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs2 üzərində olan əl çantasından aşkar edilmiş....yaşıl kütlə olan üç ədəd kibrit qutusu...” yazılar və imzalar olan 2 nömrəli zərfdə 3 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1,757 qram, 2,161 qram, 2,708 qram, ümumi çəkisi - 6,626 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. - tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs2 yaşadığı... fərdi yaşayış evindən aşkar olunmuş...” yazılar və imzalar olan 3 nömrəli zərfdə bir ədəd polietilen torbada və bir ədəd kağız bükülüdə təmiz çəkiləri - 2,336 qram, 0,450 qram, ümumi çəkisi - 2,786 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. - tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı... fərdi yaşayış evindən aşkar olunmuş...” yazılar və imzalar olan 4 nömrəli zərfdə 4 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 6,972 qram, 4,817 qram, 4,642 qram və 3,904 qram ümumi çəkisi - 20,335 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. - tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs1 yaşadığı evindən aşkar edilmiş gül qabında əkilmiş 1 ədəd narkotik vasitəyə oxşar yaşıl kütlə” yazılar və imzalar olan 5 nömrəli zərfdə 01 ədəd quru vəziyyətdə, təmiz çəkisi - 0,330 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisidir. Şahid6, Təqsirləndirilən şəxs2 və yaşadığı evdən, Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuana çətənə bitkisindən hazırlandığı üçün onlar eyni növdəndir. Aparılmış tədqiqatın dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) təşkil edir (cild 1, iş vərəqi 110-112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 21.01.2021-ci il tarixli, 128 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 99-100). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 22.01.2021-ci il tarixli, 139 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. X7 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müəqqəti pozulması əlamətləri aşkar olunmayıb, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 101-102). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 21.01.2021-ci il tarixli, 182 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilkatik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 103-104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 21.01.2021-ci il tarixli, 166 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 105- 106). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 03.03.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvana Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının, müdafiəçinin iştirakları ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 razılığı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin bağ sahəsində narkotik təbiətli bitki olan çətənə bitkilərini əkib becərdiyi yeri təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilir, baxış zamanı evin dəhlizində olan rəfdəki şüşə qabın içərisindən 04 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunur və Qusar RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Romik Qazıxanov tərəfindən qablaşdırılmaqla götürülür. Baxış zamanı Təqsirləndirilən şəxs1 yataq otağında pəncərədə olan dibçəkdə əkilibbecərilmiş 01 ədəd narkotik təbiətli bitki olan çətənə bitkisinə oxşar bitki də aşkar olunaraq ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülür (cild 2, iş vərəqi 84). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 06.03.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs2 üzərinə Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının, müdafiəçinin və tərcüməçinin iştirakları ilə, eləcə də videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərində olan əl çantasından 03 ədəd kibrit qutularında narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək, Qusar RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Romik Qazıxanov tərəfindən ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülür (cild 2, iş vərəqi 85). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 10.03.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı ünvana Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının, müdafiəçinin və tərcüməçinin iştirakları ilə, eləcə də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 razılığı ilə baxış keçirilmiş, baxış zamanı sonuncunun yaşadığı evin yataq otağında paltar dolabından ağ rəngli sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana və kağız büküm aşkar edilir, kağız bükümün içərisinə baxıldıqda qurudulmuş marixuana aşkar edilir. Həmin kütlələr Qusar RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Romik Qazıxanov tərəfindən ekspertizaya təqdim olunması üçün üçün qablaşdırılaraq götürülür (cild 2, iş vərəqi 86). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 15.03.2021-ci il tarixli protokoldan görünür ki, Albert Bahadurovun üzərinə Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, eləcə də videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərində olan şalvarın sol yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək, Qusar RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Romik Qazıxanov tərəfindən ekspertizaya təqdim olunması üçün üçün qablaşdırılaraq götürülür (cild 2, iş vərəqi 87). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 10.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evində baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuananı Şahid6 satışdan əldə etdiyi 50 manat puldan qalan 45 manat pulu evin yataq otağında döşəmədə olan xalçanın altından qaldıraraq təqdim etmişdir. Pullara baxış zamanı 02 ədəd B 30103193, B 55162702 seriyalı 20 manatlıq əskinaslar və 01 ədəd C 51112601 seriyalı 5 manatlıq əskinas olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 200-203). İşdə olan və 11.01.2021-ci il tarixli pulun saxlanılmasından ötrü banka təhvil verilməsi barədə qərardan və Qusar Rayon Polis Şöbəsinin həmin tarixli, 149-561-1221 nömrəli məktububdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd zərflə qablaşdıırılmış 45 (qırx beş) manat məbləğində milli valyutada pul əskinasları saxlanılmasından ötrü Azərbaycan Respublikası Mərkəzi Bankın Quba rayon filialına təhvil verilmişdir (cild 1, iş vərəqi 234; cild 3, iş vərəqi 138-139). İşdə olan 08.01.2021-ci il tarixli Kənd Təsərrüfatı Nazirliyi X24 İnkişaf Mərkəzinin verdiyi rəydən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evindən aşkar edilmiş 01 ədəd gül dibçəyində əkilmiş 01 ədəd çətənə bitkisinə baxış keçirilmişdir. Əkilmiş çətənə bitkisi münbit torpaqa əkilmiş, aqrotexniki qaydada qulluq edilmiş, alaq otlarından təmizlənmiş və suvarma aparılmış, isti otaq şəraitində becərilmiş və bunun nəticəsində çətənə bitkisi 7 sm hündürlükdə bitmişdir (cild 1, iş vərəqi 97-98). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadələrinin yerində yoxlanılması haqqında 12.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yerinə çıxarılarkən istintaqa verdiyi ifadəsini təsdiq edərək, hadisənin baş vermə səbəbini, üsulunu, mezanizmini, yerini və digər xüsusatları dəqiq göstərmişdir (cild 1, iş vərəqi 252- 257). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25.03.2021-ci il tarixdə ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə yerinə çıxarılarkən istintaqa verdiyi ifadəsini təsdiq edərək, hadisənin baş vermə səbəbini, üsulunu, mezanizmini, yerini və digər xüsusatları dəqiq göstərmişdir (cild 2, iş vərəqi 94-98). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11.01.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı şahid X4 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirilmə keçirilmiş, üzləşmə zamanı şahid X4 təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri barədə ifadəsində qeyd etdiyi xüsusatları sonuncunun üzünə deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 224-229). İşdə olan maddi sübut kimi tanıma haqında 10.01.2021-ci il tarixli qərardan və mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə Şahid6 üzərindən, Təqsirləndirilən şəxs2 əl çantasından və yaşadığı ünvandan, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 30,127 qram qurudulmuş marixuanalar və sonuncunun yaşadığı evdə aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 01 ədəd 0,310 qram olan çətənə bitkisi maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar Rayon Polis Şöbəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 210-213). İşdə olan Qusar rayon X10 Hüquqi Şəxsinin 119/02-21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qusar rayon X10 X11 Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında deyillər (cild 2, iş vərəqi 74). Cinayət işinə əlavə edilmiş Qusar rayon İcra hakimiyyəti Başçısının Köhnə Xudat kənd İnzibati ərazi üzrə nümayəndəliyindən daxil olmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Köhnə Xudat kəndində yaşayır, kənd əhalisi və qonşuları ilə normal münasibətdə olmuş, kəndin ərazisində aparılan ictimai və siyasi tədbirlərdə iştirak etmişdir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Himayəsində 04.06.2010-cu il təvəllüdlü azyaşlı X9 və 24.11.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan X5 adlı övladları vardır (cild 2, iş vərəqi 67-68). İşdə olan Qusar RİHB-nın aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyinin məktubundan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 02.02.2016-cı il təvəllüdlü X8 və 06.01.2017-cı il tarixli X12 adlı övladları vardır. Təqsirləndirilən şəxs1 barədə icra nümayəndəliyinə və bələdiyyəyə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 76-78). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 15). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Qusar Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli hökmündən və 21.07.2020-ci il tarixli, 7(029)-22/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il sınaq müddəti təyin edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş, Qusar Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və o, məhkumluğu olmayan hesab edilmişdir (cild 2, iş vərəqi 13-14, 34-37; cild 3, iş vərəqi 143- 146). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması və satması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Qusar Rayon Məhkəməsinin 21.07.2020-ci il tarixli qərarı ilə cəzadan azad edildiyinə və məhkumluğu olmayan hesab edildiyinə görə qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmüş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, cinayətin törədilməsində hər birinin iştirak dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Qusar rayon Köhnə Xudat kənd İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən 07.07.2010-cu il tarixdə verilmiş AZ-İİ №450491 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 himayəsində 04.06.2010-cu il təvəllüdlü, yəni 11 yaşlı X9 adlı bir uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin ictimai təhlükəliliyini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 himayəsində olan azyaşlı övladı olduğundan həmin övladının ananın himayəsindən və qayğısından kənar qalmaqla maddi və mənəvi əziyyət çəkə biləcəyini nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin olunacaq cəzanın çəkilməsinin X9 14 yaşına çatana qədər təxirə salınmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 14 yaşına qədər uşağı olan qadınlar, habelə, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmənin və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 08.01.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Qusar Rayon Məhkəməsi tərəfindən barəsində 10.01.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, 10.01.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 53, 191- 192,196-198; cild 2, iş vərəqi 1). İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 08.01.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Qusar Rayon Məhkəməsi tərəfindən barəsində 10.01.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 80, 193-195). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduöu iki gün müddət bgünə gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), xüsusi müsadirə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışında əldə etdiyi, ondan götürülərək Azərbaycan Respublikası Mərkəzi Bankın Quba rayon filialına təhvil verilmiş 45 (qırx beş) manat pul vəsaiti dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Qusar Rayon Polis Şöbəsinə saxlanılan, Şahid6 üzərindən, Təqsirləndirilən şəxs2 əl çantasından və yaşadığı ünvandan, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilib götürülmüş və keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 30,127 qram qurudulmuş marixuanalar və sonuncunun yaşadığı evdə aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 01 ədəd 0,310 qram olan çətənə bitkisi məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata, Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 tutulduğu iki gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunan cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində təyin olunmuş cəzanın çəkilməsi onun övladı 04 iyun 2010-cu il təvəllüdlü X9 14 yaşına çatana qədər təxirə salınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Ədliyyə Nazirliyinin Qusar rayonu İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə cinayət nəticəsində əldə edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının Quba rayon filialında saxlanılan 45 (qırx beş) manat pul vəsaiti dövlət nəfinə müsadirə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra Qusar Rayon Polis Şəbəsində saxlanılan maddi sübutlar - Şahid6 üzərindən, Təqsirləndirilən şəxs2 əl çantasından və yaşadığı ünvandan, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 30,127 qram qurudulmuş marixuana və sonuncunun yaşadığı evdə aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 01 ədəd 0,310 qram olan çətənə bitkisi məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1000/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1000/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver