Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1000/2022 18.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - “Qanunçuluq” Vəkil Bürosunun vəkili X6, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silahdan istifadə etməklə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, sinif yoldaşı kimi uzun müddət dostluq münasibəti saxladığı Zərərçəkmiş şəxs 2018-ci ildə borc verdiyi 400 manat pulu dəfələrlə geri tələb etməsinə baxmayaraq Zərərçəkmiş şəxs borcunu qaytarmaması, hər dəfə onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etməsi səbəbindən sonuncunu öldürmək qərarına gələrək 31 dekabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı mənzildə saxladığı qanunsuz olaraq əldə etdiyi deşici-kəsici xassəyə malik zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı soyuq silah hesab edilən qatlanan ov bıçağını götürüb Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 116 saylı binanın 7-ci blokunun zirzəmisində yerləşən yaşayış yerinə gəlib, yataq otağında yatan Zərərçəkmiş şəxs oyatmaq üçün əlində olan bıçağın tiyəsi ilə sağ qoluna üç dəfə vuraraq, ona sağ bazunun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs yuxudan oyanaraq ona müqavimət göstərməsi nəticəsində əlindəki bıçaq qatlanmasına baxmayaraq, həmin bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs başından və sağ qolundan vuraraq, ona ənsə nahiyəsinin sağ yarısının, ənsə-təpə nahiyəsinin sol yarısının əzilmiş yaralarından, sağ bazunun orta 1/3-nin bayır səthinin qançırlı fonda sıyrığından ibarət ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirdikdən sonra əlindəki bıçağın düyməsini sıxıb açaraq onun tiyəsi ilə Zərərçəkmiş şəxs sinəsinə və bədəninin digər nahiyələrinə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla bir neçə dəfə zərbə endirərək, ona daxilə nüfuz etməyən döş qəfəsinin arxa səthinin sağ yarısının, döş qəfəsinin arxa səthinin sol yarısının, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sol budun yuxarı 1/3-nin ön səthinin, sol budun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin arxa səthinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş, sol saidin aşağı 1/3-nin ön-iç səthlərini əhatə edən kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və daxilə nüfuz edərək, onun ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin ürəyin və sol ağciyərin zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, qanunsuz əldə etdiyi soyuq silah hesab edilən bıçaqla ümumilikdə on beş bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə xüsusi amansızlıq etmədiyindən özünü qismən təqsirli bilərək göstərdi ki, o, anası Rəfiqə, atası Əbilfat və dostu Bəhruzla birlikdə yaşamışdır. Bəhruz onun uşaqlıq dostudur, sonuncunun valideynləri vəfat edəndən sonra tək qaldığından onunla yaşamasını təklif etmiş və təxminən bir ildən çoxdur ki, onunla birlikdə yaşamışdır. O, 2006-cı ildə Nəsimi rayonu ərazisində yerləşən 42 nömrəli orta məktəbi bitirmişdir. 2007- 2008-ci illərdə Gəncə şəhərində daxili qoşunlarda hərbi xidmətdə olmuş, 2008-2010-cu illərdə “Aquavita” su şirkətində ekspeditor işləmiş, 2010-cu ildən atası Əbülfətin yanında qaynaq işləri görməyə başlamış, təxminən 2013-cü ildən 2017-ci ilədək fasilələrlə müxtəlif yerlərdə mühafizəçi işləmişdir. 2017-ci ildə Türkiyənin İstanbul şəhərində mebel ustası işləyən uşaqlıq dostu Zaminlə danışaraq yanında iş varsa onunla işləmək istədiyini bildirmiş, Zamin də özünün işlədiyi sexdə onun işləməsinə kömək edə biləcəyini demişdir. Bundan sonra o, İstanbul şəhərinə Zaminin yanına getmiş, onlar birlikdə kirayə yaşamağa və işləməyə başlamışlar. Beləliklə, 2017-2021-ci illərdə İstanbul şəhərində fəhlə işləmiş və həmin müddət ərzində müxtəlif vaxtlarda Bakı şəhərinə gəlib qayıtmışdır. 2019-cu ildən sonra Bəhruz da onunla Türkiyəyə getmiş və onlar birlikdə işləmişlər. Sonuncu dəfə Türkiyəyə 2021-ci ilin mart ayında Bəhruzla birlikdə getmiş və onlar 2021-ci ilin noyabr ayınadək orada işləmişlər. Anasının onu evləndirmək üçün təkidli xahişlərindən sonra 2021-ci ilin noyabr ayında Türkiyədən Bakıya qayıtmışdır. Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuş, sonuncunu 1996-cı ildən birinci sinfə getdiyi vaxtdan tanımış və həmin vaxtdan dost olmuşlar. Aralarında ancaq dostluq münasibəti olmuşdur. Türkiyədə işləməyə başlayandan sonra Şahmarla ünsiyyəti azalmış, buna baxmayaraq imkan olduqda görüşmüşlər. 2018-ci ilin sentyabr ayında Türkiyədə olduğu zaman Şahmar ona zəng edərək anasının xəstə olduğunu deyərək borc kimi 500 manat pul istəmiş və 15-20 günə qaytaracağını bildirmişdir. O, Şahmara 500 manata imkanının olmadığını, 400 manat verə biləcəyini demiş, sonuncu da razılaşmışdır. O, Şahmara həmin pulu anası Rəfiqədən götürməsini demiş və anasına da bu barədə məlumat vermişdir. Bundan sonra Şahmar onun anasından 400 manat pul götürmüşdür. 2018-ci ilin oktyabr ayının sonlarında Şahmar ona zəng edib anası Rəfiqə haqqında “bizi bezdirib, pulum yoxdur olanda verəcəyəm” deyərək anasını və ailəsini söyməyə başlamışdır. Şahmarın bu davranışı onu çox məyus etmişdir. Cavabında Şahmara yaxın zamanda Bakıya gələcəyini, görüşüb danışacaqlarını bildirmişdir. Bundan sonra anası Rəfiqəyə zəng edərək Şahmara verdiyi 400 manat pulu istəməməsini, Bakıya qayıtdıqdan sonra özünün onunla danışacağını demişdir. Bu müddət ərzidə Şahmarın narkotikə qurşandığını, hətta bu əməllərə görə məhkum olunduğunu da bilmişdir. Bu səbəbdən anası da onun daha Şahmarla ünsiyyətdə olmasını istməmişdir. 2021-ci ilin noyabr ayında Bakı şəhərinə qayıtdıqdan sonra təsadüfən Şahmarı ilk dəfə həmin ilin dekabr ayının sonlarında Nəsimi rayonu ərazisində “İstanbul” otelin yaxınlığında görmüşdür. Şahmar siqaret çəkə-çəkə ona tərəf gəlmiş və onlar salamlaşmışlar. Söhbət əsnasında Şahmardan 400 manat pulu nə zaman qaytaracağını soruşmuş, sonuncu isə rişxəndlə “verəcəm də” deyə cavab vermiş, daha sonra isə çox kobud şəildə “vermirəm” deyərək onun ailəsini söyməyə başlamışdır. O, Şahmara onunla sonra görüşəcəyini deyərək oradan uzaqlaşmış, sonuncu isə yenidən onu və ailəsini, xüsusən də anasnı söyməyə davam etmişdir. Bu hadisədən sonra Şahmarı cəzalandırmaq fikrinə düşmüş və Yeni il bayramından sonra Şahmarı təxminən bir-iki ay əvvəl “Yaşıl bazar” adlanan ərazidən 15 manata aldığı bıçaqla vurmağı qərara almışdır. Həmin gündən sonra Şahmarı görməmişdir. Amma Şahmarın bu hərəkətləri onu daim gərginlikdə saxlamışdır. 31 dekabr 2021-ci il tarixdə anası Rəfiqənin səhhəti pisləşdiyindən “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırmışdır. Həkimlər təxminən 1 saat gec gəldiklərindən daha da əsəbiləşmişdir. Həkimlər anasını müayinə edib dərman yazmışlar. Həkimləri yola salıb anasına çay vermişdir. Həmin gün saat 12 radələrində öz otağında olan siyirmədə saxladığı bıçağı götürüb evdən çıxmış və həyətə düşən zaman yaşadığı binanın 7-ci mərtəbəsində əvvəlcədən gördüyü baltanı da özü ilə götürüb Şahmarın yaşadığı evə doğru getmişdir. Şahmarı özündə olan cib bıçağı ilə vurmağı planlamış, baltanı isə ehtiyat üçün götürmüşdür. Çünki, Şahmarın yanında son vaxtlar həmişə özü kimi bir neçə narkotik vasitə istifadəçisi olan dostlarının olduğunu eşitmişdir. Baltanı da adamların çox olduğu təqdirdə qorxutmaq üçün götürmüşdür. Şahmarın yaşadığı ünvana çatdıqda həyətdə başqa adamlar görmüş, onlara fikir verməyib birbaşa Şahmarın yaşadığı binanın 7-ci girişinə daxil olmuş, onun yaşadığı zirzəminin qapısının açıq olub-olmadığını yoxlamış, açıq olduğunu görüb 6-7 pillədən ibarət olan pilləkənlə aşağı düşmüşdür. Aşağı düşən kimi sol tərəfdə olan mətbəx və yataq otağında kiminsə olub-olmadığını yoxlamış, heç kim olmadığını dəqiqləşdirdikdən sonra zirzəminin girişindən sağ tərəfdə yerləşən otağa keçmişdir. Şahmarın otağına daxil olmamışdan özü ilə gətirdiyi baltanı artıq ehtiyac olmadığı üçün sellofan torbadan çıxarıb qapının sağ kənarına qoymuş, sonra isə otağa daxil olmuşdur. Həmin vaxt Şahmarın üzü qapı tərəfə sol çiyin üstündə ayaqları yarım bükülmüş formada yatdığını görmüşdür. O, gödəkçəsinin sağ cibində olan bıçağı çıxardıb oyatmaq üçün Şahmarın sağ çiyininə və qoluna bir neçə bıçaq zərbəsi endirmişdir. Həmin zərbələri vurmaqda məqsədi Şahmarı yuxudan oyadıb son sözünü demək və sonra onu bıçaqla vurmaq olmuşdur. Həmin zərbələrdən sonra Şahmar oyanmış və yumruqla onun ağzına, təpiklə əlinə və sinəsinə vuraraq müqavimət göstərməyə, həm də onu ailə üzvlərini, o cümlədən anasını ağır söyüşlər söyməyə başlamışdır. Həmin vaxt onun əlindəki bıçaq qatlanaraq bağlanmışdır. Bundan sonra o, bıçağın arxa hissəsi ilə Şahmarın baş nahiyəsinə bir neçə zərbə endirmişdir. Şahmar yerindən duraraq qaçmaq istədikdə əli ilə onu yerə yıxmış və bıçağın tiyəsini açaraq Şahmarın kürəyinə, daha sonra isə sinəsinə və ürək nahiyəsinə bıçaqla xəsarətlər yetirmişdir. Şahmarın yerdə hərəkətsiz uzandığını gördükdən sonra özü də qorxmuş və dərhal otağı tərk etmişdir. Həmin vaxt özü ilə gətirdiyi baltanı da qapının kənarından götürmüş, əlində olan bıçağı isə qatlayıb gödəkçəsinin cibinə qoymuşdur. Binadan çıxarkən əlində olan baltanı sol tərəfdə olan ağacların yanına atmış və evə getmişdir. Evə gəldikdən sonra Bəhruz onun əl-üzünün qan olduğunu görərək nə baş verdiyini soruşmuş, o da Şahmarı bıçaqladığını bildirmişdir. Bəhruz ona dərhal polisə təslim olmasını təklif etmişdir. O, əynində olan paltarları dəyişib evdən çıxan zaman anası Rəfiqə və atası Əbilfat onun təlaşlı olduğunu görüb hara getdiyini soruşmuş, o isə “Şahmarı vurmuşam, rayona gedirəm” deyərək çıxıb getmişdir. 20-ci Polis Bölməsinin yanında Nizami ilə qarşılaşmış, sonuncu ondan niyə həyəcanlı olduğunu soruşduqda Şahmarın evinə gedərək ona bıçaqla bir neçə xəsarət yetirdiyini bildirmişdir. Nizami Şahmarın vəziyyətinin necə olduğunu soruşmuş, o isə Şahmarı bıçaqla vurduqdan sonra evdən çıxdığından onun ölüb-ölmədiyini bilmədiyi üçün bu barədə Nizamiyə heç nə deməmişdir. Daha sonra Ələt qəsəbəsinə doğru yola düşsə də etdiyi hərəkətin nəticəsini dərk edərək qayıtmış və həmin gün axşam saat 18-19 radələrində Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gedərək təslim olmuşdur. Əməlindən çox peşmandır. Barışıq üçün özü və anası bütün cəhdləri göstərsələr də heç bir nəticəsi olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanın 7-ci girişinin zirzəmisində yaşayır. Həmin ünvanda o, arvadı Güleyfə, oğlu Şahmar və Şahmarın arvadı Aysel yaşamışlar. O, 1970-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş və birgə nikahdan 4 uşaqları olmuşdur. Oğlu Şahmar 42 saylı tam orta məktəbi bitirdikdən sonra 2007-ci ilin iyul ayından 2009-cu ilin yanvar ayınadək hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra gündəlik fəhlə işləri görmüşdür. Narkotik vasitələrlə əlaqədar Şahmar barəsində cinayət işi başlanmış və Nəsimi Rayon Məhkəməsinin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. 2021-ci ilin dekabr ayının sonlarında Şahmarın cəzası sona çatmışdır. Şahmar 2021-ci ilin avqust ayından Şahid2 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışdır. O, yaşadığı binanın yaxınlığında yerləşən şərab evlərinin qarşısında dayanan maşınlara yer göstərməklə qazanc əldə edib ailəsini dolandırmışdır. 31 dekabr 2021-ci il tarixdə səhər saat 09 radələrində də evdən çıxıb həmin yerə getmişdir. O, evdən çıxarkən Şahmarı oyadaraq Güleyfəni və Ayseli Binəqədi rayonunda yaşayan oğlu Mənsurun evinə aparmasını demiş, Şahmar isə Ayselin və Güleyfənin getmələrini, günortadan sonra onunla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra o, evdən çıxmış, Güleyfə və Aysel isə təxminən saat 10 radələrində evdən getmişlər. Həmin gün təxminən saat 15 radələrində Şahmarın tanışı Nizami ona zəng edərək Şahmarın harada olduğunu soruşmuş və ondan evə gedib Şahmara baxmasını istəmişdir. Buna görə o, evə getmiş və Şahmarın qan içində otağının qarşısında uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Dərhal “103” və “102” xidmətlərinə zəng etsə də danışa bilməmişdir. Həmin vaxt telefonu həyətdə olan Nəcabət adlı şəxsə verib Şahmarın bıçaqlandığını, təcili tibbi yardım və polis çağırmasını demişdir. Bundan sonra Nəcabət onun telefonu ilə həmin qurumlara məlumat vermişdir. Daha sonra oğlu Mansura zəng edib Şahmarın bıçaqlandığını bildirmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım, polis və prokurorluq əməkdaşları ora gəlmişlər. Nizaminin deməsinə əsasən sonuncu ona zəng etməmişdən təxminən 30-40 dəqiqə əvvəl Asimi 20-ci Polis Bölməsinin yanında görmüş, onun həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda Asim Şahmarı bıçaqla vurduğunu demişdir. Şahmarla Asim sinif yoldaşı olmuşlar, onlar 1996-cı ildən, yəni birinci sinifdə oxuduqları vaxtdan bir-birilərini tanımışlar və çox yaxın dost olmuşlar. Şahmarın Asimə borclu olması və onların arasında mübahisə olması barədə məlumatı olmamışdır. Asimi bağışlamır və barışmır. Onun anası da dəfələrlə barışıq üçün onlara müraciət etmişdir, amma onun barışmaq fikri yoxdur və Asimə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, əri Əbülfət, oğlu Asim və Asimin dostu Bəhruzla birlikdə Nəsimi rayonu ərazisində yaşamışdır. Əbülfətlə birgə nikahlarından bir oğlu və bir qızı vardır. Oğlu Asim subaydır, onunla birlikdə yaşamışdır, qızı isə ailəlidir. Asimin dostu Bəhruz əvvəllər onlarla qonşu olmuş, onun valideynləri vəfat etdikdən sonra Asimin təkidi ilə onlarla yaşamağa başlamışdır. Asimlə Şahmar sinif yoldaşı və çox yaxın dost olmuşlar, 42 nömrəli orta məktəbdə 1-ci sinifdən sona qədər birlikdə oxumuşlar. Məktəbi bitirdikdən sonra da onların dostluqları davam etmişdir. Sonralar Şahmarın narkotikə qurşandığını bilmiş və oğlunun da o yola düşə biləcəyindən çox narahat olaraq onları ayırmaq üçün çalışmışdır. Şahmarın ətrafına da özü kimi narkotik vasitə istifadəçiləri, satanları yığışdığından öz oğlunu məcburi şəkildə fəhləlik etmək üçün Türkiyəyə göndərmişdir. 2017-ci ildə Asim Türkiyəyə getmiş, orada fəhləlik etməyə başlamışdır. 2017-2021-ci illərdə Asim müxtəlif vaxtlarda Bakıya gəlib qayıtmışdır. Hal-hazırda dəqiq xatırlamadığı tarixdə Asim ona zəng edərək Şahmarın anasının xəstə olduğunu, Şahmarın buna görə pul istədiyini deyərək ona 400 manat pul verməsini xahiş etmişdir. Bundan sonra Şahmar gələrək “400 manat pul ver, 3 günə gətirib qaytaracam” deyərək ondan 400 manat pul almışdır. Üstündən xeyli müddət keçməsinə baxmayaraq Şahmar pulu qaytarmadığından onların evinə gedib anası Güleyfədən Şahmarın harada olduğunu soruşmuş, sonuncu isə “Şahmar evdə yoxdu, pul da yoxdu” deyə cavab vermişdir. Şahmarın pulu vermədiyini görüb bir neçə dəfə onun evinə getmişdir. Bundan sonra Şahmar Asimə zəng edərək “anan bizdən əl çəkmir, biz qardaş olmuşuq” deyərək irad tutmuşdur. Buna görə Asim ona zəng edərək daha Şahmardan pulu istəməməsini, Bakıya qayıtdıqdan sonra özünün tədbir görəcəyini bildirmişdir. Bundan sonra o, bir daha Şahmarla əlaqə saxlamamışdır. Yeganə oğlunu evləndirmək arzusunda olduğundan onun təkidli xahişlərindən sonra Asim 2021-ci ilin noyabr ayında Bakıya qayıtmışdır. Fikri də bu olmuşdur ki, qısa müddətə Asimi evləndirsin və gəlinlə birlikdə yenidən onları Türkiyəyə göndərsin. Türkiyədən qayıtdıqdan sonra Asimin Şahmarla görüşüb-görüşməməsi barədə məlumatı olmamışdır. 31 dekabr 2021-ci il tarixdə saat 08:30 radələrində səhhəti pisləşdiyindən Asim “103” xidmətinə zəng edərək təcili tibbi yardım çağırmış, bundan təxminən 1 saat sonra həkimlər gəlmişlər. Asim həkimlərin gec gəlməsinə görə çox əsəbiləşmişdir. Həkimlər onu müayinə etdikdən sonra dərman yazıb iynə vurmuşlar. Təxminən saat 11-12 radələrində Asim həkimləri yola salmış və ona çay gətirmişdir. Həmin vaxt Asimin telefonuna zəng gəlmiş, sonuncu qonşu otağa girib 5-10 saniyə sonra geri qayıtmış və aşağı düşmək istədiyini bildirmişdir. O, Asimdən hara getdiyini soruşduqda sonuncu marketdən alışqan alıb gələcəyini demişdir. Təxminən bir saat sonra Asim evə gəlmişdir. Evə gəldikdən təxminən 10 dəqiqə sonra Asimin harasa tələsdiyini görüb ondan nə olduğunu soruşduqda sonuncu “Şahmarı vurmuşam” deyib evdən çıxmışdır. Bir qədər sonra Bəhruz da evdən çıxıb getmişdir. Bundan sonra Asimin eyvana qoyduğu paltarlarının tozlu olduğunu görüb götürmüş və həmin paltarlara diqqətlə baxdıqda qan ləkələri görmüşdür. Asimin gödəkçəsini götürdükdə sağ cibində nə isə ağır bir şey olduğunu hiss etmiş, cibinə baxdıqda orada yaşıl və qara rəngli qatlanan bıçaq olduğunu görmüşdür. Həmin bıçaq qana bulaşmış vəziyyətdə olduğundan kranın altında əli ilə yumuşdur. Asimin geyimlərini isə paltaryuyan maşında yumuşdur. Təxminən saat 17 radələrində Nəsimi rayon Pois İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları evə gəlib Asimi axtarmağa başlamışlar, o isə Asimin evdə olmadığını bildirmişdir. Təxminən saat 19 radələrində Asim özü 20-ci Polis Bölməsinə gedərək təslim olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Asim dostu Şahmarı bıçaqla vuraraq öldürmüşdür. Hadisədən sonra Şahmarın qardaşı Şahlar ona zəng edib hədə-qorxu gəlmiş, söyüşə görə qardaşını vurmuş Asimdən anasının, yəni onun və bacısının üstünə kislota töküb yandıracağını demişdir. Mərhumun ailəsi ilə barışıq əldə etmək üçün dəfələrlə müraciət etmiş, hətta Şamaxı rayonuna getmiş, ağsaqqal insanları da barışıq danışıqları üçün aparmış, amma qarşı tərəf hər dəfəsində onu söyüb təhqir edərək qovmuşdur. Hətta bu ağbirçək yaşında barışığa getdiyi halda az qala ona əl qaldırılmış, ağır söyüşlərlə söyülmüşdür. Özünün kasıb evini satıb hazırda qazanxanada yaşayır. Mərhumun ailəsinə maddi kömək kimi pul ödəməyə də dəfələrlə cəhd etmiş, amma heç bir nəticəsi olmamış, növbəti təhqirlərə məruz qalmışdır. Oğlunu evləndirmək üçün təkidlə Bakıya çağırıb gətirdiyi və nəticədə bu bəlaya saldığı üçün özünü də günahkar bilir. Bu gün də barışıq üçün cəhdlərini davam etdirir. Ona görə də bütün bu halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 1970-ci ildə X3 ilə ailə həyatı qurmuş, birgə nikahdan 4 oğulları olmuşdur. O, əri Nizaməddin, oğlu Şahmar və Şahmarın arvadı Aysel ilə birlikdə Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı binanın zirzəmisində yaşamışdır. Şahmar 42 saylı orta məktəbi bitirdikdən sonra 2007-ci ilin iyul ayından 2009-cu ilin yanvar ayınadək hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra fəhləlik edərək dolanmışdır. 31 dekabr 2021-ci il tarixdə o, Aysellə birlikdə oğlu Mansurun evinə qonaq getməyə hazırlaşmış, Şahmar isə həmin vaxt yatmışdır. Nizaməddin evdən çıxarkən Şahmarı oyadıb onu və Ayseli Mansurun evinə aparmasını demiş, Şahmar isə günortadan sonra getmək istədiyini deyərək yatmışdır. Təxminən saat 9 radələrində Nizaməddin evdən çıxmışdır. X13 üçün yemək hazırlamış və meyvə doğrayıb yatdığı otaqda stolun üzərinə qoymuşdur. Təxminən saat 10 radələrində o, Aysel ilə birlikdə evdən çıxaraq taksi ilə Binəqədi rayonunda yaşayan oğlu Mansurun evinə getmişlər. Mansurgildə olarkən təxminən saat 15 radələrində Mansur “Şahmarı öldürdülər” deyib qışqırmışdır. Onlar dərhal evə gəlmişlər və evin qabağında adamların, polislərin toplaşdığını görmüşlər. O, içəri girmək istəmiş, lakin polislər ona icazə verməmişlər. Daha sonra ona məlum olmuşdur ki, Şahmar dostu Asim tərəfindən öldürülmüşdür. Şahmarla Asim 1996-cı ildən bir-birini tanımışlar və yaxın münasibətləri olmuşdur. Onların arasında düşmənçilik, ədavət və ya mübahisə olması, mübahisənin hansı səbəbdən yaranması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş X4 göstərmişdir ki, o, Nəsimi rayonu 14 saylı mənzil-Kommunal İstismar Sahəsində xadimə işləyir. Zərərçəkmiş şəxs onun qonşusu olmuş, onu 1996-cı ildən tanımışdır. Şahmarla bir həyətdə yaşamışlar. Şahmar Nəsimi rayonu Səməd Vurğun küçəsi 116 saylı binanın zirzəmisində yaşamışdır. Şahmar sakit təbiətli, böyük-kiçik yerini bilən, dava-dalaş sevməyən biri olmuşdur. 31 dekabr 2021-ci il tarixdə 11:40-da sahə rəisi onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ünvan 3 ünvanından Xan Şuşinki küçəsinə qədər olan ərazini təmizləməyi tapşırmışdır. Ona gələn zəngdən təxminən 10-15 dəqiqə sonra evdən çıxıb ünvan 2 binanın həyətinin ərazisini süpürməyə başlamışdır. Təxminən saat 12:00 radələrində istixananın qarşısında Şahmarın dostu olan Asim adlı şəxsin Şahmarın yaşadığı binaya tərəf gəldiyini görmüşdür. Asimin əlində qəzetə bükülmüş və sellofan paketə qoyulmuş əşya olmuşdur. Asimlə Şahmar sinif yoldaşı olduğundan Asimin bayrama görə Şahmarın yanına gəldiyini təxmin etmişdir. Bundan sonra həyəti süpürməyə davam etmişdir. Həmin gün saat 15 radələrində Şahmarın atası təlaşlı formada onu çağırıb Şahmarın bıçaqlandığını bildirmiş və öz telefonunu ona verib təcili tibbi yardım və polis çağırmağını istəmişdir. O da müvafiq olaraq “103” və “102” qaynar xətlərinə məlumat vermişdir. O, həyəti süpürərkən Asimi xeyli kənardan görmüş və həmin vaxt onunla ünsiyyəti olmamışdır. Şahmarı 7 yaşından tanımış, onu çox vaxt Asimlə birlikdə görmüş və dostluq münasibətlərinin olduğunu bilmişdir. Asimlə Şahmar arasında hər hansı ədavət, mübahisə və ya dava-dalaş olması barədə məlumatı olmamışdır. Həyəti süpürdükcə Şahmarın yaşadığı binadan uzaqlaşdığından hər hansı səs-küy, mübahisə və ya dava-dalaş eşitməmişdir. Asimin əlində qəzetə bükülmüş və sellofan paketdə nə isə olmuş, lakin həmin əşyanın nə olduğunu bilməmişdir. Asim Zərərçəkmiş şəxs yaşayış yerinə daxil olarkən tək olmuşdur (cild 1, iş vərəqə 27-29). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 göstərmişdir ki, valideynləri vəfat etdikdən sonra 2020-ci ilin təxminən sentyabr-oktyabr aylarından qonşusu Təqsirləndirilən şəxs evində qalır. Həmin evdə o, Asim, Asimin atası Əbilfat və anası Rəfiqə yaşamışlar. 2021-ci ilin mart ayından 2021-ci ilin noyabr ayınadək Asimlə birlikdə Türkiyədə olmuşdur. O, Türkiyədə rəngsaz, Asim isə maşın ustası işləmişdir. Asimin valideynləri Asimi Bakıya çağırdıqlarından və Türkiyədə lirənin dəyər itirməsindən sonra onlar qayıtmışlar. Bakıya qayıtdıqdan sonra iş tapa bilməmişlər. Zərərçəkmiş şəxs təxminən 15 ildən artıq olar ki, Asim vasitəsilə tanımışdır. Şahmar Asimin həm sinif yoldaşı, həm də dostu olmuşdur. Şahmar kənardan səs-küylü kimi tanınsa da onlarla sakit təbiətli və mehriban olmuşdur. Lakin Asim ilə Şahmar arasında hərdən mübahisələr olmuşdur. Həmin mübahisələr xırda məsələlərə görə olmuşdur. Məsələn hər hansı bir əşyanı bölərkən tam yarı bölünmədiyindən aralarında narazılıq yaranmışdır. 2021-ci ildə Türkiyədən qayıtdıqdan sonra o, Şahmarı görməmişdir. 2021-ci ilin dekabr ayının sonlarında Asim əsəbi halda Şahmarla görüşüb onu vuracağını və Şahmara həyatı başa salacağını demişdir. Asim və Şahmar çox yaxın dost olduqlarından Asimin bu sözlərinə əhəmiyyət verməmişdir. 31 dekabr 2021-ci il tarixdə yaşadığı bina ilə üzbəüz meyvə satışı ilə məşğul olan tanışı Mustafaya meyvə daşımağa kömək etdikdən sonra həmin gün gecə saat 02 radələrində evə getmişdir. Evə qalxarkən yorğun olmuşdur. Həmin vaxt Rəfiqə xala yatmış, Əbilfat əmi Binəqədidə bağ evində olmuş, Asim isə qonaq otağında televizora baxmışdır. Asimlə salamlaşdıqda kefinin olmadığını görüb səbəbini soruşmuş, Asim də “bu işlərin axırı necə olacaq” demişdir. Asim Şahmara yerini göstərəcəyini, onun həddini aşdığını bildirmiş, o, səbəb soruşduqda isə heç nə deməmişdir. Bundan sonra o, yatmağa getmişdir. Səhər saat 08 radələrində Rəfiqə xalanın səhhəti pisləşdiyindən Asim təcili tibbi yardım çağırmış, həkimlər gəlib Rəfiqə xalaya tibbi yardım göstərib getmişlər. Daha sonra o, yatmağa getmişdir. Saat təxminən 12-13 radələrində Asim təlaşlı formada onun yatdığı otağa gəlmişdir. O, Asimdən nə baş verdiyini soruşduqda sonuncu Şahmarı vurduğunu bildirmişdir. O, Asimin dediklərinə inanmamışdır. Həmin vaxt Asimin üzündə qan ləkələri olmuşdur. Asimin əynində sarı rəngli ağ naxışlı köynək, mavi rəngli cins şalvar olmuşdur. Asimin əynində olan şalvarın dizin yuxarı sol tərəfində cırıldığını görmüşdür. O, yenidən nə baş verdiyini soruşduqda Asim borcunu verməməsinə baxmayaraq onu və ailə üzvlərini təhqir etdiyinə görə Şahmarı öldürmək üçün onun yaşadığı ünvana getdiyini, Şahmarın yatmış vəziyyətdə olmasını gördüyünü, qoluna bıçaqla xəsarət yetirərək onu oyatdığını, daha sonra Şahmarın oyanıb onunla əlbəyaxa olduğunu və onun Şahmara bıçaqla xəsarətlər yetirdiyini bildirmişdir. Asim əl-üzünü yumuş və paltarlarını dəyişib otaqdan çıxarkən o, Asimdən hara getdiyini soruşmuş, sonuncu isə işi olduğunu, Şahmarın ölübölmədiyini dəqiq bilmədiyini və onu yığacağını demişdir. Bundan sonra o, Şahmarın vəziyyətini öyrənmək üçün onun yaşadığı Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı binanın yanına getmişdir. 7-ci blokun qapısını açmış və zirzəmiyə tərəf hərəkət etməyə başlamışdır. Pilləkənlərlə 3-4 pillə aşağı düşüb 2-3 dəfə Şahmarı səsləmiş, səs gəlmədiyini görüb oradan həyətə çıxmışdır. Zirzəmiyə qorxduğu üçün girməmişdir. Həyətə çıxarkən əvvəllər tanıdığı, lakin adını xatırlamadığı bir nəfər şəxsi görmüş və onunla salamlaşmışdır. Həmin şəxs ondan bura nə yaxşı gəldiyini soruşduqda Şahmarın yanına gəldiyini bildirmiş, daha sonra oradan ayrılmışdır. Həyətdən çıxarkən Nizamini görmüşdür. Nizami ona Asimi gördüyünü, Asimin Şahmarı bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra Nizami onun yanında Şahmarın atası Nizaməddinə zəng edərək Şahmarın harada olduğunu soruşmuş və yanına getməsini demişdir. Daha sonra o, həmin ərazidən uzaqlaşmışdır. Həmin gün axşam saat 18 radələrində Rəfiqə ilə danışdığı zaman ona məlum olmuşdur ki, polislər Asimi axtarır, Asimin Şahmarı bıçaqla vurması nəticəsində sonuncu ölmüşdür. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin hansı səbəbdən yaranması məlumatı olmamışdır (cild 1, iş vərəqə 56-61). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 31 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 116 saylı binanın 7-ci girişinin zirzəmisidir. Binanın 7-ci girişi yerdən iki pillə yuxarıda yerləşməklə çölə doğru açılan iki hissədən ibarət olan giriş qapısı dəmir materialdan olmaqla albalı rəngdədir. Baxışda iştirak edən Nizaməddin Balayev bildirmişdir ki, qapının üzərində rəqəmli kilid olsa da istifadə olunmur. Girişdən içəri daxil olduqda sağ tərəfdə yuxarı mərtəbələrə qalxan pilləkən, sol tərəfdə isə zirzəminin giriş qapısı yerləşir. Zirzəminin giriş qapısı ağ rəngli bir ədəd pəncərəsi olan taxta materialdan olmaqla çölə doğru açılır. Zirzəmi yerdən 7 pillə aşağıda yerləşir. Zirzəminin girişi 1 metr enliyindədir. Pilləkən vasitəsilə aşağı düşdükdə 1.20x1.90 metr sahəsi olan dəhliz vardır. Həmin dəhlizdə pilləkəndən aşağı düşərkən sol və sağ tərəflərdə otaqların giriş qapıları vardır. Bundan başqa dəhlizdə ağ rəngdə soyuducu, divarda asılı olan içərisində ərzaq olan sellofan torbalar, soyuducunun üzərində mətbəx əşyaları və məişətdə istifadə olunan avadanlıqlar vardır. Pilləkəndən aşağı düşərkən dəhlizin sağ tərəfində yerləşən otaqda kişi cinsli meyit vardır. Meyitin olduğu otağın giriş qapısı açıqdır və içəri doğru açılandır. Həmin qapıdan içəri daxil olduqda sol tərəfdə paltaryuyan maşın, sağ tərəfdən 1.50 metr içəridə isə yataq otağına giriş vardır. Otaqda olan paltaryuyan maşın və döşəmə qanabənzər ləkələrə bulaşmışdır. Baxışda iştirak edən Nizaməddin Balayev həmin meyitin oğlu Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Meyit üzü üstündə uzanmış olmaqla əlləri sinəsinə doğru bükülmüş formadadır. Meyit qapının girişindən 1.70 sm içəri məsafədə, meyitin sağ ayağı paltaryuyan maşından 40 sm məsafədə, meyitin baş hissəsi girişdən sağ tərəfdə yerləşən yataq otağına keçmişdir, meyit baş nahiyəsindən yataq otağının qapısının sağ çərçivəsinə qədər olan məsafəsi 35 sm, sol çərçivəyə qədər olan məsafə isə 27 sm məsafədədir. Meyitin üzərində ağ rəngli köynək və qara rəngli alt paltarı vardır. Meyitin bədəni üzərində və əynindəki geyimlərində qanabənzər ləkələr vardır. Meyitin baş hissəsinin olduğu yataq otağına daxil olduqda sol tərəfdə televizor, yıxılmış vəziyyətdə olan kiçik ölçülü stul, masa, masanın üzərində güzgü, istilik radiatoru, geyim yığılması üçün mebel və 2 ədəd çarpayı vardır. Yataq otağında dağınıqlığın olması, yerdə arxası üstə düşmüş boşqab, doğranmış meyvə, yanı üstə yıxılmış stul, yerə sərilmiş xalçanın yığılması, həmçinin yataq otağının girişində sağ kənarda divarın örtüyü sındığı müşahidə olunur. Baxışda iştirak edən Nizaməddin Balayev yataq otağına girişin sağ kənarında olan çarpayının və çarpayının üzərində olan “Samsung Galaxy J2 prime” markalı mobil telefonun Şahmara aid olduğunu bildirmişdir. Həmin çarpayının üzərində olan yataq dəstində, yastıqda və çarpayının sağ kənarında yerləşən divarda qana bənzər ləkələrin olduğu müəyyən edilmişdir. Daha sonra çarpayının üzərində olan “Samsung Galaxy J2 prime” markalı mobil telefon 1 rəqəmi ilə, çarpayının üzərindəki yataq dəstinin üzərində olan qanabənzər ləkələr 2 rəqəmi ilə, yastığın üzərində olan qanabənzər ləkələr 3 rəqəmi ilə, çarpayının sağ kənarında olan qanabənzər ləkələr 4 rəqəmi ilə, meyitin sağ ayağı ilə paltaryuyan maşın arasında olan qanabənzər ləkələr 5 rəqəmi ilə, paltaryuyan maşının qarşısında olan qanabənzər ləkələr 6 rəqəmi ilə, dəhlizdən meyitin olduğu otağa daxil olduqda divarın sağ kənarında olan qanabənzər ləkələr 7 rəqəmi ilə, paltaryuyan maşının üzərində olan qanabənzər ləkələr 8 rəqəmi ilə, meyitin sağ kənarından 40 sm paltaryuyan maşından 60 sm məsafədə olan qanabənzər ləkələr 9 rəqəmi ilə işarələnmişdir. Bundan sonra “Samsung Galaxy J2 prime” markalı mobil telefon, həmçinin rəqəmlərlə işarələnmiş qanabənzər ləkələr müvafiq qaydada qablaşdırılmaqla 8 ədəd nümunə götürülmüşdür. Pilləkəndən aşağı düşərkən sol tərəfdə yerləşən qapıdan içəridə 4 otağın yerləşdiyi müəyyən edilmişdir. Həmin otaqların soldan sağa ardıcıllıqla mətbəx, qonaq, sanitar qovşağı və yataq otaqları olması müəyyən edilmişdir. Bundan başqa hadisə yerinin yerləşdiyi Nəsimi rayonu, Səməd Vurğun küçəsi 116 saylı binanın 7-ci girişinin qarşısında sol kənarda yerləşən ağacların altında aşkar olunmuş taxta materialdan sapı olan, sapının uzunluğu 36.5 sm, kəsərinin uzunluğu 12 sm olan bir ədəd balta 10 rəqəmi ilə işarələnib qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 4-22). İfadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 208-220). Baxış keçirilməsi haqqında 17 mart 2022-ci il tarixli protokoldan görünür ki, cinayətin aləti olmuş bıçağın ümumi uzunluğu 26,5 sm-dir. Bıçaq tiyə və dəstək hissələrindən ibarətdir. Bıçağın tiyəsi qara rəngdədir. Tiyənin bir tərəfində “BROWNİNG” sözləri yazılmışdır. Bıçağın tiyəsinin bir tərəfi iti, digər tərəfi isə kütdür. Bıçağın tiyəsinin uzunluğu 12 sm-dir. Bıçağın tiyəsinin kənarları dəstəkdən 7,5 sm aralı məsafədə bir qədər aypara formasında gedərək bir-birilə birləşib tiyənin ucunu əmələ gətirir. Tiyənin iti ucundan 1 sm aralı məsafədə eni 1,3 sm, 2 sm məsafədə 1,9 sm, 3 sm məsafədə 2,2 sm, 4 sm məsafədə 2,4 sm, 5 sm məsafədə 2,6 sm, 6 sm məsafədə 2,3 sm, 7 sm məsafədə 2,6 sm, 8 sm məsafədə 2,7 sm, 9 sm məsafədə 2,9 sm, 10 sm məsafədə 2,9 sm, 11 sm məsafədə isə 2,9 sm-dir. Bıçağın dəstəyi iki hissədən ibarət bərk plastik materialdan olub, tiyəyə yaxın hissəsi qara, arxa hissəsi isə tünd-yaşıl rənglidir. Dəstəyin uzunluğu 14,5 sm-dir. Dəstəyin hər iki səthində 6 ədəd qara rəngli metal lövhələr pərçinlənmişdir (tiyənin dəstəkdə olan hissəsini fiksasiya etmək və ya sıxmaq üçün nəzərdə tutulmuşdur). Dəstəyin bir hissəsində kəmərdən asılması üçün nəzərə alınan qara rəngli metaldan lövhə 3 ədəd qara rəngli şuruplarla fiksə olunmuşdur (cild 2, iş vərəqə 112). Məhkəmə-tibbi ekspertizasının 31 dekabr 2021-ci il tarixli 135 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. Döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə, döş giləsindən 2,5 sm aşağıda, V-Vİ qabırğaarası sahədə ayaqaltından 126 sm yuxarıda yerləşən 2,0x0,5sm ölçüdə daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası. Yara saat siferblatının 2 və 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yara kanalının dərinliyi 9-10sm-dir, istiqaməti isə öndən-arxaya, bir qədər aşağıdan-yuxarıya və soldan-sağa doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar zədələnmişdir, yara daxilə nüfuz edərək sol ağ ciyərin yuxarı payını səthi kəsərək ürəyin boşluğuna daxil olmuşdur. 2. Döş qəfəsinin arxa səthinin sağ yarısında kürək xətti üzrə, ayaqaltından 141 sm yuxarıda yerləşən 2,5x0,6sm ölçüdə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası. Yara saat siferblatın 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yaranın istiqaməti arxadan önə, sağdan sola və bir qədər aşağıdan yuxarıya doğru gedərək kürək əzələləri arasında qurtarır və daxilə nüfuz etmir. 3. Döş qəfəsinin arxa səthinin sol yarısında arxa qoltuq xətti üzrə, ayaqaltından 123 sm yuxarıda yerləşən l,5x0,6sm ölçüdə daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası. Yara saat siferblatın 5 və 11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir. Yaranın istiqaməti arxadan önə, soldan sağa və bir qədər aşağıdan yuxarıya doğru gedərək kürək əzələləri arasında qurtarır və daxilə nüfuz etmir. 4. Sol bazunun yuxarı 1/3-nin bayır səthinin 2,5x0,6sm ölçüdə deşilmiş-kəsilmiş yarası. 5-6-7. Sağ bazunun orta 1/3-nin bayır səthinin 3 ədəd 2,0x0,6sm, 1,9x0,6sm, 1,9x0,5sm ölçülərdə deşilmiş-kəsilmiş yaraları. 8. Sol budun yuxarı 1/3-nin ön səthinin 2,0x0,6sm ölçüdə deşilmiş-kəsilmiş yarası. 9. Sol budun yuxarı 1/3-nin bayır səthinin 2,0x0,6sm ölçüdə deşilmiş-kəsilmiş yarası. 10. Sağ budun yuxarı 1/3-nin arxa səthinin 2,5x0,6sm ölçüdə deşilmiş-kəsilmiş yarası. 11. Sağ baldırın yuxarı 1/3-nin ön səthinin 2,5x0,6sm ölçüdə deşilmiş-kəsilmiş yarası. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Yuxarıda göstərilən xəsarətlərdən (1) döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük xətti üzrə, V-Vİ qabırğaarası sahədə yerləşən 2,0x0,5sm ölçüdə daxilə nüfuz edərək ürəyi və sol ağciyəri zədələyən deşilmişkəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqəlidir. Digər xəsarətlər isə (2-11) həm ümumilikdə, həm də ayrı- ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. 12. Sol saidin aşağı 1/3-nin ön-iç səthlərini əhatə edən 4x0,9sm ölçüdə kəsilmiş yarası həyatidir, ölümündən az əvvəl iti kənara malik olan əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Meyitin bədən səthində aşkar edilmiş digər xəsarətlər isə ənsə nahiyəsinin sağ yarısının və ənsə-təpə nahiyəsinin sol yarısının əzilmiş yaraları, sağ bazunun orta 1/3-nin bayır səthinin qançırlı fonda sıyrığı. Bu xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək ürəyin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qan itirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qan itirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2021-ci il tarixdə saat 17:30-da) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsirə malik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş (yaralar iti ucu, iti ülgücü və küpü olan qabırğaları özlərini biruzə verən yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənmələri mümkündür. Meyitin alətlə yetirilməyə xarakterik dəri üzərində çapıcı alətin formasını özündə əks etdirən izlər, çapılmış yaralar, sınıqlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən, ürəyin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hərəkətlər (hərəkət etmək, danışmaq, köməyə çağırmaq və s.) edə bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə, eləcə də müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən xəsarətlərin ardıcıllığı barədə fikir söyləmək mümkün olmamış, “dava-dalaş", “mübarizə” və “özünü müdafiə” hüquqi məfhum olduğundan məhkəmə-tibbi baxımından qiymətləndirilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs hadisə anında əynində olmuş paltarlarında olan xəsarətlərin və üzərində qan ləkələrinin təyini üçün xüsusi tibbi- kriminalistik və məhkəmə-bioloji tədqiqatı əhəmiyyət kəsb edir (cild 1, iş vərəqə 35-46). Əlavə məhkəmə-tibbi ekspertizasının 28 mart 2022-ci il tarixli 135/ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş başın ənsə nahiyəsinin sağ yarısının və ənsə-təpə nahiyəsinin sol yarısının əzilmiş yaralarının, sağ bazunun orta 1/3-nin bayır səthinin qançır fonunda sıyrığının lokalizasiyasına, xarakterinə, əmələgəlmə mexanizminə və maddi sübut- bıçağın konstruktiv xüsusatlarına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şaquli və ya ona yaxın vəziyyətlərdə olan zaman bıçağın dəstəyinin sərbəst kənarı ilə başın arxa hissəsinə yetirilən zərbələrin küt təsirindən baş nahiyəsində olan xəsarətlər, yetirilən ardıcıl zərbələrdən sonra isə yerə yıxılarkən sağ bazu nahiyəsinin küt əşyaya çırpılması nəticəsində qançır fonunda sıyrığı yarana bilərdi (cild 2, iş vərəqə 139-143). Məhkəmə-tibbi ekspertizasının 05 yanvar 2022-ci il tarixli 01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və onun izi aşkar edilməmişdir (cild 1, iş vərəqə 49-50). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 fevral 2022-ci il tarixli 613 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 65-66). Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 28 fevral 2022-ci il tarixli 44-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində, üç ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində iki ədəd, köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd, köynəyin sağ qolun arxa səthində iki ədəd; maykanın ön səthinin orta nahiyəsində bir ədəd, maykanın ön səthinin sol nahiyəsində iki ədəd, maykanın arxa səthinin sol nahiyəsində iki ədəd və maykanın arxa səthinin sağ nahiyəsində bir ədəd dəlib- keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş- kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus tumanın ön səthinin orta nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi, tumanın müvafiq nahiyəsinin hər hansı bir səthə ilişib cırılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarıısnda olan yarası ilə; köynəyin arxa səthinin sağ nahiyəsində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin arxa səthinin sağ yarısında olan yarası ilə; köynəyin arxa səthinin sol nahiyəsində aşkar olunmuş deşilmişkəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa səthinin sol yarısında olan yarası ilə; köynəyin sağ qolun arxa səthində aşkar olunmuş deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ bazunun orta 1/3-nin bayır səthin də olan yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Sol bazunun yuxarı 1/3-nin bayır səthində olan yara onun paltarı üzərində öz əksini tapmmaışdır. Bu da, paltarın yerdəyişməsi ilə izah oluna bilər. - mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş digər xəsarətlər - sol budun yuxarı 1/3nin ön səthində yara, sol budun yuxarı 1/3-nin bayır səthində olan yara, sağ budun yuxarı 1/3-nin arxa səthində olan yara və sağ baldırın yuxarı 1/3-nin ön səthində olan yara onun paltarları üzərində öz əksini tapmamışlar. Buna görə daha dəqiq fikir söyləmək üçün mərhumun şalvarı ekspertiza tədqiqatına təqdim olunmağı uyğun olar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin sağ qolun arxa hissəsində bir ədəd; şalvarın sol ayağının ön səthində bir ədəd və şalvarın sağ ayağının ön səthində bir ədəd aşkar edilmiş cırılma zədəsi qeyd olunan platarların müvafiq nahiyyələrinin hər hansı bir səthə ilişib cırılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs Nizmaəddin oğluna məxsus köynəyin ön, arxa, hər iki qolları üzərində, maykanın ön, arxa səthində tumanın ön və arxa səthi boyu aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində aşkar edilmiş qəhvəyimtil rəngli qeyri müəyyən formalı ləkələr qan mənbəyi ilə və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş balta dəstəyinin və İşçi hissəsinin üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səth ilə statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş balış üzünün bir tayının ön səthində və döşək üzünün bir kənarında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar (gödəkcə, sviter, şalvar) üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir (cild 2, iş vərəqə 113- 143). Məhkəmə-tibbi-bioloji ekspertizasının 25 fevral 2022-ci il tarixli 53/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B alfa/H/(lll). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, balta, bir ədəd balış üzü, döşək üzü, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, kişi alt tumanı, qısaqol köynək və 08 ədəd kosmetik pambıq tamponlar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter, cins şalvar və bir ədəd gödəkcə üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 2, iş vərəqə 115-120). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14 fevral 2022-ci il tarixli 372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. O, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, təhqirə qarşı həssaslıq, eqosentrizm, güzəştə getməmək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini həyata keçirməyi əvvəlcədən planlaşdırdığından hadisədən əvvəl və hadisə zamanı psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs baş vermiş hadisəni törətməsinə fərdi psixoloji keyfiyyətlərinin (kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, təhqirə qarşı həssaslıq, eqosentrizm, güzəştə getməmək və s.) təsir göstərdiyi qənaətinə gəlinir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cinayət əməlini törədərkən affekt (fizioloji, kumulyativ) halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqə 153-158). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş “CD-R” diskinə baxış keçirilməsi haqqında 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil telefon nömrəsinin zəng məlumatlarına və sms məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hər hansı danışıq aparılmadığı müəyyən edilmişdir. ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zəng və sms mətnlərinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir (cild 2, iş vərəqə 28). Respublika Narkoloji Mərkəzinin 18 fevral 2022-ci il tarixli 19/51- 2653 nömrəli məktubundan görünür ki, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan, ünvan 4 ünvanda yaşamış, xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yuxarıda göstərilən mərkəzdə müalicədə olmayıb. Zərərçəkmiş şəxs ambulator məcburi-narkoioji tibbi yoxlamanın 07 avqust 2019-cu il tarixli 1885 nömrəli rəyinə əsasən Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır (cild 2, iş vərəqə 100). Respublika Narkoloji Mərkəzinin 31 yanvar 2022-ci il tarixli xx/xx-1676 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 28 ünvanda qeydiyyatda olmaqla, ünvan 5 ünvanda yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 2, iş vərəqə 30). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 19-20). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 23-24). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4cü və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - xüsusilə ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 31 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 45, 106-109). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ naxışlı sarı rəngli uzun qol köynək, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd boz rəngli gödəkçə, cinayətin aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs meyiti üzərindən götürülmüş qanabənzər maddəyə bulaşıqlı bir ədəd üzərində “Burberry” yazısı olan ağ rəngli qısa qol köynək, bir ədəd ağ rəngli qolsuz mayka və bir ədəd tünd göy rəngli üzərində boz rəngli köndələn xətli kişi alt tumanı, döşək üzü, yastıq üzü, 08 ədəd qan nümunəsi və bir ədəd balta məhv edilməli, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 2, iş vərəqə 286). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 15 (on beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 31 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ naxışlı sarı rəngli uzun qol köynək, bir ədəd mavi rəngli cins şalvar, bir ədəd boz rəngli gödəkçə, cinayətin aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs meyitinin üzərindən götürülmüş üzərində “Burberry” yazısı olan ağ rəngli qısa qol köynək, bir ədəd ağ rəngli qolsuz mayka və bir ədəd tünd göy rəngli üzərində boz rəngli köndələn xətli kişi alt tumanı, həmçinin hadisə yerindən götürülmüş döşək üzü, yastıq üzü, 08 ədəd qan nümunəsi və bir ədəd balta məhv edilsin; - Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1000/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1000/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver